Allah Təala Peyğəmbərinə (salləllahu aleyhi və səlləm), müşriklərlə mübahisəni dayəndırmasını göstəriş verərək deyir:De: ‘Allah barəsində bizimlə mübahisəmi edirsiniz?yəni, Allahın tövhidi, Ona ixlaslı olmaq, itaət etmək, əmrini yerinə yetirmək və qadağalarından çəkindirmək mövzularında bizimlə mübahisəmi edirsiniz? O, bizim də Rəbbimiz, sizin də Rəbbinizdir!Biz və siz onun mülküyyatindəyik. İxlasla ibadət edilmək Onun haqqıdır. O təkdir, şəriki yoxdur.
Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir.yəni, biz sizdən uzağıq, siz də bizdən uzaqsınız. Necə ki, başqa ayələrdə də buyurmuşdur: “Əgər səni yalançı hesab etsələr, de: ‘Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Siz mənim etdiyim əməldən uzaqsınız, mən də sizin etdiyiniz əməllərdən uzağam” (Yunus, 41); Əgər onlar səninlə mübahisə edərlərsə, de: ‘Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm!’ (Ali-İmran, 20); Allah təalə İbrahim barədə xəbər verərək buyurdu: “Qövmü onunla höcətləşdi. O dedi:… siz Onun barəsində mənimlə höcətləşirsiniz?” (Ənam, 80); “İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsin( əhvalatını) bilmirsənmi?” (Bəqərə, 258).
Bu ayədə isə Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir, demişdir. yəni, biz sizdən uzağıq, siz də bizdən uzaqsınız. Biz Ona sadiq olanlarıq!’ yəni,ibadətdə və Ona yönəlmədə sadiq olanlarıq, deməkdir.
Sonra Allah Təala onların İbrahim və ondan sonra zikredilən Peyğəmbərlərlə əsabatın, öz millətlərindən yəni, yəhudi və ya xristianlardan olma iddialarını rədd edərək‘Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?’ dedi. yəni, Allah ən doğrusunu biləndir, deməkdir. Onların nə yəhudi nə də xristian olmadıqlarını xəbər verdi. Necə ki, başqa ayədə buyurmuşdur: “İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif bir müsəlman idi və müşriklərdən deyildi” (Ali imran, 67).
Allahın onlara nazil etdiyi şəhadəti gizlədən kimsələrdən daha zalım kim ola bilər?Həsən Bəsri demişdir: Onlar özlərinə gələn Allahın kitabında,Allah qatında dinin İslam olduğunu, Muhammədin də Allahın Rəsulu olduğunu, İbrahim, İsmayıl, İshaq, yaqub və Əsbatın, yəhudilik və xristianlıqdan uzaq olduqlarını oxuyardılar. Allah da buna şahidlik etmişdir. Öz aralarında bunu təsdiq də edərdilər. Məhz bu şahidliyi onlar gizlədirdilər. Allah sizin etdiklərinizdən xəbərsiz deyildir.Bu da təhdid və dəhşətli xəbərdarlıqdır. yəni, onun elmi sizin elminizi əhatə etmişdir və sizi buna görə cəzalandıracaqdır. Sonra da Allah Təala dedi:
Onlar bir ümmət idi ki, gəlib getdi. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-sual olunmayəcaqsınız.
yəni, onlara tabe olmadan sırf onlara mənsub olmanız sizə bir fayda verməz. Onlar kimi Allahın əmrlərinə itaət etmədikcə, müjdələyan və çəkindirən olaraq göndərilən Peyğəmbərlərə tabe olmadıqca, onlara sadəcə mənsub olmanıza aldanmayın. Çünki bir Peyğəmbəri, xüsusi ilə də nəbilərin başçısı və rəsulların sonuncusunu inkar edən bütün Peyğəmbərləri inkar etmiş olar. O, aləmlərin Rəbbi tərəfindən onun qarşısında məsuliyyat daşıyan bütün insanlara və cinlərə göndərilmişdir. Allahın salavatı və salamı onun və digər Peyğəmbərlərin hamısının üzərinə olsun.