Həmd olsun aləmlərin Rəbbi olan Allaha!

Yeddi qirayətə görə “Əlhəmdu lilləhi” də olan “dəl” hərfin damməsi mübtəda və xəbər deməkdir. Sufyan ibn Ueynə ilə Rubə ibn Əcac dan nəsb ilə yəni “əlhəmdə lilləhi” oxuduqları rəvayət edilmişdir. İbn Əbi Əblə “dəl”-in damməsini ikinciyə birləşdirərək “əlhəmdu lulləhi” oxumuşdu. Bunun şahidləri olsa da şaz qiraətdir.  Həsən ilə Zeyd ibn Əlidən də birincini ikinciyə birləşdirərək “dəl” hərfini kəsrə ilə “əlhəmdi lilləhi” oxuduqları rəvayət edilmişdir.

Əbu Cəfər İbn Cərir demişdir: «Həmd» in mənası, şükrün yalnız Allaha məxsus olmasıdır, digər ibadət olunanlara və yaradılanlara deyil. Çünki qullarına saysız nemətlər bəxş etmişdir. Bu nemətlərin miqdarını Ondan başqa kimsə bilməz. Özünə ibadət etmələri üçün sağlam orqanlar, fərzlərini yerinə yetirmələri üçün istifadə edilən alətləri vermişdir. Dünyada onlara geniş ruzi ehsan etmişdir. Onlara layiq olmadıqları bol qida ilə bəsləmişdir. Ardınca əbədi nemət məskəni olan Cənnətdə əbədi qalmaqları üçün müxtəlif səbəblər yaratmışdır. Bütün bunlara görə əvvəldə də axırda da həmd Rəbbimizə məxsusdur.

İbn Cərir davam edərək demişdir: «Əlhəmdülillah» sözü Allahın özü özünü tərifləməsidir və içində qapalı olaraq Onu tərəifləməyə dair qullarına əmr vardır. Sanki, siz də “həmd Allaha məxsusdur” deyin buyurmuşdur. Belə deyildiyini də demişdir: “Əlhəmdu lilləhi” Allahı gözəl adları və uca sifətləri ilə tərifləməkdir. Allaha şükr etmək də Onu nemət və bəxş etdikləri ilə tərifləməkdir.  Sonra da bu görüşü rədd edərək deyir: Dilçilərin hamısı həmd və şükür sözlərinin bir-birinin yerinə istifadə edirlər. Suləmi Cəfər Sadiqdən və sufilərdən ibn Atiyyədən bu ikisinin bir olduğu rəvayət edilmişdir.

İbn Abbas demişdir: “Əlhəmdu lilləhi” bütün şükr edənlərin deyəcəyi sözdür. Qurtubu İbn Cəririn “Əlhəmdu lilləhi” kəlməsi şükr deməkdir görüşünü dəlillərlə isbat etmişdir. Amma İbn Cəririn bu iddiasında etiraz yeri vardır. Çünki sonrakı alimlərin əksəriyyəti demişdir ki, həmd – Allahı təsirli və təsirsiz sifətləri ilə tərifləməkdir. Şükür isə yalnız təsirli nemətlərdən olur və qəlb, dil və əzalarla olur. Şair dediyi kimi:

Mənə verdiyiniz nemətlər sizə üç şeyimi qazandırdı:

Əlimi, dilimi və gizli qəlbimi.

Ancaq onlar həmd ilə şükrün hansının daha geniş olduğunda iki görüş bəyan etmişlər. Araşdırıldığı zaman aralarında ümumilik və xüsusilik olduğu görülür. Yəni həmd şükürdən istifadə olunan yerə görə daha ümumidir. Belə ki, o ayrılmayan və təsirli nemətlərdən dolayı edilir. Məsələn: Onu qəhrəmanlığından dolayı və kərəmindən dolayı mədh etdim deyərsən, bu isə xüsusi bir şeydir. Çünki yalnız sözlə olur. Şükür isə istifadə sahələrinə görə daha ümumidir, çünki söz, hərəkət və niyyətlə olur. Belə ki, o yalnız təsirli sifətlər üçün istifadə edilir. Məsələn: Ona qəhrəmanlığına görə şükr etdim deyilməz, lakin mənə verdiyindən və ehsan etdiyindən dolayı təşəkkür etdim, deyilə bilər. Bəzi sonrakı alimlərin demək istədikləri budur.

Əbu Nəsr İsmayıl Hammad əl-Cövhəri demişdir: Həmd tənqidin əksidir. Həmitu raculə əhməduhu həmdən və mahmədətən fə huvə həmidun və mahmudun şəklində deyilir. Təhmid qəlibi həmddən daha bələğətlidir. Həmd isə şükürdən daha ümumidir. Cəvhəri şükür haqqında demişdir. O sənə yaxşılıq edəni tərifləməkdir. Şəkərtuhu və şəkərtu ləhu deyilir ki, “ləm” ilə daha doğrudur.

Mədh isə həmddən daha ümumidir, çünki həm canlı, həm ölü, həm də cansız varlıqlar üçün istifadə edilər. Həmçinin yemək, yer kimi şeylər də mədh edilir. Yaxşılıqdan əvvəl və sonra da mədh edilə bilər. Həmçinin təsirli və təsirsiz sifətlərləd də dolayı olur və bu daha ümumidir.

HƏMD MÖVZUSUNDA KEÇMİŞDƏKİLƏRİN GÖRÜŞLƏRİ

«İbn Əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Əbu Mamər əl-Qatil danışdı, o da Həccacdan, o da İbn əbu Muleykədən, İbn Abbas (radiyallahu ənh) demişdir: Ömər (radiyallahu ənh) demişdir: Biz Sübhanallah və la ilahə illallah, nə demək olduğunu bilirik. Əlhəmdulilləh nə deməkdir?». Əli dedi: «Əlhəmdulilləh sözü Allahın öz nəfsi üçün seçdiyi bir sözdür». Bunu Hafsdan Əbu Mamərdən başqası da belə rəvayət etmişdir. Ömər yoldaşlarının yanında Əliyə belə dedi:« Biz, Lə ilahə illallah, Subhanallah və Allahu Əkbər kəlmələrinin mənasını bilirik, Əlhəmdülillah nə deməkdir?» Əli belə buyurdu:« Əlhəmdulilləh Allahın öz nəfsi üçün seçdiyi, razı qaldığı və deyilməsini istədiyi sözdür».

Ali ibn Zeyd ibn Cədan, Yusuf İbn Mihrandan İbn Abbasın belə dediyini rəvayət etmişdir: « Əlhəmdulilləh şükür sözüdür: Qul əlhəmdülillah deyincə, Allah deyər: qulum mənə şükür etdi.» İbn Əbu Hatim də bu rəvayəti nəql edir.

İbn Əbu Hatim və İbn Cərir, Bişr ibn İmâre’den canlı, o da Əbu Rəvqdan, o da Dəhhaqdan, İbn Abbasın belə dediyini rəvayət etmişdir: «Əlhəmdülillah, Allaha şükür etmək, ona təslim olmaq, nemətini, hidayətini, yaratmasını və başqa şeylərini etiraf etməkdir.

Kəb əl-Əxbar demişdir: Əlhəmdülillah Allahı tərifləməkdir. Dahhak demişdir: Əlhəmdülillah, Rəhmanın örtüyüdür. Bu mənada hədislər varid olmuşdur.

İbn Cərir demişdir: Bizə Səid İbn Amr əs-Sukuti danışdı, bizə Bakiyyə ibn Vəlid danışdı, mənə İsa ibn İbrahim danışdı, o da Musa ibn Əbu Həbibdən, o da Hakəm ibn Umeyrdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Əlhəmdu lilləhi Rabbil aləmin» deyildiyi zaman Allaha şükür etmiş olursan, O da sənə artırar. İmam Əhməd İbn Hənbəl rəvayət etmişdir: Bizə Rəvh danışdı, bizə Əvh danışdı, o da Həsəndən, Əsvəd ibn Səri demişdir: Ey Allahın Elçisi, Allahı tərifləmək üçün sözləri deyə bilərsən mi? O da dedi: Həqiqətən Allah təriflənməyi sevər. Bu hədisi Nəsai Ali İbn Həcərdən, o da İbn Uleyyədən, o da Yunus ibn Ubeyddən, o da Həsəndən o da Əsvəd ibn Səridən rəvayət etmişdir. Hafiz Əbu İsa ət-Tirmizi, Nəsai və İbn Macə, Musa İbn İbrahim ibn Kəsirdən, o da Talha ibn Hiraşdan, o da Cabir İbn Abdullahdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: Ən əfzəl zikr «Lə İlahə İllallah», ən əfzəl dua isə «Əlhəmdulilləh» dir. Tirmizi: hədis həsən qəribdir, demişdir. Bunu İbn Macə ənəs ibn Məlikdən rəvayət etmişdir, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: Allah quluna bir nemət verər: Qul Əlhəmdulilləh desə, Allahın verdiyi aldığından daha əfzəl olar.

Qurtubi təfsirində demişdir:  “Nəvadirul Usul” kitabında, Ənəs İbn Məlikdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyi rəvayət edilmişdir: «Əgər bütün dünya ümmətimdən bir adamın əlində olsa, sonra o Əlhəmdulilləh desə,  şübhəsiz ki o Əlhəmdulilləh sözü bunların hamısından daha üstün olar.» Qurtubi və digərləri demişlər: ona Əlhəmdulilləh ifadəsinin ilham edilməsi, verilən bütün dünya nemətlərindən daha üstündür. Çünki həmdin savabı bitməz, dünyanın nemətləri isə tükənər, davam etməz. Allah buyurur: “Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin dərgahında savab və ümid baxımından daha əfzəldir” (Kəhf, 46). İbn Macənin Sünən əsərində İbn Ömərdən nəql edilmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: «Allahın qullarından biri dedi: Ey Rəbbbim zatının və səltənətinin əzəməti layiq olduğu şəkildə  Sənə həmd olsun. İki mələk bunu necə yazacaklarını aciz qalıb Allahın hüzuruna çıxaraq soruşdular:  Ey Rəbbimiz bir qulun elə bir söz söylədi ki, onu necə yazacağımızı bilmirik. Allah buyurdu: Qulum nə dedi? Mələklər dedilər: Ey Rəbbimiz o belə dedi: Ey Rəbbbim zatının və səltənətinin əzəməti layiq olduğu şəkildə  Sənə həmd olsun. Allah buyurdu: qulumun dediyi kimi yazın, qulum mənə qovuşduğu zaman mükafatını verəcəm.” Kurtubi bir qrup alimdən belə dediklərini rəvayət edir: Qulun « Əlhəmdu lilləhi Rabbil aləmin» «Lə İləhə İlləllah» dan daha üstündür. Çünki birincisi həmd ilə birlikdə tövhidi də əhatə edir.

Digərləri demişlər: «La ilahə illəllah» daha əfzəldir. Çünki o iman və küfrü ayırır və insanlar «Lə İlahə İllallah» dəyənə qədər onlarla döyüşmək əmri vardır. Və üzərində ittifaq edilən bir hədisdə belə deyilmişdir.

Başqa bir hədisdə deyilmişdir: «Mənim və məndən əvvəlki peyğəmbərlərin söylədiyi ən əfzəl kəlmə «la ilahə illallahu vahdəhu la şərikə ləhu» kəlməsidir.

Yuxarıda da Cəbirdən bu mərfu hədis keçmişdir: Ən əfzəl zikr «Lə İlahə İllallah», ən əfzəl dua isə «Əlhəmdulilləh» dir. Tirmizi: hədis həsəndir, demişdir. Əlhəmdü- nun əvvəlindəki “ləm” istiğraqiyyə bildirir. Allaha edilən bütün həmd çeşidlərini əhatə edir. Hədisdə deyildiyi kimi: Allahım bütün həmd sənə məxsusdur, bütün mülk sənindir. Bütün xeyir sənin əlindədir və hər şey sənə dönəcəkdir.

 

ALƏMLƏRİN RƏBBİNƏ

 

Rəbb, ixtiyarında olanını istifadə edən mal sahibidir. Lüğəttə isə əfəndi və islah üçün hərəkət edən deməkdir. Allah Təala haqqında bütün bunlar səhihdir. Rabb Allahdan başqası üçün istifadə edilməz, yalnız izafət edilərək istifadə edilər. Evin sahibi mənasınında «Rabbud-Dar» kimi və sair. Tək yalnız Allah üçün deyilir. Bunun ismi azəm olduğu da söylənilir. Aləmlər isə aləm sözünün cəmidir.O da Allahdan başqa var olan hər şeydir. Aləm çoxluqdur, öz kəlməsindən təki yoxdur. Aləmlər isə göylərdə, yerdə, quruda, dənizdə, hər zaman və nəsildə məxluqat siniflərinə deyilir.Böyük dağa da aləm deyilir. Bişr ibn Umarə, o da Əbu Rəvqdən, İbn Abbasın dediyini rəvayət etmişdir: «Əlhəmdu lilləhi Rabbil aləmin», həmd olsun Allaha göylərdə yerdə və onların arasında bildiyimiz və bilmədiyimiz bütün varlıqları yaradana, deməkdir. Səid ibn Cübeyrin və İkrimənin İbn Abbasdan rəvayətində isə belə deyilmişdir:  «Əlhəmdu lilləhi Rabbil aləmin» cinlərin və insanların Rəbbi deməkdir. Səid ibn Cübeyr, Mücahid və İkrimə də belə demişlər. Əlidən də bu şəkildə rəvayət edilir.

İbn Əbu Hatim zəif bir isnadla belə rəvayət etmişdir: Qurtubi bu görüşə “Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı nazil edən necə də xeyirxahdır!” (Furqan, 1) ayəni dəlil gətirərək burada keçən aləmlər cinlər və insanlardır demişdir. Fərra ilə Əbu Ubeyd demişlər: Aləm ağıl sahiblərindən ibarətdir. Onlar da insanlar, cinlər, mələklər və şeytanlardır. Heyvanlar üçün aləm deyilməz. Zeyd ibn Əsləm ilə Əbu Muheysin də belə demişlər: O qanadı olan hər ruhdur.

Qatədə demişdir:  «Aləmlərin Rəbbi», hər sinif bir aləmdir. Hafiz ibn Əsakir Mərvan ibn Hakəmin qısa həyat hekayəsində belə demişdir: O əməvi xəlifələrindən biridir. Xəsis kimi tanınırdı, ləqəbi də Himər idi. O demişdir: Allah on yeddi min aləm yaratdı, göylərlə yer məxluqları bir aləmdir. Digərlərini isə tək Allah bilir.

Əbu Cəfər əl-Razi, Rəbi ibn Ənəsdən o da Əbul-Aliyədən, Allahın «Aləmlərin Rəbbi» ayəsi haqqında belə demişdir: İnsanlar bir aləmdir, cinlər bir aləmdir. Bunun xaricində qalanlar on səkkiz və ya on dörd min aləmdir, özü tərəddüd etmişdir. Mələklərdən yerdə olanlar vardır. Yerin dörd bucağı vardır, hər bucaqda üç min beş yüz aləm vardır. Allah onları özünə ibadət üçün yaratmışdır. İbn Cərir və İbn Əbu Hatim də bunu rəvayət etmişlər. Bu qəribb bir sözdür və belə sözlərin möhkəm bir dəlilə dayanması lazımdır.

İbn Əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Hişam ibn Xalid danışdı, bizə Valid ibn Muslim danışdı, bizə əl-Furat yəni ibn Vəlid danışdı, o da Muatib ibn Sumeydən, o da Təbi yəni əl-Humeyridən, o demişdir: “Aləmlərin Rəbbi”: aləmlər min ümmətdir. Altı yüzü dənizdə, dörd yüzü qurudadır.

Bənzər bir ifadə Səid İbn Musəyyəbdən nəql edilir. Bir bənzəri də mərfu olaraq rəvayət edilmişdir.

Necə ki Hafiz İbn Əbu Yala, Əhməd İbn Əli İbn əl-Müsənna, Musnədində demişdir: Bizə Muhamməd İbn əl Müsənna danışdı, bizə Ubeyd ibn Vaqid əl-Qaysi əbu Abbad danışdı, mənə Muhəmməd ibn İsa ibn Qeysan danışdı, bizə Muhəmməd ibn əl-Munkədir danışdı, Cabir İbn Abdullah demişdir: Ömərin xilafəti illərindən bir il çəyirtkə azaldı, bunun səbəbini araşdırdı, heç bir xəbər bildirilemedi. Ömər buna üzüldü. Bir atlı Yəmənə digərini Şama, o birisini də İraqa göndərdi, çəyirtkənin olub olmadığını araşdırmalarını istədi. Yəmən istiqamətinə gedən atlı Ömərə gəldi, bir ovuc çəyirtkə gətirdi və qarşısına atdı. O bunu görüncə təkbir gətirdi və sonra belə dedi: «Rəsulullahdan (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: «Allah min ümmət yaratmışdır. Altı yüzü dənizdə, dört yüzü quruda. Bu ümmətlərdən ilk həlak olanı çəyirtkə ümmətidir. O həlak olunca ardı corab söküyü kimi gələcək». Ravilərdən Məhəmməd İbn İsa Hilal qəbiləsindəndir, zəyifdir.

Bəğavi, Səid ibn əl-Musəyyəbdən belə dediyini rəvayət etmişdir: «Allah Təalanın min aləmi vardır, altıyüzü dənizdə, dörtyüzü quruda». Vəhb İbn Münəbbih də on səkkiz min aləmi vardır, dünya bunlardan bir aləmdir. Muqatil demişdir: Aləmlər səksən mindir. Kab əl-Əxbar: aləmlərin sayını Allahdan başqa kimsə bilə bilməz. Bütün bunları Bəğavi nəql etmişdir. Qurtubi, Əbu Səid əl-Xudridən belə dediyini rəvayət etmişdir: Allah Təalanın qırx min aləmi vardır, şərqindən qərbinə qədər dünya bu aləmdən biridir.

Zeccac demişdir: Aləm Allah Təalanın dünya və axirətdə yaratdığı bütün şeylərdir. Qurtubu demişdir: bu doğru görüşdür, çünki bütün aləmləri içinə alır. Bu ayədəki kimi: “Firon dedi: “Aləmlərin Rəbbi nədir?” dedi: “Əgər yəqinliklə inanırsınızsa, (bilin ki,) O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!”” (Şuara, 23-24). Aləm əlamət kökündən tərənmişdir.

Mən də deyirəm ki, çünki o, xaliqinin, yaradanının varlıq və birliyinə dələlət edən işarədir. İbn Mutəz demişdir:

Qəribədir, İlaha necə asilik edilir

Yaxud inkar edən onu necə inkar edir?

Hər şeydə bir işarə vardır

Onun bir olduğunu göstərir.