Allah İsrail oğulları ilə əhd bağlamışdı. Biz onlardan on iki başçı təyin etdik. Allah dedi: “Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, Mənim elçilərimə inanıb onlara yardım etsəniz və Allaha gözəl bir borc versəniz, əlbəttə, Mən təqsirlərinizdən keçər və sizi altından çaylar axan Cənnət bağlarına daxil edərəm. Sizlərdən kimsə bundan sonra kafir olsa, (bilsin ki,) artıq o, doğru yoldan azmışdır”.