Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.

Allah təala onun razılığına tabe olanları öz salamat yollarına hidayət edəcəyini xəbər verir. O, mömin qullarını küfr, şübhə və tərəddüt qaranlıqlarından açıq, aydın, aşkar, asan və işıqlı haqq nuruna çıxardacağını, kafirlərin dostunun isə yalnız şeytanlar olacağını bildirir. Şeytanlar onlara içərisində olduqları cəhalət və azğınlıqları bəzəyar, onları haqq olan yoldan çıxarıb küfr və iftira yoluna döndərər. “Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar” Bu səbəbdən Allah təala «nur» kəlməsini təklikdə, «zülmətləri» isə çoxluqda zikr etmişdir. Çünki haqq birdir, küfrün isə bir çox növləri var, lakin onların hamısı batildir. Necə ki, buyurur: «Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki, (o yollar) sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiya etmişdir ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.” (əl-Ənam, 153). Uca olan buyurur: «Zülmətləri və nuru var etdi.” (əl-Ənam 1). Allah təalə buyurur: «Sağa və sollara” (ən-Nəhl, 48). Bundan başqa neçə-neçə belə ayələr var ki, onlarda da haqqı təklikdə, batil isə dağınıq, dağınıq və bölünmüş olaraq ifadə edilmişdir.

İbn Əbi Hatim demişdir: Bizə atam danışdı, bizə Əli İbn Meysərə danışdı, bizə Əbdüləziz İbn Əbi Osman danışdı, o da Musa İbn Ubeydədən, o da Əyyub İbn Xaliddən rəvayət etdi ki, o dedi: «İstək əhli dirildilər» və ya dedi: «Fitnə əhli dirildilər. Kimin istəyi imandırsa, onun fitnəsi ağ və işıqlı olar. Kimin də həvəsi küfrdüsə, onun fitnəsi qara və qaranlıq olar. Sonra bu ayəni oxudu: “Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutdır, onları nurdan zülmətlərə salarlar. Onlar Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar.”