Allah üçün həcc və ümrəni tam yerinə yetirin. Əgər sizin qarşınızı kəssələr, müyəssər olan bir qurbanlıq. Qurbanlıq öz yerinə çatana qədər başınızı qırxmayın. Sizlərdən xəstələnən və ya başından əziyyət çəkən varsa, fidyə olaraq ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir. Əmin olduğunuz təqdirdə ümrədən həccə qədər istifadə edən kəs asan başa gələn bir qurbanlıq verməlidir. Tapmayanlar isə həcc əsnasında üç gün və qayıtdıqda isə yeddi gün oruc tutmalıdır. Bu da tam on gün edir. Bu, ailəsi Məscidulharamda yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allah şiddətli cəza verəndir.

Allah Təala orucun hökmlərini sadalayıb ardınca cihadı zikr etdikdən sonra, həcc əməllərini bəyan etməyə başladı. O, həcci və ümrəni tamamlamağı əmr etdi. Ayələrin ardıcıllığından aydın şəkildə belə başa düşülür ki, bu onların ikisinə başladıqdan sonra əməllərin tamamlanmasıdır. Buna görə də ardınca: “Əgər sizin qarşınızı kəssələr,” demişdir. yəni, “Beytullaha gedərkən qarşınız kəsilərsə və bu həcc və umrə əməllərini tamamlamaqdan məhrum edilərsinizsə” — deməkdir. Elə buna görə də alimlər yekdilliklə bildirmişlər ki, həcc və ümrəya başlamaq əsasdır. İstər ümrənin vacib və ya müstəhəb olması söylənilsin. Necə ki, bu, alimlərin iki rəyidir.  Biz də onların ikisini də “əl-Əhkam” kitabımızda dəlilləri ilə təfsilatlı şəkildə yazmışıq. Həmd və minnət Allaha aiddir.

Şubə demişdir: Amr İbn Murrədən, o da Abdullah İbn Sələmədən rəvayət edir ki, Əli (radiyAllahu anh) “Allah üçün həcc və ümrəni tamamlayın.“ ayəsi haqqında demişdir: “Bu, ailədən ayrılan kimi ehrama girmək deməkdir”. İbn Abbas, Səid İbn Cubeyr və Tavus da belə demişlər. Sufyan əs-Səvridən bu ayə haqqında belə dediyi rəvayət edilir. Onların ikisinin tamamlanması, ailəndən ayrılarkən ehram geyinmək, həcc və ya ümrədən başqa heç nəyi niyyat etməmək və miqatdan ləbbeyk oxumaqdır; yoxsa ki, ticarət və ya başqa bir ehtiyac üçün çıxıb Məkkəya yaxınlaşdığın zaman, “Bəlkə bir həcc edim və ya ümrə edim” demək deyildir. Əslində bu da icazəlidir, lakin tam yerinə yetirmək, evdən başqa bir şey üçün deyil, yalnız onun üçün çıxmaqdır.

Məkhul demişdir: O iki işi tam yerinə yetirmək hər ikisinə miqatdan başlamaq deməkdir. Abdurrəzzaq demişdir: Mamər bizə Zuhrinin belə dediyini rəvayət etmişdir: Bizə çatan xəbərə görə Ömər (radiyAllahu anh) Allah təalanın “həcc və ümrəni tamamlayın” kəlamı haqqında: “Onları tam yerinə yetirmək birini digərindən ayıraraq ümrəni həcc aylarından kənar bir vaxtda yerinə yetirməkdir” — demişdir. Çünki Allah təala “Həcc (ziyarəti) məlum olan aylardadır.” (Bəqəra 197) demişdir.

Huşeym demişdir: İbn Avndən, o da  Qasım İbn Muhamməddən rəvayət edir ki, onun: “Həcc aylarında ümrə etmək onu tam yerinə yetirmək deyildir” — dediyini eşitdim. Ondan: “Məhərrəm ayında necə ümrə etmək olar?”- soruşdular. O da: “Onlar onu tam olaraq yerinə yetirmiş sayırdılar.” — dedi. Qatadə İbn Diamədən -Allah onların ikisinə də rəhmət etsin- belə rəvayət edilmişdir. Bu rəya etiraz var. Çünki, Rəsulullah (salləllahu aleyhi və səlləm) dörd ümrə etmişdir ki, onların hamısını da Zülqadə ayında etdiyi dəqiqdir. Hudeybiya ümrəsi hicrətin altıncı ilində Zülqadə ayında, Qəza ümrəsi hicrətin yeddinci ilində Zülqadə ayında, Ciranə ümrəsi hicrətin səkkizinci ilində Zülqadə ayında və hicrətin onuncu ilində həcc ilə bərabər etdiyi ümrə də Zülqadə ayında yerinə yetirilmişdir. Hicrətindən sonra bunlardan başqa heç bir ümrə etməmişdir. Amma Ummu Haniyəyə: ”Ramazanda ümrə mənimlə bərabər həcc etməyə bərabərdir” — demişdir. Bu da ona görədir ki, Ummi Haniyə, Peyğəmbərlə (əleyhissalam) birgə həcc etməyə qərar vermiş, lakin təmizlik səbəbi ilə ona icazə verilməmişdir. Necə ki, bu, Buxaridəki hədisdə geniş şəkildə verilmişdir. Səid İbn Cubeyr də bunun Ummu Haniyəyə məxsus işlərdən olduğunu vurğulamışdır. Allah ən doğrusunu biləndir.

Suddi də “Allah üçün həcc və ümrəni tamamlayın” kəlamı haqqında: “Həcci və ümrəni yerinə yetirin” — demişdir. Əli İbn Əbi Talha da “Allah üçün həcc və ümrəni tamamlayın” kəlamı barədə İbn Abbasın: “Kim həcc və ya ümrə üçün ehrama girərsə, onları tam yerinə yetirmədiyi təqdirdə ehramdan çıxa bilməz” — dediyini söyləmişdir. Həccin tamamlanması Qurban günüdür. Əgər Əqabə camaratını daşlayərsa, Beyti təvaf edərsə, Səfa və Mərvə arasında səy edərsə və bundan sonra ehramdan çıxar.

Qatadə də Zürarədən rəvayət edir ki,  İbn Abbas: “Həcc Ərəfadan, ümrə də təvafdan ibarətdir” — demişdir. Aməş də İbrahimdən rəvayət edir ki, Alqamə “Allah üçün həcc və ümrəni tamamlayın” kəlamı haqqında demişdir: Əbuah İbn Məsudun qiraətində: “Vəəqimu həccə vəlumrətə iləl beyti” varid olmuş və ümrədə Beytullah keçilməz demişdir.

İbrahim: “Bunu Səid İbn Cubeyrə danışdım, o da: “İbn Abbas da belə demişdi” — dedi.” Sufyan da Aməşdən, o da İbrahimdən rəvayət edir ki, Alqamə demişdir: «Həcci və ümrəni Beytullaha qədər yerinə yetirin.» Həmçinin əs-Səvri də İbrahimdən, o da Mənsurdan rəvayət edir ki, İbrahim: “Vəqimul-həccə vəl-umrətə iləl beyti» şəklində oxudu.

Şabi isə: ”Umrə sözünü rəf edərək: “Vəətimul həccə vəl-umrətu lilləh” formasında oxumuş və ümrə vacib deyildir” demişdir. Ondan bunun əksi də rəvayət edilmişdir.

Müxtəlif yollarla Ənəsdən və bir qrup səhabədən Rəsulullahın (salləllahu aleyhi və səlləm) bir ehramla həcc və ümrə etdiyi rəvayət edilmişdir. “Səhih” əsərində əshabına: «Kimin yanında hədiyya edilən qurban varsa, həcc ilə ümrəya niyyat etsin» — dediyi də rəvayət edilmişdir. “Səhih” əsərində həmçinin: ”Qiyamət gününə qədər ümrə həccin tərkibinə daxil olmuşdur” — demişdir.

İmam Əbu Muhamməd İbn əbi Hatim, bu ayənin eniş səbəbi haqqında bir qərib hədis rəvayət etmişdir: “Bizə Əli İbn Hüseyn, o da Əbu Abdullah əl-Həraviydən, o da Ğassan əl-Həraviydən, o da İbrahim İbn Tahmandan, o da Ətadan, o da Safvan İbn Umeyyadən rəvayət edir ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına zəfərana boyanmış bir adam gəldi. Əynində də bir cübbə var idi. O: ”Ey Rəsulullah, mənə ümrəmdə nə əmr edirsən?” dedi. Allah təala: “Həcc və ümrəni tamamlayın” ayəsini endirdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) da: “O sualı soruşan haradadır?” — dedi. Həmin adam: “Mən burdayəm” — dedi. Ona: “Paltarını dəyişdir, qüsl al və bacardığın qədər burnuna çox su çək. Sonra həccində etdiklərini ümrəndə də et” — buyurdu.» Bu hədis qəribdir və düzülüşü də təəccüblüdür.

İki Səhihdə yalə İbn Ümeyyənin rəvayətinə görə bu hadisə Peyğəmbər (salləllahu aleyhi və səlləm) Ciranədə ikən baş vermişdir. Bir adam: “Ümrə üçün ehrama girmiş və əynində cübbə olan, çox ətirlənmiş bir adama necə baxırsan?” — dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm) bir müddət susdu. Sonra ona vəhy gəldi və başını qaldıraraq buyurdu: “Sual soruşan haradadır?” Həmin adam: “Mən burdayəm” — dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm): «Cübbəya gəlincə onu çıxart at, üstündəki ətirə gəlincə onu yu, sonra həccində etdiklərini ümrəndə də et.» Bu rəvayətdə qüsldan, buruna su çəkməkdən və həmin ayənin enişindən bəhs edilməmişdir. Bu da Safvan İbn Ümeyyadən deyil, yalə İbn Ümeyyadəndir. Allah ən doğrusunu biləndir.

Əgər sizin qarşınızı kəssələr, müyassər olan bir qurbanlıq (verin)” Bu ayənin hicrətin altıncı ilində yəni, Hudeybiyya səfərində müşriklərin Rəsulullahın (salləllahu aleyhi və səlləm) Beytullaha girməya mane olmaları haqqında endiyi deyilmişdir. Allah təala bu əsnada Fəth surəsini tam olaraq endirdi. Onlara, gətirdikləri qurbanları kəsmələrinə, qurbanlar yetmiş dəvə idi, və ehramdan çıxmalarına rüsxət endirdi. Bundan sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) onlara başlarını qırxmalarını və ehramdan çıxmalarını əmr etdi. Onlar isə, nəsx gözlədikləri üçün bunu etmədilər. Sonda özü ehramdan çıxaraq, başını qırxdı, insanlar da bunu etdilər. Onlardan bəziləri saçını qısaltmış, tam qırxmamışdı. Buna görə də: ”Allah başını qırxanlara mərhəmət etsin” — dedi. Onlar da: ”Bəs qısaldanlara, ey Allahın elçisi?” — soruşdular. O da üçüncü dəfə təkrar edərkən: “qısaldanlara da” — dedi. Onlar hər dəvəya 7 nəfər ortaq oldular. 1400 nəfər idilər. Hüdeybiyyadə köç saldıqları yer əl-Haram ərazisinin kənarında idi. əl-Haramın sərhəddində olduqları da rəvayət edilmişdir. Allah ən doğrusunu biləndir. Buna görə də alimlər: «Maneə yalnız düşmənləmi olur, xəstəlik və ya başqa bir səbəblə ola bilməzmi?» — deya iki rəy üzərində ixtilaf etmişlər.

İbn əbu Hatim demişdir: “Bizə Muhamməd İbn Abdullah İbn yəzid əl Muqri, o da Sufyandan, o da Amr İbn Dinardan, o da İbn Abbasdan, başqa bir isnadda İbn Tavus atasından, o da İbn Abbasdan, digər isnadda isə İbn əbu Nəcih, İbn Abbasdan rəvayət edir ki, o demişdir: “Əngəl ancaq düşmənlə olur. Xəstə olana, ağrısı olana və ya yolunu itirənə bunun aidiyyati yoxdur. Allah təala: “Əmin olduğunuz təqdirdə” demişdir ki, əminlik maneə deyil.”

Sonra İbn əbu Hatim demişdir: “İbn Ömər, Tavus, Zuhri, Zeyd İbn Əsləmdən də belə rəvayət edilmişdir.”

İkinci rəy: Maneə düşmən, xəstəlik, yolunu itirmə və digər səbəblərdən də genişdir.

İmam Əhməd demişdir: Bizə yəhya İbn Səid, o da Həccac İbn Səffafdan, o da yəhya İbn Əbu Kəsirdən, o da İkrimədən rəvayət edir ki,  Həccac İbn  Amr Ənsari demişdir:  Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: «Kimin bir yeri qırılsa və ya ayəğı topal olsa ehramdan çıxar və ona başqa bir həcc lazım gələr.» Əlavə edir ki, bunu İbn Abbas ilə Əbu Hüreyrəya danışdım. Onlar da: “Düz deyib” — dedilər. Bunu dörd kitabın müəllifləri yəhya İbn Əbu Kəsirdən belə rəvayət etmişlər. Əbu Davud və İbn Macənin rəvayəti isə: “Kim topal olar və ya sümüyü qırılarsa və yaxud xəstə olarsa” şəklindədir. O da eyni mənadadır. Bunu İbn Əbu Hatim o da Həsən İbn Arəfədən, o da İsmayıl İbn Uləyyadən, o da Həccac İbn Əbu Osman əs-Səvvafdan eyniylə rəvayət etmişdir. Sonra demişdir: İbn Məsud, İbn Zübeyr, Əlqamə, Səid İbn Müsəyyib, Urvə İbn Zübeyr, Mucahid, Nəxai, Əta və Muqatil İbn Xəyyandan rəvayət edilir ki, onlar: “Maneə düşməndən, xəstəlikdən və sümük qırılmasından ola bilər” – söyləmişlər. Əs-Səvri də: “Maneə, narahatlıq verən hər şeydən ola bilər” — demişdir.

İki Səhihdə Aişə (radiyAllahu anhə) demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm)  Dubaa binti Zübeyr İbn Abdulmuttalibin yanına daxil oldu. Qadın: “Ey Rəsulullah, mən həcc etmək istəyirəm amma narahatam” — dedi. O da: “Həcci yerinə yetir və: «Harada maneə yaranarsa orada ehramdan çıxaram» — deya şərt kəs.” — buyurdu. Bunu Müslim, İbn Abbasdan oxşar şəkildə rəvayət etmişdir. Həcdə şərt kəsməyi qəbul edən alimlər bu hədisi dəlil gətirmişlər. İmam Muhamməd İbn İdris əş-Şafi də rəyini bu hədisin səhih olmasına bağlamışdır. Beyhəqi və digər hədis hafizləri: «Hədis səhihdir» — demişlər. Allaha həmd olsun.

“Müyassər olan bir qurbanlıq (verin)”.  İmam Malik demişdir: Bizə Cəfər İbn Muhamməd, o da atasından rəvayət edir ki, Əli İbn Əbi Talib demişdir: “Müyassər olan bir qurbanlıq — qoyundur.” İbn Abbas da: “Qurban bu səkkiz baş cütdən olar demişdir: Dəvə, inək, keçi, və qoyun.

Səvri demişdir: Həbibdən, o da Səid İbn Cubeyrdən rəvayət edir ki, İbn Abbas “Müyassər olan bir qurbanlıq” kəlamı haqqında: “Bu qoyundur” — demişdir. Əta, Mucahid, Tavus, Əbu Aliyə, Muhamməd İbn Əli İbn Hüseyn, Əbdurrahman İbn əl-Qasım, Şabi, Nəxai, Həsən, Qatadə,  Dəhhak, Muqatil İbn Həyyan və digərləri də belə demişlər. Dörd imamın məzhəbinə görə də bu belədir.

İbn əbi Hatim belə demişdir: Bizə Əbu Səid əl Əşəc , o da Əbu Xalid əl-Əhmərdən, o da yəhya İbn Səiddən, o da Qasımdan, o da Aişə ilə İbn Ömərdən rəvayət etmişdir ki, onlar müyassər olan qurbanı yalnız dəvədən və inəkdən görərdilər.

Davam edib demişdir ki, Səlim, Qasım, Urvə İbn Zübeyr və Səid İbn Cubeyrdən də oxşar rəvayətlər nəql edilmişdir.

Mən də deyirəm: Zahirən görünən budur ki, onların əsaslandığı Hudeybiyya qissəsidir. Çünki orada heç kimdən rəvayət edilməmişdir ki, kimsə qoyun kəsərək ehramdan çıxıb. Onlar yalnız dəvə və inək kəsmişdilər. İki Səhihdə Cabir demişdir: «Rəsulullah (salləllahu aleyhi və səlləm) dəvə və inəkdə, bizim hər yeddimizə bir inəkdə ortaq olmağımızı əmr etdi.»

Əbdurrəzzaq demişdir: Bizə Mamər, o da İbn Tavusdan, o da atasından rəvayət etdi ki, İbn Abbas “müyassər olan bir qurbanlıq” kəlamı haqqında: “müyassər olduğu qədər” — demişdir.

Əvfi də İbn Abbasın belə dediyini rəvayət etmişdir: «Əgər imkanı varsa dəvədən, yoxdursa inəkdən, o da yoxdursa qoyundandır.»  Hişam İbn Urvə atasından rəvayət edir ki, o, “Müyassər olan bir qurbanlıq” kəlamı haqqında demişdir: “Bu ucuzluq və bahalıqla əlaqədardır”.

Cumhurun həccə maneə yarandığı təqdirdə bir qoyunun kifayət edəcəyi haqqında dəlili budur: Allah təala müyassər olan qurbanı vacib buyurmuşdur. Burada  müyassər olan mənasında “hədy” kəliməsi gəlmişdir. Hədy isə mal-qaradan dəvə, inək və ğanəm(kiçik buynuzlu heyvan). Necə ki, dəryanın mürəkkəbi, Quranın şərhçisi və Rəsulullahın (salləllahu aleyhi və səlləm) əmisi oğlu İbn Abbas da belə demişdir. İki Səhihdə möminlərin anası Aişə (radiyAllahu anhə) demişdir: “Bir dəfə Peyğəmbər (salləllahu aleyhi və səlləm) hədy olaraq ğanəm (kiçik buynuzlu heyvan) göndərdi”.

“Qurbanlıq öz yerinə çatana qədər başınızı qırxmayın.” Bu, “həcc və ümrəni tamamlayın” kəlamına bağlıdır. “Əgər sizin qarşınızı kəssələr, müyassər olan bir qurbanlıq (verin)” kəlamına bağlı deyil. Necə ki, İbn Cərir (rəhmətullahi aleyh) belə güman etmişdir. Çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) ilə əshabı, Hüdeybiyya səfərində Qureyş onlara mane olub əl-Harama girməya qoymayənda başlarını qırxdılar və qurbanlarını əl-Haramın kənarında kəsdilər. Əmin-amanlıqda və əl-Harama gəlib çatdıqda isə qurbanlıq öz yerinə çatana qədər başı qırxmaq olmaz.

Qurban kəsmək ayinini icra edən, qıran həccindədirsə həcc və ümrə əməllərini, yox əgər ifrad və təməttü həccindədirsə, onların ikisindən birini etməklə bitirmiş sayılır. Necə ki,  iki Səhihdə Həfsə: “Ey Rəsulullah, insanlara nə olub ki, ümrə ehramından cıxdılar, lakin sən ümrəndən çıxmadın?» — dedi. O da: “Mən saçımı saqqızlı bir maddə ilə keçələşdirdim, qurbanımın boynunu bağladım, onu kəsənədək çıxa bilmərəm” — dedi.

“Sizlərdən xəstələnən və ya başından əziyyat çəkən varsa, fidyə olaraq ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir.” Buxari demişdir: Bizə Adəm, o da Şubədən,  o da Əbdurrəhman İbn İsfəhanidən rəvayət edir ki, o, Abdullah İbn Məqilin belə dediyini eşitmişdir: “Bu məsciddə, yəni Kufə məscidində Kəb İbn Ucrənin yanında oturdum, ondan fidyə olaraq ya oruc tutmalı” haqqında soruşdum. O dedi: “Məni daşıyaraq Peyğəmbərin (səllallAllahu aleyhi və səlləm) yanına apardılar. Üzümə bit tökülürdü. O dedi: “Bu hala gələcəyini təxmin etməmişdim, bir qoyun tapa bilərsən?” Mən də: ”Xeyr” — dedim. O da:”Üç gün oruc tut və ya altı yoxsulu doydur – hər yoxsul üçün yarım sa yemək ver və başını qırx ” — dedi. Mənim üçün xüsusi, sizin üçün isə ümumi olaraq bu ayə endi.”

İmam Əhməd demişdir: “Bizə İsmayıl, o da Əyyubdan, o da Mucahiddən, o da Əbdurrəhman İbn Əbi Leyladan rəvayət etmişdir ki,  Kəb İbn Ucrə demişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) yanıma gəldi, mən isə qazanın altını yandırırdım. Üzümə -və ya dedi: qaşlarıma- bitlər tökülürdü. “Başının cücüləri səni narahat edirmi?” — dedi. Mən: “Bəli” — dedim. O: “Başını qırx, üç gün oruc tut və ya altı yoxsulu doydur və ya bir qurban kəs” — dedi.” Əyyub: “Hansı ilə başladığını bilmirəm” — dedi.

Başqa bir rəvayətdə Əhməd demişdir: “Bizə Hüşeym, o da Əbu Bişrdən, o da Mucahiddən, o da Əbdurrəhman İbn əbu Leyladan rəvayət edir ki,  Kəb İbn Ucrə demişdir: Biz, Hudeybiyadə Rəsulullahla (salləllahu aleyhi və səlləm) birlikdə idik. Ehramda idik. Müşriklər onu əl-Harama girməya qoymurdular. Saçım da çoxalmışdı. Bit-birə üzümə tökülürdü. Peyğəmbər (salləllahu aleyhi və səlləm) mənə xitab edərək: “Başının cücüləri sənə əziyyat verirmi?” — dedi.” Saçını qırxmasını ona əmr etdi. O dedi: “Sizlərdən xəstələnən və ya başından əziyyat çəkən varsa, fidyə olaraq ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir” ayəsi endi.

Bunu Əffan da Şubədən, o da Əbu Bişrdən yəni, Cəfər İbn İyasdan belə rəvayət etmişdir. Həmçinin Şubədən, o da Həkəmdən, o da Əbdurrəhman İbn Əbi Leyladan eyni şəkildə rəvayət etmişdir. yenə Şubədən, o da Davuddan, o da Şabidən, o da Kəb İbn Ucrədən bənzər şəkildə rəvayət etmişdir.

Bunu  İmam Malik, Humeyd İbn Qeysdən, o da Mucahiddən, o da Əbdurrəhman İbn əbi Leyladan, o da Kəb İbn Ucrədən eyni şəkildə rəvayət etmişdir. Səd İbn İshaq İbn Kəb İbn Ucrə demişdir: Əban İbn Salehdən, o da Həsən Bəsridən rəvayət edir ki, Kəb İbn Ucrədən: “Bir qoyun kəsdim” — dediyini eşitmişdir. Bunu İbn Mərdəveyh də rəvayət etmişdir. Həmçinin Ömər İbn Qeysdən — o zəif ravidir – o da Ətadan, o da İbn Abbasdan rəvayət edilir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Qurban qoyundur. Oruc üç gündür, qida isə altı yoxsul arasında bölünəndir.” Eyni şəkildə Əlidən, Muhamməd İbn Kəbdən, İkrimədən, İbrahimdən, Mucahiddən, Ətadan, Suddidən və Rabi İbn Ənəsdən də rəvayət edilmişdir.

İbn əbi Hatim demişdir: Bizə yunus İbn Əbdul-Əla, o da Abdullah İbn Vəhbdən, o da Malik İbn Ənəsdən, o da Abdulkərim İbn Malik əl-Cəzəridən, o da Mucahiddən rəvayət edir ki, Əbdurrəhman İbn Əbi Leyla demişdir: Kəb İbn Ucrə, Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə birlikdə idi. Başındakı bitlər onu narahat etdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) ona başını qırxması əmr eti və: “Üç gün oruc tut və ya altı kasıbı doyuzdur, hər insan üçün iki iki mud qədər və ya bir qoyun kəs, bunlardan hansını edərsənsə sənə kifayət edər” — dedi.” Leys İbn əbi Süleym də Mucahiddən rəvayət edir ki, İbn Abbas ”oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir” kəlamı haqqında demişdir: “Bunlardan hansını götürsən sənə kifayət edər”. İbn əbi Hatim demişdir: Mucahid, İkrimə, Əta, Tavus, Həsən, Hümeyd əl-Arəc, İbrahim Nəxai və Dəhhaqdan da oxşar şəkildə rəvayətlər gəlmişdir.

Mən də deyirəm ki, dörd imamın məzhəbi də belədir. Alimlərin çoxu bu məqamda insanı öz öhdəsinə həvalə edir. İstəyarsə oruc tutar, istəyarsə bölgü ilə sədəqə verər ki, o da hər yoxsul üçün yarım sa, yəni, iki mud olmaqla cəmi üç sa sədəqə verər. İstəyarsə bir qoyun kəsər və onu kasıblara sədəqə verər. yəni, bunlardan hansını edərsə kifayətdir, deməkdir. Quranın ifadəsi rüsxəti bəyan edərkən ən asandından başlayəraq “oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir” şəklində demişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) də Kəb İbn Ucrəya mərhələli olaraq daha fəzilətlisini göstərmiş və: “bir qoyun kəs, və yaxud altı yoxsulu doydur və ya üç gün oruc tut” — demişdir. Hamısı öz yerinə görə gözəldir. Həmd və minnət Allaha məxsusdur.

İbn Cərir demişdir: Bizə Əbu Kureyb, o da Əbu Bəkr İbn Ayyaşdan rəvayət etdi ki, Aməş demişdir: İbrahim, Səid İbn Cubeyrə “fidyə olaraq oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir“ ayəsi haqqında soruşdu. O da dedi: “Ona ərzaqla hökm edilər. Əgər varıdısa bir qoyun satın alar, əgər yoxdusa qoyun dirhəmlə qiymətləndirilər, onun yerinə ərzaq qoyular və sədəqə verilər. Əgər bu da yoxdursa hər yarım sa ölçü üçün bir gün oruc tutular.” İbrahim: “Əlqamənin də belə dediyini eşitdim” — demişdir. Sonra əlavə etmişdir ki, Səd İbn Cubeyr mənə: “Bu kimdir, nə mədəni insandır?” — dedikdə, mən də: “Bu İbrahimdir” — dedim. O da: “Nə mədəni insandır, bizimlə birlikdə otursa nə yaxşı olardı”. Dedi ki, bunu İbrahimə çatdırdım, “Bizimlə otursa” sözünü dedikdə o bu sözdən titrədi.

yenə İbn Cərir demişdir: Bizə İbn Əbi İmran, o da Ubeydullah İbn Muazdan, o da atasından, o da Əşasdan rəvayət edir ki, Həsən: “oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir” kəlamı haqqında demişdir: Əgər ehramlı bir kimsə başından narahat olarsa, başını qırxar və o üçündən birini fidyə verər. Oruc on gündür, sədəqə 10 yoxsuladır. Hər yoxsula iki fincan verilər: bir fincan xurma, 1 fincan buğda. Qurban da qoyundur.

Qatadə, Həsən və İkrimə də, “oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir” kəlamı haqqında: “10 yoxsul doydurar” — demişlər.

Bu ayə barədə Səid İbn Cubeyr, Əlqamə, Həsən və İkrimədən gələn bu iki rəy qəribdir və burada etiraz üçün səbəb vardır. Çünki Kəb İbn Ucrənin hədisində Sünnə öz təsdiqini tapmışdır ki, oruc altı deyil üç gün və ya altı yoxsulu doydurmaq və ya bir qoyun qurban kəsməkdir. Bu da Quranın üslubundan aydın olduğu kimi, seçimlədir. Bu tərtibat ov öldürməkdə də bilinən bir ardıcıllıqdır. Necə ki, Quran onu açıq aydın bəyan etmişdir. Alimlər də onda ittifaq etmişlər. Buradakı fikir isə ona müxalifdir. Allah ən doğrusunu biləndir.

Hüşeym demişdir: Bizə Leys, o da Tavusdan rəvayət etmişdi ki, o belə demişdi: “Əgər cəza qan və ya ərzaqdırsa Məkkədə, əgər orucdursa istədiyi yerdə olar.” Mucahid, Əta və Həsən də belə demişlər. Hüşeym demişdi ki, bizə Həccac və Əbdul Malik və bunlardan başqaları rəvayət etmişdi ki, Əta demişdi: Qan Məkkədə axıdılar, ərzaq və oruc isə istənilən yerdə yerinə yetirilər. Hüşeym demişdir: Bizə yəhya İbn Səid, o da yaqub İbn Xaliddən, o da İbn Cəfərin azad etdiyi köləsi Əbu Əsmadan xəbər verdi ki, o belə demişdir: ”Osman İbn Əffan həcc etdi. Onun yanında Əli və oğlu Hüseyn vardı. Osman hərəkət etdi. Əbu Əsma dedi: Mən, İbn Cəfərin yanında idim. Dişi dəvəsi başının üstündə dayənmış yatan bir adama rast gəldik. Mən: “Ey yatan insan oyan” — dedim. Baxdım ki, o Hüseyn İbn Əlidir. Əlavə edir ki, onu İbn Cəfər mindirdi, biz də onu su başına gətirdik. Davam edib deyir ki, Əliya (radiyAllahu anh) xəbər göndərdi, onun yanında Əsma bint Umeys var idi. Ona iyirmi gecə qulluq etdik. Əli(radiyAllahu anh) Hüseynə: “Nədən narahatsan?” — deya soruşdu. O da əli ilə başına işarə etdi. Davam edib deyir ki, o da əmr etdi, başını qırxdılar. Sonra bir dəvə gətirdi, onu kəsdi. Əgər o dəvə başını qırxmağın əvəzi idisə, bu rəvayətdə onu Məkkə xaricində kəsmişdir. Əgər bunu ehramdan çıxmaq üçün etmişdisə, məsələ aydındır.

Əmin olduğunuz təqdirdə ümrəni (bitirib) həccə qədər (qadağan olunanlardan) istifadə edən kəs asan başa gələn bir qurbanlıq verməlidir.”: yəni, həcc ibadətlərini edərkən, aranızdan kim həccə qədər ümrəya niyyat etmişdirsə, bu hər ikisi üçün ehrama girən və ya öncə ümrə üçün ehrama girəni də ehtiva edir – bunu bitirdikdən sonra həcc üçün ehrama girər.   Bu da xüsusi təməttü həcci deməkdir ki, fəqih alimlərin terminalogiyasında yer almışdır. Ümumi təməttü həcci isə  iki hissəya bölünür. Necə ki, səhih hədislər də bunu göstərir. Belə ki, ravilərdən: “Rəsulullah (salləllahu aleyhi və səlləm)  təməttü etdi” deyan vardır. Başqa biri də: “Qıran həcci etdi” demişdir. Kəbəya qurban apardığı haqda isə ixtilaf yoxdur. Allah Təala buyurur: “Əmin olduğunuz təqdirdə ümrəni (bitirib) həccə qədər (qadağan olunanlardan) istifadə edən kəs asan başa gələn bir qurbanlıq verməlidir.” yəni gücü çatdığı hədydən kəssin, deməkdir ki, bunun da ən aşağısı bir qoyundur. Onun inək kəsmə haqqı da vardır. Çünki Rəsulullah (salləllahu aleyhi və səlləm)  qadınları üçün bir inək kəsmişdir.

Əvzai demişdir: Bizə yəhya İbn əbi Kəsir, o da Əbu Sələmədən rəvayət edir ki, Əbu Hureyrə demişdir: “Rəsulullah (salləllahu aleyhi və səlləm)  xanımları üçün inək kəsdi, onlar təməttü həcci edirdilər.” Bunu Əbubəkr İbn Mərdəveyh rəvayət etmişdir. Bunda təməttünün şəriətdən olmasına dəlil vardır. Necə ki, iki Səhihdə İmran İbn Hüseyn demişdir: “Allahın Kitabında təməttü ayəsi endi, biz də onu Rəsulullah (salləllahu aleyhi və səlləm)  ilə birlikdə etdik. Sonra vəfat edənədək onu haram edən Quran ayəsi enmədi və onu qadağan da etmədi. Axırda bir insan öz ağlına görə bu haqda nəsə dedi.”

Buxarı demişdir: “Deyilənə görə o, Ömərdir.” Buxarinin bu dediyi barədə, açıq-aydın şəkildə rəvayət gəlmişdir ki, Ömər (radiyAllahu anh) insanlara təməttü həccini qadağan edirdi və deyirdi: “Əgər Allahın Kitabını götürürüksə, Allah tamamlamağı əmr edir.” O, ”Həcci və ümrəni tamamlayın” kəlamını qəsd edirdi. Əslində Ömər (radiyAllahu anh) onu haram edərək qadağan etməzdi. Ancaq həcc və ümrə niyyati ilə Beytullaha gələnlərin çoxalmasını istəyardi. Necə ki, özü bunu izah etmişdir. Allah ondan razı olsun.

“(Qurbanlıq) tapmayənlar isə həcc əsnasında üç gün və (vətəninə) qayıtdıqda isə yeddi gün oruc tutmalıdır. Bu da tam on gün edir.”: Allah təala deyir ki, kim qurban tapmasa həcdə, yəni ibadətlərin davam etdiyi günlərdə 3 gün oruc tutsun. Alimlər belədemişdilər: “Ən yaxşısı onu 10 günlərin içərisində Ərəfə günündən əvvəl tutmaqdır. Bunu Əta demişdir. yaxud da ehrama girdiyi zaman tutar. Bunu da İbn Abbas ilə digərləridemişdilər. Çünki Allah təala “həcc əsnasında”demişdir.

Bəziləri də Şəvvalın əvvəlində tutmağı icazəli hesab edirlər. Bunu da Tavus, Mucahid və bir çoxlarıdemişdilər. Şabi də Ərəfa günü ilə ondan iki gün  əvvəl oruc tutmağı icazəli görmüşdür. Mucahid, Səid İbn Cubeyr, Suddi, Əta, Tavus, Həkəm, Həsən, Həmmad, İbrahim, Əbu Cəfər əl-Baqir, Rabi və Muqatil İbn Həyyan da belə demişlər. Afvi rəvayət edir ki, İbn Abbas: “Əgər qurban tapmasa, həcdə Ərəfə günündən əvvəl üç gün oruc tutar. Ərəfə günü üçüncü gün olarsa orucu tamam olar. yeddi gün də öz ölkəsinə qayıtdığı zaman tutar.” – demişdir. Əbu İshaq, Vəbrədən, o da İbn Ömərdən rəvayət etmişdir ki, o: “Tərviyadən əvvəl bir gün, tərviya günü və Arafə günü tutar” — demişdir. Cəfər İbn Muhamməddən, onun atasından və Əlidən (radiyAllahu anh) də belə rəvayət edilmişdir.

Onları və ya bir qismini bayramdan əvvəl tutmasa, onları təşriq günlərində tutmaq icazəlidirmi? Bu haqda alimlərin iki rəyi vardır. İmam Şafinin də iki rəyi vardır: Əvvəlki rəyi: Onları tutmaq icazəlidir. Çünki, Səhih Buxaridə Aişə (radiyAllahu anhə) ilə İbn Ömər demişlər: “Təşriq günlərində oruc tutmağa ancaq qurban tapa bilməyənlər üçün rüsxət verilmişdi.” İmam Məlik də Zuhridən o da Ürvədən, o da Aişədən, digər sənəddə Səlimdən, o da İbn Ömərdən bu şəkildə rəvayət etmişdir. Onlar bunu ayənin “…həcc əsnasında üç gün və qayıtdıqda isə yeddi gün oruc tutmalıdır…” ümumiliyinə görə demişlər. Bu onların hər ikisindən çox saylı yollarla rəvayət edilmişdir. Onu Sufyan, Cəfər İbn Muhamməddən, o da atasından, o da Əlidən rəvayət etmişdir. O deyirmiş: “Kim həcc zamanı üç gün oruc tutmağı fövtə verərsə, onları təşriq günlərində tutar.” Ubeyd İbn Umeyr əl-Leysi, İkrimə, Həsən əl-Bəsri və Urvə İbn Zubeyr də bu cür demişlər. Bu cür demələri “həcc əsnasında üç gün tutar” ayəsinin ümumi qəbul edilməsindəndir. İmam Şafinin yeni rəyi isə budur: Onların təşriq günlərində tutması icazəli deyildir. Çünki Müslimin Nubeşya əl-Huzəlidən rəvayət etdiyinə görə, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Təşrik günləri yemək, içmək və Əziz və Cəlil olan Allahı zikr etmək günləridir.”

“Qayıtdıqda isə yeddi gün oruc tutmalıdır” burada isə iki görüş vardır. Birinci: yüklərinizin yanına çatdığınız zaman deməkdir. Buna görə Mucahid: “Bu, yolda oruc tutmağa icazədir” — demişdir. Əta İbn əbu Rəbah da bunu demişdir. İkincisi: yaşadığınız yerlərə qayıtdığınız zaman. Abdurrəzzaq demişdi: Bizə Səvru, o da yəhya İbn Səiddən, o da Səlimdən, o da İbn Ömərin “tapmayənlar isə həcc əsnasında üç gün və qayıtdıqda isə yeddi gün oruc tutmalıdır” ayəsi barəsində belə dediyini rəvayət etmişdi: “Ailəsinə qayıtdığı zamandır.” Səid İbn Cubeyr, Əbil Aliyə, Mucahid, Əta, İkrimə, Həsən, Qatadə, Zuhri və Rəbi İbn Ənəsdən də bu şəkildə rəvayət edilmişdi. İbn Cərir bu rəyin icma rəyi olduğunu bildirmişdir.

Buxari demişdi: Bizə yəhya İbn Bukeyr, o da Leysdən, o da Aqildən, o da İbn Şihabdan, o da Səlim İbn Abdullahdan İbn Ömərin belə dediyini rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və  səlləm) vida həccində, ümrədən sonra həcc edərək təməttu həcci etdi və qurban kəsdi. yanındakı qurbanı Zülhuleyfədən gətirmişdi. Ümrəya niyyat etdi. Sonra da Həccə niyyat etdi. İnsanlar da Rəsulullahla (salləllahu aleyhi və səlləm) birgə təməttu həcci etdilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) həccə qədər ümrə ilə başladı. İnsanlardan bəziləri qurban deyib onu gətirdi. Bəziləri də qurban gətirmədilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) Məkkəya gəldikdə dedi: “Ey insanlar, içinizdən qurban gətirənlər, özünə haram olan heç bir şeyi həcci bitirincəya qədər halal etməsin. Qurban gətirməyanlər isə Beyti təvaf etsin, Səfa və Mərva arasında səy etsin, saçını qısaldıb ehramdan çıxsın. Sonra Həccə niyyat etsin. Kim də qurbanlıq heyvan tapa bilməsə, üç gün həcdə və yeddi gün ailəsinə dönərkən oruc tutsun.” Sonra hədisi tam danışdı. Zuhri demişdir: Urvə mənə Aişədən, Səlimin atasından eşitdiyi kimi danışdı. Hədis iki Səhihdə Zuhridən bu şəkildə təxric edilmişdi.

“Bu da tam on edir”. Bunun təkid olduğu deyilmişdir. Necə ki, ərəblər deyirlər: İki gözümlə gördüm, iki qulağımla eşitdim, bu əllərimlə yazdım. Allah Təala buyurur: “və uçan iki qanadlı quşların” (Ənam,38), “nə də onu əlinlə yaza bilirdin” (Ənkəbut, 48), “Biz Musaya otuz gecəlik vədə verdik və buna on əlavə etdik. Beləliklə də Rəbbinin təyin etdiyi vaxt qırx gecə oldu” (Əraf, 142). Ayədə keçən “kamilətun” sözünün mənası onu kamil yerinə yetirib tamamlamaqdı. İbn Cərir bunu tərcih etmişdir. Bu cür də deyilmişdi: “Qurban qəbul olar.” Hüşeym demişdi, o da Abbad İbn Raşiddən, Həsən Bəsrinin “Bu da tam on edir” ayəsi barəsində belə dediyini rəvayət etmişdi: “Qurbanlıqdan”.

Bu, ailəsi Məscidulharamda yaşamayənlara aiddir”: İbn Cərir demişdi: Təfsirçilər “Bu, ailəsi Məscidulharamda yaşamayənlara aiddir” ayəsində kimin qəsd edildiyi barəsində ixtilaf etmişlər. Buna baxmayəraq onlar burada haram əhalisinin qəsd edildiyi və onlar üçün təməttu olmadığı barədə icma etmişlər. Bəziləri: “Burda özəlliklə haram xalqı qəsd edilmişdi, başqaları deyil” — demişlər.

Bizə İbn Bəşər, o da Əbdürrəhmandan, o da Sufyan Səuridən danışmışdır ki, İbn Abbas belə demişdi: “Onlar haram əhalisidir.” İbn Mubarak də Səuridən eynisini rəvayət etmiş və “Camaat da bu fikirdədir” sözlərini əlavə etmişdir. Qatadə demişdi: Bizə deyildiyinə görə İbn Abbas belə söyləyardi: “Ey Məkkə əhli sizə təməttu yoxdur. Bu, başqa yerdə yaşayənlara halal, sizə isə haram qılınmışdı. Ancaq biriniz bir vadi qət edib Haram ilə öz arasında bir vadi saxlayər, sonra da ümrə edə bilər.”

Abdurrəzzaq demişdi: Bizə Mamər, o da İbn Tavusdan, o da atasından rəvayət edir ki: “Təməttu uzaqdakı insanlar üçündür, Məkkə xalqı üçün deyil. Ailəsi haram əhalisindən olmayan üçündür. Allah Təalanın “Bu, ailəsi Məscidulharamda yaşamayənlara aiddir” ayəsi də elə budur.” Deyir ki, Mənə İbn Abbasın da Tavus kimi dediyi çatmışdı.

Başqaları demişlər: “Bunlar haram əhalisi və miqat sərhədlərinin içində olanlardır.” Necə ki, Abdurrəzzaq demişdi: Bizə Mamər, o da bir kişidən, o da Ətadan demişdir: “Ailəsi miqat sərhədləri içində olan, Məkkə əhalisi kimidir, onlar təməttu etməzlər.”

Abdullah İbn Mubarak, o da Əbdurrəhman İbn yəzid İbn Cabirdən, o da Məkhulun “Bu, ailəsi Məscidulharamda yaşamayənlara aiddir” ayəsi barəsində belə dediyini rəvayət etmişdi: “Miqat sərhədləri içində olanlara aiddir.”

İbn Cureyc də Ətanın belə dediyini söyləmişdir: “Bu, ailəsi Məscidulharamda yaşamayənlara aiddir” Arafa, Mərra, Urənə, Dacnən və ər-Rəciuda olmayanlar üçündür.

Abdurrəzzaq demişdi: Mamər bizə Zuhridən belə eşitdiyini rəvayət etmişdi: “Ailəsi bir günlük və ya oxşar yerdə olanlar təməttu edərlər.” Bir rəvayətdə isə, bir və iki gün demişdi.

İbn Cərir bu xüsusda Şəfi məzhəbinin rəyini üstün tutur ki, o da onların əl-Haram əhalisi və namazı qısaltmayəcaq qədər ona yaxın yaşayənların olmasıdı. Çünki onlar müsafir deyil, yerli sakinlər sayılırlar. Allah ən doğrusunu biləndir.

Allahdan qorxun” yəni, sizə əmr etdiyi və qadağan etdiyi məsələlərdə. “və bilin ki, Allah şiddətli əzab verəndir”.  yəni, əmrinə müxalif olanlar və qadağalarını pozanlara qarşı.