Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə vacib edildi. Azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından! Əgər qardaşı tərəfindən bir şeylə əfv edilsə, onda insafla davranmalı və ona müvafiq qaydada ödənilməlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və mərhəmətdir. Bundan sonra kim həddi aşsa, onun üçün üzücü bir əzab vardır.

 

Allah Təala buyurur: Ey möminlər, qisas alarkən ədalətli olmaq sizə vacib edildi: azad olanınıza azad olanınız ilə, kölənizə kölənizlə, qadınınıza qadınınızla qisas alın. Sizdən əvvəlkilər bunu etdiyi kimi bundan kənara çıxmayın və həddinizi aşmayın. Onlar Allahın hökmlərini barələrində dəyişdilər. Buna səbəb Qureyz və Nədir oğullarıdır. Nadir oğulları cahilliya dönəmində Qureyzə hücum edib qalib gəlmişdir. Nadir oğullarından biri Qureyzlidən birini öldürdükdə bunun qarşılığında öldürülməz, yalnız yüz vəsəq (1 vəsəq təqribi 180 kq) xurma ilə qanbahası ödəyardi. Qureyzlilərdən biri Nadir oğullarından kimisə öldürdükdə, əvəzində öldürülərək qisas alınırdı. Qanbahası veriləndə isə, Qureyzli iki qat artıq yəni, iki yüz vəsəq xurma ödəyardi. Buna görə də Allah Təala qisas alarkən ədalətli olmağı əmr etdi. Fəsad yayənların və təhrif edənlərin, Allahın hökmünə müxalif olub küfr və həddini aşanların yolu ilə getməməyi əmr etdi. Allah Təala buyurur: “Öldürülənlərə görə qisas almaq sizə vacib edildi. Azad kəsə görə azad olandan, köləya görə kölədən, qadına görə qadından”.

Bu ayənin nazil olma səbəbində imam Əbu Muhəmməd İbn Əbu Hatimin rəvayəti zikr olunur. O demişdir: Bizə Əbu Zura, o da yəhya İbn Abdullah İbn Bukeyrdən, o da Abdullah İbn Ləhiədən, o da Əta İbn Dinardan, o da Səid İbn Cubeyrdən onun “Öldürülənlərə görə qisas almaq sizə vacib edildi” ayəsi barəsində bu cür dediyini rəvayət etmişdir: Qəsdən öldürərsə, azad kəsə azad olandan qisas almaq əmr olundu. Çünki İslamdan az öncə cahilliya dövründə iki ərəb qəbiləsi arasında döyüş oldu. Nəticədə ölən və yaralananlar oldu. Hətta kölə və qadınları öldürüldü. Qarşılıqlı intiqam almadan müsəlman oldular. Qəbilələrin biri digərindən sayda və malda üstün olmasını iddia edərək, bir köləya qarşı bir azad insanı və bir qadına qarşı bir kişini öldürənə qədər razı qalmayəcaqlarına söz verdilər. Onlara görə  “Azad kəsə görə azad olandan, köləya görə kölədən, qadına görə qadından” ayəsi nazil oldu. Bu ayənin nəsx olan hissəsi var. Onu “cana can” (Maidə,45) ayəsi nəsx etmişdir.

Əli İbn Əbu Talha, İbn Abbasın “qadına görə qadından” ayəsi haqqında bu cür dediyini rəvayət etmişdir: Onlar qadının qarşılığında kişini öldürməzdilər. Kişinin qarşılığında kişini və qadının qarşılığında qadını öldürərdilər. Bu səbəbdən də Allah: “Cana can, gözə göz” ayəsini endirdi. Azad insanların arasında bilərəkdən öldürülənlərin və yaralananların qisasını bərabər etdi. Kişilərlə qadınların arasında can və cana zərər məsələsində fərq qoyulmadı. Kölələrin də arasında öldürülənlərin və yaralananların qisasını bərabər etdi. Kişilərlə qadınların arasında can və cana zərər məsələsində fərq qoyulmadı.

Əbu Malikdən də bunun “cana canla” (Maidə, 45) ayəsi ilə nəsx edildiyi rəvayət edilmişdir.

Məsələ: Əbu Hənifə  kölənin qarşılığında azad insanın öldürüləcəyini rəy olaraq söyləmişdir. Çünki Maidə surəsindəki ayə ümumidir. Sufyan Sovri, İbn Əbu Leylə və Davud da bu cürdemişdilər. Həmçinin bu Əli, İbn Məsud, Səid İbn Müsəyyab, İbrahim Nəxai, Qatadə və Həkəmdən də rəvayət edilmişdir. Buxari, Əli İbn Mədini, İbrahim Nəxai və Sufyan Sovri ondan nəql edilən bir rəvayətdə də: Sahibi köləsinin qarşılığında öldürülür, deyiblər. Çünki Həsənin Səmurədən rəvayət etdiyi hədis ümumidir: “Kim köləsini öldürərsə onu öldürərik, burnunu kəsərsə biz də onun burnunu kəsərik, axtalayərsa biz də onu axtalayərıq.” Cumhur alimlər buna etiraz edərək: kölənin əvəzinə azad olan öldürülməz, deyirlər. Çünki kölə əşya sayılır. Əgər təsadüfən öldürülərsə qanbahası ödənilmir. yalnız dəyari vacib sayılır. Gözü çıxarılarsa qisası alınmırsa, can məsələsi bundan daha önəmlidir.

Cumhur, kafirin qarşılığında müsəlman öldürülməz rəyindədir. Çünki Buxaridə Əlidən rəvayət edilən hədisdə Rəsulullah (salləllahu aleyhi və səlləm)demişdir: “Kafirə görə müsəlman öldürülməz.” Buna qarşı səhih bir hədis və yozum yoxdur. Əbu Hənifə isə Maidə surəsindəki ayənin ümumi olmasından ötrü bucür demişdir.

Məsələ: Həsən ilə Əta demişlər: Bu ayəyə görə qadının qarşılığında kişi öldürülməz. Cumhur alimləri bu məsələya etiraz olaraq Maidə surəsinin ayəsinə və Rəsulullahin ((salləllahu aleyhi və səlləm)in)  “Müsəlmanların qanı eynidir” hədisinə əsaslanmışlar. Leys demişdir: Kişi arvadını öldürərsə bunun əvəzində xüsusi olaraq kişi öldürülməz.

Məsələ: Dörd imamın və Cumhurun rəyinə əsasən bir kişinin qarşılığında toplum qatillər öldürülür. Ömər bir xidmətçinin qanbahası olaraq 7 nəfəri öldürmüşdü və: Əgər Sana camaatı birləşib onu öldürsəydi, onları öldürərdim, demişdir. O zaman buna etiraz edən səhabə olmadığından o icma rəyi kimi hesab edilir.

İmam Əhməddən bu mövzuda bir rəvayət vardır: Bir nəfərin qarşılığında toplum öldürülməz. Bir canın qarşılığı olaraq yalnız bir can alınar. Bunu İbn Munzir Muazdan, İbn Zubeyrdən, Abdulməlik İbn Mərvandan, Zuhridən, İbn Sirindən, Həbib İbn Əbu Sabitdən rəvayət etmişdir. Sonra İbn Munzir demişdir: Bu daha doğrudur. Toplumu öldürənin dəlili yoxdur. İbn Zubeyrdən bu dediyimiz sabitdir. Səhabələr arasında fikir ayrılığı olanda bunun yolu məsələya şübhəli yanaşmaqdır.

Əgər qardaşı tərəfindən bir şeylə əfv edilsə, onda insafla davranmalı və ona müvafiq qaydada ödənilməlidir”: Bağışlamaq — bilərəkdən öldürülənin qarşılığında qanbahasını qəbul etməkdir. Əbu Aliyə, Əbuş-Şasə, Mucahid, Səid İbn Cubeyr, Əta, Həsən, Qatadə və Muqatil İbn Həyyandan da bu cür rəvayət edilmişdir.

Dəhhak İbn Abbasdan “Əgər qardaşı tərəfindən bir şeylə əfv edilsə” ayə barəsində: yəni, kim qardaşından qan tökmə haqq olduqdan sonra qanbahasını qəbul edərsə, o qardaşını bağışlamış olar. “Onda insafla davranmalı”: Qan əvəzinə qanbahasını qəbul edərkən insafla davranmalı və “ona müvafiq qaydada ödənilməlidir ”yəni, qatil tərəfdən zərər vermədən və gecikdirmədən.

Hakim, Sufyandan, o da Amrdan, o da Mucahiddən, İbn Abbasın bu cür dediyini rəvayət etmişdir: yəni, öldürülənin vəlisinə gözəl şəkildə ödənilər. Səid İbn Cubeyr, Əbuş-Şasə, Cabir İbn Zeyd,  Mucahid, Həsən, Qatadə, Əta Əl-Xorasani, Rəbi İbn Ənəs, Suddi və Muqatil İbn Həyyan da bunu demişlər.

Məsələ: İmam Məlik — Allah ona rəhm etsin — İbn Qasimin ondan danışdığı məşhur bir rəvayətdə, Əbu Hənifə və tərəfdarları, imam Şəfii və iki rəyinin birində də Əhməd belə demişlər: “Ölənin vəlisi, qatilin razılığı olmadan, ondan gələcəkdə qanbahasını almaq şərti ilə onu bağışlayə bilməz.” Qalanları, razı olmasa da edə bilər, demişlər. Sələfdən bir toplum: qadınların bağışlama haqqı yoxdur, demişlər. Həsən, Qatadə, Zuhri, İbn Subrumə, Leys və Əuzai onlardandır. Qalanları isə buna etiraz edirdilər.

Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və mərhəmətdir”: Allah Təala deyir ki: Sizə bilərəkdən etdikdə qanbahası yazılması, sizdən əvvəlkilərlə müqayisədə Allah tərəfdən yüngülləşdirmə və mərhəmətdir. Çünki onlara yalnız  öldürmək yaxud bağışlamaq əmr olunmuşdur. Necə ki, Səid İbn Mənsur demişdir: Bizə Sufyan, o da Amr İbn Dinardan, o da Mucahiddən, İbn Abbasın bu cür dediyini rəvayət etmişdir: Allah İsrail oğullarına öldürülmə hallarında qisası əmr etdi, onlarda bağışlama yoxdur. Allah bu ümmətə dedi: “Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə vacib edildi. Azad kəsə görə azad olandan, köləya görə kölədən, qadına görə qadından. Əgər qardaşı tərəfindən bir şeylə əfv edilsə, onda insafla davranmalı və ona müvafiq qaydada ödənilməlidir”. Bağışlanma, qəsdən öldürülmədə qanbahasını qəbul etməkdir.

Onda insafla davranmalı və ona müvafiq qaydada ödənilməlidir” Bunu Amrdan birdən çox adam rəvayət etmişdir. Onu İbn Hibban “Səhih” əsərində Amr İbn Dinardan rəvayət etmişdir. Bir toplum onu Mucahiddən o da İbn Abbasdan bu şəkildə rəvayət etmişdir. (Buxari və Ən-Nəsai İbn Abbasdan rəvayət etmişlər).

Qatadə “Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və mərhəmətdir” ayəsinə: Allah bu ümmətə rəhmət etdi və onlardan əvvəlkilərdən heç kəsə halal etmədiyi qanbahasını yedirtdi. Tövrat əhlində qisas və yaxud bağışlama vardır, qanbahası yoxdur. İncil əhlində yalnız bağışlama vardır. Onlara belə əmr edilmişdi. Bu ümmətə isə qisas, qanbahası və bağışlama verildi. Səid İbn Cubeyr, Muqatil İbn Həyyan, Rəbi İbn Ənəs də bu cür rəvayət etmişlər.

Bundan sonra kim həddi aşsa, onun üçün üzücü bir əzab vardır”: Allah Təala deyir ki, kim qanbahasını qəbul etdikdən sonra qatili öldürərsə onun üçün Allahdan üzücü bir əzab vardır. İbn Abbas, Mucahid, Əta, İkrimə, Həsən, Qatadə, Rəbi İbn Ənəs, Suddi və Muqatil İbn Həyyan: bu qanbahası aldıqdan sonra öldürəndir, demişlər. Necə ki, Muhəmməd İbn İshaq demişdir: Bizə Haris İbn Fudeyl, o da Sufyan İbn Əbu Əvcədən, o da Əbu Şureyh Əl-Xuzaidən, Rəsulullahın (salləllahu aleyhi və səlləm)bucür dediyini rəvayət etmişdir: “Kim yaralanar və yaxud bədənin bir üzvü kəsilərsə üç seçimi var: Qisas edər,  bağışlayər yaxud qanbahası alar. Dördüncüsünü istəsə onun əlindən tutun. Kim bundan sonra həddi aşarsa onun üçün əbədi cəhənnəm vardır.” Əhməd rəvayət etmişdir.

Səid İbn Ərubə Qatadədən, o da Həsəndən, o da Səmurədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm)belə dediyini rəvayət etmişdir: “Qanbahası aldıqdan sonra öldürəni bağışlamaram.” yəni, ondan qanbahası qəbul etmərəm, onu öldürərəm.

Qisasda sizin üçün həyat vardır”: Alla Təala deyir ki, qisası sizə əmr etməkdə həyat vardır. O da qatili öldürməkdir ki, bunda canların qorunub saxlanılması kimi böyük bir hikmət var. Çünki qatil öldürüləcəyini bilsə öldürməkdən çəkinər. Bunda canlar üçün xilas vardır. Qədim Kitablarda qeyd edilən “öldürmək ölümü azaldar” ifadəsi Qurani Kərimdə daha doğru, düzgün və dəqiq öz əksini tapmışdır: “Qisasda sizin üçün həyat vardır “  Əbu Əliya bu ayə haqqında: “Sizlərdən öldürmək istəyanlər var ki, ölüm qorxusu onları bu əməldən çəkindirir”-demişdir. Mucahid, Səid İbn Cubeyr, Əbu Malik, Həsən, Qatadə, Rəbi İbn Ənəs və Muqatil İbn Həyyandan da bu cür rəvayət edilmişdir.

“Ey ağıl sahibləri! Bəlkə ”: Allah buyurur: Ey ağıl və düşüncə sahibləribəlkə çəkinib, günahları və Allahın haram buyurduqlarını tərk edəsiz. Burada keçən təqva ümumilik bildirən isimdir və o, itaətlər sayılan əməlləri və pisliklərdən çəkinməyi əhatə edir.