Allah övladlarınız haqqında sizə tövsiyə edir; kişiyə, iki qadının payı qədər düşür. Əgər ikidən artıq sayda qadındırlarsa, qoyub getdiyin üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qadındırsa, yarısı ona çatır. Əgər övladı varsa, onun valideyn-lərinin hər birinə qoyub getdiyi altıda bir hissəsi çatır. Əgər onun övladı yoxdursa, varisi də valideynləridirsə, onun anasına üçdə bir hissəsi düşür. Əgər  qardaşları varsa, onun ana-sına  altıda bir hissəsi düşür. Ölənin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra. Valideynləriniz-dən və övladlarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu siz bilmirsiniz. Allah tərəfindən buyurulmuş fərz əməllərdir. Həqiqətən, Allah Biləndir, Müdrikdir.

Bu,sonrakı və həmin surənin axırındakı ayələrFəraid(yəni, mirasla bağlı fərzlər) elminin ayələridir. O da bu üç ayədən və onların təfsiri olan hədislərdən çıxarılmışdır. Onlardan bu məsələ ilə əlaqəli olanları qeyd edəcəyik. Məsələnin izahı, ixtilaflar, dəlillər və imamlar arasında mübahisələr isə,“əl-Əhkam” kitabındadır. Yardım Allahdandır.

Fərzləriöyrənmək haqqında təşviqyönlü hədislər varid olmuşdur. Bu xüsusi fərzlər isə ən mühüm vaciblərdən sayılır. Əbu Davud ilə İbn Macə Abdurrəhman ibn Ziyad ibn Ənam əl-İfriqidən rəvayət etmişlər, o da Abdurrəhman ibn Rafi ət-Tənuxidən, o da Abdullah ibn Amrdan (radiyallahuənh) nəql edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Elm üçdür.Bundan başqası isə, əlavədir: “Möhkəm ayə, riayət edilənsünnə, ədalətli miras.”

ƏbuHureyrədən nəql edilir ki, o demişdir:Rəsulullah (salləllahualeyhi və səlləm) demişdir: “Ey ƏbuHureyrə, Fəraizi öyrənin və onu öyrədin.Çünki o elmin yarısıdır. O unudulur. Ümmətimdən ilk alınacaq odur.” Bunu İbn Macə rəvayət etmişdir.İsnadında zəiflik vardır. Abdullah ibn Məsud və Əbu Səid hədisindən də rəvayət edilmişdir. İkisində də etiraz yeri vardır.

İbn Ueynə demişdir: Fəraizə elmin yarısı ona görə deyilmişdir ki,insanların hamısı onunla sınağa çəkiləcək.

Buxari bu ayənin təfsirində demişdir: Bizə İbrahim ibn Musa danışdı, bizə Hişam danışdı ki, onlara İbn Cureycxəbər verib dedi: Mənə İbn Munkədirxəbər verdi, o da Cabir ibn Abdullahdan nəql etdi ki,o dedi: Rəsulullah (salləllahualeyhi və səlləm) ilə Əbubəkr məni Sələmə qəbiləsində piyada ziyarət etdilər. Yuxulu idim, Rəsulullah (salləllahu aleyhi və səlləm) su istədi, dəstəmaz aldı, sonra üzərimə səpdi, mən də ayıldım və dedim: “Ey Allahın Rəsulu malıma nə etməyi əmr edərsən?” Allah bu ayəni nazil etdi: “Allah övladlarınız haqqında sizə tövsiyə edir; kişiyə, iki qadının payı qədər düşür”. Bunu Muslim ilə Nəsai də, Həccac ibn Muhəmməd əl-Avərdən, o da İbn Cureycdən bu cür rəvayət etmişdir. Bunu hamı Sufyan ibn Ueynədən, o da Muhəmməd ibn Munkədirdən, o da Cabirdən rəvayət etmişdir.

Ayənin nazil olma səbəbinə aid Cabirdən başqa bir hədis:İmam Əhməd demişdir: Bizə Zəkəriyyə ibn Adiy danışdı, bizə Ubeydullah– o, İbn Amr ər- Raqqidir – danışdı, o da Abdullah ibn Muhəmməd ibn Aqildən, o da Cabirdən deyir: Sad ibn Rəbinin zövcəsi Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldi və dedi: “Ey Allahın Rəsulu bunlar Sad ibn Rəbinin iki qızıdır.Ataları Uhudda səninlə idi, şəhid oldu. Əmiləri mallarını alıb, onlara heç nə saxlamadı. Onlar isə malları olmadan evlənə bilməzlər.”Cabir dedi: O da dedi: “Allah bu məsələdə Öz hökmünü verəcəkdir.” Cabir dedi: “Sonra miras ayəsi nazil oldu. Rəsulullah (salləllahu aleyhi və səlləm) əmilərinə xəbər göndərib buyurdu: “Səidin qızlarına üçdə ikisini, analarına səkkizdə birini ver.Yerdə qalanı isə, sənindir.” Bunu Əbu Davud, Tirmizi və İbn Macəbir çox yollarla,Abdullah ibn Muhəmməd ibn Aqildən rəvayət etmişlər. Tirmizi demişdir: Yalnız onun hədisindən bilinir.

Görünür, Cabirin ilk hədisi, bu surənin sonundakı ayənin enməsi ilə əlaqəlidir. Necə ki, bu yaxınlarda gələcəkdir. Çünki onun o vaxtı bir neçə bacısı var idi, qızları yox idi. Kəlalə (qohumluqda ata, ana, uşaq zəncirini pozan) olaraq mirasçı olmuşdur. Biz Buxariyə (rəhmətullahialeyh) tabe olaraq hədisi burada zikr etdik. Çünki o da burada zikr etmişdir. Cabirin ikinci hədisi ayənin nazil olma səbəbinə daha yaxındır. Allah ən doğrusunu biləndir.

Allah övladlarınız haqqında sizə tövsiyə edir; kişiyə, iki qadının payı qədər düşür” yəni, sizə onlar barəsində ədalətli olmanızı əmr edir. Çünki cahiliyyə dövründə bütün miras kişilərə verilirdi. Qadınlara isə heç nə düşmürdü. Allah təala onların hamısının mirasın əslində (yəni, haqqı çatma baxımından) eyni hüquqlu olmasını əmr etdi. İki sinif arasında fərqi göstərdi və kişiyə iki qadının payını verdi. Bu da kişinin dolanışıq, külfət, ticarətlə məşğul olma, qazanc, və çətininliklərə dözmək kimi ehtiyaclarına görədir. Bu səbəbdən də, qadının aldığının iki qatının kişiyə verilməsi münasib sayılır. Bəzi zəkalılar, Allah təalanın “Allah övladlarınız haqqında sizə tövsiyə edir; kişiyə, iki qadının payı qədər düşür” kəlmələrindən Allahın məxluqatına, ananın uşağına olan mərhəmətindən daha çox mərhəmətli olduğunu çıxarmışlar. Çünki valideynlərə övladlarını vəsiyət etmişdir. Buradan da Allahın onlardan daha mərhəmətli olduğu anlaşılır. Səhih hədisdə deyildiyi kimi: O, əsirlər arasında dolaşan bir qadın gördü. Ana uşağından ayrı düşmüşdü. Onu əsirlər arasında tapıb bağrına basdı və əmizdirməyə başladı. Rəsulullah (salləllahu aleyhi və səlləm) səhabələrinə dedi: «Necə bilirsiz, bu qadının uşağını oda atmağa gücü çatarsa, onu atarmı?» Onlar dedilər: «Xeyr, Ey Allahın Rəsulu.» O da dedi: «Allaha and verirəm ki, Allah qullarına bu qadının uşağına olan mərhəmətindən daha mərhəmətlidir.»

Buxari burada demişdir: Bizə Muhəmməd ibn Yusuf danışdı, o da Vərqadan, o da İbn əbu Nəcihdən, o da Ətadan, o da İbn Abbasdan, onun belə dediyini söyləyir: Əvvəllər mal uşağın, vəsiyyət isə ata-ananın idi. Allah bundan istədiyini nəsx etdi. Kişiyə iki qadının payını, valideynlərin hər birinə isə altıda biri və üçdə biri verdi. Zövcəyə səkkizdə biri və dörddə biri verdi. Ərə isə, yarısını və dörddə birini verdi.

Avfi dedi: İbn Abbas “Allah övladlarınız haqqında sizə tövsiyə edir; kişiyə, iki qadının payı qədər düşür” ayəsi barəsində demişdir: Allahın fərz etdiyi, kişi və qadın övladlar və valideynlər barəsində Fəraid ayələri nazil olanda, insanlar və ya bəziləri bunu bəyənmədilər və dedilər: «Qadına dörddə bir və ya səkkizdə bir, qıza yarısı, hətta kiçik uşağa da verilir. Bunlar döyüşənlər deyil. Qənimət gətirməzlər… Bu hədisi dilə gətirməyin, bəlkə Rəsulullah (salləllahu aleyhi və səlləm) onu unudar və yaxud ona deyərik dəyişdirər.» – dedilər. Bəziləri də dedilər: «Ey Allahın Rəsulu, qıza atasının tərk etdiyinin yarısını verirsən, axı o, ata minməz və düşmənlə döyüşməz. Uşağa miras veririk, o da heç nə qazandırmaz…» Onlar cahiliyə dövründə belə edərdilər, yalnız düşmənlə döyüşənə miras verilərdi. Sırası ilə böyüklərə verilərdi.» Bunu İbn əbu Hatim ilə İbn Cərir də rəvayət etmişlər.

Əgər ikidən artıq sayda qadındırlarsa” bəzi insanlar burada keçən “fəuqə” kəlməsinin artıq olduğunu, təqdirinin də “fəin kunnə nisəən isnəteyni” olduğunu söyləmişlər. Necə ki, “fədribu fəuqəl-ənəqi” (əl-Ənfal, 12) ayəsində buyurulur. Bu söz, nə burada, nə də orada keçərli deyil. Belə ki, Quranda artıq və mənasız heç nə yoxdur. Bu mümkün deyil. Sonra “qoyub getdiyin üçdə iki hissəsi onlara çatır” ayəsində onlar dediyi düz olsa idi: “fələhumə sulusəə mə tərəkə” deyilərdi. İki qıza üçdə ikinin verilməsi son ayədəki iki bacı hökmündən çıxarılmışdır. Çünki Allah təala orada iki bacı üçün üçdə ikiyə hökm etmişdir. İki bacı üçdə iki alırsa, iki qızın üçdə ikisini alması daha məqsədə uyğundur. Cabirin yuxarıda qeyd olunan hədisində Rəsulullah (salləllahu aleyhi və səlləm) Sad ibn Rabinin iki qızına üçdə ikisini hökm etmişdir. Beləcə Kitab və Sünnə bunu göstərir.

Ayrıca “Əgər təkcə bir qadındırsa, yarısı ona çatır” deyilmişdir. Əgər iki bacı üçün yarısı olsa idi, o da açıq bildirilərdi. Bir qıza tək olduğuna görə hökm verildiyi üçün, iki bacının da üç bacı hökmündə olduğu anlaşılır. Allah ən doğrusunu biləndir.

Əgər övladı varsa, onun valideynlərinin hər birinə qoyub getdiyi altıda bir hissəsi çatır” Ata-ananın mirasda üç halı vardır:

Birinci: Uşaqlara birləşmələridir. Bu halda ikisindən hər birinə altıda bir verilir. Əgər ölünün yalnız bir tək qızı varsa, o qız üçün yarısı verilir. Valideynin hər birinə altıda biri verilir. Ata o birisi altıda biri də əsabə olduğuna görə alır. Bu halda onun üçün həm fərz hə də əsabəlik birləşmiş olur.

İkinci: Ata-ananın mirasda tək olmasıdır. Bu zaman anaya üçdə biri düşür, ata da qalanını sırf əsabəliklə alır. Həmin halda ananın aldığının iki qatını alır ki, o da üçdə ikidir. Əgər bu halda yanlarında ər və ya arvad olsa, ər yarısını, arvad da dörddə birini alır. Sonra alimlər ər və arvad öz hissələrini aldıqdan sonra, ananın nə alacağı mövzusunda üç görüşlə ixtilaf etmişlər:

Birinci: O iki məsələdə də ana, qalanın üçdə birini alır. Çünki qalan, sanki o ikisinə nisbətdə bütöv miras kimidir. Allah da ataya ayırdığının yarısını anaya vermişdir. O zaman qalanın üçdə birini alır, ata da üçdə ikisini alır. Bu, Ömər ilə Osmanın görşləridir. İki rəvayətdən ən səhihində isə Əlinin görüşüdür. İbn Məsud ilə Zeyd ibn Sabit də belə demişlər. Yeddi fəqihin, dörd imamın və cumhur alimlərin (Allah onlara rəhmət etsin) görüşləri də belədir.

İkincisi: O bütün malın üçdə birini alır, çünki “Əgər onun övladı yoxdursa, varisi də valideynləridirsə, onun anasına üçdə bir hissəsi düşür” hökmü ümumidir. Bu ayə, onun yanında ər və arvadın olub olmaması baxımından daha ümumidir. Bu da İbn Abbasın görüşüdür. Əli ilə Muaz ibn Cəbəldən də belə rəvayət edilmişdir. Şureyh ilə Davud əs-Zahiri də belə demişlər. Əbu Huseyn Muhəmməd ibn Abdullah ibn Ləbban əl-Bəsri də “Əl-icaz fi ilmil-fəraid” kitabında bunu seçmişdir.

Bunda etiraz vardır. Bu hətta zəifdir. Çünki ayənin zahiri onun tək başına tərk olunanın tamamını alması halı ilə əlaqəlidir. Amma burada ər yaxud arvad fərz hissəsini alır. Qalanı da sanki tərk olunanın hamısı kimi qalır və ana yuxarıda keçdiyi kimi üçdə birini alır.

Üçüncü görüş: Ana, zövcə məsələsində bütün malın üçdə birini alır. Necə ki, o da dörddə birini alır. Bu, on ikinin üçüdür. Ana da üçdə bir alır ki, o da dörddür. Geriyə ata üçün beş qalır. Ər məsələsində isə qalanın üçdə birini alır. Belə ki, malın üçdə birini aldığı təqdirdə atadan çox almasın. O zaman məsələ altıdan gəlir: Ər üçün yarım vardır ki, o da üçdür. Ana üçün qalanın üçdə bir vardır ki, o da bir paydır. Ata üçün də bundan sonra qalandır ki, o da iki paydır. Bu görüş İbn Sirindən (rahiməhullah) nəql edilmişdir. Bu da ilk iki görüşdən çıxan bir görüşdür. Hər ikisi də bir şəkildədir. Bu da həmçinin zəifdir. Doğrusu birincisidir. Allah ən doğrusunu biləndir.

Valideynin üçüncü halı: Bu da qardaşlara birləşmələridir. İstər eyni ata-anadan olsunlar, istər ata bir və yaxud ana bir olsunlar. Çünki onların heç biri ata ilə varsa, miras almazlar. Amma onlar bununla bərabər ananı üçdə birdən altıda birə salırlar. Bu zaman onlar olduğu üçün anaya altıda biri verilir. Əgər ondan və atadan başqa mirasçı olmasa, ata qalanını alır.

Bu izah etdiyimizdə iki qardaşın hökmü, cumhura görə daha çox saylı qardaşların hökmü ilə eynidir.

Beyhaqi, İbn Abbasın mövlası Şubədən, o da İbn Abbasdan rəvayət etmişdir ki, o, Osmanın yanına gedib dedi: «İki qardaş ananı üçdə birdən geriyə salmazlar. Allah təala “əgər onun qardaşları varsa” buyurur. Bu durumda iki qardaş sənin qövmünün dilinə görə daha çox saylı qardaşlar mənasına gələ bilməz.» Osman dedi: «Mən özümdən əvvəlki halı dəyişə bilmərəm. Bu hökm böyük şəhərlərə getmişdir və insanlar da mirası belə bölürlər.» Bu rəvayətin doğruluğunda şübhə vardır. Çünki bu Şubə haqqında Məlik ibn Ənəs tənqidi danışmışdır. Əgər İbn Abbasdan belə bir şey səhih olsa idi, alim dostları bunu bilərdilər. Onlardan isə tam əksi nəql edilir.

Abdurrəhman ibn əbuZənaddan, o da Xaricə ibn Zeyddən, o da atasından belə dediyini rəvayət edilmişdir: «İki qardaşa da “ixvə” (yəni, ikidən çox saylı qardaş da) deyilir.» Mən bu məsələyə dair müstəqil bir cüz ayırdım.

İbn əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Abduləziz ibn Muğira danışdı, bizə Yəzid ibn Zuray danışdı, o da Səiddən, o da Qatadədən, onun “Əgər  qardaşları (bacıları) varsa, onun anasına  altıda bir hissəsi düşür” ayəsi barəsində belə dediyini söyləmişdi: Anaya zərər verdilər. Onu mirasçı etmirlər. Onu tək qardaş, üçdə birdən salmaz. Onu yalnız bu saydan yuxarı olanlar sala bilər. Elm adamları hesab edirlər ki, onların anaları üçdə birdən salmaları, atalarının onları evləndirməsi və nəfəqələrinin anaları deyil, ataları tərəfindən təmin edilməsindən dolayıdır.

Bu da gözəl bir sözdür. Amma İbn Abbasdan səhih isnadla: «Analarının payından saldıqları altıda bir, onların özlərinin olur.» – dediyi rəvayət edilmişdir ki, bu da şaz (yəni təklənmiş) rəydir. Bunu İbn Cərir təfsirində rəvayət etmiş və demişdir: Bizə Həsən ibn Yəhya danışdı, bizə Abdurrəzzaq danışdı, bizə Mamər xəbər verdi, o da Tavusdan, o da atasından, o da İbn Abbasdan demişdir: Qardaşlar analarını altıda bir paydan saldılar ki, atalarının deyil, özlərinin olsun.

Sonra İbn Cərir demişdir: Bu rəy bütün ümmətə müxalifdir. Mənə Yunus danışdı, bizə Sufyan xəbər verdi, bizə Amr xəbər verdi, o da Həsən ibn Muhəmməddən, o da İbn Abbasdan, onun belə dediyini söyləmişdir: Kəlalə nə uşağı nə də atası olmayandır.

Ölənin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra”. Sələf və xələf alimləri borcun vəsiyyətdən əvvəl olduğunda icma etmişlər. Bu da yaxşı baxıldığı zaman ayənin mənasından bilinir.

Əhməd, Tirmizi, İbn Macə və təfsir sahibləri belə rəvayət etmişlər: Əbu İshaq hədisindən, o da Haris ibn Abdullah əl-Avərdən, o da Əli ibn əbuTalibdən onun bu cür dediyini rəvayət etmişdir: «Sizlər “Ölənin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra” oxuyursuz, Rəsulullah (salləllahu aleyhi və səlləm) isə borcu vəsiyyətdən əvvələ salmışdır. Ana bir qardaşlar bir-birinə mirasçı olurlar, anaları ayrılar isə, olmazlar. Bir adam ana-ata bir qardaşına mirasçı olar, ata bir qardaşına isə, olmaz.» Sonra Tirmizi demişdir: Bunu yalnız Haris əl-Avər hədisindən bilirik. Elm adamları onun haqqında tənqidi danışmışlar.

Mən də deyirəm ki, o, Fəraid elmini əzbərdən bilirdi. Ona və hesaba çox diqqət ayırırdı. Allah ən doğrusunu biləndir.

Valideynlərinizdən və övladlarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu siz bilmirsiniz” yəni, atalara və oğullara bunları fərz etdik və hamısını mirasçı etməklə vərəsəçiliyin əslində bərabər etdik. Halbuki, cahiliyə dövründə belə deyildi. İslamın əvvəlində də mal uşağın, vəsiyyət də valideynin idi. Necə ki, yuxarıda İbn Abbasdan rəvayət etdik. Allah bütün bunları nəsx etdi və hazırkı hala gətirdi. Hər tərəfə lazımi qədər fərz etdi. Çünki hərdən insana dünya yaxud axirət yaxud da hər ikisinin xeyiri oğlundan gəlmədiyi qədər atasından gəlir. Bəzən də tərsi olur. Buna görə də “Valideynlərinizdən və övladlarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu siz bilmirsiniz” buyurmuşdur. Yəni bundan gəlməsi gözlənən xeyir o birisindən də gələ bilər. Buna görə ona və buna bunları fərz etdik. Hamısını mirasın əslində (yəni, vərəsəlik hüququ baxımından payların müxtəlif olmasından asılı olmayaraq) bərabər etdik. Allah ən doğrusunu biləndir.

Allah tərəfindən buyurulmuş fərz əməllərdir” yəni bu izah etdiyimiz mirasın açıqlanması və bəzi mirasçılara bəzisindən daha çox verilməsi kimi şeylər, Allahdan bir fərzdir. O, bunu hökm etmiş və belə əmr vermişdir. Allah elm və hikmət sahibidir, hər şeyi yerli yerinə qoyar və bu səbəbdən hər kəsə haqq etdiyi şeyi verər. Buna görə Allah təala buyurur: “Həqiqətən, Allah Biləndir, Müdrikdir”.