Onlara: “insanlar iman gətirdiyi kimi siz də iman gətirin!”– deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?”– deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin bilmirlər.

Allahu Təala deyir ki: “Əgər Munafiqlərə: Siz digər insanlar kimi iman edin deyildiyi zaman, yəni insanların Allaha, Mələklərinə, Kitablarına, peyğəmbərlərinə, öldükdən sonra dirilməyə, cənnətə, cəhənnəmə və digər xəbər verilən şeylərə iman etdikləri kimi siz də iman edin. Əmrlərini yerinı yetirmədə və qadağalarından çəkinmədə Allaha və Rasuluna itaət edin deyildiyi zaman, “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?” Yəni onlar (Allah onlara lənət etsin), Rəsulullahın (salləllahu aleyhi və səlləm) əshabını nəzərdə tuturdular. Allah onlardan razı olsun. Bunu da Əbul Aliyə və Suddi də təfsirində İbn Abbas, İbn Məsud və bir çox sahəbədən rəvayət etmişdilər. Rabi ibn Ənəs, Abdurrəhman ibn Zeyd ibn Əsləm və digərləri də :Biz də onlarla eynimi olaq? Halbuki onlar səfeh kimsələrdir. deyərdilər. Şüəra səfehin cəm halıdır. Necə ki, hakim və hükəma, həlim və hüləma kimi. Səfeh zəif fikirli, xeyirlə zərəri bir birindən ayırd edə bilməyən cahil deməkdir. Buna görə də Allah Təala: “Sizin üçün Allahın söykənəcək etdiyi mallarınızı səfehlərə verməyin” (Nisə, 5) ayəsində təfsirçilərin çoxluğu: Onlar qadınlar və uşaqlardır demişdirlər. Allah Təala bütün bu yerlərdə onlara birbaşa özü cavab vermişdir və: “Bilin ki onlar özləri səfehdirlər ” demişdir.  Beləcə səfehliyin onlarda olduğunu təkid etmiş və məhdudlaşdırmışdır. “Ancaq bilməzlər” yəni o qədər cahildirlər ki, azmışlıqlarından və cahilliklərindən xəbərləri yoxdur. Bu da onlar üçün daha təhlükəlidir və onların korluqlarını və doğru yoldan nə qədər uzaq olduqlarını göstərməkdədir.