Əli İbn Əbu Talhə, İbn Abbasın belə dediyini rəvayət etmişdir: Quranda ilk nəsx olunan, qiblə oldu. Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) Mədinəyə hicrət etdikdə, şəhər əhalisinin əksəriyyati yəhudi idi və Allah ona Beytul-Müqəddəsə tərəf yönəlməsini əmr etdi. yəhudilər buna sevindilər. Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) da, on aydan artıq bir zamanı ona yönələrək namaz qıldı. O, İbrahimin qibləsini istəyirdi. Allaha dua edər və göyə tərəf baxardı. Allah “Biz sənin üzünün göyə tərəf çevrildiyini gördük və Biz səni razı qalacağın qibləya tərəf döndərəcəyik. Sən üzünü Məscidul-Harama tərəf çevir!” ayəsini nazil etdi. yahudulər bundan şübhəya düşərək dedilər: “Onları üz tutduqları qiblədən döndərən nə oldu?.” Allah ”De: Məşriq də, məğrib də Allahındır” (Bəqərə, 142) və “Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar” (Bəqərə, 115) və “Biz, əvvəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki, Peyğəmbərin ardınca gedənləri üz döndərənlərdən fərqləndirək” (Bəqərə, 143) ayələrini nazil etdi.
İbn Mərdəveyh demişdir: Bizə Qasim əl-Öməri, o da əmisi Ubeydullah İbn Ömərdən, o da Davud İbn əl-Hüseyndən, o da İkrimədən rəvayət etmişdir ki, İbn Abbas demişdir: Allahın Nəbisi (salləllahu aleyhi və səlləm)Beytul-Müqəddəsə tərəf qıldığı namazın salamından sonra başını göyə qaldırardı. Allahu Təalə də “səni razı qalacağın qibləya tərəf döndərəcəyik. Sən üzünü Məscidul-Harama tərəf çevir!” ayəsini endirdi. O, (salləllahu aleyhi və səlləm)Kəbənin novdan olan hissəsinə tərəf durdu və Cəbrail aleyhis-sələm ona imamlıq etdi.
Hakim öz “Mustədrək” əsərində demişdir: Bizə Şöbə, o da yala İbn Ətadan, o da yəhya İbn Qamtadan, onun belə dediyini rəvayət etmişdir: «Abdullah İbn Amrın Məscidul-Haramda qızıl novdanın qarşısında oturduğunu gördüm. O, “səni razı qalacağın qibləya tərəf döndərəcəyik” ayəsini oxuyurdu. O: «Kəbənin novdan tərəfinə» — dedi.» Hakim bu rəvayət barədə: «Sənədi səhihdir. İki şeyx təxric etməmişdir.» demişdir.
Bunu həmçinin İbn Əbu Hatim, Həsən İbn Ərafadan, o da Huşeymdən, o da yalə İbn Ətadan, rəvayət etmişdir. Başqası da bu cür demişdir. Şafinin (radiyAllahu ənhun) iki görüşündən biri belədir: «Məqsəd qiblənin (Kəbənin) özünə yönəlmək idi.» Onun ikinci görüşü və həmçinin çoxluq tərəfindən qəbul edilən fikir, üz tutmaqdır. Necə ki, Hakim, Muhamməd İbn İshaqdan, o da Umeyr İbn Ziyad əl-Kindidən, o da Əli İbn ƏbuTalibdən (radiyAllahu ənhu) rəvayət etmişdir ki, “Sən üzünü Məscidul-Harama tərəf çevir!” yəni, o istiqamətə dön, deməkdir. Sonra Hakim: «İki şeyx təxric etməmiş olsalar da sənədi səhihdir» — dedi. Əbu-Aliyə, Mucahid, İkrimə, Səid İbn Cubeyr, Qatadə, Rabi İbn Ənəs və digərləri də bu cür demişlər. yuxarıda ötən başqa bir hədisdə “şərqlə qərbin arası qiblədir” buyurulmuşdur. Qurtubi demişdir: İbn Cureyc Ətadan, o da İbn Abbasdan (radiyAllahu ənhu) rəvayət etmişdir ki, Allahın Rəsulu (salləllahu aleyhi və səlləm)demişdir: «Beytullah, Məscidul-Haram camaatının qibləsidir. Məscid isə, Haram bölgəsinin camaatı üçün qiblədir. Haram bölgəsi isə, yer üzündəki şərqlə qərbin arasındakı ümmətimin qibləsidir.»
Əbu Nuəym Fadl İbn Dukeyn demişdir: Bizə Zuheyr, o da Əbu İshaqdan rəvayət etmişdir ki, Bəra belə demişdir: Peyğəmbər (salləllahu aleyhi və səlləm) Beytul-Müqəddəsə tərəf 16 yaxud 17 ay namaz qıldı. Beytullaha tərəf olan qibləsi xoşuna gəlirdi. O, əsr namazını qıldı. Onunla birgə bir camaat da qıldı. Onlardan biri başqa bir məsçidin yanından keçərkən oradakıları rüküda ikən görüb dedi: Allahı şahid tuturam ki, Rəsulullahla (salləllahu aleyhi və səlləm)birgə Məkkəya tərəf namaz qıldım. Onlar da olduqları halda Beytullaha tərəf döndülər.
Abdur-Rəzzaq o da, İsraildən, o da Əbu İshaqdan rəvayət etmişdir ki, Bəra belə demişdir: Allahın Rəsulu (salləllahu aleyhi və səlləm)Mədinəyə gəldi. Beytul-Muqəddəsə dönərək on altı, on yeddi ay namaz qıldı. Rəsulullah (salləllahu aleyhi və səlləm)Kəbəya tərəf dönmək istəyirdi. Buna görə “Biz sənin üzünün göyə tərəf çevrildiyini gördük” ayəsi nazil oldu. O da Kəbəya tərəf döndü.
Nəsai, Əbu Səid İbn əl-Muallənın belə dediyini rəvayət etmişdir: Biz, Rəsulullahın (salləllahu aleyhi və səlləm)zamanında məscidə tezdən gedərdik. Orada namaz qılardıq. Bir gün oradan keçəndə Allahın Rəsulu (salləllahu aleyhi və səlləm)minbərdə əyləşmişdi. Mən: “mütləq nəsə baş verib” — deyarək oturdum. Allahın Rəsulu (salləllahu aleyhi və səlləm)“Biz sənin üzünün göyə tərəf çevrildiyini gördük” ayəsini tam oxudu. Dostuma dedim: Gəl Rəsulullah (salləllahu aleyhi və səlləm) minbərdən enmədən iki rükət namaz qılaq və (yeni qibləya) ilk namaz qılan biz olaq. Sonra gizlinə çəkilib iki rükət namaz qıldıq. Bundan sonra Allahın Rəsulu (salləllahu aleyhi və səlləm)endi və o gün insanlara zöhrü qıldırdı.
Həmçinin İbn Mərduvə, İbn Ömərdən rəvayət etmişdir ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) Məkkəya tərəf qıldığı ilk namaz zöhr olmuşdur. Orta namaz da məhz o idi. Məşhur olan budur ki, Kəbəya tərəf qıldığı ilk namaz əsr olmuşdur. Bu səbəbdən Qubə camaatına xəbər sübh namazında çatmışdır.
Hafiz Əbu Bəkr İbn Mərduvə demişdir: Bizə Suleyman İbn Əhməd, o da Hüseyn İbn İshaq ət-Tüstəridən, o da Rəcə İbn Muhəmməd əs-Səqatidən, o da İshaq İbn İdrisdən, o da İbrahim İbn Cəfərdən, o da atasından, o da ata nənəsi Nuveylə bint Muslimdən belə dediyini rəvayət etmişdir: Biz zöhr yaxud əsr namazının iki rükətini Harisə oğullarının məscidində İlyanın məscidinə yönələrək qıldıq. Sonra bir nəfər gəlib Rəsulullahın (salləllahu aleyhi və səlləm)Beytul-Harama döndüyü barədə xəbər verdi. Bunu eşidən qadınlar kişilərin, kişilər də qadınların yerinə keçdi. Qalan iki rükəti də Beytul-Harama tərəf qıldıq. Harisə oğullarından bir kişi mənə, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu dedi: «Onlar qeybə iman gətirən kişilərdir.»
yenə İbn Mərduvə demişdir: Bizə Muhəmməd İbn Əli İbn Duheym, o da Əhməd İbn Həzimdən, o da Malik İbn İsmayıl ən-Nəhdidən, o da Qeysdən, o da Ziyad İbn Əlaqadan, o da Umarə İbn Əvsdən onun belə dediyini rəvayət etmişdir: «Biz Beytul-Müqəddəsə yönəlib namaz qılarkən ruku vəziyyətində idik. Bir nəfər carşı qapının yanında dayənıb qiblənin Kəbəya döndüyünü xəbər verdi.” O: Mən də şahidlik edirəm ki, imam istiqamətini dəyişdi. O, kişilər və uşaqlar rükuda ikən Kəbəya tərəf döndülər.
“Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin!” Allah Təalə yer üzünün hər tərəfindən, şərqindən, qərbindən, şimalından və cənubundan, Kəbəya yönəlməyi əmr etdi. Burada səfər halında qılınan nafilədən xaric heç bir istisna qoyulmadı. yalnız səfər zamanı, qəlbi Kəbəya tərəf olduqdan sonra, yönəldiyi istənilən tərəfə namaz qila bilər. Döyüş zamanı da hökm eynidir. O, hər bir vəziyyətində namazını qılır. Qiblənin istiqamətini tapa bilməyən də bura aiddir. O da bu işində xəta etsə belə, ictihadı ilə namazı qılar. Çünki Allah təalə heç kəsi gücü yetməyən bir işlə mükəlləf etməz.
Məsələ: Malikilər bu ayəni, namaz qılanın səcdə yerinə deyil, qarşısına baxmasına dəlil gətirirlər. Şəfi, Əhməd və Əbu Hənifə isə, onun səcdə yerinə baxmasını demişlər. Məlikilər “Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin!” kəlməsini bu cür izah edirlər: Əgər səcdə yerinə baxsa, bunun üçün müəyyən qədər əyilməsi lazım gələcək, bu da tam şəkildə düz dayanmasına xələl gətirir.
Bəziləri isə: «Namaz qılan qiyamda sinəsinə baxar» — demişlər. Qadi Şərik demişdir: Qiyamda səcdə yerinə baxır və bu cumhurun rəyidir. Çünki bu daha kamil mütilik və daha təkidli xuşü görkəmidir. Bu barədə hədis də varid olmuşdur. Lakin rüku halında ayəqlarının yerinə, səcdə halında burnunun yerinə və oturuş halında isə, qucağına baxar.
“Kitab verilənlər bunun öz Rəbbi tərəfindən gerçək olduğunu bilirlər” yəni, Kəbəya yönəlməyinizə və Beytul-Müqəddəsdən dönməyinizə etiraz edən yəhudilər, səni ona tərəf Allahın döndərdiyini bilirdilər. Çünki onlar Peyğəmbərlərinin kitablarından, Rəsulullahın (salləllahu aleyhi və səlləm) və ümmətinin vəsflərini tanıyırdılar. Allah təalənın onu xüsusiləşdirdiyini və onu mükəmməl bir böyük şəriətlə şərəfləndirdiyini bilirdilər. Lakin Kitab əhli həsəd, küfr və inadlarında görə bunu öz aralarında gizlədərdilər. Buna görə Allah təalə: “Allah onların etdiklərindən xəbərsiz deyil” deyarək, onları hədələmişdir.