Bir zaman Musa öz xalqına dedi: “Allah sizə bir inək kəsmənizi əmr edir!” Onlar: “Sən bizi ələ salırsan?”– dedilər. “Cahil olmaqdan Allaha sığınıram!”– dedi.

Allah Təala deyir ki: Ey İsrail oğulları, inək barəsində və qatilin müəyyan edilməsi, Allah Təalanın ölünü diriltməsi və qatilin kim olduğunu açıq-aydın deməsi haqqındakı nemətlərimi xatırlayın. Misal üçün: Dəvə kəsmək üçün nəhr, qoyun üçün isə zəbh istifadə edilir. İri buynuzlularhaqqında da ixtilaf etmişdilər. Onun üçün nahr də zəbh də istifadə edilir,demişdilər. Ən yaxşısı Quranın açıq ifadə etdiyi zəbh sözünü istifadə etməkdir. Bir də nəhrin yeri (gərdan) ilə zəbhin (boğaz) yeri bir-birinə yaxındır. İbn Münzir belə demişdir: Gərdandan kəsilənin boğazdan, boğazdan kəsilənin də gərdandan kəsilməsində ixtilaf bilmirəm. Ancaq İmam malik bunu məkruh saymışdır. Bəzən insan bir şeyi məkruh görər ama həmin şeyi haram etməz. Əbu Abdullah belə demişdir: Bu inək hadisəsi də Musa əleyhissəlama Tövratda qasamə andından əvvəl endirilmişdir.

Qissənin açıqlaması: İbn Əbi Hatim belə demişdir: Bizə Həsən İbn Muhəmməd İbn Sabah o da yəzid İbn Harundan o da Hişam İbn Həssəndən o da Muhəmməd İbn Sirindən o da Ubeydə Əs-Səlmanidən nəql edir ki: İsrail oğullarından bir adam sonsuz idi, uşağı olmurdu. Malı da çox idi. Onun mirasçısı olaraq bir qardaşı oğlu var idi. Qardaşı oğlu onu öldürdü, sonra onu gecə bir adamın qapısının ağzına atdı. Sonra da səhər açılanda onları bu işdə günhalandırdı. Hər iki tərəf silahlandılar, bir birlərinə hücum etdilər. İçlərindən ahıl adamlar: “Nə üçün bir-birinizi öldürürsünüz? İçinizdə Allahın Rəsulu var” dedilər və Musa əleyhissəlamın yanına gəlib qissəni (olanları) danışdılar. O da: “Allah sizə bir inək kəsmənizi əmr edir” dedi. Onlar da : Sən bizi ələ salırsan?” dedilər. O da: Cahillərdən olmaqdan Allaha sığınıram, dedi. Dedi ki: Əgər etiraz etməsələr lakin bir inək kəssələr, bu yetərli olardı. Ancaq onlar çətinləşdirdilər, Allah da onlara bu işi çətinləşdirdi. Axırda kəsməli olduqları inəyi tapdılar. Onu başqa bir inəyi olmayan bir adamın yanında tapdılar. O da: Dərisi dolusu qədər qızıl verməsəniz satmaram, dedi. Onu dərisini dolusu qədər qızıla aldılar. Onu kəsdilər, ətinin bir qismiilə adama vurdular, o da qalxdı, “səni kim öldürdü?” dedilər. O da : Bu, dedi və qardaşının oğlunu göstərdi. Sonra da yıxılıb öldü. Ona mirasından heç bir şey vermədilər. Bu hadisədən sonra qatilə miras verilmədi. Bunu İbn Cərir də Əyyubundan o da  Muhəmməd İbn Sirindən o da  Ubeydə yolundan oxşar şəkildə rəvayət etmişdir.

Bunu Abd İbn Humeyd də təfsirində: Bizə yəzid İbn Harun nəql etdi deya rəvayət etmişdir. Adəm İbn əbi İyas da təfsirində: Əbu Cəfər Ər Razi, o da Hişam İbn Həssən yolundan belə rəvayət etmişdir. Adəm İbn əbiİyas da təfsirində belə demişdir: Bizə Əbu Cəfər Ər-Razi o da Rəbidən o da Əbu Aliyədən qissəni belə anlatmışdır: İsrail oğullarında zəngin bir adam var idi, uşağı olmurdu. Bir yaxını var idi, o da mirasçı idi. Mirasına yiyalənmək üçün onu öldürdü. Sonra da onu yol ayrıcına atdı. Musa aleyhissalamın yanına gəldi ve dedi: Qohumum öldürüldü, başım böyük dərdə girdi. Qatilini səndən başqa tapacaq kimsəni bilmirəm, dedi. Musa da xalqa: Allah üçün olsun, kimin bu barədə biliyi varsa bizi məlumatlandırsın. Biliyi olan heç kim çıxmadı. Qatil Musa əleyhisalama tərəf döndü Sən Allahın nəbisisən, Rəbbindən istə bunu bizə açıqalasın, dedi. O da Rəbbindən istədi, O da ona “Allah sizə bir inək kəsməyinizi əmr edir” deya vəhy etdi. Onlar da buna məəttəl qaldılar: “Sən bizi ələ salırsan?” dedilər. O da: Cahillərdən olmaqdan Allaha sığınıram, dedi. Onlar da: “Rəbbinə dua et, bizə onun nə cür olduğunu xəbər versin. O da: “O nə yaşlı olmayan nə də cavan olmayan, ikisi arasında orta yaşlı bir inəkdir, deyir, dedi” (Bəqərə, 67-68). Onlar da: “Rəbbinə dua et, bizə rəngini bəyan etsin, dedilər. O da:O deyir ki: Onun rəngi sapsarıdır, baxanların gözü qamaşır”. Onlar da: “Rəbbinə dua et, o necə bir şeydir? İnəklər bir birinə oxşayırlar, inşəAllah taparıq, dedilər. O da: O sabanı çəkəcək qədər əzilmiş deyildir, əkin də sulamaz, alacası (qarışıqrəngli) da yoxdur, dedilər. Onlar da: İndi həqiqəti söylədin deyib onu kəsdilər, az qala etməyəcəklərdi.” Deyir ki: Əgər ilk əmr edildiklərində gördükləri hər hansı bir inəyi kəssə idilər, bu onlar üçün yetərli olardı. Ancaq onlar çətinləşdirdilər, Allah da onlara çətinləşdirdi. Əgər, InşəAllah taparıq, deməsəydilər sonsuza qədər tapa bilməzdiər.

Bizə çatdığına görə onu ancaq yaşlı bir qadının yanında tapdılar. Qadının yetimləri var idi, onlara özü baxırdı. Qadın başqa inəyin uyğun gəlmədiyini bilincə qiyməti qaldırdı. Onlar da Musanın yanına gəldilər, onu filan qadının yanında tapdıq, o isə qiymətini bir neçə dəfə qaldırır, dedilər. Musa da: Allah sizə yüngülləşdirmişdi siz isə çətinləşdirdiniz; o qadını razı edin, dedi. Onlar da onu alıb kəsdilər. Musa əleyhissalam onlara: İnəyin bir sümüyü ilə ona vurmalarını əmr etdi. Onlar da etilər. Ölü dirildi, qatilin adını dedi. Sonra da yıxılıb öldü. Qatil tutuldu, o da Musa əleyhisalama müraciət edən adam idi. Allah onu ən pis əməli ilə öldürdü.

Muhəmməd İbn Cərir belə demişdir: Mənə Muhəmməd İbn Səid o da atasından o da əmisindən o da babasından nəql etdi ki, İbn Abbas inək haqqında belə demişdir: Musa əleyhissalam zamanında yaşlı bir adam var idi. Malı da çox idi. Qardaşı uşaqları isə kasıb idilər, malları yox idi. Qoca kişinin də uşağı olmamışdı. Mirasçıları qardaşı oğulları idilər. Onlar: Kaş ki,  əmimiz ölərdi, malına mirasçı olardıq, dedilər. O da uzun yaşadığına görə şeytan onlara  gəldi: “Əminizi öldürmək, malına mirasçı olmaq və cəzasını şəhər xalqına ödətdirmək istəyirsinizmi?” dedi. Çünki iki şəhər var idi, onlar birində yaşayırlardı. Ölən iki şəhər arasında öldürülərsə iki şəhərin arası ölçülər, hansına yaxındırsa cəzası onlara ödətdirilirdi. Şeytan onların ağlını aldı, həmin adam ölmədiyi üçün gedib onu öldürdülər. Sonra da onu o birisi şəhərin qapısına atdılar. Səhər açılanda qocanın qardaşı oğulları gəldilər.

Əmimiz şəhərinizin qapısında öldürüldü, qanpulunu verməlisiniz, dedilər. Şəhər xalqı da: Allaha and içirik ki, biz öldürməmişik, qatili də bilmirik kimdir, şəhərin qapısını da səhərə qədər açmamışıq, dedilər. Musa əleyhissalamın yanına getdilər, onun yanına gəldikdə qocanın qardaşı oğulları: Əmimizi onların şəhərlərinin qapısında öldürülmüş şəkildə tapmışıq, dedilər. Şəhər əhalisi də Allaha and içirik ki, onu biz öldürməmişik, şəhərimizin qapısını da bağladığımız andan etibarən səhərə qədər açmamışıq, dedilər. Cəbrayıl əleyhissalam, Musa əleyhissalama hər şeyi eşidən və bilən Allahın əmrini gətirdi, bir inək kəsib onun bir hissəsi ilə ona vurmalarını əmr etdi.

Suddi demişdir:  İsrail oğullarından malı çox olan bir nəfər var idi. Onun da ehtiyac içində bir qardaşıoğlu var idi. Bu oğlan ondan qızını istəmişdi o da vermək istəməmişdi. Gənc əsəbləşmiş Allaha and içirəm ki, əmimi öldürər qızını alaram, qanpulunu da yeyarəm dedi. Gənc onun yanına gəldi, orayə İsrail oğulları qəbilələrindən tacirlər gəlmişdi. Əmi,mənimlə gəl, o tacirlərdən mənə də mal götür, ola bilər ki mən də bu yolla qazanım. Səni görsələr mənə mal verəcəklər. Əmisi həmin gənclə gecə yola çıxdı, qoca o qəbiləya gəlib çatdıqda gənc onu öldürdü. Sonra da ailəsinə geri döndü. Səhər açıldıqda da özünü  əmisini axrırmış kimi göstərdi. Sanki harda olduğunu bimirdi, onu tapa bilmirdi. Ona tərəf getdi və qəbilənin onun (meyidin) başına toplaşdığını gördü, Onları günahlandırdı, əmimi öldürmüsünüz qanpulunu ödəyin dedi. Ağlamağa və başına torpaq ələməya başladı. Ah əmim, vay əmim deya fəryad etdi. Onlar da vəziyyəti Musa əleyhissalama çatdırdılar o da qanpulu vermələrinə hökm etdi. Ona: Ey Allahın rəsulu Allaha dua et ki, bizə bunu kimin etdiyini xəbər versin, günahkar tutulsun. Allaha and içirik ki, qan pulu bizim üçün əhəmiyyatli deyil, lakin belə ittiham edilməkdən utanırıq, dedilər. Məhz Allah Təalanın “O zaman siz bir nəfəri öldürmüşdünüz və onun (qatili) barəsində mübahisə edirdiniz. Allah isə sizin gizlətdiklərinizi aşkara çıxarar” (Bəqərə, 72) dediyi budur.

Musa da onlara Allah sizə bir inək kəsməyi əmr edir dedi. Onlar da: Biz səndən qatili, qətl ediləni soruşuruq sən isə bizə inək kəsməyi deyirsən, bizi ələ salırsan, dedilər. O da: Cahillərdən olmaqdan Allaha sığınıram, dedi. İbn Abbas belə demişdir: Əgər bir inək gətirib onu kəssəydilər bu kifayət edərdi. Ancaq onlar çətinləşdirdilər. Musaya inad etdilər: Allah da onlara çətinləşdirdi. Onlar: bizim üçün dua et ki, onun nə cür inək olduğunu xəbər versin, dedilər. O da: O ne yaşlı nə də cavandır, ikisinin ortasındadır, deyir, dedi. Burada istifadə edilən fərid sözü doğmamış yaşlı, bikr isə doğmamış və ya bir qarın doğmuş cavan deməkdir. Avan isə bunların ortasında olandır . Musa onlara Sizə əmr ediləni edin dedi. Onlar da Rəbbinə dua elə bizə onun rəngini bildirsin, dedilər. O da : Onlara rənginin sapsarı olduğunu baxanlara xoş gəldiyini bildirir dedi. Onlar da Rəbbinə dua et o necə bir şeydir, axı inəklər birbirinə bənzəyir dedilər, InşəAllah tapaq dedilər. O da: O xış sürmüş kimi əzilməmiş, sahə sulamamış,  ləkəsi qüsuru da yoxdur, dediyini dedi. Onlar da: İndi həqiqəti ortayə çıxardın, dedilər. O inəyi axtarmağa başladılar. Onu tapa bilmədilər.

İsrail oğullarından bir adam var idi, atasına çox itaətkar idi. Ona bir adam baş çəkdi, özüylə bir ləl gətirmişdi, ona satmaq istədi. Atası yatırdı açar da başının altında idi. Adam ona bu ləli məndən yetmiş min dirhəmə satın alarsanmı, dedi. Gənc də ona: Atam oyansın sənə səksən min verərəm dedi. O isə Atanı oyandır sənə altmış min dirhəmə verim dedi. Tacir qiyməti endirdi, otuz minə qədər düşdü. O biri isə atasının oyanmağını gözləmək şərti ilə yüz minə qədər çıxdı. Satıcı çox israr etdikdə : Allaha and içirəm ki, artıq onu almayəcaç deyarək atasını oyandırmaq istəmədi. Allah ona o lələ əvəz olara həmin inəyi verdi. İnəyi axtaran israiloğulları ona rast gəldilər, inəyi onun yanında gördükdə başqa bir inəklə dəyişməyi təklif etdilər. O da qəbul etmədi. İki inək verdilər yenə qəbul etmədi. On inəyə çıxdılar yenə qəbul etmədi. Onlar da almadan səndən əl çəkən deyilik dedilər. Onu Musa əleyhissalamin yanına apardılar. Ey Allahın Nəbisi, biz o inəyi bu adamın yanında tapdıq, o isə satmaq istəmir, biz onun bədəlini veririk,  dedilər. Musa da ona inəyini onlara ver dedi. O da ey Allahın Rəsulu, bu mala mənim çox ehtiyacım var dedi. O da haqlısan dedi və ora yığışmış insanlara : İnəyin sahibini razı edin dedi. Onlar ağırlığı qədər qızıl verdilər. O da qəbul etmədi onlar da artırdılar. Ən sonda 10 qatına qədər artırdılar. Onlara satdı və pulunu aldı. Onlar da inəyi kəsdilər. Musa əleyhissalam: bir parçası ilə ona vurun dedi. İki kürək arasındakı hissəsi ilə vurdular.Ona səni kim öldürdü dedilər. O da qardaşımın oğlu dedi. O da : Əmimi ölüdürərəm , malını alaram, qızını nigahlayəram deyan gənc idi. Gənci tutub öldürdülər.

Süneyd belə demişdir: Bizə Həccac İbn Muhamməd, o da İbn Cureycdən, o da Mucahid ilə Həccacdan, onlar da Muhamməd İbn Kab əl Kurazi ilə Muhamməd İbn Qeysdən rəvayət edərək deyir ki, — burada hədislər birbirinə qarışır —  İsrail oğullarından bir qəbilə pis insanların çoxaldığını görüb, bir şəhər tikərək pislərdən ayrıldılar. Axşam olduğu zaman çöldə kim varsa içəri onu salar, səhər olduqda da başçıları oyanar ətrafa baxardı. Bir şey görmədikdə şəhərin qapılarını açardı. Axşama qədər insanlarla bir yerdə qalardılar. İsrail oğullarından malı çox olan bir adam var idi. Qardaşından başqa bir mirasçısı yox idi. Adam uzun müddət yaşadı. O da ona mirasçı olmaq məqsədi ilə onu öldürdü. Sonra onu aparıb şəhərin qapısına qoydu.

Sonra öz dostları ilə bir yerə gizləndilər. Başçıları qapıdan baxdı bir şey görmədikdə qapını açdı. Qətl edilmişi gördükdə qapını bağladı. Öldürülmüşün qardaşı və dostları səsləndilər: Ey, onu siz öldürdünüz sonra da qapını bağlayırsınız, dedilər. Musa bəni İsrail arasında çox qətl hadisəsi gördüyü üçün, hər dəfə bir öldürülmüşə rast gəldikdə ətrafındakı insanları danlayərdı.

Az qala öldürülənin qardaşı ilə şəhər əhalisi arasında döyüş çıxacaqdı. Sonda iki tərəf də silahlandılar. Sonra bəziləri dayəndılar, Musaya gəlib hadisəni danışdılar. Ey Musa bunlar bir adam öldürdülər, sonra da qapını bağladılar, dedilər. Şəhər əhalisi də: Ey Allahın Rəsulu pisliklərdən qaçdığımızı bilirsən. Gördüyün kimi pisliklərdən qaçmaq üçün bir şəhər inşa etdik. Allaha and içirik ki, onu biz öldürmədik, öldürənin də kim olduğunu bilmirik,  dedilər.

Allah da Musaya bir inək kəsmələrini vəhy edir. Musa onlara “Sizə bir inək kəsməyi əmr edir” dedi. Bu rəvayətlər: Əbu ubeydə, Əbu Aliyə, Suddi və digərlərindən gəlməkdədir. Aralarında bir az uyğunsuzluq vardır. Görünür ki, bunlar İsrailoğullarının kitablarından götürülmüşdür. Bunlar nəqli icazəli olan şeylərdəndir. Ancaq nə təsdiq edilər, nə də yalanlanmaz. Buna görə də bunlara etimad etmək olmaz, ancaq bizim haqq bildiyimiz şeylərə uyğun gələnlər  qəbul olunur. Allah ən doğrusunu biləndir.