Sonra insanların axışıb gəldiyi yerdən siz də gəlin. Allahdan bağışlanmanızı diləyin. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.

“Sonra” sözü burada xəbəri xəbərə bağlayən və tərtib bildirən bir ədatdır. Sanki Allah Təala Ərafada dayənan kimsəya, Məşərilharamın yanında Onu zikr etmək üçün Müzdəlifəya tərəf getməyi əmr etmişdir. Həmçinin Allah ona insanların əksəriyyati ilə birlikdə Ərafada dayənmağı əmr etmişdir. Necə ki, əvvəllər də insanların əksəriyyati bu cür edərdilər. yalnız Qureyş belə etməzdi. Onlar Haram ərazisindən çıxmayəraq onun ən yaxın kənarında durar və deyərdilər: “Biz, Allahın şəhərində Onun əhliyik və Beytinin sakinləriyik.”

Buxari demişdi: Bizə Əli İbn Abdullah, o da Muhəmməd İbn Həzimdən, o da Hişamdan, o da atasından, Aişənin belə dediyini rəvayət etmişdi: “Qureyş və onların dinlərində olanlar Müzdəlifədə dayənardılar və onlara əl-humsilər deyilərdi. Digər ərəblər isə Ərafada dayənardılar. İslam dini gələndə Allah Peyğəmbərinə (salləllahu aleyhi və səlləm) Ərafayə gəlməsini, orada dayənmasını və oradan hərəkət etməsini əmr etdi. “Sonra insanların axışıb gəldiyi yerdən siz də gəlin” ayəsi məhz elə bu barədədir.

İbn Abbas, Mucahid, Əta, Qatədə, Suddi və digərləri bu cür demişdir. İbn Cərir də bunu tərcih etmiş və bunun yekdil (ərəbcə icma) rəy olduğunu bildirmişdir. Allah onlara rəhmət etsin.

İmam Əhməd demişdi: Bizə Sufyan, o da Amrdan, o da Muhammad İbn Cubeyr İbn Mutimdən, atasının belə dediyini rəvayət etmişdi: “Ərafada dəvəmi itirdim və onu axtarmağa getdim. Peyğəmbəri (salləllahu aleyhi və səlləm) dayənmış görüb dedim: “Bu ki, əl-həmsilərdəndi, onun burada nə işi var?” Bunu iki Səhih əsərin sahibləri rəvayət etmişlər. Sonra Buxari onu Musa İbn Uqbədən, o da Kureybdən, o da İbn Abbasdan rəvayət etmişdi. Həmin rəvayətə əsasən, buradakı axışma (ərəbcə əl-İfada) Müzdəlifədən Minayə daş atmaq üçün axışın deməkdir. Allah ən doğrusunu biləndir. Bunu İbn Cərir də yalnız Dəhhak İbn Müzahimdən nəql etmişdir. O: “insanların” sözü ilə İbrahimin (aleyhi salam) qəsd edildiyini demişdir. Ondan olan digər rəvayətdə isə: “İmamdır” – demişdir. İbn Cərir demişdir: “Əgər bunun əksinə yekdil sübut olmasa idi, bu tərcihə layiq olardı.”

Allahdan bağışlanmanızı diləyin. Şübhəsiz ki, Allah Bağışlayəndır, Rəhmlidir.” Allah Təala çox vaxt ibadətləri bitirəndən sonra Onu zikr etməyi əmr edir. Buna görə də Muslimin “Səhih” əsərində öz təsdiqini tapmışdır ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) namazdan sonra üç dəfə əstəğfirullah deyərdi. İki Səhihdə isə, otuz üç dəfə subhən Allah, əlhəmdulilləh və Allahu əkbər deyilməsinə təşviq edirdi.

İbn Cərir də burada İbn Abbas İbn Mirdəs əs-Suləmidən, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) Ərafa axşamı ümmətinin bağışlanmasını dilədiyini rəvayət etmişdi. Biz də bunu Ərafa gününün fəzilətinə dair topladığımız cüzdə qeyd etmişik. İbn Mərdəveyh də burada Buxarinin Şəddad İbn Əvsdən rəvayət etdiyi hədisi gətirmişdir. Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Seyyidul-istiğfar duası, qulun: “Allahım Sən mənim Rəbbimsən! Səndən başqa ilah yoxdur. Sən məni yaratdın və mən Sənin qulunam. Gücüm çatana qədər Sənə verdiyim əhdə və vədə sadiqəm. Etdiklərimin şərindən Sənə sığınıram. Mənə verdiyin neməti etiraf edirəm və günahımı boynuma alıram. Məni bağışla. Həqiqətən Səndən başqa günahları bağışlayən yoxdur.” – deməsidir. Kim bunu gecə deyarsə və həmin gecə dünyasını dəyişərsə, Cənnətə girər. Kim də gündüz deyarsə və ölərsə, Cənnətə girər.”

İki “Səhih” əsərində Abdullah İbn Amrdan, Əbubəkrin belə dediyi rəvayət edilir: “Ey Allahın Rəsulu, mənə bir dua öyrət onu namazda deyim. O da bu cür deməsini buyurdu: “Allahım mən nəfsimə çoxlu zülm etdim. Səndən başqa günahları bağışlayən yoxdur. Öz dərgahından olan məğfirətinlə məni bağışla və mənə rəhm et. Həqiqətən Sən Bağışlayənsan, Rəhimlisən!” İstiğfar haqqında çoxlu hədislər vardır.