İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər.

Allah Təala ona şərik qoşanların dunaydakı halını və axirətdə onları nə gözləyacəyini xatırladır; çünki onlar Ona ortaqlar yəni, bənzərlər və bərabərlər tutdular. Onunla yanaşı onlara ibadət etdilər. Onları Allahı sevdikləri kimi sevdilər. Halbuki, Allahdan başqa ilah yoxdur, Onun əksi yoxdur, bənzəri yoxdur, şəriki yoxdur. İki Səhihdə bu cür keçir: Abdulla İbn Məsud deyir ki, “Ey Allahın Rəsulu ən böyük günah hansıdır?” Rəsulullah ((salləllahu aleyhi və səlləm)): ”Allahın səni yaratdığına rəğmən Ona şərik qoşasan” — dedi.

İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür”: Onlar Allahı sevdikləri, Onu haqqı ilə tanıdıqları, Ona hörmət göstərdikləri və onu təkləşdirdikləri üçün, Allaha heç bir şeyi şərik qoşmazlar, yalnız Ona ibadət edərlər. yalnız Allaha təvəkkül edib, bütün işlərində Ona sığınarlar. Sonra Allah Təala Ona şərik qoşanları, nəfslərinə zülm edənləri hədələyir: “Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər.” Bəziləri demişlər: Bu, ayənin mənası belədir: Əgər əzabı öz gözləri ilə görsəydilər, bütün qüvvətin Allaha məxsus olduğunu bilərdilər. yəni, hökmün tək və şəriki olmayan Allaha xas olduğunu və hər şeyin onun cəzası, gücü və qüvvəti altında olduğunu bilərdilər.

Allahın şiddətli əzab verdiyini görəydilər.” Necə ki, Allah buyurur: “O gün heç kəs Onun verdiyi əzab kimi əzab verə bilməz, və heç kəs Onun buxovladığı kimi buxovlayə bilməz.” (Fəcr, 25,26). Etdikləri şirk və küfrlərə görə başlarına gələcək qorxunc faciəni görsəydilər, nəfslərdəki azğınlığa son qoyardılar.

Sonra bütlərini tanımayəcaqları və tabe olunmuşların tabe olanlardan imtina etməsindən xəbər verir: “O zaman, tabe olunmuş tabe olunanlardan uzaqlaşacaq, əzabı görəcək və aralarındakı əlaqələr kəsiləcəkdir”: Mələklər dünyada onlara tapındıqlarını iddia edənlərdən uzaqlaşarlar. Mələklər: “Biz (onlardan) uzaqlaşıb Sənə üz tuturuq. Doğrusu, onlar bizə ibadət etmirdilər’” ayəsini oxuyub bu cür davam edərlər: “‘Sən paksan, müqəddəssən! Onlar deyil, Sənsən bizim Hamimiz! Xeyr, onlar cinlərə ibadət edirdilər. Əksəriyyati də məhz onlara iman gətirmişdi’.” (Səba, 41). Cinlər də bu barədə sorğu sual olacaqlarından qorxub onlara edilən ibadətlərdən uzaqlaşar. Necə ki, Allah Təala buyurur: “Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyənlərə yalvaran kimsədən daha çox azmış kim ola bilər? Halbuki onların yalvarışından xəbərsizdirlər. İnsanlar bir yerə toplanılacaqları zaman onlara düşmən kəsiləcək və onların ibadətini inkar edəcəklər.” (Əhqaf, 5-6). Allah Təala yenə bu xüsusda buyurur: “Allahdan başqa tanrılar qəbul etdilər ki, onlara kömək olsunlar. Xeyr! Onların ibadətini inkar edəcək və onların əleyhinə çıxacaqlar.”(Məryam, 80-81).

İbrahim də öz qövmünə demişdir: “dedi: ‘Siz aranızda ancaq dünya həyatına bəslədiyiniz vurğunluğa görə Allahı qoyub bütlərə pərəstiş etdiniz. Sonra isə Qiyamət günü bir-birinizi kafir adlandırıb lənətləyacəksiniz. Sığınacağınız Od olacaqdır. Sizə yardım edə bilən kəslər də tapa bilməyacəksiniz’” (Ənkəbut, 25). Allah Təala buyurur: “Zalımları Allahın hüzurunda həbs olunmuş halda görsən, biri-birinə böhtan atarlar. Zəiflər özlərini yüksək tutanlara deyarlər: “Siz olmasaydız biz mömin olardıq.” Özləri haqda yüksək rəydə olanlar zəiflərə cavab verər: Sizə hidayət olunduqdan sonra sizi doğru yoldan biz sapdırdıq? Əksinə siz elə günahkar idiniz. Zəiflər də onlara bu cür dedilər: “Zəiflər özləri haqda yüksək rəydə olanlara deyarlər: ‘Xeyr! (İşiniz) gecə-gündüz hiylə qurmaq idi. Siz bizə Allahı inkar etməyi və Ona şəriklər qoşmağı əmr edirdiniz’. Onlar əzabı gördükdə peşmançılıq hissini gizlədərlər. Kafirlərin boyunlarına zəncirlər vurarıq. Onlar ancaq etdikləri əməllərə görə cəzalandırılarlar” (Səba, 31-33).

Allah Təala buyurur: “İş bitdikdə şeytan deyacək: ‘Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi dəvət etdim, siz də qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni şərik qoşmağınızı rədd etmişdim’. Həqiqətən, zalımlar üçün üzücü bir əzab hazırlanmışdır.” (İbrahim, 22).

“Əzabı görəcək və aralarındakı əlaqələr kəsiləcəkdir.” yəni, Allahın əzabını gözləri ilə gördülər, çarələri və xilas səbəbləri tükəndi; oddan qaçmağa və uzaqlaşmağa yer də tapa bilmədilər. Ətadan rəvayət edilir ki, İbn Abbas “əlaqələr kəsiləcəkdir” kəlamı haqqında “sevgi kəsiləcəkdir” demişdir. İbn Əbu Nəcihin rəvayətinə görə Mucahid də belə demişdir.

Tabe olanlar deyacəklər: ‘Əgər bizim üçün dönüş olsaydı, onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq!’ yəni, “dünya diyarına dönə bilsəydik, onlardan da, onlara ibadətdən də əl çəkərdik, onlara üz tutmazdıq, Allahın bir olduğunu bilər və yalnız Ona ibadət edərdik”- deyarlər. Onlar burada da yalan danışırlar. “Xeyr! Əvvəllər gizlətdikləri (günahlar) onlara aşkar oldu. Əgər onlar (geri) qaytarılsaydılar, yenə də özlərinə qadağan olunmuş şeylərə qayıdardılar. Şübhəsiz ki, onlar yalançıdırlar. (Ənam, 28) Necə ki, onlardan belə xəbər verilmişdir. Buna görə də “Beləcə, peşman olsunlar deya Allah onlara özlərinin əməllərini göstərəcək” buyurmuşdur. yəni, əməlləri puç olub gedəcək. Necə ki, Allah Təala buyurmuşdur: Biz onların etdikləri əməllərə baxdıqdan sonra onları sovrulmuş toz dənəciklərinə çevirərik.(Furqan 23) Bundan başqa Allah Təala belə də buyurmuşdur: Rəbbini inkar edənlərin məsəli – onların əməlləri, qasırğalı bir gündə küləyin şiddətlə sovurduğu külə bənzəyir. (İbrahim, 18) Digər bir ayədəAllah Təala buyurmuşdur:Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. (Nur, 39) Buna görə də “onlar oddan çıxa bilməyacəklər”  buyurulmuşdur.