Biz bir ayəni dəyişdirir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk. Məgər bilmirsən ki, Allah hər şeyə qadirdir?

İbn Əbi Talha, İbn Abbasdan (radiyAllahu anh), “biz bir ayəni nəsx etsək” bir ayəni dəyişdirərsək, demişdir. İbn Cureycdən, Mucahid də “biz bir ayəni nəsx etsək” bir ayəni silsək demişdir. İbn Əbi Nəcih, Mucahiddən, “biz bir ayəni nəsx etsək” yəzida saxlayəraq hökmünü dəyişsək, demişdir. Bunu da Abdullah İbn Məsudun dostlarından nəql etmişdir. Allah onlardan razı olsun. İbn Əbi Hatim belə demişdir: Əbu-Aliyə ilə Muhəmməd İbn Kab əl-Qurazidən də belə rəvayət gəlmişdir. Dəhhaq “bir ayəni nəsx etsək” sənə unutdursaq, demişdir. Ata da: “biz bir ayəni nəsx etsək » Qurandan tərk etsək, demişdir. İbn Əbu Hatim də: yəni (Qurandan) tərk edilib Muhəmməd səlləllahu aleyhi və səlləmə endirilməyan, demişdir. Suddi də: «Bir ayəni nəsx etsək» nəsx onun götürülməsidir, demişdir. İbn Əbi Hatim də: götürülməsi və qaldırılmasıdır, demişdir. Məsələn bunlar kimi: “yaşlı bir kişi ilə yaşlı bil qadın zina edərlərsə, onları mütləq rəcm edin”. «Və əgər adəm oğlunun iki vadi dolusu qızılı olsaydı, bir üçüncüsünü istəyərdi”.

İbn Cərir: “biz bir ayəni nəsx etsək” bir ayənin hökmünü başqasına nəql edir, onu dəyişdirir və götürsək, demişdir. Bu da halalı harama, haramı halala, mübahı qadağa, qadağanı mübaha çevirmə kimidir. Bu da ancaq əmr, nəhy, mahzur, mütləq, maneə və mübah kimi olur. Xəbərlərdə isə nəsx və mənsux olmur. Nəsxin əsli kitabı nüsxələməkdir ki, o da onu bir nüsxədən başqa nüsxəya keçirmək, surətini çıxartmaqdır. Hökmün başqasıyla nəsx də bundandır ki, başqa yerə daşımaq, bir sözü başqasına nəql etməkdir. Bu da istər hökm etibarı ilə olsun istərsə yazı etibarı ilə olsun. Çünki hər ikisinin də hökmü qaldırılmışdır. Üsul alimlərinə gəlincə onların hökm qaldırılma və bu xüsusdakı tərifləri fərqli olmaqla birlikdə bir-birinə yaxındır. Çünki nəsxin şəri mənası alimlər tərəfindən bilinməkdədir. Bəziləri bunu, bir hökmü daha sonrakı şəri bir hökmlə götürməkdir, deya izah etmişlər. Bunun içinə yüngülü daha ağırı ilə, bunun tərsi və qarşılıqsız olan hökm götürülmə də girər. Nəsx hökmlərinin açıqlaması, növləri və şərtləri üsul kitablarında geniş olaraq verilmişdir.

Təbərani belə demişdir: Bizə Əbu Şubeyl Ubeydullah İbn Əbdurrəhman İbn Vaqid Abbas İbn Fadldan, o da Süleyman İbn Ərkamdan, o da Zuhridən, o da Salimdən, o da atasından rəvayət edir ki: İki adam bir surəni Rəsulullah səlləllahu aleyhi və səlləmin onlara oxutduğu şəkildə oxudular. Bir gecə namaz qılmağa qalxdılar, bir hərfini belə deya bilmədilər. Səhər erkəndən Rəsulullah (salləllahu aleyhi və səlləm)in yanına gedib vəziyyəti ona izah etdilər. O da: O, nəsx edilən və unutdurulandandır, dedi. Onlar da onu oxuya bilmədilər. Zuhri ayəni “mənənsəx min ayətin əv nunsihə” yəni şəddəsiz dammalı nun ilə oxuyardı. Rəvayət zəncirində keçən Süleyman İbn Ərkam zəif rəvayətçidir. Əbu Bəkr əl-Ənbar atasından, o da Nasr İbn Davuddan, o da Əbu Ubeyddən, o da Abdullah İbn Salihdən, o da Leysden, o da yunusdan, o da Aqildən, o da İbn Şihabdan, o da Əbu Ümamə İbn Səhl İbn Hüneyfdən, eynisini mərfu olaraq rəvayət etmişdir. Bunu Qurtubi zikr etmişdir.

“Əv nunsihə” bu nənsəha və nunsihə şəklində iki cür oxunmuşdur. Nənsəhə oxuyanların mənası, təxirə salar deməkdir. Əli İbn Əbi Talhadan, İbn Abbas “ma nənsəhə əv nunsiha” sözündə: Bir ayəni dəyişdirərik və ya buraxıb dəyişdirmərik demişdir. Mucahid, İbn Məsudun dostlarından: Əv nənsəha, yəzida saxlayıb hökmünü dəyişdirsək demişlər. Abd İbn Umeyr, Mucahid və Ata da: Nənsəha, onu təxirə salsaq və arxada qoysaq, demişlər. Atiyyə əl-Əvfi də: Əv nənsəha, buraxaraq nəsx etməzsək, demişdir. Suddi ilə Rəbi İbn Ənəs də belə demişlər. Dəhhaq belə demişdir: «Mə nənsah min ayətin əv nənsəha» dəyişdirmək və hokumü qaldırılmış demişdir. Əbu-Aliyə də: yanımızda saxlasaq, demişdir. İbn Əbi Hatim belə demişdir: Bizə Ubeydullah İbn İsmail əl-Bağdadi Xələfdən, o da Haffafdan, o da İsmail İbn Muslimdən, o da Həbib İbn Əbi Sabitdən, o da Səid İbn Cubeyrdən rəvayət etdi ki, İbn Abbas belə demişdir: Ömər radıyAllahu anhu bizə xütbə söylədi: Əziz və cəlil olan Allah “mə nənsax min ayətin əv nənsəha” deyir ki: Onu təxir etsək, mənasınadır, dedi. “Nunsiha» qiraətinə gəlincə Abdurrazzak Mamərdən rəvayət edir ki, Qatadə “Nunsiha” sözü üçün belə demişdir: Əziz və cəlil olan Allah, Rəsuluna istədiyini unutdurar, istədiyini nəsx edərdi.

İbn Cərir belə demişdir: Bizə Səvad İbn Abdullah Xalid İbn əl-Harisdən, o da Avfdan rəvayət etdi ki, Həsən “əv nunsiha” ayəsi haqqında belə dedi: Rəsulullah səllAllahu aleyhi və səlləm bizə Quran oxudu, sonra da bu ona unutduruldu. İbn Əbi Hatim belə demişdir: Bizə atam İbn Nüfeyldən, o da Muhəmməd İbn Zubeyr əl-Harranidən, o da Həccacdan yəni əl-Cəzəridən, o da İkrimədən rəvayət etdi ki, İbn Abbas belə demişdir: Rəsulullah səllAllahu aleyhi və səlləmə gecə vəhy enərdi, onu gündüz unudurdu. Buna qarşılıq Allah Təala: “Biz bir ayəni nəsx etsək və ya onu unutdururuqsa, ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk” ayəsini endirdi. İbn Əbu Hatim belə demişdir: Mənə Əbu Cəfər İbn Nufeyl rəvayət etdi ki, rəvayət zəncirində keçən Həccac İbn Ərtat deyil, Cizrəli bir şeyximizdir. Ubeyd İbn Umeyr belə demişdir: “Ev nunsiha” onu yanınızdan götürsək, deməkdir. İbn Cərir belə demişdir: Mənə yaqub İbn İbrahim Huseyndən, o da yala İbn Atadan, o da Qasim İbn Rəbiadan rəvayət edir ki,: Sad İbn Əbi Vaqqasın “mə nənsax min ayətin əv nunsiha” şəklində oxuduğunu eşitdim, ona: Səid İbn Musəyyab, «əv tünsəha” oxuyardı, dedim. Sad də belə dedi: Quran nə Museyyabə, nə də Musəyyabin ailəsinə endirildi. Allah Təala: “Biz sənə oxumaq imkanı verəcəyik ki, o, yadından çıxmayəcaq”. (Əla: 6), “Unutduğun zaman Rəbbini yada salıb” (Kəhf, 24) deyir, dedi. Bunu Abdurrazzak da Huşeymdən rəvayət etmişdir. Bunu Hakim də Mustədrəkində Əbu Hatim, Adəm, Şöbə, yala İbn Atadan belə rəvayət etmiş və: 2 Şeyxin  (Buxari və Muslimin) şərtlərinə uygundur lakin onu kitablarına qeyd etməyiblər, demişdir. İbn Əbi Hatim belə demişdir: Muhəmməd İbn Kab, Qatadə və İkrimədən də Səidin dediyi rəvayət edilmişdir.

İmam Əhməd belə demişdir: Bizə yəhya Sufyan Seyridən, o da Həbib İbn Əbu Sabitdən, o da Səid İbn Cubeyrdən, o da İbn Abbasdan rəvayət etdi ki, Ömər belə dedi: Əli ən yaxşı hüquq bilənimizdir, Ubey ən yaxşı oxuyanımızdır. Mən buna baxmayəraq Ubeya bəzi oxuduğunu götürmürəm. Çünki Übey: Mən Rəsulullah səlləllahu aleyhi və səlləmdən eşitdim, onu heç bir şey üçün tərk etmərəm, deyir. Allah isə: “Biz bir ayəni nəsx etsək və ya onu unutdururuqsa, ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk” deyir. Buxari belə demişdir: Bizə yəhya Sufyandan, o da Həbibdən, o da Səid İbn Cubeyrdən, o da İbn Abbasdan rəvayət etdi ki, Ömər belə dedi: Ən yaxşı Quran oxuyanımız Ubeydir, ən yaxşı qərar verənimiz Əlidir. Biz Ubeyin bəzi görüşlərini tərk edirik. Çünki Ubey: Mən Rəsulullahdan (səlləllahu aleyhi və səlləm) eşitdiyim bir şeyi tərk etmərəm deyir. Halbuki Allah buyurur: “Biz bir ayəni nəsx etsək və ya onu unutdururuqsa, ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk”.

         “Ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk”: yəni mükəlləflərin mənfəəti baxımından eyni nisbətdə bir hökm gətirərik. Necə ki, Əli İbn Əbi Talha, İbn Abbasdan belə rəvayət etmişdir: Fayda baxımından sizin üçün daha faydalı və sizə daha çox acıyan deməkdir. Əbu-Aliyə də belə demişdir: “Bir ayəni nəsx etsək” yəni onunla əməl etməsək, “və ya onu unutdururuqsa,” yəni yanımızda saxlasaq, ya onu ya da bənzərini gətirərik. Suddi “Ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk” ayəsində belə demişdir: Nesx etdiyimizdən daha xeyirlisini və yaxud tərk etdiyimizin bənzərini gətiririk. Qatadə: “Ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk” ayəsində belə demişdir: İçində yüngüllük olan, içində rüxsət olan, içində əmr olan, içində qadağan olan deməkdir. “Allahın hər şeya qadir olduğunu bilmirsənmi?Məgər bilmirsən ki, göylərin və yerin mülkü Allahdır. Sizin Allahdan başqa nə bir himayəçiniz, nə də bir köməkçiniz vardır”: Allah Təala qullarını buna yönəldir: O, məxluqatı üzərində idarə edəndir. İstədiyi şeyi edər. yaratma və əmr ona məxsusdur. Onları istədiyi kimi yaratdığı, istədiyini xoşbəxt etdiyi, istədiyini bədbəxt etdiyi, istədiyinə sağlamlıq verdiyi, istədiyini xəstə etdiyi, istədiyini müvəffəqiyyatli etdiyi və istədiyini uğursuz etdiyi kimi, qullarına istədiyi hökmü verir; istədiyini halal edər, istədiyini haram edər, istədiyini mübah edər, istədiyini qadagan edər. Hökm verən Odur, Onun hokum əleyhinə cixacaq biri yoxdur. Etdiyindən soruşulmaz, onlar soruşulurlar. Qullarını və nəbilərinə itaatlərini hökmsüz ilə deyilən; edilməsində məsləhət olan bir şeyi əmr edər, sonra da onu bildiyi bir şey üçün qadağan edər. Bütün itaət onun əmrini yerinə yetirmədə, xəbər verdikləri şeylərdə nəbilərinə təslim olmada, əmrlərinə itaət etmədə, çəkindirdiklərini tərk etmədədir. Bu mövqedə yəhudilərin küfrünə şiddətli rədd və təsirli bir şərh vardır, nəsxin mümkün olmadığı xüsusundakı iddialarını çürütmə vardır. Onlar bu əqlən mümkün deyildir, deyarlər ki, bunu iddia edən cahil və kafirlər vardır. Nəqlən də mümkün deyil deyarlər ki necə ki, bəziləri də böhtan ataraq və yalan söyləyarək bunu uydurmuşlar.

İmam Əbu Cəfər İbn Cərir (rahmətullahi aleyh) belə demişdir: Ayənin şərhi belədir: Bilmədinmi ey Muhəmməd, göylərin və yerin hökmü və idarəsi yalnız mənə aiddir; onlarda və onlarda olan şeylərdə istədiyim şeylə mən hökm edərəm, onlarda və onlarda olan şeylərdə mən istədiyimi əmr edərəm və istədiyim şeydən çəkindirərəm. Qullarıma hökm etdiyim hökmlərimi istədiyim zaman mən nəsx edər, dəyişdirər və qaldıraram və istədiyim şeyi onlarda yerində buraxaram. Sonra da belə dedi: Bu xəbər hər nə qədər Nəbisi (salləllahu aleyhi və səlləm) üçün Allahdan onun böyüklüyü barəsində xitab olsa də eyni zamanda onda yəhudilərə yalanlama da var. Çünki onlar Tövrat müddəalarının nəsxini inkar etdilər, İsa və Muhəmməd səlləllahu aleyhi və səlləmin nəbiliyini inkar etdilər. Çünki onlar Allah qatından Tövratın hökmünü dəyişdirən şeylər gətirdilər. Allah da ona xəbər verdi ki, göylərin və yerin səltənəti ona məxsusdur, bütün məxluqat onun səltənətinin itaət etmə vəziyyətindəki əhlidir. Onların vəzifəsi əmr və yasaqlarına hərfiyyan itaət etməkdir. Onlara istədiyini əmr edər və onları istədiyi şeydən çəkindirər. İstədiyi şeyi nəsx edər və istədiyi şeyi yerində buraxar. yerində buraxmaq, əmr etmək və qadağan etmək istədiyi hər şeyi də edər.

Mən də deyirəm ki, yəhudiləri hökmsüzlük məsələsində bu qədər araşdırmayə sövq edən şey küfr və inadkarlıqlarıdır. Çünki əqlən Allahın hökmlərinin nəsx edilməyacəyinə dair bir şey yoxdur. Çünki o istədiyi şeya hökm edər. Necə ki, istədiyi şeyi də edər. Qaldı ki, köhnə kitablarda və keçmiş şəriətlərdə də bu baş vermişdir. Məsələn Adəmin qızlarını oğullarına nigahlaması kimi, sonra bu haram edilmişdir. Necə ki, Nuha gəmidən çıxdıqdan sonra bütün heyvan ətlərini yeməyi mübah etmişdi, sonra bəzisinin halallığını nəsx etdi. İsrail oğullarına iki bacı ilə evlənmək ərə halal idi, bu, Tövrat şəriətində və ondan sonar da haram edildi. İbrahim aleyhissalama oğlunun boğazın kəsməsi əmr edildi, sonra bu, reallaşmadan nəsx edildi. Bütün İsrail oğullarına içlərindən buzova ibadət edənləri öldürmələri emr edildi. Sonra nəsilləri tükənməsin deya bu qaldırıldı. Daha bunlar kimi bir çox şey vardır. Onlar bunları etiraf edirlər, ondan üz çevirirlər. Bu dəlillərə verdikləri səthi cavablar mənanın dəlalətinin qarşısını ala bilməz. Çünki məqsəd odur. Necə ki, kitablarında Muhəmməd səlləllahu aleyhi və səlləm müjdəsi və ona uyma əmri məşhurdur. Bu da səlləllahu aleyhi və səlləmə riayət etməyin vacib olduğunu və onun şəriətinə uyğun gəlməyan heç bir əməlin qəbul olunmayəcağını göstərir. İstəyir belə deyilsin: Keçmiş dinlər səlləllahu aleyhi və səlləmin göndərilməsi ilə məhdudlaşır, buna nəsx deyilməz, eynilə Allah Təalanın: “Sonra gecəyadək orucunuzu tamamlayın” (Bəqərə, 187) ayəsində olduğu kimi. Bunların mütləq olduğu və Muhəmməd səlləllahu aleyhi və səlləmin şəriətinin bunları nəsx etdiyi deyilmişdir. Hər bir halda ona tabe olmanın zəruriliyi meydandadır. Çünki o bir kitab gətirmişdir. O Allah Təalanın zaman etibarı ilə endirdiyi son kitabdır. Məhz bu mövqedə Allah Təala yəhudiləri rədd etmək üçün nəsxin icazəli olduğunu açıqlamışdır. Allahın lənəti onların üzərinə olsun. Çünki belə demişdir: “Məgər bilmirsən ki, Allah hər şeya qadirdir? Bilmirsənmi ki, göylərdə və yerdə hökmranlıq təkcə Allaha məxsusdur?”. Mülk müzakirəsiz Onun olduğu kimi istədiyi şəkildə hökm vermək də Onundur. “Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur.” (Əraf, 54). Baş tərəfində əhli kitaba xitab edilən Ali İmran surəsində bu ayədə nəsx bildirilmişdir: “Tövrat nazil olmamışdan əvvəl İsrailin ancaq özü özünə haram etdiyi şeylərdən başqa bütün yeməklər İsrail oğullarına halal idi.” (Ali İmran, 93) Necə ki, bunun təfsiri gələcəkdir. Bütün müsəlmanlar bunda müttəfiqdir ki, Allahın hökmündə nəsx icazəlidir. Çünki bunda üstün hikmət vardır. Hamısı nəsxin olacağını söyləmişlər. Müfəssir Əbu Muslim əl-İsfəhani isə: Quranda heç bir nəsx olmamışdır, demişdir. Onun bu sözü zəifdir, rədd edilmişdir, rəzildir. Nəsx edilən şeylərə təsdiqsiz cavablar vermişdir. Bunlardan biri iddətin bir ildən  dörd ay on günə endirilməsidir. Buna məqbul cavab verə bilməmişdir. Qiblənin Beytul Makdisdən Kəbəya çevrilməsinə də heç bir şəkildə cavab verə bilməmişdir. Müsəlman on kafirə qarşı dayənma məcburiyyatində ikən bunun ikiya salınması də bundandır. Rəsulullah səlləllahu aleyhi və səlləm ilə xüsusi danışmadan əvvəl  olan vacib  sədəqənin verilməsinin qaldırılması da belədir. Allah ən doğrusunu biləndir.