Allah sizə bəyan etmək, sizi özünüzdən əvvəlkilərin yollarına yönəltmək və tövbələrinizi qəbul etmək istəyir. Allah Biləndir, Müdrikdir.

Ey möminlər Allah yuxarıda, bu surədə və digər yerlərdə keçdiyi kimi sizə halal və haram etdiyini açıqlamaq istəyir. “Sizi özünüzdən əvvəlkilərin yollarına yönəltmək” yəni tərifə layiq yollarına, sevdiyi və razı olduğu şəriətinə tabe olmanızı istəyər. “Tövbələrinizi qəbul etmək istəyir” yəni günah və haramlardan tövbə etmənizi istəyir. “Allah Biləndir, Müdrikdir” yəni, şəriətində, qədərində, fel və sözlərində hikmət sahibidir.

Allah sizin tövbələrinizi qəbul etmək istədiyi halda, ehtiraslara qapılanlar sizi çox kənara meyl etməyə yönəldərlər” yəni şeytanın izinə düşən yəhudilər, xristianlar və zina edənlər “kənara meyl etməyə yönəldərlər” haqdan batilə düşmənizi istəyərlər. “Allah sizin üçün yüngülləşdirmək istəyir” yəni şəriətlərində, qədərində, əmrlərində, qadağalarında və sizə təqdir etdiklərində. Buna görə də cariyələri bəzi şərtlərlə mübah qılmışdır. Necə ki, Mucahid və digərləri bu cür demişlər. “İnsan zəif yaradılmışdır” yüngüllük ona münasibdir. Çünki insan nəfsində zəifdir, əzm və qərarında zəifdir.

İbn əbu Hatim demişdir: Bizə Muhəmməd ibn İsmayıl əl-Əhmasi danışdı, bizə Vəki danışdı, o da Sufyandan, o da Tavusdan, o da atasından, onun “İnsan zəif yaradılmışdır” ayəsi barəsində: “Qadın xüsusunda” – dediyini nəql etmişdir. Vəki demişdir: “Qadınların yanında onun ağlı gedir”.

Merac gecəsində bizim peyğəmbərimiz Muhəmməd (salləllahu aleyhi və səlləm), Sidratul-muntəhadan qayıdanda Musa (əleyhis-salam) əl-Kəlim ona dedi: “Allah sizə nəyi fərz etdi?”- O da dedi: “Mənə hər gün əlli vaxt namazı fərz etdi”. O da dedi: “Rəbbinin yanına qayıt, yungülləşdirməsini istə, ümmətinin buna gücü çatmaz. Mən səndən əvvəl insanları bunun daha az miqdarı ilə yoxladım, bacarmadılar. Sənin ümmətin isə qulaq, göz və qəlb baxımından daha zəifdir”. O da qayıtdı. Allah təala on endirdi. Sonra Musaya qayıtdı, bir neçə dəfə davam etdi, nəticədə beş vaxt namaz qaldı…