Kitab və Sünnə işığında asanlaşdırılmış fiqh

Kitab və Sünnə işığında asanlaşdırılmış fiqh

Müqəddimələr

Mərhəmətli və Rəhmli Alla­­­­hın adı ilə

Müqəddimə

İslam, vəqf, dəvət və irşad işləri üzrə nazir, Müqəddəs Quranı çap edən Kral Fəhd adına mərkəzin baş nəzarətçisi möhtərəm şeyx Saleh ibn Abduləziz ibn Muhəmməd Əli əş-Şeyxin öz dəsti xətti ilə yazılmışdır:

Həmdü-sənalar aləmlərin Rəb­bi olan Allaha məxsusdur. Allahın salavat və salamı Onun qulu, rəsulu və elşilərin sonuncusu olan Məhəmmədin, onun ailəsinin və bütün səhabələrinin üzərinə olsun! Daha sonra:

Dində fəhmli olmaq və şəriət hökmlərini anlamaq, ən böyük məqsədlərdən və hədəflərdən biridir. Şəriətin çox saylı sabit dəlillərindəki fəhmli olmaq, onu yüksək səviyyədə tədqiq və təhlil etmək şağırışı, bu mətləbin Allahın dinində necə xeyirli bir iş olduğunun göstəricisidir. Allahın qula xeyir istəyərək onu Rəbbinin dinində fəhmli etməsi buna sübut olaraq kifayət edir.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: «Allah kimin üçün xeyir istəsə, onu dində fəhmli edər»[1].

Cahilliyinin gözünü kor etməsi və istəklərinin də onu azdırması ucbatından məqsədinə çata bilməyən, getdiyi yolda çabalayan və doğru istiqaməti tapa bilməyən bir qul, bəsirət gözü açıldıqdan sonra Rəbbinə hidayət və nur üzərində ibadət edən qul ilə eyni ola bilməz. Buna görə də Allah Sübhənəhu buyurur: «De: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?!”[2].

Bu mübarək ölkənin hökuməti, Allahın nuru və hidayəti ilə insanları Allaha ibadət etməyə dəvətlə mükəlləf olmuşdur. Bu heç də təəccüblü deyil. Çünki o, iki şərəfli haramın (Məkkə və Mədinənin) yerləşdiyi ölkədir. Bu hökümət, bacardığı və gücü yetən qədər Quran və Sünnəyə bağlı elmləri geniş şəkildə yaymağa çalışır. Bununla da o, insanları bir çox cahilliklərdən çıxarmış və Kitab və Sünnənin uzaq olduğu məsələləri onlardan dəf etmişdir.

Bu ölkənin rəhbərinin, iki şərəfli haramın xadiminin -Allah onu bütün xeyirlərə müvəffəq etsin- göstərişinə əsasən, İslam, vəqf, dəvət və irşad işləri nazirliyi və Müqəddəs Quranı çap edən Kral Fəhd adına mərkəz, insanlara dinlərini Quran və Sünnə işığında və eləcə də onlardan ümmətin saleh sələflərinin başa düşdükləri tərzdə, asan və sadə üslublarla öyrətmək məqsədi ilə, asanlaşdırılmış formada yazılmış şəriət kitablarının nəşr edilməsi və paylanması layihəsini həyata keşirmışdir. Mərkəzin çap etdiyi kitablardan aşağıdakıları qeyd etmək mümkündür:

«Kitab və Sünnə işığında imanın əsasları» ,

«Kitab və Sünnə işığında zikr və dua».

Bu günlərdə çap olunacaq yeni kitablardan biri də: «Kitab və Sünnə işığında asanlaşdırılmış fiqh» kitabıdır.

O, ibadət və müamilələrdə fiqh əhkamlarının Qurani-Kərim və səhih hədislərdən olan dəlillərini özündə əhatə etmişdir. Bununla da mənbəyə yaxınlığı və müsbət nəticənin əldə olunacağı bildirilmişdir. Kitabda, əksər müsəlmanların təhlil etməyə və faydalanmağa gücləri çatmayan qəliz cümlələr və geniş müzakirələr bir kənara qoyulmuşdur. O, seçilmiş elmi mövzuya xələl və ya zərər vurmadan insanların dini əhkamları asan və qisa məzmunda başa düşməsi üçün hazırlanmış bir kitabdır.

Kral Fəhd adına mərkəz, çap etidiyi hər bir kitabda olduğu kimi, bu kitabda da onun daha mükəmməl şəkildə hazırlanıb oxuculara təqdim olunması üçün bu işi şəriət elmlərində, xüsusən də, fiqh sahəsində mütəxəssis olan çox hörmətli bir seçmə müəllim heyətinə həvalə etdi. Kitab hazır olduqdan sonra redaktə edilməsi üçün xüsusi komissiyaya təhvil verildi. Allaha həmd olsun ki, özündə bir çox gözəllikləri əhatə edərək geri döndü. Bu gözəlliklərdən:

1- Üzərində fiqhi hökmlər qurulan hər bir məsələdə, hədis və əsərlərin səhihliyinə xüsusi diqqət verilmişdir.

2- Kitab, müsəlmanın ehtiyac duyduğu bütün fiqhi fəsilləri və məsələləri əhatə etmişdir.

3- Xüsusən elm öyrənənlərin, ümumən də bütün müsəlmanların faydalanması üçün aydın ibarələrlə və asan üslubla yazılmışdır.

4- Kitab dəqiqliklə hissələrə bölünmüşdür və oradakı mövzulardan asanlıqla faydalanmaq olur. Belə ki, hər bir mövzu, ona aid başlıq altında cəm edilmişdir ki, bu da oxucunun onu başa düşməsinə kömək edir.

5- Kitabda, çox müsəlmanların ya cahillik ya da təqlid üzündən etdiyi bəzi şəriətə müxalif əməllər qeyd olunmuşdur.

Bu qədər. Mən, pak və nöqsansız olan Allahdan bu kitabı xalis Onun üçün olan əməllərdən etməsini diləyirəm. Faydasını elə bir səviyyəyə çatdırsın ki, o, Allahın qullarına dinilərini başa düşmək üçün bir yardımçı olsun.

Sözümün sonunda bu kitabın hazırlanmasında səylərini əsirgəməyən dəyərli müəllimlərə dərin təşəkkürümü bildirmək istərdim. Allahdan onların bu kitabı hazırlamaq üçün çəkdikləri əziyyətin mükafatını qiyamət günü verməsini diləyirəm.

Müqəddəs Quranı nəşr edən Kral Fəhd adına mərkəzin ümumi təhlükəsizlik işçilərinə və elmi işlər qismində çalışan qardaşlara çox təşəkkür edirəm.

Dualarımızın sonu: “Həmd olsun aləmlərin Rəbbi Allaha!”.

Müqəddəs Quranı nəşr edən Kral Fəhd adına mərkəzin ümumi təhlükəsizlik bürosunun müqəddiməsi

Dini bizim üçün kamil edib nemətini tamamlayan, İslam ümmətini xeyirli ümmət edən və onlara Rəblərinin ayələrini oxuyan, günahlardan təmizləyən və Quranı və Hikməti (Sünnəni) öyrədən əmin bir elçi göndərən Allaha həmd-sənalar olsun. Allahın çoxlu salavatı və salamı onun, ailəsinin və səhabələrinin üzərinə olsun! Daha sonra:

Aləmlərin Rəbbini tanımaq, Ona nur, doğru yol və bəsirət üzərində ibadət etmək, həyatın əsası və nicat tapmağın ən uca mətləbidir.Qul buna yalnız dində fəhmli olmaqla nail ola bilər. Elə buna görə də pak şəriət ona həvəs və rəğbət göstərilməsini buyurmuşdur. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Allah kimin üçün xeyir istəsə, onu dində fəhmli edər»[3].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu hədisdə bütün xeyiri, dini hökmləri bilmək və onları düzgün anlamaq üzərində tərtib etmişdir. Bu da saleh əməllə nəticələnən faydalı elmə gətirib çıxarır. Buna görə də hər bir müsəlman etdiyi əməllərin düzgün olması üçün, Kitab və Sünnədən yapışaraq dinini öyrənməli və Rəbbinə elm və bəsirət üzərində ibadət etməlidir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: «Kim (dində) bizim göstərişimiz olmayan (şəriət dəlillərinə istinad etməyən) bir əməl edərsə, o əməl qəbul olunmaz»[4].

Müqəddəs Quranı nəşr edən Kral Fəhd adına mərkəz, Qurani-Kərimə böyük diqqət göstərərək onun təfsiri, şərhi, dünyanın müxtəlif dillərinə mənaca tərcüməsi və layiq olduğu şəkildə çap edilməsi ilə məşğul olur. Belə ki, Qurani-Kərim ondan yapışıb əməl edən üçün dünya və axirətdə həqiqi səadətin əsasıdır. Həmçinin mərkəz, dünyanın hər bir yerində yaşayan müsəlmana pak şəriətin digər elmlərinin çatdırılmasında da öz səylərini əsirgəmir. O bunu müsəlmana əqidə, ibadət və müamələ məsələlərində fayda verəcək elmi əhəmiyyətli kitablar hazırlamaqla həyata keçirir. Kitablar, öyrənən insanların onları daha tez anlaması, müsəlmanlara doğru yolu göstərə bilməsi və bilənlərə bir xatırlatma olması üçün asan üslubda yazılmışdır. Onların müxtəsər olmalarına baxmayaraq müsəlmana lazım olacaq çoxsaylı dini hökmləri və pak şəriət ədəblərini əhatə etmişdirlər. Bununla yanaşı kitablarda Quran və Hədislərdən götürülmüş dəlillər qeyd olunmuşdur. Çünki bu kitablar dünyanın şərqində, qərbində, şimalında və cənubunda yaşayan bütün müsəlmanlara yönəlmişdir. Onların hamısı Allahın Kitabına və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Sünnəsinə müvafiq əməl etməyə hərisdirlər.

Kral Fəhd adına mərkəz, daha öncə bu kitabla eyni həcmdə olan «Kitab və Sünnə işığında imanın əsasları» adlı kitabı da nəşr etmişdir. Bu mübarək silsiləsinin davamı olaraq, mərkəzin ümumi təhlükəsizlik qismi, fiqhi mövzularda müxtəsər yazılmış, lakin bununla yanaşı müsəlmanın hər zaman ehtiyac duyduğu ibadət və müamilə məsələlərini əhatə edən yeni bir kitabı oxuculara təqdim edir.

Yaşadığı yerdən asılı olmayaraq müsəlman qardaşlarımıza təqdim etdiyimiz bu müxtəsər və asanlaşdırılmış fiqh kitabı, rahat bir üslubda yazılmışdır. Oradakı məsələlər Allahın Kitabı Qurani-Kərimdən və Onun əmin Elçisinin (sallallahu aleyhi və səlləm) Sünnəsindən götürülmüşdür.

Bu kitabı yazmaqda başlıca məqsədimiz, şəriət elmlərində mütəxəsis olanların və bu elmləri öyrənənlərin deyil, bütün insanların ondan faydalanmasıdır. Buna görə də, kitabda uzun müzakirələrə, əlavə bölümlərə və ixtilafların qeyd olunmasına yer verilməməsinə çalışdıq. Çünkü buna adətən, unverisitetlərin nəzdində olan akademik dərsliklərdə və geniş yazılmış fiqhi kitablarda rast gəlmək mümkündür. Məhz bu səbəbdən də, kitabın həm ümumi, həm də xüsusi insanların öz ibadətlərində və müamilələrində səmərəli istifadə etməsi üçün onu, aydın ibarələrlə və asan başa düşülən bir üslubla yazmağa səy göstərdik.

Fürsətdən istifadə edib, bu kitabın ərsəyə gəlməsində böyük əməyi olan və fiqh elmində mütəxəssis sayılan müəllimlərə, doktor Abduləziz Məbruk əl-Əhmədiyə, doktor Feyhan ibn Şəli əl-Muteyriyə, doktor Abdulkərim ibn Suneytən əl-Öməriyə və doktor Abdullah ibn Fəhd əş-Şərif əl-Hicəriyə və həmçinin bütün kitabda qeyd olunan ayələrin və hədislərin mənbələrini gözəl şəkildə dəqiqləşdirən doktor Abduləziz Məbruka öz dərin təşəkkürümüzü bildirmək istərdik.

Kitabı elmi səviyyədə redaktə edən doktor Əli ibn Muhəmməd Nasir Fəqihi və doktor Cəmal bin Muhəmməd əs-Seyyidə də öz dərin təşəkkürümüzü bildiririk.

Pak və nöqsansız Allahdan diləyirk ki, bu kitabı Allahın kərim üzü üçün olan xalis əməllərdən etsin. Onunla bütün müsəlmanlara fayda versin. Yalnız təmiz qəlblə gələn kimsədən başqa, mal-dövlətin və oğul-uşağın heç bir fayda verə bilməyəcəyi qiyamət günündə, onu həsənətlər tərəzisində etsin.

Dualarımızın sonu: “Həmd olsun aləmlərin Rəbbi Allaha!”

Ümumi təhlükəsizlik bürosu

Kral Fəhd adına mərkəz

Müqəddəs Quran nəşriyyatı

Görülən işlər

Kitab, ön sözdən, on dörd fəsildən və mündəricatlardan ibarətdir.

Ön söz bölümündə, fiqh sözünün tərifi, mövzusu, səmərəsi və fəziləti haqqında danışılır.

Fəsillər bölümünə gəlincə, onlar aşağıdakı kimi tərtib edilmişdir:

Birinci: Təharət fəsli.

Bu kitab özündə on bölümü əhatə edir:

Birinci bölüm: Təharət və suların hökmləri barədə.

İkinci bölüm: Qablar barədə.

Üçüncü bölüm: Ayaq yoluna getmək və onun ədəbləri barədə.

Dördüncü bölüm: Misvak və fitri sünnələr barədə.

Beşinci bölüm: Dəstəmaz barədə.

Altıncı bölüm: Xüflərə, əmmaməyə və sarğıya məsh (əl ilə üzərinə) çəkmək barədə.

Yeddinci bölüm: Qüslun əhkamları barədə.

Səkkizinci bölüm: Təyəmmümün əhkamları barədə.

Doqquzuncu bölüm: Nəcasətin əhkamları və onun necə təmizlənməsi barədə.

Onuncu bölüm: Heyz və nifas barədə.

İkinci: Namaz fəsli.

Bu fəsil on beş bölümü əhatə edir.

Birinci bölüm: Namazın tərifi, onun fəziləti və beş namazın vacibliyi barədə

İkinci bölüm: Əzan və iqamə əhkamları barədə

Üçüncü bölüm: Namazın vaxtları barədə

Dördüncü bölüm: Namazın şərtləri, rüknları, onu batil edən amillər, namazın sünnələri, məkruhları və namazı tərk edənin hökmü barədə

Beşinci bölüm: Nafilə namazları barədə

Altıncı bölüm: Səhv, tilavət və şükür səcdəsi barədə

Yeddinci bölüm: Camaat namazı barədə

Səkkizinci bölüm: İmamlığın (namaza başçılıq etməyin) əhkamları barədə

Doqquzuncu bölüm: Üzrlü insanların namazı barədə

Onuncu bölüm: Cümə namazı barədə

On birinci bölüm: Qorxu namazı barədə

On ikinci bölüm:Ramazan və Qurban bayramının namazı barədə

On üçüncü bölüm: İstisqa (Allahdan yağış diləmək) namazı barədə

On dördüncü bölüm: (Günəş və ya Ay tutulduqda qılınan) Kusuf namazı barədə

On beşinci bölüm: Cənazə namazı və cənazənin əhkamları barədə

Üçüncü: Zəkat fəsli.

Bu fəsil  altı bölümü əhatə edir.

Birinci bölüm: Zəkat haqqında ilkin anlayış

İkinci bölüm: Qızıl və gümüşün zəkatı

Üçüncü bölüm: Yerdən çıxanın (bitki və meyvənin) zəkatı

Dördüncü bölüm: Ev heyvanlarının (dəvə, inək və qoyunun) zəkatı

Beşinci bölüm: Fitrə zəkatı

Altıncı bölüm: Zəkat verilən insanlar

Dördüncü: Oruc fəsli.

Bu fəsil beş bölümü əhatə edir.

Birinci bölüm: Oruc haqqında ilkin anlayış

İkinci bölüm: Orucu açmağa icazə verən üzrlər və orucu batil edən amillər

Üçüncü bölüm: Orucun müstəhəbləri və məkruhları

Dördüncü bölüm: Qəza, müstəhəb, məkruh və haram olan oruclar barədə

Beşinci bölüm: Etikaf barədə

Beşinci: Həcc fəsli.

Bu fəsil yeddi bölümü əhatə edir.

Birinci bölüm: Həcc haqqında ilkin anlayış

İkinci bölüm: Rüknlər və vaciblər barədə

Üçüncü bölüm: (Həcdə) qadağan olunan əməllər, fidyə və qurbanlıq barədə

Dördüncü bölüm: Həcc və ümrənin vəsfi barədə

Beşinci bölüm: Mədinə şəhərində ziyarət edilməsi şəriətə uyğun olan yerlər barədə

Altıncı bölüm: Qurbanlıq barədə

Yeddinci bölüm: Əqiq qurbanlığı barədə

Altınci: Cihad fəsli.

Bu fəsil üç bölümü əhatə edir.

Birinci bölüm: Cihadın hökmü, şərtləri və onu hökmdən salan amillər

İkinci bölüm: Əsirlər və qənimətlərin hökmləri

Üçüncü bölüm: Atəşkəs elan etməyin, müdafiənin,əmin-amanlığın və cizyə verməyin hökmləri

Yeddinci: Müamilələr fəsli.

Bu fəsil iyirmi üç bölümü əhatə edir.

Birinci bölüm: Alış-veriş barədə

İkinci bölüm: Sələm barədə

Üçüncü bölüm: Borc barədə

Dördüncü bölüm: Girov

Beşinci bölüm: Peşin

Altıncı bölüm: Həvalə

Yeddinci bölüm: Vəkalət

Səkkizinci bölüm: Cavabdehlik və zaminlik

Doqquzuncu bölüm: Mülkə həbs qoymaq

Onuncu bölüm: Şəriklik

On birinci bölüm: İcarə

On ikinci bölüm: Əkinçilik və suvarma

On üçüncü bölüm: Şərikli mala tam sahib olma və qonşuluq

On dördüncü bölüm: Əmanət qoyulan və tələf edilən mallar

On beşinci bölüm: Qəsb etmək

On altıncı bölüm: Sülh

On yeddinci bölüm: Müsabiqə

On səkkizinci bölüm: Ariyyə

On doqquzuncu bölüm: Ölmüş torpaqı diriltmək

İyirminci bölüm: Cualə

İyirmi birinci bölüm: İtmiş əşya və uşaq

İyirmi ikinci bölüm: Vəqf

İyirmi üçüncü bölüm: Hədiyyə etmək və bağışlamaq

Səkkizinci: Miras, vəsiyyət və qul azad etmək fəsli.

Bu fəsil dörd bölümü əhatə edir.

Birinci bölüm: Xəstənin mülkiyyəti ilə necə davranması barədə

İkinci bölüm: Vəsiyyət barədə

Üçüncü bölüm: Qul azad etmək, qulun özünü qulluqdan azad etməsi barədə yazılı siyaziş bağlaması və ağası öldükdən sonra qulun azad olunması barədə

Dördüncü bölüm: Faraid və miras barədə

Doqquzuncu: Nikah və talaq fəsli.

Bu fəsil on bir bölümü əhatə edir.

Birinci bölüm: Nikah barədə

İkinci bölüm: Mehr, zövcənin haqları və toy barədə

Üçüncü bölüm: Xulu (mal müqabilində zövcəni boşamaq) barədə

Dördüncü bölüm: Talaq barədə

Beşinci bölüm: And içmək barədə

Altıncı bölüm: Zihar barədə

Yeddinci bölüm: Lənətləşmək barədə

Səkkizinci bölüm: İddə və ihdəd (qadının gözləmə müddəti və zinəti tərk etməsi) barədə

Doqquzuncu bölüm: Süd vermək barədə

Onuncu bölüm: Dayəlik və onun hökmləri barədə

On birinci bölüm: Xərclər barədə

Onuncu: Cinayətlər fəsli.

Bu fəsil üç bölümü əhatə edir.

Birinci bölüm: Cinayətlər barədə

İkinci bölüm: Diyələr (qanbahası) barədə

Üçüncü bölüm: And içmək barədə

On birinci: Cəzalar fəsli.

Bu fəsil səkkiz bölümü əhatə edir.

Birinci bölüm: Cəzanın tərifi, dəlilləri və onun hikməti

İkinci bölüm: Zinanın cəzası barədə

Üçüncü bölüm: Böhtan atmağın cəzası barədə

Dördüncü bölüm: İçki içməyin cəzası barədə

Beşinci bölüm: Oğurluq etməyin cəzası barədə

Altıncı bölüm: İslah etmək barədə

Yeddinci bölüm: Quldurluğun cəzası barədə

Səkkizinci bölüm: Mürtədlik barədə

On İkinci: Andlar və nəzirlər fəsli.

Bu fəsil iki bölümü əhatə edir.

Birinci bölüm: Andlar

İkinci bölüm: Nəzirlər

On üçüncü:Yeməklər, kəsilmiş heyvanlar və ov fəsli.

Bu fəsil üç bölümü əhatə edir.

Birinci bölüm: Yeməklər barəsdə

İkinci bölüm: Kəsilmiş heyvanlar barədə

Üçüncü bölüm: Ov barədə

On dördüncü: Qazilik və şahidlər fəsli.

Bu fəsil iki bölümü əhatə edir.

Birinci bölüm: Qazilik barədə

İkinci bölüm: Şahidlər barədə

Mündəricata gəlincə, o, kitabın bütün bölümlərini və məsələlərini təfsilatlı şəkildə əhatə etmişdir.

Kitabda görülən iş metodu

Bu kitabda görülən iş metodu qısa şəkildə aşağıdakılardan ibarətdir:

Birinci:Kitabı mütaliə edən insanın rahat və asan başa düşməsi üçün, onun mövzuları baş fəsillərə, hər bir fəsil bölümlərə və hər bir bölüm də məsələlərə bölünmüşdür.

İkinci:Hər bir bölümdə çox ehtiyac duyulan mühüm məsələləri gətirməklə kifayətlənərək, az ehtiyac duyulan variantlar və müzakirələr qeyd edilmədi.

Üçüncü:İmkan tapdıqca asan və aydın söz və ibarələri  seçərək ixtisar edildi.

Dördüncü:Hər bir məsələdə etimad olunan dəlillərlə kifayətləndik.

Beşinci:İxtilafıl məsələlərdə, alimlərin rəylərini, sözlərini və məsələ ətrafındakı ixtilaflarını qeyd etmədən, yalnız səhih dəlilə söykənən daha düzgün rəy bildirildi.

Altıncı:Kitabda sitat gətirilən hər bir Quran ayəsinin yanında, surənin adı və ayənin rəqəmi qeyd edilmişdir.

Yeddinci:Kitabdaki hər bir hədisin, mötəbər hədis kitablarındaki yeri göstərilmişdir. Əgər hədis Buxarı və Müslimdə və ya ikisindən birində varid olubsa, bununla kifayətlənildi. Yox əgər onların heç birində yoxdursa, bu zaman hədisin ilk öncə, Sünən Əbu Davud, Sünən Tirmizi, Sünən Nəsai və Sünən İbn Maca kitablarındakı, sonra başqa məşhur hədis kitablarındakı yeri göstərilmişdir. Buxari və Müslimdə olmayan hədislərin səhih və ya zəif olmaları barədə hökmləri, qədim və müasir hədis alimlərinin sözlərinə əsasən verilmişdir.

Səkkizinci:Şərh əsnasında başa düşülməsi çətin olan kəlmələr və dini istilahlar haşiyədə, əsas araşdırma mövzusu olan istilahlar isə, hər bir bölümün və məsələnin daxilində olmaqla kitabın mətnində izah edilmişdir.

Doqquzuncu:Kitabın hazırlanmasında bəzi müasir fiqhi ədəbiyyatdan istifadə edilmişdir. Onlardan ən mühümləri aşağıdakılardır:

Möhtərəm şeyx Muhəmməd ibn Useyminin -Allah ona rəhmət etsin- «əş-Şərh əl-Mumti» və möhtərəm şeyx Saleh əl-Fovzanın «əl-Mulaxxas əl-Fiqhiy» əsərləri, bunlardan əlavə dörd məzhəbin mənbə sayılan ana kitabları və başqaları.

Onuncu:Bir çox insanların Kitab və Səhih Sünnəyə müxalif olaraq etdiyi bəzi əməllər diqqətə çatdırılmışdır. Eyni zamanda məsələnin döğru və haqq tərəfi bəyan edilmişdir. Bunu, ehtiyac duyulduğunu münasib gördüyümüz yerlərdə etdik.

On birinci: Kitaba müraciət edənə və onu oxuyana asan olması üçün, mövzu və məsələləri əhatə edən təfsilatlı bir mündəricatı sonda yerləşdirdik.

Giriş

Aşağıdakı bəndləri əhatə edir:

Fiqh sözünün lüğəti və istilahi tərifi.

Fiqh elminin məsdərləri.

Fiqh elminin mövzusu.

Fiqh elminin faydası.

Fiqh elminin fəziləti.

Fiqh sözünün lüğəti və istilahi mənası.

Fiqh sözünün lüğəti mənası, başa düşmək və anlamaqdır. Uca Allah Şueyb peyğəmbərin qövmü haqqında deyir:«…Dediklərinin çoxunu anlamırıq”[5].İzzət və cəlal sahibi olan Allah buyurur:«…lakin siz onların təqdisini anlamazsınız»[6].

Fiqh sözünün istilahı mənası: Quran və hədislərin izahlıdəlillərindən əldə edilmiş əməllər barədə dini hökmlərin çıxarılmasını bilməkdir.Bəzən də fiqh sözü, hökmlərin özünə deyilir.

Fiqh elminin əsas mənbələri.

  1. Qurani-Kərim.
  2. Pak Sünnə (Hədislər).
  3. İcma (Yekdil rəy).
  4. Qiyas (Müqayisə yolu ilə çıxarılan hökm).

Fiqh elminin mövzusu:

Fiqh elmi, ümumilik və əhatəlik baxımından mükəlləfiyyət daşıyan qulların əməllərindən bəhs edir. O, insanın Rəbbi, özü və cəmiyyəti ilə qurduğu əlaqələri şamil edir.

Həmçinin əməllərlə bağlı hökmləri, mükəlləfiyyət daşıyan insanın dediyi sözləri, əməlləri, razılaşmaları və davranışları əhatə edir. Bunlar iki növdür:

Birinci:İbadətlərin hökmləri: Bura namaz, oruc, həcc və digər bu kimi ibadətlər daxildir.

İkinci:Müamilələrin hökmləri: Bura razılaşmalar, davranışlar, cəzalar və cinayətlər daxildir.Həmçinin bura zəmanətlər və insanların bir-biri ilə qurduqları əlaqələri tənzimləyən digər məsələlər də daxildir.

Bu əhkamları aşağıdakı qaydada məhdudlaşdırmaq olar:

1- Ailənin qurulmasından sonuna kimi olan hökmlər. Bura, evlənmək, boşanmaq, nəsəb, məsrəflər, miras və digər bənzər əhkamlar daxildir.

2- Maddi və mədəni müamilələr barədə hökmlər: Bura, alış-veriş, icarə, şəriklik və sairə bu kimi fərdlər arasındaki müamilə və mübadilələr aiddir.

3- Cinayətlərin hökmləri: Bura, məsuliyyət daşıyan insanın etdiyi cinayətlər, zülmlər və onlara müvafiq cəzalarla bağlı məsələlər daxildir.

4- İşin məhkəməyə qaldırılması və qaziliyin hökmləri: Bura, mübahisələrdə və iddialarda hökm vermək, isbat etməyin yolları və digər oxşar əhkamlar daxildir.

5- Dövlətlə bağlı əhkamlar: Bura, İslam dövlətinin sülh və müharibə vaxtında başqa dövlətlərlə qurduğu əlaqələrin tənzimlənməsi və dövlətdə yaşayan qeyri-müsəlman vətəndaşlarla bağlı əhkamlar daxildir. Bu bənd, cihad və sazişləri də şamil edir.

Fiqh elminin faydası.

Fiqh elmini bilmək və ona əməl etmək, məsuliyyət daşıyan insanın islah olunması, ibadətləri düzgün yerinə yetirməsi və doğru məsləkə yiyələnməsi kimi faydalar verir.

Əgər qul islah olarsa, onun yaşadığı cəmiyyət də islah olar. Nəticədə dünyada səadət və xoş həyat, axirətdə isə Allahın razılığını qazanar.

Dində fəhmli olmağın fəziləti və onu öyrənməyə və əldə etməyə həvəsləndirmək.

Dində fəhmli olmaq, ən fəzilətli əməllərdən və ən gözəl xislətlərdən biridir. Quran və Sünnədə onun fəzilətini bildirən və ona həvəsləndirən çoxlu dəlillər vardır. Onlardan biri də Uca Allahın bu ayəsidir:«(Ehtiyac olmadıqda) möminlərin hamısı birdən (cihada, döyüşə) çıxmamalıdır. Barı, hər tayfadan bir dəstə (elm öyrənmək, sonra da onu dindaşlarına öyrətmək üçün) qalsın ki, camaatı (döyüşdən) qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə, onlar (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən) çəkinsinlər!»[7].

Həmçinin Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bu kəlamıdır:»Allah kimin üçün xeyir istəsə, onu dində fəhmli edər»[8]. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bütün xeyri dini anlamaq üzərində qurmuşdur. Bu isə, onun nə qədər əhəmiyyətli, şəni böyük və dərəcəsi yüksək bir iş olduğunu göstərir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»İnsanlar mədənlərdir. Onların cahiliyyət dövründəki seçilmişləri, İslamda da seçilmiş olarlar, əgər (dini) başa düşsələr»[9].

Dini başa düşməyin İslamda əzəmətli məqamı və savab olaraq böyük dərəcəsi vardır. Çünkü müsəlman dini ilə bağlı işlər barədə düşünərsə və onun lehinə və əleyhinə olan haqları və vacibatları öyrənərsə, Rəbbinə elm və bəsirət üzərində ibadət edər. Dünya və axirətdə xeyrə və səadətə müvəffəq olar.


[1]Buxari: 71, Müslim: 1037.

[2]Zumərsurəsi, ayə: (9).

[3]Buxari: 71, Müslim: 1037.

[4]Buxari: 2697, Müslim: (1718) – 18. Hədisin sözləri Müslimin Səhihindən götürülübdür.

[5]Hud surəsi, ayə: (91).

[6]əl-İsra surəsi, ayə: (44).

[7]ət-Tövbə surəsi, ayə: (122).

[8]Buxari: 3383, Müslim: 2638. Hədisin sözləri Buxarinin Səhihindən götürülüb.

[9]Buxari: 71, Müslim: 1037.