Allahın Öz qullarından istədiyi kimsəyə Öz lütfündən bəxş etməsinə həsəd aparmaq və Onun nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir! Onlar onlara bəslədiyi qəzəbi daha da şiddətləndirdilər. Kafirlərə alçaldıcı bir əzab vardır.

Mucahid deyir  ki, «Nəfslərini nə  pis  bir  şeya  dəyişdirib  satdılar.» yəhudilər haqqı batillə,Muhəmməd  səlləllahu aleyhi və səlləmin gətirdiyi  haqqı  da  gizlədərək  satdılar. Suddi də belə demişdir: Özlərini satdılar, nəfslərinə müqabil aldıqları, razı olduqları şey necə də pisdir. Onlar Məhəmməd salləllahu əleyhi və səlləmi təsdiq etmək, ona dəstək vermək və  kömək etmək  əvəzinəona nazil ediləni  inkar etdilər. Bunu da həsəd, kin və nifrətlərinə görə etdilər. «Allahın-ın seçdiyi  quluna elçilik endirməsini istəmədilər» bundan daha böyük qısqanclıq olarmı? İbn İshaq, Muhəmməddən, o da İkrimədən,və yaxud Səid İbn Cubeyrdən rəvayət  edir  ki, İbn Abbas demişdir: Allahın Öz qullarından istədiyi kimsəya Öz lütfündən bəxş etməsinə həsəd aparmaq və Onun nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir!, sözündə onu yəhudilərdən göndərmədi, deməkdir.İbn Abbas demişdir, Qəzəb içindəykən üstünə bir  qəzəb dəgəldi, Allah onlara Tövratdan zay etdikləri şey üçün qəzəb etdi, bir də özlərinəgöndərdiyi bu peyğəmbəri inkar etdikləri üçün qəzəb etdi. Mən də deyirəm ki: «Bəu» layiq  oldular, qəzəb üstünə qəzəbədüçar oldular. Əbu-Aliyə də belə demişdir: Allah onlara İncili və İsanı inkar etdikləri üçün qəzəbləndi, sonra da, Muhəmməd səlləllahu aleyhi və səlləm ilə Quranı inkar etdikləri üçün qəzəbləndi. İkrimə ilə Qatadədən də belə rəvayət edilmişdir. Suddi belə demişdir: Birinci qəzəb, buzova ibadət  etdikləri zaman olmuşdu. İkinci qəzəb isə Məhəmməd salləllahu əleyhi və səlləmi inkar etdikləri zaman oldu. «Kafirlərə alçaldıcı bir əzab vardır.» Həddi aşmaqları və qısqançlıqlarının səbəb və mənşəyitəkəbbür olduğu üçün dünya və axirətdə bunun əvəzində xor  görülməvə  alçaldılmaqla rəftar edildilər. Necə ki,  Allah Təala belə demişdir: “Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq (əzilərək, günahları belinə yüklənərək) girəcəklər”(Ğafir: 60). yəni xor  görülmüş və zəlil olaraq, burunları yerə sürtülərək girəcəklər. İmam Əhməd belə demişdir (6639): Bizə yəhya, o da İbn Aclandan, o  da  Amr  bin  Şuaybdan, o da atasından, o da babasından rəvayət  etmişdir  ki, RasulAllah  səlləllahu aleyhi və səlləm belə  demişdir:  Təkəbbürlülərqiyamət günündə insan surətində  xırda  qarışqalar  kimi  həşr  olunacaqlar. Hər bir balaca onlardan böyük olacaq.  CəhənnəmdƏbuus adlı  bir zindana  qoyulacaqlar.Od  üstlərini  örtəcəkdir. Cəhənnəm  əhlinin  axıntısı olan  Xibəl  palçığından içəcəklər.