Bir çox üzlər sevinəcək;

Allah təala bədbəxtlərin düşəcəkləri vəziyyət haqqında xəbər verdikdən sonra, bəxtiyarların qazanacaqlarından xəbər verərərk buyurur: “Bir çox üzlər sevinəcək”. Yəni Qiyamət günü bəzi sevinc və xoşbətxliyin əlamətləri onların üzlərində bilinəcək. Onlar bu dərəcəyə məhz öz zəhmətləri hesabına çatacaqlar.

Süfyan “Zəhmətindən razı qalacaq” ayəsi haqda deyir ki, o kəslər etmiş olduqları əməllərindfən razə qalacaqlar.

“Yüksək Cənətdə olacaq”. Yəni yüksək Cənnət dairələrində yüksək əminlik işərisində olacaqlar. “Orada heç bir boş söz eşitməyəcəkdir”. Yəni onlar məskənləri olan Cənnətə lağlağı eşitməyəcəklər. Necı ki Allah təala buyurur ki, “Onlar orada lağlağı söhbətlər deyil, ancaq: “Salam!” eşidərlər. Ruziləri də səhər-axşam (həmişə) oradadır”. (Məryəm, 62) Digər bir ayədə uca Allah buyurur: “Onlar orada bir-birinə qədəh ötürəcəklər. Onda nə lağlağılıq, nə də günaha təhrik vardır”. (ət-Tur, 23) Həmçinin, Allah təala buyurur ki, “Onlar orada (Cənnətdə) nə boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər. Eşitdikləri söz ancaq “salam” olacaqdır”. (əl-Vaqiə, 25-26)

Daha sonra Allah təala buyurur ki, “Orada axar bulaq var”. Burada bulaq qeyri-müəyyənlikdə işlədilmişdir. Orada tək bir bulağın olmasından söhbət getmir. Bu qrammatik kateqoriya Ərəb dilində cins isim adlanır və ümumi anlayış bildirir. Deməli, Cənnətdə axan bulaqlar vardır.

İbn Əbu Hatim deyir: Rabi ibn Süleymana nəql olunan rəvayətə əsasən Əsəd ibn Musa, Abdullah ibn Damra vasitəsilə Əbu Hureyrədən hədis rəvayət edərək bildirir ki, Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Cənnət bulaqları müşk təpələrinin – və ya müşk dağlarının – altından fışqırır.

Daha sonra Allah təala buyurur: “Orada hündür taxtlar vardır”. Yəni orada hündür, qalın taxtlar vardır ki, onların da üzərində gözəl gözlü hurilər dayanarlar. Deyilənə görə, Allah dostları həmin taxtların üzərində oturmaq istədikdə, taxtlar onlara əyilər. “Düzülmüş piyalələr vardır”. Yəni Cənnət əhlindən arzu edən hər kəsə hazırlanmış rərab piyalələri vardır. “Bir-birinin yanına düzülmüş balışlar vardır”. İbn Abbas deyir ki, ayədə nəzərdə tutulan yastıq, balıncdır. İkrimə, Qatədə, Dahhak, Suddi, Sovri və sairləri də bu cür qeyd etmişlər. “Və döşənmiş xalılar vardır!” İbn Abbas döşənənlərin xalı olduğunu bildirmişdir. Dahhak və sairləri də bu cür söyləmişlər. Döşənmiş dedikdə isə, yəni hər yerdə xalılar vardır və hər kəs istədiyi hər yerdə xalının üzərində yərləşə bilər.

Burada Əbu Bəkr ibn Davudun rəvayət etdiyi hədisi qeyd etməyi istərdik. Belə ki, Amr ibn Osman, Muhəmməd ibn Muhacir vasitəsilə Usamə ibn Zeyddən rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Cənnət üçün çirmələnənlər varmıdır? Cənnətdə heç bir təhlükə yoxdur. Kəbənin Rəbibnə and olsun ki, o, parıldayan bir nur, sirkələnən çiçək, tikilmiş bir saray, daimi axan bulaq, yetişmiş bir meyvə, gözəl və mehriban zövcə, çoxlu pal-paltar, qorxusuz diyarda əbədi məqam, meyvəlik, yaşıllıq, bolluq və nemət, hündür və yaraşıqlı məhəllədir. Dedilər: Bəli, ey Allahən elçisi, Cənnət üçün çirmələnənlər bizlərik. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “İnşallah” deyin!” Orada iş.tirak edənlər “İnşallah” dedilər. İbn Macə bu hədisi Abbas ibn Osman əd-Diməşqi vasitəsilə Vəlid ibn Muslimdən, o da Muhəmməd ibn Muhacirdən nəql etmişdir.