Allah Təala İsrail oğullarına əmr etdiyi şeyləri haqqında əhd almasını, somra onların bütün bunlardan üz çevirdiklərini xatırladır. Onlar bunu bilərək və qəsdən edirdilər. Onlar bu əhdi xatirlayırdılar. Sonra onlara özünə (Allaha) ibadət etmələrini, Ona heç bir şeyi şərik qoşmamalarını əmr edir. Bunu da bütün yaratdıqlarına əmr edir, elə onları bunun üçün yaratmışdır, deyir ki: “Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: ‘Məndən başqa heç bir ilah yoxdur, Mənə ibadət edin!’– deya vəhy etməyək “ (Ənbiya, 25) və belə deyir: “Biz hər ümmətə: ‘Allaha ibadət edin, tağutdan uzaq olun’– (deya), elçi göndərdik”. (Nəhl, 36). Bunlar da haqqların ən üstünü və ən böyüyüdür. O da Allah Təalanın bir tək və ortağı olmayan özünə ibadət edilmə haqqıdır. Bunun üçündür ki. Allah Təala öz haqqı ilə valideyn haqqını yan-yana qoymuş və belə demişdir: “Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir.” (Loğman, 14). Belə də demişdir: Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur.” (İsra, 23). Sonra da belə dedi: “Qohum-əqrəbayə da, yoxsula da, müsafirə də haqqını ver.” (İsra, 26)
Buxari və Müslimin Səhih adlı kitablarında İbn Məsuddan belə rəvayət olunmuşdur: “Ey Allahın Rəsulu əməlin ən fəzilətisi hansıdır?” dedim. O da: Vaxtında qılınan namazdır, dedi. “sonra hansıdır?” dedim. O da: “Valideynlərə yaxşılıq etməkdir” dedi. “Sonra Hansıdır?” dedim. O da: “Allah yolunda cihaddır” dedi.Buna görə də başqa bir səhih hədisdə belə gəlmişdir: Bir adam: “Ey Allahın Rəsulu, ən çox kimə yaxşılıq eləyim?” dedi. O da: Anana, dedi. Adam: “Sonra kimə?” dedi. O da: Atana və növbə ilə ən yaxınlarına, dedi.
“’Allahdan qeyrisinə ibadət etməyəcəksiniz” Zəmaxşəri belə demişdir: Bu, xəbər formasındadır amma əmr mənasındadır, belədeyiliş forması daha təsiredicidir. Bunun əslinin “ən la tə”budu illallah” olduğu da deyilmişdir. Necə ki sələfdən belə oxuyanlar vardır: “ən” ədatıçıxardılmışdır. Ubey ilə İbn Məsuddan “la tə”budu illallah” formasında oxuduqları nəql edilmişdir. Qurtubi bu yanaşmanı təfsirində Sibaveyhdən nəql etmiş və: Kisai ilə Fərra bunu üstün rəy kimi bildirmişdirlər, demişdir.
“Yetimlərə”- onlar özləri üçün qazanc gətirən ataları olmayan balaca uşaqlardır. “Miskinlərə yəni yoxsullara” onlar da özlərinin və ailələrinin nəfəqəsini təmin edə biməyanlərdir. Nisə sürəsində: “Allaha ibadət edin. Ona heç bir şeyi ortaq qoşmayın, valideynlərə yaxşılıq edin” ayəsində bu siniflər açıq izah ediləcəkdir.
“İnsanlara gözəl söz deyin”: yəni onlarla gözəl danışın, onlarla yumuşaq rəftar edin. Buna yaxşılığı əmr etmək və pisliklərdən çəkindirmək də daxildir. Necə ki, Həsən Bəsri bu ayədə belə demişdir: Gözəl söz; yaxşılığı əmr edən, pislikdən çəkindirən, həlim olan, bağışlayən və güzəştə gedən insanın sözüdür. Allahın dediyi kimi insalara gözəl söz deyar, bu da Allahın razı olduğu bütün gözəl xüsusiyyatlərdir.
İmam Əhməd belə demişdir: Bizə Ravh, o da Əbu Amir Əl-Xəzzazdan, o da Əbu Imran Əl-Cəvnidən, o da Abdullah İbn Samitdən, o da Əbu Zərr radıyalllahu anhdan nəql etdi ki, peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: Xırda yaxşılıqları heçə saymayın, əgər verməya bir şey tapa bilməsən qardaşını gülər üzlə qarşıla. Bunu Muslim Səhihində rəvayət etmişdir; Tirmizi də bunu Əbu Amir əl Xəzzadan rəvayət etmişdir. Onun adı Salih İbn Rüstəmdir. Burada: İnsanlara gözəl söz deyin demək münasib olmuşdur. Çünki daha əvvəl onlara yaxşılıq etmələrini əməl şəklində əmr etmişdir. Beləcə əməl və söz olaraq yaxşılığın iki ucu bir arayə gətirilmiş oldu. Sonra da özünə ibadət etməyi və insanlara yaxşılıq əmrini aydın şəkildə təsdiqlədi; o da namaz və zəkatdır. “Namazı qılıın, zəkatı verin” dedi. Onların isə bütün bunlara üz çevirdiklərini, yəni bunlara arxa çevirdiklərini, onlardan çox azı istisna olmaqla bilərək və qəsdən üz döndərdiklərini xəbər verdi. Allah Təala bu ümmətə də bunun bənzərini Nisə sürəsində belə əmr etmişdir: “Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbayə, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz yaxşılıq edin! Həqiqətən, Allah özünü öyanləri və lovğalıq edənləri sevmir. (Nisə, 36). Bu ümmət özündən əvəlki heç bir ümmətin etmədiyini etdi. Buna görə həmd və minnət Allahadır. Burada nəql edilən qərib şeylərdən biri də İbn Əbi Hatimin təfsirində zikr etdiyi bu şeydir: Bizə Muhəmməd İbn Xələf Əl-Əsqalani o da Abdullah İbn yusif yəni Ət-Tunisi o da Xalid İbn Subeyhdən o da Humeyd İbn Ukbədən nəql etdi ki, Əsəd İbn Vədaa evindən çıxardı, rast gəldiyi hər yəhudi və xristyana salam verərdi. Səbəbi soruşulduğunda: Allah Təala: “İnsanlara gözəl söz deyin” buyurdu: o da salamdır, deyardi. Ata Əl-Xorasanidən də belə rəvayət edilmişdir
Mən də deyirəm ki: Sünnəyə görə onlara əvvəl salam verilməz. Allah ən doğrusunu biləndir.