And olsun fəcrə!

Nəsai deyir: Əbdülvahhab ibn Həkəm, Yəhya ibn Səid vasitəsilə Cabirin belə dediyini nəql etmişdir: Muaz namaz qılırdı. Bir nəfər də gəlib onunla namaz qıldı. Muaz namazını uzatdı. O birisi isə məscidin bir tərəfində namazını qılıb çıxıb getdi. Bu hal Muaza xəbər verildikdə, o həmin kişinin münafiq olduğunu söyləmişdi. Bu hadisədən Peyğəmbər (salləllahu aleyhi və səlləm) xəbər tutduqda, həmin gənci yanına çağırıb ondan bu haqda soruşdu.Gənc belə cavab verdi: “Ey Allahın elçisi, mən onunla namaz qılmaq üçün gəldim, ancaq onun namazı mənə uzun gəldi. Ona görə də ondan ayrılıb məscidin bir tərəfində tək namaz qıldım. Sonra da dəvəmin yemini verdim”. Bundan sora Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Of, of, ey muaz! “Ən uca olan Rəbibnin adınıa təriflər de! (əl-Əla surəsi), “And olsun günəşə və onun işığına!” (əş-Şəms surəsi), “And olsun fəcrə!” (əl-Fəcr surəsi) və “And olsun bürüməkdə olan gecəyə!” (əl-Leyl surəsi) surələri harada idi?!”

Fəcr bilindiyi kimi, sübh, dan yeri deməkdir. Bu fikri Əli, İbn Abbas, İkrimə, Mucahid və Süddi söyləmişlər. Məsruq və Muhəmməd ibn Kəbdən nəql olunan fikrə görə isə, burada nəzərdə tutulan xüsusilə Qurban bayramının sübhüdür və bu da on gecənin sonuncusudur. Bəziləri də deyirlər ki, burada nəzərdə tutulan həmin vaxt qılınan namazdır. Bu fikri İkrimə də səsləndirmişdir. Bəziləri də deyirlər ki, burada günün bütün hissəsi nəzərdə tutulur. Bu, İbn Abbasa istinad edilən bir rəvayətdir. “And olsun on gecəyə!” Burada Zi-l-hiccə ayının on gecəsi nəzərdə tutulur. Necə ki, bu fikri İbn Abbas, İbn Zubeyr, Mucahid, habelə sələf və xələflərdən daha bir neçə nəfər söyləmişdir. Buxarinin “Səhih” kitaibnda İbn Abbasdan mərfu olaraq nəql edilən rəvayətdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Allah qatında əməllərin bu on gündən daha əziz olduğu bir gün yoxdur”. Burada söhbət Zi-l-hiccənin on günündən gedir. Orada olanlar  soruşdular: Allah yolunda cihaddanmı da?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Allah yolunda cihaddan da. Ancaq canı və malı ilə gedən və bunların heç biri ilə dönməyən kəs istisnadır”. Bəziləri deyirlər ki, on gecə dedikdə Məhərrəm ayının ilk on günü nəzərdə tutulur. Bunu Əbu Cəfər ibn Cərir qeyd etmiş, lakin heç kəsə istinad etməmişdir. Əbu Kədinə, Qabus ibn Əbu Zübyan vasitəsilə “And olsun on gecəyə!” ayəsi haqda İbn Abbasın belə dediyini nəql etmişdir: “Bu, Ramazan ayının ilk on günüdür”. Səhih olan birinci fikirdir.

İmam Əhməd deyir: Bizə Zeyd ibn əl-Həbbab, İyaş ibn Uqbə vasitəsilə Cabirdən rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “On gecə Ramazan bayramının on günüdür. Tək, Ərafa günü, cüt isə Qurban bayramı günüdür”. Nəsai bu hədisi Muhəmməd ibn Rafi və Abədə ibn Abdullah vasitəsilə Zeyd ibn Həbbabdan rəvayət etmişdir. İbn Cərir və İbn Əbu Hatim də Zeyd ibn Həbbabdan nəql etmişlər. Bu, isnadında bir qüsur olmayan rəvayətdir. Ancaq hesab edirəm ki, mətnin Peyğəmbərə aid olmasında qəbuledilməzlik mövcuddur. Yenə də ən doğrusunu Allah bilir.

Uca Allah buyurur: “And olsun cütə və təkə!” Yuxarıdakı hədisdə qeyd edildi ki, tək, doqquzuncu gün olduğu üçün Ərafə günü, cüt isə onuncü gün olduğu üçün Qurban bayramı günüdür. İbn Abbas, İkrimə və Dahhak bu cür qeyd etmişlər. İkinci bir rəy kimi İbn Əbu Hatim deyir ki, bizə Əbu Səid əl-Əşac, Aqəbə ibn Xalid vasitəsilə Vasil ibn Saiibn belə dediyini nəql edir: Atədən “And olsun cütə və təkə!” ayəsi haqda soruşdum və dedim: “Bu, bizim qıldığımız vitr namazıdırmı?” O isə mənə belə cavab verdi: “Xeyr, cüt Ərafə günü, tək isə Ramazan bayramı günüdür”.

Üçüncü fikir kimi İbn Əbu Hatim deyir: Bizə Muhəmməd ibn Amir ibn İbrahim əl-Əsbəhani, Əbu Səid ibn Avfdan nəql etdi ki, Məkkədə Abdullah ibn Zubeyr insanlara xütbə deyirdi. Xütbə zamanı bir nəfər ayağa qalxıb “ey möminlərin əmiri, mənə cüt və tək barəsində danış!” Abdullah ibn Zubeyr dedi: “Cüt Allah təalanın buyurduğu kimidir: “Tələsərək iki gündə qayıdana heç bir günah gəlməz”. Tək isə: “Eləcə də yubanana heç bir günah tutulmaz”. İbn Cureyc deyir ki, Məhəhəmməd ibn Murtəfi, İbn Zubeyrin belə dediyini rəvayət etmişdir: “Cüt, təşriq günlərinin ortası, tək isə təşriq günlərinin sonudur”. Buxari və Muslimin eyni adlı “Səhih”-kitablarında Əbu Hureyrədən rəvayət olunan bir hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: “Həqiqətən, Allahın doxsan doqquz – yüzdən bir əskik adı vardır. Kim onları sayarsa, Cənnətə daxil olar. Allah təkdir, təki də sevər”.

Dördüncü rəy olaraq, Həsən əl-Basri və Zeyd ibn Əsləm demişlər: “Bütün məxluqat cüt və təkdirlər. Buna görə də Allah təala yaratdıqlarına and içir. Mucahiddən də bu rəvayət nəql olunmuşdur. Ancaq məşhur olanı birinci fikirdir. Ovfi, İbn Abbasdan nəql edir ki, “And olsun cütə və təkə!” ayəsində aşağıdakı məna nəzərdə tutulur: “Allah təkdir, siz isə cütsünüz”. Həmçinin, bəzilərinin sözlərinə görə, cüt Sübh namazı, tək isə Məğrib namazıdır.

Beşinci fikir də İbn Əbu Hatim tərəfindən gətirilir: Bizə Əbu Səid əl-Əşəc, Ubeydulla ibn Musa vasitəsilə Mucahiddən Allah təalanın “And olsun cütə və təkə!” ayəsi haqda bunları nəql edir: “Cüt ikiliklərdir. Tək isə izzət və cəlal sahibi olan Allahdır”. Əbu Abdullah da Mucahiddən nəql edərək bildirir ki, Allah tək, Onun məxluqatı isə kişi və qadın olmaq üzrə cütdürlər. İbn Əbu Nəcih də Allah təalanın “And olsun cütə və təkə!” ayəsi haqda Mucahidin aşağıdakı fikrini qeyd etmişdir: Allahın yaratdığı hər şey cütdür: Göy, Yer, torpaq, dəniz, cinlər, insanlar, günəş, ay və s. Mucahid bu ifadəsilə Allah təalanın “Biz hər şeydən (erkək və dişi, bir-birinin əksi olmaqla) cüt-cüt yaratdıq. Bəlkə, bir düşünüb ibrət alasınız!” (əz-Zariyat, 49) kəlamındakı mənaya işarə etmişdir. Yəni məqsəd cütləri yaradanın tək olmasınızı insanların bilməyidir.

Altıncı rəy isə Qatədənin Həsəndən nəql etdiyi rəydir. Belə ki, Həsənin sözlərinə görə, cüt və tək cüt və tək saylarıdır. Yəni həm cüt saylar, həm də tək saylar mövcuddur.

Yeddinci fikir isə ayədən nəzərə çarpır. Bu rəyi İbn Əbu Hatim və İbn Cərir, İbn Cureyc vasitəsilə nəql etmişlər. İbn Cərir deyir ki, Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) nəql edilən məlumat bizim Əbu Zubeyrdən rəvayət edərək xatırlatdığımız bu fikri təsdiqləyir. Mənə Abdullah ibn Əbu Ziyad əl-Qatvani, Zeyd ibn əl-Həbbab vasitəsilə Əbu Zubeyrdən, o Cabirdən nəql etdi ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurur: “Cüt iki gündür, tək isə üçüncü gündür”. Bu, eyni mətinlə varid olmuşdur. Lakin bu mətin əvvəldə qeyd etdiyimiz Əhməd, Nəsai, İbn Əbu Hatimin, habelə İbn Cəririn rəvayətində qeyd olunan mətnə ziddir. Allah ən doğru biləndir.

Əbu Aliyə, Rəbi ibn Ənəs və digərlərinin sözlərinə görə, burada namaz nəzərdə tutulur. Belə ki, namazın bir qisminin rükətləri dörd və iki olduğu kimi cüt, bir qisminin də məğrib namazında olduğu kimi rükəti təkdir. Məğrib namazı üç rükətlidir. Həmin namaz gündüzün tək rükətli namazıdır. Həmçinin, gecə təhəccüd namazınının axırındakı namaz da tək rükətdir. Əbdürrəzzaq, Məmər vasitəsilə Qatədədən Allah təalanın “And olsun cütə və təkə!” ayəsi haqda İbn Huseynin belə dediyini nəql etmişdir: “Burada nəzərdə tutulan fərz olan namazlardır. Onlarda cüt və tək rükətli namazlar var”. Bu, arasıkəsilmiş və mövquf olan rəvayətlərdir. Həmçinin, rəvayətin mətnində ancaq fərz namazlar göstərilir. Muttasil və mərfu olaraq Peyğəmbərə (salləllahu aleyhi və səlləm) istinad edilən digər hədislər vardır ki, onlarda bu, ümumi məna ifadə edərək bütün namazlara aid edilir.

İmam Əhməd deyir: Bizə Əbu Davud ət-Təyalisi, Həmmam vasitəsilə İmran ibn İsamdan nəql etdi ki, ona bəsrəli bir qoca İmran ibn Huseynin rəvayətini danışdı. Belə ki, həmin rəvayətdə deyilənə görə, Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) cüt və tək haqqında soruşuldu. O (salləllahu aleyhi və səlləm) isə buyurdu: “Bu, namazdır. Bəziləri cüt, bəziləri də təkdir”. “Əl-Müsnəd”də bu cür qeyd olunmuşdur. Həmçinin, İbn Cərir, Bəndər vasitəsilə Affən və Əbu Kureybdən, onlar da İmran ibn Huseyndən nəql etmişlər. Habelə, Əbu İsa Tirmizi isə Amr ibn Ali vasitəsilə İbn Mehdidən və Əbu Davuddan, onlar da İmran ibn Huseydən nəl etmişlər. Ancaq Tirmizi deyir ki, bu hədis qəribdir. Biz ancaq Qatədənin qeyd etdiyini rəvayəti tanıyırıq. Həmin hədisi Xalid ibn Qeys də Qatədədən nəql etmişdir. İmran ibn İsamın İmranın özündəndən nəql etdiyi rəvayət də mövcuddur. Ən doğrusunu Uca Allah bilir.

Həmin hədisi İbn Əbu Hatim rəvayət edir və deyir: Bizə Əhməd ibn Sinan əl-Vasiti, Yezid ibn Harun vasitəsilə Qatədədən, o isə İmran ibn İsam əd-Dabidən, o da İmran ibn Huseydən rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) həmin hədisi söyləmişdir. Mən onun təfsirində bu rəvayət silsiləsini gördüm. O, bəsrəli qocanın İmran ibn İsam olduğunu vurğulamışdı. Həmçinin, İbn Cərir həmin hədisi rəvayət edir və deyir: Nasr ibn Əli, Qatədə vasitəsilə İmran ibn İsamdan, o da İmran ibn Huseyndən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) cüt və tək haqdakı sözlərini nəql etmişdir. Belə ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Bu, namazdır. Həm cüt, həm də tək namazlar vardır”. Göründüyü kimi, İbn Cərir adı naməlum qalan bəsrəli qocanı qeyd etmimişdir. Onu qeyd edən təkcə Bəni Dabiyə məscidinin imamı bəsrəli Əbu Əmarə İmran ibn İsam əd-Dabidir. O, Əbu Cəmra Nasr ibn İmran əd-Daibnin atasıdır. Ondan Qatədə, habelə oğlu Əbu Cəmra, Musənnə ibn Səid və Əbu Təyyah Yezid ibn Həmid də rəvayətlər nəql etmişlər. Onun haqda İbn Hibban “Kitab əs-Siqat”da (Mötəbərlər kitabı) qeyd etmişdir. Həmçinin, Xəlifə ibn Xəyyat da bəsrəli tabeinlərin sırasında onun adını qeyd etmişdir. O, Həccac ibn Yusifin nəzərində dəyərli və mötəbər bir şəxs idi. İbn əl-Əşas ilə birgə Həccaca qarşı üsyanda iştirak etdiyi üçün Həccac Zaviyə günü, hicrətin 83-cü ilində onu qətlə yetirmişdi. Bu yeganə hədisdən başqa Tirmizi ondan heç bir hədis nəql etməmişdir. Mənə elə gəlir ki, bu hədisin İmran ibn Huseyndə dayanması daha doğru fikir olardı. Ən doğrusunu Allah bilir. İbn Cərir cüt və tək mövzusunda bu fikirlərdən hər hansısa birini qəti fikir kimi önə çəkməmişdir.

Daha sonra Allah təala buyurur: “And olsun keçib getməkdə olan gecəyə!” Ovfi, İbn Abbasın ayə barəsində belə dediyini rəvayət etmişdir: “Yəni gedən gecəyə!” Abdullah ibn Zubeyr isə “And olsun keçib getməkdə olan gecəyə!” ayəsi haqda “yəni bir-birinin arxasınca keçən gecəyə!” mənasını söyləmişdir. Mucahid, Əbul Aliyə, Qatədə və Malik “And olsun keçib getməkdə olan gecəyə!” ayəsi haqda Zeyd ibn Əsləm və İbn Zeyddən nəql edirlər ki, “yəni gəlməkdə olan gecəyə!” Ayənin İbn Abbasın “gedən” mənasında olan fikrinə uyğun gəldiyi kimi, “gəlməkdə olan” mənasında işlənməsi də ehtimal olunur. Hətta bu məna işlənməsinin daha uyğun olduğu da səslənmişdir. Çünki, bu ifadə fəcr sözünün qarşılığında işlənmişdir. Fəcr isə gündüzün gəlib, gecənin getməsi deməkdir. Əgər “And olsun keçib getməkdə olan gecəyə!” ayəsində gecənin gəlişinə işarə olunursa, deməli, gecənin gəlib gündüzün getməsinə and içilir. Əksi isə “ət-Təkvir” surəsində xatırlanır. Belə ki, Allah təala buyurur: “And olsun, qaralmaqda olan gecəyə və sökülməkdə olan dan yerinə!” (ət-Təkvir, 17-18) Dahhak “And olsun keçib getməkdə olan gecəyə!” ayəsi haqda deyir: “Yəni keçib gedən gecəyə!” İkrimə isə “And olsun keçib getməkdə olan gecəyə!” haqda deyir ki, burada birləşdirən gecə nəzərdə tutulur. Bunu İbn Cərir və İbn Əbu Hatim rəvayət etmişlər.

İbn Əbu Hatim deyir: Bizə Əhməd ibn İsam, Əbu Amir vasitəsilə Kəsir ibn Abdullah ibn Amrdan nəql edir ki, Muhəmməd ibn Kəb əl-Qurazi Allah təalanın “And olsun keçib getməkdə olan gecəyə!” ayəsi haqda belə demişdir: Yəni, ey keçib gedən, keç, ancaq bütöv halda meydana çıx!”

Növbəti ayədə uca Allah buyurur: “Məgər bunlarda ağıl sahibi üçün and yoxmudur?!” Yəni, ağıl, düşüncə və din sahibləri üçün!” Ayədə ağıl ərəbcədə “حِجْر” (hicr yəni, maneə, əngəl) kimi ifadə olunmuşdur. Çünki ağıl insanı onun layiq olmadığı pis söz və əməllərin icraçısı olmaqdan qurtarar, qarşısını kəsər. Kəbədə Hicr adlandırılan yer də bu məqsədlə bu cür adlandırılıb. Çünki o, təvaf edənlərin Şam tərəfdə olan divara toxunmasına mane olur. Həmçinin, Yəmamə tərəfdə də Yəmamə hicri yerləşir. Habelə hakim bir kəsi mülkün üzərində olan haqq sahibliyindən çıxartdığı zaman həmin ifadə də hicr sözü ilə ifadə olunur. Quranda Allah təala buyurur ki, “Mələkləri görəcəkləri gün – həmin gün günahkarlara (Cənnətlə) heç bir müjdə olmaz. (Mələklər onlara:) “(Sizə şad xəbər eşitmək) haramdır! (“hicr” sözü ilə ifadə olunmuşdu.)” – deyərlər”. (əl-Furqan, 22) Bu, müxtəlif məqamlarda işlənməsinə baxmayaraq yaxın mənanı daşıyan sözdür. Bu andlar ibadət vaxtlarına, namaz, həcc və Allahdan qorxan, təqvalı və təvazökar olub həmişə Allahın razılığını qazanmağa can atan qulları Allaha yaxınlaşdıran digər ibadətlərə edilən andlardır. Allah təala həmin qulları, onların ibadətlərini və itaətlərini xatırlatdıqdan sonra belə buyurur: “Məgər Rəbibnin Ada nələr etdiyini görmədinmi?” Ad qövmü üsyankar, azğın, zalım və həddini aşmış bir camaat idi. Onlar Allahın itaətindən çıxmış, Ona ibadət etməyən, peyğəmbərini təkzib edən və kitablarını inkar edən bir qövm idilər. Allah təala onları necə məhv etdiyi və həlaka uğratdığını xatırladır, bunun ibrətamiz bir hadisə və dildən dilə dolaşan bir dərs olduğunu diqqətə çatdırır. Allah təala buyurur ki, “Məgər Rəbibnin Ada nələr etdiyini görmədinmi; Sütunlar sahibi İrəmə” Bunlar ilk Ad qövmüdür. Onların şəcərəsi belədir: Ad ibn İrəm ibn Ovs ibn Sam ibn Nuhdur. Bu şəcərəni İbn İshaq qeyd etmişdir. Allah təala Öz peyğəmbəri Hud əleyhissəlamı onlara göndərmişdi. Onlar isə onu təkzib etdilər və ona qarşı çıxdılar. Allah da Öz peyğəmbərini və ona inananları bu qövmün əlindən xilas etdi, həmin qövmü isə həlaka uğratdı. Allah təala buyurur ki, “Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər. İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?!” (əl-Haqqə, 7-8) Allah təala Quranda bir neçə yerdə onların həlakları barəsində xatırlatma verir ki, möminlər onların həlakından ibrət alsınlar. “Sütunlar sahibi İrəmə” Bu əlavə cümlədə təyin rolunda iştirak edib Ad qövmünü tanıtmaq funksiyasını yerinə yetirir.

“Sütunlar sahibi” sözlərinə gəlincə, onlar möhkəm sütunlarda ucaldılan evlərdə və saraylarda yaşadıqları, habelə dövrlərinin ən güclü və sağlam insanları idilər. Ona görə dəHud (ona salam olsun!) onlara əllərində olan nemətləri xatırladıb, həmin nemətləri Rəblərinə itaət yolunda istifadə etmələrini tövsiyə etmiş və belə buyurmuşdu: “Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi (yer üzünün varisləri etdi), sizi xilqətcə (onlardan) daha qüvvətli (üstün) etdi. Allahın nemətlərini yada salın ki, bəlkə, nicat tapasınız!” (əl-Əraf, 69) Həmçinin, Uca Allah buyurur ki, “Ad qövmünə gəlincə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərib dedilər: “Bizdən daha qüvvətli kim ola bilər?!” Məgər onlar düşünmədilərmi ki, özlərini yaratmış olan Allah onlardan daha qüvvətlidir?!” (Fussilət, 15)

Növbəti ayədə uca Allah buyurur: “Hansi ki, heç bir ölkədə onun kimisi yaradılmamışdı”. Ad qövmü öz torpaqlarında bənzəri yaradılmamış olan bir qövm idi. Onlar güc və möhtəşəmlikləri ilə seçilirdilər. Mucahid deyir ki, İrəm qədim bir xalqdır və ilk Ad qövmüdür. Qatədə ibn Dəamə və Suddinin sözlərinə görə isə İrəm Ad qövmünün yaşadıqları diyardakı bir ailədir. Bu, dolğun və tutarlı bir rəydir. Mucahid, Qatədə və Kəlbi Allah təalanın “Sütunlar sahibi” ayəsi haqda deyirlər ki, yəni onlar ayaq üstə dayanmazdılar. Ovfi isə İbn Abbasdan nəql edir ki, onların “Sütunlar sahibi” adlandırılmasının səbəbi uzunboylu olmaları idi. İbn Cərir birinci fikri məqbul hesab etmiş, ikincisini isə qəbul etməmişdir. Onun bu seçimi doğrudur.

Allah təala buyurur: “Hansi ki, heç bir ölkədə onun kimisi yaradılmamışdı”. İbn Zeyd ayədəki “onun kimisi” ifadəsində olan əvəzliyin sütunlara aid edildiyini söyləmişdir. Onun fikrincə, o cür hündürlükdə sütunlar heç bir yerdə yaradılmamışdır. İbn Zeyd deyir ki, onlar yan tərəflərdə sütnlar ucaltmışdılar və bu cür sütunların bənzəri heç bir ölkədə yaradılmamışdı. Qatədə və İbn Cərir isə həmin əvəzliyin adı çəkilən xalqa aid edildiyini söyləmişlər. Onların sözlərinə görə, yaşadıqları zamanda heç yerdə onlar kimi bir xalq yaradılmamışdı. Doğru olan rəy də budur. İbn Zeydin və onun bu fikrini dəstəkləyənlərin görüşü isə tutarsızdır. Çünki məqsəd İbn Zeydin düşündüyü kimi olsaydı, onda ayədə “onun kimisi tikilməmişdi” kimi qeyd olunardı. Ancaq Allah təala “Heç bir ölkədə onun kimisi yaradılmamışdı” – buyurdu.

İbn Əbu Hatim deyir: Atam Leysin katibi Əbu Saleh vasitəsilə Miqdəmdən nəql etdi ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) sütunlar sahibi olan İrəm barəsində danışdı və dedi: “Onlardan bir nəfər kişi qaya parçasının yanına gəldi və onu camaatın üstünə ataraq onları öldürdü”.  Daha sonra İbn Əbu Hatim deyir: bizə Əli ibn Hüseyn, Əbu Tahir vasitəsilə Sövr ibn Zeyd əd-Diyəlidən nəql edir ki, mən bir yazıda (harda oxuduğunun yerini də qeyd etmişdir.) bu sözləri oxumuşam: “Mən Ad oğlu Şəddadam. Sütnları ucaldan mənəm. Qolumla bir nəfərin baxa biləcəyi yerə qədər uzanan mənəm. Yeddi arşın uzunluğunda xəzinə qazan mənəm. Muhəmməd (salləllahu aleyhi və səlləm) ümmətindən başqası o xəzinəni çıxarda bilməyəcək”.

Qeyd olunan fikirlər – istər həmin xalqın inşa etdikləri sütünlar olsun, istər səhralardakı çadırların sütunları olsun, istər döyüşdükləri silahlar olsun, istərsə də uzun boylu olmaları olsun, bütün hallarda onlar bir qəbilə, bir xalq idilər. Habelə, onların adları Quranda bie neçə yerdə Səmud qövmü ilə birgə xatırlanmışdır. Burada da həmin xalqın adı Səmud qövmünün adı ilə yanaşı çəkilir. Yenə də ən doğrusunu Allah bilir.

Allah təalanın “Sütunlar sahibi İrəmə” ayəsində nəzərdə tutulanın istər Səid ibn Museyyiibn dediyi kimi, Dəməşq şəhəri olmasına, istər Qurazinin qeyd etdiyi kimi, İskəndəriyyə şəhəri olmasına, istərsə də başqa şəhərlərə aid edilməsinə gəlincə həmin rəyləri araşdırmaq lazımdır. Əgər elə hesab edilsə, o zaman “Məgər Rəbibnin Ada nələr etdiyini görmədinmi; Sütunlar sahibi İrəmə” ayəsi ilə məna baxımından necə uyğun gələr? Əgər bu ifadə əvəzləyici ifadə və ya təyin rolunda iştirak edərsə, sözün ahəngini təmin etmək mümkün olmaz. Əslində isə məqsəd Ad adlı bir tayfanın həlak olmasını və Allahın qarşısıalınmaz intiqamının onlar üzərində necə tətbiq edildiyini xəbər verməkdir. Əsl məqsəd hər hansısa bir şəhər və ya region barəsində xəbər verməkdən ibarət deyil.

Mənim bu nöqtəyə diqqət yetirməyimin səbəbi, bir çox təfsirçilərin haqqında danışdığımız ayəni təfsir edərkən hansısa bir şəhərə aldanmamalarıdır. Məsələn, həmin şəhər barəsində deyilir ki, sütünlardan ibarət olan bir şəhər idi. Qızıl və gümüş kərpiçlərlə tikilmişdi. Orada saraylar, qəsrlər, evlər və baxçalar qızıl və gümüşlərlə bəzədilmişdi. Yolları inci və mirvarilərlə döşədilmişdi. Torpaqları müşk saçırdı. Çayları hər zaman axar, meyvələri hər zaman yetişmiş və sallaqlı halda olardı. Divarlar və qapıların carçı və qapıçıları olmaz, öz-özünə açılardı. Habelə, həmin şəhərin müxtəlif ərazilərdə yerləşdiyi söylənilir. Gah Şama, gah Yəmənə, gah İraqa, gah da digər məmləkətlərə köçürüldüyü söylənmişdir. Bütün bunların hamısı yahudi mənbələrinin və bəzi yahudi zindiqlərin əfsanələridir. Məqsədləri cahil insanların ağıllarını qarışdırıb, bu mövzuda onları təsdiqləmələrini təmin etməkdir.

Sələbi və digərləri nəql edirlər ki, bir nəfər bədəvi kişi (Abdullah ibn Qiləbə) Müaviyənin dövründə itmiş dəvələrini axtarmaq üçün yoşa düşdü. Dəvələrini axtararkən yolunu azmış və gözləmədiyi halda özünü qala divarları və darvazaları olan böyük bir şəhərin qarşısında tapmışdı. Həmin şəhərə daxil olmuş və vəsfləri əvvəldə qeyd olunan qızıl şəhəri öz gözləri ilə görmüşdü. Bunda sonra kişi geri qayıtmış və gördüklərini camaata danışmışdı. Camaat onunla birgə həmin əraziyə gəlsələr də, heç nə tapmamışdılar. İbn Əbu Hatim “sütunlar sahibi olan İrəm”lə əlaqəli uzun bir rəvayət qeyd etmişdir. Ancaq həmin rəvayətin isnadı səhih deyil. Sözügedən bədəvinin isnadı səhih olsaydı belə, bədəvinin xəyal və fantaziyası və yaxud da həmin şəhərin mövcud olmasına ürəkdən inanması onu bu cür işə sövq etdiyini söyləməyə rəvac verər. Bunlar da onun doğru olmadığına qəti sübutlardır. Bu, həvəslər dalınca qaçan, tamahkar və cahil kütlənin yer altında xəzinələrin, qızıl-gümüşün, ləl-cəvahiratın, yaqut və qiymətli daş-qaşların, dirilik suyunun mövcud olması xülyasına uymasıdır. Onların iddiasına görə, həmin xəzinələrin əldə edilməsi və mənimsənilməsi yolunda bəzi əngəllər mövcuddur. Belə insanlar zəif, ağılsız və səfeh varlıların mallarını min cür hilə və kələklə alıb bor yerlərə xərcləməkdə və sonra da onlara gülməkdədirlər. Doğrudur, istər cahiliyyə dövründən, istərsə də islamın zühurundan bəri yer altında çoxlu xəzinələr mövcuddur. Kimin qarşısına həmin xəzinə və dəfinələr çıxıbsa və ya çıxacaqsa, onlarea sahib ola bilər. Ancaq dəfinə tamahkarlarının bu cür iddialarına gəlincə, bunlar yalan və uydurmadan başqa bir şey deyil. Onların bu iddialarını təsdiq etməyə çalışanların əllərində heç bir dəlil və sübutları yoxdur. Onlar öz danşdıqlarından və ya onlara danışılandan başqa bir şeyə istinad etməzlər. Uca və nöqsansız olan Allah isə doğruya, hidayətə yönəldəndir.

İbn Cəririn “Sütunlar sahibi İrəmə” ayəsinə verdiyi mənada isə bir qəbilənin və ya o qəbilənin məskunlaşdığı bir şəhərin mövcud olması ehtimal olunur. Onun verdiyiyi mənaya əsasən, bu səbəbə görə də İrəm sözünün ərəbcəsi tənvinsiz işlənmişdir. Lakin bu rəyin araşdırılmağa ehtiyacı var. Qeyd etdiyimiz kimi, ayədə əsl məqsəd həmin qəbilə barəsində xəbər verməkdir. Ona görə də Allah təala növbəti ayədə buyurur: “Vadidə qayaları yonan Səmudlulara” Yəni onlar vadidə qayaları oyurdular. İbn Abbas deyir ki, onlar qayaları yarıb yonurdular. Mucahid, Qatədə, Dahhak və İbn Zeyd də bu cür söyləmişlər. Ayədəki yonan sözünün ərəbcəsi olan “Cəbu” (“جَابُوا”) ifadəsi “cib” və sair sözlərlə eyni kökdən və yaxın mənalardan ibarət olan ifadədir. Allah təala həmin mənalı digər ifadə ilə Şüəra surəsində buyurur: “Dağlardan (sanki dünyada əbədi yaşayacaqsınız deyə, özünüzə) məharətlə (və ya təkəbbürlə) evlər yonub düzəldəcəksiniz?” (əş-Şüəra, 149) Hətta İbn Cərir və İbn Əbu Hatim həmin mənanı ifadə edən bir şeir də qeyd etmişlər.

İbn İshaq nəql edir ki, onlar bədəvi ərəblər idilər, məskunlaşdıqları ərazi isə Qura vadisi idi. Ad qövmünün hekayətini əl-Əraf surəsində yetərincə xatırlatdığımız üçün burada bu haqda yenidən danışmağa ehtiyac görmürük. Növbəti ayədə uca Allah buyurur: “Və mismarlar sahibi Firona?!” Ovfi İbn Abbasdan nəql edir ki, ayənin ərəbcəsində olan “الأوْتَاد” (mismarlar) sözü əmri itaətkarcasına yerinə yetirən ordular mənasını daşıyır. Deyilənə görə, Firon əsgərlərinin əl və ayaqlarını mismarlayardı. Həmçinin Mucahid deyir ki, o, camaatı çarmıxa çəkərdi. Səid ibn Cübeyr, Həsən və Suddi də bu cür qeyd etmişlər. Süddi əlavə olaraq deyir ki, Firon bir insanın hər iki ayağını ayrı-ayrılıqda yerə mismarladar, sonra da üstünə böyük bir qaya parçası qorduraraq həmin insana işgəncə verərdi. Qatədə deyir ki, bizə gəlib çatan məlumata görə, Fironun əyləncə oyunları keçirdiyi meydançası var idi və o, həmin meydançada ip və mismarla əlaqəli oyunlar oynayardı.

Sabit əl-Bənani Əbu Rafidən nəql edərək bildirir ki, Fironun “mismarlar sahibi” adlandırılması onun öz arvadını dörd tərəfdən yerə mismarlaması ilə əlaqədardır. O, arvadını yerə mismarlatdırqdan sonra onun üstünə böyük dəyirman daşı qoyrdurmuşdur. Bu işgəncəyə dözə bilməyən qadın isə oradaca ölmüşdür.

Daha sonra Allah təala buyurur ki, “Hansılar ki, ölkələrdə azğınlıq edirdilər. Oralarda çoxlu fəsad törədirdilər”. Yəni onlar asilik və inadkarlıq edərək yer üzərində fəsadlar törətmiş və insanlara əziyyət və işgəncə vermişlər. “Nəhayət, Rəbibn onlara əzab qamçısı endirdi”. Yəni Allah onlara göydən bir əzab və heç vaxt günahkarların üzərindən əskik olmayan bəla və müsibətlər göndərdi.

Daha sonra Allah təala buyurdu ki, “Şübhəsiz ki, Rəbibn baxıb görür”. İbn Abbas deyir ki, Allah təala eşidir və görür. Yəni O, məxluqatın əməllərinə baxaraq onlara nəzərat edir, dünya və axirətdə əməllərinin qarşılığı verir. Və bütün yaratdıqlarını bir yerə toplayıb insan sərgisini hazırladığı gün barələrində ədalətli hökm çıxardaraq hər kəsə layiq olduğunu verər. O, heç kəsə zülm etməz, əksinə zülm və haqsızlıqdan uzaqdır.

İbn Əbu Hatim bu məqamda olduqca qərib bir hədis qeyd edir. Həmin hədisin sənədinə və səhihliyinə diqqət yetirmək lazımdır. Belə ki, İbn Əbu Hatim deyir: Atam Əhməd ibn Həvari vasiəsilə Muaz ibn Cəbəldən nəql etmişdir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona səslənərək demişdir: “Ey Muaz, mömin haqqın qarşısında bir əsirdir. Ey Muaz, mömin cəhənnəmin körpüsündən keçib onu arxada qoymadıqca, qorxunu apara bilməz, təlaşını sakitləşdirə bilməz. Ey Muaz, həqiqətən, Quran möminin bir çox şəhvani istəkləri həyata keçirməyinin və onların arasında məhv olmaqdan qoruyar. Bu, izzət və cəlal sahibi Allahın izni ilə baş verər. Quran möminin dəlili, qorxu dayanacağı, namazı mağarası, oruc qalxanı, sədəqə, doğruluq əmiri, həya vəziridir. Izzət və cəlal sahibi Rəbbi isə bütün bunların arxasından hər şeyi görüb nəzarət edəndir”. İbn Əbu hatim deyir ki, “ravilər içərisində yer alan Yunis əl-Hiza və Əbu Həmzə məchul adlardır. Əbu Həmzənin Muazdan hədis rəvayət etməsi isə mürsəldir. Əgər Əbu Həmzədən olsaydı hədis həsən hədis ola bilərdi”. O, demək istəyir ki, əgər bu onun sözləri olsaydı, hədis həsən hədis olardı.

Daha sonra Ibn əbu Hatim deyir: Atam Səfvan ibn Saleh vasitəsilə Safvan ibn Amrdan belə nəql etmişdir: Eyfa ibn Əbdulkilayi camaata mövizə oxuduğu zaman bu sözləri söyləmişdir: Cəhənnəmin yeddi körpüsü var. Sirat bu körpülərin üstündədir. Insanlar birinci körpüdə saxlanılar v Allah təala buyurar: “Dayandırın onları! Onlar sorğu-sual olunacaqlar”. (əs-Saffat, 24) Burada namaz barəsində sorğu-sual olunarlar. Kimisi həlaka uğrayacaq, kimisi də nicat tapacaq. Ikinci körpüyü çatdıqlarında isə əmanətə sadiq qalıb qalmadıqları barəsində sorğu sual olunarlar. Orada da kimisi həlaka uğrayar, kimisi nicat tapar. Üçüncü körpüyə çatdıqlarında qohumluq əlaqələri barəsində sorğu-sual olunarlar – qohumluq əlaqələrini saxladılar, yoxsa kəsdilər?! Orada da kimisi həlaka uğrayıb məhv olacaq, kimisi də nicat tapacaqdır. Həmin qohumluq bağı (sılatur-rahm) cəhənnəmdə olacaq və bu sözlərlə səslənəcəkdir: Allahım, mənimlə əlaqə quranla Sən də əlaqə qur, mənimlə əlaqəni kəsənlə isə Öz əlaqəni kəs! Allah təalan buyurduğu da bu fikrin üzərindədir: “Şübhəsiz ki, Rəbibn baxıb görür”. İbn Əbu Hatim rəvayəti tam şəkildə qeyd etməmiş, bu qədərlə kifayətlənmişdir.