Bu Allah Təalanın Adəm üçün ümmətinə etdiyi böyük bir ikramdır. Çünki Allah Təala mələklərə Adəmə səcdə etmələrini əmr etmişdir. Bir çox hədis də buna dəlalət etməkdədir. Bunlardan bəziləri: Daha öncə qeyd edilən şəfaət hədisi ilə (aşağıda qeyd ediləcək) Musa (əleyhi ssalam) hədisidir. Musa (əleyhi ssalam): Ya Rəbbi, bizi və özünü (Adəmi) cənnətdən çıxaran Adəmi mənə göstər, dedi. Onunla (Adəmlə)görüşəndə isə: “Sən Allahın öz əli ilə Yaratdığı, ona ruhundan üfürdüyü və ona mələkləri səcdə etdirdiyi Adəmsən, dedi. Hədis irəlidə gələcəkdir inşəAllah. İbn Cərir belə demişdir: Bizə Əbu Qurayb o da Osman İbn Səiddən o da Bişr İbn Umarədən o da Əbu Ravkdan o da Dəhhaqdan nəql etdi ki, İbn Abbas belə demişdir: İblis mələklərin cin deyilən tayfasından idi. Onlar mələklərin arasından atəşdən Yaradılmışlardır. Adı da Haris idi. Cənnət xəzinədarlarından biri idi. Deyir ki, bütün mələklər bu tayfadan ayrı olaraq Yaradılmışdır. Quranda zikr edilən cinlər isə atəşin maric deyilən hissəsindən Yaradılmışlardır ki, o alovla Yanan atəşin uzanan dilidir. Deyir ki: İnsanlar palçıqdan Yaradıldı. Yer üzündə ilk yerləşənlər cinlər idi. Orada fəsad törədib qan tökdülər. Bir birlərini öldürdülər. Allah da onlara mələklərdən bir ordu göndərdi. Onlar cin deyilən qrupdan idilər. İblis onları və Yanındakıları öldürdü. Qalanlarını dənizlərin adalarına və dağlarına sıxışdırdı. İblis bunu edincə qürura qərq oldu. Heç kimin eləmədiyini elədim, dedi. Allah qəlbindəki bu duyğudan xəbərdar oldu. Yanındakı mələklər isə bunu fərq etmədilər. Allah onun Yanındakı mələklərə: “Mən yer üzündə bir xəlifə Yaradacam, dedi. Mələklər də buna cavab olaraq : “Orada cinlərin fəsad edib qan tökdükləri kimi fəsad edəcək və qan tökəcək kimsələr mi Yaradacaqsan?” dedilər. Allah Təala da : “Mən sizin bilmədiyinizi bilirəm” dedi. Demək istəyir ki: mən iblisin qəlbində sizin bələd olmadığınız təkəbbür və qürura bələd oldum. Sonra da Adəmin torpağının gətirilməsini buyurdu. Gətirdilər. Allah, Adəmi Yapışqan bir palçıqdan Yaratdı. Ayadə qeyd edilən ləzib, Yapışqan, sərt iylənən palçıq deməkdir. Torpaq yoğrulduqdan sonra bu hala gəlmişdir. Ondan Adəmi öz əli ilə Yaratdı. Orada qırx gün atılmış cəsəd olaraq qaldı. İblis onun Yanına gəlir və aYağı ilə vururdu. O da qab kimi səs çıxarırdı. Məhz Allah Təalanın : “Saxsı qab kimi palçıqdan” (Rəhman, 14) dediyi budur. Deyir ki, içi boş kimi idi, dolu deyildi. Sonra ağzından girər, arxasından çıxar, arxasından girər ağzından çıxardı. Sonra da palçığa: Sən bir şey deyilsən, heç bir şey üçün Yaradılmadın. Əgər istəsəm səni həlak edərəm. Əgər istəsəm səni üsYana sövq edərəm, deyardi. Allah ona öz ruhundan üfürüncə ona can baş tərəfindən gəldi. Cəsədinin harasına gəlirsə canlanır, ət və qan olurdu. Can göbəyinə gələndə cəsədinə baxdı, gördüyü mənzərə xoşuna gəldi. Qalxmaq üçün tərpəndi, edə bilmədi. Məhz Allah Təalanın: “İnsan çox tələskəndir” dediyi budur. Demək istəyir ki, tələskən, bolluğa və darlığa səbr edə bilməz. Bütün vücudu canlananda asqırdı; Allahın ilhamı ilə Əlhəmdulilləh dedi. Allah da ona: Yarhəmukə Allah, Ya Adəm dedi. Sonra Allah Təala göydəki mələklərə deyil xüsusi ilə İblislə bərabər olan mələklərə: Adəmə səcdə edin, dedi. Onlar da birlikdə səcdə etdilər, ancaq İblis inad edib, təkkəbbür göstərdi. Çünki içindən özünün böyük olduğunu keçirirdi. Mən ona səcdə etmərəm, mən ondan daha YaxşıYam. Yaşca ondan daha böyüyam və vücüdca ondan daha güclüyam. Məni atəşdən Yaratdın, onu isə palçıqdan, dedi. Atəş torpaqdan da qüvvətlidir, demək istəyirdi. İblis səcdə etmək istəməyincə, Allah da onu iblas etdirdi, yani bütün xeyirlərdən məhrum edərək məyus etdi. Onu üsYanına görə qovulmuş şeytan etdi. Sonra da Adəmə indi insanların bildiyi adları öyrətdi. İnsan, heyvan, yer, oba, dəniz, dağ, uzunqulaq və bənzəri sinifləri öyrətdi. Sonra da bu isimləri mələklərə yani İblislə bərabər olan və atəşdən Yaradılan mələklərə təqdim etdi, onlara: “Bunların adlarını mənə deyin” dedi. Yani əgər doğrusunuzsa, əgər yer üzündə nə üçün xəlifə Yaratdığımı “bilirsinizsə onların adlarını mənə xəbər verin” (Bəqərə, 31) dedi. Mələklər Allahdan başqasının bilməyacəyi şey haqqında danışdıqları üçün Allahın özlərinə qəzəbləndiyini öyrənəndə “Səni paklaşdırırıq” (Bəqərə, 32) dedilər. Allahdan başqa hər hansı birinin də qeybi bilməsindən uzaq tutmaq istədilər. Sənə tövbə etdik “bizə bildirdiyindən başqa elmimiz yoxdur” dedilər. Adəmə bildirdiyin kimimizə də bildirdiyinin xaricində qeyb iddia etməkdən uzaq durduq, əlimizi çəkdik, dedilər. O da: “Ey Adəm, onlara bunların adlarını xəbər ver” dedi. “Onlara bunların adlarını xəbər verincə, mən sizə demədim mi?” Məxsusi olaraq mələklərə dedi: “mən göylərin və yerin qeybini bilirəm” məndən başqası bilməz. “Aşkar olanı da bilirəm”. Dilinizlə dediyinizi “və gizli saxladıqlarınızı da”. Demək istəyir ki: Aşkarı bildiyim kimi gizlini də bilirəm, yani İblisin içində gizlətdiyi təkəbbür və qüruru da bilirəm. Rəvaytin bu cür gəlməsində qəriblik vardır. Bunda etiraz ediləcək yerlər vardır. Onlar haqqında mübahisə etmək uzun çəkər. Bu isnad İbn Abbasa gedib çıxır, bu ondan rəvayat edilən məşhur təfsirdir.
Suddi təfsirində belə demişdir: Bizə Əbu Malik o da Əbu Salihdən o da İbn Abbasdan həmçinin Mürrə o da İbn Məsuddan və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bəzi sahabələrindən, deyirlər ki, Allah istədiyi şeyləri Yaratdıqdan sonra Ərşə istiva etdi. İblis də dünYa səmasını qorumaqla vəzifələnmişdi. Mələklərin cin deyilən bir tayfasından idi. Onlara cin deyilməsi cənnətin xəzindarları olmalarındandır. İblis baş keşikçiliklə Yanaşı həm də xəzinadar idi. Onun qəlbində təkəbbürlük baş qaldırdı: Allah bu işi mənə mələklərdən fərqləndiyimüçün verdi, dedi. İçinə bu təkəbbür girincə, Allah bundan xəbərdar oldu. Allah, mələklərinə: “Yer üzündə bir xəlifə Yaradacam” dedi. Onlar da : “Rəbbimiz, bu xəlifə nə edəcək?” dedilər. O da: Onun zürriyyati olacaq, yer üzündə fəsad törədəcəklər. Bir birlərinə həsəd aparacaqlar və bir birlərini öldürəcəklər, dedi. Onlar da: “Orada fəsad çıxaracaq, qanlar tökəcək birilərini mi Yaradacaqsan. Biz isə səni həmd ilə təsbih edirik, səni təqdis edirik, dedilər. O da: “Mən sizin bilmədiyinizi bilirəm, dedi” yani İblisə aid olaraq demək istədi. Allah Cəbrayılı oradan torpaq gətirmək üçün yerə göndərdi. Yer: Məndən torpaq götürməyindən vəYa məni çirkinləşdirməndən Allaha sığınıram, dedi. O da bir şey almadan geri qayıtdı: Ey Rəbbim, yer sənə sığındı, mən də ona toxunmadım, dedi. Allah bundan sonra Mikayılı göndərdi. Yer ondan da Allaha sığındı. O da ona toxunmadı. Geri qayıtdı, Cəbrayılın dediyi kimi dedi. Allah bu dəfə də ölüm mələyini göndərdi, yer yenə Allaha sığındı. O da: Mən də əmrini yerinə yetirmədən geri qayıdmaqdan Allaha sığınıram dedi. Yerdən götürdü və qarışdırdı. Götürdüyü torpaq bir yerdən deyildi. Qırmızı, ağ və qara torpaq aldı. Onun üçün Adəm oğulları müxtəlif rənglərdə oldular. O da torpağı yuxarı çıxardı. Torpaq yoğruldu, Yapışqan bir palçıq oldu. Sonra mələklərə: “Mən palçıqdan bir insan Yaradacam. Onu surət verib ruh verdiyim vaxt ona səcdəya qapanın” (Sad, 71-72) dedi. Allah onu əliylə Yaratdı ki, İblis ona qarşı təkəbbür göstərməsin və ona: Sən əlimlə Yaratdığım şeya qarşı təkəbbürlük edirsən, mən isə onu insan olaraq Yaratmaqdan təkəbbürlənmirəm, desin. O da Cümə günü qədər bir vaxt içində qırx il palçıqdan düzəldilmiş bir cəsəd olaraq qaldı. Mələklər ona baş çəkdilər, onu görəndə ondan təlaş etdilər. Ən çox təlaş edən də İblis idi. Ona baş çəkər, onu vurar, o da qab kimi səs çıxarar və cingildəyardi. Məhz “qab kimi palçıqdan” (Rəhman, 14) dediyi budur. Şeytan ona: Sən mütləq bir şey üçün Yaradıldın deyar və ağzından girər, arxasından çıxardı. Mələklərə: Bundan qorxmayın, çünki Rəbbimiz Saməddir, bunun isə içi boşdur, deyardi. Əgər onunla qarşıdurmam olarasa mütləq onu tam məhv edərəm deyardi. Allah Təalanın istədiyi an ona ruh üfürmə zamanı gəlincə, mələklərə: Ona ruhumdan üfürdüyüm zaman ona səcdə edin, dedi. Ona ruh üfürdü. Ruh onun başından girincə asqırdı. Mələklər ona: Əlhəmdulilləh deməyi söylədilər. O da: Əlhəmdulilləh dedi. Allah da ona: Yarhəmukə Allah dedi. Ruh gözlərinə girincə cənnət meyvələrinə baxdı. Ruh içinə girəndə könlünə yemək düşdü. Ruh aYaqlarına çatmamış, sıçradı, cənnət meyvələrinə tərəf qaçmaq istədi. Məhz Allah Təalanın: “İnsan tələskən Yaradıldı” (ƏnbiYa, 37) dediyi budur. “Mələklərin hamısı səcdə etdilər, ancaq İblis səcdə edənlərlə birgə olmaqdan üz çevirdi” (Hicr, 30-31). Lovğalıq və təkəbbürlük etdi və kafirlərdən oldu. Allah ona: “İki əlimlə Yaratdığım şeya səcdə etməni buyurduğum zaman sənə səcdə etməyə nə mane oldu?” dedi. O da: Mən ondan daha xeyirliyam, palçıqdan Yaratdığın insana səcdə eləyan deyiləm, dedi. Allah da ona: “En ordan, sənin təkəbbürlük etməyə haqqın yoxdur, çıx çünki sən alçaldılmışlardansan” dedi. (Əraf, 13). Ayadə qeyd edilən sağar zəlillikdir. “Adəmə bütün adları öyrətdi” sonra da məxluqatı mələklərə təqdim etdi. “Əgər doğrusunuzsa bunların adlarını deyin” dedi. Yani adəm oğullarının yer üzündə fəsad edər və qan tökərlər sözündə haqlısınızsa, deməkdir. Onlar da: “Səni bütün nöqsanlardan uzaq tutarıq, bizim sənin bildirdiyindən başqa biliyimiz yoxdur. Şübhəsiz sən elm və hikmət sahibisən” dedilər. Allah da: “Ey Adəm, onlara bunların adlarını izah et, dedi. O da izah edincə: Mən sizə göylərin və yerin qeybini bilirəm və mən sizin aşkara çıxardığınızı da gizli saxladığınızı da bilirəm, demədim mi?” dedi. Məhz onların, “orada fəsad edərlər” dedikləri aşkara çıxartdıqları şeydir. “Gizli saxladıqları” da İblisin içində gizlətdiyi təkəbbürdür. Səhabələrə gedib çıxan bu sənəd, Suddi təfsirində məşhurdur. Onda bir çox israilliyat vardır. Yaxud da onlar bunu köhnə kitablardan almışlar. Allah ən doğrusunu biləndir. Hakim də Müstədrəkində eynilə bu sənədlə rəvayat edər və bəzi şeylər Buxarinin şərtinə uyğundur, deyir.
Məqsəd budur: Allah Təala mələklərə Adəmə səcdə etmələrini əmr edincə İblis də bu xitabın içinə girdi. Çünki o hər nə qədər onların növündən olmasa belə ancaq onlara bənzəmiş və eyni işləri etmişdi. Buna görə də xitaba daxil oldu və əmrə müxalif olduğu üçün də qınandı. Məsələni inşəAllah “Ancaq İblis, o cinlərdən idi, Rəbbinin əmrindən çıxdı” (Kəhf, 50) ayəsində ətraflı izah edəcəyik. Bunun üçündür ki, Muhamməd İbn İshaq belə demişdir: Bizə Həllad o da Ətadan o da Tavusdan nəql edir ki, İbn Abbas belə demişdir: İblis bu üsYanı qaldırmamışdan qabaq mələklərdən idi və adı Əzazil idi. Yer sakinlərindən idi. Mələklərin ən çox ibadət edəni və ən çox biləni idi. Onu təkəbbürə gətirən də budur. O cin deyilən bir tayfadan idi. Hallad Atadan o da, Tavusdan vəYa Mücahid ibn Abbas vəYa qeyrisi şəklində bənzər bir rəvayat etmişdir. İbn Əbu Hatim belə demişdir: Bizə atam, o da Səid İbn Süleymandan o da Abbaddan yani İbn Avvamdan o da SüfYan İbn Hüseyndən o da Yala İbn Muslimdən o da Səid İbn Cubeyrdən nəql edir ki, İbn Abbas belə demişdir: İblisin adı Əzazil idi. Mələklərin əşrəfindən və dörd qanadlılardan idi. Sonra məyus oldu, ümütsüzlüya düşdü və uzaqlaşdırıldı. Suneyd, İbn Cureyc rəvayatində İbn Abbas belə demişdir: İblis mələklərin əşrəfindən və ən etibarlı qəbilələrindən idi. Cənnət xəzinadarı idi. DünYa göyü üzərində səlahiyyati vardı. Yerdə də eyni gücə sahib idi. Dəhhaq və digərləri də İbn Abbasdan eynisini rəvayat etmişlər. Təvəmənin mövlası Salihdən rəvayat edilir ki, İbn Abbas belə demişdir: Mələkklərdən bir qəbilə vardır ki, onlara cin deyilirdi. İblis onlardandır. Yerlə göy arasında idarəçi idi, Allaha üsYan etdi. Allah da onu qovulmuş şeytana çevirdi. Bunu İbn Cərir rəvayat etmişdir. Qatadə, Səid İbn Musəyyabdən belə rəvayat etmişdir: İblis dünYa göyü mələklərinin rəisi idi. İbn Cərir belə demişdir: Bizə Muhəmməd İbn Bəşşar o da Adıy İbn Adıy o da Avfdən nəql edir ki, Həsən belə demişdir: İblis zərrə qədər də heç vaxt mələklərdən olmadı. O cinlərin əslidir, necə ki Adəmin də insanların əsli olması kimi. Həsəndən gələn bu isnad səhihdir. Əbdürrəhman İbn Zeyd İbn Əsləm də eynisini demişdir. Şəhr İbn Havşəb də belə demişdir: İblis mələklərin qovladığı cinlərdəndir. Bəzi mələklər onu əsir edib göyə götürdülər. Bunu İbn Cərir rəvayat etmişdir. Suneyd İbn Davud belə demişdir: Bizə Huşeym o da Əbdürrəhman İbn YahYadan o da Musa İbn Numeyrdən o da Osman İbn Səid İbn Kamildən nəql olunur ki, Sad İbn Məsud deyir ki: Mələklər cinlərlə döyüşürdü. İblis əsir alındı, balaca idi. Mələklərlə bərabər ibadət edirdi. Adəmə səcdə etməsi əmr edilincə inad etdi. Məhz Allah Təalanın: “Ancaq İblis cinlərdən idi” (Kəhf, 50) dediyi budur. İbn Cərir belə demişdir: Bizə Muhəmməd İbn Sinan əl-Qəzaz o da Əbu Asimdən o da Şərikdən o da bir adamdan o da İkrimədən nəql olunur ki, İbn Abbas belə demişdir: Allah bir məxluq Yaratdı: Adəmə səcdə edin, dedi. Onlar da: Etmirik, dedilər. Allah üzərilərinə atəş göndərib onları Yandırdı. Sonra başqa bir məxluq Yaratdı: “mən palçıqdan bir insan Yaradacam” (Sad, 71) Səcdə edin Adəmə, dedi. Onlar da: Qəbul etmədilər. Allah onlara da atəş göndərib Yandırdı. Sonra bunları Yaratdı: Adəmə səcdə edin, dedi. Onlar da: Olsun, dedilər. İblis Adəmə səcdə etməyənlərdən idi. Bu qəribdir, haradasa sənədi doğru deyildir. Çünki içində bilinməyan bir adam vardır. Bu kimi ravidən dəlil qəbul edilməz. Allah ən doğrusunu biləndir.
İbn Əbu Hatim əbu Səid əl Əşəcdən o da Əbu Usamədən o da Saleh ibn HəyYamdan, o da Abdullah ibn Bureydədən: “O kafirlərdən oldu” ayəsində “o inad edən kəslərdən oldu və onları od Yandırdı” Əbu Cəfər Rabidən oda Əbu Aliyadən “o kafirlərdən oldu” ayəsində demişdir: yani Asilərdən oldu. Suddi “o kafirlərdən oldu” ayəsində isə demişdir: O kəslərdən oldu ki, Allah Təala həmin gündən sonra bir daha onlardan Yaratmadı. Muhəmməd ibn Kəb əl Qurazi demişdir: Allah İblisin Yaradılışını, onun küfr və zəlalət üzrə olması ilə başlamış sonra o mələklərin əməlini etmiş və Allah onun göstərdiyi əmələ uyğun dəyişmişdi. Allah Təala belə deyir: O kafirlərdən oldu.
Qatadə: “Bir zamanlar mələklərə, Adəmə səcdə edin demişdik” ayəsində belə demişdir. İtaət Allaha, səcdə Adəmə idi. Allah mələkləri ona səcdə etdirməklə Adəmə ikram etdi.
Bəziləri belə demişdirlər: Bu hörmət, salamla və iltifat səcdəsi idi. Necə ki Allah təala belə demişdir: “O (Yusif ), ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar (hamısı) onun qarşısında səcdə etdilər. O dedi: “Atacan! Bu, çoxdankı yuxumun yozumudur” (Yusif,100).
Bu keçmiş ümmətlərdə icazəli idi ancaq bizim dində nəsx edilmişdir. Muaz belə demişdir: Şama gəldim onların öz yepiskoplarına və alimlərinə səcdə etdiklərini gördüm. Ey Allahın Rəsulu, sən səcdə edilməya daha layiqsən dedim. O da: Xeyir, Əgər bir bəşərin bir bəşərə səcdə etməsini əmr edəcək olsaydım, əmr edərdim ki, qadın öz ərinə səcdə etsin. Çünki üzərində o qədər böyük haqqı vardır, dedi.
Razi bu rəyi üstün saymışdır. Bəziləri də belə demişdir. Xeyir səcdə Allah üçün idi, Adəm isə burada qiblə idi. Necə ki Allah Təala belə demişdir: “Namazı günəşin qürubu üçün qıl” (İsra, 78). Bu bənzətmədə əskiklik vardır. Ən aydın olanı birinci rəyin daha Yaxşı olmasıdır. Səcdə Adəmə iltifat, təzim, hörmət və salam üçündür. O da Əziz və Cəlil olana itaətdir. Çünki əmrini yerinə yetirməkdir. Razı bu rəyi dəstəkləmiş digər iki rəyi zəif hesab etmişdir. Onlar da Adəmin qiblə olmasıdır. Çünki bunda hər hansı bir şərəf ifadəsi yoxdur. Digəri də səcdədə məqsəd baş əymədir, bel əymək, alnı yerə qoymaq deyildir, rəyidir. Bu da deyildiyi kimi zəifdir.
Qatadə “İblisdən başqa hamısı səcdə etdi O imtina edib təkəbbür göstərdi və kafir oldu.” Ayəsində belə demişdir: Allahın düşməni İblis, Allahın Adəmə (aleyhi salam) etdiyi iltifatı qısqandı. Mənim əslim oddandır, onun əsli isə torpaqdır dedi. Bu da günahların ilki oldu. Allahın düşməni Adəm (aleyhi salam) səcdə etməkdən təkəbbürlüklə boyun qaçırdı.
Səhihdə (Müslim 91) belə deyilmişdir: “Qəlbində xardal dənəsi qədər təkəbbür olan cənnətə girməyacək.” İblisdə isə o qədər təkəbbür, küfr və inad var idi ki, onu Allahın mərhəmətindən və dərgahından qovdu və uzaqlaşdırdı. İbn Əbu Hatim belə demişdir: Bizə Əbu Səid əl Əşəc, o da Üsamədən, o da Saleh ibn Xəyyandan rəvayat edib ki, Abdullah ibn Bureyrə, “İblis kafirlərdən oldu” ayəsində inadkarlıq edib atəşin yandırdığı kimsələrdən oldu demişdir. Əbu Cəfər, Rəbidən rəvayat edir ki, Əbu Aliya kafirlərdən oldu ayatində asilərdən oldu demişdir. Suddi də bu ayadə: Allah o gün kafirləri hələ yaratmamışdı, sonradan olcaqdılar demişdir. Muhamməd ibn Kab əl Qurazi də belə demişdir: Allah İblisi Küfr və dəlalət üzrə yaratdı, o da mələklər kimi əməl etdi. Allah onu Yaratdığı küfrə döndərdi. Kafirlərdən oldu dedi. Qatadə də “Bir zaman Biz mələklərə: «Adəmə səcdə edin!»– dedikdə” ayəsində belə demişdir: İtaət Allah üçündür, Səcdə də Adəm üçündür. Allah mələklərə səcdə etdirərək ona iltifat etdi. Bəzi dilçilər isə belə demişdirlər: Kafirlərdən oldu demək itaətdən çəkindiyi üçün kafirlərə çevrildi deməkdir. Necə ki bu ayələr də belədir: “Boğulanlardan oldu” (Hud, 43), “İkiniz də zalimlərdən olarsınız” (Bəqərə, 35). Şair belə demişdir:
Kimsəsiz səhrada elə bir dərə təpə bir yer var ki,
Sanki o yumurtaları cücə olmuş vəhşi göyərçindir.
Burada istifadə edilən kənət, sarət mənasındadır. İbn Furak də nəzərdə tutulan budur ki, Allahın elmində kafirlərdən idi, demişdir. Qurtubi də bu rəyi üstün hesab etmiş və bura bir məsələ qeyd etmişdir: alimlərimiz demişlər: Allah peyğəmbər olmayan bir kəsin əlində kəramətlər və qeyri-adi şeylər göstərirsə bu onun vəli olduğuna dəlalət etməz. Sufilər və Rafizilər isə buna qarşı çıxarlar. Qurtubinin ifadəsi belədir: Sonra dediyini belə sübut etməyə çalışmışdır: Biz bu əlində qeyri-adi şey görünən kimsənin Allaha imanla gedəcəyini xəbər verə bilmərik. Və vəli deyilən şəxs üçün də xəbər verilə bilməz.
Mən də deyirəm ki, bəziləri də bu dəlili gətirmişdilər: Qeyri işləri vəlidən başqa hər hansı bir pis əməl sahibi vəya kafir də edə bilər. Bunu da ibn Səyyad hadisəsindən başa düşürük. Peyğəmbər (salləllahu aleyhi və səlləm) “bəlkə o gün apaçıq bir duman gətirər” (Duhan, 10) ayasini içində gizlədi, o da Duh duh (an ) dedi. Bir də onun qəzəbləndiyi zaman yolu doldurmasını da dəlil olaraq göstərmişdilər. Sonda Abdullah ibn Ömər bir dəyənəklə onu vurdu. Dəccal hədisləri buna dəlildir. Çünki oda bir çox qeyri adi şeylər göstərir, məsələn göyə yağış yağdırmasını əmr edər, o da yağdırar, yerə ot bitirməsini əmr edər o da bitirər. və yeraltı xəzinələr ana arı kimi arxasınca düşər. Və bir gənci öldürər sonra da dirildər. Bunlardan əlavə başqa qorxunc şeylər də göstərər.
Yunis ibn Abdulalə əs Sədəfi rəvayət edir ki, Şafiiyə dedilər ki, Leys ibn Sad: Bir adamın suyun üzərində yeridiyini görsəniz, onun etdikərini kitab sünnəya qaytarmadan ona aldanmayın dedi. Şəfii də Leys (rəhmətullahi aleyh) az deyib, hətta bir adamın suyun üzərində yeridiyini və hətta havada uçduğunu görsəniz, işini kitaba sünnətə qaytarmadan ona aldanmayın dedi.
Razi və digərləri alimlərdən belə iki rəy nəql etmişlər: Adəmə səcdə etmələri əmr edilən mələklər xüsusi bir qrup idimi yoxsa ümumən göy və yer mələkləri idilər? Hər iki fikri müdafiə edənlər vardır. “İblis xaric bütün mələklər səcdə etdilər” ayəsindən ümumi olduğu başa düşülməkdədir. Bu dörd rəy ümumi olduğunu dəstəkləməkdədir. Allah ən doğrusunu biləndir.