Üçüncü: Zəkat fəsli

Bu fəsil özündə altı bölümü əhatə edir.

Birinci bölüm:

Zəkat haqqında ilkin anlayış barədə

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Zəkatın tərifi:

Zəkat sözünün lüğəti mənası: Artmaq, çoxalmaq deməkdir.

Şəriətdəki mənası isə: Mal-dövlətdə, verilməsi vacib sayılan bir haqdır. O, malın müəyyən miqdara çatmasından sonra xüsusi şərtlərlə çıxarılaraq məxsusi insanlara verilməkdən ibarətdir. Zəkat qulu təmizləyir və nəfsini paklaşdırır. Allahu Təala buyurur:«(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır (rahatlıqdır). Allah (hər şeyi) eşidəndir, biləndir.»[1]

Zəkat, müsəlman cəmiyyətinin fərdləri arasında ülfətin, məhəbbətin və yardımlaşmanın yayılmasına və genişlənməsinə səbəbdir.

İkinci məsələ: Zəkatın hökmü və dəlili:

Zəkat, İslam dininin fərzlərindən bir fərzdir. Onun beş ərkanından biridir. Zəkat, namazdan sonra İslamın ən mühüm rüknudur. Uca Allah buyurur:«(Müsəlmanların namazı kimi) namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!»[2]

Uca Allah buyurur:«(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır (rahatlıqdır). Allah (hər şeyi) eşidəndir, biləndir.»[3]

İbn Ömər -Allah ondan razi olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «İslam beş (əsas) üzərində qurulmuşdur: Allahdan başqa (ibadətə haqqı olan) məbud olmadığına və Muhəmmədin (sallallahu aleyhi və səlləm) Allahın elçisi olduğuna şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq»[4].

İbn Abbas -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Muaz ibn Cəbəli -Allah ondan razı olsun- Yəmənə göndərərkən demişdir:»Onları, Allahdan başqa məbudun olmadığını və mənim Allahın elçisi olduğumu qəbul etməyə dəvət et. Əgər bunu qəbul etsələr, onlara bildir ki, Allah onlara gecə və gündüz beş vaxt namaz qılmağı vacib buyurmuşdur. Bunu da qəbul etsələr, onlara bildir ki, Allah onlara mallarından zəkat verməyi – dövlətlilərindən götürüb kasıblarına paylamağı vacib buyurmuşdur»[5].

Bütün ölkələrdəki müsəlmanlar zəkatın fərz olunması barədə yekdil rəydədirlər və həmçinin səhabələr də, zəkatı verməkdən boyun qaçıranlarla döyüşmək barədə itiffaq ediblər.

Beləliklə də zəkatın hökmü Allahın Kitabı, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnəsi və ümmətin icması ilə öz təsdiqini tapdı.

Üçüncü məsələ: Zəkatı inkar edənin hökmü:

Kim zəkatın vacib olmasını, İslama yeni gəldiyinə və ya insanlardan uzaq yerdə yaşadığına yaxud da cahilliyinə görə inkar edərsə, onu kafir saymaq düzgün deyil. Çünki o, üzrlü insandır. Əksinə ona zəkatın hökmü başa salınmalıdır.

Əgər zəkatın vacib olmasını inkar edən, İslam diyarında və elmli insanlar arasında böyüyən insandırsa, o, mürtəddir və onunla mürtədlə müamilə olunduğu kimi müamilə olunmalıdır. Belə ki, o, üç dəfə tövbə etməyə çağırılır. Tövbə etsə müsəlmandır. Yox əgər tövbə etməsə öldürmək lazımdır. Çünki zəkat, Quran, sünnə və ümmətin icma etdiyi açıq-aydın dəlillərlə vacibdir. Bunları bildikdən sonra inkar edən, yalnız Allahın Kitabını və Peyğəmbərin sünnəsini yalan saymışdır. Kitab və sünnəni yalan saymaq isə küfrdür.

Dördüncü məsələ: Paxıllıq üzündən zəkat verməyənin hökmü:

Kim zəkatın vacib olduğunu etiqad etdiyi halda, paxıllıq ucbatından verməzsə, zəkat vermədiyinə görə günahkar olsa da, bu onu İslam dinindən çıxarmaz. Çünki zəkat dinin bir hissəsidir (ərəbcə furuud-din). Onu tərk edən, yalnız tərkinə görə təkfir olunmaz. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) zəkatı verməyən barəsində demişdir: «Qızıl və gümüşün zəkatını verməyən cəhənnəmdə (yığdığı) qızıl və gümüşlə əzab olunacaq, ona əzab olduqdan sonra yolunun ya cənnətlik ya da cəhənnəmlik olduğunu görəcək»[6]. Əgər zəkat verməyən kafir olsaydı, yolu heç vaxt cənnətə olmazdı. Belə insanlardan zəkat zorla götürülür və onlara cəza da verilir. Əgər zəkat verməmək üçün vuruşarsa, onunla, Allahın əmrinə tabe olub zəkat verənə qədər vuruşmaq lazımdır. Çünki Uca Allah buyurur:«Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın (işiniz olmasın).» [7]

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»İnsanlar Allahdan başqa ibadətə haqqı olan məbudun olmadığına və Muhəmmədin Onun elçisi olduğuna şəhadət gətirməyincə, namaz qılıb zəkat verməyincə (onlarla) vuruşmaq mənə əmr edildi. Əgər (aşkarda) bunu yerinə yetirsələr, İslam haqqı (cinayətə görə veriləcək cəza) istisna olmaqla, canlarını və mallarını məndən qorumuş olarlar. Onların (batini əməllərinin) haqq-hesabı isə Allaha aiddir»[8].

Rəvayət edilir ki, Əbu Hureyra -Allah ondan razı olsun- demişdir: “Peyğəmbər (sallallahu aleyhi və səlləm) vəfat etdikdən və Əbu Bəkr (xəlifə) olduqdan sonra ərəblərdən bəziləri kafir oldular. Onda Ömər (Əbu Bəkrə) dedi: Sən onlarla necə vuruşa bilərsən ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «İnsanlar: «lə ilahə illəllah» deməyincə, onlarla vuruşmaq mənə əmr edildi. Bu sözü deyən hər kəs haqlı bir səbəb olmadıqca, malını və canını məndən qorumuş olar. (Qəlbindəkilərinin) hesabı isə Allaha aiddir». Əbu Bəkr dedi: Vallahi, mən, namazı zəkatdan ayıran (namaz qılıb zəkat vermək istəməyən) hər kəslə vuruşacağam. Çünki zəkat malın haqqıdır. Vallahi ki, əgər onlar (vaxtilə) Allahın elçisinə (sallallahu aleyhi və səlləm) verdikləri çəpişi mənə verməkdən boyun qaçırsalar, buna görə onlarla vuruşacağam. Ömər dedi: «Vallahi, bu, Allahın Əbu Bəkrin qəlbinə saldığı (doğru fikirdən) başqa bir şey deyildi. Mən başa düşdüm ki, o, haqlıdır»[9].

Çəpiş, bir yaşı tamam olmayan keşi balasıdır.

Əbu Bəkrdən sonra gələn üç xəlifə və digər səhabələr də, Əbu Bəkirin bu rəyində idilər. Zəkat verməyənlərlə döyüşmək, səhabələr arasında icma olunan məsələlərdən biridir. Bu dəlillər zəkatı paxıllığa görə verməyənlərə də aiddir.

Beşinci məsələ: Zəkat verilməsi vacib olan mallar:

Zəkatı beş növ maldan çıxarmaq vacibdir. Bunlar aşağıdakılardır:

1- Mal-qara:

Bura, dəvə, inək və qoyun daxildir. Əbu Zər -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Dəvə, inək və qoyun sahiblərindən, mallarının zəkatını verməyən elə bir kəs yoxdur ki, qiyamət günü heyvanı, olduğundan daha böyük və daha kök bir şəkildə gələrək onu buynuzları ilə vurmasın və dırnaqları ilə tapdalamasın. Sonuncu heyvan qurtardığı vaxt, əvvəlki heyvan yenidən qayıdıb onu vuracaq və bu, insanlar arasında hökm bitənə qədər davam edəcəkdir»[10].

2- Qızıl, gümüş və bunları əvəz edən bu günümüzdəki kağız pullar:

Uca Allah buyurur:«(Ya Rəsulum!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!»[11]

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Malının zəkatını verməyən elə bir qızıl və gümüş sahibi yoxdur ki, qiyamət günü onun (yığdığı) qızıl və gümüşü oddan lövhələr edib və onları cəhənnəm atəşində qızdırıb onun alnına, böyürünə və kürəyinə dağ basılmasın. Hər dəfə soyuduqda yenidən qızdırılıb alnına, böyrünə və kürəyinə dağ basılacaq və bunların hamısı bir gününün miqdarı əlli min il olan gündə olacaq.» [12]

3- Ticarət malları:

Bura, qazanc məqsədli alqı-satqı üçün hazırlanan hər bir şey daxildir. Uca Allah buyurur:«Ey iman gətirənlər! Qazandığınız şeylərin (ən pak, halal və) yaxşılarından (Allah yolunda) sərf edin!»[13]

Çoxsaylı elm adamları deyir ki, bu ayədə məqsəd, ticarət mallarının zəkatıdır.

4- Dənli bitkilər və meyvələr:

Dənli bitkilər dedikdə bura, insanların qidalanması üçün yığılıb saxlanan buğda, arpa və başqa dəni bitkilər daxildir. Mevyələr dedikdə isə bura, xurma və kişmiş daxildir. Uca Allah buyurur:«Sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin (ən pak, halal və) yaxşılarından (Allah yolunda) sərf edin!»[14]

Uca Allah buyurur:«Yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin.»[15]

Abdullah ibn Ömər -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Yağmurla, bulaq suyu ilə sulanmış və ya dibinə su tökülmədən kökündən su içən (bitkilərdən yığılan) məhsulun onda biri (zəkat verilməlidir). Süni yolla suvarılan məhsulun isə, onda birinin yarısı (zəkat verilməlidir)»[16].

5- Mədənlər və tapılmış xəzinə:

Mədənlər dedikdə burada, heç kim tərəfindən yerdə basdırılmayan, əksinə yerdə əmələ gələn qızıl, gümüş, mis və sairə qiyməti metallar kimi təbii sərvətlər nəzərdə tutulur.

Tapılmış xəzinə: Tapılmış xəzinə dedikdə burada, cahiliyyət dövründə yerdə gizlədilmiş mallar qəsd olunur. Mədənlərdən və tapılmış xəzinələrdən zəkat verməyə dəlil, Uca Allahın bu ayəsindəki ümumi ifadədir:«Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin (ən pak, halal və) yaxşılarından (Allah yolunda) sərf edin!» [17]

İmam əl-Qurtubi bu ayənin təfsirində demişdir: Yəni, bitkilər, mədənlər və tapılmış xəzinələr. Əbu Hureyra -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Tapılmış xəzinənin isə beşdə biri (zəkat verilməlidir)»[18].

Ümmət, mədənlərdən çixan təbii sərvətlərdən zəkat verməyin vacib olmasına icma edib.

Altıncı məsələ: Zəkatın vacib olmasındakı hikmət, zəkat verməsi vacib olan kimsələr və zəkatın şərtləri:

  • Zəkatın vacib olmasındakı hikmət:

Şəriət zəkatı, ali hikmətlər və xeyirxah məqsədlər üçün vacib etmişdir. Zəkatın hikmətləri həddən artıq çoxdur. Bunlardan:

1- Zəkat, malı təmizləyir, artırır, mala bərəkət verir, malın şərini, bəlasını aparır və malı fəsaddan qoruyur.

2- Zəkat, onu verən insanı paxıllıqdan, günahlardan və xətalardan təmizləyir. İnsanı Allah yolunda malını xərcləməyə vərdiş etdirir.

3- O, zəngin insanın, fəqirlərə, ehtiyaclılara, yoxsullara və biçarələrə yardım etməsi və onların ehtiyaclarını ödəməsidir.

4- Cəmiyyətin fərdləri arasında bir-birinə dəstəyi, yardımlaşmanı və məhəbbəti gerçəkləşdirir. Zəngin insan öz malından kasıb müsəlman qardaşına zəkat verdikdə, qardaşının qəlbində onun zənginliyinə görə baş qaldıran kin-küdurəti gedir. Beləliklə də insanlar arasındakı narazılıqlar yox olur və əmin-amanlıq yayılır.

5- Həqiqətən də, zəkatın verilməsində, müsəlman qulun Allah təalənin bəxş etdiyi mal nemətinə şükür etməsi, pak Allaha itaət göstərməsi və uca Allahın əmrini həyata keçirməsi öz əksini tapmışdır.

6- Zəkat vermək, zəkat verənin həqiqi iman sahibi olmasına dəlalət edir. Çünki sevilən mal yalnız ondan daha çox sevilən şey üçün xərclənilir. Zəkat verən sidq qəlbdən Allahın məhəbbətini və razılığını istədiyi üçün, zəkatı sədəqə də adlandırırlar.

7- Zəkat vermək, Allahın quldan razı olmasına, xeyir-bərəkətin enməsinə, günahların bağışlanmasına və sairə fəzilətlərə nail olmağa səbəbdir.

  • Zəkat verməsi vacib olan kimsələr və zəkatın şərtləri:

Zəkat verməsi vacib olan kimsələr aşağıdakılardır:

1- Müsəlman olmaq: Zəkat vermək kafirə vacib deyil. Çünki zəkat müsəlmanı Allaha yaxınlaşdıran maddi ibadət növüdir. Kafir İslamı qəbul etmədikcə, ondan ibadət qəbul olmaz. Uca Allah buyurur:«Onların xərclədiklərinin qəbul olunmasına mane olan yalnız Allahı və Onun Peyğəmbərini inkar etmələridir.» [19]

Əgər zəkat, Allah qatında kafirdən qəbul deyilsə, bu zaman onu zəkat verməyə məcbur etmək faydasızdır. Ənəs -Allah ondan razı olsun- rəvayət edir ki, Əbu Bəkr əs-Siddiq -Allah ondan razı olsun- onu Bəhreynə göndərəndə belə bir məktub yazmışdır: «Mərhəmətli və Rəhmli Allahın adı ilə! Bu, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) müsəlmanlara vacib buyurduğu, habelə Allahın Öz elçisinə (sallallahu aleyhi və səlləm) vacib buyurduğu zəkatdır; hansı bir müsəlmandan burada göstərilən miqdarda zəkat tələb olunarsa, onu versin; bundan artığı tələb olunsa, verməsin»[20].

Əbu Bəkrin -Allah ondan razı olsun-məktubda «Peyğəmbərin (sallallahu aleyhi və səlləm) müsəlmanlara vacib buyurduğu»- deməsi göstərir ki, zəkat kafirə vacib deyil. Lakin doğru rəyə əsasən, kafirlər qiyamət günü zəkata görə hesab olunacaqlar, çünki şəriətin şöbələri kafirlərə də aiddir və onlar bu şəriətə əməl etmədiklərinə görə əzab olunacaqlar.

2- Azad insan olmalıdır: Zəkat qula və həmçinin özünü pul müqabilində ağasından azad etmək istəyən köləyə vacib deyildir. Çünki qul heç bir şeyə malik deyil. Özünü pul müqabilində ağasından azad etmək istəyən kölənin isə, mülkü zəifdir. Belə ki, qulun özü və əlindəki malı, ağasının malıdır və bu malın zəkatı qula deyil, onun ağasına vacibdir.

3- Zəkatın təyin olunan miqdarı tamam və qərarlaşmış olmalıdır. İnsanın verəcəyi zəkat malı, yeməyi, içməyi, geyimi və yaşadığı evi kimi zəruri ehtiyaclardan artıq olmalıdır. Çünki zəkat fəqirlərə maddi yardım etməkdir. Elə buna görə də insanın, zəngin olduğunu bildirən zəkatın miqdarını əsas götürməsi vacibdir. Əbu Hureyra -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Beş vəsəqdən az məhsula zəkat verilmir. Beş dəvədən az sayda olan sürüyə görə zəkat verilmir. Beş uvqiyədən (gümüşdən) az məbləğə zəkat verilmir»[21].

4- Malın üzərindən bir il keçməlidir: Zəkatın təyin edilmiş miqdarı tamam olduqdan sonra, həmin malın üzərindən hicri tarixi ilə on iki ay keçməlidir və mal bu on iki ay ərzində zəkatın verilmə miqdarından aşağı düşməli deyil. Əgər il ərzində, zəkatın verilmə miqdarından aşağı düşüb qalxarsa, bu zaman il, yenidən qalxan vaxtdan hesablanmalıdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Üzərindən bir il keçməyən mala zəkat yoxdur»[22].

Bu şərt, heyvanların, qızıl-gümüşün, pulun və ticarət mallarının zəkatına aiddir. Dənli bitkilərin, meyvələrin, mədənlərin və tapılan xəzinələrin zəkarını vermək üçün isə, bir il gözləmək şərt deyil. Çünkü Uca Allah buyurur: «Yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin.» [23]

Çünki mədənlər və tapılan xəzinələr, dənli bitkilər və meyvələr kimi torpaqdan götürülürlər. Elə buna görə də onların zəkatını vermək üçün bir il gözləmək şərt deyildir.

Yeddinci məsələ: Zəkatın qisimləri

Zəkat iki qisimdən ibarətdir:

1- Malların zəkatı: Zəkatın bu qismi, malın zəkatı ilə bağlıdır.

2- Bədənlərin zəkatı: Zəkatın bu qismi isə, bədənlə bağlıdır.Bu da fitrə zəkatıdır.

Səkkizinci məsələ: Borcun zəkatı:

Əgər borc, onu qaytarmaqda çətinlik çəkən insandadırsa, bu zaman borc sahibi, borcunu aldığı vaxt, yalnız bir ilin zəkatını verməlidir. Əgər borc, onu qaytarmaqda çətinlik çəkməyən insandadırsa, bu zaman borc sahibi, borcun həmin insanda qaldığı bütün illərinin zəkatını verməlidir. Çünki borcun onu qaytarmağa qadır insanda qalması, borc verənin özündə qalması ilə eyni hökmdədir.

İkinci bölüm:

Qızıl-gümüşün zəkatı

Bu bölümdə bəzi məsələlər var:

Birinci məsələ: Qızıl-gümüşdən zəkat verməyin hökmü və dəlili:

Qızıl-gümüşdən zəkat verməyin hökmü vacibdir, çünki Uca Allah buyurur: «(Ya Rəsulum!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!»[24]

Əzabın bu növü yalnız vacibi tərk edənlərə verilir.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Malının zəkatını verməyən elə bir qızıl və gümüş sahibi yoxdur ki, qiyamət günü onun (yığdığı) qızıl və gümüşü oddan lövhələr edib və onları cəhənnəm atəşində qızdırıb onun alnına, böyürünə və kürəyinə dağ basılmasın. Hər dəfə soyuduqda yenidən qızdırılıb alnına, böyrünə və kürəyinə dağ basılacaq və bunların hamısı bir gününün miqdarı əlli min il olan gündə olacaq[25].

İki yüz dirhəmdən (yəni, gümüşdən) beş dirhəm zəkat verilir, bu elm əhli arasında icmadır. Beləliklə də iyirmi misqal qızılın qiyməti iki yüz dirhəmdir və iki yüz dirhəmdən də zəkat vermək vacibdir.

İkinci məsələ: Qızıl və gümüş zəkatının miqdarı:

Qızıl-gümüşdən vacib zəkatın miqdarı, qırxdan bir hissədir. Yəni, qızılın hər bir iyirmi dinarına, yarım diynar verilməlidir. Əgər iyirmi dinardan çoxdursa, bu hesabla hesablayıb vermək lazımdır. Gümüşün hər bir iki yüz dirhəminə isə, beş dirhəm vermək lazımdır. Əgər gümüş iki yüz dirhəmdən çoxdursa, yenə də bu hesabla hesablayıb vermək lazımdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: Gümüşün zəkatına gəlincə, onun miqdarı 200 dirhəm olarsa, qırxdan bir hissəsi zəkat verilməlidir[26].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) başqa bir hədisdə demişdir: «Səndə olan qızılın miqdarı iyirmi dinar olmadıqca, qızıldan zəkat vermək lazım deyil. Əgər səndə olan qızıl iyirmi dinardırsa və üstündən bir il keçibsə, bu zaman bir misqalın yarısı qədər zəkat verilməlidir»[27].

Rəvayət olunur ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Hər bir iyirmi misqala, bir misqalın yarısını zəkat götürərdi[28].

Üçüncü məsələ: Qızıl-gümüşdən zəkat verməyin şərtləri:

Qızıl və gümüşdən zəkat verməyi vacib edən şərtlər aşağıdakılardır:

1- Qızıl və gümüşün, zəkat çıxarılma miqdarının tamamlanması: Qızılın miqdarı iyirmi misqaldır. Əli -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Səndə olan qızılın miqdarı iyirmi dinar olmadıqca, qızıldan zəkat vermək lazım deyil. Əgər səndə olan iyirmi dinardırsa və üstündən bir il keçibsə, bu zaman bir misqalın yarısı zəkat verilməlidir».

İyirmi misqal qızıl, günümüzdəki ölçü vahidi ilə (85) qram qızıl edir.

Gümüşdən zəkat çıxarma miqdarı isə iki yüz dirhəmdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Beş uqiyədən (gümüşdən) az məbləğə zəkat verilməz».

Uqiyə, qırx dirhəmdir. Beş uqiyə iki yüz dirhəmə bərabərdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Gümüşün zəkatına gəlincə, onun miqdarı 200 dirhəm olarsa, qırxdan bir hissəsi zəkat verilməlidir. Cəmi 190 dirhəm gümüşü olan kimsəyə isə zəkat vermək vacib deyil. Lakin sahibi istəsə, (bunun üçün də zəkat) verə bilər»[29].

Alimlər, gümüşün zəkat miqdarının beş uqiyə, qızılın zəkat miqdarının isə iyirmi misqal olduğunda icma ediblər[30].

2- Zəkat verməsi üzərinə vacib olan barədə, yuxarıda qeyd etdiyimiz qalan şərtlər bunlardır: Müsəlman olması, azad insan olması, mala tam sahib olması, malın üstündən bir ilin keçməsi. Bu barədə yuxarıda ətraflı danışılıb.

Dördüncü məsələ: Qızıl və gümüşü bir yerə cəm edib zəkat çıxarmaq:

Qızıl yaxud da gümüşün zəkat miqdarının tamam olması üçün, ikisini bir yerə cəm edib, sonra birindən zəkat çıxarmaq daha doğru rəyə əsasən, caiz deyil. Çünki bunlar müxtəlif növlərdir. Dəvə, inək, qoyun, buğda və arpanın bir yerə cəm edib, onların birindən zəkat çıxarılmasının caiz olmadığı kimi, qızıl və gümüşü də bir yerə cəm edib, birindən zəkat çıxarılması icazəli deyil. Baxmayaraq ki, dəvə və inəkdən zəkat çıxarmaqda məqsəd, artım, buğda və arpadan zəkat çıxarmaqda isə, məqsəd isə qidadır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Beş uqiyədən (gümüşdən) az məbləğə zəkat verilməz.»

Əgər qızıl və gümüşü bir yerə cəm edib, birindən zəkat çıxarmaq caiz olsaydı, bu zaman miqdarı tamamlanmayan gümüşün əvəzinə, qızıl əlavə edib, beş uqiyədən (gümüşdən) az məbləğə zəkat vermək vacib olardı. Bu hədis, beş uqiyəni tamamlayacaq qədər qızılı olanı şamil edir ki, o bununla beş uqiyəni tamamlamalı yoxsa tamamlamamalıdır.

Beləliklə əgər insanda on dinar və yüz dirhəm varsa, zəkat çıxarmaq vacib deyil, çünki həm qızılı, həm də ki, gümüşü ayrı-ayrı zəkat çıxarmaq vacibdir.

Beşinci məsələ:Zinət əşyalarının zəkatı:

İstifadə etməmək, saxlamaq və kirayə vermək məqsədi ilə hazırlanan qızıl-gümüş zinət əşyalarından zəkat vermək, həmçinin kişinin qızıl üzüyündən yaxud da qadının qızıldan heyvan şəkilində hazırlanmış və ya heyvan şəkili olan, haram qızıl-gümüş zinət əşyalarından zəkat vermək barədə alimlər arasında ixtilaf yoxdur.

İcazəli məqsəd üçün istifadə etdiyi yaxud da başqasına müvəqqəti istifadə etmək verdiyi  qızıl-gümüş zinət əşyalarına gəlincə,alimlərin ən səhih rəyinə onlardan zəkat vermək vacibdir.Bu aşağıda qeyd edilən dəlillərə əsasəndir:

1- Qızıl-gümüşdən zəkat verməyi vacib edən dəlillərin ümumi olması. Bu umumi dəlillər həm zinət əşyalarınıdan zəkat verməyi, həm də başqalarını əhatə edir.

2- Əbu Davud, Tirmizi, Nəsai və İbn Maca rəvayət edir ki, Amr ibn Şueyb atasından, o da babasından demişdir: Bir qadın, qızı ilə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəldi və qızının əlində qızıldan qalın iki qolbağı var idi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) onlardan «Bunların zəkatını verirsinizmi?» — deyə soruşdu. Qadın: «Xeyr» — deyə cavab verdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) onlara dedi: «Allah bu iki qolbağın yerinə cəhənnəm odundan iki qolbaq etməsini istərdinmi?» Bu zaman qadın qolundakı qolbaqları çıxarıb Peyğəmbərə (sallallahu aleyhi və səlləm) tərəf atdı[31].

Bu hədis, tam bu mövzuya aiddir. Buxari, Müslimin «Səhih» adlı əsərlərində və başqa hədis kitablarında bu hədisi gücləndirən başqa rəvayətlər də mövcuddur.

3- Qadın istifadə etdiyi yaxud da başqasına müvəqqəti istifadə etmək üçün verdiyi zinət əşyalarından zəkat çıxartmağın vacib olduqunu deyən alimlərin sözü daha ehtiyatlı yanaşma və insanın özünü qoruması üçün daha düzgün sözdür. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Sənə şübhə verən şeyi, şübhə verməyən şeylə dəyiş»[32].

Altıncı məsələ: Ticarətin çeşidli mallarının zəkatı:

Ticarətin çeşidli malları dedikdə burada, növündən asılı olmayaraq ticarət etmək məqsədi ilə müsəlmanın sahib olduğu bütün mallar qəsd olunur. O, zəkat mallarının ən genişidir. Onun belə adlanmasına səbəb malların müəyyən çeşidlə gəlib satılması, sonra başqa çeşidlə yenidən gəlməsidir. Həqiqətdə tacir bu malın özünü yox, onun satışından olan qazancını istəyir.

Ticarətin çeşidli mallarından zəkat vermək vacibdir. Çünki Uca Allah ümumi şəkildə buyurur: «Mallarında da dilənçinin və (abrına qısılıb dilənməyən) yoxsulun haqqı (payı) var idi.»[33]

Uca Allah buyurur: «Ey iman gətirənlər! Qazandığınız şeylərin (ən pak, halal və) yaxşılarından (Allah yolunda) sərf edin!»[34]

Rəvayət edilir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Muaz bin Cəbələ -Allah ondan razı olsun- demişdir: «Onlara bildir ki, Allah onlara mallarından zəkat verməyi, varlılarından götürüb kasıblarına paylamağı vacib buyurmuşdur»[35].

Şübhə yoxdur ki, ticarətin çeşidli malları da, maldır.

Ticarətin çeşidli mallarından zəkat verməyi vacib edən şərtlər:

1- Ticarətin çeşidli malını pul ilə alaraq yaxud da hədiyyə şəklində qəbul edərək həmin mala sahib olmaq. Miras və insanın ixtiyarından xaric sahib olduğu mallardan zəkat çıxarılmır.

2- Ticarət etdiyi mala, ticarət niyyəti ilə sahib olmaq.

3- Zəkat fəslinin əvvəlində qeyd edilən beş şərtə əlavə olaraq, ticarət mallarının qiyməti, zəkat çıxartmağı vacib edən məbləğə çatmalıdır.

Ticarət mallarının üzərindən bir il keçərsə, bu malların dəyəri qızıl yaxud da gümüş ilə ölçülməlidir. Əgər ticarət mallarının dəyəri qızıl yaxud da gümüşün zəkat verməyi vacib edən məbləğinə çatarsa, bu zaman qırxdan bir hissəsi zəkat verilməlidir.

Ticarət mallarından zəkat vermək üçün bu malların alınma tarixinə baxmağa ehtiyac yoxdur. Malın qiyməti düşüb qalxdığı və sabit qalmadığı üçün, burada əsas götürülən, həmin ticarət malının üstündən bir il keçdikdə olan qiymətidir.

Üçüncü bölüm:

Yerdən çıxan bitkilərin zəkatı

Burada bəzi məsələlər var:

Birinci məsələ: Yerdən çıxan bitkilərin zəkatı nə zaman vacib olur və bunun dəlili nədir:

Vacibliyə əsas sayılan Uca Allahın bu kəlamıdır: «Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin (ən pak, halal və) yaxşılarından (Allah yolunda) sərf edin!»[36]

Dənli bitkilərin yetişdiyi və məhsulun yeyilməli olduğu vaxt zəkat vermək vacibdir. Bu məhsullardan zəkat çıxarmaq üçün bir il gözləmək şərt deyil, əksinə bu məhsulların zəkatı biçim vaxtı verilməlidir. Çünki uca Allah buyurur: «Yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin.»[37]

Buğda, arpa, darı, duyu, kişmiş və sairə bu kimi hər bir ölçülən və yığılıb saxlanılan dənli bitkilərdən zəkat çıxarmaq vacibdir. Meyvə və göy-göyərtidən zəkat vermək isə vacib deyil. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) beş vəsəqi ölçü vahidi götürməsinə və yığılıb saxlanılan məhsullardan zəkat çıxardığını bildirməsinə əsasən, yuxarıda qeyd edilənlərdən zəkat verilməsi vacibdir.

Beləliklə aydın oldu ki, yığılıb saxlanılmayan və ölçülməyən dənli bitkilər və məhsulların zəkatı yoxdur.

İkinci məsələ: Dənli bitkilərdən və (xurma, kişmiş kimi) məhsullardan zəkat çıxarmağın şərtləri:

Dənli bitkilərdən və (xurma və kişmiş kimi) məhsullardan zəkat çıxarmaq üçün iki şərt var:

1- Zəkat çıxarılan miqdar tamamlanmalıdır. Bu miqdar isə, beş vəsəqdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Beş vəsəqdən az məhsula zəkat verilməz»[38].

Bir vəsəq bir dəvə yükdür. Vəsəq, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sa ölçü vahidi ilə, altımış sa edir, beş vəsəq isə, üç yüz (300) sadır. Beləliklə, buğdanın zəkat miqdarı təqribən altı yüz on iki (612) kq edir. Bir saın miqdarı isə 2.40 kqdır.

2- Zəkatın çıxarılması vacib olan vaxt, həmin məbləğdə məhsula sahib olmalıdır.

Üçüncü məsələ: Dənli bitkilərdən və məhsullardən zəkatın çıxarılması vacib olan miqdar:

Dənli bitkilər və məhsullar əgər dibinə su tökülmədən kökündən su içərək yaxud da bulaq suyu ilə qidalanıb, məşəqqətsiz sulanırsa, məhsulun onda birini zəkat vermək vacibdir. Əgər su qabları yaxud dəvə və ya başqa heyvan vasitəsi ilə məşəqqətlə sulanıbsa, bu zaman məhsulun onda birinin yarsını zəkat vermək vacibdır. Abdullah ibn Ömər -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Yağmurla, axar çayla, bulaq suyu ilə sulanmış və ya dibinə su tökülmədən kökündən su içən (bitkilərdən yığılan) məhsulun onda biri (zəkat verilməlidir). Süni yolla suvarılan (ərazilərdən götürülmüş) məhsulun isə onda birinin yarısı (zəkat verilməlidir)»[39].

Dördüncü məsələ: Balın zəkatı:

İbn Adbulbər -Allah ona rəhmət etsin- cumhur alimlərdən nəql edir ki, baldan zəkat verilmir. Bu düzgün sözdür. Çünki baldan zəkat vermək barədə nə Allahın Kitabında, nə də Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnəsində açıq-aydın və səhih bir dəlil yoxdur. Bu məsələdə əsil budur ki, insan baldan zəkat vermək öhdəçiliyindən səhih dəlil olana qədər azaddır.

İmam Şafii -Allah ona rəhmət etsin- demişdir: «Balın onda birinin zəkat verilməsi vacibdir» hədisi, zəifdir. Ömər ibn Abduləziz baldan zəkat verməyin vacib olduğu rəyindədir. Amma mənim rəyim budur ki, baldan zəkat vermək vacib deyil. Çünki, nələrdən zəkat verməyin vacib olduğu, hədislərdə və əsərlərdə varid olmuşdur. Həmin dəlillərdə baldan zəkat verməyi vacib edən sübut yoxdur. Bu göstərir ki, şəriət baldan zəkat verməyi vacib etməmişdir. Sanki bu bir mərhəmətdir.

İbn Munzir demişdir: Baldan zəkat verməyi vacib edən səhih bir xəbər yoxdur.

Beşinci məsələ: Tapılmış xəzinənin zəkatı:

Tapılmış xəzinə dedikdə burada, üzərində kafirlərin əlaməti olan, cahiliyyət dövründə basdırılmış qızıl-gümüş yaxud da bundan başqa qiymətli əşyalar qəsd olunur. Onların tapılmasında nə bir maliyyə xərci və nə də digər böyük işlər görülməmişdir. Amma kim tapdığı xəzinəni pulla alarsa yaxud da onu tapmaq üçün böyük işlər göstərərsə, bu yerdən tapılmış xəzinə sayılmaz. Əgər insan torpaqda basdırılmış xəzinə taparsa, tapılan qiymətli əşyanın az və çoxluğundan asılı olmayaraq, beşdə birini zəkat verməsi vacibdir. Bunun üçün bir ili və həmin malın müəyyən miqdara çatmasını gözləmək şərt deyil. Çünki Əbu Hureyra -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Tapılmış xəzinənin isə, beşdə biri zəkat verilməlidir»[40].

Bu tapılan xəzinə, qənimət hökmündədir və müsəlmanların xeyri üçün xərclənməlidir. Tapılmış xəzinənin müəyyən mal olması və ya qızıl-gümüşdən yaxud da başqa qiymətli əşyadan olması da şərt deyil.

Tapılmış xəzinənin cahiyillə dövründən qalması, onun üzərində kafirlərin adları, şəkilləri və sairə əlamətlərin olması ilə bilinir.

Amma mədənə gəldikdə, mədən, torpaq və bitki növündən olmayan, istər neft və qatran (qatran: bəzi ağaclardan və ya daş kömürdən hasil edilən, sənaye və təbabətdə işlədilən qara rəngli, kəskin qoxulu və yapışqanlı maddə; zift.) kimi axan yaxud da, dəmir, mis, qızıl, gümüş və civə kimi axmayan, sabit qalan, yer altından çıxaran, faydalı, təbii sərvətlərdir. Həm alimlərin icmasına əsasən, həm də, yuxarıda qeyd etdiyimiz, yerdən çıxan məhsullardan zəkat verməyin vacibliyini bildirən dəlillərin ümumiliyinə görə, bu təbii sərvətlərdən zəkat vermək vacibdir. Necə ki, uca Allah buyurur: «Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin (ən pak, halal və) yaxşılarından (Allah yolunda) sərf edin!»[41]

Dördüncü bölüm:

Heyvanın zəkatı

Bu bölümdə bəzi məsələlər var:

Heyvanın zəkatı dedikdə burada dəvə, inəkvə qoyundan verilən zəkat nəzərdə tutulur. İnək sözü, camışı da əhatə edir. Ərəb dilində heyvanların bu növlərinə, danışa bilmədikləri üçün «Bəhimətu-l-ənam» deyirlər.

Birinci məsələ: Heyvandan zəkat verməyin şərtləri:

Heyvandan zəkat verməyi vacib edən şərtlər aşağıdakılardır:

1- Heyvan sayı, şəriətin qoyduğu ədədə çatmalıdır. Dəvənin 5 ədəd, inəyin 30 ədəd və qoyunun 40 ədəd olması vacibdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Beş dəvədən az sayda olan sürüdən zəkat verilməz»[42].

Muaz -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) məni Yəmən əhlindən zəkat almağa göndərdi. Mənə hər 30 inəyə görə, bir yaşı tamam olan bir dişi inəyi və hər 40 inəyə görə isə, iki yaşı tamam olan bir dişi inəyi zəkat götürməyi əmr etdi[43].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: «Əgər adamın otlaqda otarılan qoyunlarının sayı qırxdan azdırsa, (bu sayın tam olması üçün) bircə qoyun belə çatmırsa, onda o kimsəyə zəkat vermək vacib deyil»[44].

2- Heyvanlardan zəkat çıxarmaq sayı tamam olduqdan sonra, bu sayın üstündən mütləq bir il keçməlidir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Üzərindən bir il keçməyən mala zəkat yoxdur»[45].

3- Heyvan il boyu yaxud da ilin çox hissəsini çöldə otlamalıdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Otlaqda otarılmış qoyunların sayı 40-120-ə qədər olarsa, bir qoyun zəkat vermək vacibdir»[46].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Otlaqda otarılmış hər qırx dəvə üçün ikiillik bir dişi dəvə zəkat vermək vacibdir»[47].

Əgər heyvan ilin çox hissəsini tövlədə, az hissəsini isə çöldə otlayırsa, zəkat vermək vacib deyil.

4- Həmçinin heyvan gərək iş üçün saxlanılan heyvan olmasın. Tarlada, əkin yaxud da ağır əşyaları daşımaq üçün istifadə olunan heyvandan zəkat verilmir. Çünki bu, insanın paltarı kimi gündəlik ehtiyacını ödədiyi bir şeydir. Amma heyvan icarə məqsədi üçün saxlanılırsa və əldə olunan qazanc zəkat məbləğinə çatıb üstündən bir il keçərsə, bu zaman həmin qazancdan zəkat vermək vacibdir.

İkinci məsələ: Heyvanlarda çıxarılması vacib olan zəkat miqdarı:

  1. Dəvənin zəkat miqdarı:

Dəvədən verilən zəkatın miqdarı: Dəvələrin sayı, 1-dən 24-ə qədər olarsa, hər beş dəvə üçün bir qoyun yaxud keçi, 25-dən 35-ə qədər olarsa, bir yaşı tamam olub iki yaşa keçən bir dişi dəvə zəkat verməlidir. Çox vaxt bu yaşda olan dəvənin anası, boynunda balası olduğu üçün ona ərəbcə (bint maxad) deyirlər. Əgər bint maxad (yəni, bir yaşı tamam olub iki yaşa keçən bir dişi dəvə) tapa bilməsə, bunun yerinə, iki yaşı tamam olub üş yaşa keçən bir erkək dəvə, (ibn ləbun) verə bilər. Çox vaxt bu yaşda olan dəvənin anası balasını dünyaya gətirdiyi üçün südü olur və buna görə də dəvənin bu növünə ibn ləbun (süd verənin oğlu) deyirlər. Əgər dəvələrin sayı 36-dan 45-ə qədər olarsa, bint ləbun (yəni, ikiillik bir dişi dəvə) zəkat verməlidir.

Əgər dəvələrin sayı 46-dan 60-a qədər olarsa, üç yaşı tamam olub dörd yaşa keçən bir dişi dəvə zəkat verməlidir. Dəvənin bu növü cütləşmək həddinə çatdığı üçün, ərəbcə bu növ dəvəyə (hiqqa) deyirlər. Bəziləri, bu növ dəvənin üzərinə minməyə və üzərində yük daşımağa qadir olduğu üçün (hiqqa) adlandığını da deyirlər.

Dəvələrin sayı 61-dən 75-ə qədər olarsa, dörd yaşı tamam olub beş yaşa keçən bir dişi dəvə zəkat verilməlidir. Ərəb dilində bu növ dəvənin bu yaşında qabaq dişləri düşdüyü üçün (cəzaə) deyirlər.

Dəvələrin sayı 76-dan 90-a qədər olarsa, iki cüt ikiillik dişi dəvə zəkat verilməlidir.

Dəvələrin sayı 91-dən 120-ə qədər olarsa, cütləşmək həddinə çatmış iki cüt üçillik dişi dəvə zəkat verilməlidir.

Dəvələrin sayı120 dəvədən yuxarı olarsa, hər qırx dəvə üçün (bin ləbun) ikiillik bir dişi dəvə, hər əlli dəvə üçün (hiqqa) üçillik bir dişi dəvə zəkat verilməlidir. Çünki Ənəs -Allah ondan razı olsun- rəvayət edir ki, Əbu Bəkr -Allah ondan razı olsun- onu Bəhreynə göndərəndə ona belə bir məktub yazmışdır: «Dəvələrin sayı 1-dən 24-ə qədər olarsa, hər beş dəvə üçün bir qoyun, 25-dən 35-ə qədər olarsa, (bint məxad) birillik bir dişi dəvə zəkat verilməlidir…»[48].

Bu cədvəl dəvədən zəkat çıxarılma qaydasını asan şəkildə göstərir:

SayVacib miqdar
Neçədən:Neçəyə:
5 dən9 — a qədərolarsaBir qoyun.
10 dən14 — ə qədərolarsaİki qoyun.
15 dən19 — a qədərolarsaÜç qoyun.
20 dən24 — ə qədərolarsaDörd qoyun.
25 dən35 — ə qədərolarsa(Bint maxad) birillik bir dişi dəvə.
36 dən45 — ə qədərolarsa(Bint ləbun) ikiillik bir dişi dəvə.
46 dən60 — a qədərolarsaCütləşmək həddinə çatmış (hiqqa) üçillik bir dişi dəvə.
61 dən75 — ə qədərolarsa(Cəzaə) dördillik bir dişi dəvə.
76 dən90 — a qədərolarsa(Bintə ləbun) iki cüt ikiillik dişi dəvə.
91 dən120 — ə qədərolarsaCütləşmək həddinə çatmış (hiqqatəni) iki cüt üçillik dişi dəvə.

120 dəvədən yuxarı olarsa, hər qırx dəvə üçün (bint ləbun) ikiillik bir dişi dəvə, hər əlli dəvə üçün (hiqqa) üçillik bir dişi dəvə zəkat verilməlidir.

  • İnəyin vacib zəkat miqdarı:

İnəyin sayı 30-dan 39-a qədər olarsa, bir yaşı tamam olub iki yaşa keşən bir dişi inəyi zəkat vermək vacibdir. Dana bu yaşında anasının ardınca getdiyi üçün ona ərəbcə «təbiu» deyilir. İnəyin sayı 40-dan 59-a qədər olarsa, iki yaşı tamam olub üç yaşa keşən bir dişi inəyi zəkat vermək vacibdir. İnəyin bu yaşında dişləri yeni çıxdığı üçün ona ərəbcə «musinnə» deyilir.

İnəyin sayı 60-dan 69-a qədər olarsa, (təbiani) bir yaşı tamam olub iki yaşa keçən iki dişi inəyi zəkat vermək vacibdir.

Bu miqdardan sonra inəyin sayının neçəyə çatmasından asılı olmayaraq, hər bir 30 inəyə, bir yaşı tamam olub iki yaşa keçən bir dişi inəyi və hər bir 40 inəyə, iki yaşı tamam olub üç yaşa keçən bir dişi inəyi zəkat vermək vacibdir.

Muaz -Allah ondan razı olsun- rəvayət edir ki,Peyğəmbər (sallallahu aleyhi və səlləm) məni Yəmən əhlindən zəkat almağa göndərdi və mənə hər 30 inəyə görə, bir yaşı tamam olan bir dişi inəyi və hər 40 inəyə görə isə, iki yaşı tamam olan bir dişi inəyi zəkat götürməyi əmr etdi[49].

Bu cədvəl inəkdən zəkat çıxarılma qaydasını asan şəkildə göstərir:

SayVacib miqdar
Neçədən:Neçəyə:
30 dən39 — a qədərolarsaBir yaşı tamam olan bir dişi inək.
40 dən59 — a qədərolarsaİki yaşı tamam olan bir dişi inək.
60 dən69 — a qədərolarsaBir yaşı tamam olan iki dişi inək.
70 dən79 — a qədərolarsaBir yaşı tamam olan bir dişi inək və iki yaşı tamam olan bir dişi inək.

Bu miqdardan sonra inəyin sayının neçəyə çatmasından asılı olmayaraq, hər bir 30-inəyə, bir yaşı tamam olan bir dişi inəyi və hər bir 40-inəyə, iki yaşı tamam olan bir dişi inəyi zəkat vermək vacibdir.

  • Qoyunun vacib zəkat miqdarı:

Qoyunların zəkatı 40-dan 120-yə qədər olarsa, bir qoyun, 121-dən 200-ə qədər olarsa, iki qoyun, 201-dən 300-ə qədər olarsa, üç qoyun vermək vacibdir. 300-dən sonra qoyunların vacib zəkat sayı bərabərləşir və nə qədər artsa da, hər yüz qoyun üçün bir qoyun zəkat verilir.

Ənəs -Allah ondan razı olsun- rəvayət edir ki, Əbu Bəkr -Allah ondan razı olsun- onu Bəhreynə göndərəndə ona belə bir məktub yazmışdır: Qoyunların zəkatı: Otlaqda otarılmış qoyunların sayı 40-dan 120-ə qədər olarsa, bir qoyunu, 121-dən 200-ə qədər olarsa, iki qoyunu, 201-dən 300-ə qədər olarsa, üç qoyunu, 300 qoyundan yuxarı olarsa, hər yüz qoyun üçün bir qoyunu zəkat vermək vacibdir[50].

Bu cədvəl, qoyundan zəkat çıxarılma qaydasını asan şəkildə göstərir:

SayVacib miqdar
Neçədən:Neçəyə:
40 dən120 — ə qədərolarsaBir qoyun.
121 dən200 — ə qədərolarsaİki qoyun.
201 dən300 — ə qədərolarsaÜç qoyun.

300 qoyundan yuxarı olarsa, hər yüz qoyun üçün bir qoyun zəkat vermək vacibdir.

Üçüncü məsələ: Zəkat verilən malın vəsfi:

İslam dini zəkatı fərz edərkən həm fəqirlərin, həm də zənginlərin haqlarını adilliklə qorumuşdur. O, fəqirlərə zənginlərin malından öz haqlarını kamil götürməyi və zənginlərin malından zəkat götürdükdə isə, onların haqlarını qoruyub, hər iki tərəfə zülm etməməyi əmr etmişdir. Buna görə də zəkatı nə ən yaxşı maldan və nə də ki, ən pis maldan deyil, orta səviyyədə olan maldan vermək üçün vacib həddlər qoymuşdur. İmamın təyin etdiyi zəkat yığan adam, zəkat götürdüyü zaman, heyvanların yaşlarına diqqət yetirməli, şəriətin qoyduğu yaşdan aşağı olan heyvanı zəkat götürüb, fəqirlərə və şəriətin qoyduğu yaşdan yuxarı olanı götürüb, zənginlərə zərər verməməlidir.

Zəkat, fəqir üçün faydalı olmayan xəstə, eyibli və qoca heyvanlardan verilmir. Həmçinin damazlıq üçün saxlanılan, balasına süd verən və qarnında balası olanı da götürməli deyil.

Cütləşmək üçün saxlanılan erkək heyvanı və heyvanların ən yaxşısını da zəkat götürmür. Çünki belə heyvanı götürmək varlıya zərər vurmaqdır. İbn Abbas -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), Muaz ibn Cəbəli Yəmənə göndərərkən demişdir: «Onların mallarının ən qiymətlisini götürməkdən çəkin»[51].

Rəvayət olunur ki, Ömər -Allah ondan razı olsun- Süfyanı insanlardan zəkat götürməyə göndərdikdə belə demişdir: Qövmünə de ki, biz, balasına süb verən, qarnında balası olan, damazlıq və cütləşmək üçün saxlanılan heyvanları sizin üçün saxlayırıq. Biz zəkatı dördillik və beşillik dəvələrdən götürürük. Bu bizim və sizin aranızda ortaq bir həddir[52].

Dördüncü məsələ: Heyvanların arasını qarışdırmaq, cəm etmək:

Bu iki növdən ibarətdir:

Birinci növ: Eyni cins heyvanın qarışması. Yəni, iki şərikin eyni cinsli heyvanlarının bir yerdə olması səbəbindən heyvanları fərqləndirmək olmur. Eyni cinsin qarışması miras və alqı-satqı yolu ilə baş verir.

İkinci növ: Vəsflərin qarışması: Yəni, bu növ qarışmada, bir şəxşin heyvanı digərinin heyvanından tam seçilir və tanınır. Bu cür cəm etmə isə, yalnız qonşular arsında olur.

Qarışmanın hər iki növündə, əgər heyvanların sayı zəkat sayına çatıbsa və tərəflər də zəkat verməsi vacib olan kimsələrdəndirsə, iki qarışmış mal bir mal kimi götürülür. Əgər tərəflərdən biri kafirdirsə, malların qarışdırılması düzgün deyildir və heç nəyə təsir etmir. Qarışıq heyvanlardan zəkat vermək üçün şərtlərdən biri budur ki, heyvanlar tövlədə bir yerdə qalıb gecələməli, otlağa bir çıxıb, bir qayıtmalı, südləri bir yerdə sağılb, bir yerdə cəm olunmalı və cütlük üçün saxlanılan erkək heyvanlardan birgə istifadə olunmaldır.

Əgər bu şərtlər hamısı cəm olarsa, bu zaman iki mal, qarışmanın nəticəsində bir mal hökmündə olar. Çünki Ənəs -Allah ondan razı olsun- rəvayət edir ki, Əbu Bəkr -Allah ondan razı olsun- ona (məktub) yazıb, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bunları vacib buyurduğunu bildirmişdir: Zəkat verməmək üçün (zəkat verilməsi vacib olan) cəm olunmuş malı ayırmaq, ayrı-ayrı olan malı da cəm etmək olmaz. Qarışmış maldan zəkat verildiyi zaman tərəflər (mallarına) müvafiq olan miqdarda zəkat verməlidirlər[53].

Heyvanların qarışması, zəkat veməyə yaxud da verməməyə təsir göstərir. Bu hökm, zəkat verilməsi vacib olan mallardan yalnız heyvanlara aiddir.

Zəkat verməmək üçün, zəkat verilməsi vacib olan, ayrı-ayrı malları cəm etməyə misal: Burada, hər birinin 40 qoyunu olan üç kişini misal çəkmək yerinə düşərdi. Üçünün mali bir yerdə 120 qoyun edir. Əgər bu üç kişi qoyunlarından ayrı-ayrı zəkat versələr, gərək hər biri bir qoyun versin, yox əgər bu malı bir yerə cəm edib zəkat versələr, bu zaman onlar üçü bir yerdə yalnız bir qoyun zəkat verəcəklər. Onlar da üç qoyun zəkat verməmək üçün, qoyunları bir yerə cəm edib, yalnız bir qoyun verirlər.

Zəkat verməmək üçün, zəkat verilməsi vacib olan, cəm olunmuş malı ayırmağa misal: 40 qoyunu olan bir kişi, zəkat yığanın gəldiyini eşidib, qoyunları iki yerə ayırır, beləliklə 20 qoyunu bir yerə, o biri 20 qoyunu isə başqa bir yerə aparır ki, qoyunlar ayrı-ayrı olduğuna görə zəkat verilməsi vacib olan həddən aşağı düşsün və heç bir zəkat verməsin.

Beşinci bölüm:

Fitrə zəkatı barədə

Buna fitrə sədəqəsi də deyirlər

Bu bölümdə bəzi məsələlər var:

Ramazan ayının başa çatması münasibəti ilə vacib olan zəkatın bu növünə, fitrə zəkatı deyirlər. Zəkatın bu növünün mal-dölvət ilə əlaqəsi yoxdur, əksinə bu yalnız bədəninə və canına görə çıxardılan zəkat növüdür.

Birinci məsələ: Fitrə zəkatının hökmü və dəlili:

Fitrə zəkatı vermək hər bir müsəlmana vacibdir. Rəvayət edilir ki, İbn Ömər -Allah ondan razı olsun- demişdir: Peyğəmbər (sallallahu aleyhi və səlləm), müsəlmanlardan köləyə və azad insana, kişiyə və qadına, kiçiyə və böyüyə Ramazan bayramında fitrə zəkatı olaraq bir saa xurma və ya bir saa arpa vermələrini vacib buyurmuşdur[54].

İkinci məsələ: Fitrə zəkatının şərtləri və vacib olan kimsələr:

Ömər -Allah ondan razı olsun- rəvayət etdiyi hədisə əsasən, fitrə zəkatını vermək hər bir müsəlman köləyə və azad insana, kişiyə və qadına, kiçiyə və böyüyə vacibdir.

Ana bətnində olan körpəyə ruh üfürüldükdən sonra, yəni, 4 ay keçdikdən sonra, onun əvəzinə fitrə zəkatı vermək müstəhəbdir. Osman bin Əffandan və başqalarından rəvayət olunur ki, onlar ana bətnində olan körpəyə görə fitrə zəkatı verərdilər.

İnsana öz adından, ailəsinin və baxması vacib olan adamlar adından fitrə zəkatı verməsi vacibdir. Qulun fitrə zəkatını isə, onu ağası verməlidir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Qula görə fitrə zəkatından başqa, zəkat vermək vacib deyil»[55].

Fitrə zəkatı, həm özünün, həm də himayəsində olanların bayram günü və bayram gecəsi üçün lazım olacaq zəruru ehtiyaclarından və azüqələrindən artıq olan yeyinti məhsullarından verilir.

Fitrə zəkatının iki şərti var:

1- İslam: Yəni, fitrə zəkatı verən şəxs, müsəlman olmalıdır. Fitrə zəkatı kafirin üzərinə vacib deyil.

2- Fitrə zəkatı, onu verən şəxsin özünün və ailəsinin bayram günü və bayram gecəsi üçün lazım olacaq zəruru ehtiyaclarından və azüqələrindən artıq qalan hissəyə verilir.

Üçüncü məsələ: Fitrə zəkatının vacibliyinin hikməti:

Fitrə zəkatının vacib olmasının bəzi hikmətləri aşağıdakılardır:

1- İnsanın oruclu olduğu vaxt danışdığı boş və faydasız sözlərin kəffarəsidir.

2- Fitrə zəkatı vermək, kasıb və fəqir insanların bayram günü kiməsə ağız açmamalarına və sevinc içində olmalarına səbəbdir. Bununla da bayram günü, cəmiyyətin bütün təbəqələri üçün fərəh və sevinc gününə çevrilər. Rəvayət edilir ki, İbn Abbas -Allah ondan razı olsun- demişdir: Peyğəmbər (sallallahu aleyhi və səlləm) fitrə zəkatını, insanın oruclu olduğu vaxt danışdığı boş və faydasız sözlərin kəffarəsi və miskinlərin azüqəsi olması üçün fərz etmişdir[56].

3- Fitrə zəkatı, qulun bu mübarək ayda tam oruc tuta bildiyinə, təraveh namazları qıldığına və başqa saleh əməlləri görməyə müvəffəq olduğuna görə, Allaha etdiyi bir şükürdür.

Dördüncü məsələ: Fitrə zəkatının vacib miqdarı və fitrə zəkatı verilən yeyinti məhsulları.

Fitrə zəkatını yaşadığı yerdə insanların yediyi buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və başqa ərzaq məhsullarından bir saa miqdarında vermək vacibdir. İbn Ömər -Allah ondan razı olsun- demişdir: Peyğəmbər (sallallahu aleyhi və səlləm) Ramazan bayramında fitrə zəkatı olaraq müsəlmanlardan köləyə və azad insana, kişiyə və qadına, kiçiyə və böyüyə bir saa xurma və ya bir saa arpa vermələrini vacib buyurmuşdur.

Bir camaat, fitrə zəkatını bir insana və bir insan da fitrə zəkatını digər bir camaata verməsi caizdir.

Fitrə zəkatında ərzaqın pulunu çıxarmaq caiz deyil. Bu, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) və Onun səhabələrinin etdiyi əmələ ziddir. Çünki onlar fitrə zəkatını yalnız bir saa yeyinti məhsullarından çıxardardılar. Çünki fitrə zəkatı müəyyən qida məhsulundan fərz olan bir ibadətdir və bu ibadəti şəriətin qoymadığı növdən çıxarmaq caiz deyildir.

Beşinci məsələ: Fitrə zəkatının vacib olduğu və çıxarıldığı vaxt:

Bayram axşamı günəşin batması ilə fitrə zəkatı çıxarılması vacib olur. Çünki bu vaxt Ramazan ayının sona çatdığı vaxtdır. Fitrə zəkatın iki çıxarma vaxtı var: Əfzəl vaxtı və caiz vaxtı.

Əfzəl vaxtı: Bayram günü Sübh namazı gırdiyi vaxtdan, bayram namazı qılınmazdan az öncəyə qədər. Rəvayət edilir ki, İbn Ömər -Allah ondan razı olsun- demişdir:Peyğəmbər (sallallahu aleyhi və səlləm) fitrə zəkatını, camaat bayram namazına çıxmamışdan əvvəl verməyi əmr etmişdir[57].

Amma caiz vaxtı isə: Bayram günündən bir yaxud iki gün qabaqdır. Çünki İbn Ömər və digər səhabələr fitrə zəkatnı bayramdan bir və iki gün qabaq verərdilər.

Fitrə zəkatını bayram namazından sonraya gecikdirmək olmaz. Əgər gecikdirərsə, bu fitrə zəkatı sayılmaz. Adi bir sədəqə olar və gecikdirdiyinə görə də günah qazanılar. Çünki İbn Abbas -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Kim fitrə zəkatını (bayram) namazından qabaq verərsə, bu qəbul olunan zəkatdır, kim də (bayram) namazından sonra verərsə, bu adi bir sədəqə sayılar»[58].

Altıncı bölüm:

Zəkat verilən insanlar barəsində

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Zəkat verilən insanlar kimlərdir və buna dəlil:

Zəkat verilən insanlar, zəkatı götürməyə haqqı çatan insanlardır. Bu insanlar səkkiz qisimdən ibarətdir. Uca Allah məhdud sayqoyduğu həmin səkkiz qisim insan barədə Quranda belə buyurur:«Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri (İslam dininə) isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur. Allah Biləndir, Müdrikdir.»[59]

Bu ayənin şərhi isə belədir:

1- Yoxsullar:

Yoxsul, özünün və ailəsinin yemək, içmək, geyim və qalmaq kimi ehtiyacını ödəmək üçün heç bir şey tapa bilməyən yaxud da ehtiyacının yarıdan azını tapa bilən kimsədir. Belə insanlara özünün və ailəsinin bir illik ehtiyacını ödəyə biləcək zəkat payından verilməlidir.

2- Kasıblara:

Kasıb, ehtiyacının yarısını yaxud da yarısından çoxun tapa bilən kimsədir. Məsələn, yüz manatı olub, ikiyüzə ehtiyacı olan insan kimi. Belə insana bir illik ehtiyacını ödəyə biləcək zəkat payından verilməlidir.

3- Zəkatı yığıb paylayanlar:

Bu insanlar imamın zəkat yığmaq üçün təyin etdiyi insanlardır. Belə insanlar hətta zəngin olsalar belə, bu işə öz vaxtlarını ayırdıqları üçün, imam onlara zəkat malından yalnız gördükləri işin müqabilini verməlidir. Zəkatı yığıb paylayanlar, zəkatı zəngin insanlardan yığanlar, zəkatın miqdarını yazanlar, zəkatı qoruyanlar və bunu haqqı çatan insanlara paylamaq üçün özlərini bu işə sərf edən kimsələrdir.

4- İslam dininə isinişdiriləcək, hətta kafir olsa belə verilən kimsələr:

Kafiri İslama gətirmək və ya imanları zəif olub ibadətlərində səhlənkarlıq edənlərə zəkat payından verib imanlarını artırmaq yaxud belələrinin yaxın qohumlarının İslama rəğbətlərini artırmaq və ya onlara kömək istəmələri yaxud da onların şərindən qorunmaq məqsədi ilə zəkat payından vermək caizdir.

5- Kölələr:

Kölə deyildikdə burada, müsəlman qul kişi və qadını zəkat pulu ilə alıb, qulluqdan azad etmə, yaxud da özünü ağasından azad etmək istəyən köləyə, onun cəmiyyətdə azad və cəmiyyət üçün faydalı bir insan olması və Allaha daha kamil şəkildə ibadət etməsi üçün, ağası ilə razılaşıb hər ay ödəyəcəyi pulu, zəkat pulundan verib, onu qulluqdan xilas etmək qəsd olunur. Həmçinin kafirlərdə əsirlikdə olan müsəlman qulu, zəkat pulundan verib əsirlikdən xilas etmə də caizdir.

6- Borclular:

Borclu dedikdə burada, istər şəxsi mənafeinə görə, istərsə də başqa insanların arasını barışdırmaq üçün borc edən insanlar qəsd olunur. O, borcu günah məqsədlər üçün almayıb. Belə insanlara borclarını ödəmək üçün zəkatdan vermək caizdir. Əgər insanların arasını barışdırmaq üçün borc edən insan, hətta zəngin olub borcunu qaytarmaq imkanı olsa da, yenə də ona zəkatdan vermək caizdir.

7- Allah yolunda cihad edənlər:

Burada, Allah yolunda döyüşüb və beytul-maldan heç bir payları olmayan mücahidlər qəsd olunr. Bu insanların zəngin və yoxsul olmasından asılı olmayaraq onlara zəkat verilir.

8- Müsafirlər:

Burada, pulu qurtardığı üçün yolda qalan və borc tapıb, vətəninə qayıda bilməyən müsafirlər qəsd olunur.

İkinci məsələ: Zəkat verilməyən insanlar:

Zəkat verilməsi caiz olmayan insanlar aşağıdakılardır:

1- Zəngin və qazanmağı bacaran qüvvətli insanlar:

Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Zəngin və qazanmağı bacaran qüvvətli insanın zəkatdan payı yoxdur»[60].

Yuxarıda qeyd etdiyimiz kimi, əgər bu insanlar zəkatı yığıb paylayırlarsa, yaxud da başqa insanların arasını barışdırmaq üçün borc ediblərsə, bunlara, hətta zəngin olsalar da, gördüyü işlərin müqabilində zəkatdan vermək caizdir. Əgər qazanmağa qadir, qüvvətli insan, şəriəti öyrənən tələbədirsə və onun imkanı yoxdursa, ona zəkatdan vermək olar. Çünki şəriət elmini öyrənmək Allah yolunda cihad etməyin bir növüdür. Amma qazanmağa qadir, qüvvətli insan, qazancı tərk edib, nafilə ibadətlər üçün ayrılıbsa, ona zəkatdan verilmir. Çünki elmin faydası ümmət üçün, nafilə ibadətin faydası isə ibadət edənin özü üçündür.

2- Kişinin baxması vacib olan kimsələr:

Məsələn, ataya, anaya, babaya, nənəyə, övladlarına, nəvələrinə və həyat yoldaşına zəkatını verməsi caiz deyil. Çünki bu insanlara öz zəkatını verməklə, onlara baxmaqdan və onlar üçün pul xərcləməkdən boyun qaçırmış olur. Beləliklə sonda zəkatın faydası özünə qayıtmış və elə bil zəkatı, özünə vermiş olur.

3- Kafirlərə zəkat vermək:

Amma qəlbləri müsəlmanlığa isinişib bağlanmaqda olan kafirlərə zəkat vermək, yuxarıda qeyd etdiyimiz kimi, bu hökmdən müstəsnadır. Kafirlərə zəkat vermək caiz deyil. Çünki İbn Abbas -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Muaz ibn Cəbəli -Allah ondan razı olsun- Yəmənə göndərərkən demişdir: «Allah onlara mallarından zəkat verməyi – dövlətlilərindən götürüb kasıblarına paylamağı vacib buyurmuşdur»[61].

Yəni, zəkatı onların zəngin müsəlmanlarından götürüb, onların fəqir müsəlmanlarına verməyi əmr etmişdir. Çünki zəkat verməkdə məqsəd, fəqir müsəlmanların ehtiyaclarını ödəmək və cəmiyyətdə müsəlmanlar arasında məhəbbət və qardaşlıq əlaqələrini daha da gücləndirməkdir. Bunların isə kafirlərə edilməsi icazəli deyildir.

4- Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ailəsi:

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ailəsi şərəfli və hörmətli insanlar olduğu üçün onlara zəkat halal deyildir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Zəkat, Muhammədin ailəsinə halal deyildir. Çünki zəkat insanların (mallarının) çirkidir»[62].

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ailəsi, bir rəvayətə görə, Bəni Haşim və Bəni əl-Muttalibdir, digər bir rəvayətə görə isə, yalnız Bəni Haşimdir. İkinci rəy daha düzgün rəydir. Bu göstərir ki, Bəni əl-Muttalibə zəkat vermək icazəlidir. Çünki onlar Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ailəsindən deyillər. Uca Allahın bu ayəsi umumi olaraq Bəni əl-Muttalibi də əhatə edir. Uca Allah buyurur:«Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara məxsusdur.»[63]

5- Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ailəsinin qulluqdan azad etdiyi insanlar:

Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Zəkat bizə halal deyil. Həqiqətən də, bir qövmün azad etdiyi qul, həmin qövmdəndir»[64].

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) «Həmin qövmdəndir» sözü, qulluqdan azad edikləri insanın hökmü, onların hökmü kimidir mənasındadır.

Həmçinin zəkat, Bəni Haşimin azad etdiyi qullara da haramdır.

6- Qul:

Qula zəkat verilmir. Çünki qulun malı ağasının malıdır. Əgər qula zəkat verilərsə, bu mal, ağasının mülkünə keçəcək. Çünki onun xərcləri ağasının hesabınadır. Özünü razılaşma əsasında ağasından azad etmək istəyən qula zəkat verilməsi isə, buradan müstəsna edilir. Həmçinin zəkatı yığıb paylayan qul da buradan istisna edilir. Çünki zəkat yığımı ilə məşğul olan qula zəkatdan verilməsi, sanki muzdlu bir işçiyə ödəmədir. Qulu, ağasının icazəsi ilə muzdlu işə götürmək olar.

Kim bu altı qisim insanlara zəkat verməyin icazəli olmadığını bildikdən sonra onlara zəkat verərsə o, günahkar sayılar.

Üçüncü məsələ: Zəkatı payladıqda, onu ayədə qeyd edilən səkkiz qisim insanların hamısına paylamaq şərtdirmi?

Xeyr, doğru rəyə əsasən, zəkatı payladıqda, onu ayədə qed edilən səkkiz qisim insanların hamısına paylamaq şərt deyil. Əksinə zəkatı səkkiz qisim insanlardan hər hansı birinə vermək caizdir. Çünki uca Allah buyurur: «Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar.»[65]

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Allah onlara mallarından zəkat verməyi, varlılarından götürüb kasıblarına paylamağı vacib buyurmuşdur»[66].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) Qabisaya -Allah ondan razı olsun- demişdir:»Bizə zəkat gətirilənə qədər yanımızda qal. Gətiriləndə,ondan sənə də verilməsini əmr edəcəyik»[67].

Bu dəlillərdən aydın olur ki, uca Allahın bu ayəsində:«Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara məxsusdur.»[68]məqsəd, zəkatı payladıqda hamısına zəkatdan verməkdeyil, zəkata haqqı çatan insanları bəyan etməkdir .

Dördüncü məsələ: Zəkatı çıxarıldığı ölkədən başqa ölkəyə göndərmək:

Əgər ehtiyiac olarsa, zəkatı çıxarıldığı ölkədən başqa, yaxın yaxud da uzaq bir ölkəyə aparıb paylamaq olar. Uzaq bir ölkədə həmin zəkata daha çox ehtiyacın olması, yaxud da zəkat sahibinin öz ölkəsində olan fəqirlər kimi uzaq bir ölkədə də fəqir qohumlarının olması, buna misal ola bilər. Bu zaman onun uzaq ölkədə olan fəqir qohumlarına zəkatı göndərməsi, öz ölkəsində olan fəqirlərə zəkat verməsindən daha əfzəldir. Çünki bu həm sədəqədir, həm də qohumluq əlaqələrini birləşdirmək.

Əgər ehtiyac varsa, zəkatı öz ölkəsindən başqa bir ölkədə paylaya bilər rəyi, daha düzgün rəydir. Çünki uca Allah buyurur: «Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara məxsusdur.»[69]

Yəni, hər bir yerdə olan yoxsullar və kasıblar.


[1]ət-Tovbə surəsi, ayə: (103).

[2]əl-Bəqərə surəsi, ayə: (43).

[3]ət-Tovbə surəsi, ayə: (103).

[4]Buxari: 8, Müslim: 16.

[5]Buxari: 1395, Müslim: 19.

[6]Müslim: 987.

[7]ət-Tovbə surəsi, ayə: (5).

[8]Buxari: 2946, Müslim: 21.

[9]Buxari: 1400, Müslim: 20.

[10]Müslim: 987.

[11]ət-Tovbə surəsi, ayə: (34).

[12]Müslim: (987)– 24.

[13]əl-Bəqərə surəsi, ayə: (267).

[14]əl-Bəqərə surəsi, ayə: (267).

[15]əl-Ənam surəsi, ayə: (141).

[16]Buxari: 1483.

[17]əl-Bəqərə surəsi, ayə: (267).

[18]Buxari: 1499, Müslim: 1710.

[19]ət-Tovbə surəsi, ayə: (54).

[20]Buxari: 1454.

[21]Buxari: 1447, Müslim: 979.

[22]Hədisi İbn Maca və başqaları rəvayət etmişdir. Albani hədisin “səhih” olduğunu demişdir. Bax: İrva əl-Ğalil: 3/254, hədis nömrə: 787.

[23]əl-Ənam surəsi, ayə: (141).

[24]ət-Tovbə surəsi, ayə: (34).

[25]Müslim: 987.

[26]Buxari: 1454. Hədisi Ənəs bin Malik (ra) rəvayət etmişdir.

[27]Əbu Davud: 1573 və başqaları, Əlidən (ra) İmam Nəvavinin dediyi kimi “həsən yaxud səhih” bir isnad ilə rəvayət etmişdir.

[28]İbn Maca: 1791, Dəraqutni: 199. Hədis “səhih” hədisdir. Bax: İrva əl-Ğalil: 3/289.

[29]Buxari: 1454. Bu hədis, Ənəsin Əbu Bəkirdən rəvayət etdiyi hədisin bir hissəsidir

[30]Şərh Səhih Müslim: 7/48.

[31]Əbu Davud: 1563, Nəsai: 5/38, Beyhəqi: 4/140. Nasb ər-Rayə: 2/370 də qeyd edildiyi kimi İbn Qattan hədisin sənədinin “səhih” olduğunu demişdir. Albani, Səhih Sünən ət-Tirmizi: 518 də hədisin “həsən” olduğunu bildirmişdir.

[32]İmam Əhməd: 19/149, Tirmizi: 2518. Tirmizi hədisə “həsən səhih” hökmü vermişdir.

[33]əz-Zəriyət surəsi, ayə: (19).

[34]əl-Bəqərə surəsi, ayə: (267).

[35] Buxari: 1395, Müslim: 19.

[36]əl-Bəqərə surəsi, ayə: (267).

[37]əl-Ənam surəsi, ayə: (141).

[38] Buxari: 1484, Müslim: 979.

[39] Buxari: 1483, Əbu Davud: 1596. Hədisin ləfzi Əbu Davuda aiddir.

[40] Buxari: 1499, Müslim: 1710.

[41]əl-Bəqərə surəsi, ayə: (267).

[42] Buxari: 1447, Müslim: (979) – 1. Hədisin ləfzi Buxariyə aiddir.

[43] Hədis səhihdir. Əhməd: 5/240, Əbu Davud: 1576, Tirmizi: 623 və başqaları. Albani, İrva əl-Ğalil: 3/268 də hədisin “səhih” olduğunu bildirmişdir.

[44] Buxari: 1454.

[45] Tirmizi: 631, İbn Maca: 1792.Albani, İrva əl-Ğalil: 3/254 də hədisin “səhih” olduğunu bildirmişdir.

[46] Buxari: 1454.

[47] Əbu Davud: 1575.Albani, İrva əl-Ğalil: 3/263 də hədisin “həsən” olduğunu bildirmişdir.

[48] Buxari: 1454.

[49]  Hədis səhihdir. Əhməd: 5/240, Əbu Davud: 1576, Tirmizi: 623 və başqaları. Albani, İrva əl-Ğalil: 3/268 də hədisin “səhih” olduğunu bildirmişdir.

[50]Buxari: 1454.

[51]Buxari: 1395, Müslim: 19.

[52]əl-Məcmu Şərh əl-Muhəzzəb: 5/426.

[53]Tirmizi: 621 və başqaları. Tirmizi hədisə “həsən” hökmü vermişdir. Albani, İrva əl-Ğalil: 3/264 də hədisin “səhih” olduğunu bildirmişdir.

[54]Buxari: 1503, Müslim: 984.

[55]Müslim: (982) – 10.

[56]Əbu Davud: 1609, İbn Maca: 1827, Hakim: 1/409. Hakim hədisə “səhih” hökmü vermişdir. Nəvavi əl-Məcmu adlı əsərində, Albani isə Səhih Sünən İbn Maca: 1492 də hədisin “həsən” olduğunu deyiblər.

[57]Buxari: 1503, Müslim: 984.

[58]  Əbu Davud: 1609, İbn Maca: 1827. Albani, İrva əl-Ğalil: 3/332 də hədisin “həsən” olduğunu bildirmişdir.

[59]ət-Tovbə surəsi, ayə: (60).

[60]  Əhməd: 5/362, Əbu Davud: 1633, Nəsai: 5/99. Albani, Səhih Sünən ən-Nəsai: 2435 də hədisin “səhih” olduğunu bildirmişdir.

[61]Buxari: 1395, Müslim: 19.

[62]Müslim: 1072.

[63]ət-Tovbə surəsi, ayə: (60).

[64]Əbu Davud: 1650, Tirmizi: 652, Hakim: 1/404. Hədisin ləfzi Tirmiziyə aiddir. Tirmizi hədisə “həsən səhih” hökmü vermişdir. Hakim hədisin “səhih” olduğunu demişdir, Zəhəbi də ona müvafiq olmuşdur. Albani, Səhih Sünən ət-Tirmizi: 530 də hədisin “səhih” olduğunu bildirmişdir.

[65]əl-Bəqərə surəsi, ayə: (271).

[66]Buxari: 1395, Müslim: 19.

[67]Müslim: 1044.

[68]ət-Tovbə surəsi, ayə: (60).

[69]ət-Tovbə surəsi, ayə: (60).