Allah da onlara istehza edər və azğınlıqları içində gəzməklərini uzadar: Suddi Əbu Malikdən o da Əbu Salihdən o da İbn Abbasdan həmçinin Mürrə Əl-Həmədanidən o da İbn Məsud ilə bir qrup səhabədən: Onlara müddət verilir, demişdir. Mucahid demişdir ki, “yemudduhum” azğınlıqlarını artırar deməkdir. Allah Təala belə demişdir: “Yoxsa elə hesab edirlər ki, onlara var-dövlət və övlad nəsib edib möhlət verməklə onlara yaxşılıq etməyə tələsirik? Xeyr, onlar fərqinə varmırlar”(Mumin, 55-56) və belə demişdir: “Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz onları bilmədikləri bir yöndən tədricən sürükləyirik” (Qələm, 44). Bəzilər də belə demişlərdir: Nə vaxt bir günah işləyərlərsə onlara yeni bir nemət verir. O isə əslində intiqamdır. Allah Təala belə demişdir: “Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar. Zalım camaatın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha” (Ənam 44-45). İbn Cərir belə demişdir: “Doğru olan yemudduhum – bolluq şəklində artırarıq və onları azğınlıq və inadkarlıqlarında tərk edərik. Necə ki, Allah Təala belə demişdir:” Biz onların ürəklərini və gözlərini ilk dəfə ona iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içərisində sərgərdan dolaşan vəziyyətdə tərk edərik. (Ənam 110). Ayədə qeyd edilən tüğyan: Daşıb həddi aşmaqdır. Necə ki Allah Təala belə demişdir: “Su aşıb-daşdıqda Biz sizi üzən gəmidə daşıdıq” (Haqqa, 11). Dahhaqdan İbn Abbas “Azqınlıqlarında çabalayarlar”: Yəni küfrlərinin içində tərəddüd edərlər, demişdir. Suddi də sənədiylə əshabdan belə rəvayət etmişdir. Əbul Aliyə, Qatadə, Rəbi İbn Ənəs, Mücahid, Əbu Malik, Abdurrahman İbn Zeyd də: küfr və azqınlıqlarında demişlərdir. İbn Cərir: ayədə qeyd edilən “əl aməhu”: sərgərdan gəzərlər, demişdir. Amihə filanun yaməhu aməhən və umuhən deyilir ki, azmaqdır. Tüğyanda azarlar yəni küfrlərində hansı ki, onun çirkinə batar, murdarlığında boğulan. Azmışlar orada sərgərdan gəzirlər. Çıxmağa bir yol tapa bilməzlər. Çünki Allah Təala qəlblərini möhürləmiş və damğalamışdır. Gözlərini hidayət yolundan kor etmiş və pərdələmişdir. Artıq doğrunu görməzlər, bir yol tapa bilməzlər. Bəziləri də belə demişdir: korluq gözdə, aməh isə qəlbdə olur. Bəzən korluq qəlbdə də istifadə edilir. Allah Təala belə demişdir: “Çünki əslində gözlər deyil, kökslərdəki qəlb kor olur” (Həcc, 46). Amihərraculu yaməhu umuhən fəhuvə amihun və aamihun deyilir. Cəmi də aməhdir. Zəhəbət ibiluhul amhaə deyilir ki, dəvəsinin haraya getdiyi bilinməməkdədir.