Allah Təala deyir: “Əgər …iman gətirsələr” yəni, əhli kitab və digər kafirlər,“sizin iman gətirdiyiniz kimi iman gətirsələr”, ey möminlər, onlar Allahın bütün kitablarına və Peyğəmbərlərinə iman etsələr və Peyğəmbərlər arasında ayrı-seçkilik etməsələr“doğru yola yönəlmiş olarlar”yəni, haqqı tapar və ona doğru yönələrlər. “Əgər üz döndərsələr” yəni, əleyhlərinə bu qədər dəlil gətirildiyi halda haqdan üz çevirib batilə yönələrlərsə “mütləq ixtilafa düşmüş olarlar”. “Onlardan (qorunmaq üçün) Allah sənə kifayət edər” yəni, onlara qarşı Allah sənə kifayət edəcək və zəfər nəsib edəcək. O, Eşidəndir, Biləndir!
İbn Əbi Hatim demişdir: Mənə yunus İbn Əbdul-Alə oxudu ki, İbn Vahb, o da Ziyad İbn yunusdan xəbər verdi ki, Nafi İbn Əbu Nuaym dedi: Bir xəlifə mənə Osman İbn Əffanın mushafını göndərdi. Bərpa etməmi istəyirdi. Ziyad dedi ki, ona: “İnsanlar o öldürülərkən, mushafı qucağında idi və qan “Onlardan Allah sənə kifayət edər. O, Eşidəndir, Biləndir!” yazsısının üstünə düşdü, deyirlər”- dedim. Nafi də: “Mən bu ayənin üzərindəki qanı gözlərimlə gördüm, köhnəlmişdi”- dedi.
“Allahın boyası” Dəhhakdan rəvayət edilir ki, İbn Abbas: “Bu, Allahın dini deməkdir” söyləmişdir. Mucahid, Əbu-Aliyə, İkrimə, İbrahim, Həsən, Qatadə, Dəhhak, Abdullah İbn Kəsir, Atiyyə əl-Avfi, Rəbi İbn Ənəs və Suddidən də eynisi rəvayət edilmişdir. “Sibğə” sözübəzən təhrik mənasında olaraq təsirlik hala düşmüşdür, məsələn “FıtratAllah” (Rum, 30) kəlamı kimi, mənası “ondan möhkəm tutun, buraxmayın” deməkdir. Bəziləri də “Millətə İbrahimə” “(Ənam 161) kəlamına əvəz olaraq təsirlik haldadır,demişdilər. Sibaveyh isədemişdir: O, “Əmənnə Billəhi”(Bəqərə 136) kəlamı səbəbilə təsirlik hala düşmüş təkidli məsdərdir. Necə ki, “vəbudullahə”(Nisə 36) kəlamında da belədir.
Bir hədisdə belə gəlmişdir: İbn Əbi Hatim ilə İbn Mərdəveyh Əşas İbn İshaqdan, o da Cəfər İbn əbil-Muğiradan, o da Səid İbn Cubeyrdən, o da İbn Abbasdan rəvayət etmişdirlər ki, Peyğəmbər salləllahu aleyhi vəsəlləm buyurmuşdu: İsrailoğulları: “Ey Musa sənin Rəbbin boyayərmı?” — dedilər. O da: “Allahdan qorxun”– dedi. Rəbbi də ona:”Ey Musa, onlar səndən “Sənin Rəbbin boyayərmı?”deya soruşdular, sən də: “Bəli” de. Mən qırmızıya, ağa və qarayə boyayəram. Bütün rənglər mənim boyamdandır, de.” Allah Peyğəmbərinə “Allahın boyası, boyası Allahdan daha gözəl olan kimdir?”ayəsini endirdi.İbn Mərdəveyh rəvayətində bu hədis mərfu olaraq gəlmişdir. İbn Əbi Hatimin rəvayətində isə, məvquf olaraq gəlmişdir. Əgər sənədi səhihdirsə, o buna (məvqufa)daha çox oxşayır. Allah ən doğrusunu biləndir.