-
1
Əlif, Ləm, Mim
Bəqərə surəsinin fəziləti
İmam Əhməd belə demişdir: Bizə Arim o da Mutəmirdən o da atasından o da Maqil ibn Yəssardan, Rəsulullah (salləllahu aleyhi və səlləm): Bəqərə sürəsi Quranın hörgüçü və zirvəsidir. Hər ayəsi ilə birlikdə səksən mələk endi. Ayətul kursi (Bəqərə, 255) Ərşin altından çıxarıldı, Bəqərə surəsinə bağlandı. Yasin də Quranın qəlbidir. Bir adam onu Allah və axirət niyyəti ilə oxuyarsa mütləq bağışlanar. Onu ölülərinizə oxuyun” demişdir. Bunu yalnız İmam Əhməd rəvayət etmişdir. İmam Əhməd onu Arimdən o da Abdullah ibn Mubarəkdə o da Süleyman ət-Teymidən o da Əbu Osmandan (bu Ən-Nəhdi deyil) o da atasından o da Maqil ibn Yəssardan da rəvayət etmiş, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Onu yəni Yasini ölülərinizə oxuyun. Bu rəvayətlə birinci rəvayətdə gizli qalan ravini açığa çıxarmış olduq. Bu hədisi ikinci rəvayətdəki forması ilə Əbu Davud və Nəsai də Sünnənlərinə qeyd etmişdilər. Tirmizi bunu Həkim ibn Cubeyrdən də rəvayət etmişdir ki, Həkim zəif bir ravidir, o da Əbu Hureyrədən Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Hər şeyin bir zirvəsi vardır, Quranın zirvəsi də Bəqərə sürəsidir. Onda bir ayə vardır ki, o Quran ayələrinin seyididir. O da ayətul-kursidir.
İmam Əhmədin Müsnədində, Səhih Muslim, Tirmizi və Nəsai də Suheyl ibn Əbi Salihdən o da atasından o da Əbu Hureyrədən, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Evlərinizi qəbirlərə (qəbiristanlığa) çevirməyin. İçində Bəqərə sürəsi oxunan evə şeytan girməz. Tirmizi, hədis həsən səhihdir demişdir. Əbu Ubeyd Əl-Qasım ibn Salam belə demişdir: Mənə İbn Məryəm o da İbn Ləhiyadan o da Yəzid ibn Həbibdən o da Sinan ibn Saaddan o da Ənəs ibn Malikdən Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Şeytan içində Bəqərə sürəsi oxunduğunu eşitdiyi vaxt o evdən çıxar. Ravi üçün Sinan ibn Saad də tərsi (Saad ibn Sinan) də deyilir. İbn Main onu etibarlı saymış, İmam Əhməd və digərləri də hədisini bəyənməmişlərdir. Əbu Ubeyd belə demişdir: Bizə Muhəmməd ibn Cəfər o da Şöbədən o da Sələmə ibn Kuheyldən o da Əbul Əhvasdan o da Abdullah yəni İbn Məsuddan rəvayət etdi: Şeytan içində Bəqərə sürəsi eşidilən evdən qaçar. Bunu Nəsai Əl-“Yavm və lleyl” kitabında rəvayət etmiş, sonra da Hakim: Sənədi səhihdir, Buxari ilə Muslim kitablarında rəvayət etməmişdilər” demişdir.
İbn Mərduveyh belə demişdir: Bizə Əhməd ibn Kamil o da Əbu İsmayıl ət-Tirmizi o da Əyyub ibn Süleyman ibn Bilal o da Əbu Bəkr ibn Əbu Uveys o da Süleyman ibn Bilaldan o da Məhəmməd ibn Əclandan, o da Əbu Ishaqdan o da Əbul Əhvasdan o da Abdullah ibn Məsuddan rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: “Heç birinizi ayağı ayağının üstünə ataraq nəğmə söyləyərək Bəqərə surəsini tərk edərkən görməyim. Çünki şeytan içində Bəqərə surəsinin oxunduğu evdən qaçar. Ən boş ev içində Allahın kitabı olmayan evdir. Bunu Nəsai də “Əl Yəvm və Lleyl” də Muhəmməd ibn Nəsrdən o da Əyyub ibn Süleymandan bu sənədlə rəvayət etmişdir. Darimi də Müsnədində İbn Məsuddan belə dediyini rəvayət etmişdir: “İçində Bəqərə sürəsi oxunan evdən şeytan yel çıxararaq qaçar. Və belə demişdir: Hər şeyin bir zirvəsi vardır, Quranın da zirvəsi Bəqərə sürəsidir. Hər şeyin bir özəyi vardır, Quranın da özəyi sonundakı qısa surələrdir. Yenə bunu Darimi, Şabi yolu ilə rəvayət etmişdir. Abdullah ibn Məsud belə demişdir: “Kim bir gecədə Bəqərə surəsindən on ayə oxuyarsa şeytan o evə o gecə girməz: Dördü əvvəlindən, ayətul kursi və arxasından iki ayə, üç ayə də sonundan. Bir rəvayət də belədir: Nə ona nə ailəsinə nə şeytan nə də xoşuna gəlməyən bir şey yaxınlaşmaz. Dəliyə oxunarsa ağıllanar. Səhl ibn Saad belə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: ”Hər şeyin bir zirvəsi vardır, Quranın da zirvəsi də Bəqərə sürəsidir. Kim onu gecə evində oxuyarsa ora üç gecə şeytan girməz. Kim onu gündüz oxuyarsa ora şeytan üç gün girməz. Bunu Əbul Qasım Ət-Təbərani və Əbu Hatim və ibn Hibban Səhihində İbn Mərduveyh Əzraq ibn Əlidən, o da Həsən ibn İbrahimdən o da Xalid ibn Səid Əl-Mədənidən o da Əbu Həzmdən o da Səhldən eyni sənədlə rəvayət etmişdir. İbn Hibban da Xalid İbn Səid Əl-Mədənidən rəvayət etmişdir.
Tirmizi, Nəsəi və İbn Macə Əbdülhəmiddən o da Səid Əl-Məqburidən o da Əbu Əhmədin azad edilmiş köləsi Ətadan o da Əbu Hureyrədən nəql edir ki,: Rəsulullah (salləllahu aleyhi və səlləm) çoxsaylı bir heyət göndərdi, onlara Quran oxutdu. Hər kəs bildiyini oxudu. Ən gənc birinə yaxınlaşdı, ona: “Qurandan nə bilirsən?” dedi. O da bunu həm də Bəqərə surəsini, dedi. O da, “Demək Bəqərə surəsini bilirsən?” dedi. O da :”Bəli” deyincə Get, sən onların rəhbərisən, dedi. Onların hörmətlilərindən bir adam: «Allaha and olsun ki, mən Bəqərə surəsini haqqını ödəyə bilməyəcəyimdən dolayı öyrənmədim” dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm) də belə dedi: «Quranı öyrənin və onu oxuyun. Quranın məsəli onu öyrənən, oxuyan və əməl edən üçün müşk torbasına bənzəyər, hara getsə ətri yayılar. Onu öyrənib yatan və daxilində saxlayan kimsə də ağzı bağlı müşk torbasına bənzəyər. Bu Tirmizinin ləfzidir. Bu həsən bir hədisdir demişdir. Sonra onu Leysdən o da Səiddən o da Əbu Əhmədin azad edilmiş köləsi Ata yolu ilə mürsəl olaraq (isnadda sahabə yoxdur) rəvayət etmişdir. Allah daha yaxşı bilir.
Buxari belə demişdir: «Mənə Yəzid ibn Əl-Həd o da Muhəmməd ibn İbrahimdən rəvayət edir ki, Useyd ibn Hudayr gecə Bəqərə surəsini oxuyurdu. Atı da yanında bağlı idi. At birdən şahə qalxdı, özü susanda o da dayandı. Yenə oxudu at da şahə qalxdı. Sonra susdu at da dayandı. Sonra oxudu at da yenə şahə qalxdı. Özü çəkilib getdi. Oğlu Yahya da yanında idi. Atın onu əzməsindən qorxdu. Onu alınca başını göyə qaldırdı bir şey görmədi. Səhər bunu Rəsulullaha (salləllahu aleyhi və səlləm) anlatdı, o da: “Ey İbn Hudayr oxu” dedi. O da: «Yəhyanı əzəcəyindən qorxdum, ona yaxın idi” dedi. Başımı qaldırdım, ona tərəf getdim, başımı göyə qaldırdım, kölgə kimi bir şey gördüm, sanki içində çıraq yanırdı. Çıxdım, sonra da onları görmədim” dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm): ”Onların nə olduğunu bilirsən?” dedi. O da: «Xeyr” dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm): ”Onlar mələklərdir. Səsinə gəldilər. Əgər oxusaydın səhər insanlar onları görəcəklərdi, gözdən itməzdilər” dedi. İmam alim Əbu Ubeyd Qasım ibn Səlam da Fədailul Quran kitabında bunu Abdullah ibn Salehdən o da Yahya ibn Bukeyrdən o da Leysdən bu sənədlə rəvayət etmişdir. Yuxarıda qeyd olunduğu kimi Useyd ibn Hudeyrdən başqa bir sənədlə də rəvayət edilmişdir. Allah daha yaxşı bilir. Bunun bir oxşarı da Sabit ibn Qeys ibn Şəmmasın başına gəlmişdir. Bunu da Əbu Ubeyd Abbad ibn Abbaddan o da Cərir ibn Həzimdən o da əmisi Cərir ibn Zeyddən rəvayət etmişdir. Mədinənin yaşlıları ona nəql etmişdir, Rəsulullaha (salləllahu aleyhi və səlləm): ”Sabiti görmədinmi? Dünən gecə evində çıraqlar yanırdı?” dedilər. O da: «Hər halda Bəqərə surəsini oxumuşdur” dedi. O da deyir ki: «Sabitdən soruşdum, o da :”Bəqərə surəsini oxudum” dedi. Bu yaxşı bir isnaddır, ancaq onda bir az qaranlıq (naməlum ravi) vardır. Sonra o mürsəldir. Allah daha yaxşı bilir.
Ali İmranla birlikdə fəziləti
İmam Əhməd belə demişdir: «Bizə Əbu Nuaym o da Bəşir ibn Əl-Muhacirdən o da Abdullah ibn Bureydədən o da atasından rəvayət edir ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanında oturmuşdum. Belə dediyini eşitdim:” Bəqərə surəsini öyrənin; çünki onu götürmək bərəkət, onu tərk etmək isə peşmanlıqdır. Sehrbazların ona gücü çatmaz. Sonra bir müddət durdu, sonra da belə dedi: «Bəqərə və Ali İmran surələrini öyrənin. O ikisi parlaq surələrdir. Qiyamət günündə sahibini iki bulud və ya iki quş qanadı kimi kölgələndirərlər. Qiyamət günündə adam qəbrindən çıxanda Quran üzü solmuş bir kimsə kimi ona gələr: «Məni tanıyırsanmı?” deyər. O da səni tanımıram deyər. O da :”Mən sənin dostun Quranam, o səni isti günlərdə susuz və gecə də yuxusuz buraxmışdı. Hər tacir ticarətinin arxasındadır. Sən də bu gün bütün ticarətlərin arxasındasan” deyər. Sağ əlinə mülk sol əlinə ölümsüzlük verilər. Başına izzət tacı keçirilər. Valideynlərinə elə bir geyim geydirilər ki, dünya sakinləri ona qiymət verə bilməz. Onlar: «Bizə bu nə səbəblə geydirildi?” deyərlər. Onlara:” Övladınızın Quran oxuması ilə.” Deyilər. Sonra da :”Oxu və cənnət pillələrində və onun otaqlarında yüksəl” deyilər. O da sürətli və ya aram oxuduğuna görə yüksəkliklərə çıxar. İbn Macə Bəşir ibn Əl-Muhacirdən bir qismini rəvayət etmişdir. Bu yaxşı bir isnaddır. Muslimin şərtinə uyğun ravidir. Çünki Muslim Bəşirin hədisini götürmüş İbn Məin də onu sağlam hesab etmişdir. Nəsəi də belə demişdir: ”Eyb etməz, ancaq İmam Əhməd onun üçün: Hədisi münkərdir, mən hədislərini götürürəm fəqət əcaib şeylər söyləyir” demişdir. Buxari də :bəzi hədislərində ziddiyyətə yol verir demişdir. Əbu Hatim Ər-Razi də :Hədisi yazılır, dəlil olmaz” demişdir. İbn Ədiy də dəstəklənməyən şeylər rəvayət edər demişdir. Darakutni də: Qüvvətli bir ravi deyildir demişdir.
Mən də deyirəm ki, hədisin bəzi hissələrinin şahidləri vardır. Bunlardan biri də Əbu Umamə Əl-Bəhili hədisidir. İmam Əhməd belə demişdir: “Bizə Abdülməlik ibn Ömər o da Hişamdan o da Yahya ibn Əbi Kəsirdən o da Əbu Səlamdan o da Əbu Umamədən rəvayət edir ki:” Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: «Quran oxuyun çünki o qiyamət günündə sahiblərinə şəfaət edər. İki parlaq sürəni-Bəqərə ilə Ali İmranı oxuyun. O ikisi qiyamət günündə sanki iki bulud və ya quşun iki qanadı kimi gələr, sahiblərini müdafiə edərlər. Sonra da belə dedi: «Bəqərəni oxuyun. Çünki onu götürmək bərəkət onu tərk etmək isə peşmanlıqdır. Sehrbazların ona gücü çatmaz. Bunu Muslim Namaz kitabında Muaviyyə ibn Sələmdən o da qardaşı Zeyd ibn Sələmdən o da babası Əbu Sələm Mamtur Əl-Həbşidən o da Əbu Umamə Sudey ibn Əclan Əl-Bəhilidən rəvayət etmişdir. Hədisdə zikr olunan Zəhrəvan parlaq deməkdir. Qayaya yuxarıdan hər şey, firq isə bir şeyin bir hissəsidir, savaf isə sıx tutulmuş səf mənasınadır. Batələ də sehrbazlardır. Gücü çatmazlar demək onu əzbərləyə bilməzlər. Onu oxuyana təsir edə bilməzlər də deyilmişdir. Allah ən doğrusunu biləndir.
Bunlardan biri də Nəvas ibn Səman hədisidir. İmam Əhməd belə demişdir: Bizə Yezid ibn Abdirabbih o da Vəlid ibn Muslimdən o da Muhəmməd ibn Muhacirdən o da Vəlid ibn Abdurrahman Əl-Curəşidən o da Cubeyr ibn Nufeyrdən rəvayət edir ki, Nəvvas ibn Səman Əl-Kilabidən eşitdim, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: «Quranı və onun əhlini (hansılar ki, ona əməl edərlər) qiyamət günü gətirərlər. Qabaqlarına Bəqərə və Ali-İmran surələri düşər. Rəsulullah (salləllahu aleyhi və səlləm) o ikisi üçün elə üç misal gətirdi ki, onları bir daha yaddan çıxartmadım: Onlar iki bulud və ya iki kölgə və iki qanadlı quş kimi gələr və sahiblərini qoruyarlar. Bunu Muslim də İshaq ibn Mansurdan o da Yəzid ibn Abdirabbihdən; Tirmizi də Vəlid ibn Əbdürrəhman Əl-Curəşidən bu isnadla rəvayət etmişlər. Tirmizi həsən gəribdir demişdir.
Əbu Ubeyd belə demişdir: Bizə Həccac, Hammad ibn Sələmədən o da Abdülməlik ibn Umeyrdən düşünürəm o da əmisi Əbu Munibdən rəvayət edir ki: «Bir adam Bəqərə və Ali-İmran surələrini oxudu. Namazı qurtaranda Kab ona :”Bəqərə və Ali-İmran surələrini mi oxudun?” dedi. O da :”Bəli” dedi. O da belə dedi: «Ruhumu əlində tutan Allaha and içirəm ki, onlarda Allahın elə bir adı var ki, onunla edilən dua qəbul olunur. O da: Onu mənə de. O da :Əgər onu desəm bəlkə kiməsə bəddua edərsən, mən də sən də həlak olarıq, dedi. Bizə Abdullah ibn Salih o da Muaviyyə ibn Salihdən o da Suleym ibn Amirdən o da Əbu Umamədən belə dediyini eşitdim: “Bir qardaşınız yuxusunda insanların hündür bır dağ yarığından yuxarı çıxdıqlarını gördü. Dağın başında yaşıl iki ağac vardır. “İçinizdə Bəqərə surəsini oxuyan varmı? İçinizdə Ali-İmran surəsini oxuyan varmı? deyə çağırırlar. Adam: Bəli, dediyi vaxt ona budaqları ilə yaxınlaşarlar, o da onlardan sallanaraq, onu dağın təpəsinə çıxararlar.
Bizə Abdullah ibn Salih o da Muaviyyə ibn Salihdən o da Əbu İmrandan, Ummmudərda belə demişdir: Quran oxuyan bir adam qonşusuna hücum etdi, onu öldürdü. Qisas olaraq onu da öldürdülər. Quran ondan surə sızdı. Bəqərə ilə Ali-İmran bir həftə qaldı. Sonra Ali-İmran da sızdı, Bəqərə bir həftə çox qaldı. Ona: «Mənim sözüm dəyişdirilməz, mən qullarıma heç vaxt zülm etmərəm” (Kəhf, 29) deyildi. O da böyük bir bulud kimi çıxdı. Əbu Ubeyd belə demişdir: «Düşünürəm o iki sürə onunla birlikdə qəbrində idilər, onu qoruyur və onu müdafiə edirdilər. Qurandan çıxan ən son bu iki sürə oldu. Yenə belə demişdir: Bizə Əbu Mishər Əl-Qassani o da Said ibn Əbdüləziz Ət-Tənnuhidən o da Yəzid ibn Əl-Əsvəd Əl-Curəşidən belə rəvayət etmişdir: «Kim Bəqərə və Ali-İmran surələrini oxusa, axşama qədər müvafiqlikdən uzaq olur. Deyir ki: O da günlük cüzündən başqa hər gün onları oxuyardı.
Bizə Yəzid o da Vakka ibn İyasdan o da Səid ibn Cubeyrdən belə demişdir: «Ömər ibn Əl-Xəttab belə demişdir: «Kim Bəqərə və Ali-İmran surələrini gecə oxuyarsa, Allahın hüzurunda uzun müddət duranlardan olur və ya yazılır. Sənəddə qopuqluq vardır, ancaq Səhihdə: ”Rəsulullahın (salləllahu aleyhi və səlləm) onları bir rükatda oxuduğu sabit olmuşdur”
Yeddi uzun surənin Fəzilətləri
Əbu Ubadə (Qasim ibn Səlləm) rəvayət edir ki, Bizə Hişam ibn İsmayıl əd-Dəməşqi, Muhəmməd ibn Şuaybdan, o da Said ibn Ebu Beşir, o da Qatadədən, o da Əbul Məlikdən, o da Vəsilə ibn Əskadan rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: Mənə Tövratın yerinə yeddi uzun surə verildi. İncilin yerinə yüzlük (yüz ayəli) surələr verildi. Zəburun yerinə məsani (təkrarlanan) verildi. Müfəssəl surələrlə üstün edildim. Bu qərib hədisdir. Said ibn Bəşirdə xəfif zəiflik vardır. Bunu Əbu Ubeyd Abdullah ibn Saiddən, o da Leysdən rəvayət edir ki, Said ibn Əbi Hilal demişdir: Bizə gəlib çatdığına görə Rəsulullah (salləllahu aleyhi və səlləm) yuxarıdakı kimi demişdir. Allah daha yaxşı bilir. Sonra da belə demişdir: Bizə İsmayıl İbn Cəfər rəvayət etdi, Abdulmutallib ibn Abdullah ibn Hantabın azad edilmiş köləsi Amr ibn Əbu Amrdan, o da Həbib ibn Hind-əl Əsləmidən, o da Urvədən, o da Aişədən rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: Kim bu yeddi surəni götürərsə (öyrənərsə) o dəryadır. Bu hədis də Qərib dir. Həbib ibn Hind ibn Əsma ibn Hind ibn Harisə əl Əsləmidən ondan da Amr ibn Əbu Amr ilə Abdullah ibn Əbu Bəkirə rəvayət etmişdilər. Bunu da Əbu Hatim Ər Razi qeyd etmiş onda tənqid ediləcək bir cəhətdən bəhs etməmişdir. Allah daha yaxşı bilir.
Bunu imam Əhməd Süleyman ibn Davud ilə Hüseyndən rəvayət etmişdir. İkisi də İsmayıl ibn Cəfərdən bu sənədlə rəvayət etmişdir. Yenə imam Əhməd bunu Əbu Saiddən, o da Süleyman ibn Bilaldan, o da Həbib ibn Hinddən, o da Urvədən, o da Aişədən rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir : Kim ilk yeddi surəni öyrənərsə o dəryadır.
İmam Əhməd belə demişdir. Bizə Hüseyn o da, İbn Əbbi Zənatdan, o da Arəcdən, o da Əbu Hureyrədən, o da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) eynisini rəvayət etmişdir. Əhməd ibn Hənbəlin oğlu Abdullah belə demişdir: Məncə bu rəvayət atasından, o da Arəcdən, olmalı idı. Ancaq kitabda belə idi. Bilmirəm atam oranı boş qoydu yoxsa mürsəl idi mi? Tirmizi də Əbu Hureyrədən rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) böyük bir heyət göndərdi onlara Bəqərə surəsini əzbərlədiyi üçün ən gənc olanını başçı təyin etdi və ona :Get, sən onların rəhbərisən dedi. Tirmizi səhih olduğunu demişdir. Əbu Ubeyd belə demişdir: Bizə Hüşeym rəvayət etdi ki Əbu Hişr Səid ibn Cübeyrdən : “Sənə təkrarlanan yeddi surə verdik” (Hicr, 87) ayətində: Onlar uzun yeddi surədir, demişdir. Bunlar əl-Bəqərə, əl İmran, Əl Nisə, Əl Maidə, Əl Ənam, Əl Əraf, Yunis surələridir. Mekhul, Atiyyı ibn Qeys, Əbu Muhəmməd Əl Farisi, Şəddad ibn Ubeydullah, və Yəhya ibn Əl Haris əz-Zimari də ayətin təfsirində və sayında belə demiş və yeddincisinin də Yunis surəsi olduğunu qeyd etmişlər.
Bəqərə surəsinin hamısı Mədinədə nazil olmuşdur. Bunda ixtilaf yoxdur. O Mədinədə enən ilk surələrdəndir. Ancaq “Allaha qaytarılacağınız o gündən qorxun” (Bəqərə, 281) ayəsinin Qurandan son enən ayə olduğunu demişdirlər. Ondan olması da ehtimal edilir. Faiz ayəsi də son nazil olanlardandır. Xalid ibn Madan : Bəqərə Surəsi Quranın çadırıdır deyərdi. Bəzi alimlər də belə demişdilər: Bu surədə min xəbər, min əmr və min qadağa vardır. Ayələrinin sayı iki yüz səksən yeddi dir. Kəlmələrinin sayı altı min yüz iyirmi bir dir. Hərflərinin sayı iyirmi beş min beş yüz dür. Allah ən doğrusunu bilir.
İbn Cüreyc, Ata rəvayətində ibn Abbas: Bəqərə surəsi Mədinədə enmişdir, demişdir. Huseyf də Mucahiddən o da Abdullah ibn Zubeyrdən rəvayət etmişdir ki, Bəqərə surəsi Mədinə enmişdir demişdir. Vakidi deyir ki, mənə Osman Əbuzzənaddan rəvayət etdi, o da Xaricə ibn Zeyd ibn Sabitdən rəvayət etdi ki, atası elə demişdir: Bəqərə surəsi Mədinədə nazil olmuşdur: Bir çox imam, uləma və təfsirçilər belə demişdirlər. Bunda da ixtilaf yoxdur. İbn Mərduveyh belə demişdir: Bizə Məhəmməd ibn Mamər, o da Həsən Əli ibn Vəlid əl Farisidən, o da Xələf ibn Hişamdan, o da İsa ibn Meymundan, o da Musa ibn Ənəs ibn Malikdən o da atasından rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Bəqərə surəsi, Əli İmran surəsi və Nisa surəsi deməyin; bütün Quran üçün də belə deməyin; Ancaq içində Bəqaradan bəhs edilən surə deyin, Əli İmrandan bəhs edilən surə deyin. Bütün Quran üçün də belə deyin. Bu qərib hədisdir. Mərfu olması səhih deyildi. Bu İsa ibn Meymun, Əbu Sələmə əl Həvvasdır ki, rəvayəti zəifdir. Dəlil göstərilə bilməz.
İki Səhihdə belə deyilmişdir: İbn Məsud Bətnul-Vadidə dayanıb şeytanı daşladı, Beytullahı soluna Minanı isə sağına aldı, sonra isə : Baxın bura Bəqərə surəsinin nazil olduğu yerdir, dedi. (Məkkədə də nazil olsa Hicrətdən sonra olduğu üçün Mədinə surəsi sayılır). Bunu Buxari ilə Muslim rəvayət etmişdir. İbn Mərduveyh Şöbədən, o da Akil ibn Təlhadan rəvayət edir ki, Utbə ibn Fərqad belə demişdir: Peyğəmbər (salləllahu aleyhi və səlləm) əshabından bir geriləmə gördü: Ey Bəqərə surəsinin sahibləri, dedi. Hesab edirəm ki, bunu Hüneyn döyüşündə əshabının düşmənə arxa çevirmələri zamanı demişdir. İbn Abbasa səslənməsini əmr etdi, o da: Ey ağacın altında toplananlar! Deyə səsləndi. Bundan da Ridvan beyətini qəsd etdi. Bir rəvayətdə isə Ey Bəqərə surəsinin sahibləri, deyə səslənmişdir. Onları bununla hərəkətə gətirmək istədi. Onlarda hər tərəfdən dönüb gəldilər. Yəmmamə döyüşündə də Müsəyləmətül Kəzzabın adamları ilə də belə bir vəziyyət olmuşdu. Sahabələr, Hənifə oğullarının güclü hücumu qarşısında qaçdılar. Mühacirlərlə Ənsar bir birilərini: Ey Bəqərə surəsinin sahibləri, deyə çağırdılar. Nəticədə Allah onlara Fəth nəsib etdi. Allah hamısından razı olsun.
ƏLİF, LƏM, MİM
Təfsirçilər surələrin başındakı Muqatta hərfləri haqqında ixtilaf etmişdilər. Bəziləri bunlar Allahın özü üçün ayırdığı məlumatdır deyib onu Allaha həvalə edərək təfsir etməmişdilər. Bunu da Qurtubi Təfsirində Əbu Bəkir, Ömər, Osman, Əli və ibn Məsuddan nəql etmişdir. Allah hamısından razı olsun. Bunu Amr əş-Şabi, Sufyan Sevri, Rəbi ibn Hasyəm də demiş; bunu Əbu Hatim ibn Hibban da üstün saymışdır. Bəziləri də onu təfsir etmişdilər. Bunlar da mənasında ixtilaf etmişdilər. Abdurrahman ibn Zeyd ibn Əsləm: Bunlar surələrin adlarıdır demişdir.
Əllamə ibn Qasım Mahmud ibn Ömər Əz-Zəməxşəri, təfsirində: Çoxlarının fikri buna müvafiqdir demişdir. Sibaveyhdən bunu açıq şəkildə dediyi nəql edilmişdir. Bunu iki səhih kitabda qeyd edilən Əbu Hureyrə hədisi də dəstəkləyir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) Cümə günü sübh namazında əlif ləm mim, səcdə və insan surələrini oxuyardı. Sufyan, ibn Əbi Nəcihdən rəvayət edir ki, Mücahid belə demişdir: “Əlif ləm mim”, “ha mim”, “əlif ləm mim sad” bunlar Allah Təalanın Quran surələrinə başladığı hərflərdir. Başqası da Mücahiddən eynisini rəvayət etmişdir. Mücahid, Əbu Hüzeyfə Musa ibn Məsud, Şibl, İbn Əbi Nacih rəvayətində belə demişdir. “Əlif Ləm Mim” Quranın adlarından biridir. Qatadə və Zeyd ibn Əsləm də belə demişdir. Bəlkə bu Abdurrahman ibn Zeyd ibn Əsləmin: Bu surənin adlarından bir addir, sözünə qayıdır. Çünki hər surəyə Quran ismi verilir. Bir də “Əlif Ləm Mim” Sadın bütün Quranın ismi olması həqiqətdən uzaqdır. Çünki əgər kimsə : Mən “əlif ləm mim sad” oxudum dediyi zaman, bunu eşidən adamın ağlına ilk dəfə bunun Əraf surəsindən ibarət olduğu, bütün Quran olmadığı gəlir. Allah ən doğrusunu biləndir.
Belə də deyilmişdir. Bunlar Allah Təalanın adlarındandır. Şabi: Surələrin başındakı hədrflər Allah Təalanın isimlərindəndir, demişdir. Şabi: Surələrin əvvəlindəki hərflər Allah Təalanın adlarındandır, demişdir. Salih ibn Abdullah ilə İsmayıl ibn Abdurrahman əs-Suddi əl Kəbir də belə demişdirlər. Şabi Suddidən belə nəql etmişdir: Mənə çatan məlumata görə İbn Abbas: “Əlif ləm Mim” Allahın isimlərindən böyük bir isimdir, demişdir. İbn Əbu Hatim də Şubədən eynisini rəvayət etmişdir. Ibn Cərir də Bündardan, o da Mehdidən, o da Şubədən belə dediyini rəvayət etmişdir: Suddiyə “ha mim”, “ta sin” və “əlif ləm mim” haqqında soruşdum, Ibn Abbasın: bunlar Allahın əzəmətli adıdır, dediyini söylədi. Bizə Muhəmməd ibn Əl Musənna rəvayət etdi o da Əbu Nümandan, o da Şübədən, o da İsmayıl Əs Suddidən, o da Mürrə əl Həmədanidən,o da Abdullah Ibn Məsud da belə dedi demiş və eynisini zikr etmişdir. Eynisi Əli ilə İbn Abbasdan rəvayət edilmişdir. Əli ibn Əbu Təlha, ibn Abbasdan: Bu Allahın and içdiyi bir anddır. O Allahın adlarındandır. İbn Əbi Hatim və ibn Cərir rəvayət edirlər ki, İbn Uleyyə o da Halid əl Həzzadan rəvayət edir ki, İkrimə demişdir: Əlif Ləm mim anddır. Şərik ibn Abdullah, Ata ibn əbu Saib, Əbudduhadan, belə rəvayət edir ki, Ibn Abbas: “Əlif ləm mim”: Ənə Allahu aləmu (Mən Allaham, daha yaxşı bilərəm) mənasındadır, demişdir. Said ibn Cübeyr də belə demişdir. Suddi də Əbu Malikdən belə rəvayət etmişdir.
Əbu Saleh ibn Abbasdan, Mürrə əl Həmədani Ibn Məsuddan və bir çox Əshabdan rəvayət edir ki: “Əlif ləm mim” Allahın adlarını təşkil edən heca hərflərindən ibarət, surələrinin əvvəlindəki hərflərdir, demişdirlər.
Əbu Cəfər ər-Razi, Rəbi ibn Ənəsdən rəvayət edir ki, Əbul Aliyə ”əlif ləm mim” sözünə çatanda belə demişdi: İyirmi doqquz hərfdən bu üçü dillərdə dolaşmaqdadır. Bunlardan hər biri Onun adlarından bir adın ilk hərfidir. Onlardan hər hərf nemət və bəlalardan birini göstərir. Onlardan hər hərf bir qövmün ömrünü və əcəllərini göstərir. İsa İbn Məryəm təəccüb etmiş və belə demişdir: Heyrət edirəm onlar adını tələffüz edərlər, ruzisi ilə yaşayarlar, amma Onu necə küfr edərlər? — Əlif Allah adının, Ləm də Lətif adının, mim də Məcid adının baş hərfidir. Əlif Allahın “ala” nemətini, “ləm” Allahın lütfünü, “mim” də Allahın məcdini göstərir. Əlif bir il, ləm 30 il, mim də 40 ildir.
Ibn Əbi Hatimin ləfzi budur. Ibn Cərir də bənzərini rəvayət etmiş, sonra bu görüşlərin hər birini yozmağa və onları uzlaşdırmağa çalışmışdır. Əslində aralarında ciddi bir ziddiyyət yoxdur. Cəm etmək mümkündür. Onlar surələrin adlarıdır və Allah Təalanın da adlarındandır. Surələrin əvvəlində yerləşməkdədir. Onlardan hər hərf isimlərindən və sifətlərindən birini göstərməkdədir. Necə ki, bir çox surələr onun həmdi, təsbihi və təzimi ilə başlamışdır. Bu hərflərin Allahın adlarından, sifətlərindən birinə və bir ümmətin ömrünə dəlalət etməsi də maneəsizdir. Belə ki, onu Rəbi ibn Ənəs, Əbul Aliyədən nəql etmişdir. Çünki bir kəlimə bir çox mənalarda istifadə olunur. Məsələn ümmət sözü kimi, müxtəlif mənada istifadə edilir və ondan din qəsd edilir, məsələn “biz atalarımızı bir ümmət içində gördük” (Zuhruf, 22) sözü kimi. Ondan Allaha itaət edən kəs də nəzərdə tutulur, əslən: “İbrahim Allaha itaət edən bir ümmət idi. Müşriklərdən deyildi” (Nəhl, 120) kimi. Ondan bir qrup insan mənası da qəsd edilir, məsələn: “Quyunun başında heyvanlarını sulayan bir ümmətə rast gəldi” (Qəssas, 23) və “hər ümmətə bir elçi göndərdik” (Nəhl, 36) kimi. Ondan zamanın bir hissəsi də nəzərdə tutulur, məsələn: “O ikisindən qurtulan biri bir ümmət sonra xatırladı” (Yusif 45) ayəti kimi ki, bir müddət sonra deməkdir. İki fikirdən ən doğrusu budur. Bax bunlar da belədir.
Onun yozum gətirməyə çalışdığı sözlərin xülasəsi budur. Ancaq bu Əbul Aliyənin dediyi kimi deyildir. Necəki, Əbul Aliyə bir hərf həm o mənaya, həm də bu mənaya dəlalət edir, demişdir. Ümmət və bənzəri ləfzlər terminologiyada müştərək kəlimələrdəndir. Quranda ancaq bir yerdə bir mənaya dəlalət edər, sözün gəlişi də ona kömək edər. Ancaq onu ehtimal edilən yerlərdə bütün mənalara yozmaq üsul alimləri arasında ixtilaflıdır. Bura onu təhlil etmə yeri deyildir. Allah ən doğrusunu biləndir.
Sonra ümmət ləfzi sözün axışına görə bütün mənalarda istifadə edilir. Kəlmənin yeri buna uyğundur. Amma bir hərfin digərindən təqdir və ya əvəzetmənə qoyuluş baxımından, nə də başqa bir şeylə dəstəklənmədən bir ada dəlalət, sahibi tərəfindən izah edilmədikcə mümkün deyildir. Bu baxımdan məsələ ixtilaflıdır. Onda belə hökm verilməsi üçün fikir birliyi yoxdur. Bir hərfin kəlmənin qalan qisminə dəlalət etməsinin doğruluğuna gətirdikləri şahidlər isə cümlə tərzindən və əvvəldəki məzmuna görə başa düşüldüyü təqdirdə mümkündür. Necə ki şair belə demişdir:
“Dayan!” demişdik qadına
Cavabında o Qaf dedi
At və dəvə qovduğumuz
Yadından çıxdı, ya nədi?
Qadın qaf deməklə vaqaftu (durdum) demişdir. Bir başqası da belə demişdir:
Erkək dəvəquşuna nə oldu, döndü
Nece etmesinki, edərsə derisi deşilər
İbni Cerir : İzə Yefalu kəza və kəza demişdir. Yefalu yerinə yə hərfi ilə kifayətlənmişdir. Başqası da belə demişdir:
Xeyir verersense bil evezinde,xeyirdir -meh kimi üzünə əsən
Mən şər istəmərəm, bu yer üzündə, o şəri ilk öncə sən istəməsən
İnşərrən fə şərun vəla uriiduşşərrə illə ən tə şəə. Bu beytdə şair “Fə” və “Tə” hərfləri ilə kəlimələrin digər hərflərinə ehtiyac duymamışdır. Lakin sözün axışından mənanı rahat anlamaq olur. Allah ən doğrusunu biləndir.
Qurtubi belə demişdir. Hədisdə Kim bir adamın ölümünə yarım kəlimə ilə kömək edərsə, deyilmişdir. Sufyan bunu belə izah etmişdir: Uktul (öldür) yerinə, “uk” deməsi kimi. Xüseyf də Mücahiddən belə dediyini rəvayət etmişdir: Surələrin əvvəlindəki “qaf sad hə mim ta sin mim əlif ləm ra” və sair kimi hərflər heca hərfləridir. Bəzi dilçilər belə demişdirlər: bunlar əlifba hərfləridir, surələrin başında qeyd edilməklə iyirmi səkkiz hərfdən digərlərini saymağa ehtiyac qalmamışdır. Məsələn: Hər hansı bir adam: oğlum “əlif bə tə sə” yazır deyər və iyirmi səkkiz hərfdən bunları qeyd edərək digərlərini saymağa ehtiyac duymaz.
Məndə deyirəm ki, Surələrin başındakı hərflər təkrarları çıxsaq on dörd ədəddir. Bunlar əlif ləm mim sad ra kəf hə yə ayn ta sin hə qaf nun -dur. Hamısı bu cümlədə cəmlənir: Nassu həkimun qatıun ləhu sirrun. (Hikmət sahibi dəlili kəsicidir onun çünki sirləri var) Bunlar əlifba hərflərinin yarısıdır. Bu qeyd edilən həriflər qeyd edilməyənlərdən daha şərəflidir. Bunun izah edilmə yeri də sərf (morfologiya) elmidir.
Zaməxşəri belə demişdir: Bu on dörd hərf, hərf cinslərinin bütün siniflərini ehtiva etməkdədir. Yəni bunlar məhmus, məchur, yumşaq, sərt, dilin damağa dəyən, ağzın açıq olduğu, dilin üst damağa dəydiyi, və ya bunun əksi olduğu, qalqalə hərflərindən ibarətdir. Bunları aydın bir şəkildə izah etmiş və sonra da: Hər şeydə incə hikməti olan Allah nöqsandan uzaqdır demişdir. Bu sayılan cinslərlə kifayətlənmişdir. Bildin ki, əksər (çoxluq) üçün ümumi qayda vardır. Bu baxımdan bəziləri burada belə qısa izah vermişdirlər: Şübhə yoxdur ki, bu hərfləri Allah Təala boş yerə endirməmişdir. Bəzi cahillər Qurandakılar olduğu kimi götürülür, onların ümumi mənaları yoxdur, deyirlər ki buda böyük xətadır. Əslidə isə bunların birbaşa mənaları vardır. Əgər bu mövzuda günahsız peyğəmbərdən bizə bir şey gəlsəydi, biz də onu deyərdik. Əks halda olduğumuz yerdə qalaraq : Ona iman etdik, hər şey Allah qatındandır” (Əli İmran, 7) deyərik. Alimlər bunlardan hər hansı birinin üzərində icma etməmişlər, fərqli fikirlər bəyan etmişdirlər. Kim bəzi görüşləri dəlillərlə isbat edərsə ona tabe olmaq lazımdır. Əks halda məna aydınlaşana qədər gözləmək lazımdır.
Mənalarını diqqətə almadığımız təqdirdə surələrin əvvəlindəki bu hərfləri gətirməkdə hikmət nədir? Bəziləri: Surənin əvvəli bilinsin deyə gətirilmişdir, demişdirlər. Bunu ibn Cərir qeyd etmiş və zəif olduğunu bildirmişdir. Çünki surələrin ayrılması bunlar olmasa da mümkündür. Bəsmələnin yazılıb və ya oxunması bunu asanlıqla təmin edir. Başqaları isə belə demişdirlər: Bunlar müşriklərin diqqətini çəkmək üçün gətirilmişdir. Çünki onlar Qurandan üz çevirirdilər. Axırda bu hərfləri eşidəndə diqqətlə dinlədilər. Bunu da ibn Cərir rəvayət etmişdir ki, bu da zəif rəydir. Çünki əgər belə olsaydı bütün surələr bu kimi hərflərlə başlayardı. Halbuki, çoxunda bunlar yoxdur. Əgər belə olsaydı onlarla (müşriklərlə) sözə belə başlamaq istəməzdik, istər surənin əvvəli olsun istərsə də başqa hissəsi. Bundan başqa, bu surə ilə onun ardınca gələn Ali-İmran surəsi, ikisi də Mədinədə enmişdir. Orada müşriklərlə xitab yoxdur. Ona görə də deyilənlər əsassızdır.
Başqaları isə belə demişdirlər: Surələrin belə başlaması Quranın möcüzəsi və xalqın ona oxşarını gətirməkdə aciz olduqlarını göstərmək üçün gətirilmişdir. Halbuki, Quran bu hərflərdən ibarətdir. Razi bu rəyi təfsirində Mübarrad ilə bir qrup tədqiqatçıdan rəvayət etmişdir. Qurtubu də Fərra ilə Qutrubdan belə rəvayət etmişdir. Zəməxşəri bunu Kəşşaf əsərində təsdiqləmiş və şiddətlə müdafiə etmişdir. Şeyx imam Əlləmə Əbul Abbas İbn Teymiyyə ilə şeyximiz Hafiz Müctəhid Əbul Həccac əl Mizzi də bu fikri dəstəkləmişdirlər. Bunu mənə İbn Teymiyyədən özü (Mizzi) nəql etmişdir.
Zəməxşəri belə demişdir: Bu hərflərin hamısı surələrin əvvəlində gəlməmişdir. Təkrar edilmələri də daha təsirli olmaları və qəlbə toxundurucu olsun. Necə ki bir çox qissələr və meydan oxumalar da bu məqsədlə müxtəlif yerlərdə təkrar edilmişdir. Bəzən bir hərf gəlmişdir, məsələn “sad nun qaf” kimi. Bəzən iki hərf gəlmişdir məsələn ha mim kimi. Bəzən üç hərf gəlmişdir, əlif ləm mim kimi. Bəzən də dörd hərf gəlmişdir “əlif ləm mim ra” və ya “əlif ləm mim sad” kimi. Bəzən beş gəlmişdir, məsələn “Kəf hə yə ayn sad” və “ya hə mim ayn sin qaf” kimi. Çünki ərəblərin danışıq tərzi bir hərf, iki hərf, üç hərf, dörd hərf və beş hərf şəklindədir. Bundan daha çox deyildir.
Mən də deyirəm ki, bu hərflərlə başlayan bütün surələrdə Quranın müdafiə edilməsi, möcüzəviliyi və böyüklüyünün vurğulanması lazımdır. Bu da tədqiq edildiyi zaman ortaya çıxır və məlum olur ki, iyirmi doqquz surədə öz təsdiqini tapmışdır. Buna görə də Allah Təala “Əlif, ləm, mim. Bu kitabda şübhə yoxdur” (Bəqərə 1-2) buyurur. “Əlif, Ləm, Mim. Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaradılanların Qəyyumudur. O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi” (Ali Imran 1-3). “Əlif, Ləm, Mim, Sad. Bu, insanları qorxutmaq və möminlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən Kitabdır. Ona görə qəlbin heç narahat olmasın” (Əraf, 1-2). “Əlif, Ləm, Ra. Bu, insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq Allahın yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır” (İbrahim 1). “Əlif. Ləm. Mim. Şübhə yoxdur ki, bu Kitabı aləmlərin Rəbbi olan Allah nazil etmişdir” (Səcdə1-2) “Hə, Mim. Bu, Mərhəmətli və Rəhmli Allah tərəfindən nazil edilmiş, ayələri Quran kimi ərəbcə müfəssəl izah edilmiş, anlaya bilən camaat üçün nəzərdə tutulmuş bir Kitabdır” (Fussilət 1-2). “Hə, Mim, Ayn, Sin, Qaf. Qüdrətli və Müdrik olan Allah sənə və səndən əvvəlkilərə belə vəhy edir” (Şura, 1-3). Daha bir çox ayələr vardır ki, onlara diqqətlə baxanlar dediklərimizin doğruluğunun fərqinə vararlar. Allah ən doğrusunu biləndir.
Amma kim bu hərflərin millətlərin ömrünü göstərdiyini və bunlardan hadisələrin, fitnələrin və müharibələrin vaxtlarını təyin edəcəyini irəli sürərsə, haqqı olmayan bir şeyi iddia etmiş və girmə haqqı olmayan sahəyə girmiş olar. Bu haqda zəif bir hədis rəvayət edilmişdir. O bununla bu sənədin səhhətindən çox, mənaca çürük olduğunu göstərir. Belə ki, Mağazi kitabının müəllifi Muhəmməd ibn İshaq ibn Yesar mənə rəvayət etdi, o da Kəlbidən, o da Əbu Salehdən, o da İbn Abbasdan rəvayət etdi ki, Cabir ibn Abdullah ibn Riyab dedi ki, Əbu Yasir ibn Ahtab, bir neçə yahidi ilə birlikdə Rasulullahın (salləllahu aleyhi və səlləm) yanından keçirdilər. O da Bəqərə surəsinin baş hissəsi olan “Əlif Ləm Mim. Bu kitabda şübhə yoxdur” (Bəqərə, 1-2) ayəsini oxuyurdu. Qardaşı Hüyey ibn Ahtab, bir neçə yəhudi ilə birlikdə onun yanına gəldi: Bilirsinizmi, Allaha and içirəm ki, Məhəmməddən ona enən “əlif ləm mim. Zəlikəl kitab” ayəsini oxuduğunu eşiddim, dedi. O da : Bəli, deyincə Hüyey ibn Ahtab o yəhudilərlə bir yerdə Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına getdi “Ya Muhəmməd xatırlayırsanmı sən Allahın sənə endirdiklərindən “Əlif ləm mim,zəlikəl kitab” oxumuşdun”, dedi. O da :”Bəli” dedi. Onlarda :”Bunu sənə Allahdan Cəbrayılmı gətirdi?” deyə soruşdular. O da :”Bəli” dedi. Onlar da : And içirik ki, səndən əvvəl və səndən başqa mülkünü və ümmətinin müddətini bildiyimiz bir peyğəmbər göndərmədi, dedilər. Bundan sonra Huyey ibn Ahtab qalxdı yanındakılara çevrilib dedi: “Əlif bir, Lam otuz, Mim də qırxdır, cəmi yetmiş bir il edər. Mülkünün müddəti və ümmətinin əcəli yetmiş bir il olan peyğəmbərin dininə girəcəksiniz?” Sonra da üzünü Rəsulullaha (salləllahu aleyhi və səlləm) tutub “Ya Muhəmməd bundan başqa var mı? Dedi. O da :”Bəli” dedi. O da :”Nədir o?” soruşdu. O da “Əlif lam mim sad” dedi. O da “ Bu daha ağır və uzundur” dedi. Əlif bir, lam otuz, mim qırx, sad da yetmişdir. Cəmi yüz otuz bir il edir. Yanında bundan başqa var mı? dedi. O da :”Bəli” dedi O da :”Nədir o?” soruşdu. O da “Əlif lam ra” dedi. O da “ Bu daha ağır və uzundur” dedi. Əlif bir, ləm otuz, ra ikiyüzdür. Toplamı 231 il edər. Ya Məhəmməd , yanında bundan başqa var mı? dedi. O da :”Bəli” dedi O da :”Nədir ?” soruşdu. O da “Əlif lam mim ra” dedi. O da “ Bu daha ağır və uzundur” dedi. Əlif bir, lam otuz, mim qırx, ra ikiyüzdür. Cəmi iki yüz yetmiş bir edər, dedi. Sonra Ya Məhəmməd sənin vəziyyətin bizə qarışıq gəldi, sənə verilən azdırmı, çoxdurmu , bilmirik, dedi. Sonra da qalxın gedək, dedi. Sonra Əbu Yasir, qardaşı Hüyey ibn Ahtaba və yanındakı hahamlara: Nə bilirsiz bəlkə, Məhəmmədə hamısının cəmi qədər, yəni yetmiş bir, yüz otuz bir, iki yüz otuz bir, iki yüz yetmiş bir qədər verilmişdir ki, cəmi yeddi yüz dörd edər, dedi. Onlar da “Onun vəziyyəti biz görə qarışıqdır” dedilər. Bu ayələrin onlar haqqında endiyini iddia etdilər. “O elə Allahdır ki, kitabı sənə endirdi. Onlardan bəzi ayələr möhkəmdir, onlar kitabın anasıdır. Digər bəziləri isə mütəşabehdir”( Ali İmran 7).
Bu hədis Muhəmməd ibn Saib əl Kəlbiyə istinad edir, onun isə tək rəvayət etdiyi hədislər dəlil olmaz. Bundan başqa əgər bu məslək (hərflər bağlı elmi) doğrudursa qeyd etdiyimiz 14 hərflə hesab edilməlidir. O zaman daha çox şey ifadə edər. Əgər təkrarları ilə birlikdə hesablanarsa ortaya daha böyük və daha mükəmməl bir rəqəm çıxar. Allah daha yaxşı bilir.
-
2
Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır.
İbn Cüreycdən rəvayət edilir ki, İbn Abbas “Zəlikəl Kitab” bu kitab, demişdir. Mücahid, İkrimə, Said ibn Cübeyr, Suddi, Muqatil ibn Həyyan, Zeyd ibn Əsləm və ibn Cüreyc, “zəlikə” — həzə mənasındadır, demişdirlər. Ərəblər bu iki ismi bir birinin əvəzində istifadə edirlər. Bu onların dilində bilinən bir şeydir. Bunu da Buxari, Mamər ibn əl Musennadan, o da əbu Ubeydədən rəvayət etmişdir. Zaməxşəri belə demişdir: “Zəlikə (bu) “Əlif Ləm Mimə” işarətdir. Çünki Allah Təala “Lə fəridun vəla avanun beynə zəlik” (Bəqara 68) və “Zəlikum hukmullahi yəhkumu beynəkum”(Mumtehinə 10) və “Zəlikumullah” (Ənam, 95), buyurmuşdur. Bunun kimi yuxarıda qeyd edilən şeyə işarət edən çox misallar vardır. Bəzi təfsirçilər Qurtubi və digərlərinin nəqlinə baxaraq “zəlikənin” Peyğəmbərə (salləllahu aleyhi və səlləm) endirilməsi vəd edilən Qurana, və ya Tövrata və ya İncilə və ona qədər şeylərə işarət etdiyini demişdirlər. Çoxu bu fikri zəif saymışdırlar. Allah ən doğrusunu biləndir.
Kitab Qurandır. Kim ibn Cərir və digərlərinin rəvayət etdiyi kimi, bu kitab Tövrata və İncilə işarət edir deyərsə, heyvanını uzaq yerdə otarmış, məna çıxartmaq üçün dərinə getmiş və bilmədiyi şeyə əl atmış olar.
Rayb: Şübhə deməkdir. Suddi Əbu Malikdən, o da Əbu Salehdən, o da İbni Abbasdan, o da İbni Məsud ilə Rəsulullahın (salləllahu aleyhi və səlləm) əshablarından “lə raybə fih” bunda şübhə yoxdur mənasındadır demişdirlər. Əbuddərda, İbni Abbas, Mücahid, Said ibn Cubeyr, Əbu Malik, İbni Ömərin azad edilmiş köləsi Nafi, Ata, Əbul Aliyə, Rəbi ibn Ənəs, Muqatil ibn Həyyan, Suddi, Qatadə, İsmayıl ibn əbu Xalid də belə demişdirlər. İbn Əbu Hatim də: Mən də bunda ixtilaf bilmirəm, demişdir. Bəzən də “rayb” töhmət mənasında istifadə edilir. Şair Cəmil belə demişdir:
Deyəndəki, ey Cəmil, şübhələndirdin məni,
Dedim ki, ey Büseynə, bölüşürük şübhəni.
Bəzən də ehtiyac mənasında istifadə edilmişdir:
Tihamədən, Xeybərdən ödədik ehtiyacı
Sonra da yığışdırdıq, silahları, qılıncı
Burada kəlamın mənası belədir. Bu kitab ki, Qurandır, onun Allah qatından endirilməsində şübhə yoxdur. Necə ki, Allah Təala səcdə surəsində belə demişdir: “Əlif ləm mim, Kitabın aləmlərin Rəbbi Allah tərəfindən endirilməsində şübhə yoxdur”. Bəziləri də: bu xəbərdir, qadağan etmə mənasındadır, yəni onda şübhə etməyin, demişdirlər. Bəzi qarilər “Lə rayb” sözündə dayanar, “fihi hudən lil muttaqin” deyə başlayarlar. “Lə raybə fih” də dayanmaq, qeyd edilən ayət səbəbi ilə daha yaxşıdır. Burada “hudən” sözü Quranın sifəti olur. Bu isə “fihi hudən” dən daha qüvvətlidir. “Hudən” Ərəd dili baxımından sifət olaraq adlıq halda olması, hal olaraq təsirli halda olması icazəlidir. Hidayət möminlərə məxsus edilmişdir, necə ki, Allah Təala buyurur: ”De ki: O iman edənlər üçün hidayət və şəfadır. İman gətirməyənlərin isə qulaqlarında tıxac vardır. Onlar ona qarşı kordurlar. Onlar sanki uzaq bir yerdən çağırılırlar”(Fussilət, 44). “Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. Bu ayələr zalımların ancaq ziyanını artırır” (İsra, 82). Bunun kimi Qurandan ancaq möminlərin faydalanacağını göstərən bir çox ayələr vardır. Çünki o özü hidayətdir, fəqət ondan yalnız yaxşılar istifadə edə bilər. Çünki Allah təala belə demişdir: “Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstəricisi və mərhəmət gəlmişdir.”(Yunis 57) Suddi Əbu Malikdən, o da Əbu Salehdən, o da İbn Abbasdan, o da Murrə əl Həmədanidən, o da ibn Məsuddan o da bəzi əshablardan “hudənlil muttaqin” müttəqilər üçün nurdur, dediklərini rəvayət etmişdir. Şabi azğınlıqdan doğru yolu göstərən bir rəhbərdir , demişdir. Said ibn Cubeyr də: Müttəqilər üçün izahdır, demişdir ki, hamısı doğrudur. Suddi Əbu Malikdən, o da Əbu Salehdən, o da İbni Abbasdan, o da Murrə əl Həmədanidən o da İbn Məsuddan rəvayət edir ki, bəzi səhabələr müttəqilər möminlərdir demişdirlər. Muhamməd ibn İshaq, Zeyd ibn sabitin azad edilmiş köləsi Muhəmməd ibn abu Muhəmməddən, o da İkrimədən o da Said ibn Cubeyrdən, rəvayət edir ki, İbni Abbas: Müttəqilər bildikləri hidayəti tərk etməkdə Allahın əzabından qorxanlar, gətirdiyi şeyləri təsdiq etməkdə Allahın rəhmətini umanlardır, demişdir. Əbu Ravkdən Dahhaq vasitəsi ilə rəvayət edilir ki, İbni Abbas: Müttəqilər mənə (Allaha) şirk qoşmaqdan qorxan və mənə itaət edən möminlərdir, demişdir. Süfyan Sevri bir adamdan, o da Həsən Bəsridən rəvayət edir ki, müttəqilər Allahın haram etdiyi şeylərdən çəkinən və fərzləri yerinə yetirənlərdi, demişdir. Əbu Bəkr ibn Əyyaş deyir ki, Aməş məndən müttəqilər haqqında soruşdu, mən də ona cavab verdim. Mənə Kəlbidən soruş, dedi. Mən də soruşdum, o da: Müttəqilər böyük günahlardan çəkinənlərdir dedi. Məndə Aməşə bunu xəbər verdim, o da belə fikirdə idi, dedi və etiraz etmədi. Qatadə, Müttəqilər Allah ardınca gələn ayədə Allahın “onlar qeybə iman edər və namazı dosdoğru qılarlar” (Bəqara, 3) deyə təsvir etdiyi kəslərdir, demişdir. İbn Cərir bunu üstün rəy hesab etmişdir: Ayə bütün bunları ehtiva edir və onun dediyi kimidir. Tirmizi ilə İbn Macə Əbu Aqil Abdullah ibn Aqildən, o da Abdullah ibn Yeziddən, o da Rabia ibn Yeziddən, o da Atiyyə ibn Qeysdən, o da Atiyyə əs Sadidən rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Qul şübhəli olmayan şeyləri şübhəli ola bilər narahatçılığı ilə rədd etmədikcə müttəqilərdən ola bilməz. Sonra da Tirmizi: Hədis həsən qəribdir, demişdir.
İbn əbu Hatim, mənə atam rəvayət etdi dedi, o da Abdullah ibn İmrandan, o da İshaq ibn Süleymandan yəni Razidən, o da Muğirə ibn Muslimdən rəvayət edir ki, Meymun ibn Abu Həmzə dedi ki, mən Abu Vailin yanında oturmuşdum. Yanımıza bir adam gəldi, ona Muazın dostlarından Əbu Afif deyirdilər, Şəqiq ibn Sələmə ona : Ey Əbu Əfif, bizə Muaz ibn Cəbəldən bir hədis oxumayacaqsan?- dedi. O da Yaxşı, ondan belə dediyini eşitdim, dedi: İnsanlar qiyamət günündə düz bir yerdə dayandırılarlar: “Müttəqilər haradadır?” deyə səslənilər. Onlar qalxar Allahın himayəsinə sığınarlar, Allah da onlardan pərdələnməz. Mən də müttəqilər kimlərdir? dedim. O da: Şirkdən və bütlərə ibadət etməkdən çəkinənlər, Allaha ixlasla ibadət edənlərdir. Cənnətə doğru keçərlər, dedi.
Bəzən hidayət deyilir amma qəlbdə yerləşən iman qəsd edilir. Bunu da qəlblərə ancaq Allah Təala yerləşdirir. Allah Təala belə demişdir: “Şübhəsiz ki sən sevdiyini hidayət edə bilməzsən” (Qasas, 56).”Onlara hidayət vermək sənə aid deyildir” (Bəqəra 272). Allah kimi azdırarsa ona hidayet verəcək yoxdur” (Əraf, 186). “Allah kimə hidayət verərsə, o doğru yolu tapmışdır. Kimi də azdırarsa onun üçün doğrunu göstərən bir dost tapmazsan” (Kəhf, 19). Bunlardan başqa bir çox ayələr də vardır. Bəzən də hidayət deyirlər amma ondan haqqın çatdırılması, izahı və göstərilməsi qəsd edilir. Allah təala belə demişdir: “Həqiqətən də sən doğru yola hidayət edərsən” (Şura, 52). “Sən ancaq bir xəbərdaredicisən, hər cəmiyyətin bir hidayət edəni vardır” (Rad, 7). “Səmud qövmünə gəlincə onalara hidayət verdik. Onlar isə korluğu hidayətə dəyişdilər” (Fussilət, 17). ”Onu iki yola hidayət etmədikmi?” (Bələd, 10). İki yolda məqsəd bəziləri üçün xeyir və şərdir. Bu da üstün olmağa layiq bir rəydir. Allah ən doğrusunu biləndir.
Təqva kəlməsinin əsli xoşagəlməz şeylərdən çəkinməkdir. Çünki əsli vaqvadır, bu isə viqayə sözündən əmələ gəlib. Şair Nəbiğə belə demişdir:
Salmamaq üçün başından açılan örpəyini
Biz çəkdik, tutmaq üçün o uzatdı əlini
Başqası isə belə demişdir:
Günəşdən niqabını çəkincə, öz əliylə
Əvəzlədi niqabı, və gözəl biləyiylə
Belə deyilmişdir: Ömər ibn Xəttab- radiyallahu anh Ubey İbn Kabdan təqva haqqında soruşdu, o da “Sən tikanlı yolda getmisənmi?” dedi. O da “Bəli” dedi. O da “Neylədin?” dedi. O da “Ətəyimi çirmələdim və tapdamamağa çalışdım”, dedi. O da: Bax təqva budur, dedi. Şair ibn Mutəz bu mənanı belə dilə gətirmişdir:
İstər kiçik olsun istərsə böyük
Tərk et günahları, ağırıdır bu yük
Tikanlı yollarda yerisən əgər
Hər addım, ehtiyat istəməz məgər?
Kiçik günahları xor görmə saqın
Xırda daş kəsəkdir tərkibi dağın.
Əbuddərda bir gün belə bir şeir oxudu:
İnsan arzusunun dalınca gedər,
Allah istəyərsə, O bunu edər.
İnsan “mənfəətim və malım” deyər
Ən gözəl mənfəət, nə gözəl dəyər
Allahın təqvası deyildir məyər?
İbn Macə Sunən əsərində Əbu Umamədən rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir. Bir insan Allahın təqvasından sonra yaxşı bir zövcə qədər xeyirli bir şey əldə etməmişdir. Ona baxarsa sevindirər, ona əmr edərsə itaət edər, and içdirərsə andına sadiq qalar, yanında olmazsa özünü və malını qoruyar.
-
3
O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən xərcləyirlər;
Əbu Cəfər əl Razi, Ala ibn əl Museyyib ibn Rafidən, o da Əbu İshaqdan, o da Əbul Əhvasdan rəvayət edir ki, Abdullah ibn Məsud: Iman təsdiq etməkdir, demişdir. Ali ibn abu Talhadan rəvayət edilir ki, İbn Abbas: “iman edənlər” təsdiq edənlərdir, demişdir. Mamər Zuhridən rəvayət edir ki, o “İman əməldir” demişdir. Əbu Cəfər ər-Razi Rəbi ibn Ənəsin “iman edənlər” qorxanlardır, dediyini rəvayət etmişdir.
İbn Cərir belə demişdir: Ən üstün rəy, iman edənlər, söz, etiqad və əməl baxımından qeybə iman sifətini daşıyanlardır. Allahdan qorxmaq iman mənasına girir ki, o da sözü işlə təsdiq etməkdir. İman Allahı kitablarını rəsullarını iqrar etmək, və bu iqrarı da əməllə təsdiq edən geniş mənalı bir kəlmədir.
Mən də deyirəm ki, İman lüğətdə sırf təsdiq mənasına gəlir. Bəzən Quranda istifadə edilir, ondan da bu murad edilir. Məsələn: “Allaha iman edər və möminlərə iman edər” (Tövbə, 61) ayəsində olduğu kimi. Və Yusifin qardaşlarının “Biz doğru desək də sən bizə iman edəcək deyilsən” (Yusif, 17) sözləri kimi. Əməllərlə bir yerdə istifadə edilərsə də bu mənaya gəlir, “ancaq iman edib yaxşı əməllər edənlər müstəsna”(İnşiqaq, 25). Amma mütləq olaraq istifadə edilərsə şəri iman mənasında qəbul edilər o da ancaq etiqad, söz və əməl baxımından olar. İmamların çoxu bu qənaətdədir. Hətta Şafi, Əhməd ibn Hənbəl, Əbu Ubeyd və daha bir çoxları bu xüsusda icma olaraq nəql etmişlər ki: İman söz və əməldir, artar və azalar demişdirlər. Bu mövzuda bir çox əsər və hədislər varid olmuşdur ki, biz də onları Buxari şərhinin əvvəlində qeyd etmişik. Həmd və minnət Allaha məxsusdur.
Bəziləri də onu qorxu kimi də təfsir etmişdirlər. Məsələn “Rəbblərindən qiyabən qorxarar” (Mülk, 12) və: “Kim Rəhmandan qiyabən qorxar və Allaha dönən bir qəlb ilə gələrsə (Qaf, 33)” ayələrində olduğu kimi. Qorxu da iman və elmin xülasəsidir. Beləki, AllahTəala belə demişdir. “Qullardan Allahdan ancaq Alimlər qorxar”(Fatir, 33) ayəsində olduğu kimi. Bəziləri də belə demişdirlər: Onlar görünənə iman etdikləri kimi görünməyənə də iman edərlər, münafiqlərdən bəhs edən bu ayədə olduğu kimi: ”İman edənlərlə qarşilaşdığı zamab biz də iman etdik deyərlər. Şeytanları ilə baş başa qaldıqları zaman isə: Şübhəsiz ki biz sizinlə bərabərik,biz ancaq onları məsxərəyə qoyuruq, deyərlər” (Bəqara, 14) və “Münafiqlər sənin yanına gəldikləri zaman şəhadət edirik ki sən həqiqətən Allahın elçisisən, deyərlər. Allah bilir ki, sən onun elçisisən. Allah şahidlik edər ki, münafiqlər yalançıdır” (Munafiqun, 1). Buna görə də “bilğaybi” sözlüyü halı bildirir, yəni insanların yanında olmadıqları zaman deməkdir.
Amma burada qeybdə qəsd edilən şey xüsusunda da sələfin ifadələri müxtəlifdir. Hamısı da doğrudur, hamısı da Allahın qəsd etdiyi şeydir. Əbu Cəfər Ər-Razi, Rəbi İbn Ənəsdən Əbul Aliyə: ”Qeybə iman edərlər” sözündə: Allaha, mələklərə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, cənnətinə, cəhənnəminə, ona qovuşmağa iman edərlər; ölümdən sonrakı həyata və dirilməyə də iman edərlər. Bütün bunlar qeybdir demişdir. Qatadə İbn Diamə də belə demişdir. Suddi, Əbu Malikdən o da Əbu Salihdən, o da İbn Abbasdan bir də Suddi o da Murrə Əl-Həmədanidən o da İbn Məsuddan o da Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bəzi sahəbələrindən: Qeyb cənnət və cəhənnəm kimi qullardan gizlədilən şeylərdir demişdilər. Muhəmməd İbn İshaq, Muhəmməd İbn Əbi Muhəmməddən, o da İkrimədən və ya Səid İbn Cubeyrdən, İbn Abbas “qeyb” Allahdan gələnlərdir, demişdir. Süfyan Sevri Asimdən rəvayət edir ki, Zər belə demişdir: ”Qeyb” Qurandır. Ata İbn Əbi Rəbah da: Kim Allaha iman edərsə qeybə iman etmiş olar demişdir. İsmayıl İbn Əbi Xalid də: ”Qeybə iman edərlər” İslam qeybinə iman edərlər demişdir. Zeyd İbn Əsləm də “Qeybə iman edərlər” qədərə iman edərlər, demişdir. Bütün bunlar bir mənada toplanmışdır, çünki bu izah olunanlar iman edilməsi lazım olan qeyb cümləsindəndir.
Səid İbn Mənsur belə demişdir: Bizə Əbu Muaviyə Aməşdən rəvayət etdi ki, Əmmara İbn Umeyr o da Abdurrəhman İbn Yəziddən rəvayət edir ki: Biz Abdullah İbn Məsudun yanında oturmuşduq; Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələrindən bizi imanda ötmələrindən bəhs etdik. Abdullah İbn Məsud: Muhəmməd sallahu aleyhi vəssəlləmin vəziyyəti onu görənlər üçün aydındı. Özündən başqa ilah olmayan Allaha and içirəm ki, qeybə iman edəndən daha fəzilətli bir şeyə iman edən kimsə yoxdur, dedi, sonra da bu ayələri oxudu: “Əlif. Ləm. Mim. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır. O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən xərcləyirlər. İbn Əbi Hatim, İbn Mərdəveyh və Hakim də Mustədrəkində Aməşə çatan yollardan da belə demişlərdir. Hakim: Səhihdir, İki şeyx bunu təxric etməmişdir, demişdir. İmam Əhmədin rəvayət etdiyi bu hədis də bu mənadadır: Bizə Əbul Muğirə o da Əvzaidən o da Əsid İbn Abdurrəhmandan o da Xalid İbn Dureykdən rəvayət edir ki, İbn Məhayriz deyir ki: Əbu Cumaya bizə Rəsulullahdan (salləllahu aleyhi və səlləm) eşitdiyin bir hədis daniş, dedik. O da: Yaxşı, sizə gözəl bir hədis danışım, dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə səhər yeməyini yedik. Yanımızda da Əbu Ubeydə İbn Cərrah var idi: ”Ya Rəsulullah, bizdən daha xeyirli bir kimsə varmı? Səninlə bərabər müsəlman olduq, səninlə bərabər cihad etdik” dedi. O da “Bəli” dedi. “Sizdən sonra gələn məni görmədikləri halda mənə iman edən bir qövm” dedi. Başqa bir rəvayətdə də belədir: Əbu Bəkir İbn Mərdəveyh təfsirində belə demişdir: Bizə Abdullah İbn Cəfər o da İsmayıldan o da Abdullah İbn Məsuddan, bir də Abdullah İbn Salihdən o da Muaviyyə İbn Salihdən rəvayət etdi ki, Salih İbn Cubeyr belə deyir: ”Rəsulullahın (salləllahu aleyhi və səlləm) Əbu Cuma namaz qılmaq üçün Beytul-müqəddəsə gəldi. O gün üçün yanımızda da Racə Əbu Hayvə radıyallahu anhu var idi. Namazdan sonra onu yola salmaq üçün çıxdıq. Getmək istədiyi vaxt: Qazanc və mükafata layiq oldunuz, sizə Rəsulullahdan (salləllahu aleyhi və səlləm)veşitdiyim bir hədisi deyim. Biz də “De” Allah sənə rəhm etsin, dedik. Belə dedi: ”Biz Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə birlikdə idik. Yanımızda Muaz İbn Cəbəl də var idi. On adam olardıq. “Ya Rəsulullah, mükafatı bizdən daha böyük olan biri varmı? Allaha iman etdik, sənə tabe olduq” dedik. O da belə dedi: İman etmənizə nə maniyə olurdu. Rəsulullah (salləllahu aleyhi və səlləm) aranızda idi, göydən vəhy enirdi. Sizdən sonra gələn bir qövm, onlara iki qapaq arasında bir kitab gəlir, ona iman eləyər və içindəkilərə əməl edərlər. Elə onlar mükafat baxımından sizdən iki qat üstündürlər, dedi. Sonra İbn Mərduveyh bunu Dəmrə İbn Rəbia, Mərzuq İbn Nəfi, Salih İbn Cubeyr, Əbu Cuma yolu ilə də rəvayət etdi.
Bu hədisdə vicadə deyilən və hədisçilərin ixtilaf etdiyi yazılı hədis mətni ilə əməl etmənin caiz olduğuna dəlillər vardır. Necə ki, mən də bunu Buxarinin şərhinin əvvəlində təhlil etdim. Çünki, peyğəmbərimiz bu hərəkətə görə onları mədh etmiş və onlara məhz bu cəhətdən böyük savab olduğunu bildirmişdir. Həsən İbn Ərəfə Əl-Abdinin rəvayət etdiyi hədis də belədir: Bizə İsmayıl İbn Əyyaş Əl-Hımsi o da Muğirə İbn Qeys Ət-Təmimidən o da Amr İbn Şuaybdən o da atasından o da babasından nəql edir ki, : Rəsulullah (salləllahu aleyhi və səlləm): ”Sizcə iman baxımından kimlər daha təəccübləndiricidir?” dedi. Onlar da: Mələklər dedilər. O da: Onlar necə iman etməsinlər? Axı onlar Rəbblərinin yanındadılar, dedi. Onlar da: Peyğəmbərlər dedilər. O da: necə iman etməsinlər. Axı onlara vəhy enir, dedi. Onlar da: Bizik dedilər. O da: siz də necə iman etməyəsiniz. Axı mən sizin aranızdayam, dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm) belə dedi: Bilin ki, imana görə ən təəccüb ediləcək yaradılanlar, sizdən sonrakı bir qövmdür ki, bunlar yazılı bir neçə səhifə taparlar və içindəkilərə iman edərlər. Əbu Hatim Ər-Razi: Muğirə İbn Qeys Əl-Bəsrinin hədisi munkərdir, dedi.
Mən də deyirəm ki, ancaq Əbu Yala Müsnədində, İbn Mərduveyh Təfsirində və Hakim də Müstədrəkində Muhəmməd İbn Həmiddən (zəif ravidir) o da Zeyd İbn Əsləmdən, o da atasından o da Ömərdən o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) oxşar rəvayət etmişdir. Hakim də: İsnadı səhihdir, Buxari ilə Muslim təxric etməmişlərdir, demişdir. Bir oxşarı da Ənəs İbn Malikdən mərfu olaraq rəvayət edilmişdir. Allah daha yaxşı bilir.
İbn Əbi Hatim belə demişdir: Bizə atam o da Abdullah İbn Muhəmməd Əl-Musnididən o da İshaq İbn İdrisdən o da İbrahim İbn Cəfər İbn Mahmud İbn Sələmə Əl-Ənsaridən o da Cəfər İbn Mahmuddan o da nənəsi Nüveylə Bint Əsləmdən belə rəvayət etmişdir ki: Zöhrü və əsri Harisoğullarının məscidində qıldım. İlya (Qudus) məscidinə üz tutduq, iki rükət qıldıq, sonra bizə Rəsulullahdan (salləllahu aleyhi və səlləm) Kəbəyə tərəf yönələrək namaz qıldığı xəbəri gəldi. Qadınlar kişilərin yerinə, kişilər də qadınların yerinə keçdilər. Qalan iki rükəti da Kəbəyə tərəf yönələrək qıldıq. İbrahim deyir ki, mənə Harisoğullarından bir nəfər nəql etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) onların belə elədiklərini eşidincə: Onlar qeybə iman edən qövmdür, dedi. Bu hədis bu cəhətlə qəribdir.
İbn Abbas belə demişdir: ”Namazı doğru qılarlar”: Yəni namazı fərzləri ilə qılarlar. Dahhaq İbn Abbasdan: Namazı doğru qılmaq, rüku, səcdə, qiraət, xuşu və özünü namaza vermə kimi şeyləri tam eləməkdir. Qatadə belə demişdir: Namazı doğru qılmaq, vaxtını buraxmamaq, dəstəmazını, rükunu və səcdəsini tam etməkdir. Muqatil İbn Həyyan belə demişdir: Onu doğru qılmaq vaxtını buraxmamaq, dəstəmazı tam almaq, rüku, səcdə, qiraət, təhiyyət və peyğəmbərə (salləllahu aleyhi və səlləm) salavat kimi şeyləri tam yerinə yetirməkdir. Həqiqətən də onu doğru etmək elə budur.
Əli İbn Əbu Talha və digərləri, İbn Abbasdan nəql etmişdilər ki, “Özlərinə ruzi olaraq verdiyimizdən Allah yolunda xərcləyərlər”: Bu, malların zəkatıdır, demişdir. Suddi, Əbu Malikdən, o da Əbu Salihdən, o da İbn Abbasdan, bir də Murrədən, o da İbn Məsuddan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) bəzi sahabələri: Nəfəqə (xərc) insanın ailəsinə xərclədiyidir, demişlərdir. Bu da zəkat haqqındakı vəhy enmədən əvvəl idi. Cuveybirdən, Dahhaq belə demişdir: Nəfəqələr hər kəsin malının gücünə görə Allaha yaxınlaşmaq üçün edilən xərcləmələr idi. Hətta Bəraət surəsindəki yeddi sinif haqqında ayə nazil olana qədər bu belə idi. Bunlar onları nəsx etdi və yerində qaldı. Qatadə: “Özlərinə ruzi olaraq verdiklərimizdən xərcləyərlər” ayəsində: Allahın sizə verdiklərindən xərcləyin. Bu mallar əmanətdir, sənin yanında əmanət və borcdur. Ey Adəm oğlu, yaxında onlardan ayrılacaqsan. İbn Cərir bu ayənin zəkat və digər nəfəqələr üçün ümumi olduğunu demiş və belə buyurmuşdur: Ən uyğun və doğru yozum zəkat və nəfəqə kimi lazım gələn şeyləri verməkdir. Çünki Allah təala ümumi demiş və onları bununla mədh etmişdir. İnfaq da zəkat da təriflənən və xoş şeylərdəndir.
Mən də deyirəm ki, Allah təala çox vaxt namazla infaqı birlikdə zikr etmişdir. Çünki namaz Allahın haqqıdır, ona ibadətdir. O da onun tövhidini, onun təriflənməsini, ucaldılması, ona yalvarmağı, ona dua etməyi və ona təvəkkülü ehtiva edir. İnfaq isə faydalı şeyi yaradılanlara ehsan etməkdir. Buna da insanların ən layiq olanları qohumlar, ailələr və kölələrdir. Sonra da yadlardır. Vacib olan nəfəqələr və fərz olan zəkat bu infaqa daxildir. Bunun üçündür ki, iki səhihdə İbn Ömərdən rəvayət edilən hədisdə Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: İslam beş təməl üzərində qurulub: Allahdan başqa ilah olmadığına və Muhəmmədin Allahın rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, ramazan orucunu tutmaq və Kəbəni həcc etmək. Bu xüsusda hədislər çoxdur.
Namazın əsli Ərəb dilində duadır. Şair Əaşa belə demişdir:
Bir gözətçisi vardır ayrılmaz qapısından,
Başı kəsilsə belə, Əl çəkməz duasından
Yenə belə demişdir:
Meh əsdi, hava dəydi piyalədə şəraba,
Dua etdi, istədi və xaç çəkdi o qaba
İbn Cərir bu iki beyti buna sübut olaraq gətirmişdir. Başqa birisi yəni şair Əaşa da belə demişdir:
Ölümüm yaxınlaşdı, qızım dedi Allahım, Atama ağrı vermə sənsən yalnız pənahım
Duanın bir hissəsi sənə qayıtsın qızım, hər kəsə bu dünyada köməkçi, dayaq lazım
Demək istəyir ki: Mənə etdiyin duanın eynisi sənə olsun. Bu bəllidir. Sonra əs-salat kəlməsi şəriətdə rükülü, səcdəli, müəyyən vaxtlarda bilinən, şərtləri və bəlli növləri ilə yerinə yetirilərək edilən özünəməxsus hərəkətə deyildi. İbn Cərir belə demişdir: Mən elə fikirləşirəm ki, namaza salat deyilməsi, namaz qılanın savab və ehtiyac istəyinin Allah tərəfindən yerinə yetirilməsi arzusuna görədir. Belə də deyilmişdir: O salveyn deyilən iki damarın namaz qılarkən rükü və səcdədə hərəkət etməsindəndir. Bu iki damar beldən büzdüm sümüyünə qədər uzanır. Bunun üçündür ki, at yarışında ikinci gələn ata, musalli deyilir. Bu rəyə etiraz edilmişdir. Bunun saly kökündən gəldiyi də deyilmişdir ki, o da bir şeyə möhkəm yapışmaqdır. Necə ki,: ”Lə yəsləhə” ona möhkəm sarılmaz və ona davam etməz “ancaq bədbəxt kimsə edər” (Leyl, 15) ayəsi də bundandır. Bunun ağacı düzəltmək üçün oda atmaqdan gəldiyi də deyilmişdir. “Həqiqətən namaz pis və çirkin əməllərdən çəkindirər. Allahın zikri ən böyükdür” (Ənkəbut, 45) ayəsi də bu mənadadır. Duadan törəməsi isə ən doğrusu və ən məşhurudur. Allah ən doğrusunu biləndir. Zəkat isə yeri gəlincə izah ediləcəkdir, inşəAllah.
-
4
O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar.
İbn Abbas belə demişdir: “O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir”: Yəni Allah tərəfindən gətirdiyin şeyləri də səndən əvvəl peyğəmbərlərin gətirdiyi şeyləri də təsdiq edərlər. Onların aralarında ayrı seçkilik eləməzlər. Onların Rəbblərindən gətirdiklərini inkar etməzlər, demişdir. “Axirətə də yəqinliklə inanırlar”: Yəni öldükdən sonra dirilməyə, cənnətə, cəhənnəmə, hesaba və mizana inanırlar. Axirətə elə deyilməsi, dünyadan sonra olmasından ötrüdür. Təfsirçilər burada iki məvsufda, onlar yuxarıda Allah Təalanın : “O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən xərcləyirlər” (Bəqərə 3) dediyi kimsələrdir mi, onlar kimlərdir, deyə üç rəy üzrə ixtilaf etmişdilər. İbn Cərir bunları nəql etmişdir: Birincisi: Əvvəl sifətlənənlər ikinci dəfə də sifətlənənlərdir, onlar da Ərəblərin möminləri, əhli kitabın möminləri və digərləri olmaqla bütün möminlərdir. Bunu da Mücahid, Əbul-Aliyə, Rəbi İbn Ənəs və Qatadə demişlərdir. İkincisi: O ikisi birdir, onlar da əhli kitabın möminləridir. Bu iki rəyə görə vav bağlayıcısı sifətləri bir birinə bağlayan ədat olur. Bu ayədə olduğu kimi: “Ən Uca Rəbbinin adına təriflər de! O (Rəbbin) ki, (hər şeyi) yaradıb kamilləşdirdi; O (Rəbbin) ki, (hər şeyin müqəddəratını) əzəldən müəyyən edərək yol göstərdi, O( Rəbbin) ki, otlağı cücərdib, sonra da qaralmış samana çevirdi” (Ala, 1-5). Necə ki, şair də belə demişdir:
Ağa, cəsur hökmdara
Savaşda ordunun aslanı hökmdara
Burada sifətlər bir birinə bağlanmış, məvsuf isə təkdir. Üçüncüsü: Birinci məvsuflar Ərəb möminləridir. “O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar” (Bəqərə, 4) sözündəki ikinci məvsuflar da əhli kitabın möminləridir. Bunu da Suddi, təfsirində İbn Abbas ilə bir neçə səhabədən nəql etmişdir. İbn Cərir rahmətullahi aleyh də bunu tərcih etmiş və dediyinə: “Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də öz-lərinə nazil edilənə iman gətirir” (Ali İmran, 199) və “əvvəl özlərinə Kitab verdiyimiz kəslər ona iman gətirirlər.Onlara oxunduğu zaman: “Biz ona iman gətirdik. O, həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik!”– deyirlər.Səbr etdiklərinə görə onlara mükafatları ikiqat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən xərcləyirlər” (Qasas, 52-54) ayələrini və İki Səhihdəki bu hədisi şahid gətirmişdir: Şabi, Əbu Burdədən rəvayət etmişdir. Rəsulullah (salləllahu aleyhi və səlləm) də belə demişdir: Üç kimsəyə mükafatları iki dəfə verilir: Əhli kitabdan öz peyğəmbərinə və mənə iman edən kimsəyə; Allahın haqqını və ağalarının haqqını lazımınca ödəyən köləyə; cariyəsini gözəlcə tərbiyə etdikdən sonra onu azad edərək onunla evlənən kimsəyə. İbn Cərir dediyinin düzgünlüyünə Allah Təalanın sürənin əvvəlində mömin və kafirləri sifətləmə menasibətini dəlil gətirmişdir. O, kafirləri kafir və münafiq olmaqla ikiyə ayırdığı kimi möminləri də Ərəb və əhli-kitab olmaqla ikiyə ayırmışdır.
Məncə ən açığı Mücahidin rəyidir. Sevri onu bir adamdan, o da Mücahiddən rəvayət etmişdir. Onu başqaları da İbn Əbi Nəcih vasitəsi ilə Mücahiddən rəvayət etmişdir. O belə demişdir: Bəqərə surəsinin əvvəlində dörd ayə möminlər haqqında, iki ayə də kafirlər haqqında endi. On üç ayə də münafiqlərin haqqında endi. Bu dörd ayə bu sifəti daşıyan ərəb və əcəm, insan və cinlərdən olan bütün möminləri ehtiva edir. Bu sifətlərdən biri olmadan digəri səhih olmaz. Necə ki, biri digəri üçün çox vacib şərtdir. Qeybə iman, namaz və zəkat ancaq Rəsulullahın (salləllahu aleyhi və səlləm) gətirdiyi və ondan əvvəl peyğəmbərlərin gətirdikləri şeylərə inanmaqla və axirətə də kəsin inanmaqla səhih olur. Allahın rəhməti və salamı bütün peyğəmbərlərin üzərinə olsun. Bu, ancaq bununla səhih olduğu kimi Allah möminlərə də bunu əmr etmişdir. Necə ki, belə demişdir: “Ey iman edənlər, Allaha, Rəsuluna, Rəsuluna nazil etdiyi kitaba və ondan əvvəl nazil etdiyi kitaba iman edin.” “Əhli kitabla ancaq ən gözəl tərzdə mücadələ edin, ancaq zalımları istisna. Bizə nazil olana və sizə nazil olana iman etdik. Bizim ilahımız və sizin ilahınız birdir, deyin”. “Ey Kitab verilmişlər! Üzləri sıyırıb arxalarına çevirməmişdən, yaxud şənbə əhlini lənətlədiyimiz kimi onları da lənətləməmişdən öncə yanınızda olanı təsdiqləyici (kimi) nazil etdiyimizə iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir”(Nisa 47). De: “Ey Kitab əhli! Nə qədər ki, Tövrata, İncilə və Rəbbinizdən sizə nazil edilənə düzgün əməl etmirsiniz, siz doğru yolda deyilsiniz”. Əlbəttə, Rəbbindən sənə nazil edilən onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Sən isə kafir tayfa üçün heyfsilənmə (Maidə 68). “Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağış-lanma diləyirik, dönüş də yalnız Sənədir!” (Bəqərə, 285). “Allaha və Onun elçilərinə iman gətirən və onlardan heç birinin arasında fərq qoymayanlara Allah öz mükafatlarını verəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir” (Nisa, 152). Daha bir çox ayələr vardır ki, onlar da möminlərə Allaha, peyğəmbərlərinə və kitablarına iman etmələrini buyurmuşdur. Ancaq əhli-kitab möminlərinin bir xususiyyəti vardır ki, onlar əllərində olana xüsusilə iman edərlər. İslama girərək buna da ayrıca iman etdikləri vaxt bundan ötrü iki qat savab qazanırlar. Digərlərinə gəlincə onlar üçün keçən şeylərin hamısına iman müzakirə mövzusudur. Necə ki, səhih hədisdə Buxarinin rəvayəti: “Əhli kitab sizə bir şey dediyi vaxt onları nə yalanlamayın nə də ki, təsdiq etməyin. Ancaq: Bizə nazil olana da sizə nazil olan da iman etdik, deyin. Ancaq bir çox Ərəblərin Muhəmməd (salləllahu aleyhi və səlləm) ilə göndərilən İslama imanları, onlardan İslama girənlərin imanından daha mükəmməl, daha geniş və daha əhatəli ola bilər. Onlar üçün bu etibarla iki savab məsələsi müzakirə mövzusu olarsa da başqaları üçün onların savabını iki qat keçəcək təsdiq də meydana gəlmiş ola bilər. Allah ən doğrusunu biləndir.
-
5
Onlar öz Rəbbindən olan doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır.
Allah təala “məhz onlar” demişdir, yəni yuxarıda qeyd edilən qeybə iman etmək, namaz qılmaq, özlərinə ruzi verilənlərdən Allah yolunda xərcləmək, Allahın Peyğəmbərə və özündən əvvəlki peyğəmbərlərə nazil etdiyinə və yaxşı əməllər edərək, haramları tərk edərək hazırlaşmağı məcburi edən axirət yurduna şübhəsiz inam kimi sifətləri haiz kimsələr, deməkdir. “doğru yoldadırlar”: yəni Allah Təaladan bir nur, bir açıqalama və bəsirət üzərindədirlər. “Həqiqətən də qurtuluşa çatanlar onlardır” yəni dünyada və axirətdə. Muhəmməd İbn İshaq belə demişdir: o da Muhəmməd İbn Muhəmməddən, o da İkrimədən vəya Səid İbn Müseyyindən rəvayət edir ki, İbn Abbas:” Onlar öz Rəbbindən (gələn) doğru yoldadırlar.” sözündə: Rəbblərindən bir nur və özlərinə gələn şeydə doğruluq üzərindədirlər, demişdir. “Məhz onlar nicat tapanlardır.” yəni axtardıqlarını tapanlar və qaçdıqlarının şərrindən xilas olanlar, deməkdir. “Onlar öz Rəbbindən doğru yoldadırlar” sözünün mənası: Rəbblərindən bir nur, bir dəlil, bir istiqamət və onları doğrultması və onları müvəffəq etməsi ilə doğruluq üzərindədirlər, deməkdir. “Məhz onlar nicat tapanlardır” sözünün təvili də; əməlləri və Allaha, kitablarına və peyğəmbərlərinə iman sayəsində savab qazanmaq, cənnətlərdə ölümsüzlük və Allahın düşmənlərinə hazırladığı əzablardan xilas olmaq kimi istədiyi şeyləri əldə edənlər və bunu bacaranlar, deməkdir. İbn Cərir birilərinin yuxarıda qeyd edildiyi kimi, belə bir rəyini nəql etmişdir: “Ulaikə alə hudən min Rabbihim” (Bəqərə, 4) sözündə yenidən “sənə nazil olana iman edərlər” deyə vəsf olunan əhli-kitabın möminlərinə işarət edilmişdir. Buna görə:”Vəlləzinə yumininə bima unzilə ileykə” sözü yuxarıya bağlı olmamış və mübtəda olaraq mərfu olmuş olur. Xəbəri də: ”Ulaikə alə hudən min Rəbbihim və ulaikə humul muflihun” sözüdür. İbn Cərir isə bunun yuxarıda zikr edilən ərəb və əhli-kitab möminlərinə aid olmasını tərcih etmişdir. Çünki Suddi Əbu Malikdən o da Əbu Salihdən o da İbn Abbasdan bir də Murrə Əl-Həmədanidən o da İbn Məsuddan rəvayətə görə Rəsulullahın (salləllahu aleyhi və səlləm) bir qrup sahabəsi belə demişlərdir: Qeybə iman edənlər, ərəb möminləridir. Sənə nazil olana və səndən əvvəl nazil olana iman edənlər də əhli-kitabın möminləridir. Sonra da Allah Təala hər iki tərəfə birləşdirmiş və “Həqiqətən onlar Rəbblərindən bir hidayət üzərindədirlər və xilas olanlar da bunlardır” demişdir. Tərcihə münasib olanın bunun ümumi möminlərin sifəti olduğu və işarətin də onlara dönük olduğu da isə yuxarıda qeyd edilmişdir. Allah daha yaxşı bilir. Bu da Mücahid, Əbul Aliyə, Rəbi İbn Ənəs və Qatadədən nəql etmişdir. Allah onlara rəhmət etsin.
İbn Əbi Hatim belə demişdir: Mənə atam o da Yəhya İbn Osman İbn Salih Əl-Misridən o da atasından o da İbn Lehiadan, o da Ubeydullah İbn Əl-Muğirədən o da adı Suleyman İbn Amr olan Əbul Heysəmdən rəvayət etdi ki, Rəsulullaha (salləllahu aleyhi və səlləm): Ya Rəsulullah, biz qurandan bir şeylər oxuyuruq, ümidə qapılırıq. Elə şeylər də oxuyuruq ki, ümidimiz qırılır, dedilər vəya buna oxşar bir ifadə işlətdilər. O:”Sizə cənnət xalqından və cəhənnəm xalqından xəbər verimmi?” dedi. Onlar da: Bəli, ya Rəsulullah, dedilər. O da: “Əlif lam mim. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır. O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar. Onlar öz Rəbbindən doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır”(Bəqərə1-5) ayələrini oxudu: Həqiqətən cənnətliklər bunlardır, dedi. Onlar da: Onların biz olmasını umuruq, dedilər. Sonra da: Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər. Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır.” sözünə qədər oxudu. Elə cəhənnəm xalqı da bunlardır, dedi. Onlar da: Biz onlardan deyilik, elə deyil mi, ya Rəsulullah?” dedilər. O da: Bəli dedi.
-
6
Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər.
Allah Təala “Kafir olanlar” dedi, yəni haqqı örtüb bağlayanlar deməkdir. Allah Təala onlara bunu yazmışdır; onları qorxutmağın və qorxutmamağın birdir. Onlar sənin gətirdiklərinə iman etməzlər. Necə ki Allah Təala belə buyurmuşdur: “Həqiqətən, sənin Rəbbinin Sözü özlərinin əleyhinə doğru çıxmış kimsələr iman gətirməzlər. Onlara ayələrin hamısı gəlsə belə, üzücü əzabı görməyincə”(Yunus 96-97). Allah Təala inadkar əhli kitab haqqında da belə demişdir: “Özlərinə kitab verilənlərə bütün möcüzələri gətirsən sənin qiblənə dönməzlər”. Yəni Allah kimə bədzatlıq yazmışsa, onu xoşbəxt edəcək yoxdur, kimi də azdırmışdısa, onu hidayət edəcək yoxdur. Onlar üçün üzülmə. Sən onlara təbliğini çatdır, kim sənə müsbət cavab verirsə ən böyük pay onundur. Kim də arxasını çevirərsə onlara üzülmə, bu səni narahat etməsin. “sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir” (Rad 40). “Sən ancaq qorxudansan. Allah isə hər şeyi Qoruyandır” (Hud 12). Ali İbn Əbi Talhadan rəvayət edilmişdir ki, İbn Abbas: «Kafir olanları qorxutsan da qorxutmasan da eynidir, iman etməzlər” ayəsi haqqında belə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) bütün insanların iman etmələrini və hidayətdə ona tabe olmalarını şiddətlə istəyirdi. Allah Təala ona, əzəldə haqlarında xoşbəxtlik keçənlər iman edərlər, haqlarında bədbəxtlik yazılanlar da iman etməzlər deyə xəbər verdi. Muhəmməd İbn İshaq belə demişdir: Mənə Muhəmməd İbn Əbi Muhəmməd o da İkrimədən və ya Səid İbn Cubeyrdən rəvayət etdi ki, İbn Abbas belə demişdir: “onlar ki kafir oldular” :”Sənə endirilənləri inkar etdilər, istəyir ki, səndən əvvəlkilərə iman etdik desinlər, “onları qorxutsan da qorxutmasan da eynidir, iman etməzlər” yəni onlar yanlarında səninlə əlaqəli şeyləri inkar etdilər, onlardan alınan sözü yalanladılar, sənə gələni və özlərinə başqaları tərəfindən gətirilənləri inkar etdilər, artıq sənin tövsiyə və hədəni necə dinləyərlər? Onlar yanlarında səninlə əlaqəli bilikləri rədd etmiş vəziyyətdədirlər. Əbu Cəfər Ər-Razi, Rəbi İbn Ənəsdən rəvayət edir ki, Əbul Aliyə belə demişdir: Bu iki ayə Əhzab savaşını idarə edənlər haqqında endi. Allah onların haqqında belə dedi:”Məgər sən Allahın nemətlərini küfrə dəyişənləri və öz xalqını həlak yurduna sürükləyənləri görmürsənmi? Onlar Cəhənnəmə girəcəklər. Ora necə də pis yaşayış yerdir.”(İbrahim, 28-29). İbn Əbi Talhanın rəvayətində İbn Abbasdan ilk nəql etdiyimiz məna daha açıqdır. O mənada ki, digər ayələrlə təfsir edilmişdir. Allah daha yaxşı bilir.
İbn Əbi Hatim burada başqa bir hədis daha zikr etmiş, mənə atam oda Yəhya İbn Osman Əl-Misridən p da İbn Ləhiadan o da Ubeydullah İbn Əl-Muğirədən o da Əbul-Heysəmdən o da Abdullah İbn Amrdan nəql olunur ki, “Ya Rəsulullah, biz Qurandan elə şeylər oxuyuruq ki, ümidlənirik. Elə şeylər də oxuyuruq ki, ümidimiz qırılır, dedilər. O da :”Sizə xəbər verim mi?” dedi və: “Kafir olanları qorxutsan da qorxutmasan da eynidir, iman etməzlər” ayəsini oxudu. Məhz onlar cəhənnəmlikdir, dedi. Biz də, biz onlardan deyilik, elə deyil mi, ya Rəsulullah, dedilər. O da: “bəli” dedi.
Allah Təalanın: “Lə yuminun” sözünün erabdakı yeri, daha əvvəl qeyd edilən “səvaun aleyhim əənzərtəhum əm ləm tunzirhum” sözünün təkididir. Yəni onlar hər iki halda da kafirdirlər, deməkdir. Bunun üçündür ki, onu “iman etməzlər” sözü ilə gücləndirmişdir. “Lə yuminun” sözünün xəbər olması da ehtimal olunandır. Çünki təqdiri: “İnnəlləzinə kəfəru ləyuminun” şəklindədir. O vaxt “səvaun aleyhim….” sözü ara cümləsi olur. Allah ən doğrusunu biləndir.
-
7
Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır.
Suddi belə demişdir: “Xatəməllahu” Allah möhürlədi, deməkdir. Qatadə də ayənin mənası haqqında belə demişdir: Şeytana itaət etməyə başlayanda Allah qəlblərini və qulaqlarını möhürlədi. Gözlərində də pərdə vardır. Artıq onlar doğrunu görə bilməzlər, eşitməzlər, başa düşməzlər, dərk etməzlər. İbn Cureycdən, Mücahid belə demişdir: «Allah qəlblərini möhürlədi”: Mənə xəbər verildiyinə görə günahlar qəlbi hər tərəfdən əhatə eləyir, üzərində birləşir. Birləşməsi də möhürlənib damğalanmasıdır. İbn Cureyc belə demişdir: Möhür qəlbdə və qulaqda olur. İbn Cureyc belə demişdir: Mənə Abdullah İbn Kəsir Mücahiddən belə dediyini eşitmişdir: Pas möhürdən daha bəsitdir. Möhür də bağlamaqdan daha bəsitdir. Bütün bunların ən pisi qəlbin bağlanmasıdır. Aməş belə demişdir: Mücahid bizə əliylə göstərib belə dedi: Köhnələr (Əvvəlkilər) qəlbin bunu (əl) kimi olduğunu təsəvvür edərdilər. Qul bir günah işlədiyi vaxt biri bağlanır dedi və kiçik barmağını bağladı. Bir daha günah işləyərsə bu da bağlanır, dedi və o birisi barmağını bağladı. O birisi barmağını da bağladı, hamısını bağladı, sonra da: Məhz belə möhürlənir, dedi. Mücahid də belə demişdir: Bunun pas olduğunu demişdir. Bunu İbn Cərir Kureybdən o da Vəkidən o da Aməşdən o da Mücahiddən bir oxşarını rəvayət etmişdir. İbn Cərir belə demişdir: Bəziləri belə dedilər: «Allah qəlblərini möhürlədi» sözünün mənası onların təkəbbürlərini və dəvət edildikləri haqqı dinləməkdən üz çevirmələrini bildirməkdir. Necə ki, Filankəsin qulağı bu sözə kardır, deyirlər ki, qulaq asmaq istəməz, özünü böyük görür, təkəbbürünə görə başa düşmək istəmir, deməkdir. İbn Cərir: bu doğru deyildir. Çünki Allah təala qəlblərini və qulaqlarını möhürlədiyini xəbər vermişdir. Mən də deyirəm ki, Zaməxşəri İbn Cəririn rədd etdiyini doğrulamaq üçün uzun uzadı danışmış və ayəni beş tərəfdən yozum etmişdir ki, hamisi da çox zəifdir. Buna mötəzilə olmasından cəsarət almışdır. Çünki qəlblərin möhürlənib onlara haqqın girməsini çəkindirmək onun etiqadına görə Allah qatında çirkindir. Əgər Zəməxşəri Allah təalanın: “Onlar azdıqca Allah da qəlblərini azdırdı” (Saf, 5) və “Qəlblərini və gözlərini çeviririk, necə ki, ilk əvvəl də iman etməmişlərdir. Onları azğınlıqları içində çabalamağa buraxırıq” (Ənam, 110) ayələrini və oxşarlarını başa düşsə idi, qəlblərinin möhürlənməsinin və hidayətlərinə əngəl olmasının batildə irəli getmələri və haqqı tərk etmələrindən ötrü olduğunu bilərdi. Bu da Allahdan çirkin olmayan gözəl bir ədalətdir. Əgər bunu qavrasa idi, o dediyini deməzdi. Allah daha yaxşı bilir.
Qurtubi deyir ki, ümmət buna icma etmişdir ki, Allah təala özünü kafirlərin küfrlərinə görə qəlblərini möhürləyən və damğalayan olaraq vəsf etmişdir. Necə ki: “Xeyir, Allah onları küfrləri üzündən möhürlədi” (Nisə, 155) demişdir. Qurtubi qəlblərin çevrilməsini mövzu eləyən: «Ey qəlbləri çevirən, qəlblərimizi dinin üzərində sabit elə» və Huzeyfənin Səhihdəki hədisini də zikr etmişdir. Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Fitnələr qəlblərə həsir kimi hörülür. Hansı qəlb onu içinə çəkərsə, ona qara bir nöqtə vurulur. Hansı qəlb də onu rədd edərsə ona da ağ bir nöqtə vurulur. Axırda ortaya iki qəlb çıxar: Biri ağ mərmər kimi ağappaq qəlb ki, ona göylər və yer durduqca fitnə zərər verməz. O birisi də, qara ləkəli, tərs çevrilmiş qab kimidir. Nə yaxşılığı yaxşılıq kimi tanıyır, nə də pisliyi pislik kimi tanıyır. İbn Cərir belə demişdir: Mənə görə doğrusu Rəsulullahdan (salləllahu aleyhi və səlləm) oxşar şəkildə rəvayət edilən bu hədisdir: Bizə Muhəmməd İbn Bəşar o da Səvfan İbn İsadan o da İbn Əclandan o da Qaqadan o da Əbu Salihdən o da Əbu Hureyrədən rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir:” Mömin bir günah işlədiyi vaxt qəlbinə qara bir nöqtə vurulur. Əgər tövbə edər, əlini çəkər və üzür diləyərsə, qəlbi cilalanır. Əgər irəli gedərsə günah qəlbini örtər. Necə ki, Allah təalanın: ”Xeyir, qazandıqları şeylərin pası qəlblərini örtmüşdür” dediyi budur. Bu hədisi bu cəhətdən Tirmizi ilə Nəsai Quteybədən, o da Leys İbn Saddan, İbn Macə də Hişam İbn Ammardan o da Hatim İbn İsmayıl və Vəlid İbn Muslimdən, üçü də Muhəmməd İbn Əclandan eyni sənədlə rəvayət etmişlər. Tirmizi: Həsən səhihdir, demişdir. Sonra İbn Cərir belə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) bunu xəbər vermişdir: Günahlar qəlbin üzərinə dalbadal gəlirsə, onu bağlayır. Bağlayanda da ona Allah qatında möhür vurulur. Möhür vurulanda da imanın girəcək yeri, küfrün də çıxacaq yeri qalmaz. Məhz “Allah qəlblərini və qulaqlarını möhürlədi” sözündəki möhür budur. Necə ki, gözümüzlə gördüyümüz qab və zərflərə vurulan möhür kimi. Necə möhür açılmadan içindəkinə çatmaq olmazsa, iman da Allahın möhürlədiyi qəlblərə və qulaqlara ancaq möhürlər açıldıqda və bağları açıldıqda sonra çatır.
Bil ki: Tam vəqf ”Xatəməllahu alə qulubihim və alə səmihim” üzərindədir. “Və alə əbsarihim ğişəvətun” sözü də tam cümlədir. Çünki, möhür qəlbdə və qulaqda, pərdə də gözdə olur. Necə ki, Suddi, təfsirində Əbu Malikdən o da Əbu Salihdən o da İbn Abbasdan həm də Mürrə Əl Həmədani İbn Məsuddan o da Rəsulullahın (salləllahu aleyhi və səlləm) bir qrup səhabəsindən “Allah onların qəlblərini və qulaqlarını möhürlədi” sözü üzərində belə demişdir: başa düşməzlər, eşitməzlər. Gözlərinə də pərdə çəkmişdir, görməzlər. İbn Cərir belə demişdir: Muhəmməd İbn Sad o da atamdan o da əmim Hüseyin İbn Əl Həsəndən o da atasından o da babasından nəql edir ki İbn Abbas: «Allah qəlblərini və qulaqlarını möhürlədi» ayəsində, pərdə gözlərdə olur demişdir. Belə də demişdir: Mənə Qasım o da Hüseyin yəni İbn Davud Suneyddən, mənə Həccacdan yəni İbn Muhəmməd Əl-Avərdən nəql etdi ki, İbn Cureyc belə demişdir: Möhür qəlb və qulaqda olur, pərdə də gözdə olur. Necə ki, Allah Təala :”Allah istəyərsə sənin qəlbini möhürləyər” (Şura, 24) və”Qulağına və qəlbinə möhür vurdu, gözünə də pərdə çəkdi” (Casiyə, 23) demişdir. İbn Cərir belə demişdir: Kim “və alə əbsarihim ğişavətən” şəklində nasb halında oxuyarsa ehtimal ki, gizli feli təqdir etmiş: və cəalə alə əbsarihim ğişavətən, demişdir. Ehtimal ki, “və alə səmihim” sözünün yerini diqqətə almışdır. Misal üçün “və hurun iyn” (Vaqiə, 22) ayəsində olduğu kimi. Şair də belə demişdir:
Ona yem olaraq saman və soyuq su verdim
Axırda gözünün yaşları dağıldı
Bir başqası da belə demişdir:
Ərini cəngdə gördüm;
Qılınc və mizraqla örtünmüşdür
Təqdiri belədir: “Və səkaytuhə məən bəridə” (ona soyuq su içirdim) və “mutəkilən rumhə” (əlinə mizraq almışdır) Sürənin əvvəlində dörd ayə ilə möminlərin sifətlərini vurğulayıb sonra da bu iki ayə ilə kafirlərin hallarını tərif eləyincə, zahirində iman göstərib içlərində küfr gizləyən münafiqlərin halını bəyan etməyə başladı. Vəziyyətləri bir çox insanlar üçün qarışıq olduğundan onları müxtəlif sifətlərlə uzun uzadı anlatdı. Bunların hamısı münafiqlikdir. Necə ki, Bəraət sürəsi və Münafiqun sürəsi də onların haqqında enmişdir. Hallarını açıqlamaq üçün onlardan Nur surəsində və digər surələrdə də bəhs etmişdir ki, onlardan və onlarla əlaqəsi olanlardan çəkinilsin.
-
8
İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və Axirət gününə inanırıq”– deyirlər.
Münafiqlik xeyri bəyan edib şəri gizlətməkdir. Bunun da müxtəlif növləri vardır. Etiqadi münafiqlik insanı əbədi cəhənnəmə aparar. Əməli münafiqlik isə böyük günahlardandır. Necəki aşağıda qeyd ediləcək. İbni Cüreyc də belə demişdir: münafiqin sözü işinə, içi çölünə, girişi çıxışına, görünəni görünməyənə uyğun gəlməz. Münafiqlərin sifətləri niyə Mədinədə enmişdir? Çünki Məkkədə münafiqlik yox idi; tam əksinə bəzi insanlar daxildə mömin olsalar da, xaricdə küfrü göstərirdilər. Rasulullah ﷺ Mədinəyə hicrət etdi. Orda Evs və Həzrəc qəbilərlərindən olan Ənsar var idi. Cahilliyyə dövründə ərəb müşrikləri kimi bütlərə ibadət edərdilər. Orada əhli kitab yəhudilər də var idi və bunlarda ata-babalırın yolunu gedərdilər. Bunlar üç qəbilə idi: Həzrəclərlə müttəfiq olan Qeynuqa oğulları, Nadıyr və Qurayza oğulları isə Əus ilə müttəfiq idilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) Mədinəyə gəldikdə Əus və Həzrəc qəbilələrindən ibarət Ənsar müsəlman oldu. Yahidilərdən də çox az insan müsəlman oldu. Abdullah ibn Səlam radiyallahu anh da bunlardan idi. O zaman münafiqlik yox idi. Çünki müsəlmanlar qorxulacaq bir gücə malik deyildilər. Əksinə Rəsulullah (salləllahu aleyhi və səlləm) Yəhudilər və Mədinə ətrafında bir çox ərəb qəbilələri ilə razılığa gəldi. Böyük Bədir döyüşü olduqda və Allah öz kəlamını meydana çıxararaq İslamı və müsəlmanları ucaltdıqda Abdullah ibn Übey ibn Səlul yolundan azdı. Mədinədə başçı idi və Həzrəcdən idi. Cahilliyə dövründə hər iki qəbilənin rəisi idi. Onu başçı seçmək istəmişlər.
Bu iki qəbilə xeyirlə qarşılaşaraq müsəlman olduqdan sonra isə Onu unutdular. O isə İslam və müsəlmanlar haqqında pis düşünməyə başladı. Bədir döyüşü baş verdikdə: bu yeni bir vəziyyətdir, dedi və İslama girmiş kimi görünməyə başladı. Onunla birgə eyni inancda olanlar və əhli-kitab da belə görünməyə başladılar. Beləcə Mədinə və ətrafdakı bədəvilərdə münafiqlik görünməyə başladı. Mühacirlərdə isə münafiqlik yox idi. Çünki heç kim zorla hicrət etməmişdi. Əksinə hicrət edərkən malını, övladını, torpağını Allah rizası üçün və axirət yurdunu qazanmaq üçün tərk edirdilər.
Muhamməd ibn İshaq deyir ki, mənə Muhamməd ibn əbu Muhəmməd, o da İkrimə yaxud Said ibn Cübeyrdən rəvayət edir ki, İbn Abbas “İnsanlardan elələri vardır ki, inanmadıqları halda “Allaha və axirət gününə iman etdik deyirlər” ayəti haqqında belə demişdir: Bunlar Əus və Xazrəc münafiqləri ilə onlara qoşulanlardır. Bunu Əbul Aliyə, Qatadə və Suddi də Əus və Xazrəc münafiqləri olaraq təfsir etmişdilər. Buna görədir ki, Allah Təala münafiqlərin sifətlərinə diqqət çəkmiş və möminlərin onların zahiri görünüşünə aldanmamasını istəmişdir. Əgər münafiqlərdən və onların iman anlayışlarından çəkinilməsə, buna görə geniş miqyaslı bir fəsad əmələ gələr. Çünki onlar daxilən kafirdirlər. Pis insanları yaxşı zənn etmək də çox zərərli şeylərdəndir. Allah Təala belə demişdir: “İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: «Allaha və Axirət gününə inanırıq»– deyirlər” Yəni bunu quru bir söz olaraq deyirlər. Necə ki Allah Təala belə demişdir “Münafiqlər sənin yanına gəldikləri zaman, şəhadət edirik ki, sən həqiqətən də Allahın Rəsulusan, deyirlər”. Yəni onlar yalnız sənin yanına gəldikdə bunu dilləri ilə deyirlər, ürəyində deməzlər. Buna görə də şəhadətlərini innə və təkid Ləm-i ilə gücləndirirlər. Necə ki, Allaha və Axirət gününə iman etdik sözlərini də təkid etmişdilər. Vəziyyət isə belə deyildi. Çünki Allah onların şahidliyini inanc baxımından yalanlamış, və “Allah şahidlik edir ki, münafiqlər yalançılardır, mömin deyillər” (Munafiqun, 1) demişdir.
“Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar”: Yəni üzdə iman nümayiş etdirməklə birlikdə küfrü gizlətməklə belə zənn edirdilər. Cahillikləri ilə Allahı aldatdıqlarını və bunun özlərinə fayda verəcəyini sanırdılar. Bəzi möminləri aldatdıqları kimi Allahı da aldadacaqlarını zənn edirdilər. Necə ki, Allah Təala belə demişdir: “Allah onları diriltdiyi gün sizə and içdikləri kimi Ona da and içərlər. Özlərini nəsə hesab edirlər. Bilin ki, onlar yalançılardır.” Buna görə də bu etiqadları ilə “Yalnız özlərini aldadırlar amma xəbərləri yoxdur” deyə cavab vermişdir. Demək istəyir ki, bu etdikləri ilə yalnız özlərini aldadırlar və bunun şüurunda deyillər. Necə ki, Allah Təala belə demişdir: “Münafiqlər Allahı aldadırlar, O isə onları aldadır” Qarilərdən bəziləri “Və mə yuhadiunə illa ənfusəhum”deyə oxumuşdurlar ki, hər iki oxunuş şəkli eyni mənaya gəlir.
İbni Cərir belə demişdir: əgər kimsə “Münafiq necə Allahı və möminləri aldada bilər ki, o inandığı şeyin tərsini ancaq təqiyyə etmək üçün göstərir” desə belə cavab verilər: Ərəblər bir kimsə qorxduğu şeydən qurtulmaq üçün təqiyyə edərək ürəyindəkinin əksini dilə gətirərsə buna aldatma deməkdən çəkinməzlər. Münafiq də öldürülməkdən, əsir düşməkdən və dərhal işgəncə edilməkdən xilas olmaq üçün daxilindəkinin əksini göstərməklə Allahı və möminləri aldatmış kimi olur. Buna görə də möminləri bu dünyada aldatmış olsa da əslində özünü aldadır. Çünki bu hərəkəti ilə umduğuna nail olacağını və axırda sevinəcəyini düşünmədədir. Əslində özünü ölüm təhlükəsinə atmaqda, əzab zəhərini qurtumlamaqda və özünü heç bir şəkildə xilas edə bilməyəcəyi ilahi qəzəbə və şiddətli əzaba məruz qoymaqdadır. Bu da onun özünü aldatması deməkdir. Bundan başqa axırıncı çatacağı yerdə özünə pislik etdiyi halda yaxşılıq etdiyini sanmaqdadır. Necə ki, Allah Təala “yalnız özlərini aldadırlar və bundan xəbərləri yoxdur” demişdir. Bununla mömin qullarına bunu bildirir ki, münafiqlər küfrləri, şübhələri və yalanlamaları ilə Rəblərini qəzəbləndirməklə özlərinə pislik edirlər. Fəqət bunun şüurunda və idrakında deyillər. Yalnız kor-koranə gedirlər. İbni əbu Hatim belə demişdir: Bizə Əli ibn Mübarək yazısı ilə rəvayət etdi, o da Zeyd ibn Mübarəkdən, o da Muhamməd ibn Sevrdən rəvayət etdi ki, İbn Cüreyc “Allahı aldadırlar” sözünə belə demişdir: Açıq şəkildə Lə iləhə illallah deyərək, bununla qanlarını mallarını və daha başqa şeyləri qorumaq istəyərlər. Səiddə Qatadədən belə nəql etmişidir: “İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: «Allaha və Axirət gününə inanırıq»– deyirlər. Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar halbuki yalnız özlərini aldadır və bunu anlamırlar” ayəsi barədə belə demişdir: Çoxlarına görə münafiqlərin sifətləri bunlarıdr: Əxlaqları pozğundur, diliylə təsdiq edər qəlbləri ilə inkar edərlər, əməli ilə müxalif olarlar. Səhər başqa cür, axşam başqa cür olarlar. Gəmi kimi küləyə görə hərəkət edərlər.
-
9
Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və anlamırlar.
8-ci ayənin təfsirinə bax.
-
10
Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də üzücü bir əzab çəkəcəklər.
Suddi belə demişdir: Bizə Əbu Malik, o da Əbu Salehdən, o da Mürrə əl Həmədanidən, o da ibn Məsuddan rəvayət edir ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) bəzi səhabəsi, qəlblərindəki xəstəlik şübhədir, demişdirlər. Allahın da onların xəstəliklərini artırması şübhələrini artırması deməkdir. İbn İshaq Muhəmməd ibn Muhəmməddən, o da İkrimə və ya Səid ibn Cübeyrdən rəvayət edir ki, İbni Abbas demişdir: Qəlblərindəki xəstəlik şübhədir, demişdir. Mucahid, İkrimə, Həsən Bəsri, Əbul Aliyə, Rəbi ibn Ənəs və Qatadə də belə demişdirlər. İkrimə Tavusdan qəlblərindəki xəstəliyin riya olduğunu söyləmişdir. Dahhaq da ibn Abbasdan: Qəlblərindəki xəstəliyin münafiqlik olduğunu rəvayət etmişdir. Allah onların xəstəliyini artırdı, münafiqliyini artırdı deməkdir. Bu da birincisi kimidir. Abdurrəhman ibn Zeyd ibn Əsləm: Bu xəstəlik din xəstəliyidir. Maddi xəstəlik deyildir. Onlar münafiqlər idi, demişdir. Xəstəlik: Onların islamiyyətinə girən şübhədir. Allah xəstəliklərini artırdı demək, murdarlıqlarını artırdı deməkdir. Çünki Allah Təala belə demişdir: “Bir surə nazil edildiyi zaman onlardan istehza ilə: «Bu, hansınızın imanını artırdı?»– deyənlər də var. İman gətirənlərə gəldikdə isə, o surə onların imanını artırır və onlar bir-birlərini müjdələyirlər. Qəlbində xəstəlik olanlara gəlincə, o surə onların murdarlığı üstünə bir murdarlıq da artırır və onlar kafir qalaraq ölürlər”(Tövbə, 124-125). Murdarlıqlarına murdarlıq, şərlərinə şər, azğınlıqlarına azğınlıq əlavə etdi, deməkdir. Əbdürrəhmanın bu dediyi gözəldir: o da cəzanın əməlin cinsindən olmasıdır.
Birincilər də belə demişdirlər: Bu ayələr də belədir: “Doğru yolla gedənlərə gəldikdə isə, Allah onlara hidayətini artırar və onları təqvalı olmağa müvəffəq edər” (Muhəmməd, 17). “Bimə kənu yekzibun” yükəzzibun şəklindədə oxunmuşdur. Çünki bu sifətləri davam etməkdədir- onlar yalançıdırar və qeybi yalanlıyırlar və hər ikisini bir yerdə edirlər.
Qurtubi və digər təfsirçilərdən Peyğəmbər (salləllahu aleyhi və səlləm) bəzilərini bildiyi halda münafiqləri nə üçün öldürməməsinin hikmətini soruşdular. Onlar da bəzi cavablar verdilər. Bu cavablardan biri də iki Səhihdə təsdiqini tapmış bu hədisdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) Ömərə, Ərəblərin Muhamməd öz sahabələrini öldürür deyə danışmalarından ehtiyat edirəm, demişdir. Bunun da mənası budur: Bundan da böyük bir qarışıqlıq meydana gələ bilərdi və ərəblər islama girməkdən çəkinərdilər. Onları hansı hikmətlə öldürdüyünü, münafiqləri yalnız küfrlərinə görə öldürdüyünü bilməzdilər. Çünki onlar yalnız görünəni başa düşərlər və Muhamməd əshabını öldürür deyərlər. Qurtubi belə demişdir: bizim alimlərimiz və başqaları da bu fikirdədirlər. Belə ki, qəlbləri İslama isindirilmək istənənlərə də onların pis inanclarını bildikləri halda bol mal mülk verirdi. İbni Atiyyə belə demişdir: İmam Malik və dostları da bu fikirdədirlər. Bunu Muhammed ibn Cəhm, Qazı İsmayıl və Əbhəri də demişdirlər. İbni Macişun da imam Malikdən belə nəql etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) münafiqlərə toxunmaması , ümmətinə hakim öz bildiyi ilə hökm verə bilməz qaydasını bəyan etmək üçündür. Qurtubi belə demişdir: Alimlər ittifaqla bunu demişdirlər ki, qazi öz bildiyi ilə günahkarı öldürə bilməz. Digər hökmlərdə müttəfiq olmasalar da bunda icma halındadırlar. Şafi də bu mövzuda belə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) bildiyi halda münafiqləri öldürməməsi, göstərdikləri islamın daha əvvəlini kəsib atmasındandır. Buxari və Muslimdəki bu hədis də bu fikri dəstəkləməkdədir. «Mən insanlar Ləiləhə illallah deyincəyə qədər onlarla vuruşmaqla əmr olundum. Bunu dedikləri zaman qanlarını və mallarını məndən qorumuş olurlar. Ancaq İslam haqqı xaricdir. Hesabları Allahadır». Bunun mənası belədir: Kim bu kəlməni söyləyərsə zahirən ona İslamın hökmü tətbiq edilir. Əgər daxilən də ona inanarsa axirətdə bunun savabını görər. Əgər inanmazsa dünyada ona bu hökmün tətbiq edilməsi və onun müsəlmanlara qaynayıb qarışması ona heç bir fayda verməz. Allah Təala belə demişdir: Münafiqlər onları haraylayıb deyəcəklər: «Məgər biz sizinlə birlikdə deyildikmi?» Möminlər deyəcəklər: «Bəli, lakin siz öz-özünüzü aldadırdınız, möminlərə bəla üz verməsini gözləyirdiniz, haqqa şübhə edirdiniz və Allahın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı (Hədid, 14). Onlar məhşərdə Müsəlmanlara qarışacaqlar, haqq yerini tapınca onlardan ayrılacaq və geri qalacaqlar. “Daha öncə onların bənzərlərinə edildiyi kimi, arzuladıqları şeylərlə onların arasına sədd çəkilər. Həqiqətən, onlar anlaşılmaz bir şübhə içində idilər” (Səba 54). Səcdə edə bilməyəcəklər. Necə ki hədislər bunu dilə gətirmişdir.
Belə də deyilmişdir: Onları öldürməməsi bunun üçündür; çünki onların pisliklərindən qorxmurdu, onların arasında olur və onlara Allahın açıq ayələrini oxuyurdu. Amma peyğəmbərdən sonra belə bir vəziyyət olarsa və münafiqlikləri ortaya çıxarsa öldürülərlər. Bunda da müsəlmanlar ittifaq etmişdilər. İmam Malik belə demişdir: Rəsulullahın (salləllahu aleyhi və səlləm) zamanındakı münafiqlər, günümüzdəki zındıqlardır.
Mən də deyirəm ki, alimlər zındığı öldürmədə də ixtilaf etmişdilər; küfrünü açıq etiraf etdiyi zaman tövbə etdirilər mi, etdirilməz? Dəvətçi olub olmadığı arasındakı fərq nəzərə alınar mı? Və ya yenidən dindən dönməsi müzakirə mövzusu olar mı? İslama girməsi və ondan dönməsi özündənmi olmalıdı yoxsa yaxalandıqdan sonra olmalıdır deyə müxtəlif fikirlər bəyan etmişdirlər. Bunların izah yeri əhkam kitablarıdır.
Xəbərdarlıq: Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bəzi münafiqləri bildiyi Hüzeyfə ibnul Yəmənin on dörd nəfərin adını sadaladığı hədisə dayanmaqdadır. Bunları Təbuk səfərində beyan etmişdi. Onlar Rəsulullaha (salləllahu aleyhi və səlləm) orada bir yoxuşun yanında sui-qəsd tərtib etmək istədilər. Dəvəsini hürküdərək onu üstündən yerə salmaq istədilər. Allah da ona vəhy edərək onların hallarını bildirdi. O da bunu Huzeyfəyə dedi. Bəlkə də onları öldürməməsi bu və ya digər səbəblərə görə idi. Bunların xaricində olanlar üçün isə Allah Təala belə demişdir: “Çevrənizdəki bədəvilərdən və Mədinə əhalisi arasında münafiqlər var. Onlar iki üzlülükdə inadkarlıq göstərir, sən isə onları tanımırsan. Biz ki onları tanıyırıq” (Tövbə, 101). “Əgər iki üzlülər, qəlbi xəstə olanlar və şəhərdə qarayaxma şayiələr yayanlar son qoymasalar, səni onlara qarşı çıxmağa çağırarıq. Sonra onlar orada artıq səninlə ancaq qısa bir müddət ərzində qonşuluq edər və lənətlənmiş halda. Harada ələ keçsələr, yaxalanıb amansızcasına öldürülərlər” (Əhzab, 60-61)
Bunda onlara hücum etmədiyinə və onlara şəxsən tanımadığına dəlil vardır. Sadəcə ona sifətləri ilə bəhs edilirdi və o da onları qismən tanıyırdı. Necə ki Allah Təala belə demişdir: “Əgər istəsəydik onları sənə əlbəttə göstərərdik. Sən də onları simalarından və danışma üslublarından tanıyardın” (Muhamməd, 30). Ən məhşur münafiq Abdullah ibn Ubey ibn Səlul idi. Zeyd ibn Ərqam yuxarıda qeyd edildiyi kimi onda bu sifətlərin tam olduğuna şahidlik etmişdir. Buna baxmayaraq öldüyü zaman Peyğəmbər (salləllahu aleyhi və səlləm) namazını qıldırdı və dəfnində iştirak etdi. Digər müsəlmanlara etdiyini etdi. Ömər ibn Xəttab narazılıq etsə də, o dedi: Mən Ərəblərin Muhəmməd əshabını öldürür demələrini istəmirəm. Bir səhih rəvayətdə: Mənə seçim verildi, məndə bunu seçdim, demişdir. Bir rəvayətdə də: Əgər yetmişdən çox dua etdiyim təqdirdə bağışlanacağını bilsəydim, onu da edərdim, demişdir.
-
11
Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər.
Suddi bunun təfsirində belə demişdir: Bizə Əbu Malik oda Əbu Salehdən, oda İbni Abbasda həmçinin Mürrə Tayyib əl Həmədani, o da İbni Məsuddan rəvayət etdi ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bir qrup əshabı: Biz ancaq islahçılarıq deyənlər münafiqlərdir, demişdirlər. Yer üzündə fəsad törətmək də küfrdür, və asilikdir. Əbu Cəfər belə demişdir: Rəbi ibn Ənəsdən, Əbul Aliyə: “Onlara yer üzündə fəsad törətməyin deyildiyi zaman” ayəsində yəni yer üzündə asilik etməyin, demişdir. Onların fəsadı Allah asilik etmək şəklində idi. Çünki Yer üzündə Allaha asilik edən və ya ona asiliyə təşviq edən , yer üzündə fəsad törətmiş olur. Çünki yerin və göyün düzəlməsi Allaha itaət ilədir. Rəbi ibn Ənəs, Qatadə və ibn Cüreyc də belə demişdirlər. Mucahid də bu ayə haqqında belə demişdir: Allaha üsyan edənlərə belə etməyin deyildiyi zaman, biz ancaq doğru yoldayıq və islah edənlərik deyərlər. Vəki, İsa ibn Yunis və Əssam ibn Əli o da Aməşdən, o da Minhəldan, o da Abbad ibn Abdullah əl Əsadidən rəvayət edir ki, Salman Farisi bu ayə haqqında belə demişdir: Bu ayənin xitab etdiyi insanlar hələ gəlməyib. İbn Cərir belə demişdir: Mənə Osman ibn Hakim, o da Abdurrəhman ibn Şərikdən, mənə atam, o da Aməşdən, o da Zeyd ibn Vəhb və digərlərindən, Salman Farisi bu ayə haqqında onlar hələ gəlməyiblər, demişdir. İbn Cərir belə demişdir, Bəlkə də Salman Farisi bu sifəti daşıyanlar Peyğəmbərin (salləllahu aleyhi və səlləm) vaxtında olanlardan daha fitnə fəsadçı ola bilər, demək istəmişdir. Yoxsa bu sifətdəkilərdən heç kim burada bəhs edilməyib, demək deyildir.
İbni Cərir belə demişdir: “Münafiqlərin yer üzündə fəsad çıxartmaları; Rəbblərinə asilik etmək və orada onlara qadağan olunanları etmək, fərzləri zay etmək, kimsənin onu təsdiq etmədən və Allahın dinində şübhə etmək, o dində ki ona doğru şəkildə iman etmədən əməl qəbul edilməyəcək, möminləri özlərinə oxşamadıqları üçün iddialarında səmimiyyətsizliklə ittiham etmək, fürsət tapanda Allahı, kitablarını və Peyğəmbərlərini yalanlayanları Allahın dostlarına üstün tutmaqdır. Bu da münafiqlərin yer üzündəki fəsadlarıdır. Onlar bu əməlləri ilə birgə ozlərinin islah edənlə olduqlarını zənn edirlər. Bu gözəl bir sözdür. Çünki yer üzündə fəsadlardan biri də möminlərin kafirləri dost tutmalarıdır. Necə ki Allah Təala belə demişdir: “Kafirlər bir birilərinin dostlarıdır. Əgər bunu etməzsəniz yerüzündə fitnə və böyük fəsad olar” (Ənfal 73). Allah təala beləcə möminlərlə kafirlər arasında dostluğu kəsmişdir. Necəki, belə demişdir: “Ey iman edənlər möminləri qoyub kafirləri özünüzə dost tutmayın. O zaman Allaha qarşı deyəcəyiniz heç bir şey qalmaz” (Nisə, 144). Sonra da belə demişdir: “Şübhəsiz ki, münafiqlər cəhənnəmin ən alt təbəqəsindədirlər. Onlar üçün bir kömək edən tapa bilməzsən” (Nisə, 145). Münafiqin vəziyyəti möminlər üçün qarışıq olduğu üçün fəsad çıxartmaq münafiqin ayrılmaz sifətidir. Çünki o mömini doğru olmayan sözləri ilə aldatmış və möminlərə qarşı kafirlərlə dostluq qurmuşdur. Əgər ilk halı üzrə davam etsəydi, şəri daha xəfif olardı. Əgər əməlini ixlasla etsə və sözü əməlinə uyğun gəlsə idi, xilas olacaqdı. Buna görə də Allah Təala yer üzündə fəsad çıxartmayın dediyi zaman biz ancaq islah edənlərik, demişdirlər. Yəni biz möminlərlə kafirləri idarə edirik və onları bir biri ilə barışdırmaq istəyirik, demişdirlər. Bunlar tam Muhammed ibn İshaqın dediyi kimidirlər. Mənə Muhəmməd ibn Əbu Muhamməd o da İkrimə və ya Said ibn Cübeyrdən rəvayət edir ki, İbni Abbas : “Biz islah edənlərik” deyənlər, möminlərlə əhli kitabı barışdırmaq istəyənlərik, deyənlərdir demişdir. Allah Təala isə : “bilin ki, həqiqətən də onlar fəsad çıxardanlardır, fəqət bilməzlər” demişdir. Demək istəyir ki, Bu dünyadakılar və islah edicilik deyə iddia etdikləri şey, fəsadı çıxartmanın özüdür. Ancaq cahilliklərindən bunun fəsad olduğunu bilməzlər.
-
12
Sözsüz ki, onlar fəsad törədəndirlər, amma başa düşmürlər.
11-ci ayənin təfsirinə bax.
-
13
Onlara: “insanlar iman gətirdiyi kimi siz də iman gətirin!”– deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?”– deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin bilmirlər.
Allahu Təala deyir ki: “Əgər Munafiqlərə: Siz digər insanlar kimi iman edin deyildiyi zaman, yəni insanların Allaha, Mələklərinə, Kitablarına, peyğəmbərlərinə, öldükdən sonra dirilməyə, cənnətə, cəhənnəmə və digər xəbər verilən şeylərə iman etdikləri kimi siz də iman edin. Əmrlərini yerinı yetirmədə və qadağalarından çəkinmədə Allaha və Rasuluna itaət edin deyildiyi zaman, “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?” Yəni onlar (Allah onlara lənət etsin), Rəsulullahın (salləllahu aleyhi və səlləm) əshabını nəzərdə tuturdular. Allah onlardan razı olsun. Bunu da Əbul Aliyə və Suddi də təfsirində İbn Abbas, İbn Məsud və bir çox sahəbədən rəvayət etmişdilər. Rabi ibn Ənəs, Abdurrəhman ibn Zeyd ibn Əsləm və digərləri də :Biz də onlarla eynimi olaq? Halbuki onlar səfeh kimsələrdir. deyərdilər. Şüəra səfehin cəm halıdır. Necə ki, hakim və hükəma, həlim və hüləma kimi. Səfeh zəif fikirli, xeyirlə zərəri bir birindən ayırd edə bilməyən cahil deməkdir. Buna görə də Allah Təala: “Sizin üçün Allahın söykənəcək etdiyi mallarınızı səfehlərə verməyin” (Nisə, 5) ayəsində təfsirçilərin çoxluğu: Onlar qadınlar və uşaqlardır demişdirlər. Allah Təala bütün bu yerlərdə onlara birbaşa özü cavab vermişdir və: “Bilin ki onlar özləri səfehdirlər ” demişdir. Beləcə səfehliyin onlarda olduğunu təkid etmiş və məhdudlaşdırmışdır. “Ancaq bilməzlər” yəni o qədər cahildirlər ki, azmışlıqlarından və cahilliklərindən xəbərləri yoxdur. Bu da onlar üçün daha təhlükəlidir və onların korluqlarını və doğru yoldan nə qədər uzaq olduqlarını göstərməkdədir.
-
14
Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!”– deyirlər, öz şeytanları ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz ancaq istehza edirik!”– deyirlər.
Allah Təala deyir ki: Bu münafiqlər, möminlərlə qarşılaşdıqları vaxt, “biz də iman etdik” deyərlər, onlara iman, dostluq və hüsnü (yaxşı) niyyət göstərirlər. Onları aldatmağa, münafiqlik etməyə, saxtakarlığa və təqiyyə etməyə çalışırlar. Əldə etdikləri xeyir və qənimətdə onlara ortaq olmaq istəyərlər. “Şeytanları ilə baş başa qaldıqları vaxt” yəni gedib gəlib şeytanları ilə mehriban olduqları vaxt, deməkdir. “xalev” kəliməsi içində insirafu (dönmək) mənasını daşıyır. Çünki ilə ədatı ilə mütəaddi olduğu üçün həm gizli həm də tələffüz edilən feli göstərir. Bəziləri də burada “ilə” “məa” mənasındadır demişdir. Birincisi daha gözəldir. İbn Cəririn də rəyi bunun ətrafındadır. Suddi Əbu Malikdən nəql ilə “xaləv” keçib getmək mənasındadır demişdir. “Şeytanları” da, Yəhudi hahamları, müşriklər və münafiqlərin başçıları, böyükləri və rəisləri deməkdir. Suddi təfsirində Əbu Malikdən o da Əbu Salihdən və həmçinin Mürrə Əl-Həmədani İbn Məsuddan nəql edirlər ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bir qrup səhabələri, şeytanlarının yəni küfürdə başçılıq edənlərinin olduğunu söyləmişlərdir.
Dahhaq, İbn Abbasdan : Dostlarına, yəni şeytanlarına getdikləri vaxt demişdir. Muhəmməd İbn İshaq, Muhəmməd Əbi Muhəmməddən o da İkrimə və ya Səid İbn Cubeyrdən nəql edir ki, İbn Abbas belə demişdir: «Şeytanları”, onları Muhəmməd (salləllahu aleyhi və səlləm) gətirdiklərini yalanlamağa və gətirdiklərinə qarşı çıxmağa təşviq edən, yəhudilərdir. Mücahid də “Şeytanları” münafiq və müşriklərdən olan dostlarıdır, demişdir. Qatadə də: «Şeytanları; şirkdə və şərdə rəisləri və başçılarıdır, demişdir. Əbu Malik, Əbul Aliyə, Suddi və Rəbi İbn Ənəs də belə demişlərdir. İbn Cərir belə demişdir: Hər şeyin şeytanı onun inadkar və dik başlısıdır. Şeytan insanlardan və cinlərdən olur. Necə ki Allah təala buyurur: “Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik. Bunlar aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər” (Ənam, 112). Müsnəddə Əbu Zərdən rəvayət edilmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm): İnsan və cindən olan şeytanlardan Allaha sığın dedi. Mən də: ”Ya rəsulullah, insanların da şeytanı olurmu?” dedim. O da :”Bəli” dedi.
“Biz sizinləyik”: Muhəmməd İbn İshaq, Muhəmməd İbn Əbi Muhəmməddən o da İkrimə vəya Səid İbn Cubeyrdən nəql edir ki, İbn Abbas : Biz də sizin kimiyik demişdir. «Biz ancaq onlarla istehza edirik”: Yəni biz o toplumla istehza edir və onlarla oynayiriq. Dahhaqdan İbn Abbas : ”Biz ancaq istehza edirik” Muhəmmədin (salləllahu aleyhi və səlləm) əshabı ilə istehza edirik deməkdir, demişdir. Rəbi İbn Ənəs ilə Qatadə də belə demişlərdir. Allah Təala da onlara cavab mahiyyətində və etdiklərinə əvəz olaraq : ”Allah da onlara istehza edər və azğınlıqlarını artırar ki, sərgərdan gəzərlər” İbn Cərir belə demişdir: Allah bunu onlara qiyamət günü etdiyini bu ayə ilə xəbər vermişdir:” O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə: “Gözləyin ki, biz də sizin işığınızdan alaq”– deyəcəklər. Deyiləcəkdir: “Geriyə qayıdıb işıq axtarın!” Onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan qapılı bir sədd çəkiləcəkdir” (Hədid 13). “Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır” (Ali İmran, 178). Bu və oxşarı şanı uca Allah Təalanın münafiq və müşriklərlə istehza etməsi; hiylə etməsi və tələ qurmasıdır. Bu sözü deyənə və bu təvili edənə görə məna belədir. Başqaları da belə demişdir: Xeyir onlarla istehza etməsi, onları daşıdıqları üsyan və küfrə görə azarlaması və qınamasıdır. Başqaları da belə demişdir: Bu və buna oxşar şeylər cavab tərzində verilmişdir. Misal üçün bir adam özünü aldadanı ələ keçirdiyi vaxt ona: Mən səni aldatdım deyər. Əslində ondan bir aldatma olmamışdır; ancaq ipin ucu əlinə keçdiyi vaxt belə deyər. Bu ayələr də belədir . “Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların xeyirlisidir” (Ali İmran 54).“Və Allah onlara istehza edər” – bu da cavabdır. Allahdan məkr və istehza olmur məna budur ki, məkr və istehza özlərini haqladı, bir başqaları da belə demişdirlər: Allah Təalanın “Biz (möminlərə) ancaq istehza edirik!”– deyirlər. Allah da onlara istehza edər” ayəsi və “Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki (Allah) onları aldadır” (Nisa 142). “Onları məsxərəyə qoyanları, Allah məsxərəyə qoyacaqdır” (Tövbə, 79). “Onlar Allahı unutdular. Allah da onları unutdu” (Tövbə, 67) bunlar və oxşarları Allah təalanın onların istehzalarına qarşılıq verməsidir, onları aldatmış kimi cəzalandırmasıdır, bunu xəbər vermişdir. Onun xəbəri onlara cəza və əzab yerində zikr edilmişdir. Ləfz birdirsə də məna fərqlidir. Necə ki belə deyilmişdir: Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir (Şura 40).Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin. (Bəqərə 194). Birincisi zülm ikincisi isə ədalətdir. Bu ikisi ləfzə görə bərabər olsalar belə məna baxımından fərqlidirlər. Quranın hər yerində bunlar belə izah edilmişdir. Başqaları da belə demişlərdir: Bunun mənası Allah Təalanın münafiqlərin azğın başçılarının yanlarına girdikləri vaxt: Biz Muhəmməd (salləllahu aleyhi və səlləm) ilə gətirdiklərini yalanlamaqda sizinlə bərabərik. Biz sadəcə onlara bu dediklərimizi istehza etmək üçün deyirik, demələridir. Allah Təala da onlara istehza edir, dünya hökmü olaraq qanlarını və mallarını qorumuş kimi görünsə də axirətdə belə etməyəcəkdir, onlara ibrətlik əzab edəcəkdir.
Sonra İbn Cərir bu rəyi izah etməyə və dəstəkləməyə başlayır. Çünki oyun və əyləncə tərzində tələ, aldatma və istehza etmə Allah üçün mümkün olmayan şeylərdir. Bunda da icma vardır. Amma bunların intiqam, qarşılıq, ədalət və cəza mahiyyətində olması əqlən imkansız deyildir. Bu dediyimiz mənada İbn Abbasdan bir xəbər vardır: Bizə Əbu Qureyb o da Əbu Osmandan o da Bişr İbn Əbi Rakdan o da Dahhaqdan nəql etdi ki, İbn Abbas: «Allah da onlarla istehza edər” sözündə: intiqam almaq üçün onlarla istehza edər, demişdir.“
-
15
Allah da onlara istehza edər və azğınlıqları içində gəzməklərini uzadar.
Allah da onlara istehza edər və azğınlıqları içində gəzməklərini uzadar: Suddi Əbu Malikdən o da Əbu Salihdən o da İbn Abbasdan həmçinin Mürrə Əl-Həmədanidən o da İbn Məsud ilə bir qrup səhabədən: Onlara müddət verilir, demişdir. Mucahid demişdir ki, “yemudduhum” azğınlıqlarını artırar deməkdir. Allah Təala belə demişdir: “Yoxsa elə hesab edirlər ki, onlara var-dövlət və övlad nəsib edib möhlət verməklə onlara yaxşılıq etməyə tələsirik? Xeyr, onlar fərqinə varmırlar”(Mumin, 55-56) və belə demişdir: “Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz onları bilmədikləri bir yöndən tədricən sürükləyirik” (Qələm, 44). Bəzilər də belə demişlərdir: Nə vaxt bir günah işləyərlərsə onlara yeni bir nemət verir. O isə əslində intiqamdır. Allah Təala belə demişdir: “Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar. Zalım camaatın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha” (Ənam 44-45). İbn Cərir belə demişdir: “Doğru olan yemudduhum – bolluq şəklində artırarıq və onları azğınlıq və inadkarlıqlarında tərk edərik. Necə ki, Allah Təala belə demişdir:” Biz onların ürəklərini və gözlərini ilk dəfə ona iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içərisində sərgərdan dolaşan vəziyyətdə tərk edərik. (Ənam 110). Ayədə qeyd edilən tüğyan: Daşıb həddi aşmaqdır. Necə ki Allah Təala belə demişdir: “Su aşıb-daşdıqda Biz sizi üzən gəmidə daşıdıq” (Haqqa, 11). Dahhaqdan İbn Abbas “Azqınlıqlarında çabalayarlar”: Yəni küfrlərinin içində tərəddüd edərlər, demişdir. Suddi də sənədiylə əshabdan belə rəvayət etmişdir. Əbul Aliyə, Qatadə, Rəbi İbn Ənəs, Mücahid, Əbu Malik, Abdurrahman İbn Zeyd də: küfr və azqınlıqlarında demişlərdir. İbn Cərir: ayədə qeyd edilən “əl aməhu”: sərgərdan gəzərlər, demişdir. Amihə filanun yaməhu aməhən və umuhən deyilir ki, azmaqdır. Tüğyanda azarlar yəni küfrlərində hansı ki, onun çirkinə batar, murdarlığında boğulan. Azmışlar orada sərgərdan gəzirlər. Çıxmağa bir yol tapa bilməzlər. Çünki Allah Təala qəlblərini möhürləmiş və damğalamışdır. Gözlərini hidayət yolundan kor etmiş və pərdələmişdir. Artıq doğrunu görməzlər, bir yol tapa bilməzlər. Bəziləri də belə demişdir: korluq gözdə, aməh isə qəlbdə olur. Bəzən korluq qəlbdə də istifadə edilir. Allah Təala belə demişdir: “Çünki əslində gözlər deyil, kökslərdəki qəlb kor olur” (Həcc, 46). Amihərraculu yaməhu umuhən fəhuvə amihun və aamihun deyilir. Cəmi də aməhdir. Zəhəbət ibiluhul amhaə deyilir ki, dəvəsinin haraya getdiyi bilinməməkdədir.
-
16
Onlar, doğru yolu verib azğınlığı satın almış kimsələrdir. Amma onların ticarəti qazanc gətirmədi və doğru yola yönəlmədilər.
Suddi təfsirində Əbu Malikdən, o da Əbu Salehdən, o da İbn Abbasdan, o da Mürrədən, o da ibn Məsud ilə bir qrup sahabədən rəvayət etmişdir ki, “Onlar, doğru yolu verib azğınlığı satın almış kimsələrdir” ayəsində azğınlığı aldılar hidayəti tərk etdilər, demişdir. ibn İshak, Muhəmməd ibn Əbu Məhəmməddən, o da İkrimədən, və ya Said ibn Cübeyrdən belə nəql etmişdir ki, ibn Abbas: Onlar, doğru yolu verib azğınlığı satın almış kimsələrdir, ayəsində iman qarşılığında küfr aldılar, demişdir. Mücahiddə iman etdilər sonra kafir oldular demişdir. Qatadə də azğınlığı hidayətə üstün tutdular demişdir. Qatadənin dediyi məna etibarı ilə buna bənzər: “Səmud xalqına gəldikdə isə, Biz onlara doğru yol göstərdik, onlar isə korluğu doğru yoldan üstün tutdular” (Fussilət, 17). Təfsirçilərin qeyd edilən fikirlərinin xülasəsi belədir. Münafiqlər hidayətdən azğınlığa meyl etdilər, hidayətin əvəzində azğınlığı aldılar. «Onlar doğru yolu verib azğınlığı satın almış kimsələrdir” ayəsinin mənası budur. Yəni azğınlığı almaq üçün qarşılıq olaraq hidayəti verdilər. Bunda da imanı olanların dönüb küfrə getməsi mənası vardır. Necə ki, Allah Təala belə demişdir: “Bu ona görədir ki, onlar iman gətirdikdən sonra kafir oldular. Sonra da onların qəlbinə möhür vuruldu” (Münafiqun, 3). Və ya onlar azğınlığı hidayətə üstün tutdular. Necə ki. Bəziləri belə etdilər. Çünki münafiqlərin müxtəlif növləri var . Bunun üçündür ki, “onların ticarəti qazanc gətirmədi və özləri də doğru yola yönəlmədilər”. Yəni bu malları alış verişdə qazanc vermədi. “doğru yola yönəlmədilər.”: Yəni bu etdiklərində doğru yola yönəlmədilər, deməkdir. İbn Cərir belə demişdir: Bizə Bişr o da Yeziddən, o da Saiddən rəvayət edir ki, Qatadə demişdir: onların ticarəti qazanc gətirmədi və özləri də doğru yola yönəlmədilər.” ayəsində belə demişdir: Allaha and içirəm ki, mən onları gördüm; onlar hidayətdən azğınlığa, camaatdan təfriqəyə, əmin-amanlıqdan qorxuya, sünnətdən bidətə çıxdılar. İbn Əbi Hatim, o da Yəzid ibn Züraydan o da Saiddən, o da Qatadədən buna bənzərini rəvayət etmişdir.
-
17
Onların məsəli od qalayan kimsənin məsəlinə bənzər. Alov onun ətrafındakıları işıqlandırdığı zaman Allah onların nurunu aparar, özlərini də bilməyəcəkləri zülmətlər içərisində buraxar.
Məsəl, misl və məsil ərəb dilində eyni mənalı sözlərdir. Cəm halda əmsal deyilir. Allah təala belə buyurmuşdur: “Biz insanlar üçün belə məsəllər çəkirik. Onları isə ancaq həqiqəti dərk edən adamlar anlayarlar” (Ənkəbut, 43). Bu misalın izahı belədir: Allah Təala onların zəlaləti hidayət qarşılığında satın almalarını və bəsirətdən sonra kora çevirləməlrini od qalayan insana bənzətmişdir. Alov ətrafını aydınlaşdırmış, o da bundan istifadə edərək sağ və solundakı şeyləri görüb onlardan faydalanıb onlara öyrəşən insana bənzətmişdir. O, bu halda kən alovu birdən sönər və o da qaranlıqda qalar. Görə bilməz, yolunu tapmaz. Bundan əlavə o kardır eşitməz; laldır danışmaz; kordur, işıq da olsa görə bilməz. Buna görə də əvvəlki halına qayıda bilməz. Və bu münafiqlər də hidayət əvəzində zəlaləti əvəz götürmələri və düz yolun əvəzinə əyriliyi üstün tutmaları da belədir. Bu misalda onların iman edib sonra da kafir olduqlarına dəlil vardır. Necə ki Allah Təala bu vəziyyəti başqa yerlərdə xəbər vermişdir. Allah daha yaxşı bilir.
Bu deyiləni Razi, təfsirində Suddidən nəql etmişdir. Sonra da belə demişdir: Buradakı bənzətmə olduqca doğrudur. Çünki onlar əvvəlcə iman qazanmış sonra isə münafiq olmaqla onu ləğv etmişlər. Beləliklə böyük bir çaşqınlığa düşmüşdürlər. Belə ki, dində olan çaşqınlıqdan daha böyük bir çaşqınlıq yoxdur.
İbn Cərir belə zənn etmişdir ki, burada haqlarında misal verilən kimsələr heç bir zaman iman etməmişdilər. Dəlili də “İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: «Allaha və Axirət gününə inanırıq»– deyirlər” (Bəqərə, 8) ayəsidir. Doğru olan budur ki, burada onların nifaq və küfr hallarından xəbər verilir. Lakin onların daha əvvəl iman edib sonra imanlarından dönmələrini və qəlblərinin möhürlənməsini inkar etmir. İbn Cərir bu ayəni: “Bu ona görədir ki, onlar iman gətirdikdən sonra kafir oldular. Sonra da onların qəlbinə möhür vuruldu. Artıq onlar anlamırlar” (Münafiqun, 3) nəzərə almamışdır. Buna görə də, bu ayəni belə yozmuşdur: Onlar iman kəlməsini açıq aşkar dediklərinə görə dünyada işıqlandılar. Sonra da qiyamət günündə qaranlıqlarda qaldılar.
Belə demişdir: Bir nəfəri camaata bənzətməklə misal çəkmək doğrudur, məsələn bu ayədə olduğu kimi: “Onlara qorxu gəldikdə, ölüm ayağında bayılan adam kimi, dönüb sənə baxdıqlarını görürsən” (Əhzab, 19). Yəni ölmək üzrə olan insanın iki gözünün dönməsi kimi, deməkdir. Və belə demişdir: “Sizi yaratmaq və diriltmək ancaq bir adamı yaratmaq və diriltmək kimidir.” (Loğman 28) və belə demişdir: “Onlara Tövrata əməl etmək tapşırıldıqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan, amma onlardan faydalana bilməyən uzunqulağa bənzəyirlər” (Cümə, 5). Bəziləri belə demişdir: Onların hekayələrinin misalı ocaq qalayanların hekayəsi kimidir. Bəziləri isə belə demişdir: Alov yandıran camaatdan bir nəfərdir. Başqaları isə belə demişdir: Əlləzi əlləzinə mənasındadır. Belə ki, şair belə demişdir:
İflic vadisində ölümləri gələnlər, ey Ümmü Mabəd,
Cəmiyyətdir, cəmiyyətin hamısıdır, bil əlbət.
Mən də deyirəm ki, Alov ətrafını işıqlandırdığı zaman Allah işıqlarını söndürər və onları qaranlıqlar içərisində tərk edər; onlar artıq görməzlər. Onlar karlar, lallar və korlardır: artıq dönməzlər” Bu, kəlam etibarı ilə daha düzgün və nəzm etibarı ilə daha bəlağətlidir. “Allah onların nurunu aparar” yəni onlara fayda verən şeyi aparar deməkdir ki, bu da nurdur. Onlara zərər verən şeyi isə saxlayar bu isə yandırmaq və tüstüdür. “Özlərini zülmətlər içərisində buraxar” sözü isə içlərindəki şübhə , küfr və nifaqdır. “heç bir şey görməzlər” sözü isə xeyir yolunu tapa bilməzlər onu tanıya bilməzlər deməkdir. Onlar bununla yanaşı kardırlar, xeyri eşitməzlər, laldırlar — özlərinə fayda verəcək şeyi deyə bilməzlər. “Kordurlar” azmışlıq və bəsirət korluğu içindədirlər. Çünki Allah Təala belə buyurmuşdur: Əslində (maddi) gözlər deyil, kökslərdəki qəlb kor olur.(Həcc 46) demişdir. Buna görə də zəlalətə əvəz olaraq satdıqları hidayətə bir daha dönə bilməzlər.
Sələfdən olan təfsirçilərin bizim dediklərimizə bənzər söylədikləri belədir:
Suddi təfsirində Əbu Malikdən, o da Əbu Salehdən, o da ibn Abbasdan, həmçinin Mürrə əl Həmədani də ibn Məsuddan və bir qrup sahabədən “alov ətrafını işıqlandırdığı zaman” sözündə belə demişdir: İddiaya görə Peyğəmbər (salləllahu aleyhi və səlləm), Mədinəyə gəlmədən əvvəl bəziləri islamı qəbul etdilər. Sonra da münafiq oldular. Onların halı qaranlıqda ocaq qalayanın halı kimidir. Alov ətrafındakı murdar və narahat edən şeyləri göstərdi, o da onları gördü, nəhayət qorunmalı olduğu şeyləri tanıdı. Elə bu vaxt alov birdən söndü. O da narahat edən şeylərdən necə qorunacağı haqda çaşıb qaldı. Münafiq də belədir; o şirkin qaranlığında idi. Müsəlman olduqdan sonra halal və haramı, xeyir və şəri tanıdı. Tam bu vəziyyətdə birdən kafir oldu. Halal və haramı, xeyir və şəri tanımaz oldu.
Mücahid belə demişdir: “alov ətrafını işıqlandırdığı zaman” sözündəkialovun ətrafını işıqlandırması onların möminlərə və hidayətə dönmələridir. Ata əl Xorasani də “Onların məsəli zülmət gecədə od qalayan kimsənin məsəlinə bənzər” ayəsində belə demişdir: Bu münafiqlik halıdır; o bəzən görər, bəzən tanıyar, sonra isə qəlb korluğuna yoluxar.
ibn Əbi Hatim belə demişdir: İkrimə, Həsən, Suddi, Rəbi ibn Ənəsdən də Ata əl Xorasaninin yuxarıdakı dediklərinə oxşar sözlər rəvayət edilmişdir.
Abdurrahman ibn Zeyd: “Onların məsəli zülmət gecədə od qalayan kimsənin məsəlinə bənzər” ayəsində belə demişdir: Bu münafiqlərin halıdır. Onlar iman etmişdilər və iman isə qəlblərini aydınlatmışdır, necə ki alov ətrafını işıqlandırdığı kimi. Sonra bu ocağı qalayanlar kafir oldular; Allah da nurlarını apardı yəni onlardan çəkib aldı. Eynilə alovun işığının sönməsi kimi oldu. Onları zülmətlər içində kor qoydu.
Əvfi, bu ayədə ibn Abbasdan belə dediyini rəvayət etmişdir: Nur onların söylədikləri imandır. Qaranlıq onların zəlalətləri və küfrləridir ki, onlar bunu söyləyərdilər. Onlar doğru yolda idilər sonra isə bu onlardan çəkilib alındı. Bundan sonra tamamilə azğınlaşdılar. İbn Cəririn fikri, bu mövzuda Əbu Talhanın ibn Abbasdan “Onların məsəli zülmət gecədə od qalayan kimsənin məsəlinə bənzər” ayəsində dediyi fikirlərə bənzəyir: Bu Allah Təalanın münafiqlərə gətirdiyi bir misaldır. Onlar islamla izzətlənmişdilər. Müsəlmanlarla qız alıb verir, onlara mirasçı olur və qənimətdən pay alırdılar. Öldükləri zaman isə Allah onlardan bu izzəti dartıb aldı, sanki ocağın sönməsiylə işığının getməsi kimi. Əbu Cəfər ər Razi, Rəbidən o da Əbul Aliyənin “Onların məsəli zülmət gecədə od qalayan kimsənin məsəlinə bənzər” sözündə belə dediyini rəvayət edir: Ocaq yandığı müddətcə işıq verər. Söndüyü zaman işığı gedər. Münafiq də belədir: o da La ilahə illallah kəlməsini ixlasla dediyi müddətcə işığını alar. Şübhə etdiyi zaman da qaranlığa düşər. Dahhaq da “Allah onların nurunu aparar” ayəsində belə demişdir: Onların nurları söylədikləri iman kəlməsidir. Abdurrəzzaq da Mamərdən rəvayət edir ki, Qatadə belə demişdir: “Onların məsəli zülmət gecədə od qalayan kimsənin məsəlinə bənzər Alov onun ətrafındakıları işıqlandırdığı zaman” ayəsindəki işıqla ilahə İllallahdır. Onun sayəsində yedilər, içdilər, dünyada əmin-amanlıq içərisində oldular, müsəlmanların qadınları ilə evləndilər və qanlarının axıdılmasından qorundular. Öldükləri zaman Allah nurlarını apardı, onları qaranlıqlar içərisində kor etdi. Said də bu ayədə Qatadənin belə dediyini rəvayət etmişdir: Məna belədir: Münafiq La ilahə illallah kəlməsini dediyi müddətcə dünyada onun nurundan istifadə edər. Müsəlmanlara qız alıb qız verir. Onlarla döyüşlərə qatılar, onlara mirasçı olar, qanlarını və mallarını qorumuş olurlar. Ölüm gəldiyi zaman isə bütün bunlar münafiqdən çəkilib alınar. Çünki iman qəlbinə kök salmamış və əməlinə təsir etməmişdir.
“Özlərini də heç bir şey görə bilməyəcəkləri zülmətlər içərisində buraxar” Əli ibn əbu Talhadan rəvayət edilir ki, ibn Abbas demişdir: Öldükləri zaman əzabda tərk etdi, demişdir. Muhəmməd ibn İshaq, Muhəmməd ibn əbu Məhəmməddən o da İkrimədən və ya Said ibn Cübeyrdən rəvayət edir ki ibn Abbas “ zülmətlər içərisində buraxar” sözündə: Onlar haqqı görər və onu deyərdilər. Nə zaman ki, zülmün qaranlığından çıxdılar, onu küfr və nifaqları ilə söndürdülər. O da onları küfrün qaranlıqlarında tərk etdi. Artıq doğru yolu görməzlər, haqq üzərində düz dayanmazlar. Suddi təfsirində sənədi ilə belə demişdir “zülmətlər içərisində buraxar” zülmət onların münafiqliyidir. Həsən Bəsri də belə demişdir: Onları qaranlıqlarında tərk etdi; artıq görməzlər, Bu da münafiq öldüyü zaman baş verir ki, pis əməli onun üçün qaranlığa çevrilər. O da La iləhə ilalllahı təsdiq edəcək xeyirli bir əməl tapa bilməz.
Suddi onlar laldırlar kardırlar, kordurlar ayəsində də sənədi ilə: lal, kardırlar, kordurlar demişdir. Əli ibn əbu Talha rəvayətində ibn Abbas laldırlar, kardırlar, kordurlar ayəsində: “Hidayəti eşitməzlər, onu görməzlər, və onu dərk etməzlər, demişdir. Əbul Aliyə və Qatadə ibn Diamə rəvayətində də ibn Abbas “artıq onlar qayıtmazlar” ayəsi haqqında: Yəni hidayətə qayıtmazlar demişdir. Rəbi ibn Ənəs də belə demişdir. Suddi, sənədiylə “Onlar kar, lal və kor olduqlarına görə doğru yola qayıtmazlar” ayəsində İslama dönməzlər demişdir. Qatadə də “artıq onlar qayıtmazlar” ayəsi haqqında : tövbə də etməzlər, ibrət də almazlar demişdir.
-
18
Kar, lal və kor olduqlarına görə qayıtmazlar.
17-ci ayənin təfsirinə bax.
-
19
Yaxud onlar zülmət içində göy gurultusu və şimşəklə yağan leysana bənzəyir ki, ildırımdan ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayırlar. Şübhəsiz ki, Allah kafirləri əhatəyə almışdır.
Bu da Allahu Təalanın münafiqlərə gətirdiyi başqa bir misaldır. Onlar elə bir qrup insanlardır ki, haqq onlara bəzən görünür bəzən də onda şübhə edərlər. Buna görə də qəlbləri şübhə, küfr və tərəddüd halındadır. “Kə sayyibin” əs sayyib: Yağışdır. Bunu ibn Məsud, ibn Abbas, bir qrup sahabə, Əbul Aliyə, Mücahid, Said ibn Cubeyr, Ata, Həsən Bəsri, Qatadə, Atiyyə əl Avfi, Əta əl Xorasani, Suddi, Rəbi ibn Ənəs demişdirlər. Dahhak demişdir ki, o buluddur. Ən məşhuru qaranlıq zamanlarda göydən enən yağış olmasıdır. O da şübhələr küfr və münafiqlikdir. “Raadun”—“Göy gurultusu” o da qəlbləri qorxu ilə titrədən bir səsdir. Münafiqlərin hallarından biri də şiddətli qorxu və həyəcanlı olmalarıdır. Necə ki Allah subhanə və təala buyurur: “Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar.” (Münafiqun, 4). Və belə demişdir: “Onlar sizinlə həmrəy olduqlarına and içirlər. Halbuki onlar sizdən deyildirlər. Əslində, onlar qorxaq adamlardır. Əgər onlar bir sığınacaq və ya daldalanmaq üçün mağaralar yaxud gizlənməyə bir deşik tapsaydılar, ləngimədən ora yönələrdilər” (Tövbə, 56-57).
Əl bərqu-“Şimşək”: O da bu münafiqlərin bəzi hallarında qəlblərində parıldayan iman nurudur. Bunun üçün də Allah subhanə və təala belə buyurur: — “Buna görə də ildırımdan ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayırlar», «Allah kafirləri hər tərəfdən əhatəyə almışdır” demişdir. Yəni qorxmaları onlara heç bir fayda verməyəcəkdir. Çünki Allah onları qüdrəti ilə əhatə etmişdir. Onlar Onun istəməsi və iradəsi altındadırlar. Necə ki belə demişdir: Qoşunlar haqqında əhvalat sənə çatıbmı? Firon və Səmud qoşunlarının. Xeyr, küfr edənlər haqqı yalan saymaqdadırlar. Allah onları arxadan əhatə etmişdir. (Buruc 17-20).
Sonra da belə demişdir: “İldırım hardasa gözlərini alacaq”. Yəni birbaşa olaraq şiddətli və qüvvətli olduğu üçün və gözləri də zəif olub imanda sabit qala bilmədikləri üçün. Əli ibn Abu Talha, İbn Abbasdan: “İldırım az qala gözlərini alacaq” sözündə belə demişdir: Hardasa Quranın möhkəm ayələri münafiqlərin gizli yerlərini göz önünə çıxaracaq.
İbn İshak belə demişdir: Mənə Muhəmməd ibn Əbi Muhəmməd o da İkrimə və ya Said ibn Cübeyrdən, onlar da İbn-i Abbasdan bu “İldırım az qala gözlərini alacaq” ayəsi haqqında demişlər: yəni Haqqın şiddətli işığına görə “Şimşək hər dəfə onların yolunu işıqlandırdıqda onunla gedirlər, zülmət onları bürüdükdə isə dayanıb dururlar” ayəsində isə belə demişdir: Onlara imandan bir şey göründüyü zaman onunla qızınır, ona tabe olurlar. Bəzən də onlara şübhə varid olur, qəlblərini qaraldır. Onlar da çaşıb qalarlar. Əli ibn Əbu Təlhadan, ibn Abbas burada belə demişdir: Nə zaman münafiqlərə islam izzətindən bir şey toxunarsa bundan məmnun qalarlar. İslam yara aldığı zaman isə küfrə dönməyə cəhd edərlər. Eynən bu ayədə olduğu kimi: İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib küfrə qayıdar. O şəxs dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur.(Həcc, 11).
Muhəmməd ibn İshaq, Muhəmməd ibn Əbi Məhəmməddən o da İkrimədən və ya Said ibn Cübeyrdən rəvayət edir ki, ibn Abbas: “Şimşək hər dəfə onların yolunu işıqlandırdıqda onunla gedirlər, zülmət onları bürüdükdə isə dayanıb dururlar” ayəsində belə demişdir: Onlar haqqı tanıyırlar və söyləyərlər. Haqqı dedikləri üçün də doğru yoldadırlar. Ondan küfrə döndükləri zaman isə çaşıb qalarlar. Əbul Aliyə, Həsən Bəsri, Qatadə, Rəbi ibn Ənəs, Suddi sənədiylə səhabədən belə rəvayət etmişdirlər. Bu da doğru və açıqdır. Allah daha yaxşı bilir.
Qiyamətdə hər kəsə imanlarına görə nur verildiyi zaman da belə olurlar. Onlardan kimisinə elə bir nur verilir ki, çox uzaqlıqları işıqlandırır. Kimisinə də bundan daha az və ya daha çox verilir. Kimisinin nuru gah sönər, gah yanar. Kimisi sirat üzərində gah yeriyər gah dayanar, kimisinin nuru tamamilə sönər ki, onlar xalis münafiqlərdir. Allah Təala onların haqqında belə demişdir: «O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə: «Bir az gözləyin ki, biz də sizin işığınızdan alaq»– deyəcəklər. Onlara deyiləcəkdir: «Geriyə qayıdıb işıq axtarın!» (Hədid, 13). Möminlər haqqında da belə demişdir: ”O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. Onlara: «Bu gün sizin müjdəniz ağacları altından çaylar axan Cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!»– deyiləcək” (Hədid, 12). Və Allah Təala belə demişdir: “Allah o Peyğəmbəri və onunla birlikdə iman gətirənləri utandırmayacağı gündə, ağacları altından çaylar axan Cənnət bağlarına daxil etsin. Onların nuru önlərindən və sağ tərəflərindən ətrafa yayılacaqdır. Onlar deyəcəklər: «Ey Rəbbimiz! Nurumuzu bizim üçün tamamla və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!» (Təhrim, 8).
Bu haqda varid olan hədislər belədir:
Said ibn Əbi Aruba, Qatadədən: “O gün kişi və qadın möminəri görürsən”ayəti üzərində belə demişdir. Bizə rəvayət edildiyinə görə Peyğəmbər sallallahu aleyhi və səlləm belə deyərdi: Möminlərdən elələri vardır ki, nuru Mədinədən Ədənə qədər və ya Sənaya qədər olan məsafəni işıqlandırır… Elə möminlər də vardır ki, nurları ancaq ayaq uclarını işıqlandırır. Bunu ibni Cərir rəvayət etmişdir. (27/222). İbni Əbi Hatim də İmran ibni Dəvar əl Qattandan, o da Qatadədən bənzər rəvayətlər etmişdir.
Eyni şəkildə Minhal ibn Amr, o da Qeys ibn əs Səkəndən rəvayət etmişdir ki, Abdullah ibn Məsud belə demişdir: Hər kəsə nuru əməlinə görə verilir: Kimisinə xurma ağacı kimi verilir. Kimisinə ayaq üstə dayanmış bir adam boyda verilir. Ən az verilən də o adamdır ki, baş barmağı qədər nur verilər o da gah sönər gah yanar. Bunu ibn Cərir, ibn Müsənna, İbn İdris, o da atasından, o da Minhaldan da rəvayət etmişdir. ibn Əbu Hatim belə demişdir: Bizə atam, o da Əli ibn Muhəmməd əl Tanafisidən, o da İbn İdrisdən, o da atasından, o da Minhaldan o da Qeys İbn Səkəndən, o da Abdullah ibn Məsuddan: “Nurları önlərində yayılar «ayəsində belə demişdir: Sirat üzərində hər kəsə əməlinə görə nur verilər. Kimisinin nuru dağ kimidir. Kimisinin nuru da xurma ağacı kimidir. Ən az nuru olan da baş barmağı qədər olandır. O da gah yanar gah sönər.
Yenə ibn əbu Hatim belə demişdir: Bizə Muhəmməd ibn İsmayıl əl Əhməsi, o da Əbu Yahyə əl Himmanidən, o da Utbə ibn əl Yəqzandan, o da İkrimədən rəvayət etmişdir ki, ibn Abbas belə demişdir: qiyamət günü hər bir tövhid əhlinə nur veriləcək. Münafiqin isə nuru sönər, mömin isə bunu gördüyü üçün nurunun sönməsindən qorxar; onlar “Rəbbimiz nurumuzu tamamla!” (Təhrim, 8) deyərlər. Dəhhaq ibn Mizahim belə demişdir: Qiyamət günü dünyada imanı izhar edən hər kəsə nur veriləcək. Sirata çatanda münafiqlərin nuru sönər. Möminlər bunu gördükdə qorxarlar və Rəbbimiz nurumuzu tamamla deyərlər.
Vəziyyət belə olduğu zaman insanlar bu hissələrə bölünmüş olurlar: Xalis möminlər, Bəqərə surəsinin ilk dörd ayəsində vəsf edilənlərdir. Xalis kafirlər, bu da onlardan sonrakı iki ayədə vəsf edilənlərdir və Münafiqlər də iki qismə ayrılırlar. Xalis münafiqlər, bunlara od misalı verilmişdir. Vaxtaşırı tərəddüd edən münafiqlər, bunların bəzən iman nuru parıldayar bəzən sönər. Bunlarada bu misalı verilmişdir ki, halları özlərindən əvvəlkilərdən daha yüngüldür. Bu məqam bəzi yönlərdən Nur surəsində misal verilən möminlərə daha yaxındır. Allah onun qəlbinə hidayət və nur vermişdir. O nur şüşə içində bir lampadadır. Sanki o şüşə inci kimi parıldayan ulduzdur. O da iman üzərində yaradılan möminin qəlbidir. Yardımını özünə çatan xalis və saf şəriətdən alır. Onda heç bir bulanıqlıq və qarışıqlıq yoxdur. Necə ki yerində bəhs ediləcəkdir inşəAllah.
Sonra kafir qullara bir misal gətirdi. Onlar özlərini nəyinsə üzərində olduğunu zənn edirlər əslində isə heç bir şeyin üzərində deyillər. Onlar da bu ayədə mürəkkəb cahilliklə təsvir edilən kəslərdir. “Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər” (Nur,39). Sonra da daha bəsit olan kafirlərə bir misal verdi və onlar haqqında belə dedi: “Yaxud onların əməlləri dərin dənizdəki qaranlığa bənzəyir. Onu bir dalğa, onun üstündən də başqa bir dalğa örtər; onun da üstündə bir bulud vardır; bir-birinin üstündə olan qaranlıqlar! İnsan əlini çıxartsa, az qala onu görməz. Allah kimə nur verməsə, onun nuru olmaz” (Nur, 40). Beləcə kafirləri iki qismə ayırmış oldu. Dəvətçi və təqlidçi. Necə ki onlar haqqında Həcc surəsinin əvvəlində belə demişdir: “İnsanlardan eləsi də var ki, heç nə bilmədiyi halda Allah haqqında mübahisə edir və hər bir asi olmuş şeytana itaət edir.(Həcc 3) Bundan sonra da belə demişdir: İnsanlar içərisində eləsi də vardır ki, heç bir biliyi, doğru yolu göstəricisi və nur saçan bir kitabı olmadan Allah haqqında mübahisə edir” (Həcc, 8). Allah Təala möminləri də Vaqiə surəsinin əvvəlində və axırında, insan surəsində iki hissəyə ayırmışdır. Öndə gələnlər – Onlar Allaha yaxın olanlardır və sağda gələnlər – onlar da yaxşı insanlardır.
Bu ayələrdən bu xülasə çıxır: Möminlər iki sinifdir. Allaha yaxın olanlar və yaxşılar. Kafirlər iki sinifdir: Dəvətçilər və təqlidçilər. Münafiqlər də iki sinifdir: Xalis münafiq və içində münafiqlikdən bir şöbə olan münafiq. Necə ki. Iki səhihdə (Buxari 34,Müslim 58): Abdullah ibn Əmr rəvayətində Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: Üç xislət vardır ki, onlar kimdə olarsa o insan xalis münafiqdir. Kimdə də ondan biri olarsa onu tərk edincəyə qədər onda bu xislət qalmış olar. Danışdığı zaman yalan danışar, Vəd etdiyi zaman vədindən qaçarlar, bir şey əmanət edildiyi zaman da əmanətə xəyanət edərlər.” Bundan da bu nəticəyə çıxarılır ki, insanda imandan da şöbə ola bilər, münafiqlikdən də bir şöbə ola bilər. O da bu hədisə görə ya əməlidir, ya da ayənin dəlalət etdiyi kimi etiqadıdır. Necə ki sələfdən bir hissə və bəzi alimlər bu qənaətdədirlər. Bu da yuxarıda qeyd edilmişdir və yeri gəlincə qeyd ediləcəkdir, İnşəAllah. İmam Əhməd belə demişdir (10745): Bizə Əbu Nadir o da əbu Muaviyədən yəni Şeybandan, o da Leysdən, o da Amr ibn Mürradan, o da əbul Baxtəridən, o da Əbu Saiddən rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Qəlblər dörddür: Bir qəlb vardır yalındır çıraq kimi parıldayar, Bir qəlb vardır, bükülmüşdü, ağzı bağlıdır Bir qəlb də vardır tərsinə dönüb, bir qəlb də vardır ki, iki üzü vardır. Yalın qəlb mömin qəlbidir, Onun çırağı da içindəki nurdur. Bükülmüş qəlb isə kafirin qəlbidir. Tərs qəlb də xalis münafiqin qəlbidir. Yaxşılığı tanıyar sonra da inkar edər. İki üzü olan qəlb də içində iman və nifaq olan qəlbdir. Ondakı iman paxla dənəsinə bənzəyər təmiz su ilə böyüyər. Ondakı münafiqlik də yara kimidir ki, onu irin və qan bəslər. İki maddədən hansı o birisinə qalib gələrsə ona qalib olar. Bunun sənədi yaxşıdır.
Əgər Allah istəsəydi, onları eşitməkdən və görməkdən məhrum edərdi Şübhəsiz ki, Allah hər şeyə qadirdir: Məhəmməd ibn İshaq belə demişdir: Mənə Muhəmməd ibn Əbu Muhəmməd, o da İkrimə və ya Said ibn Cübeyrdən rəvayət etmişdir ki, ibn Abbas bu ayət haqqında belə demişdir: Onlar haqqı tanıdıqdan sonra tərk etdikləri üçün belə olmuşdurlar. “Şübhəsiz Allah hər şeyə qadirdir” ayəsi haqqında isə ibn Abbas belə demişdir: Allah quluna cəza vermək və ya əfv dilədiyi zaman bunu etməyə qadirdir. İbn Cərir də belə demişdir: Allah Təala niyə burada özünü hər şeyə Qadir olaraq vəsf etmişdir? Çünki o münafiqləri xəbərdar etdi, şiddət və əzabından çəkinmələrini istədi, və bunu etməyə gözlərini və qulaqlarını əllərindən almağa gücü çatacağını bildirdi. “Qədirun”, Qadir mənasındadır eynilə, alımun da alim mənasında olduğu kimi. İbn Cərir və onun ardıclıları bu iki misalın da tək sinif münafiqə aid olduğu qənaətindədilər. O zaman “Auv kasayyibin minessəməi” sözündəki “auv” ədatı vav mənasına gəlir. Necə ki, Vəla Tuti minhumasimən auv kəfura” (İnsan 24) ayəsində də belədir. Yaxud da seçim ədatı olur ki, “onlara bu misalı gətir istər sə də o birisi misalı gətir” mənasına gəlir. Qurtubi də belə demişdir: Auv ədatı bərabərlik üçündür, məsələn “calisil Həsan auv ibni Sirin” deyilir ki, istərsən Həsən Bəsri ilə otur istəyərsən İbni Sirinlə, ikisi də eynidir. Zaməxşəri bunu belə yozmamışdı. O zaman ayətin mənası da belə olur: Onlara istəyirsən bu misalı gətir istəyirsən o birisini , ikisi də hallarna uyğun gəlir.
Mən də deyirəm ki, Bu münafiqlərin cinslərinə görədir. Çünki onlar sinif sinifdir. Onların müxtəlif hal və sifətləri vardır. Necə ki, Allah Təala bunları Bəraət surəsində zikr etmişdir. Onlar sinif sinifdir. Onlardan bəzilərinin tez-tez dediyi sözlər, etdiyi fellər zikr edilmişdir. Bu iki misalın onlara verilməsi hal və sifətlərinə olduqca uyğun gəlir. Allah daha yaxşı bilir. Necə ki, Nur surəsində dəvətçi və təqlidçi olmaqla iki sinif kafirə bu misalı gətirmişdir. “Kafirlərin əməlləri çöldəki ilğım kimidir”. və ya dərin dənizdəki qaranlıqlar kimidir. Birincisi dəvətçilər üçündür ki, onlar da mürəkkəb cəhalət içindədirlər. İkincisi də bəsit cəhalət içində olanlardır ki, onlar da ardlarına düşən təqlidçilərdir. Allah ən doğrusunu biləndir.
-
20
Şimşək az qalır ki, onların gözlərini çıxartsın. Onları işıqlandırdıqda onunla gedirlər, zülmət onları bürüdükdə isə dayanıb dururlar. Əgər Allah istəsəydi, onları eşitməkdən və görməkdən məhrum edərdi. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
19-cu ayənin təfsirinə bax.
-
21
Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə qorxasınız.
Allah Təala tək məbud olduğunu bəyan etməyə başladı; çünki qullarına nemət verən Odur. Onları yoxluqdan varlıq aləminə çıxartdı. Onlara görünən və görünməyən bol-bol nemətlər verdi. Yer üzünü onlar üçün döşək edərək, onu yüksək dağlarla möhkəmləndirdi. Göyü bina etdi demək tavan etmək deməkdir. Necə ki, başqa bir ayədə: “Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər”. (Ənbiya, 32) demişdir. “Onlara göydən su endirdi” — burada bulud qəsd edilir. Ehtiyacları olduqları zaman onlara buluddan su endirmişdir. Onunla da yerdən müxtəlif bitkilər və meyvələr çıxartmışdır. Bunlar isə qullarının açıq aydın görünən ruzularıdır. Necə ki, Quranın bir çox yerində bunlar qeyd edilmişdir. Buna ən çox bənzəyən bir ayə də belədir: “Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allahın Şanı ucadır” (Ğafir, 64). Xülasəsi isə belədir: O yaradandır, ruzi verəndir, evin də, onun içərisində yaşayanların da sahibidir və ruzi verənidir. Beləcə yalnız özünə ibadət edilməsini və şərik qoşulmamasını haqq etmişdir. Bu səbəbdən də O belə demişdir: “Siz də bunu bildiyiniz halda heç kəsi Allaha tay tutmayın”
İki səhihdə İbn Məsud belə demişdir: “Ya Rəsulullah, Allah qatında ən böyük günah hansıdır?” dedim. O da: Səni yaratdığı halda Allaha şərik qoşmandır, dedi. Muaz hədisi də belədir: Bilirsənmi, Allahın qulları üzərindəki haqqı nədir? Ona ibadət etmələri və heç bir şeyi ona şərik qoşmamalarıdır. Başqa bir hədisdə isə belə deyilir: Heç biriniz Allah və filankəs istərsə deməsin; əvəzində Allah istədi sonra da filankəs istədi, desin.
Həmməd ibn Sələmə deyir ki, Bizə Abdul Malik ibn Umeyr, o da Rıbi ibn Hiraşdan rəvayət edir ki, möminlərin anası Aişənin ana bir qardaşı Tüfeyl ibn Saxbara rəvayət edir ki, yuxuda gördüm ki, bir neçə yəhudinin yanına gəldim: “siz kimsiniz?” dedim. Onlar da “Biz Yəhudilərik” dedilər. Mən də: Siz o kimsələrsiniz ki, kaş “Üzeyr Allahın oğludur” deməyərdiniz. dedim. Onlar da: kaş siz də Allah istərsə və Məhəmməd istərsə deməyərdiniz, dedilər. Sonra bir neçə xristiana rast gəldim: “Siz kimsiniz?” dedim. Onlar da “Biz Xristianlarıq” dedilər. Mən də : Siz o kimsələrsiniz ki, kaş Məsih Allahın oğludur deməyərdiniz, dedim. Onlar da: kaş siz də Allah istərsə və Məhəmməd istərsə deməyərdiniz, dedilər. Səhər açılanda bunu bir neçə nəfərə danışdım. Sonra da Peyğəmbərə (salləllahu aleyhi və səlləm) xəbər verdim. “Kiməsə danışmısan?” dedi. Mən də: Bəli dedim. Qalxdı, Allaha həmd və səna etdi, sonra da belə dedi: Deməli belə, Tüfeyl bir yuxu görüb və onu sizdən birinə danışıb. Siz elə bir kəlmə deyirsiniz ki, bəzi şeylər onu qadağan etməyimə mane olurdu. Artıq Allah istədi və Məhəmməd istədi deməyin, əvəzində: yalnız Allah istədi, deyin.”
Bunu ibn Mərduveyh də bu ayətin təfsirində Həmməd ibn Sələmədən eyni sənədlə rəvayət etmişdir. Bunu İbn Macə də, başqa bir yöndən, Abdulmalik ibn Umeyrdən eyni sənədlə bənzər şəkildə rəvayət etmişdir. Sufyan ibn Said əs Sevri, Əlcah ibn Abdullah əl Kindidən, o da Yəzid ibn Əsamdan rəvayət edir ki, ibn Abbas belə demişdir: Bir adam Peyğəmbərə (salləllahu aleyhi və səlləm): Allah istədi və sən istədin, dedi. O da məni Allaha şərik qoşursanmı? «Yalnız Allah istədi de, buyurdu. Bunu ibn Mərduveyh də rəvayət etmişdir. Bunu Nəsai ilə İbn Macə də İsa ibn Yunus, o da Əlcah vasitəsi ilə rəvayət etmişdir. Bütün bunlar Allahın birliyini qorumaq üçündür. Allah daha yaxşı bilir.
Muhəmməd ibn İshaq belə demişdir: Mənə Muhəmməd ibn əbu Muhəmməd (məchul ravi) İkrimədən və ya Səid ibn Cübeyrdən rəvayət etdi ki, İbn Abbas: . “Ey insanlar! Rəbbinizə ibadət edin «kəlamında belə demişdir: Allah kafir və münafiq iki qrupa da : Məni təkləşdirin, sizi və sizdən öncəkiləri yaradan Rəbbinizi təkləşdirin, demişdir. Eyni sənədlə ibn Abbas bu ayə üzərində belə demişdir: Allahdan başqa, fayda və zərər verməyən şeyləri Allaha şərik qoşmayın. Sizlər də bilirsiniz ki, ondan başqa Rəbbiniz yoxdur. Sizə ruzi verən Odur. Bunu bilmiş vəziyyətdəsiniz ki, Rəsulunun sizi dəvət etdiyi tövhid haqdır, onda şübhə yoxdur.” Qatadə də belə demişdir. İbn Əbi Hatim, o da Əhməd ibn Amr ibn Əbu Asimdən, o da Əbu Amrdan, oda Dahhaq ibn Muxalləd Əbu Asimdən, o da Şəbib ibn Bişrdən o da İkrimədən rəvayət etdi ki, ibni Abbas “Allaha tay tutmayın.” kəlamında belə demişdir: Taylar (əl-əndəd) şirkdir, o, qarışqanın qaranlıq gecədə, qara böyük qaya üzərində yeriməsindən daha gizlidir. O isə bu deməkdir: “Ey filankəs, Allaha, sənin və mənim canıma and olsun. «Başqa biri də belə deyər: Əgər bu it olmasaydı evə oğrular girərdi. Əgər qaz olmasaydı evə oğrular girərdi. Başqa biri də adam dostuna: Allah və filankəs istəməsəydi, deyər. Biri də: Əgər Allah və filankəs olmasaydı, deyər. Xülasə araya filankəsi salmayın. Bütün bunlar Allaha şərik qoşmaqdır. Hədisdə belə keçmişdir: Bir adam Rəsulullaha (salləllahu aleyhi və səlləm): Allah və sən istəməsəydiniz, dedi. O da: Məni Allaha ortaq edirsənmi? dedi. Başqa bir hədis də belədir: Sizlər nə gözəl cəmiyyətsiniz, kaş ki tay tutaraq: Allah və filankəs istəməsəydi belə olardı, deməsəydiniz. Əbul Aliyə belə demişdir: “Allaha tay tutmayın” yəni bərabərlər və ortaqlar, deməkdir. Rəbi ibn Ənəs, Qatadə, Suddi, Əbu Malik və İsmayıl ibn Əbu Xalid də belə demişdirlər. Mücahid də “bilə-bilə Allaha tay tutmayın” ayəsində belə demişdir: Onun Tövrat və İncildə bir tək Məbud olduğunu bildiyiniz halda, deməkdir.
Ayə haqqında hədislər:
İmam Əhməd belə demişdir: Bizə Affan, o da Əbu Xələf Musa ibn Xələfdən, o da Yəhyə ibn Əbu Kəsirdən, o da Zeyd ibn Salamdan, o da babası Məmturdan, o da Haris əl Əşaridən rəvayət etdi ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: Əziz və Cəlil olan Allah, Zəkəriyyə oğlu Yəhyaya (əleyhissalam) beş kəlimə ilə əməl etməsini və israil oğullarına da bunları etməsini əmr etməyi buyurdu. O da bir az ləngidi. İsa (əleyhissalam) ona: Bunları sən yoxsa mən təbliğ edək? Dedi. O da Qardaşım, qorxuram ki, məndən əvvəl sən təbliğ etsən Allah mənə əzab edər və ya məni yerə batırar dedi. Bundan sonra Yəhya ibn Zəkəriyyə İsrail oğullarını Beytul Müqəddəsdə bir yerə yığdı, məscid doldu. O hündür bir yerə çıxdı. Allaha həmd səna etdi və sonra da belə dedi: Allah mənə beş kəlimə ilə əməl etməmi, onlara sizin də əməl etmənizi buyurmamı əmr etdi. Birincisi: Ona ibadət edin, heç bir şeyi ona ortaq qoşmayın. Çünki bu malının xalis gümüşü və ya qızılı ilə bir kölə alan adama bənzəyər. Kölə işləməyə və gəlirini sahibindən başqasına verməyə başladı. Köləsinin belə olması hansınızı sevindirər? Allah sizi yaratdı, sizə ruzu verdi; Siz də Ona ibadət edin, heç bir şeyi ona ortaq qoşmayın.
Sizə namazı əmr edirəm; çünki Allah Təala namaza duran qul üzünü çevirmədikcə üzünü onun üzünə qoyar. Siz də namaz qıldığınız zaman sağa sola baxmayın.
Sizə oruc tutmağınızı əmr edirəm; çünki bu da cəmiyyət içində bir adam kimidir; onun yanında bir kisə müşk vardır. Hər kəs onun ətrini duyar. Oruclunun ağzının qoxusu Allah qatında müşk ətrindən daha xoşdur.
Sizə sədəqə vermənizi əmr edirəm. O da düşmənin əsir etdiyi bir adam kimidir. Əllərini boynuna bağladılar, boynunu vurmaq üçün onu gətirdilər. O da onlara: “Sizə fidyə verimmi?” dedi. Az çox fidyə verərək canını xilas etdi.
Sizə Allahı çox zikr etmənizi əmr edirəm. Bu da buna bənzəyir: Bir adamı düşmənləri sürətlə təqib etdilər, o da bir qalaya sığındı və canını xilas etdi. Qul Allahı zikr etdiyi zaman şeytandan daha çox qorunur.
Rəsulullah (salləllahu aleyhi və səlləm) də belə dedi: Sizə Rəbbimin mənə əmr etdiyi beş şeyi əmr edirəm: Camaatdan ayrılmamağı, sözə qulaq asmağı, itaət etməyi, hicrət etməyi, və Allah yolunda cihad etməyi. Çünki bir adam camaatdan bir qarış qədər ayrılarsa İslam ipini boynundan çıxartmış olar. Yenidən dönənə qədər. Kim Cahilliyə çağırışları edərsə o cəhənnəmin ətrafında diz çökənlərdəndir. “Ya Rəsulullah, oruc tutsa, namaz qılsa da?” dedilər. O da: Namaz qılsa, oruc tutsa və müsəlman olduğunu iddia etsə də belədir. Siz Müsəlmanları Allahın verdiyi adlarla, Allaha təslim olan mömin qullar olaraq çağırın. Bu həsən hədisdir.
Bu ayədə dəlil də: “Allah sizi yaratdı və sizə ruzi verdi. Siz də ona ibadət edin və heç bir şeyi ona ortaq qoşmayın” hissəsidir. Bu ayə ibadətdə Allahı təkləşdirməsinə və ortağı olmamasına dəlildir. Razi və digərləri kimi bir çox təfsirçilər bunun Allahın varlığına dəlil gətirmişdirlər. Bu hər şeydən əvvəl Onun varlığına dəlalət etməkdədir. Çünki kim aşağı və yuxarı aləmlərdə var olan; şəkilləri, rəngləri, təbiətləri və faydaları müxtəlif olan varlıqları düşünərək onları öz təfəkküründə düzgün yerə oturdarsa, yaradanının qüdrətini, hikmətini, elmini, ustalığını və səltənətinin böyüklüyünü anlayar. Necə ki, bir ərəb belə demişdir: Ona Allah Təalanın varlıq dəlili nədir, dedilər. O da belə dedi: Fəsübhənallah, bir peyin dəvəni göstərər; ayaq izi yeriyəni göstərər, bürcləri olan göy, yolları olan yer və dalğaları olan dənizlər, hər şeydən xəbəri olan Lətifi göstərməzmi?
Razi, imam Malikdən rəvayət etmişdir. Harun Rəşid ona bu haqda soruşdu: o da dillərin, səslərin və nəğmələrin fərqliliklərini dəlil göstərdi. Əbu Hənifədən də belə rəvayət edilmişdir: Bir neçə zındıq ona Allah Təalanın varlığını soruşdular. O da belə dedi: Məni narahat etməyin, bir şey haqqında düşünürəm. Mənə deyildiyinə görə dənizdə yüklü bir gəmi, içində müxtəlif çeşidli mallar var. Üstündə də onu qoruyan və sürən heç kim yoxdur. O isə öz özünə gedib gəlir. Böyük dalğaları yararaq onlardan xilas olur. Onu heç kim idarə etmir amma o istədiyi yerə gedir. Onlar da: Bunu heç bir ağıllı insan deyə bilməz, dedilər. O da belə dedi: Göyləri, yeri və hikmətli şeylərdən ibarət bu varlığın bir yaradıcısı yoxdurmu? Bunu eşidən o insanlar çaşıb qaldılar, haqqa dönərək onun qarşısında müsəlman oldular.
Şəfidən də belə nəql edilir ki, Ondan Yaradan haqqında soruşdular. O da belə dedi: Bu tut yarpağının dadı birdir, onu qurd yeyir ondan barama çıxır, arı yeyir ondan bal çıxır, mal-qara yeyir onu təzək olaraq xaric olur. Onu ceyran yeyir ondan isə müşk əmələ gəlir. Əsli isə birdir.
Eyni sualı İmam Əhmədə də soruşdular, o da belə dedi: bir qala vardır, sağlam və qüsursuz, qapısı və pəncərəsi yoxdur. Xaricdən bəyaz gümüş, daxildən xalis qızıl kimidir. Belə ikən birdən divar yarıldı içindən eşidən, görən, əndamlı və gözəl bir canlı çıxdı, dedi. Bununla da içərisindən cücə çıxan yumurtanı nəzərdə tutdu.
Şair Əbu Nəvvasa da eyni sualı soruşdular, o da belə dedi:
Düşün yer üzündə nəbatətləri
Sultan yaratmışdır O əsərləri,
Gümüş, qızıl gözlü sərin bulaqlar
Zəbərcət yoncanın üstündən axar
Bütün bu mənzərə demirmi sənə
Allahın ortağı yoxdur, bilsənə.
Şair ibn Mutəz də belə demişdir:
Heyrət! Necə üsyan edir Allahına insan?
İnkar edir, münkir olan insan necə asan?
Hər şeydə qoyubsa əgər Allah bir əlamət
Bil ki, bu onun təkliyinə edər dəlalət!
Başqaları da belə demişdirlər: Kim bu yüksək və geniş göyləri, içərisindəki kiçik və böyük ulduz və göy cisimlərini düşünər, hər gün bunların böyük dairə ilə və hər birinin özünə məxsushərəkətinə baxar, yeri hər tərəfdən əhatəyə alan dənizlərə, yerin qərar tutması, içindəkilərin rahat yaşaması üçün yaradılan rəngarəng dağlara baxarsa, Allah Təala bu haqda belə demişdir: “Dağlarda da müxtəlif rəngli – ağ, qırmızı və tünd qara cığırlar əmələ gətirdik. İnsanlar, heyvanlar və mal-qara arasında da bu cür müxtəlif rəngli olanları vardır. Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar.” (Fatir 27-28). Kim ölkələr arası axan çaylara və müxtəlif canlılara, torpağı və suyu bir olduğu halda müxtəlif olan və dadları, ətirləri, şəkilləri fərqli olan bitkilərə baxarsa, Yaradıcının varlığına, böyük qüdrətinə, hikmətinə, yaratdıqlarına olan rəhmət, lütf və yaxşılığına dəlil tapar. Ondan başqa haqq məbud yoxdur. Ondan savayı Rəbb yoxdur. Yalnız Ona təvəkkül edib, yalnız ona üz tutdum. Bu mövzuda daha bir çox ayələr vardır.
-
22
O, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göydən su endirib onunla sizin üçün məhsullardan ruzi yetişdirdi. Siz də bildiyiniz halda Allaha tay tutmayın.
21-ci ayənin təfsirinə bax.
-
23
Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə və doğru deyirsinizsə, onda ona bənzər bir surə gətirin və Allahdan savayı şahidlərinizi çağırın!
Allah Təala özündən başqa məbud olmadığını qeyd etdikdən sonra peyğəmbərlik haqqında danışmağa başladı və kafirlərə xitab edərək: “Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə” dedi. Yəni Muhamməd sallallahu aleyhi və səlləmə endirdiyimiz Qurandan söhbət gedir. “Ona bənzər bir surə gətirin”. Əgər Allahdan olduğuna şübhə edirsinizsə, siz də ona bənzər bir surə gətirin. Bunun üçün də Allahdan başqa istədiklərinizdən yardım alın. Çünki bunu edə bilməzsiniz. İbni Abbas “şahidləriniz” yəni köməkçiləriniz demişdir. Yəni bu istiqamətdə sizə kömək edəcək başqalarını gətirin. Suddidən gələn rəvayətə görə əbu Malik də : Sizin imdadınıza çatmaq və sizə yardım etmələri üçün tanrılarınızı çağırın, demişdir. Mücahid də : Buna şahidlik edəcək səlis dilli hakimlərinizi çağırın, demişdir. Allah Təala bu şəkildə onlara bir çox yerdə meydan oxudu. Qasas surəsində belə dedi: “Siz də allah qatından bundan daha doğru bir kitab gətirin, əgər doğrusunuzsa sizə tabe olum”. İsra surəsində də belə demişdir: “De ki: Əgər insanlar və cinlər bu Quranın bir bənzərini gətirmək üçün toplaşsalar, bir birilərinə kömək də etsələr, bunun bənzərini gətirə bilməzlər”. Hud surəsində də belə demişdir: “Yoxsa onu özü uydurdu deyirlər? De ki: Siz də onun kimi uydurulmuş on surə gətirin. Əgər doğrusunuzsa Allahdan başqa gücünüz çatdıqlarınızı çağırın”. Yunus surəsində də belə demişdir: “Bu Quran Allahdan başqası tərəfindən uydurulmuş deyildir. Amma özündən əvvəlki kitabları təsdiq edici və kitabı açıqlayandır. Onda şübhə yoxdur. Aləmlərin Rəbbindəndir. Yoxsa onu özü uydurdu deyirlər? De ki: Siz də onun kimi bir surə gətirin. Əgər doğrusunuzsa Allahdan başqa gücünüz çatdığı hamını çağırın.” Bütün bu ayələr Məkkədə enmişdir. Sonra da Mədinədə enən bu ayə ilə meydan oxudu və: “Əgər şübhə içində isəniz” dedi. Yəni “rayb”, şəkk və tərəddüd içində deməkdir. “Qulumuza endirdiyimizdən” Yəni Muhammədə (salləllahu aleyhi və səlləm) deməkdir. “Siz də onun kimi bir surə gətirin” Yəni Quran kimi deməkdir.
Bunu Mücahid ilə Qatadə demişdirlər. İbni Cərir Təbəri, Zaməxşəri və Razi də bu rəyi üstün tutmuşdurlar. Onlar bu fikri Ömər, ibni Məsud, ibni Abbas, Həsən Bəsri və bir çox tətqiqatçı alimlərdən rəvayət etmişdirlər. Bunu da bir çox yöndən müdafiə etmişdirlər. Ən gözəli isə budur ki, onlara – istər dağınıq və birləşmiş olsunlar, istərsə də yazıb oxuya bilməyən və bilən olsunlar meydan oxudu. Bu da sadəcə oxuma və yazma bilməyən və elmdən payı olmayanlara meydan oxumaqdan daha əhatəli məfhumdur. Bu ərəfədə isə belə bir dəlil də istifadə edilmişdir. “Onun kimi on surə gətirin” (Hud 13)
“Onun kimisini gətirə bilməzlər” : Bəziləri Muhamməd (salləllahu aleyhi və səlləm) kimisini deməkdir, demişdirlər. Yəni onun kimi yazıb oxuya bilməyən birini deməkdir. Doğrusu birincidir. Çünki meydan oxuma hamısına şamil olunur. Birdəki onlar millətlərin ən səlis danışanı idilər. Onlara bu şəkildə Məkkədə və Mədinədə bir neçə dəfə meydan oxudu. Ona o qədər sərt düşmənlik etmələrinə və onun dininə o qədər nifrət etmələrinə baxmayaraq bu işdə aciz qalmışdırlar.
Buna görə də Allah onlara “Əgər siz bunu edə bilmirsinizsə, – heç edə də bilməzsiniz” dedi. “Lən” ədatı gələcəyi təkidlə rədd etmək üçün istifadə olunur, yəni bu əbədiyyən edə bilməyəcəksiniz deməkdir. Bu da ayrı bir möcüzədir. Belə ki, bunu sonsuzluğa qədər və heç bir zaman edə bilməyəcəklərini qətiyyətlə, əvvəlcədən, qorxmadan və çəkinmədən xəbər verdi. Vəziyyət o gündən bu günə qədər düz çıxdı, onun bənzərini ortaya qoya bilmədilər. Necə edə bilərdilər ki, Quran hər şeyi Yaradan Allahın kəlamıdır. Yaradanın sözü yaradılmışların sözünə necə bənzəyə bilər? Kim Quranı oxuyub, üzərində düşünərsə onda həm mətn həm də məna baxımından açıq və gizli, müxtəlif ecazkar sənət əsərləri müşahidə edər. Allah Təala belə demişdir: “Əlif, Ləm, Ra bu elə bir kitabdır ki, ayələri möhkəmləndirilmiş, sonra da hikmət sahibi və hər şeydən xəbərdar olan Allah tərəfindən bəyan edilmişdir.” (Fusslət, 1).
Onun mətnləri möhkəmləndirilmişdir, mənaları da bəyan edilmişdir, əksi də ola bilər. (mənası möhkəmləndirilmiş, mətni bəyan edilmişdir). Onun ləfzi də mənası da səlisdir. O toxunulmazdır. Keçmişdə bilinməyən elə şeylərdən xəbər vermişdir ki, olduğu kimi çıxmışdır. Nə qədər xeyir varsa əmr etmiş, nə qədər şər varsa qadağan etmişdir. Necə ki, belə demişdir: “Rəbbinin kəlməsi doğru və adil olaraq tamamlandı” (Ənam 115). Yəni xəbərlərdə sadiq, hökmlərdə ədalətli deməkdir. Hamısı haqdır, doğrudur, ədalət və hidayətdir. Onda inadçılıq yalan və iftiradan heç biri yoxdur. Necə ki, ərəblərin və digərlərinin şerlərində elə yalanlar və boş fikirlər keçər ki, şerlər ancaq belə şeylərlə gözəlləşər. Çünki şerdə daha çox yalanı olan ən şirinidir, deyilmişdir. Elə qəsidələr görərsən ki, çox vaxt qadın və ya at və ya içki və ya bilinən bir şəxsin mədhiyyəsi və ya bir dəvə və ya döyüş və ya hər hansı bir hadisə və ya canavar qorxusu və ya hər hansı bir mənzərənin təsviri istifadə edilmişdir ki, müəllifin ən xırda incəliklərinə qədər təsvir, izah gücünü göstərməkdən başqa heç bir fayda verməz. Daha sonra şah beyt deyilən bir və ya iki beytinə rast gələrsən ki heç bir əhəmiyyəti yoxdur.
Qurana gəlincə isə onun hamısı olduqca bəlağətlidir. Ərəb dilini dərinləməsinə və üzdən bilənlər, ondan istifadəni anlayanlar bunu bilərlər. Çünki əgər onun xəbərlərini düşünsən, onun olduqca şirin olduğunu görəcəksən. Uzun və qısa olanlarında da, təkrar edilənlərində də vəziyyət eynidir. Çox oxumaqla şirinləşər və ucalar və köhnəlməz, alimlər ondan bezməzlər. Əgər təhdid mövzusuna girsə, böyük dağlar ona tab gətirmədiyi halda, anlayış sahiblərinin qəlblərinin nə vəziyyətə gəldiyini sən təsəvvür et. Əgər vəd edəcəksə, qəlbləri və qulaqları açan şeylər ortaya qoyar. Salamatlıq diyarına təşviq edər, Rəhmanın ərşinə qonşu olmağa səsləyər. Necə ki, təşviq barəsində belə demişdir: “Heç bir nəfs əməlinin qarşılığında özü üçün gözlərinə sevinc gətirəcək nələrin gizli saxlanıldığını bilməz” (Səcdə 17).“Orada ürəkləri istəyən və gözlərinin zövq aldığı şeylər vardır. Siz orada əbədi qalacaqsınız”(Zuhruf 71)Qorxutma mövzusunda da belə demişdir: “Dünyanın quru hissəsini yerə batırmaqdan əmin oldunuzmu?”(isra, 68). “Göydəkinin sizi çalxalanan yerə batırmasından əmin oldunuzmu? Yoxsa göydəkinin sizə daş yağdırmağındanmı əmin oldunuz? Xəbərdarlığım necə nəticə verəcəyini biləcəksizniz” (Mülk, 16-17) Danlama mövzusunda da: “Hər birini günahı ilə yaxaladıq” (Ənkəbut, 40) demişdir. Öyüd nəsihət mövzusunda da belə demişdir: “Bilirsənmi, əgər onlara illərcə firavanlıq nəsib etsək, sonra vəd olunduqları (əzab) onlara yetişsə, onlara nəsib olmuş firavanlıq onlara heç bir fayda verməz” (Şüara 205-207). Bunlardan başqa səlislik , bəlağət və şirinliyi göstərən bir çox ayələr vardır.
Əgər hökmlər, əmrlər və qadağalar mövzusunda ayələr gəlirsə, bütün ağla uyğun, xoş, faydalı, gözəl və sevilən şeylər əmr edilir. Bütün çirkin, alçaq və boş şeylərdən çəkindirir. Necə ki, sələflərdən İbn Məsud və digərləri belə demişdirlər: Allah Təalanın Quranda: Ey iman edənlər, dediyini eşitdiyin zaman, qulaq ver, o ya xeyirdir onu əmr edir, ya da şərdir ondan çəkindirir. Bu səbəbdən Allah Təala Quranda belə demişdir: “Onlara yaxşılığı əmr edər və onları pisliklərdən çəkindirər. Onlara təmiz şeyləri halal, pis şeyləri haram edər. Ağırlıqları isə üstlərindən qaldırar” (Əraf 157). Əgər ayələr axirəti, ondakı qorxuları, cənnət və cəhənnəmi, onların necəliklərini, Allahın o ikisində evliyalarına və düşmənlərinə hazırladığı nemət və işgəncələri, odu, zövqləri və qəzəbli əzabı təsvir etməyə başlasa müjdələr verər və xəbərdarlıqlar edər. Xeyir iş görməyə və pisliklərdən çəkinməyə dəvət edər. Dünyanı insanın gözündə kiçildir və axirətə təşviq edər. Ən nümunəvi bir yolda sabit edər. Allahın doğru yoluna və mükəmməl şəriətinə yönləndirər. Qəlblərdən o qovulmuş şeytanın murdarlığını uzaqlaşdırar. Buna görə də İki Səhihdə, Əbu Hüreyrə hədisində Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Nə qədər peyğəmbər varsa Allah onlara möcüzə vermişdir, insanlar da onlara baxaraq iman etmişdirlər. Mənə isə vəhyi vermişdir. Ümid edirəm ki, qiyamət günündə ümməti ən çox olan mən olaram. Müslimdə də mənə verilən vəhydir, ifadəsi yer almışdır. Yəni onların (nəbilərin) arasından məxsusi olaraq bu Quran mənə verilmişdir, deməkdir. Hansı ki, insanlar onun qarşısında acizdirlər. Digər ilahi kitablar isə belə deyildir. Çünki onlar bir çox alimə görə möcüzəli deyildirlər. Allah daha yaxşı bilir. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) peyğəmbərliyini və gətirdiyi şeylərin doğruluğunu göstərən elə ayələr vardır ki, saymaqla bitməz. Həmd və minnət Allaha məxsusdur.
Bəzi kəlam əhlindən olan alimlər möcüzə məsələsini həm əhli sünnətin həm də mötəzilənin rəylərini əhatə edəcək şəkildə belə təsbit etmişlər: Əgər bu Quran özlüyündə möcüzədirsə insanlar onun bənzərini gətirə bilməzlər, ona əks çıxmağa da gücləri çatmaz. İstənilən də odur ki, belə bir ədavət düşsün. Əgər ona əks çıxmaq mümkün olduğu halda və şiddətli düşmənçiliklərinə baxmayaraq bunu etməyiblərsə, deməli bu onun tərəfindən olduğuna dəlil olur. Çünki ona (Qurana) qarşı çıxa bilməyə gücləri çatdığına baxmayaraq onları bu yoldan döndərmişdir. Bu yol nə qədər də razı qalınan bir yol olmasa belə-çünki Quran daha əvvəl dediyimiz kimi özlüyündə möcüzədir, insanlar onun bənzərini gətirə bilməzlər- ancaq onların səviyyəsinə enmək, mübahisə etmək, haqqı müdafiə etmək baxımından uyğundur. Razi təfsirində Əsr, Kövsər kimi sürələr haqqındakı suala belə cavab vermişdir.
“Elə isə yanacağı insanlar və daşlar olan alovdan çəkinin. O kafirlər üçün hazırlanmışdır”. Ayədə qeyd edilən fəthəli vavla olan vəqud sözü alovu gücləndirmək üçün içinə atılan odun və sair kimi şeylərdir. Necə ki, Allah Təala belə buyurmuşdur: “Ədalətdən azanlar isə cəhənnəmə odun olmuşlar” (Cin, 15). Və belə demişdir: “(Ey kafirlər!) Siz və Allahdan başqa ibadət etdikləriniz Cəhənnəm odunusunuz. Siz (mütləq) ora girəcəksiniz. Əgər bunlar tanrı olsaydılar, ora girməzdilər. Halbuki hamısı orada əbədi qalacaqlar” (Ənbiya, 98-99). Burada daş sözündəki məqsəd böyük, qara, sərt və pis qoxulu kibrit daşıdır. Bu qızdığı zaman ən çox hərarəti olan daşdır. Allah bizi ondan qorusun. Abdulməlik İbn Məsirə Əz-Zərrad, Abdurrahman İbn Sabit İbn Amr İbn Meymundan rəvayət etmişdir ki, Abdullah İbn Məsud “yanacağı insanlar və daşlardır” sözündə belə demişdir: O kükürd daşıdır. Allah Təala onu göyləri və yeri yaratdığı gün dünyada yaratdı. Onu kafirlər üçün hazırlamışdır. Bunu İbn Cərir rəvayət etmiş, ləfzi də budur. İbn Əbi Hatim, Hakim də Müstədrəkində rəvayət etmiş və iki şeyxin (Buxari və Muslim) şərtlərinə uyğundur, demişdir. Suddi də təfsirində Əbu Malikdən o da Əbu Salihdən o da İbn Abbasdan həmçinin Mürrədən o da İbn Məsud və bir qrup səhabədən rəvayət etmişdir ki, onlar : Daş qara kibrit daşıdır. Alovla bərabər onunla əzab olunacaqlar. Mücahid də: Kibrit daşıdır, leşdən daha pis iylənər demişdir. Əbu Cəfər Muhamməd İbn Əli belə demişdir: O kibrit daşıdır. İbn Cureyc də: Alovun içində qara kibrit daşıdır. Amr İbn Dinar da mənə : bu, daşdan daha bərk və böyükdür dedi. Belə də deyilmişdir: Ondakı məqsəd Allahdan başqa ibadət edilən daş bütlərdir. Necə ki, Allah Təala belə demişdir: “Şübhəsiz sizlər də, Allahdan başqa ibadət etdikləriniz də cəhənnəm odunusunuz..” Bunu Qurtubi nəql etmiş, Razi bunu birinci rəydən üstün hesab etmiş və : çünki kibrit daşının alovlanması qeyri adi bir şey deyil. Onu bu daş qəbul etmək daha üstündür, demişdir. Dediyi bu şey qüvvətli bir rəy deyildir. Necə ki, alov kibrit daşı ilə alışdırılsa, daha çox qızar və alovu daha da artar. Xüsusən sələf onun kibrit daşı olub bu iş üçün hazırlandığını dedikdən sonra. Bundan başqa alovun bu daşla alışdığı da müşahidə olunan bir şeydir. Bu kirəc də daş idi, alovda yanandan sonra belə olmuşdur. Digər daşlar da belədir, alov onları da yandırar. Bu, onlar üçün hazırlanan od şiddətli istisi və güclü alovu olduğuna görə qeyd edilmişdir. Necə ki, Allah Təala :”Nə vaxt alovu sönərsə, yanacağını artırarıq” (İsra, 97) demişdir. Qurtubi də bunu üstün saymış, bunda məqsəd atəşin qızarması, alovunun artması və əzabının da içindəki insanlara daha şiddətli olması üçün atəşin qızdırıldığı daşlardır demişdir. Hədisdə də Peyğəmbər (salləllahu aleyhi və səlləm) :”Hər əziyyət verən oddadır” demişdir. Bu hədis nə məhfuzdur nə də mərfudur. Sonra Qurtubi belə demişdir: İki mənada da təfsir edilmişdir. Birincisi budur ki, insanlara əziyyət verən hər kəs oda girər. O birisi isə, hər əziyyət verən yırtıcı, həşərat və sair şeylər oddadır; oradakılar ondan əziyyət çəkərlər.
“Kafirlər üçün hazırlanmışdır”: Ən aydın olanı “uiddət” dəki damirin, odunu insanlar və daşlar olan atəşə qayıtmasıdır (aid olmasıdır). Daşa aid olması da ehtimal olunur. Necə ki, İbn Məsud belə demişdir. İki rəy arasında məna baxımından ziddiyyət yoxdur. Çünki onlar bir birindən ayrılmaz. “Uiddət” Allah və Rəsulunu inkar edənlər üçün hazırlanmışdır. Necə ki, İbn İshaq Muhəmməddən o da İkrimə vəya Said İbn Cubeyrdən rəvayət etmişdir. İbn Abbas : “Sizin kimi kafirlər üçün hazırlanmışdır, demişdir”. Əhli sünnət alimlərindən çoxları bu ayəni cəhənnəmin mövcud olmasına dəlil gətirmişdilər. Çünki “uiddət” hazırlandı və təmin edildi, mənasındadır, demişdir.” Bu xüsusda çox hədis vardır, budur onlardan bir neçəsi: “Cənnət ilə cəhənnəm höcətləşdilər. Cəhənnəm Rəbbindən izn istədi: Ey Rəbbim, bir tərəfim o biri tərəfimi yeyir, dedi. Allah da mənə iki nəfəs almağıma izn verdi :Qış nəfəsi və yay nəfəsi. İbn Məsud da deyir ki: Bir gurultu eşitdik. “Bu nədir?” dedik. Rəsulullah (salləllahu aleyhi və səlləm) də: Bu, yetmiş ildir cəhənnəmin kənarından atılan daşdır, dibinə indi çatdı, dedi. Muslimin hədisi də belədir. Ay və günəş tutulması namazı, merac hadisəsi və digər mutavatir hədislər də bu mənadadır. Mötəzillər cəhalətləri üzündən buna qarşı çıxmışdılar. Əndəlüs qazisi Munzir İbn Səid Əl-Bəlluti də onlara müvafiq olmuşdur.
Çəkindirmə: ”Fətu bi surətin min mislihi” sözündə durmaq (vəqf etmək) lazımdır. Yunus sürəsi “bisurətin min mislihi” (Yunus, 38) də elədir. Quranda qeyd edilən uzun və qısa bütün surələri ehtiva edir. Çünki bu şərt cümləsində qeyri-müəyyən olaraq varid olmuşdur. Bu tədqiqatçı üsul fikh alimlərinə görə inkar cümləsindədir. Necə ki, yerində izah edilmişdir. Belə olanda möcüzə həm uzun həm də qısa sürələr üçün keçərlidir. Bunda nə qədimdən nə də sonrakılardan heç ixtilaf edən görmədim. Razi təfsirində belə demişdir: “onun kimi bir sürə gətirin” sözü Kövsər, Əsr və Kafirun kimi sürələri də ehtiva edir. Biz də bilirik ki, onlara bənzər və yaxın bir şey demək mümkündür. Əgər bunun kimi surələrin bənzərini gətirmək insan gücünün xaricindədir deyilsə, bu inadkarlıq olar. Bu kimi inadkarlıq dinə söz gətirməzmi?” deyilsə biz də ikinci yolu seçib belə deyərik: Əgər bu qısa sürələr səlisliyi ilə möcüzə həddinə çatıbsa onda artıq məqsədə nail olunub. Əgər belə deyilsə, çox istəmələrinə baxmayaraq bunu eləməmiş olmaları da möcüzə olur. Hər iki təqdirə görə də möcüzəlik yerinə yetmiş olur. Bu Razinin təfsirində sözbəsöz eynidir. Doğrusu odur ki, Quranın hər bir surəsi möcüzədir, onun uzun vəya qısa olsun heç bir surəsinə bəşər qarşılığını verə bilmir. Şəfii (rahmətullahi aleyh) belə demişdir: Əgər insanlar :”Vəl asr innəl insənə ləfi xusr…” sürəsi üzərində düşünsəydilər, onlara höccət olaraq yetərdi. Rəvayətə görə Amr İbn As müsəlman olmadan əvvəl Müseyləmə Əl-Kəzzəbə baş çəkdi. Müseyləmə ona: «Bu günlərdə Məkkədə dostunuza nə kimi vəhy enir?” dedi. O da: Qısa, bəlağətli və ecazkar bir sürə endi” dedi. O da :”Nədir o?” dedi. Amr da “Vəlasr innəl insənə ləfi xusr” (Əsr 1-2) dedi. Müseyləmə bir an düşündü sonra başını qaldırıb :Allaha and olsun ki, mənə onun kimisi endirildi, dedi. O da :”Nədir o?” dedi. O da belə dedi: Ya vəbr, innəmə əntə uznəni və sadr. Vəsairukə hakrun və fakr” (Ey dovşan, sən iki qulaq və bir sinədən ibarətsən. Digər şeylərin heç nəyə yaramaz) dedi. Sonra da: “Nə deyirsən, ya Amr?” dedi. O da : Allaha and içirəm ki, sən yalançısan, dedi.
-
24
Əgər siz bunu edə bilmirsinizsə, – heç edə də bilməzsiniz – onda yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan çəkinin.
23-cü ayənin təfsirinə bax.
-
25
İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlardan ötrü altından çaylar axan Cənnət bağları vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikcə: “Bu ki, əvvəlcə bizə verilən ruzidir!”– deyəcəklər. Halbuki onlara oxşarı veriləcəkdir. Onlardan ötrü orada pak zövcələr var və onlar orada əbədi qalacaqlar.
Allah Təala özünü və peyğəmbərlərini inkar edənlərə hazırladığı əzab və cəzanı zikr etdikdən sonra özünə və peyğəmbərinə iman edən və imanlarını da yaxşı əməllərlə təsdiqləyən övliyalarından olan xoşbəxt möminləri zikr etdi. Qurana təkrarlanan deyilməsinin ən doğru mənası da budur. Necə ki, bunu yeri gələndə geniş şəkildə izah edəcəyik. Bu o deməkdir ki, imanı zikr etdikdən sonra küfrü və küfrü zikr etdikdən sonra da imanı zikr etmək, yaxşıların halından sonra pislərin halını zikr etmək və ya əksini etməkdir. Xülasə, bir şeyi əksi ilə zikr etməkdir. Amma bir şeyi bənzətmə ilə zikr etməyə oxşatma deyilir. İnşəAllah onu da irəlidə izah edəcəyik. Bunun üçündür ki, Allah Təala : İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlardan ötrü (ağacları) altından çaylar axan Cənnət bağları vardır. demiş; onları altlarından çaylar axmaqla vəsf etmişdir. Necə ki, cəhənnəmi, yanacağı insanlar və daşlardır deyə vəsf etmişdir. Altlarından çaylar axmasının mənası da: Ağaclarının və otaqlarının altlarından deməkdir. Hədisdə belə deyilmişdir: Onun çayları yataq olmadan axar. Kövsər haqqında da belə deyilmişdir: Onun sahilləri içi boş mirvari çadırları ilə doludur. Bu ikisi ilə — palçığının xoş ətirli müşk və daşlarının da mirvari və mücəvhər olması arasında ziddiyyət yoxdur. Allahın lütfündən bunu istəyirik. O çox yaxşılıq edən və çox mərhəmət edəndir. İbn Əbi Hatim belə demişdir: Mənə Rəbi İbn Süleyman o da Əsəd İbn Musadan o da İbn Səvbandan o da Ata İbn Qurradan o da Abdullah İbn Damrədən rəvayət etdi ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: Cənnətin çayları müşk təpələrinin vəya dağlarının altından qaynayır. Yenə belə demişdir: Bizə Vəki o da Aməşdən o da Abdullah İbn Mürrədən o da Məsrukdan nəql etdi ki, Abdullah İbn Məsud belə demişdir: Cənnətin çayları müşk təpələrindən qaynayar.
“Hər nə vaxt onun meyvələrindən ruziləndirsələr, “bu daha əvvəl ruziləndirildiyimiz şeydir” deyərlər. Suddi bunun təfsirində belə demişdir: Bizə Əbu Malik o da Əbu Salihdən o da İbn Abbasdan həmçinin Mürrə İbn Məsuddan və bir neçə səhabədən “bu, daha əvvəl ruziləndirildiyimizdir” sözü haqqında belə demişlər: Onlara cənnətdə meyvə gətirildiyi zaman ona baxaraq deyərlər ki, bu , daha əvvəl dünyada ruziləndirildiyimiz şeydir. Qatadə ilə Abdurrahman İbn Zeyd İbn Əsləm də belə demişlər. İbn Cərir də bunu dəstəkləmişdir. İkrimə də bu ayə haqqında: Mənası dünən yediyimiz kimidir, demişdir. Rəbi İbn Ənəs də belə demişdir. Mücahid də belə demişdir: Ona çox oxşayır deyərlər. İbn Cərir belə demişdir: Başqaları da belə demişlər: Xeyir, bunun mənası belədir: Ruziləndirldiyimiz bu cənnət meyvələri bir-birinə bənzəyir. Çünki Allah Təala “özlərinə oxşarı gətirilir” demişdir. Süneyd İbn Davud belə demişdir: Bizə Misirli bir şeyx nəql etdi ki, Yəhya İbn Kəsir belə demişdir: Birisinə içində bir şey olan boşqab gətirilir. O da ondan yeyər. Sonra başqa bir şey olan boşqab gətirilər. Bu da daha əvvəl bizə gətiriləndəndir deyər. Mələklər də : Ye. Rəngi bir dadı fərqlidir deyərlər. İbn Əbi Hatim də belə demişdir: Bizə atam o da Amir İbn Yasəfdən nəql etdi ki, Yəhya İbn Kəsir belə demişdir: Cənnətin otları zəfəran və təpələri də müşkdür. Ətrafında gənc qulluqçular meyvələrlə gəzərlər, onlar da ondan yeyərlər. Sonra bənzəri gətirilir. Cənnət xalqı : bu bir az əvvəl bizə gətirdiyinizdəndir deyərlər. Gənc qulluqçular da onlara: yeyin, rəngi bir dad ayrıdır deyərlər. Allah Təalanın “onlara bənzəri gəlir” dediyi budur. Əbu Cəfər Ər-Razi Rəbi İbn Ənəsdən demişdir, Əbul Aliyə “bənzəri gəlir” dediyi bir birinə bənzər, dadı fərqlidir, demişdir. İbn Əbi Hatim: Mücahiddən, Rəbi İbn Ənəsdən, Suddidən də oxşar rəvayət edilmişdir, demişdir.
İbn Cərir təfsirində sənədi ilə Suddidən belə demişdir, o da Əbu Malikdən, o da Əbu Salihdən o da İbn Abbasdan həmçinin Mürrə Əl Həmədanidən o da İbn Məsud və bir neçə səhabədən “özlərinə bənzəri gəlir” sözündə rəng və görünüş baxımından bənzəri gəlir, dad baxımından isə deyil, demişlər. İbn Cəririn üstün rəyi budur. İkrimə də bu xüsusda : dünya meyvəsinə bənzər, ancaq cənnət meyvəsi daha dadlıdır, demişdir.
Süfyan Sevri Aməşdən o da Əbu Zəbyandan nəql etmişdir ki, İbn Abbas : Cənnətdəki olanlar dünyada olanlara ancaq ad baxımından bənzər demişdir. Bir rəvayətdə də :Dünyada cənnətdə olanlara bənzər şey ancaq ad baxımındandır. Bunu İbn Cərir, Sevri rəvayətindən, İbn Əbi Hatim də Əbu Muaviyyə rəvayətindən, ikisi də Aməşdən bu rəvayətlə almışlar. Abdurrahmən İbn Zeyd İbn Əsləm bənzəmə xüsusunda :dünyadakı isimləri ilə bilirlər; almanı alma, narı nar olaraq bilirlər. Cənnətdə: Bu daha əvvəl dünyada ruziləndirdiyimiz şeydir deyərlər və özlərinə bənzər gəlir. Yoxsa dad baxımından deyil.
“Orada onlar üçün tər təmiz zövcələr vardır” : İbn Əbi Talhadan nəql olunur ki, İbn Abbas belə demişdir: Kirlərdən və əziyyət verici şeylərdən təmizdirlər demişdir. Mücahid də :Heyzdən, böyük və kiçik ifrazatdan, bəlğəmdən, tüpürcəkdən, mənidən və uşaqdan təmizdirlər, demişdir. Qatadə də əziyyət verici şeylərdən və günahdan demişdir. Bir rəvayət də: Orada nə heyz nə də çil ləkəsi vardır, demişdir. Ata, Həsən, Dahhaq, Əbu Salih, Atıyyə və Suddidən də bənzəri rəvayət edilmişdir. İbn Cərir belə demişdir: Mənə Yunis İbn Abdulala o da İbn Vəhbdən o da Abdurrahmən İbn Zeyd İbn Əsləmdən rəvayət edir ki, onlar təmizdirlər, heyz olmazlar. Həvva da belə yaradılmışdır. Üsyan edincə Allah Təala: Səni təmiz yaratdım, səni bu ağac kimi qanadacam, dedi. Bu da gəribdir. Hafiz Əbu Bəkir Ibn Mərdiveyh belə demişdir: Bizə İbrahim İbn Muhəmməd o da Cəfər İbn Muhəmməd İbn Hərb ilə Əhməd İbn Muhəmməd Əl-Cəvridən o da Abdurrəzzaq İbn Ömər Əl-Buzeydən o da Abdullah İbn Mubarəkdən o da Şöbədən o da Qatadədən o da Əbu Nadradan o da Əbu Səiddən nəql etdilər ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm): “Tərtəmiz zövcələr vardır” sözündə heyzdən, böyük ifrazatdan, bəlğəmdən və tüpürcəkdən təmizdirlər, demişdir”. Bu qərib hədisdir. Bunu Hakim Müstədrəkində Muhəmməd İbn Yaqub İbn Əl-Həsən İbn Əli İbn Affandan o da Muhəmməd İbn Ubeyddən bu sənədlə rəvayət etmiş, səhihdir. İki şeyxin şərtlərinə görə səhihdir demişdir. İddia etdiyi bu şeydə etiraz yeri vardır. Çünki Abdurrəzzaq İbn Ömər Əl-Buzeyi haqqında Əbu Hatim İbn Hibban Əl Busti: Onunla dəlil göstərilməz demişdir.
Mən də deyirəm ki, Elə görünür ki, bu söz daha əvvəl qeyd edildiyi kimi Qatadənin kəlamıdır. Allah daha yaxşı bilir.
“Orada əbədi qalacaqlar” : Bu da xoşbəxtliyi tamamlayan şeydir. Çünki onlar bu nemət içində ölümdən, nemətin kəsilməsindən əminlik içindədirlər. Bunun sonu yoxdur, kəsilməz. Əksinə nemət içində davamlı olaraq əbədi qalacaqlar. Allahdan bizi onların zümrəsində həşr etməsini diləyirik. Şübhəsiz O kərəm sahibi, yaxşılıq edən və çox mərhəmətlidir.
-
26
Həqiqətən, Allah ağcaqanadı və ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə istədi?” Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır.
Suddi təfsirində Əbu Malikdən, o da Əbu Salehdən o da ibni Abbasdan həmçinin Mürrədən, o da İbni Məsuddan o da bir qrup sahabədən, onların belə dediyini rəvayət etmişdir: Allah münafiqlər üçün, “Onların misalı od qalayan kimidir”(Bəqərə, 17) ilə “və ya yağış kimidir” (Bəqərə, 19) misallarını gətirərkən, Münafiqlər: Allah bu misalları gətirməkdən ucadır dedilər. Buna görə də Allah bu ayəni endirdi. Sonda isə “ziyan edən onlardır” dedi.
Əbdurrazzak Mamərdən rəvayət edir ki, Qatadə belə demişdir: Allah Təala hörümçək və milçəkdən bəhs edən kimi, müşriklər: Bu hörümçəyə və milçəyə nə olub ki, zikr edilirlər? dedilər. Buna görə də Allah: “Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz.” dedi. Saidin rəvayətində isə Qatadə belə demişdir: Allah az olsun çox olsun haqq olan bir şeyi zikr etməkdən çəkinməz. Allah kitabında milçək və hörmçəkdən bəhs edən kimi, yolunu azmışlar: “Allah bununla nə demək istədi?” dedilər. Buna görə Allah “Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz.” dedi.
Mən də deyirəm ki, Qatadənin ilk ifadəsində bu ayənin Məkkədə enməsini xatırladan bir şey olsa da belə deyildir. Səidin Qatadədən rəvayəti ağla daha yaxındır. Allah daha yaxşı bilir. İbni Cüreyc də Mücahiddən Suddi və Qatadənin fikirlərinin bənzərini rəvayət etmişdirlər. İbni əbu Hatim belə demişdir: Həsəndən və İsmayıl ibn əbu Xaliddən də Suddi və Qatadənin fikirlərinin bənzərləri rəvayət edilmişdir. Əbu Cəfər ər Razi rəvayət edir ki, Rəbi ibn Ənəs bu ayədə belə demişdir: Allahın dünya üçün gətirdiyi bir misaldır. Çünki ağcaqanad ac qaldığı müddətdə yaşayar. Qarnı şişəndə isə ölər. Allahın haqlarında misal verdiyi qövm də belədir: dünyadan doyduqları vaxt Allah onları ələ keçirər. Sonra da “Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq.” (Ənam 44)ayətini oxudu. İbni Cərir də belə rəvayət etmişdir. Bunu ibn əbu
Hatim əbu Cəfərdən, o da Rəbi ibn Ənəsdən, o da Əbul Aliyədən oxşar şəkildə rəvayət etmişdir. Allah daha yaxşı bilir.
Ayənin eniş səbəbindəki ixtilaflar bunlardır. İbn Cərir Suddinin nəql etdiyini üstün hesab etmişdir. Çünki o surə ilə daha çox əlaqədar və daha münasibdir. Ayənin mənası da belədir: Allah hər hansı bir misal verməkdən çəkinməz. O şey istərsə böyük istər sə də kiçik olsun. “Mə” ədatı burada azlığı bildirir. “Bəudətən” sözü isə bədəl olaraq təsirlik halında olur. Necə ki, “Ləədribənnə dərbən mə” (səni bir yolla necə olursa olsun vuracam) desən ən kiçik bir şeylə yerinə yetər.
Və yaxud qeyri müəyyəndir, “Bəuda” ilə sifətlənmişdir. İbn Cərir mə-nin bağlayıcı olmasını, “bəudanın” da onun son hərəkələrə görə təhlil ilə təhlil edilməsini üstün hesab etmişdir. Bunu ərəb dilində icazəli olduğunu demişdir. Çünki Ərəblər “mə” ilə “mən”-nin əlaqəsini öz son hərəkələrə görə təhlil ilə təhlil edirlər. Çünki bu iki söz bəzən müəyyən bəzən də qeyri-müəyyən olur. Necə ki, Həsən ibn Sabit belə demişdir:
Kifayətdir hamıdan üstün etsin ki bizi
Peyğəmbər Muhammmədin bizə olan sevgisi
Bəudətənin hərfi cərin düşməsi ilə də təsirlik halda olması icazəlidir. Kəlamın təqdiri də belədir: “İnnallahə lə yəstəhyi ən yədribə məsələn mə beynə bəudətin ila ma fovqahə”. Kisai ilə Fərra da bunu üstün rəy hesab etmişlər. Dəhhak ilə İbrahim ibn Ablə adlıq halda bəudətun oxumuşdurlar. İbn Cinni də belə demişdir: “Mə”-yə bağlanır, aid əvəzliyi də düşürülür, eynilə: “Təmamən aləlləzi ahsənə” (Ənam, 154) ayəsində olduğu kimi ki, aləlləzi huvə ahsanə deməkdir. Sibəveyh də belə nəql etmişdir: “Mə ənə billəzi qailun ləkə şeyən” (mən sənə nəsə deyəcək deyiləm), yəni billəzi huvə qailun, deməkdir.
“Fəma fevqahə (ondan da üstün)” sözündə də iki rəy vardır. Birincisi : kiçiklik və dəyərsizlikdə ondan aşağıda olan deməkdir. Necə ki bir adam alçaqlıq və paxıllıqla vəsf edildiyi zaman, qulaq asan: Bəli o bundan dabetırdir (üstündür), deyər. Yəni vəsf edildiyindən. Bu Kisai ilə Əbu Ubeydin rəyidir. Bunu Razi və əksər tədqiqatçılar demişdir. Tirmizinın rəvayətində belə gəlir: Əgər dünya Allah qatında ağcaqanadın qanadı dəyərində olsa idi, Allah ondan kafirə bir qurtum su da verməzdi.
İkinci rəy: Ondan üstün olan, ondan böyük deməkdir. Çünki ağcaqanaddan daha dəyərsiz və kiçik bir şey yoxdur. Bu Qatadə ibn Diamənin rəyi və ibn Cəririn üstün hesab etdiyidir. Çünki Müslimin (2572) Aişə (radiyallahu anhə) rəvayət etdiyi bu hədis bu rəyi təsdiqləməkdədir. Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: “Müsəlmana bir tikan batar və ya daha üstün bir şey olarsa Allah ona bir dərəcə yazar, onun bir günahını bağışlayar”. Allah bunu xəbər verir ki, o misal vermək üçün heç bir şeyi kiçik görməz, istərsə ağcaqanad kimi dəyərsiz və kiçik bir şey olsun. Necəki onu yaratmaqdan çəkinmir eləcə də onu misal verməkdən də çəkinməz. Necəki, ağcaqanad və hörümçəyi misal gətirmişidir: Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək )istəyən də aciz qalar, istənilən də! (Həcc, 73) Və belə demişdir: Allahdan başqasını özlərinə dost tutanların aqibəti özünə yuva qurmuş hörümçəyin məsəlinə bənzəyir. Yuvaların ən zəifi isə, əlbəttə ki, hörümçək yuvasıdır. Kaş ki, biləydilər! (Ənkəbut, 41). Belə demişdir: Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz (la ilahə illəllah) kökü (yerdə) möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O (ağac) Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar. Pis söz isə yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir. Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar. Allah zalımları azdırar. Allah istədiyini edər. (İbrahim, 24-27) Və belə demişdir: “Allah kölə və heç bir şeyə gücü çatmayan qulu misal gətirdi..” Sonra da belə dedi: “Allah iki adamı misal gətirdi Biri dilsizdir heç bir şeyə gücü çatmaz sahibinin çiynində yükdür. Onu hansı tərəfə göndərsə xeyir gətirməz. Onunla ədaləti əmr edən eyni ola bilərmi?” (Nəhl 75-76) Necəki belə demişdir: “Sizə öz nəfslərinizdən bir misal verdi: Sağ əllərinizin sahib olduğu kölələrinizdən sizə ruzi verdiyimiz şeylərdə ortaqlarınız vardırmı?” və belə demişdir: “Allah yola getməz adamın ortaq olduğu bir köləni misal verdi” Və belə demişdir: Bu misalları insanlar üçün çəkirik, bunu ancaq alimlər anlayar (Ənkəbut, 43). Quranda misallar çoxdur.
Bəzi sələflər də belə demişdirlər: Quranda bir misal görər onu başa düşməsəm öz halıma ağlayaram. Çünki Allah Təala Bu misalları insanlar üçün çəkirik, bunu ancaq alimlər anlayar” demişdir. Mücahid də: Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz.” ayəsində belə demişdir: Misallar kiçik olsun böyük olsun, möminlər onlara iman edər və onun Rəbblərindən bir haqq olduğunu bilərlər. Rəbləri onları bu sayədə hidayət edər.
Qatadə: “İman edənlər onun rəbblərindən haqq olduğunu bilirlər” sözündə Onun Rəhmanın kəlamı və onun qatından olduğunu bilirlər, demişdir. Mücahid, Həsən, Rəbi ibn Ənəsdən də belə rəvayət edilmişdir: Əbul Aliyə bu ayə haqqında, möminlər bu misalın haqq olduğunu bilərlər, demişdir. Kafirlər də : “Bu məsəllə Allah nə (demək) istədi? ” deyərlər. Necə ki, Müdəssir surəsində belə demişdir: Biz cəhənnəmin xidmətçilərini ancaq mələklərdən etdik. Saylarını da Kafirlər üçün fitnə etdik. Bir də özlərinə kitab verlənlər yaxşıca inansınlar, iman gətirənlərin də imanı artsın. Özlərinə kitab verilənlərlə möminlər şübhə etməsinlər. Qəlblərində xəstəlik olanlarla kafirlər isə: Bu məsəllə Allah nə (demək) istədi? desinlər. Allah istədiyini belə azdırar istədiyini də belə hidayət edər. Rəbbinin əsgərlərini ancaq O bilər” (Müdəssir, 31) Burada da : “Onunla çoxlarını azdırar və çoxlarına hidayət verər, və onunla ancaq fasiqləri azdırar.” demişdir.
Suddi təfsirində belə demişdir: Bizə Əbu Malik, o da Əbu Salehdən, o da İbni Abbasdan həmçinin Mürrə o da İbni Məsud və bir qrup sahabədən belə dediyini rəvayət etdi: “Onunla çoxlarını azdırır” sözündə qəsd münafiqlərdir. “Onunla çoxlarını hidayət edər” sözündə isə qəsd möminlərdir. Onların azmışlığına azmışlıq əlavə edər. Çünki Allahın onlara verdiyi misalın haqq və vəziyyətlərinə uyğun olduğunu bildiyi halda inanmazlar. Məhz buna görə onları azdırması belədir. “Onunla hidayət edər” yəni o misalla iman və təsdiq əhlindən çoxlarını hidayət edər. Onların hidayətlərinə hidayət qatar və imanlarına iman qatar. Çünki onlarda onun haqq olduğunu və verdiyi misalın vəziyyətlərinə uyğun olduğunu bilərlər. Bunu iqrar edərlər. Onların hidayətini artırması da məhz budur. “Allah bununla yalnız fasiqləri azdırar ” sözündə isə Suddi bunlarin münafiqlər olduğunu demişdir. Əbul Aliyə də “Allah bununla yalnız fasiqləri azdırar” sözündə: Onlar münafiqlərdir demişdir. Rəbi ibn Ənəs də belə demişdir. İbn Cüreyc və Mücahid rəvayətində İbni Abbas da: Fasiqlər kafirlərdir, onu inkar edərlər, demişdir.
Qatadə belə demişdir: “Onunla ancaq fasiqləri azdırar” yəni, onlar fasiqlik etdilər, Allah da onları fasiqliklərinə görə azdırdı. İbni Əbi Hatim belə demişdir: Mənə İshaq ibn Suleyman o da Əbu Sinandan, o da Amr ibn Mürrədən, o da Musab ibn Saddan rəvayət etdi ki, Saad ibn Əbu Vaqqas (radiyallahu anh) : “Onunla çoxlarını azdırar” sözündə qəsd edilənlər xəvariclərdir, demişdir.
Şöbə Amr İbn Mürrədən nəql edir ki, Musab İbn Sad belə demişdir: atama “Allahla əhd bağladıqdan sonra onu pozanlar” soruşdum, o da Harurilərdir dedi. Bu sənəd Sad İbn Əbi Vaqqasdan səhih olaraq rəvayət edilməsinə baxmayaraq, bu mənaya görə təfsirdir, yoxsa həqiqətən Əli (radiyallahu anh)-a Nəhrəvanda qarşı çıxanlar qəsd edilməmişdir. Çünki onlar ayə endiyi zaman yox idilər. Onlar buna sifətləri ilə daxildirlər, çünki onlar imamın itaətindən çıxdıqları və şəriətin əmrlərini yerinə yetirmək istəmədikləri üçün onlara Xaricilər (çıxanlar) deyildi. Fasiq də lüğətdə itaətdən çıxan deməkdir. “Fəsəqatər-ratbətu” deyilir ki, təzə xurma qabığından çıxdı deməkdir. Bunun üçün siçana da fuveysika deyilir, o da dəliyindən çıxıb ətrafa zərər verdiyi üçündür. İki səhihdə Aişə (radiyallahu anhə) rəvayətində Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Beş heyvan haramda da, haram xaricində də öldürülür. Qarğa, çaylaq, əqrəb, siçan və quduz köpək. Fasiq kəliməsi içinə kafiri də asini də alır. Ancaq kafirin fasiqliyi daha pis və daha çirkindir. Ayədən isə kafir fasiq qəsd edilmişdir. Allah daha yaxşı bilir. Dəlili də : “Allahla əhdi pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyi qoparanlar və yer üzündə fəsad törədənlər, məhz onlar ziyan edənlərdir” sözüdür. Bu sifətlər möminlərin sifətlərinə tərs düşən kafir sifətləridir. Necə ki, Allah Təala Rad surəsində belə demişdir: “Sənə Rəbbindən endirilənin haqq olduğunu bilən kor kimidirmi? Ancaq saf ağıl sahibləri ibrət alır. Onlar ki, Allahın sözünü yerinə yetirir və əhd pozmazlar. Onlar Allahın birləşdirilməsini əmr etdiyi şeyi birləşdirir, Rəbblərindən çəkinirlər və pis hesabdan da qorxarlar” Axırda belə demişdir: “Allahla əhd bağladıqdan sonra pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyi kəsənlər və yer üzündə fəsad törədənlər, məhz onlar üçün lənət vardır və onlar üçün pis yurd vardır” Təfsirçilər fasiqlərin pozduğu əhd üzərində ixtilaf etmişdirlər. Bəziləri: O Allahın kitablarında və elçilərinin dili ilə xalqına tövsiyə və itaət olaraq əmr etdiyi və qadağan etdiyi şeylərdir. Bunları pozmaları və onları əməl etməmələridir, demişlər.
Başqaları da belə demişlər: Xeyir, bunlar əhli-kitab kafirləri və münafiqləridir. Pozduqları söz də Allahın onlardan Tövratda olan şeylərlə əməl edəcəklərinə, Muhamməd (salləllahu aleyhi və səlləm) göndərildiyi zaman ona tabe olacaqlarına və Rəbblərindən gətirdiyi şeylərə tabe olacaqlarına dair verdikləri sözləridir. Bunu pozmaları da bunların həqiqi olduğunu bildikdən sonra onları rədd və inkar etmələri, onu xalqdan gizlətmələridir. Halbuki Allah onlardan bunu insanlara açıqlayacaqlarına, gizlətməyəcəklərinə dair əhd almışdı. Allah bu əhdi arxalarına atdıqlarını və bunu ucuz qiymətə satdıqlarını xəbər vermişdir. İbn Cəririn üstün tutduğu rəy də budur. Muqatil İbn Həyyan da bu rəydədir.
Başqaları da belə demişlər: Xeyir, bu ayədən bütün kafirlər, müşriklər və münafiqlər qəsd edilmişdir. Tövhidlə əlaqəli olaraq onlardan aldığı əhd də Rəbbliyini göstərən dəlillərdir. Onlardan əmr və qadağa xüsusunda əhd də elçilərinə verdiyi və heç kimin bir bənzərini gətirəməyəcəyi və onların doğruluqlarını göstərən möcüzələrdir. Bunu pozmaları da doğru olduğu dəlillərlə sabit olan şeyi iqrar etməyib elçilərin və kitabların haqq olduğunu bildikləri halda onlara inanmamalarıdır. Muqatil İbn Həyyandan da eynisi rəvayət edilmişdir ki, bu da gözəldir. Zəməxşari də buna tərəfdar olmuş və belə demişdir: “Əgər: “Allahın əhdindən məqsəd nədir?” desən, mən də belə deyərəm: Ağıllarına yerləşdirilən və Allahın birliyini göstərən dəlillərdir. Sanki onları əmr etmiş və onları tövsiyə etmişdir. Onlardan təminat almışdır. Məhz “Onları özlərinə şahid tutdu və: “Mən sizin Rəbbiniz deyiləmmi?(Əraf 172) dediyi budur. Çünki Allah onlara endirdiyi kitablarda onlardan söz almışdır. Misal üçün “əhdinizi yerinə gətirin, mən də sizə olan əhdimi yerinə gətirim” (Bəqərə 40) sözü kimi.
Başqaları da belə demişlərdir: Allahın zikr etdiyi əhd, onları Adəmin belindən çıxardığı zaman aldığı əhddir: “Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: “Mən sizin Rəbbiniz deyiləmmi?”(– deyə) onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!”– demişdilər (Əraf, 172-173). Bunu pozmaları da bunu yerinə yetirməmələridir. Yenə Muqatil İbn Həyyandan da belə rəvayət edilmişdir. İbn Cərir bu rəyləri təfsirində zikr etmişdir.
Əbu Cəfər Ər-Razi Rəbi İbn Ənəsdən nəql edir ki, Əbul Aliyə “Allaha verdikləri əhdi pozanlar….məhz onlardır ziyan edənlər” ayəsində belə demişdir: Burada münafiqlərin altı pis əlamətləri zikr edilmişdir. Özləri üstün olduqları zaman bu xislətləri göstərirlər: Danışarlarsa yalan danışarlar, söz verirlərsə sözlərində durmazlar, özlərinə bir şey əmanət edildiyi zaman xəyanət edərlər, Allaha verdikləri əhdi pozarlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyi qoparırlar və yer üzündə fəsad çıxarırlar. Əgər özləri məğlub olarlarsa, o zaman da bu üç xisləti göstərirlər: danışarlarsa yalan danışarlar, söz verirlərsə üzərində durmazlar və əmanətə xəyanət edərlər. Rəbi İbn Ənəs də belə demişdir. Suddi də sənədi ilə belə demişdir: pozduqları əhd Quranda onlardan istənəndir. Onu iqrar etdilər, sonra da inkar edib onu pozdular.
“Allahın birləşdirilməsini əmr etdiyi şeyi pozarlar” :Bu xüsusda belə deyilmişdir: Bundan məqsəd qohumluq əlaqələri bağlarıdır. Necə ki, Qatədə belə təfsir etmişdir. Misal üçün bu ayədə olduğu kimi: “Əgər haqdan üz çevirsəniz ola bilsin ki, yer üzündə fəsad çıxaracaq və qohumluq əlaqələrini tərk edəcəksiniz” (Muhamməd, 22). İbn Cərir də bunu tərcih etmişdir. Belə də deyilmişdir: Bundan məqsəd Allahın birləşdirilməsini və edilməsini əmr etdiyi hər şeydir. Onlar isə bunu qopardılar və onu tərk etdilər. Muqatil İbn Həyyan da “Onlar ziyan edənlərdir” sözü üzərində: Axirətdə ziyan edənlərdir, demişdir. Necə ki: “Məhz onlar üçün lənət vardır və onlar üçün yurdun ən pisi vardır” (Rad 25) ayəsi kimi. Dahhaqdan nəql olunur ki, İbn Abbas belə demişdir: Ziyan etmə kimi hər şey, Allah Təala onu İslam əhli xaricindəkilərə nisbət edər, ondan küfr qəsd edilir. İslam əhlinə nisbət etdiyindən də günah qəsd edilir.
İbn Cərir: “Ulaikə humul xasirun” sözündə belə demişdir. Xasirun, xasirin cəm formasıdır. Onlar da Allaha üsyan etməklə rəhmət şanslarını azaldanlardır. Necə ki, bir adam ticarətində ziyan eləyir, o zaman sərmayəsi azalır. Münafiq ilə kafir də belədir, Onlar qiyamətdə qulların ən möhtac olduqları zamanda, Allahın onları rəhmətindən məhrum etməsi ilə ziyandadırlar. Xasirər raculu, yəhsəru, həsrən və husranən və həsərən deyə misal çəkilir. Necə ki, Cərir İbn Atiyyə belə demişdir:
Səlit ziyandadır, çünki o kölə olaraq yaradılmış bir qövmün övladıdır.
-
27
O kəslər ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Məhz onlar ziyana uğrayanlardır!
26-cı ayənin təfsirinə bax.
-
28
Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. Sonra O sizi öldürəcək və yenə dirildəcək, daha sonra isə siz Ona qaytarılacaqsınız.
Allah Təala varlığına, qüdrətinə və qulları üzərində təsərrüf edən xaliq olduğuna dəlil gətirərək belə demişdir: «Allahı necə inkar edirsiniz ki” yəni onun varlığını necə inkar edə bilərsiniz vəya onunla bərabər başqasına necə ibadət eləyə bilərsiniz ki, “siz ölü idiniz, O sizi diriltdi”. Yəni yox idiniz, sizi varlıq aləminə çıxardı. Necə ki, belə demişdir: ”Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır? Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar. (Tur 35-36). Və belə demişdir “Doğurdanmı insanın elə bir dövrü olub keçmişdir ki o, xatırlanmağa layiq bir şey olmamışdır?” (İnsan, 1). Bu xüsusda ayələr çoxdur. Süfyan Sevri Əbu İshaqdan o da Əbul Əhvasdan nəql edir ki, Abdullah İbn Məsud (radiyallahu anh) belə demişdir: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin. Biz öz günahlarımızı etiraf etdik” (Ğafir, 11) ayəsində: O, Bəqərədəki :” Siz ölü idiniz, O sizi diriltdi Sonra O sizi öldürəcək və yenə dirildəcək” dediyi hadisədir demişdir. İbn Cureyc Atadan nəql edir ki, İbn Abbas da :” Siz ölü idiniz, O sizi diriltdiSonra O sizi öldürəcək və yenə dirildəcək” ayəsində belə demişdir: Sizlər atalarınızın bellərində heç bir şey deyildiniz. Sonunda sizi yaratdı, sonra sizi həqiqi şəkildə öldürəcək. Sonra da sizi dirildəcək. Bu o ayə kimidir, demişdir. Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin. (Ğafir 11). Dəhhaqdan nəql edilir ki, İbn Abbas Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin” (Ğafir 11) ayəsində belə demişdir: Sizi yaratmadan əvvəl torpaq idiniz. Məhz öldürmə budur. Sonra sizi dirildib həyat verdi, məhz diriltmə də budur. Sonra sizi öldürəcək, qəbirlərə geri qayıdacaqsınız. Məhz sonrakı ölüm də budur. Sonra sizi qiyamət günündə dirildəcək. Məhz o biri həyat da budur. Bunlar iki ölüm və iki həyatdır, necə ki, bu ayədə olduğu kimi : “Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. Sonra O sizi öldürəcək və yenə dirildəcək.” Suddi Əbu Malikdən o da Əbu Salihdən o da İbn Abbasdan həmçinin Mürrə Əl Həmədanidən o da İbn Məsud və bir neçə səhabədən, Əbul Aliyədən, Həsən Bəsridən, Mücahiddən, Qatədədən, Əbu Salihdən, Dəhhaqdan, Ata Əl Xorasanidən də belə rəvayət edilmişdir. Sevri Suddidən o da Əbu Salihdən bu ayədə belə demişdir: Sizi qəbirdə dirildir sonra da öldürür. İbn Cərir Yunusdan o da İbn Vəhbdən nəql edir ki, Abdurrahmən İbn Zeyd İbn Əsləm deyir ki, Onları Adəmin belində yaratdı. Sonra onlardan söz aldı. Sonra onları öldürdü, sonra onları ana bətnlərində yaratdı. Sonra onları öldürdü, sonra da qiyamət günündə onları dirildəcək. “Rəbbimiz, bizi iki dəfə öldürdün və iki dəfə diriltdin” sözü də belədir. Bu da, əvvəlki də qərib rəylərdir.
Doğru olanı daha əvvəl İbn Məsud, İbn Abbas və o tabiin camaatından gələn rəydir. Bu ayədə olduğu kimidir:” De: “Allah sizə həyat verir, sonra öldürür, sonra da sizi (gələcəyinə) heç bir şəkk-şübhə olmayan Qiyamət günü (dirildib) bir yerə toplayacaqdır”. Lakin insanların çoxu (bunu) bilmir (Casiyə, 26). Var olmadan əvvəlki hala ölüm, demişdir. Çünki ikisi də hissizlik baxımından ortaqdır. Necə ki, Allah Təala bütlər üçün :”Ölülərdir, diri deyildirlər, şüurları yoxdur” (Nəhl, 21) demişdir. “Onlar üçün ölü torpaq da bir ayədir, onu diriltdik, ondan bitkilər çıxardıq, ondan yeyirlər (Yunus33).
-
29
Yer üzündə olanların hamısını sizə görə xəlq edən, sonra göyə tərəf yönəlib onu yeddi qat göy edən Odur. O, hər şeyi bilir.
Allah Təala yaratdıqları və insanların öz nəfslərində müşahidə etniklərində öz varlığına dəlil olan şeyləri zikr etdikdən sonra, onların şahid olduqları göylərdə və yerdə başqa dəlillər də zikr edib belə dedi ”Yer üzündə olanların hamısını sizə görə xəlq edən, sonra göyə tərəf yönəlib onu yeddi qat göy edən Odur.” İsteva iləssəmai- göyə yönəldi deməkdir.
Burada istəva niyyətlənmək və yönəlmək mənasını ehtiva edir. Çünki ila ədatı ilə işlənmişdir. “Fe sevvahunnə” yəni göyü yeddi qat olaraq yaratdı deməkdir. Burada səma növün (cins, ümumi anlayış) adıdır. Buna görə də “Onları yeddi qat etdi. O hər şeyi biləndir” demişdir. Yəni onun elmi bütün yaratdıqlarını əhatə etmişdir. Necə ki, “yaradan bilməz mi?” (Mülk 14) demişdir. Bu ayənin təfsiri Fussilət surəsində belə gəlmişdir. “De: “Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir və Ona tay tutursunuz? Axı O, aləmlərin Rəbbidir. O, yerin üstündə möhkəm duran dağlar yerləşdirdi, onu bərəkətli etdi və (ruzi) istəyənlər üçün orada (yer əhlinin) ruzisini tam dörd gündə yerbəyer etdi. Sonra O, tüstü halında olan göyə tərəf yönəlib ona və yerə: “Könüllü surətdə və ya məcburi olaraq gəlin (əmrimə boyun əyin!)”– dedi. Onlar: “Könüllü olaraq gəldik!”– dedilər. O, iki gündə onları yeddi göy kimi yaratdı və hər göyə onun özünə məxsus vəzifə tapşırdı. Biz dünya səmasını qəndillərlə bəzədik və mühafizəmizə götürdük. Bu, Qüdrətli və Bilən (Allahın) əzəli hökmüdür.(Fussilət, 9-12). Bu ayədə Allah Təalanın əvvəlcə yeri yaratdığına dəlil vardır. Sonra da yeddi qat göyü yaratmışdır. Bina da belə tikilir. Bir tikinti aşağıdan yuxarıya doğru tikilməyə başlayar. Təfsirçilər də bunu açıq aydın ifadə etmişdirlər. Biz də bunları sonrakı hissələrdə zikr edəcəyik İnşəAllah.
Bu ayəyə gəldiyimiz zaman isə “Sizin yaradılışınız çətindir, yoxsa göyün? O, onu qurdu, onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi,gecəsini qaranlıq edib, səhərini də (nurlandırdı). Sonra yeri döşəyib, onda su və otlaq yaratdı, dağları da yerə bərkitdi. (Bunlar) sizin və mal-qaranızın faydalanmasından ötrüdür.” (Naziyat, 27-33) ayələrində belə deyilmişdir: Burada: (Bəqərə, 29 ayəsində) summə ədatı xəbəri xəbərə bağlamaq üçündür. Feli felə bağlamaq üçün deyildir. Necə ki, şair belə demişdir:
De o nəcib olana, sonra atası nəcib olana,
Sonra daha əvvəl babası nəcib olana
Belə deyilmişdir: Yeri yaymaq göyləri yaratdıqdan sonra olmuşdur. Bunu Əli ibn Əbu Talha, İbni Abbasdan rəvayət etmişdir. Suddi təfsirində Əbu Malikdən, o da əbu Salehdən, o da İbni Abbasdan, həmçinin Mürrə, o da ibni Məsuddan o da bir qrup sahabədən bu ayə haqqında belə dediklərini rəvayət etmişdirlər. “Uca Allahın ərşi su üzərində idi. sudan öncə başqa bir şey yaratmamışdı. Məxluqatı yaratmaq istədikdə sudan bir duman çıxartdı. Duman suyun üzərində yüksəldi, onun üzərinə çıxdı. Buna görə də ona səma (yüksəklik) dedi. Sonra suyu qurutdu onu tək yer etdi. Sonra da onu yararaq onu yeddi qat etdi. Bunu da iki gündə Bazar və bazar ertəsi günündə etdi. Yeri də balığın üstündə yaratdı. O Allah təalanın “Nun vəlqaləmi” (Qələm, 1) ayəsində zikr etdiyi balıqdır.
Balıq sudadır, su da düz daşın üzərindədir. Düz daş da bir mələyin belindədir. Mələk də bir qayanın üstündədir. Qaya da küləyin üzərindədir. O qaya Loğmanın (aleyhi ssalam) nə göydə nə də yerdədir dediyi qayadır. Balıq qımıldanıb çırpındı. Yer silkələndi. Allah üstünə dağları sancdı. Dağlar dayandı. Ona görə də dağlar yerə qarşı öyünür. Allah Təalanın “Yerə sizi sarsıtmasın deyə yüksək dağlar bina etdi”- dediyi budur. Yerdə dağları yaratdı, sonra yer sakinlərinin də qidalarını, ağaclarını və lazım olanları da iki gündə Çərşənbə axşamı və çərşənbə günlərində yaratdı. Bu haqda belə deyir: De: “Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir və Ona tay tutursunuz? Axı O, aləmlərin Rəbbidir. O, yerin üstündə möhkəm duran dağlar yerləşdirdi, onu bərəkətli etdi” (Fussilət, 9-10). Deyir ki, ağacını bitirdi, “Orada ruzilərini təqdir etdi “yer sakinləri üçün, tam dörd gündə ruzi istəyənlər üçün. Deyir ki, kim ruzi istəyərsə vəziyyət belədir: “Sonra duman halındakı göyə yönəldi” (Fussilət, 11). Deyir ki, o duman suyun nəfəs almasından yüksəldi, ondan da göyü yaratdı. Sonra iki gündə — Cümə axşamı və Cümə günlərində onu yardı və yeddi göy halına gətirdi. Ona Cümə deyilməsi, göylərin və yerin məxluqatını onda cəm etməsindəndir. “Hər göyə öz əmrini vəhy etdi” (Fussilət, 12). Deyir ki, hər göydə onun mələklərdən olan sakinlərini, və oradakı dənizləri, dağları, dolunu və digərlərini yaratdı. Sonra dünya göyünü ulduzlarla bəzədi. Onu şeytanlardan qorudu.
İstədiyi şeyleri yaratdıqdan sonra Ərşə istiva etdi, “Göyləri və yeri altı gündə yaratdı. Sonra Ərşə istiva etdi”(Əraf, 54) ayəsində də dediyi budur. Deyir ki, “o iki bitişik idi onu ayırdıq. Hər canlını sudan yaratdıq.”(Ənbiya, 30). İbni Cərir belə demişdir: Mənə əl Musənna, o da Abdullah ibni Salehdən, o da Əbu Maşərdən, o da Said ibni Əbu Saiddən rəvayət edir ki, Abdullah ibn Səlam demişdir: Allah yaradılışı bazar günü yaratmağa başladı, Yerləri bazar və bazar ertəsi günü yaratdı, Qidaları və yüksək dağları Çərşənbə axşamı və çərşənbə günləri yaratdı. Göyləri Cümə axşamı və cümə günü yaratdı. Cümə günü son saatda boş qaldı, Adəmi də tələsik olaraq onda yaratdı. Baxın qiyamət günü də həmin saatda qopacaqdır.
Mücahid, “Yer üzündə olanların hamısını sizə görə xəlq edən Odur” ayəsində belə demişdir: Allah yeri göydən əvvəl yaratmışdır. Yeri yaratdığı zaman ondan bir duman yüksəldi. “Sonra göyə yönəldi, O duman halında idi. Onu yeddi qat göy halına gətirdi” dediyi budur. Deyir ki, Göy bir birinin üstündədir, yer bir birinin altındadır. Bu ayə yerin göydən öncə yaradıldığını göstərir. Necə ki Fussilət surəsində: “De: “Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir və Ona tay tutursunuz? Axı O, aləmlərin Rəbbidir. O, yerin üstündə möhkəm duran dağlar yerləşdirdi, onu bərəkətli etdi və (ruzi) istəyənlər üçün orada (yer əhlinin) ruzisini tam dörd gündə yerbəyer etdi. Sonra O, tüstü halında olan göyə tərəf yönəlib ona və yerə: “Könüllü surətdə və ya məcburi olaraq gəlin (əmrimə boyun əyin!)”– dedi. Onlar: “Könüllü olaraq gəldik!”– dedilər. O, iki gündə onları yeddi göy kimi yaratdı və hər göyə onun özünə məxsus vəzifə tapşırdı. Biz dünya səmasını qəndillərlə bəzədik və mühafizəmizə götürdük. Bu, Qüdrətli və Bilən (Allahın) əzəli hökmüdür” (Fussilət, 9-12). Bu və o iki ayə yerin göydən öncə yaradıldığını göstərməkdədir. Bu haqda mən alimlər arasında heç bir ixtilaf bilmirəm, yalnız ibn Cəririn Qatadədən olan rəvayəti istisnadır. Qatadə güman etmişdir ki, Səma yerdən əvvəl yaradılmışdır.
Qurtubi təfsirində burada ayaq saxlamışdır. Çünki Allah Təala belə demişdir: “Sizin yaradılışınız çətindir, yoxsa göyün? O, onu qurdu, onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi, gecəsini qaranlıq edib, səhərini də (nurlandırdı). Sonra yeri döşəyib, onda su və otlaq yaratdı, dağları da yerə bərkitdi” (Naziyat, 27-32). Deyirlər ki, burada yerin göydən öncə yaradılldığı zikr edilmişdir.
Səhih Buxaridə belə deyilməkdədir. İbn Abbasdan bu haqda soruşdular o da belə dedi: Yer göydən öncə yaradıldı. Yer göy yaradıldıqdan sonra döşəndi. Qədim və yeni bir çox təfsir alimləri də belə demişdirlər. Biz də bunu Naziyat surəsinin təfsirində yazmışıq. Xülasə yerin döşənməsi “Sonra yeri döşədi “(Naziət, 30-32) ayəsində təfsir edilmişdir. Döşənməyin mənası də yerin daxilində olan ehtiyatların qüdrətli bir şəkildə ortaya çıxarılmasıdır.
Yer və göy məxluqatlarının surətləri kamala çatdırdı və yeri də bundan sonra döşədi. Ona ehtiyat olaraq verilən suyu çıxartdı. Ondan da müxtəlif sinifləri, sifətləri, rəngləri və formaları ilə bitkiləri cücərtdi. Beləcə də göylərin çarxı, onlardakı ulduz və planetlərlərlə birlikdə fırlanmağa başladı.
İbn Əbi Hatim ilə ibni Mərdiveyh də bu ayənin təfsirində Müslim ilə Nəsainin təfsir bölümündə rəvayət etdikləri bu hədisi İbn Cüreycdən zikr etmişdirlər. O belə demişdir: Mənə İsmayıl ibn Ümeyyə, o da Əyyub ibn Xaliddən, o da Ümmü Sələmənin azad etdiyi qulu Abdullah ibn Rəfidən rəvayət edir ki, Əbu Hureyrə deyir di ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) əlimdən tutdu, belə dedi: Allah torpağı(yeri) şənbə günü yaratdı. Ondakı dağları Bazar günü yaratdı. Ondakı ağacları bazar ertəsi günü yaratdı, məkruhu Çərşənbə axşamı yaratdı. Nuru çərşənbə günü yaratdı. Onun içində heyvanıları Cümə axşamı günü səpələdi. Adəmi də Cümə günü son saatlarda əsrdən sonra gecəyə tərəf yaratdı.
Bu hədis Müslimin qərib hədislərindəndir. Onun haqqında Əli ibn əl Mədini ilə Buxari və digər hədis hafizləri danışmışdırlar və onun Kəbin sözündən olduğunu və Əbu Hüreyrənin bunu Kəbdən eşitdiyini demişdirlər. Bəzi ravilər bunun fərqinə vara bilmədiyi üçün hədisi mərfu qəbul etmişdirlər. Bunu Beyhaki qeyd etmişdir.
-
30
Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!”– dedikdə, onlar: “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?”– söylədilər. O dedi: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!”
Allah Təala adəm oğullarına onları var etmədən öncə ali dərgahında mələklərə ehsan etdiyini xəbər verib deyir ki, “Bir vaxtlar Rəbbin mələklərə demişdi” Yəni ey Muhamməd o vaxtı xatırla ki, Rəbbin mələklərə belə demişdi və bunu qövmünə danış. İbni Cərir bir Ərəb dili mütəxəssisinin iz ədatının burada artırma və bu kəlamın təqdirinin də: “Və qalə Rabbukə”olduğunu iddia ettiyini nəql etmişdir. Sözü gedən adam isə Əbu Ubeydədir. İbni Cərir bunu rədd etmişdir, Qurtubi isə belə demişdi: Bunu bütün təfsirçilər də rədd etmişdirlər. Hətta Zəccac bu Əbu Ubeydə üçün cürətdir (kobudluq), demişdir. “Mən yer üzündə bir canişin bərqərar edəcəyəm” yəni əsr əsr, nəsil nəsil bir birinin yerinə keçən qövm yaradacağam demişdir. Necə ki, Allah Təala belə buyurur. “O ki, sizi yer üzündə xəlifələr təyin etdi”(Ənam 165) və “sizi yer üzünün xəlifələri edəcəkdir” (Nəml, 62) “Əgər istəsəydik, yer üzündə içinizdən sizi əvəz edəcək mələklər yaradardıq” (Zuxruf, 60) “Onlardan sonra bir xələf gəldi” (Məryəm, 59) Şaz qiraətdə : “İnni cailun fil ardı halikatən” (baxılsın) də oxunmuşdur. Bunu Zəməxşəri və digərləri də rəvayət etmişdir.
Qurtubi, Zeyd ibn Əlidən belə dediyini nəql etmişdir. Burada xəlifədən məqsəd yalnız Adəm (aleyhi ssalam) deyildir. Necə ki bir qrup təfsirçilər belə deyildilər. Qurtubi bunu ibni Abbas, İbni Məsud və bütün təvil əhlinə nisbət etmişdir. Bunda da ixtilaf yeri vardır. Hətta bunda çox ixtilaf varıdır. Bunu Razi Təfsirində və digərləri nəql etmişlər. Açıq olan budur ki, bundan bir başa olaraq Adəm qəsd edilməmişdir. Çünki əgər belə olsaydı mələklərin “Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?” sözləri xoş olmazdı. Çünki onlar bu cinsdən həmin hərəkətləri edəcək olanları qəsd etmişdirlər. Sanki onlar xüsusi bir bilik və ya insan təbiətindən anladıqları şeylə bunu bilmişdirlər. Çünki Allah onlara bu sinifi iylənmiş, saxsı kimi palçıqdan yaradacağını xəbər vermişdir. Yaxud da bunu insanlar arasında vaqe olan mübarizələri həll edəcək, onları haramlardan və günahlardan uzaqlaşdıracaq xəlifəni başa düşmüşdülər. Bunu da Qurtubi demişdir. Və yaxud bunu keçənlərə qiyas etmişdirlər. Necə ki, təfsirçilərin bu xüsusdakı fikirlərini tezliklər zikr edəcəyik.
Mələklərin belə deməsi Allaha etiraz məqsədli də deyildir. Adəmi qısqanmalarına görə də deyilidir. Necə ki, bəzi təfsirçilər belə düşünmüşdürlər. Allah Təala onları Allahın sözünün önünə keçməməklə vəsf etmişdir, yəni ki, onlar Allahdan icazə verilməyən bir şey soruşmazlar. Burada isə onlara yer üzündə bir xəlifə yaradacağını bildirmişdir.
Qatadə belə demişdir: Onların fəsad çıxardacaqları onlara əvvəlcədən bildirilmişdir. Onlar da :Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən? demişdilər. Bu, öyrənmək və bu haqda hikməti bilmək üçün verilmiş bir sualdır. Belə demişdilər: Rəbbimizin bunları yaratmaqda hikmət nədir? Halbuki onlar yer üzərində fəsad törədib, qan salacaqlar. Əgər məqsədin sənə ibadətdirsə biz səni həmdinlə təsbeh edir və səni təqdis edirik, yəni sənin üçün namaz qılırıq (və ya dua edir, salavat deyirik). Necəki, sonra qeyd ediləcək. Yəni bizdən belə bir əməl hasil olmaz, bizimlə kifayətlənə bilərdin! Allah Təala da bu suallara cavab olaraq : “Mən sizin bilmədiklərinizi bilirəm!” dedi. Sizin zikr etdiyiniz fəsadlara müqabil olaraq mən daha artıq xeyir (islah, məsləhət) görürəm. Mən onlardan peyğəmbərlər çıxardacağam. Onlara elçilər göndərəcəyəm. Onlardan siddiqlar (doğrunu təsdiqləyənlər), şəhidlər, salehlər, abidlər, zahidlər, övliyalar, əbrar (xeyir sahibləri), Allaha yaxın olanlar, alimlər, elmi ilə əməl edənlər, Allahdan qorxanlar, Onu sevənlər, elçilərinə tabe olan insanlar çıxardacağam.
Səhih hədisdə belə gəlmişdir: Mələklər Uca Rəbbə qulların əməlllərini qaldırdıqları vaxt, Allah çox yaxşı bildiyi halda onlardan soruşar: Qullarımı necə qoyub gəldiniz? Onlarda : Onların yanına gələndə namaz qılırdılar, onlardan ayrıldıq yenə namaz qılırdılar, deyərlər. Çünki onlar bizləri izləyərlər, fəcr və əsr namazlarında yığışarlar. Bunlar qalar digərləri əməlləri göyə çıxardar. Necə ki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə demişdir: “Ona gecə əməli gündüzdən əvvəl, gündüz əməli isə gecədən əvvəl çatdırılır” Onların gəldik namaz qılırdılar, qoyub gedəndə də yenə namaz qılırdılar” sözləri Mən sizin bilmədiklərinizi bilirəm!” sözlərinin təfsirindəndir. Belə deyilmişdir: Onlara cavab olaraq “Mən sizin bilmədiklərinizi bilirəm!” sözünün mənası belədir: Onları yaratmağımdakı hikmətim açıq aydındır, sizin dediklərinizdən belə çıxır ki, siz onu bilmirsiniz. Bunun “səni təsbih edirik və səni təqdis edirik” sözünün cavabı olduğu da deyilmişdir. O da Mən sizin bilmədiklərinizi bilirəm!” demişdir. Yəni iblisin sizin aranızda olmasından bilirəm, məsələ sizin dediyiniz kimi deyil. Belə deyilmişdir: Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?” Biz isə sənə həmd edər səni təsbih edir və səni təqdis edirik sözü onların Adəm oğullarının yerinə yer üzünə enmələrini istəmələrinə cavabı da özündə daşıyır. Buna görə də Allah Təala “Mən sizin bilmədiklərinizi bilirəm!” dedi. Yəni göydə qalmağınız sizin üçün daha yaxşıdır və halınıza daha uyğundur. Bunu Razi digər cavablarla bir yerdə zikr etmişdir. Allah daha yaxşı bilir.
Bu qeyd edilənlər haqqında təfsirçilərin genişlədilmiş fikriləri :
İbni Cərir belə demişdir: Mənə Qasım ibni Həsən, ona da Hüseyn, ona da Həccac, ona da Cərir ibn Həzimi və Mübarək, onlara da Həsən, ona da Əbu Bəkr və Qatadə rəvayət ediblər ki, Allah Təala mələklərə “Mən yer üzündə bir xəlifə yaradacağam”, dedi. Onlara bunu edəcəyəm dedi. Bunun mənası vəziyyəti onlara xəbər verməkdir. Suddi belə demişdir: Adəmin yaradılmasında onlarla məşvərət etdi. Qatadədən də bənzər rəvayət vardır. Bu cümlənin içərisində xəbər vermə mənası yoxdursa deməli bunda diqqətsizlik vardır.(məqsəddən uzaqlaşmışdır) İbn Cəririn rəvayətində Həsən ilə Qatadənin fikirləri daha gözəldir. Allah daha yaxşı bilir.
“Yer üzündə” sözünə İbni Əbi Hatim belə demişdir: bizə atam, ona da Əbu Sələmə, ona da Həmmad, ona da Ata ibn əs Saib ona da Abdurrahman ibn Sabit rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Yer Məkkədən döşəndi və Beytullahı ilk təvaf edənlər Mələklərdir. Allah: “Mən bu yerdə, yəni Məkkədə xəlifə yaradacağam” dedi. Bu mürsəldir. Sənədində zəiflik vardır. Onda müdrəc də vardır. O da Məkkə torpağıdır. Allah daha yaxşı bilir.
“Xəlifə” sözü haqqında Suddi təfsirində belə demişdir: Mənə Əbu Malik, o da Əbu Salehdən, oda İbni Abbasdan, o da Mürrədən, o da İbni Məsuddan və bir bölük sahabədən belə demişdir. Allah Təala “Mən yer üzündə bir xəlifə yaradacağam” dedi. Onlar da: Onun zürriyyəti olacaq, yer üzündə fəsad çıxaracaqlar, həsəd aparacaqlar və bir birilərini öldürəcəklər, dedilər.
İbn Cərir belə demişdir: Buna görə ayənin təfsiri belədir: Mən yer üzündə bir xəlifə bərqərar edəcəyəm” cümləsi xəlq etdiklərimin arasında ədalətlə hökm etmək üçün mənim yerimi tutacaqdır. O xəlifə də Adəm və Allaha itaətdə onun yerinə keçəcək olanlardır. O ki qaldı fəsad çıxartmaq və haqsız yerə qanlar axıtmaq, bunları xəlifə olmayanlar edəcəkdir. İbn Cərir belə demişdir: Allah Təalanın zikr etdiyi xilafətin mənası, əsrlər boyu bir birinin yerinə keçməkdir. Deyir ki, əl xəlifə kəlməsi əl faiiilətu vəznindədir. Xaləfə fulanun fi həzəl əmri deyiləndə bir işdə olan bir nəfərdən sonra onun yerinı keçmək başa düşülür. Necə ki, Allah Təala belə buyurmuşdur. “Sonra onların ardınca sizi yer üzündə xələflər etdik ki, görək necə davranacaqsınız.”(Yunis 14)
Buna görə də böyük Sultana xəlifə deyilmişdir. Çünki özündən əvvəlkinin yerinə keçər. Sanki onun xələfi kimi olur. Deyir ki, Muhamməd ibn İshaq bu ayətdə belə demişdir: Dünyada məskunlaşacaq, onu tikib quracaq və sizdən biri olmayaraq qərar tutacaq kimsələr yaradacam. Bizə Əbu Qurayb, o da Osman İbni Saiddən, oda Bişr ibn Umarədən o da Əbu Ravkdan, o da Dahhakdan, o da İbni Abbasdan belə demişdir: Dünyada ilk məskunlaşan cinlərdir. Orada fəsad çıxardaraq qanlar tökdülər, bir birilərini öldürdülər. Allah onların üzərinə İblisi göndərdi. İblis və yanındakılar onları öldürdü. Qalanları dəniz adalarına və dağların uclarına sürgün edildilər. Sonra Allah Adəmi yaradıb orada yerləşdirdi. Məhz: “Yer üzündə bir xəlifə yaradacağam.” Dediyi budur.
Süfyan Sevri Ata İbn Səibdən nəql edir ki, İbn Sabit : “Yer üzündə bir xəlifə yaradacam” sözündə: Bunda adəm oğulları qəsd edilmişdir, demişdir. Əbdürrəhman İbn Zeyd İbn Əsləm də belə demişdir: Allah mələklərə: Mən yer üzündə bir məxluqlar yaratmaq və orada xəlifə bərqərar etmək istəyirəm, dedi. Əziz və Cəlil olan Allahın da mələklərdən başqa məxluqatı yoxdur. Yerdə də heç bir məxluqat yoxdur. Onlar: Orada fəsad çıxaracaq birilərini mi yaradacaqsan, dedilər? Yuxarıda qeyd olunan rəvayətləri Suddi İbn Abbas, İbn Məsud və digər səhabələrdən belə rəvayət etmişdir: Allah mələklərə adəm oğullarının nə edəcəyini bildirdi. Mələklər də belə dedilər.
Az öncə qeyd olunan Dahhak rəvayətində İbn Abbas belə demişdir: Cinlər Adəm oğullarından öncə yer üzündə fəsad törətdilər. Buna görə də mələklər də belə dedilər. Bunları onlarla qiyas etdilər.
İbn Əbi Hatim belə demişdir: Bizə atam, o da Əli İbn Muhəmməd Ət-Tənəfisidən o da (Əbu?) Muaviyədən o da, (Aməşdən,?) o da Bəkr İbn Əxnəsdən o da Mücahiddən nəql etdi ki, Abdullah İbn Amr belə demişdir: Canoğulları qəbiləsindən olan cinlər Adəm yaradılmadan iki min il əvvəl yer üzündə idilər. Orada fəsad törətdilər, qanlar axıtdılar. Allah onların üzərinə mələklərdən bir ordu göndərdi. Onları vurdular, onları dəniz adalarına sıxışdırdılar. Buna görə Allah mələklərə : “Mən yer üzündə bir xəlifə yaradacam” dedi. Onlar da “Orada fəsad törədəcək və qanlar tökəcək kimsələrimi yaradacaqsanmı?” dedilər. O da: “Mən sizin bilmədiyinizi bilirəm” dedi (Bəqərə 30-33).
Əbu Cəfər Ər-Razi, Rəbi İbn Ənəsdən, o da Əbul Aliyədən “mən yer üzündə bir xəlifə yaradacam…. Mən sizin bilmədiyinizi bilirəm (Bəqərə, 30-33) ayəsində belə demişdir: Allah mələkləri Çərşənbə günü yaratdı. Cinləri Cümə axşamı günü yaratdı. Adəmi Cümə günü yaratdı. Cinlərdən bir qövm kafir oldular. Mələklər də yerə enər bu təcavüzlərinə görə onlarla döyüşərdilər. Yer üzünü fəsad bürümüşdü. Buna görə : “Orada cinlər kimi fəsad edəcək və onlar kimi qan tökəcək kimsələrimi yaradacaqsan?” dedilər. İbn Əbi Hatim belə dedi: “Bizə Həsən İbn Muhəmməd İbn Sabah o da Səid İbn Süleymandan o da Mübarək İbn Fədalədən nəql etdi ki, Həsən demişdir : Allah mələklərə “Mən bir xəlifə yaradacam” dedi. Bunu edəcəm dedi. Onlar rəbblərinin bu sözünə iman gətirdilər. Allah onlara elmin bir hissəsini öyrətdi, digər hissəsini də gizlətdi. Onlar da onu bilmədilər. Bildikləri biliklə : “Orada fəsad edəcək və qan tökəcək kimsələrimi yaradacaqsan?” dedilər. O da : “Mən sizin bilmədiyinizi bilirəm”, dedi. Həsən belə demişdir: Cinlər yer üzündə fəsad çıxarır və qanlar tökürldülər. Ancaq Allah qəlblərinə bunun baş verəcəyini qoydu. Onlar da Allahın öyrətdiyi şeylə belə dedilər. Abdurrazaq Mamərdən nəql edir ki, Qatadə bu ayə haqqında belə demişdir : “Allah onlara yer üzündə məxluqat olduğu zaman fəsad edəcək və qan axıdacaqlarını bildirmişdi. Məhz o zaman Orada fəsad edəcək və qan tökəcək kimsələrimi yaradacaqsan? Dedilər. İbn Əbi Hatim belə demişdir: “Bizə atam o da Hişam Ər-Razidən o da İbn Mübarəkdən o da Mərufdan yəni İbn Harabuz Əl-Məkkidən o da Əbu Cəfər Muhəmməd İbn Əlidən eşidəndən kəsdən rəvayət edir : Səcil bir mələkdir. Harutla Marut onun köməkçiləridir. O hər gün Lövhü Məhfuza üç dəfə baxardı. Bir dəfə icazəsiz baxışla baxdı, orada Adəmin yaradılışını və bəzi şeyləri gördü. Bunu Harutla Maruta gizlicə dedi. O ikisi onun köməkçi katib mələkləri idi. Allah Təala belə dedi “Mən yer üzündə bir xəlifə yaradacam” onlar da “Orada fəsad edəcək və qan tökəcək kimsələrimi yaradacaqsan?”. Bunu mələklərə qarşı etiraz olaraq dedi. Bu nəql qəribdir.
Bu, Əbu Cəfər Muhəmməd İbn Əli İbn Hüseyn Əl Baqirdən gələn səhih rəvayət olsa belə, onu əhli kitabdan nəql etmişdir. Burada rədd edilməsini vacib edəcək münkərlik vardır. Allah daha yaxşı bilir. Bundan, bunu deyənlərin sadəcə o ikisi olduğu ortaya çıxar. Bu da üsluba ziddir. Ondan daha qəribi də İbn Əbi Hatimin bu rəvayətidir: “Bizə atam, o da Hişam İbn Ubeydullahdan o da Abdullah İbn Yəhya İbn Əbi Kəsirdən nəql etdi ki, Atamdan belə dediyini eşitdim: “Orada fəsad edəcək və qan tökəcək kimsələrimi yaradacaqsan? Biz səni təsbih və təqdis edirik” deyən mələklər on min idilər. Allah tərəfindən bir alov çıxdı onları yandırdı. Bu da bundan əvvəlki kimi İsrailiyyatdır, qəbul edilməz. Allah daha yaxşı bilir.
İbn Cureyc belə demişdir: “Onlar Allahın onlara Adəmin yaradılacağı haqqında verdiyi elmlə danışdılar və belə dedilər.
İbn Cərir belə demişdir: Biriləri belə xəbər vermişdir: Mələklərin belə demələri bunu öyrəndikdən sonra Allahın sual soruşmağa izn verməsi səbəbi ilədir. Mələklər bunu təəccüblənərək dedilər : “Ya Rəbbi, sənə necə asilik edərlər. Sən ki onların Xaliqisən?” dedilər. Allah da onlara : “Mən sizin bilmədiyinizi bilirəm” dedi. Yəni siz bilməsəniz də, bəzilərinin mənə itaət etdiyini görsəniz də bu olacaqdır. Bəziləri də, mələklər bunu bilmədikləri şeyi öyrənmək niyyəti ilə soruşdular, demişdilər. Sanki onlar rədd mahiyyətində deyil öyrənmək mahiyyətində : Ya Rəbbi, bizə bunu xəbər ver, demişdilər. İbn Cərir bunu bəyənmişdir. Səid Qatadən bu ayə haqqında belə nəql edir ki: “Mələklər Adəmin yaradılması haqqında məşvərət etdilər: Orada fəsad edəcək və qan tökəcək birilərini yaradacaqsan dedilər. Mələklər Allah qatında qan tökməkdən və yer üzündə fəsad çıxarmaqdan daha pis bir şey olmadığını bilirdilər. Allah isə o xəlifədən peyğəmbərlər, rəsullar, yaxşı kimsələr və cənnətliklər olacağını bilirdi. Belə demişdir: Bizə izah edildiyinə görə İbn Abbas belə demişdir: Adəm yaradılmağa başlayanda mələklər: Allah bizdən daha dəyərli və bizdən daha bilikli bir məxluq yaratmaz, dedilər. Buna görə sıxıntıya mübtəla oldular. Bütün yaradılanlar da imtahana çəkilir, necə ki, göylərlə yer də itaət etməklə sınağa çəkilmişlər . Allah Təala : “İstəyərək və ya istəməyərək gəlin deyəndə: İstəyərək gəldik demişdilər” (Fussilət, 11).
“Səni həmd edərək tənzih və təqdis edərik” ayəsinə gəlincə Abdurrazzaq Mamərdən nəql edir ki, Qatadə belə demişdir: “Təsbih və təqdis namazdır. Suddi Əbu Malikdən o da Əbu Salihdən o da İbn Abbasdan həmçinin Mürrədən o da İbn Məsud və bir sıra səhabədən : Sənin üçün namaz qılarıq, demişdilər. Mücahid də, Sənə əzəmətləndirərik, təkbir edərik demişdir. Dahhak da belə demişdir: Təqdis: təmizləmədir. Muhamməd İbn İshaq da: Səni təsbih edərik və səni təqdis edərik sözündə: Sənə asilik etmərik və istəmədiyin heç bir şeyi etmərik, demişdir. İbn Cərir də : Təqdis təzim etmək və təmizlənməkdir demişdir.
Subbuhun quddusun sözü də belədir, subbuh : Onu tənzih etmək, quddus da təmizlik və ona təzim etməkdir. Ərd müqaddas da müqəddəs torpaq deməkdir. Mələklərin “səni həmd ilə təsbih edərik” sözlərinin mənası, səni müşrüklərin sənə nisbət etdikləri şeylərdən tənzih edər və səni uzaq tutarıq, deməkdir. “Səni təqdis edərik” də : Səni kirlərdən və kafirlərin sənə nisbət etdikləri şeylərdən təmiz tutarıq, deməkdir.
Səhih Müslümdə Əbu Zərdən rəvayət edilmişdir ki, Rəsulullaha (salləllahu aleyhi və səlləm) “Ən fəzilətli söz hansıdır?” dedilər. O da : “Allahın mələklər üçün seçdiyi sübhanallah vəbihəmdihi sözüdür”dedi. Beyhaki Abdurrahmən İbn Kurtdan rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) merac gecəsində mələklərin yüksək göylərdə, “Sübhanəl aliyyil alə, subhanəhu və Təala”, deyərək təsbih etdiklərini eşitdi.
“Mən sizin bilmədiyinizi bilirəm” ayəsinə gəlincə: Qatədə belə demişdir: Allah o yaratdığın nəsildən peyğəmbərlər, rəsullar, yaxşı kimsələr və cənnətliklər gələcəyini bilirdi. İrəlidə İbn Məsud, İbn Abbas və bir çox sahabə və tabiindən: “Mən sizin bilmədiyinizi bilirəm” sözünün nə hikmətlə deyildiyi haqqında açıqlamalar gələcəkdir.
Qurtubi və digələri bu ayəni insanların ixtilaf etdikləri şeylərdə hökm vermək, mübahisələrini sona çatdırmaq, məzlumun haqqını zalımdan almaq, hədləri tətbiq etmək, pis və fahiş şeylərin və ancaq xəlifənin həll edəcəyi digər önəmli məsələlərin həlli üçün xəlifə təyin etmənin vacib olduğunu dəlil gətirmişlər. Necə ki, vacibin tamamlanmasını təmin edən şey də vacibdir.
İmamət ancaq nasla əldə edilir,necə ki, bir qrup əhli sünnət, Əbu Bəkr də belə olmuşdur, demişdilər. Ya da ona işarətlə olur, necə ki, bəziləri də belə demişdilər. Yaxud xəlifəni başqa birini öz yerinə keçirməsi ilə olur, necə ki, Əbu Bəkr Əs-Siddiq Ömərə belə eləmişdir. Və yaxud da şuranın üzərinə həvalə etməsi ilə olur, necə ki Ömər eləmişdir. Və yaxud da məsul heyətin (alim və məsul şəxslər) içlərindən birini seçib ona beyət etmələri ilə olur. Cumhura görə buna itaət etmək vacibdir. İki haramın imamı bu xüsusda icma olduğunu nəql etmişdir. Allah daha yaxşı bilir. Yaxud da birinin iqtidarı zorla ələ keçirməsi ilə olur. İxtilaf və fitnə çıxmaması üçün buna da itaət vacibdir.
İmam Şəfii bunu açıq olaraq ifadə etmişdir. İmamətin həyata keçməsi üçün şahid vacibdirmi? (təyinat) Bunda da ixtilaf vardır. Bəziləri : Şərt deyildir, demişdir. Bəziləri də : Xeyir, iki şahid yetər, demişdir. Cübai də : Dörd nəfər lazımdır: iki şahid, əqd katibi və seçilən. Necə ki, Ömər (radıyallahu anh) işi altı nəfərlik bir şuraya həvalə etmişdir. Təyinat əqd katibi Abdurrahman İbn Avf ilə seçilən Osman üzərində qalmışdır. Dörd şahidin vacib olması da yerdə qalan dörd nəfərdən çıxarılmışdır ki, bu da o qədər də doğru deyildir. Allah daha yaxşı bilir.
Xəlifənin kişi, azad, yetkinlik yaşına çatmış, ağıllı, müsəlman, ədalətli, müctəhid, bəsirətli, əzaları sağlam, müharibədən başı çıxan, fikir sahibi və səhih rəyə görə Qureyşdən olması lazımdır. Haşimi olması və xətadan məsum olması şərt deyildir. Həddi aşmış Rafizilər isə bunu şərt qoşarlar. Bir imam fasiq olsa, vəzifəsi əlindən alınar mi, alınmaz mı? Bunda ixtilaf vardır. Doğru olan odur ki, alınmaz. Çünki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) : Əgər açıq aşkar şəkildə küfrə gedərsə, və bu haqda sizdə Allahdan açıq aydın dəlil varsa, bu istisnadır demişdir. Özünü azad edə bilər mi? Bunda da ixtilaf vardır.
Həsən İbn Əli (radıyallahu ənh) özünü azad etdi və xilafət işini Muaviyəyə təslim etdi. Ancaq bu bir üzrlü səbəb üçündür. Buna görə də təriflənmişdir. Yer üzündə iki və ya çox imam təyin etmək isə caiz deyildir. Çünki peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) “Birliyiniz bərqərar olduqdan sonra sizə biri gələr və aranızı pozmaq istəsə, onu kim olursa olsun öldürün, demişdir. Cumhurun rəyi belədir.
Bu haqda icma olduğunu nəql edənlər vardır, onlardan biri də İki Haramın imamıdır. Kərramiyyə firqəsi də belə demişdir: İki və daha çox imam caizdir, necə ki, Əli və Muaviyə (radiyAllahu anhum) itaət edilməsi vacib imamlar idilər. Belə demişdirlər: Bir zamanda iki və daha çox peyğəmbər göndərildiyinə görə imamlıq da caizdir. Çünki peyğəmbərlik imamlıqdan daha üstündür. Bunda da ixtilaf yoxdur.
İki haramın imamı, ustad Əbul İshaqdan ölkələr bir birlərindən uzaq olub iqlimləri də geniş olunca iki və daha çox imam təyin etməyi caiz gördüyünü nəql etmişdir. Mən də deyirəm ki, bu, İraqdakı Abbasi oğulları ilə Misir və Məğribdəki Fatimilərin vəziyyətinə oxşayır. Biz də bu mövzunu “Əhkam” kitabında araşdıracayıq inşəAllah.
-
31
Adəmə bütün adlarını öyrətdi. Sonra onları mələklərə göstərib dedi: “Doğru danışanlarsınızsa, bunların adlarını Mənə deyin!”
Bu məqamda Allah Təala Adəmin hər bir şeyin adını bilməklə mələklərə qarşı üstünlüyünü və şərəfini zikr etmişdir. Bu da onların Adəmə səcdə etməsindən sonra idi. Bu fəsil ondan əvvəl gətirilib. Çünki bu məqamla onların xəlifə haqqında elmsizlikləri arasında bir bağlılıq vardır. Allah Təala onlara özlərinin bilmədiklərini xəbər vermişdir. Bunun üçündür ki, Allaha Təala bu məqamı onun ardınca zikr etmişdir ki, Adəmin nə üçün şərəf qazanaraq onlara üstün tutulduğunu onlara aydınlaşdırsın.
Allah Təala belə demişdir: “Allah Adəmə bütün adları öyrətdi”: Suddi İbn Abbasdan rəvayət edən kəsdən belə rəvayətlə belə demişdir. Ona övladlarının adlarını və heyvanların adlarını bir bir öyrətdi. Bu uzunqulaqdır, bu dəvədir, bu atdır deyildi. Dahhak rəvayət edir ki ibni Abbas: (Allah) Adəmə bütün (şeylərin) adları öyrətdi. Sözündə belə demişdir: İnsanlar arasında tanınan bütün adları öyrətdi: İnsan, heyvan, göy, yer, düzəngah, dəniz, at, uzunqulaq və buna bənzər siniflər və şeylər kimi. İbn Əbu Hatim ilə ibn Cərir, Asim ibn Kuleybdən rəvayət edir ki, Said ibn Mabəd, İbn Abbasa bu ayə haqqında : Allah ona boşqab və qazanı da öyrətdi? O da bəli kiçik və böyük yel buraxmağı da öyrətdi. dedi. Mücahid də bu ayə haqqında Ona hər canlının hər quşun və hər şeyin adını öyrətdi demişdir. Said ibn Cübeyr, Qatadə və digər sələflərdən rəvayət olunur ki, hər şeyin adlarını öyrətdi, demişdirlər. Ər-Rabi də ondan Mələklərin adlarını öyrətdi, fikrini nəql etmişdir. Hümeyd əş Şami də: Ulduzların adlarını, demişdir. Abdurrahman ibn Zeyddə bütün zürriyyətinin adlarını öyrətdi demişdir. İbni Cərir də ona (Adəmə) mələklərin və zürriyyətinin adlarını öyrətməsini üstün görüş kimi görmüşdür. Çünki Allah sonra onları təqdim etdi demişdir ki, onlar ağıllılar üçündür. Onun üstün saydığı bu fikir əhəmiyyətli deyildir. Zira onların arasına başqalarının da girib ümumiləşdirmə yolu ilə hamısına ağıllı sözü ilə ifadə edilməsi də mümkündür. Necə ki, Allah Təala belə demişdir: Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Nur 45) Abdullah ibn Məsud da “summə aradahunnə“ şəklində oxumuşdur. Übey ibn Kab da “summə aradahə” yəni adlananlar kimi təqdim etdi, şəklində oxumuşdur. Doğrusu isə bütün əşyaların adlarını, özlərini, sifətləri və feillləri ilə öyrətmiş olmasıdır. Necə ki, İbni Abbas kiçik və böyük yel çıxartmağı da öyrətmişdir, demişdir. Yəni böyük və kiçik varlıqların özlərini və fellərin adlarını öyrətdi deməkdir.
Buna görə də Buxari, bu ayənin təfsirində səhihinin təfsir bölməsində belə demişdir: Bizə Müslim ibn İbrahim o da, Hişamda o da Qatadədən, o da Ənəsdən rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Möminlər Qiyamət günü yığışaraq Rəbbimizdən şəfaət istəyək deyərlər. Adəmin yanına gələrlər: sən insanların atasısan, Allah səni öz əlləri ilə yaratdı, mələkləri sənə səcdə etdirdi, sənə hər şeyin adlarını öyrətdi, bizə Rəbbinin qatından şəfaət et! Bizi sıxıntıdan xilas et! deyərlər. O da mən bunu edə bilmərəm deyər, günahını xatırladar və utanar. Nuhun yanına gedin, o Allahın yer üzünə göndərdiyi ilk rəsuludur deyər: Onun yanına gələrlər mən bunu edə bilmərəm deyər, və Allahdan bilmədiyi bir şeyi istəməsini xatırlayar və Allahın dostu İbrahimin yanına gedin deyər, Onun yanına gələrlər o da mən bunu edə bilmərəm deyər sonra Allahın onunla danışdığı, Tövratı verdiyi Musanın yanına gedin deyər: O da mən bunu edə bilmərəm deyər, və haqsız yerə bir adam öldürməsini xatırlayar, Rəbbindən utanar. Allahın qulu, rəsulu, kəlməsi və ruhu olan İsanın yanına gedin deyər. Onun yanına gələrlər, o da mən bunu edə bilmərəm Allahın keçmiş və gələcək günahlarını bağışladığı Muhəmmədin (salləllahu aleyhi və səlləm) yanına gedin deyər. Onlar da mənim yanıma gələrlər. Mən də gedib Rəbbimdən izin istəyərəm, mənə izin verər, Rəbbimi gördüyüm zaman səcdəyə qapanaram, məni istədiyi qədər saxlayar, sonra başını qaldır istə,istədiyin sənə veriləcək, şəfaət et, qəbul ediləcək deyilir. Mən də başımı qaldırar, Onun mənə öyrətdiyi təriflərlə həmd edər, sonra şəfaətə başlayaram. Mənə bir hədd qoyar mən də onları cənnətə daxil edərəm. Sonra ona qayıdaram. Rəbbimi eyni şəkildə gördüyüm zaman bir də şəfaət edərəm. Yenə mənə bir hədd təyin edər, mən də onları cənnətə daxil edərəm. Sonra Ona üçüncü və dördüncü dəfə qayıdaram və geridə ancaq Quranın həbs etdiyi və Cəhənnəmdə əbədi qalmağı vacib olanlar qaldı deyərəm. Buxarinin rəvayəti belədir. Bunu Müslim və Nəsai Hişamdan, o İbn Əbu Abdullah Əddəstavaidir- o da Qatadədən həmçinin, Müslim, Nəsai və İbn Macə də, Saiddən yəni O İbn Arubədir, o da Qatadədən rəvayət etmişdir. Bu hədisdən məqsəd Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bu sözüdür: Adəmin yanına gələrlər: sən insanların atasısan, Allah səni öz əlləri ilə yaratdı, mələkləri sənə səcdə etdirdi, sənə “hər şeyin adlarını öyrətdi”, bu da Allahın ona bütün məxluqatın adlarını öyrətdiyini göstərməkdədir. Bunun üçündür ki, sonra onları mələklərə təqdim etdi, yəni adların sahiblərini deməkdir. Necə ki, Abdurrəzzaq Mamərdən rəvayət edir ki Qatadə belə demişdir. Sonra o adları mələklərə ərz etdi. “Doğru danışanlarsınızsa, bunların adlarını Mənə deyin!” dedi.Suddi təfsirində belə demişdir: Mənə əbu Malik rəvayət etdi o da Əbu salehdən, o da İbni Abbasdan, həmçinin Mürrə İbni Məsud və bir qrup sahabədən rəvayət etdi ki, Bütün adları Adəmə öyrətdi ayəsi haqqıda: sonra məxluqatı mələklərə ərz etdi demişdir. İbni Cüreyc Mücahiddən nəql edir ki, “Summə aradahum” — adların sahiblərini mələklərə ərz etməkdir, demişdir. İbn Cərir belə demişdir: Bizə Qasım, o da Hüseyndən, o da Həccacdan, o da Cərir ibn Hazimdən və Mübarək ibn Fədalədən, onlar da Həsən ilə Əbu Bəkirdən, onlar da Həsən və Qatadədən, belə demişdirlər: Ona hər şeyin adını öyrətdi o da hər şeyi adlandırdı. Ona hər sinif ərz edildi.
Eyni isnadla Həsən ilə Qatadədən “Əgər doğru danışansınızsa, sözü haqqında belə dedikləri rəvayət edilmişdir. Mənim yaratdığım hər hansı bir məxluqdan biliklisinizsə bunların adlarını mənə xəbər verin əgər doğru danışanlarsınızsa. Dahhaqdan rəvayət edilir ki, İbn Abbas «Doğru danışanlarsınızsa” sözü haqqında belə demişdir: Əgər yer üzündə nə üçün bir xəlifə yaradacağını bilirsinizsə deməkdir. Suddi, Əbu Malikdən O da Əbu Salehdən, o da İbni Abbasdan həmçinin Mürrədən o da bir qrup əshab ilə ibn Məsuddan: Əgər adəm oğullarının yer üzündə fəsad törədəcəklərini və qan tökəcəklərini deməkdə doğrusunuzsa, rəvayət edilmişdir.
İbni Cərir demişdir ki bu haqda fikirlərin ən üstünü İbni Abbas və onun kimi deyənlərin fikirləridir. Bunun mənası da budur: Ey: Orada fəsad çıxardan qan tökəcək insanlarımı yaradacaqsan? Bunlar bizdəndirmi yoxsa başqalarındandırmı, biz səni təsbih və təqdis edirik deyən mələklər, əgər, yer üzündə xəlifəmi sizdən başqasından təyin edərsəm mənə o və zürriyyəti üsyan edər, fəsad çıxardar və qan tökərlər; əgər onu sizdən təyin etsəm mənə itaət edəcəyinizi, əmrimə tabe olacağınızı, məni təzim və təqdis edəcəyini söyləyən mələklər, sizə ərz etdiyim və müşahidə etdiyiz şeylərin adlarını bilə bilmirsinizsə, var olmayan bir şeyi heç bilə bilməzsiniz.
Onlar da: Sən Pak və Nöqsansızsan, bizim sənin öyrətdiyindən başqa elmimiz yoxdur. Şübhəsiz sən elm və hikmət sahibisən. dedilər. Bu da mələklərin Allahı təqdis və tənzihdir. Heç kim o istəmədən elmindən heç bir şey qavraya bilməz və Allahın öyrətmədiyi bir şeyi bilməz. Bunun üçündür ki, Sən Pak və Nöqsansızsan, bizim sənin öyrətdiyindən başqa elmimiz yoxdur. Şübhəsiz sən elm və hikmət sahibisən dedilər. Yəni hər şeyi bilirsən. Yaratmağında, əmrində, dilədiyini öyrətməyində, dilədiyini bundan məhrum etməyində, bütün bunlarda hikmət və tam ədalət sənindir.
İbni Əbi Hatim belə demişdir: Bizə Əbu Said əl Əşəc, o da Hafs ibn Ğıyəs, o da Həccac, o da İbn Əbu Muleykədən rəvayət etdi ki, İbni Abbas belə demişdir: Sübhanallah: Allahın özünü pisliklərdən uzaq tutmasıdır, sonra belə demişdir: Ömər (radiyallahu anh) əshabın yanında Əliyə (radiyallahu anh) “Lə İləhə İllallahı bilirik, sübhanallah nədir?” dedi. O da : O Allahın nəfsi üçün sevdiyi və söylənməsindən razı olduğu bir kəlimədir, dedi. İbn Əbu Hatim belə demişdir: Bizə atam o da ibn Nüfeyldən, o da Nadr ibn Arabidən rəvayət etdiyi, bir nəfər Meymun ibn Mehrana Subhanallah kəlməsini soruşdu. O da Allahı təzim və pisliklərdən uzaq tutan bir addır, dedi.
Ey Adəm onlara bunların adlarını xəbər ver, dedi. Onlara bunların adlarını xəbər verincə mən sizə demədimmi, şübhəsiz ki mən göylərin və yerin qeybini bilirəm və mən sizlər nəyi aşkar edir və gizli saxladığınızı da bilirəm. Zeyd ibn Əsləm belə demişdir. Adəm : sən Cəbrayılsan, sən Mikayılsan sən də İsrafilsən dedi. Hamısının adlarını saydı, axırda qarğanın da adını dedi. Mücahid bu ayə haqqında belə demişdir. Göyərçinin, qarğanın və hər şeyin adlarını dedi.
Səid İbn Cübeyr, Həsən və Qatadədən də belə rəvayət edilmişdir: Allahın öyrətdiyi bu şeylərin adlarını saymaqda Adəmin mələklərdən üstün olduğu ortaya çıxdığı zaman Allah Təala mələklərə dedi: Mən sizə göylərin və yerin qeybini bilirəm demədimmi? Mən sizin aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm. Yəni daha əvvəldən sizə açıq və gizli qeybi bilirəm demədimmi, dedi. Necə ki, Allah Təala belə demişdir: Sən ucadan danışsan da (danışmasan da, fərqi yoxdur). Çünki (Allah) sirri də, (bundan) daha gizli olanı da bilir. (Taha, 7). Hudhud bəhs edərkən də Hudhud Süleyman əleyhissalama belə demişdir: Göylərdə və yerdə gizli olanı aşkara çıxaran, gizlədiklərinizi və gizlətmədiklərinizi bilən Allaha səcdə etməlideyildirlərmi?Ondan başqa İlah yoxdur,O uca ərşin Rəbbidir. (Nəml 25, 26). “Mən sizin aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm” ayəsi haqqında bu dediklərimizdən başqa digər fikirlər də söylənmişdir. Dəhhaqdan rəvayət edilir ki, İbni Abbas belə demişdir: aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm, demək yəni İblisin daxilində gizlədiyi kibr və qüruru bilirəm, deməkdir.
Suddi İbn Malikdən o da Əbu Salehdən, o da ibn Abbasdan, həmçinin Mürrə ibn Məsud və bir qrup sahabədən belə demişdirlər ki, Mələklərin “orada fəsad çıxardacaq qan tökəcək kəsləri yaradacaqsanmı” sözləri onların aşkara çıxartdığı, “gizlədikləriniz” sözü isə İblisin gizlətdiyi təkəbbür və qürurdur. Said İbni Cübeyr, Mücahid, Suddi, Dəhhak və Sevri də belə demişdirlər. Malik ilə ibni Cərir də bu fikri üstün tutmuşdurlar. Əbul Aliyə, Rəbi ibni Ənəs, Həsən və Qatadə də, bu “Rəbbimiz bizdən daha bilikli, və bizdən daha qüvvətli məxluq yaratmadı, sözləridir.” Əbu Cəfər ər Razi Rəbi ibn Ənəsdən “aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm ayəsi haqqında belə demişdir: Aşkara çıxartdıqları şey: orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən? sözləridir. Öz aralarında gizlədikləri şey isə: “Rəbbimiz bizdən daha bilikli və bizdən daha qiymətli bir məxluq yaratmadı, sözləridir” Beləcə Allah Adəmi elm və dəyərdə onlardan üstün yaratdığını anladılar. İbni Cərir belə demişdir: Bizə Yunis. oda İbn Vehbdən, o da Əbdurrəhmən İbni Zeyd ibn Əsləm mələklərlə Adəm hekayəsi haqqında belə demişdir. Allah mələklərə: Bu adları bilmədiyinizə görə sizin elminiz yoxdur. Mən onları orada fəsad çıxartsın deyə yaratdım. Bu mənim bildiyim bir şeydir. Buna görədir ki, orada mənə üsyan edəcəklərini və itaət edəcək olanları sizdən gizlədim. Deyir ki, daha əvvəl qeyd edildiyi kimi Allah Təala : “And olsun ki, mən cəhənnəmi və cənnəti cinlərlə və bütün insanlarla dolduracağam” (Hud, 119) demişdir. Deyir ki, mələklər bunu bilmədilər və başa düşə bilmədilər. Deyir ki, Allahın Adəmə verdiyi elmi görüncə onun üstünlüyünü qəbul etdilər. İbni Cərir belə demişdir: Bu haqda rəylərin ən üstünü İbni Abbasın rəyidir. O da budur: “Mən sizin aşkara çıxardıqlarınızı da bilirəm” ayəsinin mənası mən göylərin və yerin qeybini bilməyimlə yanaşı sızın aşkara çıxardıqlarınızı da bilirəm. “Gizlədiklərinizi də” sözü daxilinizdə gizlədklərinizi də bilirəm deməkdir. Mənə heç bir şey gizli qalmaz. Mənim yanımda sizin aşkarladığınız da gizlədiyiniz də birdir. Onların dilləri ilə aşkara çıxartdıqları da orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən? sözləridir. Gizlədikləri də İblisin daxilində gizli olan isə onun Allahın əmrinə qarşı çıxması və itaətinə qarşı təkəbbür göstərməsidir. Deyir ki, bu düzdür, necə ki Ərəblər: Ordu qırıldığı və məğlub olduğu zaman, deyirlər ki, əslində öldürülən bir və ya bir neçə nəfərdir. Burada məğlub olan və ya öldürülənlərin hamısı haqqında belə deyilir. Necə ki, Allah Təala belə demişdir: Şübhəsiz ki, səni otaqların arxasından səsləyənlərin əksəriyyəti anlamırlar.(Hücurat, 4). Deyilənə görə o Təmim oğullarından bir nəfər idi. “Mən sizin aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm” sözü də belədir.
-
32
Onlar dedilər: “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!”
31-ci ayənin təfsirinə bax.
-
33
Dedi: “Ey Adəm, bunların adlarını onlara bildir!” O, bunların adlarını onlara bildirdikdə dedi: “Mən sizə demədim ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?”
31-ci ayənin təfsirinə bax.
-
34
Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– dedikdə, İblisdən başqa səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu.
Bu Allah Təalanın Adəm üçün ümmətinə etdiyi böyük bir ikramdır. Çünki Allah Təala mələklərə Adəmə səcdə etmələrini əmr etmişdir. Bir çox hədis də buna dəlalət etməkdədir. Bunlardan bəziləri: Daha öncə qeyd edilən şəfaət hədisi ilə (aşağıda qeyd ediləcək) Musa (əleyhi ssalam) hədisidir. Musa (əleyhi ssalam): Ya Rəbbi, bizi və özünü (Adəmi) cənnətdən çıxaran Adəmi mənə göstər, dedi. Onunla (Adəmlə)görüşəndə isə: “Sən Allahın öz əli ilə Yaratdığı, ona ruhundan üfürdüyü və ona mələkləri səcdə etdirdiyi Adəmsən, dedi. Hədis irəlidə gələcəkdir inşəAllah. İbn Cərir belə demişdir: Bizə Əbu Qurayb o da Osman İbn Səiddən o da Bişr İbn Umarədən o da Əbu Ravkdan o da Dəhhaqdan nəql etdi ki, İbn Abbas belə demişdir: İblis mələklərin cin deyilən tayfasından idi. Onlar mələklərin arasından atəşdən Yaradılmışlardır. Adı da Haris idi. Cənnət xəzinədarlarından biri idi. Deyir ki, bütün mələklər bu tayfadan ayrı olaraq Yaradılmışdır. Quranda zikr edilən cinlər isə atəşin maric deyilən hissəsindən Yaradılmışlardır ki, o alovla Yanan atəşin uzanan dilidir. Deyir ki: İnsanlar palçıqdan Yaradıldı. Yer üzündə ilk yerləşənlər cinlər idi. Orada fəsad törədib qan tökdülər. Bir birlərini öldürdülər. Allah da onlara mələklərdən bir ordu göndərdi. Onlar cin deyilən qrupdan idilər. İblis onları və Yanındakıları öldürdü. Qalanlarını dənizlərin adalarına və dağlarına sıxışdırdı. İblis bunu edincə qürura qərq oldu. Heç kimin eləmədiyini elədim, dedi. Allah qəlbindəki bu duyğudan xəbərdar oldu. Yanındakı mələklər isə bunu fərq etmədilər. Allah onun Yanındakı mələklərə: “Mən yer üzündə bir xəlifə Yaradacam, dedi. Mələklər də buna cavab olaraq : “Orada cinlərin fəsad edib qan tökdükləri kimi fəsad edəcək və qan tökəcək kimsələr mi Yaradacaqsan?” dedilər. Allah Təala da : “Mən sizin bilmədiyinizi bilirəm” dedi. Demək istəyir ki: mən iblisin qəlbində sizin bələd olmadığınız təkəbbür və qürura bələd oldum. Sonra da Adəmin torpağının gətirilməsini buyurdu. Gətirdilər. Allah, Adəmi Yapışqan bir palçıqdan Yaratdı. Ayadə qeyd edilən ləzib, Yapışqan, sərt iylənən palçıq deməkdir. Torpaq yoğrulduqdan sonra bu hala gəlmişdir. Ondan Adəmi öz əli ilə Yaratdı. Orada qırx gün atılmış cəsəd olaraq qaldı. İblis onun Yanına gəlir və aYağı ilə vururdu. O da qab kimi səs çıxarırdı. Məhz Allah Təalanın : “Saxsı qab kimi palçıqdan” (Rəhman, 14) dediyi budur. Deyir ki, içi boş kimi idi, dolu deyildi. Sonra ağzından girər, arxasından çıxar, arxasından girər ağzından çıxardı. Sonra da palçığa: Sən bir şey deyilsən, heç bir şey üçün Yaradılmadın. Əgər istəsəm səni həlak edərəm. Əgər istəsəm səni üsYana sövq edərəm, deyardi. Allah ona öz ruhundan üfürüncə ona can baş tərəfindən gəldi. Cəsədinin harasına gəlirsə canlanır, ət və qan olurdu. Can göbəyinə gələndə cəsədinə baxdı, gördüyü mənzərə xoşuna gəldi. Qalxmaq üçün tərpəndi, edə bilmədi. Məhz Allah Təalanın: “İnsan çox tələskəndir” dediyi budur. Demək istəyir ki, tələskən, bolluğa və darlığa səbr edə bilməz. Bütün vücudu canlananda asqırdı; Allahın ilhamı ilə Əlhəmdulilləh dedi. Allah da ona: Yarhəmukə Allah, Ya Adəm dedi. Sonra Allah Təala göydəki mələklərə deyil xüsusi ilə İblislə bərabər olan mələklərə: Adəmə səcdə edin, dedi. Onlar da birlikdə səcdə etdilər, ancaq İblis inad edib, təkkəbbür göstərdi. Çünki içindən özünün böyük olduğunu keçirirdi. Mən ona səcdə etmərəm, mən ondan daha YaxşıYam. Yaşca ondan daha böyüyam və vücüdca ondan daha güclüyam. Məni atəşdən Yaratdın, onu isə palçıqdan, dedi. Atəş torpaqdan da qüvvətlidir, demək istəyirdi. İblis səcdə etmək istəməyincə, Allah da onu iblas etdirdi, yani bütün xeyirlərdən məhrum edərək məyus etdi. Onu üsYanına görə qovulmuş şeytan etdi. Sonra da Adəmə indi insanların bildiyi adları öyrətdi. İnsan, heyvan, yer, oba, dəniz, dağ, uzunqulaq və bənzəri sinifləri öyrətdi. Sonra da bu isimləri mələklərə yani İblislə bərabər olan və atəşdən Yaradılan mələklərə təqdim etdi, onlara: “Bunların adlarını mənə deyin” dedi. Yani əgər doğrusunuzsa, əgər yer üzündə nə üçün xəlifə Yaratdığımı “bilirsinizsə onların adlarını mənə xəbər verin” (Bəqərə, 31) dedi. Mələklər Allahdan başqasının bilməyacəyi şey haqqında danışdıqları üçün Allahın özlərinə qəzəbləndiyini öyrənəndə “Səni paklaşdırırıq” (Bəqərə, 32) dedilər. Allahdan başqa hər hansı birinin də qeybi bilməsindən uzaq tutmaq istədilər. Sənə tövbə etdik “bizə bildirdiyindən başqa elmimiz yoxdur” dedilər. Adəmə bildirdiyin kimimizə də bildirdiyinin xaricində qeyb iddia etməkdən uzaq durduq, əlimizi çəkdik, dedilər. O da: “Ey Adəm, onlara bunların adlarını xəbər ver” dedi. “Onlara bunların adlarını xəbər verincə, mən sizə demədim mi?” Məxsusi olaraq mələklərə dedi: “mən göylərin və yerin qeybini bilirəm” məndən başqası bilməz. “Aşkar olanı da bilirəm”. Dilinizlə dediyinizi “və gizli saxladıqlarınızı da”. Demək istəyir ki: Aşkarı bildiyim kimi gizlini də bilirəm, yani İblisin içində gizlətdiyi təkəbbür və qüruru da bilirəm. Rəvaytin bu cür gəlməsində qəriblik vardır. Bunda etiraz ediləcək yerlər vardır. Onlar haqqında mübahisə etmək uzun çəkər. Bu isnad İbn Abbasa gedib çıxır, bu ondan rəvayat edilən məşhur təfsirdir.
Suddi təfsirində belə demişdir: Bizə Əbu Malik o da Əbu Salihdən o da İbn Abbasdan həmçinin Mürrə o da İbn Məsuddan və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bəzi sahabələrindən, deyirlər ki, Allah istədiyi şeyləri Yaratdıqdan sonra Ərşə istiva etdi. İblis də dünYa səmasını qorumaqla vəzifələnmişdi. Mələklərin cin deyilən bir tayfasından idi. Onlara cin deyilməsi cənnətin xəzindarları olmalarındandır. İblis baş keşikçiliklə Yanaşı həm də xəzinadar idi. Onun qəlbində təkəbbürlük baş qaldırdı: Allah bu işi mənə mələklərdən fərqləndiyimüçün verdi, dedi. İçinə bu təkəbbür girincə, Allah bundan xəbərdar oldu. Allah, mələklərinə: “Yer üzündə bir xəlifə Yaradacam” dedi. Onlar da : “Rəbbimiz, bu xəlifə nə edəcək?” dedilər. O da: Onun zürriyyati olacaq, yer üzündə fəsad törədəcəklər. Bir birlərinə həsəd aparacaqlar və bir birlərini öldürəcəklər, dedi. Onlar da: “Orada fəsad çıxaracaq, qanlar tökəcək birilərini mi Yaradacaqsan. Biz isə səni həmd ilə təsbih edirik, səni təqdis edirik, dedilər. O da: “Mən sizin bilmədiyinizi bilirəm, dedi” yani İblisə aid olaraq demək istədi. Allah Cəbrayılı oradan torpaq gətirmək üçün yerə göndərdi. Yer: Məndən torpaq götürməyindən vəYa məni çirkinləşdirməndən Allaha sığınıram, dedi. O da bir şey almadan geri qayıtdı: Ey Rəbbim, yer sənə sığındı, mən də ona toxunmadım, dedi. Allah bundan sonra Mikayılı göndərdi. Yer ondan da Allaha sığındı. O da ona toxunmadı. Geri qayıtdı, Cəbrayılın dediyi kimi dedi. Allah bu dəfə də ölüm mələyini göndərdi, yer yenə Allaha sığındı. O da: Mən də əmrini yerinə yetirmədən geri qayıdmaqdan Allaha sığınıram dedi. Yerdən götürdü və qarışdırdı. Götürdüyü torpaq bir yerdən deyildi. Qırmızı, ağ və qara torpaq aldı. Onun üçün Adəm oğulları müxtəlif rənglərdə oldular. O da torpağı yuxarı çıxardı. Torpaq yoğruldu, Yapışqan bir palçıq oldu. Sonra mələklərə: “Mən palçıqdan bir insan Yaradacam. Onu surət verib ruh verdiyim vaxt ona səcdəya qapanın” (Sad, 71-72) dedi. Allah onu əliylə Yaratdı ki, İblis ona qarşı təkəbbür göstərməsin və ona: Sən əlimlə Yaratdığım şeya qarşı təkəbbürlük edirsən, mən isə onu insan olaraq Yaratmaqdan təkəbbürlənmirəm, desin. O da Cümə günü qədər bir vaxt içində qırx il palçıqdan düzəldilmiş bir cəsəd olaraq qaldı. Mələklər ona baş çəkdilər, onu görəndə ondan təlaş etdilər. Ən çox təlaş edən də İblis idi. Ona baş çəkər, onu vurar, o da qab kimi səs çıxarar və cingildəyardi. Məhz “qab kimi palçıqdan” (Rəhman, 14) dediyi budur. Şeytan ona: Sən mütləq bir şey üçün Yaradıldın deyar və ağzından girər, arxasından çıxardı. Mələklərə: Bundan qorxmayın, çünki Rəbbimiz Saməddir, bunun isə içi boşdur, deyardi. Əgər onunla qarşıdurmam olarasa mütləq onu tam məhv edərəm deyardi. Allah Təalanın istədiyi an ona ruh üfürmə zamanı gəlincə, mələklərə: Ona ruhumdan üfürdüyüm zaman ona səcdə edin, dedi. Ona ruh üfürdü. Ruh onun başından girincə asqırdı. Mələklər ona: Əlhəmdulilləh deməyi söylədilər. O da: Əlhəmdulilləh dedi. Allah da ona: Yarhəmukə Allah dedi. Ruh gözlərinə girincə cənnət meyvələrinə baxdı. Ruh içinə girəndə könlünə yemək düşdü. Ruh aYaqlarına çatmamış, sıçradı, cənnət meyvələrinə tərəf qaçmaq istədi. Məhz Allah Təalanın: “İnsan tələskən Yaradıldı” (ƏnbiYa, 37) dediyi budur. “Mələklərin hamısı səcdə etdilər, ancaq İblis səcdə edənlərlə birgə olmaqdan üz çevirdi” (Hicr, 30-31). Lovğalıq və təkəbbürlük etdi və kafirlərdən oldu. Allah ona: “İki əlimlə Yaratdığım şeya səcdə etməni buyurduğum zaman sənə səcdə etməyə nə mane oldu?” dedi. O da: Mən ondan daha xeyirliyam, palçıqdan Yaratdığın insana səcdə eləyan deyiləm, dedi. Allah da ona: “En ordan, sənin təkəbbürlük etməyə haqqın yoxdur, çıx çünki sən alçaldılmışlardansan” dedi. (Əraf, 13). Ayadə qeyd edilən sağar zəlillikdir. “Adəmə bütün adları öyrətdi” sonra da məxluqatı mələklərə təqdim etdi. “Əgər doğrusunuzsa bunların adlarını deyin” dedi. Yani adəm oğullarının yer üzündə fəsad edər və qan tökərlər sözündə haqlısınızsa, deməkdir. Onlar da: “Səni bütün nöqsanlardan uzaq tutarıq, bizim sənin bildirdiyindən başqa biliyimiz yoxdur. Şübhəsiz sən elm və hikmət sahibisən” dedilər. Allah da: “Ey Adəm, onlara bunların adlarını izah et, dedi. O da izah edincə: Mən sizə göylərin və yerin qeybini bilirəm və mən sizin aşkara çıxardığınızı da gizli saxladığınızı da bilirəm, demədim mi?” dedi. Məhz onların, “orada fəsad edərlər” dedikləri aşkara çıxartdıqları şeydir. “Gizli saxladıqları” da İblisin içində gizlətdiyi təkəbbürdür. Səhabələrə gedib çıxan bu sənəd, Suddi təfsirində məşhurdur. Onda bir çox israilliyat vardır. Yaxud da onlar bunu köhnə kitablardan almışlar. Allah ən doğrusunu biləndir. Hakim də Müstədrəkində eynilə bu sənədlə rəvayat edər və bəzi şeylər Buxarinin şərtinə uyğundur, deyir.
Məqsəd budur: Allah Təala mələklərə Adəmə səcdə etmələrini əmr edincə İblis də bu xitabın içinə girdi. Çünki o hər nə qədər onların növündən olmasa belə ancaq onlara bənzəmiş və eyni işləri etmişdi. Buna görə də xitaba daxil oldu və əmrə müxalif olduğu üçün də qınandı. Məsələni inşəAllah “Ancaq İblis, o cinlərdən idi, Rəbbinin əmrindən çıxdı” (Kəhf, 50) ayəsində ətraflı izah edəcəyik. Bunun üçündür ki, Muhamməd İbn İshaq belə demişdir: Bizə Həllad o da Ətadan o da Tavusdan nəql edir ki, İbn Abbas belə demişdir: İblis bu üsYanı qaldırmamışdan qabaq mələklərdən idi və adı Əzazil idi. Yer sakinlərindən idi. Mələklərin ən çox ibadət edəni və ən çox biləni idi. Onu təkəbbürə gətirən də budur. O cin deyilən bir tayfadan idi. Hallad Atadan o da, Tavusdan vəYa Mücahid ibn Abbas vəYa qeyrisi şəklində bənzər bir rəvayat etmişdir. İbn Əbu Hatim belə demişdir: Bizə atam, o da Səid İbn Süleymandan o da Abbaddan yani İbn Avvamdan o da SüfYan İbn Hüseyndən o da Yala İbn Muslimdən o da Səid İbn Cubeyrdən nəql edir ki, İbn Abbas belə demişdir: İblisin adı Əzazil idi. Mələklərin əşrəfindən və dörd qanadlılardan idi. Sonra məyus oldu, ümütsüzlüya düşdü və uzaqlaşdırıldı. Suneyd, İbn Cureyc rəvayatində İbn Abbas belə demişdir: İblis mələklərin əşrəfindən və ən etibarlı qəbilələrindən idi. Cənnət xəzinadarı idi. DünYa göyü üzərində səlahiyyati vardı. Yerdə də eyni gücə sahib idi. Dəhhaq və digərləri də İbn Abbasdan eynisini rəvayat etmişlər. Təvəmənin mövlası Salihdən rəvayat edilir ki, İbn Abbas belə demişdir: Mələkklərdən bir qəbilə vardır ki, onlara cin deyilirdi. İblis onlardandır. Yerlə göy arasında idarəçi idi, Allaha üsYan etdi. Allah da onu qovulmuş şeytana çevirdi. Bunu İbn Cərir rəvayat etmişdir. Qatadə, Səid İbn Musəyyabdən belə rəvayat etmişdir: İblis dünYa göyü mələklərinin rəisi idi. İbn Cərir belə demişdir: Bizə Muhəmməd İbn Bəşşar o da Adıy İbn Adıy o da Avfdən nəql edir ki, Həsən belə demişdir: İblis zərrə qədər də heç vaxt mələklərdən olmadı. O cinlərin əslidir, necə ki Adəmin də insanların əsli olması kimi. Həsəndən gələn bu isnad səhihdir. Əbdürrəhman İbn Zeyd İbn Əsləm də eynisini demişdir. Şəhr İbn Havşəb də belə demişdir: İblis mələklərin qovladığı cinlərdəndir. Bəzi mələklər onu əsir edib göyə götürdülər. Bunu İbn Cərir rəvayat etmişdir. Suneyd İbn Davud belə demişdir: Bizə Huşeym o da Əbdürrəhman İbn YahYadan o da Musa İbn Numeyrdən o da Osman İbn Səid İbn Kamildən nəql olunur ki, Sad İbn Məsud deyir ki: Mələklər cinlərlə döyüşürdü. İblis əsir alındı, balaca idi. Mələklərlə bərabər ibadət edirdi. Adəmə səcdə etməsi əmr edilincə inad etdi. Məhz Allah Təalanın: “Ancaq İblis cinlərdən idi” (Kəhf, 50) dediyi budur. İbn Cərir belə demişdir: Bizə Muhəmməd İbn Sinan əl-Qəzaz o da Əbu Asimdən o da Şərikdən o da bir adamdan o da İkrimədən nəql olunur ki, İbn Abbas belə demişdir: Allah bir məxluq Yaratdı: Adəmə səcdə edin, dedi. Onlar da: Etmirik, dedilər. Allah üzərilərinə atəş göndərib onları Yandırdı. Sonra başqa bir məxluq Yaratdı: “mən palçıqdan bir insan Yaradacam” (Sad, 71) Səcdə edin Adəmə, dedi. Onlar da: Qəbul etmədilər. Allah onlara da atəş göndərib Yandırdı. Sonra bunları Yaratdı: Adəmə səcdə edin, dedi. Onlar da: Olsun, dedilər. İblis Adəmə səcdə etməyənlərdən idi. Bu qəribdir, haradasa sənədi doğru deyildir. Çünki içində bilinməyan bir adam vardır. Bu kimi ravidən dəlil qəbul edilməz. Allah ən doğrusunu biləndir.
İbn Əbu Hatim əbu Səid əl Əşəcdən o da Əbu Usamədən o da Saleh ibn HəyYamdan, o da Abdullah ibn Bureydədən: “O kafirlərdən oldu” ayəsində “o inad edən kəslərdən oldu və onları od Yandırdı” Əbu Cəfər Rabidən oda Əbu Aliyadən “o kafirlərdən oldu” ayəsində demişdir: yani Asilərdən oldu. Suddi “o kafirlərdən oldu” ayəsində isə demişdir: O kəslərdən oldu ki, Allah Təala həmin gündən sonra bir daha onlardan Yaratmadı. Muhəmməd ibn Kəb əl Qurazi demişdir: Allah İblisin Yaradılışını, onun küfr və zəlalət üzrə olması ilə başlamış sonra o mələklərin əməlini etmiş və Allah onun göstərdiyi əmələ uyğun dəyişmişdi. Allah Təala belə deyir: O kafirlərdən oldu.
Qatadə: “Bir zamanlar mələklərə, Adəmə səcdə edin demişdik” ayəsində belə demişdir. İtaət Allaha, səcdə Adəmə idi. Allah mələkləri ona səcdə etdirməklə Adəmə ikram etdi.
Bəziləri belə demişdirlər: Bu hörmət, salamla və iltifat səcdəsi idi. Necə ki Allah təala belə demişdir: “O (Yusif ), ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar (hamısı) onun qarşısında səcdə etdilər. O dedi: “Atacan! Bu, çoxdankı yuxumun yozumudur” (Yusif,100).
Bu keçmiş ümmətlərdə icazəli idi ancaq bizim dində nəsx edilmişdir. Muaz belə demişdir: Şama gəldim onların öz yepiskoplarına və alimlərinə səcdə etdiklərini gördüm. Ey Allahın Rəsulu, sən səcdə edilməya daha layiqsən dedim. O da: Xeyir, Əgər bir bəşərin bir bəşərə səcdə etməsini əmr edəcək olsaydım, əmr edərdim ki, qadın öz ərinə səcdə etsin. Çünki üzərində o qədər böyük haqqı vardır, dedi.
Razi bu rəyi üstün saymışdır. Bəziləri də belə demişdir. Xeyir səcdə Allah üçün idi, Adəm isə burada qiblə idi. Necə ki Allah Təala belə demişdir: “Namazı günəşin qürubu üçün qıl” (İsra, 78). Bu bənzətmədə əskiklik vardır. Ən aydın olanı birinci rəyin daha Yaxşı olmasıdır. Səcdə Adəmə iltifat, təzim, hörmət və salam üçündür. O da Əziz və Cəlil olana itaətdir. Çünki əmrini yerinə yetirməkdir. Razı bu rəyi dəstəkləmiş digər iki rəyi zəif hesab etmişdir. Onlar da Adəmin qiblə olmasıdır. Çünki bunda hər hansı bir şərəf ifadəsi yoxdur. Digəri də səcdədə məqsəd baş əymədir, bel əymək, alnı yerə qoymaq deyildir, rəyidir. Bu da deyildiyi kimi zəifdir.
Qatadə “İblisdən başqa hamısı səcdə etdi O imtina edib təkəbbür göstərdi və kafir oldu.” Ayəsində belə demişdir: Allahın düşməni İblis, Allahın Adəmə (aleyhi salam) etdiyi iltifatı qısqandı. Mənim əslim oddandır, onun əsli isə torpaqdır dedi. Bu da günahların ilki oldu. Allahın düşməni Adəm (aleyhi salam) səcdə etməkdən təkəbbürlüklə boyun qaçırdı.
Səhihdə (Müslim 91) belə deyilmişdir: “Qəlbində xardal dənəsi qədər təkəbbür olan cənnətə girməyacək.” İblisdə isə o qədər təkəbbür, küfr və inad var idi ki, onu Allahın mərhəmətindən və dərgahından qovdu və uzaqlaşdırdı. İbn Əbu Hatim belə demişdir: Bizə Əbu Səid əl Əşəc, o da Üsamədən, o da Saleh ibn Xəyyandan rəvayat edib ki, Abdullah ibn Bureyrə, “İblis kafirlərdən oldu” ayəsində inadkarlıq edib atəşin yandırdığı kimsələrdən oldu demişdir. Əbu Cəfər, Rəbidən rəvayat edir ki, Əbu Aliya kafirlərdən oldu ayatində asilərdən oldu demişdir. Suddi də bu ayadə: Allah o gün kafirləri hələ yaratmamışdı, sonradan olcaqdılar demişdir. Muhamməd ibn Kab əl Qurazi də belə demişdir: Allah İblisi Küfr və dəlalət üzrə yaratdı, o da mələklər kimi əməl etdi. Allah onu Yaratdığı küfrə döndərdi. Kafirlərdən oldu dedi. Qatadə də “Bir zaman Biz mələklərə: «Adəmə səcdə edin!»– dedikdə” ayəsində belə demişdir: İtaət Allah üçündür, Səcdə də Adəm üçündür. Allah mələklərə səcdə etdirərək ona iltifat etdi. Bəzi dilçilər isə belə demişdirlər: Kafirlərdən oldu demək itaətdən çəkindiyi üçün kafirlərə çevrildi deməkdir. Necə ki bu ayələr də belədir: “Boğulanlardan oldu” (Hud, 43), “İkiniz də zalimlərdən olarsınız” (Bəqərə, 35). Şair belə demişdir:
Kimsəsiz səhrada elə bir dərə təpə bir yer var ki,
Sanki o yumurtaları cücə olmuş vəhşi göyərçindir.
Burada istifadə edilən kənət, sarət mənasındadır. İbn Furak də nəzərdə tutulan budur ki, Allahın elmində kafirlərdən idi, demişdir. Qurtubi də bu rəyi üstün hesab etmiş və bura bir məsələ qeyd etmişdir: alimlərimiz demişlər: Allah peyğəmbər olmayan bir kəsin əlində kəramətlər və qeyri-adi şeylər göstərirsə bu onun vəli olduğuna dəlalət etməz. Sufilər və Rafizilər isə buna qarşı çıxarlar. Qurtubinin ifadəsi belədir: Sonra dediyini belə sübut etməyə çalışmışdır: Biz bu əlində qeyri-adi şey görünən kimsənin Allaha imanla gedəcəyini xəbər verə bilmərik. Və vəli deyilən şəxs üçün də xəbər verilə bilməz.
Mən də deyirəm ki, bəziləri də bu dəlili gətirmişdilər: Qeyri işləri vəlidən başqa hər hansı bir pis əməl sahibi vəya kafir də edə bilər. Bunu da ibn Səyyad hadisəsindən başa düşürük. Peyğəmbər (salləllahu aleyhi və səlləm) “bəlkə o gün apaçıq bir duman gətirər” (Duhan, 10) ayasini içində gizlədi, o da Duh duh (an ) dedi. Bir də onun qəzəbləndiyi zaman yolu doldurmasını da dəlil olaraq göstərmişdilər. Sonda Abdullah ibn Ömər bir dəyənəklə onu vurdu. Dəccal hədisləri buna dəlildir. Çünki oda bir çox qeyri adi şeylər göstərir, məsələn göyə yağış yağdırmasını əmr edər, o da yağdırar, yerə ot bitirməsini əmr edər o da bitirər. və yeraltı xəzinələr ana arı kimi arxasınca düşər. Və bir gənci öldürər sonra da dirildər. Bunlardan əlavə başqa qorxunc şeylər də göstərər.
Yunis ibn Abdulalə əs Sədəfi rəvayət edir ki, Şafiiyə dedilər ki, Leys ibn Sad: Bir adamın suyun üzərində yeridiyini görsəniz, onun etdikərini kitab sünnəya qaytarmadan ona aldanmayın dedi. Şəfii də Leys (rəhmətullahi aleyh) az deyib, hətta bir adamın suyun üzərində yeridiyini və hətta havada uçduğunu görsəniz, işini kitaba sünnətə qaytarmadan ona aldanmayın dedi.
Razi və digərləri alimlərdən belə iki rəy nəql etmişlər: Adəmə səcdə etmələri əmr edilən mələklər xüsusi bir qrup idimi yoxsa ümumən göy və yer mələkləri idilər? Hər iki fikri müdafiə edənlər vardır. “İblis xaric bütün mələklər səcdə etdilər” ayəsindən ümumi olduğu başa düşülməkdədir. Bu dörd rəy ümumi olduğunu dəstəkləməkdədir. Allah ən doğrusunu biləndir.
-
35
Biz dedik: “Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin, təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”.
Allah Təala Adəmə etdiyi iltifatdan xəbər verir, daha əvvəl də mələklərin ona səcdə etmələrini buyurmuşdu. Ancaq İblis inad edərək etiraz etmişdi. Cənnəti Adəmə icazəli etdi, istədiyi yerdə məskunlaşar və istədiyi qədər yəni yararlı, bol və xoş olaraq yeyirdi. Hafiz Əbu Bəkir ibn Mərdəveyh belə demişdir: Mənə Muhamməd ibn İsa əd-Daməğani, o da Sələmə ibn Faddan, o da Mikayıldan, o da Leysdən, o da İbrahim ət Teymidən, o da atasından rəvayət etdi ki, Əbu Zərr dedi ki, Ey Allahın Rəsulu, Adəm peyğəmbər idimi? dedim. O da belə dedi: Bəli, Rəsul peyğəmbər idi. Allah onunla bir başa danışdı. Sən və Zövcən cənnətə yerləşin dedi. Adəmin yerləşdiyi Cənnət göydədirmi yerdədirmi deyə ixtilaf edilmişdir. Çoxluq birinci rəyi dəstəkləməkdədir. Qurtubi Mötəzilə ilə qədərilərdən yerdə olduğunu nəql etmişdir. Bunun incələnib təhlil edilməsi də Əraf surəsində gələcəkdir inşəAllah. Ayənin axışına baxılarsa Həvva Adəm cənnətə girməzdən əvvəl yaradılmışdır. Muhamməd ibn İshaq bunu açıq aydın ifadə etmiş və demişdir: Allah İblisi təhdid etdikdən sonra Adəmə bütün adları öyrətdi. Ey Adəm onlara bu adları xəbər ver dedi. Sonra Tövrat əhlindən və digər elm adamlarından rəvayətlə Ibn Abbas belə demişdir: Sonra Adəm Yatdı, Allah onun sol qabirğalarından birini çıxartdı, yerini ətlə bərpa etdi. Adəm isə Yatmışdı, yuxusundan oyanmadı. Sonda Allah onun o qabırğasından zövcəsi Həvvanı Yaratdı. Adəmin isinməsi üçün ona qadın şəkli verdi. Adəmin yuxusu keçib oyandığı zaman onu Yanında gördü. Deyilənə görə — Allaha ən doğrusunu bilir- Ətim, qanım və ruhum dedi. Onda hüzur tapdı. Allah onu ona zövcə etdikdə ona isinişdi. Allah ona birbaşa: Ey Adəm sən və zövcən Cənnətdə yerləşin dedi. Orada istədiyiniz yerdə bol-bol yeyin ancaq bu ağaca yaxınlaşmayın, (yoxsa) sonra zalımlardan olarsınız, dedi. Həvvanın Cənnətə girdikdən sonra Yaradıldığı da söylənmişdir. Necə ki, Suddi, Əbu Malik, Əbu Saleh, Ibn Abbas, Mürrə, Ibn Məsud və bir qrup sahəbədən belə dediklərini rəvayət etmişdir. İblis Cənnətdən çıxarıldı, Adəm cənnətə yerləşdirildi. Orada ürkək gəzirdi, yanına yaxınlaşacaq bir cütü yox idi. Xəfif bir yuxuya getdi, oyandı baş ucunda oturan bir qadın gördü. Allah onu Adəmin qabırğasından Yaratmışdı. Ona soruşdu: Dən nəsən? dedi. O da Qadın dedi. Niyə Yaradıldın? Dedi. O da Sənə hüzur vermək üçün dedi. Mələklər Adəmin elmini ölçmək üçün Ey Adəm onun adı nədir? Dedilər. O da Həvva, dedi. Niyə? dedilər. O da: çünki bir canlıdan yaradıldı, dedi. Allah Təala da Ey Adəm sən və zövcən cənnətə yerləşin, istədiyiniz yerdən bol — bol yeyin dedi.
“Bu ağaca yaxınlaşmayın”. Bu Allahın Adəmi sınaması və imtahanıdır. Bu ağacın nə olduğunda ixtilaf edilmişdir. Suddi bir nəfərdən rəvayət etmişdir ki, Ibn Abbas: Adəmə qadağan edilən ağac, üzüm talvarı, tənəyi idi, demişdir. Səid İbn Cubeyr, Suddi, Şabi, Cadə ibn İbrahim, Muhamməd ibn Qeys da belədemişlər. Yenə Suddi, Əbu Malik, Əbu Saleh, Ibn Abbas, Mürrə, İbn Məsud və bir bölük səhabədən qadağan edilən ağacın üzüm olduğunu söyləmişlər. Yəhudilər isə onun buğda olduğunu iddia edirlər. Ibn Cərir ilə ibn Hatim belə demişlər: Bizə Muhamməd ibn İsmayıl ibn Səmurə əl Əhməsi o da Yəhya ibn Himmanidən, o da Nadr Əbu Amr əl Hərrazdan o da İkrimədən rəvayət etmişdir ki, Ibn Abbas belə demişdir: Adəmə qadağan edilən ağac (buğda) sünbül ü idi. Əbdurrəzzaq belə demişdir: Bizə ibn Uyeynə ilə ibn Mubarək, onlar da Həsən ibn Umarədən, o da Amr ibn Səid ibn Cubeyrdən rəvayət edilir ki, Ibn Abbas onun sünbül olduğunu demişdir.
Muhamməd İbn İshaq, bir elm adamından o da Mücahiddən rəvayət edilir ki, ibn Abbas o buğdadır demişdir. Ibn Cərir deyir ki, Mənə Müsənna ibn İbrahim, ona da Müslim ibn İbrahim, ona da Qasım, ona da Teym oğullarından bir nəfər rəvayət etdi ki, İbn Abbas Əbul Cələdə Adəmin yediyi bu ağacı və Adəmin altında tövbə etdiyi ağac haqqında soruşmaq üçün məktub Yazdı. Əbulcələd də ona mənə Adəmə qadağan edilən ağacı soruşursan o sünbüldür. Mənə Adəmin tövbə etdiyi ağacı soruşursan o da zeytundur. Dedi. Həsən Bəsri, Vəhb ibn Münəbbih, Atiyyə əl Avfi, Əbu Malik, Muharib ibn Disar və Əbdurrəhman ibn Əbu Leyla da belə təfsir etmişdirlər. Muhamməd ibn İshaq, bir yəmənlidən, o da Vəhb ibn Münəbbihdən rəvayət edir ki, O buğda idi amma Cənnətdəki buğdanın bir ədədi inək böyrəyi boyda idi. Qaymaqdan yumşaq və baldan daha şirin idi. Sufyan Sevri Husayndan rəvayət edir ki, O da əbu Malikdən o ağac xurma idi, demişdir. Ibn Cərir rəvayət edir ki, Mücahid o əncir ağacı idi, demişdir. Qatadə ilə Ibn Cureyc də belə demişlər. Əbu Cəfər o da Rəbi ibn Ənəsdən rəvayət edir ki, Əbu Aliyə belə demişdir: O elə bir ağacdır ki, ondan yeyənin dəstəmazı pozulardı. Cənnətə isə dəstəmazsızlıq olmaz. Əbdurrəzzaq deyir ki, Bizə Ömər ibn Əbdurrəhman ibn Məhrəb rəvayət edir ki, Vəhb ibn Münəbbih belə dediyini eşitdim: Allah Adəm ilə Həvvanı cənnətdə yerləşdirdikdən sonra o ağacdan yeməyi qadağan etdi. Ağacın budaqları bir birinə keçmişdi. Mələklər ölümsüz olduqları üçün onun meyvələrindən yeyərdilər. Adəm ilə Həvvanın məhrum edildikləri meyvə məhz bu idi.
O ağacı müəyyən etmək üçün bu altı rəy irəli sürülmüşdür. İmam Əbu Cəfər İbn Cərir (rəhmətullahi aleyh) belə demişdir. Bu haqda ən doğrusu belə deməkdir: Uca Allah Adəm ilə Həvvaya Cənnətdə müəyyən edilmiş bir ağacdan yeməyi qadağan etdi. Digər ağaclara isə icazə verdi. O ikisi də ondan yedilər. Tam olaraq o ağacın hansı olduğunu bilmirik. Çünki Allah qulları üçün bu haqda nə Quranda nə də səhih sünnədə bir izah verməmişdir. Onun üzüm ağacı olduğu da deyilmişdir. Əncir deyənlər də vardır. Bunlarda biri olması da icazəlidir. Bu elə bir məlumatdır ki, biləninə fayda verməz bilməyəninə də zərər verməz. Allah ən doğrusunu biləndir. İmam Fəxrəddin Razi təfsirində və digərləri bu rəyi üstün hesab etmişdirlər. Doğrusu da budur.
Allah Təala belə demişdir: O ikisini oradan (sürüşdürüb) aldadıb çıxartdı. Burada keçən anha əvəzliyinin cənnətə şamil edilməsi doğrudur. Bu halda cümlənin mənası Onları oradan uzaqlaşdırdı, olar. Necə ki, Asim ibn Bəhlə, yəni ibn Əbu Nücud, belə (fəəzəlləhumə) oxumuşdur. Əvəzliyin ən Yaxına yəni ağaca da şamil olunması doğrudur. Bu zaman da cümlənin mənası Həsən ilə Qatadənin dediyi kimi, Onları o zəllə səbəbi ilə oradan aldadıb çıxartdı şəklində olar. Bu vəziyyətdə anha səbəbiyyət bildirmiş olur. Necə ki, Allah Təala belə demişdir: Ondan çevrilən O səbəblə çevrilir. (Zariyat, 9) “Onları içərisində olduqları şeydən çıxartdı” yəni libasdan, geniş evdən, bol ruzidən və rahatlıqdan deməkdir.
Biz dedik “Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyan (olunmuş) vaxtadək məskən və gün-güzəran vardır”. Bu da sığınacaq, ruzilər və müəyyən bir müddətə qədər uzanan əcəl deməkdir. Sonra da Qiyamət qopar. Suddi, Əbu Aliyə, Vəhb ibn Münəbbih və digər təfsirçilər ilan və İblislə əlaqədar olaraq israiliyyat xəbərləri nəql etmişlər və iblisin cənnətə necə girdiyini və necə vəsvəsə verdiyini xırdalıqlarına qədər rəvayət etmişdirlər. Biz də bunu Əraf surəsində geniş olaraq rəvayət edəcəyik, İnşəAllah. Orada buradakından daha geniş bir qissə vardır. Müvəffəq etmə Allahdandır.
İbn Əbu Hatim burada belə demişdir: Bizə Əli ibn Həsən ibn İşqab, o da Ali ibn Asimdən, o da Səid ibn Əbu Urubədən, oda Qatadədən o da Həsəndən, o da Ubey ibn Kəbdən rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Allah Adəmi uzun boylu gur saçlı, uzun bir xurma ağacı kimi Yaratdı. Ağacdan dadınca paltarı üstündən düşdü, ilk görünən övrət yeri oldu. Övrət yerinə baxan kimi Cənnətə tərəf qaçmağa başladı. Onu bir ağac tutub özünə tərəf çəkdi, Rəhman Allah ona :”Ey Adəm, məndən qaçırsan?” dedi. O da Rəhmanın kəlamını eşitdi: Ya Rəbbi Xeyir, ancaq utandığımdan qaçıram dedi. Mənə Cəfər İbn Əhməd ibn əl Həkəm əl Qureyşi iki yüz əlli dördüncü ildə rəvayət etdi, o da Süleyman ibn Mansur ibn Əmmardan, o da Əli ibn Asimdən, o da Səiddən, o da Qatadədən, o da Ubey ibn Kəbdən rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm), belə demişdir: Adəm ağacın dadına baxınca sıçrayıb qaçmağa başladı, “Məndənmi qaçırsan” deyə bir səs gəldi. O da Xeyir, səndən utandığımdan qaçıram dedi. O da belə dedi, Ey Adəm mənim dərgahımdan çıx. İzzət və Cəlalıma and içirəm ki, mənə üsyan edən burada mənimlə bir yerdə qala bilməz. Əgər sənin kimi yer dolusu insan yaratsam və onlar mənə üsyan etsələr onları asilər yurduna salaram. Bu qərib bir hədisdir. Onda qırıqlıq hətta Qatadə ilə Ubey ibn Kab (radiyallahu ənhum) arasında idal vardır.
Hakim belə demişdir: bizə Əbu Bəkr ibn Buluveyh, o da Muhamməd ibn Əhməd ibn Nadrdan, o da Muaviyyə ibn Amrdan, o da Zaidədədən, o da Əmmar əbu Muaviyyə əl Bəcəlidən, o da Səid ibn Cubeyrdən rəvayət edir ki, Ibn Abbas belə demişdir: Adəm Cənnətdə ancaq əsrdən günbatana qədər qaldı. Hakim belə demişdir: Bu hədis səhihdir, iki şeyxin şərtlərinə uyğundur, buna baxmayaraq kitablarına daxil etməmişlər. Abd ibn Umeyd təfsirində belə demişdir: Bizə Ravh, o da ,Hişamdan rəvayət etdi ki, Həsən belə demişdir: Adəm Cənnətdə ancaq gündüzün bir saatı qaldı. O da dünya günləri ilə yüz otuz il edər. Əbu Cəfər rəvayət edir ki, Rəbi ibn Ənəs belə demişdir: Adəm cənnətdən saat doqquzda vəya onda çıxdı. Adəm çıxanda Yanında Cənnət ağaclarından bir budaq var idi. Başında isə Cənnət budaqlarından bir tac var idi. O da cənnət ağaclarında bir çələng şəklində idi. Suddi deyir ki Allah Təala: Hamınız ordan enin (Bəqərə, 38) dedi. Endilər Adəm Hindistana endi. Yanında Hacərul Əsvəd və bir dəstə Cənnət yarpağı var idi. Onu Hindistana səpdi ondan da ədviyyatlar çıxdı. Hindistandan gətirilən bu ədviyyatların əsli Adəmin gətirdiyi o dəstədəndir. Adəm onu Cənnətdən çıxmasına təəssüfləndiyi üçün xatirə olaraq özü ilə götürmüşdür.
İmran ibn Uyeynə o da Ata ibn Saibdən, o da Səid ibn Cubeyrdən rəvayət etmişdir ki, Ibn Abbas belə demişdir: Adəm Hindistanın Dehna torpağına endirildi. İbn əbu Hatim, o da Əbu Zuradan, o da Osman ibn əbu Şeybədən, o da Cərirdən o da Səid ibn Musəyyəbdən rəvayət edir ki, Ibn Abbas belə demişdir: Adəm (əleyhi ssalam) Məkkə Taif arasında Dehna deyilən bir yerə endirildi. Həsən Bəsri belə demişdir: Adəm Hindistana, Həvva Ciddəyə, İblis Bəsrədən bir neçə mil aralı Destmisana, ilan da İsfəhana endirildi. Bunu ibn əbu Hatim rəvayət etmişdir. Muhamməd ibn Əbu Hatim belə demişdir: Bizə Muhamməd ibn Əmmar ibn əl Haris, o da Muhamməd ibn Səid ibn Sabiqdən o da Ömər ibn əbu Qeysdən oda, Zubeyr ibn Adiydən rəvayət edir ki, ibn Ömər belə demişdir: Adəm Səfaya, Həvva da Mərvəya endirildi. Rəca ibn Sələmə də belə demişdir: Adəm (əleyhi ssalam) əli dizlərində, başı aşağı əyik olaraq endirildi. İblis barmaqlarını bir birinə keçirmiş vəziyyətdə göyə baxaraq endirildi. Əbdurrəzzaq deyir ki, mənə Mamər, o da Avfdan, o da Qasamə ibn Zuheyrdən rəvayət edir ki, Əbu Musa belə demişdir: Allah Adəmi Cənnətdən yerə endirdiyi zaman ona hər bir iş görməyi öyrətdi. Ona Cənnət meyvələrindən azuqə hazırladı. Budur sizin bu meyvələriniz Cənnət meyvələrindəndir. Lakin bu xarab olar, o xarab olmaz. Zuhri belə demişdir: Mənə Əbdürrəhman ibn Hurmuz əl Ərəc, o da əbu Hureyrədən rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Günəşin doğduğu ən xeyirli gün Cümə günüdür. Adəm o gün Yaradıldı, o gün Cənnətə daxil edildi, o gün də Cənnətdən çıxarıldı. Bunu Müslim (854) və Nəsai (1373) rəvayət etmişdirlər. Razi belə demişdir: Bil ki, bu Ayədə bütün günahlar haqqında bir neçə tərəfdən böyük təhdidlər vardır.
Birincisi: Adəmin başına gələnlər bu kiçik səhv səbəbi ilə gəldi. O isə üsyanlardan çox qorxardı. Şair belə demişdir:
Ey qəflət içində cüt gözlə baxan
Lakin Həqiqəti görməyən insan
Günahı günaha Yaman qatırsan
Və sən Cənnətdə də məqam umursan
Abid məqamları keçir könlündən
Lakin unudursan Adəm Cənnətdən
Yəni günah içrə, umduğun yerdən
Bir tək günah ilə çıxarılmışdı…
Ibn Qasım da belə demişdir:
Görürsən, biz düşmən əsirləriyik,
Vətənə salamat sağ dönəsiyik
Razidən Fəth Əl Mosuli belə demişdir: Bizlər Cənnətdə olan bir qövm idik. İblis bizi əsir edib dünyaya gətirdi. Çıxarıldığımız yurda dönməmiz üçün ağlayıb sızlamaqdan başqa çarəmiz yoxdur. Əgər “Adəmin çıxarıldığı Cənnət cumhurun dediyi kimi göydədirsə, İblis Cənnətə necə girmişdir? Oradan Qədərə uyğun olaraq qovulmuşdur. Qədər isə pozulmaz və ona qarşı gəlinməz?” deyilərsə. Adəmin yerləşdiyi Cənnət yerdə idi göydə deyildi deyən də eyni dəlillə cavab vermişdir. Necə ki, biz də bunun Əl Bidəyə və Nihəyə kitabimızın əvvəlində geniş izah etmişik. Cumhur da buna bir neçə yöndən cavab vermişdir. Birincisi: O Cənnətə izzətlə girməkdən məhrum edilmişdir. Amma oğru və alçaq kimi girməsi bura aid deyil. Buna görə də bəziləri demişlər ki, Tövratda yazıldığına görə Cənnətə İlanın ağzında girmişdir demişdilər. Bəziləri də belə demişdir: Ehtimal var ki ikisinə də Cənnətin qapısının ağzından vəsvəsə vermişdir. Bəziləri də belə demişdilər: O yer üzündə, onlar da göydə ikən vəsvəsə verilmiş ola bilər. Bunları Zəməxşəri və qeyriləri öz təfsirində qeyd etmişlər. Qurtubi burada ilanlar, onların öldürülməsi və bunun hökmü haqqında bəzi hədislər gətirmiş, gözəl və faydalı məlumatlar vermişdir.
-
36
Şeytan isə onları aldadıb olduqları yerdən çıxartdı. Biz dedik: “Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən vaxtadək məskən və gün-güzəran vardır”.
35-ci ayənin təfsirinə bax.
-
37
Adəm Rəbbindən kəlmələr öyrəndi, O da onun tövbəsini qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir.
Bu kəlmələrin “Rəbbimiz biz özümüzə zülm etdik, Əgər bizi bağışlamaz və bizə mərhəmət etməzsən, həqiqətən də ziyan edənlərdən olarıq” (Əraf, 23) ayatiylə təfsir edildiyi, yəni bunlardan ibarət olduğu söylənmişdir. Bu Mucahid, Səid ibn Cubeyr, Əbu Aliyə Rəbi ibn Ənəs, Həsən, Qatadə, Muhamməd ibn Kab əl Kurazi, Halit ibn Ma, Əta Əl Xorasani, Əbdurrəhman ibn Zeyd ibn Əsləmdən rəvayət edilmişdir. Əbu İshaq əs Subeyi, Təmim oğullarından bir adamdan rəvayət edir ki, Ibn Abbasın yanına gəldim və soruşdum: Adəmin Rəbbindən aldığı o kəlmələr nələrdir? dedim. O da: Ona həcc haqqında öyrətdi, dedi. Sufyan Sevri belə demişdir: Bizə Əbdüləziz ibn Rəfi, ona da Ubeyd ibn Umeyrdən eşidən bir şəxsdən, bir rəvayətdə də mənə Mucahid Ubeyd ibn Umeyrdən rəvayət etdi demişdir. Adəm : Ya Rəbbi, etdiyim xəta məni Yaratmadan əvvəl mənə Yazdığın bir şeydirmi, yoxsa mənim özüm yenilik ol müstəqil etdiyim bir şeydir? Xeyir səni Yaratmadan özcə sənin üçün Yazdığım bir şeydir demişidir. O da : Mənə Yazdığın kimi məni bağışla dedi. Allah Təalanın Adəm Rəbbindən bəzi kəlmələr öyrəndi o da tövbəsini qəbul etdi dediyi budur. Suddi eşitdiyi birindən belə rəvayət edir ki, Ibn Abbas belə demişdir: Adəm Rəbbindən bəzi kəlmələr öyrəndi: Adəm (əleyhi ssalam): Ya Rəbbi, məni öz əlinlə yaratmadınmı? Dedi. Ona: Bəli deyildi. “Mənə öz ruhundan üfürmədinmi?” dedi. Ona: Bəli deyildi. Asqirdım, Sən də Yerhamukallah, dedin. Rəhmətin qəzəbini keçmədimi? dedi. Ona bəli deyildi. Bunu etməyimi mənə yazmadınmı? Dedi. Ona Bəli deyildi. Əgər tövbə etsəm məni yenidən Cənnətə qaytararsanmı? Dedi. O da Bəli, dedi. Bunu Əl Əvfi, Səid ibn Cubeyr, Səid ibn Mabəd, Ibn Abbasdan eyni şəkildə rəvayət etmişdirlər. Bunu Hakim də Müstədrəkində, Səid ibn Cubeyrdən, o da Ibn Abbasdan rəvayət etmişdir. Hakim: sənədi səhihdir, Buxari ilə Müslim rəvayət etməmişdilər, demişdir. Suddi ilə Atiyyə əl Əvfi də belə təfsir etmişdirlər. Ibn əbu Hatim burada bənzər bir hədis rəvayət etmiş və belə demişdir. (zəifdir qeyd edilən hədisin tam özüdür) Bizə Əli ibn əl Hüseyn ibn İşqab , o da Ali ibn Asimdən, o da Səid ibn əbu Arubədən, o da Qatadədən, O da Hasəndən, o da Ubey ibn Kəbdən rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Adəm əleyhissalam: “Ya Rəbbi, əgər tövbə etsəm və dönsəm, cənnətə yenidən girə bilərəmmi?” O da bəli, dedi. Məhz “Sonra Adəm (tövbə etmək üçün) Rəbbindən kəlmələr öyrəndi «dediyi budur. Bu baxımdan qərib bir hədisdir. Sənədində qopuqluq vardır. Əbu Cəfər Razi, Rəbi ibn Ənəsdən, o da Əbu Aliyə, :“Sonra Adəm (tövbə etmək üçün) Rəbbindən kəlmələr öyrəndi, O da onun tövbəsini qəbul etdi.”(Bəqərə, 37) ayəsində belə demişdir. Adəm bu xətanı etdikdən sonra : Ya Rəbbi bəs tövbə edib, özümü düzəltsəm? Allah Təala da O təqdirdə səni Cənnətə qaytararam, dedi.
Baxın o kəlmələr bəziləri bunlardır: «Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq» (Əraf 23)
Ibn Əbi Nüceyhdən Mucahid “”Adəm Rəbbindən bəzi kəlmələr öyrəndi” ayəsində belə deyardi. O kəlmələr bunlardır: Allahım səndən başqa ilah yoxdur səni həmd ilə təsbih edirəm. Rəbbim, mən öz nəfsimə zülm etdim məni bağışla. Şübhəsiz ki sən bağışlayanların ən xeyirlisisən. Allahım səndən başqa ilah yoxdur, səni həmd ilə təsbih edirəm. Rəbbim, mən özümə zülm etdim, məni bağışla. Şübhəsiz ki, sən mərhəmət edənlərin ən mərhəmətlisisən. Səndən başqa ilah yoxdur səni həmd ilə təsbih edirəm. Rəbbim, mən özümə zülm etdim, tövbəmi qəbul et. Şübhəsiz ki sən tövbələri çox qəbul edən və mərhəmətlisən.
Ayənin davamında deyilir: “Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir.”Yəni Tövbə edənin və qayıdanın tövbəsini qəbul edər. Bu ayadə belədir: “Məgər onlar bilmirlər ki, Allah qullarından tövbəni qəbul edir” (Tövbə, 104). “Kim pis bir iş görərsə və Ya özü özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyarsə, Allahın BağışlaYan, Rəhmli olduğunu görər” (Nisə,110). Kim tövbə edib Yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar” (Furqan, 71). Bunlardan başqa Allahın günahları bağışlaYacağına və tövbə edənlərin tövbəsini qəbul edəcəyinə dair daha bir çox ayələr vardır. Bu da onun məxluquna lütfündən və qullarına mərhəmətindəndir. Ondan başqa ilah yoxdur. O tövbələri qəbul edəndir, çox mərhəmətlidir.
-
38
Biz dedik: “Hamınız ora-dan enin! Mənim tərəfimdən sizə doğru yolu göstərən rəhbər gəldikdən sonra Mənim yol göstərənimin ardınca gedənlərə heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”.
Allah Təala Adəm zövcəsi və İblisi cənnətdən endirdiyi zaman onlara xəbərdarlıq etdiyi şeyi xəbər verərək belə deyir. Adəmdə məqsəd onun zürriyyətidir. O kitab endirəcək, peyğəmbərlər və Rəsullar göndərəcəkdir. Necə ki, Əbu Aliyə: Hidayət- peyğəmbərlər, rəsullar, açıq dəlillər və izahatladır. Muqatil ibn Həyyan da Hidayət, Muhamməddir (salləllahu aleyhi və səlləm) demişdir. Həsən də Hidayət Qurandır demişdir. Bu iki rəy doğrudur. Əbu Aliyənin şərhi isə daha əhatəlidir. “Kim mənim hidayətimə tabe olarsa” yəni kim endirdiyim kitablara və göndərdiyim rəsullara yönələrsə, deməkdir. “Onlara heç bir qorxu yoxdur” yəni gələcəkdə axirət işlərində, deməkdir. “Onlar kədərlənməyacəklər” dünya işləridə itirdiklərinə görə, deməkdir. Necə ki, Taha surəsində belə gəlmişdir:
Allah buyurdu: “Bir-birinizə düşmən kəsilərək hamınız buradan (yerə) enin. Məndən sizə doğru yolu göstərən rəhbər gəldiyi zaman hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar” (Taha, 123). Ibn Abbas belə demişdir: Dünyada yoldan çıxmaz, axirətdə də bədbəxt olmaz. “Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz QiYamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik” (Taha, 124).
Necə ki, burada da belə deyilmişdir” “O kəslər ki, Kafir oldular və ayələrimizi Yalan saydılar, Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar”. Yəni orada əbədi saxlanılacaqlar və oradan onlar üçün heç bir qaçış və çıxış yoxdur. Ibn Cərir (rəhmətullahi aleyh) burada bir hədis rəvayət etmiş onu da iki yoldan təxric edərək belə demişdir: Bizə Əbu Məsləmə Sad ibn Yəzid rəvayət etdi, o da əbu Nadra əl Munzir ibn Malik ibn Kutaadan, o da Əbu Səiddən, onun adı Sad ibn Malik ibn Sinan əl Hudridir. Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Tam cəhənnəmlik olanlar orada ölməzlər də, dirilməzlər də. Ancaq bir qrup vardır ki, odu xətaları və günahları səbəbi ilə qazanmışdırlar. Allan onları bir öldürür, kömür halına gəldikləri zaman şəfaətinə icazə verilir. Bunu Müslim də Şöbədən, o da Əbu Sələmədən eyni sənədlə rəvayət etmişdir.
Bu ikinci endirilmənin qeyd edilməsi, bununla ardınca gələn və fərqli bir məna ifadə edən bir şeylə əlaqəsinin olmasındandır. Bəziləri bunun təkid və təkrar olduğunu iddia etmişdirlər. Məsələn qalx sözü kimi. Bəziləri isə belə demişdir: Xeyir birinci endiriliş cənnətdən dünya göyünədir, ikinci isə dünya göyündən yerədir. Doğru olan birinci rəydir. Allah ən doğrusunu biləndir.
-
39
Kafir olub ayələrimizi yalan sayanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar!
38-ci ayənin təfsirinə bax.
-
40
Ey İsrail oğulları! Sizə bağışladığım nemətimi yadınıza salın və Mənə verdiyiniz əhdə sadiq olun ki, Mən də sizə verdiyim əhdi yerinə yetirim. Təkcə Məndən qorxun!
İsrail oğullarına İslama girmələrini, Muhəmməd (salləllahu aleyhi və səlləm)ə tabe olmalarını əmr edir. Ataları İsraili yəni Yaqub (əleyhi salam) zikr edərək də onları həYacanlandırır. Belə demək istəyir: Ey Yaxşı və Allaha itaət edən qulun oğulları, siz də haqqa tabe olmada atanız kimi olun . Necə ki belə deyilir: Ey Kərəm sahibi kimsənin oğlu, sən də elə eylə. Ey qəhramanın oğlu, igidlərlə birgə qəhramanliq göstər. Ey alimin oğlu, sən də elm öyrən. Bu da belədir: “Ey Nuhla bərabər gəmidə daşıdıqlarımızın zürriyatləri. Şübhəsiz Nuh, çox şükür edən bir qul idi” (İsra, 3). İsrail, Yaqubdur. Dəlili də Əbu Davud Təyalisinin bu hədisidir: “Bizə Abdulhəmid İbn Bəhram o da Şəhr İbn Həvşşəbdən nəql edir ki, Abdullah İbn Abbas belə dedi: Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanında bir dəstə yəhudi ilə bir yerdəydim. Onlara “İsrailin Yaqub olduğunu bilirsinizmi?” dedi. Onlar da : Bəli, dedilər. : Peyğəmbər (salləllahu aleyhi və səlləm) də: Allahım , şahid ol, dedi. Aməş İsmayıl İbn Rəcadan o da İbn Abbasın azad edilmiş köləsi Umeyrdən nəql edir ki, İbn Abbas belə demişdir: İsrail sözü Abdullah sözü qarşılığıdır.
Allah Təala belə demişdir: “Sizə lütf etdiyim nemətimi xatırlayın”. Mucahid belə demişdir: Allahın onlara lütf etdiyi nemətlər bu adları keçən nemətlərdir: Daşdan onlara su fışqırtdı, onlara qüdrət halvası və bildirçin əti endirdi və onları Fironun köləliyindən azad etdi. Əbu Aliyə belə demişdir: Onun neməti onlardan peyğəmbərlər və rəsullar göndərməsi və onlara kitablar endirməsidir. Mən də deyirəm ki: Bu, Musa (aleyhi salam) bu sözü kimidir: “Ey qövmüm, Allahın sizə verdiyi neməti xatırlayın; necə ki sizə peyğəmbərlər verdi və sizi hökmdarlar etdi. Aləmlərdən kimsəyə vermədiyini sizə verdi” (Maidə, 20). Yəni öz vaxtlarında deməkdir. Muhəmməd İbn İshaq belə demişdir: Mənə Muhəmməd İbn əbu Əhməd o da İkrimədən vəya Səid İbn Cubeyrdən nəql etdi ki, İbn Abbas belə demişdir: “Burada qeyd edilən nemət onları və atalarını sınamasıdır” demişdir. Çünki onları Firon və qövmündən xilas etdi. Və belə dedi: Sözümü yerinə yetirin, mən də sizin sözünüzü yerinə yetirim”. Deyir ki: Muhəmməd (salləllahu aleyhi və səlləm) sizin vaxtınızda gəldiyi zaman ona tabe olma sözümü yerinə yetirin. Mən də sizin sözünüzü yerinə yetirim, yəni onu təsdiq edib ona tabe olduğunuz təqdirdə sizə vəd etdiyim kimi öz əməlləriniz səbəbi ilə boynunuzda olan dəmir buxovları və belinizdəki ağırlıqları götürüm. Həsən Bəsri, bu o ayədə qeyd edilmişdir demişdir: “And olsun ki. Allah İsrail oğullarından düzgün söz aldı. Onlardan on iki dəstə seçdik. Allah: mən sizinləyəm, dedi. Əgər namazı qılar, zəkatı verər, elçilərimə iman edər, onları dəstəkləyər və Allaha gözəl bir mükafat versəniz, əlbəttə günahlarınızı silər və sizi altlarından çaylar axan cənnətlərə salaram” (Maidə, 12).
Başqaları da belə demişlər: Allah onlardan Tövratda söz aldı: O, İsmayıl oğullarından böyük bir peyğəmbər olaraq göndəriləcəkdir. Bütün millətlər ona itaət edəcəkdir. O sözündən məqsəd də Muhəmməddir (salləllahu aleyhi və səlləm). Kim ona tabe olarsa Allah onun günahını bağışlayar, onu cənnətə daxil edər və ona iki savab verər. Razi, Digər Peyğəmbərlərin Muhəmməd (salləllahu aleyhi və səlləm) haqqında bir çox müjdələrini zikr etmişdir. Əbu Aliyə də belə demişdir: “Əhdə sadiq olun” Onun qullarına olan əhdi — İslam dini, və ona tabe olmalarıdır. Dəhhaqdan, İbn Abbas belə demişdir: “Mən də sizə verdiyim əhdi yerinə yetirim” Sizdən razı olub sizi cənnətə qoyum. Suddi, Dəhhaq, Əbu Aliyə və Rəbi İbn Ənəs də belə demişlər. İbn Abbas: “ Yalnız məndən qorxun” sözündə belə demişdir: Sonra sizdən əvvəlki atalarınızın başına gətirib onları meymuna və digər heyvanlara çevirdiyim kimi sizi də çevirərəm. Burada Allah Təala təşviqdən qorxutma üslubuna keçmiş, onları təşviq və qorxu ilə dəvət etmişdir, bəlkə haqqa dönərlər, Peyğəmbər (salləllahu aleyhi və səlləm)ə tabe olarlar, Qurandan və çəkindirdiklərindən öyüd alarlar, əmrini yerinə yetirər, xəbərlərini təsdiq edərlər. Allah dilədiyini doğru yola yönəldir. Bunun üçündür ki, belə demişdir: “Yanındakını təsdiq etmək üçün endirdiyim şeylərə iman edin” yəni yazmaq oxumaq bilməyən ərəblərdən olan peyğəmbər Muhəmmədə (salləllahu aleyhi və səlləm) endirilən Qurana deməkdir. O peyğəmbər ki, Allah onu müjdələyici, çəkindirici, parlaq nurlu bir çıraq olaraq göndərmişdir. Quran da Allahdan gələn haqqı əhatə edir, özündən əvvəlki Tövrat və İncili təsdiq edir. Əbu Aliyə (rahmətullahi aleyh): “Sizdə olanı təsdiqləyici kimi nazil etdiyimə (Qurana) iman gətirin” ayəsi barədə belə demişdir: Demək istəyir ki: Ey əhli-kitab, sizdə olan (əlinizdəki) təsdiq edənə iman edin. Çünki onlar Muhəmməd (salləllahu aleyhi və səlləm)i onlarda olan Tövrat və İncildə görürdülər. Mucahid, Rəbi ibn Ənəs və Qatadədən də belə rəvayət edilmişdir. “Onu inkar edənlərin ən birincisi olmayın ilk inanmayanlar siz olmayın” ayəsi barədə bəzi dilçilər: Onu ilk inkar edən firqə siz olmayın və sair kimi mənalar vermişdilər. İbn Abbas da belə demişdir: Sizdə başqalarında olmayan elm olduğu halda onu ilk inkar edən siz olmayın. Əbu Aliyə də belə demişdir: “Muhəmmədin (salləllahu aleyhi və səlləm) göndərildiyini eşitdikdən sonra onu inkar edən ilk əhli-kitab siz olmayın. Həsən, Suddi və Rəbi ibn Ənəs də belə demişlər. İbn Cərir də “bihi” dəki qoşmanın daha yuxarıda qeyd olunduğu kimi Qurana qayıtmasını üstün saymışdır. Hər iki rəy də doğrudur, çünki bir-birinə bağlıdır. Necə ki, Quranı inkar edən, Muhəmməd (salləllahu aleyhi və səlləm)i də inkar edər. Muhamməd (salləllahu aleyhi və səlləm)i də inkar edən Quranı inkar edər. “Onu ilk inkar edən” sözünə gəldikdə isə, İsrail oğullarından ilk inkar edən, deməkdir. Çünki özlərindən əvvəl inkar edən Qureyş və Ərəb kafirləri vardır. Necə ki, Mədinə Yəhudiləri Quranla xitab olunan olan ilk israil oğullarıdır. Onların küfrləri onların xalqından onu ilk inkar edənin özləri olmaları mənasını verir”
“Onu ucuz satmayın” : Demək istəyir ki, ayələrimə imanın və peyğəmbərlərimi təsdiqin yerinə dünyanı və dünya zövqlərini almayın. Çünki o az və fanidir. Necə ki, Abdullah İbn Mübarək belə demişdir: Bizə Əbdurrəhman İbn Zeyd İbn Cabir xəbər verdi, Harun İbn Zeyd belə demişdir: Həsənə yəni Həsən Bəsriyə “ucuzu” soruşdular, o da: Ucuz, hər şeyi ilə dünyadır, dedi. Mənə Ata İbn Dinar rəvayət edir ki, Səid İbn Cubeyr bu ayədə belə demişdir: Onun ayələri onlara endirdiyi kitabıdır, ucuz da dünya və zövqləridir. Suddi də: (Ayələrimi) “Ucuz” (az istəklə) almayın, Allahın adını gizləməyin. Məhz istək əvəzdir, demişdir. Əbu Cəfər, Rəbi İbn Ənəsdən, Əbu Aliyə “ayələrimi ucuz satmayın” sözündə: Onun üçün qarşılıq almayın, demişdir. Onların ilk kitablarında belə Yazılıdır: Ey Adəm oğlu, elmi sən qarşılıqsız öyrəndiyin kimi qarşılıqsız da öyrət. Belə də deyilmişdir: Bunun mənası: Açıqlama, izah etmə və elmi Yayma əvəzində gizlətmə, qarışdırma kimi şeylər edib bu Yalançı, heç bir qiyməti olmayın və tez zamanda əldən çıxacaq olan dünyada idarəçiliyinizi sürdürmək üçün əvəzini almayın. Əbu Davudun Sünnənində, Əbu Hureyrədən belə rəvayət edilmişdir, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Kim Allah rizasının axtarıldığı bir elmi dünyəvi mənfəət təmin etmək üçün öyrənirsə, qiyamət günündə cənnətin qoxusunu duymaz. Elmi qarşılıq müqabilində öyrətməyə gəldikdə isə əgər təyin edilmiş biridirsə, bundan qazanc alması icazəli deyildir. Dövlət xəzinəsindən öz və ailəsinin vəziyyətini düzəldəcək qədər bir şey alması icazəlidir. Əgər belə bir şey olmaz və öyrətmək onun qazanc təmin etməsinə mane olursa, bu vəziyyət onu sıradan biri edər. O zaman da İmam Malik, Şafi, İmam Əhməd və Cumhura görə ödəniş alması icazəlidir. Necə ki, Səhih Buxaridə ilan sancma hədisində Əbu Səid hədisində belə deyilmişdir: Aldığınız ödənişin ən halalı Allahın kitabına görə aldığınızdır. Mehir verəcək birinə də: Bildiyin Quran surəsini mehir olaraq qəbul etdim, deyilmişdir. Ubadə İbn Samit hədisinə gəlincə, bir adam Suffə camaatından birinə Quran öyrətmiş, o da ona bir Yay hədiyyə etmişdir. Bunu Rəsulullah (salləllahu aleyhi və səlləm)ə soruşdu, o da: Əgər o Yayın əvəzində boynuna bir oddan bir halqa keçməsinə razı olsan onun qəbul et, dedi. O isə onu tərk etdi. Bunu Əbu Davud rəvayət etmişdir.(3416). Eynisi Ubey İbn Kəbdən birbaşa olaraq rəvayət edilmişdir. Əgər bunun sənədi sağlamdırsa bir çox alimə görə hansı ki, Əbu Amr ibn Abdulbər də onlardan biridir- onu Allah üçün öyrətdiyinə görə daha sonra Allahın savabının əvəzinə qazanc əldə etməsi icazəli olmamışdır. Amma işin başında qazancla öyrədəcəyini demişsə ilan sancma və mehir hədislərində olduğu kimi icazəlidir. Allah ən doğrusunu biləndir.
“Yalnız məndə qorxun”: İbn əbu Hatim belə demişdir: Bizə Əbu Amr Əd-Duri o da Əbu İsmayıl Əl-Müəddibdən o da Əbu Aliyədən nəql edir ki, Talk İbn Həbib belə demişdir: Təqva-Allahdan gələn bir nurla Allahın rəhmətini ümid edərək Allaha itaət etməkdir. Təqva Allahdan gələn bir nurla Allah qorxusu ilə Allaha üsYanı tərk etməkdir. “Yalnız məndən qorxun” sözünün mənası, haqqı gizlətmələri, onun əksini açıqlamaları və Rəsulullah (salləllahu aleyhi və səlləm) müxaliflliklərinə görə Allahın onları təhdid etməsidir.
-
41
Sizdə olanı təsdiqləyici kimi nazil etdiyimə iman gətirin və onu inkar edənlərin ən birincisi olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və yalnız Məndən qorxun.
40-cı ayənin təfsirinə bax.
-
42
Özünüz də bilə-bilə haqqa batil donu geyindirməyin və haqqı gizlətməyin.
Allah Təala Yəhudiləri haqqı batilə qarışdırmağı, və onu şişirtməyi, haqqı gizlədib batili bəYan etməyi qadağan edərək : “Siz bilə-bilə haqqı batilə qarışdırmayın, haqqı gizlətməyin” buyurur. Onlara iki şeyi birdən qadağan edir, haqqı bəyan etməyi və onu izah etməyi isə əmr edir. Buna görə də Dəhhaqdan olan rəvayətdə İbn Abbas: Haqqı batilə doğrunu yalana dolaşdırmayın demişdir. Əbu Aliyə də “haqqı batilə qarışdırmayın” ayəsi haqında : Haqqı batilə dolaşdırmayın. Muhəmməd ümməti olan Allahın qullarına qarşı səmimi və sədaqətli olun, demişdir. Səid ibn Cubeyr ilə Rəbi ibn Ənəsdən də belə dedikləri rəvayət olunmuşdur. Qatadə də : yəhudiliyi və xristianlığı islamla qarışdırmayın. Bilirsiniz ki Allahın dini islamdır. Yəhudilik və xristianlıq bidətdir, Allahdan deyildir, demişdir. Həsən Bəsridən də belə rəvayət edilmişdir. Muhamməd ibn o da Muhamməd ibn əbu Muhamməd, o da İkrimədən və Ya Səid ibn Cubeyrdən rəvayət etdi ki, Ibn Abbas “Siz bilə-bilə haqqı batilə qarışdırmayın” ayəsində belə demişdir: Yəni Rəsulum və onun gətirdiyi şeylər haqqındakı məlumatları gizlətməyin. Siz əllərinizdəki kitablarda onun Yazılı olduğunu görürsünüz. Əbu Aliyədən də eynisi rəvayət edilmişdir. Mucahid, Suddi, Qatadə və Rəbi ibn Ənəs “haqqı gizlətməyin” sözündəki haqqın Muhamməd (salləllahu aleyhi və səlləm) olduğunu söyləmişdilər.
Mən də deyirəm ki, “Və təktumu” sözü məczum ola bilər, mənsub da ola bilər, bununla onu bir tutmayın, deməkdir. “Lə tekulli semeke ve teşrebel leben” sözü kimi. Zəməxşəri də ibn Məsudun Mushafında “və təktumunəl haqqa” Yazılmışdır — Haqqı gizlərdərək , demişdir. Və əntum təaləmun sözü də haldır. Mənası da haqqı bildiyiniz halda deməkdir. Mənanın belə olması da icazəlidir: Bunda xalqı böyük zərərə uğradma olduğunuzu bildiyiniz halda. O zərər də onları doğru yoldan döndərmək, atəşə (oda) aparmaqdır. Əgər onlar sizin səhv yönləndirmənizlə haqq kimi göstərdiyiniz batıl yola gedərlərsə nəticə mütləq eyni olacaqdır. Bəyan: izah etmək deməkdir. Ayədə qeyd edilən isə bunun əksi olan gizlətməkdir. Haqqı batilə qatmaqdır.
-
43
Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!
Muqatil belə demişdir: Burada Allah Təala kitab əhlinə Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) birlikdə namaz qılmalarını əmr etmişdir. Zəkatı da ona vermələrini əmr etmişdir. “Rüku edənlərlə birgə rükü edin” sözü ilə də Muhamməd ümmətindən rüku edənlərlə birlikdə rüku etmələrini əmr etmişdir. Onlarla və onlardan olun, demək istəmişdir. Əli ibn əbu Talhadan rəvayət edilir ki, Ibn Abbas “Zəkat verin“ sözündəki zəkat Allaha itaət və ixlasdır demişdir. Vəki, Əbu Cənab İkrimədən rəvayət edir ki, Ibn Abbasın buradakı zəkat ifadəsi zəkat verməyi vacib edəcək şeylərdir yəni 200 və Ya daha artıq dirhəm. Mubarək ibn Fədalə rəvayətində Həsən Bəsri: Zəkat verin –fərz və vacib olandır, demişdir. Onsuz və namazsız digər ibadətlər fayda verməz, demişdir. İbn Əbu Hatim belə demişdir: Bizə əbu Zura ər-Razi o da Osman ibn əbu Şeybədən, o da Cərirdən, oda Əbu Həyyan ət Teymidən rəvayət edir ki, Haris əl Ukli demişdir, zəkat verin sözündəki zəkat fitir sədəqəsidir yəni fitrədir. Rüku edənlərlə birlikdə rüku edin! — Yəni ən gözəl əməllərində möminlərlə birlikdə olun, deməkdir. Bunların ən xüsusi və ən mükəmməllərindən biri də namazdır. Bir çox alimlər bu ayəni camaatın vacib olduğuna dəlil gətirmişdilər. Mən də bunu “əl Əhkəmul Kəbir” kitabında geniş izah edəcəyam, InşəAllah. Qurtubi camaat və imamət məsələləri üzərində danışmış və gözəl fikirlər söyləmişdir.
-
44
Siz Kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyiniz halda, özünüz unudursunuz? Məgər anlamırsınız?
Allah Təala deyir ki, Ey əhli kitab sizə necə Yaraşa bilər ki, sizlər bütün xeyirin əsası olan Yaxşılığı əmr edərkən özünüzü unudursunuz, insanlara əmr etdiyiniz şeyi özünüz etmirsiniz. Və bununla Yanaşı kitabı da oxuyursunuz. Allahın əmrlərində qüsur edənlərin başlarına nələr gələcəyini bilirsiniz. Özünüzə nə etdiyinizi düşünüb yuxunuzdan oYanmır və kor gözlərinizi açmırsınız. Abdurrazzaqdan Mamər rəvayətində Qatədədbelə deyir: İsrail oğulları insanlara Allaha itaət etmələrini, Ondan qorxmalarını və Yaxşılığı əmretməyi əmredərdilər. Buna da özləri rəayət etməzdilər. Allah Təala onları danladı. Suddi də belə demişdir. Ibn Cureycdə bu ayədə belə demişdir: Əhli Kitab və Münafiqlər insanlara namazı və orucu əmr edərlər, əmretdikəri şeya özləri əməl etməzdilər. Allah buna görə onları qınadı. Buna görə də kim xeyri əmr edirsə ona doğru ən sürətli qaçan da özü olsun. Muhamməd ibn İshaq, Muhamməddən o da İkrimədən və Ya Səid ibn Cubeyrdən rəvayət etmişdir ki, Ibn Abbas : “Özünüzü unudursuznuz”sözündə yəni öz nəfslərinizi tərk edirsiniz demişdir.
“Halbuki özünüz kitab oxuyursunuz. Məgər başa düşmürsünüz” Siz insanlara peyğəmbərlik və Tövratdakı əhdin inkarı ilə bağlı küfrü qadağan edir özünüz isə bunu edirsiniz. Yəni, əhdimə — Peyğəmbərin təsdiqinə, vədin pozulmamasına və kitabımdan bildiyiniz şeyləri inkar edilməməsinə qarşı çıxırsınız. Dəhhaqdan rəvayət edilir ki, Ibn Abbas bu ayədə belə demişdir: İnsanlara Muhammədin dininə girmə və namaz qılma kimi bu kimi şeylər əmretdiyiniz halda özünüzü unudursunuz.
İbn Cərir belə demişdir: mənə Əli ibn əl Həsən, oda Muslim əl Cərmidən, o da Muhalləd ibn əl Hüseyndən o da Əyyub SəhtiYənidən rəvayət edirki, Əbu Qilabə “Siz insanlara Yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab oxuyursunuz. Məgər başa düşmürsünüz?” ayəsi barədə belə demişdir: Əbuddərda (radiyallahu anh) belə deyərdi: Bir adam tam düşüncə sahibi ola bilməz, o vaxta kimi ki, bütün insanlara Allah üçün nifrət etdiyi halda, öz nəfsində eyni günahı gördüyü zaman özünə daha çox nifrət etməsin.
Əbdurrəhman ibn Zeyd ibn Əsləm də bu ayə haqqında belə demişdir: Yəhudilər belə idilər: Onlara bir adam gələr, içərisində nə haqq nə rüşvət nə də bir başqa bir şey olmayan bir sual soruşarsa ona haqqı tövsiyə edərdilər. Buna görədə Allah Təala: Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab oxuyursunuz. Məgər başa düşmürsünüz?, dedi. Məqsəd budur: Allah onları bu etdiklərinə görə qınadı, və özləri haqqında Yanıldıqları üçün onları onlara xəbərdarlıq etdi. Çünki onlar xeyri əmr edər lakin özləri etməzdilər. Məqsəd Yaxşılığı tərk edərək Yaxşılığı əmr etməyə görə qınamaq deyildi. Onu tərk etmələrinə görə qınanmaqdır. Çünki “əmril bil maruf” özü yaxşılıqdır. O da alimə vacibdir. Ancaq alimə vacib və daha üstün olan, onu əmr etdikləri ilə birgə onu özü etməsidir, və onlardan geri qalmamasıdır.
Necə ki, Şueyb əleyhissalam belə demişdir: “Sizə qadağan etdiyim şeyləri etməklə sizin əleyhinizə çıxmaq istəmirəm. Mən ancaq bacardığım qədər islah etmək istəyirəm. Mən ancaq Allahın sayəsində uğur qazanıram. Mən Yalnız Ona təvəkkül edir və Yalnız Ona üz tuturam” (Hud, 88). Yaxşılığı əmr etməklə onu etmək ayrı ayrılıqda vacib əməllərdir. Biri digərini ixtisar etməz. Sələf və Xələf alimlərinin iki rəyindən ən doğrusu budur. Bəziləri də günah işləyən başqasına onu qadağan etməz, demişdilər ki, bu da zəif bir rəydir. Bundan daha zəifi də onların bu ayəyə istinad etmələridir. Çünki onda özləri üçün bir dəlil yoxdur. Doğrusu belədir: Alim özü etməsə də Yaxşılığı əmr edər, özü etsə də pislikdən çəkindirər. Malik, Rabiyadan belə demişdir: Səid ibn Cubeyrin belə dediyini eşitdim: Əgər bir kəs onda heç bir qüsursuzluğa çatmayana qədər Yaxşılığı əmr edib pislikdən çəkindirməsəydi, heç kim bunu etməzdi. İmam Malik də belə demişdir: Bu şəxs doğru demişdir, çünki qüsursuz kim varki?
Mən də deyirəm ki, bununla birgə o insan itaəti tərk etdiyi və günah etdiyi üçün qınanar. Çünki onu bilmək, görə — görə ona qarşı gəlməkdir. Çünki bilməyən bilən kimi deyildir. Buna görə də bu xüsusda çox təhdid edici hədislər gəlmişdir. Beləki, İmam Əbu Qasım Təbərani Əl Mücəm əl Kəbirində belə demişdir: Bizə Əhməd İbn Mualla əd- Dəməşqi ilə Həsən ibn Əli əl Maməri , onlar da Hişam ibn Ammardan, o da Əli ibn Suleyman əl Kəlbidən, o da Aməşdən, o da Əbu Təmimə əl Hüceymidən, o da Cündəb ibn Abdullahdan (radiyallahu anh) rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: İnsanlara xeyri öyrətdiyi halda özü əməl etməyən alim, insanları işıqlandırdığı halda özü yandıran çırağa bənzəyir. Bu hədis bu sənədlə qəribdir. Başqa bir hədis: İmam Əhməd Müsnədində belə demişdir: Bizə Vəki o da Həmmad ibn Sələmə, o da Əli ibn Zeyd yəni ibn Cəddandan, o da Ənəs İbn Malikdən rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişlər: Merac gecəsində bir qövmə baş çəkdim, dodaqları atəşdən qayçılarla kəsilirdi. “Bunlar kimdir?” dedim, Bunlar ümmətin dünyada ikən xətibləridir. Onlar insanlara Yaxşılığı əmr edər, özləri kitab oxuduqları halda, nəfslərini unudardılar, düşünməzdilər, dedilər. Bunu Abd ibn Humeyyid də Müsnədində və təfsirində Həsən ibn Musadan o da Abbad ibn Sələmədən bu sənədlə rəvayət etmişdir. Onu ibn Mərdəveyh də təfsirində Yunis ibn Muhamməd əl Müəddib ilə əl Həccac ibn Minhaldən rəvayət etmişdirlər. İkisi də Həmmad ibn Sələmədən bu şəkildə rəvayət etmişdilər. Onu Yəzid ibn Harun, Həmmad ibn Sələmədən də belə rəvayət etmişdir.
Sonra ibn Mərdəveyh belə demişdir: Bizə Muhamməd ibn Abdullah ibn İbrahim, o da Musa ibn Harundan, o da İshaq ibn İbrahim ət Tüstəridən, o da Məkki ibn İbrahimdən, o da Ömər ibn Qeysdən, o da Ali ibn Zeyddən, o da Sümamədən, o da Ənəs ibn Malikdən deyir ki, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) belə dediyi eşitdim: Merac gecəsi bəzi insanların yanından keçdim. Dodaqları və dilləri oddan qayçılarla kəsilirdi. Bunlar kimdir ey Cəbrayıl? dedim. O da: Bunlar ümmətin xətibləridir. İnsanlara yaxşılığı əmr edər, öz nəfslərini isə unudardılar, dedi. Bunu ibn Hibban öz səhihində təxric etmişdir.
Bundan əlavə İbn Mərdəveyh də Hişam Dəstəvaidən, o da Malik ibn Dinarın kürəkəni ibn Həbibdən, o da Malik ibn Dinardan rəvayət edir ki, Ənəs İbn Malik belə demişdir: Rəsulullah salləllahu Aleyhi vəsəlləm meraca cıxdığı zaman dodaqları kəsilmiş bir qövmün Yanından ötdü. Ey Cəbrayıl bunlar kimdir? Dedi. O da : bunlar Ümmətin Xətibləridir. İnsanlara Yaxşılığı əmr edər, heç düşünmədən özlərini unudardılar, dedi.
Başqa bir hədis: Imam Əhməd belə demişdir: Bizə Yala ibn Ubeyd, o da Aməşdən, o da əbu Vaildən rəvayət edir ki, Usaməyə belə deyildi: bu vaxt məndə onun tərkində idim — Osmanla danışmayəcaqsan? O da belə dedi. Onunla danışmadığımı görürsünüz, mən ancaq sizə qulaq asıram. O bir mövzu açmasa onunla danışmıram. Bu mövzunu da mən açmaq istəmirəm. Allaha and içirəm ki, bir insan əmir-ul-möminin də olsa, Rəsulullah (salləllahu aleyhi və səlləm)dən belə dediyini eşitdikdən sonra “sən insanların ən Yaxşısısan” demərəm. Rəsulullahdan nə eşitmisən? dedilər. O da belə dedi: Qiyamət günündə bir adam gətirdilər. Oda atılar, bağırsaqları çıxar. Onu dəyirman eşşəyi kimi fırladarlar. Cəhənnəmdəkilər başına yığışar. “Ey Filankəs bu nə haldır, sən bizə yaxşılığı əmr edər, pisliyi isə qadağan etməzdinmi?” deyarlər. O da belə deyər: Mən sizə yaxşılığı əmr edər amma onu özüm etməzdim. Sizi pislikdən çəkindirər amma onu özüm edərdim. Bunu Buxari, Müslim, Süleyman ibn Mehrandan Əl Aməşdən eyni sənədlə rəvayət etmişdir.
İmam Əhməd belə demişdir: Bizə Səyyar ibn Hatim , o da Cəfər ibn Süleymandan, o da Sabitdən rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Allah qiyamət günü alimlərə bağışlamadığını savadsızlara bağışlayacaq. Bəzi rəvayətlərdə isə belə deyilmişdir: Cahil yetmiş dəfə bağışlanır alim isə bir dəfə. Bilən bilməyən kimi deyildir. Allah Təala “Bilənlə bilməyən eyni olar mi? Həqiqətən ağıl sahibləri bundan öyüd alar” demişdir. (Zümər, 9). Ibn Əsakir, Vəlid ibn Ukbədən rəvayət etmişdir: Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: Cənnətliklərin bəziləri Cəhənnəmliklərin bəzilərinə baxaraq, oda niyə girdiniz deya soruşarlar. Allaha and olsun ki, biz ancaq sizdən öyrəndiklərimizlə cənnətə girdik. Onlar da “biz danışardıq, amma özümüz etməzdik” deyərlər.
Bunu ibn Cərir Təbəri, Əhməd ibn Yəhya əl Habbaz ər Rəmlidən, o da Zuheyr ibn Abbad ər Rüvasidən, o da ƏbuBəkir əd Dahiri o da Abdullah ibn Hakimdən, o da İsmail ibn Əbi Xaliddən, o da Şabidən, o da Vəlid ibn Ukbədən, rəvayət etmişdir. Dəhhaq ibn Abbasdan rəvayət edir ki,: Bir adam gəldi: “Ey ibn Abbas, mən Yaxşılığı əmretmək və pisliyi qadağan etmək istəyirəm” dedi. O da: Sən o dərəcəya çatdınmı?dedi. O da Ümüd edirəmki, dedi. O da: Əgər Allahın Kitabındakı bu üç ayəylə biabır olmağından qorxmursansa onda et,dedi. Onlar nədir? dedi. Onlar bu ayələrdir dedi: “Siz insanlara Yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz?” Bunun hökmünü tətbiq etdinmi? Soruşdu. O da xeyir dedi. Bəs ikinci ayə? deya soruşdu. O dedi: “Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız? Etməyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır”(Saf- 2,3). Bunun hökmünü tətbiq etdinmi? Soruşdu. O da xeyir dedi. Bəs üçüncü ayə? deya soruşdu.O da dedi. Allahın saleh qulu Şueyb aleyhissalamın bu sözüdür: “Sizə qadağan etdiyim şeyləri etməklə sizin əleyhinizə çıxmaq istəmirəm. Mən ancaq bacardığım qədər islah etmək istəyirəm” (Hud 88). Bunun hökmünü tətbiq etdinmi? Soruşdu. O da xeyir dedi. Ibn Abbas dedi: əgər belədirsə, onda ilk əvvəl özündən başla. Bunu İbn Mərdəveyh təfsirində rəvayət etmişdir. Təbərani də belə demişdir: Bizə Adnan ibn Əhməd, o da Zeyd ibn Hüreyşdən, o da Abdullah ibn Xiraşdan, o da Avvam ibn Havşəbdən, oda Səid ibn Müsəyyab ibn Rafidən, o da Ibn Ömərdən rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Kim insanları biz sözə və Ya bir işə dəvət edərək özü onu etməzsə, eləmədiyi işi danışmaqdan imtina edənə qədər və Ya dəvət etdiyi şeya əməl edənə qədər Allahın qəzəbinə məruz qalar. Hədisin sənədində zəiflik vardır.
İbrahim Nahai belə demişdir: Mən üç ayəya görə möizə etmək istəmirəm: “Siz insanlara Yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? (Bəqəra 44), “Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız? Etməyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır” (Saf-2,3). Şueybdən (aleyhi salam) xəbər verən bu ayə: “Sizə qadağan etdiyim şeyləri etməklə sizin əleyhinizə çıxmaq istəmirəm. Mən ancaq bacardığım qədər islah etmək istəyirəm. Mən ancaq Allahın sayəsində uğur qazanıram. Mən Yalnız Ona təvəkkül edir və Yalnız Ona üz tuturam” (Hud, 88).
-
45
Səbr etmək və namaz qılmaqla kömək diləyin! Həqiqətən, bu, itaət edənlərdən başqalarına ağır gəlir.
Allah Taəala qullarına dünya və axirət xeyri ilə əlaqəli olaraq umduqları şeylərdə səbir və namazla kömək istəməyi əmr edir. Necə ki Mukatil ibn Həyyan bu ayənin təfsirində belə demişdir: Axirəti axtarmağa fərzlərə və namazlara səbr edərək kömək istəyin. Səbrə gəlincə isə onun oruc olduğunu demişdir. Mucahid də bunu açıq aydın ifadə etmişdir.
Qurtubu ilə digərləri də belədemişdilər: Buna görədir ki, Ramazan ayına hədisdə ifadə edildiyi kimi səbr ayı deyilir. Süfyan Sevri əbu İshaqdan , o da Cəriy ibn Kuleybdən, o da Süleym oğullarından bir adamdan rəvayət etmişdir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm): Oruc səbrin yarsıdıdr, demişdir. Belə də deyilmişdir: Səbrdən məqsəd günahlardan əl çəkməkdir. Buna görə də onu ibadətləri əda etməklə bərabər zikretmişdirlər. İbadətlərin ən üstünü də namazdır. İbn Əbu Hatim belə demişdir: Bizə Atam, oda Ubeydullah ibn Həmzə ibn İsmayıldan, oda İshaq ibn Suleymandan,o da əbu Sinandan rəvayət edir ki, Ömər ibn Xəttab radiyallahu anh belə demişdir: Səbir ikidir: Müsibətə səbr gözəldir. Ondan daha gözəli isə Allahın haramlarına səbrdir. Deyilir ki, Həsəndəndə Ömər ibn Xəttabın sözü kimi bir rəvayət vardır.
İbn Mubarak Ləhiadan, o da Malik ibn Dinardan rəvayət edir ki, Səid İbn Cubeyr belə demişdir: Səbr – Qulun başına gələn müsibəti qƏbu edib, bunun əvəzini gözləyarək Allah qatından savab ummaqdır. Bəzi adamlar təlaş etdiyi zaman, özünü yığışdıraraq səbirdən başqa bir şey göstərməz. Əbu Aliyə səbrlə namazla kömək diləyin, sözü haqqında belə demişdir: Allahın razı olacağı şeya səbr edin, bilin ki o Allaha itaət cümləsindəndir.
Namaz: Namaz da bu işə dözümlülük göstərmək üçün köməkliyin ən böyüklərindəndir. Necə ki, Allah Təala belə demişdir: “Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir” (Ənkəbut, 45). İmam Əhməd belə demişdir(22788): Bizə Xələf ibn Vəlid, o da yəhya ibn Zəkəriyyə ibn Zaidədən, o da İkrimə ibn Əmmardan, o da Muhamməd ibn Abdullah əd-Duəlidən rəvayət etdi ki, Huzeyfə ibn yamanın qardaşı Əbdüləziz Huzeyfədən belə rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) ciddi bir işlə qarşılaşdığı zaman namaz qılardı. Bunu Əbu Davud(1319) Muhamməd ibn İsadan, o da yəhya ibn Zəkəriyyadan, o da İkrimə ibn Əmmardan rəvayət etmişdir. Necə ki, bir az sonra qeyd ediləcəkdir. Bunu ibn Cərir (1/260) İbn Cureycdən, o da İkrimə ibn Əmmardan, o da Muhamməd ibn Ubeyd ibn Əbu Kudamədən, o da Əbdüləziz ibn yaməndən rəvayət edir ki, Huzeyfə dedi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) bir çətinliya düşdüyü zaman namaza qaçardı. Bəziləri də bunu Huzeyfənin qardaşı Əbdüləzizdən, o da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) mürsəl olaraq rəvayət etmişdir. Muhamməd ibn Nasr ər Mərvəzi, Namaz kitabında belə demişdir: Bizə Səhl ibn Osman əl Əskəri, o da yəhya ibn Zəkəriya ibn Əbi Zəidədən, o da İkrimədən, o da Muhamməd ibn Abdullah əd-Dualidən, rəvayət etdi ki, Huzeyfə deyir ki: Əhzab döyüşündə bir gecə Rəsulullah (salləllahu aleyhi və səlləm)ə tərəf çevrildim, örtüyünə bürünüb namaz qılırdı. Çətin bir vəziyyətlə qarşılaşdığı zaman namaz qılardı. Bizə Abdullah ibn Muaz, o da atasından, o da Şöbədən, o da Əbu İshaqdan, o da Hərisə ibn Müdərribdən rəvayət edir ki, Əli radiyallahu anhın belə dediyini eşitdim: Bədir döyüşünün gecəsində kimə baxdımsa yatırdı, Amma Rəaulullah (salləllahu aleyhi və səlləm) namaz qılır, dua edirdi. Bu səhərə qədər davam etdi.
Ibn Cərir belə demişdir: Rəvayətə görə Peyğəmbər (salləllahu aleyhi və səlləm), əbu Hüreyrəya baş çəkdi: O qarnı üstündə yatmışdı. Qarnın mı ağrıyır dedi? O da “bəli” deyandə, qalx namaz qıl çünki, namaz şəfadır, dedi.
Ibn Cərir belə demişdir: Bizə Muhamməd ibn Ala ilə yaqub ibn İbrahim, onlar da İbn Uleyyeden, o da Uyeyye ibn Əbdurrəhman ona da atasi rəvayət etdi ki, Ibn Abbasa qardaşı Kusəmin ölüm xəbəri gəldi, bu zaman o yolçuluq əsnaslnda idi. İnna Lillah,dedi, sonra yoldan uzaqlaşdı, dəvəsini oturtdu. İki rəkat namaz qıldı. Bu namazda uzun surələr oxudu. Sonra miniyinə tərəf yeridi, bu sözləri deyirdi ”Vestaiinu bissabri vəs salah”, ”Səbr etmək və namaz qılmaqla kömək diləyin”. Bu ikisi Allahın rəhməti üçün köməkdir dedi.
“İnnəhə lə Kəbiratun” ayəsindəki əvəzlik namaza qayıdır. Bunu Mucahid açıq aydın ifadə etmişdir, Ibn Cərir də bu rəyi üstün görmüşdür. Sözdən çıxan mənayə yəni tövsiyyayə də qayıtması mümkündür. Məsələn bu ayələrdə olduğu kimi, “Elm verilmiş kəslər isə dedilər: “Vay halınıza! İman gətirib yaxşı əməl işlədən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna isə yalnız səbr edənlər nail olarlar” (Qasas. 80), “yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur” (Fussilət-34, 35). yəni bu vəziyyət edilən şey yalnız səbir edənlərə verilir, deməkdir. “Və mə yulakkaha” bu şey verilməz, ancaq böyük qismət sahiblərinə verilər, deməkdir. Hər halda “Və innəhə ləkəbiratun” O ağırdır, ancaq xuşulu olanlar müstəsna, deməkdir. Ibn Əbi Təlha rəvayət edir ki, Ibn Abbas: “yəni Allahın endirdiyini təsdiq edənlərə” demişdir. Mucahid də: “həqiqi möminlərə demişdir.” Əbu Aliyə də: “Qorxanlara” demişdir.
Muqatil İbn Xəyyan belə demişdir: Ancaq xuşuluolanlar, yəni təvazökarlıq göstərənlər deməkdir. Dəhhak da : Namaz ağırdır, ancaq itaətində baş əyanlərə, qəzəbindən qorxanlara, vəd və xəbərdaqlığını təsdiq edənlərə deyil, demişdir. Bu, hədisdə qeyd olunana bənzəyir: “Sən böyük bir iş soruşdun, bu ancaq Allahın yüngülləşdirdiyi şəxsə asandır.
İbn Cərir: Ayənin mənası belədir demişdir: Ey əhli kitab hahamları, özünüzü Allahın itaətinə verərək, çirkin və pis şeylərə mane olan, Allahın rizasına yaxınlaşdıran, ağır gələn namazı qılaraq yardım istəyin. Ancaq namaz huşu edənlərə, yəni Allaha təvazö göstərənlərə, ona itaət üçün miskin kimi davrananlara, Onun qorxusundan zillətə bürünənlərə ağır deyildir. Və belə demişdir: Açıq aydın görünür ki, xitab nə qədər də İsrail oğullarına xəbərdarlıq etmək mövzusunda olsa da, yalnız onlar qəsd edilmiş deyildir. Bu onlar və başqaları üçün ümumi xitabdır. Allah ən doğrusunu biləndir.
-
46
Çünki onlar öz Rəbbi ilə qarşılaşacaqlarını və Ona qayıdacaqlarını yəqin bilirlər.
Bu da əvvəlki kəlamı tamamlayır. yəni belə deməkdir. Namaz yaxud tövsiyya edilən iş , həqiqətən də ağırdır, ancaq qorxan, Rəbblərinə qovuşmağa əmin olan kimsələrə ağır deyildir. yəni qiyamət günündə Onun hüzurunda yığışacaqalarını və ona ərz ediləcəklərini və Ona qayıdacaqlarını bilənlərə ağır deyildir. yəni özləri deyil işləri qayıdacaq, haqlarında ədalətlə hökm verəcək olan Allaha, deməkdir. Buna görə də axirətə, mükafat və cəzayə qəti inandıqdan sonra itaətləri etmək və pis şeyləri tərk etmək onlara asan gəlmişdir.
“Yazunnunə ənnəhumm mulaqu Rabbihim” kəlamına haqqında isə Ibn Cərir belə demişdir: Ərəblər bəzən yaqinə zənn, şübhəya də zənn deyarlər. Necə ki, qaranlığa sudfə, işıqlığa da sudfə, kömək edənə sarix, kömək istəyanə də sarix deyirlər. Bunu kimi bir çox misallar var ki, anlayışın özünə də ziddinə də eyni adı istifadə edirlər. Necə ki şair Düreyd ibn Simmə belə demişdir:
Dedim onlara ki, bilin siz yaqin,
Təpədən dırnağa zirehlə təmin
Edilmiş əsgərlər gəlir iki min.
Şair Umeyrə ibn Tariq də belə demişdir:
yaşaram aranızda Qövmümə daxil olsaz,
Uzaq şübhələrimi də yaqin hesab edərəm
Ərəb dilində zənnin yaqin yerində istifadə edilməsi saysız hesabsizdir. Bu zikredilənlər də anlayənlar üçün kifayət edər. Bu ayələr də buna misal ola bilər: “Günahkarlar atəşi görən kimi orayə düşəcəklərini yaqin edəcək və oradan qaçmağa bir yer tapa bilməyacəklər” (Kəhf, 53).
Sonra Ibn Cərir belə demişdir: Bizə Muhamməd ibn Bəşşar, o da Əbu Asimdən, o da Süfyandan, o da Cabirdən rəvayət edir ki, Mucahid (Tabein) belə demişdir: Quranda qeyd edilən bütün zənn yaqin mənasındadır. Mənə əl Müsənna, o da İshaqdan, o da Əbu Davud əl Hafaridən, o da Süfyandan, o da İbn əbi Nəcihdən rəvayət etdi ki, Mucahid: Qurandakı Bütün zənn elmdir, demişdir. Bu səhih bir sənəddir.
Əbu Cəfər ər Razi, Rəbi ibn Ənəsdən o da Əbu Aliyədən rəvayət etmişdir ki, “Əlləzinə yazunnunə ənnəhum muləqu Rabbihim” kəlamındakı zənn yaqinlik mənasındadır, demişdir. Ibn əbi Hatim demişdir ki, Mucahid, Suddi, Rəbi İbn Ənəs və Qatadədən də Əbu Aliyənin rəvayətinə bənzərirəvayət edilmişdir. Suneyd, Həccacdan rəvayət edir ki, ibn Cureyc bu ayədə Onlar Rəbblərinə Qovuşacaqlarını bildilər, demişdir. Necəki, “Mən hesabımla qarşılaşacağımı bilirəm” ayəsində olduğu kimi. Əbdurrahmən ibn Zeyd ibn Əsləm də belə demişdir.
Mən də deyirəm ki, Səhihdə belə deyilmişdir: Allah Təala Qiyamət günündə quluna “Səni evləndirmədimmi? Sənəsəxavət göstərmədimmi? Atı dəvəni sənə ram etmədimmi? Səni sözünə baxılan başçı etmədimmi?” deyar. O da Bəli deyar. Allah Təala da: Mənə qovuşacağını zənn etmədin? Deyar. O da Xeyir deyar. Allah da sən məni unutduğun kimi bu gün də mən sənmi unudacağam deyar. Bu, “Onlar Allahı unutdular. Allah da onları unutdu”(Tövbə, 67) ayəsində geniş olaraq gələcək.
-
47
Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və sizi aləmlərdən üstün etdiyimi xatırlayın.
Dədə babalarına və keçmişlərinə olan nemətlərini və onlardan peyğəmbərlər göndərmək, onlara və zamanlarındakı digər ümmətlərə kitablar endirməklə onlara olan lütfünü xatırladır. Necə ki, belə demişdir: “Biz onları (İsrail oğullarını) Öz elmimizlə aləmlərdən üstün tutduq.” (Duhan, 32)»O zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Allahın sizə olan nemətini xatırlayın. O, sizin aranızdan peyğəmbərlər göndərdi, sizi hökmdarlar təyin etdi və aləmlərdən heç kəsə vermədiyini sizə verdi» (Maidə, 20).
Əbu Cəfər ər Razi, o da Rəbi ibn Ənəs rəvayət edir ki, Əbu Aliyə : “mən sizi aləmlərdən üstün etdim” kəlamı haqqında,: Özlərinə verilən mülk, peyğəmbərlik və kitab nəticəsində o zamankı aləmlərə üstün etmişdir. Çünki hər zamanın bir aləmi vardır. Mucahid, Rəbi ibn Ənəsdən o da Qatadədən o da İsamayıl ibn əbu Xaliddən də eynisini rəvayət etmişdir. Bunu belə anlamaq lazımdır; çünki bu ümmət onlardan üsütündür. Belə ki, «Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. Kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı» (Ali İmran, 110) demişdir. Müsnəd və Sünnənlərdə Muaviya ibn Haydə əl Quşeyridən rə, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Sizlər yetmiş millətə bərabərsiniz. Siz onların ən xeyirlisi və Allah yanında ən qiymətlisisiniz. Bu haqda hədislər çoxdur. «Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz» (Ali İmran, 110) ayəsinin təfsirində bunlar zikr ediləcəkdir.
Belə də deyilmişdir: Bunda məqsəd bəzi xüsusiyyatlərdə digər insanlardan üstün edilmələridir. Bundan da mütləq olaraq üstünlük nəzərdə tutulmayıb. Bunu Razi nəql etmişdirsə də etiraz yeri vadır. Belə də deyilmişdir. Onlar içərilərindən peyğəmbərlər çıxmasıyla başqa millətlərdən üstün edilmişlər. Bunu da Qurtubi təfsirində qeyd etmişdir. Bunda da etiraz yeri vardır.Çünki aləmlər genişdir, onlardan əvvəlki və sonrakı peyğəmbərləri də ehtiva edir. Məslən İbrahim Xəlil onlardan öncədir, O onların bütün peyğəmbərlərindən üstündür. Muhamməd də onlardan sonradır, oda bütün məxluqatdan üstündür. Adəm oğullarının dünya və axirətdə rəhbəridir. Allahın salamı Onun üzərinə olsun.
-
48
Qorxun o gündən ki, heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən şəfaət qəbul olunmayacaq, heç kəsdən bir fidyə alınmayacaq və kömək göstərilməyəcəkdir.
Allah Təala əvvəl onlara nemətlərini xatırlatdıqdan sonra qiyamət günündə əzabının gəlməsi ilə onları qorxudub “o gündən qorxun” dedi. yəni qiyamət günündən deməkdir. “heç kəs heç kəsə fayda verə bilməyəcək”: yəni kimsənin kimsəya faydası olmaz. Necə ki: “Heç bir günahkar başqasının günahını boynuna götürməz” (Ənam, 164) buyurmuşdur. Belə demişdir: “O gün hər kəsə yetəcək qədər məşğuliyyat vardır” (Əbəsə 37). “Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övlada, övladın da valideynə heç bir fayda verə bilməyacəyi gündən çəkinin” (Loğman, 33). Ata və oğulun bir birlərinə fayda verməməsi ən sonhəddir. “Ondan şəfaət qəbull olunmaz”: yəni kafirlərdən deməkdir. Necə ki: “Onlara şəfaət edənlərin şəfaəti fayda verməz” demişdir. Cəhənnəmliklər üçün belə demişdir: Allahdan qorxun və mənə itaət edin!” Onlar dedilər: Sənə ən rəzil adamlar tabe olduğu halda biz sənə inanarıqmı?” (Şuara, 110,111). “Ondan fidyə alınmaz”: Burada qeyd edilən adl-fidyə (əvəz) deməkdir. Necə ki belə demişdir: “Həqiqətən də, kafir olub kafir kimi də ölənlərin heç birindən dünya dolusu qızıl fidyə versə belə, qəbull olunmayəcaqdır. Onlara sarsıdıcı bir əzab hazırlanmışdır və onların köməkçiləri də olmayəcaqdır” (Ali İmran, 91). Və belə demişdir: “Kafirlərin yer üzərindəki hər şey və bir misli də onların olsa qiyamət günün əzabından fidyə vermək istəsələr onlardan qəbull olunmaz. Onlar üçün acılı bir əzab vardır” (Maidə, 36). Belə də demişdir: “O, nə cür fidyə versə də, ondan qəbull olunmayacaq”(Ənam, 70). Bu gün nə sizdən, nə də kafirlərdən heç bir fidyə qəbull olunmaz. Sığınacağınız yer də oddur. Sizə layiq olan elə odur. Ora nə pis dönüş yeridir!” (Hədid, 15).
Allah Təala xəbər verir ki, əgər onlar Rəsuluna iman etməz, onunla göndərdiyi şey ilə onun ardınca getməzlərsə və Allahın hüzuruna bu hal ilə çıxarlarsa nə bir qohumun qohumluğu nə də bir etibarlı kimsənin şəfaəti onlara fayda verməz. Onlardan yer dolusu qızıl fidyə də qəbull olunmaz. Necə ki, belə demişdir: “Alış-verişin, dostluğun və şəfaətin olmayəcağı gün gəlməmişdən öncə” (Bəqərə, 254), “İman gətirən qullarıma de ki, namaz qılsınlar, alış-verişin və dostluğun olmayəcağı bir günün gəlməsindən əvvəl onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləsinlər” (İbrahim, 31). Süneyd belə demişdir: Mənə Həccac o da İbn Cureycdən, o da Mucahiddən nəql etdi ki, İbn Abbas belə demişdir: Ayədə qeyd olunan adl, əvəz və fidyə mənasındadır. Suddi də belə demişdir: Ayədə qeyd edilən adl qarşılıq deməkdir ki, yer dolusu qızıl fidyə gətirsə ondan qəbull olunmaz. Əbdurrəhman İbn Zeyd İbn Əsləm də belə demişdir.
Əbu Cəfər Ər-Razi belə demişdir. Mənə Rəbi İbn Ənəs o da Əbu Aliyədən: “Ondan fidyə qəbull olunmaz” (Bəqərə, 123) ayəsindəki “adl”- fidyədir, demişdir. İbn Əbu Hatim də belə demişdir: Əbu Malik, Həsən, Səid İbn Cubeyr, Qatadə, Rəbi İbn Ənəsdən də eynisi rəvayət edilmişdir. Əbdurəzzaq belə demişdir: Bizə Sevri o da Aməşdən, o da İbrahim Teymidən o da atasından nəql etdi ki, İbn Abbas uzun bir hədisdə belə demişdir: Sarf ilə adl, nafilə və fərz deməkdir. Vəlid İbn Muslim o da Osman İbn Əbil Atikədən o da Umeyr İbn Hanidən nəql edir ki, bu rəy burada gəribdir (zəifdir) demişdir. Birinci rəy bu ayənin təfsirində daha açıqdır. Onu əvəzləyacək şeylər gəlmişdir. Bu xüsusda İbn Cərir belə demişdir: Mənə Nəcih İbn İbrahim o da Əli İbn Hakimdən o da Humeyd İbn Abdurrahməndən o da atasından o da Amr İbn Qeys Əl-Mulaidən o da Şam əhlindən olan və Umeyya qəbiləsinə mənsub,möhtərəm bir adamdan nəql etdi ki,: “Ey Allahın Rəsulu, adl nədir?” deyildi. O da: “Fidyadir” dedi. “Onlara yardım da edilməz”: yəni biri cəsarət edib onlara yardım etməz, onları Allahın əzabından xilas etməz. Necə ki, yuxarıda qeyd edildiyi kimi heç bir qohum və etibarlı bir kimsənin onlara yazığı gəlməz. Onlardan fidyə də qəbull olunmaz. Bütün bunlar halına acıma baxımındandlr. Onlara nə özlərindən nə də başqalarından bir yardımçı da yoxdur. Necə ki: “Onun nə bir gücü nə də bir yardımçısı vardır” (Tariq, 10) demişdir. yəni “O”nu inkar edəndən nə fidyə qəbull edər nə də şəfaət. Onun əzabından özünü heç kəs qurtara bilməz, Ondan özünü xilas edə bilməz. “O”nun yanında kimsə onu himayə edə bilməz. Necə ki: “O, himayə edər, özü himayə olunmaz” (Muminin, 88) demişdir. “O gün heç kəs Onun verdiyi əzabı verə bilməz və heç kəs Onun buxovladığı ki buxovlaya bilməz” (Fəcr, 25-26). (Günahkarlara deyiləcək:) “Sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz?”
“Bəli, onlar bu gün baş əyəcəklər!” (Səffat, 25-26), “Bəs nəyə görə Allahı qoyub yaxınlaşmaq məqsədilə ilahiləşdirdikləri tanrılar onlara kömək etmədi? Əksinə, onlardan uzaqlaşıb yox oldular”. (Əhkaf, 28). Dəhhaqdan nəql edilir ki, İbn Abbas: ”Niyə bir-birinizə yardım etmirsiniz?” (Səffat, 25) ayəsində belə demişdir: Nə üçün bu gün alova girmənizə əngəl olmursunuz? Nəhayət, bu gün sizin üçün belə bir şey yoxdur! İbn Cərir də belə demişdir: “Onlara yardım da olunmaz” sözünün təfsiri belədir: yəni bu gün onlara bir yardımçı yardım eləya bilməz, necə ki, bir şəfaətçinin şəfaət etməyəcəyi kimi. Onlardan əvəz və fidyə də qəbull olunmaz. Orada qahmar çıxma deya bir şey yoxdur. Rüşvət və şəfaət silinib getmişdir. Qövmlər arasında yardımlaşma və dəstəkləmə götürülmüşdür. Qərar “O”nun yanında şəfaətçi və yardımçıların fayda vermədiyi Cabbar Allaha aiddir. O da pisliyi misli ilə yaxşılığı da qat-qat ilə əvəzini verər. Bu, “Onları dayəndırın, çünki onlar sorğu-sual olunacaqlar. Sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz? Bəli, onlar bu gün baş əyacəklər!” (Safffat, 24-26) ayələrinə oxşayır. -
49
Bir zaman Biz sizi Fironun tərəfdarlarından xilas etdik. Onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir sınaq var idi.
Allah Təala deyir ki, Ey İsrailoğulları sizə olan nemətimi yadınıza salın, “Bir vaxtlar sizi Firon tərəfdarlarından xilas etdik. “Onlar sizə ağır əzablar verirdilər” yəni sizi onların əlindən xilas etdim, sizi Musanın əshabı olaraq onların əlindən aldım. Sizə ağır əzablar verirdilər yəni sizi əzaba salır, və sizə ən pis əzabları daddırırdılar. Bu da belə olmuşdur: Firon, qorxunc bir yuxu görür ki, Beyt-ul-Məqdisdən qorxunc bir alov çıxır və Misir ölkəsində İsrail oğullarının evləri istisna olmaqla bütün qibtilərin evinə yayılır. yuxunun yozumu isə mülkünün İsrail oğullarından birinin əli ilə dağıdılması idi. Belə də deyilmişdir: Onun gecə söhbət etdiyi insanlar İsrail oğullarından bir nəfər çıxacağını gözlədiklərini danışırdılar. Bu adam böyük dövlət və üstünlük qazanacaqdı. Fitnələr hədisində belə deyilmişdir. Necə ki, Taha surəsində gələcək.
Firon buna görə bütün israil oğularından dünyaya gələn oğlanların öldürülməsi, qızların isə sağ saxlanılmasını əmr edir. İsrail oğullarını ağır və alçaldıcı işlərdə işlədilməsini əmr etdi. Burada ağır əzab oğlan uşaqlarının boğazlanması ilə təfsir edilmişdir. İbrahim surəsində də bu məna vurğulanmışdır. Necə ki, belə buyurulmuşdur.
Onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunun təfsiri də Qasas surəsinin əvvəlində gələcək InşəAllah. Allaha güvənir ona etimad edir, ondan kömək gözləyirik. yasumunəkum – rəva görmək deməkdir. Necə ki, səəəməhu huttətən xasəfə – onu yerə batırmağı rəva gördü, deməkdir. Şair Əmr ibn Gülsümdə belə demişdir:
Kral bizi alçaqlığa batirmağa sürüklədi,
biz isə bu pis dimdikləməya etiraz etdik.
Bunun mənasının Sizə daimi əzab edərlər demək olduğu da söylənmişdir. Necəki, saimətil ğanəm davamlı olatraq otlağa yayılan mal-qara deməkdir. Bunu da Qurtubi nəql etmişdir. Burada “oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Deməsi sizə ağır əzablar verirdilər.” — sözündəki neməti təfsir etmək etmık üçündür. Sonra da onu burada təfsir etmişdir. Çünku “orada sizə olan nemətimi xatırlayın” (Bəqərə, 40) deyilmişdir. İbrahim surəsinə gəldikdə isə, “Onlara Allahın günlərini xatırlat” (İbrahim, 5) yəni nemət və ikramlarını xatırlat dedikdə: Sizə əzabın ən pisini rəva görürlər, oğullarınızı öldürər, qadınlarını sağ qoyar, deməsi münasib olmuşdur. Ona da boğazlanmağı əlavə etmişdir, İsrail oğullarına müxtəlif və davamlı nemətlər verildiyini göstərsin. Firon, Əməliglər sulaləsindən və digərlərindən olan Misirin kafir krallarına verilən addır. Necə ki, Şamla birgə Roma tərəfdə olanlar öz kafir krallarına Keysər deyirdilər. Kisra farslara başçılıq edənlərə, Tübba da Yəmənin kafir krallarına deyilirdilər. Necaşi Həbəş krallarına, Batleymus da, Hind krallarına deyilirdi. Belə deyilmişdir: Musa (əleyhi salam) zamanındakı Fironun adı, Vəlid ibn Musab ibn Rəyyandı. Musab ibn Rəyyan deyanlər də olmuşdur. O İmlik ibn Evd ibn İrəm ibn Sam ibn Nuh sülaləsindən idi. Onun künyasi əbu Murradı əsli də farsdır. İstaxar bölgəsindən. Nə olursa olsun Allahın lənəti olsun ona.
Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir sınaq var idi. İbn Cərir belə demişdir: Sizi Fironun ailəsinin əzabından xilas etməmizdə sizin üçün rəbbinizdən böyük bir imtahan vardır, yəni onda sizin üçün böyük bir nemət vardır, deməkdir. Əli ibn Əbi Təlha, Ibn Abbasdan “Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir sınaq var idi” ayəsində nemət vardır demişdir. Mucahid də: Rəbbinizdən böyük nemət vardır demişdir. Əbu Aliyə, Əbu Malik, Suddi və digərləri də belədemişdilər. Bəlanın əsli sınaqdır, o da xeyirlə də olur, şərlə də. Necə ki Allah təala Sizi imtahan üçün xeyir və şərlə sınağa çəkirik demişdir. “Biz onları yaxşılıq və pisliklə sınadıq ki, bəlkə (doğru yola) dönələr” (Əraf, 168). Ibn Cərir belə demişdir: Şərdə daha çox bələvtuhu, ebluhu, bəlaən, xeyirdə isə əblihi, ibləən və bəlaən deyilir. Şair Züheyr ibn əbi Sülma belə demişdir:
Nemət ver Allahım, o ikiliya
Sizlərə yaxşılıq etdilər deya
Nail et nemətin xeyirlisinə
Allah o iki nəfəri sizə etdiklərinə görə yaxşılıqla mükafatlandırsın,Onları xeyirlinemətlə mükafatlandırsın.
Burada hər iki lüğəti mənanı da istifadə etmişdir. Çünki onlara qullarına sınadığı ən xeyirli nemətləri versin, demək istəmişdir. Belə də deyilmişdir “Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir sınaq var idi” ayəsində oğlanların öldürülməsi qızların isə sağ saxlanılması kimi alçaldıcı əzaba işarət vardır. Qurtubu birinci rəyi nəql etdikdən sonra, Bu cumhurun fikri və sözüdür demişdir. Sonra da belə demişdir: Burada bəla şərdir, Mənası da öldürülmədə xoşa gəlməyan bir şey və imtahan vardır şəklindədir.
-
50
O zaman Biz sizə görə dənizi yardıq, sizi xilas etdik və Fironun tərəfdarlarını gözünüzün qabağında batırdıq.
“O zaman Biz sizə görə dənizi yardıq, sizi xilas etdik və Fironun tərəfdarlarını gözünüzün qabağında batırdıq” Mənası Sizi firon xanədanından xilas etdikdən və Musa əleyhissalam ilə çıxdıqdan sonra demekdir. Firon sizi təqib etməyə cıxdı., bizdə dənizi sizin üçün yardıq. Necə ki, bu müəyyan yerlərdə geniş izah edilmişdir. Ən uzunlarından biri də Şüara surəsində gələcəkdir, InşəAllah. “sizi xilas etdik” yəni canınızı qutardıq, sizinlə onların arasına əngəl qoyduq və gözıərinizin önündə onları suya qərq etdik ki, ürəyiniz daha çox soyusun və düşməniniz daha da xar olsun. Abdurrazzak belə demişdir: Bizə Mamər oda Əbu ishaq əl Həmadanidən rəvayət etdi ki, Amr ibn Meymun əl Evdi bu ayə haqqında belə demişdir. Musa İsrail oğulları ilə çıxdığı zaman Firon bunu eşitdi. Xoruzlar banlayəna kimi arxalarınca düşməyin. Allaha and olsuin ki, O gecə xoruzlar banlamadı. Firon bir qoyun kəsdi, ciyarini yeməmiş 600 min qipti toplaşacaq dedi. Doğurdan da ciyarini yemədən 600 min qibti toplaşdı, sonra hərəkət etdi. Musa dənizə çatdığı zaman dostlarından yuşa ibn Nun adlı biri: Rəbbin hara getməyi əmr etdi? dedi, O da dənizi göstərərək, Önünə ! dedi. yuşa atını dənizə sürdü, su boğaza qədər çatdı, az qala boğulacaqdı. Sonra o qayıdıb bir daha : Ey Musa Rəbbin haranı əmr etdi? Allaha and içirəm ki, nə sən yalan danışmısan nə də yalançı hesab edilmisən. Bunu üç dəfə təkrarladı. Sonra Allah, Musayə: Əsanı dənizə vur, deya vəhy etdi. O da vurdu, “Dəniz yarıldı hər kütlə böyük dağ kimi oldu” (Şüəra, 63). Sonra Musa və onunla gələnlər yollarına davam etdilər. Firon da onları eyni yoldan təqib etdi. Təmamilə dənizin içinə daxil olduqları zaman Allah suyu üstlərinə buraxdı. Məhz “Fironun tərəfdarlarını gözünüzün qabağında batırdıq” dediyi budur. Bir çox keçmiş alimlər də belə demişdir. İzahı yerində gələcəkdir.
Bu günün aşura günü olduğu deyilmişdir. Necə ki, Əhməd ibn Hənbəl belə demişdir
(2639) Bizə Affan, o da Abdulvarisdən, o da Eyyubdan, o da Abdullah ibn Səid ibn Cubeyrdən, o da atasından rəvayət edir ki, ibn Abbas belə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm), Mədinəyə gəldi, yəhudilərin aşura günü oruc tutduqlarını gördü. Bu oruc tutduğunuz gün nədir? dedi, Onlar da, bu yaxşı bir gündür. Bu Əziz və Cəlil olan Allahın İsrailoğullarını düşmənlərindən xilas etdiyi gündür. O gündə Musa əleyhissalam oruc tutdu deyirlər. Rəsulullah (salləllahu aleyhi və səlləm), “Mən Musayə sizdən yaxin olmağa daha çox haqqım çatır, dedi. O gündə oruc tutdu və oruc tutulmasını əmretdi. Bu hədisi Buxari, Müslim, İbn Macə də, müxtəlif yollarla Əyyub Sixtiyənidən yuxarıda keçən eyni sənədlə rəvayət etmişdirlər.Əbu yala əl Mosuli dedi ki, Bizə Əburrəbi, o da Salam ibn Süleymdən, o da Zeyd ibn əl Ammidən, o da yəzid ibn Rakkaşıdən, o da Ənəsdən rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir. Allah dənizi İsrailoğullarına Aşura günü yardı, Bu hədis bu isnadla zəifdir. Çünki Zeyd ibn Ammidə zəiflik var. Onun şeyxi yəzid ər Rəqqaşi isə daha zəifdir.
-
51
O zaman Biz Musaya qırx gecəlik vədə verdik. Sonra siz onun ardından buzovu özünüzə məbud qəbul edərək zalım oldunuz.
Allah Təala deyir ki, sizi əhv etməklə sizə olan nemətimi xatırlayın, çünki Musa Rəbbi ilə vədələşdikdən sonra, o Rəbbinin hüzuruna gedən kimi, buzova sitayiş etdiniz. Bu da Araf surəsində zikr edilən bu qırx gündür: “Biz Musayə otuz gecəlik vədə verdik və buna on (gecə də) əlavə etdik” (Əraf, 142). Bunun tam olaraq zilqadə ayı ilə ondan sonra on günün zilhiccədən olduğu rəvayət edilmişdir. Bu da Firondan qurtulandan və dənizdən xilas olandan sonra baş vermişdi. O zaman Biz Musayə Kitabı verdik, yəni Tövratı, Furqanı yəni yaxşı ilə pisi, haqq ilə batili və hidayətlə zəlaləti ayıranı vermişdik, deməkdir. Bəlkə doğru yolla gedəsiniz. yenə bu da dənizdən çıxdıqdan sonra olmuşdur. Necə ki, Əraf surəsindəki siyakdan başa düşülməkdədir. Bir də Allah Təala buyurur: “Biz əvvəlki nəsilləri məhv etdikdən sonra Musayə insanlar üçün açıq-aydın dəlillər, doğru yolu göstəricisi və rəhmət olaraq Kitab verdik ki, bəlkə, düşünüb ibrət alsınlar.”(Qasas, 43). Burada vavın zait olduğu deyilmişdir. Kitabla Furqan ayırmaq.Mənası : Musayə haqq ilə batili ayıran kitabı verdik, ola bilər ki bu qəribdir. Belə də deyilmişdir: Məna bir olmaqla bərabər ona qoşulmuşdur, şairin bu beytində olduğu kimi:
Raqişiya dərini verdiyim zaman
Baxdı ki, sözləri firildaq,yalan.
Başqası da belə demişdir:
Ah Hind nə yaxşıdır,Nə xoş bir insan,
Xoşdur yaşadığı qaldığı məkan,
Getmiş buralardan uzaq yerlərə
Əl çatmamaz, ün yetməz iraq ellərə
yuxarıda keçdiyi kimi kizb ilə meyn eynidir, ikisi də yalandır. Ney ilə bud da eynidir, ikisi də uzaq deməkdir.
Antərə də belə demişdir:
Xeyli zamandır ki, gözləyan izlər,
Nə olar qalsanız orada sizlər
Heysəmin anası tərk etdi sizi
Nə olar pozmayın siz qəddinizi
Ayrılıq məkanı olsun yeriniz
O sizi burada qoyub getsə də,
Heç olmamış kimi gözdən itsə də
-
52
Sonra bunun ardınca Biz sizi bağışladıq ki, bəlkə şükür edəsiniz.
51-ci ayənin təfsirinə bax.
-
53
O zaman Biz Musaya Kitab və Furqan verdik ki, bəlkə doğru yolla gedəsiniz.
51-ci ayənin təfsirinə bax.
-
54
O zaman Musa öz qövmünə dedi: “Ey qövmüm! Siz buzovu ilah qəbul etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və özünüzü öldürün. Bu, Yaradanınızın yanında sizin üçün xeyirlidir”. O, sizin tövbənizi qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir.
Bu Allah Təalanın İsrail oğullarının tövbəsini qəbul şəklini göstərməkdədir. Həsən Bəsri bu ayə haqqında belə demişdir: Bu, qəlblərinə buzova sitayiş etmə ilə əlaqəli istək düşdüyü zaman olmuşdur, Allah belə demişdir: “Onların əllərinin arasına düşdükdə və azdıqlarını gördükdə: “Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, əlbəttə, ziyana uğrayanlardan olarıq”– dedilər” (Əraf, 149). Bu da Musanın “Ey qövmüm! Siz buzovu qəbul etməklə özünüzə zülm etdiniz”. Dediyi vaxt olmuşdur. Əbu Aliyə, Səid ibn Cubeyr və Rəbi ibn Ənəs ayədə qeyd edilən Bari sözünün Xaliq mənasına gəldiyinidemişdilər. Burada “ilə Bəriikum” sözündə günahlarının böyüklüyünə diqqət çəkilmişidir. yəni sizi yaradana tövbə edin halbuki, siz onunla yanaşı başqasına ibadət etdiniz. Nəsəi, İbn Cərir və Ibn Əbu Hatim Yəzid ibn Harundan, onlar da Əsbağ ibn Zeyd əl Vərraqdan, o da Qasım ibn Əbu Əyyubdan, o da Səidin Cubeyrdən rəvayət etmişdir ki, İbn Abbas belə demişdir: Onların tövbələri hər bir adam qarşılaşdığı atanı, oğulu öldürməsi şəklində idi. Onu qılıncla öldürər və orada kimin öldürüldüyünə fikir verməzdi. Musa ilə Haruna gizli qalan və yalnız Allahın bildiyi günahlarını etiraf etdilər, özlərinə əmr ediləni yerinə yetirdilər. Allah da qatilidə qətl ediləni də bağışladı. Bu, fitnə hədisindən bir hissədir. Taha surəsində bütöv olaraq qeyd ediləcəkdir İnşəAllah.
İbn Cərir belə demişdir. Mənə Əbdul Kərim ibn Heysəm, o da İbrahim ibn Bəşşardan, o da Sufyan ibn Uyeynədən, o da Əbu Səiddən, o da İkrimədən rəvayət etdi ki, Ibn Abbas belə demişdir: Musa qövmünə: “yaradanınıza tövbə edin və özünüzü (sizlərdən özlərinə zülm edənləri) öldürün. Bu, yaradanınızın yanında sizin üçün xeyirlidir”. O, sizin tövbənizi qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir” deməklə Allahın özlərini öldürmələri əmrini öz qövmünə əmretdi. Buzova sitayiş edənlər çöməlib oturdular, ona sitayiş etməyənlər isə ayəqüstə dayənaraq əllərinə xəncərlərini aldılar. Zülmət bir qaranlıq çökdü. Hər kəs bir birini öldürməya başladı. Qaranlıq çəkildiyi zaman yetmiş min insanın öldürüldüyü ortaya çıxdı. Onlardan hər öldürülənin tövbəsi qəbul edilmiş oldu. Qalanlar da tövbə edilmiş sayıldılar. Ibn Cureyc belə demişdir. Mənə Qasım ibn əbu Əbzə rəvayət etdi ki, Səid ibn Cubeyr ilə Mucahid “özünüzü öldürün” sözü haqqında belə demişdilər: Bəziləri xəncərləri götürüb qalxdılar, bir birilərini öldürməyə başladılar. Heç kim öz qohumuna və ya yada yazığı gəlmirdi. Elə oldu ki, Musa axırda əli ilə paltarını yellədi, onlar da əllərindəkini atdılar. yetmiş min insanın öldüyü aydın oldu. Allah Musaya bu mənə kifayət edər deyə vəhy etdi. Bu da Musanın paltarını bayraq kimi yellətməsi ilə oldu. Alidən (radiyallahu anh) da belə dediyi rəvayət edilmişdir. Qatadə belə demişdir: Qövmə dəhşətli bir əmr verilmişdi, ayağa qalxıb dəhrələrlə bir birilərini al qana boyadılar, bir birilərini öldürdülər. Sonda Allah onların cəzalarını vermiş oldu. Dəhrələr əllərində düşdü. Öldürməyi dayandırdılar. Çünki dirilərin tövbəsi qəbul olmuş, ölüləri isə şəhid sayılmışdılar. Həsən Bəsri belə demişdir: Üstlərinə elə bir zülmət qaranlıq çökmüşdü və onlar bir birilərini öldürdülər. Sonra qaranlıq açıldı, bununla da tövbələri qəbul oldu. Suddi də “özünüzü öldürün” sözü haqqında belə demişdir: Ona ibadət edənlər və etməyənlər bir birilərini qılınclar ilə öldürdülər. Hər iki tərəfdən də öldürülənlər şəhid oldular. O qədər çox insan öldürüldü ki, sayı yetmiş minə çatdı. Nəhayət Musa ilə Harun dua etdilər. Rabbimiz, sən İsarailoğullarını həlak etdin, Rəbbimiz qalanları, qalanları… Onlara silahları yerə qoymağı əmr etdi. Tövbələrini qəbul etdi. İki qrupdan da öldürülənlər şəhid oldular. Qalanlar da bağışlandılar. Məhz “O, sizin tövbənizi qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir” deyildiyi də bunu ifadə edir. Zuhri də belə demişdir: İsrail oğulları birbirilərini öldürməklə əmr olunduğu zaman, Musa (aleyhi salam) onlarla idi, qılıclarını götürərək bir birilərinə hücum etdilər. Xəncərlərlə bir birilərini zərbə endirdilər. Sonda xeyli hissəsi yox olduğu zaman: Musa (aleyhi salam) əllərini açaraq qaçanları zərbələrdən qorumağa çaldı. Onlar da : Ey Allahın peyğəmbəri bizim üçün Allaha dua et dedilər. Əllərini onun qollarına dayamışdılar. Xeyli vaxt belə davam etdi, axırda Allah tövbələrini qəbul etdi. Bir birilərinin əllərini tutdular, silahı atdılar. Musa ilə İsrail oğulları öldürülənlərə hüzünləndilər. Allah Musaya vəhy etdi: Niyə hüzünlənirsən? Öldürülənlər diridirlər, mənim qatımda ruzilənirlər. Qalanlarında tövbəsini qəbul etdim, dedi. Musa ilə İsrail oğulları buna sevindilər. Bunu Ibn Cərir yaxşı bir sənədlə rəvayət etmişdir.
Ibn İshaq da belə demişdir: Musa qövmünə geri qayıdıb, buzovu yandırıb külünü dənizə sovurduqdan sonra, qövmündən seçdiyi insanlarla oradan çıxdı. Onları ildırım çaxıb öldürdü. Sonra yenidən dirildildilər. Musa Rəbbindən İsrail oğullarını buzova sitayiş etdiklərinə görə bağışlanmasını istədi. O da özlərini öldürmədikcə xeyr dedi. O Deyir ki, Mənə gəlib çatan rəvayətə görə onlar Musaya : Allahın əmrinə səbir edərik, dedilər. Allah da Musaya Buzova ibadət etməyənlərin edənləri öldürməsini əmr etdi. Meydanlarda oturdular onlara qılınclar verildi. Onları öldürməya başladılar. Musa ağladı, qadınlar və uşaqlar hönkürərək əhf istədilər. Allah tövbələrini qəbul edərək onları əhv etdi. Musa qılıncları saxlamağı buyurdu. Əbdurrəhman ibn Zeyd ibn Əsləm belə demişdir: Musa qövmünə döndüyü zaman, bunlar yetmiş nəfər idilər ki, Harunla bərabər ayrılaraq buzova sitayiş etməmişdilər. Musa onlara Rəbbinizlə görüşə gedin dedi. Onlar da: ya Musa tövbə varmı? Dedilər. O da Bəli dedi, özünüzü öldürün. Bu sizin üçün tövbənizin qəbul edilməsi üçün yaradanınızın qatında daha xeyirlidir, dedi. Onlar qılıncları, nizələri, xəncərləri və bıçaqları çəkdilər. Deyilir ki, Üzrələrinə bir duman çökdü. Birbirilərini əlləri ilə yoxlayəraq öldürürdülər. Biri atasına və qardaşına rast gəlir, bilmədən onu öldürürdü. “Səbr edən qula Allah rəhmət etsi”n deya qışqırışırdılar. Axırda Allah onlardanrazı oldu. Ölüləri şəhid olub, dirilərinin də tövbələri qəbul olundu. Sonra da ravi bu ayəni oxudu. O, sizin tövbənizi qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir”.
-
55
O zaman siz: “Ey Musa! Biz Allahı açıq-aşkar görməyincə sənə iman gətirməyəcəyik!”– dediniz və gözünüz görə-görə sizi ildırım vurdu.
Allah Təala deyir ki, Sizi ildırım vurduqdan sonra diriltmə nemətimi xatırlayın, yadınızdadırsa məni açıq aydın gözlə görmək istəmişdiniz. Halbuki, sizin və sizin kimilərin buna gücü çatmaz. Necə ki, İbn Cureyc belə demişdir: Ibn Abbas bu ayədə keçən “cəhrətən” kəliməsi haqqında “açıq-aşkar” deməkdir demişdir. İbrahim ibn Tahman, Abbad ibn İshaqdan, oda Əbu Huveyrisdən rəvayət edir ki, Ibn Abbas Allahı açıq aşkar görmədikcə sənə iman etmərik, mənasını vermişdir. Qatadə ilə Rəbi ibn Ənəs də: Cəhrətən – gözlə görməkdemişdilər. Əbu Cəfərdən rəvayət edilir ki, Rəbi ibn Ənəs belə demişdir: Onlar Musanın seçdiyi yetmiş nəfər idi ki, Musayla birlikdə getmişdilər. Onlar bir danışıq eşitdilər və dedilər: “Biz Allahı açıq aşkar görməsək sənə əsla iman etməyəcəyik”. Sonra bir səs eşitdilər və onları ildırım vurdu, öldülər. Mərvan əl Həkəm Məkkə minbərindən belə dedi: Ayədə qeyd edilən “əs-saikatu” sözü səmadan eşidilən gurultulu səsdir. Suddi isə sizi ildırım vurdu sözündə əs-Saikatu oddur demişdir. Urva ibn Ruveym də: Siz baxa baxa, sözündə bəzilərini ildırım vurdu digərləri isə baxırdılar. Sonra onlar dilrildi, baxanları ildırım vurdu. Suddi də sizi ildırım vurdu sözü haqqında öldünüz demişdir. Bundan sonra Musa qalxıb ağlayəraq Allaha dua etdi: Rəbbim, İsrail oğullarına nə deyacəyam, mən onları gətirdim, sən onların ən seçilmişlərini həlak etdin. “Ey Rəbbim! Əgər istəsəydin, bundan qabaq onları da, məni də məhv edərdin. Aramızdakı səfehlərin törətdiyi günahlar üzündən bizi məhvmi edəcəksən?” (Əraf, 155) Allah da Musaya bu yetmiş nəfərin buzova sitayiş edənlərdən olduğunu vəhy etdi. Sonra Allah onları diriltdi. Onlarda tək tək qalxdılar və canlandılar. Necə dirildiklərini gözləri ilə görürdülər. Məhz Allah Təalanın “Ölümünüzdən sonra Biz sizi diriltdik ki, bəlkə şükür edəsiniz” dediyi budur. Rəbi ibn Ənəs belə demişdir: Ölümləri onlar üçün bir cəza idi. Öldükdən sonra dirildilər ki, ömürlərini tamamlasınlar. Qatadə də belə demişdir.
İbn Cərir belə demişdir: Bizə Muhamməd ibn Humeyd, ona da Sələmə ibn Fədl rəvayət etdi ki, Muhamməd ibn İshaq deyir ki, Musa öz qövmünün yanına qayıdanda onları buzova sitayiş edən gördü. Qardaşına və Samiriya dediyini dedi. Buzovu yandırdı, külünü dənizə sovurdu. Musa onların ən yaxşılarından yetmiş nəfər seçdi. Allaha tərəf gedin, etdikərinizdən Allaha tövbə edin, geridə qoyduğunuz qövmləriniz üçün də Allahdan tövbə istəyin. Oruc tutun, paklanın və geyimlərinizi təmizləyin. Onları Rəbbinin təyin etdiyi bir vaxtda Turi Sina dağına çıxardı. Ora ancaq Allahın izni və elmi ilə gəlirdi. Mənə rəvayət edildiyinə görə o yetmiş nəfər Musanın dedikərini yerinə yetirdikdən sonra : Ey Musa Rəbbindən istə biz də Rəbbimizin kəlamını eşidək, dedilər. Musa dağa yaxınlaşdıqda üstlərinə bulud çökdü. Bulud bütün dağı bürüdü. Musa buludun içinə yaxınlaşdı və onlara siz də yaxınlaşın dedi. Musa Allah onu danışdırdığı zaman alnına parlaq nur düşərdi. Adəm oğullarından heç kim ona baxa biıməzdi. Arayə bir pərdə çəkildi. Onlar yaxınlaşdılar. Buludun içinə girdikləri zaman səcdəya qapandılar. Onu Musa ilə danışarkən eşitdilər, ona bunu et, bunu etmə deyirdi. Əmrini verdikdən sonra bulud çəkildi, Musa göründü. Onların yanına qayıtdı. Onlar da Musaya: Biz də Allahı açıq aşkar görməsək sənə inanmarıq dedilər. Beləcə onları ildırım vurdu və hamısı öldülər. Musa qalxıb Rəbbinə yalvarmağa, dua və niyəz etməyə başladı: “Ey Rəbbim! Əgər istəsəydin, bundan qabaq onları da, məni də məhv edərdin” dedi. Onlar ağılsızlıq etdilər, içərimizdən səfehlərin ettiklərinə görə digər geri qalan İsrail oğullarından bəzilərini həlakmı edəcəksən? yəni bu onlar üçün həlakdır. Mən onların ən yaxşılarından yetmiş nəfəri seçdim. Onların yanına qayıdacağam, yanımda da bu seçilmişlərdən heç biri olmazsa, məni kim təsdiqləyacək və bundan sonra mənə kim güvənəcək. Həqiqətən, biz, Sənə üz tutduq! (Əraf, 156) Musa bu şəkildə Allaha yalvarmağa ruhlarının geri verilməsini istəməya davam etdi. İsrailoğullarının buzova sitayiş etmələrinə görə tövbə istədi. O da Xeyir, özünüzü öldürün dedi. Muhamməd ibn İshaqın rəvayət şəkli belə idi.
İsmayıl ibn Əbdurrəhman Əs Suddi əl Kəbir də belə demişdir. İsrail oğilları buzova sitayiş etməkdən tövbə etdikdən, Allah əmr etdiyi kimi birbirlərini ölüdürüb tövbələri qəbul olduqdan sonra, Allah Musaya hər qəbilədən bir neçə nəfərlə buzova sitayiş etdiklərinə görə üzrxahlıq etmək üçün onun yanına gəlmələrini əmretdi. Musa onlara vəd etdi. Özü onlardan yetmiş nəfər seçdi. Sonra üzr istəmələri üçün onunla birgə getdi. İbn İshaq ardını yuxarıda qeyd edildiyi kimi rəvayət edir. Bu rəvayətdən “Allahı açıq aşkar görmək“ xitabınn İsrail oğullarına aid olduğu aydın olur. Məqsəd onlardan seçilən yetmiş nəfərdir. Bir çox təfsirlər bundan fərqli bir fikir bəyan etməmişdirlər. Razi təfsirində bu yetmiş nəfərin qissəsindən bəhs edərkən belə qərib bir şey nəql etmişdir. Onlar dirildikdən sonra ey Musa sən Allahdan nə istəsən sənə mütləq verir. Ona dua elə bizi də peyğımbırlərdən etsin, dedilər. O da belə dua etdi. Allah da duasını qəbul etdi. Bu çox qəribdir. Çünki Musanın zamanında Harun, daha sonra yuşa ibn Nundan başqa peyğəmbər olduğu bilinməməkdədir. Əhli kitab bunların Allahı görmələri iddiasında da yanılmışdır. Çünki Musa əl Kəlim belə bunu istəsə də verilmədiyinə görə, bu yetmiş nəfərə necə verilə bilər.
Ayə haqqında ikinci rəy: Əbdurrəhman ibn Əsləm bu ayənin təfsirində belə demişdir. Musa Allahın qatından lövhələrlə geri döndü. Bu lövhələrdə Tövrat yazılmışdı. Onların buzova sitayış etdiklərini gördü. Onlara özlərini öldürmələrini əmr etdi, onlar da etdilər. Allah da Tövbələrini qəbul etdi, və “Bu lövhələrdə Allahın kitabı vardır. Orada sizə əmretdiyi şeyləri əmr edir, qadağan etdiyi şeyləri qadağan edir. Onlar da “Sənin sözünə iananaraq bunu kim qəbul edər. Xeyir vallahi, Allahı açıq-aşkar görmədikcə, Allah bizə yuxarıdan baxıb Bu mənim kitabımdır, onu qəbul edin demədikcə inanmayəcağıq.
Ey Musa səninlə danışdığı kimi bizimlə niyə danışmır? Dedilər. Ravi Allahı açıq-aşkar görməyincə sənə iman gətirməyacəyik ayəsini oxudu, deyir ki Allahın qəzəbi gəldi, tövbədən sonra onları ildırım vurdu, hamısı öldü. Deyilir ki, Sonra Allah onları ölümlərinin ardınca diriltdi. Ravi bu yerdə Ölümünüzdən sonra Biz sizi diriltdik ki, bəlkə şükür edəsiniz, ayəsini oxudu. Musa onlara Allahın kitabını qəbul edin dedi. Onlar da Xeyir dedilər. Musa Sizə nə oldu? Dedi. Onlar da biz öldük sonra dirildik dedilər. o da Allahın kitabını qəbul edin dedi. Onlar da xeyir dedilər. Beləcə Allah onlara mələklər göndərdi, mələklər də dağı onların başlarının üstünə qaldırdılar. Bu siyak (gedişat) onların dirildikdən sonra mükəlləf olduqlarını göstərir. Məvardi bu haqda iki rəy nəql etmişdir. Birinci onlardan mükəlləfliyindüşməsidir. Çünki onlar vəziyyəti açıq aşkar gördülər, təsdiq etməyə məcbur qaldılar. İkincisi də onlar mükəlləfdirlər, ta ki heç bir ağıllı nəfər mükəlləflik xaricində qalmasın. Qurtubi belə demişdir: Doğrusu budur: Çünki onların o faciləli mənzərəni görmələri mükəlləfiyyatlərinə mane təşkil etməz. Zira İsrail oğulları da bir çox qeyri-adi şeylər görmüşdülər. Lakin buna baxmayəraq mükəlləf idilər. Bu açıq aydındır. Allah ən doğrusunu biləndir.
-
56
Ölümünüzdən sonra Biz sizi diriltdik ki, bəlkə şükür edəsiniz.
55-ci ayənin təfsirinə bax.
-
57
Biz sizin üstünüzə buludla kölgə saldıq, sizə manna və bildirçin endirdik. “Sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin!”. Onlar Bizə deyil, təkcə özlərinə zülm etdilər.
Allah Təala onlardan dəf etdiyi bəlaları izah edincə, onlara bol — bol verdiyi nemətlədən bəhs etməyə başladı: “Sizə buludu kölgə etdik” dedi. Burada qeyd edilən ğamam sözü ğamamənin cəmidir. Ona ğamam deyilməsi göy üzünü örtməsinə görədir. O da ağ buluddur. Tih səhrasında onları günəşin istisindən qorumaq üçün kölgələdi. Necə ki, Nəsai və digərləri ibn Abbasdan fitnələrhədisində belə rəvayət etmişdilər. İbn Əbi Hatim, İbn Ömər, Rəbi İbn Ənəs, Əbu Micləz, Dəhhaq və Suddidə İbn Abbasın sözü kimi demişdilər. Həsən ilə Qatadə də “sizə buludu kölgə etdik” sözündə: Bu çöldə olmuşdu, bulud onları günəşdən qorumuşdu, demişdilər. İbn Cərir də belə demişdir ki, başqaları da: O bildiyimiz buluddan daha sərin və daha xoşdur, demişdilər. İbn Əbi Hatim də belə demişdir: Bizə Əbu Huzeyfə o da Şibldən o da İbn Əbi Nəcihdən rəvayət edir ki, Mucahid “buludu kölgə etdik” sözündə: O qiyamət günündə Allahın gələcəyi bulud deyildir. Bu sadəcə onlara bir bulud olmuşdir. İbn Cərir bunu Müsənna İbn İbrahimdən o da Huzeyfədən belə rəvayət etmişdir. Sevri və digərləri də İbn Əbi Nəcih ilə Mucahiddən belə rəvayət etmişdilər.Sanki o demək istəyirki, Allah ən doğrusunu biləndir, O bulud belə bir bulud deyildir. Bundan daha gözəl, daha xoş və mənzərə etibarı ilə daha parlaqdı. Necə ki, Süneyd də təfsirində Həccac İbn Muhamməd İbn Cureycdən belə rəvayət etmiş, İbn Abbas bu haqda: Ğamamə bu buluddan daha sərin və xoşdur. O, içində Allahın gələcəyi bir buluddur. Necə ki, belə demişdir: “Onlar Allahın və mələklərinin bulud kölgəliyi içində gəlməsini mi gözləyirlər?” (Bəqərə, 210). O da Bədr döyüşündə içində mələklərin gəldiyi buluddur. İbn Abbas: Həmin bulud Tih səhrasında da onların yanında idi, demişdir.
“Üzərinizə qüdrət halvası endirdik”: Təfsirçilər burada qeyd olunan mənna haqqında ixtilaf etmişdilər. Əli İbn Əbi Talhadan nəql olunur ki, İbn Abbas belə demişdir: Mənna onların üzərinə ağaclara enərdi. Erkəndən gedər, ondan istədikləri qədər yeyarlərdi. Mucahid də: Mənna bir saqqızdır, demişdir. İkrimə də: Allahın endirdiyi qatı qarışıq kimi bir şeydir. Suddi deyir ki: “ya Musa, burada nə edəcəyik, yemək haradadır?” dedilər. Buna görə Allah onlara mənna endirdi. Zəncəfil ağacının üzərinə enərdi. Qatadə belə demişdir: Mənna olduqları yerə qar kimi düşərdi. Süddən ağ, baldan dadlı idi. Onlara şəfəqdən günəşin çıxmasına qədər düşərdi. Hər bir insan ondan o gün lazım olan qədər götürərdi. Bunu keçdiyi vaxt xarab olur, qalmazdı. Elə ki Cümə günü olduğu zaman altıncı və yedinci günləri üçün də yetəcək qədər götürərdilər. Çünki şənbə günü bayram idi. Dolanışıq məqsədi ilə heç bir şey üçün evdən çıxmaz, onu axtarmazdılar. Rəbi İbn Ənəs belə demişdir: Mənna bir içki idi, onlara bal şəklində enərdi. Onu su ilə qarışdırıb içərdilər. Vahb İbn Münəbbihə bunu soruşdular, o da: Nazik qarğıdalı və ya buğda çörəyi kimi bir şeydir, dedi. Əbu Cafər İbn Cərir belə demişdir: Mənə Muhəmməd İbn İshaq o da Əbu Muhəmməddən o da İsraildən o da Cabirdən nəql edir ki, Amir, o Şabidir, belə demişdir: İndiki balınız mənnanın yetmişdə biridir. Əbdurrəhman İbn Zeyd İbn Əsləm də beləliklə onun bal olduğunu demişdir. Ümeyya İbn Əbussaltın şerində də qeyd edilmişdir:
Amansız səhrada, ot bitməz yerdə,
Onları ruzisiz qoymadı Allah
Buludu göndərdi onlara pərdə,
Çisgin yağış verdi, salmadı dərdə
Göydən onlar üçün bal da endirdi
Şirin su, təmiz süd – nemətlər verdi.
Məqsəd təfsirçilərin mənnanı tərif edərkən yaxın ibarələr istifadə etmiş olmalarıdır. Bəziləri onu yeməklə təfsir etmiş, bəziləri isə içməklə təfsir etmişdir. Zahir olan budur ki, doğrusunu Allah ən doğrusunu biləndir, mənna Allahın onlara yemək, içmək və başqa növdən çalışıb yorulmadan ehsan etdiyi bir şeydir. Məşhur anlayışa görə mənna tək başına yeyilərsə yemək və şirniyyat olur. Su ilə qarışdırılarsa xoş bir şərbət olur. Başqa bir şeylə qarışdırılarsa başqa bir növ ortayə çıxardı. Ancaq ayədən tək məqsəd (yalnız qüdrət halvası) mənna deyildir. Bunun da dəlili Buxarinin bu hədisidir: Bizə Əbu Nuaym o da Sufyandan o da Abdulməlik İbn Hureysdən o da Səid İbn Zeyd radiyallahu anhdan rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: yer göbələyi də mənnadandır. Suyu da gözə şəfadır. Bu hədisi imam Əhməd də Sufyan ibn Uyeynədən, o da Əbu Malikdən, o ibn Umeyrdir, bu sənədlə rəvayət etmişdir. Bunu Əbu Davud istisna olmaqla camaat da öz kitablarına Əbumalik, o ibn Umeyrdir, yolu ilə rəvayət etmişdir. Tirmizi həsən səhih olduğunu söyləmişdir. Buxari Muslim Nəsai də Hakəmdən, o da Həsən əl Uranidən, o da Amr ibn Hureysdən belə rəvayət etmişdirlər. Tirmizi belə demişdir. Bizə Əbu Ubeydə ibn Əbisəfər ilə Mahmud ibn Ğeylan, o da Səid ibn Amirdən, o da Muhamməd ibn Amrdan o da Əbi Sələmədən oda Əbu Hureyrədən rəvayət etdi ki, Rəsulullah salləllahu aleyhi vəs səlləm, Acvə xurması cənnətdəndir, onda zərdab (panzəhər) var, yer göbələyi mənnadandır, suyu gözə şəfadır. Bunu yalnız Tirmizi rəvayət etmiş amma sonra da həsən qəribdir, bunu ancaq Muhamməd ibn Amr və Səid ibn Amir hədisi olaraq bilirik, demişdir. Bu mövzuda Səid ibn Zeyd ilə Əbu Səid və Cabirdən hədis vardır. Belə deyilmişdir. Bunu hafiz Əbu Bəkir Mərdəveyh də təfsirində digər bir yoldan, Əbu hureyrədən rəvayət etmiş, belə demişdir. Bizə Əhməd ibn əl HƏsən bin Əhməd əl Bəsri, o da Əsləm ibn Sehildən, o da Qasım ibn İsadan, o da Talha ibn Əbdurrəhmandan, o da Qatadədən, o da Səid ibn Museyyibdən, o da Əbu Hureyrədən rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir. yergöbələyi mənnadandır, suyu gözə şəfadır. Bu hədis bu yolla qəribdir. Bu Talha ibn Əbdurrəhman əs-Suləmi, əl Vasitinin kunyasi, Əbu Muhamməddir. Ona Əbu Süleyman Muaddib də deyilmişdir. Onun haqqında Hafiz Əbu Əhməd ibn Adiy, Qatadədən bəzi şeylər rəvayət etmişdirsə də dəstəklənməsi mümkün deyildir, demişdir.
Sonra Tirmizi belə demişdir: Bizə Muhamməd ibn Bişr ona da Muaz ibn Hişam, ona da Atası o da Qatadədən, o da Şəhr ibn Havşəbdən rəvayət etdi ki, Əbu Hüreyrə, belə demişdir: Peyğəmbər salllahu aleyhi və səlləmin əshabı, Göbələk yerin çiçək xəstəliyidir dedilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) də göbələk mənnadandır. Acvə xurması cənnətdəndir, zərdəbdir dedi. Bu hədisi Nəsai Muhamməd ibn Bəşşardan rəvayət etmişdir. Ondan isə Ğundər, ondan Şubə, o da Əbu cəfər ibn İyasdan, o da Şəhr ibn Havşəbdən o da Əbu Hureyrədən belə rəvayət etmişdir. Bundan əlavə Muhamməd ibn Bəşşar, Əbdul Aladan, o da Xalid əl Hazzadan, o da Şəhr ibn Havşəbdən yalnız yer göbələyi hissəsini olaraq rəvayət etmişdir.
Bundan başqa Nəsai və İbn Mace Muhəmməd İbn Bəşardan, o da Əbu Abdussaməd Əbduləziz İbn Abdussaməddən, o da Matar Əl Vərraqdan o da Şəhrdən, Nəsəiya görə acvə xurması hissəsi, İbn Macəya görə də hər iki hissəsi ilə rəvayət etmişdir. Bu yol Şəhr İbn Həvşab ilə Əbu Hureyrə arasında kəsikdir. Çünki ondan hədis dinləməmişdir. Dəlili də Nəsəinin Valimə kitabındakı rəvayətidir. Bizə Əli İbn Hüseyn Əd-Dirhəmi o da Abdulaladan o da Səid İbn Əbi Arubədən o da Qatadədən o da Şəhr İbn Həvşəbdən o da Abdurrahmən ibn Ğanəmdən rəvayət edir ki, Əbu Hureyrə belə demişdir: Rəsulullah salləllahu aleyh və səlləm çölə çıxdı, əshabı göbələkdən danışırdılar. Biri: yer göbələyi torpağın çiçək xəstəliyidir dedi. O da: yer göbələyi mənnadandır, suyu da gözə şəfadır dedi. Şəhr İbn Həvşab, Əbu Səid ilə Cabirdən də belə rəvayət etmişdir. Necə ki, Əhməd İbn Hənbəl belə demişdir: Bizə Əsbat İbn Muhamməd o da Aməşdən o da Cəfər İbn İyasdan o da Şəhr İbn Həvşəbdən o da Cabir İbn Abdullah ilə Əbu Səid Əl Xudridən nəql edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Göbələk mənnadandır (qüdrət halvasındandır,) suyu da gözə şəfadır. Acvə xurması da cənnətdəndir, onda zərdab vardır. Nəsai də Valimə kitabında belə demişdir: Bizə Muhəmməd İbn Bəşar o da Muhəmməd İbn Cəfərdən o da Şöbədən o da Əbu Bişr Cafər İbn İyasdan o da Şəhr İbn Həvşəbdən o da Əbu Səid Əl Xudridən nəql edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Göbələk mənnadandır, suyu da gözə şəfadır. Sonra bunu yenə İbn Macə Aməş, Əbu Bişr, Şəhr yolu ilə o ikisindən bu sənədlə rəvayət etmişdir. Nəsəi ilə İbn Macə, Səid ibn Əbi Sələmə hədisini ikisi də Aməşdən, Cəfər İbn İyasdan, Əbu Nadradan, Əbu Səiddən rəvayət etmişdilər. Nəsəi Cabirdən rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm): Göbələk mənnadandır qüdrət halvasındandır, suyu da gözə şəfadır, demişdir. Bunu İbn Mərdəveyh də Əhməd İbn Osmandan, o da Abbas Əd-Duridən o da Lahiq İbn Savabdan o da Ammar İbn Zurayqdən o da Aməşdən İbn Macədəki kimi rəvayət etmişdir. İbn Mərduvəy belə demişdir: Bizə Əhməd İbn Osman o da Abbas Əd-Duridən o da Həsən İbn Rəbidən o da Əbu Əhvasdan o da Aməşdən o da Minhal İbn Amrdan o da Abdurrahmən İbn Əbi Leyladan nəql edir ki, Əbu Səid Əl Xudri: Rəsulullah (salləllahu aleyhi və səlləm) əlində bir neçə göbələk olduğu halda yanımıza gəldi və dedi: Göbələk qüdrət halvasındandır, suyu da gözə şəfadır. Bunu Nəsəi də Amr İbn Mansurdan, Həsən İbn Rəbidən rəvayət etmişdir (bu yolla tapılmamışdır). Sonra yenə bunu Abdullah İbn İshaqdan o da Həsən İbn Səlamdan o da Abdullah İbn Musadan o da Şeybandan o da Aməşdən belə rəvayət etmişdir. Nəsəi də Əhməd İbn Osman İbn Hakimdən o da Ubeydullah İbn Musadan rəvayət etmişdir. Ənəs İbn Malik radıyallahu anhdan da rəvayət edilmişdir. Necə ki, İbn Mərdəveyh belə demişdir: Bizə Muhəmməd İbn Abdullah İbn İbrahim o da Həmdun İbn Əhməddən o da Həvsərə İbn Əşrəsdən o da Həmmaddan o da Şuayb İbn Əl-Habhabdan nəql edir ki, Ənəs dedi ki: Rəsulullah (salləllahu aleyhi və səlləm)in əshabı yer üzərindən kəsilən və dayağı olmayan ağac haqqında mübahisə etdilər. Bəziləri: Onun göbələk olduğunu zənn edirik, dedilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) də: Göbələk mənnadandır, suyu da gözə şəfadır. Acvə də cənnətdəndir. Onda zərdab panzəhir vardır, dedi. Bu hədisin əsli Həmmad İbn Sələmədən gəlməkdədir. Tirmizi ilə Nəsəi də bu yol vasitəsi ilə bəzi şeylər rəvayət etmişdilər. Allah ən doğrusunu biləndir.
Şəhr İbn Həvşəb, İbn Abbas vasititəsi ilə Nəsəinin Vəlimə kitabındakı kimi rəvayət gəlmişdir və belədemişdilər: Bizə Əbu Bəkr Əhməd İbn Əli İbn Səid o da Abdullah İbn Avn Əl-Həzzazdan o da Əbu Ubeydə Əl Xarraz o da Abdulcəlil İbn Atiyyədən o da Şəhrdən o da Abdullah İbn Abbasdan nəql olunur ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Göbələk mənnandandır, suyu da gözə şəfadır. Göründüyü kimi Şəhr İbn Həvşəbdənmüxtəlif rəvayətləredilmişdir. Mənə görə ehtimal edilir ki, hədisi bütün yollardan əzbərləmişdir. Onu bəzi səhabələrdən eşitmiş, bəzilərindən də ona çatdırılmışdır. Ona çatan isnadlar yaxşıdır. O qəsdən yalan söyləməz. Hədisin əsli Rəsulullahdan (salləllahu aleyhi və səlləm) məhfuzdur. Necə ki, Səid İbn Zeyd (radıyallahu anh) hədisində qeyd edilmişdir.
Səlva: Əli İbn Əbi Talhadan nəql olunur ki, İbn Abbas: Səlva bildirçinə bənzəyan bir quşdur, demişdir. Onlar ondan yeyirdilər. Suddi də bir xəbərdə onu Əbu Malikdən o da Əbu Salihdən o da İbn Abbasdan həmçinin Mürrədən o da İbn Məsud və bir qrup səhabədən belə rəvayət etmişdirlər: Səlva bildirçinə bənzəyan bir quşdur. İbn Əbu Hatim belə demişdir: Bizə Həsən İbn Muhəmməd İbn Sabah o da Abdussaməd İbn Abdulvarisdən o da Qurra İbn Xaliddən o da Cəhdamdan nəql olunur ki, İbn Abbas: Səlva bildirçindir, demişdir. Mucahid, Şəbi, Dəhhaq, Həsən, İkrimə, Rəbi İbn Ənəs də belə demişdilər. İkrimə səlva cənnətdə bir quşdur, sərçədən daha böyükdür, demişdir. Qatadə də: Səlva qırmızıya çalan bir quşdur, cənub küləyi onu İsrail oğullarına tərəf sovurardı. Adam onlardan həmin günə kifayət edəcək qədər kəsərdi. Sonrakı günə xarab olar, saxlaya bilməzdilər. Cümə günü altıncı və yeddinci gün üçün də götürərdilər. Çünki o ibadət günü idi. Heç bir şey üçün çölə çıxmaz və heç nə axtarmazdılar. Vəhb İbn Münəbbih belə demişdir: Səlva göyərçin kimi ətli bir quşdur.
O quşlar gəlirdilər, onlardan bir həftəlik götürürdülər. Vəhb belə demişdir: İsrail oğulları Musadan ət istədilər. Allah da: Mən onlara yer üzündə az tanınan bir əti mütləq yedizdirəcəm, dedi. Onlara bir külək göndərdi. Külək evlərinin yanına bildirçinlər sovurub yığdı. Bir milin- milə və bir mizrak hündürlüyündə yığıldı. Onlar da səhəri günə saxladılar. Səhəri gün ət xarab oldu. Xəmir turşudu. Suddi belə demişdir: İsrail oğulları Tih səhrasına daxil olan kimi, burada nə edəcəyik? Azuqəmiz haradadır? Allah da onlara Mənna göndərdi. Onu Zəncəfil ağacının üstünə endirərdi. Səlva bildirçinə bənzəyən bir quşdur. Ondan da böyükdür. Bəziləri gəlib quşlara baxardılar, ətlidilərsə kəsərdilər. Ətli deyildilərsə buraxar, kökəldiyi zaman gələrdilər.
Bu yeməkdir bəs içmək haradadır? Dedilər. Musa əlehissalama əsasını daşa vurması əmr olundu. Ondan on iki bulaq fışqırdı. Hər tayfa bir bulaqdan su içdi. Bu içməkdir bəs kölgə haradadır? Dedilər. Bulud da onları kölgələndirdi. Bulud kölgədir bəs geyim haradadır? Paltarları da uşaqlar böyüdüyü kimi böyüyərdi və heç cırılmazdı. Məhz Allah Təalanın sizə “buludu kölgəlik etdik, üzərinizə bildirçin endirdik», «O zaman Musa öz xalqı üçün su istədikdə, Biz: “Əsanla daşa vur!”– dedik. (Daşdan) on iki çeşmə qaynayıb çıxdı. Hər qəbiləya su içəcəyi yer müəyyanləşdirildi. (Onlara dedik): “Allahın sizə verdiyi ruzidən yeyin-için və yer üzündə fəsad yayıb pis işlərə qurşanmayın!” (Bəqəra, 60) dediyi də budur. Vəhb ibn Münəbbih və Əbdurrəhman ibn Zeyd ibn Əsləmdən də Suddinin dediyi kimi rəvayət etmişdirlər. Həcacdan o da ibn Cureycdən belə rəvayət edilmişidir ki, Ibn Abbas belə demişdir: Onlara Tih səhrasında paltarlar yaradıldı köhnəlməz və kirlənməzdi. Ibn Cureyc belə demişdir. Kimsə bildirçin ətindən və mənnadan bir günlükdən artıq götürdüyü zaman xarab olardı. Amma onlar cümə günü şənbə gününün də azuqəsini götürürdülər. Bu vaxt xarab olmazdı. Ibn Atiyyə belə demişidir: Səlva təfsirçilərin icmasına görə bir quşdur. Hüzəli o baldır deməklə yanılmlşdır. Bu şeiri də dəlil göstərmişdir:
Allaha ən ağır and içərək O,
Dediki, şirinsiz mənə səlvadan
Hansı ki bal kimi pətəkdən çıxan.
Buna görə də səlvanın bal olduğunu zənn etmişdir. Kurtubi də belə demişdir. İcma iddiası doğru deyildir. Çünki tarixçi də dil və təfsir alimlərindən biri sayılır və demişdir ki, Səlva baldır. Həmin beyti də dəlil gətirmişdir. Kinanə (qureyş kinanə qəbiləsindəndir) dilində də belədir. Çünki onunla təsəlli olurdular. Eyni-Selvan burdan gəlir. Covhəri də belə demişdir: Səlva baldır, dəlil də Hüzəlinin beytidir. Sülvanə də bir muncuqdur. Üstünə yağış suyu töküləndə aşiq ondan içər və təsəlli olar, dərdini unudar. Şairbelə demişdir:
Üyeynə, bu yeni həyatım mənim
Əksinə pis olub, artmışdır qəmim.
Tökülsədə yağış suyu, sülvanə
Qətiyyan təsəlli eyləməz mənə
O suyun da adı sülvandır. Bəziləri də sülvan kədərli insana şəfa verən bir dərmandır, demişdilər. Həkimlər ona sakitləşdirici adını verirlər. Səlva cəmi bildirsə də təkdədir, necə ki, cütünə da təkliyə də cəmə də deyilir. Diflə də belədir. İmam Xəlil onun təki Səlvatdır demiş və bu beyti misal göstərmişdir.
Səlvatin üstünə yağış damlası
Düşmüş tək titrəmə tutarsa məni
Bilki, xatirladım yenə də səni
Kisai də belə demişdir. Selvat tekdedir. Cəmdə Selavadır. Bunu Qurtubi nəql ertmişdir: “Sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin!”. Bu mübah bir əmrdir. İrşad və ehsan mənasını daşıyır.
“Onlar Bizə deyil, təkcə özlərinə zülm etdilər” yəni onlara ruzi ettiyimiz şeylərdən yeyin və ibadət edin deməkdir. Necə ki, belə buyurmuşdur. “Rəbbinizin Ruzisindən yeyin və ona şükür edin” (Səbə, 15). Əmrə müxalifət edərək kafir oldular. Özlərinə zülm etdilər. Halbuki açıq ayətlər, böyük möcüzələr və qeyri adiliklər görmüşdülər. Buradan Muhammədin (salləllahu aleyhi və səlləm) ümətinin digər ümmətlərdən üstün olması mənası çıxır. Çünki onlar səbir etdilər, Səfər və döyüşlərdə qarşılaşdıqları vəziyyətlərdə əsla inad etmədilər. Məsələn Təbuq səfərinə o qədər istidə və qıtlıqda çıxdılar lakin qeyri adi bir şey yeni bir vəziyyət tələb etmədilər. Halbuki, bu Rəsulullah (salləllahu aleyhi və səlləm) üçün çox asand idi. Ancaq aclıqdan taqətsiz yıxılb qaldıqda azuqələrinin çoxalmasını istədilər. Kimdə nə var idisə topladılar, bir qoyunun həcmi qədər oldu. O, Allaha dua etdi. Onlara qablarını doldurmalarını tapşırdı. Suya ehtiyac hiss etdikləri zaman isə Allahdan istədi, bir bulud gəldi, yağış yağdırdı. İçdilər dəvələrini suladılar, qablarını doldurdular. Sonra baxdılar ki, yağış əsgərlərin dayəndıqları yerden o yana keçməyib. Rəsulullaha (salləllahu aleyhi və səlləm) tabe olmaqda Allahın qüdrətinin yanında ən mükəmməl yol budur.
-
58
O zaman Biz dedik: “Bu kəndə daxil olun və orada istədiyiniz yerlərdə, rahatlıqla yeyin için. Qapıdan səcdə edərək daxil olun və: “Bizi bağışla!”– deyin ki, sizin günahlarınızı bağışlayaq”. Biz yaxşı işlər görənlərə artırarıq.
Allah Təala onları cihaddan və müqəddəs torpağa getməkdən boyun qaçırdıqda qınayəraq belə dedi. Onlar Misir torpağından Musa ilə birlikdə gəldiyi zaman Müqəddəs torpağa girmələri əmr edildi. Ora Ataları İsraildən miras qalmışdı.Oranın kafir xalqı Əməliqlərlə döyüşmələri əmredildi. Onlar döyüşməkdən üz çevirdilər, zəyiflik göstərdilər, geri çəkildilər. Allah da əzab olaraq onları Tih səhrasına endirdi. Necə ki Maidə surəsində gələcək.
İki fikirdən ən sağlamına görə o bölgə beytul müqaəddəsdir. Necə ki, Suddi, Rəbi ibn Ənəs, Qatadə, Əbu Müslim İsfəhani və bir çox digərləri bunu açıq aydın ifadə etmişdirlər. Allah Təala Musanın dili ilə “Ey qövmüm! Allahın sizin üçün əzəldən müəyyan etdiyi müqəddəs torpağa daxil olun, geri dönməyin” demişdir. (Maidə, 21). Digərləri isə buranın Əriha olduğunudemişdilər. Ibn Abbas ilə Əbdurrəhman ibn Zeyddən də belə rəvayət edilmişdir ki: Ərihadır Bu uzaq bir ehtimaldır.”
Çünki o bölgə onların yolların üstündə deyil, Onlar Ərihayə deyil Beytul müqəddəsəistiqamətlənmişlər. Bundan daha dazəif fikir buranın Misir olduğudur. Bunu da Razi təfsirində rəvayət etmişdir. Doğru olan birinci fikir – buranın Beytul Müqəddəs olmasıdır. Bu da belə olmuşdur: Onlar qırx il köçəri vəziyyətdə yaşadıqdan sonra Tih səhrasındançıxdılar. yanlarında da yuşa ibn Nun əleyhissalam var idi. Allah onlar üçün cümə axşamı oranı fəth etdi. Günəşi qısa bir müddət dayəndırdı. Beləcə fəth mümkün oldu. Əriha kəndi isə İsrail oğullarının hədəfində yox idi. Oranı fəth etdikdə şəhərin qapısından səcdə edərək girmələri əmr edildi. yəni Allahın nəsib etdiyi fəthə, ölkələrini geri qaytarmalarına və onları Tih səhra və azğınlıqdan xilas etməsinə şükür etmələri üçün səcdə etmələri əmr edildi.
Ibn Cərir belə demişdir: Bizə Muhamməd ibn Bəşşar, o da Əbu Əhməd əz-Zübeyrdən, o da Sufyandan, o da Aməşdən, o da Minhal ibn Amrdan, o da Səid ibn Cubeyrdən rəvayət edir ki, Ibn Abbas “qapıdan səcdə edərək girin” sözündə kiçik qapıdan əyilərək demişdir. Bunu Hakim də Sufyan hədisi olaraq rəvayət etmişdir. Bunu Ibn Əbi Hatim də Sufyan Sevridən rəvayət etmiş, o da arxaları (yanları) üstündə girdilər sözünü əlavə etmişdir. Həsən Bəsri də:” girərkən üzləri üstündə səcdə edərərk, demişdir ki” , Razi bunu çox zəif hesab etmişdir. Bəzilərindən də səcdədən təvazö qəsdedildiyi rəvayət ediımişdir. Çünki bunu olduğu kimi qəbul etmək mümkün deyil. İkrimədən, Ibn Ababsın: Qapı qiblə tərəfdə idi, dediyi rəvayət edilmişdir.
İbn Abbas, Mucahid, Suddi, Qatadə və Dəhhaq belə demişlər: Bu, Beytül müqəddəs İlyanın hitta qapısıdır. Razi də bəzilərindən belə rəvayət etmişdir ki, qapı sözü ilə qiblə istiqaməti qəsd edilmişdir. Həsifdən rəvayət edilir ki, İkrimə belə demişdir: İbn Abbas yanları üstə girdilər, demişdir. Suddi belə demişdir: Əbu Səid Əl-Əzdidən o da ƏbuKunuddan nəql edir ki, Abdullah İbn Məsud belə demişdir: Onlara qapıdan səcdə edərək girin deyildi. Onlar isə əmrin tərsinə olaraq başlarını qaldıraraq girdilər.
“Hitta deyin” Sevri Aməşdən o da Minhaldan o da Səid İbn Cubeyrdən nəql edir ki, İbn Abbas: “Hitta deyin”: bağışlamaq diləyin demişdir. Ata, Həsən, Qatadə və Rəbi İbn Ənəsdən də belə rəvayət edilmişdir.
Dəhhaqdən İbn Abbas: “Hitta deyin”: Sizə deyildiyi kimi: Bu əmir haqqdır deyin demişdir. İkrimə də: Lə iləhə illəllah deyin demişdir. Əvzai deyir ki: İbn Abbas bir adama məktub yazdı, adını da demişdi o adamın. Ona “hitta deyin” ayəsi haqqında soruşdu məktubda. O da: günahlarınızı iqrar edin deya yazdı. Həsən ilə Qatadədən: günahlarımızı üzərimizdən at, deməkdir,demişdilər.
“Sizin günahlarınızı bağışlayaq. Biz yaxşı işlər görənlərə artırarıq” Bu, əmrin cavabıdır, demişdir. yəni sizə əmr etdiyimizi edərsinizsə xətalarınızı bağışlayərıq, yaxşılıqlarınızı qat-qat artırarıq. Xülasə onlara fəth anında söz və davranış olaraq itaət göstərmələri, günahlarını etiraf etmələri, bağışlanmalarını diləmələri əmr edildi. Nemətə şükr etmələri, Allahın sevdiyi işlərə tələsmək istənildi. Necə ki, belə deyilmişdir: “Allahın köməyi və qələbə gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələriqəbul edəndir!” (Nəsr, 1-3).
Bəzi səhabələr bunu fəth v zəfər anında çox zikir və bağışlanma istəməklə təfsir etmişdilər. İbn Abbas da bunu peyğəmbərimizin (salləllahu aleyhi və səlləm)in əcəlinin yaxınlaşması ilə təfsir etmiş, Ömər radıyallahu anh da onu təsdiqləmişdir. Bunun üçündür ki, peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) qələbə anında çox mütəvazi davranırdı. Necə ki, Məkkənin fəthində də orayə yuxarı səniyya təpəsindən başını əyarək girmiş, hətta saqqqalı miniyinin üzərində dizlərinə dəyacək kimi olmuşdur. Bunu da Allaha şükür üçün etmişdir. Sonra şəhərə girəndə qüsul etdi, səkkiz rəkat namaz qıldı. Bu duha namazı idi. Bəziləri bunun duha namazı olduğunu demişdilər. Başqaları da: Xeyir, bu fətih namazı idi. İmam və başçı bir məmləkəti fəth etdikləri zaman səkkiz rəkat namaz qılması müstəhəbdir, demişdilər. Necə ki, Sad İbn Əbi Vəqqas radıyallahu anh da Kisranın sarayına girdiyi zaman səkkiz rəkat namaz qıldı.
Doğrusu isə bunları bölərək iki rəkatdan bir salam verməkdir. Hamısını bir salamla qılar, deyanlər də olmuşdur. Allah ən doğrusunu biləndir.
Zülm edənlər onlara deyilən sözü başqası ilə dəyişdirdilər, Buxari belə demişdir: Mənə Muhamməd, o da Əbdurrəhman ibn Mehdidən, o da Ibn Mubarakdən, o da Mamərdən, o da Humam ibn Munəbbihdən, o da Əbu Hureyrədən (radiyallahu anh) rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: İsrail oğullarına qapıdan səcdə edərək girin və “Hitta” deyin deyildi. Onlar da arxaları üstündə sürünərək girdilər və “Bir qılcığı üstündə toxum” dedilər. Bunu Nəsai də Muhamməd ibn İsmayıl ibn İbrahimdən, o da Əbdurrəhman ibn Mehdidən, məvkuf (səhabə sözü) olaraq Muhamməd ibn Ubeyd ibn Muhamməddən, o da bir hissəsi müsnəd olaraq “hitta” sözü haqqında belə demişdir. Bunu dəyişdirib Həbbə dedilər. Abdurrazzak belə demişdir: Bizə Mamər xəbər verdi, o da Hümam ibn Münəbbihdəno da Əbu Hureyrədən eşitmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişidir: Allah İsrailoğullarına “Qapıdan səcdə edərək daxil olun və: (“Bizi bağışla!”)hitta– deyin ki, sizin günahlarınızı bağışlayəq ”dedi. Onlar isə bunu dəyişdirdilər. Qapıdan arxaları üstə sürünərək girdilər və “qılın içində bir habbə” dedilər. Bu səhih bir hədisdir. Onu Buxari, İshaq ibn Nasrdan, Müslim də Muhamməd ibn Rafidən, rəvayət etmişdir. Tirmizi də Abd ibn Humeyddən, hamısı da Abdurrazzakdan rəvayət etmişdirlər. Tirmizi həsən səhihdir demişdir. Muhamməd ibn İshaq belə demişdir: Onların dəyişdirmələri mənə Saleh ibn Keysanın rəvayət etdiyi kimi olmuşdur. O da Tuvamədən, o da Əbu Hureyrədən başqa bir isnadda isə etibar etdiyim bir insandan, o da ibn Abbasdan rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Səcdə edərək girmələri əmr edilən bir qapıdan arxaları(yanları) üstündə sürünərək və (Hintə fi şəirə) (qılın içində buğda) deyarək girdilər. Əbu Davud belə demişdir: Bizə Əhməd ibn Saleh, o da Süleyman ibn Davuddan, o da Abdullah ibn Vehbdən, o da Hişam ibn Saddan, o da Zeyd ibn Əsləmdən, o da Ata ibn yesardan, o da Əbu Səid əl Xudri radiyallahu anhdan rəvayət edir ki, Rəsulullah salllahu aleyhi və səlləm belə demişdir: Allah İsrail oğullarına Qapıdan səcdə edərək daxil olun və: “Bizi bağışla!”– deyin ki, sizin günahlarınızı bağışlayəq, dedi. Sonra Əbu Davud belə dedi: Bizə Cəfər ibn Musafir, o da ibn əbu Fudeyikdən, o da Hişam ibn Saddan eynisini rəvayət etdi. Bunu Huruf kitabında qısaca ancaq özü rəvayət ermişdir. Ibn Mərdəveyh belə demişdir: Bizə Abdullah ibn Cəfər, o da İbrahim ibn Mehdidən, o da Əhməd ibn Muhamməddən ibn Münzir əl Qazazdan, o da Muhamməd ibn İsmayıl ibn Əbi Fudeykdən o da Hişam ibn Saddan, o da Zeyd ibn Əsləmdən, o da Ata ibn yasardan rəvayət edir ki, Əbu Səid əl Xudri deyir ki, Rəsulullahla (salləllahu aleyhi və səlləm) gecə piyada gedirdik, səhərə yaxın Zatulhanzal deyilən səniyə təpəsini keçdik. Rəsulullah (salləllahu aleyhi və səlləm) Bu təpə İsrail oğullarına səcdə edərək girin və hitta deyin ki, günahlarınızı bağışlayəq deyilən qapı kimidir, dedi.
Sufyan Sevri belə demişdir: Bizə Əbu İshaq rəvayət edir ki, Bəra: “İnsanlardan səfeh olanlar deyacəklər ki,” (Bəqəra, 142) ayəsi haqqında belə dedi: yəhudilərə: Qapıdan əyilərək girmələri və hitta yəni bizi bağışla demələri istəndi. Onlar isə yanları üstə girdilər və qırmızı buğdanın içində bir qılçıq vardır, dedilər. Məhz Allah Təalanın “Zülm edənlər özlərinə deyilən sözü başqası ilə dəyişdilər”dediyi budur. Bizə Sevri o da Suddidən, o da Əbu Sad əl Əzdidən, oda Əbu Kunuddan, rəvayət edir ki, İbn Məsud belə demişdir: Onlar hinta, Habbətun hamrə fihə şairə, dedilər. Buna görə Allah “zalimlər özlərinə deyilən sözü başqasıyla dəyişdirdilər” ayəsini endirdi. Bizə Əsbat, o da Suddidən, oda Mürrədən rəvayət etdi ki, Ibn Məsud belə demişdir: Onlar “Hutti sematan ezbeten məzba, dedilər” Bu Ərəbcə Habbətu hıntatin hamrau məsgubə fihə şaratun sevdau (yarıq bir buğda dənəsinin içində qara bir qılçıq vardır). Məhz Allah Təalanın “zalimlər özlərinə endirilən sözü başqasıyla dəyişdirdilər” dediyi budur. Bizə Sevri, o da Aməsdən, o da Minhaldan, o da Səiddən rəvayət edir ki, Ibn Abbas belə demişdir: qapıdan əyilərək girin ayəsində kiçik qapıdan əyilərək girin, deyildi. Onlarsa yanları çevirib girdilər və Hınta dedilər. Məhz Allahın “ Zalimlər özlərinə gələn sözü dəyişdirdilər dediyi” budur. Ata, Mucahid, İkrimə, Dəhhaq, Həsən, Qatadə, Rəbi ibn Ənəs və yəhya ibn Rafidən də belə rəvayət edilmişdir. Təfsirçilər xülasə olaraq belə qeyd etmiş və ayənin düzülüş forması da onu bildirir ki, Onlar Allahın əmrini dəyişmişdirlər.Allah onlara sözdə və əməldəmüti olmağı əmr etdi. Başlarını əyarək girmələrini buyurdu. Onlar isə arxaları üzərində sürünərək və başlarını dik tutaraq girdilər. Onlara hitta yəni günahlarımı və xətalarımızıı tök demələrini əmr etdi. Onlarsa istehza edib Hıntatun fi şaira, dedilər. Bu da tam mənası ilə müxaliflik və inadkarlıq idi. Buna görə də Allah onların üstünə şiddətini və əzabını endirdi. Bu da fasiqlikləri yəni itaətdən çıxdıqları üçün idi. Buna görə də: “Biz də zülm edənlərə etdikləri günaha görə göydən əzab göndərdik”dedi.
Dahhaq, Ibn Abbasdan nəql edərək belə demişidir: Quranda nə qədər rics kəlməsi keçirsə hamısı əzab deməkdir. Mücahit, Əbu Malik, Suddi, Hasən və Qatadədən də bunun əzab olduğu rəvayət edilmişdir. Əbu Aliyə də rics: qəzəbdir demişdir. Şabi də rics yoluxucu xəstəlik və yaxud soyuqdur, demişdir. Səid ibn Cubeyr isə Taun xəstəliyidir, demişdir. Ibn əbu Hatim belə demişdir: Bizə Əbu Səid əl Əşəc, o da Vəkidən, oda Sufyandan, o da Habib ibn Əbi Sabitdən, o da İbrahim ibn Saddan,yəni ibn Əbu Vaqqasdan, o da Sad ibn Malik, Üsamə ibn Zeyd və Hüzeymə ibn Sabitdın rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Taun sizdən əvvəlkilərin başına gələn pis bir əzabdır. Nəsai də bunu Sufyan Sevri hədisi olaraq rəvayət etmişdir. Hədisin əsli Səhiheyndə Həbib ibn Əbi Sabit hədisi olaraq rəvayət edilir edilir: Bir yerdə Taun eşitdinizsə ora girməyin. Ibn Cərir belə demişdir: Mənə yunis ibn Ədbulala xəbər verdi, o da İbn Vəhbdən, o da yunusdan, o da Zuhridən, o da Amir Səid ibn Əbi Vaqqasdan, o da Üsamə ibn Zeyddən rəvayət edir ki, Rəsulullah salllallahu aleyhi və səlləm belə demişdir: Bu ağrı və sızıltılar sizdən öncəki bəzi ümmətlərin əzablarıdır. Bu hədisin əsli Səhiheyndə (İki səhihdə)Zuhri hədisi olaraq keçməkdədir. Malik, Muhamməd ibn Münkədir, Salim ibn ƏbinNadr, Amr ibn Saddan da eynisi rəvayət edilmişdir.
-
59
Zülm edənlər özlərinə deyilən sözü başqası ilə dəyişdilər. Biz də zülm edənlərə etdikləri günaha görə göydən əzab göndərdik.
58-ci ayənin təfsirinə bax.
-
60
O zaman Musa öz xalqı üçün su istədikdə, Biz: “Əsanla daşa vur!”– dedik. On iki çeşmə qaynayıb çıxdı. Hər qəbiləyə su içəcəyi yer müəyyənləşdirildi. “Allahın sizə verdiyi ruzidən yeyin-için və yer üzündə fəsad yayıb pis işlərə qurşanmayın!”
Allah Təala deyir ki, Peyğmbəriniz Musa sizin üçün məndən su istədiyi zaman onun duasını qəbul (icabət) etməklə nemətimi yadınıza salın, suyu sizə asandlaşdırmamı, sizə yanınızdakı daşdan su çıxartmağımı, ondan sizə — on iki qəbiləya on iki bulaq axıtmamı xatırlayın. Mənnadan və səlavadan yeyin, siz heç bir güc sərf etmədən sizin üçün çıxardığım bu sudan için. Bunu sizə ram edənə ibadət edin, “ yer üzündə fəsad törətməyin” deyir. Nemətlərə asiliklə qarşılıq verərək, nankorluq verməyin, əks halda əlinizdən alınar, deyir. Təfsirçilər bunu geniş olaraq izah etmişdilər. Necə ki, ibn Abbas belə demişdir: Aralarına dörd künclü bir daş qoyuldu. Musa əleyhissalama ona vurması əmr edildi. Əsası ilə vurdu; hər küncdən üç olmaqla on iki çeşmə fışqırdı. Hər qəbiləyə su içdikləri yerlər göstərildi. Haraya getsələr də ilk ünvandan gələn öz çaylarını görürdülər. Bu, Nəsəi, İbn Cərir və İbn Hatimin rəvayət etdikləri uzun bir hədisin parçasıdır. O da uzun fitnələr hədisidir.
Atiyyə Əl-Əvfi belə demişdir: Onlara öküz başı kimi bir daş verildi. Bir öküzün üzərində daşınırdı. Bir yerdə qonaqladıqları zaman onu endirirdilər. Musa əleyhissalam ona əsası ilə vururdu, ondan on iki çeşmə fışqırırdı. Hərəkət etdikləri zaman da onu bir öküzün üzərinə yükləyarlərdi, su da kəsilirdi. Osman İbn Ata Əl Xorasani atasından rəvayət etmişdir: İsrail oğullarının bir daşı vardı, Harun onu qoyardı, Musa da ona əsa ilə vurardı. Qatadə də belə demişdir: O Turdan gələn bir daş idi. Onu yanlarında daşıyardılar. Bir yerə çatdıqları zaman Musa onu əsası ilə vurardı. Zəmaxşəri belə demişdir: O mərmər idi. Eni boyu bir arşın idi. İnsan başı qədər olduğu da deyilmişdir. Cənnətdən gəldiyi, Musanın boyunun on misli qədər olduğu da deyilmişdir. Onun iki qolu vardı, qaranlıqda yanardı. Bir uzunqulağın üzərində daşınırdı. Belə də deyilmişdir: Onu Adəm cənnətdən endirdi, ondan zürriyyatinə miras qaldı. Sonunda Şuayba düşdü. O da onu əsa ilə bərabər Musaya verdi. Belə də deyilmişdir: O, Musa yuyunduğu zaman paltarını qaçıran daş idi. Cəbrayıl ona: Bu daşı qaldır, onda güc və sənin üçün də möcüzə vardır, dedi. O da onu heybəsində daşıdı.
Zəməxşari belə deyilmişdir: ləmin əhd üçün deyil cins üçün olma ehtimalı da vardır. O zaman hər hansı bir daş başa düşülür. Həsəndən belə rəvayət edilmişdir: Ona bəlli bir daşa vurması əmr edilmədi. Zəmaxşəri deyir ki, möcüzə üçün belə olması daha açıq və güc baxımından daha gözə gəlimlidir. O əsası ilə daşa vururdu, ondan da su fışqıqrırdı. Sonra yenə vurardı, su kəsilərdi. Sonra da: Əgər Musa bu daşı itirərsə susuz qalarıq dedilər. Allah da ona daş ilə danışmasını, ondan su fışqıracağını, bəlkə təsdiqləyarlər deya ona əsa ilə toxunmasını vəhy etdi. Allah ən doğrusunu biləndir. yəhya İbn Nadr belə demişdir: Cuveybirə: “Hərkəs su içəcəyi yeri necə bildi?” dedim. O da belə dedi: Musa daşı qoyardı, hər qəbilədən bir adam qalxardı. Musa da daşa vurardı. Ondan on iki çeşmə fışqırardı. Hər gözdən bir adamın üzərinə su sıçrayərdı. O adam da qəbiləsini o çeşməya çağırırdı. Dəhhaqdan, İbn Abbas belə demişdir: İsrail oğulları Tih çölünə düşdükdə onlara daşdan çaylar axıdıldı. Sufyan Sevridən, o da Əbi Səiddən, o da İkrimədən rəvayət edir ki, İbn Abbas belə demişdir: O, Tih səhrasında idi. Musa daşa vurar ondan on iki çeşmə axardı.Hər qəbilənin bir çeşməsi olar, ondan içərdilər. Mucahid də İbn Abbas kimi demişdir. Bu qissə Əraf surəsindəki qissəya bənzəyir. Ancaq o Məkkədə nazil olmuşdur. Buna görə də xəbər məchul halda verilmişdir. Çünki Allah Təala onlara etdiyini Rəsuluna xəbər verirdi. Amma Mədinə enmiş Bəqərə surəsində isə yəhudilərə bir başa xitab edilmişdir. Orada “Fənbəcəsət minhusnətə aşrətə ayna” (Əraf, 160) deyilmişdir. “İnbicas” fışqırmanın başlanğıcına deyilir. Burada isə sonu etibarı ilə xəbər verilmişdir ki, oda fışqırmaqdır. İki varid olma forması arasında on istiqamətdə, ləfzi və məna olaraq fərq vardır. Zəmaxşəri təfsirində bunu sual kimi qoymuş və onlara öz bildiyi qədər cavab vermişdir. Fikirləri yaxındır. Allah ən doğrusunu biləndir.
-
61
Onda siz dediniz: “Ey Musa! Biz eyni cür yeməklərə dözməyəcəyik. Ona görə də bizim üçün Rəbbinə bizə yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından yetirməsi üçün dua et!” O dedi: “Siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasınımı istəyirsiniz? Şəhərə girin! Şübhəsiz ki, istədiyinizi taparsınız!” Onlara zəlillik və düşgünlük üz verdi və onlar Allahın qəzəbinə düçar oldular. Bu ona görə idi ki, onlar Allahın ayələrini inkar edirdilər və peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu onların asi olduqlarına və həddi aşdıqlarına görə idi.
Allah Təala deyir ki: Sizə mənna ilə bildirçin endirmə nemətimi xatırlayın. O təmiz, faydalı, yaxşı həzm olunan və yüngül bir yeməkdir. Sizin də üz döndərmənizi və sizə rüzi təyin etdiyimiz şeydən sıxılaraq Musadanbunları dəyarsiz tərəvəzlərlə dəyişdirməsini istəməyinizi xatırlayın. Həsən Bəsri (rahmətullahi aleyh) belə demişdir: Buna qane olmadılar və səbr edə bilmədilər. Keçmiş həyat tərzlərini xatırladılar. Onlar mərcimək, soğan, tərəvəz və sarımsaq yetişdirən bir qövm idi. “Ey Musa, biz tək növ yeməya səbr edə bilmərik; Rəbbinə dua et bizə yerin bitidiklərindən; tərəvəzindən; sarımsağndan, mərciməyindən və soğanından bitirsin” dedilər. Onlar mənna və bildirçin əti yedikləri halda nə üçün bir növ yemək dedilər? Çünki hər gün eyni şeyi yeyirlərdi, dəyişmirdi. Ona görə tək növ dedilər. Tərəvəzlər-xiyar, mərcimək, soğan və bütün bunlar onlar üçün bilinən yeməklər idi. Fum kəliməsinə gəldikdə isə, sələf alimləri onun mənasında ixtilaf etmişdilər. İbn Məsud qiraətində sə ilə “və sumihə” demişdir. Eyni şəkildə Mucahid Leys İbn Əbi Suleymin rəvayətində də onu sarımsaq ilə təfsir etmişdir. Rəbi İbn Ənəs ilə Səid İbn Cubeyr də elə demişdilər. İbn Əbi Hatim belə demişdir: mənə atam o da Amr İbn Rafidən o da Əbu Umarə yaqub İbn İshaq Əl-Bəsridən o da yunisdən nəql edir ki, Həsən Bəsri: “və fumihə” sözündə: İbn Abbas sarımsaqdır demişdir. Belə də demişlər: Qədim dildə: Fumu deyirdilər ki, çörək bişirin deməkdir. İbn Cərir də belə demişdir: Bu doğrudur.Bu hərflərin yer dəyişdirilməsindəndir. Misal üçün vəqau fi asurin şərrin və afurin şərrin; əsafiy və əsasiy; məğafir və məğasir deyirlər, bunun kimi çox kəlimə vardır ki, məxrəcləri yaxın olduğu üçün fə-ni sə ilə dəyişdirirdilər. Allah ən doğrusunu biləndir. Başqaları da belədemişdilər: fum buğdadır. O, çörək düzəldilən dənli bitkidir. İbn Əbi Hatim belə demişdir: Bizə yunus İbn Abduala oxuyaraq, o da İbn Vəhbdən oxuyaraq, o da Nafi İbn Əbi Nuaymdan nəql edir ki,İbn Abbasa “və fumiha” sözü soruşuldu, o da: buğdadır, dedi. İbn Abbas: “Uhəyha İbn Cəllahın bu beytini eşitmədinmi?” dedi:
Mən Mədinəyə buğda ziraətindən
Gələn ən zəngin adam idim
İbn Cərir belə demişdir: Bizə Əli İbn Həsən o da Muslim Əl-Cuhənidən o da İsa İbn yunusdan o da Rəşid İbn Qureybdən o da atasından nəql edir ki, İbn Abbas “və fumiha” sözündə: Fum- Haşimilərin ləhcəsində buğdadır demişdir. Əli İbn Əbi Talha, Dəhhaq və İkrimə də İbn Abbasdan belə rəvayət etmişlər. İbn Abbas: Fum buğdadır, demişdir. Sufyan Sevri İbn Cureycdən o da Mucahid ilə Atadan: Fum çörəkdir, demişlər. Hüşeym yunusdan o da Həsəndən o da Hüseyndən nəql edir ki, Əbu Malik: Fum buğdadır demişdir. İkrimə, Suddi, Həsən Bəsri, Qatadə, Əbdurrəhman İbn yəzid və digərləri də belə demişdilər. Allah ən doğrusunu biləndir. Covhəridə Fum buğdadır demişdir. İbn Düreyddə Sünbüldür demişdir. Qurtub,i Ata ilə Qatadədən “Fum ondan çörək bişirilən hər bir şeydir” dedikləri rəvayət olunur. Bəziləri də o noxuddur demişdir. Bu da Şam ləhcəsidir. Bu səbəbdən də onu satana fumi əvəzinə fəmi deyirlər. Buxari belə demişdir: Bəziləri bütün qida üçün olan bitkilərə fum demişdir.
Musa “Siz xeyirli olan şeylərin daha dəyarsiz şeylərlə əvəz olunmasınımı istəyirsiniz?” dedi. Ayədə onları bu dəyarsiz şeyləri istədikləri üçün danlama və qınama vardır. Halbuki onlar bol, həzmi asand, xoş və gözəl bir dolanışıq içərisində idilər.
“İhbitu misran”sözü bu şəkildə tənvinli və hallanandır. Osman radiyallahu anhın nüsxələrinə əsaslanan imamların mushaflarında (Quran nüsxələrində) da əliflə yazılmışdır. Cumhur da belə tənvinli oxumuşdur. İbn Cərir belə demişidr: Mən başqa cürə tınvinsiz oxunmasına icazə verimrəm bütün mushaflarda belədir. İbn Abbas “şəhərə enin” ayəsi haqqında “hərhansı bir şəhərə” demişdir. Bunu İbn Əbi Hatim, əbu Səid əl Bakkaldan o da İkrimədən rəvayət etmişidr. Suddi, Qatədə, Rəbi İbn Ənəsdən də belə rəvayət edilmişdir. İbn Cərir belə demişdir: Ubey İbn Kab ilə İbn Məsud qiraətində tənvinsiz və hallanmayən olaraq ihbitu misra şəklində keçməkdədir. Sonra Əbu Aliyə ilə Rəbi İbn Ənəsdən onu Fironun Misiri olaraq təfsir etdikləri rəvayət edilmişdir. İbnəbi Hatim də Əbu Aliyə, Rəbi və Aməşdən də belə rəvayət etmişdir. İbn Cərir belə demişdir: Hallanan olmaqla bərabər ondan Fironun Misiri qəsd edilməsi də icazəlidir. O zaman mushaf yazısına tabe olunmuş olur. Necə ki, “Qavariran, qavarira” də belədir: İnsan (15,16). Sonra İbn Cərir tərəddüt etmiş; “Onunla Fironun Misiri qəsdedilmişdir yoxsa hər hansı bir şəhər mi?,” demişdir.Doğru olan hər hansı bir şəhər olmasıdır, Çünki İbnAbbas və digərlərindən belə rəvayət edilmişdir. Məna da buna görədir. Çünki Musa əleyhissalam onlara bu istədikəriniz az tapılan bir şey deyildir. O girdiyiniz hər şəhərdə bol miqdarda olur. Bu qədər dəyarsiz və çox olan şeyi Allahdan istəməyim doğru deyildir, demək istəmişdir. Buna görə də “Siz xeyirli olan şeylərin daha dəyarsiz şeylərlə əvəz olunmasınımı istəyirsiniz? Şəhərə girin! Şübhəsiz ki, (orada) istədiyinizi taparsınız!” demişdir. Onların bu istəyi naşükürlük və ədəbsizlik qəbilindən olduğu üçün cavab verilməmişdir. Allah ən doğrusunu biləndir.
Onlara zəlillik və düşgünlük üz verdi və onlar Allahın qəzəbinə düçar oldular. Bu ona görə idi ki, onlar Allahın ayələrini inkar edirdilər və peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu onların asi olduqlarına və həddi aşdıqlarına görə idi. Allah Təala buyurur: Onlara zəlillik və düşgünlük üz verdi, yəni onların üzərinə qoyuldu, artıq nə şəriət, nə də Qədər etibarı ilə bu onlardan getməz. yəni həmişə xor və zəlil olarlar. Kim onları tapsa alçaldar və xor görər. Onlara alçaqlıq damğası vurulmuşdur. Onlar bununla bərabər öz nəfslərində də acizdirlər miskindirlər. Dəhhaqdan İbn Abbas: Onlara zəlillik və düşgünlük üz verdi ayəsi haqqında onlar cizya verməya məhkumdurlar demişdir. Abdurrazzak, o da Mamərdən rəvayət edir ki, Həsənul Basri və Qatadə bu ayə haqqında belə demişdir: Onlar alçalaraq nəqd şəkildəcizya verirlərdemişdilər. Dəhhaq da zilləti alçaqlıq kimi təfsir etmişdir. Həsən də: Allah onları xar etdi, özlərini müdafiə edə bilməzlər, demişdir. Onları Müsəlmanların ayəqları altına aldı. Bu ümmət onları yetişdiyi vaxt, məcusilər belə onlardan cizya alırdılar. Əbu Aliyə Rəbi İbn Ənəs və Suddi, “Məskənət” yoxsulluqdurdemişdilər. Atiyyə əl Avfi də, xəracdır demişdir. Dəhhaq da cizyadir demişdir. Allahın qəzəbinə düçar oldular: Dəhhaq bu ayə haqqında “Allahın qəzəbinı qazandılar” demişdir. Rəbi İbn Ənəs də üzərlərinə Allahın qəzəbi vaqe oldu, demişdir. Səid İbn Cubeyr də “Allahın qəzəbini qazandılar” demişdir. İbn Cərir də “Və bəu bi ğadabın minallah” ayəsi haqqında “Allahın qəzəbi ilə geri döndülər,” demişdir. “Bəə” sözü xeyir və ya şərlə bir yerdə işlənir. Bəə filanun bizenbihi yabuu bihi beven və bəvaən deyilir. “İnni uridi ən təbuə bi ismi və ismik” (Maidə 20) ayəsi də belədir ki, mənimdə sənin də günahlarımızla geri qayıtmağını, onların mənə deyil sənə dönməsini istəyirəm, deməkdədir. Kəılamın mənası belədir: O zaman Allahın qəzəbini yüklənmiş olaraq döndülər, üzərlərinə Allahın qəzəb gəlmişdir. Allah onlara qəzəblənmişdir.
Bu ona görə idi ki, onlar Allahın ayələrini inkar edirdilər və peyğəmbərləri haqsız yerə öldürürdülər, Allah Təala deyir ki, bu zillət və yoxsulluq cəzasının onlara verilməsi və qəzəbə düçar olmaları, haqqa qarşı təkəbbürlənməklərindən və Allahın ayələrini inkar etmələrinə görədir. Şəirəti daşıyan peyğəmbərləri və onlara tabe olanları xor görməklərinə görədir. Onlara etibar etmədilər və sonunda onları öldürməya kimi getdilər. Bundan daha böyük bir küfür yoxdur. Çünki onlar Allahın ayələrini inkar etdilər və peyğımbərləri haqsız yerə öldürdülər. Bunun üçündür ki , səhihliyində ittifaq olunan hədisdə Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Təkəbbürlük, haqqı tanımamaq və insanları xor görməkdir. İmam Əhməd rahmatullahı aleyh də belə demişdir: Bizə İsmayıl, o da İbn Avndən, o da Amr İbn Səiddən, o da Humeyd İbn Əbdurrəhmandan rəvayət edir ki, İbn Məsud belə demişidir: Mən gizli söhbət edənlərdən çəkinmədən onlara yaxınlaşardım,kimliyindən aslı olmayəraq. Rəsulullah (salləllahu aleyhi və səlləm)in yanına gəldim. yanında Malik İbn Mirarə Ər-Ruhəvi vardı. Hədisin (Söhbətin) sonuna çatdım, belə deyirdi: “Ey Allahın Rəsulu, gördüyün kimi mənə bu qədər gözəllik verilmişdir. Heç bir kəsin məni ayəqqabımın iki bağında belə keçməsini istəmərəm. Bu həddi aşmaqdır?” dedi. O da: Xeyir, bu həddi aşmaq deyildir. Ancaq həddi aşamaqtəkəbbürlənməkdir, dedi, yaxud haqqı tanımamaq və insanları xor görməkdir, özünü onlardan üstün saymaqdır, dedi. Bunun üçündür ki, İsrail oğulları Allahın ayələrini inkar etmə, peyğəmbərləri öldürmə kimi küfrü vacibedən şeyləri etdikdə, Allah onlara qarşısı alınmaz qəzəbini endirdi. Onlara dünya zillətinin yanında əməllərinin tam qarşılığı olaraq axirət zillətini də verdi. Əbu Davud ət Tayəlisi belə demişdir: Bizə Şöbə da Aməşdən o da İbrahimdən, o da Əbu Mamərdən nəql edir ki, Abdullah İbn Məsud belə demişdir: İsrail oğulları bir gündə üç yüz peyğəmbər öldürür, sonra da axşam üstü tərəvəz bazarını qurardılar. İmam Əhməd belə demişdir: Bizə Abdussaməd o da Əbandan o da Asımdən o da Əbu Vaildən o da Abdulah İbn Məsuddan nəql edir ki, Rəsulullah salləllahu aleyhi vəsəlləm belə demişdir: Qiyamət günündə şiddətli əzaba düçar olanlar peyğəmbərin öldürdüyü və ya peyğəmbər öldürən, zəlalətdə olan imamı (başçı) və rəsm heykəl ərsəya gətirənlər. “Məhz bunlar üsyan etdikləri və həddi aşdıqlarına görədir”: Bu da çəkdikləri cəzanın başqa bir səbəbidir. Onlar üsyan edərdilər və həddi aşırdılar. Asilik — qadağaları etməkdir. Həddi aşmaq da icazə verilən və əmr edilənin xaricinə çıxmaqdır. Allah ən doğrusunu biləndir.
-
62
Şübhəsiz ki, möminlərin, yəhudi, nəsrani və sabiilərdən Allaha və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.
Allah Təala əmrinə müxalifət olaraq qadağalarını edəmləri, icazə verilməyan şeyləri etməkdə həddi aşanları, haramları edənləri və onların başlarına gələn şeyləri bəyan etdikdən sonra keçmiş ümmətlərdən gözəl işlər görərək itaət edənlərə diqqət çəkdi və onlar üçün ən gözəl mükafat vardır dedi. Qiyamətə qədər də vəziyyət belədir. Kim ki, yazıb oxumağı bilməyən peyğəmbərə tabe olarsa onun üçün əbədi xoşbəxtlik vardır. Onlara gələcək üçün qorxu, keçmişi üçün dəqəm qüssə yoxdur. Necə ki, Allah Təala belə buyurmuşdur:“Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyacəklər”(Yunis, 62).
Mələklər də can verənlərə belə deyarlər: Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutan kəslərə mələklər nazil olar. “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!” (Fussilət, 30).
İbn Əbi Hatim belə demişdir, Bizə atam, o da İbn Əbi Ömər əl Ədənidən, o daSufyandan, o da Əbi Nəcihdən, o da Mucahiddən rəvayət edir ki, Səlman radiyallahu anh demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm)dən keçmiş dinimdə olanları soruşdum, onların namazları və ibadətləri haqqında danışdım. O zaman bu haqda “İman gətirənlərdən müsəlmanlardan, yəhudi, xristian və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanan..” ayəti endi. Suddi də belə demişdir: “İman gətirənlər, yəhudi, xristian və sabiilər” ayəti Səlman Farisinin yoldaşları haqqında idi. O peyğəmbər (salləllahu aleyhi və səlləm) ilə söhbət edirdi. Səlman Farisi yoldaşları haqqında ona xəbərlər verdi. Onlar namaz qılarlar, oruc tutarlar, sənə iman edərdilər, sənin göndəriləcəyinə iman edərdilər, dedi. Səlman onları mədh edəndən sonra Allahın Nəbisi (salləllahu aleyhi və səlləm) ona: Ey Səlman onlar Cəhənnəmlikdir dedi. Bu Səlmanı çox kədərləndirdi. Allah Təala da bu ayəni endirdi.
Yəhudilərin imanı Tevrata və Musanın (aleyhi salam) sünnətinə tutunmaqdır. Bu da İsa əleyhissalam gələnə qədər davam edər. İsa gəldikdə kim hələ də Tövrata və Musa əleyhissalamin sünnətinə tabe olarsa onları tərk edib İsa əleyhissalama tabe olmazsa həlak olar. Xristiyanların da imanı belədir. Onlardan kim İncilə və İsa əleyhissalamın şəriətinə tabe olarsa məqbul bir mömin olar. Bu da Muhamməd salləllahu aleyhi və və səlləm gələnə qədər davam edər. Onlardan kim Muhamməd salllahu aleyhi vəsəlləmə tabe olmaz, İsanın sünnətinə və İncilə bağlı olduğu şeyləri tərk etməzsə, həlak olar.
İbn Abi Hatim, belə demişdir. Səid İbn Cubeyrdən də bənzəri rəvayət edilmişdir. Mən də deyirəm ki, bu rəvayət Əli İbn Əbi Təlhanın İbn Abbasdan həmin ayət haqqında dediklərinə zidd deyyldir. İbn Abbas: Allah bundan sonra”Kim islamdan başqa bir din axtararsa bu ondan qəbul olunmaz və o axirətdə ziyan edənlərdəndir” (Ali İmran, 85) ayəsini nazil edib, demişdir. Çünki İbn Abbasın dediyi budur ki,Muhamməd salllahu aleyhi və səlləmin şəriətinə müvafiq olmayan hər hansı bir yol və ya əməl qəbul olunmayəcaq. yalnız Muhamməd (salləllahu aleyhi və səlləm) göndərildikdən sonra onun gətirdiklərinə uyğun olanlar qəbul olunur. Amma ondan öncəkilərdən kim öz zamanınındakı rəsula tabe olarsa o doğru yoldadır, qurtuluş yolundadır. Bu fikrə görə yəhudilər Musa aleyhissalama tabe olub öz zamanlarında Tövratı tətbiq edənlərdir. yahud kəliməsi həvadət sözündən gəlir ki bu da sevmək deməkdirvə ya təhəvvadsözündən gəlir ki, o da tövbədir. Məsələn Musa Əleyhissalamın “İnna hudna ileyk” (Araf, 156) sözü kimi, sənə tövbə etdik deməkdir. Onlara bu adın verilməsi tövbə etmələrindən və bir birilərini sevmələrindəndir. yaqub əleyhissalamın böyük oğlu yahudayə da nisbətləndikləri üçün də belə deyilmişdir. Əbu Amr İbn Əla da belə demişdir: Çünki onlar tövrat oxuyarkən yırğalanardılar, buna görə də onlara yəhudi deyilmişdir. İsa əleyhissalam göndərildikdə İsrailoğullarının ona tabe olub ona itaət etmələri vacib oldu. Onun dostları və dinindən olanlar Xristiyanlardır (Nəsranilərdir). Onlara belə deyilməsi öz aralarında yardımlaşdıqlarına görədir. Onlara ənsar da deyilir, necə ki, İsa əleyhissalam “Allah yolunda kim mənim köməkçim olacaqdır?” — deya soruşdu. (O zaman) həvarilər dedilər: “Bizik Allahın köməkçiləri! (Ali İmran, 52). Onlar Nasıra adlı bir yerə endiklərinə görə də belə adlandırldıqları rəvayət edilmişdir.Bunu Qatadə və İbn Cureycdən nəql edilir həmçinin İbn Abbasdan da rəvayət edilmişdir. Allah ən doğrusunu biləndir.
Nasara Nasranın cəm formasıdır. Necə ki, Nəşavanın Nəşvanın cəmi olduğu və Sükaranın Sekranın cəmi olduğu kimi. Qadına da Nəsranə deyilir. Şair belə demişdir:
Hənəfi deyildir o, Nəsranədir o qadın..
Allah Təala Muhamməd Salllahu aleyhi və səlləmi son peyğəmbər və bütün insanlar üçün elçi olaraq göndərdikdə , xəbər verdiyi şeylərdə onu təsddiqləmələri, əmr etdiyi şeylərdə ona itaət etmələri və qadağan etdiyi şeylərdən çəkinmələri onlara fərz oldu. Məhz bunlar həqiqi möminlərdir. Ümməti Muhəmmədə möminlər deyilməsi güclü iman etdiklərinə və yaqinliklərinin güclü olmasına görə idi. Həm də onlar bütün keçmiş peyğəmbərlərə və sonralar gələcək olan qeyblərə iman edərdilər.
Sabiilər haqqında isə ixtilaf edilmişdir. Sufyan sevri, Leys İbn Süleymdən rəvayət edilir ki, Mucahid belə demişdir. Sabiilər Məcusilər, yəhudilər və Xristianlar arasında bir qövm idi. Onların dini yox idi. Bunu İbn Əbu Naceh də ondan rəvayət etmişdir. Ata ilə Səid İbn Cubeyrdən də belə rəvayət edilmişdir. Əbu Aliyə, Rəbi İbn Ənəs, Suddi, Əbu Şaasa, Cabir İbn Zeyd, Dəhhaq və İshaq İbn Rahavəyh də: Sabiilər əhli kitabdan Zəbur oxuyan bir firqədir,demişdilər. Bunun üçündür ki, Əbu Hənifə ilə ishaq: Kəsdiklərini yeməkdə, qadınları ilə evlənməkdə bir maneə yoxdur,demişdilər. Hüşeymdən mütarrif belə demişdir: Biz Hakəm İbn Utbənin, yanında idik. Bəsrəli bir adam ona Həsəndən onlar haqqında: Sabiilər Məcusilər kimidir, dediyini rəvayət etdi. Hakəm də “sizə deməmişdim?”dedi. Əbdurrəhman İbn Mehdidən, Müaviya İbn əbdul Kərim, Həsəndən: Onlar mələklərə ibadət edən bir qövmdür dediyini eşitdim, demişdir. İbn Cərir belə demişdir. Bizə Muahmməd İbn Abdul ala, o da Mutəmir İbn Süleymandan rəvayət edir ki, onun atası demişdir: Ziyad, Sabiilərin qibləya yönələrək beş vaxt namaz qıldıqlarını xəbər verdi. Deyirdi ki, Vali Ziyad onlardan cizyəni ləğv etmək istədi. Sonradan onların mələklərə ibadət etdikəri xəbərini aldı.
Əbu Cəfər ər Razi belə demişdir: Mənə çatan məlumata görə Sabiilər mələklərə ibadət edən, Zəbur oxuyan və qibləya yönələrək namaz qıılan bir qövmdür. Səid İbn Əbu Arubə də Qatadədən belə rəvayət etmişdir. İbn Əbi Hatim belə demişdir: Bizə yunis İbn Abdulala, o da İbn Vəhbdən, o da İbn Əbizzinaddan rəvayət etmişdir ki, atası belə demişdir: Sabiilər İraq tərəfdə Kusa bölgəsində yaşayən bir qövmdür. Onlar bütün peyğəmbərlərə inanar və ildə otuz gün oruc tutarlar. yamənə tərəf yönələrək gündə beş vaxt namaz qılarlar. Vəhb İbn Münəbbehdən Sabiinlər haqqında soruşdular o da belə dedi: Onlar Allahı bir qəbul edərlər. Əməl etdikəri bir şəriətləri yoxdur, kafir də sayılmazlar. Abdullah İbn Vəhbdən rəvayət edilir ki, Əbdurrəhman İbn Zeyd belə demişdir: Sabiilik dinlərdən bir dindir. Onlar mosul yarımadasında idilər. Ləiləhə illallah deyardilər. Nə əməllləri nə də kitabları nə də peyğəmbərləri var idi. Ancaq Lə iləhə illallah deyardilər. Hər hansı bir peyğəmbərə iman etməzdilər. Buna görə də müşrüklər peyğəmbər (salləllahu aleyhi və səlləm) və əshabını onlara bənzədərək Sabii deyardilər və bununla Ləiləhə illallah deməklərini qəsd edərdilər. Xəlil də belə demişdir. Onlar dinləri xristiyan dininə bənzəyan bir qövmdür. Ancaq qiblələri Cənub küləklərinin əsdiyi tərəfdir. Özlərinin Nuhun dinindən olduqlarını iddia edərdilər. Qurtubi, Mucahid, Həsən və İbn Əbi Nacehdən rəvayət etmişdir ki, onların dinləri yəhudiliklə Məcusilik arasında idi. Kəsdikləri yeyilməzdi. İbn Abbas qadınları ilə evlənmək olmaz, demişdir. Qurtubi belə demişdir: Bəzi alimlərin dediyinə görə onlar Allahın təkliyini qəbul edir və eyni zamanda ulduzların təsirinə inanarlar. Bunun üçündür ki, Əbu Səid əl İstaxri bir sualın cavabında onların kafir olduqları fətvasını vermişdir. Razi də onların ulduzlara ibadət etdiklərini üstün rəy hesab etmişdir. yəni ibadət və dua üçün ulduzları qiblə etdiklərini və ya Allah aləmin idarəsini ulduzlara həvalə etdiyinə, inanardılar. İbrahim aleyhi səlamın mübahisə etdiyi və inanclarını qəbul etmədiyi Kəldanilər də bu rəydə idilər. Allah ən doğrusunu biləndir, rəylərin ən açıq aydını Mucahid ilə tərəfdarları Vəhb İbn Münəbbehin bu fikridir: Onlar yəhudilik, Xristiyanlıq, Məcusilik və müşriklik kimi bir din üzərində deyildirlər. Onlar öz fitrətlərini qoruyurdular. Tabe olduaları oturaqlaşmış bir din yox idi. Buna görə də Müşriklər müsəlman olanlara sabiilər deyardilər. yəni o gün üçün geniş qəbul edilən bir dindən olmayanlar deməkdir. Bəzi alimlər də Sabiilər o kəslərdir ki, onlara hər hansı bir peyğımbərin dəvəti çatmayıb,demişdilər. Allah ən doğrusunu biləndir.
-
63
Bir zaman sizdən əhd-peyman aldıq, dağı başınız üstünə qaldırdıq. “Sizə verdiyimizdən möhkəm yapışın və onun içindəkiləri yada salın ki, bəlkə qorxasınız!”
Allah Təala İsrailoğullarına onlardan aldığı möhkəm əhdi, tək və şəriki olmayana imanı, peyğəmbərlərinə tabe olmağı xatırladaraq belə deyir və onlardan möhkəm əhd alarkən dağı başlarının üstünə qaldırdığından xəbər verir, verdikləri sözü təsdiqləsinlər, onun üstündə var qüvvələri ilə, qətiyyatlə və əzimlə dayənsınlar. Necə ki, belə demişdir: “Bir zaman dağı yerindən qoparıb onların başı üstünə bulud kimi qaldırmışdıq və onlar da elə zənn etmişdilər ki, dağ onların üstünə düşəcək. (Biz onlara): “Sizə verdiryimizdən möhkəm yapışın və içindəkiləri xatırlayın ki, bəlkə, qorxasınız!” (Əraf, 171). Burada istifadə olunan tur sözü dağ mənasındadı. Çünki Əraf surəsində belə təfsir edilmişidir. İbn Abbas, Mucahid, Ata, İkrimə, Həsən, Dəhhaq, Rəbi İbn Ənəs və digərləri də belədemişdilər. Bu da açıq aydındır. İbn Abbasın bir rəvayəti də belədir: Meşə örtüyü olan dağa Tur deyilir. Belə bir ötüyü olmayan dağa isə tur deyilməz. Fitnə hədisində İbn Abbas belə demişdir. Onlar Allaha itaətdən çıxdıqları zaman Allahın əmrinə tabe olsunlar deya dağ başlarının üstünə qaldırıldı. Suddi də belə demişdir: Səcdə etmək istəmədikdə Allah dağa onların üstünə düşməyi əmr etdi. Onlar da dağa baxdılar ki dağ onları əhatə edib. Bu zaman səcdəya qapandılar, bir tərəfləri üstə səcdə edərkən o biri tərəfləri ilə dağa baxırdılar. Allah onlara rəhmi gəldi və dağı çəkdi. Onlarda:“Allaha and olsun ki, Allaha edilən səcdələrdən əzabı ortadan qaldıran səcdə qədər gözəl səcdə yoxdur”, dedilər. Onlar beləcə səcdə edərdilər. Məhz Allahu Təalanın Dağı başlarının üstünə qaldırdıq dediyi budur.
Həsən: Sizə veridyimizi qüvvətlə tutun sözündə: yəni Tövratı tutun demişdir. Əbu Aliyə ilə Rəbi İbn Ənəs də Qüvvətlə tutun yəni itaətlə tutun demək olduğunu, qeyd etmişdirlər. Mucahid də içindəkilərə əməl etməklə tutun, demişdir. Qatadə də: Ciddiyatlə tutun yoxsa dağı üstünüzə ataram, demişdir. Deyilir ki, Onlar da bunu təsdiq etdilər, özlərinə veriləni qüvvətlə tutacaqlarını təsdiqlədilər. Dağı üstünüzə ataram sözünün mənasıda dağı başınıza yıxaram deməkdir. Əbu Aliyə ilə Rəbi: içindəkiləri yada salın, ayəsi haqqında Tövratdakıları oxuyun və onunla əməl edin demişdir. Allah Təala: “Sonra bunun ardınca siz üz döndərdiniz” dedi. yəni bu möhkəm və ağır sözdən sonra ondan üz çevirdiniz, yol dəyişdirdiniz, əhdi pozdunuz deməkdir. “Əgər Allahın lütfü və rəhmi olmasaydı” yəni tövbənizi qəbul etmək, sizə nəbilər və rəsullar göndərməklə, olan lütfü olmasaydı “əlbəttə, ziyana uğrayənlardan olardınız” bu isə möhkəm əhdi dünya və axirətdə pozmuş olmaqla ziyana uğrayərdınız, deməkdir.
-
64
Sonra bunun ardınca siz üz döndərdiniz. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, ziyana uğrayanlardan olardınız.
63-cü ayənin təfsirinə bax.
-
65
Siz artıq içərinizdən şənbə günü həddi aşanları tanıyırsınız. Biz də onlara: “Mənfur meymunlar olun!”– dedik.
Allah Təala “Həqiqətdə siz bilirsiniz ki” ayəsiylə deyir ki, ey yəhudi cəmaatı, Allahın əmrinə qarşı çıxan, onlardan Şənbə tətilinə hörmət və şəriətə uyğun əmrinin yerinə yetirilməsi haqqında aldığı möhkəm əhd və razılaşmasına qarşı çıxanların başlarına nələrin gəldiyini bildiniz. Onlar Şənbə günü balıq ovlamaq üçün hiyləya əl atdılar. Şənbə günündən əvvəl tilov iynələri, torlar və hovuzlar hazırladılar. Balıqlar isə öyrəşdikləri kimi Şənbə günü sürü şəklində gəldikləri zaman o tor və tələlərə düşürdülər. O gün ondan qaça bilmədilər. Şənbə günü keçdikdən sonra isə gecə vaxtı həmin ovları götürdülər. Bunu etdikdə Allah onların surətlərini meymunlara döndərdi. Onlar xarici görünüş olaraq insanlara ən çox bənzəyan məxluqlardır lakin,həqiqi insanlar deyildirlər. Bunların əməl və hiylələri də belədir, çünki onlar zahirdə haqq kimi görünsə də batində belə deyildirlər. Cəzaları da əməlllərinin cinsindən oldu. Bu hadisə Əraf surəsində geniş olaraq verilmişdir. Belə ki, Allah Təala orada belə buyurur: “Onlardan dəniz sahilində yerləşən kənd barəsində xəbər al! O vaxt onlar şənbə günü (üçün qoyulmuş qadağanı) pozurdular. Şənbə günü onların balıqları üzə çıxaraq onların yanına axışır, şənbədən başqa günlərdə isə onlara tərəf gəlmirdilər. Günah etdiklərinə görə Biz onları beləcə sınayırdıq.” Suddi belə demişdir: Bunlar Əylə xalqıdır. Qatadə də belə demişdir. Təfsirçilərin rəylərini geniş olaraq həmin ayənin təfsirində verəcəyik, InşəAllah.
Biz də onlara: “(Zəlil və) həqir meymunlar olun!” – dedik. İbn Əbi Hatim belə demişdir: Bizə atam, o da Əbu Huzeyfədən, o da Şibldən, o da İbn əbi Nəcihdən rəvayət etdi ki, Mucahid onlara: “(Zəlil və) həqir meymunlar olun!” ayəsi haqqında belə demişdir: Onların qəlbləri çevrildi özləri isə çevrilmədilər. Bu ancaq Allah Təalanın: ”belində çoxlu kitab daşıyan ulağa bənzəyirlər” (Cümə, 5) ayəsində keçən misal kimidir. Bunu İbn Cərir, Müsənnadan, o da Əbu Huzeyfədən, o da Muhamməd İbn Ömər əl Bahilidən, o da Əbu Asimdən, o da İsadan, o da İbn Əbi Nəcihdən, o da Mucahiddən belə rəvayət etmişdir. Bu Mucahiddən gələn yaxşı bir sənəddir. Bu söz qəribə bir sözdür, bu və ya digər yerlərdə ayələrin zahrinə uyğun gəlməməkdədir. Allah Təala belə demişdir: “De: “Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? Allahın lənətlədiyi, ona qəzəbləndiyi, özlərini də meymunlara və donuzlara döndərdiyi şəxslər və tağuta ibadət edənlərdir.”(Maidə, 60) Əhvi də təfsirində “həqir meymunlar olun!” haqqında İbn Abbasdan belə rəvayət etmişdir: Allah onlardan meymunlar və donuzlar yaratdı. İddiasına görə gənclərini meymunlara, yaşlılarını isə donuzlara döndərdi. Şeyban ən Nəhvi “həqir meymunlar olun!”ayəsi haqqında belə demişdir: Hamısı uluyan meymunlar oldular. Kişili qadınlı insan olduqları halda quyruqları əmələ gəldi. Ata əl Xorasani də belə demişdir: Ey kənd xalqı, “həqir meymunlar olun!” deya səslənildi. Onlara o pis işi qadağan edənlər onların yanlarına gələr: “Ey filankəs, sizi bundan çəkindirmədik mi?” soruşardılar. Onlar da başları ilə “Bəli” deyardilər.
İbn Əbi Hatim belə demişdir: Bizə Əli İbn əl-Hüseyn, o da Abdullah İbn Muhamməd İbn Rabia Misisdə, o da Muhamməd İbn Müslimdən yəni ət Taifidən, o da İbn əbi Nacihdən, o da Mucahiddən rəvayət edir ki, İbn Abbas belə demişdir: Şənbə günü qadağasına riayət etməyənlər süd sağımı qədər meymuna çevrildilər. Sonra həlak oldular. Surətləri dəyişdirilənlərin nəsli olmadı. Dəhhaqdan rəvayət olunur ki, İbn Abbas belə demişdir: Allah onları günahlarına görə meymunlara çevirdi. Onlar ancaq üç gün yaşadılar. Surətləri dəyişdirilənlər üç gündən artıq yaşamadılar. yemədilər, içmədilər nəsilləri olmadı. Allah meymunları, donuzları və digər məxluqatı kitabında bildirdiyi kimi altı gündə yaratdı. Bunlar isə meymun surətinə çevrildilər. Allah istədiyinə istədiyi kimi belə edər. Onu istədiyi şeya çevirə bilər.
Əbu Cəfər Rəbidən rəvayət edir ki, Əbu Aliyə“həqir meymunlar olun!”ayəsində alçaq zəlilllər olun, demişdir. Mucahid, Qatadə, Rəbi və Əbu Malikdən də belə rəvayət edilmişidir. Muhamməd İbn İshaq, o da Davud İbn əbil-Huseyndən, o da İkrimədən belə rəvayət edir ki, İbn Abbasdan demişdir: Allah İsrailoğullarına sizə fərz qıldığı Cüməni fərz etdi. Onlar isə müxalif çıxaraq Şənbə gününü seçdilər. Ona hörmət etdilər və onlara əmrolunanı tərk etdilər. Şənbə günündən başqasını qəbul etmədikləri üçün Allah da o gündə onları sınağa çəkdi. Ora Əylə ilə Tur arasında yerləşir. Digər adı ilə ora Mədyan deyilirdi. Allah onlara şənbə günü balıq ovlamağı və onu yeməyi haram etdi. Şənbə günü balıqlar dəniz sahilinə gələr, gün keçən kimi gedərdilər.Nə kiçik nə də böyük bir dənə də görünməzdi. Şənbə günü isə axın axın gələrdilər. Hər dəfə belə olardı. Aradan uzun bir müddət keçdiyi zaman balıq əti üçün darıxmağa başlayərkən, onlardan biri şənbə günü gizlicə bir balıq tutdu. Onu bir iplə bağlayəraq təzədən suya buraxdı. İpin bir ucunu isə sahildə bir budağa bağlayəraq qoyub getdi. Ertəsi gün gəlib onu götürdü. yəni mən şənbə günü balıq ovlamadım deya hiylə işlətdi. Onu götürüb yedi. Növbəti şənbə günü də eynisini təkrarladı. İnsanlar balıq iyini hiss elədilər. Kənd camaatı Allaha and olsun ki, balıq iyi gəlir dedilər. Sonra isə həmin şəxsi bu iş üstündə yaxladılar. Onlar da onun kimi etməyə başladılar. Bunu uzun bir müddət gizlicə etməyə başladılar. Allah da onlara əzab etmədi. Sonradan isə balıqları açıq aydın ovlayəraq bazarda satmağa başladılar. İçərilərindən fəzilət sahibi insanlar: Vay olsun sizə, Allahdan qorxun dedilər və onları etdikləri işdən çəkindirməya çalışdılar. Başqa bir qrup balıqlardan yemədi amma həmin insanları bu etdikləri işdən çəkindirmədilər. “O zaman onlardan bir dəstə dedi: “Allahın məhv edəcəyi və ya şiddətli əzaba düçar edəcəyi bir tayfayə nə üçün öyüd-nəsihət verirsiniz?” Onlar dedilər: “(Bu,) Rəbbiniz yanında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar (pisəməllərdən) çəkinsinlər!”” (Əraf 164). Etdikərinə qəzəbləndiyimiz üçün dedilər.
İbn Abbas belə demişdir. Onlar bu haldaykən o kiçik azlıq (fəzilət əhli) məclislərində və məscidlərində qaldılar. İnsanları itirdilər və görə bilmədilər. Bibirlərinə insanlara nəsə olub, baxın görün o nədir? dedilər. Onlara baxmaq üçün evlərinə getdikdə qapıların üzlərinə bağlı olduğunu gördülər. Dan yeri söküləndə isə artıq meymun olmuşdular. Qadınları da meymun olmuşdular. Uşaqları da meymun olmuşdular. İbn Abbas belə demişdir: Əgər onları bu pisliklərdən çəkindirınlər qurtulmasa idi Allah hamısını həlak edəcəkdi. O Allahın Muhamməd (salləllahu aleyhi və səlləm)ə “Onlardan dəniz sahilində yerləşə kənd barəsində xəbər al!”(Əraf 163) dediyi kənd budur. Dəhhaq İbn Abbasdan eynisini rəvayət etmişdir. Suddi də “Siz artıq içərinizdən şənbə günü həddi aşanları tanıyırsınız. Biz də onlara: “Həqir meymunlar olun!”– dedik.” ayəsi haqqında onlar Əylə xalqıdır. O dəniz sahilində bir kənddir. Allah yəhudilərə şənbə günü hər hansı bir iş görməyi qadağan etmişdir. Şənbə günü gəldiyi zaman balıqlar xortumlarını (ağızlarını) sudan çıxarar, bazar günü isə dənizin dərinlikərinə dalardılar. Digər şənbə gününə kimi heç biri görünməzdi. Məhz Allah Təalanın “Onlardan dəniz sahilində yerləşən kənd barəsində xəbər al! O vaxt onlar şənbə günü (üçün qoyulmuş qadağanı) pozurdular. Şənbə günü onların balıqları üzə çıxaraq onların yanına axışır, şənbədən başqa günlərdə isə onlara tərəf gəlmirdilər.” (Əraf 163) dediyi budur.
Bəzilərinin könlü balıq istədi. Bir çuxur qazdı onu da kanalla dənizə birləşdirdi. Şənbə günü kanalı açdı. Balıqlar çoxluq halında gəlib özlərini o çuxura atdılar, su az olduğu üçün çlxa bilməzdilər. Bazar günü olduğu zaman da gəlib onu tutdu. Həmim adam balığı qızartmağa başlayərdı, qonşusu iyi hiss edib soruşanda vəziyyəti başa salardı. O da onun kimi edərdi. Nəticədə balıq yeyilməsi çoxalmağa başladı. Alimləri onlara : Vay olsun sizə siz şənbə günü ov edirsiniz bu sizin üçün halal deyildir dedilər. Onlar da biz onu bazar günü tuturuq dediər. Fəqihlər isə: Xeyir siz onları suyu açıb onların suya girdikləri gün tutdunuz, dedilər. Onlar inad edərərk bundan əl çəkmədilər. Çəkindirənlər bir birilərinə Allahın məhv edəcəyi və ya şiddətli əzaba düçar edəcəyi bir tayfayə nə üçün öyüd-nəsihət verirsiniz?”dedilər. yəni öyüd verilərkən sizə qulaq asmayən bir cəmiyyatə niyə öyüd verirsiniz, dedilər. Bəziləri də, Rəbbinizin yanında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar çəkinsinlər,dedilər.Digərləri qulaq asmadıqda Müsəlmanlar Allaha and içirik ki, sizinlə eyni kənddə yaşamayəcağıq dedilər və kəndi divarla iki yerə böldülər.
Müsəlmanlar bir qapı açdılar Şənbə günü qadağasını pozanlar da başqa bir qapı açdılar. Davud əleyhissalam onlara lənət oxudu. Müsəlmanlar öz qapılarından, kafirlər isə öz qapılarından cıxmağa başladılar. Müsəlmanlar bir gün çıxdılar, kafirlər isə həmin günü qapılarını açmadılar. Qapını açmaları ləngidiyi zaman müsəlmanlar divardan aşdılar və onların bir birinin üstünə sıçrayən meymunlar olduqlarını gördülər. Qapını açdılar onlar da ətrafasəpələndilər. Məhz Allah Təalanın “Özlərinə qoyulan qadağanı pozduqları zaman Biz onlara: “Həqir meymunlar olun!”– (Əraf, 166) dediyi budur. Bu da “İsrail oğullarından kafir olanlar həm Davudun, həm də Məryam oğlu İsanın dili ilə lənətləndilər. Bu, onların asi olduqlarına və hədləri aşdıqlarına görə idi” (Maidə, 78) ayəsi ilə ifadə edilənlər həmin meymunlardır.
Məndə deyirəm ki, bu imamların bu rəylərini qeyd etməkdə məqsədimiz Mucahidin digər alimlərə müxalifət edərək onlar xarici görkəmcə deyil, mənəvi olaraq meymuna döndülər dediyinə izah gətirmək üçün idi. Doğru olan isə bunun həm xarici görkəmcə, həm də mənəvi olaraq olmasıdır. Allah ən doğrusunu biləndir.
Bəziləri: “Fəcəalnəhə nəkələn” ayəsindəki əvəzliyin meymunlara aid olduğunu demişdir. Onun balıqlara aid olduğu da deyilmişdir. Cəzayə aid olduğunu, kəndə aid olduğunu da deyanlər olmuşdur. Bunları İbn Cərir nəql etmişdir. Doğru olan isə əvəzliyin kəndə aid olmasıdır, mənası da Allah o kəndi etdi, deməkdir ki, burda da məqsəd şənbə günü həddi aşdıqları səbəbi ilə kəndin əhalisi, deməkdir. ”Nəkalən” onları cəzalandırdıq, aləmlərə ibrət etdik deməkdir. Necə ki, Allah Təala Firon üçün də: “Allah da onu dünya və Axirət əzabı ilə yaxaladı.” (Naziyat, 25) demişdir.
“Onun Öndəkinə və arxadasındakına” yəni öndəki və arxadakı kəndlərə deməkdir. İbn Abbas da belə demişdir. O kəndi başlarına gətirdiyimiz əzabla ətrafdakı kəndlərə ibrət etdik. Necə ki, Allah Təala belə demişidir. “Biz sizin ətrafınızda olan məmləkətləri məhv etdik. Bəlkə, qayıdalar deya, ayələri onlara cürbəcür şəkildə bəyan etdik. (Əhqaf, 27).
Bu ayə də onlardandır: Məgər Bizim, yer üzünə gəlib onu tərəflərindən azaltdığımızı görmürlərmi? (Rad, 41). Bu məna müxtəlif rəylərdən birinə görədir. Bu rəyin məqsəd məkan etibari ilə öndəki və arxadakı deməkdir. Eyniylə Muhamməd İbn İshaq, o da Davud İbn Hüseyndən, o da İkrimədən rəvayət edir ki, İbn Abbas : Önündəki və arxasındakı kəndlərə demişidir. Səid İbn Cubeyr də həmin gün orada iştirak edən insanlara demişdir. İsmayıl İbn əbi Xalid, Qatadə və əl Avfi“Beynə yedeyhə — Şənbə günü məsələsi haqqında həddi aşanlardan caza almadan qalanlara ibrət etdik” deməkdir,demişdilər. Əbu Aliyə, Rəbi və Atiyyə də “arxasındakı” ayəsi haqqında İsrailoğullarından onlardan sonrayə qalanlara ibrət etdik ki, belə etməsinlər,demişdilər. Bunlar belə deyardilər: Məqsəd zaman etibarı ilə önlərindəki və arxalarındakıları nəzərdə tutmaqdır. Bu da özlərindən sonra gələnlər üçün doğrudur, bu hadisə onlara ibrət olar. Amma keçmişdəkilərə necə ibrət ola bilər? Bu ayənin belə təfsir edilməsi yəni özlərindən əvvəlkilərə ibrət olması necə doğru ola bilər? Hesab edirəm ki, düşünən heç kim belə deməz. Bu halda bundan qəsd edilən məna məkan etibari ilə önündəkilər və arxalarındakıların olmasıdır. O da ətrafdakı kəndlərdir. Necə ki İbn Abbas və Səid İbn Cubeyr belədemişdilər. Allah daha yaxşı bilir. Əbu Cəfər Ər Razi Rəbi İbn Ənəsdən, rəvayət edir ki, Əbu Aliyə Onun Öndəkinə və arxadasındakınaibrət etdikAyəsi haqqındabelə demişdir: Qalan günahlarına cəza etdik,demişdilər. İbn Əbi Hatim belə demişidir: İkrimə, Mucahid, Suddi, Həsən, Qatadə və Rəbi İbn Ənəsdən də belə dedikləri (cəza) rəvayət edilmişdir. Qurtubi, İbn Abbas, Suddi, Fərra və İbn Atiyyədən “öndəki” o qövmün günahlarını, arxasındakı isə onlardan sonra o günahın bənzərini edənlərə demişdilər. Razi bu yöndə üç rəy çatdırmışdır.
Birincisi: Öndəki və arxasındakı ayəsində məqsəd əvvəl gəlib keçmiş və qədim kitablardan xəbəri olan kəslərdir. İkincisi: O gün yaşayən kəndlər və ümmətlərdir. Üçüncüsü Allah Təala onu bu hərəkətdən əvvəl və sonra bu kimi şeyləri edən bütün insanlara ibrət etmişdir. Bu da Həsənin rəyidir.
Mən də deyirəm ki, “Öndəkilər və arxadakılar” ayəsində nəzərdə tutulan rəylərin doğrusu o gün mövcud olan və baş verənlərdən xəbərdar olanlardır. Necə ki, Allah Təala belə buyurmuşdur: “And olsun ki, Biz sizin ətrafınızda olan məmləkətləri məhv etdik” (Əhkaf 27). Etdikləri əməllərə görə kafir olanlara müsibət üz verməkdə davam edəcək (Rad, 31). Bizim, gəlib ərazini hər tərəfdən əskiltdiyimizi görmürlərmi? (Ənbiya 44).
Deməli onları öz dövründəkilərə ibrət etmiş, özlərindən sonra gələnlərə isə inkar edilməyacək şəkildə doğru xəbərlərlə öyüd vermişdir. Buna görə də “Allahdan qorxanlar üçün bir öyüd” demişdir. “Allahdan qorxanlar üçün bir öyüd”ayəsində Muhamməd İbn İshaq belə demişdir. Davud İbn əl Hüsayn, İkrimə, İbn Abbas: Onlar qiyamətə qədər onlardan sonra gələnlərdir,demişdilər. Həsən ilə Qatadə də onlar özlərindən sonra gələrək, Allahın qəzəbindən qorxanlar və çəkinənlərdir, demişdilər. Suddi ilə Avfi də Ümməti Muhamməddir (salləllahu aleyhi və səlləm), demişdilər.
Mən də deyirım ki, burada öyüddən məqsəd, qarşısını alıcı və çəkindirici şeylərdir, yəni bunların başına gələn şiddət və cəza etdikləri haram və işlətdikləri hiylə səbəbiylədir, deməkdir. Belədirsə Allahdan qorxanlar onların etdiklərindən çəkinsinlər ki, eynisi onların başına gəlməsin. Necəki, İmam Əbu Abdullah İbn Batta belə demişdir: Bizə Əhməd İbn Muhamməd əl Muslim , o da Həsən İbn Muhamməd İbn Sabah Zəfəranidən, o da yəzid İbn Harundan, o da Muhamməd İbn Ömərdən, o da Əbu Sələmədən o da Əbu Hureyrədən rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: yəhudilərin daşıdığı günahları siz daşımayın, yoxsa sonra ən adi hiylələrlə Allahın haram etdiklərini halal saymağa başlayərsınz. Bu gözəl bir sənədlə rəvayət edilmişdir.Bunu Əhməd İbn Muhamməd İbn Muslim Hafiz Əbu Bəkr əl Hatib əl Bağdadi güvənli hesab etmişdir. Digər raviləri də məşhurdur. Buxarnin şərtinə uyğundur. Allah ən doğrusunu biləndir.
-
66
Biz bunu onlarla olanlar və onlardan sonra gələnlər üçün ibrət, müttəqilər üçün isə öyüd-nəsihət etdik.
65-ci ayənin təfsirinə bax.
-
67
Bir zaman Musa öz xalqına dedi: “Allah sizə bir inək kəsmənizi əmr edir!” Onlar: “Sən bizi ələ salırsan?”– dedilər. “Cahil olmaqdan Allaha sığınıram!”– dedi.
Allah Təala deyir ki: Ey İsrail oğulları, inək barəsində və qatilin müəyyan edilməsi, Allah Təalanın ölünü diriltməsi və qatilin kim olduğunu açıq-aydın deməsi haqqındakı nemətlərimi xatırlayın. Misal üçün: Dəvə kəsmək üçün nəhr, qoyun üçün isə zəbh istifadə edilir. İri buynuzlularhaqqında da ixtilaf etmişdilər. Onun üçün nahr də zəbh də istifadə edilir,demişdilər. Ən yaxşısı Quranın açıq ifadə etdiyi zəbh sözünü istifadə etməkdir. Bir də nəhrin yeri (gərdan) ilə zəbhin (boğaz) yeri bir-birinə yaxındır. İbn Münzir belə demişdir: Gərdandan kəsilənin boğazdan, boğazdan kəsilənin də gərdandan kəsilməsində ixtilaf bilmirəm. Ancaq İmam malik bunu məkruh saymışdır. Bəzən insan bir şeyi məkruh görər ama həmin şeyi haram etməz. Əbu Abdullah belə demişdir: Bu inək hadisəsi də Musa əleyhissəlama Tövratda qasamə andından əvvəl endirilmişdir.
Qissənin açıqlaması: İbn Əbi Hatim belə demişdir: Bizə Həsən İbn Muhəmməd İbn Sabah o da yəzid İbn Harundan o da Hişam İbn Həssəndən o da Muhəmməd İbn Sirindən o da Ubeydə Əs-Səlmanidən nəql edir ki: İsrail oğullarından bir adam sonsuz idi, uşağı olmurdu. Malı da çox idi. Onun mirasçısı olaraq bir qardaşı oğlu var idi. Qardaşı oğlu onu öldürdü, sonra onu gecə bir adamın qapısının ağzına atdı. Sonra da səhər açılanda onları bu işdə günhalandırdı. Hər iki tərəf silahlandılar, bir birlərinə hücum etdilər. İçlərindən ahıl adamlar: “Nə üçün bir-birinizi öldürürsünüz? İçinizdə Allahın Rəsulu var” dedilər və Musa əleyhissəlamın yanına gəlib qissəni (olanları) danışdılar. O da: “Allah sizə bir inək kəsmənizi əmr edir” dedi. Onlar da : Sən bizi ələ salırsan?” dedilər. O da: Cahillərdən olmaqdan Allaha sığınıram, dedi. Dedi ki: Əgər etiraz etməsələr lakin bir inək kəssələr, bu yetərli olardı. Ancaq onlar çətinləşdirdilər, Allah da onlara bu işi çətinləşdirdi. Axırda kəsməli olduqları inəyi tapdılar. Onu başqa bir inəyi olmayan bir adamın yanında tapdılar. O da: Dərisi dolusu qədər qızıl verməsəniz satmaram, dedi. Onu dərisini dolusu qədər qızıla aldılar. Onu kəsdilər, ətinin bir qismiilə adama vurdular, o da qalxdı, “səni kim öldürdü?” dedilər. O da : Bu, dedi və qardaşının oğlunu göstərdi. Sonra da yıxılıb öldü. Ona mirasından heç bir şey vermədilər. Bu hadisədən sonra qatilə miras verilmədi. Bunu İbn Cərir də Əyyubundan o da Muhəmməd İbn Sirindən o da Ubeydə yolundan oxşar şəkildə rəvayət etmişdir.
Bunu Abd İbn Humeyd də təfsirində: Bizə yəzid İbn Harun nəql etdi deya rəvayət etmişdir. Adəm İbn əbi İyas da təfsirində: Əbu Cəfər Ər Razi, o da Hişam İbn Həssən yolundan belə rəvayət etmişdir. Adəm İbn əbiİyas da təfsirində belə demişdir: Bizə Əbu Cəfər Ər-Razi o da Rəbidən o da Əbu Aliyədən qissəni belə anlatmışdır: İsrail oğullarında zəngin bir adam var idi, uşağı olmurdu. Bir yaxını var idi, o da mirasçı idi. Mirasına yiyalənmək üçün onu öldürdü. Sonra da onu yol ayrıcına atdı. Musa aleyhissalamın yanına gəldi ve dedi: Qohumum öldürüldü, başım böyük dərdə girdi. Qatilini səndən başqa tapacaq kimsəni bilmirəm, dedi. Musa da xalqa: Allah üçün olsun, kimin bu barədə biliyi varsa bizi məlumatlandırsın. Biliyi olan heç kim çıxmadı. Qatil Musa əleyhisalama tərəf döndü Sən Allahın nəbisisən, Rəbbindən istə bunu bizə açıqalasın, dedi. O da Rəbbindən istədi, O da ona “Allah sizə bir inək kəsməyinizi əmr edir” deya vəhy etdi. Onlar da buna məəttəl qaldılar: “Sən bizi ələ salırsan?” dedilər. O da: Cahillərdən olmaqdan Allaha sığınıram, dedi. Onlar da: “Rəbbinə dua et, bizə onun nə cür olduğunu xəbər versin. O da: “O nə yaşlı olmayan nə də cavan olmayan, ikisi arasında orta yaşlı bir inəkdir, deyir, dedi” (Bəqərə, 67-68). Onlar da: “Rəbbinə dua et, bizə rəngini bəyan etsin, dedilər. O da:O deyir ki: Onun rəngi sapsarıdır, baxanların gözü qamaşır”. Onlar da: “Rəbbinə dua et, o necə bir şeydir? İnəklər bir birinə oxşayırlar, inşəAllah taparıq, dedilər. O da: O sabanı çəkəcək qədər əzilmiş deyildir, əkin də sulamaz, alacası (qarışıqrəngli) da yoxdur, dedilər. Onlar da: İndi həqiqəti söylədin deyib onu kəsdilər, az qala etməyəcəklərdi.” Deyir ki: Əgər ilk əmr edildiklərində gördükləri hər hansı bir inəyi kəssə idilər, bu onlar üçün yetərli olardı. Ancaq onlar çətinləşdirdilər, Allah da onlara çətinləşdirdi. Əgər, InşəAllah taparıq, deməsəydilər sonsuza qədər tapa bilməzdiər.
Bizə çatdığına görə onu ancaq yaşlı bir qadının yanında tapdılar. Qadının yetimləri var idi, onlara özü baxırdı. Qadın başqa inəyin uyğun gəlmədiyini bilincə qiyməti qaldırdı. Onlar da Musanın yanına gəldilər, onu filan qadının yanında tapdıq, o isə qiymətini bir neçə dəfə qaldırır, dedilər. Musa da: Allah sizə yüngülləşdirmişdi siz isə çətinləşdirdiniz; o qadını razı edin, dedi. Onlar da onu alıb kəsdilər. Musa əleyhissalam onlara: İnəyin bir sümüyü ilə ona vurmalarını əmr etdi. Onlar da etilər. Ölü dirildi, qatilin adını dedi. Sonra da yıxılıb öldü. Qatil tutuldu, o da Musa əleyhisalama müraciət edən adam idi. Allah onu ən pis əməli ilə öldürdü.
Muhəmməd İbn Cərir belə demişdir: Mənə Muhəmməd İbn Səid o da atasından o da əmisindən o da babasından nəql etdi ki, İbn Abbas inək haqqında belə demişdir: Musa əleyhissalam zamanında yaşlı bir adam var idi. Malı da çox idi. Qardaşı uşaqları isə kasıb idilər, malları yox idi. Qoca kişinin də uşağı olmamışdı. Mirasçıları qardaşı oğulları idilər. Onlar: Kaş ki, əmimiz ölərdi, malına mirasçı olardıq, dedilər. O da uzun yaşadığına görə şeytan onlara gəldi: “Əminizi öldürmək, malına mirasçı olmaq və cəzasını şəhər xalqına ödətdirmək istəyirsinizmi?” dedi. Çünki iki şəhər var idi, onlar birində yaşayırlardı. Ölən iki şəhər arasında öldürülərsə iki şəhərin arası ölçülər, hansına yaxındırsa cəzası onlara ödətdirilirdi. Şeytan onların ağlını aldı, həmin adam ölmədiyi üçün gedib onu öldürdülər. Sonra da onu o birisi şəhərin qapısına atdılar. Səhər açılanda qocanın qardaşı oğulları gəldilər.
Əmimiz şəhərinizin qapısında öldürüldü, qanpulunu verməlisiniz, dedilər. Şəhər xalqı da: Allaha and içirik ki, biz öldürməmişik, qatili də bilmirik kimdir, şəhərin qapısını da səhərə qədər açmamışıq, dedilər. Musa əleyhissalamın yanına getdilər, onun yanına gəldikdə qocanın qardaşı oğulları: Əmimizi onların şəhərlərinin qapısında öldürülmüş şəkildə tapmışıq, dedilər. Şəhər əhalisi də Allaha and içirik ki, onu biz öldürməmişik, şəhərimizin qapısını da bağladığımız andan etibarən səhərə qədər açmamışıq, dedilər. Cəbrayıl əleyhissalam, Musa əleyhissalama hər şeyi eşidən və bilən Allahın əmrini gətirdi, bir inək kəsib onun bir hissəsi ilə ona vurmalarını əmr etdi.
Suddi demişdir: İsrail oğullarından malı çox olan bir nəfər var idi. Onun da ehtiyac içində bir qardaşıoğlu var idi. Bu oğlan ondan qızını istəmişdi o da vermək istəməmişdi. Gənc əsəbləşmiş Allaha and içirəm ki, əmimi öldürər qızını alaram, qanpulunu da yeyarəm dedi. Gənc onun yanına gəldi, orayə İsrail oğulları qəbilələrindən tacirlər gəlmişdi. Əmi,mənimlə gəl, o tacirlərdən mənə də mal götür, ola bilər ki mən də bu yolla qazanım. Səni görsələr mənə mal verəcəklər. Əmisi həmin gənclə gecə yola çıxdı, qoca o qəbiləya gəlib çatdıqda gənc onu öldürdü. Sonra da ailəsinə geri döndü. Səhər açıldıqda da özünü əmisini axrırmış kimi göstərdi. Sanki harda olduğunu bimirdi, onu tapa bilmirdi. Ona tərəf getdi və qəbilənin onun (meyidin) başına toplaşdığını gördü, Onları günahlandırdı, əmimi öldürmüsünüz qanpulunu ödəyin dedi. Ağlamağa və başına torpaq ələməya başladı. Ah əmim, vay əmim deya fəryad etdi. Onlar da vəziyyəti Musa əleyhissalama çatdırdılar o da qanpulu vermələrinə hökm etdi. Ona: Ey Allahın rəsulu Allaha dua et ki, bizə bunu kimin etdiyini xəbər versin, günahkar tutulsun. Allaha and içirik ki, qan pulu bizim üçün əhəmiyyatli deyil, lakin belə ittiham edilməkdən utanırıq, dedilər. Məhz Allah Təalanın “O zaman siz bir nəfəri öldürmüşdünüz və onun (qatili) barəsində mübahisə edirdiniz. Allah isə sizin gizlətdiklərinizi aşkara çıxarar” (Bəqərə, 72) dediyi budur.
Musa da onlara Allah sizə bir inək kəsməyi əmr edir dedi. Onlar da: Biz səndən qatili, qətl ediləni soruşuruq sən isə bizə inək kəsməyi deyirsən, bizi ələ salırsan, dedilər. O da: Cahillərdən olmaqdan Allaha sığınıram, dedi. İbn Abbas belə demişdir: Əgər bir inək gətirib onu kəssəydilər bu kifayət edərdi. Ancaq onlar çətinləşdirdilər. Musaya inad etdilər: Allah da onlara çətinləşdirdi. Onlar: bizim üçün dua et ki, onun nə cür inək olduğunu xəbər versin, dedilər. O da: O ne yaşlı nə də cavandır, ikisinin ortasındadır, deyir, dedi. Burada istifadə edilən fərid sözü doğmamış yaşlı, bikr isə doğmamış və ya bir qarın doğmuş cavan deməkdir. Avan isə bunların ortasında olandır . Musa onlara Sizə əmr ediləni edin dedi. Onlar da Rəbbinə dua elə bizə onun rəngini bildirsin, dedilər. O da : Onlara rənginin sapsarı olduğunu baxanlara xoş gəldiyini bildirir dedi. Onlar da Rəbbinə dua et o necə bir şeydir, axı inəklər birbirinə bənzəyir dedilər, InşəAllah tapaq dedilər. O da: O xış sürmüş kimi əzilməmiş, sahə sulamamış, ləkəsi qüsuru da yoxdur, dediyini dedi. Onlar da: İndi həqiqəti ortayə çıxardın, dedilər. O inəyi axtarmağa başladılar. Onu tapa bilmədilər.
İsrail oğullarından bir adam var idi, atasına çox itaətkar idi. Ona bir adam baş çəkdi, özüylə bir ləl gətirmişdi, ona satmaq istədi. Atası yatırdı açar da başının altında idi. Adam ona bu ləli məndən yetmiş min dirhəmə satın alarsanmı, dedi. Gənc də ona: Atam oyansın sənə səksən min verərəm dedi. O isə Atanı oyandır sənə altmış min dirhəmə verim dedi. Tacir qiyməti endirdi, otuz minə qədər düşdü. O biri isə atasının oyanmağını gözləmək şərti ilə yüz minə qədər çıxdı. Satıcı çox israr etdikdə : Allaha and içirəm ki, artıq onu almayəcaç deyarək atasını oyandırmaq istəmədi. Allah ona o lələ əvəz olara həmin inəyi verdi. İnəyi axtaran israiloğulları ona rast gəldilər, inəyi onun yanında gördükdə başqa bir inəklə dəyişməyi təklif etdilər. O da qəbul etmədi. İki inək verdilər yenə qəbul etmədi. On inəyə çıxdılar yenə qəbul etmədi. Onlar da almadan səndən əl çəkən deyilik dedilər. Onu Musa əleyhissalamin yanına apardılar. Ey Allahın Nəbisi, biz o inəyi bu adamın yanında tapdıq, o isə satmaq istəmir, biz onun bədəlini veririk, dedilər. Musa da ona inəyini onlara ver dedi. O da ey Allahın Rəsulu, bu mala mənim çox ehtiyacım var dedi. O da haqlısan dedi və ora yığışmış insanlara : İnəyin sahibini razı edin dedi. Onlar ağırlığı qədər qızıl verdilər. O da qəbul etmədi onlar da artırdılar. Ən sonda 10 qatına qədər artırdılar. Onlara satdı və pulunu aldı. Onlar da inəyi kəsdilər. Musa əleyhissalam: bir parçası ilə ona vurun dedi. İki kürək arasındakı hissəsi ilə vurdular.Ona səni kim öldürdü dedilər. O da qardaşımın oğlu dedi. O da : Əmimi ölüdürərəm , malını alaram, qızını nigahlayəram deyan gənc idi. Gənci tutub öldürdülər.
Süneyd belə demişdir: Bizə Həccac İbn Muhamməd, o da İbn Cureycdən, o da Mucahid ilə Həccacdan, onlar da Muhamməd İbn Kab əl Kurazi ilə Muhamməd İbn Qeysdən rəvayət edərək deyir ki, — burada hədislər birbirinə qarışır — İsrail oğullarından bir qəbilə pis insanların çoxaldığını görüb, bir şəhər tikərək pislərdən ayrıldılar. Axşam olduğu zaman çöldə kim varsa içəri onu salar, səhər olduqda da başçıları oyanar ətrafa baxardı. Bir şey görmədikdə şəhərin qapılarını açardı. Axşama qədər insanlarla bir yerdə qalardılar. İsrail oğullarından malı çox olan bir adam var idi. Qardaşından başqa bir mirasçısı yox idi. Adam uzun müddət yaşadı. O da ona mirasçı olmaq məqsədi ilə onu öldürdü. Sonra onu aparıb şəhərin qapısına qoydu.
Sonra öz dostları ilə bir yerə gizləndilər. Başçıları qapıdan baxdı bir şey görmədikdə qapını açdı. Qətl edilmişi gördükdə qapını bağladı. Öldürülmüşün qardaşı və dostları səsləndilər: Ey, onu siz öldürdünüz sonra da qapını bağlayırsınız, dedilər. Musa bəni İsrail arasında çox qətl hadisəsi gördüyü üçün, hər dəfə bir öldürülmüşə rast gəldikdə ətrafındakı insanları danlayərdı.
Az qala öldürülənin qardaşı ilə şəhər əhalisi arasında döyüş çıxacaqdı. Sonda iki tərəf də silahlandılar. Sonra bəziləri dayəndılar, Musaya gəlib hadisəni danışdılar. Ey Musa bunlar bir adam öldürdülər, sonra da qapını bağladılar, dedilər. Şəhər əhalisi də: Ey Allahın Rəsulu pisliklərdən qaçdığımızı bilirsən. Gördüyün kimi pisliklərdən qaçmaq üçün bir şəhər inşa etdik. Allaha and içirik ki, onu biz öldürmədik, öldürənin də kim olduğunu bilmirik, dedilər.
Allah da Musaya bir inək kəsmələrini vəhy edir. Musa onlara “Sizə bir inək kəsməyi əmr edir” dedi. Bu rəvayətlər: Əbu ubeydə, Əbu Aliyə, Suddi və digərlərindən gəlməkdədir. Aralarında bir az uyğunsuzluq vardır. Görünür ki, bunlar İsrailoğullarının kitablarından götürülmüşdür. Bunlar nəqli icazəli olan şeylərdəndir. Ancaq nə təsdiq edilər, nə də yalanlanmaz. Buna görə də bunlara etimad etmək olmaz, ancaq bizim haqq bildiyimiz şeylərə uyğun gələnlər qəbul olunur. Allah ən doğrusunu biləndir.
-
68
Onlar dedilər: “Rəbbinə dua et ki, onun nə cür olduğunu bizə bildirsin!” Dedi: “buyurur ki, o, nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir. Sizə nə əmr edilirsə, yerinə yetirin!”
Allah Təala Israiloğullarının dikbaşlılığını və peyğəmbərlərinə çox sual vermələrini xəbər verir. Bunun üçündür ki, onlar özlərini çətinliya saldıqca Allah da çətinləşdirdi. Əgər onlar adi bir inək kəssə idilər, məsələ bitərdi. Necə ki, İbn Abbas, Ubeydə və digərləri belədemişdilər. Ancaq onlar çətinləşdirdikcə Allah da onlara çətinləşdirdi. Onlar dedilər: “Rəbbinə dua et ki, onun nə cür olduğunu bizə bildirsin!” yəni bu inək necə bir inəkdir, xüsusiyyati nədir? İbn Cərir belə demişdir: Bizə Əssam İbn Əli o da Aməşdən, o da Minhal İbn Amrdan, o da Səid İbn Cubeyrdən rəvayət edir ki, İbn Abbas belə demişdir: Əgər ən adi bir inək alsalar, onlara kifayət edəcəkdi. Ancaq onlar çətinləşdirdikləri üçün də Allah da onlara da çətinləşdirildi. Sənədi səhihdir. Bunu İbn Abbasdan bir çoxları rəvayət etmişdirlər: Ubeydə, Suddi, Mucahid, İkrimə, Əbu Aliyə və sairləri. İbn Cureyc belə demişdir: Mənə Ata belə dedi: Əgər ən bəsit bir inək alsalardı, bəs edərdi. İbn Cureycdə belə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) belə dedi: Onlardan adi bir inək istəndi. Ancaq onlar işi çətinləşdirdikcə Allah da onlara çətinləşdirdi. And olsunki, onlar inşəAllah taparıq deməsəydilər, sonsuza qədər tapa bilməyacəkdilər.
O, nə çox qoca, nə də çox cavandır. yəni nə yaşlı bir qocadır, nə də erkək dəyməmiş bir körpədir. Necə ki, Əbu Aliyə, Suddi, Mucahid, İkrimə, Atiyyə əl Avfi, Ata əl Xorasani, Vəhb İbn Münəbbih, Dəhhaq, Həsən və Qatadə də belə demişdilər. yenə İbn Abbas da belə demişdir. Dəhhaq rəvayət edir ki, İbn Abbas: bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir ayəsi haqqında: yaşlı ilə cavan arasındadır, demişdir. Heyvanların ən güclü və ən gözəl olduqları bu vaxdır. İkrimə Mucahid, Əbu Aliyə, Rəbi İbn Ənəs, Ata əl Xorasani, Dəhhaq və digərlərindən də belə rəvayət edilmişdir. Suddi rəvayət edir ki, “əl-Avanu”belə deməkdir: Özü ilə balasının balasının doğduğu arasında bir şeydir. Hüşeym belə demişdir: o da Cüveybirdən, o da Kəsir İbn Ziyaddan rəəvayət edir ki, Həsən inək haqqında əhilləşməmişdir, demişdir. İbn Cureyc, Atadan rəvayət edir ki, İbn Abbas belə demişdir. Kim sarı ayəqqabı geyinərsə geyindiyi müddətdə şad xürrəm olur. Məhz Allah Təalanın “Baxanları sevindirir”. dediyi budur. Eyni şəkildə Mucahid ilə İbn Vəhb də : O sarı ididemişdilər. İbin Ömər də Onun qaşqası sarı idi demişdir. Səid İbn Cubeyr də, Buynuzu ilə qaşqası sarı idi demişdir. İbn Əbi Hatim belə demişdir: Mənə atam, Nəsr İbn Əli, bizə Nuh binQeys,Əbu Rəca rəvayət etdi ki, Həsən: O “o, sarı rəngli parlaq bir inəkdir” ayəsi haqqında: Qara, qapqara demişdir. Bu qəribdir, doğru olan birincidir. Buna görədir ki, sapsarı deya təkid edilmişdir. Atiyyə əl Avfi də Sarılığından qarayə çalırdı, demişdir. Səid İbn Cubeyrdə “Faqiun Lovnuhə”ayəsi haqqında Rəngi sadədir demişdir. Əbu Aliyə, Rəbi İbn Ənəs, Suddi, Həsən və Qatadədən də, belə rəvayət edilmişdir. Şərik, Mamərdən rəvayət edir ki, İbn Ömər “Faqiun Lovnuhə” : Rəngi safdır demişdir. Avfi təfsirində İbn Abbasdan nəqlən: Çox sarı olduğu üçün hardasa ağ kimi görünürdü demişdir. Suddi də baxanları sevindirir ayəsində: Baxanların xoşuna gələr demişdir. Əbu Aliyə, Qatadə və Rəbi İbn Ənəs də belədemişdilər.Vəhb İbn Münəbbih də: Dərisinə baxdıqda sanki günəşin işıqları dərisindən çıxdığını sanırdın, demişidir. Tövratda da qırmızı idi deyilmişdir. Bəlkə də bu yazı xətası idi və yaxud, birincinin dediyi kimi, qırmızıya və sarıya çalan sarı idi, Allah ən doğrusunu biləndir.
“Çünki inək bizə bənzər görünür” yəni çox olduqları üçün onu bizə ayırd et vəsfləndir,deməkdir İnşəAllah, biz düz yolda olarıq. İbn Əbi Hatim belə demişdir: Bizə Əhməd İbn Yəhya əl Əvdi əs Sufi, o da Əbu Səid Əhməd İbn Davud əl Haddaddan, oda Mansur İbn Zazanın qardaşoğlu Surur İbn Əl Muğirə əl Vasitidən, o da Abbad İbn Mansurdan, o da Hasenden, o da Əbu Rafidən, o da Əbu Hureyreden rəvayət edir ki, Rəsulullahsalləllahualeyhi və səlləm belə demişdir: Əgər İsrailoğulları İnşəllah düz yolu taparıq deməsəydilər, əsla tapa bilməyacəkdilər. Bunu Hafiz
Əbu Bəkr İbn Mərdəveyh təfsirində, başqa bir yolla; Surur Muğirə o da , İbn Zazandan, o da Abbad İbn Mansurdan o da Həsəndən o da Əbu Rafidən, o da əbu Hureyrədən rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Əgər İsrailoğulları İnşallah doğru yolu taparıq deməsəydilər əsla tapa bilməyacəklərdilər.Əgər onlar adi bir inək kəssə idilər bu kifayət edərdi. Fəqət onlar çətinləşdirdikcə Allah da onlara çətinləşdirdi. Bu baxımdan qərib bir hədisdir. Onun ən yaxşı halı daha əvvəl Suddidən qeyd edildiyi kimi Əbu Hüreyrənin sözü olmasıdır. Allah ən doğrusunu biləndir.Dedi: “buyurur ki, o, nə yer şumlamağa, nə də əkin suvarmağa ram edilməmiş bir inəkdir” yəni o torpağı şumlamaq üçün əhilləşdirilmiş bir inək deyildir. Dəyirman döndərmək üçün də öyrədilməmişdir. Əksinə sərbəstdir, yaxşıdır, sağlamdır, qüsursuzdur. “Onda ləkə-qüsur yoxdur”yəni onda əsas rəngindən başqa rəng yoxdur. Abdurrəzzak Mamərdən rəvayət edir ki, Qatadə : Müsəlləmətun kəlamı haqqında onda eyib yoxdur, qusursuzdur deməkdir, demişdir. Əbu Aliyə ilə Rəbi də belə demişdirdirlər. Mucahid də heçbir ləkəsi yoxdur demişdir. Ata Əl Xorasani də ayəqları və yaradılışı qüsursuzdur demişdir. Mucahid : “Lə şiyatə fihə” ağ da deyildir, qara da deyildir deməkdir, demişdir. Əbu Aliyə Rəbi Həsən və Qatadəd də: Onda ağ rəng yoxdurdemişdilər.Ata əl Xorasani də: Birrənglidir, demişdir. Atiyyə əl Avfi, Vəhb İbn Munəbbih, İsmayıl İbn Əbi Xaliddən də belə rəvayət edilmişdir. Suddi də “Lə şiyatə fihə”ayəsi haqqında ağ qara və qırmızıdan əsər əlamət yoxdur, demişdir. Bütün bu görüşlərin mənaları yaxındır. Bəziləri o “ram edilməmiş bir inəkdir” ayəsində dayənmış, zəlil deyildir,demişdilər. Sonra da sözə başlayıb, Torpağı şumlayər, yəni kotan çəkər, lakin dəyirman fırlantmamış,demişdilər. Bu zəyifdir. Çünki o zelul kəliməsini, işlə əzilməmiş, torpağı şumlamaz, əkini suvarmaz şəklində təfsir etmişdir. Qurtubi və digərləri də belə təfsir etmişdirlər.
Onlar: “İndi sən əsl həqiqəti bildirdin!”– dedilərQatadə bu kəlam haqqında: Bizə izah etdin, demişdir. Abduarrahman İbn Zeyd İbn Əsləm də, bundan əvvəldə onlara haqq (həqiqət) gəlmişdir demişdir. Onu kəsdilər. Halbuki az qala yerinə yetirməyacəkdilər. Dəhhaq rəvayət edir ki, İbn Abbas belə demişdir: Az qala yerinə yetirməyacəkdilər, yəni yerinə yetirmək istəmirdilər. Çünki onlar onu kəsməmək istəmişdilər. yəni onlar bu qədər izahat, bu qədər sorğu sual dan sonra yenə də güclə kəsmişdilər. Bunda onları qınama var idi. Çünki onların məqsədi həmişə inad olmuşdu. Buna görə də az qala kəsməyacəkdilər.
Muhamməd İbn Kab ilə Muhamməd İbn Qeys də: onu kəsdilər. Halbuki az qala yerinə yetirməyacəkdilər, kəlamında: çox bahalı olduğu üçündemişdilər ki, bunda etiraz etmək üçün səbəb vardır.Çünki bahalı olması yalnız İsrailoğullarndan nəql edilmişdir, Necə ki, Əbu Aliyə ilə Suddidən nəql olunmuşdur. Bunu Əl Avfi də İbn Abbasdan rəvayət etdmişdir.
Ubeydə, Mucahid, Vəhb İbn Münəbbih, Əbu Aliyə, Əbdurrəhman İbn Zeyd İbn Əsləm də onu çox mal qarşılığında aldılar,demişdilər. Bunda isə ixtilaf vardır. Sonra qiyməti haqqında başqa fikirlərdə vardır. Abdurrazzak belə demişdir: Mənə İbn Uyeynə, o da Muhamməd İbn Sevaka rəvayət etdi ki, İkrimə belə demişdir: Onun qiyməti ancaq üç dinar idi. Bu İkriməya çatan yaxşı bir sənəddir. Görünür bunu da ehli-kitab qeydlərindən nəql etmişdir.
İbn Cərir belə demişdir: Başqaları belədemişdilər: Allah,barəsində mübahisə etdikləri qatili ortayə çıxardar və onlar biabır olarlar qorxusu ilə az qala etməyəcəkdilər. Bununla heç kimə isnad etməmişdir. Sonra da burada ən doğru olaraq bahalıq və biabrçılıq qorxusunu əsas götürmüşdür. Bunda da etiraz etmə səbəbi vardır. Ən doğrusu, Allah ən doğrusunu biləndir, Dəhhaqın İbn Abbas rəvayətidir, o da inad etmələridir. Müvəffəq olmaq Allahdandır.
Məsələ: Bu ayədə bir inəyin xüsusiyyatləri yaxşıca bəlli olduqdan, və yaxud ümumiləşdikdən sonra təqyid edildiyindən heyvanda da sələmin icazəli olduğuna bu ayəti dəlil gətirmişdirlər. Necə ki, Malik, Əvzai, Şafii, Əhməd və Uləmanın sələf və xələf olaraq cumhuru bu fikidədilər. Dəlili də bu hədisdir: Bir qadın başqa bir qadını ərinə təsvir etməsin, əri onu görmüş kimi olar. Necə ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) xəta edərək öldürmədə və qəsdən öldürməya bənzəmədə qanbahası dəvəsini hədisdə keçən sifətlərlə təsvir etmişdir. Əbu Hanifə, Səvri və Kufə uləması isə, heyvan vəsfləri qaydalar çərçivsinə sala bilməyacəklərinə görə sələmi doğru hesab etməmişdirlər. Eynisi İbn Məsud, Hüzəyfə İbn yaman, Əbdurrəhman İbn Samurə və digərlərindən də nəql edilmişdir.
-
69
Onlar dedilər: “Rəbbinə dua et ki, onun rəngini də bizə bildirsin!”Dedi: “buyurur ki, o, sarı rəngli parlaq bir inəkdir. Baxanları sevindirir”.
68-ci ayənin təfsirinə bax.
-
70
Onlar dedilər: “Rəbbinə dua et ki, onun nə cür olduğunu bizə bildirsin! Çünki inək bizə bənzər görünür. Əgər Allah istəsə, biz düz yolda olarıq”.
68-ci ayənin təfsirinə bax.
-
71
Dedi: “buyurur ki, o, nə yer şumlamağa, nə də əkin suvarmağa ram edilməmiş bir inəkdir. O, sağlamdır və onda ləkə-qüsur yoxdur”. Onlar: “İndi sən əsl həqiqəti bildirdin!”– dedilər və onu kəsdilər. Halbuki az qala yerinə yetirməyəcəkdilər.
68-ci ayənin təfsirinə bax.
-
72
O zaman siz bir nəfəri öldürmüşdünüz və onun barəsində mübahisə edirdiniz. Allah isə sizin gizlətdiklərinizi aşkara çıxarar.
Buxari belə demişdir: “Fəddaraətum” ixtilaf etmək mənasındadır. Mucahid də belə demişdir; Çünki İbn əbi Hatim, o da atasından o da Əbu Huzeyfədən, o da Şibldən, o da İbn Əbi Nəcihdən rəvayət etmişdir ki, Mucahid bu kəlimə haqqında “İxtlaf etdiniz” mənasındadır demişdir. Ata əl Xorasani ilə Dəhhaq da “Mübahisə etmişdiniz”,demişdilər. İbn Cureyc də belə demişdir: Bəziləri: Onu siz öldürdünüz. dedilər, digərləri isə, Xeyir, siz öldürdünüz, dedilər. Əbdurrəhman İbn Zeyd İbn Əsləm də belə demişdir. Mucahid də “gizlətdikləriniz” sözünü aşkara çıxartmırsız deya təfsir etmişdir. İbn Əbi Hatim belə demişdir: Bizə Əmrə İbn Əsləm əl Bəsri , o da Muhamməd İbn Tufeyl əl Abdidən, o da Sadaka İbn Rustəmdən rəvayət edir ki, o, Müsəyyab İbn Rafinin belə dediyini eşitdi: Bir adam iç içə yeddi evdə yaxşılıq etsə, mütləq Allah onu aşkara çıxarar. Bir adam yeddi evdə pislik etsə, mütləq Allah onu da aşkara çıxarar. Bunun təsdiqi bu ayədir: Allah isə sizin gizlətdiklərinizi aşkara çıxarar. Biz dedik: ‘(İnəyin) bir parçasını ona (ölüya) vurun!’ Bu inəyin hansı parçası idi? Möcüzə bununla gerçəkləşmiş, qeyri adi hadisə bununla meydana gəlmişdir. Bu da özlüyündə bilinirdi. Əgər bildirilməsində bizə din və dünya baxımından hər hansı bir fayda olsaydı, əlbəttə Allah onu bizə bildirərdi. Ancaq bunu gizli saxlamışdır. Səhih bir yolla məsum (Rəsulullah (salləllahu aleyhi və səlləm) tərəfindən bildirilməmişdir. Biz də Allah Təalanın gizli saxladığı kimi naməlum saxlayırıq.
Buna görə də İbn Əbi Hatim belə demişdir: Bizə Əhməd İbn Sinan o da Əffan İbn Muslimdən, o da Abdulvahid İbn Ziyaddan, o da Aməşdən, o da Minhal İbn Amrdan, o da Səid İbn Cubeyrdən rəvayət edir ki, İbn Abbas belə demişdir: İsrailoğulları o inəyi qırx il araşdırdılar. Sonda onu bir adamın mal qarası arasında tapdılar. Çox bəyandiyi bir inək idi. Ona qiymət verməya başladılar, o da qəbul etmədi. Sonunda dərisi dolusu qızıl boyun olaraq, onu kəsdilər. Bir parçası ilə ona vurdular, qətl edilmiş də qanı axaraq qalxdı. Səni kim öldürdü? Dedilər. O da Məni filankəs öldürdü, dedi. Həsən ilə Əbdurrəhman İbn Zeyd də: Ona bir parçası ilə vurdular,demişdilər. İbn Abbasdan gələn bir rəvayətdə: Qığırdaqlı bir sümüklə vurdular, demişdir. Bizə Əbdurrəzzaq, o da Mamərdən, oda Əyyubdan, o da İbn Sirindən rəvayət edir ki, Ubeydə belə demişdir: Qətl edilmişəinəyin bir parça əti ilə vurdular. Mamərdən rəvayət olunur ki, Qatadə belə demişdir: Ona bud əti ilə vurdular oda canlandı: Məni filankəs öldürdü dedi. Vəki İbn Cərrah təfsirində belə demişdir: Bizə Nadr İbn Arabi rəvayət etdi ki, İkrimə Bud əti ilə vurdular, demişdir. Qalxdı məni filakəs öldürdü dedi. İbn Əbi Hatim belə demişdir: Mucahid Qatadə və İkrimədən də belə rəvayət edilmişdir. Suddi də ona iki çiyni arasındakı ət parçası ilə vurdular demişdir. O da canlandı, ondan soruşdular, o da məni qardaşım oğlu öldürdü, dedi. Əbu Aliyə belə demişdir Musa əleyhissalam onlara sümüklərin biri ilə vurmalarını əmr etdi. Onlarda bunu etdilər və ruhu geri qayıtdı. Onlara qatilin adını verdi və sonra əvvəlki kimi öldü. Əbdurrəhman İbn Zeyd İbn Əsləm də belə demişdir: Ona bir orqanı ilə vurdular. Dili ilə deyanlər, quyruq çıxışı ilə deyanlər olmuşdur.
“Allah ölüləri bu cür dirildir”: yəni ona bir parçası ilə vurdular, o da dirildi. Beləcə Allah Təala Qətl edilmişin üzərində gördükləri ilə qüdrət və diriltməsinə diqqət çəkmişidir. Allah Təala bu etdiyini onlar üçün axirətdə bir dəlil və aralarındakı ədavətə bir aydınlıq gətirmişdir. Allah Təala bu surədə 5 yerdə ölüləri diriltməkdən bəhs edir. “Sonra sizi öldükdən sonra yenidən diriltdik” Biri bu hekayədir. Biri isə ölüm qorxusu ilə yurdllarından izdihamla çıxanların hekayəsidir. Biri xarabayə çevrilmiş kəndə baş çəkənin hekayəsidir. Biri də İbrahim əleyhissalamın 4 quşunu diriltmə hekayəsidir. Allah Təala ölü torpağı diriltməsini də çürüyan cəsədləri yenidən diriltməsinə dəlil etmişdir. Necə ki Əbu Davud Tayəlisi belə demişdir: Bizə Şubə, o da yala İbn Atadan, o da Vəki İbn Ədəsdən eşitdib ki, Əbu Rəzin əl Uqeyli radiyallahu anh rəvayət edir ki: Ey Allahın Rəsulu, Allah ölüləri necə dirildir? dedim. O da “Sən keçdiyin quru bir çöldən yaşıllaşdıqdan sonra bir də keçməmisən?” dedi. Mən də: Bəli dedim. Məhz öldükdən sonra dirilmək də belədir. və yaxud Məhz Allah ölüləri belə dirildir, dedi. Bunun isbatı da Allah Təalanın bu ayətidir. Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan taxıl çıxardırıq, onlar da ondan yeyirlər. Biz orada xurma bağları və üzümlüklər yaratdıq, bulaqlar qaynadıb çıxartdıq ki, onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər. Bəs onlar şükür etməyəcəklərmi? –(yasin 33-35)
Bu hadisə Maliki məzhəbində, yaralı xəfifcə işarət edərək məni filankəs öldürdü deməsini məqbul sayılmasına dəlil göstərilmişdir. Çünki yaralı qatili soruşduqda, məni filankəs öldürmüşdür demiş və bu sözsübut hesab edilmişdir. Çünki o vaxt ancaq doğru olanı daNisər. O halda olanyalan yerə ittiham etməz. Ənəs hədisini də burada üstün səbəb saymışdırlar.: Bir yəhudi bir cariyənin başını daşla əzərək öldürdü. Başını iki daşın arasında əzdi. Son nəfəsində bunu sənə kim etdi, filankəsmi yoxsa filankəsmi dedilər. O yəhudinin adı çəkiləndə başı ilə işarə etdi. yəhudi də tutuldu, cinayətini etiraf edənə qədər buraxılmadı. Rəsulullah (salləllahu aleyhi və səlləm) də başını iki taş arasında əzilməsini buyurdu.İmam Malikdən belə dediyi də rəvayət edilmişdir: Qətl edilmiş tam işarə edə bilmədiyi halda , onun yiyalərinə and içdirilir. Cumhurbuna müxalif çıxmış və Qətl edilmişə belə zəif işarəsini dəlil saymamışdırlar.
-
73
Biz dedik: “bir parçasını ona vurun!” Allah ölüləri bu cür dirildir və Öz ayələrini sizə göstərir ki, bəlkə anlayasınız.
72-ci ayənin təfsirinə bax.
-
74
Sonra bunun ardınca sizin qəlbləriniz sərtləşib daş kimi, hətta ondan da sərt oldu. Həqiqətən, daşlardan eləsi var ki, içərisindən çaylar qaynayıb çıxar. Onlardan eləsi də var ki, yarılar, içərisindən su çıxar. Eləsi də var ki, Allahın qorxusundan düşər. Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir.
Allah Təala İsrail oğullarını Allahın ayələrinivə ölüləri diriltməsini görmələrinə görə onları qınayəraq və hədələyarək deyir ki: “Sonra bunun ardınca qəlbləriniz daşlaşdı” bütün bunları gördükdən sonra. “İndi onlar daş kimidirlər” heç bir zaman yumşalmayən daş kimi. Bunun üçün də, Allah Təala möminləri belə davranışlardan çəkindirmiş və demişdir: “İman edənlərin Allahı anma və Ondan enən Quran səbəbi ilə qəlblərinin ürpərməsi zamanı daha gəlmədi mi? Onlar daha əvvəl özlərinə kitab verilənlər kimi olmasınlar. Onların üərindən uzun zaman keçdi və qəlbləri qatılaşdı. Onlardan bir çoxu yoldan çıxmış kimsələrdir” (Hədid, 16). Əvfi də təfsirində, İbn Abbasdan belə nəql etmişdir: Öldürülənə inəyin bir parçası ilə vurulunca heç bir zaman olamadığı kimi dirilib oturdu. Ona: “Səni kim öldürdü?” deyildi. O da: Məni qardaşımın uşaqları, dedi. Sonra ruhu götürüldü. Allah onun ruhunugötürüncə qardaşının uşaqları: Allaha and içirik ki, biz onu öldürmədik, dedilər və həqiqəti gördükdən sonra haqqı inkar etdilər. Allah da: “Sonra qəlbləriniz bunun ardından daşlaşdı” dedi. yəni qocanın qardaşı oğullarından sonra deməkdir. “İndi onlar daş kimidir yaxud da daha sərtdir” İsrail oğullarının qəlbləri aradan uzun zaman keçincə sərtləşdi, nəsiyyat alma vəziyyətindən uzaqlaşdı. Halbu ki, daha əvvəl bir sıra ayə və möcüzələr görmüşdülər. Artıq onlar daş kimi sərtdir. yumuşalması üçün çarə yoxdur. yaxud daşdan daha sərtdir. Çünki bəzi daşlardan bulaqlar fışqırır və çaylar axır. Bəzisi çatlayər, ondan su çıxar və toplanıb bir yerdə qalar. Bəzisi da Allah qorxusundan dağdan yuvarlanar. Onda özünə görə bir idrak və başa düşmə vardır. Necə ki, belə demişdir:
“yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayəndır”(İsra, 44). İbn Əbi Nəcih Mucahiddən belə deyirdi: İçindən su fışqıran, sudan çatlayən vəya Allah qorxusundan dağdan yuvarlanan hər daş Quranda yad edilmişdir. Muhəmməd İbn İshaq da belə demişdir: Mənə Muhəmməd İbn Əbi Muhəmməd o da İkrimədən vəya Səid İbn Cubeyrdən nəql edir ki, İbn Abbas bu ayə haqqında belə demişdir: Elə daşlar vardır ki sizin haqqa dəvət edilən qəlblərinizdən daha yumşaqdır. “Allah etdiklərinizdən qafil deyildir”: Əbu Ali Əl-Cubai təfsirində “elə daşlar vardır ki, Allah qorxusundan yuvarlanır” sözündə: O bulutdan dolunun düşməsidir, demişdir. Qadi Baqilləni də: Bu uzaq bir təvildir, demiş, Razi də onunla razılaşmışdır. Vəziyyət Bəqillanin dediyi kimidir. Çünki bu, ləfzi dəlil olmadan mənasından çıxarmaqdır. Allah ən doğrusunu biləndir. İbn Əbi Hatim belə demişdir: Mənə atam o da Hişam İbn Ammardan o da Həkəm İbn Hişam Əs-Səqafidən o da yəhya İbn Əbu Talibdən yəni yəhya İbn yaqubdan nəql etdi ki: “Elə daşlar vardır ki, ondan çaylar fışqırır” bu çox ağlamaqdır dedi. “Elə daşlar vardır ki, çatlayər və ondan su çıxar” bu da az ağlamaqdır. “Elə daşlar vardır ki Allah qorxusundan yuvarlanır” bu da qəlbin gözdən yaş tökülmədən ağlamasıdır, dedi. Bəziləri bunun məcaz növündən olduğunu iddia etmişdilər, o da qorxunun daşa isnad edilməsidir, necə ki “divar yıxılmaq istəyirdi” (Kəhf, 77) sözündə də divara istək nisbət edilmişdir. Razi, Qurtubi və digər imamlar: Buna gərək yoxdur, çünki Allah Təala onlarda bu sifəti yaradır, demişlər. Misal üçün, bu ayələrdə olduğu kimi: “Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu daşımaqdan (qorxub) imtina etdilər. Lakin insan onu boynuna götürdü. Doğrudan da, o, zalım və cahildir.” (Əhzab, 72). “yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayəndır.”(İsra, 44). “Otlar da, ağaclar da səcdə edir.”(Rəhman, 6). “Məgər onlar Allahın xəlq etdiyi hər hansı bir şeyi müşahidə etməyiblərmi? Onların kölgələri müti surətdə Allaha səcdə edərək sağa-sola əyilir”(Nəhl, 48). “Sonra O, tüstü halında olan göyə tərəf yönəlib ona və yerə: ‘Könüllü surətdə və ya məcburi olaraq gəlin (əmrimə boyun əyin!)’– dedi. Onlar: ‘Könüllü olaraq gəldik!’– dedilər”(Fussilət, 11). “Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr”(Həşr, 21).Onlar öz dərilərinə: ‘Nə üçün əleyhimizə şahidlik edirsiniz?’– deyacəklər. (Dəriləri) deyacək: ‘Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz (axırda) Ona qaytarılacaqsınız” Səhih hədisdə belə gəlmişdir: “Bu dağ bizi sevər, biz də onu sevərik”. Mütəvatir xəbərdə qeyd edilən, xurma kötüyünün ağlaması da belədir. Səhih Müslimdə belə deyilmişdir: Mən Məkədə bir daş bilirəm, mən Rəsulullah olaraq göndərilmədən əvvəl məni salamlayərdı. Onu indi də bilirəm. Qara daş üçün də belə deyilmişdir: O özünü salamlayəna qiyamət günündə haqq ilə şahidlik edər. Bu mənada daha da çox şey vardır.
Diqqət: Ərəb dilçiləri “fəhiya kəlhicərəti əv əşəddu kəsvəh” sözündəki əv ədatının şübhə üçün olmadğında icma etdikdən sonra fərqli bir rəy bildirərək belə demişlər: Burada əv ədatı vav mənasındadır, təqdiri də: Fəhiya kəlhicarəti və əşəddu kəsvəh-dir. Bu ayələrdə olduğu kimi: “Vələ tuti minhum asimən əv kəfura” — onlardan heç bir günahkara və ya nankora itaət etmə! (İnsan, 24).“Uzrən və nuzrən” -üzr diləmək və ya qorxutmaq üçün (Mursələt 6). Şair Nabiğa da belə demişdir:
Qadın belə dedi bir ah çəkərək
Baxıb göz oxşayən göyərçinlərə
Bütün bunlar bizim olardı gərək
Və ya yarsı qarışaydı bizimkilərə
Burada qeyd edilən əv nisfəhu və nisfəhu’ mənasındadır. Şair Cərir İbn Atiyyə də belə demişdir:
Xilafətə nail oldu və ya qədər belə imiş
Necə Musa qədəriylə Rəbbinin yanına getmiş
İbn Cərir: Naləl xilafətə və kənət ləhu qədərə qəsd edilmişdir, demişdir. Qurtubi də əlavə bir rəy də nəql etmiş və bunun seçim olduğunu göstərmişdir. Məsələn istər bunu istərsə də bunu et kimidir, demişdir. Məsələn: İstər Həsən Bəsri ilə otur istərsə də İbn Sirinlə sözündə olduğu kimi. Razi də bunu təfsirində qeyd etmiş və belə bir rəy də əlavə etmişdir: Bu qarşı tərəflə əlaqədar məsələni üstü örtülü şəkildə saxlamaq üçündür. Məsələn bir kimsənin çörək yoxsa xurma yedin sözü kimi. O bu ikisindən hansını yediyini bilir. Başqa biri isə belə demişdir: O: şirin və ya turş ye, sözü kimidir ki, ikisindən biri mütləqdir, demişdir. yəni qəlbləriniz daş kimi və ya daha sərt oldu. Bu ikisinin xaricində deyildir, deməkdir. Allah ən doğrusunu biləndir.
Başqaları da belədemişdilər əv ədatı burada bəl (xeyir, hətta, əksinə) mənasındadır, təqdiri də əksinə daha sərtdirdemişdilər. Bu ayələrdə olduğu kimi, “İzə fəriqun minhum yaxşavnən nasə kəlxaşyatilləhi əv əşəddu xaşya”, — “Onlara vuruşmaq vacib edildikdə, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular” (Nisə 77). “Və ərsəlnəhu ilə miətun əlfin əv yəzidun” — Biz onu yüz minə vəya daha çox adama (peyğəmbər) göndərdik. (Saffət 147). Fə kənə qabə qavseyni əv ədnə- O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi. (Nəcm 9)
Başqaları isə belə demişdilər. Bunun mənası sizə görə “daş kimi və ya daha sərttir”, deməkdir. Bunu da İbn Cərir nəql etmişdir. Başqaları da belədemişdilər: Burda nəzərdə tutulan, qarşı tərəfə üstü örtülü saxlamaqdır, necə ki Əbu Əsvəd belə demişdir:
Məhəmmədi çox sevirəm
Abbası da, Həmzəni də
Qəyyum seçiləni də
Bu sevgilər doğrudursa, demək düzgün eləmişəm
Əgər doğru deyildirsə, mən xəta da etməmişəm.
İbn Cərir belə demişdir: Heç şübhə yoxdur ki, Əbu Əsvəd bu adlarını verdiyi insanları sevməkdə şübhəli deyildir. Ancaq o qarşı tərəfə bunu şübhəli təqdim etmişdir. Deyirlər ki, rəvayətə görə Əbu Əsvəd bu beytləri söylədiyi zaman ona : “Şübhə etdin?” deyilmiş, o da “xeyir Vallahi” demiş və “Elə isə biz və ya siz (ikimizdən biri) ya doğru yolda, ya da açıq-aydın azğınlıq içindədir’. –(Səbə 24) ayəsini misal gətirmiş və bunu xəbər verən o ikisindən kim doğru yolda və ya azğın yolda olması haqqında şübhə içində idi?, demişdir. Bəziləri də belədemişdilər: Bunun mənası belədir: Qəlbləriniz bu ikisinin xaricində deyildir. ya daş kimidir və ya daha sərtdir. İbn Cərir belə demişdir: Buna görə ayənin mənası belədir: Qəlblərinin bəzisi daş kimidir “və” bəzisi də daşdan daha sərtdir. İbn Cərir başqa rəyi şərh etməklə bərabər bunu da üstün rəy hesab etmişdir.
Mən isə deyirəm ki, bu son rəy Allah Təalanın bu ayələrinə bənzəyir: Onların məsəli (zülmət gecədə) od qalayən kimsənin məsəlinə bənzər. (Bəqərə 17), yaxud onların (məsəli) zülmət içində göy gurultusu və şimşəklə yağan leysana (düşənlərin məsəlinə) bənzəyir -(Bəqərə 19), Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir (Nur 39) yaxud (onların əməlləri) əngin dənizdəki qaranlığa bənzəyir (Nur 40) yəni onlardan bəziləri belə bəziləri də belədir, deməkdir. Allah ən doğrusunu biləndir.
Hafiz Əbu Bəkr İbn Mərdəveyh belə demişdir: Bizə Muhamməd İbn Əhməd İbn İbrahim, o da Muhamməd İbn Əyyubdan, o da Muhamməd İbn Abdullah İbn Əbissəlcdən, o da Əli İbn Həfsdən, o da İbrahim İbn Abdullah İbn Xətibdən, o da Abdullah İbn Dinardan, o da İbn Ömərdən rəvayət edir ki, Rəsulullahsalləllahualeyhi və səlləm belə demişdir: Allahın zikri xaricində çox söz danışmayın. Çünki Allahın zikri xaricində çox söz danışmaq qəlbi daşlaşdırır. Allahdan ən uzaq insan da qəlbi daş olandır. Bunu Tirmizi Əl-Cami əsərində, Kitabus Zühd fəslində, İmam Əhmədin dostu Muhamməd İbn Abdullah İbn Ebissəlcdən rəvayət etmişdir. Başqa bir yolla da İbrahim İbn Abdulharis İbn Hatibdan belə rəvayət etmiş və qəribdir, onu ancaq İbrahim hədisindən bilirik, demişdir.
Bəzzar isə Ənəsdən bunu birbaşa olaraq rəvayət etmişdir: Dörd şey bədbəxtlik əlamətidir: Gözün ağlamayən olması, qəlbin daşlaşmış olması, uzun xəyallara dalmaq, dünyayə hərislik göstərmək.
-
75
Siz sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər.
Allah Təala deyir ki, “Ümüd edirsiniz?” ey mömünlər “sizə inanmalarına?” yəni ataları bu qədər açıq aydın ayələr görən bu azğın yəhudi firqələrinin sizə itaət edəcəyinimi sanırsınız? Sonra bunun ardınca ürəkləri sərtləşdi. “onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, onu təhrif edirdilər” yəni onu uyğunsuz bir şəkildə yozardılar. “Onu eşidib anladıqdan sonra” yəni açıq aydın başa düşdükdən sonra. Bununla birlikdə bilə bilə ona qarşı çıxırdılar. “Halbuki onlar bilirlər” dəyişdirmə və təvil etmədə xəta etdiklərini bilirlər, deməkdir. Həmin hissə bu ayələrə bənzəməkdədir. İsrail oğulları )verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik. Onlar (Kitabda olan) kəlmələrin yerlərini dəyişdirirlər. (Maidə, 13).
Muhamməd İbn İshaq belə demişdir: Mənə Muhamməd İbn Əbi Muhamməd rəvayət etdi, o da İkrimə və yaxud Səid İbn Cubeyrdən rəvayət edir ki, İbn Abbas belə demişdir: Sonra Allah nəbisinə və yanındakı möminlərə (onlar haqqında) ümüdlərini üzmələri üçün belə demişdir: “Siz (yəhudilərin )sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidərdilər” Allahın sözünü eşidərlər demək Tövratı eşidərlər demək deyildir. Ancaq onlar Musadan Rəbblərini görmək istədikdə ildırım vuran insanlar idilər. Muhamməd İbn İshaq belə demişdir: Mənə bir elm əhlirəvayət etdi ki, Onlar Musaya: Ey Musa bir bir əngəl səbəbi ilə Rəbbimizi görə bilmirik, sən onunla daNisərkən bizə də kəlamını eşiddir, dedilər. Musa da bunu Rəbbindən istədi, o da : yaxşı, onlara deki, təmizlənsinlər, paltarlarını yusunlar, oruc tutsunlar, dedi. Sonra da onları Tura çıxartdı. Onları bulud bürüdükdə Musa onlara səcdəya qapanmağı əmr etdi. Onlar da səcdəya qapandılar. Rəbbi Musa ilə danışdı. Onlar da kəlamını eşitdilər. Ona əmrlər və qadağalar təyin edirdi. Bunu yaxşıca qavradıqdan sonra Musa onları İsrailoğullarına gətirdi. Onlar gəldikdə, içərilərindən bir qrup Onun əmretdiyini dəyişdirdilər. Və Musa İsrailoğullarına Allah sizə bunu vəbunları əmredir dediyi zaman Allahın zikr etdiyi o qrup: Ancaq sizə bunu bunu əmr etdi, dedilər. Allahın Musaya dediklərinin tərsini söylədilər.
Suddi də:Halbuki onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, onu təhrif edirdilər –kəlamı haqqında bu Tevratdır, onu dəyişdirdilər, demişdir. Suddinin bu izahı İbn Abbas ilə İbn İshaqın izahlarından daha genişdir. İbn Cerir isə hadisəya uyğun olaraq onu üstün rəy qəbul etdisə də, bu belədir. Çünki Allahın kəlamına eşitmək, Musa İbn İmranın eşitdiyi kimi eşitmək demək deyil. Allah Təala belə demişdir: “Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin” (Tövbə, 6) yəni ona təbliğ edilən kəlamı, deməkdir.Buna görə də Qatadə “Sonra eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər” kəlamı haqqında Onlar Allahın kəlamını dinləyən, sonra da onu anlayıb dərk etdikdən sonra dəyişdirən yəhudilərdir, demişdir. Mucahiddə belə demişdir: Təhrif edənlər və gizləyanlər onların alimləridir. Əbu Aliyə də belə demişdir: Allahın, kitablarında Muhammmədsalləllahualeyhi və səlləmin sifəti ilə əlaqədar olaraq endirdiyi vəsflərin yerlərini təhrif etdilər. Suddi də bilərək demək yəni günah etdiklərini bilərək , demişdir.
Vəhb İbn Münəbbih də, İbn Zeyddən Allahın Sözünü eşidib anladıqdan sonra, onu təhrif edirdilər kəlamı haqqında belə demişdir: Allahın endirdiyi Tövratdır, onu təhrif edərdilər, halalını haram, haramını halal, içindəki haqqı batil, batili də haqq edərdilər. Onlara haqlı biri rüşvət verirdisə ona Allahın kitabını göstərirdilər, Onlara haqsız biri rüşvət verirdisə o kitabla onu haqlı çıxarardılar. Onlara hər hansı bir nəfər gələrsə və haqlı olmazsa, rüşvət də verməzsə ona haqqı əmr edərdilər. Allah da onlara belə dedi: “Siz Kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyiniz halda, özünüz (bunu) unudursunuz? Məgər anlamırsınız?”(Bəqərə 44).
Onlar möminlərlə rastlaşanda: ‘Biz iman gətirdik!’– deyir, bir-birləri ilə xəlvətdə qalanda isə”: Muhamməd İbn ishaq bu kəlam belə demişdir: Bizə Muhamməd İbn Əbi Muhamməd, o da İkrimədən və ya Səid İbn Cubeyrdən rəvayət edir ki, İbn Abbas: Onlar möminlərlə rastlaşanda: ‘Biz iman gətirdik!’– deyir — kəlamı haqqında yəni dostunuz Muhamməd (salləllahu aleyhi və səlləm)ə iman etdik, deyardilər. Bunu əsasən sizinlə rastlaşanda belə deyardilər. Bir biriləri ilə rastlaşdıqda isə: Ərəblərə bunu danışmayın, çünki siz bunu onlara bildirsəniz, bu onlar üçün bir dəlil olar. Buna görə də Allah Təala Onlar möminlərlə rastlaşanda: ‘Biz iman gətirdik!’– deyir, bir-birləri ilə xəlvətdə qalanda isə: ‘Allahın sizə bildirdiyini onlara danışırsınız ki, Rəbbinizin yanında bunu sizə (qarşı) dəlil gətirsinlər? kəlamını endirdi. yəni onun peyğəmbər olduğunu iqrar edirsiniz. Bilirsiniz ki ona tabe olmaq mövzusunda sizdən möhkəm bir söz alınmışdır. O (nəbi) isə özünün bizim gözlədiyimiz və kitabımızda olan peyğəmbər olduğunu xəbər verir. Buna görə də onu inkar edin iqrar etməyin.
Allah Təala deyi ki, Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıqlarını və aşkara çıxartdıqlarını bilir? Dəhhaqdan rəvayətdə İbn Abbas deyir ki, burada yəhudimünafiqlər qəsd edilmişdir. Onlar Muhamməd (salləllahu aleyhi və səlləm)ın əshabı ilə qarşılaşdıqları zaman, biz də iman etdik deyardilər. Suddi də belə demişdir. Bunlar yəhudilərdən bəziləridir. İman etdilər, sonra da münafiq oldular. Rəbi İbn Ənəs, Qatadə, sələf və xələfdən bir çoxları da belə demişdir. Hətta Əbdurrəhman İbn Zeyd İbn Əsləm, İbn Vəhb rəvayətində belə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) Mədinə qəsəbəsinə mömin olmayə girməsin, dedi. Buna görə də Kafir və münafiqlərin başçıları gedin iman etdik deyin. Geri qayıdanda inkar etdik deyarsiniz. Onlar mədinəyə tezdəndən gələr ərsdən sonra qayıdardılar. İbn Vəhb bu ayəni oxumuşdur: Kitab əhlindən bir zümrə dedi: ‘Möminlərə nazil edilənə günün əvvəlində iman gətirin və (günün) sonunda inkar edin ki, bəlkə onlar (öz dinlərindən) dönələr. – Ali İmran 72 dedilər. Onlar Mədinəyə girdikləri zaman Rəsulullahdan əldə etmək üçün, Biz müsəlmanlarıq deyardilər. Geri qayıtdıqda isə inkar edərdilər. Allah bunu peyğəmbərinə xəbər verdikdən sonra bu vəziyyətlərinə son qoyuldu. Artıq şəhərə girə bilmədilər. Möminlər də onların iman etdilkərini zənn edirdilər. Möminlər: Allah bu bu ayələri endirmədimi? Deyardilər. Onlar da Bəli deyardilər. Qövmlərinə yəni başçılarının yanına geri qayıtdıqda isə “‘Allahın sizə bildirdiyini onlara danışırsınız?” deyardilər. Əbu Aliyə ‘Allahın sizə bildirdiyini onlara danışırsınız? kəlamı haqqında belə demişdir: Kitabınızda Allahın Muhammədin (salləllahu aleyhi və səlləm) vəsfləri haqqında endirdiyini onlara xəbər verəcəksiniz?
Abdurrəzzaq Mamərdən rəvayət edir ki, Qatadə: ‘Allahın sizə bildirdiyini onlara danışırsınız ki, Rəbbinizin yanında bunu sizə (qarşı) dəlil gətirsinlər? kəlamı haqqında belə demişdir: Onlar bir peyğəmbər çıxacaq deyardilər, Birbiriləri ilə xəlvətdə qalanda isə ‘Allahın sizə bildirdiyini onlara danışırsınız? deyardilər. Bu təfsir haqqında başqa bir rəy də vardır: İbn Cureyc belə demişdir: Mənə Qasım İbn əbi Bəzzə rəvayət etdi ki, Mucahid ‘Allahın sizə bildirdiyini onlara danışırsınız kəlamında belə demişdir: Peyğəmbər (salləllahu aleyhi və səlləm) Qurayza hadisəsində onların qalarının yanında dayəndı. Ey meymunların və donuzların qardaşları, tağuta sitayiş edənlər, dedi. Onlar da: Bunları Muhammədə kim xəbər verdi? dedilər. Bu söz ancaq sizin özünüzdəndən çıxdı, deyarək cavab verdilər. ‘Allahın sizə bildirdiyini onlara danışırsınız? — Əleyhizniə dəlil olsun deya Allahın fəth hökmünü danışırsınız.(burada fətəhallahu sözündə — iki mənanin birlikdə təfsiri verilib) İbn Cureyc Mucahiddən: Bu da onlara Əli radiyallahu anhı göndərdiyi zaman baş vermişdi. Muhamməd (salləllahu aleyhi və səlləm)ə əziyyat etdilər. Suddi də belə demişdir: ‘Allahın sizə bildirdiyini onlara danışırsınız ki, Rəbbinizin yanında bunu sizə (qarşı) dəlil gətirsinlər? Bunlar yəhudilərdən bəzi kimsələr idi, iman etdilər sonra münafiq oldular. Mömin ərəblərə əzablarından bəhs edərdilər. Bir birilərinə Allahın sizə bildirdiyindənmi bəhs edirsiniz. yəni sizə etdiyi əzabdan deməkdir. O zaman möminlər:Allah bizi sizdən daha çox sevir və biz Allah qatında sizdən daha dəyarliyik, deyardilər.
Ata əl Xorasani belə demişdir: ‘Allahın sizə bildirdiyini onlara danışırsınız? yəni lehinizdə və əleyhinizdə verdiyi hökmləri, deməkdir. Həsən Bəsri belə demişdir: Bu yəhudilər iman edənlərlə rastlaşdıqları zaman, biz də iman etdik deyardilər. Bir biriləri ilə baş başa qaldıqları zaman da Allahın sizə kitabınızda bildirdiyi şeyləri Muhammədin əshabına deməyin sonra Rəbbinizin yanında sizin əleyhinizə istifadə edər, sizə düşmən kəsilərlər, deyardilər.
Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıqlarını və aşkara çıxartdıqlarını bilir? Əbu Aliyə belə demişdir:Muhamməd (salləllahu aleyhi və səlləm)iinkar və yalanlama haqqında gizlədiklərini deməkdir.Bu dəlillər kitablarında (var idi) tapardılar. Qatadə belə demişdir. Həsən Bəsri dədemişdirki, Allah onların gizli saxladıqlarını bilir- kəlamı- Allah onların gizlədiklərini bilir,deməkdir əlavə edir ki,gizlədikəri budur: Onlar Muhammədsalləllahualeyhi və səlləmin əshabına arxalarını çevirdikdən sonra, bir biriləri ilə baş başa qadıqları zaman Allahın kitablarında onlara bildirdiklərini danışmaqdan bir birilərini çəkindirərdilər. Muhammədin əshabı Allah qatında bunları istifadə etməsindən qorxardılar. Aşkara çıxartdıqlarını bilir, o da Muhamməd (salləllahu aleyhi və səlləm) əshabına: Biz də iman ettik demələridir. Əbu Aliyə, Rəbi və Qatadə də belə demişdir.
-
76
Onlar möminlərlə rastlaşanda: “Biz iman gətirdik!”– deyir, bir-birləri ilə xəlvətdə qalanda isə: “Allahın sizə bildirdiyini onlara danışırsınız ki, Rəbbinizin yanında bunu sizə dəlil gətirsinlər? Məgər başa düşmürsünüz?”– deyirlər.
75-ci ayənin təfsirinə bax.
-
77
Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıqlarını və aşkara çıxartdıqlarını bilir?
75-cı ayənin təfsirinə bax.
-
78
Onların arasında Kitabı bilməyən elə savadsızlar vardır ki, onlar ancaq xülyalara və ancaq zənnə uyarlar.
Allah Təala deyir ki, “Onlardan bəziyazıb oxumağı bilməyənlər” yəni əhli-kitabdan bəziləri deməkdir. Bunu Mucahid demişdir. Ummiyun, ummi (yazıb oxumağı) kəliməsinin cəmidir. O da yaxşı yazmağı bilməyən deməkdir. Əbu Aliyə, Rəbi, Qatadə, İbrahim Naxai və digərləri “kitabı bilməzlər” sözündə belə demişlər ki, bu da açıq aydındır. yəni kitabın içindəkini bilməzlər deməkdir. Buna görə də, Rəsullullah salləllahu aleyhi vəsəlləmin sifətində: ummi, deyilmişdir. Çünki o yaxşı yazmağı bilmirdi. Necə ki, Allah Təala belə demişdir: “Sən bundan əvvəl nə bir Kitab oxuya bilirdin, nədə onu əlinlə yaza bilirdin. Belə olsaydı, batilə uyanlar şübhəya düşərdilər” (Ənkəbut, 48). Rəsullullah (salləllahu aleyhi və səlləm) də belə demişdir: Bİz ummi bir ümmətik; yazmağı və hesablamağı bilmirik, (ilin) ay belə belə olur. yəni ibadətlərimizdə və onların vaxtlarında kitaba və hesaba ehtiyacımız olmaz, deməkdir. Allah Təala da: “Ummilərə özlərindən elçi göndərən Odur” (Cumuə, 2) demişdir. İbn Cərir də belə demişdir: Ərəblər yazı yaza bilməyən kişini atasına deyil anasına nisbətləndirirdilər, ummi deyardilər. Deyir ki: İbn Abbasdan buna müxalif bir rəy də rəvayət edilmişdir: belə ki: Bizə Əbu Kureyb oda Osman İbn Səiddən o da Bişr İbn Umarədən o da Əbu Ravkdən o da Dahhaqdan nəql edir ki, İbn Abbas: ”Onlardan bəziləri ummilərdir” sözündə belə demişdir: Ummilər Allahın göndərdiyi nə bir elçini nə də endirdiyi bir kitabı təsdiq etməyən bir qövmdür. Öz əlləri ilə bir kitab yazdılar, sonra da cahil, ağılsız bir topluma: Bu, Allah qatındandır, dedilər. Deyir ki: Onların əlləri ilə bir kitab yazdıqlarını, sonra da Allahın kitablarını və peyğəmbərlərini inkar etdikləri üçün onlara ummi deyildiyi xəbər vermişdir. Sonra İbn Cərir belə demişdir: Bu yozum, Ərəb dilində geniş yayılmış olaraq bilinən tərifə ziddir. Məhz ərəblərə görə ummi, yazı yaza bilməyəndir. Mən də deyirəm ki: Bu rəyin İbn Abbasa nisbətlənməsində şübhə vardır. Allah ən doğrusunu biləndir.
“Bəzi xülyalardan başqa” İbn Əbi Talhadan İbn Abbas: Bəzi xülyalar yəni bəzi sözlər demişdir. Dəhhaq da İbn Abbasdan “bəzi xülyalar” üçün ancaq ağızları ilə dedikləri yalan bir söz, demişdir. Mucahid də: Ancaq yalan, demişdir. Süneyddən o da Həccacdan o da İbn Cureycdən nəql edir ki, Mucahid bu ayə haqqında belə demişdir: Onlar bəzi yəhudilərdir, kitabdan heç bir şey bilməzdilər. Allahın kitabında olanın əksinə olaraq ancaq zənn ilə danışırdılar. O, kitabdandır deyarək boş xülyalar danışardılar. Həsən Basridən də eynisi rəvayət edilmişdir. Əbu Aliyə ilə Rəbi və Qatadə də: ancaq Allaha qarşı haqqları olmayanı təmənna (məqsəd) edirdilər,demişdilər.
Əbdurrəhman İbn Zeyd İbn Əsləm də belə demişdir: Bəzi xüyalara dalırdılar”: Olmadıqları halda: Biz əhli-kitabıq, dedilər. İbini Cərir demişdir həqiqətə ən yaxın olanı, Dəhhaqın İbn Abbasdan rəvayətidir.
Mucahidin demişdir: Ummilər Allahın onları vəsf etdiyi kimi Musaya endirilən kitabdan heç bir şey anlamayən kimsələrdir. Ancaq onlar yalan uydurur, batil əsilsiz sözlər deyardilər. Bu yerdəki təmanna, yalan uydurmaq və zəif zənndə olmaqdır. Osman radıyallahu anh da bir rəvayətdə: Mə təğannəytu və la təmənnəytu demişdir ki: Nə batil qondarma, nə də yalan uydurdum, deməkdir.
Belə deyilmişdir: Şəddəli əmaniyy və şəddəsiz əmaniy sözləri ikisi də“oxumaq” mənasındadır. Buna görə bu kəlam istisna edilmiş hissədir. Bu ayəni dəlil gətirmişdilər: “İlla izə təmənə əlkaş şeytanu fi umniyyatih” (Həcc, 52). O ayələri(oxumaq) istədikdə şeytan onun oxuduğuna gizlicə vəsvəsə verər. Şair Kəb İbn Malik də belə demişdir:
Gecənin əvvəli Kitəbullahı,
Oxudu, ürəyi boşaldı doldu
Gecənin sonunda ölüm qədəhi,
Bir içim su kimi qisməti oldu
Bir başqası da belə demişdir:
Gecənin əvvəli Kitəbullahı,
Oxudu, boşaldı doldu
Sanki oxuyurdu Davud Zəburu
Aramla — bu onun qoyduğu yoldu
Muhəmməd İbn İshaq belə demişdir: Mənə Muhəmməd İbn Əbi Muhəmməd o da İkrimə vəya Səid İbn Cubeyrdən rəvayət edir ki, İbn Abbas “Kitabı bilməzlər, ancaq xülyalar uydururlar və ancaq zənn edərlər” sözündə: Kitabın içindəkini bilməzlər. Sənin peyğəmbərliyinə şübhə ilə yanaşarlar, demişdir. Mucahid demişdir: “Onlar ancaq zənn edərlər” yalan deyarlər, demişdir. Qatadə,ə Əbu Aliyə və Rəbi də Allaha qarşı haqsız zənndə olarlar demişdir.
Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: ‘Bu, Allah tərəfindəndir!’– deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər”: bunlar yəhudilərdən bir sinifdir. Onlar da Allaha qarşı yalanlarla azğınlığa dəvət edən və xalqın mallarını haqqsız yerə yeyanlərdir. Ayədə qeyd edilən veyl: Həlak və məhvdir. Bu dilçilikdə məşhur bir kəlimədir. Sufyan Sevridən rəvayət olunur ki, Ziyad İbn Fəyyaz belə demişdir: Əbu Fəyyazdan belə dediyini eşitdim: Veyl cəhənnəmin dibindəki irindir. Ata İbn yasar da belə demişdir: Veyl cəhənnəmdə bir vadidir, əgər ora dağlar yeridilsə əriyardilər. İbn Əbi Hatim də belə demişdir: Bizə yunus İbn Abdul Ala o da İbn Vəhbdən o da Amr İbn Harisdən o da Dərracdan o da Əbu Heysəmdən o da Əbu Səid Əl-Xudridən rəvayət edir ki, Rəsulullah salləllahu aleyhi vəsəlləm belə demişdir: Veyl cəhənnəmdə bir dərədir. Kafir onu içərisinə yuvarlanarsa qırx ilə onun dibinə çatmaz. Bunu Tirmizi Əbdurrəhman İbn Hümeyddən, o da Həsən İbn Musadan, o da İbn Lehiadan, o da Dərracdan bu şəkildə rəvayət etmişdir. Bu hədis qəribdir. Onu ancaq İbn Ləhia hədisi olaraq bilirik.
Mən də deyirəm ki, gördüyünüz kimi, bunu təkcə İbn Lehia rəvayət etməmişdir.
Əsil təhlükə ondan sonrakındadır. Bu hədis bu sənədlə mərfu və münkərdir. Allah ən doğrusunu biləndir.İbn Cərir belə demişdir: Bizə Müsənna, o da İbrahim İbn Abdussələm İbn Saleh ət Tüstəridən, o da Əli İbn Cərirdən, o da Həmmad İbn Sələmədən, o da Abdulhamid İbn Cəfərdən, o da Kinanə əl Ədəvidən, o da Osman İbn Affandan rəvayət edir ki, Rəsulullahsalləllahualeyhi və səllləm bu ayə haqqında belə demişdir: Veyl Cəhənnəmdə bir dağdır, ora yəhudilər endiriləcəklər. Çünki onlar Tövratı təhrif etdilər, ona əlavələr etdilər, ondan istəmədiklərini çıxartdılar. Muhammədsalləllahualeyhi və səlləmin adını Tövratdan sildilər. Bunun üçündür ki, Allah onlara qəzəb etdi. Tövratın bir hissəsini əllərindən aldı. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeya görə vay onların halına! dedi. Bu hədis də çox qəribdir. Veyl çətin və məşəqqətli əzabdır. Xalid İbn Əhməd belə demişdir. Veyl pis bir şərdir. Sibaveyh də: Veyl təhlükəya düşən üçün deyilir. Veyh də təhlükəya yaxınlaşan üçün deyilir. Asmai dı belə demişdir: Veyl faciədir, veyh də mərhəmətdir. Başqa biri də belə demişdir: Veyl kədərlənməkdir. Xəlil də belə demişdir: Veyh (boğaz “hə”si), veyş, veyh veyk və veyb hamısı veyl mənasındadırlar. Bunların arasında fərq görənlər də vardır. Bəzi qrammatika alimləri də belədemişdilər: Mübtədanın qeyri-müəyyanlikdə olması dua mənasında olduğu üçün icazəli hesab edilmişdir. Bəziləri də : Əlzimhum veylən təqdir edərək onu təsirlik halda fəthəli oxumuşdurlar. Mən də deyirəm ki, heç kim belə oxumamışdır. İkrimədən o da İbn Abbas — Allah ikisindən də razı olsun — əlləri ilə kitab yazanlar yəhudi alimləridir, dediyi rəvayət edilmişdir. Səid də Qatadədən Onlar yəhudilərdir, dediyini rəvayət etmişdir. Sufyan Sevridən o da Əbdurrəhman İbn Əlqamədən, İbn Abbas radiyallahu anhumayə, Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır,kəlamı haqqında soruşdum. O, müşriklərlə əhli kitab haqqında endi, dedi. Suddi də belə demişdir: yəhudilərdən öz başına kitab yazaraq bunu Ərəblərə satanlar və onun Allah tərəfindən olduğunu deyanlər və bunun müqabilində az miqdarda pul alanlar var idi, dedi. Zuhri də belə demişdir: Mənə Ubeydullah İbn Abdullah İbn Abbas rəvayət edərək belə dedi: Ey müsəlmanlar, Allahın nəbisinə endirdiyi kitab ən yeni Allah xəbərləri olduğu halda necə olur ki, əhli kitabdan bir şey soruşasınız? Onu təzə olaraq oxuyursunuzsa, içərisinə heç nə qarışmamışdır. Allah Təala sizə Əhli kitabın Allahın kitabını və başqasını dəyişdirib pozduqlarını xəbər vermişdir. Əlləri ilə kitab yazıb, Bu Allah qatındandır dedilər. Onu az qiymətə satmaq istədilər. Sizə gələn elm sizi onlara sual soruşmaqdan çəkindirmirmi? Allaha and içirəm ki, onların sizə enən bir ayə haqqnda kimədənsə nəsə soruşduqlarını görməmişik. Bunu Buxari (2685) Zuhri yoluyla rəvayət etmişdir. Həsən İbn əbil Həsən əl Bəsri belə demişdir. Az qiymət dünya və onun içində olan bərbəzəkləri deməkdir.
Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeya görə vay onların halına!yəni vay olsun onlaraəlləri ilə yazdıqları yalan, böhtan və iftirayə görə. Vay olsun onlara yedikləri harama görə. Necə ki, Dəhhaq İbn Abbas radiyyahu anhın belə dediyini rəvayət etmişdir: Feveylu lehum- onlar üçün əllləri ilə yazdıqları kitaba görə əzab vardır. Onlar üçün aşağı təbəqənin mallarını yediklərinə görə əzab vardır.
-
79
Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allahın vəhyidir!”– deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına!
78-ci ayənin təfsirinə bax.
-
80
Onlar dedilər: “Od bizə ancaq bir neçə gün toxunacaq!” De: “Məgər siz Allahdan əhd almışsınızmı? Allah verdiyi əhdə əsla xilaf çıxmaz! Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?”
Allah Təala yəhudilərdən özlərinə atəşin ancaq bir neçə gün toxunacağını, sonra da bundan xilas olacaqlarına dair nəql və iddia etdikləri şeyi xəbər verərək belə deyir. Bunu da rədd edərək: “Məgər siz Allahdan əhd almışsınızmı?” deyir, yəni bu qəbildən bir söz, deməkdir. Əgər belə bir şey varsa, O, əsla sözündən geri çəkilməz. Ancaq belə bir şey olmamış və olmayəcaq da. Buna görə də inkar mənasında “əm” ədatını istifadə etmişdir. yəni yoxsa siz Allaha qarşı bilmədiyinizyalan və iftira deyirsiniz?Muhəmməd İbn İshaq belə demişdir: Bizə Seyf İbn Suleyman o da Mucahiddən nəql etdi ki, İbn Abbas belə demişdir: yəhudilər, dünyanın ömrü yeddi min ildir. Biz ancaq hər min ildə bir gün atəşdə əzab görərik, o da yeddi gün edir, deyirdilər. Buna görə Allah Təala: “‘Od bizə ancaq bir neçə gün toxunacaq! …..“Orada əbədi qalacaqlar” ayələrini endirdi. Bundan başqa Muhəmməddən, Səiddən vəya İkrimədən də İbn Abbasdan olan eyni rəvayəti etmişdir. Əvfi rəvayətində də İbn Abbas: yəhudilər, o bir neçə gün, qırx gecədirdemişdilər. Başqası da əlavə edib müddət, inəyə ibadət etdikləri müddətdirr,demişdilər. Qurtubi bunu İbn Abbas ilə Qatadədən nəql etmişdir. Dəhhaqdan və İbn Abbas belədemişdilər ki, yəhudilər Tövratda belə yazı tapdılar: Cəhənnəmin iki ucundan dibindəki zəqqum ağacına qədər olan məsafə qırx ildir. Allahın düşmənləri belə dedilər:Biz ancaq zəqqum ağacına çatana qədərəzab görəcəyik. Sonra da cəhənnəm yox olar. Məhz Allah Təalanın: “Od bizə ancaq bir neçə gün toxunacaq!” dediyi budur. Abdurrəzzaq o da Mamərdən o da Qatadədən belə nəql etmişdir: “Bizə odun toxunacağı günlər inəyə ibadət etdiyimiz günlər qədərdir. İkrimə də belə demişdir: yəhudilər Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə mübahisə etdilər: Biz oda ancaq qırx gün girərik, arxamızdan bir qövm gələr dedilər və Muhəmməd (salləllahu aleyhi və səlləm) ilə əshabını qəsd etdilər. Allah əshabdan razı olsun. Rəsulullah (salləllahu aleyhi və səlləm) də əli ilə onların başlarını işarət edərək: Xeyir, siz əbədi qalacaqsınız, arxanızdan da heç kim gəlməyacəkdir, dedi. Buna görə Allah Təala: “Od bizə ancaq bir neçə gün toxunacaqdır” ayəsini endirdi.
Hafiz Əbu Bəkr İbn Mərdəveyh rahmatullahi aleyh belə dedi: Bizə Əbdurrəhman İbn Cəfər o da Muhəmməd İbn Muhəmməd İbn Səhrdən o da Əbu Əbdurrəhman Əl-Muqridən o da Leys İbn Saddan nəql etdi ki, Əbu Hureyrə belə dedi: Xeybər qalası Fəth ediləndə Rəsulullah (salləllahu aleyhi və səlləm)ə zəhərli bir qoyun verdilər.Rəsulullah (salləllahu aleyhi və səlləm) də: Buradakı yəhudiləri yanıma çağırın, dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm) onlara: “Atanız kimdir?” dedi. Onlar da: Filankəsdir, dedilər. O da : yalan danışdınız, atanız filankəsdir, dedi. Onlar da: doğru dedin, dedilər. Sonra onlara: “Sizə bir şey soruşsam mənə doğru cavabı deyarsinizmi?” dedi. Onlar da : “Bəli, ey Qasımın atası, əgər sənə yalan desək, atamızdakı kimi yalanımızı bilərsən” dedilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) onlara: “Cəhənnəmə kimlər gedəcək?” dedi. Onlar da: Biz orada qısa bir vaxt qalacağıq, sonra siz bizim yerimizi əvəzləyacəkiniz, dedilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) də: yerə batasız, Allaha and olsun ki, biz əsla sizin yerinizi əvəzləməyacəyik, dedi. Sonra onlara: “Sizə bir şeyi də soruşsam mənə həqiqəti deyarsinizmi?” dedi. Onlar da: “Bəli, ey Qasımın atası, dedilər. O da: “Bu qoyuna zəhər qatdınızmı?” dedi. Onlar da: Bəli, dedilər. “Nə üçün?” dedi. Onlar da: Əgər yalançısansa səndən canımızı qurtarmaq istədik. Əgər peyğəmbərsənsə sənə zərər verməz, dedilər. Bunu İmam Əhməd, Buxari və Nəsəi Leys İbn Saddan oxşar formada rəvayət etmişdirlər.
-
81
Xeyr! Günah qazanan və xətaları özlərini bürüyən kimsələr – məhz onlar Od sakinləridir və orada əbədi qalacaqlar!
Allah Təala deyir ki, vəziyyət sizin təmənna və arzu etdiyiniz kimi deyildir. Əksinə vəziyyət belədir: Kim bir pislik edərsə və pisliyi onu əhatə edərsə, o da qiyamətə savabsız gələrsə və əksinə bütün əməlləri pislik olarsa o cəhənnəm əhli olar. “İman edib yaxşı işlər görənlər isə” yəni Allaha və Rəsuluna iman edib şəriətə uyğun yaxşı əməllər edərlərsə onlar cənnət əhli olar. Bu hissə bu ayələrə bənzəyir:
“Nə sizin arzunuzla, nə də Kitab əhlinin arzusu ilədir. Pislik edən kəs, onun cəzasını alacaq və o, Allahdan başqa özünə nə bir himayədar, nə də bir yardımçı tapmayəcaqdır. Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər zülm edilməz” (Nisə 123,124).
Muhamməd İbn İshaq belə dedi, mənə Muhamməd İbn əbi Muhamməd, o da Səiddən yaxud İkrimədən rəvayət etdi ki, İbn Abbas “Xeyr! Günah qazanan“ kəlamı haqqında belə demişidir: yəni kim sizin etdiyiniz kimi edərsə və sizin kimi küfr edərsə və küfrü onu əhatə edərsə, onun yaxşılığı yoxdur. Bir rəvayət də isə İbn Abbas “Şirkdir” demişdir. İbn Əbi Hatimdən, o da Əbu Vail, Əbu Aliyə, Mucahid, İkrimə, Həsən, Qatadə və Rəbi İbn Ənəsdəndə bənzər şəkildə eynisi rəvayət etmişdir. yenə Həsən ilə Suddi: Pislik: Böyük günahlardan bir günahdır, demişdir. İbn Cureycdən rəvayət edilir ki, Mucahid “xətaları özlərini bürüyan kimsələr” kəlamı haqqında, qəlbini bürüyarsə, demişdir. Əbu Hüreyrə, Əbu Vail, Ata və Həsən də “xətaları özlərini bürüyan kimsələr” kəlamı haqqında Şirki onu bürüyarsə,demişdirlər. Aməşdən o da Əbu Rəzin od aRabi İbn Xeysəmdən xətaları onları bürüyar ayəsi haqqında “günahlarına tövbə etmədən ölərsə”demişdilər. Suddi ilə əbu Rəzindən də bənzər şəkildə rəvayət edilmişdir. Əbu Aliyə, Mucahid, Həsən – onlardan gələn bir rəvayətdə Qatadə və Rəbi İbn Ənəs də: Xəta – cəhənnəmi qazandıracaq böyük günahdırdemişdilər. Bütün bu fikirlər bir birinə yaxındır. Allah ən doğrusunu biləndir.
Burada İmam Əhmədin rəvayət etdiyi bu hədisin də zikri yerinə düşərdi: Bizə Süleyman İbn Davud, o da İmrandan, o da Qatadədən, o da Abdu Rabbihidən, o da Əbu İyazdan, O da Abdullah İbn Məsuddan rəvayət edir ki, Rəsulullah Sallahu aleyhi və səlləm belə demişdir: Bəsit günahlardan uzaq dayənın, çünki onlar yığılıb insanı həllak edər. Rəsullullah səllallahu aleyhi və səlləm bir misal gətirdi: Bir qrup insan bir yerə köç saldılar, aşbazları gəldi, biri gedib bir çöp gətirdi, digəri başqa bir çöp gətirdi, nəticədə bir qalaq əmələ gəldi. Ocaq qaladılar və yeməklərini bişirdilər. Muhamməd İbn İshaq belə dedi: Mənə Muhamməd rəvayət etdi, o da Səid və ya İkrimədən rəvayət etdi ki, İbn Abbas: “İman gətirib yaxşı işlər görənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar!” ayəsi haqqında belə demişdir: Kim sizin inkar etdiyinizə iman edərsə, sizin onun dinindən tərk etdiyinizlə əməl edərsə onlar üçün cənnət vardır. Orada əbədi qalacaqlalr. İbn Abbas xeyrin vəşərin qarşılığının sonsuza qədər davam edəcəyini və kəsilməyacəyini xəbər vermişdir.
-
82
İman gətirib yaxşı işlər görənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar!
81-ci ayənin təfsirinə bax.
-
83
Bir zaman Biz İsrail oğul-ları ilə: “Allahdan qeyrisinə ibadət etməyəcək, valideynlərə, qohum-əqrəbaya, yetimlərə və kasıblara xeyirxahlıq edəcək, insanlara xoş söz deyəcək, namaz qılacaq və zəkat verəcəksiniz!”– əhd bağladıq. Sonra az bir qisminiz istisna olmaqla, üz çevirib döndünüz.
Allah Təala İsrail oğullarına əmr etdiyi şeyləri haqqında əhd almasını, somra onların bütün bunlardan üz çevirdiklərini xatırladır. Onlar bunu bilərək və qəsdən edirdilər. Onlar bu əhdi xatirlayırdılar. Sonra onlara özünə (Allaha) ibadət etmələrini, Ona heç bir şeyi şərik qoşmamalarını əmr edir. Bunu da bütün yaratdıqlarına əmr edir, elə onları bunun üçün yaratmışdır, deyir ki: “Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: ‘Məndən başqa heç bir ilah yoxdur, Mənə ibadət edin!’– deya vəhy etməyək “ (Ənbiya, 25) və belə deyir: “Biz hər ümmətə: ‘Allaha ibadət edin, tağutdan uzaq olun’– (deya), elçi göndərdik”. (Nəhl, 36). Bunlar da haqqların ən üstünü və ən böyüyüdür. O da Allah Təalanın bir tək və ortağı olmayan özünə ibadət edilmə haqqıdır. Bunun üçündür ki. Allah Təala öz haqqı ilə valideyn haqqını yan-yana qoymuş və belə demişdir: “Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir.” (Loğman, 14). Belə də demişdir: Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur.” (İsra, 23). Sonra da belə dedi: “Qohum-əqrəbayə da, yoxsula da, müsafirə də haqqını ver.” (İsra, 26)
Buxari və Müslimin Səhih adlı kitablarında İbn Məsuddan belə rəvayət olunmuşdur: “Ey Allahın Rəsulu əməlin ən fəzilətisi hansıdır?” dedim. O da: Vaxtında qılınan namazdır, dedi. “sonra hansıdır?” dedim. O da: “Valideynlərə yaxşılıq etməkdir” dedi. “Sonra Hansıdır?” dedim. O da: “Allah yolunda cihaddır” dedi.Buna görə də başqa bir səhih hədisdə belə gəlmişdir: Bir adam: “Ey Allahın Rəsulu, ən çox kimə yaxşılıq eləyim?” dedi. O da: Anana, dedi. Adam: “Sonra kimə?” dedi. O da: Atana və növbə ilə ən yaxınlarına, dedi.
“’Allahdan qeyrisinə ibadət etməyəcəksiniz” Zəmaxşəri belə demişdir: Bu, xəbər formasındadır amma əmr mənasındadır, belədeyiliş forması daha təsiredicidir. Bunun əslinin “ən la tə”budu illallah” olduğu da deyilmişdir. Necə ki sələfdən belə oxuyanlar vardır: “ən” ədatıçıxardılmışdır. Ubey ilə İbn Məsuddan “la tə”budu illallah” formasında oxuduqları nəql edilmişdir. Qurtubi bu yanaşmanı təfsirində Sibaveyhdən nəql etmiş və: Kisai ilə Fərra bunu üstün rəy kimi bildirmişdirlər, demişdir.
“Yetimlərə”- onlar özləri üçün qazanc gətirən ataları olmayan balaca uşaqlardır. “Miskinlərə yəni yoxsullara” onlar da özlərinin və ailələrinin nəfəqəsini təmin edə biməyanlərdir. Nisə sürəsində: “Allaha ibadət edin. Ona heç bir şeyi ortaq qoşmayın, valideynlərə yaxşılıq edin” ayəsində bu siniflər açıq izah ediləcəkdir.
“İnsanlara gözəl söz deyin”: yəni onlarla gözəl danışın, onlarla yumuşaq rəftar edin. Buna yaxşılığı əmr etmək və pisliklərdən çəkindirmək də daxildir. Necə ki, Həsən Bəsri bu ayədə belə demişdir: Gözəl söz; yaxşılığı əmr edən, pislikdən çəkindirən, həlim olan, bağışlayən və güzəştə gedən insanın sözüdür. Allahın dediyi kimi insalara gözəl söz deyar, bu da Allahın razı olduğu bütün gözəl xüsusiyyatlərdir.
İmam Əhməd belə demişdir: Bizə Ravh, o da Əbu Amir Əl-Xəzzazdan, o da Əbu Imran Əl-Cəvnidən, o da Abdullah İbn Samitdən, o da Əbu Zərr radıyalllahu anhdan nəql etdi ki, peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: Xırda yaxşılıqları heçə saymayın, əgər verməya bir şey tapa bilməsən qardaşını gülər üzlə qarşıla. Bunu Muslim Səhihində rəvayət etmişdir; Tirmizi də bunu Əbu Amir əl Xəzzadan rəvayət etmişdir. Onun adı Salih İbn Rüstəmdir. Burada: İnsanlara gözəl söz deyin demək münasib olmuşdur. Çünki daha əvvəl onlara yaxşılıq etmələrini əməl şəklində əmr etmişdir. Beləcə əməl və söz olaraq yaxşılığın iki ucu bir arayə gətirilmiş oldu. Sonra da özünə ibadət etməyi və insanlara yaxşılıq əmrini aydın şəkildə təsdiqlədi; o da namaz və zəkatdır. “Namazı qılıın, zəkatı verin” dedi. Onların isə bütün bunlara üz çevirdiklərini, yəni bunlara arxa çevirdiklərini, onlardan çox azı istisna olmaqla bilərək və qəsdən üz döndərdiklərini xəbər verdi. Allah Təala bu ümmətə də bunun bənzərini Nisə sürəsində belə əmr etmişdir: “Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbayə, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz yaxşılıq edin! Həqiqətən, Allah özünü öyanləri və lovğalıq edənləri sevmir. (Nisə, 36). Bu ümmət özündən əvəlki heç bir ümmətin etmədiyini etdi. Buna görə həmd və minnət Allahadır. Burada nəql edilən qərib şeylərdən biri də İbn Əbi Hatimin təfsirində zikr etdiyi bu şeydir: Bizə Muhəmməd İbn Xələf Əl-Əsqalani o da Abdullah İbn yusif yəni Ət-Tunisi o da Xalid İbn Subeyhdən o da Humeyd İbn Ukbədən nəql etdi ki, Əsəd İbn Vədaa evindən çıxardı, rast gəldiyi hər yəhudi və xristyana salam verərdi. Səbəbi soruşulduğunda: Allah Təala: “İnsanlara gözəl söz deyin” buyurdu: o da salamdır, deyardi. Ata Əl-Xorasanidən də belə rəvayət edilmişdir
Mən də deyirəm ki: Sünnəyə görə onlara əvvəl salam verilməz. Allah ən doğrusunu biləndir.
-
84
O zaman Biz sizinlə: “Bir-birinizin qanını tökməyəcəksiniz, bir-birinizi yurdlarınızdan çıxarmayacaqsınız!”– əhd kəsdik. Sonra da siz şahidlik edərək təsdiqlədiniz.
Allah Təala Rəsulullahın (salləllahu aleyhi ve səlləm) zamanında yaşayən yəhudilərə etiraz edərək belə demişdir. Burada Əvs ve Xazrəclə döyüşməkdə müttəfiqlik etmələrinə də etiraz vardır.Çunki Ensar adlanan Əvs ve Xazrəc qəbilələri bütpərəst idilər. Aralarinda çox döyüş olurdu. Mədinədəkiyəhudi qəbilələri də üç hissəya ayrılmışdılar: Qeynəqa oğullari, Nadiyr oğulları, bu ikisi Xəzrəclə müttəfiq idilər, bir de Qurayzə oğulları var idi, onlar da Əvs ile müttəfiq idilər. Aralarinda döyüş başladığı zaman hərə öz müttəfiqi ile döyüşərdi. Beləcə yəhudi, düşmənini öldürərdi. Bəzən də qarşı tərəfdən döyüşən yəhudini öldürərdi. Bu isə dinlərində və kitablarının açıq əmrində qadağan idi. Onlarıevlərindən çıxarar, ev əşyalarını, mallarını qəsb edərdilər. Sonra döyüş bitdiyi zaman Tövratin hökmünəəsasən əsirləri sərbəst buraxardılar. Bunun üçündür ki, Allah Təala belə dedi: » siz Kitabın bir qisminə inanıb, digər qismini inkarmı edirsiniz?»
“O zaman Biz sizinlə: ‘Bir-birinizin qanını tökməyacəksiniz, bir-birinizi yurdlarınızdan çıxarmayəcaqsınız!’– (deya) əhd kəsdik.» yəni bir birinizi öldürməyacəksiniz, evlərinizdən çıxarmayəcaqsınız, buna görə bir birinizə köməketməyəcəksiniz. «Necə ki, Allah təala “Elə isə yaradanınıza tövbəedin, nəfislərinizi öldürün. Bu sizin uçun yaradanınızın qatinda daha xeyirlidir» (Bəqərə, 54). Bu da belədir: Çunki bir dinin mənsubları bir nəfs kimidir. Necə ki Pəygəmbər salləllahu aləyhi və səlləm bələ demişdir: Möminlərin misalı sevgidə, mərhəmətləşmədə və bir biriləri ilə munasibətdə tək bir vücudun məsəli kimidirlər; Bu vücüdun bir orqanı narahat oldugu zaman digərlərinin də hərarəti yuksələr və yuxusuz qalar (92).» Sonra da siz (özünüz) şahidlik edərək (bu əhdi )təsdiqlədinizyəni bu əhləşməni bildiyiniz və doğruluğunu iqrar etdiniz və buhaqdaşahidlik etdiniz. «…öz yurdundan çıxarırsınız..» (Bəqərə, 85). Muhamməd bin Ishaq bələ dəmişdir: Mənə Muhamməd bin Əbi Muhamməd, o da Səid bin Cubeyr və ya Ikrimədən rəvayət etdi ki, İbn Abbas » Siz o kəslərsiniz ki, bir-birinizi öldürürsünüz”, ayə haqqında bələ demişdir: Allah Təala onlara bu əməllərini xəbər verdi, O onlara Tövratda birbirilərinin qanlarini tökməyi haram etmiş, əsirlərin fidyələrini verməyi onlara fərz etmişdir. Onlar iki hissə idilər: Bir hissəsi Qeynuqə oğulları idi ki bunlar Xazrəcin və Nadiyrin müttəfiqi idilər. Qurəyza da Əvsin muttəfiqi idilər. Əvs iləXazrəc arasinda döyüş başladigi zaman Qeynuqəogullari Xazrəc ilə bərabər çixar, Nadiyr ilə Kurayza da Əvs ilə bərabər çixardilar. Hər iki grupdan olanlar öz qardaşlarına qarşi muttəfiqlərinə dəstək verərdilər. Nəticədə bir birilərinin qanini tökürdülər. Halbuki əllərində Tövrat vardi. Onda olan lehlərinə vəəleyhlərinə hökümləri bilirdilər. Əvs və Xazrəc qəbilələri muşrik idilər, butlərə sitayişedirdilər. Nə cənnət, nə cəhənnəm, nə yenidən dirilmə ilə qiyamət, nə kitab, nə halal, nə də haram haqqinda heç nə bilməzdilər. Döyüş sona yetdiyi zaman da Tövratı təsdiq etmək və bir birilərini xilas etmək üçün əsirlərin fidyələrini verərdilər. Qeynuqə oğullarıƏvsin əlində olan əsirlərin fidyəsini verər, Nadiyr və Qureyza dəXazrəcin əlindəki əsirlərin fidyəsini vərərdilər. Qan qarşiligini istəyardilər. Muşrikləri dəstəkləmək uçun bir birilərini öldürərdilər. Allah Təala onlara qınayəraq deyir ki: » yoxsa siz Kitabın bir qisminə inanıb, digər qismini inkarmı edirsiniz?» yəni Tövratin hökmünə tabe olaraq onların fidyələrini verirsiniz lakin eyni zamanda onları öldürürsünüz. Halbuki Tövratın hökmündə öldürmək və yurdundan çıxarmaq, onların əleyhinəAllaha şərik qoşanlara və butlərə sitayişedənlərə dünya mənfəətini güdərəkkömək etmək yoxdur. Məhz bu hekayə mənim bildiyimə görə yəhudilərin Əvs və Xazrəclə etdikləri əməllərə gorə enmişdir. Əsbat, Suddidən bələ nəql etmişdir: Qurayzəlilər Əvsin muttəfiqi, Nadiyr da Xazrəcin muttəfiqi idilər. Döyüş başladığı zaman bir birilərini öldürürdülər. Qurayza öz muttəfiqləri ilə, Nadiyr və onların müttəfiqlərinə qarşıdöyüşər, Nadiyr oğulları da öz müttəfiqləri ilə onlara qarşı döyüşərək onlara qalib gələrdilər. yurdlarini xaraba qoyar və onları oralardan çixarardılar. Hər iki gruptan kimsəəsir düşdüyü zaman mal toplayər və onun fidyəsini vərərdilər. Ərəblər də buna gorə onlari qınayər və : «Onlarla niyə vuruşursunuz və sonrada fidyəsini verirsiniz?» deyardilər. Onlar da “Bizə fidyə vermək əmr edilib, döyüşmək isə haram edilib” “Bəs onda niyə döyüşürsünüz?” dedik də Onlar da: “Müttəfiqlərimizin məğlub olmasından utaniriq” deyardilər. Allah Təala onlari məhz bunun uçun qinadi və: » Siz o kəslərsiniz ki, bir-birinizi öldürürsünüz, özünüzdən olan bir dəstəni öz yurdundan çıxarırsınız, onlara qarşı pislik və düşmənçilik etməkdə bir-birinizə kömək edirsiniz.» Əsbat Suddidən o da Şabidən rəvayət etmişdir ki, bu ayə Qeys bin Hatiym haqqinda nazil olmuşdurş. Əsbatdan Suddidən nəql etmişdir ki, Abduxeyr deyir ki: Suleyman bin Rəbi əl-Bahili ilə Ləncərdədöyüşdük. Oranin xalqini muhasirəya aldiq. Şəhəri fəth ətdik vəəsirlər aldiq. Abdullah bin Səlam da bir yəhudi qadinini yeddi yüz dirhəmə satin aldi. Ra’s əl Caluta çatdıqda onun yanında dayəndı. Abdullah ona: » Ey Rə’silCalut, oz dinindən yanımda əsir olan yaşlı bir qadını satin alarsanmi?» dedi. O da : Bəli,dedi. O da: Mən onu yeddiyuz dirhəmə satın aldım, dedi. O da: Sənə yaddiyuz dirhəm də kar (əlavə) verirəm dedi. O da: Dörd min dirhəmdən az satmamağa and içdim dedi. O da: Mənim ona ehtiyacım yoxdur, dedi. O da: Allah’a and olsun ki ya onu satın alarsan ya da dinini inkar etmiş olarsan, dedi. Mənə yaxinlaş, dedi. O da yaxınlaşdı, onun qulagina Tovratin: harada Israil ogullarından bir əsirlə qarşilaşsan onu satın alib azad edəcəksən, əmrini pıçıldadı.» Onlar əsir tutulub yanınıza gətiriləndə, fidyə verib onları azad edirsiniz. Halbuki onları (yurdlarından) çıxartmaq sizə haram edilmişdi.» O da: » Sən Abdullah bin Səlamsan?» dedi. O da: Bəli, dedi. O da dörd min dirhəm gətirdi , Abdullah da iki minini aldi və iki minini geri verdi. Adəm bin əbi Iyas təfsirində belə demişdir: BizəƏbu Cafər ər-Razi o da Rəbi ibn Ənəsdən, o da Əbu Aliyədən o da Abdullah bin Səlamdan rəvayət edir ki, O bir gün Kufədə Ras əl Calutun yanından keçirdi, o Ərəblərin əl vurmadığı qadınların fidyəsini verərdi. Ərəblərin əl vurduğu qadınların isə fidyəsini verməzdi. Abdullah bin Səlam : Sənin kitabinda hamısının fidyəsini verməlisən, yazılır, dedi. Bu ayədən və bu nəql edilənlərdən aydın olduğuna görə burada yəhudilər qinanmaqdadır. Çünki onlar Tövratın doğru olduğuna inanir və bu hökmləri bildikləri, doğruluğuna şahidlik etdikləri halda, onlara müxalif olardılar. Bunun üçundür ki nə Tövratda olanlara görəonlara güvənilməz, nə də onların nəqllərinə güvənilməz. Onların Rəsulullah salləllahu aləyhi və səlləmi vəsfləri, göndarilişi, çıxışı, hicrəti və ondan öncəki pəyğəmbərlərin onun haqqındakı xəbərləri və digər məlumatlar təsdiqlənməz. yəhudilər (məlunlar) bu kimi məlumatları öz aralarinda gizlədərdilər. Bunun üçündür ki, Allah Təala bələ demişdir: Sizlərdən bunu edənin cəzası dünya həyatında rüsvay olmaq, Qiyamət günü isə ən şiddətli əzaba məhkum olmaqdır. » yəni Allah’in şəriət vəəmrinə müxalif olduqlarına görə. «Qiyamət günü isə ən şiddətli əzaba məhkum olmaqdır» Əllərində tutduqları Allah’in kitabina əlləri ilə təhrif etdikləri üçün. «Allah sizin etdiklərinizdən bixəbər deyildir. Onlar axirəti verib dünya həyatını satın aldılar» yəni onu axirətə üstün tutdular və seçdilər. «Ona görə də onların nə əzabı yüngülləşdiriləcək, nə də onlara kömək göstəriləcəkdir» yəni bir saat bələ olsa boş buraxılmayəcaqlar » nə də onlara kömək göstəriləcəkdir» yəni onları davamlıəzabdan qurtaracaq və onları xilas edəcəkheç kim yoxdur.
-
85
Siz o kəslərsiniz ki, bir-birinizi öldürürsünüz, özünüzdən olan bir dəstəni öz yurdundan çıxarırsınız, onlara qarşı pislik və düşmənçilik etməkdə bir-birinizə kömək edirsiniz. Onlar əsir tutulub yanınıza gətiriləndə, fidyə verib onları azad edirsiniz. Halbuki onları çıxartmaq sizə haram edilmişdi. Yoxsa siz Kitabın bir qisminə inanıb, digər qismini inkarmı edirsiniz? Sizlərdən bunu edənin cəzası dünya həyatında rüsvay olmaq, Qiyamət günü isə ən şiddətli əzaba məhkum olmaqdır. Allah sizin etdiklərinizdən bixəbər deyildir.
84-cü ayənin təfsirinə bax.
-
86
Onlar axirəti verib dünya həyatını satın aldılar. Ona görə də onların nə əzabı yüngülləşdiriləcək, nə də onlara kömək göstəriləcəkdir.
84-cü ayənin təfsirinə bax.
-
87
Biz Musaya Kitab verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Biz Məryəm oğlu İsaya da açıq-aydın dəlillər verdik və onu müqəddəs ruhla qüvvətləndirdik. Məgər hər dəfə sizə elçi ürəyinizə yatmayan bir şey gətirəndə siz təkəbbür göstərmədinizmi? Bir qismini yalançı hesab edib, bir qismini də öldürmədinizmi?
Allah Təala İsrail oğullarını inadkarlıq, həddi aşma, müxaliflik və peyğəmbərlərə qarşı təkəbbürlənmə və nəfsi istəklərinə tabe olmaqla səciyyaləndirir. Musaya kitabı yəni Tövratı verdiyini, onlarınsa onu təhrif edərək dəyişdirdiklərini, onlardakı əmrlərə qarşı çıxaraq onu yozmalarını, bütün bunlardan sonra da onun (Musanın) şəriəti ilə hökmedən elçilər və rəsullar(dini təzələmək üçün) göndərdiyini bildirir. Necə ki, belə deyir: Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər üçün bununla, din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər. Onlar (hamısı) buna şahid oldular. (Maidə, 44). Buna görədir ki, Allah Təala: “ondan sonra bir-birinin ardınca elçilər göndərdik” (Bəqəra, 87) demişdir. Suddidiən rəvayət edilir ki, Əbu Malik: Arxasınca göndərdik. Bir başqası isə “Arxasınca yola saldıq” demişdir ki, hamısı bir birinə yaxın mənalıdır. Necə ki, Allah Təala belə demişdir: “Sonra bir-birinin ardınca elçilərimizi göndərdik” (Muminun, 44). Sonda İsrailoğullarının peyğəmbərlərini Məryam oğlu İsa ilə sona çatdırdı. O da Tövrata müxalif olan bəzi hökmlər gətirdi. Buna görə də Allah Təala ona açıq aydım möcüzələr verdi. İbn Abbas onları belə sadalamışdır: Ölüləri diriltmək, palçıqdan quş düzəldib onu Allahın izni ilə uçurtmaq, xəstələri sağaltmaq, qeybdən xəbərlər vermək, Müqəddəs ruh (Ruhul Qudus) yəni Cəbrayıl Əleyhissalam ilə dəstəklənməsi. Bütün bunlar onun gətirdiyi şeylərin doğru olduğunu göstərirdi. Tövratın bəzi hökmlərinə müxalif olduğuna görə İsrailoğullarının ona inanmamaları ona paxıllıq etmələri və inadkarlıqları ona çox ağır gəldi. Necə ki, Allah Təala belə buyurdu: Məndən əvvəl (nazil olmuş) Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün (göndərildim). Mən sizə Rəbbinizdən bir dəlil gətirdim…(Ali İmran, 50).
İsrailoğulları peyğəmbərlərlə çox pis rəftar edərdilər. Bəzilərini yalanlayər bəzilərini isəöldürərdilər. Bu da Peyğəmbərlərin onların nəfsinə, istəklərinə və fikirlərinə uyğun gəlməyan şeylər gətirdikəri və onları qarşı çıxdıqları Tövratın hökmünə tabe etmək istəmələri səbəbiylə idi. Bu isə onlara çətin gələr və bu səbəblə də yalanlayərdılar. Hərdən də bəzilərini öldürərdilər. Buna görə də Allah Təala belə demişdir: Məgər hər dəfə sizə elçi ürəyinizə yatmayən bir şey gətirəndə siz təkəbbür göstərmədinizmi? (Onların) bir qismini yalançı hesab edib, bir qismini də öldürmədinizmi?
Müqəddəs ruhun Cəbrayıl olduğuna dəlil: Necə ki, İbn Məsud bu ayənin təfsirində bunu açıq aydın ifadə etmişdir: İbn Abbas, Muhamməd İbn Kab əl Kurazi, İsmayıl İbn Əbi Xalid, Suddi, Rəbi İbn Ənəs, Atiyyə Əl Avfi, Qatadə də bu rəydə olmuşdurlar. Bu ayə də belədir: Onu əmin Ruh endirdi sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan. (Şüəra, 193-194).
Bu da dəlildir: Buxari İbn Əbizənaddan, o da atasından, o da Əbu Hureyrədən, O da Urvədən rəvayət edir ki, Aişə radiyallahu anhə, belə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm), məsciddə Həssən İbn Sabit üçün bir kürsü qoydu, o da Rəsulullahı (salləllahu aleyhi və səlləm) müdafiə edirdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) də: Allahim Hassan sənin peyğəmbərini necə müdafiə etdi isə sən də onu Müqəddəs ruhqüvvətləndir, deyardi. Bu hədis Buxaridə müaəllaq (isnadı kəsikş..arada ravi(lər) düşüb, şeyx birbaşa Rəsulullahdan danışır, mürsəl hədis – tabein səhabəsiz danışır ) olaraq keçir. Onu Əbu Davud Sünənnində İbn Sirindən, Tirmizi də Əli İbn Həcərdən və İsmayıl İbn Musa əl Fəzaridən, onların üçü də Əbu Əbdurrəhman İbn əl əbiz Zənaddan, o da atasından və Hişam İbn Urvədən, ikisi də Urvədən o da Aişə radiyyallahu anhədənrəvayət edər. Tirmizi belə demişdir: O həsən səhihdir vəo Əbuzzənadın hədisidir. İki səhihdə belə deyilmişdir: Bizə Sufyan İbn Üyeynə rəvayət etdi, o da Zuhridən, o da Səid İbn Müsəyyabdən, o da Əbu Hureyrədən rəvayət edir ki, Ömər İbn Xəttab Hassana rast gəldi, o məsciddə şeir oxuyurdu. Ona baxdı, o da “Mən burada şeir oxuyardım, burada səndən daha xeyirlisi də var idi”, dedi. Ömər radiyallahu anh sonra Əbu Hüreyrəya üzünü tutaraq: Allah üçün de, sən Rəsulullah (salləllahu aleyhi və səlləm)dən Allahım onu Müqəddəs ruh ilə qüvvətləndir, dediyini eşitdinmi? -dedi. O da Allaha and olsun ki, bəli ! -dedi. Bir rəvayətdə də Rəsulullah (salləllahu aleyhi və səlləm) Hassana: Onlara həcv de, Cəbrayıl səninlə bərabərdir, demişdir. Hassanın şeirində də belə deyilmişdir:
Allahın elçisi Cəbrayıl bizimlədir,
Demək o Müqəddəs Ruh bizim aramızdadır,
Burda gizli heçnə yoxdur.
Muhamməd İbn İshaq belə demişdir: Mənə Abdullah İbn Əbdurrəhman İbn Əbi Hüseyn əl Məkki, o da Şəhr İbn Havşəb əl Əşaridən rəvayət etdiki, Bir neçə yahudu Rəsulullah (salləllahu aleyhi və səlləm)ə: “Bizə Müqəddəs ruhdan xəbər ver” dedilər. O da Allah üçün və bəni israilə verilən günlərinin xatirinə deyin, mənə gələnin Cəbrayıl olduğunu bilirsinizmi? Dedi. Onlar da bəli dedilər. İbn Hibbanın səhihində: İbn Məsud deyir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə dedi: Müqəddəs ruh daxilimə üfürdü: heç bir nəfs ruzusunu və əcəlini tamamlamadıqca ölməz. Artıq siz də Allahdan qorxun və ruzinizi gözəl şəkildə axtarın.
Başqa rəylər: İbn Əbi Hatim deyir ki, Bizə Əbu Zura rəvayət etdi, o da Muncab İbn əl Harisdən, o dqa Bişrdən, o da Əbu Ravkdan, o da Dəhhaqdan rəvayət edir ki, İbn Abbas: “onu müqəddəs ruhla qüvvətləndirdik” ayəsi haqqında O İsanın ölüləri onunla diriltdiyi İsmi Azamdır, (Allahın böyük adlarından biri) demişdir. İbn Cərir də bunu Muncəbdan nəql etmişdir. İbn Əbi Hatim belə demişdir: Səid İbn Cubeyrdən də eyni rəvayət gəlmişdir. Onu Qurtubi də Ubeyd İbn Umeyrdən rəvayət etmiş və O ismi Azamdır demişdir. İbn Əbi Nəcih Ruh mələklərin qoruyucusudur (nəzarətçisidir) Əbu Cəfər ər Razi Rəbi İbn Ənəsdən demişdir ki, Quds Uca və nöqsansız Rəbbdir. Kab da belə demişdir. Qurtubi, Mucahid ilə Həsən Bəsridən: Qüds Allah Təaladır, Onun ruhu Cəbraildir,demişdilər. Buna görə bu rəy birinci rəylə eyniləşir. Suddi də belə demişdir: Kuds bərəkətdir.Əl Əhvi İbn Abbasdan Qüds təmizlikdir demişdir. İbn Cərir belə demişdir: Bizə yunis İbn Abdulala , o da İbn Vəhbdən rəvayət edir ki, İbn Zeyd “onu müqəddəs ruhla qüvvətləndirdik.” ayəsi haqqında Allah İsanı İncil Ruhu ilə dəstəkləmişdir, necə ki, Quranı da ruh etdiyi kimi. İkisi də Allahdan bir ruhdur. Necə ki, Allah Təala belə demişdir: Biz sənə Öz əmrimizdən olan ruhu vəhy etdik (Şura, 52). Sonra İbn Cərir belə demişdir: Bu təvillərin ən doğrusu burada Ruh Cəbrayıldır deyanlərinkidir. Çünki Allah Təala İsanı onunla qüvvətləndirdiyini xəbər vermişdir. Necə ki, belə demişdir. “Allah deyacəkdir: ‘Ey Məryam oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim”(Maidə, 110). Onu Müqəddəs ruhla dəstəklədiyini zikr etmişdir. Əgər onu dəstəklədiyi ruh İncil olsaydı, səni müqəddəs ruhla qüvvətləndirmişdim və “Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim” sözü anlamsız təkrar olardı. Allah da bu kimi faydasız şeylərlə qullara xitab etməkdən uzaqdır.
Mən də deyirəm ki, Onun Cəbrayıl olduğunu göstərən dəlillərdən biri də mövzunun əvvəlində qeyd edilənlərdir. Həmd və Minnət Allaha məxsusdur. Zaməxşəri belə demişdir: onu müqəddəs ruhla qüvvətləndirdik – təmiz ruh ilə deməkdir. Necə ki, hatimil cud, rəculu sıdqın kimi. Onu müqəddəsliklə vəsf etmişdir. Necə ki, “Onun tərəfindən bir ruhdur” (Nisə, 171) demiş, izzətləndirmək üçün onu fərqlilik və yaxınlıqla vəsfləndirmişdir. Belə də deyilmişdir: O ruh təmizdir, çünki, atalarının belllərinə və qadınların bətnlərinə girməmişdir. Burada keçən Cəbrayıla İncil deyanlər də olmuşdur. Necə ki, “Öz əmrimizdən olan ruh” (Şura, 52) ayəsində olduğu kimi. Onu ölüləri diriltdiyi İsmi Azam ilə qüvvətləndirdik, deyanlər də olmuşdur.İbn Cəririn rəyləri arasında bir rəy də vardır. O da İsann öz ruhunun təmiz və ləkəsiz olmasıdır.
Zaməxşəri belə demişdir: “bir qismini yalançı hesab edib, bir qismini də öldürmədinizmi” deməklə bir qismini öldürdünüz deməməsi, gələcəkdə bunu etmək istəmələri səbəbindəndir. Çünki onlar Peyğəmbər (salləllahu aleyhi və səlləm)i də zəhər və sehir ilə öldürmək istədilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ölüm xəstəliyində belə demişdir: Hələ də Xeybərdə yediyim zəhərli ətin əziyyatini çəkməkdəyam. İndi də qəlb damarlarım kəsilən kimi olur. Mən də deyirəm ki, bu hədis Səhih Buxaridə və digərlərində vardır.
-
88
Onlar dedilər: “Qəlblərimiz qapalıdır!” Xeyr, Allah onları məhz küfrlərinə görə lənətləmişdir. Odur ki, onlar olduqca az inanırlar.
Muhəmməd İbn İshaq belə demişdir: Mənə Muhəmməd İbn Əbi Muhəmməd o da İkrimədən yaxud Səid İbn Cubeyrdən nəql etdi ki, İbn Abbas: “Qəlbləriniz qapalıdır” sözündə: Örtük içindədir, demişsir. Əli İbn Əbi Talhadan rəvayət edilir ki, İbn Abbas “qəlbləriniz qapalıdır” sözündə: yəni anlayə bilməz, demişdir. Əvfidən rəvayət edilir ki, İbn Abbas: “Qəlbləriniz qapalıdır” sözündə: Üzərinə damğa vurulmuşdur, demişdir. Mucahid də: Üzərində pərdə vardır, demişdir. İkrimə də: Möhürlüdür, demişdir. Əbu Aliyə də: Bir şey anlamaz demişdir. Suddi də: Üzərində qılıf yəni qapaq vardır, demişdir. Abdurrəzzak Mamərdən o da Qatadədən anlayə bilməz və başa düşməz demişdir. Mucahid və Qatadədən rəvayət edilir ki: İbn Abbas lamı dammə ilə ğuluf oxumuşdur. O da ğılafın cəmidir. yəni qəlblərimiz bütün elmlərin qabıdır, sənin elminə möhtac deyilik, deməkdir. Bunu İbn Abbas ilə Atademişdilər. “Xeyr, Allah onları məhz küfrlərinə görə lənətləmişdir” yəni Allah onları qovmuş, bütün xeyirlərdən uzaqlaşdırmışdır. “Odur ki, onlar olduqca az inanırlar” Qatadə: Onlardan ancaq az bir hissəsi iman edərlər, demişdir. “Qəlbləriniz qapalıdır” sözü, “qəlblərimiz bizi dəvət etdiyin şeydən qapalıdır” (Fussilət, 5) sözü kimidir. Abdurrahmən İbn Zeyd İbn Əsləm qapalıdır sözündə: Qəlblərimiz qılıf içindədir, dediyin şey ona girməz, demiş və “qəlblərimiz bizi dəvət etdiyin şeydən qapalıdır” (Fussilət, 5) ayəsini oxumuşdur. İbn Cərir də bunu üstün rəy hesab etmiş və bu hədisi sübut gətirmişdir: Amr İbn Mürrə Əl-Cəməlidən o da Əbu Hatim Əl Bəxtəridən nəql edir ki, Huzeyfə belə demişdir: Qəlblər dörddür. Biri də qılıflı olan və qəzəbə düçar olandır. O da kafirin qəlbidir. İbn Əbi Hatim belə demişdir: Bizə Muhəmməd İbn Abdurrahmən Əl-Ərzəmi o da atasından o da babasından o da Qatadədən nəql etdi ki, Həsən Bəsri belə demişdir: “qəlblərimiz qılıflıdır” sözündə: Qabıqlıdır, sünnət edilməmişdir, demişdir. Bu da yuxarıda izah edildiyi kimi təmiz olmayıb xeyirdən uzaq olması mənasındadır.
Başqa bir rəy də: Dəhhaqdan rəvayət olunur ki, İbn Abbas: “Qəlblərimiz qapalıdır” sözündə: Qəlblərimiz doludur, nə Muhəmmədin nə də başqasının elminə möhtac deyildir, demişdir. Atiyyə əl Əvfidən nəql olunur ki, İbn Abbas: “Qəlblərimiz qapalıdır” sözündə: Elmin qablarıdır, demişdir. Bu mənayə görə ənsardan bəziləri belə oxumuşdurlar. Bunu da İbn Cərir nəql etmişdir. Onlar lamın dammə ilə ğuluf oxumuşdurlar. Bunu da Zəmaxşəri nəql etmiş: O da ğılafın cəmidir, demişdir ki: qab mənasındadır. yəni onlar qəlblərinin elmlə dolu olduğunu iddia etdilər, onunla yanaşı başqa bir elmə möhtac deyilik dedilər. Necə ki, onlar Tövratı bildikləri üçün insanlara minnət edərdilər. Bunun üçündür ki, : “Xeyr, Allah onları məhz küfrlərinə görə lənətləmişdir. Odur ki, onlar olduqca az inanırlar” demişdir. yəni vəziyyət onların iddia etdikləri kimi deyildir, bilavasitə qəlbləri lənət edilmişdir, möhürlənmişdir. Necə ki, İbn Abbas Nisə sürəsinin: “Onlar bağladıqları əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, peyğəmbərləri haqsız yerə öldürdüklərinə və: ‘Qəlblərimiz qapalıdır!’– demələrinə görə. Xeyr, küfrləri üzündən Allah onların qəlblərini möhürləmişdir. Onlar olduqca az inanırlar. (Nisə, 155)” ayəsində belə demişdir. “Necə də az iman edirlər” və “olduqca az inanırlar” sözünün mənasında ixtilaf etmişdirlər: Bəziləri Onlardan olduqca azları iman edərlərdemişdilər. Bəziləri də: İmanları azdır, yəni onlar Musanın axirət, savab və əzab haqqında bildirdiyi şeylərə iman edərlər, ancaq onlara fayda verməz. Çünki Muhəmmədin (salləllahu aleyhi və səlləm) bildirdiyi şeylərin inkarına batmışdırlar. Bəziləri də: Heç bir şeya iman etməzlər, demişdir. “Necə də az iman edərlər” deməsi, hamısını inkar edərlər deməkdir. Necə ki Ərəblər: Bunun kimisini az gördüm, deyarlər ki: Bunun kimisini heç görmədim, demək istəyirlər. Kisai də belə demişdir: Bir yerə çatdıq, az ot bitər, yəni heç ot bitməz deməkdir. Bunu da İbn Cərir (rahmətullahi aleyh) demişdir. Allah ən doğrusunu biləndir.
-
89
Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir Kitab gəldikdə onu inkar etdilər. Halbuki əvvəllər kafirlər üzərində qələbə diləyirdilər. Onlara tanıdıqları gəldikdə isə onu inkar etdilər. Allah kafirlərə lənət etsin!
Allah Təala deyir ki, “Onlara gəldikdə” yəni yəhudilərə deməkdir. “Allah tərəfindən bir Kitab” O da Məhəmməd səllallahu aleyhi və səlləmə endirdiyi Qurandır. “özlərində olanı təsdiqləyan” yəni Tövratı deməkdir. “əvvəllər kafirlər üzərində qələbə diləyirdilər” yəni Peyğəmbər bu kitabla gəlmədən əvvəl onun gəlişi ilə müşrik düşmənlərinə qarşı fəth istəyar, onlarla döyüşərkən: Axırzamanda bir peyğəmbər göndəriləcək, onun yanında sizinlə döyüşəcəyik. Sizi Ad və İrəm qövmləri kimi öldürəcəyik, deyardilər. Necə ki, Muhamməd İbn İshaq belə demişdir: Asim İbn Amrdan, o da Qatadə əl Ənsaridən rəvayət edir ki, onlarınağsaqqalları deyardilər ki, Allaha and içirik ki, bu ayə biz Ənsar ilə qonşularımız yəhudilər haqqında idi. Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyan bir Kitab gəldikdə onu inkar etdilər, Halbuki əvvəllər kafirlər üzərində qələbə diləyirdilər. Onlara tanıdıqları gəldikdə isə onu inkar etdilər. Ayəsi enəndə: Biz onları cahilliyyə dövründə uzun müddət məğlub edərdik, biz müşrik onlar isə əhli kitab idilər. Onlar da indi bir peyğəmbər göndəriləcək, onun zaman kölgəsi artıq üzərimizə düşüb, onunla birgə sizinlə döyüşəcəyik, sizi Ad və İrəm qövmləri kimi öldürəcəyik, deyardilər. Allah, Rasulunu Qüreyşdən göndərdiyi zaman biz də ona tabe olduqda, yəhudilər onu inkar etdilər. Allah Təala bu haqda : “Onlara tanıdıqları gəldikdə isə onu inkar etdilər.Allah kafirlərə lənət etsin! ” dedi. Dəhhaqdan rəvayət edilir ki, İbn Abbas əvvəllər kafirlər üzərində qələbə diləyirdilər — ayəsi haqqında, Qalibiyyat istəyardilər, demişdir. Biz onlara qarşı Muhammədə kömək edərik demişdilər. Əslində isə belə deyildilər, yalan danışırdılar.
Muhamməd İbn İshaq belə dedi: Mənə Muhamməd İbn Əbi Əhməd, o da İkrimə və ya Səid İbn Cubeyrdən rəvayət edir ki, İbn Abbas belə dedi: yəhudilər Rəsulullah (salləllahu aleyhi və səlləm) göndərilməmişdən əvvəl onunla Əvs və Xəzrəc qəbilələri üzərində fəth istəyardilər. Allah onu Ərəblərdən göndərdikdə, onu inkar etdilər vəonun barəsində əvvəl dediklərini qəbul etmədilər. Muaz İbn Cəbəl ilə Sələmə oğullarından Bişr İbn Bəra İbn Marur, ey yəhudilər, Allahdan qorxun, Müsəlman olun; siz Muhaəmməd (salləllahu aleyhi və səlləm)lə bizə qarşı fəth istəyardiniz. Biz isə müşrik idik, bize onun göndəriləcəyi haqqında xəbər verər və onu vəsf edərdiniz. Nadiyr oğullarından Səlam İbn Mişkəm də: Bizə tanıdığımız bir şey gəlmədi, bu gələn sizə haqqında bəhs etdiyimiz deyildir, dedi. Məhz bu mövzuda Allah Təala bunu endirdi. “Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyan bir Kitab gəldikdə onu inkar etdilər. Halbuki əvvəllər kafirlər üzərində qələbə diləyirdilər. Onlara tanıdıqları gəldikdə isə onu inkar etdilər. Allah kafirlərə lənət etsin!” Avfinin rəvayətində İbn Abbas belə demişdir: Onların fəth istəməsi belədir: Onlar yəni əhli Kitablar, Muhamməd (salləllahu aleyhi və səlləm)in gəlişi ilə Ərəb müşriklərinə qarşı kömək umurdular. Muhamməd (salləllahu aleyhi və səlləm)inözlərindən olmadığını gördükdə onu inkar etdilər və həsəd apardılar. Əbu Aliyə belə demişdir: yəhudilər Muhamməd (salləllahu aleyhi və səlləm) ilə Ərəb müşriklərinə qarşı kömək istəyarək: Allahımız, bu yanımızda haqqında yazılmış peyğəmbəri göndər ki, müşriklərə əzab edək onları öldürək deyardilər. Allah, Muhamməd (salləllahu aleyhi və səlləm)i göndərdikdə, onun yəhudi olmadığını görüb, Ərəbləri həsəd apararaq onu inkar etdilər, halbuki onun gözlənilən peyğəmbər olduğunu bilirdilər. Buna görə də Allah Təala: “Onlara tanıdıqları gəldikdə isə onu inkar etdilər. Allah kafirlərə lənət etsin!” dedi. Qatadə də: Daha əvvəl onunla kafirlərə qarşı fəth istəyardilər, ayəsi haqqında demişdir ki, Onlar deyardilər ki, Bir peyğəmbər gələcək. O da gəldikdə onu inkar etdilər. Tanıqları gəldikdə onu inkar etdilər. Allahın lənəti kafirlərin üzərinə olsun. yəni yəhudilərin üzərinə olsun deməkdir.
-
90
Allahın Öz qullarından istədiyi kimsəyə Öz lütfündən bəxş etməsinə həsəd aparmaq və Onun nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir! Onlar onlara bəslədiyi qəzəbi daha da şiddətləndirdilər. Kafirlərə alçaldıcı bir əzab vardır.
Mucahid deyir ki, «Nəfslərini nə pis bir şeya dəyişdirib satdılar.» yəhudilər haqqı batillə,Muhəmməd səlləllahu aleyhi və səlləmin gətirdiyi haqqı da gizlədərək satdılar. Suddi də belə demişdir: Özlərini satdılar, nəfslərinə müqabil aldıqları, razı olduqları şey necə də pisdir. Onlar Məhəmməd salləllahu əleyhi və səlləmi təsdiq etmək, ona dəstək vermək və kömək etmək əvəzinəona nazil ediləni inkar etdilər. Bunu da həsəd, kin və nifrətlərinə görə etdilər. «Allahın-ın seçdiyi quluna elçilik endirməsini istəmədilər» bundan daha böyük qısqanclıq olarmı? İbn İshaq, Muhəmməddən, o da İkrimədən,və yaxud Səid İbn Cubeyrdən rəvayət edir ki, İbn Abbas demişdir: Allahın Öz qullarından istədiyi kimsəya Öz lütfündən bəxş etməsinə həsəd aparmaq və Onun nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir!, sözündə onu yəhudilərdən göndərmədi, deməkdir.İbn Abbas demişdir, Qəzəb içindəykən üstünə bir qəzəb dəgəldi, Allah onlara Tövratdan zay etdikləri şey üçün qəzəb etdi, bir də özlərinəgöndərdiyi bu peyğəmbəri inkar etdikləri üçün qəzəb etdi. Mən də deyirəm ki: «Bəu» layiq oldular, qəzəb üstünə qəzəbədüçar oldular. Əbu-Aliyə də belə demişdir: Allah onlara İncili və İsanı inkar etdikləri üçün qəzəbləndi, sonra da, Muhəmməd səlləllahu aleyhi və səlləm ilə Quranı inkar etdikləri üçün qəzəbləndi. İkrimə ilə Qatadədən də belə rəvayət edilmişdir. Suddi belə demişdir: Birinci qəzəb, buzova ibadət etdikləri zaman olmuşdu. İkinci qəzəb isə Məhəmməd salləllahu əleyhi və səlləmi inkar etdikləri zaman oldu. «Kafirlərə alçaldıcı bir əzab vardır.» Həddi aşmaqları və qısqançlıqlarının səbəb və mənşəyitəkəbbür olduğu üçün dünya və axirətdə bunun əvəzində xor görülməvə alçaldılmaqla rəftar edildilər. Necə ki, Allah Təala belə demişdir: “Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq (əzilərək, günahları belinə yüklənərək) girəcəklər”(Ğafir: 60). yəni xor görülmüş və zəlil olaraq, burunları yerə sürtülərək girəcəklər. İmam Əhməd belə demişdir (6639): Bizə yəhya, o da İbn Aclandan, o da Amr bin Şuaybdan, o da atasından, o da babasından rəvayət etmişdir ki, RasulAllah səlləllahu aleyhi və səlləm belə demişdir: Təkəbbürlülərqiyamət günündə insan surətində xırda qarışqalar kimi həşr olunacaqlar. Hər bir balaca onlardan böyük olacaq. CəhənnəmdƏbuus adlı bir zindana qoyulacaqlar.Od üstlərini örtəcəkdir. Cəhənnəm əhlinin axıntısı olan Xibəl palçığından içəcəklər.
-
91
Onlara: “Allahın nazil etdiyinə inanın!”– deyildikdə, onlar: “Biz özümüzə nazil edilənə inanırıq”– deyib onun ardınca gələni inkar edirlər. Halbuki onların yanında olanı təsdiqləyən bir həqiqətdir. De: “Əgər siz inanan idinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?”
Allah Təala deyir ki, “ Onlara deyildikdə” yəni yəhudilərə və onlar kimi əhli kitaba , “Allahın nazil etdiyinə inanın” Muhamməd səlləllahu aleyhi və səlləmə iman edin, onu təsdiq edin və ona tabe olun deyildiyi zaman “Biz özümüzə nazil edilənə inanırıq, deyirlər”: yəni bizə endirilən Tövrat və İncilə iman etmək bizə kifayət edər, biz ancaq bunları iqrar edirik deyirlər. Onun ardınca gələni inkar edirlər Halbuki (Quran) onların yanında olanı təsdiqləyan bir həqiqətdir «yəni onları Məhəmməd sallailahu aleyhi və səlləmə nazil edilənin haqq olduğunu bilirlər. “Musaddiqən limə məəhum” ayəsi qrammatik olaraq təsirlik haldadır. yəni yanlarındakı Tövrat və İncili təsdiq vəziyyətində deməkdir, beləcə əleyhlərinə dəlil getirilmiştir. Necə k Allah Təala belə demişdir: “Kitab verdiyimiz şəxslər onu (RasulAllahı (səlləllahu aleyhi və səlləm) öz oğullarını tanıdıqları kimi tanıyırlar.” (Bəqərə: 146), Sonra da belə demişdir: “Əgər möminsinizsə Allahın peyğəmbərlərini nə üçün öldürürsünüz?” yəni əgər sizə nazil edilənə iman etmə iddianızda doğrusunuzsa, əllərinizdəki Tövratı təsdiq edən, onunla hökm verən və onun hökmünü ləğv etməyən peyğəmbərləri nə üçün öldürdünüz? Halbuki onların doğru olduqlarını bilirsiniz. Onlaraqarşı həddi aşaraq, həsəd və inad edərək, Allah-ın elçilərinə qarşı təkəbbürlük göstərərək onları öldürdünüz. Bu vəziyyətdə siz yalnız istək, zənn və şəhvətlərinizətabe olursunuz. Necə ki, belə demişdir: “Məgər hər dəfə sizə göndərilən elçi ürəyinizə yatmayən bir şey gətirəndə siz təkəbbür göstərmədinizmi? Onların bir qismini yalançı hesab edib, bir qismini də öldürmədinizmi?” (Bəqərə: 87). Suddi də: Allah Təala “Əgər möminsinizsə, əvvəl Allahın elçilərini nə üçün öldürürsünüz?” deyarək onların ayıblarını üzə çıxarmışdır, demişdir.
Əbu Cəfər İbn Cərir belə demişdir: Ey Muhəmməd, İsrail oğulları yəhudilərinə, Allahın nazil etdiyinə iman edin, dediyin zaman: Biz ancaq bizə endirilənə iman edirik, dediklərivaxt: Əgər Allahın nazil etdiyinə iman edirsinizsə, ey yəhudilər, Allahın peyğəmbərlərini nə üçün öldürürsünüz?, halbuki,sizə nazil etdiyi kitabda onlarıöldürməyi harambuyurmuşdu. Bunun əksinəolaraqonlara tabe olmanızı, onlara itaət etmənizi və onları təsdiq etmənizi sizə əmr etmişdi. Bu da, oların “biz nazil edilənə iman edirik”sözlərinin yalan olmasının Allah-tərəfindənifşasıdır.
“Musa sizə açıq-aydın dəlillər gətirmişdi” : yəni Allahın Rəsulu olduğu və Ondan başqaibadətə layiq olan heç birilah olmadığını göstərən açıq və qəti dəlillərlə gəlmişdi. Açıq möcüzələr də bunlardır: tufan, çəyirtkə,böcək, qurbağa, qan, əsa, əl, dənizin yarılması,buludla kölgələnmə, mənna, səlva, daşvə gördükləri daha bir çox möcüzələr. “buzova sitayiş etdiniz” yəni Musanın sağlığında Allah-dan başqa məbud qəbul etdiniz, “O getdikdən sonra”yəni Əziz və Cəlil olan Allahilə danışmaq üçün Tur dağına getməsindən sonra deməkdir. Necə ki, AllahTəala belə demişdir: “Musanın ardınca qövmü öz zinət əşyalarındanböyürən bir buzov heykəli düzəltdilər”. (Əraf: 148). “Zülmedərək” yəni Allah-dan başqa ibadətə layiq olan İlah olmadığını bildiyiniz halda, buzova ibadət etmə hərəkətinizləsizlər zalımlardan oldunuz. Necə ki, Allah Subhanə Təalabelə buyurmuşdur : “Onların əlləri yanlarına düşdükdə (tutduqları işə görə peşman olduqda) və haqq yoldan azdıqlarını gördükdə: «Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, əlbəttə, ziyana uğrayənlardan olarıq»– dedilər” (Əraf, 149).
-
92
Musa sizə açıq-aydın dəlillər gətirmişdi. O getdikdən sonra siz buzovu ilahiləşdirib özünüzə zülm etdiniz.
91-ci ayənin təfsirinə bax.
-
93
O zaman Biz sizinlə əhd bağlayıb dağı üstünə qaldırdıq: “Sizə verdiyimizdən möhkəm yapışın və eşidin!”. Onlar: “Eşitdik və asi olduq!”– dedilər. Küfrlərinə görə buzova onların qəlblərinə yeridildi. De: “Əgər siz möminsinizsə, imanınızın sizə əmr etdiyi şey necə də pisdir!”
Allah Təala onların xətalarını, doğru sözə qarşı çıxdıqlarını, həddi aşıb ondan üz çevirmələrini sayır. Sonda Turu başlarının üstünə qaldırdı, onlar da qəbul etdilər. Sonra yenə qarşı çıxdılar. Bunun üçün belə dedilər: “Eşitdik və üsyan etdik”. Bunun təfsiri də yuxarıda qeyd edilmişdir.Küfrlərinə görə buzova onların qəlblərinə yeridildi. Abdurrəzzaq Qatadədən nəql edir ki: Onlarin qəlbinə buzovun məhəbbəti yeridi. Əbu Aliyə ilə Rəbi İbn Ənəs də belədemişdilər. İmam Əhməd də belə demişdir (21186): Bizə İsam İbn Xalid o da Əbu Bəkr İbn Abdullah İbn Əbi Məryam Əl-Ğassanidən o da Xalid İbn Muhəmməd Əs-Saqafidən o da Bilal İbn Əbudərdadan o da Əbudərdadan nəql edir ki, Peyğəmbər salləllahu aleyhi vəssallam belə demişdir: Bir şeyi sevmək səni kor və kar edər. Bunu Əbu Davud (5130) Hayvə İbn Şureyhdən o da Əbu Bəkr İbn Abdullah İbn Əbi Məryamdən belə rəvayət etmişdir. Suddi də belə demişdir: Musa əleyhissalam buzovu götürüb yiya ilə onu toz halina saldi. Sonra da onu dənizə sovurdu. Nə qədər axar su varsa ona külü düşdü. Sonra da onlara: Ondan için, dedi. İçdilər: onu sevənlərin üzləri qızıl kimi sapsarı oldu. Məhz Allah Təalanın: “Küfrlərinə görə buzova (olan məhəbbət) onların qəlblərinə yeridildi” dediyi budur.
İbn Əbi Hatim belə demişdir: Bizə Abdullah İbn Rəca o da İsraildən o da Əbu İshaqdan o da Umarə İbn Umeyr ilə Əbu Abdurrahmən Əs-Sulemidən rəvayət edir ki, Əli radıyAllahu anhudeyir ki: Musa buzova tərəf getdi, onun üzərinə yiyalər qoydu, onlarla onu yiyalədi. Çayqırağında idi. O sudan inəyə ibadət edənlərdən kim içdi isə üzü qızıl kimi sapsarı oldu. Səid İbn Cubeyr belə demişdir: “Küfrlərinə görə buzova (olan məhəbbət) onların qəlblərinə yeridildi.” Buzov yandırılarkən ovxalandı, sonra dənizə sovruldu. Suyu içdilər, baxdılar ki, üzləri zəfəran kimi olmuşdur. Qurtubi, Quşeyrinin kitabından belə nəql etmişdir: Buzova ibadət edənlərdən kim içdisə dəli oldu. Bunlar, mövzunun bu yeri üçün əlavə məlumatlardır. Çünki bunu izah etməkdə məqsəd içənlərin dodaqlarının və üzlərinin saralmasıdır. Burada izah edilən, onların qəlblərinə buzova olan məhəbbətin sızdırılmasıdır. yəni ona ibadət edərkən deməkdir. Sonra da Nabiğanın zövcəsi Əsma üçün dediyi bu beytləri gətirmişdir:
Əsmanın sevgisi könlümə yer etdi
Onun görünəni ilə görünməyəni birdi
Elə dərinə daldı ki nə şərab, nə kədər, nə sevincə baxar.
Onunla keçən günlərimi xatırladığım zaman,
Əgər bir insan quş olsa idi, harada olsa idi quş kimi uçardım.
De: ‘Əgər siz möminsinizsə, imanınızın sizə əmr etdiyi şey necə də pisdir!’ yəni keçmişdə vəya indi olsun Allahın ayələrini inkar etməyiniz, peyğəmbərlərinə qarşı çıxmağınız, sonra da Muhəmməd (salləllahu aleyhi və səlləm)i israrla inkar etməniz necə də pis şeydir. Bu da günahlarınızın ən böyüyü, işlərinizin ən çətinidir. Çünki son peyğəmbəri, peyğəmbərlərin və mürsəllərin ağasısını inkar etdikdən sonra artıq mömin olduğunuzu necə iddia edə bilərsiniz? Verilən vədləri pozmaq, Allahın ayələrini inkar etmək və Allahı tərk edib buzova ibadət etmək kimi çirkin əməllər edirsiniz.
-
94
De: “Əgər Allah yanında Axirət yurdu digər insanlara deyil, yalnız sizin üçün hazırlanıbsa və doğru deyirsinizsə, onda (özünüzə) ölüm diləyin!”
Məhəmməd İbn İshaq deyir ki: Bizə Muhəmməd İbn Əbi Muhəmməd o da İkrimədən vəya Səid İbn Cubeyrdən o da İbn Abbasdan nəql edir ki, Allah Təala nəbisi Muhamməd (salləllahu aleyhi və səlləm)ə deyir ki, De: ‘Əgər Allah yanında Axirət yurdu digər insanlara deyil, yalnız sizin üçün hazırlanıbsa və doğru deyirsinizsə, onda (özünüzə) ölüm diləyin!’ yəni iki qrupdan hansı yalan danışırsa ölümü istəsin. Onlar Rəsulullah (salləllahu aleyhi və səlləm)in bu təklifini qəbul etmədilər. “Onlar öz əllərinin etdiyinə görə bunu heç vaxt diləməzlər. Allah zalımları tanıyır”. yəni özlərində olan elmi bilmələri, hətta onu inkar etmələri səbəbindən ölümü təmənni etməyəcəklər deməkdir. Əgər o gün bunu təmənni etsələr idi yer üzündə nə qədər yəhudi varsa hamısı ölərdi. Dəhhaqdan rəvayət olunur ki,İbn Abbas “ölümü arzulayın” sözündə : Ölümü istəyin, demişdir. Abdurrəzzaq Mamərdən o da Abdulkərim Əl-Cəzəridən nəql edir ki, İkrimə “doğru deyirsinizsə, onda (özünüzə) ölüm diləyin” sözündə İbn Abbasın: Əgər yəhudilər ölümü arzu etsələr idi ölərlərdi, dediyini rəvayət etmişdir.
İbn Əbi Hatim də belə demişdir: Mənə atam o da Əli İbn Muhəmməd Ət-Tənəfisidən o da Əssamdan mən də onu Aməşdən eşitdim, fikrimcə o da Minhaldən eşitmiş o da Səid İbn Cubeyrdən nəql etmişdir ki, İbn Abbas belə demişdir: Əgər ölümü arzu etsəydilər, hətta bəziləri tüpürcəyi ilə də boğulardılar.(xirda bir səbəblə ölərdilər) Bunlar İbn Abbasdan çatan doğru sənədlərdir. İbn Cərir təfsirində belə demişdir: Bizə çatdığına görə Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: Əgər yəhudilər ölümü istəsəydilər ölərdilər və cəhənnəmdəki yerlərini görərdilər. Əgər Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə lənətləşməkistəyanlər bunu etsəydilər, yurdlarına çatdıqda nə ailə nə də mal görməzdilər. Bunu bizə Əbu Qureyb o da Zəkəriya İbn Adiydən o da Ubeydullah İbn Amrdan o da Abdulkərimdən o da İkrimədən o da İbn Abbasdan o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) rəvayət etmişdir. Bunu İmam Əhməd də belə rəvayət etmişdir. Bizə İsmayıl İbn yəzid Ər-Rakki o da Furatdan o da Abdilkərimdən belə nəql etdi.
İbn Əbi Hatim belə demişdir: Bizə Həsən İbn Əhməd o da İbrahim İbn Abdullah İbn Bəşşardan o da Surur İbn Əl-Muğirədən o da Abbad İbn Mansurdan nəql edir ki, Həsən Bəsri belə demişdir: Allaha and içirəm ki, onlar əlləri ilə etdiklərinə görə bunu arzu edəcək deyildirlər. Mən də deyirəm ki: Əgər onlara: Ölümü arzu edin deyildiyi zaman öləcəklərini mi zənn edirsən? Xeyir, vAllahi əgər arzu etsələr idi ölməzdilər. Onu arzu edən də deyildilər. Eşitdiyin kimi Allah Təala onların haqqında: “Onlar öz əllərinin etdiyinə görə bunu heç vaxt diləməzlər. Allah zalımları tanıyır” demişdir. Bu da Həsəndən qərib bir izahdır. Sonra İbn Abbasın bu ayə haqqındakı təfsiri ağıla ən yaxındır. O da iki qrupdan yalançı olanınınvəyaxud lənətləşmə istəyanlərin ölüm istəməsidir. Bu İbn Cərir, Qatadə, Əbu Aliyə və Rəbi İbn Ənəs (rahmətullahi aleyh)umdan nəql edilmişdir. Bunun oxşarı Cumua sürəsindəki bu ayədir: “De: ‘Ey yəhudilər! Əgər insanlar arasında ancaq özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə və doğru daNisənlarsınızsa, onda ölüm diləyin!’ Lakin onlar öz əlləri ilə törətdikləri əməllərə görə ölümü əsla diləməzlər. Allah zalımları tanıyır. De: ‘Qaçdığınız ölüm sizi mütləq haqlayəcaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”. (Cumua, 6-8). Allah onlara lənət etsin. Onlar Allahın oğulları və sevimliləri olduqlarını iddia etdilər. Dedilər ki, cənnətə ancaq yəhudi vəya Xristianlar girəcəkdir. Bu zaman ya öz aralarında və yaxud müsəlmanlarla lənətləşməya dəvət edildilər. Bundan boyun qaçırdıqda hər kəs onların zalımlar olduğunu anladı. Çünki onlar əgər inandıqları şeylərdə qərarlı olsalar idi, buna çəkinmədən əl atardılar. Geri çəkildikdə yalanları üzə çıxdı. Necə ki, Rəsulullah Nəcran Xristiyan heyatini çəkişmədə məğlub etməsindən sonra azğınlıq və inadkarlıqlarına görə lənətləşməya dəvət etmişdir. Allah Təala belə demişdir: “Sənə bilik gəldikdən sonra kim səninlə (İsanın) barəsində mübahisə edərsə, de: ‘Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyak’. (Əli İmran 61) ayəsi kimidir. Bunu görüncə bir birilərinə: Allaha and içirik ki, əgər bu peyğəmbərlə lənətləşərsinizsə, içinizdən bir canlı qalmaz, dedilər. Alçalaraq cizya verməyi qəbul etdilər. Onlara cizya tədbiq edildi. yanlarına da əmin şahid olaraq Əbu ubeydə İbn Əl-Cərrah göndərildi. Allah Təalanın müşriklərə dediyi bu söz də bunun kimidir vəya buna yaxındır:
De: ‘Qoy ər-Rəhman azğınlıqda olan hər kəsə uzun müddət möhlət versin! (Məryam, 75). yəni bizdən və sizdən kim sapıqlıq içərisindədirsə Allah onun sapıqlığını artırsın və onu uzatdıqca uzatsın, nə verəcəksə şərrinə versin. Necə ki. yerində izah ediləcək, inşəAllah.Ayəti belə təfsir edənlərə gəlincə “Əgər doğru deyirsinizsə” yəni iddianızda doğrusunuzsa indi ölümü təmənni edin. Bunlar lənətləşməkdən boyun qaçırdılar. Necə ki bunu kəlamçılardan və başqalarından bir qrup belə təsbit etmişdirlər. İbn Cərir də birinci rəya yanaşdıqdan sonra ona meyl etmişdir. Çünki: De: ‘Əgər Allah yanında Axirət yurdu digər insanlara deyil, yalnız sizin üçün hazırlanıbsa ayəsinin yozumunda belə demişdir: Bu ayə Allah Təalanın Mədinədə yerləşən yəhudilərə qarşı gətirdiyi; haham və alimləri rüsvay etdiyi dəlillərdəndir. Belə ki, Allah Təala Nəbisinə onları aralarındakı bir mübahisəya görə ədalətli bir hökmə dəvət etdi. Eynən İsa haqqında ona müxalif olan digər Xristian firqəsini qəti nəticəya dəvət etdiyi kimi. yəhudi qrupuna, doğru deyirsinizsə, onda ölüm diləyin!’, dedi. Çünki əgər iddia etdiyiniz imanda və Allaha yaxınlıqda doğrusunuzsa, bunun sizə bir zərəri toxunmaz. Əksinə öldüyünüz təqdirdə mən də sizə istədiyinizi verərəm. Siz də dünyanın çətinliklərindən, dolanışıq sıxıntılarından canınız qutarar, Allahın cənnətlərində Allahın qonşuluğuna nail olarsınız, əgər iddia etdiyiniz kimi axirət yurdu xüsusi ilə sizə məxsusdursa. Əgər sizə bu verilməsə insanlar sizin haqsız bizim haqlı olduğumuzu başa düşər. Sizin və bizim vəziyyətimiz aşkara çıxar. yəhudilər isə bunu qəbul etmədilər. Çünki ölümü istədikləri təqdirdə, məhv olub dünyalarının əldən cıxacağını və axirətdə əbədi rüsvayçılığa düçar olacaqlarını bilirdilər. Necə ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) ilə İsa əleyhissalam barəsində mübahisədən sonra lənətləşməkdən imtina edən Xristian əhalisi də belə etmişdilər.
Bu kəlamın əvvəli gözəldir sonunda isə etiraz yeri vardır, belə ki, bu yozuma görə onlara qarşı dəlil yoxdur. Deyilə bilər ki, onların iddialarında doğru olmalarını iddia edtmələri o demək deyil ki, onlar ölüm istəməlidirlər. Salehliknən ölümü istəmək arasında birbaşa əlaqə yoxdur. Nə qədər salehlər var ki, ölümü arzulamır. Əksinə daha uzun yaşamaq istəyarlər ki xeyirləri artsınvə cənnətdəki dərəcəsi yüksəlsin. Necə ki, hədisdə belə deyilmişdir. Ən xeyirliniz Ömrü uzun olub əməli gözəl olanınızdır. (Tirmizi, Əhməd) Onlar bununla bərabər belə deya bilərdilər: Siz də ey Müsəlmalar, cənnətlik olduğunuza inanırsınızsa , niyə siz də sağlam olduğunuz zaman ölümü istəmirsiniz, belə isə sizə lazım olmayanı bizim üçün necə istəyirsiniz. Bütün bunlar ayəni belə təfsir etməkdən qaynaqlanır. Amma İbn Abbasın təfsirinə görə heç bir şey lazım gəlməz. Əksinzə onlara yarım bir söz deyilər: Əgər başqaları deyil ancaq sizlər Allahın dostları, Allahın oğulları və sevimliləri və sizlərin cənnətlik, sizdən başqalarının cəhənnəmlik olduqlarına etiqad edirsinizsə, bunun üçün lənətləşin sizdən və ya başqalarınndan yalançı olana bəddua edin. Bilin ki, lənətləşmə heç şübhəsiz ki, yalançının kökünü qazıyar. Bunu qəti bir şəkildə bilib doğru olduğunu başa düşdükdə lənətləşmədən üz çevirdilər. Çünki yalanlarını iftiralarını və Rəsulullah (salləllahu aleyhi və səlləm)in xüsusiyyat və vəsiflərini gizlədiklərini bilirdilər. Onu oğullarını tanıyırmış kimi taniyər və haqq bilərdilər. Beləcə hər kəs onların haqsızlıq rüsvayçılıq azğınlıq və inadkarlıqlarını bildi.Allah onlara qiyamət gününə qədər ardı arası kəsilməyan lənət etsin. Bu lənətləşməya təmənna deyildi. Çünki haqlı olan hər kəs Allahdan haqsız olan düşmənini həlak etməsini istəyar. Xüsusi ilə də sübutu həqiqət və açıq aşkar olarsa. Lənətləşmə də ölümlə idi. Çünki onlara görə həyat qiymətli və böyük bir şeydir. Çünki ölümdən sonralarının pis olacağını bilirdilər. Buna görədir ki, Allahu Təala: Onlar öz əllərinin etdiyinə görə bunu heç vaxt diləməzlər. Allah zalımları tanıyır. Sən onların həyata bütün insanlardanhəris olduqlarını görəcəksən. yəni uzun yaşamaq istəyarlər, çünki gələcəklərinin pis olduğunu və Allah qatındakı aqibətlərinin ziyan içərisində olacağlarını bilirlər. Çünki dünya möminin zindanı, kafirin cənnətidir. Onlar mümkün olduğu qədər axirət həyatlarının gecikməsini istəyarlər. Amma qorxduqları başlarına gələcəkdir. Hətta onlar kitabları olmayan müşrikərdən daha hərisdirlər. Bu da xüsusinin ümumiya bağlanması — qəbilindəndir.
İbn Əbi Hatim belə demişdir: Bizə Əhməd İbn Sinan, o da Əbdurrəhman İbn Mehdidən, o da Sufyandan, o da Aməşdən, o da Müslim əl Batiindən o da Səid İbn Cubeyrdən rəvayət etdi ki, İbn Abbas: “Müşriklərdən” sözünü əcəmlərdən deya təfsir etmişdir. Hakim də Müstədrəkində bunu Sevrinin hədisi olaraq rəvayət etmiş, və: Buxari ilə Müslimin şərtlərinə uyğundur, lakin kirablarına daxil etməmişdirlər, demişdir. Və belə demişdir: İkisi də səhabənin təfsiri üzərində ittifaq etmişdirlər. Həsən Bəsri dəSən onların həyata bütün insanlardanhəris olduqlarını görəcəksən ayəsi haqqında belə demişdir: Münafiq insanların ən hərisidir. O həyata qarşı müşrikdən daha hərisdir.
“biri istər ki.” yəni yəhudilərdən hər biri istər ki, deməkdir. Necə ki sözün axını da bunu göstərir. Əbu Aliyə də: O məcusidir, demişdir. Bu da birinciya qayıdır.
“Min il ömür sürməsini istər”Aməş, Müslim əl Batindən, o da Səid İbn Cubeydən rəvayət edir ki, İbn Abbas Onlardan biri min il ömür sürməsini istər. ayəsi haqqında, bu farsların dəh həzar sal — on min il deməsi kimidir. Səid İbn Cubeyrdən də belə deməsi rəvayət edilmişdir. İbn Cərir belə demişdir: Bizə Muhamməd İbn Əli İbn Hüseyn İbn Şaqiqdən, o da atasından o da, Əbu Həmzədən, o da Aməşdən, o da Mucahiddən rəvayət edir ki, İbn Abbas belə demişdir:Onlardan biri min il ömür sürməsini istər ayəsi haqqında bu əcəmlərin sözüdür. Onlar həzər sal (min il) Novruz və Mehircan deyarlər. Mucahiddə bu ayədə belə demişdir: Onlara ömür boyu günah işləmək sevdirildi. Mucahid İbn İshaqdan, o da Muhamməd İbn əbi Muhamməddən, o da Səid İbn Cubeyrdən və ya İkrimədən rəvayət edir ki, İbn Abbas uzun ömür belə onu əzabdan uzaqlaşdıra bilməz. ayəsi haqqında Onu əzabdan xilas edəcək deyildir, demişdir. Çünki müşrik ölümdən sonra dirilməyi gözləməz. Bu səbəblə uzun həyatı sevər. yəhudi də Tövratı təhrif etdiyi üçün axirətdə rüsvay olacağını bilir. Əhvidən rəvayət edilir ki, İbn Abbas uzun ömür belə onu əzabdan uzaqlaşdıra bilməz ayəsində Onlar Cəbrayıla düşmən olanlardır, demişdir. Əbu-Aliyə ilə İbn Ömər də: Onu əzabdan nə xilas edəcək,nə də qurtaracaq deyildir, demişdir. Əbdurrəhman İbn Zeyd bu ayə haqqında yəhudi həyata qarşı bunların ən hərisidir. Bunlar min il yaşamaq istımişdirlər, ama yaşasalar belə bu onları əzabdan xilas etməz. Necə ki, İblisin ömrü də kafir olduğu üçün ona fayda vermədi. Allah onların nə etdiklərini görür. yəni qullarının istər xeyir və ya şər olsun nə edəcəyindən xəbərdardır, onu görməkdədir. Hərkəsə əməlinin əvəzini verəcəkdir.
-
95
Onlar öz əllərinin etdiyinə görə bunu heç vaxt diləməzlər. Allah zalımları tanıyır.
94-cü ayənin təfsirinə bax.
-
96
Sən onların həyatına bütün insanlardan, hətta müşriklərdən də daha həris olduqlarını görəcəksən. Onlardan hər biri min il ömür sürməsini istər. Halbuki uzun ömür belə onu əzabdan uzaqlaşdıra bilməz. Allah onların nə etdiklərini görür.
94-cü ayənin təfsirinə bax.
-
97
De: “Cəbrailə düşmən olan kəs, Allahın izni ilə özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən kimi sənin qəlbinə o nazil etmişdir”.
İbn Cərir Təbəri belə demişdir: Bütün təfsir alimləri bu ayənin İsrail oğullarından olan yəhudilər haqqında endirildiyinə icma etmişlər: Çünki onlar Cəbrailin özlərinin düşməni, Mikailin də dostları olduğunu iddia etmişlər. Sonra bunun səbəbində ixtilaf etmişlər. Bəziləri bunun səbəbi onlarla Rəsulullah (salləllahu aleyhi və səlləm) arasında peyğəmbərliyi barəsində keçən mübahisədirdemişlər.
Bunlardan biri budur: Bizə Kureybdən, o da yunus İbn Bukeyrədən, o da Abdulhəmid İbn Bəhramdan, o da Şəhr İbn Havşəbdən rəvayət etdi ki, İbn Abbas belə demişdir: Bir qisim yəhudi, Rəsulullah (salləllahu aleyhi və səlləm)in yanına gəldilər, ey Qasimin atası, səndən soruşacağımız şeylərə cavab ver, onları ancaq bir rəsul bilər, dedilər. Rəsulullah salləllahu əleyhi və səlləm də: «İstədiyinizi soruşun, ancaq mənə Allaha üçünsöz verin ki, yaqub öz övladlarından aldığı söz kimi, söz verin, əgər sizə bir şey desəm, siz də onu bilsəniz məni təsdiq edib müsəlman olacaqsınız?» dedi. Onlar da sənə söz veririk, dedilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) də: istədiyinizi soruşun, dedi. Onlar da bizə bu dörd şeydən xəbər ver: İsrailin Tövrat enmədən əvvəl özünə haram etdiyi yeməkləri. Bizə qadının və kişinin suyundan xəbər ver; ondan kişi və qadın necə yaranır? Bizə Tövratda bəhs edilən yazıb oxumağı bilməyən Rəsuldan və ona vəhy gətirən mələkdən xəbər ver, dedilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) də: Allahla kəsdiyiniz əhdə siz cavabdehsiniz, əgər sizə bunları xəbər versəm mənə tabe olacaqsınızmı? «dedi. Onlar da söz və təminat verdilər. O da:» Tövratı Musaya endirən Allaha and olsun ki, İsrail-Yaqubun ağır xəstəliyə tutulduğunu, xəstəliyinin uzandığını, Allah üçün nəzir etdiyini: əgər Allah ona şəfa versə ən sevdiyi yemək və içkini özünə haram edəcəyini; ən sevdiyi yeməyin də dəvə əti, ən sevdiyi içkinin də dəvə südü olduğunu bilirsinizmi? «dedi. Onlar da: Allahım, Bəli, dedilər. O da: Allahım, onlara şahid ol, dedi. Özündən başqa heç bir məbud olmayan və Musaya Tövratı endirən Allaha and verirəm ki, deyin, bilirsinizmi, kişinin suyu qatı və ağ, qadının suyu da duru və sarıdır. Hansı üstün gəlirsə uşaq ondan olur və Allahın izni ilə ona bənzəyar. Kişinin suyu qadının suyuna üstün gəlirsə uşaq Allahın izni ilə kişi olur. Qadının suyu kişinin suyuna üstün gəlirsə, uşaq Allahın izni ilə qadın olur.Onlar da: Allahım (şahiddir ki), Bəli, dedilər. O da: Allahım, şahid ol, dedi. «Musaya Tövratı endirən Allah and veririəm ki, deyin, bilirsinizmi ki, bu yazıb oxuma bilməyən peyğəmbərin gözləri yatar, qəlbi yatmaz?» dedi. Onlar da: Allahım, Bəli, dedilər . O da: Allahım, şahid ol, dedi. Onlar da: İndi də bizə xəbər ver, sənin mələklərdən dostun kimdir? Məhz bu cavabın qarşılığında ya birləşər ya da ayrılarıq, dedilər. O da: Mənim dostum Cəbraildir, Allah nə zaman bir rəsul göndərdisə onun dostu Cəbrayildir, dedi. Onlar da: Bu cavabda, səndən ayrıldıq, əgər dostun başqa bir mələk olsaydı, səni qəbul edər və səni təsdiq edərdik, dedilər. O da «Onu təsdiq etmənizə mane olan nədir?» dedi. Onlar da: O bizim düşmənimizdir, dedilər. Bunun qarşılığında Allah Təala bu ayələri endirdi: “De: «Cəbrailə düşmən olan kəs bilsin ki,Allahın izni ilə Quranıözündən əvvəlkiləri təsdiqləyan kitab kimi sənin qəlbinə o nazil etmişdir»…. …Kaş bunu biləydilər!” (Əl-Bəqərə, 97- 103). O zaman qəzəb üstünə qəzəbə düçar oldular. Bunu İmam Əhməd də (2510) Əbunnadr Haşim İbn Qasimdən rəvayət etmişdir. Abd İbn Humeyd də təfsirində Əhməd İbn yunusdan, ikisi də Abdulhəmid İbn Bəhramdan belə rəvayət etmişlər. Onu yenə İmam Əhməd, Hüseyn İbn Məhəmməd əl-Mərvəzidən, o da Abd İbn Humeyddən, belə rəvayət etmişdir. Onu həmiçinin Muhamməd İbn İshaq İbn yasar da belə rəvayət etmişdir ki, bizə Abdullah İbn Abdurrahmən İbn Əbi Hüseyn o da Şəhr İbn Havşəbdən mürsəl (Səhabə qeyd olunmayən sənəd) olaraq rəvayət dərək bunu da əlavə etdi: Onlar dedilər ki, bizə Ravh nəql etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə dedi:sizə and verirəm Allaha və Onun İsrail oğullarına verdiyi günlərinə, mənə gələnin Cəbrayıl olduğunu bilirsinizmi ?. Onlar da: Allahım (şahiddir ki), Bəli, dedilər ancaq o bizim düşmənimizdir, dedilər. O şiddət və qan tökmə gətirən bir mələkdir. Əgər o olmasa idi, sənə tabe olardıq, dedilər. Allahu Təala da bunun qarşılığında: “De: «Cəbrailə düşmən olan kəs bilsin ki,Allahın izni ilə Quranıözündən əvvəlkiləri təsdiqləyan kitab kimi sənin qəlbinə o nazil etmişdir»…. ..Sanki bilmirlər!” (Əl-Bəqərə, 97-101)) ayəsini endirdi.
İmam Əhməd belə demişdir: Bizə Əbu Əhməd, o da Abdullah bin əl Vəlid əl-İclidən, o da Bukeyr İbn Şihapdan, o da Səid bin Cubeyrdən rəvayət edir ki, İbn Abbas belə demişdir: yəhudilər Rəsulullah (salləllahu aleyhi və səlləm)ə dedilər: Ey Qasimin atası, bizə beş şeydən xəbər ver, əgər bizə onları xəbər versən sənin Allah elçisi olduğunu qəbul edib, sənə tabe olarıq, dedilər. O da onlardan yaqubun öz oğullarından aldığı söz kimi söz aldı, «Allah dediyiğimizə vəkildir» (Yusuf, 66) dedi. Onlara soruşun, dedi. Onlar da bizə Allah elçisinin əlamətini xəbər ver, dedilər. O da Onun gözləri yatar, qəlbi yatmaz, dedi. Onlar da: bizə xəbər ver, uşaq necə kişi və qadın olur, dedilər. O da belə dedi: kişinin suyu qadının suyunu üstələyirsə kişi olur, qadının suyu kişinin suyunu üstələyirsə qadın olur. Onlar da: Bizə İsrailin özünə haram etdiyi şeyi xəbər ver, dedilər. O da belə dedi: xətəlikdən şikayət edirdi, bu və digər süddən başqa ağrısını sakitləşdirəcək bir şey tapa bilmədi. İmam Əhməd belə demişdir: Bəziləri dəvəni qəsd edib ətini haram etdi, demişlər. Onlar da: doğru dedin, dedilər. Bizə xəbər ver, bu göy gurultusu nədir, dedilər? O da: O Əziz və Cəlil olan Allahın mələklərindən mələkdir. Buludla vəzifəlidir. Əlində atəşdən bir toppuz vardır, onunla buludları Allahın istədiyi yerə aparar, dedi. Onlar da: bu eşitdiyimiz səs nədir, dedilər? O da: Onun səsidir, dedi. Onlar da: doğru dedin, dedilər. Onlar bir sual qaldı dedilər, əgər onu da xəbər versən sənə tabe olarıq, nə qədər rasul gəlibsə onlaraa vəhy gətirən bir mələk olmuşdur. Bizə xəbər ver, sənin dostun kimdir?, dedilər. O da: Cəbraill aleyhissalamdır, dedi. Onlar da O Cəbrail hərb, döyüş və əzab endirər, o bizim düşmənimizdir. Əgər rəhmət, yağış və bitki endirən Mikail desəydin olardı, dedilər. Bunun qarşılığında Allah Təala: “De: Cəbrailə düşmən olan kəs bilsin ki, … sənin qəlbinə o nazil etmişdir” ayəsini vəhy etdi. Bunu Tirmizi ilə Nəsai Abdullah İbn əl-Vəliddən rəvayət etmişlər. Tirmizi: Həsən qəripdir demişdir. Süneyd də təfsirində Həccac İbn Məhəmməddən, o da İbn Cureycdən rəvayət etmişdir ki, Qasim İbn əbu Bəzzə belə demişdir: yəhudilər Rəsulullah (salləllahu aleyhi və səlləm)dən ona vəhy gətirən mələyi soruşdular. O da Cəbrail, dedi. Onlar da: O bizim düşmənimizdir, o ancaq şiddət, hərb və döyüş gətirir, dedilər. Bunun qarşılığında bu ayə endi.“De: Cəbrailə düşmən olan kəs bilsin ki… İbn Cərir demişdir: Mucahid belə demişdir: yəhudilər, ya Məhəmməd, Cəbrayıl ancaq şiddət və döyüş endirər, o bizim düşmənimizdir, dedilər. Bunun qarşılığında “De: Cəbrailə düşmən olan kəs bilsin ki,…” ayəsi endi.
Buxari də belə demişdir: Bu ayə qarşılığında İkrimə belə demiştir: cəbrə, mikə və israfi qul deməkdir. İyl da Allahdır. Bizə Abdullah İbn Münir Abdullah bin Bəkrdən, o da Humeyddən rəvayət etdi ki, Ənəs İbn Malik dedi ki: Abdullah İbn Salam Rəsulullah (salləllahu aleyhi və səlləm)in gəlişini eşitdi. O bağında meyvə toplayırdı. Rəsulullah (salləllahu aleyhi və səlləm)in yanına gəldi: Səndən üç sual soruşacam, onları ancaq bir rəsul bilər, dedi: Qiyamətin ilk əlaməti nədir? Cənnət xalqının ilk yeməyi nədir? Uşaq atasına və ya anasına necə oxşayər? O da: Bunları mənə bir az əvvəl Cəbrail xəbər verdi, dedi, O da: Cəbrail? dedi. O da: Bəli, dedi. Abdullah da: O mələklər arasında yəhudilərin düşmən seçdiyidır, dedi. Rəsulullah da “De: «Cəbrailə düşmən olan kəs bilsin ki, … Quranı …sənin qəlbinə o nazil etmişdir” ayəsini oxudu. Qiyamətin ilk əlaməti: İnsanları şərqdən qərbə aparan bir atəşdir, dedi. Cənnət xalqının ilk yeməyi balıq ciyaridir, dedi. Kişinin suyu qadının suyunu üstələsə uşaq atasına oxşuyar, qadının suyu kişinin suyunu üstələsə uşaq anasına oxşuyar. O da: Şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur və sən də Allahın Rasulusan. ya RasulAllah, yəhudilər böhtançı bir qövmdür, onlar mənim müsəlman olduğumu məni onlardan soruşmazdan əvvəl bilsələr mənə böhtan atarlar, dedi. yəhudilər gəldilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) onlara: «Abdullah İbn Salamı necə tanıyırsınız? dedi. O da: Ən yaxşımızdır, ən yaxşımızın oğludur, başçımız, başçımızın oğludur, dedilər. O da: Bəs Abdullah İbn Salam müsəlman olsa, dedi? Onlar da: Allah qorusun, dedilər. Abdullah çıxdı: Şəhadət edirəm ki, Allahdan başqa heç bir ilah yoxdur və şəhadət edirəm ki, Məhəmməd Onun Rasuludur, dedi. Onlar da: O ən pisimiz, ən pisimizin oğludur dedilər və onu pislədilər. O da: Bax qorxduğum bu idi, Ey Allahın Rəsulu, dedi. Bunu bu yolla yalnız Buxari rəvayət etmişdir. Buxarı ilə Müslim onu başqa bir yolla Ənəsdən buna oxşar şəkildə rəvayət etmişlər. Səhih Müslimdə də Rəsulullah (salləllahu aleyhi və səlləm)in azad etdiyi köləsi Səvbandan gələn buna yaxın bir rəvayət vardır. İrəlidə gələcəkdir inşAllah. Buxari yuxarıda İkrimədən gəldiyi şəkildə, iyl Allah mənasındadır, demişdir. Bunu Sufyan Sevri də Hasifden, o da İkrimədən rəvayət etmişdir. Bunu Abd İbn Humeyd, İbrahim bin əl-Hakimdən, o da atasından, o da İkrimədən rəvayət etmişdir. Bunu İbn Cərir Hüseyn İbn yezid ət-Tahhandan, o da İshaq İbn Mansurdan, o da Qeys bin Asimdən rəvayət etmişdir ki, İkrimə: Cibril Ubeydullah mənasındadır, demişdir. Mikail də Abdullah. İyl də Allahdır. Bunu yezid ən Nəhvi də İkrimədən, o da İbn Abbasdan eynilə rəvayət etmişdir. Bir çox Sələflər də belə demişlər, yaxında gələcəkdir.
Bəziləri də belə demişlər: İyl qul mənasındadır. Başqa bir mənada O Allahın adıdır. Çünki iyl sözü hamısında dəyişməməkdədir. Abdullah, Əbdurrəhman, Abdulmalik, AbdulQuddus, Abdussəlam, Abdulkafi və Abdulcəlil kimidir. Abd bütün bunlarda vardır. Abd sözünə qoşulan adlar müxtəlifdir. Cəbrail, Mikail, Əzrail, İsrafil və s, də elədir. Ərəbcənin xaricindəki dillərdə qoşulan adlar əvvələ keçir. Allah ən doğrusunu biləndir.
Sonra İbn Cərir demişidir: digərləri isə belə demişdir; Xeyr, onların belə demələrinin səbəbi onlarla Ömər bin Xəttab arasında Rəsulullah (salləllahu aleyhi və səlləm) mövzusunda bir müzakirə olmasıdır. (Bunu deyanlər:) Mənə Məhəmməd İbn əl-Musənna rəvayət etdi, o daRibi İbn Aliyə rəvayət etdi, o da Davud İbn Əbu Hinddən rəvayət edir ki, Şabi belə demişdir: Ömər İbn Xəttab Rovha adlı bir yerə gəldi, namaz qılmaq üçün bir neçə adamın bir daşa tərəf qaçdıqlarını gördü. «Bunlara nə olub?» dedi. Iddialarına görə Rəsulullah (salləllahu aleyhi və səlləm) burada namaz qılmış, dedilər. O da bundan xoşlanmadı və Rəsulullah (salləllahu aleyhi və səlləm) namaz vaxtı bu vadiya gəldiyi üçün burada namaz qılmışdır, dedi. Sonra hərəkət edib oradan ayrıldı. Sonra onlarla danışmağa başladı, belə dedi: Mən yəhudilərin dərs günlərinə gedərdim. Tövratın Quranı təsdiq etməsindən, Quranın da Tövratı təsdiq etməsindən xoşlanırdım. Bir gün onlarların yanında olduğum vaxt Ey Xəttabın oğlu, səndən çox sevdiyimiz kimsə yoxdur, dedilər. Mən də nə üçün?, dedim. Onlar da: çünki sən hərdənbir bizə qoşulur və bizim yanımıza gəlirsən dedilər. Mən də: Mən sizin yanınıza Quranın Tövratı təsdiq etməsindən xoşlandığım üçün gəlirəm, dedim. Onlar da, Ey Xəttabın oğlu, bax dostun (Rəsulullah) gedir. Ona çat, dedilər. Mən də o zaman onlara: «Özündən başqa ilah olmayan Allah üçün, sizə olan haqqı üçün, sizə verdiyi kitab haqqı üçün, onun rasul olduğunu bilirsinizmi?» dedim. Deyir ki, susdular, alimləri və böyükləri: sizə ağır and verdi, ona cavab verin, dedi. Onlar da: alimimiz və böyüyümüz sənsən, ona cavab ver, dedilər. O da: madam ki, bizə bu qədər ağır and verdin, biz onun rasul olduğunu bilirik, dedi. Mən də: təəssüflər olsun sizə, elə isə həlak oldunuz, dedim. Onlar da biz həlak olmamışıq, dedilər. Mən də: necə onun rasul olduğunu bildiyiniz halda ona tabe olmur və onu təsdiq etmirsiniz, dedim. Onlar da: bizim mələklərdən düşmənimiz olan da vardır, dost olduğumuz da vardır. O isə rasulluğunu bizim düşmənimiz mələklə edir, dedilər. Mən də: Sizin düşmanınız və dost olduğunuz kimdir, dedim? Onlar da: Düşmənimız Cəbrail, dost olduğumuz da Mikaildir, dedilər. Mən də: Cəbrailə nə səbəbdən düşmənçilik edirsiniz, Mikaillə nə səbəbdən dostluq edirsiniz?, dedim. Onlar da: Cəbrail sərtlik, kobudluq, ağırlıq, çətinlik, əzab və bu kimi şeylərin mələyidir. Mikayil isə rəhmət, şəfqət, mərhəmət, rahatlıq və bu kimi şeylərin mələyidir. dedilər. Mən də: O ikisinin Allah qatındakı yeri necədir, dedim? Onlar da: Biri Onun sağında, digəri də solunda olur, dedilər. Mən də: Özündən başqa heç bir məbud olmayan Allaha and olsun ki, o ikisi də və aralarındakı da özlərinə düşmən olanlara düşməndir, dost olanlara dadosturlar. Cəbrayılın Mikailə düşmən olduğu ilə dost olması, Mikailə də Cəbrayılın düşmən olduğu ilə dost olması yaraşmaz, dedim. Sonra da qalxdım, Rəsulullah (salləllahu aleyhi və səlləm)in arxasınca getdim. Ona bir qəbilənin böyük qapısının içindəki kiçik qapıdan çıxarkən çatdım. Mənə: Ey Xəttabın oğlu, mənə az əvvəl enən ayələri oxuyummu, dedi? Mənə: “De: «Cəbrailə düşmən olan kəs bilsin ki, … Quranı …sənin qəlbinə o nazil etmişdir” ayəsini və bir neçə ayə oxudu. Mən də: Atam anam sənə fəda olsun, səni haqq rasul olaraq göndərən Allaha and içirəm ki, sənə bunu xəbər vermək istəyirdim. Lətif və hər şeydən xəbərdar olan Allah sənə məndən əvvəl xəbər verdi, dedim.
İbn Əbi Hatim belə demişdir: Bizə Əbu Səid əl-Əşəc Əbu Üsamədən, o da Mücalitdən rəvayət etdi ki, Amir dedi ki: Ömər bin Xəttab yəhudilərin yanına getdi. «Musaya Tövratı endirən Allah andverirəm ki deyin,, Muhəmmədi kitablarınızda görürsünüzmü?» dedi. Onlar da: Bəli, dedilər. O da: Elə isə ona nə üçün tabe olmursunuz, dedi. Onlar da: Allah nə zaman bir rasul göndərdisə, ona bir mələk vermişdir. Onun mələyi isə Cəbraildir. O bizim düşmənimiz olan mələkdir. Mikail isə dostumuzdur. Əgər ona Mikail gəlsəydi müsəlman olardıq, dedilər. O da: Musaya Tövratı endirən Allaha and verirəm ki, deyin bu ikisinin Allah qatındakı yeri nədir, dedi? Onlar da: Cəbrail sağında, Mikail də solundadır, dedilər. Ömər də belə dedi: Mən də şahidlik edirəm ki, o ikisi ancaq Allahın icazəsi ilə enərlər. Mikail, Cəbrailin düşməni ilə dost olmaz, Cəbrayıl da Mikailin düşməni ilə dost olmaz, dedi. Onlar bu haldaykən Rəsulullah (salləllahu aleyhi və səlləm) yanlarından keçdi. Onlar da: Ey Xəttabın oğlu, bax dostun gedir, dedilər. Ömər də qalxdı onun yanına getdi. Allah Təala da: “Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir.” ayəsini endirdi. Bu iki sənəd də Şabinin Ömərdən hədis dinlədiyni göstərir. Ancaq onunla Ömər arasında qopuqluq var. Çünki Şabi Öməri həyata ikən görməmişdir. Allah ən doğrusunu biləndir.
İbn Cərir belə demişdir. Bizə Bişr, o da yəzid İbn Zürayğdan, o da Səiddən rəvaət edir ki, Qatadə demişdir: Bizə rəvayət edildiyinə görə Ömər İbn Xəttab bir gün yəhudilərin yanına getdi. Onu gördükdə yaxşı qarşıladılar. Ömər də onlara Allaha and içirəm ki, mən sizi sevdiyim və sizə olan rəğbətim üçün gəlmədim. Ancaq sizdən nəsə eşitmək üçün gəldim, dedi. Onlardan bəzi şeylər soruşdu. Onlar da ondan soruşdular. “Sizin vəhy mələyiniz kimdir? dedilər” O da Cəbrayıldır, dedi. Onlar da bizim göydəki düşmənizmizdir dedilər. Muhəmmədi sirrimizdən xəbərdar edir. Gəldiyi zaman isə müharibə və qıtlıq gətirir, dedilər. Ancaq bizim mələyimiz Mikayıldır. O gəldiyi zaman bolluq və sülh gətirir., dedilər. Ömər də onlara Cəbrayılı tanıyırsınız, Muhəmmədi inkar edirsiniz?, dedi. Ömər onlardan uzaqlaşdı. Danışdıqlarını başa düşmək üçün Peyğəmbər (salləllahu aleyhi və səlləm)ə yönəldi. Ona rast gələndə ona“De: «Cəbrailə düşmən olan kəs bilsin ki, … Quranı …sənin qəlbinə o nazil etmişdir”ayələri enmişdi.
Sonra İbn Cərir belə dedi: Bizə Müsənna, o da Adəmdən, o da Əbu Cəfərdən rəvayət etdi ki, Qatadə belə demişdir: Bizə gəlib çatan xəbərə görə Bir gün Ömər yəhudilərin yanına getmişdi, və beləcə rəvayətin ardını danışdı. Bu isnad Adəmin təfsirin də də qırıqdır. Bunu Əsbat da Suddidən, oda bu şəkildə Ömərdən rəvayət etmişdir. Bu da qırıqdır. İbn Əbi Hatim belə demişdir. Bizə Muhamməd İbn Əmmar, O da Əbdurrəhmandan, yəni Dəştəkidən rəvayət etdi, o da əbu Cafərdən, o da Husayn İbn Əbdurrəhmandan, o da Əbdurrəhman İbn əbi Leyladan rəvayət edir ki, Bir yəhudi, Ömər İbn Xəttab ilə qarşılaşdı: yəhudi ona dostunuza vəhiy gətirən Cəbrayil bizim düşmənizmidir dedi. Ömər də “Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir,” dedi. Deyir ki, Ayə Ömərin diliylə endi. Bunu Abd İbn Umeyd, Əbu Nadir Haşım İbn Qasimdən o da Əbu Cəfər ər Razidən rəvayət etmişdir. İbn Cərir belə demişdir: Mənə Yaqub İbn İbrahim, o da Hüşeymdən, o da Hüseyn İbn Əbdurrəhmandan rəvayət etdi ki, İbn Əbu Leyla Cəbrailə düşmən olan kəs bilsin kiayəsi haqqında belə demişdir. yəhudilər müsəlmanlara əgər sizə Mikayıl ensə idi müsəlman olardıq çünki o rəhmət və yağışla enir. Cəbrayıl isə əzab və qəzəblə enir. Bunun üzərinə bu ayə endi. Mənə
yaqub, o da Hüşeymdən, o da Abdulmalikdən o da Atadan eynisini rəvayət etdi. ƏbdurRazzak belə demişdir: Bizə Mamər rəvayət etdi ki, Qatadə Cəbrailə düşmən olan kəs bilsin ki… ayəsi haqqında belə demişdir. yəhudilər Cəbrayıl bizim düşmənimizdir, çünki, o şiddət və qıtlıqla enər, Mikayıl isə bolluq, sağlamlıq və bərəkətləenər. Cəbrayıl bizim düşmənimizdir dedilər. Allah Təala bu ayəni endirdi.Ayənin təfsiri: “De: «Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı … sənin qəlbinə o nazil etmişdir» yəni kim Cəbrailə düşmənçilik edərsə bilsin ki, o əmin ruhdur. Hikmətli zikir olan Quranı sənin qəlbinə Allahın icazəsi ilə o endirdi. O Allahın mələk elçilərindən biridir. Kim bir elçiya düşmənçilik edərsə bütün elçilərə düşmənçilik etmiş olur. Necə ki, bir peyğəmbərə iman edən bütün peyğəmbərlərə iman etmiş olur. Eyni şəkildə bir peyğəmbəri inkar edən bütün peyğəmbərləri inkar etmiş olur. Necə ki, Allah Təala belə demişdir: “Allahı və Onun elçilərini inkar edənlər, Allahı Onun elçilərindən ayırmaq istəyib: «Biz o elçilərin bəzisinə inanır, bəzilərinə isə inanmırıq!»– deyanlər və bunun arasında bir yol tutmaq istəyanlər məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.” (Nisə, 150-151) Onların həqiqi kafirlər olduqlarına hökm etdi, çünki onlar peyğəmbərlərin bir qisiminə iman etdilər, bir qismini inkar etdilər. Eyni şəkildə Cəbrailə düşmən olan da Allahın düşmənidir. Çünki Cəbrail əmri özbaşına endirməz, ancaq Rəbbinin icazəsi ilə endirər. Necə ki, belə demişdir: “Mələklər dedi: «Biz dünyayə ancaq sənin Rəbbinin əmri ilə enirik….(Məryam, 64). Və Allah Təala belə demişdir: “Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir. Onu əmin Ruh (Cəbrail) endirdi sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan.”(Şuəra, 192-194). Buxari Səhihində Əbu Hureyrədən rəvayət etmişdir, Rəsulullah səlləlləhu aleyhi və səlləm belə demişdir: Kim bir vəli quluma düşmənçilik edərsə , mənə açıq aşkarhərb etmiş olur. Bunun üçündür ki, Cəbrailə düşmənçilik edənlərə qəzəblənmiş və belə demişdir: “Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyan və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir». yəni əvvəlki kitabları təsdiq etmək üçün, deməkdir. “O möminlər üçün hidayət və müjdədir” yəni qəlbləri üçün hidayət və onları cənnətlə müjdələmədir. Bu da ancaq möminlər üçündür. Necə ki belə demişdir: “De: “O, iman gətirənlərə doğru yol göstəricisi və şəfadır”. (Fussilət, 44).
Allah Təala belə demişdir: “Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik.”(Isra, 2). Sonra Allah Təala belə deyir: “Kim Allaha, mələklərinə, elçilərinə, Cəbrailə və Mikailə düşmən olsa, şübhəsiz ki, Allah da kafirlərin düşmənidir”. Allah Təala “Kim mənə, mələklərimə və elçilərimə düşmən olursa” deyir. Onun elçiləri mələklərdən və insanlardan olanları ehtiva edir. Necə ki, belə buyurmuşdu “Allah mələklərdən də elçilər seçir, insanlardan da.” (Həcc, 75). “Cəbrailə və Mikailə” bu da xüsusinin ümumiya aid edilməsindəndir. Çünkü hər ikisi ümumi elçilər olaraq mələklərə daxil olsa da sonradan ayrıca göstərilmişlər. Çünki sözün gəlişi Cəbrailin müdafiəsi ilə əlaqədardır. O da Allahla elçiləri arasında səfirdir, elçidir. yanında Mikayılın daqeyd edilməsi də söz gözəlliyi üçündür, çünki yəhudilər Cəbrailin düşmənləri, Mikailin də dostları olduğunu iddia etdilər. Allah Təala da onlara bunlardan birinə düşmən olanın digərinə də, Allaha da düşmən olduğunu bildirdi. Bir də Mikail bəzi zamanlarda Allahın elçilərinə gələr. Necə ki, işin başında Rəsulullaha da gəlmişdi. Ancaq Cəbrail daha çox gəlmiş və vəzifə də onun idi. Mikayil isə bitki və yağışla vəzifəlidir. O hidayətlə, bu isə ruzi ilə vəzifəlidir. Necə ki İsrafil də qiyamət günündə dirilmək üçün sura üfürməklə vəzifəlidir. Bunun üçündür ki, Səhihdə belə gəlmişdir: Rəsulullah səlləllahu aleyhi və səlləm gecə qalxdığı zaman belə deyardi: Cəbrailin, Mikailin və İsrafilin Rəbbi Allahım, ey göylərin və yerin yaradıcısı, qeybi və aşkarı bilən, ixtilaf etdikləri şeydə qullarının arasında sən haqq ilə hökm verirsən. Mənə ixtilaf edilən haqqı icazənlə göstər. Şübhəsiz ki, sən istədiyini doğru yola hidayət edənsən. Buxarinin nəql etdiyi şey də yuxarıda qeyd edilmişdir. Bunu İbn Cərir də İkrimədən və digərlərindən rəvayət etmişdir ki, O demişdir Cəbrə, Mika və Israfi qul, Iyl də Allah mənasındadır.
İbn Əbi Hatim belə demişdir: Bizə Əhməd İbn Sinan Əbdurrəhman İbn Mehdidən, o da Sufyandan, o da Aməşdən, o da İsmail İbn Əbi Rəcadan, o da İbn Abbasın azad etdiyi köləsi Umeyrdən rəvayət etdi ki, İbn Abbas belə demişdir: Cibril ləfzi Abdullah və Əbdurrəhman kimidir. Cəbrə: Qul, Iyl də Allahdır, deyilmişdir. Muhəmməd İbn İshaq, o da Zuhridən odaƏli bin Hüseyndən: “Bilirsinizmi Cəbrail adı sizin adlarınızdan hansıynan eynidir ?” dedi. Biz də: Bilmirik, dedik. O da: Abdullahdır, dedi. «Mikail nə deməkdir?» dedi. Biz də: Bilmirik, dedik. O da: Ubeydullahdır, dedi. Sonunda İyl ləfzi olan bütün adlar əziz və cəlil olan Allaha aiddir. İbn Əbi Hatim belə demişdir: İkrimə, Mucahid, Dəhhaq və yəhya İbn yaamərdan da belə rəvayət edilmişdir. Sonra da belə demişdir: Mənə atam Əhməd İbn Əbuhavaridən, o da Əbdüləziz İbn Umeyrdən rəvayət etdi ki: Mələklərin içində Cəbrail Allahın xidmətçisidir. Bunu Əbu Süleyman Dəraniyə rəvayət etdim, səksəndi: Bu hədis mənim üçün bu dəftərdəkilərin hamısından daha xoşdur, dedi. Cəbrail və Mikail sözlərində daha başqa lüğət və qiraətlər vardır, bunlar lüğət və qiraət kitablarında keçir. Onları zikr edərək kitabımızı uzatmaq istəmədik. Ancaq mənayə və ya hökmün başa düşülməsinə kömək edəcək bir şey olsa onu qeyd edərdik. Güvənimiz və köməyimiz Allahdır. “Şübhəsiz ki, Allah da o kafirlərə düşməndir.” Burada əvəzlik yerinə sözün özü istifadə edilmişdir. Çünki, fəinnəhu aduvvin lilkafirin deməmişdir. Şair də belə demişdir:
Istərsən varli ol , istərsən kasib,
Ölüm həyatını zəhərlər sənin
Nə qədər sürətli getsəndə bir gün,
Haqlar ölüm səni, bunu bil yaqin
Başqa biri də belə demişidir:
Kaşki dayənmadan hey qarıldayən qarğanın
O Qarğanın şah damarı kəsiləydi.
Allahın bu ismi burada qeyd etməsi mənanı təsbit etmək və aydınlaşdırmaq üçündür. Allahın bir vəlisinə düşmənlik edənin Allaha düşmən olduğunu bildirmək üçündür. Kim də Allaha düşmən olarsa Allah da onun düşmənidir. Kimdə onun düşməni olarsa dünya və axirətini zay etmişdir. Necə ki, Kim bir vəli quluma düşmənçilik edərsə, mən ona müharibə elan edərəm hədisi yuxarıda qeyd edilmişdir. Başqa bir hədis belədir: Döyüşən şir necə intiqam alarsa mən də övlüyalarımın (dostlarımın) intiqamını belə alaram. Səhih hədisdə belə deyilmişdir. Mən də kimin düşməni olsam ona qalib gələrəm.
-
98
Kim Allaha, Onun mələk-lərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir.
97-ci ayənin təfsirinə bax.
-
99
Biz sənə aydın başa düşülən dəlillər nazil etdik ki, onları da yalnız fasiqlər inkar edərlər.
İmam Əbu Cəfər: “Biz sənə aydın başa düşülən dəlillər nazil etdik” ayəsində belə demişdir: yəni ey Muhəmməd, sənə elçiliyini göstərən açıq əlamətlər nazil etdik. Bu ayələr də Allahın kitabında qeyd edilən yəhudilərin gizli elmləri, gizli sirr və xəbərləri və ilk İsrail oğullarının məlumatlarıdır. Bu məlumatlar onların kitablarında idi. Bunları ancaq haham və alimləri bilərdilər. Bunlar Tövratda qeyd edilib əvvəlkilərin və sonrakıların təhrif etdikləri şeylər idi. Buna görə də Allah Təala nəbisi Muhəmmədə nazil etdiyi kitabda bunları qeyd etmişdir. Bunlar da insaflı davrananlar, həsəd və ehtiras üzündən özünü həlak etməyənlər üçün aydın ayələrdir. Çünki hər sağlam fitrət sahibi olan insanda Muhəmməd səllAllahu aleyhi və səlləmin gətirdiyi şeyləri təsdiq edəcək bir əsas vardır. O bunları heç bir insandan öyrənmədən və heç bir kəsdən məlumat almadan bildirdi, Allah qatından gətirdi. Necə ki, Dahhaq rəvayət etmişdir ki İbn Abbas “Biz sənə aydın başa düşülən dəlillər nazil etdik” ayəsində belə demişdir: Sən bunları onlara oxuyur və səhərdən axşamadək onlara xəbər verirsən. Sən onların fikrincə oxuyub yazma bilməyənsən və kitab oxumamısan. Əllərindəki şeyləri onlara olduğu kimi xəbər verirsən. Allah Təala buyurur ki, bütün bunlarda onlar üçün ibrət və açıqlama vardır, əleyhlərinə dəlil vardır deyir, kaş ki, biləydilər!
Muhəmməd İbn İshaq belə demişdir: Mənə Muhəmməd İbn Əbi Muhəmməd o da İkrimədən və yaxud Səid bin Cubeyrdən rəvayət etdi ki, İbn Abbas belə demişdir: İbn Surya əl-Fityuni, Rəsulullah səlləllahu aleyhi və səlləmə: Ey Məhəmməd, bizə tanıdığımız bir şey gətirmədin, Allah da sənə açıq bir ayə nazil etməmişdir ki, sənə tabe olaq, dedi. Bunun qarşılığında Allah Təala: “Biz sənə aydın başa düşülən dəlillər nazil etdik ki, onları da yalnız fasiqlər inkar edərlər” ayəsini endirdi. Malik İbn Sayf də belə demişdir: Rəsulullah səlləllahu aleyhi və səlləm göndərildikdə, onlara (yəhudilərə) aldıqları vədləri və Muhəmməd salləllahu əleyhi və səlləm haqqında verdikləri əhdi xatırlatdı. Allaha and olsun ki, Allah bizdən Muhəmməd haqqında söz almadı və o barədə bizə əmr vermədi, dedilər. Bunun qarşılığında: “Onlar hər dəfə əhd bağladıqda içərilərindən bir dəstə onu pozmurmu?” ayəsi endi. Həsən Bəsri, “əksinə, onların əksəriyyati iman gətirməzlər” sözündə də: Bəli, yer üzündə nə qədər etdikləri əhd varsa hamısını pozdular. Bu gün andlaşarlar, sabah pozarlar, demişdir. Suddi də: Məhəmməd səlləllahu aleyhi və səlləm gətirdiyi şeylərə iman etməzlər, demişdir. Qatadə də “içərilərindən bir dəstə onu pozmurmu?” sözündə: içlərindən bir qrup onu pozar( nəqadə), demişdir.
İbn Cərir də belə demişdir: Ayədə qeyd edilən nəbz sözünün əsli atmaq və buraxmaqdır. Bu səbəblə atılmış uşağa mənbuz, deyilmişdir. Nəbiz də suyun içinə buraxılan quru xurma və üzümdür. Ebul Əsvəd əd-Duəli belə demişdir:
Ünvanına baxdım, onu atdım,Sənin köhnə ayəqqabını atdığın kimi.
Mən də deyirəm ki: Allah onları bərk yapışıb yerinə yetirmələri lazım gələn andlaşmaları tərk etdikləri üçün qınamışdır. Bunun üçündür ki, bunun arxasınca özlərinə və bütün insanlara göndərilən elçiləri yalanlamalarından bəhs etmişdir. O elçi ki, onun sifət, xüsusiyyat və xəbərlərini kitaplarında tapmaqdadırlar. Ona tabe olmaq, onu dəstəkləmək və ona kömək etməklə əmr olunmuşdurlar. Necə ki, Allah Təala belə buyurmuşdur: “O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər.” (Əraf, 157). Burada da belə demişdir: “Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyan bir elçi gəldikdə Kitab verilənlərdən bir dəstə guya həqiqəti bilmirmiş kimi Allahın Kitabına arxa çevirdilər” yəni içərilərindən bir qrup içində Muhəmməd səllAllahu aleyhi və səlləmin müjdəsi olan əllərindəki kitabı arxalarına atdılar. yəni, olanları bilmirlərmiş kimi onu tərk etdilər. Sehr və cadu öyrənməya yönəldilər. Buna görə də Rəsulullah səlləllahu aleyhi və səlləmə tələ qurdular. Ona daraq, darağa yapışan tüklər, erkək xurma ağacının tumurcuğu və Ərvan quyusunun milləri altında cadu etdilər. Bunu boynuna götürən də Ləbid İbn Asam idi, Allah ona lənət etsin və ona gözəllik üzü göstərməsin. Allah da bunu Rasulu səllAllahu aleyhi və səlləmə bildirdi. Ona şəfa verdi və onu xilas etdi. Necə ki, İki Səhihdə (Buxari və Muslim), irəlidə qeyd ediləcəyi kimi Aişə radiAllahu anhadan geniş olaraq rəvayət edilmişdir.
Suddi də: “Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyan bir elçi gəldikdə” sözü haqqında belə demişdir: Onlara Muhəmməd səllAllahu aleyhi və səlləm gəldiyi vaxt onu, Tövratla sual-cavab etdilər və onunla müzakirə etdilər. Tövrat ilə Quran bir-biri ilə uyğun gəldi, bu vaxt Tövratı atdılar, Asafın kitabını və Harut ilə Marutun sehrini götürdülər. O da Quranla uyğun gəlmədi, məhz «sanki bilmirlər» dediyi budur. Qatadə də «sanki bilmirlər» sözündə belə demişdir: O qövm bilirdi, ancaq onlar bildiklərini atdılar, onu gizlətdilər və inkar etdilər. Avfi də təfsirində: “Şeytanların oxuduqlarının ardınca getdilər” ayəsində İbn Abbasdan bunu nəql etmişdir: Süleymanın mülkü əlindən çıxdığı zaman cinlərdən və insanlardan bəzi tayfalar dindən döndülər, istəklərinə uydular. Allah, Süleymana mülkünü geri verincə insanlar keçmişdəki kimi dinlərinə döndülər. Süleyman da yazdıqlarını tapdı, onları taxtının altına basdırdı. Süleyman bundan az müddət sonra vəfat etdi. Bu dəfə insanlar və cinlər Süleymanın vəfatından sonra o kitabları ələ keçirdilər və: Bu, Allahdan Süleymana endirilən kitabdır, onu bizdən gizlətdi, dedilər. Ona əsaslanıb,onu özlərinə din etdilər. Bunun qarşılığında Allah Təala “Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyan bir elçi gəldikdə” ayəsini endirdi. Onlar da şeytanların oxuduğu nəfıslərinə xoş gələn şeylərə tabe oldular. Bunlar da çalğılar, oyunlar və Allahın zikrindən uzaqlaşdıran hər şeydir.
İbn Əbi Hatim belə demişdir: Bizə Əbu Səid əl-Əşəc Əbu Sələmədən, o da Aməşdən, o da Minhaldan, o da Səid İbn Cubeyrdən rəvayət etdi ki, İbn Abbas belə demişdir: Asaf, Süleymanın katibi idi. Əzəmətli adı bilirdi. Hər şeyi Süleymanın əmri ilə yazar və onu kürsüsünün altına basdırardı. Süleyman ölüncə şeytanlar onu çıxartdılar, hər iki sətirinin arasına bir sehr və küfr yazdılar: Süleymanın tətbiq etdiyi bu idi, dedilər. Deyir ki: Cahil insanlar onu inkar etdi və ona söydülər. Alim insanlar da duruxdular. Cahil insanlar ona söyməya davam etdilər, o vaxta qədər ki, Allah Təala Muhəmməd səllAllahu aleyhi və səlləmə: “Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar … kafir oldular.” ayəsini endirdi.
İbn Cərir belə demişdir: Mənə Əbussaib Sələm İbn Cunadə əl-Suvai o da Əbu Müaviyadən, o da Aməşdən, o da Minhaldan, o da Səid bin Cubeyrdən rəvayət etdi ki, İbn Abbas belə demişdir: Süleyman aleyhissalam ayəqyoluna girmək və ya xanımlardan birinə yaxınlaşmaq istədiyi zaman möhürünü xanımı Cəradəya verirdi. Allah Süleymanı düçar etmək istədiyi şey ilə sınağa çəkəcəyi vaxt, bir gün möhürünü Cəradəya verdi. Şeytan da Süleymanın surətində gəldi: Möhürümü ver, dedi. Aldı, barmağına keçirdi. Onu barmağına taxınca şeytanlar, cinlər və insanlar ona itaət etdilər. Süleyman xanımının yanına gəldi: Möhürümü ver, dedi. O da: Sən yalan deyirsən, sən Süleyman deyilsən, dedi. Süleyman bunun bir sınaq olduğunu anladı. Deyir ki: Şeytanlar getdilər, o günlərdə içində sehr və küfr olan kitablar yazdılar. Onları Süleymanın kürsüsünün altına basdırdılar. Sonra da onları çıxardılar, insanlara oxudular: Süleyman insanları bu kitablarla özünə təslim edirdi, dedilər. İnsanlar Süleymandan uzqlaşdılar, Allah təala Muhəmməd səlləllahu aleyhi və səlləmi göndərincəya qədər onu kafir hesab etdilər. Ona: “Süleyman kafir olmadı. Lakin şeytanlar… kafir oldular.” ayəsini endirdi.
Sonra İbn Cərir belə dedi: Bizə İbn Humeyd Cərirdən, o da Husayn İbn Abdurrahməndən rəvayət etdi ki, İmran İbn əl-Haris deyir ki ,: Biz İbn Abbas radiAllahu anhunun yanında idik. Birdən bir adam gəldi. ona: “Haradan gəldin?” dedi. O da: İraqdan dedi. O da: “Harasından?” dedi. O da: “Kufədən.” Dedi “Nə xəbər var?” Dedi. O da: “Mən onlardan ayrıldığım zaman Əlinin onların üzərinə gələcəyindən bəhs edirdilər.” Dedi. İbn Abbas narahat oldu, sonra da: “Sən nə deyirsən?! Atasız qalasan! əgər başa düşsəydik qadınlarını nigahlamaz, miraslarını bölüşdürməzdik. Amma mən sizə bunu rəvayət edim, dedi: Şeytanlar göydən söz oğurluğu edərdilər. Biri eşitdiyi haqq bir sözü gətirər, təcrübə edər və doğru çıxdığı vaxt yanında yetmiş yalan söyləyardi. Deyir ki: Bu da insanların qəlblərinə yayılardı. Deyir ki: Allah bunları Süleymana vermişdir, o da onları taxtının altına basdırdı. Süleyman əleyhissalam vəfat edincə yol şeytanı qalxdı: «Sizə heç kimin yaxınlaşa bilmədiyi bənzəri olmayan xəzinəni göstərimmi?»dedi. Onu çıxartdılar. Onun sehri budur, dedilər. Millətlər onları nüsxələdilər, bax İraq xalqının bu gün danışdıqları şey odur, dedi. Bunun qarşılığında Allah Təala: “Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar … kafir oldular.” ayəsini endirdi. Hakim, Müstədrəkində Əbu Zəkəriyya əl-Anbaridən, o da Muhəmməd İbn Abdüssəlamdan, o da İshaq İbn Ibrahimdən, o da Cərirdən belə rəvayət etmişdir.
Suddi də: “Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər” ayəsində belə demişdir: Süleymanın dövründə deməkdir. Deyir ki: Şeytanlar göyə çıxardılar, orada qulaq asma yerlərində dayanar, mələklərin yer üzündə ölüm, qeyb və ya bir şey üzərində danışmalarını dinləyərdilər. Kahinlərin yanına gəlib onlara xəbər verərdilər. Kahinlər də insanlara danışardılar. Onlar da deyilənlərin deyildiyi kimi olduğunu görərdilər. Kahinlər onların etibarını qazandıqdan sonra onlara yalan söylədilər, içinə başqa şeylər əlavə etdilər. Bir sözün yanına yetmiş söz əlavə etdilər. İnsanlar bu danışılan şeyləri kitablara yazdılar. İsrail oğulları arasında cinlərin qeybi biləcəyi inancı yayıldı. Bir müddət sonra Süleyman aleyhissalam göndərildi. O kitabları yığdı, bir sandığın içinə qoydu. Sonra da onları taxtının altına basdırdı. Nə zaman bir şeytan taxtına yaxınlaşmaq istəsə yanardı. Və belə dedi: Kimdən şeytanların qeybi bildiklərini söylədiyini eşidərsəm boynunu vuraram. Süleyman əleyhissəlam vəfat etdikdən sonra Süleymanın əmrlərini bilən alimlər də gedib yerinə başqa bir nəsil gəlincə, şeytan bir insan surətinə girdi. Sonra da İsrail oğullarının yanına gəldi: “Sizə heç bir zaman yeyib bitirə bilməyacəyiniz bir xəzinə göstərimmi?” Dedi. Onlar da: Bəli. Dedilər. O da: taxtın altını qazın, dedi və onlarla birlikdə getdi. Onlara yeri göstərdi və bir kənarda durdu. Ona : yaxınlaş, dedilər. O da: Xeyr, ancaq mən burada sizin yanınızdayəm. Əgər dediyimi tapmasanız məni öldürün, dedi. Onlar da qazdılar, kitabları tapdılar. Çıxartdıqları zaman şeytan: Süleyman insanlara, cinlərə və quşlara bu sehr ilə nəzarət edirdi, dedi. Sonra da uçub getdi. İnsanlar arasında Süleymanın sehrbaz olduğu yayıldı. İsrail oğulları o kitabları aldılar. Muhəmməd səlləllahu aleyhi və səlləm gəldikdə bu barədə onunla mübahisə etdilər. Məhz “Süleyman kafir olmadı. Lakin şeytanlar … kafir oldular.” dediyi budur.
Rəbi İbn Ənəs deyir ki: yəhudilər bir zaman Muhəmməd səlləllahu aleyhi və səlləmə Tövratdakılar haqqında soruşdular. Ondan nə soruşdularsa Allah Təala soruşduqları şeyin cavabını endirdi. O da onlarla müzakirə etdi. Bunu görüncə: Bu, bizə nazil ediləni bizdən daha yaxşı bilir, dedilər. Onlar ona sehrdən soruşdular və o mövzuda onunla müzakirə etdilər. Bunun qarşılığında Allah Təala: “Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar … kafir oldular.” ayəsini endirdi. Şeytanlar bir kitabı gətirdilər, onun içinə sehr və kəhanət yazdılar. Onu da Süleymanın oturduğu taxtın altına basdırdılar. Süleyman qeybi bilmirdi. Süleyman dünyadan ayrıldıqda o sehri çıxardılar və insanları aldatdılar: Süleymanın gizlətdiyi və insanlara qısqandığı elm bu idi, dedilər. Rəsulullah (səlləllahu aleyhi və səlləm) onlara bu hədislə həqiqəti xəbər verdi. Onlarsa onun yanından məğlub olaraq ayrıldılar.
Mucahid də: “Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər.” ayəsində belə demişdir: Şeytanlar vəhya qulaq asırdılar. Eşitdikləri bir sözə iki yüz misli əlavə edərdilər. O yazdıqları şeylərə görə Süleyman əleyhissalam göndərildi. Süleyman vəfat edincə şeytanlar onu tapdılar və onu insanlara öyrətdilər, o da sehr idi. Səid İbn Cubeyr də belə demişdir: Süleyman şeytanların əllərindəki sehri araşdırdı. Onlardan alır onu xəzinə otağındakı taxtının altına basdırardı. Şeytanlar onu tapa bilmədilər. İnsanlara qarışıb: «Süleymanın şeytanları, küləkləri və digər şeyləri əmrinə aldığı elmi bilirsinizmi?» dedilər. Onlar da: Bəli, dedilər. Şeytanlar da: O xəzinə otağında taxtın altındadır, dedilər. İnsanlar bu barədə müzakirə etdilər, onu çıxarıb onunla əməl etməyə başladılar. Ağıllı olanlar: Süleyman bunu bilirdi, bu sehrdir, dedilər. Bunun qarşılığında Allah Təala elçisi Muhəmməd (səlləllahu aleyhi və səlləmin) dili ilə Süleymanın bəraətini endirdi: “Süleyman kafir olmadı. Lakin şeytanlar … kafir oldular.” dedi.
Muhəmməd İbn İshaq İbn yasar belə demişdir. Şeytanlar Davud oğlu Süleyman əleyhissalamın ölümünü öyrənincə gedib müxtəlif sehrlər yazdılar: Kim bir şeyi əldə etmək istəsə, bunu belə etsin, deya yazdılar. Sehrləri açıqladılar. Onu bir kitaba qeyd etdilər, onu Süleymanın möhürünün saxtası ilə möhürlədilər. Üzərinə də: Bu, Davud oğlu Süleymanın vəziri Asəf İbn Bərhiyanın elm xəzinəsinə dair yazdığı kitabdır, yazdılar. Sonra da onu taxtın altına basdırdılar. Daha sonra da onu İsrail ogullarının sonradan gələn nəsilləri çıxardılar, yalanlarını orayə əlavə etdilər. Bunlar ortayə çıxdıqda: Allaha and olsun ki, Süleyman mülkünü bununla idarə edirdi, dedilər. Sehri insanların arasına yaydılar. Onu öyrənib öyrətdilər. Buna görə ən çox sehr yəhudilərdədir. Allah onlara lənət etsin. Rəsulullah (səlləllahu aleyhi və səlləm) özünə vəhy gəldikdə Davud oğlu Süleymandan bəhs edib onu da elçilərdən sayınca, Mədinədəki yəhudilər: Görürsünüz, Muhəmməd Davudun oğlunu nəbi sayır, halbuki o ancaq bir sehrbaz idi, dedilər. Allah Təala da bu mövzuda: “Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar … kafir oldular.” ayəsini endirdi.
İbn Cərir belə demişdir: Bizə Qasim Hüseyndən, o da Həccacdan, o da Əbu Bəkrdən rəvayət etdi ki, Şəhr İbn Havşəb belə dedi: Süleymandan mülkü alınınca şeytanlar Süleyman olmadığı vaxtı sehri yazardı: Kim bunu etmək istəsə üzünü günəşə dönsün, belə belə desin. Kim bunu etmək istəsə, arxasını günəşə dönsün belə belə desin, yazdılar. Başlıq olaraq: Bu; Davud oğlu Kral Süleymanın vəziri Asəf İbn Bərhiyanın yazdığı elm xəzinələridir, yazdılar. Sonra da onu taxtının altına basdırdılar. Süleyman Aleyhissalam vəfat etdikdə, lənətlənmiş İblis gəldi, onlara belə bir xitab etdi: Ey insanlar, Süleyman nəbi deyildi. Ancaq bir sehrbaz idi. Onun sehrini əşyalarının və evlərinin içində axtarın, dedi. Sonra da onlara bunların basdırıldığı yeri göstərdi. Onlar da: VAllahi, Süleyman sehrbaz imiş, baxın sehri də budur. Bizi bununla kölə edib və bizi bununla sıxışdırmışdı, dedilər. Möminlər isə: Xeyr, o imanlı bir nəbi idi, dedilər. Allah Təala Muhəmməd səlləllahu aleyhi və səlləmi nəbi olaraq göndərib Davud ilə Süleymandan bəhs edincə, yəhudilər: Muhəmmədə baxın, haqqı batillə qarışdırır, Süleymanı da nəbilər arasında zikr edir. Halbuki o küləkdən istifadə edən bir sehrbaz idi, dedilər. Allah Təala da bu ayəni nazil etdi.
İbn Cərir belə demişdir: Bizə Muhəmməd İbn AbdulAla əs-Sanani Mutəmir İbn Süleymandan, o da İmran İbn Xudeyrdən rəvayət etdi ki, Əbu Micləz belə demişdir: Süleyman aleyhissəlam hər canlıdan əhd almışdı. Bir adam tutulduğu zaman o əhdi xatırladarsa onu sərbəst bıraxardı. İnsanlar buna səci (pıçıltılı söz, təsir altına alan söz, dilin ucunda danışılan sehr sözləri, donquldanma) ilə sehri də əlavə etdilər: Davud oğlu Süleyman bununla iş görürdü, dedilər. Allah Təala da: “Süleyman kafir olmadı. Lakin şeytanlar … kafir oldular.” ayəsini endirdi. İbn Əbu Hatim belə demişdir. Bizə İsam İbn Ravvad, Adəmdən, o da Məsudidən , o da İbn Musabın azad etdiyi köləsi Ziyaddan rəvayət edir ki, Həsən Bəsri, “şeytanların oxuduqlarının ardınca getdilər” ayəsi haqqında: Onun üçdə biri şeir, üçdə biri sehr, üçdə biri də kahinlikdir, demişdir. Bizə Həsən İbn Əhməd İbrahim İbn Abdullah İbn Bəşər əl-Vasitidən, o da Surur İbn Muğirədən, o da Abbad İbn Mənsurdan rəvayət edir ki, Həsən “Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər.” ayəsi haqqında belə demişdir: Səltənətində yəhudilər ona tabe oldular. Sehr ondan əvvəl də yer üzündə var idi, ancaq, Süleymanın səltənətində tətbiq olundu. Bu deyilənlər bu məqamda sələf alimlərinindediklərindən bir hissədir. Başa düşən (dərin düşüncəli) insanlar üçün hekayənin məğzi, onun əvvəlinin və yekununun cəmigizli deyil və bu haqda varid olan rəvayətləronlar üçün ziddiyyatli deyil. yol göstərən Allahdır.
“Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər.”: yəni yəhudilər əllərindəki Allahın kitabından üz çevirdikdən və Allahın elçisi Muhəmməd səlləllahu aleyhi və səlləmə qarşı çıxdıqdan sonra şeytanların oxuduğu şeylərə tabe oldular. yəni rəvayət edib xəbər verdikləri və şeytanların Süleymanın səltənətində oxuduqları şeya tabe oldular, deməkdir. “Tətlu” sözünün “ala” ədatı ilə işlənməsi, yalan danışma mənasını da ehtiva edir. İbn Cərir də belə demiştir: Burada “ala” “fi” mənasındadır. yəni Süleymanın səltənətində oxuduqlarına, deməkdir. Bunu İbn Cureyc ilə İbn İshaq nəql etmişlər.
Mən də deyirəm ki: yalan mənasınıehtiva etməsi daha gözəl və daha qənaətbəxşdir. Allah ən doğrusunu biləndir. Həsən Bəsri (rahmətullahi aleyh)in, Süleyman İbn Davuddan əvvəl də sehr vardı, sözü, doğrudur, içində şübhə yoxdur. Çünki sehrbazlar Musanın və ondan sonra Davud oğlu Süleymanın dövründə da vardı. Necə ki, Allah Təala belə demişdir: “Musadan sonra İsrail oğullarından olan əyanların başına gələnləri bilmirsənmi? O zaman onlar öz peyğəmbərlərinə dedilər: “Bizə bir hökmdar təyin et ki, Allah yolunda vuruşaq!”(Bəqərə, 246). Sonra rəvayəti açıqladı, içində belə qeyd olunub : “Davud Calutu öldürdü. Allah ona hökmranlıq və hikmət verdi” (Bəqərə, 251). Saleh qövmü də, Allahın elçisi Salehə “Sən yalnız və yalnız sehrlənmişlərdənsən”.(Şuəra, 153) dedilər ki, onlar da İbrahim əleyhissalamdan əvvəl idilər.
Və belə demişdir: “Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələya nazil olanı insanlara öyrədərək kafir oldular. Mələklər: «Biz ancaq bir sınağıq, sən gəl kafir olma!»– deməmiş onu heç kəsə öyrətmirdilər. yəhudilər ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər”. İnsanlar bu mövzuda ixtilaf etdilər; bəziləri “məunzilə”dəki “mə”nin inkar ədatı olduğunu dedilər. Qurtubi də belə demişdir: “Mə” inkar ədatıdır və “vəma kəfərə suleymanu” ayəsinə bağlıdır. Sonra da ““Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələya nazil olanı insanlara öyrədərək kafir oldular.» dedi. Çünki yəhudilər Cəbrail ilə Mikailin sehr endirdiklərini iddia edərdilər. Allah onları təkzib etdi və “Harutə və Marutə” sözünü şeytanlarla əvəz etdi. Deyir ki: Bu da doğrudur; cəm ikiya də deyildiyi üçün belədir. Necə ki, “Əgər ölənin qardaşları varsa” (Nisə: 11) demişdir. ya da, o ikisinə tabe olanlar olduğu üçündür. yaxud onların arasından o ikisinin azğın olmalarına görədir. Qurtubiya görə kəlamın nəzərdə tutulan mənası belədir: yuallimunən nasəssihra bibabilə Harutə və Marutə (onlarBabildə Harut Marutla birgə insanlara sehr öyrədirdilər). Sonra da belə demişdir: Ayənin önə çıxarılacaq ən üstün və ən doğru şərhi budur. Geridə qalanına fikir verilməz (təfərruatdır).
İbn Cərir sənədiylə Avfinin vasitəsilə, İbn Abbasın “vəma unzile aləl melekeyni bibabilə” ayəsində Allah sehr endirmədi dediyini rəvayət etmişdir. Rabi İbn Ənəsin rəvayətində: Allah onlara sehr endirmədi, demişdir.
İbn Cərir belə demişdir: ayənin təfsiri belədir:“Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər.” yəni sehrin arxasinca getdilər. Süleyman kafir olmadı və Allah iki mələya sehr endirmədi. Əksinə şeytanlar kafir oldular, insanlara sehri öyrədirdilər. Babildə dəHarut ilə Marut. Belə olduqda ayədəki “Babildə Harut ilə Maruta” sözü cümlənin sonundaişlənsə də mənacaəvvələ aiddir. Əgər bir nəfər bizə: “Bu əvvələ aid olmağın izahı nədir?” deya soruşsa, ona, bunun izahı belədir, deyilər: “Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər.”yəni sehrin arxasinca getdilər. Süleyman kafir olmadı və Allah iki mələya sehr endirmədi. Əksinə şeytanlar kafir oldular, insanlara sehri öyrədirdilər.Babildə dəHarut ilə Marut. Burada iki mələk sözündə məqsəd Cəbrail ilə Mikail aleyhissalamdır. Çünki izah edildiyinə görə yəhudilər Allahın, Cəbrail ilə Mikailin dili ilə Davud oğlu Süleymana sehr endirdiyini iddia edirdilər. Allah da onları bu məsələdə yalançı çıxartdı. Elçisi Muhəmməd səlləllahu aləyhi və səlləmə, Cəbrail ilə Mikailin sehr endirmədiklərini xəbər verdi. Süleyman əleyhissalamı da onların nisbət etdikləri sehrdən təmizə çıxartdı. Sehrin şeytanın işlərindən olduğunu və onların insanlara Babildə bunu öyrətdiklərini xəbər verdi. Öyrədən iki adamın adlarının da Harut ilə Marut olduğunu xəbər verdi. Bu izaha görə Harut ilə Marut insanlardandır və bu onlara təkzib olur. Bax onun hərf-hərf dediyi budur.
İbn Əbi Hatim belə demişdir: Mənə Ubeydullah İbn Musa Fudayl İbn Mərzukdan rəvayət etdi ki, Atiyyə “vəma unzilə aləl mələkeyni» sözündə: Allah Cəbrail ilə Mikailə sehr nazil etməmişdir, demişdir. İbn Əbi Hatim dedi: Bizə Fadl İbn Şazan Muhəmməd İbn İsadan, o da Mualladan yəni İbn Əsəddən, o da Bəkr İbn Musabdan rəvayət etdi ki, Həsən İbn Əbi Cəfər belə deyardi: Əbdurrəhman İbn Əbza; “vəma unzilə aləl mələkəyni Davudə və Suləymanə” oxuyardı. Əbu-Aliyə də: O ikisinə sehr endirilmədi deyardi. İmanı və küfrü bildilər: sehr də küfürdəndir. Onlar sehrdən şiddətlə çəkindirərdilər. Bunu İbn Əbi Hatim rəvayət etdi. Sonra da İbn Cərir bu fikri rədd etməyə çalışdı. “Mə” “əlləzi” mənasındadır, dedi. Bu mövzuda uzun-uzadı danışdı. Harut ilə Marutun iki mələk olduqlarını, Allahın onları yerə endirdiyini iddia etdi. Qulları sınamaq və imtahan etmək üçün sehr öyrətmələrinə icazə verdi. Bunun da elçilərinin dilləri ilə qadağan olduğunu açıqladı. Harut ilə Marutun bunu öyrətmədə itaətkar olduqlarını iddia etdi. Çünki onlar əmrə tabe olmuşdular. Getdiyi bu yol həqiqətən çox qəribədir. Bundan daha qəribəsi də Harut ilə Marutun cinlərdən iki qəbilə olduğunu iddia edənlərin sözüdür. Necə ki, İbn Həzm də belə iddia etmişdir. İbn Əbi Hatim, sənədiylə Dəhhaq İbn Muzahimdən “və ma unzilə aləl mələkəyni” ayəsindən: Onlar Babil xalqından iki inkarcı idilər deya oxuduğunu rəvayət etmişdir. Bu rəy sahiblərinə görə“əl inzəl”(endirmə) sözü vəhy deyil, yaratma mənasındadır. Necə ki, burada. “vəma unzile aləl mələkəyni” də belədir. Və necə ki, “O sizdən ötrü səkkiz cüt heyvan endirdi.” (Zumər, 6) və “Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik” (Hədid, 25).“Sizə Öz dəlillərini göstərən və göydən ruzi nazil edən məhz Odur.” (Ğafir, 13)ayələrində olan əl inzəl (endirdi) sözləri yaratma mənasındadır. Buxarinin rəvayətində belə deyilmişdir: Allah nə vaxt bir xəstəlik endirsə dərmanını da endirmişdir. Necə ki: “Allah xeyri və şəri endirdi” deyilir ki, bu da yaratdı, mənasınadır. Qurtubi, İbn Abbas, İbn Əbza və Həsən Bəsridən, lamın kəsrə ilə “məlikeyni” oxuduqlarını nəql etmişdir. O iki məlik də Davud ilə Süleymandır. Qurtubi belə demişdir: Buna görə ma ədatı inkar üçündür. Başqaları da «yuallimanin nasəssihr» ayəsinin üzərində dayanılmasının əhəmiyyatliliyinə və “mə”-nin də inkar ədatı olduğuna inanmışlar.
İbn Cərir belə demişdir: Mənə yunus İbn Vəhbdən, o da Leysdən, o da yəhya İbn Səiddən, o da Qasim İbn Muhəmməddən rəvayət edir ki, ona bir nəfər “Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələya nazil olanı insanlara öyrədərək kafir oldular.ayəsi haqqında: “insanlara sehr öyrədirlər, onlara sehr nazil edilmədi, özlərinə nazil edilməyan şeyi insanlara necə öyrədirlər?” dedi. Qasim də: Hansının olduğu məni maraqlandırmır, dedi. Sonra yunusdan, o da Ənəs İbn İyaddan, o da bir dostundan rəvayət etmişdir ki, Qasim bu rəvayət haqqında demişdir: Hansı olursa olsun mənə fərq etmir, mən ona iman etdim, dedi. Sələfdən çoxları da o ikisinin göydə iki mələk olduqlarını söyləmişlər. Onlar yerə endilər. Başlarından bu macəra keçdi. Bu barədə mərfu bir hədis rəvayət edilmişdir. Onu da imam Əhməd “Musnəd” əsərində rəvayət etmişdir. İrəlidə onu zikr edəcəyik inşa Allah, bununla və mələklərin günahsız olması məsələsi arasında belə cəm edilir ki, onlar Allahın elmində belə yer almışdır. O zaman bu,o iki mələyaməxsus idi. Bu vəziyyətdə ziddiyyat qalmaz, Necə ki, onun əzəli elmində İblis üçün də belə bir şey yer almışdı. Çünki o da mələklərdəndi, çünki “Bir zaman mələklərə: «Adəmə səcdə edin!»– demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdədən imtina etdi” (Taha, 116) deyilmişdir. Bundan başqa dabelə ayələr vardır. O ki qaldı, Harut ilə Marut haqqında deyilənlərə, onların əməli İblis ləanahullahın etdiklərindən daha yüngüldür. Bunu da Qurtubi Əli, İbn Məsud, İbn Abbas, İbn Ömər, Kəbu-Ahbar, Suddi və Kəlbidən nəql etmişdir.
Bu barədə varid olan hədisin zikri — əgər sənədi və mərfuluğu səhih olarsa – və onun haqqında mülahizələr:
İmam Əhməd İbn Hənbəl rahimahullah Müsnəd əsərində belə demişdir: Bizə yəhya İbn Bukəyr Zuhəyr İbn Muhəmməddən, o da Musa İbn Cubeyrdən, o da Nafidən, o da Abdullah İbn Ömərdən (radıyAllahu anh) rəvayət edir ki, Rəsulullah səlləllahu aləyhi və səlləm belə demişdir: Adəm aleyhissalam Allah tərəfindən yer üzünə endirildikdə mələklər: “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?”, dedilər. O da: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!” (Bəqərə, 30) dedi. Onlar da: Ey Rəbbimiz, biz sənə «Adəmoğullarından daha itaatkarıq, dedilər. Allah Təala da mələklərə: Mənə iki mələk gətirin, onları yerə endirək, nə edəcəklərinə baxaq, dedi. Onlar da: Ey Rəbbimiz, Harut ilə Marut olsun, dedilər. O ikisi yerə endilər. Zöhrə ulduzu onlara qadın cildində ən gözəl bir insan surətində gəldi. Ondan murad almaq istədilər. O da: Xeyr, Allaha and olsun ki, şirk olan bu sözü deməsəniz olmaz, dedi. Onlar da: Vallahi Allaha əsla heç bir şeyi şərik qoşmarıq, dedilər, qadın da onlardan ayrıldı. Sonra bir uşaqla birlikdə gəldi, onlar yenə ondan murad almaq istədilər. Qadın da: Xeyr vallahi, bu uşağı öldürməsəniz olmaz, dedi. Onlar da: Xeyr vallahi, onu heç bir zaman öldürmərik, dedilər. Qadın da getdi, sonra bir qədəh şərab ilə geri qayıtdı. O ikisi ondan yenə murad almaq istədilər, o da: Xeyr vallahi, bu şərabdan içmədikcə olmaz, dedi. Onlar da içdilər, sərxoş oldular, qadına təcavüz edib oğlan uşağını öldürdülər. Ayıldıqları vaxt qadın: Allaha and olsun ki, rədd etdiyiniz hər şeyi sərxoş olduqda etdiniz, dedi. Onlar da dünya əzabı ilə axirət əzabı arasında sərbəst buraxıldılar. Onlar da dünya əzabını seçdilər.
Əbu Hatim İbn Hibban da bunu Səhihində Həsən İbn Sufyandan, o da Əbu Bəkr İbn Əbi Şeybədən, o da yəhya İbn Bukəyrdən belə rəvayət etmişdir. Bu hədis bu yoldan qəribdir. Bütün raviləri etibarlıdır, Buxari ilə Muslimin raviləridir. Ancaq Musa İbn Cubeyr xaric!. O isə Ənsaridir. Suləmi qəbiləsinə mənsubdur. Həzzə (pinəçi) ləqəbi ilə tanınır. O İbn Abbas, Əbu Ümamə İbn Səhl İbn Hunəyfdən, Nəfidən, Abdullah İbn Kab İbn Malikdən də rəvayət etmişdir. Ondan da oğlu Abdussəlam, Bəkr İbn Mudar, Zuheyr İbn Muhəmməd, Səid İbn Sələmə, Abdullah İbn Ləhiya, Amir əl-Haris, yəhya İbn Əyyub da rəvayət etmişlər. Əbu Davud və İbn Macə də ondan rəvayət etmişlər. Onu İbn Əbi Hatim “Cərh və tadil” kitabında zikr etmiş, haqqında məlumat verməmişidr. O bu səbəblə halı bilinməyan biridir. Ömərin azad etdiyi köləsi Nafi də tək başına ondan, o da Rəsulullah səlləllahu aleyhi və səlləmdən rəvayət etmişdir. Onun başqa bir baxımdan da Nafidən şahidi vardır. Necə ki, İbn Mərduviyya belə demişdir: bizə Daləc İbn Əhməd Hişam İbn Əli İbn Hişamdan, o da Abdullah İbn Rəcadan, o da Səid İbn Sələmədən, o da Musa İbn Sərcisdən, o da Nafidən, o da İbn Ömərdən , o da Rəsulullah səlləllahu aleyhi və səlləmdən eşitmiş….., onu uzun-uzadı izah etmişdir.Burda qaldiq
Əbu Cəfər İbn Cərir belə demişdir (1/458): Bizə Qasim Hüseyindən, o da təfsir sahibi Sunəyddən, o da Fərəc İbn Fadaldan, o da Muaviya İbn Salihdən, o da Nafidən rəvayət edir ki, İbn Ömərlə, səfər etdim, gecənin sonu olduqda: “Ey Nafi, Qırmızı ulduz çıxdı mı?” dedi. Mən də iki və ya üç dəfə: Xeyr dedim. Sonra da: çıxdı, dedim. O da: Ona xoş mərhaba, əhlən və səhlən yoxdur, dedi. Mən də: SubhanAllah, Allahın əmrində, sözünü dinləyən və itaət edən bir ulduzdur, dedim. O da: Mən sənə ancaq Rəsulullah səlləllahu aləyhi və səlləmdən eşitdiyim şeyi deyirəm, dedi. Mələklər: «ya Rəbbi, sən Adəm oğullarının səhv və günahlarına necə sabr edirsən?» dedilər. O da: Mən onları sınağa çəkdim, sizə isə rahatlıq verdim, dedi. Onlar da: Biz onların yerində olsaydıq sənə üsyan etməzdik, dedilər. O da: Elə isə içinizdən iki mələk seçin, dedi. Onlar da bir çox tərəddütdən sonra Harut ilə Marutu seçdilər. Bu iki rəvayət çox qəribdir. Bunun ağla ən yaxın olanı Abdullah İbn Ömərin Rəsulullah səlləllahu aleyhi və səlləmdən deyil, Kəb ul-Əhbardan rəvayət etməsidir. Necə ki Abdurrazzak təfsirində belə demişdir. Bizə Sevri Musa İbn Ukbədən, o da Salimdan, o da İbn Ömərdən, o da Kəb ul-Əhbardan rəvayət etdi ki, o deyir ki: Mələklər Adəmoğullarının əməllərindən və etdikləri günahlardan bəhs etdilər. Onlara: içinizdən iki nəfər seçin, deyildi. Onlar da Harut ilə Marutu seçdilər. Allah onlara: Mən Adəmoğullarına rəsullar göndərirəm, mənimlə sizin aranızda isə rəsul yoxdur. yerə enin, mənə heç bir şeyi şərik qoşmayın, zina etməyin və içki içməyin, dedi. Kəb deyir ki: Allaha and olsun ki, yerə endikləri günün axşamı olmadan qadağan edildikləri şeylərin hamısını etdilər.
Bunu İbn Cərir iki yolla Abdurrazzaktan belə rəvayət etmişdir. Bunu İbn Əbu Hatim də Əhməd İbn İsamdan, Muəmmildən, Sufyan Səvridən rəvayət etmişdir. Bunu yenə İbn Cərir rəvayət etmiş, mənə Musənna xəbər verdi, demişdir, ona Mualla İbn Əsəd o da Əbdüləziz İbn Muxtardan, o da Musa İbn Ukbədən, o da Salimdən oda, Abdullah İbn Ömər o da Kab ul-Əhbardan eşitmişdir. Bu sənəd Abdullaha nisbətləndirilən əvvəlki iki sənəddən daha sağlamdır. Salim də atası (İbn Ömər) və İbn Ömərin azad etdiyi köləsi Nafidən daha mötəbərdir. Hədis Kab ul Ahbarın İsrail oğulları kitablarından nəqlinə əsaslanır. Allah ən doğrusunu biləndir.
Səhabə və tabiindən nəql edilən əsərlər. Allah onların hamısından razı olsun:
İbn Cərir belə demişdir: Mənə Musənna Həccacdan, o da Xalid əl-həzzədan, o da Umeyr İbn Səiddən rəvayət edir ki, Əli radiAllahu anhunun belə dediyini eşitdim: Zöhrə (Venera) fars olan gözəl bir qadın idi. O Harut və Marut adlı iki mələklərlə mərcə girdi. Onlar da ondan murad almaq istədilər. O isə insanı göylərə çıxaran sözü öyrət sonra, dedi. Onlar da öyrətdilər, o da onu dedi. O da göyə çıxdı, ulduza çevrildi. Bu isnadın raviləri sağlamdır. Bu da çox qəribdir.
İbn Əbi Hatim belə demişdir: Bizə Fadl bin Şadan Muhəmməd İbn İsadan, o da İbrahim İbn Musadan, o da Müaviyyadən, o da Xaliddən, o da Uməyr İbn Səiddən rəvayət edir ki, Əli radiAllahu anhum demişdir: “iki mələya nazil olan” ayəsində qeyd olunanlar göydəki mələklərdən iki mələk idilər, Bunu Hafiz Əbu Bəkr İbn Mərduyya təfsirində sənədiylə Muğisdən, o da Cəfər İbn Muhəmməddən, o da atasından, onun da atası Əli radiAllahu anhumdan mərfu olaraq rəvayət etmişdir. Bu, bu şəkildə sabit deyil. Sonra onu başqa iki yoldan Cabirdən, o da Əbuttufəyldən, o da Əli radiAllahu anhudan, Rəsulullah səlləllahu aleyhi və səlləm belə demişdir: Allah Zöhrəya lənət etsin, o Harut ilə Marut mələklərini yoldan çıxardı. Bu da səhih deyil, çox münkərdir. Allah ən doğrusunu biləndir.
İbn Cərir belə demişdir: Mənə Musənna İbn İbrahim Həccac İbn Minhaldan, o da Həmmaddan, o da Əli İbn Zeyddən, o da Əbu Osman ən-Nəhdidən rəvayət etdi ki, İbn Məsud ilə İbn Abbas birlikdə belə demişlər: «Adəm övladı çoxalıb üsyan edincə mələklər, yer və dağlar onlara qarğış etdilər: Ey Rəbbimiz onlara fürsət vermə, dedilər. Allah Təala da mələklərə: Mən şəhvəti və şeytanı sizin qəlblərinizdən uzaqlaşdırdım, şəhvəti və şeytanı onların qəlblərinə yerləşdirdim. Əgər sizə də yerləşdirsəydim, siz də elə edərdiniz, dedi. Onlar da öz aralarında, əgər biz bunlara mübtəla olsaydıq özümüzü qoruyardıq dedilər.Allah Təala ən yaxşılarınızdan iki mələk seçin, dedi. Onlar da Harut ilə Marutu seçdilər. Onlar yerə endirildilər. Qarşılarına Zöhrə ulduzu Bizaht adlı fars bir qadın cildində onlara endirdi. Onunla genah iş gördülər. Bu səfər mələklər iman edənlər üçün bağışlanma diləyib ” ‘Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir” (Gafir, 7) dedilər. Onlar xəta etdikdən sonra yerüzündəkilər üçün bağışlanma istədilər, Bilin ki, Allah çox bağışlayıcı çox mərhəmət edicidir, dedilər. O iki mələk də dünya əzabı ilə axirət əzabı arasında seçim qarşısında qoyuldular. Onlar da dünya əzabını seçdilər.
İbn əbi Hatim belə demişdir: Bizə atam o da Abdullah İbn Cəfər ər-Raqqidən o da Ubeydullah yəni İbn Amrdan, o da Zeyd İbn Üneysədən, o da Minhal İbn Amrdan, oda yunis İbn Habbabdan xəbər verdi ki, Mucahid belə demişdir: Mən bir səfərdə Abdullah bn Ömərlə idim. Bir gecə köləsinə: Bax qırmızı ulduz doğduğu zaman ona xoş gəldin səfa gətirdin yoxdur. Allah ona həyat verməsin, o iki mələyi yoldan çıxardıb. Mələklər: ya Rəbbi, üsyan edən adəm oğullarına necə izin verirsən ki, onlar haram qan tökürlər, haramları tapdalayırlar, və yer üzündə fəsad çıxardırlar, dedi. Mən onları imtahan etdim, bəlkə sizi də onlar kimi imtahan etsəm siz də onlar kimi edərsiniz, dedi. Onlar da Xeyir dedilər. Ən yaxşılarından iki dənəsini Harut ilə Marutu seçdilər. Onlara mən sizi yerə endirəcəm, sizə şirk qoşmamanızı, zina etməmənizi və xəyanət etməmənizi əmr edirəm, dedi. İkisi də yerə endirildilər. Onlara şəhvət verildi. Zöhrə ulduzu yerə endirildi, ən gözəl bir qadın surətində qarşılarına çıxdı. Onlar da ondan murad almaq istədilər. O da: mənim bir dinim var, mənə ancaq o dindən olanlar yaxınlaşa bilər dedi. Onlar da sənin dinin nədi dedilər. O da Məcusilik, dedi. Onlar da bu şirkdir biz bunu demərik, dedilər. Sonra Allahın istədiyi müddət onlara görünmədi. Sonra bir daha qarşılarına çıxdı, onlar da ondan murad almaq istədilər. O da istədiyinizi edin amma mənim bir ərim var bunu görməsini istəmirəm, yoxsa biabr olaram, dedi. Əgər mənim dinimi qəbul etsəniz və məni göyə qaldırma şərtimə əməl etsəniz istədiyinizi edərəm. Onlar da onun dinini qəbul etdilər və öz xoşları ilə onun yanına gəldilər. Sonra da onu göyə qaldırdılar. Onu göyə çıxaran kimi onları yaxaladı. Qanatlarını kəsdi. Onlar da qorxu və peşmançılıq içərisində ağlamağa başladılar. yerdə isə bir peyğəmbər var idi. İki cümə arasında dua edərdi. Cümə gecəsi olduğu zaman duası qəbul olardı. O iki mələk də ona gedib müraciərt edək, bizim üçün tövbə istəsin, dedilər. Onun yanına gəldilər. O da Allah sizə mərhəmət etsin yer xalqı göy xalqına necə tövbə istəya bilər dedilər. Onlar da biz imtahana tabe tutulduq dedilər. O da mənim yanıma cümə günü gəlin dedi. Onlar da gəldilər. Sizin üçün etdiyim dua qəbul edilmədi, ikinci cümə bir daha gəlin, dedilər. Gəldilər. O da: Seçin dedi sizə seçim verildi., istəsəniz dünyada salamatlıq axirətdə əzab çəkərsiz və ya dünyada əzab axirəttdə Allahın hökmünə tabe olarsınız. Biri: Dünyanın ancaq az bir hissəsi keçdi, dedi. Digər isə, Vay olsun sənə, birinci işdə sənə qulaq asdım. İndi də sən məni dinlə. Fani əzab əbədi əzab kimi deyildir. Biz qiyamət günü Allahın verdiyi hökmə bağlı qalacıyıq. Bizə əzab etməsindən qorxuram., dedi. O da xeyir, mən ümid edirəm ki, Allah bizim axirət əzabı qorxusu ilə dünya əzabını seçdiyimizi bilsə bizə ikisini birdən verməz, dedi. Deyilir ki, dünya əzabını seçdilər. Dəmir qarmaqlarla altı və üstü alovla dolu quyuya salladıldılar. İbn Ömərə qədər gedən bu isnad yaxşı isnaddır. Daha əvvəldə İbn Cərir rəvayətində Müaviya bin Saleh və Nafi yolu ilə mərfu olduğu deyilmişdi. Bu da sənəd baxımından daha sabit və daha sağlamdır. Sonra da O, Allah ən doğrusunu biləndir – İbn Ömər Kab vasitəsi ilə də rəvayət edilmişdir. Necə ki, bu Səlim və atası yolu ilə rəvayət edilmişdir. Zöhrə çox gözəl bir qadın surətində endi sözü, Əli radiyAllahu anh rəvayətində də belə olmağlna baxmayəraq cox qəribdir.
Bu haqda deyilənlərin ağla ən yaxın olanı budur:
İbn Əbi Hatim belə demişdir: Bizə İsam İbn Rəvvad, o da Adəmdən, o da Əbu Cəfərdən, o da Rəbi İbn Ənəsdən, o da Qeys İbn Abbaddan rəvayət etdi ki, İbn Abbas belə demişdir: İnsanlar Adəm əleyhissalamdan sonra Allaha üsyan və küfür içərisinə düşdükləri zaman mələklər göydə: ya Rəbbi, sənə ibadət və itaət içində yaratdığın bu aləmdə bu qədər pislik etdilər, küfr etdilər, adam öldürdülər, haram yedilər, zina və oğurluq etdilər, içki içdilər dedilər və onlara bəddua edib onları üzürlü hesab etmədilər. Onlara bunlar qeyb aləmini görməzlər nə üçün onları üzürlü hesab etmirsiniz? Onda ən yaxşılarınızdan iki mələk seçin mən onlara əmrlər verim, qadağalar qoyum, dedi. Onlar da Harut ilə Marutu seçdilər. Onlar yerə endirildi və onlara adəmoğullarının şəhvəti verildi və onlara Allaha ibadət etmələri, Ona heçbir şeyi ortaq qoşmamaq əmri verildi. Onlara haqsız yerə adam öldürməmək, haram yeməmək, zina etməmək, oğurluq etməmək və içki içməmək əmr olundu. Onlar da yer üzündə müəyyan müddət qaldılar. İnsanların arasında ədalətlə hökm etdilər. Bu da İdris Əleyhissalam zamanında idi. O zamanlar ulduzlara nisbətdə Venera ulduzu necə gözəldirsə qadınlar arasında da onun kimi gözəl bir qadın var idi. Həmin iki nəfər bu qadının yanına gəldilər və onunla mülayim danışdılar, ondan murad almaq istədilər. O da işinə və dininə görə qəbul etmədi. Ona dini haqqında soruşdular o da bir büt çıxartdı: Mən buna sitayiş edirəm dedi. Onlar da bizim buna ehtiyacımız yoxdur dedilər. Qadın da bir müddət qeyb oldu. Sonra o iki nəfər qadının yanına gəldilər ondan murad almaq istədilər. O da əvvəlki kimi etdi. Onlar getdilər və yenə qadının yanına gəldilər, ondan murad almaq istədilər. Qadın onların bütə sitayiş etmək istəmədiklərini görüb onlara: Bu üç şeydən birni seçin, dedi: ya bu bütə sitayiş edin, ya bu cana qıyın, ya da bu içkini için, dedi. Onlar da: bütün bunlar yaraşmayən şeylərdir.Bunun ən sadəsi içki içməkdir, dedilər. İçki içdilər. İçki onlara təsir edən kimi qadına təcavüz etdilər.O insanın xəbər verməsindən qorxaraq onu öldürdülər. Sərxoşluqları keçdikdən sonra etdikləri xətanı bildikdə göyə çıxmaq istədilər. Bunu edə bilmədilər. Buna mane olundu. Onlarla göy əhli arasında pərdə ortadan qalxdı. Mələklər onların etdiklərini gördülər. Buna çox təəccüb etdilər. Qeyb aləmində olanların (cənnət və cəhənnəmi görməyanlərin) Allahdan daha az qorxuya malik olduqlarını başa düşdülər. Bundan sonra yer üzündəkilər üçün bağışlanma diləməya başladılar. Məhz bu haqda “Mələklər də Rəbbini həmd-səna ilə təqdis edər və yerdəkilərin (günahlarının) bağışlanmasını diləyarlər.” (Şura, 5) ayəsi endi.
O iki mələyə ya dünya əzabını ya da axirət əzabını seçin deyildi. Onlar da dünya əzabı bitər gedər, amma axirət əzabı bitməz dedilər və dünya əzabını seçdilər. Babildə əzab edildilər. Bunu Hakim Müstədrəkdə uzun olaraq Əbu Zəkəriyya əl Ənbəridən, O da Muhaəmməd İbn Ədüssələmdan, o da İshaq İbn Rahaveyhdən, o da Hakkam İbn Sələmə ər Razidən ki, bu şəxs güvənilən biri idi – da Əbu Cəfər Ər Razidən belə rəvayət etmiş, sonra da İsnadı səhihdir, Buxari və Müslim təxric etməmişdir (bu ravilər Buxari və Muslimdə yoxdurlar), demişdir. Məhz Zöhrə haqqında ağla ən yaxın olan budur. Allah ən doğrusunu biləndir.
İbn Əbi Hatim belə demişdir. Bizə atam, oda Müslimdən, o da Qasım İbn Fadl əl Haddanidən, o da yəzid əl Farisidən, o da İbn Abbasdan: Dünya göyündəkilər yer xalqına baxdılar, onların üsyanlar etdiklərini gördülər: ya Rəbbi, yer xalqı üsyanlar edirlər dedilər. Allah da sizlər mənimlə birlikdəsiniz onlar isə məni görmürlər dedi. Onlara aranızdan üç nəfər seçin yerə ensinlər dünya xalqı arasında hakimlik etsinlər, dedi. Onlara insanlardakı kimi şəhvət verildi. İçki içməmələri, adam öldürməmələri, zina etməmələri və bütə sitayiş etməmələri əmredildi. Aralarından biri əhvedilməsini istədi o da əhfedildi. Digər İkisi yerə endilər. Dünyanın ən gözəl qadınlarından biri onların yanına gəldi, ona Münahiya deyilirdi. İkisi də ona aşıq oldular. Sonra qadının evinə gəldilər, yanında görüşdülər, qadından murad almaq istədilər. Qadın da : Xeyir, İçki içəcəksiniz, qonşumun oğlunu öldürəcəksiniz, bütümə səcdə edəcəksiniz, dedi. Onlar da səcdə etmərik dedilər. Sonra da içkidən içdilər, sonra uşağı öldürdülər, sonra da bütə səcdə etdilər. Göy əhli yuxarıdan onlara baxdı. Qadın onlara: Mənə uçmaq istədiyiniz zaman dediyiniz kəliməni deyin. Onlar da dedilər. Qadın da uçdu. Közə döndü və Zöhrə ulduzu oldu. O iki nəfərə gəldikdə isə, onlara Davud oğlu Süleyman göndərildi. Onları dünya əzabı ilə axirət əzabı arasında seçim qarşısında qoydu. Onlar da dünya əzabını seçdilər. İndi o ikisi göylə yer arasında asılıdırlar. Bu rəvayətdə bir çox əlavələr, qəriblik və bəyənilməyan şeylər var. Doğrusunu Allah bilir.
Əburrazzaq belə demişdir: Bizə Mamər o da Qatadə ilə Zuhridən, o da Ubeydullah İbn Abdullahdanrəvayət etdi ki, “Babildə Harut və Marut adlı iki mələyə nazil olan” ayəsi haqqında o demişdir ki, bu ikisi mələklərdən idilər. İnsanlar arasında hakimlik etmək üçün yerə endirildilər. Məsələ belə oldu: Mələklər insanların hakimlərini məsxərəya qoydular. Bunlara bir qadin şikayətçi olaraq gəldi. Onlar da tərəf tutdular. Sonra yuxarı çıxmaq istədilər buna mane olundu. Sonra da dünya əzabı ilə axirət əzabı arasında seçim qarşısına qoyuldular. Onlar da dünya əzabını seçdilər. Mamərdən Qatadə belə demişdir: Onlar insanlara sehir öyrədirdilər. : «Biz ancaq bir sınağıq, sən gəl kafir olma!»–deməmiş heç kimə öyrətməmələri üçün onlardan əhd alınmışdı.
Əsbatdan rəvayət edilir ki, Suddi belə demişdir: Harut ilə Marut insanları qərar mövzusunda qınadılar. Onlara: mən Adəm oğullarına on şəhvət verdim, bu səbəbdən mənə üsyan edirlər, deyildi. Harut ilə Marut da: Ey Rəbbimiz, əgər bizə o şəhvətləri versə idin, sonra da yer üzünə ensə idik, ədalətlə hökmedərdik, dedilər. Allah da onlara: Enin sizə o on şəhvəti verdim dedi, insanların arasında hökm verin dedi. Onlarda Babilin Dinavənd bölgəsinə endilər. Hökm verməya başladılar. Axşam olduğu zaman göyə çəkilər, səhər olduqda da yerə enərdilər. Belə davam etdilər. Sonra bir qadın yoldaşını şıkayət etmək üçün onların yanına gəldi. O mələklərin çox xoşuna gəldi. İsmi ərəbcə olaraq Zöhrə, Nabat dilində : Biydaht, Farsca: Ənahiddir. (Türkçə Çolpan, Çobanyıldızı, Tərcüməçidən). Biri o birinə o çox xoşuma gəlir, dedi. O biri də Məndə eyni şeyi sənə demək istədim ama səndən utandım, dedi. O birisi: Onu istəyak? Dedi. O da Bəli, ancaq Allahın əzabı qarşısında nə edəciyik, dedi. O biri də biz Allahın rəhmətinə ümid edirik, dedi. Qadın gəlib ərindən şikayət etdikdə qadını istədilər. O da xeyir mənim lehimə qərar vermədiyiniz müddətdə olmaz dedi. Onlar da qadının lehinə qərar verdilər, ərini haqsız çıxartdılar. Sonra onlara bir xarabalığıgörüş üçün Nisən verdi. Ora Gəldilər. Ona təcavüz edəcəkləri vaxt qadın onlara Göyə hansı sözü deyib uçduğunuzu və hansı sözlə endiynizi deməsəniz, bunu etməyəcəm dedi. Onlar da dedilər. O da o kəliməni dedi və göyə yüksəldi. Allah Təala ona enəcəyi kəliməni unutdurdu o da orda qaldı. Allah onu bir ulduz etdi. Abdullah İbn Ömər onu hər gördükdə ona lənət edər, Harut ilə Marutu o yoldan çıxardı deyardi. Gecə olduqda iki mələk göyə yüksəlmək istədilər ama yüksələ bilmədilər., həlak olacaqlarını başa düşdülər. Dünya əzabı ilə axirət əzabı arasında seçim verildi. Onlarda dünya əzabını seçdilər. Babildə asıldılar, insanlara sehir söyləməya başladılar.
İbn Əbi Nəch Mucahiddən belə demişdir: Harut ilə Marut məsələsinə gəlincə mələklər insanların zülmündən təccübləndilər, çünki onlara peyğəmbərlər, kitablar və möcüzələr gəlmişdi. Rəbbləri də onlara: İçinizdən iki mələk seçin, onları yer üzünə endirim. yer üzündə insanlara hakimlik etsinlər, dedi. Onlar da Harut ilə Marutu seçdilər. Allah endirəcəyi zaman onlara: Adəm oğullarının zülm və üsyanlarından təəccübləndiniz, onlara peyğəmbərlər, kitablar arda-arda ilə gəlir. Sizinlə mənim aramda isə peyğəmbər yoxdur, hər şeyi görürsünüz. Bunları və bunları edin, digərləini və digərlərini tərk edin dedi. Onlara bir çox şeyləri əmr etdi, bir çox şeylərdən də çəkindirdi. Sonra o ikisi bu əhdlə yer üzünə endilər. Allaha o iksindən daha itaətli biri yox idi. Ədalətlə hakimlik etdilər. Gündüz vaxtı Adəm oğulları arasında hökm edərdilər, gecələr isə göyə qalxıb mələklərlə birlikdə olardılar. Sonunda Zöhrə yanlarına bir qadın cildində gəldi və ərindən şikayət etdi. Əleyhinə qərar verdilər. Qadın qalxdıqda içlərində ona qarşı dərin duyğular hiss etdilər. Biri dostuna: Sən də mənim hiss etdiyimi hiss etdinmi dedi? O da: Bəli dedi. Qadına yenidən gəlməsini və lehinə qərar verəcəklərinə dair xəbər göndərdilər. Qadın onlara tərəf gəldi, onlarayıb yerlərini açdıqdaayıb yerlərininözüünəməxsus olaraq fərqli (və ya nəfislərində) olduğu görüldü. Adəm oğullarının qadına olan şəhvəti və zövgü şəklində deyildi. Bunu edib, bu hərəkəti halal gördükdə fitnəyə düşdülər. Zöhrə də uçdu və olduğu yerə getdi. Axşam olunca göyə çıxmaq istədilər lakin maneə ilə rastlaşdılar. Onlara icazə verilmədi, qanadları onları daşımadı. Adəmoğullarının birindən yardım istədilər, bizim üçün Rəbbinə dua et dedilər. O da: yer xalqı göy xalqına necə şəfaət edər dedi? Onlar da: Sənin göydə yaxşı adının olduğunu eşitdik, dedilər. O da onlara bir günü söz verdi. Onlara dua eməya başladı, duası qəbul olundu. Onlar da dünya əzabı ilə axirət əzabı arasında sərbəst buraxıldılar. Biri dostuna baxdı: Bilmirsənmi, Allahın axirətdəki əzabı növbənöv sonsuzdur, dünyada isə onun cəmi doqquz qatı vardır? dedi. Babilə enmələri əmr edildi. Orada əzaba düçar oldular. Mucahid onların dəmirə buxovlandıqlarını və asıldıqları, qanadlarınınisə bağlı oladuğunu iddia etmişdir.
Harut ilə Marut qissəsində Mucahid, Suddi, Həsən Basri, Qatadə, Əbu Aliyə, Zuhri, Rəbi İbn Ənəs, Muqatil İbn Həyyan və digərtabeinlərdən də rəvayətlər edilmişdir. Onu qədim və müasir təfsirçilərin çoxları da izah etmişdirlər. Əsası İsrail oğullarının xəbərlərinə bağlanır. Çünki o mövzuda mərfu, sənədləri sağlam, həm doğru daNisən, həva və həvəsinə görə danışmayən Peyğəmbərdən səhih bir hədis yoxdur. Quran qissəni genişlətmədən qısa halda izah edir. Biz Quranda olanlara Allahın murad etdiyi şəkildə iman edirik. İşin doğrusunu Allah bilir.
Bu xüsusda qəribə rəvayət və əcayib hekayələr da vardır, onlara da diqqət çəkmək istədik.İmam Əbu Cəfər İbn Cərir belə demişdir: Bizə Rəbi İbn Suleyman o da İbn Vəhb Əbuzzənnəddən o da Hişam İbn Urvədən o da atasından o da peyğəmbər (salləllahu aleyhi və səlləm)in zövcəsi Aişədən nəql edir ki: yanıma Duvmətülcəndəl xalqından bir qadın gəldi. Rəsulullah (salləllahu aleyhi və səlləm) yenicə vəfat etmişdi. Bəzi şeyləri soruşurdu. İçərisinə sehr girmiş, fəqət onunla əməl etməmişdi. Aişə radıyAllahu anha Urvəya belə dedi: Ey bacımın oğlu, o qadını gördüm, o Rəsulullah (salləllahu aleyhi və səlləm)i tapmadığı üçün ağlayırdı, çünki ondan onu sağaldacağını umurdu. Ağlamağa başlayənda mən də ona baxaraq ağladım. Qadın belə deyirdi: Həlak olmaqdan qorxuram. Mənim bir həyat yoldaşım var idi, o bi müddət mənim yanımda olmadı.Bu vaxt bir qoca qarı mənim yanına gəldi və ona dərdimi izah etdim. Qadın: Əgər dediyimi etsən ərini sənə gətirərəm dedi. Gecə olanda yanıma iki qara itlə gəldi. Birinə mən mindim digərinə isə özü mindi. Nəhayət Babilə gəldik. Baxdıq kiç iki adam ayəqlarından asılmışdılar. “Niyə gəldin?” dedilər. Mən də: Sehr öyrənmək üçün dedim. Onlar da: Biz fitnəyik, kafir olma, geri qayıt, dedilər. Mən də qəbul etmədim: Xeyir dedim. Onlar da: Get bu sobayə işə dedilər. Getdim, qorxdum ama bir şey eləmədim. Onların yanına gəldim. “Etdinmi?” dedilər. Mən də: Bəli dedim. Bir şey gördünmü dedilər? Mən də: bir şey görmədim, dedim. Onlar da: Sən etmədin, ölkənə qayıt, kafir olma, dedilər. Mən də qəbul etmədim. Onlar da : Get bu sobayə işə dedilər. Mən də getdim, ürpərdim və qorxdum. Sonra onların yanna qayıtdım və etdim dedim. Onlar da nə gördün dedilər. Mən də Bir şey görmədim dedim. Onlar da : Get bu sobayə işə dedilər. Mən də getdim işədim. Məndən dəmir dəbilqəli bir atlının çıxdığını gördüm. Göyə doğru getdi və itdi. Onu görə bilmədim. Onların yanına gəldim. Etdim dedim. Onlar da : Nə gördün? dedilər. Mən də dəmir qalxanlı bir atlı gördüm, məndən çıxdı və göyə getdi, onu görmədim dedim. Onlar da: düzünü dedin, səndən çıxan imanın idi, get dedilər. Mən də qadına: VAllahi mən bir şey bilmirəm, o ikisi mənə bir şey demədilər dedim. Qadın da: Xeyr, sən nə istəsən olur. Bu buğdanı al və basdır. Mən də basdırdım. Bit dedim bitdi. Böyü dedim böyüdü. yaş ol dedim oldu. Sonra quru dedim qurudu. Sonra un ol dedim oldu. Sonra çörək ol dedim oldu. İstədiyim hər şeyin olduğunu görüncə peşman oldum. Ey möminlərin anası, Allaha and içirəm ki, bir şey etmədim və əbədiyyan də etmərəm dedim.
Bunu İbn əbi Hatim də Rəbi İbn Suleymandan eyni şəkildə uzun olaraq rəvayət etmişdir. Əbədiyyən etmərəm sözündən sonra bunu əlavə etmişdir: Qadın bunu Rəsulullahın (salləllahu aleyhi və səlləm) sahəbəsindən soruşdu. Rəsulullah (salləllahu aleyhi və səlləm) yenicə vəfat etmişdir. O gün onlar çox idi. Nə deyacəklərini bilmədilər. Hamısı bilmədiyi bir şeyde fətva verməkdən qorxub çəkildi. Ancaq İbn Abbas yaxud yanındakı biri: Kaş atanla anan vəya biri sağ olsaydı dedi. Hişam da belə demişdir: Əgər o qadın bizə gəlsəydi ona dəqiq cavab verərdik. İbn Əbizzənad belə demişdir: Hişam belə deyardi: Onlar təqva sahibi idilər. Allahdan qorxurdular. Sonra Hişam belə deyardi: Əgər bu gün bizə o qadın kimi biri gəlsə, necə axmaqlar və bilmədən daNisənlar tapılardı. Bu isnad Aişəya gedib çatan yaxşı bir sənəddir.
Bu nəql ilə sehrbazın əşyaların özünə təsir edə biləcəyinə dəlil gətirilmişdir. Necə ki, bu qadın toxum əkmiş və dərhal məhsul vermişdir. Başqaları da belədemişdilər: Xeyir onun xəyal qurmaqdan başqa bir gücü yoxdur. Çünki Allah Təala belə demişdir: “(Musa) dedi: ‘Siz (əvvəl) atın!’ Onlar (əllərindəkiləri) atdıqda, insanların gözlərini sehrləyib canlarına qorxu saldılar və böyük bir sehr göstərdilər” (Əraf, 116) və belə demişdir “Musa dedi: ‘yox, siz atın!’ (Sehrbazlar əllərindəkiləri yerə atan kimi) ona elə gəldi ki, onların kəndirləri və çomaqları sehrləri sayəsində hərəkətə gəlib sürünür” (Taha, 66). yenə burda zikr edilən Babilin İraqın Babili olduğu, Dünyavənd Babil olmadığı da nəticəsi də çıxarılmışdır. Necə ki Suddi və digərləri belədemişdilər. Sonra onun İraqdakı Babil olduğuna dair bir dəlil də budur: İbn Əbi Hatim belə demişdir: Bizə Əli İbn Hüseyn o da Əhməd İbn Salihdən o da İbn Ləhiyadan o da yəhya İbn Əzhardan onlar da Əmmar İbn Sad Əl Muradidən o da Əbu Salih Əl-Ğifaridən nəql edir ki: Əli radıyAllahu anhu bir gedişində Babilə getdi. Müəzzin gəldi əsr vaxtını xəbər verdi. Oradan ayrılanda müəzzin əmr etdi, o da qamət gətirdi. Əli: Sevgilim Rəsulullah məni məzarlıqda namaz qılmaqdan və məni Babildə namaz qılmaqdan çəkindirdi, çünki oralar lənətlənmişdir dedi. Əbu Davud da belə demişdir: Bizə Süleyman İbn Davud o da İbn Vəhbdən o da İbn Ləhia ilə yəhya İbn Əzhərdən o da Əmmar İbn Sad Əl-Muradidən o da Əbu Salih Əl-Ğifaridən nəql etdi ki: Əli səfər zamanı Babilə gəldi. Müəzzin gəldi və əsr vaxtının girdiyini xəbər verdi. O da oradan uzaqlaşanda müəzzinə qamət gətirliməsini buyurdu. Namazı bitirəndə: Sevgilim Rəsulullah (salləllahu aleyhi və səlləm) məni məzarlıqlarda və Babil torpaqlarında namaz qılmaqdan çəkindirdi, ora lənətlənmişdir, dedi. Bizə Əhməd İbn Salih o da İbn Vəhbdən o da yəhya İbn Əzhər ilə İbn Ləhiya Həccac İbn Şəddaddan o da Əbu Salih Əl-Ğifaridən o da Əli radıyAllahu anhdan Suleyman İbn Davud hədisini nəql etdi. Ancaq o xarəcə (çıxmaq) yerinə eyni mənada bərəzə (uzaqlaşmaq) kəliməsini istifadə etdi. Bu hədis İmam Əbu Davuda görə həsəndir. Çünki onun rəvayət etmiş və onun haqqında bir şey deməmişdir. Bunda Babil torpağında namaz qılmağın məkruh olduğuna dəlil vardır.
Necə ki, Səmud xarabalıqlarında da namaz qılmaq məkruhdur. Rəsulullah səlləllahu aleyhi və səlləm ora ancaq ağlayəraq girməya icazə vermişdir! »
Astronomiya alimləri belə demişlər: İraq iqlimindən olan Babilin atlantik Okeanından uzaqlığı yetmiş dərəcədir. Uzunluq olaraq belədir. Enlik olaraq, yəni ekvatora uzaqlığı da otuz iki dərəcədir. Allah ən doğrusunu biləndir.
“O iki mələk heç bir kimsəya: Biz ancaq bir imtahanıq, kafir olma, demədən sehr öyrətmirdilər”: Əbu Cəfər ər-Razi belə demişdir: Bizə Rəbi, Qeys İbn Abbaddan rəvayət etdi ki, İbn Abbas belə demişdir: Onların yanına cadu öyrənmək istəyan bir nəfər gəldiyi vaxt onu şiddətlə qadağan edir və: Biz ancaq sınağıq, kafir olma, deyardilər. Çünki onlar xeyiri və şəri, küfrü və imanı bilərdilər. Sehrin də küfr olduğunu qəbul edərdilər. Əgər gələn adam inad edirdisə ona: Filan yerə gəl, deyardilər. Orayə gəldiyi zaman şeytanı görürdü, o da ona öyrədərdi. Oyrədikdə ondan nur çıxıb gedərdi. O da göyə yüksəldiyini görüncə: Vay vay, nə etdim, deyardi! Həsən Bəsri bu ayənin təfsirində belə demişdir: Bəli iki mələk sehrlə endilər, insanlara Allahın imtahan etmək istədiyi şeyi öyrətmək istədilər. Allah onlardan heç kimsəya: Biz ancaq sınağıq, kafir olma, demədən cadu öyrətməmələrini əmr etdi. Bunu İbn Hatim rəvayət etmişdir. Qatadə demişdir ki, Allah Təala o iki mələkdən vəd almışdır ki, kimisə öyrətməzdən əvvəl : biz sizin üçün bir imatahanıq sən gəl küfr etmə” desinlər. Suddi belə demişdir: Onların yanına sehr öyrənmək istəyan bir insan gəldiyi vaxt ona nəsihət edir və: Kafir olma, biz ancaq sınağıq, deyardilər. O da inad edərdisə ona: Get, bu külün üzərinə bövl elə, deyardilər. Bunu edincə ondan bir nur çıxar göyə yüksələrdi. Bu da ondan qaçan imanı idi. Duman kimi qara bir şey gələr, qulaqlarına və hər tərəfinə girərdi. Bu da Allahın qəzəbi idi. O ikisinə bu hadisələri başa saldıqda ona sehr öyrədərdilər. Məhz “Biz ancaq bir sınağıq, sən gəl kafir olma, demədən sehr öyrətmirdilər” dediyi budur. Səid Haccacdan rəvayət edir ki, İbn Cureyc bu ayədə belə demişdir: Sehrə ancaq kafir cəsarət edər. Fitnə də çətinlik və sınaqdır. Şair də belə demişdir:
İnsanlar dinlərində fitnəyə qapıldılar,
İbn Affan uzun bir şərri sərbəst buraxdı.
Musadan (aleyhi salam) bəhs edən: “Bu, yalnız Sənin sınağındır” (Əraf, 155) ayəsində də bu mənadadır. yəni ancaq sənin imtahan etmən və sınamandır, deməkdir. “Sən onunla istədiyini azğınlığa aparır, istədiyini də doğru yola yönəldirsən.” (Əraf, 155). Bəziləri bu ayəni sehr öyrənənin kafir olduğuna dəlil gətirmişlər. Hafiz Əbu Bəkr əl-Bəzzarın rəvayət etdiyi bu hədis də dəlil ola bilər: Bizə Məhəmməd İbn Musənna Əbu Müaviyadən , o da Aməşdən, o da İbrahimdən, o da Humamdan rəvayət edir ki, Abdullah deyir ki: Kim bir kahinə və sehirbazın yanına gəlib dediyini təsdiq edərsə, Məhəmməd səllAllahu aleyhi və səlləmə nazil olunanı inkar etmiş olar. Bu hədisin isnadı səhihdir. Bu hədisə uyğun başqa hədislər də var.
“Yəhudilər ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər”: yəni insanlar Harut ilə Marutdan pis və təsirli şeylər öyrənirdilər ki, birbirinə qarışmış və alışmış ər ilə arvadın belə arasını açardılar. Bu da şeytanın işindəndir. Necə ki, Müslim, Səhihində (2813) belə rəvayət etmişdir: Bizə Əməş Əbu Sufyan Talha İbn Nafidən, o da Cabir İbn Abdullah radıyAllahu anhudan rəvayət edir ki, Rəsulullah səlləllahu aleyhi və səlləm belə demişdir: Şeytan taxtını suyun üzərində qurar, sonra dəstələrini insanların arasına göndərər. Ən çox əhəmiyyat verdiyi, fitnəsi ən böyük olandır. Biri gəlir: Mən çalışdım,çalışdım filankəsə belə-belə dedirtdim, deyar. İblis də: Xeyr vAllahi, heç bir şey etməyibsən, deyar! Biri gəlir: Mən də onu ailəsindən ayırdım, deyar. Onu özünə yaxınlaşdırar, onu qucaqlayər və: Sən nə yaxşısan, deyar! Həyat yoldaşlarının bir-birlərindən ayrılma səbəbi kişiya və ya qadına qarşı tərəfin pis görünməsi, çirkin təsürat bağışlaması və yabuna bənzər bir şeydir. yaxud da əsəbləşdirməsi, xoşlanmaması və s. səbəblər ayrılmaq meydana gəlir. Ayədə keçən mər sözü kişi cinsinə deyilir. Qadın cinsi imrəədir. İkisi də ikilik formasında istifadə edilə bilər, amma çoxluq edilməz. Allah ən doğrusunu biləndir.
“Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər.”: Sufyan Sövri: Allahın təqdiri olmadan, demişdir. Muhəmməd İbn İshaq da: Allahın sərbəst buraxması olmadan demişdir. Həsən Bəsri də: Bəli, Allah istədiyini onlara təsiredici təyin edər, istəmədiyini d təyin etməz. Onlar da Allahın icazəsi olmadan heç kəsə zərər verə bilməzlər, demişdir. Həsəndən ola bir rəvayətdə də: Bu sehr ancaq içinə girdiyi kimsəya zərər verir, deyilmişdir.
“Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər.”: yəni dinlərinə zərər verəcək, tayı bərabəri olmayan zərərli şeyləri öyrənirlər.
“Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur.”yəni yəhudilər bilirdilər ki, Rəsulullaha tabe olmaq əvəzinəsehri əldə etməklərinin müqabilində axirətdə heç bir payı və hissələri olmayəcaq. İbn Abbas, Mucahid və Suddi, ayədə keçən xalaq sözünün, nəsib mənasında olduğunu söyləmişdirlər. Abdurrazzak Mamər vasitəsi ilə nəql edir ki, Qatadə belə demişdir: Onun axirətdə Allah tərəfindən heç bir payı yoxdur. Abdurrazzak rəvayət edir ki, Həsən: Onun dini yoxdur, demişdir. Saad Qatadədəm rəvayət edir ki“onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur” ayəsində belə Odemişdir: Əhli kitab Allahın onlardan aldığı sözdə bilirdilər ki, sehrbazların axirətdə heç bir payı yoxdur.
“Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş bunu biləydilər! Onlar iman gətirib Allahdan qorxsaydılar, Allahın verdiyi mükafat onlar üçün daha xeyirli olardı. Kaş bunu biləydilər!”
Allah Təala deyir ki: “Necə də pisdir” yəni imanın və Rəsula tabe olmanın yerinə aldıqları şey necə də pisdir, kaş ki, verilən bu öyüd haqqında məlumatları olsaydı! “Onlar iman gətirib Allahdan qorxsaydılar, Allahın verdiyi mükafat onlar üçün daha xeyirli olardı.”: yəni Əgər Allaha və rəsuluna iman etsələr və haramlardan çəkinsəydilər, Allahın bunun əvəzində verəcəyi savab daha çox olardı. Necə ki, Allah Təala belə demişdir: “Elm verilmiş kəslər isə dedilər: «Vay halınıza! İman gətirib yaxşı əməl işlədən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna isə yalnız səbir edənlər nail olarlar».” (Qasas, 80).
Bəziləri: “Onlar iman gətirib Allahdan qorxsaydılar” ayəsini sehrbazın kafir olduğuna dəlil gətirmişlər. Bu İmam Əhməddən və bir qrup Sələfdən rəvayət edilmişdir. Belə də deyilmişdir: Xeyr, kafir olmaz, ancaq cəza olaraq boynu vurular. Çünki Şafi belə rəvayət etmiş, Əhməd bin Hənbəl də belə demişdir (1660): Bizə Sufyan İbn Uyeynə Amr İbn Dinardan rəvayət etdi ki, o, Bicalə İbn Abdənin belə dediyini eşitmişdir: Ömər İbn Xəttab radıyAllahu anhu: bütün kişi və qadın sehrbazları öldürün, deya yazdı. Deyir ki: Biz də üç sehrbaz öldürdük. Bunu Buxari də (3156) Səhihində rəvayət etmişdir. Belə bir hadisə da reallaşmışdır: Möminlərin anası Hafsanı bir cariya ovsunladı, o da əmr etdi, həmin cariya öldürüldü. İmam Əhməd belə demişdir: Rəsulullah səlləllahu aleyhi və səlləmin üç səhabəsindən sehrbazın öldürülməsinə dair səhih rəvayət nəql edilmişdir. Tirmizi də İsmail İbn Muslimdən,o da Həsəndən, o da Cundəb əl-Əzdinin belə dediyini rəvayət etmişdir: Rəsulullah səlləllahu aleyhi və səlləm, sehirbazın hədd cəzası, boynunun qılıncla vurulmasıdır, demişdir. Sonra Tirmizi: Bunu mərfu olaraq ancaq bu rəvayətdən bilirik, demişdir. İsmail İbn Muslimin hədisi zəifdir. Səhih olan Həsənin Cundəbdən mərfu olaraq rəvayət etdiyi hədisdir. Mən də deyirəm ki: Bunu Təbərani də başqa bir yoldan Həsən-Cundəb yolu ilə mərfu olaraq rəvayət etmişdir. Allah ən doğrusunu biləndir.
Fərqli yollardan belə rəvayət edilmişdir: Vəlid İbn Ukbənin yanında bir sehrbaz var idi, qarşısında oynayərdı. Adamın başını kəsər, sonra da ona səslənərdi, başı ona geri dönərdi. İnsanlar: SubhanAllah, ölünü dirildir, dedilər. Bunu mühacirlərdən yaxşı bir adam gördü. Ertəsi gün sehrbaz qılıncını qurşandı, oyununu göstərməya getdi. Adam qılıncını çəkdi, sihirbazın boynunu vurdu və: Əgər doğrudursa özünü diriltsin, dedi və: “Gözünüz görə-görə sehrəmi inanacaqsınız?” (Ənbiya, 3) ayəsini oxudu. Vəlid də icazə almadığı üçün ona əsəbləşdi. Onu bir müddət həbs etdi, sonra sərbəst buraxdı. Allah ən doğrusunu biləndir. İmam Əbu Bəkr əl-Xəlləl belə demişdir: Bizə Abdullah İbn Əhməd İbn Hənbəl atasından, o da yəhya İbn Səiddən, o da Əbu İshaqdan rəvayət etdi ki, Harisə dedi ki: Bir əmirin yanında bir adam var idi, sehr nümayiş etdirərdi. Cundəb qılıncını qurşanmış olaraq gəldi, onu öldürdü: Onu sehrbaz hesab edirəm, dedi. Şafi Ömər ilə Hafsa hekayəsini sehrin şirk olan növünə bənzətmişdir. Allah ən doğrusunu biləndir.
Əbu Abdullah ər-Razi, təfsirində mötəzilələrin sehrə inanmadıqlarını nəql etmiş və belə demişdir: Bəzən də varlığına inananı kafir saymışlardır. Deyir ki: Əhli-sünnə isə sihirbazın havada uçacağını, insanı uzunqulağa, uzunqulağı insana çevirəcəyini qəbul etmişlər, ancaq: sehrbaz müəyyan tilsim və sözləri söylədiyi vaxt Allah, əşyanı yaradır. Ona təsir edən fələk və ya ulduzlar olması qəbul edilə bilməz. Filosoflarla münəccimlər və sabiilər buna etiraz edirlər. Sonra sehrin olduğuna və onun Allahın yaratması ilə meydana gəldiyinə “Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər” ayəsini də dəlil gətirmişlər. Xəbərlərdən də Rəsulullahın sehr edilməsini, sehrin ona təsir etməsini, Aişə radiAllahu anha ilə Babil hekayəsini izah edən qadın rəvayətini və sehr öyrənməsini dəlil gətirmiş, sonra da belə demişdir:
Beşinci məsələ: Sehri bilmək pis və qəbahət bir şey deyil. Araşdırmaçı alimlər bunda ittifaq etmişlər. Çünki elm, özlüyündə şərəfli bir şeydir. Bir də Allah Təala. “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?” (Zumər, 9) demişdir. Ayrıca sehr əgər bilinməsə idi, möcüzədən fərqlənməzdi. Möcüzənin möcüzə olduğunu bilmək isə vacibdir. Vacibin söykəndiyi şey də vacibdir. Bu da sehr öyrənmənin vacib olduğunu göstərir. Vacib olan bir şey də necə haram və pis ola bilər? Razinin vurğulayəraq dedikləri budur. Bu fikirə bir neçə baxımdan etiraz vardır:
Birincisi: Sehr məlumatı çirkin deyil, sözündən, əgər bundan ağıl olaraq pis deyil qəbul edilsə, onun müxalifləri mutəzilələr bunu qəbul etməzlər. Əgər şəri olaraq çirkin deyil qəsd edilirsə, bu ayəti kərimədə sehr öyrənməyi xoş olmayan göstərən istiqamət vardır. Səhih hədisdə belə deyilmişdir: Kim bir biliciya və ya kahinə gedərsə, Muhəmmədə nazil olunanı inkar etmiş olur. Sünəndə də belə deyilmişdir: Kim bir düyün bağlayər, üzərinə üfürərsə, sehretmiş olur. Razinin: Sehr qadağan deyildir, tədqiqatçı alimlər bunda ittifaq etmişlər, sözünə gəlincə: Zikr etdiyimiz bu qədər ayə və hədis varkən necə qadağan olmaz?
Tətqiqatçıların ittifaqı məsələsinə gəlincə isə bu məsələ imam alimlər və ya əksəriyyat tərəfindən açıq aydın deyilməliydi. Bəs elə isə onların izahları haradadır? Əlavə olaraq onu qeyd edək ki, onun sehr məfhumunu Allah Təalanın “Heç bilənlə bilməyən eyni olarmı” (Zümər, 9) ayəsinin ümumi mənasına daxil etməsi də çox aydın deyil. Çünki bu ayə şəri elmləri bilənləri mədh etməkdədir. Belədirsə onda niyə “Əgər o da onlardandırsa” demədin? Həmçinin onun (Razinin) sehri möcüzəni tanımaq məqsədi ilə vacib olan elmlər dərəcəsinə qaldırması da zəifdir hətda çürükdür. Çünki Rəsulullahın (salləllahu aleyhi və səlləm) ən böyük möcüzəsi Qurandır. Ona batil nə öndən nə də arxadan gələ bilməz.O Hikmət sahibi olan, mədh edilmiş Allah tərəfindən ebdirilmişdir. Bundan əlavə onun möcüzə olaraq tanınması əsla sehir elminin bilinməsinə bağlı deyil. Habelə bilinməsi zəruridir ki, səhabə, tabein, Müsəlmanların imamları və ümumən xalq, möcüzənin nə olduğunu bilirdilər, onunla digərlərinin arasına fərq qoya bilirdilər. Bununla yanaşı sehri bilməzdilər, onu oyrənməz və öyrətməzdilər. Allah ən doğrusunu biləndir.
Bundan sonra Əbu Abdullah ər Razi sehri səkkiz növə ayırmışdır:
Birincisi: Kəzzəbilərin və Kəşdanilərin sehri: Bunlar yeddi planetə sitayiş edərdilər. Onların aləmi idarə etdiklərinə, xeyri və şərri meydana gətirdiklərinə inanardılar. Onlar İbrahim əleyhissalamın göndərildiyi bir qövm idilər. İbrahim onların etiqat və məzhəblərini rəddetdi. Əssirrul Məktum fi muhatabatişşəmsi vənnucum (Günəş və Ulduzlara xitabda gizlədilmiş sirlər) adlı kitabında bunu təhlil edərək qeyd edir. Necə ki Qazi İbn Xalkan və digərləri bundan bəhs edərdilər. Ondan tövbə etdiyi də deyilmişdir. Onu elmi məharətni göstərmək üçün yazdığını, inandığı üçün yazmadığını dademişdilər. Onun haqqında zənn edilən də budur. Ancaq həmin kitabda bu yeddi planetə necə xitab etdiklərindən, nə etdiklərindən, onlara nə mənalar yüklədiklərindən və tutunduqları şeylərlərdən bəhsetmişdir.
İkincisi: Güclü hissiyat və nəfs sahiblərinin sehri: Sonra vahimənin təsiri olduğuna bunu dəlil gətirmişdir. İnsan yerə qoyulan körpüdən yeriyar lakin çayın və ya bənəzərinin üzərinə qoyulan körpüdən yeriya bilməz. Həkimlər bunda ittifaq etmişdirlər ki, burnu qanayən biri qırmızı bir şeya baxmasın, başı gicəllənən biri isə çox parlaq və ya sürətlə fırlanan bir şeya baxmasın. Bu da nəfslərin vahiməya uyğun halda yaradılmasından başqa bir şey deyildir. Ağıllı insanlar bunda ittifaq etmişdirlər ki, göz dəyməsi haqqdır, buna sübut səhih Muslimdə təsdiqini tapmış hədisdir. Rəsulullah (səlləllahu aleyhi və səlləm) demişdir: “əgər qədəri keçən bir şey olsaydı göz keçərdi”. Razi deyir ki, bunu öyrəndikdən sonra deyirik ki, Bu işləri edən nəfs bəzən çox güclü olur. Həmin vaxt bu işləri görmək üçün alət və avadanlığa ehtiyacı olmaz. Bəzən də zəif olar və alətə ehtiyac duyar. Bunun təhlili belədir: Əgər nəfs bədəndən uca olarsa, göylər tərəfindən çox çəkilərsə, səmavi ruhlardan bir ruh kimi olar. Bu aləmin maddələrinə çox təsir edər. Əgər zəif olar, bu bədənə şiddətlə bağlı olarsa bu halda bu bədəndə heç bir təsir göstərə bilməz. Sonra Razi bu xəstəliyi müalicə etmək üçün qidanı azaltmağı, insanlarla əlaqəni kəsməni və riyadan uzaqlaşmanı məsləhət görmüşdür. Mən də deyirəm ki, onun işarət etdiyi məsələ halına təsir etmə məsələsidir. Bu iki hissəya ayrılır. Bəzən düzgün və şəri olur. O zaman onda Allah və Rasulunun əmrinə uyğun istifadə edər. Allah və Rasulunun qadağan etdiyi şeyləri tərk edər. Bu hallar Allah vergisidir. Bu ümmətin yaxşıları üçün kəramətdir. Bunlara şəriətdə sehr deyilmir. Bəzən də bu hal çürük olar sahibi Allah və Rasulusalləllahualeyhi və səlləmin əmrlərinə diqqət yetirməz, onların əsasında fəaliyyat göstərməz. Bu şəriətə müxalif olan bədbəxtlərin halıdır. Allah Təalanın onlara bu halları verməsi onlara olan sevgisini bildirmir. Necə ki, Dəccalın da hədislərdə keçdiyi kimi, göstərəcəyi bir çox qeyri adi şeylər olacaq. Şəri olaraq bunlar pis şeylərdir. Allah ona da,ona bənzəyarək Muhamməd şəriətinə müxaliflik edənlərə də lənət etsin. Nəbi səllAllahu aleyhi və səlləmə səlavatın ən fəzilətsini olsun. Bunlarınn geniş izah edilməsi çox uzanar. Bura isə onun yeri deyil.
Üçüncüsü yerdəki ruhlardan kömək almaq. Bunlar da cinlərdir. Buna da fəlsəfəçilərlə mötəzilələr etiraz edərlər. Bunlar da iki hissəya ayrılır. Möminlər və kafirlər, yəni şeytanlar. Deyilir ki, nitqli nəfslərin bunlarla təması səmavi ruhlarla təmasından daha asanddır. Çünki aralarında münasibət və yaxınlıq vardır. Sonra sənət və təcrübə əhli bunu müşahidə etmişdirlər ki, yerdəki ruhlarla təmas bir neçə asand işlə meydana gələr. Məsələn ovsun, dəxn (tüstü), təcrid kimi ki bunlarada tilsim və cadu deyilir.
Dördüncüsü: Xəyal, göz bağlama və əl cəldliyidir. Bunun əsası göz yanılmasıdır. (illuziya) Göz müəyyan bir şeylə məşğul olduğu zaman digərini görə bilmir. Baxın, usta hoqqabazlar nəsə göstərdiyi zaman, baxanların zehinlərini onunla məşğul edər, gözlərini aldadar. Onları tamamilə məşğul etdiyi vaxt sürətlə başqa bir iş görər. Bu vaxt tamaşaçılar gözləmədikəri bir şey görərlər. Bundan çox təəccüblənərlər. Əgər o kimsə sussa aldatmaq istədiyi o hərəkəti etməsə nəfsləri və hissiyatları həmin şeya yönələrsə, buna baxaraq edilən hər şeyin fərqinə varardılar. Deyilir ki, yaxşı baxmağı bir növ sıradan çıxardan hallar şiddətli olduqca iş daha gözəl olar. Məsələn hoqqabazın çox işıqlı və ya çox qaranlıq bir yerdə oturması kimi ki, baxan göz o vəziyyətdə yorulduğu üçün onun hallarına vaqif ola bilmir.
Mən də deyirəm ki, Bəzi təfsirçilər belədemişdilər: Firon və hüzurundakı sehirbazlar əl cəldliyi növündən nəsə göstərirdilər. Buna görə də Allah təala belə demişdir.Onlar (əllərindəkiləri və əsaları yerə) atdıqda, adamların gözlərini bağlayıb (sehrləyib) onları qorxutdular və böyük bir sehr göstərdilər.Həmçinin belə demişdir:(Sehrbazlar əllərindəkiləri yerə atan kimi) ona elə gəldi ki, onların kəndirləri və çomaqları sehrləri sayəsində hərəkətə gəlib sürünür. Deyirlər ki, əslində hərəkət etmirdi. Allah ən doğrusunu biləndir.
Beşincisi: Həndəsi miqyaslarla düzəldilən alətlərdə görülən əcaib şeylər. Məsələn atın üzərində əlində borazan (zərb aləti) olan süvari kimi. Gündüzün saatları keçdikcə heç kim ona toxunmazsa borazanı çalar. Rumların və Hintlərin təsvir etdikləri rəsmlər də bunlardandır. Belə ki, baxanlar onu insandan seçə bilməz. Onu gülən və ağlayən şəkildə çəkərlər. Sonda Razi belə deyir: Bu növlər ən incə texniki şeylərdəndir. Fironun sehirbazları bu növ şeylər edərdilər.
Mən də deyirəm ki, Bəzi təfsirçilər belə izah etmişdirlər. Onlar ipləri və əsaları civə ilə doldurdular, onlar da içlərindəki civələrə görə qıvrılmağa başladılar. Tamaşaçı onun öz özünə qıvrıldığını sanardı. Razi belə demişdir: Saat qutuları da bu qəbil şeylərdəndir. Ağır yükləri xəfif alətlərlə çəkmək də bu qəbildəndi. Əslində bu sehir növündən sayılmamalıdır. Çünki bilinən dəqiq səbəbləri var. Onların fərqinə varan eynisini edə billər.
Mən də deyirəm ki, bunlardan biri də xristianların xalq təbəqəsinə işlətdikləri hiylələrdir, məsələn Qüdüs şəhərində kilsə zibillərinin parıldaması kimi. Kilsəya gizlincə şam gətirib xalq təbəqəsinin anlayə bilməyacəyi bir tərzdə gizli bir şəkildə yandırmaları da belədir. Mütəxəssis (elmli) insanlar isə bunu bilirdilər. Ancaq xalqı dində toplamaq üçün buna icazə verirdilər. Kərramiyya firqəsinin cahil davamçılarında buna bənzər hallarvardır. Bunlar (təğrib) rəğbətləndirmək və qorxutmaq(tərhib) üçün hədis uydurmağı icazəli hesab edirdilər. Buna görə də Peyğəmbər səllAllahu aleyhiu və səlləm “kim mənim adımdan yalan daNisərsa cəhənnəmdə yerini hazırlasın” təhdidinə məruz qalmışdırlar.
“Məndən hədis rəvayət edin, lakin mənim adıma yalan danışmayın. Çünki mənim adımdan yalan danışan oda girər”
Sonra bu məqamda bir rahibin hekayəsini rəvayət etmişdir.Rahib inləyan və zəif hərəkət edən bir quş səsi eşitdi. Quşlar da bunu eşitdikdə,yazıqları gəlib yaşaması üçün onun yuvasına zeytun atırdılar. Bu rahib gedib o quşun formasında bir heykəlcik düzəltdi. İçini oydu. İçindən hava keçdiyi zaman quş səsi kimi bir səs eşidilirdi. Bir daxma tikib onun içərisinə çəkildi. Buranın saleh bir insanın türbəsi olduğunu iddia etdi. O quşu da o daxmada bir yardən asdı. Zeytun vaxtı gələndə özünə tərəf o quşa bir qapı açdı. Külək o quşun içərisindən keçəndə onun kimi səs çıxarırdı. Quşlar da zeytun gətirib ora atırdılar. Rahib bunu kilsənin kəramətinə bağlayırdı. Xalq isə səbəbini bilmirdi. Onları beləcə aldatdı, bunu o qəbir sahibinin kəramətindən olduğunu yaydı.
Altıncısı: Dərmanların xassələrindən istifadə etmək. yəni qidalardan və yağlardan istifadə etmək. Bil ki bunu inkar etmək mümkün deyil. Çünki maqnitin təsiri gözlə görünən bir şeydir. Mən də deyirəm ki, bu qəbildən bir misal da belədir: Bəzi insanlar özlərinin kasıb olduqlarını iddia edər və insanlar bilmədiyi üçün maddələrin bu xassələrindən istifadə edərək İddia edirlər ki, bu onların adi təbii hallarıdır. İlan tutar, alova girərlər və bundan başqa bir çox bunun kimi işlər edərlər. Bunlar eyni növdəndir.
yeddincisi: Qəlbləri təsir altına almaq. Bu da sehirbazın ismi Azamı bildiyini iddia edib cinlərin bir çox şeylərdə ona itaət etdiyini iddia etməsidir. Üstəlik ona qulaq asan zəif ağıllı, yaxşını pisdən ayıra bilməyən biri olarsa, onun həqiqət olduğuna inanar, qəlbi ona asılı qalar. İçində ona qarşı qorxu və heybət əmələ gələr. Əgər bir dəfə qorxdusa həssas qüvvətləri zəifləyar və bu vaxt sehirbaz ona istədiyini eləyar.
Mən də deyirəm ki, Buna xüsusi inkişaf etdirilmiş qabiliyyat deyilir. Bununla zəif ağıllı insanları aldadırlar. Fəarasət elmində tam və zəif ağıllı insanları ayırd etmə metodları var. Bu işi yaxşı bilən eyni zamanda fərasət sahibi olarsa, xalqın içərisindən kimin ona tabe olacağını rahatlıqla bilər.
Səkkizincisi: Ara vurma və ya ara düzəltmə kimi gizli və incə yollarla bəzi işlər görmək. Bu da xalq arasında geniş yayılmış bir işdir.
Mən də deyirəm ki, Ara vurma iki qismə ayrılır. Bəzən insanlar arsını qızışdırma və möminlərin qəlblərini ayırma şəklində olur. Bu da ittifaqla haramdır. Bəzən də insanları barışdırmaq və müsəlmanların bir kəlimə ətrafinda birləşdirməklə nəticələnir. Necə ki, hədisdə belə deyilmişdir: Xeyir gətirib aparan yalançı deyildir. ya da kafirləri köməksiz etmək, aralarını vurmaqla da olar. Bu da istənən bir şeydir. Necə ki hədisdə, döyüş hiylədir deyilmişdir. Eyni şəkildə Nuaym İbn Məsud da Əhzab döyüşündə Qüreyşlə Kureyzə oğullarının arasını vurmuşdu. Onların yanına gəlib qarşı tərəfdən bəzi şeylər dedi. Bunlara da onlarda söz apardı. Sonra bunu doğru kimi qələmə verdi. İnsanlar bir birindən şübhələnib ayrıldılar.
Bu kimi şeyləri ancaq incə zəkalı insanlar edə bilər. Kömək Allahdandır. Sonra Razi belə dedi: Bax sehrin növləri və şərhləri bunlardır.
Mən də deyirəm ki: Bu izah edilən şeylərin çoxunu sehrə qatması incə olmasından ötrüdür. Çünki sehr də lüğətdə incə və səbəbi gizli olan şeya deyilir. Bunun üçündür ki, hədisdə: elə ifadələr vardır ki, sehr kimidir deyilmişdir. Səhər vaxtına (sahur) də belə deyilməsi gizlicə və gecənin sonunda olmasındandır. Ağciyarə də əs-sahr deyilir, o da qida yeridir. Ona belə deyilməsi gizliliyində, bədən və orqanlara gedən damarlarının incəliyindəndir. Necə ki, Əbu Cəhl də Bədr döyüşündə Utbə üçün: sahri şişdi, yəni qorxusundan ağciyari şişdi, demişdir. Aişə radıyAllahu anha da: Rəsulullah (salləllahu aleyhi və səlləm), sahrimle nahrim arasında vəfat etdi, demişdir ki, köksümlə gərdanım arasında deməkdir. Allah Təala da: “İnsanların gözlərini sehrlədilər”(Əraf 116) demişdir ki, etdiklərini onlardan gizlətdilər, deməkdir. Allah ən doğrusunu biləndir.
Əbu Abdullah əl-Qurtubi də belə demişdir: Bizə görə sehr haqqdır. Onun həqiqəti vardır. Allah o sırada istədiyi şeyi yaradır. Mötəzilələr və Şəfilərdən Əbu İshaq əl-İsfərayini bunu qəbul etməzdilər. Bunun bir gizlətmə və xəyallama olduğunu söyləyarlərdilər. Deyir ki: Sehrin kimisi əl sürəti ilə olur, məsələ ərəbcədə şavəzə dediyimiz şey kimi. Şavəzi də poçtalyondu ki, yüngül (sürətli) yerişinə görə belə deyilmişdir. İbn Faris də belə demişdir: Bu çöl xalqının sözünə bənzəmir. Qurtubi belə demişdir: Bunların bir növü də əzbərlənən və Allahın adından tilsim kimi oxunan şeylərdir. Bəziləri da şeytani sözlərdəndir. Dərman, tüstü v.s. şəkillərdə olanlar da vardır. Rəsulullah (salləllahu aleyhi və səlləm): Bəlağətdə sehr var, demişdir. Bunun bəlağətin tərifləmə olma ehtimalı də vardır, necə ki, bir qrup belə deyar. Bəlağətin qınanma olma ehtimalı də vardır. Bu daha doğrudur. Çünki bəlağət batili haqq kimi göstərir. Beləki, dinləyici onun haqq olduğunu düşünür. Necə ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Bəzən biriniz sözünü digərinə görə daha açıq ifadə edir, mən də onu haqlı sanaraq lehinə qərar verirəm.
Vəzir Əbu-Muzaffər yəhya İbn Muhəmməd İbn Hubeyrə (rahmətullahi aleyh), «Əl-işrəf ala məzahibil əşrafi» kitabında sehrə bir bölmə ayırmış və belə demişdir: Sehrin real olduğunda uləma icma etmişdir. Ancaq Əbu Hənifə: O gerçək deyil, demişdir. Sehri öyrənən və onu istifadə haqqında da ixtilaf etmişlər, Əbu Hənifə, Malik və Əhməd kafir olar,demişdilər. Əbu Hənifənin davamçılarından belə deyanlər vardır: Onu qorunmaq və ya ondan çəkinmək üçün öyrənsə kafir olmaz. Kim də onun icazəli və faydalı olduğuna inanaraq öyrənsə kafir olar. Eyni şəkildə şeytanların istədiyi şeyi edəcəyinə etiqad edən də kafirdir. Şəfi (rahmətullahi aleyh) belə demişdir: Bir kimsə sehri öyrənirsə ona: bizə sehrini başa sal, deyarik. Əgər küfrü tələb edən bir şey izah etsə, məsələn Babil xalqının yeddi planetə yaxınlaşmağı işləri və onların özlərindən istənilən şeyi verər kimi bir etiqadı olsa, o da kafirdir. Əgər küfrü vacib edən bir şey olmazsa, baxılar, mübah olduğunu etiqad edərsə, o da kafirdir.
İbn Hubeyrə belə demişdir: Sehrbaz sadəcəo əməli etməklə və istifadə etməklə ölüm hökmü kəsilərmi? Malik ilə Əhməd: Bəli, demişlər. Şəfi ilə Əbu Hənifə də: Xeyr, demişlər. Amma əgər cadusuyla bir insanı öldürsə, Malik, Şəfi və Əhmədə görə ölüm hökmü kəsilər. Əbu Hənifə isə: Bu əməl təkrar edilərsə və ya müəyyan bir şəxsi öldürdüyünü təsdiq edərsə, öldürülər, demişdir. Öldürüləcəyi zaman da hədd (böyük günah sahibinin cəzası) olaraq öldürülər. Ancaq Şəfi: Bu vəziyyətdə qisas olaraq öldürülər, demişdir. Sehrbaz tövbə etdiyi zaman tövbəsi qəbul olunarmu? Malik, Əbu Hənifə və Əhmədin məşhur bir görüşündə: qəbul olunmaz, demişlər. Şəfi və Əhməd də başqa bir rəvayətdə: qəbul edilər,demişdilər.
Əhli kitab sehirbazına gəlincə, Əbu Hənifəya görə Müsəlman cadugər kimi o da öldürülər. Malik, Əhməd və Şəfi: öldürülməz,demişdilər. Çünki Ləbid İbn Asam öldürülməmişdir. Sehirbaz müsəlman qadında da ixtilaf etmişdirlər: Əbu Hənifəya görə öldürülməz, ancaq həbs edilər. Digər üçü isə onun hökmü də kişinin hökmü kimidir,demişdilər. Allah ən doğrusunu biləndir. Əbu Bəkir əl-Xəlləl belə demişdir: Bizə Əbu Bəkir əl-Mərvəzi rəvayət edir ki, Abdullah, yəni Əhməd İbn Hənbəlin oğlu Ömər İbn Harundan, o da yunusdan rəvayət etdi ki, Zuhri belə demişdir: Müsəlmanların sehrbazı öldürülər, müşriklərin sehrbazı öldürülməz. Çünki bir yəhudi qadın Rəsulullah (salləllahu aleyhi və səlləm)i ovsunladı, o da onu öldürmədi. Qurtubi, Malik (rahmətullahi aleyh)dən zimmi haqqında: Əgər onun sehri öldürübsə öldürülər, dediyini nəql etmişdir. İbn Xuveyzməndad da Malikdən sehir edən zimmi haqqında iki rəvayət etmişdir: Birincisi: Tövbə etdirilər; əgər müsəlman olarsa heç nə edilməz edilməz, yoxsa öldürülür. İkincisi: Müsəlman olsa da öldürülər. Müsəlman sihirbaza gəldikdə, əgər sehri ilə küfr edirsə, dörd imama və digərlərinə görə kafir olur. Çünki Allah Təala: “O ikisi heç kimsəya: Biz ancaq sınağıq, kafir olma deməmiş sehr öyrətmirdilər” demişdir. Ancaq Malik demişdir: Sehr üstündə tutulsa tövbəsi qəbul olunmaz. çünki o zındıq kimidir. Əgər tutulmadan əvvəl tövbə edər və bizə tövbə etmiş olaraq gələrsə, onu qəbul edirik. Əgər sehri öldürərsə o da öldürülər. Şəfi də: Əgər öldürmə qəsdi yoxdursa o xəta etmişdir, qan bahasını (təzminat) ödəməsi lazım gələr, demişdir.
Məsələ: Sihirbazdan sehrini açması istənərmi? Səid İbn Musayyab bunu Buxarinin nəqlinə görə icazəli görmüşdür. Amir əş-Şabi də əfv oluşunda bir zərəri yoxdur, demişdir. Həsən Bəsri isə bunu məkruh görmüşdür. Səhih hədisdə Aişə radiAllahu anha belə demişdir: Ey Allahın Rəsulu, sənə ofsun edəkmi? O da: Allah mənə şəfa verdi, insanlara şər qapısı açmaq istəmirəm, dedi. Qurtubi, Vəhbdən nəql etmişdir: yeddi sidr yarpağı götürülərək, iki daş arasında döyülərək, sonra suya qatılaraq, üzərinə ayətəl kursi oxunaraq sehrlənən kimsəya ondan üç ovuc içirdilir. Sonra qalanı ilə qüsl etdirilir. Onda sehraçılar. Bu bağlı olub arvadına yaxınlaşa bilməyən kişi üçün də yaxşıdır.
Mən də deyirəm ki: sehri açmaq üçün ən faydalı şey Allah Təalanın Rəsuluna endirdiyi muavvizeteyn surələridir. Hədisdə: O ikisi kimi qoruyucu yoxdur, deyilmişdir. Ayət-ul-Kursi oxuma da belədir; çünki o da şeytanları qovar.
-
100
Onlar hər dəfə əhd bağladıqda içərilərindən bir dəstə onu pozmurmu? Həm də onların çoxu inanmır.
99-cu ayənin təfsirinə bax.
-
101
Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir elçi gəldikdə Kitab verilənlərdən bir dəstə guya bilmirmiş kimi Allahın Kitabına arxa çevirdilər.
99-cu ayənin təfsirinə bax.
-
102
Onlar Suleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!”– deməmiş heç kəsə öyrətmirdilər. Ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş biləydilər!
99-cu ayənin təfsirinə bax.
-
103
Onlar iman gətirib qorxsaydılar, Allahın verdiyi mükafat daha xeyirli olardı. Kaş biləydilər!
99-cu ayənin təfsirinə bax.
-
104
Ey iman gətirənlər! “Bizə qayğı göstər!”– deməyin; “Bizə nəzər yetir!”– deyin və eşidin! Kafirləri üzücü bir əzab gözləyir.
Allahu təalanın mömin qullarını söz və hərəkətlərində kafirlərə bənzəməkdən çəkindirir. Beləki, yəhudilər səhv tapmaq istədikləri kimsə üçün dolayı sözlər istifadə edirdilər. Allahın lənəti onların üzərinə olsun. Bizi dinlə demək istədikləri zaman, “raina” deyərlər, hörmətsizliyi qəsd edirdilər. Necə ki, Allahu təala belə demisdir: “yəhudilərdən bəziləri kəlmələrin yerini dəyişdirir, dillərini əyarək və dinə tənə vuraraq: “Eşitdik və asi olduq!”, “eşidilməyəni eşit!”, “bizə qayğı göstər!”– deyirlər. Əgər onlar: “Eşitdik və itaət etdik!”, “eşit!”, “bizə nəzər yetir!”– desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah küfrlərinə görə onları lənətlədi. Onlar olduqca az inanırlar (yaxud onların yalnız az bir hissəsi iman gətirir).”(Nisə: 46). Onlardan xəbər verən hədislər də gəlmişdir: Onlar salam verdikləri zaman: A’ssamu aleykum (ölüm üzərinizə olsun) deyərdilər. Sam ölümdür. Bunun üçündür ki, onlara yalnız “va aleykum” deya qarşılıq verməklə əmr olunduq. Bizim onlara bədduamız qəbul olunur, onlarınkı bizə qəbul olunmaz. Burada məqsəd, Allah Təalanın kafirlərə sözdə və hərəkətdə bənzəməkdən çəkindirməsidir. Bu səbəblə belə demişdir: “Ey iman gətirənlər! ‘Bizə qayğı göstər!’– deməyin; ‘Bizə nəzər yetir!’– deyin və eşidin! Kafirləri üzücü bir əzab gözləyir.”
İmam Əhməd belə demişdir: Bizə Ebunnadr Əbdurrəhman bin Sabitdən, o da Hassan bin Atiyyədən, o da Əbu Münib əl-Cüreyşidən, o da İbn Ömər radıyAllahu anhumdan rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Mən qiyamət qopmadan az əvvəl bir tək və şəriki olmayan Allaha ibadət edilsin deya qılıncla göndərildim; Ruzim mizrağımın altına qoyuldu. Əmrimə qarşı gələnlərə alçaqlıq və rüsvayçılıq yazıldı. Kim bir qövmə bənzəyarsə onlardandır. Əbu Davud da belə demişdir: Bizə Osman İbn Əbi Şeybə Ebunnadr Haşimdən, o da İbn Qasimdən rəvayət etdi ki, “kim bir qövmə bənzəyarsə onlardandır” dedi. Bunda kafirlərə bənzəməkdə şiddətlə çəkindirmə vardır. Bu da söz, iş, geyim, bayram, ibadət və digər qeyri qanuni şeylərdə etibarlıdır. İbn Əbi Hatim belə demişdir: Bizə atam Nuaym İbn Hammaddan, o da Abdullah İbn Mubarakdən, o da Misardan, o da İbn Maən ilə Avndan və ya onların birindən rəvayət etdi ki, Abdullah bin Məsudun yanına bir kişi gəldi: Mənə vəziyyət et, dedi. O da belə dedi: Allah Tealanın: Ey iman gətirənlər, dediyini eşitdiyin zaman ona qulaq as; çünki o ya bir xeyir əmr edir və ya bir şərdən çəkindirir. Aməş Heysəmədən belə rəvayət edir ki: Quranda oxuduğunuz “ey iman edənlər” Tövratda: Ey miskinlər, deya keçməkdədir. Muhəmməd İbn İshaqdan: Mənə Muhəmməd İbn Əbi Muhəmməd Səid İbn Cubeyr və ya İkrimədən rəvayət etdi ki, İbn Abbas: “raina” bizə qulaq ver mənasındadır, demişdir. “İman edənlər, raina deməyin”
Dəhhaqdan, İbn Abbas: “Ey iman gətirənlər, raina deməyin” ayəsində belə demişdir: onlar Rəsulullaha (salləllahu aleyhi və səlləm): bizə qulaq as deyərdilər. Raina eynilə atinə sözü kimidir. İbn Əbu Hatim belə demişdir: Əbu-Aliyə, Əbu Malik, Rəbi İbn Ənəs, Atiyyə əl-Avfi və Qatadədən belə rəvayət edilmişdir. Mucahid də “raina deməyin” sözündə: Müxalif söz deməyin, demişdir. Bir rəvayətdə də: Sən bizə qulaq as, biz də sənə qulaq asaq, deməyin, demişdir. Ata da «Raina «deməyin sözündə: Bu, ənsar ləhcəsi idi, Allah bunu çəkindirdi. Həsən də: Raina deməyin sözündə: Rain lağ edən bir sözdür, demişdir. Allah onlara, Muhəmməd (salləllahu aleyhi və səlləm) sözünə və onları İslama dəvət etdiyi sözlərlə lağ etməyin, dedi. İbn Cureycin də belə dediyi rəvayət edilmişdir. Əbu Sahr da: «Raina deməyin, bizə bax, deyin» sözündə belə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) üzünü çevirdiyi vaxt ona ehtiyacı olan möminlər, ərina səmaka (bizə qulaq) ver deya səslənirdilər. Allah Təala da bu sözü rəsuluna yaraşdırmadı. Suddi belə demişdir: yəhudi Qaynuqa oğullarından Rifaə İbn Zeyd adında bir kişi, Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəlir, onunla qarşılaşdığı zaman onunla danışar və: Mənə qulaq as, dinlə, dinləməz olasıca, deyərdi. Müsəlmanlar da Rəsulullahı (salləllahu aleyhi və səlləm) uca tutduğunu zənn edirdilər. Bəzi insanlar alçaltmadan bizi dinlə, dinləməz olasıca deyərdilər. Bu da Nisə surəsindəki kimidir. Allah möminlərə, dərhal, raina deməyin, dedi. Əbdurrəhman İbn Zeyd İbn Əsləm də belə demişdir.
İbn Cərir belə demişdir: Bu barədə sözün doğrusu budur: Allah Təala möminləri Rəsulullaha bu sözü deməkdən çəkindirdi. Çünki bu sözdən razı deyildi. Bu, Rəsulullah (salləllahu aleyhi və səlləm): Üzümə kərm deməyin, habele deyin sözünə bənziyir. Köləm deməyin, gəncim deyin və s. sözləri də belədir.
“Nə Kitab əhlinin kafir olanları, nə də müşriklər sizə Rəbbinizdən bir xeyir nazil olmasını istəmirlər”: Allah Təala burada əhli kitab və Müşrik kafirlərin şiddətli düşmənçiliklərini bəyan etməkdədir. Möminləri onlara bənzəməkdən məhrum etmişdir ki, aralarında sevgi bağı qalmasın. Bu vaxt möminlərə də Muhəmməd salləllahu əleyhi və səlləm sayəsində tam və mükəmməl bir şəriət ehsan etdiyini xatırlatmış və belə demişdir: “Allah isə mərhəmətini dilədiyi şəxsə məxsus edir. Allah böyük lütf sahibidir”.
-
105
Nə Kitab əhlinin kafir olanları, nə də müşriklər sizə Rəbbinizdən bir xeyir nazil olmasını istəmirlər. Allah isə mərhəmətini dilədiyi şəxsə məxsus edir. Allah böyük lütf sahibidir.
104-cü ayənin təfsirinə bax.
-
106
Biz bir ayəni dəyişdirir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk. Məgər bilmirsən ki, Allah hər şeyə qadirdir?
İbn Əbi Talha, İbn Abbasdan (radiyAllahu anh), “biz bir ayəni nəsx etsək” bir ayəni dəyişdirərsək, demişdir. İbn Cureycdən, Mucahid də “biz bir ayəni nəsx etsək” bir ayəni silsək demişdir. İbn Əbi Nəcih, Mucahiddən, “biz bir ayəni nəsx etsək” yəzida saxlayəraq hökmünü dəyişsək, demişdir. Bunu da Abdullah İbn Məsudun dostlarından nəql etmişdir. Allah onlardan razı olsun. İbn Əbi Hatim belə demişdir: Əbu-Aliyə ilə Muhəmməd İbn Kab əl-Qurazidən də belə rəvayət gəlmişdir. Dəhhaq “bir ayəni nəsx etsək” sənə unutdursaq, demişdir. Ata da: “biz bir ayəni nəsx etsək » Qurandan tərk etsək, demişdir. İbn Əbu Hatim də: yəni (Qurandan) tərk edilib Muhəmməd səlləllahu aleyhi və səlləmə endirilməyan, demişdir. Suddi də: «Bir ayəni nəsx etsək» nəsx onun götürülməsidir, demişdir. İbn Əbi Hatim də: götürülməsi və qaldırılmasıdır, demişdir. Məsələn bunlar kimi: “yaşlı bir kişi ilə yaşlı bil qadın zina edərlərsə, onları mütləq rəcm edin”. «Və əgər adəm oğlunun iki vadi dolusu qızılı olsaydı, bir üçüncüsünü istəyərdi”.
İbn Cərir: “biz bir ayəni nəsx etsək” bir ayənin hökmünü başqasına nəql edir, onu dəyişdirir və götürsək, demişdir. Bu da halalı harama, haramı halala, mübahı qadağa, qadağanı mübaha çevirmə kimidir. Bu da ancaq əmr, nəhy, mahzur, mütləq, maneə və mübah kimi olur. Xəbərlərdə isə nəsx və mənsux olmur. Nəsxin əsli kitabı nüsxələməkdir ki, o da onu bir nüsxədən başqa nüsxəya keçirmək, surətini çıxartmaqdır. Hökmün başqasıyla nəsx də bundandır ki, başqa yerə daşımaq, bir sözü başqasına nəql etməkdir. Bu da istər hökm etibarı ilə olsun istərsə yazı etibarı ilə olsun. Çünki hər ikisinin də hökmü qaldırılmışdır. Üsul alimlərinə gəlincə onların hökm qaldırılma və bu xüsusdakı tərifləri fərqli olmaqla birlikdə bir-birinə yaxındır. Çünki nəsxin şəri mənası alimlər tərəfindən bilinməkdədir. Bəziləri bunu, bir hökmü daha sonrakı şəri bir hökmlə götürməkdir, deya izah etmişlər. Bunun içinə yüngülü daha ağırı ilə, bunun tərsi və qarşılıqsız olan hökm götürülmə də girər. Nəsx hökmlərinin açıqlaması, növləri və şərtləri üsul kitablarında geniş olaraq verilmişdir.
Təbərani belə demişdir: Bizə Əbu Şubeyl Ubeydullah İbn Əbdurrəhman İbn Vaqid Abbas İbn Fadldan, o da Süleyman İbn Ərkamdan, o da Zuhridən, o da Salimdən, o da atasından rəvayət edir ki: İki adam bir surəni Rəsulullah səlləllahu aleyhi və səlləmin onlara oxutduğu şəkildə oxudular. Bir gecə namaz qılmağa qalxdılar, bir hərfini belə deya bilmədilər. Səhər erkəndən Rəsulullah (salləllahu aleyhi və səlləm)in yanına gedib vəziyyəti ona izah etdilər. O da: O, nəsx edilən və unutdurulandandır, dedi. Onlar da onu oxuya bilmədilər. Zuhri ayəni “mənənsəx min ayətin əv nunsihə” yəni şəddəsiz dammalı nun ilə oxuyardı. Rəvayət zəncirində keçən Süleyman İbn Ərkam zəif rəvayətçidir. Əbu Bəkr əl-Ənbar atasından, o da Nasr İbn Davuddan, o da Əbu Ubeyddən, o da Abdullah İbn Salihdən, o da Leysden, o da yunusdan, o da Aqildən, o da İbn Şihabdan, o da Əbu Ümamə İbn Səhl İbn Hüneyfdən, eynisini mərfu olaraq rəvayət etmişdir. Bunu Qurtubi zikr etmişdir.
“Əv nunsihə” bu nənsəha və nunsihə şəklində iki cür oxunmuşdur. Nənsəhə oxuyanların mənası, təxirə salar deməkdir. Əli İbn Əbi Talhadan, İbn Abbas “ma nənsəhə əv nunsiha” sözündə: Bir ayəni dəyişdirərik və ya buraxıb dəyişdirmərik demişdir. Mucahid, İbn Məsudun dostlarından: Əv nənsəha, yəzida saxlayıb hökmünü dəyişdirsək demişlər. Abd İbn Umeyr, Mucahid və Ata da: Nənsəha, onu təxirə salsaq və arxada qoysaq, demişlər. Atiyyə əl-Əvfi də: Əv nənsəha, buraxaraq nəsx etməzsək, demişdir. Suddi ilə Rəbi İbn Ənəs də belə demişlər. Dəhhaq belə demişdir: «Mə nənsah min ayətin əv nənsəha» dəyişdirmək və hokumü qaldırılmış demişdir. Əbu-Aliyə də: yanımızda saxlasaq, demişdir. İbn Əbi Hatim belə demişdir: Bizə Ubeydullah İbn İsmail əl-Bağdadi Xələfdən, o da Haffafdan, o da İsmail İbn Muslimdən, o da Həbib İbn Əbi Sabitdən, o da Səid İbn Cubeyrdən rəvayət etdi ki, İbn Abbas belə demişdir: Ömər radıyAllahu anhu bizə xütbə söylədi: Əziz və cəlil olan Allah “mə nənsax min ayətin əv nənsəha” deyir ki: Onu təxir etsək, mənasınadır, dedi. “Nunsiha» qiraətinə gəlincə Abdurrazzak Mamərdən rəvayət edir ki, Qatadə “Nunsiha” sözü üçün belə demişdir: Əziz və cəlil olan Allah, Rəsuluna istədiyini unutdurar, istədiyini nəsx edərdi.
İbn Cərir belə demişdir: Bizə Səvad İbn Abdullah Xalid İbn əl-Harisdən, o da Avfdan rəvayət etdi ki, Həsən “əv nunsiha” ayəsi haqqında belə dedi: Rəsulullah səllAllahu aleyhi və səlləm bizə Quran oxudu, sonra da bu ona unutduruldu. İbn Əbi Hatim belə demişdir: Bizə atam İbn Nüfeyldən, o da Muhəmməd İbn Zubeyr əl-Harranidən, o da Həccacdan yəni əl-Cəzəridən, o da İkrimədən rəvayət etdi ki, İbn Abbas belə demişdir: Rəsulullah səllAllahu aleyhi və səlləmə gecə vəhy enərdi, onu gündüz unudurdu. Buna qarşılıq Allah Təala: “Biz bir ayəni nəsx etsək və ya onu unutdururuqsa, ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk” ayəsini endirdi. İbn Əbu Hatim belə demişdir: Mənə Əbu Cəfər İbn Nufeyl rəvayət etdi ki, rəvayət zəncirində keçən Həccac İbn Ərtat deyil, Cizrəli bir şeyximizdir. Ubeyd İbn Umeyr belə demişdir: “Ev nunsiha” onu yanınızdan götürsək, deməkdir. İbn Cərir belə demişdir: Mənə yaqub İbn İbrahim Huseyndən, o da yala İbn Atadan, o da Qasim İbn Rəbiadan rəvayət edir ki,: Sad İbn Əbi Vaqqasın “mə nənsax min ayətin əv nunsiha” şəklində oxuduğunu eşitdim, ona: Səid İbn Musəyyab, «əv tünsəha” oxuyardı, dedim. Sad də belə dedi: Quran nə Museyyabə, nə də Musəyyabin ailəsinə endirildi. Allah Təala: “Biz sənə oxumaq imkanı verəcəyik ki, o, yadından çıxmayəcaq”. (Əla: 6), “Unutduğun zaman Rəbbini yada salıb” (Kəhf, 24) deyir, dedi. Bunu Abdurrazzak da Huşeymdən rəvayət etmişdir. Bunu Hakim də Mustədrəkində Əbu Hatim, Adəm, Şöbə, yala İbn Atadan belə rəvayət etmiş və: 2 Şeyxin (Buxari və Muslimin) şərtlərinə uygundur lakin onu kitablarına qeyd etməyiblər, demişdir. İbn Əbi Hatim belə demişdir: Muhəmməd İbn Kab, Qatadə və İkrimədən də Səidin dediyi rəvayət edilmişdir.
İmam Əhməd belə demişdir: Bizə yəhya Sufyan Seyridən, o da Həbib İbn Əbu Sabitdən, o da Səid İbn Cubeyrdən, o da İbn Abbasdan rəvayət etdi ki, Ömər belə dedi: Əli ən yaxşı hüquq bilənimizdir, Ubey ən yaxşı oxuyanımızdır. Mən buna baxmayəraq Ubeya bəzi oxuduğunu götürmürəm. Çünki Übey: Mən Rəsulullah səlləllahu aleyhi və səlləmdən eşitdim, onu heç bir şey üçün tərk etmərəm, deyir. Allah isə: “Biz bir ayəni nəsx etsək və ya onu unutdururuqsa, ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk” deyir. Buxari belə demişdir: Bizə yəhya Sufyandan, o da Həbibdən, o da Səid İbn Cubeyrdən, o da İbn Abbasdan rəvayət etdi ki, Ömər belə dedi: Ən yaxşı Quran oxuyanımız Ubeydir, ən yaxşı qərar verənimiz Əlidir. Biz Ubeyin bəzi görüşlərini tərk edirik. Çünki Ubey: Mən Rəsulullahdan (səlləllahu aleyhi və səlləm) eşitdiyim bir şeyi tərk etmərəm deyir. Halbuki Allah buyurur: “Biz bir ayəni nəsx etsək və ya onu unutdururuqsa, ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk”.
“Ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk”: yəni mükəlləflərin mənfəəti baxımından eyni nisbətdə bir hökm gətirərik. Necə ki, Əli İbn Əbi Talha, İbn Abbasdan belə rəvayət etmişdir: Fayda baxımından sizin üçün daha faydalı və sizə daha çox acıyan deməkdir. Əbu-Aliyə də belə demişdir: “Bir ayəni nəsx etsək” yəni onunla əməl etməsək, “və ya onu unutdururuqsa,” yəni yanımızda saxlasaq, ya onu ya da bənzərini gətirərik. Suddi “Ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk” ayəsində belə demişdir: Nesx etdiyimizdən daha xeyirlisini və yaxud tərk etdiyimizin bənzərini gətiririk. Qatadə: “Ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk” ayəsində belə demişdir: İçində yüngüllük olan, içində rüxsət olan, içində əmr olan, içində qadağan olan deməkdir. “Allahın hər şeya qadir olduğunu bilmirsənmi?Məgər bilmirsən ki, göylərin və yerin mülkü Allahdır. Sizin Allahdan başqa nə bir himayəçiniz, nə də bir köməkçiniz vardır”: Allah Təala qullarını buna yönəldir: O, məxluqatı üzərində idarə edəndir. İstədiyi şeyi edər. yaratma və əmr ona məxsusdur. Onları istədiyi kimi yaratdığı, istədiyini xoşbəxt etdiyi, istədiyini bədbəxt etdiyi, istədiyinə sağlamlıq verdiyi, istədiyini xəstə etdiyi, istədiyini müvəffəqiyyatli etdiyi və istədiyini uğursuz etdiyi kimi, qullarına istədiyi hökmü verir; istədiyini halal edər, istədiyini haram edər, istədiyini mübah edər, istədiyini qadagan edər. Hökm verən Odur, Onun hokum əleyhinə cixacaq biri yoxdur. Etdiyindən soruşulmaz, onlar soruşulurlar. Qullarını və nəbilərinə itaatlərini hökmsüz ilə deyilən; edilməsində məsləhət olan bir şeyi əmr edər, sonra da onu bildiyi bir şey üçün qadağan edər. Bütün itaət onun əmrini yerinə yetirmədə, xəbər verdikləri şeylərdə nəbilərinə təslim olmada, əmrlərinə itaət etmədə, çəkindirdiklərini tərk etmədədir. Bu mövqedə yəhudilərin küfrünə şiddətli rədd və təsirli bir şərh vardır, nəsxin mümkün olmadığı xüsusundakı iddialarını çürütmə vardır. Onlar bu əqlən mümkün deyildir, deyarlər ki, bunu iddia edən cahil və kafirlər vardır. Nəqlən də mümkün deyil deyarlər ki necə ki, bəziləri də böhtan ataraq və yalan söyləyarək bunu uydurmuşlar.
İmam Əbu Cəfər İbn Cərir (rahmətullahi aleyh) belə demişdir: Ayənin şərhi belədir: Bilmədinmi ey Muhəmməd, göylərin və yerin hökmü və idarəsi yalnız mənə aiddir; onlarda və onlarda olan şeylərdə istədiyim şeylə mən hökm edərəm, onlarda və onlarda olan şeylərdə mən istədiyimi əmr edərəm və istədiyim şeydən çəkindirərəm. Qullarıma hökm etdiyim hökmlərimi istədiyim zaman mən nəsx edər, dəyişdirər və qaldıraram və istədiyim şeyi onlarda yerində buraxaram. Sonra da belə dedi: Bu xəbər hər nə qədər Nəbisi (salləllahu aleyhi və səlləm) üçün Allahdan onun böyüklüyü barəsində xitab olsa də eyni zamanda onda yəhudilərə yalanlama da var. Çünki onlar Tövrat müddəalarının nəsxini inkar etdilər, İsa və Muhəmməd səlləllahu aleyhi və səlləmin nəbiliyini inkar etdilər. Çünki onlar Allah qatından Tövratın hökmünü dəyişdirən şeylər gətirdilər. Allah da ona xəbər verdi ki, göylərin və yerin səltənəti ona məxsusdur, bütün məxluqat onun səltənətinin itaət etmə vəziyyətindəki əhlidir. Onların vəzifəsi əmr və yasaqlarına hərfiyyan itaət etməkdir. Onlara istədiyini əmr edər və onları istədiyi şeydən çəkindirər. İstədiyi şeyi nəsx edər və istədiyi şeyi yerində buraxar. yerində buraxmaq, əmr etmək və qadağan etmək istədiyi hər şeyi də edər.
Mən də deyirəm ki, yəhudiləri hökmsüzlük məsələsində bu qədər araşdırmayə sövq edən şey küfr və inadkarlıqlarıdır. Çünki əqlən Allahın hökmlərinin nəsx edilməyacəyinə dair bir şey yoxdur. Çünki o istədiyi şeya hökm edər. Necə ki, istədiyi şeyi də edər. Qaldı ki, köhnə kitablarda və keçmiş şəriətlərdə də bu baş vermişdir. Məsələn Adəmin qızlarını oğullarına nigahlaması kimi, sonra bu haram edilmişdir. Necə ki, Nuha gəmidən çıxdıqdan sonra bütün heyvan ətlərini yeməyi mübah etmişdi, sonra bəzisinin halallığını nəsx etdi. İsrail oğullarına iki bacı ilə evlənmək ərə halal idi, bu, Tövrat şəriətində və ondan sonar da haram edildi. İbrahim aleyhissalama oğlunun boğazın kəsməsi əmr edildi, sonra bu, reallaşmadan nəsx edildi. Bütün İsrail oğullarına içlərindən buzova ibadət edənləri öldürmələri emr edildi. Sonra nəsilləri tükənməsin deya bu qaldırıldı. Daha bunlar kimi bir çox şey vardır. Onlar bunları etiraf edirlər, ondan üz çevirirlər. Bu dəlillərə verdikləri səthi cavablar mənanın dəlalətinin qarşısını ala bilməz. Çünki məqsəd odur. Necə ki, kitablarında Muhəmməd səlləllahu aleyhi və səlləm müjdəsi və ona uyma əmri məşhurdur. Bu da səlləllahu aleyhi və səlləmə riayət etməyin vacib olduğunu və onun şəriətinə uyğun gəlməyan heç bir əməlin qəbul olunmayəcağını göstərir. İstəyir belə deyilsin: Keçmiş dinlər səlləllahu aleyhi və səlləmin göndərilməsi ilə məhdudlaşır, buna nəsx deyilməz, eynilə Allah Təalanın: “Sonra gecəyadək orucunuzu tamamlayın” (Bəqərə, 187) ayəsində olduğu kimi. Bunların mütləq olduğu və Muhəmməd səlləllahu aleyhi və səlləmin şəriətinin bunları nəsx etdiyi deyilmişdir. Hər bir halda ona tabe olmanın zəruriliyi meydandadır. Çünki o bir kitab gətirmişdir. O Allah Təalanın zaman etibarı ilə endirdiyi son kitabdır. Məhz bu mövqedə Allah Təala yəhudiləri rədd etmək üçün nəsxin icazəli olduğunu açıqlamışdır. Allahın lənəti onların üzərinə olsun. Çünki belə demişdir: “Məgər bilmirsən ki, Allah hər şeya qadirdir? Bilmirsənmi ki, göylərdə və yerdə hökmranlıq təkcə Allaha məxsusdur?”. Mülk müzakirəsiz Onun olduğu kimi istədiyi şəkildə hökm vermək də Onundur. “Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur.” (Əraf, 54). Baş tərəfində əhli kitaba xitab edilən Ali İmran surəsində bu ayədə nəsx bildirilmişdir: “Tövrat nazil olmamışdan əvvəl İsrailin ancaq özü özünə haram etdiyi şeylərdən başqa bütün yeməklər İsrail oğullarına halal idi.” (Ali İmran, 93) Necə ki, bunun təfsiri gələcəkdir. Bütün müsəlmanlar bunda müttəfiqdir ki, Allahın hökmündə nəsx icazəlidir. Çünki bunda üstün hikmət vardır. Hamısı nəsxin olacağını söyləmişlər. Müfəssir Əbu Muslim əl-İsfəhani isə: Quranda heç bir nəsx olmamışdır, demişdir. Onun bu sözü zəifdir, rədd edilmişdir, rəzildir. Nəsx edilən şeylərə təsdiqsiz cavablar vermişdir. Bunlardan biri iddətin bir ildən dörd ay on günə endirilməsidir. Buna məqbul cavab verə bilməmişdir. Qiblənin Beytul Makdisdən Kəbəya çevrilməsinə də heç bir şəkildə cavab verə bilməmişdir. Müsəlman on kafirə qarşı dayənma məcburiyyatində ikən bunun ikiya salınması də bundandır. Rəsulullah səlləllahu aleyhi və səlləm ilə xüsusi danışmadan əvvəl olan vacib sədəqənin verilməsinin qaldırılması da belədir. Allah ən doğrusunu biləndir.
-
107
Bilmirsənmi ki, göylərdə və yerdə hökmranlıq təkcə Allaha məxsusdur? Sizin Allahdan başqa nə bir himayəçiniz, nə də bir köməkçiniz vardır.
106-cı ayənin təfsirinə bax.
-
108
Yoxsa əvvəl Musadan tələb olunduğu kimi siz də Peyğəmbərinizdən tələb etmək istəyirsiniz? İmanı küfrə dəyişən kəs, əlbəttə, doğru yoldan azmışdır.
Allah Təala bu ayədə möminləri bir şey olmadan tez-tez Rasulundan soruşmalarını qadağan etmişdir. Allah Təala belə demişdir: “Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlməyacək şeylər barəsində soruşmayın. Əgər Quran nazil edildiyi zaman onlar haqqında soruşsanız, sizə aydın olar.” (Maidə, 101). yəni endikdən sonra açıqlanmasını soruşsanız sizə bəyan edilər. Bir şey olmamışdan əvvəl soruşmayın, ola bilər ki, o suala görə həmin şey haram edilər. Bunun üçündür ki, iki səhihdə belə gəlmişdir: Müsəlmanların günahı ən böyük olanı haram edilməyan bir şey soruşub haram edilməsinə səbəb olandır. Rəsulullah (səlləllahu aleyhi və səlləmə) bir sual soruşuldu: Bir adam arvadının yanında birini gördü; danışsa böyük bir iş haqqında danışmış olacaq, sussa yenə də onun misli boyda bir iş haqqında susmuş olar, dedilər. Rəsulullah (səlləllahu aleyhi və səlləmə) bu sualdan narahat oldu və soruşan kimsəni danladı. Sonra Allah lənətləşmə hökmünü endirdi. Buna görədir ki, iki səhihdə Muğirə İbn Şöbə hədisində belə deyilmişdir: Rəsulullah (səlləllahu aleyhi və səlləmə) dedi-qodunu, malı boşuna sərf etməyi və çox sual soruşmağı qadağan edərdi. Səhih-Müslimdə belə deyilmişdir: Mən sizi buraxdıqca siz də məni buraxın. Sizdən əvvəlkilər yalnız çox sual soruşmalarından, nəbiləri ilə mübahisə etmələrindən ötrü həlak oldular. Sizə bir şey əmr etdiyim zaman əlinizdən gəldiyi qədər onu yerinə yetirin. Sizi bir şeydən çəkindirsəm ondan da çəkinin. Bunu da “Allah onlara həcci fərz etdikdən» sonra xəbər verdi. Bir adam: “ Hər il mi, Ey Allahın Rəsulu?” Dedi. O da susdu. O adam üç dəfə soruşdu, sonra özü də: Xeyr, əgər, bəli desə idim fərz olardı. O zaman da gücünüz çatmazdı, dedi. Sonra da: Sizə cavab vermədiyim müddətdə siz də mənə sual verməyin, dedi. Bunun üçündür ki, Ənəs İbn Malik: Biz Rəsulullahdan (səlləllahu aleyhi və səlləm) sual soruşmaqdan çəkindirildik. Bədəvilərdən bir nəfər gəlib sual soruşar, biz də qulaq asırdıq, deyərdik. Hafiz Əbu yala əl-Mosuli, Müsnəd əsərində belə demişdir: bizə Əbu Kureyb İshaq İbn Suleymandan, o da Əbu Sinandan, o da Əbu İshaqdan, o da Bəra İbn Azibdən rəvayət etdi ki,: Bir il keçərdi, mən Rəsulullahdan sual soruşmaqdan çəkinərdim. Bədəvi ərəblərin gəlməsini arzulayərdıq. Bəzzar da belə demişdir ki, bizə Muhamməd İbn əl-Musənna İbn Fudayldan, o da Ata İbn Saibdən, o da Səid bin Cubeyrdən, o da İbn Abbasdan rəvayət etdi ki, Rəsulullahın (səlləllahu aleyhi və səlləm) əshabından daha xeyirli kimsələr görmədim, ona bütün Qurandan on iki sual soruşdular: “Sənə içki və qumardan soruşarlar” (Bəqərə, 219). “Sənə haram aydan soruşarlar” (Bəqərə, 217). “Sənə yetimlərdən soruşarlar” (Bəqərə, 220) və sair.
“Yoxsa əvvəl Musadan sorğu-sual edildiyi kimi siz də Peyğəmbərinizi sorğu-sual etmək istəyirsiniz?”: yəni: Xeyr elə istəyirsiniz. (təsdiq) ya da “əm” ədatı sual olaraq qalmaqdadır. O da inkar sualdır. Möminlər və kafirlər üçün ümumidir. Çünki o, hamısına göndərilmişdir. Necə ki, Allah Təala belə demişdir: “Kitab əhli səndən, onlara göydən bir kitab endirməyini istəyirlər. Onlar Musadan, bundan daha böyüyünü istəyarək: “Allahı bizə açıq-aşkar göstər!” demişdilər. Haqsızlıqlarına görə onları ildırım vurmuşdu.” (Nisə, 153). Muhəmməd İbn İshaq belə demişdir: Mənə Muhəmməd İbn Əbi Muhəmməd İkrimədən və ya Səiddən o da İbn Abbasdan rəvayət edilir ki: Rafi İbn Hureymələ ilə Vəhb İbn Zeyd: ya Muhəmməd, bizə göydən oxuyacağımız bir kitab gətir, bizə çaylar axıt ki, sənə tabe olaq və səni təsdiq edək, dedilər. Bu sözlərinin qarşılığında Allah Təala: “yoxsa əvvəl Musadan sorğu sual edildiyi kimi siz də Peyğəmbərinizi sorğu-sual etmək istəyirsiniz?” ayəsi endi.
Əbu Cəfər ər-Razi, Rəbi İbn Ənəsdən, o da Əbu-Aliyədən,“yoxsa əvvəl Musadan sorğu sual edildiyi kimi siz də Peyğəmbərinizi sorğu-sual etmək istəyirsiniz?” ayəsində belə dediyini rəvayət etmişdir: Bir adam gəldi: Ey Allahın Rəsulu, kaş ki, bizim kəffarəmiz də İsrail oğullarının kəffarəsi kimi olsaydı, dedi. Rəsulullah( səlləllahu aleyhi və səlləm) də belə dedi: Allahım, biz onları istəmirik — bunu üç dəfə təkrar etdi — Allahın sizə verdiği İsrail oğullarına verdiyindən daha xeyirlidir. İsrail oğullarından biri bir günah işlədiyi zaman onu və kəfarəsini qapısına yazılmış görərdi. Əgər kəffarəsini versə onun üçün dünyada rüsvayçılıq olardı, əgər verməzsə onun üçün axirətdə əzab olardı. Buna görə də Allahın sizə verdiyi İsrail oğullarına verdiyindən daha xeyirlidir. Və belə dedi. “Kim pis bir iş görərsə və ya özü özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayən, Rəhmli olduğunu görər.” (Nisə, 110). Və dedi: Beş vaxt namaz cümədən cüməya qədər müddətdə olanlar üçün kəffarədir. Və belə dedi: “Kim bir pis əməl etmək niyətində olarsa, lakin etməzsə ona heç bir şey yazılmayəcaq”. Əgər edərsə bir pis əməl yazılar. Kim bir xeyir əməl etmək niyətində olub etməzsə ona bir savab yazılar. Əgər bunu edərsə, ona on qatı yazılacaq. Allah yalnız həlak olmağa layiq olanı məhv edir”. Sonra Allah Teala dedi: “yoxsa əvvəl Musadan sorğu sual edildiyi kimi siz də Peyğəmbərinizi sorğu-sual etmək istəyirsiniz?”: ayəsini endirdi. Onlar Allahı açıq şəkildə göstərməsini istəmişdilər. Qureyş də Muhəmmədi səlləllahu aleyhi və səlləm, Səfa təpəsini qızıla çevirməsini istəmişdi. O da yaxşı, bu sizin üçün israil oğullarının süfrəsi kimidir dedi. Bu vaxt onlar istəklərindən vaz keçdilər və geri qayıtdılar. Suddi və Qatadədən də bənzəri rəvayət edilmişdir. Allah ən doğrusunu biləndir.
Məqsəd Rəsulullah səlləllahu aleyhi və səlləmdən inadla və hörmətsizcəsinə bir şey istəməyi rədd etməkdir. Necə ki İsrail övladları da Musa aleyhissalamdan inadla, hörmətsizcəsinə və yalanlamaq üçün bir şey istəmişdilər. Allah Təala belə demişdir: “Kim imanı küfrlə dəyişdirərsə” yəni imanı verib küfrü satın alarsa, “doğru yoldan uzaqlaşmışdır” yəni haqq yoldan cahillik və azğınlıq yoluna çıxmışdır. Peyğəmbərləri təsdiq etməkdən, onlara tabe olmaqdan, onların ardınca getməkdən uzaqlaşıb, və onlara lüzumsuz sullar verməklə küfrə düşən, aşağılamağa cəhd edənlər də belədir. Sırf inad olsun deya belə tələb edənlərin də halı belədir. Necə ki, Allah Təala dedi: “Məgər sən Allahın nemətlərini küfrə dəyişənləri və öz xalqını həlak yurduna sürükləyanləri görmürsənmi? Onlar Cəhənnəmə girəcəklər. Ora necə də pis yaşayış yerdir.” (İbrahim: 28-29). Əbu Aliyə: rahatlığı şiddətlə dəyişdirənlər demişdir.
-
109
Kitab əhlindən bir çoxu həqiqəti bildikdən sonra da, pa-xıllıqları üzündən sizi, siz iman gətirdikdən sonra kafirliyə qaytarmaq istəyərlər. Allah Öz əmri ilə gəlincəyə qədər bağışlayın və baş qoşmayın. Həqiqətən, Allah hər şeyə qadirdir.
Allah Təala mömin qullarını əhli kitabdan olan kafirlərin yolları ilə getməkdən çəkindirir və onlara daxildə və xaricdə bəslədikləri düşmənçilikləri öyrədir. Möminlərə qarşı olan həsədlərini də bildirir. Bunu edərkən onların üstünlüklərini və rəsullarının da üstünlüklərini bildiklərini xəbər verir. Allahın əmri gəlincəya qədər onun mömin qullarına əhv edici davranmalarını və onlara səbr etmələrini də əmr edir. Bununla yanaşı namazı qılmalarını, zəkat vermələrini də buyurur. Onları buna təşviq edib diqqətlərini cəlb edir. Necə ki, Muhəmməd İbn İshaq belə demişdir: Mənə Muhəmməd İbn Əbu Muhəmməd Səid İbn Cubeyrdən və ya İkrimədən rəvayət etdi ki, İbn Abbas belə demişdir: Huyey İbn Ahtab ilə Əbu yasir İbn Ahtab, yəhudilərdən ərəblərə ən çox həsəd aparan kəslər idilər. Çünki Allah onları rasuluna bildirmişdir. Bunlar insanları İslamdan döndərmək üçün əllərindən gələni edirdilər. Bunun qarşılığında Allah Təala o ikisi haqqında “kitab əhlindən bir çoxu sizi qaytarmaq istəyirlər … bağışlayın, onlara baş qoşmayın” ayəsini endirdi.
Abdur Rəzzak Muammərdən o da Zuhridən, Allah Təalanı bu ayəsi barədə nəql etmişdir ki, bu ayədə qəsd edilən əhli kitabdan məqsəd Kab İbn Aşrəfdir. İbn Əbi Hətim demişdir ki, bizə atam, o da Əbu yaməndən, o da Şüaybdən, o da Zuhridən, o da Əbdurrəhman İbn abdullah İbn kab İbn Məlik, o da atasından rəvayət edir ki, yəhudi Kəb İbn Əşrəf şair idi, o peyğəmbərəsalləllahualeyhi və səlləm, həcv (şeir formasında atmacalar) etmişdi. Onun barəsində bu ayə nazil oldu. “Kitab əhlindən bir çoxu həqiqəti bildikdən sonra da, nəfislərində olanhəsədləri üzündən sizi, siz iman gətirdikdən sonra kafirliya qaytarmaq istəyarlər.”
Dəhhaq İbn Abbasdan nəql etmişdir ki, oxuyub yazma bilməyən bir rasul onlara əllərindəki kitablardan, rəsullardan və ayələrdən bəhs edir. Sonra onlar kimi hamısını təsdiq edirdi. Lakin onlar küfür, həsəd və zülm səbəbiya bunu inkar etdilər. Allahu Təala da buna görə: “həqiqəti bildikdən sonra həsəddən inkar etdilər” demişdir. yəni haqq onlar için aydınlandıqdan sonra, hər şeyi bildikdən sonra bunu etdilər və heç bir şeydən xəbərsiz qalmadılar. Onları bu inkara həsədləri sürüklədi. Bu səbəblə Allah onları şiddətlə qınadı və xəbərdarlıq etdi. Allah təala Peyğəmbərinə (salləllahu aleyhi və səlləm) və möminlərə,onlara nazil olanları və olarddan öncə nazil olaları, təsdiq, iman və iqrarı etmələrini bildirdi. Buna qarşılıq büyük mükafat ve bol savab verəcəyini və kömək edəcəyini vəd etdi. Rəbi İbn Ənəs də “ində ənfusihim” sözündə, bu “qibəl ənfusihim” deməkdir demişdir. Əbu Aliyə də “həqiqəti bildikdən sonra” sözündə, Muhamməd səlləllahu aleyhi və səlləmin Rasul olduğunu bildikdən sonra demişdir. Çünkü onu yanlarındakı Tövrat və İncildə yazılmış olduğunu görürdülər. Onların qövmündən olmadığı üçün onu həsəd və həddi aşdıqlarına görə inkar etdilər. Qatadə ilə Rəbi İbn Ənəs və Suddi də belə demişdilər.
“Allah Öz əmri ilə gəlincəya qədər (onları) bağışlayın və (onlara) baş qoşmayın.”: Bu, Allah Təalanın: “Sizdən əvvəl Kitab verilən-lərdən və müşriklərdən bir çox əziyyatverici sözlər eşidəcəksiniz.” (AIi İmran, 186) ayəsi kimidir. Əli İbn Əbu Talha da İbn Abbasdan “bağışlayın, onlara baş qoşmayın, Allah öz əmri gəlincəya qədər” sözü haqqında: Bunu “…müşriklərə harada rast gəlsəniz, öldürün,…” (Tövbə, 5) ilə “nə Allaha nə də axirət gününə iman etməyənləri öldürün” ayələrinin nəsx etdiyini bildirmişdir. Bu ayə muşrikləri bağışlamağı nəsx etmişdir. Əbu-Aliyə, Rəbi İbn Ənəs və Suddi də: Bunun qılınc ayəsiylə nəsx edildiyini söyləmişdilər. “Allahı öz əmri gəlincəya qədər” sözü də bunu dəstəkləməktədir.
İbn Əbu Hatim belə demişdir: “Bizə atam, o da Əbu yamandan o da Şueybdan, o da Zuhridən, o da Urvə İbn Zubeyrdən rəvayət etdi ki, ona da Usamə İbn Zeyd xəbər vermiş və belə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə əshabəsi muşrikləri və əhli kitabı əhv edərdilər. Necə ki, Allah Təala əziyyatlərinə səbr etmələrini əmr etmişdir. Allah Təala belə dedi: Allah Öz əmri ilə gəlincəya qədər bağışlayın və baş qoşmayın. Həqiqətən, Allah hər şeya qadirdir. Rəsulullah (səlləllahu aleyhi və səlləm) Allahın bağışlanma əmrini təvil edərdi. Sonra onlarla döyüşmə icazəsi verildi. Allah bu döyüşlərlə Qureyşin başçılarını öldürdü. Bu səhih bir sənəddir. Bunu “Kutubi-Sittə”-də görmədim. Ancaq iki səhihdə əsli Üsamə İbn Zeyddən nəql edilmişdir.
“Namaz qılın, zəkat verin! Qabaqcadan özünüz üçün nə xeyir hazırlasanız onun Allahın yanında tapacaqsanız.” Allah Təala bu ayədə onları namaz qılma və zəkat vermə kimi faydalı və axirətdə yaxşı aqibət vəd edən əməllərə sövq edir. Əgər belə etsələr Allah onlara həm dünya həyatında, həm də şahidlərin dayəndığı qiyamət günündə kömək edəcəyini vəd edir. “O gün zalımlara üzr diləmələri heç bir fayda verməyacəkdir. Onları həm lənət, həm də pis yurd gözləyir” (Ğafir, 52) buyurur. Allah Təala deyir: “Şübhəsiz ki, Allah nə etdiklərinizi görür” yəni, Allah heç bir əməl edənin əməllərindən qafil deyildir. Xeyir olsa da, şər olsa da, onları öz qatında əvəzsiz qoymayəcaqdır. Çünki hər əməl sahibini əməlinə müqabil qarşılığı veriləcəkdir.
İbn Cərir “Şübhəsiz ki, Allah nə etdiklərinizi görür.” sözündə belə demişdir: Burada Allah Təala mömin qullarına bu ayələrlə xitab etmişdir ki, onlar nə zaman gizli və açıq olaraq bir xeyir və yaxud bir şər əməl etsələr, Allah onu görür və Ona heç bir şey gizli qalmaz. Onları xeyir əməldə bol mükafatla və şər əməldə isə misli ilə qarşılığı veriləcək. Bu kəlam hər nə qədər xəbər tərzində varid olmuşsa da, şübhəsiz ki, onun içində vəd, xəbərdarlıq, əmr və danlama vardır. Çünki onlara bütün əməllərini gördüyünü bildirmişdir. Bu onun üçündür ki, ona itaətdə ciddi davransınlar. Çünki gətirdikləri əməlləri ilə onları mükafatlandıracaq. Necə ki, belə demişdir: “Qabaqcadan özünüz üçün nə xeyir hazırlasanız onu Allahın yanında tapacaqsanız.” Eyni zamanda bu ayə ilə Ona qarşı günahl işləməkdən də çəkinsinlər.
“Basirun” kəliməsinə gəlincə o Mubsir formasındadır. Necə ki, Mubdi Bədii formasına çevrilir. Mulim Əlim formasındadır. Allah ən doğrusunu biləndir.
İbn Əbi Hatim belə demişdir: Bizə Əbu Zura İbn Bukeyrdən, o da İbn Ləhiadan, o da yəzid İbn Əbi Həbibdən, o da ƏbuXayrdan, o da Ukbə İbn Amrdan rəvayət etdi ki: Rəsulullahdan (salləllahu aleyhi və səlləm) bu ayəni oxuyarkən: O eşidəndir, görəndir, hər şeyi görür dediyini eşitdim.
-
110
Namaz qılın, zəkat verin! Qabaqcadan özünüz üçün nə xeyir hazırlasanız onun Allahın yanında tapacaqsanız. Şübhəsiz ki, Allah nə etdiklərinizi görür.
109-cu ayənin təfsirinə bax.
-
111
Onlar dedilər: “Yəhudilərdən və xaçpərəstlərdən başqa heç kəs Cənnətə daxil olmayacaq!” Bu onların xam xəyallarıdır. De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!”
Allah Təala yəhudi və xristiaları içərisində olduqları şeya aldandıqlarını açıqlayır. Belə ki yəhudi və xristian qruplardan hər biri cənnətə ancaq öz dinlərindən olanların girəcəyini iddia etdilər. Necə ki, Allah onlar haqqında Maidə surəsində də xəbər verib belə dedi: ‘Biz Allahın oğulları və Onun sevimliləriyik'(Maidə, 18). Onlara günahlarına görə əzab verəcəyini xəbər verməklə onları yalanladı. Əgər iddia etdikləri kimi olsaydı vəziyyət belə olmazdı. Daha sonra alovun onlara yalnız müəyyən qısa müddətə toxunacağı və sonra cənnətə gedəcəkləri iddiaları edilmişdir. Bu iddiaları rədd etdi. Dəlilsiz, sübütsuz, sənədsiz olaraq iddia etdikləri bu işdə: Bu onların xam xəyallarıdır, dedi. Əbu Aliyə də Allaha qarşı haqsız yerə təmənna etdikləri istəklərdir, demişdir. Qatadə ilə Rəbi İbn Ənəs də belədemişdilər. Sonra Allah Təala belə dedi “De:” (ey Muhəmməd), dəlilinizi gətirin!’ Əbu Aliyə, Mucahid, Suddi, və Rəbi İbn Ənəs sübutunuzu gətirin, Qatadə də Buna qarşı mötəbər mənbədən bəyanat (açıqlama) demişdir. ‘Əgər doğru deyirsinizsə,yəni iddianızda doğrusunuzsa, deməkdir.
Sonra Allah Təala belə dedi, Xeyr! Kim yaxşı işlər görüb üzünü (özünü) Allaha təslim edərsə, yəni kim əməlini tək və şəriki olmayan Allah üçün ixlasla (səmimiyyatlə, xalis niyyatlə) edərsə, deməkdir. Necə ki, Allah Təala belə demişdirƏgər onlar səninlə mübahisə edərlərsə, de: ‘Mən üzümü (özümü) ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm!’ (Ali imran, 20). Əbu Aliyə ilə RəbiXeyr! Kim özünü Allaha təslim edib üzünü ona tutarsa,kəliməsi haqqıda Kim Allah üçün ixlas nümayiş etdirərsə,demişdilər. Səid İbn Cubeyr də Xeyr! Kim təslim edib ,yəni ixlaslı olarsa,üzünü yəni dinini demişdir. “Kim yaxşı işlər gö-rüb” kəliməsi Rəsulullaha (salləllahu aleyhi və səlləm) tabe olarsa, deməkdir. Çünki əməlin qəbul olunması üçün iki şərt vardır. Biricisi düzgün və bir tək Allah üçün xalis olması, digəri də doğru və şəriətə uyğun olmasıdır. Nə vaxt xalis olarsa lakin düzgün olmazsa qəbul olunmaz. Buna görə də Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Kimbir əməl edərsə, əmrimizə uyğun olmazsa, o rədd edilər. Bunu Müslim rəvayət etmişdir. Bu Aişənin radiyAllahu anhə Rəsulullahdan, salləllahu aleyhi və səlləm), rəvayət etdiyi hədislərdəndir.
Rahiblər və bənzər insanların əməlləri də Allah üçün ixlasla edildiyi fərz edilsə də yenə də qəbul edilməz. Çünki bütün insanlara göndərilən Rəsulullaha, (salləllahu aleyhi və səlləm), tabe olmamışdırlar. Bunlar və bənzərləri haqqında Allah təala belə demişdir: Biz onların etdikləri əməllərə baxdıqdan sonra onları sovrulmuş toz dənəciklərinə çevirərik. (Furqan, 23). Və belə demişdir: Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. (Nur, 39) və belə demişdir: O gün (neçə-neçə) üzlər zəlil olub yerə dikiləcək, üzülüb əldən düşəcək, yanar oda girəcəkdir; qaynar çeşmədən içirdiləcəkdir. (Ğaşiya, 2-5)
Möminlərin əmiri Ömərdən (radiyAllahu anh), bunu rahiblərə təvil etdiyi rəvayət edilmişdir. Necə ki, bir az sonra qeyd ediləcəkdir. Amma, əməl xarici görünüşü baxımında şəriətə müvafiq olarsa Allah üçün ixlasla ediməzsə bu da sahibinə qaytarılar. Bu da riyakarlığın və münafiqliyin vəziyyətidir. Necə ki, Allah Təala belə demidşir: Vay halına o namaz qılanların ki, o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar., Onlar riyakardırlar, və az bir şey verməkdən belə imtina edirlər.(Maun 2-4) Buna görə də Allah Təala belə demişdir: Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!’ (Kəhf 110) Bu ayədə də Xeyr! Kim özünü Allaha təslim edib üzünü ona tutarsa,demişdir.
Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyacəklər- Allah Təala onlara zəhmətlərinin əvəzini əldə edəcəklərini təminat verir və onları qorxduqları şeylərdən əmin etmişdir. “Onlara heç bir qorxu yoxdur” gələcəkdə, “onlar kədərlənməyacəklər”.keçmişdə etdiklərinə görə, deməkdir. Necə ki, Səid İbn Cubeyr . “Onlara heç bir qorxu yoxdur” kəliməsi haqqında Axirəttə,demişdir “onlar kədərlənməyacəklər”.kəliməsi haqqında da yəni ölüm üçün kədərlənməzlər demişdir.
Yəhudilər: ‘Xaçpərəstlər heç bir şeya əsaslanmırlar!’– deyir, xaçpərəstlər isə: ‘yəhudilər heç bir şeya əsaslanmırlar!’– deyirlər.Halbuki onlar Kitab oxuyandırlar- Allah Təala onların ziddiyatlərini, birbirilərinə nifrətlərini düşmənliklərini və inadlaşmalarını bəyan etdi. Necə ki Muhamməd İbn İshaq belə demişdir. Mənə Muhamməd İbn Əbu Muhamməd, o da İkrimə və ya Səid İbn Cubeyrdən rəvayət edir ki, İbn Abbas belə demilşdir: Necran Xaçpərəstləri Rəsulullahsalləllahualeyhi və səlləmin yanına gəldikdə yəhudilərin hahamları gəlib Rəsulullah sAllahu aleyhi və səlləmin yanında mübahisə etməyə başladılar. Rafi İbn Harmələ: Siz heç bir şeya əsaslanmırsınız, dedi. İsanı və İncili inkar etdi. Nəcran Xaçpərəstlərindən biri də yəhudilərə Siz heç bir şeya əsaslanmırsınız dedi, Musanın peyğəmbərliyini və Tövratı inkar etdi. Bununla əlaqədar olaraq Allah Təala: yəhudilər: ‘Xaçpərəstlər heç bir şeya əsaslanmırlar!’– deyir, xaçpərəstlər isə: ‘yəhudilər heç bir şeya əsaslanmırlar!’– deyirlər. Halbuki onlar Kitab oxuyandırlar.dedi. Dedi ki, Hər ikisi də öz kitabında inkar etdiyi şeyin doğruluğunu oxuyardılar. yəhudilər İsanı inkar edərdilər hansı ki yanlarında Tövrat var idi. Orada Musanın dili ilə İsa təsdiq edilirdi. İncildə də Musa təsdiq edilirdi. Tövratda gələn də Allahdan idi. Hər biri qarşısındakının əlində tutduğunu (kitabını) inkar edirdi. Mucahid bu ayə haqqında belə demişdir: İlk yəhudi və Xristianlar müəyyən bir şey üzərində idilər. Qatadə də belə demişdir: yəhudilər: Xaçpərəstlər: heç bir şeya əsaslanmır dedilər. Bəli ilk Xaçpərəstlər müəyyən bir şeya əsaslanırdılar lakin bidət işlədilər və ayrı düşdülər. .yəhudilər: ‘Xaçpərəstlər heç bir şeya əsaslanmırlar!’– deyir, xaçpərəstlər isə: ‘yəhudilər heç bir şeya əsaslanmırlar!’– deyirlər. Halbuki onlar Kitab oxuyandırlar. Bəli ilk yəhudilər də müəyyən bir şeya əsaslanırdılar lakin bidət edib ayrılığa düşdülər. Ondan gələn başqa bir rəvayət də varki, bu da həmin ayə haqqında Əbu Aliyə ilə Rəbi İbn Ənəsin dediyi kimidir. .yəhudilər: ‘Xaçpərəstlər heç bir şeya əsaslanmırlar!’– deyir, xaçpərəstlər isə: ‘yəhudilər heç bir şeya əsaslanmırlar!’– deyirlər. Halbuki onlar Kitab oxuyandırlar. Bunlar Rəsulullahın (salləllahu aleyhi və səlləm) zamanındakı əhli kitabdır. Bu rəy hər iki tayfanın digər tayfayə iftira etdiyi şeydə doğru olmasını zəruri edir. Ancaq ayətin ifadə formasından görünən budur ki, bunun belə olmadığını bildikləri üçün qınanmışdırlar.Buna görə də Allahu Təala: “Halbuki onlar Kitab oxuyandırlar.”demişdir. yəni onlar Tövrat və İncilin şəriətini bilirdilər, deməkdir. Onların hər biri bir zamanlar şəriət idi. Ancaq onlar sonradan inad və inkarlarından, pisliya pisliklə qarşılıq vermək istədikərindən bunu inkar etdilər. Necə ki, bu ayənin təfsirində İbn Abbas, Mucahid və Qatadədən gələn ilk rəvayətdə belə qeyd edilmişdir. Allah ən doğrusunu biləndir.
Bilməyənlər də onların danışdığı kimi danışırlar.Bununla yəhudi və xaçpərəstlər birbiriləri üçün dedikləri sözdə cahilliklərini bəyan etmiş oldular. Bu da eyham vurmaq, işarə vermək formasındadır. “Bilməyənlər” sözündən kimin nəzərdə tutulduğu haqqında ixtilaf edilmişdir. Rəbi İbn Ənəs ilə Qatadə “Bilməyənlər” sözü haqqında Xaçpərəstlər də yəhudilər kimi danışıb dedi qodu etdilər, demişdir. İbn Cureyc də belə demişdir: Atayə “Bilməyənlər” kimlərdir dedim. O da: yəhudilər və Xaçpərəstlərdən başqa Tövrat və İncildən daha əvvəlki millətlərdir, dedi. Suddi də: “Bilməyənlər” sözü haqqında Ərəblərdir, demişdir. Onlar da Muhamməd heçbir şeya əsaslanmırdemişdilər. Əbu Cəfər İbn Cərir də, hamısına uyğun gəldiyi üçün “ümumilik” rəyini üstün görmüşdür. Burada bütün rəylərdən hər hansı birini seçmək üçün dəqiq bir dəlil yoxdur. Ayəni hamısına şamil etmək daha yaxşıdır. Allah ən doğrusunu biləndir.
Allah ixtilafa düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir. yəni Allah Təala məhşərdə hamısını yığacaq və aralarında ədalətdə qərar verəcəkdir. O haqsızlıq etməz, zərrə qədər zülüm də etməz. Bu ayə Həcc suresindəki kimidir. Şübhəsiz ki, Qiyamət günü Allah möminlər, yəhudilər, sabiilər, xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında hökm verəcəkdir. Həqiqətən, Allah hər şeya şahiddir. Çünki Allah hər şeyin şahididir! (Həcc, 17). Necə ki belə demişdir: De: ‘Rəbbimiz hamımızı bir arayə cəmləşdirib sonra da aramızda ədalətlə hökm verəcəkdir. O, Fəttah və Alimdir. (Səba, 26).
-
112
Xeyr! Kim yaxşı işlər gö-rüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.
111-ci ayənin təfsirinə bax.
-
113
Yəhudilər: “Xaçpərəstlər heç bir şeyə əsaslanmırlar!”– deyir, xaçpərəstlər isə: “Yəhudilər heç bir şeyə əsaslanmırlar!”– deyirlər. Halbuki onlar Kitab oxuyandırlar. Cahillər də onların danışdığı kimi danışırlar. Allah ixtilafa düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir.
111-ci ayənin təfsirinə bax.
-
114
Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.
Təfsirçilər Allahın məscidlərində adının anılmasına mane olan və onların xaraba qalmasına çalışanlar dedikdə kimlərin qəsd edildiyi haqqında iki müxtəlif rəylə ixtilaf etmişdirlər. Birincisi Afvi İbn Abbasdan bu ayə haqqında onlar xaçpərəstlərdir, dediyini rəvayət etmişdir. Mucahid də onlar xaçpərəstlərdir, onlar Beytul Müqəddəsə əziyyat verən şeylər ataraq və insanları orada namaz qılmağına mane olardılar, demişdir. Abdurrazzak da belə demişidirr: Bizə Mamer, o da Qatadədən, “onların viranə qalmasına çalışanlardan” sözü haqqında: O Buhtunnasar ilə tərəfdarlarıdır, demişdir. O, Beytul Müqəddəsi xarabayə çevirdi. Xaçpərəstlər də bu işdə ona yardım etdilər. Səid Qatadədən belə rəvayət etmişdir: Onlar Allahın düşmənləri xristianlardır. yəhudilərə olan nifrəti onları Babil kralı məcusi Nəbukatnəzarı Beytul müqəddəsi dağıtmasına kömək etməyə sövq etdi. Suddi də belə demişdir: Beytul müqəddəsi viran etmək üçün Nəbukatnəzara kömək etdilər, o da onu viran etdi və içərisinə leş atılmasını əmr etdi. Onu viran etmək üçün Rumlular da kömək etdilər. Çünki israiloğulları yəhya İbn Zəkəriyyəni öldürmüşdülər. Buna bənzər digər bir rəvayət də Həsən Bəsridən nəql edilmişdir.
İkinci rəyi İbn Cərir rəvayət etmişdir: Mənə yunis İbn Abdul ala rəvayət etdi ki, İbn Vəhb demişdir ki, İbn Zeyd bu ayə haqqında belə dedi: Onlar Hudeybiya səfərində Rasulaullahın (salləllahu aleyhi və səlləm) Məkkəya girməsini əngəlləyan müşriklərdir. O da qurbanlarını Zituva deyilən yerdə kəsdi, onlarla sülh imzaladı və onlara: Heç kim heç kimi bu evdən uzaq tutmazdı. İnsan öz atasının və ya qardaşının qatilinə burada rast gələr ama yenə də ona mane olmazdı, dedi. Onlar da Bədir döyüşündə atalarımızı öldürənlər, biz həyatda olduğumuz müddətdə bura girə bilməzlər, dedilər.
“Onların viranə qalmasına çalışanlar” Çünki Allahı zikr edərək onu inşa edənlərə və həcc və ümrə üçün ora gələnlərə mane oldular. İbn əbi hatim Sələmədən zikretmişdir, Muhamməd İbn ishaq belə demişdir. Mənə Muhamməd İbn əbi Muhamməd, o da İkrimədən, o da Səid İbn Cubeyrdən rəvayət etdi ki, İbn Abbas belə demişdir: Qüreyşlilər Peyğəmbəri (salləllahu aleyhi və səlləm) Məscidul Haramda Kabənin yanında namaz qılmağına icazə vermədilər. Buna görə də Allahu Təala:Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdəndaha zalım kim ola bilər?ayəsini endirdi. Sonra da İbn Cərir birinci rəyi üstün hesab dərərk Qureyişin Kəbəni viran etməyə çalışmamasını dəlil göstərdi. Amma Rumlular Beytul Müqəddəsi viran etmək üçün çalışmışdılar.
Mən də deyirəm ki, Allah ən doğrusunu biləndir, ən açıq aydın olanı, İbn Zeydin dediyi kimi, ikinci rəydir. Bu İbn Abbasın rəyidir. Çünki Xaçpərəstlər yəhudiləri Beytulmüqəddəsdə namaz qılmaqlarına mane oldular. Çünki onların dinləri yəhudi dinindən daha doğru idi. Bu səbəblə onlar daha yaxın idilər, yəhudilərin orada Allahı zikr etmələri qəbul edilə bilən deyildi. Çünki onlar daha əvvəl Davudun dili ilə, Məryam oğlu İsanın dili ilə lənətlənmişdilər. Bu da üsyanlarına və həddi aşmalarına görə idi. Bununla yanaşı da Allahu Təala yəhudi və xaçpərəstləri qınaması əvəzinə Müşrikləri qınamışdı. Çünki onlar da Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə əshabını Məkkədən çıxardılar. Onların məscidul haramda namaz qılmalarına mane oldular. İbn Cərir, Qüreyş Kəbəni xarab etməyə çalışmadı, deməsinə gəldikdə, onların etdiyindən daha böyük təxribat vardırmı? Rəsulullahı (salləllahu aleyhi və səlləm) və əshabını oradan çıxartdılar.Oranı bütləri, tanrıları və şirkləri ilə işğal etdilər. Necə ki, Allah Təala belə demişdir: Onlar Məscidulharamın xidmətçiləri olmadıqlarına baxmayəraq (möminləri) orayə buraxmadıqları halda Allah nə üçün onlara əzab verməsin? Onun xidmətçiləri yalnız müttəqilərdir. Lakin onların çoxu (bunu) bilmir. (Ənfal, 34).
Və belə dedi: Müşriklər küfr etdiklərini bildikləri halda, Allahın məscidlərini abadlaşdırmaq yaramaz. Onların əməlləri puça çıxmışdır. Onlar Odda əbədi qalacaqlar. Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayənlar abadlaşdırar. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar” (Tövbə 17, 18). Və belə demişdir: “Onlar kafirlər, sizi Məscidul-Hərama buraxmayən və qurbanlıq heyvanlarını qurbangaha gedib çatmağa qoymayən kimsələrdir. Əgər (Məkkədə) tanımadığınız mömin kişi və mömin qadınları bilmədən tapdalayıb əzmək və onların ucbatından günaha batmaq təhlükəsi ilə qarşılaşmasaydınız, (Allah ora zorla girməyinizə izin verərdi.) Lakin Allah istədiyini Öz mərhəmətinə qovuşdursun deya (buna izin vermədi.) Əgər onlar bir-birindən seçilsəydilər, Biz onlardan kafir olanlara ağrılı-acılı bir əzab verərdik.” (Fəth, 25)
“Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayənlar abadlaşdırar” (Tövbə 18). Belə olanlar ondan məhrum edilir və ondan qovulursa, bundan daha böyük xarabalığa çevirmə vardırmı? Onları abadlaşdırmaqda məqsəd bəzəmək və divarları təmir etmək deyildir. Əsil abadlaşdırmaq Allahı zikretmək, dinini oralarda yerinə yetirmək və onları pislikdən və şirkdən qorumaqla olur.
“ Əslində onlar orayə qorxa-qorxa daxil olmalı idilər ” Bu da xəbərdir, amma əmr mənasındadır. yəni əlinizdən gəlirsə onları ora buraxmayın, yalnız sülhlə gələr və cizya verərlərsə girə bilərlər. Bunun üçündür ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) 9cu ildə Məkkəni fəth etdikdə Minada belə elan etdi: Bu ildən sonra heç bir müşrik Həcc etməyəcəkdir. Heç kim Allahın evni çılpaq şəkildə təvaf etməyəcək. Kimin müəyyən vaxta qədər müqaviləsi varsa onu tamamlayə bilər. Bu isə digər bir ayənin təsdiqi idi: “Ey iman gətirənlər! Həqiqətən də, müşriklər murdardırlar. Odur ki, özlərinin bu ilindən sonra Məscidulharama yaxınlaşmasınlar. » (Tövbə 28).
Bəziləri də belədemişdilər: Əslində onlar orayə qorxa-qorxa daxil olmalı idilər, yəni narahatlıq və möminlərdən qorxaraq girməli idilər. Nəinki, oraları ələ keçirmək və möminləri oradan uzaqlaşdırmaq. Məna belədir: Əgər kafir və digərlərinin zülmü olmasa idi haqq və vacib olan bu idi. Belə də deyilmişdi. Bu Müsəlmanların məscidul haramı və digər məscidləri əllərinə keçirəcəklərinə dair Allahdan bir müjdədir. Müşrikər onlara qarşı xar olacaqlar. Belə ki, onlardan Məscidul Harama kim girərsə tutulub işgəncə edilməkdən, Müsəlman olmadığı təqdirdə öldürülməkdən qorxaraq girər. Allah da bu vədini yerə yetirdi. Necə ki, müşrikərin Məscidul Harama girməməsi əmri yuxarıda qeyd edildi. Rəsulullah (salləllahu aleyhi və səlləm) də belə vəziyyət etmişdir: Ərəbistan yarımadasında iki din qalmasın. yəhudi və Xaçpərəstlər oradan çıxardılsın. Həmd və minnət Allahadır. Bu da Məscidul Haramı şərəfləndirməkdən və Rasulunu bütün insanlığa müjdəçi və xəbərdar edici olaraq göndərdiyi o müqəddəs məkanı təmizləməkdən başqa bir şey deyildir. Allahın salamı Rəsulunun üzərinə olsun. Bu da müşriklər üçün dünyada rüsvayçılıqdır. Çünki cəza əmələ müvafiq verilir. Onlar necə möminləri Məscidul Haramdan qovdularsa, onlar da eyni şəkildə oradan qovuldular. İnsanları oradan sürgün etdikləri kimi onlar da oradan sürgün edildilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.Beytullaha hörmətsizlik etdilər., ətrafına bütlər ucaldaraq onu dəyardən saldılar. Orada Allahdan başqasına dua etdilər, onu çılpaq tavaf etdilər. Allah və Rasulunun xoş görməyacəyi bir çox işlər gördülər. Bu ayədəki məscidlər sözünü Beytul Müqəddəslə təfsir edənlərə gəlincə bu haqda KƏbu Ahbar belə demişdir: Xaçpərəstlər Beytul Müqəddəsi ələ keçirdikdən sonra onu xarabayə çevirdilər. Allah da Muhammədsalləllahualeyhi və səlləmi göndərdikdə ona bu ayəni endirdi.
Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar orayə qorxa-qorxa daxil olmalı idilər. yer üzündə Beytul Müqəddəsə qorxmadan girməyan bir xaçpərəst yoxdur. Suddi də belə demişdir: yerüzündə ora girmək istəyarək boynunun vurulmasından və ya cizya ödəmə narahatlığından qorxmayən bir Rumlu yoxdur. Mütləq şəkildə cizyasi ödənər. Qatadə də Məscidlərə ancaq oğrun oğrun girərlər, demişdir.
Mən də deyirəm ki, bu, ayənin ümumi mənalarından birinə daxil ola bilər. Çünki Xaçpərəstlər yəhudilərin ona üz tutaraq namaz qıldıqları Qübbətüssaxranı təhqir etdikdə şəri və qədəri olaraq zillətlə əzab edildilər. Onlar Beytul müqəddəslə imtahan edildiyi bəzi zaman aralıqları xaric. yəhudilər də orada Xristianların asiliklərindən daha böyük bir şəkildə Allaha asilik etdikdə, onların əzabları daha böyük oldu. Allah ən doğrusunu biləndir.
Bu dünyada alçaqlıq Mehdinin çıxması ilə təfsir edilmişdir. Bunu da Suddi, İkrimə və Vail İbn Davud demişlər. Qatadə də bunu zillətlə cizya verməklə təfsir etmişdir. Doğru olan odur ki, dünyada alçaqlıq bütün bunlardan daha geniş məna daşıyır. Dünyada alçaqlıqdan axirətdə də əzabdan Allaha sığınmaq üçün hədislər varid olmuşdur. Necə ki, İmam Əhməd belə demişdir. Bizə Heysəm İbn Haricə xəbər verdi, bizə Muhamməd İbn Əyyub İbn Meysərİbn Halbəs, o da atasından, o da Bişr İbn Ərtatdan bəhsedərək rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə dua edərdi: Allahım bütün işlərdə aqibətimizi xeyr eylə. Bizi dünyada rüsvayçılıqdan və axirəttə əzabdan qoru. Bu həsən hədisdir. Kutubi Sittənin heçbirində yoxdur. Onu rəvayət edən səhabə Bişr İbn Ərtatın da bundan başqa hədisi yoxdur. Bir də “döyüşdə əl kəsmək olmaz” hədisi də vardır.
-
115
Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah Əhatəedəndir, Biləndir.
Bu da, Allah yaxşı bilir, Rasullullah (salləllahu aleyhi və səlləm) ilə əshabı üçün təsəllidir. Onlar Məkkədən çıxarıldılar, Məscidi Haramdan və namazgahlarından ayrıldılar. Rəsulullah (salləllahu aleyhi və səlləm) Məkkədə Beytulmüqəddəsə dönərək ibadət edərdi. Kəbə də önündə olardu.Mədinəyə gələndən sonra on altı və ya on yeddi ay Beytulmüqəddəsə dönərək namaz qıldı. Sonra da Allah qibləni Kəbəya tərəf çevirdi. Bunun üçündür ki, Allahu təala “Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar”. Əbu Ubeyd Qasim İbn Səllam “əl-Nəsih və əl-Mənsuh” kitabında demişdir; bizə Həccac İbn Muhəmməd İbn Cureyc və Osman İbn Ata, o da Atadan , o da İbn Abbasdan rəvayət etdi ki, o belə demişdir: Bizə izah edildiyinə görə, Allah ən yaxşısını bilir, Quranda ilk nəsxedilən qiblənin vəziyyətidir. Allahu Təala: “Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar”. Bunun qarşılığında Rəsulullah (salləllahu aleyhi və səlləm) Beytulmüqəddəsə dönərək ibadət etdi, Kəbəni tərk etdi. Sonra da qibləni yenidən köhnə evə (Beytul Ətiq) çevirib onu nəsx etdi: “Hara (səfərə) çıxsan, (namaz qıldıqda) üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin…” (Bəqərə, 150).
Əli İbn Əbu Talha, İbn Abbasdan rəvayət edir ki: Quranda ilk nəshxedilən ayə, qiblə ayəsidir. Belə ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) Mədinəyə hicrət edəndə orada yaşayən yəhudilər ilə qarşılaşdıqda Allah Təala ona Beytulmüqəddəsə üz tutmasını əmr etdi. yəhudilər də buna çox sevindilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) on və daha artıq ay Qüdsə doğru döndü. Rəsulullah (salləllahu aleyhi və səlləm) isəİbrahimin qibləsini sevərdi.Dua edər, göyə baxardı. Bunun üzərinə Allah Təala: “Biz sənin üzünün göyə tərəf çevrildiyini gördük və Biz səni razı qalacağın qibləya tərəf döndərəcəyik. Sən üzünü Məscidulharama tərəf çevir!” (Bəqərə, 144) ayəsini endirdi. Bundan yəhudilər narahat oldular və: “Onları üz tutduqları qiblədən döndərən nə oldu?” (Bəqərə, 142) Bunun qarşılığında Allah Təala: “De: Məşriq də, məğrib də Allahındır.” (Bəqərə, 142) ayəsini nazil etdi və: “Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar.” dedi.
İkrimə İbn Abbasdan “Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar.” ayəsi haqqında belə demişdir: Şərqədən və Qərbdən Haraya dönsən Allahın qibləsi oradır. Mucahid də: “Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar.” ayəsindəharada olursunuz olun, sizin yönələcəyiniz bir qiblə vardır, o da Kəbədir, demişdir. İbn Əbu Hatim də İbn Abbasın Atadan gələn rəvayətindən sonra, Əbu-Aliyə, Həsən, Ata əl-Xorasani, İkrimə, Qatədə, Suddi və Zeyd İbn Əsləmdən də buna bənzər bir rəvayət nəql edilmişdir, demişdir. İbn Cərir və digərləri belə demişlər: Xeyir, Allah-Təala bu ayəni, Kəbəya dönmə fərz edilmədən əvvəl nazil etmişdir və bu ayə ilə Nəbisinə və səhabələrinə ibadət edərkən şərq və qərbdən istədikləri tərəfə yönələbiləcəklərini bildirmək üçün nazil olmuşdur. Çünki onlar üzlərini hansı tərəfə çevirirlərsə çevirsinlər, Tərifi Uca Olan o istiqamətdə və o tərəfdədir. Bu o deməkdir ki, qərblər də, şərqlər də Allahu Təalanındır. Heç bir məkan ondan ayrı deyildir. Necə ki, Allah-Təala: “İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, onların yanındadır”. (Mücadilə, 7) demişdir. Onlar dedilər; sonra bu ayə, qibləni Məscidul-Harama çevirməsi farz edildikdən sonra nəsx edildi.
“Heçbir məkan ondan ayrı deyildir” cümləsində əgər Allah-Təalanın elmi qəsd edilirsə doğrudur. Çünki Allah-Təalanın elmi bütün bilinən hər şeyi əhatə edir. Amma Allah-Təalanın zatı qəsd edilirsə onun məxluqatının heç birisi onu əhatə etməz. Uca Allah bundan müqəddəs və münəzzəhdir.
İbn Cərir və digərləri belə demişlər: Xeyir, bu aEy Allahın Rəsulua (salləllahu aleyhi və səlləm) səfərdə , düşmənlə döyüşərkən və qorxu halında istədiyi tərəfə dönərək nafilə ibadəti yerinə yetirə bilmək üçün endirilmişdir. Bizə əbu Kureyb, İbn İdrisdən, o da Abdulmalik İbn Əbu Suleymandan, o da Səid İbn Cubeyrdən rəvayət edir ki, Abdullah İbn Ömər miniyin üstündə getdiyi tərəfə doğru ibadət edər və Rəsulullahın (salləllahu aleyhi və səlləm) da belə etdiyini demişdir. “Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar.” ayəsini də belə izah edərdi. Bunu Muslim, Tirmizi, Nəsai, İbn Əbu Hatim və İbn Mərduveyh müxtəlif yollarla Abdulməlik İbn Əbu Süleymandan, Səid İbn Cubeyrdən və Abdullah İbn Ömərdən nəql edərlər. Əsli “iki səhih”-dədir, Abdullah İbn Ömər və Əmir İbn Rəbia hədisindəndir. Onda ayə zikredilməmişdir.
Səhih Buxaridə, Nafi, Abdullah İbn Ömərdən rəvayət etmişdir: ona qorxu namazı soruşulduğu zaman onu izah etdi, sonra da belə dedi: əgər qorxu bundan daha çox şiddətli olarsa ayəqlarının üzərində və ya miniyin üzərində ibadət edərlər. Bunda qibləya dönməklə dönməmək birdir. Nafi də belə demişdir: Zənn edirəm Abdullah İbn Ömər bunu Rəsulullahdan (salləllahu aleyhi və səlləm) nəql etmişdir.
Məsələ: Şafi məşhur rəvayətdə uzun və qısa səfərdə əminamanlıq və ya təhlükə zamanı olan səfər arasında fərq görməmişdir. Ona görə hamısında miniyin üzərində nafilə ibadət icazəlidir. Əbu Hənifənin rəyi də belədir. Malik və dostları buna müxaliflik edirlər. Əbu yusuf və Əbu Səid İstahri şəhərdə heyvanın üzərində nafiləni qəbul etmişdilər. Bunu Əbu yusuf da Malikdən rəvayət etmişdir.Bunu Əbu Cəfər Təbəri də seçmişdir, hətda piyada üçün olsa belə.
İbn Cərir ilə digərləri də belədemişdilər: Əksinə bu ayə qiblənin istiqamətini anlayə bilməyən bir cəmiyyat haqqında endi, onlar qiblənin hansı istiqamətdə olduğunu dəqiqləşdirə bilmədikdə müxtəlif istiqamətlərə dönərək ibadət etdilər. Allah-Təala da: “Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar”. Bununla sizə namazlarınızın qüvvədə olduğunu öyrədir.
Muhəmməd İbn İshaq əl-Əhvazi Əbu Əhməd əz-Zubeyridən, o da Rəbi Səmmandan, o da Asim İbn Ubeydullahdan, o da Abdullah İbn Amir İbn Rəbiadan rəvayət etdi ki: Biz Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə birlikdə idik. Çox qaranlıq bir gecəydi. Bir yerdə dayəndıq. Bir nəfər bir neçə daş götürüb içində ibadət edəcəyi bir məscid düzəltdi. Səhər açılınca qibləni düzgün təyin etmədiyimizi fərq etdik. Ey Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) ,qibləni düzgün təyin etməmişik dedik. Bunun qarşılığında Allah-Təala “Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar” ayəsini endirdi. Sonra onu Sufyan İbn Vakidən, o da atasından, o da Əbu Rəbi əs Səmmandan bənzər şəkildə rəvayət etdi. Bunu Tirmizi də Mahmud İbn Ğayləndan, o da Vakidən; İbn Macə də yəhya İbn Hakimdən, o da Əbu Davuddan, o da Əbu Rəbi əs Sammandan rəvayət etmişdir. Bunu İbn Əbu Xatim də Həsən İbn Muhəmməd İbnSabahdan, o da Səid İbn Süleymandan, o da Əbu Rəbi əs Səmmandan rəvayət etmişdir. Adı da Əşas İbn Səid əl-Basridir. Hədis zəifdir. Tirmizi belə demişdir: bu həsən hədisdir, isnadı belə deyildir, onu ancaq Əşas İbn Səmman hədisi kimi bilirik. Əşas hədisdə zəif sayılır. Mən də deyirəm ki, şeyxi Asim də zəifdir. Buxari də,bu ravi hədis elmində inkar ediləndir (münkərdir) demişdir. İbn Main də ravi zəifdir, onunla sübut gətirilməz, demişdir. İbn Hibban da: Onun hədisi tərk edilər demişdir. Allah yaxşı bilir.
Başqa bir yoldan Cabirdən (radiyallahu ənh) rəvayət edilmişdir ki, Hafiz Əbu Bəkr İbn Mərduveyh bu ayənin təfsirində belə demişdir: Bizə İsmail İbn Əli İbn İsmail o da Həsən İbn Əli İbn Şəbibdən, o da Əhməd İbn Abdullah İbn Həsəndən rəvayət etdi ki, o atasının kitabında bu cür yazıldığını görüb: Bizə Abdulmalik əl-Arzami Atadan rəvayət etdi ki, Cabir dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) bir gecə bir dəstə ordu göndərdi. Qaranlıq düşdü. Qibləni təyin edə bilmədik. Dəstədən bir hissə: biz qibləni təyin etdik, bu tərəfdir, sol tərəfdədir, dedilər. O tərəfə dönüb namaz qıldılar. Xəttlər çəkdilər. Səhər açılıb günəş çıxdıqda xəttin qibləni göstərmədiyini başa düşdük. Səfərdən qayıtdıqdan sonra Rəsulullahdan (salləllahu aleyhi və səlləm) soruşduq. Susdu, Allah Təala da: “Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar” ayəsini endirdi. Sonra bunu Muhamməd İbn Ubeydullah əl-Arzəmidən, o da Atadan, o da Cabirdən bu şəkildə rəvayət etdi. Darakutni belə dedi: Bu hədis Abdullah İbn Abduləzizə oxundu, mən də eşidirdim, bizə Davud İbn Ömər belə dedi: bizə Muhəmməd İbn yəzid əl-Vasiti Muhəmməd İbn Səlimdən, o da Atadan, o da Cabirdən rəvayət etdi ki: Bir yürüşdə Rəsulullahla (salləllahu aleyhi və səlləm) bir yerdə idik. Üzərimizə bulud çökdü, çaşıb qaldıq, qibləni təyin etmə məsələsində mübahisə etdik. Hərə bir tərəfə namaz qıldııq və qarşımıza xətt çəkmişdik. yerimizi bilmək istəyirdik. Bunu Rəsulullaha (salləllahu aleyhi və səlləm) xəbər verdik. O, bizə namazı yenidən qılmamızı əmr etmədi: namazınız uyğundur dedi. Sonra Darakutni də Muhəmməd İbn Səlimdən o da Ətaadanbelə rəvayət etdi, dedi. Eyni hədisi : Muhəmməd İbn Ubeydullah əl-Arzəmidən, o da Ətadan rəvayət etmişdir, Hər ikisi zəifdir. Bunu həmçinin İbn Mərduveyh də Kəlbidən, o da Əbu Salehdən, o da İbn Abbasdan rəvayət etmişdir. Rəsulullah (salləllahu aleyhi və səlləm) bir dəstə ordu göndərdi. Bir duman çökdü, qibləni təyin edə bilmədilər. Başqa tərəfə qıldılar. Sonra günəş çıxdıqdan sonra qiblə xaricinə qıldıqları məlum oldu. Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldikdə bunu ona xəbər verdilər. Allah Təala da bu ayəni endirdi: “Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar”. Bu sənədlərdə zəiflik vardır. Bəlkə də bir-birini qüvvətləndirir. Səhvən qibləya tərəf qılınmayən namazı geri qaytarma məsələsində alimlərin iki görüşü vardır: Bunlar dəlildir ki, namaz qəza edilmir. Allah ən doğrusunu biləndir.
İbn Cərir belə demişdir. xeyr bu ayə Nəcaşidən ötrü endi, Necə ki bizə Muhəmməd İbn Bəşşar o da Muaz İbn Hişamdan, o da atasından, o da Qatadədən rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə dedi: Bir qardaşınız vəfat etdi, namazını qılın. “Müsəlman olmayan birinin namazınımı qılaq?” dedilər. Çox keçmədiki bu haqda Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də öz-lərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar. (Ali İmran, 199) ayəsi endi.
Qatadə dedi ki, O qibləya dönərək namaz qılmazdı, dedilər. Çox keçmədiki bu haqda Allah “Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar.ayəsini endirdi. Bu qərib hədisdir. Allah ən doğrusunu biləndir. Onun qiblə Kəbəya çevrilmədən əvvəl Beytul Müqəddəsə tərərf namaz qıldığı rəvayət olunmuşdur. Necə ki bunu Qurtubi Qatadədən nəql etmişdir. Qurtubi bunu da zikr etmişdir: Nəcaşi vəfat etdikdə Rəsulullah (salləllahu aleyhi və səlləm) namazını qıldı. Qiyabən namazı icazəli sayənlan buna əsaslanırlar. O da belə demişdir: Bu da bizim dostlarımız üçün 3 baxımdan xüsusi bir vəziyyətdir. Birincisi, Rəsulullah (salləllahu aleyhi və səlləm) onu gözləri ilə gördü, çünki yer büküldü cənazə gözünün önünə gəldi. İkincisi, yanında namaz qılan biri olmadığı üçün onun namazını qıldı. Bunu da İbnul Arabi üstün rəy hesab etmişdir. Qurtubi də belə demişdir. Müslüman bir kralın yanında onun dinindən bir nəfərin olmaması çox qəribədir. İbnul Arabi də belə cavab vermişdir: Onlara görə ölü namazı şəri namaz deyildi. Bu cavab da gözəldir. Üçüncüsü də Peyğəmbər (salləllahu aleyhi və səlləm) onun namazını qıldırdı ki, digər kralların da könlünü qazansın. Allah daha yaxşı bilr.
Hafiz Əbu Bəkir İbn Mərduveyh bu ayənin təfsirində belə demidşir: Bizə Əbu Maşər, o da Muhamməd İbn Amr İbn Əlqamədən, o da Əbu Sələmədən, o da Əbu Hureyrədən rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Şərq ilə qərb arası Mədinə xalqı üçün, Şam xalqı üçün və İraq xalqı üçün qiblədir. Bunun bu mövzu ilə bir əlaqəsi vardır ki, bunu da Tirmizi ilə İbn Macə Əbu Maşər hədisində rəvayət etmişdir. Adı Nəcih İbn Əbdurrəhman əl Suddi əl Mədənidir. Tirmizi belə demişdir: Başqa yolla Əbu Hureyrədən də rəvayət edilmişdir. Bəzi elm adamları Əbu Maşər haqqında hafizəsi baxımından nəsədemişdilər. Sonra da belə dedi: Mənə Həsən İbn Bekir əl Mərvəzi rəvayət etdi, o da Mualla İbn Mansurdan, o da Abdullah İbn Cəfər əl Məhrəmidən xəbər verdi, o da Osman İbn Muhamməd İbn Əxnəsdən, o da Abu Səid əl Məqbəridən, o da Əbu Hureyrə radiyAllahu anhdan rəvayət edir ki. Rəsulullah salləllahu aleyhi vəsəlləm belə demişdir: Şərq ilə Qərbin arası qiblədir. Sonra Tirmizi: bu səhihdir demişdir. Buxaridən də onun haqqında Bu Əbu mahşər hədisindən daha qüvvətli və daha səhihdir, dediyi nəql edilmişdir. Tirmizi belə demişdir: Bir çox səhabədən: Şərq ilə qərb arası qiblədir hədisi rəvayət edilmişdir. Ömər İbn Xəttab, Əli və İbn Abbas onlardandır. Allah hamısından razı olsun.
İbn Ömər belə demişdir: Qərb sağ tərəfinə, Şərq isə sol tərəfinə tuş gələcək şəkildə dayənsan ikisinin arası qiblədir. Sonra da İbn marduveyh belə demişdir. Bizə Əli İbn Əhməd İbn Əbdurrahman, o da Haşım oğullarının azad edilmiş qulu yaqub İbn yusif , o da Şueyb İbn Əyyubdan, o da İbn Numeyrdən o da Abdullah İbn Amrdan, o da Nafidən O da , İbn Ömərdən rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi ki, Şərq ilə qərbin arası qiblədir. Bunu Darukutni ilə Beyhaki də rəvayət etdilər. Və belə demişdir:Bu rəvayət İbn Ömər və o da Ömər vasitəsi ilə məşhurdur. Allah ikisindən də razı olsun. İbn Cərir belə demişdir: Belə olması da ehtamal olunur: Mənə dua etməniz üçün hara üz tutursunuz tutun, mənim üzüm oradadır və mən də dualarıızı qəbul edərərm. Nəcə ki bizə Qasım, o da Həsəndən o da Həccacdan, o da İbn Cureycdən rəvayət edir ki, Mucahid demişdir: ‘Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Gafir, 60) ayəsi nazil olduqda, hara üz tutaq dedilər. Bu haqda “Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar” ayəsi endi. İbn Cərir belə demişdir: “Allah genişdir, biləndir!”” sözünün mənası belədir. Comərtliyi lütfü və ehsanı bütün yaratdıqlarına kifayət edər. “Biləndir” yəni onların əməllərini bilir onlardan heçbir şey ona gizli qalmaz, onun elmi xaricində qalmaz. O hər şeyi bilir.
-
116
Onlar dedilər: “Allah övlad götürmüşdür!” Hal-buki O, pakdır, müqəddəsdir! Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona baş əyir.
Bu və ondan sonra gələn ayə Nəsraniləri rədd etməkdir. Allahın lənəti onların üzərinə olsun. Onlara bənzəyan yəhudilərlə Ərəb müşrikləri də elədirlər. Sonuncular mələkləri Allahın qızları hesab etdilər. Allah da hamısını Allahın övladı var söz və iddiasında yalanladı: “O pak və müqəddəsdir” dedi. yəni Allah Təala bundan müqəddəs və ucadır. “Göylərdə və yerdə nə varsa onundur” yəni məsələ onların iftira etdikləri kimi deyildir. Göylərdə və yerdə nə varsa yalnız Ona aitdir. Göylərdə və yerdə olanları təsərrüf edən Odur. O onların yaradıcısı, ruzi verəni və təqdir edicisidir. Onlar Onun əmrinə tabedirlər, onları istədiyinə müəssər edər və onları istədiyi kimi çevirər. Hamısı onun qulu və mülküdür. Onun necə övladı ola bilər ki, övlad ancaq iki mütənasib şeydən əmələ gələ bilər. Allah isə Mubarak və ucadır. Əbədilik və böyüklüyündə onun bənzəri və ortağı yoxdur. Zövcəsi də yoxdur. Bəs belədirsə, Onun övladı necə ola bilər? Necə ki, belə demişdir:
“O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir” (Ənam, 101), və belə demişdir: (Kafirlər:) ‘Ər-Rəhman özünə övlad götürmüşdür!’– dedilər. Siz olduqca pis bir iş tutdunuz. Bundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun – ər-Rəhmana övlad isnad etdiklərinə görə. Ər-Rəhmana özünə övlad götürmək yaraşmaz. Göylərdə və yerdə olanların hamısı ər-Rəhmanın hüzuruna ancaq bir qul kimi gələcək (Allah) onları hesablamış və bir-bir saymışdır. Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək. (Məryam 88-95). Allah Təala belə demişdir: “De: ‘O Allah Təkdir! Allah Möhtac deyildir. O, doğmadı, doğulmadı. Onun bənzəri də yoxdur’. (İxlas, 1-4).
Allah Təala bu ayələrdə özünün əzəmətli seyyid (sahib, ağa) olduğunu, özündən başqa bütün şeylərin onun məxluqu (yaradılanı) və özünün də onların Rəbbi olduğunu təsbit etmişdir. Bəs bu halda, Onun övlad necə ola bilər? Buna görə də Buxari Bəqərədəki bu ayənin təfsirində belə demişdir: Bizə Əbu yamən, o da Şueybdan, o da Abdullah İbn Əbi-Hüseyndən, o da Nafi İbn Cubeyr İbn Mutimdən o da İbn Abbasdan nəql etdi ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi ki: Allah Təala belə dedi: Adəm oğlu məni yalanladı, buna onun haqqı yoxdur, məni söydü buna da haqqı yoxdur. Məni yalanlaması mənim onun əvvəlki kimi təkrar yarada bilməməyimi iddia etməsidir. Mənə söyməsi də mənim övladım olduğunu söyləməsidir. Zövcə vəya övlada sahib olmaqdan özümü tənzih edərəm. Bunu bu şəkildə yalnız Buxari rəvayət etmişdir.
İbn Mərduveyh də belə demişdir: Bizə Əhməd İbn Kamil o da Muhəmməd İbn İsmayıl Tirmizidən o da Muhəmməd İbn İshaq İbn Muhəmməd Əl-Fərvidən o da Əbuzzənaddan o da Arəçdən o da Əbu Hureyrədən rəvayət edir ki, peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: Allah Təala deyir ki: Adəmoğlu məni yalanladı. Buna haqqı yoxdur. Məni yalanlaması məni əvvəldəki kimi yarada bilməz deməsidir. İkinci yaratmaq mənim üçün daha asandır. Mənə söyməsi də Allahın övladı var deməsidir. Mən Allaham-təkəm, Samədəm (hər kəs mənə möhtacdır). Doğmadım, doğulmadım, kimsə mənə bərabər deyildir. İki Səhihdə Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Eşitdiyi əziyyat verici sözə Allahdan daha səbirli heç kim yoxdur, onlar Ona övlad nisbət edərlər ama buna baxmayəraq O da onlara ruzi və sağlamlıq verər.
“Hər şey ona baş əyir” İbn Əbi Hatim belə demişdir: Bizə Əbu Səid Əsəç o da Əsbatdan o da Mutarrifdən o da Atiyyədən o da İbn Abbasdan nəql edir ki: “İtaət edərlər”sözü namaz qılarlar deməkdır. İkrimə ilə Əbu Malik də “İtaət edərlər” bütün ibaətlərin ona aid olduğunu iqrar edərlər, deməkdirdemişdilər. Səid İbn Cubeyr də: “Hər şey ona İtaət edər” bu xlasdır, demişdir. Rəbi İbn Ənəs də bu, qiyamət günündə Allahın hüzurunda durmaqdır, demişdir. Suddi də qiyamət günündə itaət edərlər demişdir. Xusayf da Mucahiddən “Qanitun”- itaət edənlərdir. Dedi insan ol, o da oldu, uzunqulaq ol dedi o da oldu, dediyini nəql etmişdir. İbn Əbi Nəcih də Mucahiddən Qanitun – itaət edənlərdir demişdir. Kafirin itaəti də istəməsə də kölgəsinin səcdə etməsidir, demişdir. Mucahiddən nəql edilən bu rəyi İbn Cərir bəyanmiş, bütün rəyləri ehtiva eləyir demişdir. Çünki qunut Allaha itaətdir, Onun qarşısında acizanə durmaqdır. Bu da şəri və qədəri olur. Necə ki, Allah Təala belə demişdir: Göylərdə və yerdə olan məxluqlar da, onların kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edir (Rad, 15).
Quranda qeyd edilən qunutdan bu məqsəd olmasına dair hədis varid olmuşdur. Necə ki, İbn Əbi Hatim belə demişdir: Bizə yusuf İbn Abdul Əla o da İbn Vəhbdən o da Amr İbn Harisdən o da Dərrac Əbussəmhdən o da Əbuheysəmdən o da Əbu Səid Əl-Xudridən nəql edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: “Qurandakı bütün qunut hərfləri itaət mənasındadır”. İmam Əhməd də bənzər sənədlə Həsən İbn Musadan o da İbn Ləhiadan o da Dərracdan nəql etmişdir. Ancaq bu sənəddə zəiflik olduğu üçün ona güvənilməz. Hədisi mərfu saymaq da doğru deyil. Bir səhabənin vəya daha əvvəldə birinin sözü ola bilər. Təfsirlərdə bu sənədi görmək olar amma içindəki naqisliklər səbəbindən ona aldanmamalıdır. Çünki sənəd zəifdir. Allah ən doğrusunu biləndir.
“Göyləri və yeri icad edən Odur” yəni keçmişdə bir nümunəsi olmadan yaratmışdır, deməkdir. Mucahid ilə Suddi: Bu dilçiliyin tələbidir, demişlər. Bunun üçündür ki, sonradan olan şeya bidət deyilir. Necə ki, Səhih Müslimdə belə gəlmişdir: Hər sonradan olan yenilik bidətdir. Bidət iki qismə ayrılır: Bəzən şəri bidət də olur. Misal üçün “hər sonradan olan yenilik bidətdir və hər bidət də zəlalətdir” hədisində olduğu kimi. Bəzən də lüğəti mənasında da qəsd edilir. Misal üçün: Möminlərin əmiri Ömər İbn Xəttabın onları təravih namazına toplanıb davam etmələrini görəndə: Bu nə gözəl bidətdir, deməsi kimi.
İbn Cərir belə demişdir: Bədi mubdi mənasındadır. Əsli belə olduğuna görə bədi deyilmişdir. Necə ki, mülim üçün əlim, müsmi üçün səmi deyilməsi kimi. Mübdi də ərsəya gətirən, icad edən mənasındadır. Heç kimsə onun bənzərini ərsəya gətirməmiş, icad etməmişdir. Buna görə də, dində bidət edənə mübtədi deyilmişdir. Çünki o heç kimin etmədiyi bir şeyi etmişdir. Bu şəkildə daha əvvəl misalı qeyd olunmayən bütün söz və əməllər də belədir. Ərəblər də bu əməli edəni mubtədi adlandırmışlar. Aşa İbn Saləbə də Həvzə İbn Əli Əl-Hənəfini mədh edərkən həmin sözü bu mənada istifadə etmişdir:
Böyüklər söz desə onları dinlər
İstərsə özü də yenilik gətirər
yəni istədiyini icad edər, deməkdir. İbn Cərir də belə demişdir: Ayənin mənası belədir: Allah övladı olmaqdan münəzzəhdir. O göylərin və yerin sahibidir. Hamısı onun təkliyinə şahidlik eləyar. Ona itaəti qəbul edər. Onları yoxdan var edən, yaradan, şəkil verən Odur. Bunu edərkən də heç kimdən nümunə və misal almamışdır. Burada Allahu Təala qullarına bunu bildirmiş olur ki, şahidlik edənlərdən biri də Allahın oğludur deya iddia etdikləri İsa Məsihdir. yenə xəbər verir ki, göyləri və yeri bənzərsiz yaradan Allah, İsa Məsihi də qüdrəti ilə atasız olaraq yaratmışdır. Bu İbn Cərir rahmətullahın gözəl və özünəməxsus bir rəyidir.
O, bir işi yaratmaq istədikdə ona ancaq: ‘Ol!’– deyar, o da olar. Bununla Alah Təala mükəmməl qüdrətini və böyük gücünü bəyan etmiş olur. O bir şey təqdir edər və olmasını istəyarsə ona sadəcə “ol” deyar, yəni bunu bir dəfə söyləyar, o da iradə etdiyi kimi var olur. Necə ki, belə demişdir: Bir şeyi (yaratmaq) istədikdə ona təkcə: ‘Ol!’ deyar, o da olar. (yasin: 82). Biz bir şeyi (yaratmaq) istədikdə, ona ancaq: ‘Ol!’– deyirik, o da olur. (Nəhl 40) Və belə də demişdir: Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir.(Qəmər 50) Şair də belə demişdir:
İstərsə o Allah, bir şeyi etmək
Kifayətdir ona bircə “Ol” demək
yenə bununla buna diqqət çəkmişdir ki, İsanın yaradılması da “ol” əmri ilədir. O da Allahın ona əmr etdiyi kimi oldu. Allah Təala belə demişdir: Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. Onu torpaqdan yaratdı, sonra isə ona ‘Ol!’– dedi, o da oldu. (Əli-İmran, 59).
-
117
Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar.
116-cı ayənin təfsirinə bax.
-
118
Cahillər dedilər: “Bəs nə üçün Allah bizi danışdırmır, yaxud bizə bir ayə gəlmir?” Onların əcdadları da elə onlar kimi danışırdılar. Onların qəlbləri bir-birinə oxşayır. Biz, yəqinliklə inanan bir xalqa dəlillərimizi bəyan etmişik.
Muhamməd İbn İshaq belə dedi: Mənə Muhamməd İbn Əbi Muhhamməd rəvayət etdi, o da İkrimədən və ya Səid İbn Cubeyrdən rəvayət etdi ki, İbn abbas dedi , Rafi bin Hüreymilə Rəsulullaha, sallllahu aleyhi və səlləm, ya Muhamməd əgər sən dediyin kimi Allahın Rəsulusansa Allaha de ki, bizimlə danışsın biz də onun sözünü eşidək, dedi. Allah Təala bununla ilə əlaqədar Bilməyənlər dedilər:Nə olaydı ki, Allah bizimlə danışsaydı, yaxud bizə bir ayə gələydir?‘ayəsini endirdi.
Mucahiddə Bilməyənlər dedilər:Nə olaydı ki, Allah bizimlə danışsaydı, yaxud bizə bir ayə gələydir? ayəsi haqqında bunu xristianlar dedi demişdir. İbn Cəririn də üstün hesab etdiyi rəy budur. O deyirdi ki, bunun səbəbi odur ki, ayənin ahəngi onların haqqındadır. İbn Cəririn bu rəyinin müzakirə olunacaq məqamları var. Qurtubi də Bilməyənlər dedilər: Nə olaydı ki, Allah bizimlə danışsaydı, ayəsi haqqında “yəni ey Muhamməd sənin peyğəmbərliyin haqqında bizimlə danışsaydı, dediyi nəql edilmişdir.Mən də deyirəm ki, ayənin zahiri ahəngidaha geniş mənadadı. Allah ən doğrusunu biləndir.
Əbu Aliyə Rəbi İbn Ənəs Qatadə və Suddi bu ayənin təfsirində belədemişdilər. Bu ərəb kafirlərinin sözüdür.
“Onlardan əvvəl gələnlər də buna bənzər sözlər demişdilər” Onlardemişdilər bunlar Xristian və yəhudilərdilər. Bu rəyi və “bilməyənlərin”də ərəb müşrikləri olduğunu bu ayə dəstəkləyir:
“Onlara bir ayə gəldikdə: ‘Allahın elçilərinə verilənin bənzəri bizə də verilməyincə iman gətirməyacəyik’– dedilər” (Ənam,124). Allah Təala belə demişdir: “Onlar dedilər: ‘Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyacəyik; və ya ortasından şırıl-şırıl çaylar axıdacağın xurma və üzüm bağın olmayınca; yaxud, iddia etdiyin kimi, göyü parça-parça üstümüzə yağdırmayınca; və ya Allahı və mələkləri qarşımıza gətirməyincə; yaxud qızıldan bir evin olmayınca; və ya göyə qalxmayınca (biz sənə inanmayəcağıq). Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da inanmayəcağıq’. De: ‘Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız elçi (göndərilmiş) bir insanam‘ (İsra, 90-93). Allah Təala belə demişdir: “Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: ‘Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?’ardı da əlavə edilsin” (Fürqan, 21). Və belə dedi: “Əksinə, onlardan hər biri vəhy olunmuş səhifələrin (məhz) ona verilməsini istəyir” (Müdəssir, 52). Bunlardan başqa daha bir sıra ayələr vardır ki, onlar da Ərəb müşriklərinin zülm inad və lüzumsuz istəklərini bildirər. Bunları sırf küfür və inadkarlıq məqsədi ilə edərdilər. Necə ki, daha əvvəlki əhli kitab və digərlərindən də belə bəhs edilmişdir: “Kitab əhli səndən, onlara göydən bir kitab endirməyini istəyirlər. Onlar Musadan, bundan daha böyüyünü istəyarək: ‘Allahı bizə açıq-aşkar göstər!’– demişdilər” (Nisə, 153) Və belə demişdir: “O zaman siz: ‘Ey Musa! Biz Allahı açıq-aşkar görməyincə sənə iman gətirməyacəyik!’– dediniz” (Bəqəra, 55).
“Onların qəlbləri bir-birinə oxşayır” yəni ərəb müşriklərinin qəlbləri inadkarlıqda, inkarda və təkəbbürlükdə özlərindən əvvəlkilərin qəlblərinə bənzəyirdi. Necə ki, Allah Təala belə demişdir. “Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, (onun barəsində): ‘Sehrbazdır, ya da dəlidir!’– deməsinlər. Görəsən onlar bunu bir-birinə vəziyyətmi etmişlər? Xeyir bunlar azğın bir qövmdür” (Zariyat, 52-53).
“Biz, yaqinliklə inanan bir xalqa dəlillərimizi bəyan etmişik” yəni elçilərin doğruluğunu göstərən dəlilləri izah etdik, deməkdir. Artıq bununla yanaşı başqa bir suala və ya əlavə bir şeya ehtiyac duymazlar. Bu da ancaq yaqin bir imanı olan, peyğəmbərləri təsdiq edib onlara tabe olan və Allahdan gətirdiklərini anlayənlara aiddir. Allah kimin qəlbinə və qulağına möhür vurar, gözünə pərdə çəkərsə məhz onlar üçün də belə demişdir: “Həqiqətən, sənin Rəbbinin Sözü barələrində haqq çıxmış kimsələr, iman gətirməzlər. Onlara ayələrin hamısı gəlsə belə, üzücü əzabı görməyincə” (Yunus, 96-97).
-
119
Biz səni haqq ilə müjdələyən və xəbərdarlıq edən göndərdik. Cəhənnəm sakinləri barəsində isə sən sorğu-sual olunmayacaqsan.
İbn Əbi Hatim belə demişdir: Bizə atam, o da Əbdurrəhman İbn Salehdən, o da Əbdurrəhman İbn Muhammed İbn Ubeydullah əl Fəzaridən, o da Şeyban ən Nəhvidən, O da Qatadədən, o da İkrimədən, o da İbn Abbasdan rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi ki, Mənə Biz səni haqq ilə müjdələyan və xəbərdarlıq edən olaraq göndərdik. Cəhənnəm sakinləri barəsində isə sən sorğu-sual olunmayəcaqsan ayəsi endirildi. Dedi ki, Cənnətlə müjdələyan, Cəhənnəmdən qorxudandır. “Cəhənnəm sakinləri barəsində isə sən sorğu-sual olunmayəcaqsan”. Bir çoxları bunu (tusalu sözünü) tə`nin damməsi ilə xəbər tərzində oxumuşdurlar. Übey İbn Kab qiraətində də “və mə tusalu” şəklindədir. İbn Məsud qiraətində isə Va lən Tus ələ ən əshabil Cəhim şəklindədir. Bunu İbn Cərir nəql etmişdir. Sənə küfr edənin küfrü barəsində biz səndən soruşmayəcağıq. “Sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir” (Rad, 40). Bu ayə də belədir: “(Onlara) nəsihət ver! Sən yalnız nəsihətçisən. Sən onların üstündə hökmdar deyilsən” (Ğaşiya 21-22). Bu da belədir: “Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!” (Qaf, 45). Bundan başqa digər bənzər ayələr çoxdur. Çoxları da təni fəthə ilə qadağaformasında oxumuşdurlar ki, onların halını soruşma deməkdir. Necə ki, Abdurrəzzak belə demişdir: Bizə Sevri, o da Musa İbn Ubeyddən, o da Muhamməd İbn Kab əl Qurazidən rəvayət etdi ki, Rəsulaullah (salləllahu aleyhi və səlləm): Kaş ki, anamla atam nə etdiyini bilsəydim, dedi. Kaş ki, anamla atam nə etdiyini bilsəydim, dedi. Kaş ki, anamla atam nə etdiyini bilsəydim, dedi. Bu haqda: “Cəhənnəm sakinləri barəsində isə sən sorğu-sual olunmayəcaqsan” ayəsi endi. Ölənə qədər də onlardan bəhs etmədi.
Bunu İbn Cərir, Əbu Kureybdən, o da Vəkidən, Musa İbn Ubeydədən, rəvayət etmişdir. Hədisçilər onun haqqında danışmışdırlar. Muhamməd İbn Kəbdən da belə rəvayət edilmişdir. Bunu Qurtubi də İbn Abbas ilə Muhamməd İbn Kəbdən nəql etmişdir. Qurtubi belə demişdir: Bu: Filankəsi soruşma, sözünə bənzəyir ki, o sənin dediyindən də betərdir, deməkdir. Biz də Təzkirə kitabında Allahın onun Ana və Atasını diriltdiyini və onların da iman gətirdiyini zikr etdik. “Mənim atam da Sənin atanda Cəhənnəmdədir” sözünə də cavab verdik.
Mən də deyirəm ki, Rəsulullahın ana atası haqqında rəvayət edilən hədis (diriltmə), nə kütübi sittədə nə də başqa bir yerdə yoxdur. Sənədi zəifdir. Allah ən doğrusunu biləndir.
Sonra İbn Cərir belə dedi: Mənə Qasım, o da Hüseyndən, o da Həccacdan, o da İbn Cureycdən, o da Davud İbnu əbi Asimdən xəbər verərək belə rəvayət etdi: Bir gün Peyğəmbər (salləllahu aleyhi və səlləm) “Anam və atam haradadı?” dedi. Bu haqda: “Biz səni haqq ilə müjdələyan və xəbərdarlıq edən olaraq göndərdik. Cəhənnəm sakinləri barəsində isə sən sorğu-sual olunmayəcaqsan” ayəsi endi. Bu da əvvəlki kimi mürsəl hədisdir. İbn Cərir Muhamməd İbn Kab əl Kurazi və digərlərindən bu haqda rəvayət edilənləri rədd etdi. Çünki Peyğəmbər salləllahub aleyhi və səlləmin valideynləri haqqında tərəddüt etməsi mümkünsüzdür. Bu səbəblə birinci qiraəti üstün hesab etdi. Onun bu fikri irəli sürməsində muzakirə olunacaq məqamlar var. Ehtimal oluna bilər ki, bu hadisə valideynlərinin vəziyyətini bilmədən əvvəl onlar üçün bağışlanma dilədiyi vaxt olub. Vəziyyətlərini bildikdə onlardan əlaqəsini kəsdi və onların cəhənnəmlik olduğunu xəbər verdi. Necə ki, Səhihdə belə rəvayət edilmişdir. Bunun bənzəri çoxdur. Bundan da İbn Cəririn dediyi məna ortayə çıxmır. Allah ən doğrusunu biləndir.
İmam Əhməd belə demişdir. Bizə Musa İbn Davud, o da Füleyh İbn Süleymandan, o da Hilal İbn Əlidən, o da Ata İbn yasardan rəvayət edib dedi ki, Abdullah İbn Amr İbn Asla qarşılaşdım. Mənə Rəsulullahın (salləllahu aleyhi və səlləm) Tövratdakı vəsfindən xəbər ver, dedim. O da yaxşı dedi: O Tövratda Quranda vəsf edilən kimi vəsf edilir. Ey Peyğəmbər biz səni şahid, müjdələyan, xəbərdarlıq edən və savadsızları qoruyan olaraq göndərdik. Sən mənim qulum və Rəsulumsan. Sənə Mütəvəkkil adını verdim. Sən kobud və qaba deyilsən. Küçələrdə qışqırıb bağırmarsan. Pisliya pisliklə cavab vermərsən. Ancaq əhf edər bağışlayərsan. Azmış millət doğru yola düzəlincəya qədər yəni Lə iləhə illAllah deyincəya qədər Allah ruhunu almayacaq. O zaman kor gözlər, kar qulaqlar və sərt qəlblər açılar. Bunu yalnız Buxari rəvayət etmişdir. Bunu Ticarət bölümündə Muhamməd İbn Sinandan, o da Füleyhdən belə rəvayət etmişdir ki, O, Əbdüləziz İbn əbu Sələmə, o da Hilaldan bənzər şəkildə olanını rəvayət etmişdir, demişdir. Səid o da Hilaldan o da Atadan o da İbn Abdullah İbn Səlamdan rəvayət etmişdir. Bunu Təfsirində Abdullah o da Əbduləziz İbn Əbi Sələmədən o da Hilaldan, o da Atadan o da Abdullah İbn Amr İbn Asdan bənzər şəkildə rəvayət etmişdir. Bu Abdullah, Salehin oğludur, necə ki, bunu ədəb kitabında qeyd etmişdir. Əbu Məsud Dəməşqi də onun Abdullah İbn Rəca olduğunu iddia etmişdir. Bunu Hafiz Əbubəkr İbn Mərduveyh də Bəqərada bu ayənin təfsirində Əhməd İbn Həsən İbn Əyyubdan, o da Muhamməd İbn Əhməd İbn Bəradan o da Muafa İbn Süleymandan o da Füleyhdən belə rəvayət etmiş və bunu əlavə etmişdir: Sonra Ata demişdir: KƏbu Ahbarla qarşılaşdım, ondan da soruşdum. yalnız bir hərfdə ixtilaf etdilər. Belə ki, Kəb öz ləhcəsində dedi: Ayünən umumən (digəri ammən idi), azanən sumumən (summən), və qulubən ğulufən (ğulfən), dedi.
-
120
Sən onların dininə tabe olmayınca, nə yəhudilər, nə də xaçpərəstlər səndən razı qalmayacaqlar. De: “Yalnız Allahın haqq yolu doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan nə bir qoruyan, nə də bir xilas edən olar.
İbn Cərir belə demişdir: Allah Təala: “Sən onların dininə tabe olmayınca, nə yəhudilər, nə də xaçpərəstlər səndən razı qalmayəcaqlar.” Ayəsində belə demək istəmişdir: ya Muhamməd nə yəhudilər nə xristianlar səndən əsla razı olmazlar, onları razı edəcək və onlara müvafiq olan şeyi axtarmaqdansa,onları Allahın sənin vasitənlə göndərdiyi haqqa dəvət edərkən Allahın razılığını axtar.
De: ‘yalnız Allahın haqq yolu doğru yoldur!’yəni ey Muhamməd de ki,. Allahın mənimlə göndərdi hidayət, doğru yolun özüdürki var. yəni o düzgün, salamat, mükəmməl və geniş dindir. Qatadə də “De: ‘yalnız Allahın haqq yolu doğru yoldur!’ayəsi haqqında belədemişdir. Bu Allahın Muhamməd (salləllahu aleyhi və səlləm) ilə əshabına öyrətdiyi zəlalət əhli ilə çəkişmə üslubudur. Qatadə belə demişdir: Bizə nəql edildiyinə görə Rəsulullah (salləllahu aleyhi və səlləm) belə deyərdi: Ümmətimdən bir qrup qiyamətə qədər davam edəcək.Bunlar haqq üçün döyüşərlər və qalib gələrlər. Allahın əmri gəlincəya qədər müxalifləri onlara zərər verə bilməzlər. Mən də deyirəm ki bu hədis Səhihdə Abdullah İbn Amrdan təxric edilmişdir.
“Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan nə bir dost, nə də bir köməkçi olar.” Bunda ümmət üçün Quranı və sünnəti bildikdən sonra yəhudi və Xristianların yollarınatabe olmaqda böyük təhdid və əzab xəbərdarlığı vardır. Bundan Allaha sığınırıq. Çünki peyğəmbərə edilən xitab və əmr onun ümmətinədir. Fiqh alimlərindən çoxu Sən onların dininətabe olmayınca,ayəsini “din” kəliməsinin təklikdə olduğuna görə küfrün tək bir din olduğuna dəlil gətirmişdirlər. Necə ki, Sizin dininiz sizə, mənim dinim də mənədir!’ (Kafirun, 6) ayəsi də belədir. Buna görə də müsəlmanlarla kafirlər miraslaşa bilməzlər. Ama kafirlərdən hər biri öz yaxınına mirasçı olar, istər öz dinindən olsun istər olmasın. Çünki onlar tək dindədirlər. Bu da Şəfi ilə əbu Hənifənin və bir rəvayətə görə Əhmədin məzhəbidir. Əhməd digər rəvayətdə imam Malik kimi ayrı iki dindən olanlar bir birinə mirasçı ola bilməzlər, demişdir. Necə ki, hədisdə də belə deyilmişdi. Allah ən doğrusunu biləndir.
“Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar.” Əbdürrəzzaq Mamərdən rəvayət etmişdir ki Qatadə: “Onlar yəhudilər və xristianlardır”, demişdir. Bu da Əbdürrəhman İbn Zeyd İbn Əsləmin rəyidir. İbn Cərir də bunu üstün hesab etmişdir. Səid rəvayət etmişdir ki, Qatadə: Onlar Rəsulullah (salləllahu aleyhi və səlləm)in əshabıdır, demişdir. İbn Əbi Hatim də belə demişdir. Bizə atam o da , İbrahim İbn Musadan o da Abdullah İbn İmran İsfəhanidən o da yəhya İbn yamandan o da Üsamə İbn Zeyddən o da atasından xəbər verdi ki, Ömər İbn Xəttab dedi ki, “onu layiqincə oxuyurlar” — yəni cənnət ayəsinə gəldikləri zaman Allahdan cənnət istər, cəhənnəm ayəsi gəldikdə isə ondan Allaha sığınardılar. Əbu Aliyədən rəvayət edilir ki, İbn Məsud belə demişdir: Ruhumu əlində tutan Allaha and içirəm ki, onu layiqincə oxumaq — halalını halal bilmək, haramını haram bilmək və onu Allahın endirdiyi kimi oxumaqdır. Onun bir hərfinin yerini dəyişdirməz və ondan heç bir şeyi layiq olmadığı şəkildə təvil etməz. Abdurrazzak da Qatadədən, o da Mansur İbn Mutəmirdən o da İbn Məsuddan eynisini rəvayət etmişdir. Suddi də Əbu Malikdən, İbn Abbasın bu ayə haqında belə dediyinirəvayət etmişdir: Halalını halal bilirlər, haramını haram bilirlər, bir hərfini belə yerindən dəyişdirməzlər. İbn Əbi Hatim belə demişdir ki: İbn Məsuddan eynisi rəvayət edilmişdir.
Həsən Bəsri belə demişdir: Möhkəmi ilə əməl edər, mütəşabehlərinə iman edərlər. Müşkülünü də bilənlərinə həvalə edərlər. İbn Əbi Hatim belə demişdir: Bizə Əbu Zura, o da İbrahim İbn Musadan, o da İbn Əbi Zaidədən, o da Davud İbn Əbi Hinddən, o da İkrimədən rəvayət etdi ki, İbn Abbas “onu layiqincə oxuyarlar” ayəsi haqqında Ona tələb edilən şəkildə tabe olarlar, demiş və sonra “ Vəl Qaməri izə Talahə” (Şəms, 2) ayəsini oxumuşdur ki, bu da “Günəşə tabe olan Ayə andolsun” deməkdir. İkrimə, Ata, Mucahid, Əbu Razin və İbrahim Nəxaidən də eynisini rəvayət edilmişdir.
Sufyan Sevri belə demişdir. Bizə Zəbid o da Mürrədən xəbər verdi ki, Abdullah İbn Məsud bu ayə haqqında Ona layiqincə tabe olurlar demişdir. Qurtubi də belə demişdir: Nasr İbn İsa Malikdən, o da Nafidən, o da İbn Ömərdən rəvayət edir ki, Rəsulullahsalləllahualeyhi və səlləm bu ayə haqqında, “Ona layiqincə tabe olurlar” demişdir. Sonra da (Qurtubi) Xatibin dediyi kimi isnadında bir çox bilinməyan kimsələr vardır, ancaq mənası doğrudur demişdir. Əbu Musa əl Əşari də belə demişdir. Kim Qurana tabe olarsa o O onu cənnət baxçalarına aparıb çıxarar. Ömər İbn Xəttabdan: Onlar elə kimsələrdir ki, Rəhmət ayələrinə rast gəldikləri zaman Allahdan onu istəyar, əzab ayələrinə rastlaşdıqları zaman da ondan Allaha sığınarlar. Belə demişdir: Bu məna Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) rəvayət edilmişdir: Rəhmət ayəsinə gəldiyi zaman onu istəyar, əzab ayəsinə gəldiyi zamanda ondan Allaha sığınardı.
“Onlar ona iman gətirənlərdir” ayəsi “Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar” ayəsindən xəbər verir. yəni Əhli Kitabdan kim keçmiş peyğəmbərlərə endirilən kitabı haqqı ilə yerinə yetirirsə ey Muhamməd sənə endirilənə də iman etmiş olar. Necə ki, Allah Təala belə demişdir. “Əgər onlar Tövrata, İncilə və Rəbbindən özlərinə nazil edilənə düzgün əməl etsəydilər, onlar başları üstün-də və ayəqları altında (olan nemətlərdən) yeyardilər” (Maidə, 66) “De: ‘Ey kitab əhli! Tövrata, İncil və Rəbbiniz tərəfindən sizə nazil edilmiş olana düzgün əməl etmədikcə, siz heç bir şey üzərində deyilsiniz” (Maidə, 68), yəni onların tələbinilayiqincə tətbiq etsəniz, onlara layiqincə iman gətirsəniz, onların içində olan Muhammədin (salləllahu aleyhi və səlləm) göndərilişitərifi, vəsfi, onun haqqında gələn xəbərləri təsdiq etsəniz, ona tabe olma, kömək etmə və dəstəkləmə məsələsinsə əmrə tabe olsanızbu sizi həm həm haqqa çatdırar həm də dünya və axirətdə xeyirə aparar. Necə ki, Allah təala belə demişdir: “O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. (Əraf, 157) Və Allah Təala belə demişdir: “De: ‘İstər ona inanın, istərsə də inanmayın. Doğrudan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə, oxunduğu zaman üzüstə səcdəya qapanır və: ‘Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir!’– deyirlər. (İsra, 107-108) yəni Muhamməd (salləllahu aleyhi və səlləm) ilə əlaqədar vədi gerçəkdir, deyarlər. Allah Təala belə demişdir: “Əvvəl özlərinə Kitab verdiyimiz kəslər ona iman gətirirlər. Onlara oxunduğu zaman: ‘Biz ona iman gətirdik. O, həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik!’– deyirlər. Səbr etdiklərinə görə onlara mükafatları ikiqat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən xərcləyirlər” (Qəsas, 52-54). Və belə demişdir: “Kitab verilənlərə və savadsızlara isə de: ‘Siz də təslim oldunuzmu?’ Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Allah qullarını görür” (Ali İmran, 20).
Buna görə də Allah təala belə demişdir: “Onu inkar edənlər isə ziyana uğrayənlardır.BuOnu inkar edən firqələrin vəd olunduğu yer oddur” (Hud, 17) ayəsi kimidir. Səhihdə də belə gəlmişdir: Nəfsim əlində olan Allaha and içirəm ki, yəhudi və ya xristian bir ümmətdən məni kim eşitsə və sonra da mənə iman etməsə mütləq cəhənnəmə girər.
-
121
Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar. Onlar ona iman gətirənlərdir. Onu inkar edənlər isə ziyana uğrayanlardır.
120-ci ayənin təfsirinə bax.
-
122
Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və sizi aləmlərdən üstün etdiyimi xatırlayın.
Bu ayəyə bənzər olanı surənin əvvəlində qeyd edilmişdir. Burada da təkid və oxuyub yaza bilməyən Peyğəmbərə tabe olmağa təşviq etmək məqsədi ilə təkrar edilmişdir. O Peyğəmbər ki, Onlar onun vəsfini, adını, vəziyyətini və ümmətini öz kitablarında görürlər. Bu səbəblə bunu və onlara verdiyi neməti gizlətməkdən onları çəkindirdi. Və onlara vediyi dini və dünyavi nemətləri yad etmələrini buyurdu. Son Peyğəmbərini özlərinin əmisioğulları olan ərəblərə göndərdiyi nemətə görə həsəd etməmələrini bildirdi. Bu həsəd onlara müxaliflik etmək, onu təkzib etmək, onun yolundan üz çevirməya sövq etməməlidir. Allahın salamı cəza günü qiyamətə qədər kəsilmədən onun üzərinə olsun.
-
123
Qorxun o gündən ki, heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən bir fidyə qəbul edilməyəcək, heç kəsin şəfaəti fayda verməyəcək və onlara kömək göstərilməyəcək.
122-ci ayənin təfsirinə bax.
-
124
Rəbbi İbrahimi kəlmələrlə sınadığı zaman o, bunları tamamilə yerinə yetirdi. “Mən səni insanlara imam edəcəyəm!”– dedi. “Nəslimdən də!”– dedi. “Zalımlar Mənim əhdimə nail olmazlar!”– dedi.
Allah Təala İbrahim Xəlil əleyhissalamın şərəfini vurğulayəraq onu mükəlləf etdiyi əmr və qadağaları yerinə yetirdiyi zaman onu tövhiddə insanların tabe olacağı imam edəcəyini deyir. Buna görə də: “Rəbbi İbrahimi kəlmələrlə sınadığı zaman” demişdir, yəni ey Muhəmməd, İbrahimin dinindən olduqlarını iddia edən, əslində belə olmayan müşriklərə və iki kitab əhlinəxatırlat deyir. Onun doğru yolunda olanlar ancaq sənsən və səninlə bərabər olan möminlərdir. Bunlara Allah Təalanın İbrahimi mükəlləf etdiyi əmr və qadağalarla sınamasını xatırlat. “O bunları tamamilə yerinə yetirdi” yəni hamısını yerinə yetirdi. Necə ki belə demişdir: “Məgər vəfalı olan İbrahimin (səhifələrində olanlar barədə ona bildirilmədi?) (Nəcm, 37). Özünə həvalə olunan şeylərin hamısını yerinə yetirib onlara əməl etdi. Allahın salamı onun üzərinə olsun. Allah Təala belə demişdir: “Həqiqətən, İbrahim Allaha müti, hənif bir rəhbər idi. O, müşriklərdən deyildi. O, Allahın nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəltmişdi. Biz ona dünyada gözəl nemət verdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdəndir. Sonra sənə vəhy etdik: ‘Hənif İbrahim dininə tabe ol. O, müşriklərdən deyildi”. (Nəhl, 120-123). Allah Təala belə demişdir: “De: ‘Həqiqətən, Rəbbim məni doğru yola, həqiqi dinə, hənif İbrahimin dininə yönəltdi. O heç vaxt müşriklərdən olmamışdı” (Ənam, 161) Və belə demişdir: “İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif bir müsəlman idi və müşriklərdən deyildi. Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu Peyğəmbər və iman gətirənlərdir. Allah möminlərin Himayədarıdır.” (Ali-İmran, 67-68).
“Bəzi kəlmələrlə” yəni şəriət hökmləri ilə, əmrlər və qadağalarla deməkdir.Bəzən kəlimə sözü deyilir, ondan qədərlə əlaqədar kəlmələr nəzərdə tutulur. Misal üçün Allah Təalanın Məryamdən bəhs edərkən: “O, Rəbbinin Sözlərini və Onun Kitablarını təsdiq etdi və itaət edənlərdən oldu” (Təhrim, 12) sözü kimi. Bəzən də ondakı məna şəriət hökmlərini nəzərdə tutur. Misal üçün Allah Təalanın: ”Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır.” (Ənam, 115) sözü kimi şəri kəlmələr deməkdir. Bu da ya doğru xəbərdir ya da əmr və ya qadağa olmasına baxmayəraq ədalətin istənməsidir. Məhz “Rəbbi İbrahimi kəlmələrlə sınadığı zaman o, bunları tamamilə yerinə yetirdi” ayəsi də bunlardandır. yəni onları yerinə yetirdi deməkdir. “Mən səni insanlara imam edəcəyim” dedi, yəni etdiklərinə müqabil olaraq. Necə əmrləri yerinə yetirdi və qadağaları tərk etdisə Allah da onu insanlara başçı, tabe olacaqları imam və ibrət götürüləcək biri etdi.
İnsanlar İbrahim əleyhissalamın sınandığı bu kəlmələrinin təyinində ixtilaf etmişdilər. Bu xüsusda İbn Abbasdan rəvayətlər gəlmişdir. Abdurrəzzaq belə demişdir: Bizə Mamərdən o da Qatadədən nəql etdi ki, İbn Abbas: Allah onu həcc ayinləri ilə sınadı, demişdir. Əbu İshaq Subeyi Təmimdən o da İbn Abbasdan da belə rəvayət etmişdir. yenə Abdurrəzzaq belə demişdir: Bizə Mamər o da İbn Tavusdan o da atasından belə rəvayət etdi ki, İbn Abbas: Allah onu təmizliklə sınadı. Bunların beşı başda beşi də bədəndədir, dedi. Başda olanlar: biğları qısaltmaq, ağzı yaxalamaq, burna su çəkmək, misvak istifadə etmək və saçı iki hissəya ayırmaq. Bədəndə olanlar isə bunlardır: dırnaqları kəsmək, qasıqda olan tükləri qırxmaq, sünnət olmaq, qoltuq altındakı tükləri təmizləmək, böyük və kiçik bayıra çıxmada su ilə təmizlənmək. İbn Əbi Hatim belə demişdir: Səid İbn Müseyyib, Mucahid, Şəbi, Nəxai, Əbu Salih və Əbu Cələddən də belə rəvayət edilmişdir.
Mən də deyirəm ki: Bu Səhih Müslimdə Aişə radıyAllahu anhdan nəql edilən rəvayətə yaxındır: Dedi ki: Rəsulullah sallalhu aleyhi və səlləm: On şey fitrətdəndir, dedi. Bığları qısaltmaq, saqqal uzatmaq, misvaq istifadə etmək, burnuna su çəkmək, dırnaqları kəsmək, barmaq aralarını təmizləmək, qoltuqaltı tükləri yolmaq, qasıqdakı tükləri qırxmaq, su ilə təharətlənmək. (Musab adlı ravi demişdir) Onuncunu unutdum; o da ağzı su ilə yaxalamaq ola bilər, demişdir. Vəki də: Mətndə qey edilən su ilə təharət: İstincadır, demişdir.
İki Səhihdə Əbu Hureyrədən rəvayət olunur ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: “Fitrət beşdir: sünnət, qasıqda olan tükləri qırxmaq, bığları qısaltmaq, dırnaq kəsmək və qoltuq altındakı tükləri yolmaq.” Rəvayət Müslimə aitdir. İbn Əbi Hatim belə demişdir: Bizə yunus İbn Abdulalə oxuyaraq o da İbn Vəhbdən o da İbn Ləhiadan o da İbn Hubeyrədən o da İbn Həniş İbn Abdullah Sənanidən o da İbn Abbasdan nəql edir ki, o, bu ayənin təfsirində belə deyərdi: “Bu kəlmələr on dənədir: altısı insandadır, dördü də həcc ayinlərindədir. İnsanda olanlar: qasıqda olan tükləri qırxmaq, qoltuq altı tüklərin yolunması, sünnət olmaq. İbn Hubeyrə: Bu üçü birdir, deyərdi. Dırnaqları kəsmək, bığı qısaltmaq, misvaq istifadə etmək, cümə günü qusl etmək. Həccdə olan dörd: təvaf, səfa-mərvə arasında səy, şeytanları daşlamaq və ifadə təvafı.
Davud İbn Əbi Hinddən o da İkrimədən rəvayət edir ki, İbn Abbas belə demişdir: İbrahimdən başqa bu dinlə sınanıb hamısını yerinə yetirən heç kim yoxdur. Allah Təala:” Rəbbi İbrahimi kəlmələrlə sınadığı zaman” demişdir. Mən də: “İbrahimin sınandığı və onları tamamladığı o kəlmələr nələrdir,” dedim. O da belə dedi: İslam otuz bölmədən ibarətdir. On ayəsi Bəraət sürəsindədir: ”Tövbə edənlər, ibadət edənlər..” On ayəsi “qad əfləhəl muminun” (Muminun, 1) və “səələ səilun biəzəbin vaqiin” (Məaric, 1) sürələrinin əvvəlindədir. On ayəsi Əhzabdadır: “Müsəlman kişilər və müsəlman qadınlar…” Məhz bunların hamısını tamamladı. Allah da ona bəraət yazdı. Allah dedi: “Vəfalı olan İbrahim” (Nəcm, 37).
Hakim, Əbu Cəfər İbn Cərir, Əbu Muhəmməd İbn əbu Hatim də Davud İbn əbu Hində qədər gedib çıxan öz isnadları ilə belə rəvayət etmişdirlər. Bu rəvayət İbn Əbi Hatimə aiddir. Muhəmməd İbn İshaq, o da Muhəmməd İbn Əbi Muhəmməddən o da Səiddən vəya İkrimədən nəql etdilər ki, İbn Abbas belə demişdir: Allahın İbrahimi imtahan etdiyi onun da yerinə yetirdiyi kəlmələr bunlardır: qövmündən Allah üçün ayrılması, bu da onlardan ayrılmasını əmr etdiyi zaman oldu. Nəmrudla Allah barəsində mübahisə etməsi, bu da onunla mübahisənin təhlükəli olduğunu bildirdiyi zaman oldu. Onun oda atılmasına səbr etməsi, bu da o qorxunc vəziyyətə dözməsi ilə oldu. Bundan sonra Allah üçün vətənindən və ölkəsindən hicrət etməsi, bu da ordan çıxmasını əmr etməsi ilə oldu. Allahın ona əmr olunan ziyafətə canı və malı ilə səbr etməsiilə oldu. Oğlunu başını kəsməsiilə imtahan edilməsi, bu da onu kəsməsi ilə əmr edildiyi zaman oldu. Bütün bunları Allah üçün və ixlasla yerinə yetirincə Allah ona: “Rəbbi ona: ‘Təslim ol!’– dedikdə, o: ‘Aləmlərin Rəbbinə təslim oldum!’– demişdi.” (Bəqərə, 131). Bütün bunlarda insanlara qarşı çıxmağı və onlardan ayrılmağı gözə aldı.
İbn Əbi Hatim belə demişdir: Bizə Əbu Səid Əşəç o da İsmayıl İbn Uleyyadən o da Əbu Rəcadan nəql etdi ki, Həsən Bəsri: “İbrahimi kəlmələrlə sınadığı zaman o, bunları tamamilə yerinə yetirdi” sözündə belə demişdir: Onu ulduzlarla sınadı; ondan razı oldu. Onu ayla sınadı, ondan razı oldu. Onu günəşlə sınadı, ondan razı oldu. Onu hicrətlə sınadı, ondan razı oldu. Onu sünnətlə sınadı, ondan razı oldu. Onu oğlu ilə sınadı, ondan razı oldu.
İbn Cərir belə demişdir: Bizə Bişr İbn Muaz o da yəzid İbn Züraydan o da Səiddən o da Qatadədən belə rəvayət etdi ki, Həsən Bəsri belə deyərdi: Bəli, Allaha and içirəm ki, Allah onu bir şeylə sınadı, o da səbr etdi; onu ulduz, günəş və ayla sınadı. O da bütün bunlarda gözəl davrandı. Rəbbinin həmişə var olduğunu, ona zaval olmadığını bildi. Üzünü hənif olaraq göyləri və yeri yaradana çevirdi. Müşriklərdən olmadı. Sonra onu hicrətlə sınadı; o da yurdundan və qövmündən ayrıldı.Allaha hicrət etmək üçün Şama gəldi. Hicrətdən öncə də onu odla imtahan etdi, o da ona səbr etdi. Onu oğlunu qurban etməklə və sünnətlə imtahan etdi, buna da səbr etdi.
Abdurrəzzaq belə demişdir: Bizə Mamər o da Həsəndən belə dediyini eşitmiş: “İbrahimi kəlmələrlə sınadığı zaman”ayəsində belə demişdir: Allah onu oğlunu qurban etməklə,odla, ulduzla, ayla və günəşlə sınadı. Əbu Cəfər İbn Cərir belə demişdir: Bizə İbn Bəşşar o da Sələm İbn Quteybədən o da Əbu Hilaldan o da Həsəndən “İbrahimi kəlmələrlə sınadığı zaman”sözündə belə demişdir: Onu ulduzla, günəşlə və ayla sınadı, onu səbrli gördü. Əvfi də təfsirində İbn Abbasdan bu ayə haqqında belə dediyini rəvayət etmişdir: Onlardan biri də ona “səni insanlara imam edəcəm” deməsidir. Onlardan biri də “O zaman İbrahim və İsmail evin bünövrəsini qaldırarkən”..ayəsidir. Onlardan biri də həcc ibadətləri, İbrahim məqamı, Haramda oturanlara ruzinin verilməsi və Muhəmməd sAllahu aleyhi və səlləmin o ikisinin dini ilə göndərilməsidir.
İbn Əbi Hatim belə demişdir:Bizə Həsən İbn Muhəmməd İbn Sabahdan o da Şəbabədən o da Vərqadan o da İbn Əbi Nəcihdən rəvayət edir ki, Mucahid bu ayə haqqında belə demişdir : “Allah İbrahimə: Səni bir şeylə sınayəcam, o nədir?,” dedi. O da: “Məni insanlara imam edəcəksən, elə deyilmi?” Dedi. O da: “Bəli” dedi. O da: “Zürriyyatimdən də edərsənmi,” dedi. O da: “Sözüm zalımlara çatmaz” dedi. İbrahim: “Beytullahi insanlar üçün savab qazanılacaq yer edəcəksən?” dedi. O da: “Bəli” dedi. “Əmin-amanlı edəcəksən?” dedi. O da: “Bəli” dedi. “Bizi və zürriyyatimizi sənə təlim olan ümmət edəcəksən?” dedi. O da: “Bəli” dedi. “İnsanalardan Allaha iman edənlərə meyvələrdən ruzi edəcəksən?” dedi. O da: “Bəli” dedi.
İbn Əbi Nəcih belə demişdir: Bunu İkrimədən eşitdim, onu Mucahidə ərz elədim, o da rədd etmədi. İbn Cərir də bunu başqa bir yoldan İbn Əbi Nəcihdən o da Mucahiddən rəvayət etmişdir. Sufyan Sevri o da İbn Əbi Nəcihdən o da Mucahiddən nəql edir ki: “İbrahimi kəlmələrlə sınadığı zaman”sözü haqqında belə demişdir: Onu bundan sonra gələn “səni insanlara imam edəcəm” dedi. O da: “Zürriyyatimdən də” dedi. O da: “Sözüm zalımlara çatmaz” ayəsi ilə sınadı. Əbu Cəfər Rəbi İbn Ənəsdən nəql etmişdir ki: İbrahimi kəlmələrlə sınadığı zaman”sözündəki bu kəlmələr “səni insanlara imam edəcəm” və “Biz evi insanlar üçün savab yeri və əmin-amanlıq yeri etdik”,, ‘İbrahim məqamını namazgah edin!’ və “Biz İbrahim və İsmaili vəzifələndirdik” və “O zaman İbrahim və İsmail evin bünövrəsini qaldırarkən” ayələridir. Bütün bunlar ibrahimin imtahan edildiyi şeylərə daxildir.
Suddi də belə demişdir: Rəbbinin İbrahimi imtahan etdiyi kəlmələr bunlardır: ‘Ey Rəbbimiz! bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən! Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et”. “Rəbbimiz onlardan bir Peyğəmbər göndər…”
Qurtubi belə demişdir: Muvattada və digərlərində yəhya İbn Səiddən rəvayət edilmişdir, o Səid İbn Museyyibdən belə dediyini eşitmişdir: İbrahim əleyhissalam ilk sünnət olandır. İlk müsafir qəbul edəndir, ilk dırnaq kəsəndir, ilk bığ qısaldandır, ilk saçı ağarandır. Saçı ağardığını gördükdə “Bu nədir?” dedi. O da: “Vüqardır” dedi. O da: “ya Rəbbim vüqarımı artır”dedi. İbn Əbi Şeybə Sad İbn İbrahimdən, o da atasından rəvayət etmişdir ki, Minbərdə ilk xütbə oxuyan İbrahim əleyhissalamdır. Başqa biri də belə demişdir: İlk namə göndərən, ilk qılınc vuran, ilk misvak istifadə edən, ilk su ilə təharət edən, ilk alt paltarı geyan odur. Muaz İbn Cəbəldən, rəvayət edilmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Əgər mən minbər götürəsi olsam, deməli atam İbrahim də minbər götürmüşdür. Əgər əsa daşıyası olsam, deməli atam İbrahim də daşımışdır.
Mən də deyirəm ki, Bu hədis sabit deyildir. Allah ən doğrusunu biləndir. Sonra Qurtubi bunlar haqqında şəri hökmlər verməya başladı.
Əbu Cəfər İbn Cərir belə demişdir: Onun (ayənin) xülasəsi belədir: Bu ayədəki “kəlmələr” sözündə qəsd yuxarıda qeyd edilənlərin hamısı və ya bir qismi ola bilər. Heç biri haqqında bir hədis və ya icma olmadıqca qəti şəkildə danışmaq olmaz. Dedi ki, Bu haqda dəqiq məlumat verən bir və ya daha çox insandan xəbərvarid olmamışdır ki, qəbul olunsun. Belə demişdir: Buna baxmayəraq, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) buna bənzər iki xəbər rəvayət nəql edilmişdir: Birincisi budur: Bizə Əbu Qureyb, o da Rişdin İbn Saddan, o da Əban İbn Faiddən, o da Səhl İbn Muaz İbn Ənəsdən rəvayət etdi ki, Peyğəmbər (salləllahu aleyhi vəsəlləm) belə deyərdi: Sizə Allah Təalanın Xəlili İbrahim üçün nədən “vəfalı” dediyini xəbər verimmi? Çünki o hər səhərəçıxanda və axşamlayənda belə deyərdi: Allahı axşamlar zikr edərik, səhərlər zikr edərik. Göylərdə və yerdə həmd ona məxsusdur. Günorda vaxtı da zikr edərik. (Rum, 17).
İkinci xəbər: Bizə Əbu Qureyb, o da Həsəndən, o da Atiyyədən, o da İsraildən, o da Cəfər İbn Zübeyrdən, o da Qasımdan, o da Ümamədən xəbər verdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) “vəfalı olan İbrahim” (Nəcm, 37) ayəsi haqqında belə demişdir: “Nəyi ifadə etdiyini bilirsinizmi? Onlar da: Allah və Rəsulu daha yaxşı bilir, dedilər. O da belə dedi: Gündəlik əməlləri arasında gündüz dörd rəkat namaz qılardı”. Bunu Adəm də təfsirində Həmmad İbn Sələmədən rəvayət etmişdir: Abd İbn Hümeyd, yunis İbn Muhamməddən, o da Həmmad İbn Sələmədən, o da Cəfər İbn Zübeyrdən belə rəvayət etmişdir. Sonra İbn Cərir bu iki hədisin zəif olduğundan danışmağa başladı. O da dediyi kimidir. Çünki onları zəif olduqlarını bildirmədən danışmaq icazəli deyildir. Zəiflikləri də bir neçə yöndəndir. Beləki, ikisinin də sənədlərində birdən çox zəif ravi vardır. Həmçinin hədisin mətninin də zəif olduğunu göstərən işarə vardır. Allah ən doğrusunu biləndir.
Sonra İbn Cərir belə dedi: Əgər bir nəfər: “Mucahid ,Əbu Saleh və Rəbi İbn Ənəsin bu barədə dedikləri başqalarının dediklərindən daha doğrudur”, desə bu bir rəy olar. Çünki “səni insanlara imam edəcəyam” sözü ilə ‘Evimi təvaf edənlər, orada qalanlar (ibadət edənlər), rüku və səcdə edənlər üçün təmizləyin!’ ayələri ilə bənzər ayələr Allahın İbrahimi sınadığı kəlmələrin izahı kimidir.
Mən də deyirəm ki, Onun daha əvvəl, “kəlmələr sözüzikr edilənləri hamısını ehtiva edir”, deya irəli sürdüyü fikir, Mucahid ilə digərlərinin üstün gördüyündən daha qüvvətlidir. Çünki ayənin ahəng onların dediyini verməməkdədir. Allah ən doğrusunu biləndir.
‘Nəslimdən də!’– dedi. Zalımlar Mənim əhdimə nail olmazlar!’– dedi. Allah Təala İbrahimi imam etdikdə, O özündən sonra nəslindən də imamlar etməsini istədi. Ona belə cavab verildi: Ona, nəslindən zalımlar olacağı, Allahın sözünün onlara çatmayəcağı və onların tabe olan imamlar olmayəcağı xəbər verildi. Onun İstəyinə cavab verildiyini göstərən dəlil də Ənkəbut surəsindəki “Peyğəmbərliyi və kitabı onun nəslinə əta etdik, ” (Ənkəbut, 27) sözüdür. Allahın İbrahimdən sonra göndərdiyi hər Peyğəmbər və endirdiyi hər kitab onun nəslinə endirilmişdir. Allahın səlavatı və salamı onun üzərinə olsun.
Amma ‘Zalımlar Mənim əhdimə nail olmazlar!’ayəsində ixtilaf edilmişdir. Husayf Mucahiddən, ‘ Zalımlar Mənim əhdimə nail olmazlar!’ ayəsi haqqında Sənin nəslində zalımlar olacaqdır, dediyi rəvayət edilmişdir. İbn Əbi Nəceh də Mucahiddən burada belə dediyini rəvayət etmişdir: Zalım mənim imamım ola bilməz. Bir rəvayətdə də “Zalımı arxasınca gedilən imam etmərəm.” dediyi rəvayət edilmişdir. Sufyan Mansurdan o da Mucahiddən ‘ Zalımlar Mənim əhdimə nail olmazlar!’ ayəsi haqqında: Zalım arxasınca gedilən imam ola bilməz, dediyi rəvayət edilmişdir.
İbn Əbu Hatim belə demişdir: Bizə atam, o da Malik İbn İsmayıldan, o da Şərikdən, o da Mansurdan, o da Mucahiddən xəbər verdi ki, “Nəslimdən də”sözü haqqında belə deyilmişdir: Kim düzgün olarsa onu, onuarxasınca gedilən imam edərəm. Amma kim də, zalım olarsa, ona bunu vermərəm. Səid İbn Cubeyr də ‘ Zalımlar Mənim əhdimə nail olmazlar!’ sözü haqqında belə demişdir. Bunda məqsəd müşrikdir ki, Ondan zalım imam olmaz , deməkdir. Deyir ki, (yəni) Müşrikdən imam olmaz. İbn Cərir Atadan, bu ayət haqqında belə dediyini rəvayət etmişdir: (İbrahimə,)“səni insanlara imam edəcəyam”buyuruldu, O da: ‘Nəslimdən də!’– dedi imamlar istədi, O da onun nəslindən zalımları imam etmək istəmədi. Atayə: Ona verilən əhd nədir? dedim. O da Əmrdir, dedi.
İbn Əbi Hatimbelə demişdir: Bizə Amr İbn Sevr əl Qeysəri mənə olan yazısıyla, o da Firyabidən, o da İsmaildən, o da Simak İbn Hərbdan, o da İkrimədən xəbər verdi ki, İbn Abbas belə demişdir: Allah İbrahimə “səni insanlara imam edəcəyam” dedi. O da “nəslimdən də” dedi. Allah bunu etməyi qəbul etmədi, sonra ‘ Zalımlar Mənim əhdimə nail olmazlar! ‘dedi. Muhamməd İbn İshaq, o da Muhamməd İbn Əbu Muhamməddən, o da Saibdən və ya İkrimədən rəvayət etdi ki, İbn Abbas: “nəslimdən də” dedi. O da “‘ Zalımlar Mənim əhdimə nail olmazlar!” ayəsi ilə xəbər verir ki, onun nəslindən zalımlar olacaqdır. Əhdi də zalıma çatmayəcaqdır. yəni onu başçı təyin etmək düzgün olmaz, istəyir Xəlilin nəslindən olsun. Ama onun nəslindən muhsinlər(yaxşı əməl sahibləri), onun istədiklərini təbliğ edən insanlar da olacaqdır.
Əfvidən İbn Abbas ‘ Zalımlar Mənim əhdimə nail olmazlar! ‘ayəsində belə demişdir: Zalımın zülmünə itaət etmək üçün verilmiş bir əhdi yoxdur. İbn Cərir belə demişdir: Bizə Musənna, o da İshaqdan, o da Əbdurrəhman İbn Abdullahdan, o da İsraildən, o da Muslim Avərdən, o da Mucahiddən rəvayət etdi ki, İbn Abbas bu ayə haqqında: Zalım üçün verilmiş bir əhd yoxdur, əgər əhd versən də onu poz, demişdir. Mucahid, Ata və Mukatil İbn Xəyyandan da belə rəvayət edilmişdir. Sevri Harun İbn Antəra yolu ilə atasından nəql edir ki, o belə demişdir: Zalımın heçbir əhdi yoxdur. Əbdurrəzzaq dedi ki, Bizə Mamər xəbər vermişdir ki, o da Qatadədə bu ayə haqqında demişdir: Zalımlara axirətdə Allahın əhdinə nail ola bilməzlər, ama dünyada zalım ona nail olar; bunun sayəsində yeyib içib əmin amanlıqda yaşayə bilər. İbrahim Nəhai, Ata, Həsən və İkrimə də belədemişdilər. Rəbi İbn Ənəs belə demişdir: Allahın qullarına əhdi onun dinidir ki, dini zalımlara çatmaz. Baxın: Biz ona İshaqa bərəkət verdik. Onların hər ikisinin nəslindən yaxşı işlər görən də var, açıq-aşkar özünə zülm edən də! (Saffat, 113). Bununla bildirir ki, Ey İbrahim sənin bütün nəslin haq üzərində deyildir. Əbu Aliyə, Ata, Muqatildən də belə rəvayət edilmişdir. Cüveybir Dəhhaqdan rəvayət etmişdir: Mənə üsyan edən düşmənim itaətimə nail ola bilməz, mən onu ancaq mənə itaət edən vəli quluma nəsib edərəm.
Hafiz Əbubəkr İbn Mərduveyh belə demişdir: Bizə Əbdurrəhman İbn Muahmməd İbn Həmid, o da Əhməd İbn Abdullah İbn Səid əl Əsədidən, o da Süleym İbn Səid Dəməğanidən, o da Vəkidən, o da Aməşdən, o da Səid İbn Ubeydədən, o da Əbu Əbdurrəhman əsSüləmidən, o da Əli İbn Əbi Talibdən rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: ‘ Zalımlar Mənim əhdimə nail olmazlar! ‘bu ayə, itaət ancaq yaxşılıqdadır, deməkdir. Suddi də bu ayə haqqında əhdin Peyğəmbərlik olduğunu, demişdir.
İbn Cərir ilə İbn Əbu Hatim nəql etdiklərinə görə sələf təfsirçilərinin bu ayə haqqında dedikləri bunlardır. İbn Cərir bunu üstün rəy hesab etmişdir. Bu ayə hər nəqdər zahirənAllahın imamlıq əhdinin zalıma qismət olmayəcağını xəbər versə də bunda Xəlil İbrahim aleyhissalama bunu bildirirdi ki, onun zürriyyatindən də nəfsinə zülm edən zalım çıxacaq. Necə ki, bu fikir yuxarıda Mucahid və digərlərindən də gətirilmişdir. Allah ən doğrusunu biləndir. İbn Hüveyriz Məndəd əl Maliki belə demişdir. Zalımın nə xəlifə nə hakim nə də müfti nə şahid nə də ravi olması uyğun deyil.
Biz evi insanlar üçün savab və əmin-amanlıq yeri etdik. ‘İbrahim məqamını namazgah edin!’
Əhvidən, İbn Abbas belə demişdir: “Biz evi insanlar üçün savab və əmin-amanlıq yeri etdik”. Bu ayə haqqında deyilir ki: Orada daimi qala bilməzlər; ora gələrlər sonra da ailələrinin yanına qayıdarlar, sonra bir daha qayıdarlar. Əli İbn Əbi Talhadan rəvayət edilir ki, İbn Abbas: Məsabətən linnas, savab qazanırlar, demişdir. Bu ikisini İbn Cərir nəqll etmişdir. İbn Əbi Hatim də belə demişdir: Bizə atam, o da Abdullah İbn Rəcadan, o da İsraildən,.o da Müslimdən, o da Mucahiddən, o da İbnn Abbasdan rəvayət etdi ki, insanlar beytə gəlir sonra da ölkələrinə geri qayıdırlar, demişdir. Bu Əbu Aliyədən, bir rəvayətdə Səid İbn Cubeyrdən, Ata Mucahid, Həsən, Atiyyə, Rabi İbn Ənəs və Dahhaqdan da bu şəkildə rəvayət edilmişdir.
İbn Cərir belə demişdir: Mənə Abdülkərim İbn Əmr Umeyr rəvayət etdi ki, o da Vəlid İbn Müslimdən, o da Əbu Amrdan yəni Əvzaidən, o da Abdə İbn Əbi Lübabədən, Biz evi insanlar üçün savab və əmin-amanlıq yeri etdik. ayəsi haqqında belə dedi: Oradan geri qayıdanlar arzularının yerinə yetirilmiş olduğunu görərək ayrılarlar. Mənə yunis, İbn Vəhbdən rəvayət etdi ki, Biz evi insanlar üçün savab və əmin-amanlıq yeri etdik. ayəsi haqqında bütün ölkələrdən oraya gələrlər, dedi. Qurtubinin irad etdiyi kimi şair də bu mənada nə gözəl demişdir:
O evi etmişdir, yığıncaq yeri,
Ora bizim üçün ziyarət yeri,
Oradan arzuya çatmamış heç kəs,
Heç zaman qayıtmaz və dönməz geri
Səid İbn Cubeyr əvvəlki rəvayətdə İkrimə Qatadə, Ata əl Xorasani “məsabətən linnəsi”yığıncaq yeridir, “Əmnən” sözü haqqında isə Dəhhaq, İbn Abbasdan: insanlar üçün əminamanlıq yeridir demişdir. Abdullah əbu Cəfər ərRazi belə demişdir. Bizə Rəbi İbn Ənəs Əbu Aliyədən rəvayət etdi ki, ora düşməndən və silah gəzdirməkdən əmin aman olunan bir yerdir. Cahilliyya dövründə insanlar öz düşmənlərindəora qaçırdılar, Orada özlərini əmin hiss edirdilər ki, əsir edilməyacəklər. Mucahid, Ata Suddi, Qatadə və Rəbi İbn Ənəsdən rəvayət edilmişdir ki, orayə daxil olan əmin amanlıqda olar.
Bu imamların bu ayəyə verdiyi təfsirlərinin xülasəsi belədir: Allah Təala Evinin şərəfini və ona şəri və qədəri olaraq veridyi vəsfləribildirir. O da onun insanlar üçün yığıncaq yeri olmasıdır. yəni oranı ruhların şövqlə istəyacəyi və darıxacağı bir yer etmişdir.
Orada bütün istəklərin bitməyacəyini, hər il orayə getsə də bir daha ora qayıtmaq arzusunun tükənməyacəyini bildirir bu da Allah Təalanın İbrahim aleyhissalamın duasının qəbul etməsinin nəticəsidir. Çünki “İnsanların bir qisminin qəlbini onlara meylli et” (İbrahim, 37) demişdir. Sonra da: “Ey Rəbbimiz! Duamı qəbul elə!” (İbrahim, 40) demişdir. Allah Təala oranı daxil olan üçün,əvvəllər nə əməl etsə də, əmin amanlıq yeri etdiyini xəbər vermişdir. . O da ora daxil olaraq əmin amanlıqda olur. Abdurrahmən İbn Zeyd İbn Əsləm belə demişdir: Adam orada atasının və ya qardaşının qatili ilə qarşılaşardı amma ona əl qaldırmazdı. Necə ki, Maidə sürəsində “Allah Kəbəni – haram evi insanlarınsığınacağı etdi.” (Maidə, 97) demişdir ki, onun əzəməti səbəbi ilə onlardan pislikləri dəf edir deməkdir. Necə ki, İbn Abbas belə demişdir: Əgər insanlar bu evə həcc etməsəydilər Allah göyü yerin üzərinə salardı. Bu da hər şeydən əvvəl oranı tikənin yəni Rəhmanın Xəlili olanın şərəfinədir. Necə ki, Allah Təala belə demişdir: “Bir zaman Biz İbrahimə evin yerini nişan verib: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!”(Həcc, 26).
“Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yolu göstərən rəhbər kimi insanlar üçün ilk qurulan ev Məkkədədir. Orada aydın Nisənələr – İbrahimin məqamı vardır. Orayə daxil olanın təhlükəsizliyi təmin olunar” (Əli İmran 96-97).
Bu ayədə yanında namaz qılmaqla İbrahim məqamına diqqət çəkilmiş və “İbrahim məqamını namaz qılınan yer edin” buyurmuşdur. Təfsirçilər İbrahim məqamından nəyin qəsd edildiyində fərqli rəylər bildirmişdilər. Bu mənada İbn Əbi Hatim belə demişdir: Bizə Əmr İbn Şeybə Numeyri, o da Əbu Xələfdən yəni Abdullah İbn İsadan o da Davud İbn Əbi Hinddən o da Mucahiddən nəql edir ki, İbn Abbas “İbrahim məqamını namazgah edin” sözündə belə demişdir: İbrahim məqamı bütün haram ərazisidir. Mucahid ilə Atadan eynisi rəvayət edilmişdir.
Yenə belə demişdir: Bizə Həsən İbn Muhəmməd İbn Sabbah o da Həccacdan o da İbn Cureycdən nəql olundu ki, Atadan“İbrahim məqamını namazgah edin” ayəsini soruşdum, o da belə dedi. Eşitdim ki, İbn Abbas demişdir ki, Burada zikr edilən İbrahim məqamı məsciddəki budur. Sonra da belə dedi: Çoxları İbrahim məqamı bütün həcc olduğunu ifadə edirlər. Sonra Ata bunu mənə təfsir edərək: Ərafatda durmaq, Ərəfatda iki vaxtın namazını qılmaq, Məşar, Mina, şeytanları daşlamaq, Səfa və Mərva arasında səy kimi, dedi. Mən də “İbn Abbas belə mi təfsir etdi? Dedim. O da: Xeyr, ancaq İbrahim məqamı həccin hamısıdır, dedi. Mən də: “Hamısını bu mənada mı eşitdin?” dedim. O da: Bəli, ondan eşitdim, dedi.
Sufyan Sevri , Abdullah bin Muslimdən demişdir, o da Səid bin Cubeyrdən , ““İbrahim məqamını namazgah edin” sözü barəsində belə dedi: Həcər (Daş) Allahın Nəbisi İbrahimin Məqamıdır. Allah onu mərhəmət etdi. Onun üzərində dayənardı, İsmail də Ona daş uzadardı. Əgər başını yuduğu daş olsa idi ayəqları fərqli olardı. Suddi də belə demişdir: “Məqam İsmailin yoldaşının İbrahimin ayəğının altına qoyduğu daşdır, yoldaşı onun üzərində İbrahimin başını yuyardı”. Bunu Qurtubi bizə çatdırmış və zəif olduğunu söyləmişdir. Başqası da bunu üstün tutmuşdur. Bunu Razi də təfsirində Həsən Basri , Qatadə Reəbi bin Enesdən rəvayət etmişdir.
İbn Əbi Hatim belə demişdir: Bizə Həsən İbn Muhəmməd İbn Sabah, o da Abdülvahhab bin Atadan, O da İbn Cureycdən , o da Cəfər İbn Muhamməddən, o da atasından, Peyğəmbər (salləllahu aleyhi və səlləm) həcci barədə daNisən Cabirdən eşitmiş, və rəvayət etmişdir ki: Peyğəmbər (salləllahu aleyhi və səlləm) təvaf edəndə Ömər Ona: “Bu atamız İbrahimin Məqamıdırmı?”- dedi. O da: Bəli, dedi. Ömər: “Oranı namazgah edəkmi?”- dedi. Bundan sonra Allahu Təalə : “Məqami İbrahimi namazgah edin”. — ayəsini nazil etdi.
İbn Mərdəveyh belə deimişdir: Bizə Dəaləc bin Əhməd, o da Ğeylən bin Abdussaməddən, o da Məsruk bin Mərzəbən, o da Zəkəriya bin əbi- Zaidədən, o da Əbu İshaqdan, o daAmr bin Məymundan , o da Ömər bin Xattabdan xəbər verdi ki, o məqami İbrahimdən keçdi: “Ey Allahın Rəsulu, Rabbimizin dostunun məqaminda dayənmayəqm?.” – O da; Dayənaq, dedi. “Oranı namazgah etməyəkmi?”- dedi.Çox keçmədi ki, “Məqami İbrahimi namazgah edin “. ayəsi nazil oldu .
İbn Mərdəveyh belə demişdir: Bizə Əli İbn Əhməd İbn Muhamməd Qəzvini, o da Əli İbn Hüseyndən, o da Cüneyddəno da, Hişam bin Xaliddən o da Vəliddən, o da Malik bin Ənəsdən, o da Cəfər bin Muhamməddən, o da atasından rəvayət etdi ki, Cabir demişdir: “Rəsulullah (salləllahu aleyhi və səlləm) Məkkənifəth etdiyi gün Məqami İbrahimdə dayəndı, Ömər Ona “ Ey Allahın Rəsulu , bu, Allahu Təalənin “Məqami İbrahimi namazgah edin” -dediyi yerdirmi?” O da ; bəli , dedi. Vəlid Malikdən soruşdu ki: “Sənə oranı namazgah edin” şəklində mi rəvayət etdi?”. – dedim. O da: Bəli, dedi. Bu rəvayətdə belə hadisə belə baş vermişdir, bu rəvayət qəribdir. Nəsəi də Vəlid bin Muslim hədisini bənzər şəkildə rəvayət etmişdir. Buxari də bu ayə haqqında belə demişdir. Burada keçən mesabətən yesubuna “dönərlər”mənasındadır, demişdir.
Bizə Müsəddəd, o da yəhyadan, o da Hümeyddən, o da Ənəs İbn Malikdən rəvayət etdi ki., Ömər İbn Xəttab belə demişdir: Üç yerdə Rəbbimə müvafiq oldum, və ya üç yerdə Rəbbim mənə müvafiq oldu. Ey Allahın Rəsulu Məqami İbrahimi namazgah etsəydin, dedim. Bu haqda “Məqami İbrahimi namazgah edin” ayəsi endi. Ey Allahın Rəsulu sənin yanına yaxşılar da pislər də gəlir, möminlərin analarına əmr etsəydin örtüya bürünərdilər, dedim. Bu haqda Allah Təala hicab ayəsini endirdi. Deyir ki, eşitdiyimə görə Peyğəmbər (salləllahu aleyhi və səlləm)in bəzi qadınları ilə sıxıntısı olmuşdu, qadınların yanına getdim: ya bu işə bir son qoyun ya da Allah ona sizin yerinizə daha yaxşılarını verər, dedim. Axırda bir qadın gəldi və : Ey Ömər, Rəasullullah öz qadınlarına öyüd vermədiyi halda sənmi verirsən?, dedi. Bu haqda Allah Təala “Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr verə bilər” (Təhrim, 5) ayəsini endirdi.
İbn Əbu Məryam belə demişdir: Bizə yəhya İbn Əyyub o da Hümeyddən belə dedi: Ənəsdən dedi ki, Ömər radiyAllahu anhdan belə eşirtim. Allah ikisindən də razı olsun. Buxari burada bu şəkildə çatdırmışdır. İkinci yolu Şeyx İbn Əbi Məryam əl Misri deyilən Səid İbn Hakəmə əsaslanır. Kutubi Sittədən bunu yalnız Buxari təxric etmişdir, digərləri də digər yollarla ondan rəvayət etmişdirlər. Bu qırıq isnadla rəvayət edilməsində məqsəd, hədisin sənədinin muttasıl (yəni bütöv, bitişik, əlaqəli) olduğunu bəyan etməkdir. Onu qırıq gətirməsininsəbəbi budur: Çünki yəhya İbn Əyyub əl Ğafiki haqqında bəzi tənqidi məlumatlar var. Necə ki, Əhməd İbn Hənbəl onun haqqında: hafisəzi zəifdir, demişdir. Allah ən doğrusunu biləndir.
İmam Əhməd belə demişdir: Bizə Hüşeym o da Hümeyddən, o da Ənəsdən rəvayət etdi ki, Ömər radiyAllahu anh belə dedi: Üç şeydə əziz və cəlil olan Rəbbimə müvafiq oldum: ya Rəsullulah, məqamı İbrahimi namazgah edərdin, dedim. Bu haqda bu ayə endi. Ey Allahın Rəsulu, qadınların yanına yaxşı da girir pis də girir, onların örtünməsini əmretsəydin dedim. Bu haqda hicab ayəsi endi. Rəsulullah (salləllahu aleyhi və səlləm)in qadınları onu qısqandılar. Mən də onlara:Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr verə bilər, dedim. Ayə də bu şəkildə endi. (Təhrim, 5).
Sonra Əhməd bunu yəhyadan, İbn əbi Adiydən, ikisi də Hümeyddən, Ənəsdən, Ömər radiyAllahu annhdan belə rəvayət etmişdir:Üç şeydə Rəbbimə müvafiq oldum, yaxud üç şeydə Rəbbim mənə müvafiq oldu, dedi və bunu rəvayət etdi. Bunu Buxari, Ömərdən və İbn Avnidən, Tirmizi də Əhməd İbn Mənidən, Nəsai də yaqub İbn İbrahim Dövraqidən, İbn Macə də Muhamməd İbn Sabahdan, hamısı da Hüşeym İbn Bəşirdən belə rəvayət etmişdirlər. Bunu yenə Tirmizi, Abd İbn Hümeyddən, Həccac İbn Minhaldan, Həmmad İbn Sələmədən; Nəsai isə Hənnaddan, o da yəhya İbn Əbi Zaidədən, ikisi də Hümeyddən ki, o İbn Tiraveyh ət Təvildir, belə rəvayət etmişdirlər. Tirmizi həsən səhihdir demişdir.
Bunu Əli əl Mədini də Zeyd İbn Zureyddən o da Hümeyddən belə rəvayət etmiş və onun hədisi səhihdir, o Bəsrəlidir, demişdir. Bunu Müslim İbn Həcac da Səhihində başqa bir sənəd və başqa bir ləfzlə rəvayət etmiş və belə demişidir: Bizə Ukbə İbn Mükərrəm, o da Səid İbn Amrdan, o da Cuveyriya İbn Əsmadan, o da Nafidən, o da İbn Ömərdən rəvayət etdi ki, Ömər belə dedi: Üç şeydə Rəbbimlə müvafiq oldum: Hicabda, Bədir əsirlərində və Məqamı İbrahimdə.
Əbu Hatim ər-Razi belə demişdir: Bizə Muhamməd İbn Abdullah əl Ənsari, o da Hüməyyad ət Tavildən, o da Ənəs İbn Malikdən rəvayət etmişdir ki, Ömər İbn Xəttab belə demişdir: Üç şeydə Rəbbim mənə müvafiq oldu, və ya mən üç şeydə Rəbbimə müvafiq oldum. Ey Allahın Rəsulu Məqami İbrahimi namazgah etsəydin, dedim. Bu haqda “Məqami İbrahimi namazgah edin” ayəsi endi. Ey Allahın Rəsulu qadınlar hicaba bürünsünlər, dedim. Bu haqda hicab ayəsi endi. Üçüncüsü də Abdullah İbn Übey öldüyü zaman, Rəsulullah (salləllahu aleyhi və səlləm) onun namazını qılmağa gəldi: Ey Allahın Rəsulu bu kafir münafiqin namazını qılmağa gəlirsən?, dedim. O da: Sus ey Xəttabın oğlu, dedi. Bu haqda da: “Heç vaxt onlardan ölmüş bir kəsin namazını qılma, qəbrinin başında da durma” (Tövbə, 84) ayəsi nazil oldu.Bu sənəd də səhihdir. Bununla onun arasında ziddiyat yoxdur. Əksinə hamısı doğrudur. Say ilə ləfz uyğun gəlmədikdə ləfz üstün tutulur. Allah ən doğrusunu biləndir.
İbn Cureyc belə demişdir: Mənə Cəfər İbn Muhamməd, o da atasından, o da Cabirdən: Rəsulullah (salləllahu aleyhi və səlləm) təvafın üç dövrəsində iti addımlarla, dördündə adi yerişlə yeridi. Bitirdiyi zaman Məqamı İbrahimə keçərək arxasında iki rəkat namaz qıldı. Sonra da“Məqamı İbrahimi namazgah edin” ayəsini oxudu.
İbn Cərir belə demişdir: Bizə yusif İbn Salman, o da Hatim İbn İsmayıldan, O da Cəfər İbn Muhamməddən, o da atasından xəbər verdi ki, Cabir dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) rüknü salamladı, üç dövrədəiti addımlarla, dördündə adi yerişlə yeridi. Sonra da Məqamı ibrahimə keçdi “Məqami İbrahimi namazgah edin” ayəsini oxudu. Məqamı özü ilə Beytin arasında tutaraq iki rəkat namaz qıldı. Bu müslimin Səhihində Hatim İbn İsmayıldan rəvayət etdiyi uzun hədisdən bir hissədir.
Buxari də öz sənədi ilə Amr İbn Dinardan rəvayət edərək, deyir ki, İbn Ömərdən onun belə dediyini eşitdim: Rəsulullah (salləllahu aleyhi və səlləm) gəldi, Beytullahı yeddi dövrə tavaf etdi. Məqamın arxasında iki rəkat namaz qıldı.
Bütün bunlar bildirir ki, Məqamı İbrahim dedikdə İbrahim Əleyhissalamın Kəbəni inşa edərkən üzərinə çıxdığı daş nəzərdə tutulur. Bina yüksəldiyi zaman İsmayıl Ona üzərinə çıxmaq üçün, və özünün də ona daş uzatmağı üçün bu daşı gətirdi. Bir tərəfi bitirdiyi zaman o biri tərəfə keçərək Kəbənin ətrafına fırlanırdı. Bu zaman O daşın üstündə olardı. Bir tərəfi bitirdikləri zaman o biri tərəfə keçərdilər. Beləcə Kəbənin divarları tamamlandı. Necə ki, bunun daha geniş izahı, İbrahimlə İsmayılın Beyti inşa etmələri qissəsində gələcək. Bu da Buxari tərəfindən İbn Abbasdan rəvayət edilmişdir. Ayəq izləri daşın üstündə açıq aydın görünürdü. Bu bilinən bir şeydir. Ərəblər bunu cahilliyyadən bəri bilirdilər. Buna görə də Əbu Talib məşhur “əl-ləmiyya” qəsidəsində belə demişdir:
Ayəq izi İbrahimin qayəda təp tazə qalar
Ayəq üstündə durar, ayəqları yalın durar.
Müsəlmanlar da buna şahid oldular. Necə ki, Abdullah İbn Vəhb belə demişdir: Mənə yunis İbn yezid, o da İbn Şihabdan rəvayət etdi ki, onlara Ənəs İbn Malik belə rəvayət etdi: Məqamı gördüm, üstündə İbrahim Əleyhissalamın barmaqları və ayəq çuxurunun izləri var idi. Ancaq insanların əllərini sürtməkləri səbəbi ilə vaxt keçdikcə yox oldu. İbn Cərir belə demişdir: Bizə Bişr İbn Muaz, o da yəzid İbn Züraydan, o da Səidən, xəbər verdi ki, “Məqami İbrahimi namazgah edin” ayəsi haqqında Qatadə belə dedi: Orada yalnız namaz qılmaqla əmr edildilər, əllərini sürtməklə deyil. Bu ümmət əvvəlki ümmətlərin zorakılıqla etdikləri şeyləri təqlid etdilər. Topuğunun və barmaqlarının izini görənlər bizə xəbər verdilər. Təəssüf ki, Bu ümmət əllərini sürtməkdən əl çəkmədi, nəticədə izlər silinib getdi.
Mən də deirəm ki, bu məqam əvvəlcə Kəbə divarına bitişik idi. yeri də bu günə qədər daş tərəfində qapının yanında bilinir. İçəri girənin sağına düşür. Orada ayrı bir yeri var idi. Xəlil əleyhissalam Evin inşasını bitirəndə onu Kəbə divarının yanına qoydu yaxud bina onun yanında bitdi. O da bunun üçün onu orada saxladı. Allah ən doğrusunu biləndir. Təvafı bitirdikdə orada namaz qılmaq əmr edildi. İbrahimin məqamında olması da münasib oldu, çünki Kəbə də orda bitmişdi. Onu Kəbə divarından möminlərin əmiri Ömər İbn Xəttab geriya çəkdi. Ömər radıyAllahu anhu tabeolmağımız əmr edilən, hidayət öndəri,raşidi xəlifələrdən biridir. O Rəsulullahın (salləllahu aleyhi və səlləm): “Məndən sonra iki nəfərə tabe olun: Əbu Bəkrlə Ömərə” dediyi iki nəfərdən biridir. Quran orada namaz qılma mövzusunda onun rəyinə uyğun olaraq nazil olmuşdur. Bunun üçündür ki, səhabələrdən heç kimsə ona qarşı çıxmadı. Allah onların hamısından razı olsun.
Abdurrazzaq,o da İbn Cureycdən, o da Atadan və başqa bir dostumuzdan nəql etdi ki: Onu yerindən ilk dəfə yerindən tərpədən Ömər İbn Xəttab radıyAllahu anhdır. yenə Abdurrazzaq Mamərdən o da Humeyd Əl-Ərəcdən o da Mucahiddən nəql etdi ki: Məqamı yerindən ilk dəfə tərpədərək indiki yerinə çəkən Ömər İbn Xəttab radıyAllahu anhdır. Hafiz Əbu Bəkr Əhməd İbn Əli İbn Hüseyn Beyhəqi belə demişdir: Bizə Əbu Hüseyn İbn Fadl Qattan o da Qadi Əbu Bəkr Əhməd İbn Kamildən o da Əbu İsmayıl Muhəmməd İbn İsmayılƏs-Süləmidən o da Əbu Səbitdən o da Dəravardidən, o da Hişam İbn Urvədən o da atasından o da Aişə radıyAllahu anhadan nəql etdi ki: Məqam Rəsulullah (salləllahu aleyhi və səlləm) və Əbubəkr (radiyAllahu anh) zamanında Allahın evinə bitişik idi. Sonra Ömər İbn Xəttab (radıyAllahu anh) onu geri çəkdi. Bu da yuxarıda qeyd edilənlə bərabər sağlam bir sənəddir.
İbn Əbi Hatim belə demişdir: Bizə atam o da İbn Əbi Ömər Əl-Ədənidən o da zamanında məkkəlilərin imamı olan Sufyan İbn Uyaynədən rəvayət etdi ki: Məqam Beytullahın bir tərəfində idi. Ömər Peyğəmbər sAllahu aleyhi və səlləmdən və “İbrahim məqamını namazgah edin” ayəsindən sonra onun yerini dəyişdirdi. Dedi ki, Ömər onun yerini dəyişdirdikdən sonra onu sel apardı. Ömər də onu orayə yenidən gətirdi. Sufyan belə dedi: yeri dəyişdirilmədən əvvəl Kəbə ilə arasında nə qədər məsafə var idi bilmirəm, bitişik idi yoxsa ayrı, onu da bilmirəm, dedi. Bu rəvayətlər izah etdiyimiz kimi bir birini dəstəkləyici mahiyyatindədir. Allah ən doğrusunu biləndir.
Hafiz Əbu Bəkr İbn Mərduveyh belə demişdir: Bizə Əbu Amr o da Muhəmməd İbn Abdulvahhab o da Adəm İbn əbi İyas təfsirindən o da Şərikdən o da İbrahim İbn Muhacirdən o da Mucahiddən rəvayət edir ki: “Ömər İbn Xəttab: Ey Allahın Rəsulu kaş ki, məqamın arxasında namaz qılsan” dedi. Buna müvafiq olaraq Allah Təala “İbrahim məqamını namazgah edin” ayəsini nazil etdi. Məqam əvvəldə Evin yanında idi. Rəsulullah (salləllahu aleyhi və səlləm) onu indiki yerinə gətirdi. Mucahid belə demişdir: Ömər bir rəy irəli sürərdi Quran da ona müvafiq olaraq enərdi. Bu Mucahiddən gələn mürsəl bir xəbərdir. yuxarıda qeyd edilən: Məqamın yerindən ilk tərpədən Ömər İbn Xəttab radıyAllahu anhdır rəvayətinə müxalifdir. Bu yuxarıdakı ilə dəstəklənmə ilə yanaşı İbn Mərduveyh yolundan edilən rəvayətdən daha sağlamdır. Allah ən doğrusunu biləndir.
Həsən Bəsri Allah Təalanın “Biz İbrahimlə və İsmaillə:………….. təmizləyin!’– deya əhdləşdik” bu ayəsində belə demişdir: Allah onlara evini əziyyat verici vəmurdar şeylərdən təmizləmələrini və ona bu kimi şeylərin toxunmamasını əmr etdi. İbn Cureyc deyir ki: Atayə: “Ayədə qeyd edilən əhd nədir?” dedim. O da: əmrdir, dedi. Əbdurrəhman İbn Zeyd İbn Əsləm də əmirdir demişdir. Belə görsənir ki, bu kəlamınərəbcə “ilə” sözü ilə qeyd edilməsi təqdim və vəhy etdik mənasında olmasındandır. Səid İbn Cubeyr nəql etdi ki, İbn Abbas‘Evimi təvaf edənlər üçün…..təmizləyin!’ ayəsi haqqındabelə demişdir:: yəni bütlərdən. Mucahid və Səid İbn Cubeyr ‘Evimi təvaf edənlər üçün…..təmizləyin!’ ayəsi haqqında demişlər: yəni bütlərdən, söyüşdən, yalan sözdən və murdar şeylərdən deməkdir. İbn Əbi Hatim belə demişdir: Ubeyd İbn Umeyr, Əbu Aliyə, Səid İbn Cubeyr, Mucahid, Ata və Qatadədən nəql edilir ki, onlar demişlər:“evimi təmizləyin”ayəsi, Lə iləhə İllAllah deyarək şirkdən təmizləyin deməkdir.
“Təvaf edənlər üçün”: Beytullahı təvaf etmək bilinən bir şeydir. Səid İbn Cubeyr“təvaf edənlər üçün” ayəsin haqqında, yəni ona qürbətdən gələnlər üçün deməkdir, demişdir.Ərəbcə “əl-Akifin”sözü də orada yaşayənlar deməkdir, demişdir. Qatadə ilə Rəbi İbn Ənəsdən də belə rəvayət edilmişdir. Onlar bunu orada yaşayən yerlilərlə təfsir etmişdirlər. Necə ki, Səid İbn Cubeyr də belə demişdir. yəhya İbn Qattan Abdulməlik İbn Əbi Suleymandan o da Ata “əl-akifin” şəhərlərdən orayə gəlib orada qalanlardır, dedi. O bizə belə dedi: Biz qonağıq siz isə yerlisiniz. Vəki Əbu Bəkr Əl-Huzəlidən o da Atadan nəql etdi ki, İbn Abbas belə demişdir: Orada oturanlar əl-akifin-dəndir.
İbn Əbi Hatim belə demişdir: Bizə atam, o da Musa İbn İsmayıldan o da Həmmad İbn Sələmədən o da Səbitdən nəql etdi ki, Abdullah İbn Ubeyd İbn Umeyrə: Mən Əmirin vəzifələndirdiyi adamam, məndən Məscidi Haramda yatanlara mane olmağım istənilir, çünki onlar cünub olurlar, dəstəmazları pozulur, dedim. O da: Etmə, çünki İbn Ömərə də eyni sualı soruşdular: Onlar oradakıəl akifindir, dedi. Bunu Abd İbn Humeyd Suleyman İbn Hərbdən o da Həmmad İbn Sələmədən belə rəvayət etmişdir.
Mən də deyirəm ki: Səhihdə sabit olduğuna görə İbn Ömər subay ikən Rəsulullah (salləllahu aleyhi və səlləm)in məscidində yatardı.
“Rüku və səcdə edənlər üçün” Vəki Əbu Bəkr Əl-Huzəlidən o da Atadan nəql edir ki, İbn Abbas: Rüku və səcdə edənlər ayəsində belə demişdir: Əgər namaz qılandırsa o kimsə rüku və səcdə edənlərdəndir. Ata ilə Qatadə də belədemişdilər. İbn Cərir rahimahullah belə demişdir: Ayənin mənası belədir: Biz İbrahim ilə İsmayıla Evimi təvaf edənlər üçün təmiz saxlamalarını əmr etdik. Bizə Evi üçün əmr etdiyi təmizlik, onun bütlərdən, orada bütlərə ibadət etdməkdən və şirkdən təmizlənməsidir. Sonra da İbn Cərir : Əgər desələr ki “İbrahimin inşasından əvvəl orada bir şey var idimi ki, onu təmizləməsi əmr edildi?” dedi. Bu suala iki cür cavab verdi:
Birincisi, Evin yanında Nuh zamanından ibadət edilən hər cür bütlərdən təmizləmələrini əmr etdi ki, özlərindən sonrakılar üçün sünnə (yol, adət, ənənə) olsun. Çünki, Allah Təala İbrahimi özünə tabe edilən bir imam təyin etdi. Necə ki, Əbdurrəhman İbn Zeyd belə demişdir: “Evimi təmizləyin” : Müşriklərin təzim edərək ibadət etdikləri bütlərdən təmizləyin.
Mən də deyirəm ki, bu cavab İbrahim aleyhissalamdan əvvəl orada bütə ibadət etdiklərinə görə verilmişdir. Bu da günahdan məsum olan Muhəmməddən (salləllahu aleyhi və səlləm) gələn bir dəlilə əsaslanmalıdır.
İkinci cavab, onlara binanı inşa edərkən ixlaslı olub bir tək Allaha ibadət etmələrini əmr etmişdir. Onlar da onu şirk və şübhədən təmiz olaraq etdilər. Necə ki, belə demişdir: “Allah elçilərini toplayəcağı gün deyacəkdir: ‘Sizə nə cavab verildi?’ Onlar isə: ‘Bizim elmimiz yoxdur. Şübhəsiz ki, qeybləri bilən Sənsən!”– deyacəklər. (Maidə, 109) “İbrahim ilə İsmayıla Evimi təmizləyin deya əhdləşdik”ayəsi də belədir ki, onu mənə şirkdən və şübhədən azad olaraq inşa edin, deməkdir. Necə ki, Suddi “Evimi təmizləyin” ayəsində: Evimi təvaf edənlər üçün inşa edin, demişdir.
Bu cavabın mənası budur: Allah Təala İbrahim ilə İsmayıl aleyhimussalama Kəbəni yalnız Şəriksiz Allahın adına tikmələrini əmr etdi. yəni oranı Təvaf edənlərə, orada qalanlara, rüku və səcdə edərək namaz qılanlaratikməyi əmr etdi. Necə ki, Allah Təala belə demişdir: “Bir zaman Biz İbrahimə evin yerini Nisən verib: ‘Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!’ (Həcc, 26-27).
Fəqihlər Beytullahın yanında namaz qılmaq mı yoxsa onu təvaf etmək mi daha fəzilətlidir deya ixtilaf etmişdirlər. Malik rahimahullah: Ətraf şəhərlərdən gələnlər üçün təvaf daha fəzilətəlidir, demişdir. Cumhur da: Mütləq olaraq namaz daha fəzilətlidir, demişdir. Hər iki rəyin dəlilləri Əhkam kitablarında izah edilmişdir. Bundan məqsəd, müşrikləri Kəbənin yanında tayı və bərabəri olmayan Allaha şirk qoşmaqdan və möminləri oradan çəkindirməkdən imtina etdirməkdir. Necə ki, Allah Təala belə demişdir: “Kafir olanlara, (insanları) həm Allah yolundan, həm də bütün insanlar – istər yerlilər, istərsə də gəlmələr üçün qurduğumuz Məscidulharamdan sapdıranlara və orada zülm etməklə dönmək istəyanlərə üzücü bir əzab daddıracağıq” (Həcc, 25).
Sonra Allah Təala beytin şəriki olmayan bir tək Allaha ibadət üçün qurulduğunu zikr etdi. Bu ibadət də ya təvafla və yaxud namazla ola bilər. Həcc sürəsində bunun üç hisəsini zikr etdi: qiyam rüku və səcdə. Orada qalanları (əl akifin) zikr etmədi, çünki daha öncə “orada yerli ilə gəlmə birdir” (Həcc, 25) demişdir. Bu ayədə isə həm təvaf edənləri həm də orada oturanları (əl akifini) zikr etdi. Rüku və səcdəni zikr edərək qiyamdan bəhs etmədi. Çünki, bilinən odur ki, rüku və səcdə ancaq qiyamdan sonra olur. Bunda eyni zamanda həcc etməyən yəhudi və xaçpərəst əhli-kitab üçün də rəddiya vardır. Çünki onlar İbrahim ilə İsmayılın fəzilətini qəbul edirlər, bu Evi həcc, ümrə, etiqaf və namaz üçün tikdiyini bilirlər, amma buna baxmayəraq sadalananlardan heç birini etmirlər. O zaman Allahın İbrahim Xəlilə qanun etdiyi şeyləri özləri etmədikləri halda onanecə tabe olmuş olurlar? İmran oğlu Musa və digər Peyğəmbərlər həcc etmişdirlər. Necə ki, özündən danışmayən “Bu, ona təlqin edilən bir vəhydir” (Nəcm, 4) olan məsum Peyğəmbər bunu xəbər vermişdir.
Bu vəziyyətdə sözün təqdiri (gizli mənası) belə olur “İbrahimin yanına gəldik” yəni daha əvvəl İbrahim ilə İsmayıla vəhy etdik: “’Evimi təvaf edənlər, orada qalanlar, rüku və səcdə edənlər üçün təmizləyin!’– deya” yəni onu şirk və şübhədən təmizləyin. İkiniz onu sırf Allah üçün inşa edin ki, orada təvaf etsinlər, orada qalsınlar (akifin), rükü və səcdə edsinlər. Məhz məscidlərin təmizlənməsi bu ayədən və “(Bu nur) Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər” (Nur, 36) ayəsindən və xüsusi olaraq məscidlərin təmizlənməsini buyuran bir çox hədislərdən götürülmüşdür.
Sünnədə çox saylı hədislər vardır ki, orada məscidlərin təmizlənməsi gözəlləşdirilməsi və başqa işlər əmr olunmuşdur. Həmin işlər arasında oranın çirkin, murdar və bu kimi şeylərdən qorunması göstərilmişdir.
Bunun üçündür ki, Peyğəmbərimiz salləllahu aleyhi və sələm: Bu məscidlər nə üçün inşa edilmişdirsə onun üçün də inşa edilmişdir, demişdir. Mən də bunun üçün xüsusi bir hissə hazırladım. Həmd və minnət Allaha məxsusdur.
İnsanlar Kəbəni ilk dəfə kimin inşa etdiyində ixtilaf etmişdirlər. Adəmdən əvvəl mələklər inşa etdilər deyilmişdir. Bu da Əbu Cəfər Əl-Bakir Muhəmməd İbn Əli İbn Hüseyndən rəvayət edilmişdir. Bunu Qurtubi də bu ləfzlə qeyd etmişdir ki, bu da qəribdir. Adəm əleyhissalam etdi deyilmişdir. Bunu Abdurrəzzaq İbn Cureycdən, o da Atadan, Səid İbn Museyyibdən və digərlərindən rəvayət etmişdir. Adəm onu beş dağdan gətirdiyi daşlarla inşa etmişdir: Hira, Turi Sina, Zeytun (Qüdsdə dağ), Livan (İdris ) və Cudidən. Bu da qəribdir. İbn Abbas KƏbu-Əhbar, Qatadə və Vəhb İbn Münəbbihdən: Onu ilk inşa edən Şis əleyhissalamdır, dedikləri rəvayət edilmişdir. Bunları rəvayət edənlərin çoxu onu əhli-kitabdan götürür. Bunlar nə təsdiq edilməz nə də yalanlanmazlar. Ümumi olaraq etimad edilməz amma bu haqda səhih bir hədis olarsa başımız və gözümüz üstə yeri var.
Necə ki, İbrahim: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” demişdir. İmam Əbu Cəfər İbn Cərir belə demişdir: Bizə İbn Bəşşar o da Abdurrahmən İbn Mehdidən o da Sufyandan o da Əbu Zübeyrdən o da Cabir İbn Abdullahdan nəql edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: İbrahim Beytullahı haram (toxunulmaz) və əmin etdi, mən də Mədinəni iki dağın arasında haram etdim; belə ki ovu ovlanmaz, ağacları kəsilməz. Nəsai də bunu Muhamməd İbn Bəşşar o da Bündardan belə rəvayət etmişdir. Onu Muslim də Əbu Bəkir İbn Əbi Şeybə ilə Amr İbn Nakiddən, ikisi də Əbu Əhməd Əz-Zubeyrdən o da Sufyandan belə rəvayət etmişdir. yenə İbn Cərir belə demişdir: Bizə Əbu Kureyb ilə Əbussaib o da İbn İdrisdən; bizə Əbu Kureyb o da Abdurrahim Razidən -hər iki yoldan: Əşasdan eşitdik, dedilər, o da Nafidən o da Əbu Hureyrədən rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: İbrahim Allahın qulu və Xəlili idi. Mən də Allahın qulu və Rəsuluyam. İbrahim Məkkəni haram etdi, mən də Mədinəni iki dağın arasında haram edirəm, ağaclarını və ovunu. Orada hərb üçün silah daşınmaz, ağac kəsilməz, ancaq dəvə yemi olaraq istifadə edilər. Bu sənəd qəribdir, Kutubi Sittədə heç yoxdur. Hədisin əsli Səhih Muslimdə başqa bir yoldan Əbu Hureyrə radıyAllahu anhdan rəvayət edilmişdir: İnsanlar nübar meyvə gördükləri zaman onu Rəsulullah (salləllahu aleyhi və səlləm)ə gətirirdilər. O da aldığı zaman: “Allahım meyvəmizə bərəkət ver, Mədinəmizə bərəkət ver. Ölçümüzə və çəkimizə bərəkət ver. Allahım İbrahim qulun, Xəlilin və Peyğəmbərindir. O sənə, Məkkə üçün dua etdi,mən də sənə onun Məkkə üçün duası kimi Mədinə üçün dua edirəm, həm də bir misli daha çox” deyar sonra ən kiçik uşağı çağırar və o meyvəni ona verərdi. Bir ləfzdə də “bərəkətinə bərəkət qat” deyar sonra meyvəni yanındakı uşaqların ən kiçiyinə verərdi. Muslimin ləfzi belədir.
Sonra İbn Cərir belə dedi: Bizə Əbu Qureyb o da Quteybə İbn Səiddən o da Bəkr İbn Mudardan o da İbn Əl-Həddən o da Əbu Bəkr İbn Muhəmməddən o da Abdullah İbn Amr İbn Osmandan o da Rəfi İbn Hədiçdən nəql etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: İbrahim Məkkəni haram etdi, mən də iki dağın arasını1 (Mədinəni) haram edirəm. Bunu ancaq Muslim rəvayət etmişdir2(Kutibi sittədə). Onu Quteybədən o da Bəkr İbn Mudardan belə rəvayət etmişdir. Ləfzləri eynidir. İki Səhihdə Ənəs İbn Malikdən rəvayət edilir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) Əbu Talhayə: Mənə uşaqlarınızdan xidmətçilik edə biləcək bir nəfər tap, dedi. Əbu Talha çıxdı, məni tərkinə mindirdi, məndə hər dayəndığı yerdə Rəsulullah (salləllahu aleyhi və səlləm)ə xidmət edərdim. Sonra yoluna davam etdi, Uhudu gördükdə: Bu dağ bizi sevir, biz də onu sevirik, dedi. Sonra yüksəkllikdən Mədinəni gördükdə dedi: Allahım, mən onun iki dağ arasındakı hissəsini haram edirəm, necə ki, İbrahimin Məkkəni haram etdiyi kimi. Allahım onların ölçü və çəkisinə bərəkət ver. Bir ləfzdə də belə demişdir: Allahım onların ölçülərinə bərəkət ver, “saa”larına bərəkət ver, “mud” larına bərəkət ver. Buxari: Mədinə əhalisini qəsd etdi, demişdir. Bir daha iki səhihdə Ənəsdən rəvayət edilir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Allahım Məkkəya verdiyin bərəkətin iki qatını Mədinəyə ver. Abdullah İbn Asim radiyAllahu anhdan rəvayət edilir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: İbrahim Məkkəni haram etdi və ona dua etdi. Mən də İbrahim Məkkəni haram etdiyi kimi Mədinəni haram edirəm. İbrahim Məkkə üçün dua etdiyi kimi mən də onun“mud”duna və “saa”sı üçün dua edirəm. Bunu Buxari rəvayət etmişdir, ləfz onundur. Müslimin ləfzi isə belədir: İbrahim Məkkəni haram etdi və sakinləri üçün dua etdi. Məndə Mədinəni haram etdim və İbrahimin Məkkəni haram etməsi kimi. İbrahim Məkkə sakinləri üçün dua etdiyi kimi mən də Mədinə sakinləri üçün, saa və muddu üçün dua etdim.
Əbu Səid radiyAllahu anhdan rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişidir: Allahım İbrahim Məkkəni haram etdi onu haram qıldı. Mən də Mədinəni haram edirəm: Oranın iki dağı arasında qan tökülməz, döyüş üçün silah daşınmaz, yem xaricində ağac kəsilməz. Allahım Mədinəmizə bərəkət ver, Allahım saamıza bərəkət ver, Allahım muddumuza bərəkət ver. Allahım bərəkətinə iki bərəkət ver. Bunu Müslim rəvayət etmişdir. Mədinənin haramlığına dair hədislər çoxdur. Biz onlardan Məkkənin haramlığı ilə əlaqəli olanlarını seçdik. Çünki bunda Quran ayəsinə uyğunluq vardır. Məkkənin İbrahim əleyhissalamın dili ilə haram qılındığını söyləyanlər bu dəlillərə əsaslanmışdırlar. Dünya yaradıldığından bəri haramdır deyanlər də vardır ki, o daha aydın və daha qüvvətlidir. Allah ən doğrusunu biləndir.
Allah Təalanın Məkkəni göyləri və yeri yaratmadan əvvəl haram etdiyinə dair başqa hədislər vardır. Necə ki, iki səhihdə Abdullah İbn Abbsadan belə rəvayət edilmişdir: Rəsulullah (salləllahu aleyhi vəs səlləm) Məkkənin fəthində belə dedi: Bu şəhəri Allah göyləri və yeri yaratdığı gün haram qıldı.O Allahın haram qılması ilə qiyamət gününə qədər haramdır. Məndən öncə heç kimə orada döyüşmək halal qılınmadı. Mənə də ancaq gündüz bir saat halal qılındı. O Allahın haram qılması ilə qiyamət gününə qədər haramdır; tikanı kəsilməz, ovu hürdütülməz, itəni götürülməz, ancaq taniyən götürə bilər. Otu qopardılmaz. Bu zaman Abbas: Ey Allahın Rəsulu izhiri istisna et çünki onu dəmirçilər və ev tikmək üçün istifadə edirlər. O da: izhir istisnadır dedi. Bu Müslimin ləfzidir. O ikisinin Əbu Hureyrədən də bənzər rəvayətləri vardır. Sonra Buxari bunun ardınca belə demişdir: Bizə Əban İbn Saleh, o da Həsən İbn Müslimdən rəvayət etdi ki, Safiya binti Şeybə demişdir: Rəsulullah sallllahu aleyhi vəsəlləmin belə dediyi eşitdim. Buxarinin müalləq rəvayət etdiyi bu hədisi, İmam Əbu Abdullah İbn Macə, Muhamməd İbn Abdullah İbn Numeyrdən, o da yunis İbn Bukeyrdən, o da Muhamməd İbn İshaqdan, o da Əban İbn Salehdən, o da Həsən İbn Müslim yannakdan rəvayət etmişdir ki, Safiya İbn əbi Şeybə belə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) dən Məkkənin fəthində belə dediyi eşitdim: Ey insanlar Allah Məkkəni göyləri və yerləri yaratdığı gündə haram etdi. Artıq o qiyamət gününə qədər haramdır; ağacı kəsilməz, ovu hürkütülməz, axtaran xaricində itəni götürülməz. İbn Abbas: izhiri istisna et, o evlər və qəbirlər üçündür, dedi. O da izhir müstəsnadır, dedi.
Əbu Şüreyh Əl-Ədəvi Amr İbn Səidə, O Məkkəya bir dəstə göndərərkən, belə dedi:Ey Əmir, mənə icazə ver sənə Rəsulullahın (salləllahu aleyhi və səlləm) Məkkəni fəth etdiyi günün səhəri dediyi sözləri söyləyim, onu iki qulağım eşitdi, qəlbim əzbərlədi, danışarkən gözlərim gördü. O Allaha həmd səna etdikdən sonra belə dedi: Məkkəni Allah haram etdi. Onu insanlar haram etmədi. Allaha və axirət gününə inanan kimsə üçün orada qan tökməsi və ağacını kəsməsi halal deyildir. Əgər bir kimsə Rəsulullahı (salləllahu aleyhi və səlləm) örnək göstərərək özünə rüxsət çıxarmaq istəyarsə ona belə deyin: Allah, Rəsuluna icazə verdi, sizə vermədi. “Mənə də ancaq gündüz bir saat icazə verdi. Sonra dünənki haramlığına qayıtdı. Burada olanlar olmayanlara çatdırsınlar.” Əbu Şureyhə: “Amr sənə nə dedi?” dedilər. O da: Ey Şureyh, mən bunu səndən daha yaxşı bilirəm, Əl-haram nə asini, nə əli-qanlı qaçanı, nə də fəsad edərək qaçanı himayə etməz, dedi. Bu ləfz Muslimindir.
Bu bilindikdə Allahın Məkkəni göyləri və yeri yaratdığı gündə haram etdiyini göstərən hədislərlə onu İbrahim əleyhissalamın haram etdiyini göstərən hədislərin arasında ziddiyyat yoxdur. Çünki İbrahim əleyhissalam Allahın ondakı hökmünü və onu haram etdiyini çatdırmışdır. O, İbrahim əleyhissalam onu tikmədən əvvəl də Allah qatında haram idi. Necə ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) də Allah qatında son Peyğəmbər olaraq yazılı idi, Adəm hələ palçığın içində idi. Bununla bərabər İbrahim əleyhissalam “Rəbbimiz, onların içindən onlara bir Peyğəmbər göndər” (Bəqərə, 129) demişdir. Allah da öz elmi və təqdiri sayəsindəonun duasına cavab vermişdir. Buna görə də hədisdə belə gəlmişdir: “Səhabələr: Ey Allahın Rəsulu, bizə işinin başlanğıcını xəbər ver, dedilər. O da, belə dedi: mən atam İbrahimin, əleyhissalam, duası, Məryam oğlu İsanın müjdəsiyam. Anam özündən nur çıxdığını və Şamın saraylarını aydınlatdığını gördü.”yəni bizə işinin necə zühur etdiyini xəbər ver, dedilər. Necə ki irəlidə gələcəkdir.
O ki qaldı, Məkkənin Mədinədən üstün olduğu- necə ki, cumhur bu rəydədir, vəya Mədinənin Məkkədən üstün olduğu necə ki, Malik və dostları da bu rəydədir, məsələsinə gəldikdə, bu da dəlilləri ilə bərabər başqa bir yerdə zikr ediləcəkdir, inşəAllah. Etimadımız Allahadır.
Allah Təala Xəlilindən xəbər verərək belə demişdir: “Rəbbim, buranı əmin bir şəhər et” yəni qorxudan əmin et, əhalisi qorxmasın. Allah da bunu həm şəriətlə həm də qədərlə etdi. Necə ki belə demişdir: “Orayə kim girərsə əmin olar” (Əli İmran, 97).“Məgər onlar, ətraflarındakı insanlar yaxalandıqları halda, onlar üçün müqəddəs, təhlükəsiz bir yer etdiyimizi görmürlərmi?(Ənkəbut, 67). Bundan başqa ayələr də vardır. Orada savaşın haram olduğuna dair hədislər də yuxarıda qeyd edilmişdir. Səhih Muslimdə Cabir, Rəsulullahsalləllahualeyhi və səlləmdən belə dediyini eşitdim, demişdir: Bir kimsənin Məkkədə silah daşıması halal deyildir. Bu surədə də “Rəbbim bu şəhəri əmin et” demişdir, yəni bu yeri əmin et, deməkdir. Belə deməsi münasib olmuşdur ki, bu da Kəbənin tikilməsindən əvvəl idi. Allah Təala İbrahim sürəsində də:Necə ki ibrahim, Rəbbim buranı əmin bir şəhər et demişdir, buyurmuşdur. Bu da burada münasibdir. Çünki Alah bilir, bu sanki beyt inşa edildikdən və əhalisi orayə yerləşdikdən sonra ikinci dəfə dua kimi olmuşdur. Və bu İshaqın doğulmasından sonra deyilmişdir ki, oda İsmayıldan on üç yaş kiçik idi. Buna görə də duanın sonunda “Qoca vaxtımda mənə İsmaili və İshaqı bəxş edən Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir.” (İbrahim, 39) demişdir.
“Əhalisindən Allaha və axirət gününə iman edənlərə məhsullardan ruzi ver, demişdir. Allah da: ‘Mən kafir olanlara bir qədər zövq almağa izn verərəm, sonra da onları Cəhənnəm əzabına giriftar edərəm. Ora necə də pis dönüş yeridir!”: Əbu Cəfər Ər-Razi belə demişdir: Bizə Rəbi İbn Ənəs o da Əbu Aliyədən o da Übey İbn Kabdab nəql edir ki: “kafir olanlara bir qədər zövq almağa izn verərəm, sonra da onları Cəhənnəm əzabına giriftar edərəm. Ora necə də pis dönüş yeridir!” ayəsində belə demişdir: Bu Allah Təalanın sözüdür. Bunu da Mucahid ilə İkrimədemişdilər. İbn Cərir də bunu doğru hesab etmiş və başqaları da “kafir olanlara bir qədər zövq almağa izn verərəm, sonra da onları Cəhənnəm əzabına giriftar edərəm. Ora necə də pis dönüş yeridir!” oxumuş, bunu İbrahimin duasından hesab etmişdirlər, demişdir. Necə ki, onu Əbu Cəfərdən o da Əbu Aliyədən rəvayət etmiş və belə demişdir: İbn Abbas: Bu, İbrahimin sözüdür, deyərdi. Rəbbindən kafirlərin azacıq zövqalmasını istəyardi. Əbu Cəfər Leys İbn Əbu Suleymdən o da Mucahiddən “kafir olanlara bir qədər zövq almağa izn verərəm”: ayəsi haqqında deyir ki: Ona da həmçinin ruzi verərəm. “Sonra da onları Cəhənnəm əzabına giriftar edərəm. Ora necə də pis dönüş yeridir!”: Muhəmməd İbn İshaq deyir ki: İbrahim Allahın dostluğunu kəsən zalımları hətta onun zürriyatindən olsalar belə duadan istisna etdi. Çünki, soyundan da olsa əmrinə qarşı çıxanlardan ayrılmaq istəyirdi. Allah Təala da: Kim kafir olarsa mən yaxşını da pisi də ruziləndirir və onu qısa bir zaman üçün zövq almağa izn verərəm, dedi.
Xatim İbn İsmayıl Humeyd Əl-Xarratdan o da Əmmar əz Zuhənidən o da Səid İbn Cubeyrdən nəql edir ki, İbn Abbas bu ayə haqqında belə demişdir: İbrahim bunu bütün insanlar üçün deyil, yalnız möminlərə həsr edincə Allah da: Kim kafir olarsa onu da möminlər kimi ruziləndirərəm. Bir məxluq yaradıb ona ruzi vermərəmmi? Onları qısa bir zaman zövq almağa izn verər, sonra da onu cəhənnəm əzabına düçar edərəm. Ora isə nə pis yerdir, dedi. Sonra İbn Abbas bu ayəni oxudu: “Biz hamıya – onlara da, bunlara da Rəbbinin nemətindən veririk. Rəbbinin neməti qadağan deyildir” (İsra, 20). Bunu İbn Mərduveyh rəvayət etmişdir. İkrimə ilə İbn Mucahiddən də eynisini rəvayət edilmişdir. Bu ayə də elədir: “De: ‘Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar. Dünyada faydalanar; sonra onların dönüşü Bizə olar. Sonra da küfr etdiklərinə görə onlara şiddətli əzab daddırarıq” (Yunus, 69-70). Bu ayə belədir “Kafirin küfr etməsi səni kədərləndirməsin. Onların dönüşü Bizə olacaq. Biz də onlara etdikləri əməllər barədə xəbər verəcəyik. Həqiqətən, Allah kökslərdə olanları bilir. Biz onlara (dünyada olan) nemətlərdən az bir müddət istifadə etməyə imkan verəcək, sonra da onları ağır bir əzaba məcbur edəcəyik.” (Loğman 23-24). “Əgər insanların (kafirlik zəminində birləşmiş) vahid bir ümmətə olmasaydı, Mərhəmətli (Allahı) inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları da gümüşdən edərdik; evlərinin qapılarını və söykəndikləri taxtları da. Üstəlik zinət də (verərdik). Bütün bunlar sadəcə dünya həyatının keçici zövqüdür. Axirət isə sənin Rəbbinin yanında ancaq (Allahdan )qorxanlar üçündür.” (Zuxruf, 33-35).
“Sonra onu cəhənnəm əzabına düçar edərəm, ora nə pis yerdir”: yəni onu dünyada faydalandırdıqdan və onu kölgəsindən istifadə etdirdikdən sonra Cəhənnəm əzabına vasil edərəm, ora necə də pis yerdir.
Mənası belədir: Allah Təala onlara baxar, öz başına buraxar, möhlət verər, sonra da onları güclü bir şəkildə haqlıyar. Misal üçün bu ayə kimi: “Neçə-neçə şəhərlərə, (əhalisi) zülm edərkən möhlət verdim, sonra onları yaxaladım. Dönüş də ancaq Mənədir!” (Həcc, 48). İki Səhihdə belə deyilmişdir: Heç kim eşitdiyi narahat edici sözə görə Allahdan daha səbrli deyildir. Onlar ona övlad nisbət eləyirlər, O isə onlara ruzi və salamtçılıq verər. yenə Səhihdə belə deyilmişdir: Allah zalıma möhlət verər, axırda yaxalayənda isə onu buraxmaz. Sonra bunu oxudu: “Rəbbin, zülm edən məmləkətləri yaxaladığı zaman belə yaxalayır. Onun yaxalaması həqiqətən də, üzücüdür, şiddətlədir.” (Hud, 102). Bəziləri də “və mən kəfəra uməttiuhu qalilən” şəklində oxumuş və onu İbrahimin duasından saymışdırlar ki, bu da şaz bir qiraətdir, yeddi qiraətə və sözün axışına muxalifdir. Allah ən doğrusunu biləndir.Çünki “qalə”dəki əvəzlik cumhurun oxuyuşuna görə Allahn Təalayə aiddir. Sözün axışı da bunu vacib edir. Bu şaz qiraətə görə əvəzlik İbrahimə ait olmuş olur. Bu da kəlamın nəzminə zidddir. Nöqsanlardan uzaq olan Allah ən doğrusunu biləndir.
“O zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini qaldırarkən (belə) (dua etdilər): ‘Ey Rəbbimiz! bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən! Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən!”
Burada qeyd edilən qavaid kəliməsi qaidənin cəmidir, dirək vəya təməl deməkdir. Allah Təala deyir ki: ya Muhəmməd, qövmünə İbrahim ilə İsmayılın Beyti inşa etmələrini və təməllərini yüksəltmələrini xatırlat. Onlar “Rəbbimiz, bizdən qəbul et. Şübhəsiz sən hər şeyi bilən və eşidənsən” deyərdilər. Qurtubi və digərləri Ubey ilə İbn Məsuddan ayəni belə oxuduqlarını nəql etmişdirlər: “Və iz yarfəu İbrahimul qavaidə minəl beyti və İsmayılu və yaquləni Rabbəna təqabbəl minnə innəkə əntəs səmiul alim”
Mən də deyirəm ki: sonradan gələn bu qism də bunu göstərir: “Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et”: O ikisi saleh əməldədirlər, Allah Təaladan həmin əməlin qəbul etməsini istəyirlər. Necə ki, İbn Əbi Hatim Muhəmməd İbn yəzid İbn Huneys Əl-Məkkidən nəql edir ki, Vuheyb İbn Vərd: “O zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini qaldırarkən (belə) (dua etdilər): ‘Ey Rəbbimiz! (bunu )bizdən qəbul et!” ayəsini oxudu, sonra da ağladı və: Ey Rəhman, Xəlilin Sənin Evinin təməllərini yüksəldir, yenə də səndən qəbul olunmaz deya qorxur, dedi. Bu Allah Təalanın ixlaslı möminlərinin halını anlatmasına bənzəyir. “Onlar ki, verdiklərini verirlər, sədəqə nəfəqə və yaxılıq umulan şeyləri verirlər, qəlbləri də qorxar” yəniqorxar ki ondan qəbul olunmaz” (Muminun, 60). Necə ki səhih hədisdə Aişə Rəsulullahdən (salləllahu aleyhi və səlləm) rəvayət etmişdir. İrəlidə gələcəkdir.
Bəzi təfsirçilər: Təməlləri yüksəldən İbrahim, dua edən də İsmayıl idi demişdilər. Doğrusu ikisi də yüksəldir və belə dua edirdilər, necə ki izahı gələcəkdir. Buxari burada bir hədis rəvayət etmişdir, biz də onu gətirəcək sonra da bununla bağlı rəvayətləri verəcəyik. Buxari (rahmətullahi aleyh) belə demişdir: Bizə Abdullah İbn Muhəmməd o da Abdurrazzaqdan o da Mamərdən o da Əyyub Sahtiyənidən o da Kəsir İbn Kəsir İbn Abdulmutallib İbn Əbi Vədadan (biri digərindən daha çox rəvayət edir) o da Səid İbn Cubeyrdən nəql edir ki, İbn Abbas belə demişdir: Qadınlardan ilk kəmər istifadə edən İsmayılın anasıdır. Sarayə görə hamiləiyini gizlətmək üçün kəmər taxdı. Sonra İbrahim onu və süd əmməkdə olan oğlu İsmayılı gətirdi, onları Evin yanında böyük ağacın həndəvərində Zəmzəmin üst tərəfində məscidin yuxarısına yerləşdirdi. O vaxt Məkkədə heç kim yox idi. Orada su da yox idi. O ikisini orada qoydu. yanlarına içində xurma olan bir torba və içində su olan bir qab qoydu. Sonra İbrahim geri qayıtdı. İsmayılın anası onun arxasına düşdü: “Ey İbrahim, hara gedirsən, bizi kimsəsiz vadidəmi qoyursan?” dedi. Bunu bir neçə dəfətəkrarladı. İbrahim ona cavab vermirdi. Qadın: “Bunu sənə Allahmı əmr etdi? dedi. O da “Bəli” dedi. Qadın da: “Elədirsə O bizi naümid çarəsiz hədər etməz” dedi, sonra da geri qayıtdı.
İbrahim getdi, onların görə bilmədikləri təpəya gəldikdə, üzünü Beytullaha çevirdi, əllərini qaldırd, sonra da bu dualları etdi: “Ey Rəbbimiz! Mən nəslimdən bəzisini Sənin mühafizə olunan Evinin yaxınlığında, heç bir bitki olmayan bir vadidə sakin etdim.” (İbrahim, 37). Hətta oxuya oxuya ayənin bu hissəsinə çatdı “onlar şükr etsinlər”. İsmayılın anası İsmayılı əmizdirməya və o sudan içməya başladı. Sonunda qabdakı su bitdi, oğlu susadı. Qadın onun qıvranmasına baxdı, görməmək üçün aralandı. Ən yaxın dağ olaraq Səfanı gördü. Üstünə çıxdı, sonra kimisə görmək ümidi ilə vadiya geri qayıtdı. Heç kimi görmədi. Səfadan endi, vadiya çatanda ətəyinin ucunu qaldırdı, sonra yetişkin bir insan kimi qaçdı və vadini keçdi. Sonra Mərvayə gəldi və üstünə çıxdı. Kimisə görmək ümidi ilə baxdı amma heç kimi görmədi. Bunu yeddi dəfə etdi.
Abdullah İbn Abbasdan nəql olunur ki, Rəsulullah salləllahu aleyhi vəssallam belə demişdir: “Məhz insanlar bu iki təpə arasında səyi bu səbəblə edirlər. Həcər Mərvanin üzərinə çıxınca bir səs eşitdi, özü özünə sus dedi. Sonra dincəldi, yenə eşitdi: Səsini eşitdirdin, əgər bir köməyin varsa et, dedi. Zəmzəmin yanında bir mələklə qarşılaşdı. Mələk qanadı və dırnağı ilə yeri eşdi. Su çıxdı. Həcər suyun ətrafını düzəltməya başladı. Ovuc-ovuc alıb qabına doldurmağa başladı. Su isə qaynayıb çıxmağa davam edirdi.
İbn abbasdan rəvayət olunur ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə dedi. Allah İsmayılin anasına mərhəmət etsin. Əgər Zəmzəmə müdaxilə etməsə və ovuclamasa idi, Zəmzəm axan bir bulaq olardı. Deyilir ki, Həcər sudan içdi və uşağını əmizdirdi. Mələk ona: Qorxma naümid, olmayəcaqsan, burada bu uşağın və atasının tikəcəyi bir ev vardır, Allah oranın əhalisini ziyana uğratmaz. Beytullahın yeri təpə kimi yüksək idi. Sel gəldikdə sağından və solundan aparardı. Bu belə davam edərkən Cürhüm qəbiləsindən bir neçə nəfər və ya bir neçə ailə keçib gedirdilər, onlar Keda tərəfdən gəlirdilər. Məkkənin aşağı qismində köç saldılar. Göydə fırlanan bir quş gördülər. Bu quş suyun üstündə fırlanır, biz uzun müddətdir ki, buralarda su görməmişik dedilər. Bir və ya iki adam göndərdilər. Onlar su ilə qarşılaşdıqda geri qayıdıb bu haqda xəbər verdilər. Onlar gəldilər. İsmayılın anası suyun başında idi. Ona: yanında yurd salmağa icazə verərsənmi, dedilər. O da bəli, ancaq suda haqqınız yoxdur dedi. Onlar da, oldu , dedilər. İbn Abbas deyir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm): İsmayılın anası ünsiyyat quracaq insanlar arzulayırdı, dedi. Onlar köç saldılar, ailələrinə xəbəretdilər onlarda ora gəlib yerləşdilər.
Bir neçə ailə də gəldi, uşaq böyüdü və onlardan ərəb dili öyrəndi. Uşaq böyüdükdə gözə gəlimli bir yeniyetmə oldu. Həddi büluğa çatdıqda isə onu bir qadınla evləndirdilər. İsmayılın anası vəfat etdi. İsmayıl evləndikdən sonra İbrahim qoyub getdiyi ailəsini görmək üçün gəldi. İsmayılı tapmadı. Zövcəsindən İsmayılı soruşdu. Bizə nəsə tapıb gətirmək üçün çıxıb, dedi. Ona dolanışıqları haqqında soruşdu. Qadın da çox pis, ehtiyac və sıxıntı içindəyik dedi, və halından şikayət etdi. O da Ərin gələndə məndən salam de, deki, qapısının kandarını dəyişdirsin. İsmayıl gəldikdə nəsə hiss etdi. Kimsə gəlib? Deyə soruşdu. Qadın da, bəli dedi. Bir qoca gəlmişdi. Səni soruşdu mən də danışdım. Dolanışığımı soruşdu mən də pis olduğunu dedim, dedi. Sənə bir şey vəziyyət etdimi? Dedi. Bəli sənə salam söyləməmi və qapının kandarını dəyişməyi tövsiyya etdi, dedi. O da:O atam idi, səndən ayırlmağımı istəyib, sən ailənin yanına get, dedi və onu boşadı. Başqa bir qadınla evləndi. Bir müddət sonra İbrahim bir daha gəldi və onu evdə tapa bilmədi. Zövcəsinin yanına getdi və ondan İsmayılı soruşdu. O da: bizə nəsə tapmağa gedib, dedi. İbrahim: Necəsiniz, dedi və hal və dolanışıqlarını soruşdu. O da yaxşıyıq bolluq içərisindəyik, dedi və Allaha həmd və səna etdi. yediyiniz nədir dedi? O da ət dedi. İçdiyiniz nədi dedi, o da Su, dedi. O da Allahım, ətə və suya bərəkət ver dedi. Peyğəmbər (salləllahu aleyhi və səlləm): O zamanlar dənli bitkilər yox idi, olsa idi ona da dua edərdi.Məkkə xaricində də bu ikisi ilə dolanmaq olar, lakin bu Məkkədəki kimi olmayəcaq, dedi. İbrahim: Ərin gəldikdə məndən salam de, qapısının kandarını dəyişdirməsin, dedi. İsmayıl gəldikdə: Gələn gedən olubmu?, soruşdu. O da bəli, yaşlı bir qoca gəlmişdi dedi və onu mədh etdi. Səni soruşdu mən də danışdım. Dolanışığımızı soruşdu mən də yaxşı olduğunu dedim. Sənə hər hansı bir tövsiyya etdimi? O da: Bəli, sənə salam söylədi və qapının kandarını dəyişdirməsin dedi. O atam idi, kandar da sənsən, səni saxlamağımı əmretmişdir, dedi.
Sonra İbrahim bir müddət görünmədi, sonra bir daha gəldi. İsmayıl Zəmzəmə yaxın bir ağacın altında ox yonurdu. Onu gördükdə qalxdı və ata oğul qucaqlaşdılar. Sonra ey İsmayıl Allah mənə bir əmr verib dedi. O da Rəbinin sənə əmretdiyini et dedi. O da mənə yardım edərsən mi? Dedi. O da edərəm dedi. O da Allah mənə burada bir ev tikməmi əmr edib, dedi və yaxınlıqdakı yüksək təpəni göstərdi. O zaman hər ikisi birlikdə beytin təməllərini yüksəltdilər. İsmayıl daş gətirər, İbrahim isə tikərdi. Bina yüksəldikdə bu daşı gətirdi, o daşın üstünə çıxdı İsmayıl da daş verirdi. İkisi sə: Rəbbimiz bizdən qəbul et, Şübhəsiz ki, sən hər şeyi eşidən və bilənsən deyirdilər. Binanı tikməya başladılar. Beytin ətrafına fırlanır, Rəbbimiz bizdən qəbul et, Şübhəsiz ki, sən eşidən və bilənsən, deyirdilər. Bunu Abd İbn Hümeyd Abdurrazzakdan bu şəkildə uzun olaraq rəvayət etmişdir. Bunu İbn Əbi Hatim də, Əbu Abdullah İbn Həmmad ətTəbəranidən, İbn Cərir də Əhməd İbn Sabit ər Razidən, ikisi də Abdurrazzakdan qısaca rəvayət etmişdirlər.
Əbubəkr İbn Mərduveyh belə demişdir. Bizə İsmayıl İbn Əli İbn İsmayıl , o da Bişr İbn Musadan, o da Əhməd İbn Muhamməd əl-Əzrakidən, o da Müslim İbn Xalid əz Zəncidən, o da AbdulMalik İbn Cureycdən, o da Kəsir İbn Kəsirdən rəvayət edir: Mən Osman İbn Əbi Süleyman və Abdullah İbn Əbdurrəhman İbn Əbu Hüseynləvə bir qrupla birlikdə Səid İbn Cubeyrin yanında idik. Məscdin yuxarı hissəsində yığışmışdıq. Səid İbn Cubeyr Məni görə bilməyacəyiniz gündən əvvəl məndən sual soruşun, dedi. Ona məqam haqqında soruşdular. O da onlara İbn Abbasdan hədisi uzun olaraq rəvayət etməyə başladı.
Sonra Buxari belə dedi: Bizə Abdullah İbn Muhamməd, o da Əbu Əmir abdul-Məlik İbn Əmirdən, o da İbrahim İbn Nafidən, o da Kəsir İbn Kəsirdən o da Səid İbn Cubeyrdən rəvayət edir ki, İbn Abbas (radiyAllahu anh) belə demişdir: İbrahim ilə ailəsi arasında baş verəndənlərdən sonra İsmayıl ilə İsmayılın anasını oradan çıxartdı. yanlarında da içındə su olan qab var idi. İsmayılın anası qabdan içdikcə, südü uşağın üstünə fışqırırdı. Sonda Məkkəya gəldi, onları bir ağacın altına qoyub getdi. Sonra İbrahim ailəsinə qayıtdı. İsmayılın anası Kəda deyilən yerə qədər İbrahimin arxasınca düşərək: “Ey İbrahim, bizi kimə qoyub gedirsən?” dedi. O da: “Allaha” dedi. Qadın da: Mən Allaha təslim oldum, dedi. Sonra dedi ki: Qadın qabdan içməya başladıqda südü uşağın üstünə fışqırırdı. Sonunda su bitdi. Gedib baxsam bəlkə kimisə görərəm, deyib Səfa təpəsinə çıxdı. Kimisə görərəmmi deya baxdı amma heç kimi görmədi. Vadiya çatanda qaçaraq Mərvəya tərəf getdi. Bunu yeddi dəfə etdi. Sonra: Gedim uşağa baxım görüm nə edir, dedi. Getdi baxdı ki, olduğu kimi dayənıb, huşunu itirəcək haldadı. Kimisə görərəmmi deya baxdı amma heç kimi görmədi. Bunu yeddi dəfə etdi. Sonra: “Gedim uşağa baxım görüm neynəyir” dedi. Birdən bir səs eşitdi: Əgər yanında bir xeyir varsa onu et, dedi. Gördü ki, bu Cəbrayıl əleyhissalamdır. Dabanı ilə yerə vurdu və oradan su fışqırdı. İsmayılın anası dəhşət əgəldi. Çuxur qazmağa başladı. Əbu-Qasım (salləllahu aleyhi və səlləm) dedi ki: Əgər suyu buraxsaydı o axar su olardı. Həcər sudan içməya başladıqda südü fışqıraraq uşağın üstünə tökülürdü.
Cürhüm qəbiləsindən bir neçə nəfər oradan keçirdilər. Bir quş gördülər və fikirləşdilər ki, bu quş ancaq suyun başında olur. Adamlarını göndərdilər. O da baxdı və suyu gördü. Onlara gəlib xəbər verdi. Onlar da qadının yanına gəldilər: “Ey İsmayılın anası, səninlə burada qalıb məskunlaşmağa icazə verərsənmi?” dedilər. Oğlu böyüdü, onlardan bir qadınla nigahlandı. İbn Abbas davam edərək: Sonra İbrahim qərara gəldi və ailəsinə dedi: Mən o qoyduqlarımı görmək istəyirəm. Ora Gəldi və salam verdi. “İsmayıl hardadır?” dedi. Xanımı: Ova getdi, dedi. Ona salam de, gəldiyi zaman qapının kandarını dəyişdirsin, dedi. Qadın bunu xəbər verindikdə İsmayıl: O sənsən. Öz ailənə qayıt, dedi.
Daha sonra İbrahim bir daha: Qoyduqlarımı görmək istəyirəm, dedi. Ora Gəldi və dedi: “İsmayıl hardadır?” . Xanımı da: ova getdi, dedi. Xanımı: “Bəlkə oturub nəsə yeyib içmək istəyasiniz?” dedi. O da: “yemək və içməyiniz nədir” soruşdu. Xanımı da: “yeməyimiz ət, içməyimiz də sudur” dedi. O da: “Allahım, yemək və içməklərinə bərəkət ver” dedi. Əbu Qasım (salləllahu aleyhi və səlləm) dedi ki: Bir müddət sonra İbrahim yenə ailəsinə: mən buraxdıqlarımı görmək istəyirəm, dedi. Ora gəldikdəİsmayıla Zəmzəmin arxasında rastl gəldi. O orada oxunu düzəldirdi. Ey İsmayıl, əziz və cəlil olan Rəbbin mənə onun üçün bir ev inşa etməyimi əmr etdi, dedi. İsmayıl da: Əziz və cəlil olan Rəbbinin əmrinə itaət et, dedi. İbrahim: Sənin mənə kömək etməyini əmr etdi. O da: Elədirsə edərəm və ya buna bənzər bir söz söylədi. İbn Abbas davam edib deyir ki: İbrahim hörməya İsmayıl isə ona daş verməya başladı. Nəhayət bina yüksəldi ibrahim qoca olduğuna görə daşı qaldıra bilmədi.O məqam daşının üstünə çıxdı, İsmayıl isə ona daş verirdi. Onların ikisi də birlikdə Rəbbimiz! (bunu )bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!, deyirdilər. Buxari bunu Ənbiya kitabında beləcədə hər iki şəkildə rəvayət etmişdir.
Maraqlıdır ki, Əbu Abdullah Hakim bunu Müstədrək kitabında Əbu Abbas Əl-Əsamdan o da Muhəmməd İbn Sinan Əl-Qəzzazdan o da Əbu Əli Ubeydullah İbn Əbdulməcid Əl-Hənəfidən o da İbrahim İbn Nəfidən belə rəvayət etmiş və iki şeyxin şərtlərinə görə bu səhihdir, lakin onlarbu rəvayəti gətirməmişdirlər, demişdir. Buxari isə onu göründüyü kimi İbrahim İbn Nəfidən bir az qısa formada rəvayət etmişdir. Orada oğlunu qurban kəsməkdən bəhs etməmişdir. Səhihdə də belə gəlmişdir: Qoçun iki buynuzu Kəbəya bağlı idi. Hədisdə isə belə gəlmişdir: İbrahim aleyhissalam ailəsinin yanına Buraqla sürətli şəkildə gələr və onları ziyarət edərdi. Sonra müqəddəs bölgədəki ailəsinin yanına geri qayıdardı. Allah ən yaxşısını bilir. Habelə, Burada mərfu məqamlar var, bunu İbn Abbasın Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) açıq aşkar şəkildə nəql etmişdir.
Möminlərin əmiri Əli İbn Əbi Talibdən bu mövzuda buna müxalif şeylər gəlmişdir. Necə ki, İbn Cərir belə demişdir: Bizə Muhəmməd İbn Bəşşar ilə Muhəmməd İbn Musənna onlar da Muəmməldən o da Sufyandan o da Harisə İbn Mudarabdan nəql etdilər ki, Əli İbn Əbi Talib belə demişdir: İbrahimə Evi inşa etməsi əmr edildikdə, İsmayıl və Həcərlə birlikdə yola çıxdı. Deyir ki: Məkkəya gəldikdə başının üstündə Evin yerində bulud kimi bir şey gördü. Buludun İçində baş kimi bir şey var idi. Əli radiyAllahu anh deyir ki, onunla danışdı: Ey İbrahim, kölgəmin düşdüyü yerə və ya onun olçüsündə bir Ev inşa et. Artıq və əskik olmasın, dedi. O da inşa edərək, İsmayıl ilə Həcəri orada qoyub getdi. Həcər: “Ey İbrahim, bizi kimə qoyub gedirsən?” dedi. O da: “Allaha” dedi. Qadın: Get. Allah bizi peşman etməz, dedi. Əli radiyAllahu anh deyir ki, İsmayıl çox susadı. Həcər Səfa təpəsinə çıxdı. Baxdı amma bir şey görmədi. Sonunda Mərvəya gəldi amma yenə bir şey görmədi. Sonra Səfayə geri qayıtdı amma yenə də bir şey görmədi. Bunu yeddi dəfə etdi və belə dedi: “Ey İsmayıl, öl ki, səni görməyim”. Uşağının yanına gəldi, uşaq susuzluğundan ayəğını yerə vururdu. Cəbrayıl Həcərə: “Sən kimsən” deya səsləndi. O da: “Həcər. İbrahiminin övladının anası” dedi. O da: “O Sizi kimə həvalə edib getdi?” dedi. O da: “Allaha həvalə etdi” dedi. O da: “Sizi gücü hər şeya yetən birinə həvalə etdi” dedi. Əli radiyAllahu anh deyir ki: Uşaq barmağı ilə yeri eşələdi oradan Zəmzəm fışqırdı. Həcər suyu tutmağa çalışdı. Cəbrayıl da: Burax onu, o təzə sudur. Dedi.
Bu rəvayətdə Beyti Həcərdən ayrılmamışdan əvvəl inşa etmişdir. Belə olması ehtimal olunur: Onun yeri müəyyən idi, ətrafına divar hörülmüş və daş qoyulmuşdur, lakin onu axıra qədər inşa etməmişdir. Sonda İsmayıl böyüdükdən sonra onu birlikdə tikdilər. Necə ki, Allah da belə buyurmudur.
Sonra İbn Cərir belə belə dedi: Bizə Hənnad İbn Səriy o da Əbu Əhvasdan, o da Simakdan rəvayət edir ki Xalid İbn Ararə rəvayət edir ki, bir adam Əli radiyAllahu anha: Bizə beyt haqqında danış, o yer üzündə ilk tikilən evdirmi?, dedi. Xeyir, ancaq o, içərisinə ilk bərəkət verilən ev – Məqamı İbrahimdir. Ora daxil olan əminamanlıqda olar. İsteyirsənsə sənə onun necə tikildiyini xəbər verim: Allah İbrahimə mənə yerüzündə bir ev tik, deya vəhy etdi. İbrahimə bu tapşırığı yerinə yetirmək ağır gəldi. Allah ona arxayınlıq verdi. O burulğan küləyi kimi idi. Onun iki başı var idi, biri o birnin ardınca düşdü və Məkkəya qədər gəldi. Beytin yerinə qalxan kimi yığıldı. İbrahimə arxayənlıq verildiyi yerdə tikməyi əmr etdi. İbrahim də tikdi, bir daş qalmışdı. Gənc, bir şey axtarmağa getmişdi. İbrahim : Mənə istədiyim kimi bir daş gətir dedi. Dedi ki, Gənc ona bir daş axtarmağa getdi. Onu gətirdi və gördü ki, atası həcəru-əsvədi artıq yerinə qoyub. “Atacan bu daşı sənə kim gətirdi?” dedi. O da sənin tikməyinə etibar etməyən, dedi. Onu Cəbrayıləleyhissalam göydən gətirdi. Onlar da beytin tikintisini bitirdiləlr.
İbn Əbi Hatim belə demişdir: Abdullah İbn yəzid əl Mukri, o da Sufyandan, o da Bişr İbn Asimdən, o da Səid İbn Müseyyabdən rəvayət edir ki KƏbu-Əhbər: Beyt Allah yeri yaratmadan qırx il əvvəl suyun üstündə selik formasında idi. yer ordan başlayəraq tumurcuq kimi açıldı. Səid İbn Museyyab belə demişdir: Bizə Əli İbn Əbu Talib (radiyAllahu anh): İbtrahim erməniyeden gəldi, onda arxayınlıq var idi. Ona beytin yerini hazırlayırdı, sanki hörümçək tor hazırlayırdı. Dedi ki, külək elə daşlar çıxardı ki, onu ancaq oyuz adam qaldıra bilərdi. Mən də Ey Məhəmmədin atası, Allah : Onu da yadına sal ki, İbrahim və İsmail evin bünövrəsini ucaltdıqları zaman, buyurur, dedim. O da: O daha sonra idi, dedi.
Suddi də belə demişdir: Əziz və Cəlil olan Allah İbrahimə və İsmailə beyti tikmyi əmr etmişdi: Beyti tavaf edənlər, orada oturanlar, ruku və səcdə edənlər üçün tikin demişdi. İbrahim gedib, Məkkəya çatdıqda, o və İsmayıl əllərinə külüng götürdülər lakin beytin harda olacağını bilmirdilər. Allah burulğan deyilən bir külək göndərdi. Onun iki qanadı var idi, ilan kimi bir başı var idi. O onlar üçün kəbənin ətrafında ilk təməl yerlərini qazdı. Onlarda külünglərlə işləyib, beləcə təməli atdılar. Məhz Allah Təalanın: “Bir zaman Biz İbrahimə evin (Kəbənin) yerini nişan verib: ‘Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!‘ (Həcc, 26) dediyi budur. Təməlləri ataraq künclərə çatdıqda İbrahim İsmayıla: Oğlum, mənə gözəl bir daş axtar, bura qoyum, dedi. O da Atacan mən yorulub, əldən düşdüm, dedi. O da: Onu gətir, dedi. İsmayıl daş axtarmağa getdi. Bir daş gətirdi, atası bəyanmədi. Mənə bundan daha gözəl daş gətir dedi. O da bir daha daş axtarmağa getdi. Cəbrayıl Hacərul Əsvadı Hindistandan gətirdi. Ağ yovşan kimi ağappaq bir daş idi. Adəm onu Cənnətdən gətirmişdi, insanların xətası üzündən qaralmışdı. İsmayıl bir daş gətirdikdə Hacərul Əsvədi yerinə qoyulmuş gördü. Atacan bunu kim gətirdi, dedi. Səndən daha cəld biri, dedi. Onlar Kəbəni tikdilər və İbrahimin imtahan edildiyi o kəlmələrlə dua etdilər: Rəbbimiz! bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!, dedilər.
Bu rəvayətdə beytin təməllərinin daha əvvəl atılmış olduğu, sadəcə olaraq İbrahimə göstərildiyi və ona hazırlandığı bildirilir. Bəziləri bunu qəbul etmişdir. Necə ki, İmam Aburrəzzaq belə demişdir: Bizə Mamer o da Eyyubdan o da Səid inb Cubeyrdən O da İbn Abbasdan nəql edir ki, “O zaman İbrahim və İsmail evin bünövrəsini qaldırarkən: “Ey Rəbbimiz! bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!” ayəsi barədə demişdir ki, beytin təməlləri öncədən var idi. Abdurrazzaq demişdir Hişam İbn Həsən, o da Ətanın kürəkənindən rəvayət etmişdir ki, Ata İbn Əbu Rəbah belə dedi: Allah Adəmi cənnətdən endirdikdə ayəqları yerdə başı göydə idi. Göy əhlinin söhbətlərini və dualarını eşidərdi. Onlarla təsəlli tapardı. Mələklər bundan qorxdular dualarında və namazlarında Allaha şikayət etdilər. Allah da onu yerə alçaltdı. Adəm eşitdiyi şeyləri itirdikdə səksəndi, o da bunu dua və namazlarında Allaha şikayət etdi. Adəm Məkkəya yönləndirildi. Ayəqlarını basdığı yerlər kənd, addım araları səhra oldu. Axırda Məkkəya gəlib çatdı. Allah cənnətdən bir yaqut endirdi.O beytin indiki yerində idi. Allah tufan qoparana qədər Adəm oranı təvaf etdi və o yaqut göyə qaldırıldı. Ta o zamana qədər ki, Allah İbrahimi göndərdi, O da onu tikdi. :Məhz Allah Təalanın “Bir zaman Biz İbrahimə evin yerini nişan verib” (Həcc, 26) dediyi budur.
Abdurrəzzaq belə demişdir: Bizə İbn Cureyc rəvayət edir ki, Ata belə demişdir: Adəm, mən mələklərin səsini eşitmirəm dedi. O da Sənin xətana görədir, amma sən yerə en, mənim üçün bir ev tik, sonra mələklərin göydəki evimi təvaf etdikləri kimi sən də onu təvaf et, dedi. İnsanlar onu beş dağdan gətirilən daşlarla tikdiyini iddia edirdilər. Hira, Turi Sin, Zeytun, Livan dağı, Cudi dağı. Hiradan gətirilən daşlar altdan döşənmişdi . Adəmin tikdiyi ev bu idi. Sonradan İbrahim onu yenidən inşa etdi. Bu Atayə gedib çatan səhih bir isnad olsa da, içərisində bəzi qəbul edilməyacək məqamlar vardır. Allah ən doğrusunu biləndir.
Abdurrəzzakdan bir daha rəvayət edilir ki, Bizə Mamər rəvayət edir ki, Qatadə belə demişdir: Allah, evin yerini Adəmin enməsi ilə bir vaxta qoydu. Adəm Hindistana endirildi. Başı göydə ayəqları yerdə idi. Mələklər ondan çəkinərdilər, buna görə boyu 60 arşına qədər endirildi.Adəm mələklərin səs və zikrlərini eşitmədikdə kədərləndi. Bu barədə Allaha şikayət etdi. Allah dedi, Ey Adəm Ərşimin ətrafında mələklərin təvaf ettiyi kimi, sənin də təvaf edəcəyin bir evi sənin üçün yer üzünə endirdim. Ərşimin yanında namaz qılındığı kimi sən də evin yanında namaz qılarsan. Adəm ona tərəf getdiyi zaman addımlarını uzatdı. İki addımın arası səhrayə çevrildi. Səhralar olduğu kimi hələ də qalmaqdadır. Nəhayət Adəm evə gəldi və onu tavaf etdi. Ondan sonra gələn Peyğəmbərlərdə onu təvaf etdilər.
İbn Cərir belə demişdir: Bizə İbn Humeyd o da Yaqub Əl-Qummidən o da Həfs İbn Humeyddən o da İkrimədən rəvayət edir ki, İbn Abbas belə demişdir: Allah Evini dörd su təməlinin üzərində qurdu və bunu da dünyanı yaratmadan iki min il əvvəl etdi. Sonra yer üzü Evin altından başlayəraq yuvarlandı. Muhamməd İbn İshaq belə demişdir: mənə Abdullah İbn Əbi Nəcih o da Mucahiddən və digər elm adamlarındanrəvayət etdi ki: Allah İbrahim üçün Evin yerini hazırladıqdan sonra İbrahim Şamdan çıxdı və yaxud İbrahim yanında İsmayıl və onu anası Həcərlə birlikdə Şamdan çıxdı. İsmayıl da südəmər balaca bir uşaq idi. Mənə xəbər verildiyinə görə Cəbrayılla birlikdə Buraqa mindilər. Cəbrayıl ona Evin yerini və Haramın ibadət yerlərini göstərirdi. Sonra Cəbrayılla birlikdəyola çıxdılar. yolda nə vaxt hər hansı bir kəndə rast gəlsələr belə deyərdi: “Burayə məskunlaşmaqlamı əmr olunmuşam, ey Cəbrayıl?”. Cəbrayıl da: Davam et deyərdi. Nəhayət onu Məkkəya gətirdi. Məkkə o zaman kolluq, sələm və səmurə ağacları olan bir yer idi. Orada əməlik adlandırılan yerli insanlar var idi. Onlar Məkkənin xaricində və ətrafında yaşayərdılar. Ev o zaman qırmızı rəngli bir təpə halında idi. İbrahim Cəbrayıla: “Bu ikisini burada tərk etməklə mi əmr olundum?” dedi. O da: Bəli dedi. Onları Hicrin (aypara) yanına düşürtdü. İbrahim İsmayılın anası Həcərə bir çardaq düzəltməyi əmr etdi. Məhz “Ey Rəbbimiz! Mən nəslimdən bəzisini Sənin mühafizə olunan Evinin yaxınlığında, heç bir bitki olmayan bir vadidə sakin etdim….. Bəlkə onlar Şükr edələr” (İbrahim, 37) dediyi budur.
Abdurrazzaq belə demişdir: Bizə Hişam İbn Həsən o da Humeyddən o da Mucahiddən nəql edir ki: Allah bu Evin yerini heç bir şey yaratmadan iki min il əvvəl yaratmışdı. Təməlləri yerin yeddi qat dərinliyində idi. Leys İbn Əbi Suleyimin rəvayətində də: Mucahid: Təməllər yeddi qat yerin altındadır, demişdir. İbn Əbi Hatim belə demişdir: Mənə atam o da Amr İbn Rafidən o da Abdulvahhab İbn Muaviyadən o da Abdulmumin İbn Xaliddən o da Uliya İbn Əhmərdən nəql edir ki: Zülqarneyn Məkkəya gəldikdə İbrahim ilə İsmayılın Kəbənin təməllərini beş dağdan gətirdikləri ilə doldurduqlarını gördü və “mənim torpağımda nə işiniz var?” dedi. Onlar da: Biz əmr edilmiş iki quluq. Bu Kəbəni inşa etməklə əmr olunduq, dedilər. O da: Bu iddianızı isbat edin, dedi. Beş qoç şahidlik edirək belə dedilər: İbrahim ilə İsmayıl ikisi də əmr quludurlar və bu Kəbəni inşa etməklə əmr olunmuşdurlar. O da: Qəbul etdim və təslim oldum (etdim), deyarək çıxıb getdi. Əzraqi “Məkkə tarixi” kitabında belə demişdir: Zülqarneyn İbrahimlə bərabər təvaf etdi. Bu da Zülqarneynin çox qədimdə yaşamasını göstərir. Allah ən doğrusunu biləndir.
Buxari belə demişdir: “Və iz yarfəu İbrahimul qavaidə minəl beyt və İsmayıl”. Qəvaid-təməl deməkdir. Tək forması – qaidədir. Heyzz və nifasdan kəsilən qadınlara da qəvaid deyilir ki, onun da tək forması qaidədir. Bizə İsmayıl o da Malikdən o da İbn Şihabdan o da Səlim İbn Abdullahdan o da Abdullah İbn Muhamməd İbn Əbu Bəkrdən, o da Abdullah İbn Ömərdən o da Peyğəmbər (salləllahu aleyhi və səlləm)in xanımı Aişə radıyAllahu anhadan nəql edir ki, rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Ey Aişə, görmürsənmi sənin qövmün Qureyş Evi tikəndə İbrahimin qoyduğu təməli qısaltdılar?. Mən də: Ey Allahın Rəsulu onu İbrahimin təməlləri üzərində qaytarmayəcaqsan mı? O da: Kaşki sənin qövmün küfürdən yenicə çıxmış olmasaydı, dedi. Abdullah İbn Ömər belə demişdir: Əgər Aişə bunu Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) eşitdibsə, demək ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) hicrin yanındakı iki küncə salam verməyi tərk etməsinin səbəbi, Evin İbrahim aleyhissalamın qoyduğu təməllərin üzərində tam inşa edilməmiş olmasındandır. Bunu Həcc fəslində Qanəbidən rəvayət etmişdir. “Əhədisul ənbiya”da da Abdullah İbn yusif Muslimdən o da yəhya İbn yəhyadan İbn Vəhbin hədisi olaraq rəvayət etmişdir. Nəsai də Əbdurrəhman İbn Qasımın hədisi kimi rəvayət etmişdir. Hamısı Malikdən belə rəvayət etmişdirlər. Bunu Muslim də Nafinin hədisindən rəvayət edir. Nəfi belə demişdir, Mən Abdullah İbn Əbu Bəkr İbn Əbu Kuxafədən o da Abdullah İbn Ömərdən o da Aişədən o da Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyi rəvayət etmişdir: Əgər sənin qövmün cahiliyyadən vəya küfrdən yenicə çıxmış olmasaydı, Kəbənin xəzinəsini Allah yolunda xərcləyar, qapısını yerdən qoyar və İsmayılın hicrini (ayparasını) ona qatardım.
Buxari belə demişdir: Bizə Ubeydullah İbn Musa o da İsraildən o da Əbu İshaqdan nəql edir ki: Əsvəd belə demişdir: Mənə İbn Zubeyr belə dedi: “Aişə sənə gizlicə çox hədis söyləyardi. Kəbə haqqında nə söylədi?” deya soruşdu. Mən də: Peyğəmbər (salləllahu aleyhi və səlləm): Ey Aişə əgər s