ALİ İMRAN SURƏSİ
Mədinədə nazil olmuşdur, iki yüz ayədir.
Bismilləhir-Rahmənir-Rahim.
Mədinədə nazil olmuşdur, çünki ilk səksən üç ayəsi hicrətin doqquzuncu ilində gələn Nəcran heyəti haqqındadır. Necə ki, bunun izahı lənətləşmə ayəsinin təfsirində gələcək. Bizdə bunun Əl-Bəqərə surəsi ilə bərabər fəzilətindən Əl-Bəqərə surəsinin əvvəlini təfsir edərkən danışdıq.
BismilləhiRahməni Rahim.
- Əlif, Ləm, Mim.
- Allah, Ondan başqa ilah yoxdur, Yaşayandır, Qəyyumdur.
- Sənə özündən əvvəlkiləri təsdiq edən Kitabı haqq olaraq O nazil etdi. Tövratı və İncili də O nazil etdi.
- Daha öncə insanlaradoğru yolu göstərmək üçün. Furqanı da nazil etdi. Şübhəsiz ki, Allahın ayələrinə qarşı küfr edənlər üçün şiddətli bir əzab vardır. Allah Qüdrətlidir, intiqamalandır.
İsmi Azəmin “Allah, Ondan başqa ilah yoxdur, Yaşayandır, Qəyyumdur” və “Əlif, Ləm, Mim. Allah, Ondan başqa ilah yoxdur, Yaşayandır, Qəyyumdur” ayələrində olduğunu bildirən hədisi, kürsü ayəsinin təfsirində zikr etmişdik.
“Əlif, Ləm, Mim” haqqında da Əl-Bəqərə surəsinin əvvəlində təkrara ehtiyac olmadığı qədər danışmışıq. Həmçinin “Allah, Ondan başqa ilah yoxdur, Yaşayandır, Qəyyumdur” kəlmələri haqqında kürsü ayəsinin təfsirində danışılmışdır.
“Sənə özündən əvvəlkiləri təsdiq edən Kitabı haqq olaraq O nazil etdi.” yəni, ey Muhəmməd, Quranı sənə«haqq olaraq» yəni, içində şübhə və tərəddüd olmadan nazil etdi. Əksinə o, izzət və cəlal sahibi Allahındərgahından endirilmişdir. Onu Öz elmi ilə nazil etmişdir. Mələklər də buna şahidlik edirlər. Şahid olaraq Allah yetər. “özündən əvvəlkiləri təsdiq edən” yəni, Allahın ondan əvvəlki peyğəmbər qullarınasəmadan endirilən kitabların xəbər verdiklərini və keçmişdə olan müjdələri təsdiqləyər. O, onları təsdiq edər. Çünki onların xəbər verdikləri müjdələr Allahın Muhəmməd (salləllahu aleyhi və səlləm) və əzəmətli Quranla göndərdiyi müjdələrlə eynidir. “Tövratı… nazil etdi.” yəni, onu İmran oğlu Musaya endirdi, “…və İncili də O nazil etdi.» yəni, onu da Məryəm oğlu İsaya endirdi. Üzərilərinə Allahın salamı olsun. “Daha öncə…” yəni,bu Qurandan əvvəlki. “…insanlara doğru yolu göstərmək üçün.” yəni, onların zamanında olanlar üçün. “Furqanı da nazil etdi” Furqan hidayətlə sapqınlığı, haqla batili ayıran deməkdir. Çünki Allah onda sübut və bilgiləri, açıq və seçilən dəlilləri zikr etmişdir. Onları açıqlamış, izah etmiş, təfsir etmiş, bəyan etmiş, onlara irşad etmiş və diqqət çəkmişdir. Qatadə ilə Rəbi ibn Ənəs: «Burada Furqan Qurandır»– demişlər. İbn Cərir onun burada məsdər olduğunu tərcih etmişdir. Çünki daha əvvəl “Sənə özündən əvvəlkiləri təsdiq edən Kitabı haqq olaraq O nazil etdi.” ayəsində deyildi ki, o Qurandır. İbn Əbu Hatimin Əbu Salihdən rəvayət etdiyi»Burada Furqan deyiləndə Tövrat qəsd edilir» sözlərinə gəlincə, bu da zəifdir. Çünki yuxarıda Tövratda qeyd edilmişdir. Allah daha biliklidir.
“Şübhəsiz ki, Allahın ayələrinə qarşı küfr edənlər üçün…” yəni, onları qəbul etməyənlər, onları inkar edənlər və batil dəlillərlə rədd edənlər üçün “şiddətli bir əzab vardır” yəni, Qiyamət günündə. “Allah Qüdrətlidir” yəni, hər tərəfdən güclüdür, hökmranlığıəzəmətlidir. “İntiqam alandır” ayələrini yalan sayıb hörmətli peyğəmbərlərinə və böyük nəbilərinə müxalif olanlardan, deməkdir.