Onlar, doğru yolu verib azğınlığı satın almış kimsələrdir. Amma onların ticarəti qazanc gətirmədi və doğru yola yönəlmədilər.

Suddi təfsirində Əbu Malikdən, o da Əbu Salehdən, o da İbn Abbasdan, o da Mürrədən, o da ibn Məsud ilə bir qrup sahabədən rəvayət etmişdir ki,  “Onlar, doğru yolu verib azğınlığı satın almış kimsələrdir” ayəsində azğınlığı aldılar hidayəti tərk etdilər, demişdir. ibn İshak, Muhəmməd ibn Əbu Məhəmməddən, o da İkrimədən, və ya Said ibn Cübeyrdən belə nəql etmişdir ki, ibn Abbas: Onlar, doğru yolu verib azğınlığı satın almış kimsələrdir, ayəsində iman qarşılığında küfr aldılar, demişdir. Mücahiddə iman etdilər sonra kafir oldular demişdir. Qatadə də azğınlığı hidayətə üstün tutdular demişdir. Qatadənin dediyi məna etibarı ilə buna bənzər: “Səmud xalqına gəldikdə isə, Biz onlara doğru yol göstərdik, onlar isə korluğu doğru yoldan üstün tutdular” (Fussilət, 17). Təfsirçilərin qeyd edilən fikirlərinin xülasəsi belədir. Münafiqlər hidayətdən azğınlığa meyl etdilər, hidayətin əvəzində azğınlığı aldılar. «Onlar doğru yolu verib azğınlığı satın almış kimsələrdir” ayəsinin mənası budur. Yəni azğınlığı almaq üçün qarşılıq olaraq hidayəti verdilər. Bunda da imanı olanların dönüb küfrə getməsi mənası vardır. Necə ki, Allah Təala belə demişdir: “Bu ona görədir ki, onlar iman gətirdikdən sonra kafir oldular. Sonra da onların qəlbinə möhür vuruldu” (Münafiqun, 3). Və ya onlar azğınlığı hidayətə üstün tutdular. Necə ki. Bəziləri belə etdilər. Çünki münafiqlərin müxtəlif növləri var . Bunun üçündür ki, “onların ticarəti qazanc gətirmədi və özləri də doğru yola yönəlmədilər”. Yəni bu malları alış verişdə qazanc vermədi. “doğru yola yönəlmədilər.”: Yəni bu etdiklərində doğru yola yönəlmədilər, deməkdir. İbn Cərir belə demişdir: Bizə Bişr o da Yeziddən, o da Saiddən rəvayət edir ki, Qatadə demişdir: onların ticarəti qazanc gətirmədi və özləri də doğru yola yönəlmədilər.” ayəsində belə demişdir: Allaha and içirəm ki, mən onları gördüm; onlar hidayətdən azğınlığa, camaatdan təfriqəyə, əmin-amanlıqdan qorxuya, sünnətdən bidətə çıxdılar. İbn Əbi Hatim, o da Yəzid ibn Züraydan o da Saiddən, o da Qatadədən buna bənzərini rəvayət etmişdir.