O zaman Musa öz qövmünə dedi: “Ey qövmüm! Siz buzovu ilah qəbul etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və özünüzü öldürün. Bu, Yaradanınızın yanında sizin üçün xeyirlidir”. O, sizin tövbənizi qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir.

Bu Allah Təalanın İsrail oğullarının tövbəsini qəbul şəklini göstərməkdədir. Həsən Bəsri bu ayə haqqında belə demişdir: Bu, qəlblərinə buzova sitayiş etmə ilə əlaqəli istək düşdüyü zaman olmuşdur, Allah belə demişdir: “Onların əllərinin arasına düşdükdə və azdıqlarını gördükdə: “Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, əlbəttə, ziyana uğrayanlardan olarıq”– dedilər” (Əraf, 149). Bu da Musanın “Ey qövmüm! Siz buzovu qəbul etməklə özünüzə zülm etdiniz”. Dediyi vaxt olmuşdur. Əbu Aliyə, Səid ibn Cubeyr və Rəbi ibn Ənəs ayədə qeyd edilən Bari sözünün Xaliq mənasına gəldiyinidemişdilər. Burada “ilə Bəriikum” sözündə günahlarının böyüklüyünə diqqət çəkilmişidir. yəni sizi yaradana tövbə edin halbuki, siz onunla yanaşı başqasına ibadət etdiniz. Nəsəi, İbn Cərir və Ibn Əbu Hatim Yəzid ibn Harundan, onlar da Əsbağ ibn Zeyd əl Vərraqdan, o da Qasım ibn Əbu Əyyubdan, o da  Səidin Cubeyrdən rəvayət etmişdir ki, İbn Abbas belə demişdir: Onların tövbələri hər bir adam qarşılaşdığı  atanı, oğulu öldürməsi şəklində idi. Onu qılıncla öldürər və orada kimin öldürüldüyünə fikir verməzdi. Musa ilə Haruna gizli qalan və yalnız Allahın bildiyi günahlarını etiraf etdilər, özlərinə əmr ediləni yerinə yetirdilər. Allah da qatilidə qətl ediləni də bağışladı.  Bu, fitnə hədisindən bir hissədir. Taha surəsində bütöv olaraq qeyd ediləcəkdir İnşəAllah.

İbn Cərir belə demişdir. Mənə Əbdul Kərim ibn Heysəm, o da İbrahim ibn Bəşşardan, o da Sufyan ibn Uyeynədən, o da Əbu Səiddən, o da İkrimədən rəvayət etdi ki, Ibn Abbas belə demişdir: Musa qövmünə:  “yaradanınıza tövbə edin və özünüzü (sizlərdən özlərinə zülm edənləri) öldürün. Bu, yaradanınızın yanında sizin üçün xeyirlidir”. O, sizin tövbənizi qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidirdeməklə Allahın özlərini öldürmələri əmrini öz qövmünə əmretdi. Buzova sitayiş edənlər çöməlib oturdular, ona sitayiş etməyənlər isə ayəqüstə dayənaraq əllərinə xəncərlərini aldılar. Zülmət bir qaranlıq çökdü. Hər kəs bir birini öldürməya başladı. Qaranlıq çəkildiyi zaman yetmiş min insanın öldürüldüyü ortaya çıxdı. Onlardan hər öldürülənin  tövbəsi qəbul edilmiş oldu. Qalanlar da tövbə edilmiş sayıldılar. Ibn Cureyc belə demişdir. Mənə Qasım ibn əbu Əbzə rəvayət etdi ki,  Səid ibn Cubeyr ilə Mucahid “özünüzü öldürün” sözü haqqında belə demişdilər: Bəziləri xəncərləri götürüb qalxdılar, bir birilərini öldürməyə başladılar. Heç kim öz qohumuna  və  ya yada yazığı gəlmirdi. Elə oldu ki, Musa axırda əli ilə paltarını yellədi, onlar da əllərindəkini atdılar. yetmiş min insanın öldüyü aydın oldu.  Allah Musaya bu mənə kifayət edər deyə vəhy etdi.  Bu da Musanın paltarını bayraq kimi yellətməsi ilə oldu. Alidən (radiyallahu anh) da belə dediyi rəvayət edilmişdir. Qatadə belə demişdir: Qövmə dəhşətli  bir əmr verilmişdi, ayağa qalxıb dəhrələrlə bir birilərini al qana boyadılar, bir birilərini öldürdülər. Sonda Allah onların cəzalarını vermiş oldu. Dəhrələr əllərində düşdü. Öldürməyi dayandırdılar. Çünki dirilərin tövbəsi qəbul olmuş, ölüləri isə şəhid sayılmışdılar. Həsən Bəsri belə demişdir: Üstlərinə elə bir zülmət qaranlıq çökmüşdü və onlar bir birilərini öldürdülər. Sonra qaranlıq açıldı, bununla  da tövbələri qəbul oldu.  Suddi də “özünüzü öldürün” sözü haqqında belə demişdir: Ona ibadət edənlər və etməyənlər bir birilərini qılınclar ilə öldürdülər. Hər iki tərəfdən də öldürülənlər şəhid oldular. O qədər çox insan öldürüldü ki, sayı yetmiş minə çatdı. Nəhayət Musa ilə Harun dua etdilər. Rabbimiz, sən İsarailoğullarını həlak etdin, Rəbbimiz qalanları, qalanları… Onlara silahları yerə qoymağı əmr etdi. Tövbələrini qəbul etdi. İki qrupdan da öldürülənlər şəhid oldular. Qalanlar da bağışlandılar. Məhz “O, sizin tövbənizi qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir” deyildiyi də bunu ifadə edir. Zuhri də belə demişdir: İsrail oğulları birbirilərini öldürməklə əmr olunduğu zaman, Musa (aleyhi salam) onlarla idi, qılıclarını götürərək bir birilərinə hücum etdilər. Xəncərlərlə bir birilərini zərbə endirdilər. Sonda xeyli hissəsi yox olduğu zaman: Musa (aleyhi salam) əllərini açaraq qaçanları zərbələrdən qorumağa çaldı. Onlar da : Ey Allahın peyğəmbəri bizim üçün Allaha dua et dedilər. Əllərini onun qollarına dayamışdılar. Xeyli vaxt belə davam etdi, axırda Allah tövbələrini qəbul etdi. Bir birilərinin əllərini tutdular, silahı atdılar. Musa ilə İsrail oğulları öldürülənlərə hüzünləndilər. Allah Musaya vəhy etdi: Niyə hüzünlənirsən? Öldürülənlər diridirlər, mənim qatımda ruzilənirlər. Qalanlarında tövbəsini qəbul etdim, dedi. Musa ilə İsrail oğulları buna sevindilər. Bunu Ibn Cərir yaxşı bir sənədlə rəvayət etmişdir.

Ibn İshaq da belə demişdir: Musa qövmünə geri qayıdıb, buzovu yandırıb külünü dənizə sovurduqdan sonra, qövmündən seçdiyi insanlarla oradan çıxdı. Onları ildırım çaxıb öldürdü. Sonra yenidən dirildildilər. Musa Rəbbindən İsrail oğullarını buzova sitayiş etdiklərinə görə bağışlanmasını istədi. O da özlərini öldürmədikcə xeyr dedi. O Deyir ki, Mənə gəlib çatan rəvayətə görə onlar Musaya : Allahın əmrinə səbir edərik, dedilər. Allah da Musaya Buzova ibadət etməyənlərin edənləri öldürməsini əmr etdi. Meydanlarda oturdular onlara qılınclar verildi. Onları öldürməya başladılar. Musa ağladı, qadınlar və uşaqlar hönkürərək əhf istədilər. Allah tövbələrini qəbul edərək onları əhv etdi. Musa qılıncları saxlamağı buyurdu. Əbdurrəhman ibn Zeyd ibn Əsləm belə demişdir: Musa qövmünə döndüyü zaman, bunlar yetmiş nəfər idilər ki, Harunla bərabər ayrılaraq buzova sitayiş etməmişdilər. Musa onlara Rəbbinizlə görüşə gedin dedi. Onlar da: ya Musa tövbə varmı? Dedilər. O da Bəli dedi, özünüzü öldürün. Bu sizin üçün tövbənizin qəbul edilməsi üçün yaradanınızın qatında daha xeyirlidir, dedi. Onlar qılıncları, nizələri, xəncərləri və bıçaqları çəkdilər. Deyilir ki, Üzrələrinə bir duman çökdü. Birbirilərini əlləri ilə yoxlayəraq öldürürdülər. Biri atasına və qardaşına rast gəlir, bilmədən onu öldürürdü. “Səbr edən qula Allah rəhmət etsi”n deya qışqırışırdılar. Axırda Allah onlardanrazı oldu. Ölüləri şəhid olub, dirilərinin də tövbələri qəbul olundu. Sonra da ravi bu ayəni oxudu. O, sizin tövbənizi qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir”.