Sən onların dininə tabe olmayınca, nə yəhudilər, nə də xaçpərəstlər səndən razı qalmayacaqlar. De: “Yalnız Allahın haqq yolu doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan nə bir qoruyan, nə də bir xilas edən olar.

İbn Cərir belə demişdir: Allah Təala: “Sən onların dininə tabe olmayınca, nə yəhudilər, nə də xaçpərəstlər səndən razı qalmayəcaqlar.” Ayəsində belə demək istəmişdir: ya Muhamməd nə yəhudilər nə xristianlar səndən əsla razı olmazlar, onları razı edəcək və onlara müvafiq olan şeyi axtarmaqdansa,onları Allahın sənin vasitənlə göndərdiyi haqqa dəvət edərkən Allahın razılığını axtar.

De: ‘yalnız Allahın haqq yolu doğru yoldur!’yəni ey Muhamməd de ki,. Allahın mənimlə göndərdi hidayət, doğru yolun özüdürki var. yəni o düzgün, salamat, mükəmməl və geniş dindir. Qatadə də “De: ‘yalnız Allahın haqq yolu doğru yoldur!’ayəsi haqqında belədemişdir. Bu Allahın Muhamməd (salləllahu aleyhi və səlləm) ilə əshabına öyrətdiyi zəlalət əhli ilə  çəkişmə üslubudur. Qatadə belə demişdir: Bizə nəql edildiyinə görə Rəsulullah (salləllahu aleyhi və səlləm) belə deyərdi: Ümmətimdən bir qrup qiyamətə qədər davam edəcək.Bunlar haqq üçün döyüşərlər və qalib gələrlər. Allahın əmri gəlincəya qədər müxalifləri onlara zərər verə bilməzlər. Mən də deyirəm ki bu hədis Səhihdə Abdullah İbn Amrdan təxric edilmişdir.

“Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan nə bir dost, nə də bir köməkçi olar.” Bunda ümmət üçün Quranı və sünnəti bildikdən sonra yəhudi və Xristianların yollarınatabe olmaqda böyük təhdid və əzab xəbərdarlığı vardır. Bundan Allaha sığınırıq. Çünki peyğəmbərə edilən xitab və əmr onun ümmətinədir. Fiqh alimlərindən çoxu  Sən onların dininətabe olmayınca,ayəsini “din” kəliməsinin təklikdə olduğuna görə küfrün tək bir din olduğuna dəlil gətirmişdirlər. Necə ki, Sizin dininiz sizə, mənim dinim də mənədir!’ (Kafirun, 6) ayəsi də belədir. Buna görə də müsəlmanlarla kafirlər miraslaşa bilməzlər. Ama kafirlərdən hər biri öz yaxınına mirasçı olar, istər öz dinindən olsun istər olmasın.  Çünki onlar tək dindədirlər. Bu da Şəfi ilə əbu Hənifənin və bir rəvayətə görə Əhmədin məzhəbidir. Əhməd digər rəvayətdə imam Malik kimi ayrı iki dindən olanlar bir birinə mirasçı ola bilməzlər, demişdir. Necə ki, hədisdə də belə deyilmişdi. Allah ən doğrusunu biləndir.

“Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar.” Əbdürrəzzaq Mamərdən rəvayət etmişdir ki Qatadə: “Onlar yəhudilər və xristianlardır”, demişdir. Bu da Əbdürrəhman İbn Zeyd İbn Əsləmin rəyidir. İbn Cərir də bunu üstün hesab etmişdir.  Səid rəvayət etmişdir ki, Qatadə: Onlar Rəsulullah (salləllahu aleyhi və səlləm)in əshabıdır, demişdir. İbn Əbi Hatim də belə demişdir. Bizə atam o da , İbrahim İbn Musadan o da  Abdullah İbn İmran İsfəhanidən o da  yəhya İbn yamandan o da Üsamə İbn Zeyddən o da atasından xəbər verdi ki, Ömər İbn Xəttab dedi ki,  “onu layiqincə oxuyurlar” — yəni cənnət ayəsinə gəldikləri zaman Allahdan cənnət istər, cəhənnəm ayəsi gəldikdə isə ondan Allaha sığınardılar. Əbu Aliyədən rəvayət edilir ki, İbn Məsud belə demişdir: Ruhumu əlində  tutan Allaha and içirəm ki, onu layiqincə oxumaq — halalını halal bilmək, haramını haram bilmək və onu Allahın endirdiyi kimi oxumaqdır. Onun bir hərfinin yerini dəyişdirməz və ondan heç bir şeyi layiq olmadığı şəkildə təvil etməz. Abdurrazzak da Qatadədən, o da Mansur İbn Mutəmirdən o da İbn Məsuddan eynisini rəvayət etmişdir. Suddi də Əbu Malikdən, İbn Abbasın bu ayə haqında belə dediyinirəvayət etmişdir: Halalını halal bilirlər, haramını haram bilirlər, bir hərfini belə yerindən dəyişdirməzlər. İbn Əbi Hatim belə demişdir ki: İbn Məsuddan eynisi rəvayət edilmişdir.

Həsən Bəsri belə demişdir: Möhkəmi ilə əməl edər, mütəşabehlərinə  iman edərlər. Müşkülünü də bilənlərinə həvalə edərlər. İbn Əbi Hatim belə demişdir: Bizə Əbu Zura, o da İbrahim İbn Musadan, o da İbn Əbi Zaidədən, o da Davud İbn Əbi Hinddən, o da İkrimədən rəvayət etdi ki, İbn Abbas “onu layiqincə oxuyarlar” ayəsi haqqında Ona tələb edilən şəkildə tabe olarlar, demiş və sonra “ Vəl Qaməri izə Talahə” (Şəms, 2) ayəsini oxumuşdur ki, bu da  “Günəşə tabe olan Ayə andolsun” deməkdir. İkrimə, Ata, Mucahid, Əbu Razin və İbrahim Nəxaidən də eynisini rəvayət edilmişdir.

Sufyan Sevri belə demişdir. Bizə Zəbid o da Mürrədən xəbər verdi ki, Abdullah İbn Məsud bu ayə haqqında Ona layiqincə tabe olurlar demişdir. Qurtubi də belə demişdir: Nasr İbn İsa Malikdən, o da Nafidən, o da İbn Ömərdən rəvayət edir ki, Rəsulullahsalləllahualeyhi və səlləm bu ayə haqqında, “Ona layiqincə tabe olurlar” demişdir. Sonra da (Qurtubi) Xatibin dediyi kimi  isnadında bir çox bilinməyan kimsələr vardır, ancaq mənası doğrudur demişdir. Əbu Musa əl Əşari də belə demişdir. Kim Qurana tabe olarsa o O onu cənnət baxçalarına aparıb çıxarar. Ömər İbn Xəttabdan: Onlar elə kimsələrdir ki, Rəhmət ayələrinə rast gəldikləri zaman Allahdan onu istəyar, əzab ayələrinə rastlaşdıqları zaman da ondan Allaha sığınarlar. Belə demişdir: Bu məna Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) rəvayət edilmişdir: Rəhmət ayəsinə gəldiyi zaman onu istəyar, əzab ayəsinə gəldiyi zamanda ondan Allaha sığınardı.

Onlar ona iman gətirənlərdir” ayəsi “Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar” ayəsindən xəbər verir. yəni Əhli Kitabdan kim keçmiş peyğəmbərlərə endirilən kitabı haqqı ilə yerinə yetirirsə ey Muhamməd sənə endirilənə də iman etmiş olar. Necə ki, Allah Təala belə demişdir. “Əgər onlar Tövrata, İncilə və Rəbbindən özlərinə nazil edilənə düzgün əməl etsəydilər, onlar başları üstün-də və ayəqları altında (olan nemətlərdən) yeyardilər” (Maidə, 66)  “De: ‘Ey kitab əhli! Tövrata, İncil və Rəbbiniz tərəfindən sizə nazil edilmiş olana düzgün əməl etmədikcə, siz  heç bir şey üzərində deyilsiniz”  (Maidə, 68),  yəni onların tələbinilayiqincə tətbiq etsəniz, onlara layiqincə iman gətirsəniz,  onların içində olan Muhammədin (salləllahu aleyhi və səlləm) göndərilişitərifi, vəsfi, onun haqqında gələn xəbərləri təsdiq etsəniz, ona tabe olma, kömək etmə və dəstəkləmə məsələsinsə əmrə tabe olsanızbu sizi həm həm haqqa çatdırar həm də dünya və axirətdə xeyirə aparar. Necə ki, Allah təala belə demişdir: “O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. (Əraf, 157) Və Allah Təala belə demişdir: “De: ‘İstər ona inanın, istərsə də inanmayın. Doğrudan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə, oxunduğu zaman üzüstə səcdəya qapanır və: ‘Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir!’– deyirlər. (İsra, 107-108) yəni Muhamməd (salləllahu aleyhi və səlləm) ilə əlaqədar vədi gerçəkdir, deyarlər. Allah Təala belə demişdir: “Əvvəl özlərinə Kitab verdiyimiz kəslər ona iman gətirirlər. Onlara oxunduğu zaman: ‘Biz ona iman gətirdik. O, həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik!’– deyirlər. Səbr etdiklərinə görə onlara mükafatları ikiqat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən xərcləyirlər” (Qəsas, 52-54). Və belə demişdir: “Kitab verilənlərə və savadsızlara isə de: ‘Siz də təslim oldunuzmu?’ Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Allah qullarını görür” (Ali İmran, 20).

Buna görə də Allah təala belə demişdir: “Onu inkar edənlər isə ziyana uğrayənlardır.BuOnu inkar edən firqələrin vəd olunduğu yer oddur” (Hud, 17) ayəsi kimidir. Səhihdə də belə gəlmişdir: Nəfsim əlində olan Allaha and içirəm ki, yəhudi və ya xristian bir ümmətdən məni kim eşitsə və sonra da mənə iman etməsə mütləq  cəhənnəmə girər.