Biz dedik: “Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin, təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”.

Allah Təala Adəmə etdiyi iltifatdan xəbər verir, daha əvvəl də mələklərin ona səcdə etmələrini buyurmuşdu. Ancaq İblis inad edərək etiraz etmişdi. Cənnəti Adəmə icazəli etdi, istədiyi yerdə məskunlaşar və istədiyi qədər yəni yararlı, bol və xoş olaraq yeyirdi. Hafiz Əbu Bəkir ibn Mərdəveyh belə demişdir: Mənə Muhamməd ibn İsa əd-Daməğani, o da Sələmə ibn Faddan, o da Mikayıldan, o da Leysdən, o da İbrahim ət Teymidən, o da atasından rəvayət etdi ki, Əbu Zərr dedi ki, Ey Allahın Rəsulu, Adəm peyğəmbər idimi? dedim. O da belə dedi: Bəli, Rəsul peyğəmbər idi. Allah onunla bir başa danışdı. Sən və Zövcən cənnətə yerləşin dedi.  Adəmin yerləşdiyi Cənnət göydədirmi yerdədirmi deyə ixtilaf edilmişdir. Çoxluq birinci rəyi dəstəkləməkdədir. Qurtubi Mötəzilə ilə qədərilərdən yerdə olduğunu nəql etmişdir. Bunun incələnib təhlil edilməsi də Əraf surəsində gələcəkdir inşəAllah. Ayənin axışına baxılarsa Həvva Adəm cənnətə girməzdən əvvəl yaradılmışdır. Muhamməd ibn İshaq bunu açıq aydın ifadə etmiş və demişdir: Allah İblisi təhdid etdikdən sonra Adəmə bütün adları öyrətdi. Ey Adəm onlara bu adları xəbər ver dedi. Sonra Tövrat əhlindən və digər elm adamlarından rəvayətlə Ibn Abbas belə demişdir: Sonra Adəm Yatdı, Allah onun sol qabirğalarından birini çıxartdı, yerini ətlə bərpa etdi. Adəm isə Yatmışdı, yuxusundan oyanmadı. Sonda Allah onun o qabırğasından zövcəsi Həvvanı Yaratdı. Adəmin isinməsi üçün ona qadın şəkli verdi. Adəmin yuxusu keçib oyandığı zaman onu Yanında gördü. Deyilənə görə — Allaha ən doğrusunu bilir- Ətim, qanım və ruhum dedi. Onda hüzur tapdı. Allah onu ona zövcə etdikdə ona isinişdi. Allah ona birbaşa: Ey Adəm sən və zövcən Cənnətdə yerləşin dedi. Orada istədiyiniz yerdə bol-bol yeyin ancaq bu ağaca yaxınlaşmayın, (yoxsa) sonra zalımlardan olarsınız, dedi. Həvvanın Cənnətə girdikdən sonra Yaradıldığı da söylənmişdir. Necə ki, Suddi, Əbu Malik, Əbu Saleh, Ibn Abbas, Mürrə, Ibn Məsud və bir qrup sahəbədən belə dediklərini rəvayət etmişdir. İblis Cənnətdən çıxarıldı, Adəm cənnətə yerləşdirildi. Orada ürkək gəzirdi, yanına yaxınlaşacaq bir cütü yox idi. Xəfif bir yuxuya getdi, oyandı baş ucunda oturan bir qadın gördü. Allah onu Adəmin qabırğasından Yaratmışdı. Ona soruşdu: Dən nəsən? dedi. O da Qadın dedi. Niyə Yaradıldın? Dedi. O da Sənə hüzur vermək üçün dedi. Mələklər Adəmin  elmini ölçmək üçün Ey Adəm onun adı nədir? Dedilər. O da Həvva, dedi. Niyə? dedilər. O da: çünki bir canlıdan yaradıldı, dedi. Allah Təala da Ey Adəm sən və zövcən cənnətə yerləşin, istədiyiniz yerdən bol — bol yeyin dedi.

“Bu ağaca yaxınlaşmayın”. Bu Allahın Adəmi sınaması və imtahanıdır. Bu ağacın nə olduğunda ixtilaf edilmişdir. Suddi bir nəfərdən rəvayət etmişdir ki, Ibn Abbas: Adəmə qadağan edilən ağac, üzüm talvarı, tənəyi idi, demişdir. Səid İbn Cubeyr, Suddi, Şabi, Cadə ibn İbrahim, Muhamməd ibn Qeys da belədemişlər. Yenə Suddi, Əbu Malik, Əbu Saleh, Ibn Abbas, Mürrə, İbn Məsud və bir bölük səhabədən qadağan edilən ağacın üzüm olduğunu söyləmişlər. Yəhudilər isə onun buğda olduğunu iddia edirlər. Ibn Cərir ilə ibn Hatim belə demişlər: Bizə Muhamməd ibn İsmayıl ibn Səmurə əl Əhməsi o da Yəhya ibn Himmanidən, o da Nadr Əbu Amr əl Hərrazdan o da İkrimədən rəvayət etmişdir ki,  Ibn Abbas belə demişdir: Adəmə qadağan edilən ağac (buğda) sünbül ü idi. Əbdurrəzzaq belə demişdir: Bizə ibn Uyeynə ilə ibn Mubarək, onlar da Həsən ibn Umarədən, o da Amr ibn Səid ibn Cubeyrdən rəvayət edilir ki, Ibn Abbas onun sünbül olduğunu demişdir.

Muhamməd İbn İshaq, bir elm adamından o da Mücahiddən rəvayət edilir ki, ibn Abbas o buğdadır demişdir. Ibn Cərir deyir ki, Mənə Müsənna ibn İbrahim, ona da Müslim ibn İbrahim, ona da Qasım, ona da Teym oğullarından bir nəfər rəvayət etdi ki, İbn Abbas Əbul Cələdə Adəmin yediyi bu ağacı və Adəmin altında tövbə etdiyi ağac haqqında soruşmaq üçün məktub Yazdı. Əbulcələd də ona mənə Adəmə qadağan edilən ağacı soruşursan o sünbüldür. Mənə Adəmin tövbə etdiyi ağacı soruşursan o da zeytundur. Dedi. Həsən Bəsri, Vəhb ibn Münəbbih, Atiyyə əl Avfi, Əbu Malik, Muharib ibn Disar və Əbdurrəhman ibn Əbu Leyla da belə təfsir etmişdirlər.  Muhamməd ibn İshaq, bir yəmənlidən, o da Vəhb ibn Münəbbihdən rəvayət edir ki, O buğda idi amma Cənnətdəki buğdanın bir ədədi inək böyrəyi boyda idi. Qaymaqdan yumşaq və baldan daha şirin idi. Sufyan Sevri Husayndan rəvayət edir ki, O da əbu Malikdən o ağac xurma idi, demişdir. Ibn Cərir rəvayət edir ki, Mücahid o əncir ağacı idi, demişdir. Qatadə ilə Ibn Cureyc də belə demişlər. Əbu Cəfər o da Rəbi ibn Ənəsdən rəvayət edir ki, Əbu Aliyə belə demişdir: O elə bir ağacdır ki, ondan yeyənin dəstəmazı pozulardı. Cənnətə isə dəstəmazsızlıq olmaz. Əbdurrəzzaq deyir ki, Bizə Ömər ibn Əbdurrəhman ibn Məhrəb rəvayət edir ki, Vəhb ibn Münəbbih belə dediyini eşitdim: Allah Adəm ilə Həvvanı cənnətdə yerləşdirdikdən sonra o ağacdan yeməyi qadağan etdi. Ağacın budaqları bir birinə keçmişdi. Mələklər ölümsüz olduqları üçün onun meyvələrindən yeyərdilər. Adəm ilə Həvvanın məhrum edildikləri meyvə məhz bu idi.

O ağacı müəyyən etmək üçün bu altı rəy irəli sürülmüşdür. İmam Əbu Cəfər İbn Cərir (rəhmətullahi aleyh) belə demişdir. Bu haqda ən doğrusu belə deməkdir: Uca Allah Adəm ilə Həvvaya Cənnətdə müəyyən edilmiş bir ağacdan yeməyi qadağan etdi. Digər ağaclara isə icazə verdi. O ikisi də ondan yedilər. Tam olaraq o ağacın hansı olduğunu bilmirik. Çünki Allah qulları üçün bu haqda nə Quranda nə də səhih sünnədə bir izah verməmişdir. Onun üzüm ağacı olduğu da deyilmişdir. Əncir deyənlər də vardır. Bunlarda  biri olması da icazəlidir. Bu elə bir  məlumatdır ki, biləninə fayda verməz bilməyəninə də zərər verməz. Allah ən doğrusunu biləndir. İmam Fəxrəddin Razi təfsirində və digərləri bu rəyi üstün hesab etmişdirlər. Doğrusu da budur.

Allah Təala belə demişdir: O ikisini oradan  (sürüşdürüb) aldadıb  çıxartdı. Burada keçən anha əvəzliyinin cənnətə şamil edilməsi doğrudur. Bu halda cümlənin mənası Onları oradan uzaqlaşdırdı, olar.  Necə ki, Asim ibn Bəhlə, yəni ibn Əbu Nücud, belə (fəəzəlləhumə) oxumuşdur. Əvəzliyin ən Yaxına yəni ağaca da şamil olunması doğrudur. Bu zaman da cümlənin mənası Həsən ilə Qatadənin dediyi kimi, Onları o zəllə səbəbi ilə oradan aldadıb çıxartdı şəklində olar. Bu vəziyyətdə anha səbəbiyyət bildirmiş olur. Necə ki, Allah Təala belə demişdir: Ondan çevrilən O səbəblə çevrilir. (Zariyat, 9) “Onları içərisində olduqları şeydən çıxartdı” yəni libasdan, geniş evdən, bol ruzidən və rahatlıqdan deməkdir.

Biz dedik “Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyan (olunmuş) vaxtadək məskən və gün-güzəran vardır”. Bu da sığınacaq, ruzilər və müəyyən bir müddətə qədər uzanan əcəl deməkdir. Sonra da Qiyamət qopar. Suddi, Əbu Aliyə, Vəhb ibn Münəbbih və digər təfsirçilər ilan və İblislə əlaqədar olaraq israiliyyat xəbərləri nəql etmişlər və iblisin cənnətə necə girdiyini və necə vəsvəsə verdiyini xırdalıqlarına qədər rəvayət etmişdirlər. Biz də bunu Əraf surəsində geniş olaraq rəvayət edəcəyik, İnşəAllah. Orada buradakından daha geniş bir qissə vardır. Müvəffəq etmə Allahdandır.

İbn Əbu Hatim burada belə demişdir: Bizə Əli ibn Həsən ibn İşqab, o da Ali ibn Asimdən, o da Səid ibn Əbu Urubədən, oda Qatadədən o da Həsəndən, o da Ubey ibn Kəbdən rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Allah Adəmi uzun boylu gur saçlı, uzun bir xurma ağacı kimi Yaratdı. Ağacdan dadınca paltarı üstündən düşdü, ilk görünən övrət yeri oldu. Övrət yerinə baxan kimi Cənnətə tərəf qaçmağa başladı. Onu bir ağac tutub özünə tərəf çəkdi, Rəhman Allah ona :”Ey Adəm, məndən qaçırsan?” dedi. O da Rəhmanın kəlamını eşitdi: Ya Rəbbi Xeyir, ancaq utandığımdan qaçıram dedi. Mənə Cəfər İbn Əhməd ibn əl Həkəm əl Qureyşi iki yüz əlli dördüncü ildə rəvayət etdi, o da Süleyman ibn Mansur ibn Əmmardan, o da Əli ibn Asimdən, o da Səiddən, o da Qatadədən, o da Ubey ibn Kəbdən rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm), belə demişdir: Adəm ağacın dadına baxınca sıçrayıb qaçmağa başladı, “Məndənmi qaçırsan” deyə bir səs gəldi. O da Xeyir, səndən utandığımdan qaçıram dedi. O da belə dedi, Ey Adəm mənim dərgahımdan çıx. İzzət və Cəlalıma and içirəm ki, mənə üsyan edən burada mənimlə bir yerdə qala bilməz. Əgər sənin kimi yer dolusu insan yaratsam və onlar mənə üsyan etsələr onları asilər yurduna salaram. Bu qərib bir hədisdir. Onda qırıqlıq hətta Qatadə ilə Ubey ibn Kab (radiyallahu ənhum) arasında idal vardır.

Hakim belə demişdir: bizə Əbu Bəkr ibn Buluveyh, o da Muhamməd ibn Əhməd ibn Nadrdan, o da Muaviyyə ibn Amrdan, o da Zaidədədən, o da Əmmar əbu Muaviyyə əl Bəcəlidən, o da Səid ibn Cubeyrdən rəvayət edir ki, Ibn Abbas belə demişdir: Adəm Cənnətdə ancaq əsrdən günbatana qədər qaldı. Hakim belə demişdir: Bu hədis səhihdir,  iki şeyxin şərtlərinə uyğundur, buna baxmayaraq kitablarına daxil etməmişlər. Abd ibn Umeyd təfsirində belə demişdir: Bizə Ravh, o da ,Hişamdan rəvayət etdi ki, Həsən belə demişdir: Adəm Cənnətdə ancaq gündüzün bir saatı qaldı. O da dünya günləri ilə yüz otuz il edər. Əbu Cəfər rəvayət edir ki, Rəbi ibn Ənəs belə demişdir: Adəm  cənnətdən saat doqquzda vəya onda çıxdı. Adəm çıxanda Yanında Cənnət ağaclarından bir budaq var idi. Başında isə Cənnət budaqlarından bir tac var idi. O da cənnət ağaclarında  bir çələng şəklində idi. Suddi deyir ki Allah Təala: Hamınız ordan enin (Bəqərə, 38) dedi. Endilər Adəm Hindistana endi. Yanında Hacərul Əsvəd və bir dəstə Cənnət yarpağı var idi. Onu Hindistana səpdi ondan da ədviyyatlar çıxdı. Hindistandan gətirilən bu ədviyyatların əsli Adəmin gətirdiyi o dəstədəndir. Adəm onu Cənnətdən çıxmasına təəssüfləndiyi üçün xatirə olaraq özü ilə götürmüşdür.

İmran ibn Uyeynə o da Ata ibn Saibdən, o da Səid ibn Cubeyrdən rəvayət etmişdir ki, Ibn Abbas belə demişdir: Adəm Hindistanın Dehna torpağına endirildi. İbn əbu Hatim, o da Əbu Zuradan, o da Osman ibn əbu Şeybədən, o da Cərirdən o da Səid ibn Musəyyəbdən rəvayət edir ki, Ibn Abbas belə demişdir: Adəm  (əleyhi ssalam) Məkkə Taif arasında Dehna deyilən bir yerə endirildi. Həsən Bəsri belə demişdir: Adəm Hindistana, Həvva Ciddəyə, İblis Bəsrədən bir neçə mil aralı Destmisana, ilan da İsfəhana endirildi. Bunu ibn əbu Hatim rəvayət etmişdir. Muhamməd ibn Əbu Hatim belə demişdir: Bizə Muhamməd ibn Əmmar ibn əl Haris, o da Muhamməd ibn Səid ibn Sabiqdən o da Ömər ibn əbu Qeysdən oda, Zubeyr ibn Adiydən rəvayət edir ki, ibn Ömər belə demişdir: Adəm Səfaya, Həvva da Mərvəya endirildi. Rəca ibn Sələmə də belə demişdir: Adəm (əleyhi ssalam)  əli dizlərində, başı aşağı əyik olaraq endirildi. İblis barmaqlarını bir birinə keçirmiş vəziyyətdə göyə baxaraq endirildi. Əbdurrəzzaq deyir ki, mənə Mamər, o da Avfdan, o da Qasamə ibn Zuheyrdən rəvayət edir ki, Əbu Musa belə demişdir: Allah Adəmi Cənnətdən yerə endirdiyi zaman ona hər bir iş görməyi öyrətdi. Ona Cənnət meyvələrindən azuqə hazırladı. Budur sizin bu meyvələriniz Cənnət meyvələrindəndir. Lakin bu xarab olar, o xarab olmaz. Zuhri belə demişdir: Mənə Əbdürrəhman ibn Hurmuz əl Ərəc, o da əbu Hureyrədən rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Günəşin doğduğu ən xeyirli gün Cümə günüdür. Adəm o gün Yaradıldı, o gün Cənnətə daxil edildi, o gün də Cənnətdən çıxarıldı. Bunu Müslim (854) və Nəsai (1373) rəvayət etmişdirlər. Razi belə demişdir: Bil ki, bu Ayədə bütün günahlar haqqında bir neçə tərəfdən böyük təhdidlər vardır.

Birincisi: Adəmin başına gələnlər bu kiçik səhv səbəbi ilə gəldi. O isə üsyanlardan çox qorxardı. Şair belə demişdir:

 

Ey qəflət içində cüt gözlə baxan

Lakin Həqiqəti görməyən insan

Günahı günaha Yaman qatırsan

Və sən Cənnətdə də məqam umursan

Abid məqamları keçir könlündən

Lakin unudursan Adəm Cənnətdən

Yəni günah içrə, umduğun yerdən

Bir tək günah ilə çıxarılmışdı…

 

Ibn Qasım da belə demişdir:

Görürsən, biz düşmən əsirləriyik,

Vətənə salamat sağ dönəsiyik

Razidən Fəth Əl Mosuli belə demişdir: Bizlər Cənnətdə olan bir qövm idik. İblis bizi əsir edib dünyaya gətirdi. Çıxarıldığımız yurda dönməmiz üçün ağlayıb sızlamaqdan başqa çarəmiz yoxdur. Əgər “Adəmin çıxarıldığı Cənnət cumhurun dediyi kimi göydədirsə, İblis Cənnətə necə girmişdir? Oradan Qədərə uyğun olaraq qovulmuşdur. Qədər isə pozulmaz və ona qarşı gəlinməz?” deyilərsə. Adəmin yerləşdiyi Cənnət yerdə idi göydə deyildi deyən də eyni dəlillə cavab vermişdir. Necə ki, biz də bunun Əl Bidəyə və Nihəyə kitabimızın əvvəlində geniş izah etmişik. Cumhur da buna bir neçə yöndən cavab vermişdir. Birincisi: O Cənnətə izzətlə girməkdən məhrum edilmişdir. Amma oğru və alçaq  kimi girməsi bura aid deyil. Buna görə də bəziləri demişlər ki,  Tövratda yazıldığına görə Cənnətə İlanın ağzında girmişdir demişdilər. Bəziləri də belə demişdir: Ehtimal var ki ikisinə də Cənnətin qapısının ağzından vəsvəsə vermişdir. Bəziləri də belə demişdilər: O yer üzündə,  onlar da göydə ikən vəsvəsə verilmiş ola bilər. Bunları Zəməxşəri və qeyriləri öz təfsirində qeyd etmişlər. Qurtubi burada ilanlar, onların öldürülməsi və bunun hökmü haqqında bəzi hədislər gətirmiş, gözəl və faydalı məlumatlar vermişdir.