Bu məqamda Allah Təala Adəmin hər bir şeyin adını bilməklə mələklərə qarşı üstünlüyünü və şərəfini zikr etmişdir. Bu da onların Adəmə səcdə etməsindən sonra idi. Bu fəsil ondan əvvəl gətirilib. Çünki bu məqamla onların xəlifə haqqında elmsizlikləri arasında bir bağlılıq vardır. Allah Təala onlara özlərinin bilmədiklərini xəbər vermişdir. Bunun üçündür ki, Allaha Təala bu məqamı onun ardınca zikr etmişdir ki, Adəmin nə üçün şərəf qazanaraq onlara üstün tutulduğunu onlara aydınlaşdırsın.
Allah Təala belə demişdir: “Allah Adəmə bütün adları öyrətdi”: Suddi İbn Abbasdan rəvayət edən kəsdən belə rəvayətlə belə demişdir. Ona övladlarının adlarını və heyvanların adlarını bir bir öyrətdi. Bu uzunqulaqdır, bu dəvədir, bu atdır deyildi. Dahhak rəvayət edir ki ibni Abbas: (Allah) Adəmə bütün (şeylərin) adları öyrətdi. Sözündə belə demişdir: İnsanlar arasında tanınan bütün adları öyrətdi: İnsan, heyvan, göy, yer, düzəngah, dəniz, at, uzunqulaq və buna bənzər siniflər və şeylər kimi. İbn Əbu Hatim ilə ibn Cərir, Asim ibn Kuleybdən rəvayət edir ki, Said ibn Mabəd, İbn Abbasa bu ayə haqqında : Allah ona boşqab və qazanı da öyrətdi? O da bəli kiçik və böyük yel buraxmağı da öyrətdi. dedi. Mücahid də bu ayə haqqında Ona hər canlının hər quşun və hər şeyin adını öyrətdi demişdir. Said ibn Cübeyr, Qatadə və digər sələflərdən rəvayət olunur ki, hər şeyin adlarını öyrətdi, demişdirlər. Ər-Rabi də ondan Mələklərin adlarını öyrətdi, fikrini nəql etmişdir. Hümeyd əş Şami də: Ulduzların adlarını, demişdir. Abdurrahman ibn Zeyddə bütün zürriyyətinin adlarını öyrətdi demişdir. İbni Cərir də ona (Adəmə) mələklərin və zürriyyətinin adlarını öyrətməsini üstün görüş kimi görmüşdür. Çünki Allah sonra onları təqdim etdi demişdir ki, onlar ağıllılar üçündür. Onun üstün saydığı bu fikir əhəmiyyətli deyildir. Zira onların arasına başqalarının da girib ümumiləşdirmə yolu ilə hamısına ağıllı sözü ilə ifadə edilməsi də mümkündür. Necə ki, Allah Təala belə demişdir: Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Nur 45) Abdullah ibn Məsud da “summə aradahunnə“ şəklində oxumuşdur. Übey ibn Kab da “summə aradahə” yəni adlananlar kimi təqdim etdi, şəklində oxumuşdur. Doğrusu isə bütün əşyaların adlarını, özlərini, sifətləri və feillləri ilə öyrətmiş olmasıdır. Necə ki, İbni Abbas kiçik və böyük yel çıxartmağı da öyrətmişdir, demişdir. Yəni böyük və kiçik varlıqların özlərini və fellərin adlarını öyrətdi deməkdir.
Buna görə də Buxari, bu ayənin təfsirində səhihinin təfsir bölməsində belə demişdir: Bizə Müslim ibn İbrahim o da, Hişamda o da Qatadədən, o da Ənəsdən rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Möminlər Qiyamət günü yığışaraq Rəbbimizdən şəfaət istəyək deyərlər. Adəmin yanına gələrlər: sən insanların atasısan, Allah səni öz əlləri ilə yaratdı, mələkləri sənə səcdə etdirdi, sənə hər şeyin adlarını öyrətdi, bizə Rəbbinin qatından şəfaət et! Bizi sıxıntıdan xilas et! deyərlər. O da mən bunu edə bilmərəm deyər, günahını xatırladar və utanar. Nuhun yanına gedin, o Allahın yer üzünə göndərdiyi ilk rəsuludur deyər: Onun yanına gələrlər mən bunu edə bilmərəm deyər, və Allahdan bilmədiyi bir şeyi istəməsini xatırlayar və Allahın dostu İbrahimin yanına gedin deyər, Onun yanına gələrlər o da mən bunu edə bilmərəm deyər sonra Allahın onunla danışdığı, Tövratı verdiyi Musanın yanına gedin deyər: O da mən bunu edə bilmərəm deyər, və haqsız yerə bir adam öldürməsini xatırlayar, Rəbbindən utanar. Allahın qulu, rəsulu, kəlməsi və ruhu olan İsanın yanına gedin deyər. Onun yanına gələrlər, o da mən bunu edə bilmərəm Allahın keçmiş və gələcək günahlarını bağışladığı Muhəmmədin (salləllahu aleyhi və səlləm) yanına gedin deyər. Onlar da mənim yanıma gələrlər. Mən də gedib Rəbbimdən izin istəyərəm, mənə izin verər, Rəbbimi gördüyüm zaman səcdəyə qapanaram, məni istədiyi qədər saxlayar, sonra başını qaldır istə,istədiyin sənə veriləcək, şəfaət et, qəbul ediləcək deyilir. Mən də başımı qaldırar, Onun mənə öyrətdiyi təriflərlə həmd edər, sonra şəfaətə başlayaram. Mənə bir hədd qoyar mən də onları cənnətə daxil edərəm. Sonra ona qayıdaram. Rəbbimi eyni şəkildə gördüyüm zaman bir də şəfaət edərəm. Yenə mənə bir hədd təyin edər, mən də onları cənnətə daxil edərəm. Sonra Ona üçüncü və dördüncü dəfə qayıdaram və geridə ancaq Quranın həbs etdiyi və Cəhənnəmdə əbədi qalmağı vacib olanlar qaldı deyərəm. Buxarinin rəvayəti belədir. Bunu Müslim və Nəsai Hişamdan, o İbn Əbu Abdullah Əddəstavaidir- o da Qatadədən həmçinin, Müslim, Nəsai və İbn Macə də, Saiddən yəni O İbn Arubədir, o da Qatadədən rəvayət etmişdir. Bu hədisdən məqsəd Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bu sözüdür: Adəmin yanına gələrlər: sən insanların atasısan, Allah səni öz əlləri ilə yaratdı, mələkləri sənə səcdə etdirdi, sənə “hər şeyin adlarını öyrətdi”, bu da Allahın ona bütün məxluqatın adlarını öyrətdiyini göstərməkdədir. Bunun üçündür ki, sonra onları mələklərə təqdim etdi, yəni adların sahiblərini deməkdir. Necə ki, Abdurrəzzaq Mamərdən rəvayət edir ki Qatadə belə demişdir. Sonra o adları mələklərə ərz etdi. “Doğru danışanlarsınızsa, bunların adlarını Mənə deyin!” dedi.Suddi təfsirində belə demişdir: Mənə əbu Malik rəvayət etdi o da Əbu salehdən, o da İbni Abbasdan, həmçinin Mürrə İbni Məsud və bir qrup sahabədən rəvayət etdi ki, Bütün adları Adəmə öyrətdi ayəsi haqqıda: sonra məxluqatı mələklərə ərz etdi demişdir. İbni Cüreyc Mücahiddən nəql edir ki, “Summə aradahum” — adların sahiblərini mələklərə ərz etməkdir, demişdir. İbn Cərir belə demişdir: Bizə Qasım, o da Hüseyndən, o da Həccacdan, o da Cərir ibn Hazimdən və Mübarək ibn Fədalədən, onlar da Həsən ilə Əbu Bəkirdən, onlar da Həsən və Qatadədən, belə demişdirlər: Ona hər şeyin adını öyrətdi o da hər şeyi adlandırdı. Ona hər sinif ərz edildi.
Eyni isnadla Həsən ilə Qatadədən “Əgər doğru danışansınızsa, sözü haqqında belə dedikləri rəvayət edilmişdir. Mənim yaratdığım hər hansı bir məxluqdan biliklisinizsə bunların adlarını mənə xəbər verin əgər doğru danışanlarsınızsa. Dahhaqdan rəvayət edilir ki, İbn Abbas «Doğru danışanlarsınızsa” sözü haqqında belə demişdir: Əgər yer üzündə nə üçün bir xəlifə yaradacağını bilirsinizsə deməkdir. Suddi, Əbu Malikdən O da Əbu Salehdən, o da İbni Abbasdan həmçinin Mürrədən o da bir qrup əshab ilə ibn Məsuddan: Əgər adəm oğullarının yer üzündə fəsad törədəcəklərini və qan tökəcəklərini deməkdə doğrusunuzsa, rəvayət edilmişdir.
İbni Cərir demişdir ki bu haqda fikirlərin ən üstünü İbni Abbas və onun kimi deyənlərin fikirləridir. Bunun mənası da budur: Ey: Orada fəsad çıxardan qan tökəcək insanlarımı yaradacaqsan? Bunlar bizdəndirmi yoxsa başqalarındandırmı, biz səni təsbih və təqdis edirik deyən mələklər, əgər, yer üzündə xəlifəmi sizdən başqasından təyin edərsəm mənə o və zürriyyəti üsyan edər, fəsad çıxardar və qan tökərlər; əgər onu sizdən təyin etsəm mənə itaət edəcəyinizi, əmrimə tabe olacağınızı, məni təzim və təqdis edəcəyini söyləyən mələklər, sizə ərz etdiyim və müşahidə etdiyiz şeylərin adlarını bilə bilmirsinizsə, var olmayan bir şeyi heç bilə bilməzsiniz.
Onlar da: Sən Pak və Nöqsansızsan, bizim sənin öyrətdiyindən başqa elmimiz yoxdur. Şübhəsiz sən elm və hikmət sahibisən. dedilər. Bu da mələklərin Allahı təqdis və tənzihdir. Heç kim o istəmədən elmindən heç bir şey qavraya bilməz və Allahın öyrətmədiyi bir şeyi bilməz. Bunun üçündür ki, Sən Pak və Nöqsansızsan, bizim sənin öyrətdiyindən başqa elmimiz yoxdur. Şübhəsiz sən elm və hikmət sahibisən dedilər. Yəni hər şeyi bilirsən. Yaratmağında, əmrində, dilədiyini öyrətməyində, dilədiyini bundan məhrum etməyində, bütün bunlarda hikmət və tam ədalət sənindir.
İbni Əbi Hatim belə demişdir: Bizə Əbu Said əl Əşəc, o da Hafs ibn Ğıyəs, o da Həccac, o da İbn Əbu Muleykədən rəvayət etdi ki, İbni Abbas belə demişdir: Sübhanallah: Allahın özünü pisliklərdən uzaq tutmasıdır, sonra belə demişdir: Ömər (radiyallahu anh) əshabın yanında Əliyə (radiyallahu anh) “Lə İləhə İllallahı bilirik, sübhanallah nədir?” dedi. O da : O Allahın nəfsi üçün sevdiyi və söylənməsindən razı olduğu bir kəlimədir, dedi. İbn Əbu Hatim belə demişdir: Bizə atam o da ibn Nüfeyldən, o da Nadr ibn Arabidən rəvayət etdiyi, bir nəfər Meymun ibn Mehrana Subhanallah kəlməsini soruşdu. O da Allahı təzim və pisliklərdən uzaq tutan bir addır, dedi.
Ey Adəm onlara bunların adlarını xəbər ver, dedi. Onlara bunların adlarını xəbər verincə mən sizə demədimmi, şübhəsiz ki mən göylərin və yerin qeybini bilirəm və mən sizlər nəyi aşkar edir və gizli saxladığınızı da bilirəm. Zeyd ibn Əsləm belə demişdir. Adəm : sən Cəbrayılsan, sən Mikayılsan sən də İsrafilsən dedi. Hamısının adlarını saydı, axırda qarğanın da adını dedi. Mücahid bu ayə haqqında belə demişdir. Göyərçinin, qarğanın və hər şeyin adlarını dedi.
Səid İbn Cübeyr, Həsən və Qatadədən də belə rəvayət edilmişdir: Allahın öyrətdiyi bu şeylərin adlarını saymaqda Adəmin mələklərdən üstün olduğu ortaya çıxdığı zaman Allah Təala mələklərə dedi: Mən sizə göylərin və yerin qeybini bilirəm demədimmi? Mən sizin aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm. Yəni daha əvvəldən sizə açıq və gizli qeybi bilirəm demədimmi, dedi. Necə ki, Allah Təala belə demişdir: Sən ucadan danışsan da (danışmasan da, fərqi yoxdur). Çünki (Allah) sirri də, (bundan) daha gizli olanı da bilir. (Taha, 7). Hudhud bəhs edərkən də Hudhud Süleyman əleyhissalama belə demişdir: Göylərdə və yerdə gizli olanı aşkara çıxaran, gizlədiklərinizi və gizlətmədiklərinizi bilən Allaha səcdə etməlideyildirlərmi?Ondan başqa İlah yoxdur,O uca ərşin Rəbbidir. (Nəml 25, 26). “Mən sizin aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm” ayəsi haqqında bu dediklərimizdən başqa digər fikirlər də söylənmişdir. Dəhhaqdan rəvayət edilir ki, İbni Abbas belə demişdir: aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm, demək yəni İblisin daxilində gizlədiyi kibr və qüruru bilirəm, deməkdir.
Suddi İbn Malikdən o da Əbu Salehdən, o da ibn Abbasdan, həmçinin Mürrə ibn Məsud və bir qrup sahabədən belə demişdirlər ki, Mələklərin “orada fəsad çıxardacaq qan tökəcək kəsləri yaradacaqsanmı” sözləri onların aşkara çıxartdığı, “gizlədikləriniz” sözü isə İblisin gizlətdiyi təkəbbür və qürurdur. Said İbni Cübeyr, Mücahid, Suddi, Dəhhak və Sevri də belə demişdirlər. Malik ilə ibni Cərir də bu fikri üstün tutmuşdurlar. Əbul Aliyə, Rəbi ibni Ənəs, Həsən və Qatadə də, bu “Rəbbimiz bizdən daha bilikli, və bizdən daha qüvvətli məxluq yaratmadı, sözləridir.” Əbu Cəfər ər Razi Rəbi ibn Ənəsdən “aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm ayəsi haqqında belə demişdir: Aşkara çıxartdıqları şey: orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən? sözləridir. Öz aralarında gizlədikləri şey isə: “Rəbbimiz bizdən daha bilikli və bizdən daha qiymətli bir məxluq yaratmadı, sözləridir” Beləcə Allah Adəmi elm və dəyərdə onlardan üstün yaratdığını anladılar. İbni Cərir belə demişdir: Bizə Yunis. oda İbn Vehbdən, o da Əbdurrəhmən İbni Zeyd ibn Əsləm mələklərlə Adəm hekayəsi haqqında belə demişdir. Allah mələklərə: Bu adları bilmədiyinizə görə sizin elminiz yoxdur. Mən onları orada fəsad çıxartsın deyə yaratdım. Bu mənim bildiyim bir şeydir. Buna görədir ki, orada mənə üsyan edəcəklərini və itaət edəcək olanları sizdən gizlədim. Deyir ki, daha əvvəl qeyd edildiyi kimi Allah Təala : “And olsun ki, mən cəhənnəmi və cənnəti cinlərlə və bütün insanlarla dolduracağam” (Hud, 119) demişdir. Deyir ki, mələklər bunu bilmədilər və başa düşə bilmədilər. Deyir ki, Allahın Adəmə verdiyi elmi görüncə onun üstünlüyünü qəbul etdilər. İbni Cərir belə demişdir: Bu haqda rəylərin ən üstünü İbni Abbasın rəyidir. O da budur: “Mən sizin aşkara çıxardıqlarınızı da bilirəm” ayəsinin mənası mən göylərin və yerin qeybini bilməyimlə yanaşı sızın aşkara çıxardıqlarınızı da bilirəm. “Gizlədiklərinizi də” sözü daxilinizdə gizlədklərinizi də bilirəm deməkdir. Mənə heç bir şey gizli qalmaz. Mənim yanımda sizin aşkarladığınız da gizlədiyiniz də birdir. Onların dilləri ilə aşkara çıxartdıqları da orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən? sözləridir. Gizlədikləri də İblisin daxilində gizli olan isə onun Allahın əmrinə qarşı çıxması və itaətinə qarşı təkəbbür göstərməsidir. Deyir ki, bu düzdür, necə ki Ərəblər: Ordu qırıldığı və məğlub olduğu zaman, deyirlər ki, əslində öldürülən bir və ya bir neçə nəfərdir. Burada məğlub olan və ya öldürülənlərin hamısı haqqında belə deyilir. Necə ki, Allah Təala belə demişdir: Şübhəsiz ki, səni otaqların arxasından səsləyənlərin əksəriyyəti anlamırlar.(Hücurat, 4). Deyilənə görə o Təmim oğullarından bir nəfər idi. “Mən sizin aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm” sözü də belədir.