Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. Sonra O sizi öldürəcək və yenə dirildəcək, daha sonra isə siz Ona qaytarılacaqsınız.

Allah Təala varlığına, qüdrətinə və qulları üzərində təsərrüf edən xaliq olduğuna dəlil gətirərək belə demişdir: «Allahı necə inkar edirsiniz ki” yəni onun varlığını necə inkar edə bilərsiniz vəya onunla bərabər başqasına necə ibadət eləyə bilərsiniz ki, “siz ölü idiniz, O sizi diriltdi”. Yəni yox idiniz, sizi varlıq aləminə çıxardı. Necə ki, belə demişdir: ”Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır? Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar. (Tur 35-36). Və belə demişdir “Doğurdanmı insanın elə bir dövrü olub keçmişdir ki o, xatırlanmağa layiq bir şey olmamışdır?” (İnsan, 1). Bu xüsusda ayələr çoxdur. Süfyan Sevri Əbu İshaqdan o da Əbul Əhvasdan nəql edir ki, Abdullah İbn Məsud (radiyallahu anh)  belə demişdir: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin. Biz öz günahlarımızı etiraf etdik” (Ğafir, 11) ayəsində: O, Bəqərədəki :” Siz ölü idiniz, O sizi diriltdi Sonra O sizi öldürəcək və yenə dirildəcək” dediyi hadisədir demişdir. İbn Cureyc Atadan nəql edir ki, İbn Abbas da :” Siz ölü idiniz, O sizi diriltdiSonra O sizi öldürəcək və yenə dirildəcək” ayəsində belə demişdir: Sizlər atalarınızın bellərində heç bir şey deyildiniz. Sonunda sizi yaratdı, sonra sizi həqiqi şəkildə öldürəcək. Sonra da sizi dirildəcək. Bu o ayə kimidir, demişdir. Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin. (Ğafir 11). Dəhhaqdan nəql edilir ki, İbn Abbas Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin” (Ğafir 11) ayəsində belə demişdir: Sizi yaratmadan əvvəl torpaq idiniz. Məhz öldürmə budur. Sonra sizi dirildib həyat verdi, məhz diriltmə də budur. Sonra sizi öldürəcək, qəbirlərə geri qayıdacaqsınız. Məhz sonrakı ölüm də budur. Sonra sizi qiyamət günündə dirildəcək. Məhz o biri həyat da budur. Bunlar iki ölüm və iki həyatdır, necə ki, bu ayədə olduğu kimi : “Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. Sonra O sizi öldürəcək və yenə dirildəcək.” Suddi Əbu Malikdən o da Əbu Salihdən o da İbn Abbasdan həmçinin Mürrə Əl Həmədanidən o da İbn Məsud və bir neçə səhabədən, Əbul Aliyədən, Həsən Bəsridən, Mücahiddən, Qatədədən, Əbu Salihdən, Dəhhaqdan, Ata Əl Xorasanidən də belə rəvayət edilmişdir. Sevri Suddidən o da Əbu Salihdən bu ayədə belə demişdir: Sizi qəbirdə dirildir sonra da öldürür. İbn Cərir Yunusdan o da İbn Vəhbdən nəql edir ki, Abdurrahmən İbn Zeyd İbn Əsləm deyir ki, Onları Adəmin belində yaratdı. Sonra onlardan söz aldı. Sonra onları öldürdü, sonra onları ana bətnlərində yaratdı. Sonra onları öldürdü, sonra da qiyamət günündə onları dirildəcək. “Rəbbimiz, bizi iki dəfə öldürdün və iki dəfə diriltdin” sözü də belədir. Bu da, əvvəlki də qərib rəylərdir.

Doğru olanı daha əvvəl İbn Məsud, İbn Abbas və o tabiin camaatından gələn rəydir. Bu ayədə olduğu kimidir:” De: “Allah sizə həyat verir, sonra öldürür, sonra da sizi (gələcəyinə) heç bir şəkk-şübhə olmayan Qiyamət günü (dirildib) bir yerə toplayacaqdır”. Lakin insanların çoxu (bunu) bilmir (Casiyə, 26).  Var olmadan əvvəlki hala ölüm, demişdir. Çünki ikisi də hissizlik baxımından ortaqdır. Necə ki, Allah Təala bütlər üçün :”Ölülərdir, diri deyildirlər, şüurları yoxdur” (Nəhl, 21) demişdir. “Onlar üçün ölü torpaq da bir ayədir, onu diriltdik, ondan bitkilər çıxardıq, ondan yeyirlər (Yunus33).