Adəm Rəbbindən kəlmələr öyrəndi, O da onun tövbəsini qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir.

Bu kəlmələrin “Rəbbimiz biz özümüzə zülm etdik, Əgər bizi bağışlamaz və bizə mərhəmət etməzsən, həqiqətən də ziyan edənlərdən olarıq” (Əraf, 23) ayatiylə təfsir edildiyi, yəni bunlardan ibarət olduğu söylənmişdir. Bu Mucahid, Səid ibn Cubeyr, Əbu Aliyə Rəbi ibn Ənəs, Həsən, Qatadə, Muhamməd ibn Kab əl Kurazi, Halit ibn Ma, Əta Əl Xorasani, Əbdurrəhman ibn Zeyd ibn Əsləmdən rəvayət edilmişdir. Əbu İshaq əs Subeyi, Təmim oğullarından bir adamdan rəvayət edir ki, Ibn Abbasın yanına gəldim və soruşdum: Adəmin Rəbbindən aldığı o kəlmələr nələrdir? dedim. O da: Ona həcc haqqında öyrətdi, dedi. Sufyan Sevri belə demişdir: Bizə Əbdüləziz ibn Rəfi, ona da Ubeyd ibn Umeyrdən eşidən bir şəxsdən, bir rəvayətdə də mənə Mucahid Ubeyd ibn Umeyrdən rəvayət etdi demişdir. Adəm : Ya Rəbbi, etdiyim xəta məni Yaratmadan əvvəl mənə Yazdığın bir şeydirmi, yoxsa mənim   özüm yenilik ol müstəqil etdiyim bir şeydir? Xeyir səni Yaratmadan özcə sənin üçün Yazdığım bir şeydir  demişidir. O da : Mənə Yazdığın kimi məni bağışla dedi. Allah Təalanın  Adəm Rəbbindən bəzi kəlmələr öyrəndi o da tövbəsini qəbul etdi dediyi budur. Suddi eşitdiyi birindən  belə rəvayət edir ki, Ibn Abbas belə demişdir: Adəm Rəbbindən bəzi kəlmələr öyrəndi: Adəm (əleyhi ssalam): Ya Rəbbi, məni öz əlinlə yaratmadınmı? Dedi. Ona: Bəli deyildi. “Mənə öz ruhundan üfürmədinmi?” dedi. Ona: Bəli deyildi. Asqirdım, Sən də Yerhamukallah, dedin. Rəhmətin qəzəbini keçmədimi? dedi. Ona bəli deyildi. Bunu etməyimi mənə yazmadınmı? Dedi. Ona Bəli deyildi. Əgər tövbə etsəm məni yenidən Cənnətə qaytararsanmı? Dedi. O da Bəli, dedi. Bunu Əl Əvfi, Səid ibn Cubeyr, Səid ibn Mabəd, Ibn Abbasdan eyni şəkildə rəvayət etmişdirlər. Bunu Hakim də Müstədrəkində, Səid ibn Cubeyrdən, o da Ibn Abbasdan rəvayət etmişdir. Hakim: sənədi səhihdir, Buxari ilə Müslim rəvayət etməmişdilər, demişdir. Suddi ilə Atiyyə əl Əvfi də belə təfsir etmişdirlər. Ibn əbu Hatim  burada bənzər bir hədis rəvayət etmiş və belə demişdir. (zəifdir qeyd edilən hədisin tam özüdür) Bizə Əli ibn əl Hüseyn ibn İşqab , o da Ali ibn Asimdən, o da Səid ibn əbu Arubədən, o da Qatadədən, O da Hasəndən, o da Ubey ibn Kəbdən rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Adəm əleyhissalam: “Ya Rəbbi, əgər tövbə etsəm və dönsəm, cənnətə yenidən girə bilərəmmi?” O da bəli, dedi. Məhz “Sonra Adəm (tövbə etmək üçün) Rəbbindən kəlmələr öyrəndi «dediyi budur. Bu baxımdan qərib bir hədisdir. Sənədində qopuqluq vardır. Əbu Cəfər Razi, Rəbi ibn Ənəsdən, o da Əbu Aliyə, :“Sonra Adəm (tövbə etmək üçün) Rəbbindən kəlmələr öyrəndi, O da onun tövbəsini qəbul etdi.”(Bəqərə, 37) ayəsində belə demişdir. Adəm bu xətanı etdikdən sonra : Ya Rəbbi bəs  tövbə edib, özümü düzəltsəm? Allah Təala da O təqdirdə səni Cənnətə qaytararam, dedi.

Baxın o kəlmələr bəziləri bunlardır:  «Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq» (Əraf 23)

Ibn Əbi Nüceyhdən Mucahid “”Adəm Rəbbindən bəzi kəlmələr öyrəndi” ayəsində belə deyardi. O kəlmələr bunlardır: Allahım səndən başqa ilah yoxdur səni həmd ilə təsbih edirəm. Rəbbim, mən öz nəfsimə zülm etdim məni bağışla. Şübhəsiz ki sən bağışlayanların ən xeyirlisisən. Allahım səndən başqa ilah yoxdur, səni həmd ilə təsbih edirəm. Rəbbim, mən özümə zülm etdim, məni bağışla. Şübhəsiz ki, sən mərhəmət edənlərin ən mərhəmətlisisən. Səndən başqa ilah yoxdur səni həmd ilə təsbih edirəm. Rəbbim,  mən özümə zülm etdim, tövbəmi qəbul et. Şübhəsiz ki sən tövbələri çox qəbul edən və mərhəmətlisən.

Ayənin davamında deyilir: “Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir.”Yəni Tövbə edənin və qayıdanın tövbəsini qəbul edər. Bu ayadə belədir: “Məgər onlar bilmirlər ki, Allah qullarından tövbəni qəbul edir” (Tövbə, 104).  “Kim pis bir iş görərsə və Ya özü özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyarsə, Allahın BağışlaYan, Rəhmli olduğunu görər” (Nisə,110). Kim tövbə edib Yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar” (Furqan, 71). Bunlardan başqa Allahın günahları bağışlaYacağına və tövbə edənlərin tövbəsini qəbul edəcəyinə dair daha bir çox ayələr vardır. Bu da onun məxluquna lütfündən və qullarına mərhəmətindəndir. Ondan başqa ilah yoxdur. O tövbələri qəbul edəndir, çox mərhəmətlidir.