Cahillər dedilər: “Bəs nə üçün Allah bizi danışdırmır, yaxud bizə bir ayə gəlmir?” Onların əcdadları da elə onlar kimi danışırdılar. Onların qəlbləri bir-birinə oxşayır. Biz, yəqinliklə inanan bir xalqa dəlillərimizi bəyan etmişik.

Muhamməd İbn İshaq belə dedi: Mənə Muhamməd İbn Əbi Muhhamməd rəvayət etdi, o da İkrimədən və ya Səid İbn Cubeyrdən rəvayət etdi ki, İbn abbas dedi , Rafi bin Hüreymilə Rəsulullaha, sallllahu aleyhi və səlləm, ya Muhamməd əgər sən dediyin kimi Allahın Rəsulusansa Allaha de ki, bizimlə danışsın biz də onun sözünü eşidək, dedi. Allah Təala bununla ilə əlaqədar Bilməyənlər dedilər:Nə olaydı ki, Allah bizimlə danışsaydı, yaxud bizə bir ayə gələydir?ayəsini endirdi.

Mucahiddə  Bilməyənlər dedilər:Nə olaydı ki, Allah bizimlə danışsaydı, yaxud bizə bir ayə gələydir? ayəsi haqqında bunu xristianlar dedi demişdir. İbn Cəririn də üstün hesab etdiyi rəy budur. O deyirdi ki, bunun səbəbi odur ki, ayənin ahəngi onların haqqındadır. İbn Cəririn bu rəyinin müzakirə olunacaq məqamları var. Qurtubi də Bilməyənlər dedilər: Nə olaydı ki, Allah bizimlə danışsaydı, ayəsi haqqında “yəni ey Muhamməd sənin peyğəmbərliyin haqqında bizimlə danışsaydı, dediyi nəql edilmişdir.Mən də deyirəm ki, ayənin zahiri ahəngidaha geniş mənadadı. Allah ən doğrusunu biləndir.

Əbu Aliyə Rəbi İbn Ənəs Qatadə və Suddi bu ayənin təfsirində belədemişdilər. Bu ərəb kafirlərinin sözüdür.

Onlardan əvvəl gələnlər də buna bənzər sözlər demişdilər” Onlardemişdilər bunlar Xristian və yəhudilərdilər. Bu rəyi və “bilməyənlərin”də ərəb müşrikləri olduğunu bu ayə dəstəkləyir:

Onlara bir ayə gəldikdə: ‘Allahın elçilərinə verilənin bənzəri bizə də verilməyincə iman gətirməyacəyik’– dedilər” (Ənam,124). Allah Təala belə demişdir: “Onlar dedilər: ‘Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyacəyik; və ya ortasından şırıl-şırıl çaylar axıdacağın xurma və üzüm bağın olmayınca; yaxud, iddia etdiyin kimi, göyü parça-parça üstümüzə yağdırmayınca; və ya Allahı və mələkləri qarşımıza gətirməyincə; yaxud qızıldan bir evin olmayınca; və ya göyə qalxmayınca (biz sənə inanmayəcağıq). Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da inanmayəcağıq’. De: ‘Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız elçi (göndərilmiş) bir insanam‘ (İsra, 90-93). Allah Təala belə demişdir: “Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: ‘Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?’ardı da əlavə edilsin” (Fürqan, 21). Və belə dedi: “Əksinə, onlardan hər biri vəhy olunmuş səhifələrin (məhz) ona verilməsini istəyir” (Müdəssir,  52). Bunlardan başqa daha bir sıra ayələr vardır ki, onlar da Ərəb müşriklərinin zülm inad və lüzumsuz istəklərini bildirər. Bunları sırf küfür və inadkarlıq məqsədi ilə edərdilər. Necə ki, daha əvvəlki əhli kitab və digərlərindən də belə bəhs edilmişdir: “Kitab əhli səndən, onlara göydən bir kitab endirməyini istəyirlər. Onlar Musadan, bundan daha böyüyünü istəyarək: ‘Allahı bizə açıq-aşkar göstər!’– demişdilər” (Nisə, 153) Və belə demişdir: “O zaman siz: ‘Ey Musa! Biz Allahı açıq-aşkar görməyincə sənə iman gətirməyacəyik!’– dediniz” (Bəqəra, 55).

Onların qəlbləri bir-birinə oxşayır” yəni ərəb müşriklərinin qəlbləri inadkarlıqda, inkarda və təkəbbürlükdə özlərindən əvvəlkilərin qəlblərinə bənzəyirdi. Necə ki, Allah Təala belə demişdir. “Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, (onun barəsində): ‘Sehrbazdır, ya da dəlidir!’– deməsinlər. Görəsən onlar bunu bir-birinə vəziyyətmi etmişlər? Xeyir bunlar azğın bir qövmdür” (Zariyat, 52-53).

Biz, yaqinliklə inanan bir xalqa dəlillərimizi bəyan etmişik” yəni elçilərin doğruluğunu göstərən dəlilləri izah etdik, deməkdir. Artıq bununla yanaşı başqa bir suala və ya əlavə bir şeya ehtiyac duymazlar. Bu da ancaq yaqin bir imanı olan, peyğəmbərləri təsdiq edib onlara tabe olan və Allahdan gətirdiklərini anlayənlara aiddir. Allah kimin qəlbinə və qulağına möhür vurar, gözünə pərdə çəkərsə məhz onlar üçün də belə demişdir: “Həqiqətən, sənin Rəbbinin Sözü barələrində haqq çıxmış kimsələr, iman gətirməzlər. Onlara ayələrin hamısı gəlsə belə, üzücü əzabı görməyincə” (Yunus, 96-97).