Qorxun o gündən ki, heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən şəfaət qəbul olunmayacaq, heç kəsdən bir fidyə alınmayacaq və kömək göstərilməyəcəkdir.

Allah Təala əvvəl onlara nemətlərini xatırlatdıqdan sonra qiyamət günündə əzabının gəlməsi ilə onları qorxudub “o gündən qorxun” dedi. yəni qiyamət günündən deməkdir. “heç kəs heç kəsə fayda verə bilməyəcək”: yəni kimsənin kimsəya faydası olmaz. Necə ki: “Heç bir günahkar başqasının günahını boynuna götürməz” (Ənam, 164) buyurmuşdur. Belə demişdir: “O gün hər kəsə yetəcək qədər məşğuliyyat vardır” (Əbəsə 37). “Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övlada, övladın da valideynə heç bir fayda verə bilməyacəyi gündən çəkinin” (Loğman, 33). Ata və oğulun bir birlərinə fayda verməməsi ən sonhəddir. “Ondan şəfaət qəbull olunmaz”: yəni kafirlərdən deməkdir. Necə ki: “Onlara şəfaət edənlərin şəfaəti fayda verməz” demişdir. Cəhənnəmliklər üçün belə demişdir: Allahdan qorxun və mənə itaət edin!” Onlar dedilər: Sənə ən rəzil adamlar tabe olduğu halda biz sənə inanarıqmı?” (Şuara, 110,111). “Ondan fidyə alınmaz”: Burada qeyd edilən adl-fidyə (əvəz) deməkdir. Necə ki belə demişdir: “Həqiqətən də, kafir olub kafir kimi də ölənlərin heç birindən dünya dolusu qızıl fidyə versə belə, qəbull olunmayəcaqdır. Onlara sarsıdıcı bir əzab hazırlanmışdır və onların köməkçiləri də olmayəcaqdır” (Ali İmran, 91). Və belə demişdir: “Kafirlərin yer üzərindəki hər şey və bir misli də onların olsa qiyamət günün əzabından fidyə vermək istəsələr onlardan qəbull olunmaz. Onlar üçün acılı bir əzab vardır” (Maidə, 36). Belə də demişdir: “O, nə cür fidyə versə də, ondan qəbull olunmayacaq”(Ənam, 70). Bu gün nə sizdən, nə də kafirlərdən heç bir fidyə qəbull olunmaz. Sığınacağınız yer də oddur. Sizə layiq olan elə odur. Ora nə pis dönüş yeridir!” (Hədid, 15).

Allah Təala xəbər verir ki, əgər onlar Rəsuluna iman etməz, onunla göndərdiyi şey ilə onun ardınca getməzlərsə və Allahın hüzuruna bu hal ilə çıxarlarsa nə bir qohumun qohumluğu nə də bir etibarlı kimsənin şəfaəti onlara fayda verməz. Onlardan yer dolusu qızıl fidyə də qəbull olunmaz. Necə ki, belə demişdir: “Alış-verişin, dostluğun və şəfaətin olmayəcağı gün gəlməmişdən öncə” (Bəqərə, 254), “İman gətirən qullarıma de ki, namaz qılsınlar, alış-verişin və dostluğun olmayəcağı bir günün gəlməsindən əvvəl onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləsinlər” (İbrahim, 31). Süneyd belə demişdir: Mənə Həccac o da İbn Cureycdən, o da Mucahiddən nəql etdi ki, İbn Abbas belə demişdir: Ayədə qeyd olunan adl, əvəz və fidyə mənasındadır. Suddi də belə demişdir: Ayədə qeyd edilən adl qarşılıq deməkdir ki, yer dolusu qızıl fidyə gətirsə ondan qəbull olunmaz. Əbdurrəhman İbn Zeyd İbn Əsləm də belə demişdir.

Əbu Cəfər Ər-Razi belə demişdir. Mənə Rəbi İbn Ənəs o da Əbu Aliyədən: “Ondan fidyə qəbull olunmaz” (Bəqərə, 123) ayəsindəki “adl”- fidyədir, demişdir. İbn Əbu Hatim də belə demişdir: Əbu Malik, Həsən, Səid İbn Cubeyr, Qatadə, Rəbi İbn Ənəsdən də eynisi rəvayət edilmişdir. Əbdurəzzaq belə demişdir: Bizə Sevri o da Aməşdən, o da İbrahim Teymidən o da atasından nəql etdi ki, İbn Abbas uzun bir hədisdə belə demişdir: Sarf ilə adl, nafilə və fərz deməkdir. Vəlid İbn Muslim o da Osman İbn Əbil Atikədən o da Umeyr İbn Hanidən nəql edir ki, bu rəy burada gəribdir (zəifdir) demişdir. Birinci rəy bu ayənin təfsirində daha açıqdır. Onu əvəzləyacək şeylər gəlmişdir. Bu xüsusda İbn Cərir belə demişdir: Mənə Nəcih İbn İbrahim o da Əli İbn Hakimdən o da Humeyd İbn Abdurrahməndən o da atasından o da Amr İbn Qeys Əl-Mulaidən o da Şam əhlindən olan və Umeyya qəbiləsinə mənsub,möhtərəm bir adamdan nəql etdi ki,: “Ey Allahın Rəsulu, adl nədir?” deyildi. O da: “Fidyadir” dedi. “Onlara yardım da edilməz”: yəni biri cəsarət edib onlara yardım etməz, onları Allahın əzabından xilas etməz. Necə ki, yuxarıda qeyd edildiyi kimi heç bir qohum və etibarlı bir kimsənin onlara yazığı gəlməz. Onlardan fidyə də qəbull olunmaz. Bütün bunlar halına acıma baxımındandlr. Onlara nə özlərindən nə də başqalarından bir yardımçı da yoxdur. Necə ki: “Onun nə bir gücü nə də bir yardımçısı vardır” (Tariq, 10) demişdir. yəni “O”nu inkar edəndən nə fidyə qəbull edər nə də şəfaət. Onun əzabından özünü heç kəs qurtara bilməz, Ondan özünü xilas edə bilməz. “O”nun yanında kimsə onu himayə edə bilməz. Necə ki: “O, himayə edər, özü himayə olunmaz” (Muminin, 88) demişdir. “O gün heç kəs Onun verdiyi əzabı verə bilməz və heç kəs Onun buxovladığı ki buxovlaya bilməz” (Fəcr, 25-26). (Günahkarlara deyiləcək:) “Sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz?”
“Bəli, onlar bu gün baş əyəcəklər!” (Səffat, 25-26), “Bəs nəyə görə Allahı qoyub yaxınlaşmaq məqsədilə ilahiləşdirdikləri tanrılar onlara kömək etmədi? Əksinə, onlardan uzaqlaşıb yox oldular”.
(Əhkaf, 28). Dəhhaqdan nəql edilir ki, İbn Abbas: ”Niyə bir-birinizə yardım etmirsiniz?” (Səffat, 25) ayəsində belə demişdir: Nə üçün bu gün alova girmənizə əngəl olmursunuz? Nəhayət, bu gün sizin üçün belə bir şey yoxdur! İbn Cərir də belə demişdir: “Onlara yardım da olunmaz” sözünün təfsiri belədir: yəni bu gün onlara bir yardımçı yardım eləya bilməz, necə ki, bir şəfaətçinin şəfaət etməyəcəyi kimi. Onlardan əvəz və fidyə də qəbull olunmaz. Orada qahmar çıxma deya bir şey yoxdur. Rüşvət və şəfaət silinib getmişdir. Qövmlər arasında yardımlaşma və dəstəkləmə götürülmüşdür. Qərar “O”nun yanında şəfaətçi və yardımçıların fayda vermədiyi Cabbar Allaha aiddir. O da pisliyi misli ilə yaxşılığı da qat-qat ilə əvəzini verər. Bu, “Onları dayəndırın, çünki onlar sorğu-sual olunacaqlar. Sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz? Bəli, onlar bu gün baş əyacəklər!” (Safffat, 24-26) ayələrinə oxşayır.