Sizlərdən birinə ölüm gəldiyi zaman qoyub gedəcəyi varidatdan müvafiq qaydada valideynlərə və yaxın qohumlara vəsiyyət etməsi ona vacib edilmişdir. Müttəqilər üçün bir borcdur.

Bu ayə valideynlərə və qohumlara vəziyyət etməyi ehtiva etməkdədir. Bu ayə iki rəydən ən doğru olanına görə miras ayəsi enmədən əvvəl vacib idi. Miras hissələrini göstərən ayə endikdə bunu nəsx etdi. Müəyyan edilmiş miras hissələri Allah tərəfindən fərz edildi. Ona hüququ çatan, vəziyyətsiz və vəziyyət edənin minnəti altında qalmadan vacib olaraq onu əldə etdi. Buna görə də sünənlərdə və digərlərində Amr İbn Xaricə demişdir: Rəsulullahın (salləllahu aleyhi və səlləm)xütbə oxuyarkən belə dediyini eşitdim: «Allah hər haqq sahibinə haqqını vermişdir; bundan sonra varisə vəziyyət yoxdur.» İmam Əhməd belə demişdir: Bizə İsmayıl İbn İbrahim İbn Uləyya, o da yunus İbn Ubeyddən, o da Muhamməd İbn Sirindən rəvayət etdi ki, İbn Abbas oturub əl-Bəqəra surəsini oxudu. Bu ayəyə, “qoyub gedəcəyi varidatdan müvafiq qaydada valideynlərə və yaxın qohumlara vəziyyət etməsi” çatdıqda: “Bu ayə nəsx edildi” – dedi.

Səid İbn Mansur da Hüşeymdən, o da yunusdan belə rəvayət etmişdir. Bunu Hakim də Müstədrəkində rəvayət etmiş və : “İki şeyxin şərtlərinə müvafiqdir” — demişdir.

Əli İbn Əbu Təlhadan rəvayət edilir ki, İbn Abbas bu ayə haqqında: “Valideynlər sağ ikən başqaları mirasçı ola bilməzdi, lakin qohumlara vəziyyət etmək var idi. Allah miras ayəsini endirdi. Valideynlərin mirasını bəyan etdi, qohumların vəziyyətini də vəfat edənin qalan malının üçdə biri ilə qərarlaşdırdı”- demişdir.

İbn Əbi Hatim deyir ki, bizə Həsən İbn Muhamməd İbn Sabbah,  o da Həccac İbn Muhamməddən, o da İbn Cureycdən, o da Osman İbn Ətadan, o da Ətadan rəvayət edir ki, İbn Abbas: “valideynlərə və yaxın qohumlara vəziyyət” kəlamını “Ata, ana və qohumların (vəfat etdikdə) qoyub getdikləri maldan kişilərə və qadınlara pay düşür. Həmin malın azından da, çoxundan da (bunlara veriləcək) hissə müəyyən edilmişdir.” (Nisə, 7) ayəsi nəsx etdi” — demişdir.

Ardınca İbn Əbi Hatim demişdir: İbn Ömər, Əbu Musa, Səid İbn Müseyyab, Həsən, Mucahid, Əta, Səid İbn Cubeyr, Muhamməd İbn Sirin, İkrimə, Zeyd İbn Əsləm, Rəbi İbn Ənəs, Qatadə, Suddi, Muqatil İbn Həyyan, Tavus, İbrahim Nəxai, Şüreyh, Dəhhaq və Zuhri də: “Bu ayə mənsuxdur. Onu miras ayəsi nəsx etdi”-demişdilər.

Qəribədir ki, Əbu Abdullah Muhamməd İbn Ömər ər-Razi rahiməhullah Təfsiri Kəbirində Əbu Müslim əl-İsfəhanidən bu ayənin mənsux olmadığını, onun miras ayəsi ilə təfsir edildiyini hekayə etmişdir. Axı o, bunu necə nəql etmişdir. Mənası da belədir: Allah “Allah övladlarınız haqqında sizə tövsiya buyurur”(Nisə 11) kəlamı ilə müəyyən etdiyi valideyn və qohum miraslarından vəziyyət etdiyini sizə yazdı. Sonra davam edib deyir ki, təfsirçilərdən və mötəbər fəqihlərdən əksəriyyatinin rəyi belədir. Əlavə edir ki, bəziləri bunu mirasçı olanlar üçün mənsux, mirasçı olmayan üçün sabit olduğunudemişdilər. Bu İbn Abbas, Həsən, Məsruq, Tavus, Dəhhaq, Müslim İbn yasar və əl-Əla İbn Ziyadın rəyidir.

Mən də deyirəm ki, Səid İbn Cubeyr, Rəbi İbn Ənəs, Qatadə, Muqatil İbn Həyyan da belədemişdilər. Ancaq onların rəylərinə görə bu mütəəxxir alimlərin istilahına görə nəsx sayılmır. Çünki miras ayəsi vəziyyət ayəsinin ümumi olaraq dəlalət etdiyi bəzi maddələrin hökmünü ləğv etmişdir. yəni, qohumlar məfhumu mirasçı olanları da olmayanları da ehtiva edir. Təyin ediləni ilə mirasçı olanların hökmü ləğv edildi, digərləri isə birinci ayənin dəlalət etdiyi kimi qaldı. Bu, “Vəziyyət, İslamın başlanğıcında müstəhəb idi, sonradan ləğv edildi” deyanlərin mövqeyinə uyğundur. Amma “Vacib idi, bu ayənin axışından da başa düşülür” deyanlərin mövqeyinə görə isə, miras ayəsi ilə nəsx edildiyi açıq aydındır. Necə ki, təfsirçilərlə mötəbər fəqihlərin də çoxu belədemişdilər. Çünki valideynlərə və mirasçı qohumlara vəziyyətin vacib olması icma ilə mənsuxdur, hətta yuxarıda qeyd edilən Allah hər haqq sahibinə haqqını vermişdir; bundan sonra varisə vəziyyət yoxdur.” hədisinə görə qadağandır. Beləcə miras ayəsi özlüyündə müstəqil və fərz hissə sahibləri və ata tərəfdən qohumlar (asibət) üçün Allah qatından vacib bir hökmdür.  O ayə ilə, bu ayənin hökmü tamamilə ləğv edildi, mirasdan payı olmayan qohumlar da kənarda qaldılar.  Onlara da vəziyyət ayəsi və onun əhatəsi nəzərə alınaraq üçdə birdən vəziyyət etmək müstəhəbdir. Çünki İki Səhihdə İbn Ömərdən rəvayət edildiyinə görə Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: «Vəziyyət ediləcək bir şeyi olan müsəlmanın, vəziyyəti yazılı olmadan iki gecə keçirməsi haqsızlıqdır.» İbn Ömər belə demişdir: Bunu Rəsulullahdan (salləllahu aleyhi və səlləm)eşitdikdən sonra daima vəziyyətim hazır olmuşdur.

Qohumlara yaxşılıq və ehsan etməklə əlaqədar olduqca çox ayə və hədis vardır.

Abd İbn Hümeyd  “Müsnəd” əsəərində demişdir: Bizə Abdullah, o da Mubarak İbn Həssəndən, o da Nafidən, o da Abdullahdan rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: Allah Təala deyir: «Ey Adəm oğlu, iki şey vardır ki, onlardan heç biri sənin deyildir. Səni təmizləmək və paklaşdırmaq üçün boğazını sıxdığım zaman sənə malından ayırdığım hissə və əcəlin gəldikdən sonra qullarımın sənin üçün qıldığı namaz.»

“Qoyub gedəcəyi xeyirdən” yəni, mal deməkdir. Bunu İbn Abbas, Mucahid, Ata, Səid İbn Cubeyr, Əbu Aliyə, Atiyyə, əl-Avfi, Dəhhaq, Suddi, Rəbi İbn Ənəs, Muqatil İbn Həyyan, Qatadə və digərləridemişdilər. Sonra onlardan belə deyanlər də var idi. Vəziyyət şəriət əməlidir, mal istər az, istərsə çox olsun, eyni ilə miras kimidir. Bəziləri isə belədemişdilər: Ancaq əhəmiyyatli miqdarda mal qalarsa, o vaxt vəziyyət edilər. Sonra bu miqdar haqqında da ixtilaf etmişdirlər. İbn Əbi Hatim demişdir: Bizə Muhamməd İbn Abdullah İbn yəzid əl-Muqri, o da Sufyandan, o da Hişam İbn Urvədən, o da atasından rəvayət edir ki, Əliya (radiyAllahu anh): “Qureyşdən bir adam öldü, ondan üç yüz və yaxud dörd yüz dinar qaldı, vəziyyət də etməyib” — deyildi. O da: ”Eybi yoxdur. Allah Təala: “Qoyub gedəcəyi xeyirdən” deyir” — dedi.

Bundan əlavə İbn əbi Hatim demişdir: Bizə Harun İbn İshaq Həmədani, o da Abdə İbn Süleymandan, o da Hişam İbn Urvədən, o da atasından rəvayət edir ki, Əli radiyAllahu anh baş çəkmək məqsədi ilə bir nəfərin yanına getdi, o da: “Vəziyyət edimmi?”- dedi. Əli radiyAllahu anh da ona: ”Allah ancaq “Qoyub gedəcəyi xeyirdən” dedi. Sən isə çox az bir şey qoyub gedirsən, onu övladın üçün saxla” – dedi.

Hakim də belə demişdir: Mənə Əban, o da İkrimədən rəvayət edir ki, İbn Abbas “Qoyub gedəcəyi xeyirdən” ayəsi haqqında “Altmış dinar qoyub getməyən, xeyir qoyub getməmişdir”- demişdir. Hakimdən rəvayət edilir ki, Tavus belə demişdir: “Səksən dinar qoyub getməyən xeyir qoyub getmiş deyil.” Qatadə də belə demişdir: ”Min və ondan daha çox qoyub gedən”- deyilərdi.

“Müvafiq qaydada” yəni, rahatlıqla və gözəlliklə deməkdir. Necə ki, İbn Əbi Hatim belə demişdir: Bizə Həsən İbn Əhməd, o da İbrahim İbn Abdullah İbn Bəşşardan, o da Surur İbn Müğirədən, o da Abbad İbn Mansurdan rəvayət edilir ki, Həsən “Sizlərdən birinə ölüm gəldiyi zaman vəziyyət etməsi” kəlamı haqqında demişdir: «Vəziyyət nə gözəldir, hər müsəlmanın ölüm gəldiyi zaman pisliklə deyil, müvafiq qaydada vəziyyət etməsi, boynunda haqdır.»Müvafiq qaydada» dedikdə məqsəd, qohumlara etdiyi vəziyyət nəticəsində mirasçıların əlinin boş qalmamasıdır. Bu işdə israfa və xəsisliya yol verməməlidir. Necə ki, İki Səhihdə Səd demişdir: “Ey Allahın Rəsulu, mənim malım var, bir qızımdan başqa da heç kimim yoxdur. Malımın üçdə ikisini vəziyyət edim?” Rəsulullah: ”Xeyr” — dedi. Səd: “Bəs yarısını?” — soruşdu. Rəsulullah: ”Xeyr” — dedi. Səd: “Üçdə birini?”-soruşdu. O da: “Üçdə bir! Üçdə bir də çoxdur. Mirasçını varlı qoyub getməyin başqalarına möhtac qoyub getməyindən daha xeyirlidir” — buyurdu. Səhih Buxaridə, İbn Abbas demişdir: “Kaş ki, insanlar vəziyyəti üçdə birdən dörddə birə endirəydilər. Çünki Rəsulullah (salləllahu aleyhi və səlləm): “Üçdə bir! Üçdə bir də çoxdur.” — demişdir.

İmam Əhməd demişdir: Mənə Haşim oğullarının azad edilmiş köləsi Əbu Səid, o da Zeyyal İbn Ubeyd İbn Hanzaladan, o da Hanzala İbn Cüzeym İbn Hənifədən rəvayət etdi ki, onun babası Hənifə, qucağında böyüyan yetimə yüz dəvə vəziyyət etdi. Bu da oğullarına xoş gəlmədi. Məsələni Rəsulullaha (salləllahu aleyhi və səlləm)ərz etdilər. Hənifə: ”Mən bir yetimimə mAtiyyə deyilən bir miqdarda yüz dəvə vəziyyət etdim” — dedi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) də: ”Xeyr, xeyr, xeyr! Sədəqə beşdir, o da olmasa ondur, o da olmasa onbeşdir, o da olmasa iyirmidir, o da olmasa iyirmi beşdir, o da olmasa otuzdur, o da olmasa otuz beşdir. Əgər lap çox vermək istəsə qirxdır.” — dedi. Ravi hədisi uzun uzadı nəql etdi.

Kim (ölənin vəziyyətini) eşitdikdən sonra onu dəyişdirsə, günahı ancaq onu dəyişdirənlərin üzərinə düşər. Şübhəsiz ki, Allah Eşidəndir, Biləndir!

Allah Təala deyir ki, kim vəziyyəti dəyişdirib təhrif edərsə, hökmünü pozar, artırar və ya azaldarsa. Bura ən başda gizlətmək aid edilir. “Günahı ancaq onu dəyişdirənlərin üzərinə düşər.” İbn Abbas və başqaları: “Ölü savabını Allahdan alar, günah isə onu dəyişdirənlərin boyunlarında qalar” –demişdilər. “Şübhəsiz ki, Allah Eşidəndir, Biləndir!” yəni, ölünün etdiyi vəziyyətdən də, vəziyyət edilənlərin dəyişdirdiklərindən də xəbərdardır.

“Kim də vəziyyət edənin haqsızlıq etməsindən və ya günah işlətməsindən ehtiyat edib” İbn Abbas, Əbu Aliyə, Mucahid, Dəhhaq, Rəbi İbn Ənəs və Suddi: “Ayədə keçən “cənəf” sözünün mənası “xətadır” – demişdilər. Bu da xətanın hər növünü ehtiva edir. yəni, dolayılı yolla və ya birbaşa vasitə ilə mirasçı əlavə etməklə ola bilər. Məsələn, birinə qahmar çıxaraq filan malın satışını vəziyyət etmək və ya hissəsini artırmaq üçün qızının oğluna vəziyyət etmək və ya bunun kimi şeylərlə ola bilər. ya da qəsdən deyil, təbiəti etibari ilə və çox şəfqətli olmasına görə bunu edər və ya günah iş görərək qəsdən edər. Vəziyyət edən bu vəziyyətdə vəziyyətini düzəltməli və şəriətə uyğun olaraq ədalətli olmalıdır. Ölünün vəziyyət etməyindən keçərək ona ən yaxın ən bənzər olanına yönəlməlidir. Beləcə şəriətə uyğun olan orta yolu tapmış olar. Məhz islah etmək bu deməkdir. Bu da nəyisə dəyişdirmək deyildir. Ona görə də qadağan etdikdən sonra bağlayıcı işlədərək bunu bəyan etmişdir ki, digəri ilə əlaqəsi olmadığı bilinsin.

İbn Əbi Hatim belə demişdir: Bizə Abbas İbn Vəlid İbn Məzid oxuyaraq atasından, o da Əvzaidən, o da Zuhridən, o da Urvədən, o da Aişədən rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm): “Necə ki, öldüyü zaman haqsız şəkildə vəziyyət edənin vəziyyəti rədd edilirsə, sağ ikən haqsız sədəqə verənin sədəqəsi də beləcə rədd edilir.” -demişdir.

Əbu Bəkir İbn Mərdəveyh də Abbas İbn Vəliddən belə rəvayət etmişdir. İbn Əbi Hatim demişdir: “Vəlid İbn Məzid burada xəta etmişdir. Bu kəlam yalnız Urvəndəndir. Onu Vəlid İbn Muslim, Əvzaidən rəvayət etmiş və Urvədən o yana keçməmişdir”.  İbn Mərdəveyh də belə demişdir:”Bizə Muhamməd İbn Əhməd İbn İbrahim, o da İbrahim İbn yusifdən, Hişam İbn Ammardan, o da Ömər İbn Muğirədən, o da Davud İbn Əbi Hinddən, o da İkrimədən, o da İbn Abbasdan rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: Vəziyyətdə haqsızlıq etmək böyük günhalardandır”. Bu hədisin mərfuluğu da mübahisə mövzusudur. Bu mövzuda gəlmiş olan ən gözəl rəvayət, Abdurrəzzaqın bu hədisidir: ”Bizə Mamər, o da Əşəs İbn Abdullahdan, o da Şəhr İbn Həvşəbdən, o da Əbu Hureyrədən rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm)demişdir: Bir kimsə yetmiş il xeyirli insanların əməlini edər, vəziyyət etdiyi zaman haqsızlıq edər, ona şər əməli ilə sonluq verilər və Cəhənnəmə girər. Bir adam da yetmiş il şər əməl edər, vəziyyətində ədalətli olar, ona da xeyir əməli ilə sonluq verilər və Cənnətə girər.” Əbu Hüreyrə: “İstəyirsinizsə  “Bunlar Allahın hüdudlarıdır, onları aşmayın!” (Bəqərə, 229) ayəsini oxuyun”- dedi.