Bizi doğru yola yönəlt-

Cumhur “sad” ilə oxumuşdur. “zə” ilə oxuyan da var idi, bu Üzrə və Qəlb oğullarının ləhçəsidir. Daha öncə Allah Təala həmd edildiyinə görə, arxasından istəklərin gəlməsi uyğundur. Necə ki hədisdə ifadə olunur: Yarısı mənim, yarısı da qulumundur. Quluma da istədiyi vardır. Bu vəziyyət istəyənin ən yaxşı halıdır ki, istənəni mədh etmək və sonra özünün və mömin qardaşlarının ehtiyacını zikr etməkdir. O da “bizi doğru yola yönəlt” cümləsidir. Çünki belə edərsə ehtiyacı daha yaxşı ifadə olunar və ehtiyacın qarşılığı verilər. Bunun üçün Allah quluna bu yolu göstərmiş. Çünki O ən mükəmməldir. Bəzən də istəyənin halını və ehtiyacını xəbər vermə mahiyyətində də ola bilər. Musa (aleyhi salam) demişdir: «onların yerinə su verdi, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var!”» (Qəsəs, 24).
Bununla birlikdə istənənin keyfiyyətləri daha əvvəl keçmiş ola bilər. Yunusun dediyi kimi:  “Sonra da zülmətlər içində yalvarıb demişdi: “Səndən başqa heç bir ilah yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!
(Ənbiya, 87). Bəzən də istənəni sadə bir şəkildə tərifləmək olur, şairin bu sözü kimi:

Ehtiyacımi deyim yoxsa səni həyan yetər?

Çünki sənin ən bilinən vəsfin həyadır

Bir gün kimsə səni mədh edərsə

Qısa bir tərif etsə bəs edər

Hidayət burada doğru yolu göstərmək və yardım etməkdir. Burada “bizi doğru yola yönəlt” kəlməsi olduğu kimi, hidayət ləfzi bəzən ədatsız olur. Bu da bizə ilham et, müvəffəq et və yaxud bizə bəxş et mənalarında keçir. Necə ki burada bu şəkildədir: «Onu iki yoxuşlu yola yönəltmədikmi?» (Əl-Bələd, 10). Yəni ona xeyir və şəri bildirdik mənasındadır. Hidayət sözü, bəzən də «İla» ilə olur. Necə ki Allah Təalanın bu ayələrində belədir: «Allah onu seçmiş və doğru yola yönəltmişd» (Nəhl, 121) və «Onları Cəhənnəm yoluna yönəldin» (Saffat, 23). Bu da irşad və dəlalət etməkdir. « Lakin Biz onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik” (Şura, 52). Bəzən də “ləm” ilə olur: “Bizi buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik (Əraf, 43). Burada da bizi buna müvəffəq edən və onun üçün layiq edən Allaha həmd olsun deməkdir.

Doğru yolun nə olduğuna gəlincə imam Əbu Cəfər İbn Cərir əl-Təbəri demişdir: Bütün təfsirçilər doğru yolun açıq olan, əyri olmayan yol olduğunu demişlər. Şair İbn Cərir ibn Atiyyə əl-Xətafinin bu beyti də belədir:

Əmir əl möminin doğru yoldadır,

Gediş yolları əyilirsə, o doğrudur.

Bunun şahidləri sayıla bilməyəcək qədər çoxdur, deyərək, İbn Cərir davam etmişdir:Bütün araplann lugatinda bu anlama gəlir. Bu nöqtədəki Şevâhid sayılmıyacak qədər çoxdur. Sonra ərəblər sırat sözünü hər cür söz və davranış üçün istifadə edərlər. Doğru olana düzgün mənasında, əyri olana da əyri mənasında istifadə edərlər. Sonra müfəssirlər sırat sözünü geniş açıqlamışlar və bütün rəylər Allah və Rəsuluna tabeçiliyə qayıdır. Sirat Allahın kitabı olduğu barəsində də rəvayətlər vardır. İbn Əbu Hatim demişdir: Bizə Həsən ibn Ərəfə danışdı, mənə Yəhya ibn Yəmən danışdı, o da Həmzə əz-Zeyaddan, o da Səid ibn Muxtar ət-Taidən, o da Haris əl-Əvərin qardaşı oğlundan, o da Haris əl-əvərdən, o da Əli ibn Əbu Talibdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) dediyini rəvayət etmişdir: Doğru yol Allahın kitabıdır. İbn Cərir onu Həmzə İbn Həbib əl-Zəyyaddan rəvayət etmişdir. İmam Əhməd və Tirmizi Quranın fəziləti haqqında bəhs edərkən Harisə əl-Avərdən, o da Əlidən mərfu olaraq rəvayət etmişlər: «Quran Allahın möhkəm ipidir, o hikmətli zikr və doğru yoldur». Bu hədisi məvquf olaraq da Əlidən rəvayət edilmişdir, doğruya daha yaxındır. Allah ən doğrusunu biləndir. edilir.

Səvri, o da Mənsurdan, o da Əbu Vaildən, Abdullahın dediyini rəvayət etmişdir: Doğru yol Allahın kitabıdır.  İslam olduğu da deyilmişdir. Dəhhaqdan İbn Abbasın dediyi rəvayət edilmişdir: Cəbrayıl Muhəmmədə (salləllahu aleyhi və səlləm) demişdir: Ey Muhəmməd, bizi doğru yola çatdır, de. İbn Abbas deyir ki, bizi doğrunu göstərən yola  hidayət et, o da Allahın içində əyrilik olmayan dinidir. Meymun ibn Mihrandan İbn Abbasıb belə dediyi rəvayət edilmişdir: Döğru yol İslamdır. İsmayıl ibn Abdurrəhman əs-Suddi əl-Kəbirdən, o da Əbu Malikdən, o da Əbu Salihdən, o da İbn Abbasdan, o da Murrə əl-Xəmədanidən, o da İbn Məsuddan, o da bir qrup səhabədən rəvayət etmişdir ki, onlar demişlər: Doğru yol İslamdır. Abdullah İbn Məhəmməd İbn Aqil, Cabirin dediyini rəvayət etmişdir:  doğru yol İslamdır və göylə yer üzünün arasından daha genişdir.

Muhammad İbn əl-Hənəfiyə də: doğru yol Allahın dinidir. Əbdürrəhman İbn Zeyd İbn Əsləm: doğru yol islamdır, demişdir. İmam Əhməd İbn Hənbəlin  Müsnədində rəvayət edilən hədis bu mənaya dəlalət edir. O demişdir: bizə Həsən ibn Sivar əbul Alə danışdı, bizə Leys ibn Sad danışdı, o da Muaviyyə ibn Slihdən, o da Abdurrəhman ibn Cubeyr ibn Nufeyrdən, o da atasından, o da Nəvvas ibn Səmandan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) dediyini rəvayət etmişdir: «Allah doğru yola bir misal gətirdi: o yolun iki tərəfində şurlar var idi. Onlarda da açıq qapılar var idi. Qapıların üzərində endirilmiş pərdələr var idi. Sıratın qapısında bir dəvətçi vardır: Ey insanlar birlikdə bu yola girin, əyilməyin, deyər. Bir dəvətçi də siratın üstündın dəvət edər. İnsanlar qapılara girmək istəyəndə deyərlər: onu açma, açsan içinə düşərsən. Sırat İslamdır, surlar Allahın qoyduğu hüdudlardır. Açıq qapılar Allahın Haramlarının. Sirat başındakı dəvətçi Allahın kitabıdır. Sıratın üzərindəki dəvətşi hər müsəlmanın qəlbində olan Allah vaizidir. Bunu İbn Əbu Hatim, və ibn Cərir, Leys İbn Saddan bu sənədlə nəql etmişlər. Tirmizi və Nəsai də Ali İbn Həcərdən, o da Baqiyyədən, o da Buheyr ibn Saddan, o da Xalid ibn Mədəndən, o da Cubeyr ibn Nuferdən, o da Nəvvas ibn Səmandan rəvayət etmişlər. Bu yaxşı və sağlam isnaddır. Ən doğrusunu Allah bilir. Mucahid demişdir: doğru yol haqqdır. Bu ifadə daha ümumidir, həmçinin daha əvvəlki ifadələrlə bunun arasında ziddiyyət yoxdur. İbn Əbu Hatim və İbn Cərir, Əbu Nadrdan, o da Haşim İbn əl-Qasimdən, o da Həmzə ibn əl-Muğirədən, o da Asim əl-Əhvəldən, Əbul-Əliyənin dediyini rəvayət etmişlər: doğru yol Rəsulullahın (salləllahu aleyhi və sələm) iki dostu və onların ardınca gələnlərin yoludur. Asim deyir ki, biz bunu Həsənə danışdıq, o dedi: Əbul-Aliyə doğru və səmimi demişdir. Bütün bu sözlər səhihdir və əlaqəlidir. Çünki Peyğəmbərə (salləllahu aleyhi və sələm) itaət edib, ondan sonra gələn Əbubəkr və Ömərə tabe olan kəslər haqqa tabe olmuşlar. Haqqa tabe olan İslama tabe olur. İslama tabe olan Qurana tabe olmur. O da Allahın kitabı, qopmaz ipi və doğru yoludur. Bütün bu ifadələr doğrudur və bir-birini təsdiq edər. Həmd Allaha məxsusdur.

Təbərani demişir: bizə Məhəmməd İbn Fədl əl-Saqati danışdı, bizə İbrahim ibn Mehdi əl-Missini danışdı, bizə Yəhya ibn Zəkəriyyə ibn əbi Zaidə danışdı, o da Aməşdn, o da Abu Vaildən, Abdullah ibn Məsudun dediyini rəvayət etmişdir: doğru yol Rəsulullahın (salləllahu aleyhi və sələm) bizə qoyduğu yoldur. Buna görə Əbu Cəfər İbn Cərir demişdir: məncə ayənin ən uyğun təfsiri budur. Bu da: Allahım, bizi razı olduğun və nemət verdiyin kimsələri müvəffəq etdiyinin üzərində sabit et, deməkdir. Döğru yol məhz elə odur. Çünki kim Allahın nemət verdiyi peyğəmbərlərin, siddiqlərin, şəhidlərin, və yaxşıların yoluna müvəffəq olarsa, o, islama, peyğəmbərlərin təsdiqinə, onun əmrlərini yerinə yetirib, qadağalarından çəkinməyə, Peyğəmbərin yolunu, dörd xəlifənin və bütün yaxşıların izi ilə getməyə müvəffəq olmuşdur. Bütün bunlar doğru yoldandır.

Deyilsə ki, mömin hər vaxt namazda və digər zamanlarda hidayəti necə istəyə bilər ki, axı o bu sifəti qazanmışdır? Bu mövcudun əldə edilməsi bölümündən deyil mi? Cavab: Xeyir, deyil. Əgər möminin gecə və gündüz hidayət istəməyə ehtiyacı olmasaydı Allah Təala onu buna yöneltmezdi. Çünki qul, hər an və hər vəziyyətdə Allahda hidayət itəməyə və o yolda sabit qılmasına, onu yaxşı görüb onu daha artırmasına və onda davamlı olmasına möhtacdır. Çünki qul, Allahın istəyi olmasa, nə faydaya nə də zərərə sahib olmaz. Buna görə Allah Təala, qullarına Özündən həmişə köməyi, səbitliyi və müvəffəqiyyəti diləməyə əmr etmişdir. Xöşbəxt odurki, Allahdan istəməyə müvəffəq olur. Allah Təala dua edənin duasını qəbul edəcəyini buyurur. Xüsusilə çətin vəziyyətdə və möhtac olan adam, gecə və gündüz Ona yalvararsa əli böş dönməz. Necə ki belə buyurmaqdadır: «Ey iman gətirənlər! Allaha, Onun Elçisinə və Elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin!» (Nisa, 136). Burada Allah möminlərə təkrar iman etməyi buyurur. Bu, mövcudun əldə edilməsi mahiyyətində deyil. Çünki bunun məqsədi buna yardım edən əməllərdə davamlı və sabit qalmaqdır. Ən doğrusunu Allah bilir. Allah mömin qullarına belə demələrini əmr etmişdir: “Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən” (Ali-İmran, 8). Abubakr as-Siddiq bu ayəni məğrib namazının üçüncü rükətində fatuhədən sonra gizlicə oxuyardı. Odur ki, “bizi doğru yola yönəlt” deməyin mənası, bizi bunda davamlı et, bizi ondan uzaqlaşdırma deməkdir.