Onlara: “Allahın nazil etdiyinə inanın!”– deyildikdə, onlar: “Biz özümüzə nazil edilənə inanırıq”– deyib onun ardınca gələni inkar edirlər. Halbuki onların yanında olanı təsdiqləyən bir həqiqətdir. De: “Əgər siz inanan idinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?”

Allah Təala  deyir  ki,  “ Onlara  deyildikdə”  yəni  yəhudilərə  və  onlar  kimi  əhli  kitaba ,  “Allahın  nazil  etdiyinə inanın”  Muhamməd  səlləllahu  aleyhi  və  səlləmə  iman  edin,  onu  təsdiq  edin  və  ona  tabe  olun  deyildiyi  zaman  “Biz özümüzə nazil edilənə inanırıq, deyirlər”: yəni  bizə  endirilən  Tövrat  və  İncilə  iman  etmək  bizə  kifayət  edər,  biz  ancaq  bunları  iqrar  edirik  deyirlər. Onun ardınca gələni inkar edirlər Halbuki (Quran) onların yanında olanı təsdiqləyan bir həqiqətdir «yəni onları Məhəmməd sallailahu aleyhi və səlləmə nazil edilənin haqq olduğunu bilirlər.  “Musaddiqən limə məəhum”  ayəsi qrammatik olaraq təsirlik haldadır. yəni yanlarındakı Tövrat və İncili təsdiq vəziyyətində deməkdir, beləcə əleyhlərinə dəlil  getirilmiştir. Necə k Allah Təala belə demişdir: “Kitab verdiyimiz şəxslər onu (RasulAllahı (səlləllahu aleyhi və səlləm) öz oğullarını tanıdıqları kimi tanıyırlar.”  (Bəqərə: 146), Sonra da belə demişdir: “Əgər möminsinizsə Allahın peyğəmbərlərini nə üçün öldürürsünüz?” yəni əgər sizə nazil edilənə iman etmə  iddianızda  doğrusunuzsa, əllərinizdəki  Tövratı təsdiq edən, onunla hökm verən və   onun hökmünü ləğv etməyən peyğəmbərləri nə üçün öldürdünüz? Halbuki onların doğru  olduqlarını bilirsiniz. Onlaraqarşı həddi aşaraq, həsəd və inad edərək, Allah-ın elçilərinə qarşı təkəbbürlük göstərərək onları öldürdünüz. Bu vəziyyətdə siz yalnız istək, zənn və şəhvətlərinizətabe olursunuz. Necə ki, belə demişdir: “Məgər hər dəfə sizə göndərilən elçi ürəyinizə yatmayən bir şey gətirəndə siz təkəbbür göstərmədinizmi? Onların bir qismini yalançı hesab edib, bir qismini də öldürmədinizmi?” (Bəqərə: 87). Suddi də: Allah Təala “Əgər möminsinizsə,  əvvəl Allahın  elçilərini nə üçün öldürürsünüz?” deyarək onların ayıblarını  üzə  çıxarmışdır, demişdir.

Əbu Cəfər İbn Cərir belə demişdir: Ey Muhəmməd, İsrail oğulları yəhudilərinə, Allahın nazil etdiyinə iman edin, dediyin zaman: Biz ancaq bizə  endirilənə  iman edirik, dediklərivaxt: Əgər Allahın nazil etdiyinə iman edirsinizsə, ey  yəhudilər,  Allahın peyğəmbərlərini nə üçün  öldürürsünüz?, halbuki,sizə nazil etdiyi kitabda  onlarıöldürməyi harambuyurmuşdu. Bunun  əksinəolaraqonlara tabe olmanızı, onlara itaət etmənizi və onları təsdiq etmənizi sizə əmr etmişdi. Bu da, oların “biz nazil edilənə iman edirik”sözlərinin yalan olmasının  Allah-tərəfindənifşasıdır.

Musa sizə açıq-aydın dəlillər gətirmişdi” : yəni Allahın  Rəsulu  olduğu və Ondan başqaibadətə  layiq  olan  heç birilah olmadığını  göstərən açıq və qəti dəlillərlə gəlmişdi. Açıq möcüzələr də bunlardır:  tufan, çəyirtkə,böcək,  qurbağa,  qan,  əsa,  əl, dənizin yarılması,buludla  kölgələnmə,  mənna, səlva, daşvə gördükləri daha bir çox möcüzələr. “buzova sitayiş etdiniz” yəni Musanın  sağlığında  Allah-dan başqa məbud  qəbul etdiniz, “O getdikdən sonra”yəni Əziz və Cəlil olan Allahilə  danışmaq  üçün  Tur  dağına getməsindən sonra deməkdir. Necə ki,  AllahTəala  belə  demişdir: “Musanın ardınca qövmü öz zinət əşyalarındanböyürən bir buzov heykəli düzəltdilər”. (Əraf: 148).Zülmedərək” yəni Allah-dan başqa  ibadətə  layiq  olan  İlah  olmadığını  bildiyiniz halda, buzova ibadət etmə hərəkətinizləsizlər zalımlardan oldunuz. Necə ki, Allah Subhanə Təalabelə buyurmuşdur : “Onların əlləri yanlarına düşdükdə (tutduqları işə görə peşman olduqda) və haqq yoldan azdıqlarını gördükdə: «Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, əlbəttə, ziyana uğrayənlardan olarıq»– dedilər” (Əraf, 149).