Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!

 

Muqatil belə demişdir: Burada Allah Təala kitab əhlinə Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) birlikdə namaz qılmalarını əmr etmişdir. Zəkatı da ona vermələrini əmr etmişdir. “Rüku edənlərlə birgə rükü edin” sözü ilə də Muhamməd ümmətindən rüku edənlərlə birlikdə rüku etmələrini əmr etmişdir. Onlarla və onlardan olun, demək istəmişdir. Əli ibn əbu Talhadan rəvayət edilir ki,   Ibn Abbas “Zəkat verin“ sözündəki zəkat Allaha itaət və ixlasdır demişdir. Vəki, Əbu Cənab İkrimədən rəvayət edir ki, Ibn Abbasın buradakı zəkat ifadəsi zəkat verməyi vacib edəcək şeylərdir yəni 200 və Ya daha artıq dirhəm. Mubarək ibn Fədalə rəvayətində Həsən Bəsri: Zəkat verin –fərz və vacib olandır, demişdir.  Onsuz və namazsız digər ibadətlər fayda verməz, demişdir. İbn Əbu Hatim belə demişdir: Bizə əbu Zura ər-Razi o da Osman ibn əbu Şeybədən, o da Cərirdən, oda Əbu Həyyan ət Teymidən rəvayət edir ki, Haris əl Ukli demişdir, zəkat verin sözündəki zəkat fitir sədəqəsidir yəni fitrədir.   Rüku edənlərlə birlikdə rüku edin! — Yəni ən gözəl əməllərində möminlərlə birlikdə olun, deməkdir. Bunların ən xüsusi və ən mükəmməllərindən biri də namazdır. Bir çox alimlər bu ayəni camaatın vacib olduğuna dəlil gətirmişdilər. Mən də bunu “əl Əhkəmul Kəbir” kitabında geniş izah edəcəyam, InşəAllah. Qurtubi camaat və imamət məsələləri üzərində danışmış və gözəl fikirlər söyləmişdir.