Muhəmməd İbn İshaq demişdir: mənə Muhəmməd İbn Əbi Muhəmməd, o da Səid İbn Cubeyrdən və yaxud İkrimədən, o da İbn Abbasdan nəql etdi ki, Abdullah İbn Surya əl-Əvar, Rəsulullaha (salləllahu aleyhi və səlləm): “Doğru yol ancaq bizim yolumuzdur, ey Muhəmməd. Bizə tabe olsan doğru yolu tapasan” — dedi. Xaçpərəstlər də eyni şeyi söylədilər. Buna görə əziz və cəlil olan Allah “yəhudi və xaçpərəst olun ki, doğru yola yönələsiniz” ayəsini nazil etdi.
“De: Əksinə, (biz) hənif İbrahimin dinindəyik.” yəni, biz sizin dəvət etdiyiniz yəhudilik və xaçpərəstliyi istəmirik, əksinə biz “hənif İbrahimin dinindəyik” ona tabe oluruq. Hənif, doğru olan deməkdir. Bunu Muhəmməd İbn Kəb Əl-Qurazi ilə İsa İbn Cariyademişdilər. Xasif də Mucahiddən: Hənif “İxlaslı” mənasındadır, dediyini rəvayət etmişdir. Əli İbn Əbi Talha da İbn Abbasdan nəql edərək: Hənif “Həcc edəndir” demişdir. Həsən, Dahhək, Atiyyə və Suddidən də belə rəvayət edilmişdir. Əbu Aliyə: “Hənif, namaz qılarkən Kəbəya yönələn və imkan olduğu zaman həcc edəndir”- demişdir. Mucahid ilə Rəbi İbn Ənəs: “Hənif, tabe olandır”-demişdilər. Əbu Qılabə: Hənif,başlanğıcdan sona qədər bütün Peyğəmbərlərə iman edəndir”- demişdir. Qatadə də belə demişdir: Həniflik, Allahdan başqa ilah olmadığına şəhadət gətirməkdir. Buna anaların, qızların, xalaların,bibilərin və Allahın haram etdiy digər şeylərin qadağan olunması və sünnət də daxildir.