Biz dedik: “Hamınız ora-dan enin! Mənim tərəfimdən sizə doğru yolu göstərən rəhbər gəldikdən sonra Mənim yol göstərənimin ardınca gedənlərə heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”.

Allah Təala Adəm zövcəsi və İblisi cənnətdən endirdiyi zaman onlara xəbərdarlıq etdiyi şeyi xəbər verərək belə deyir. Adəmdə məqsəd onun zürriyyətidir. O kitab endirəcək, peyğəmbərlər və Rəsullar göndərəcəkdir. Necə ki, Əbu Aliyə: Hidayət- peyğəmbərlər, rəsullar, açıq dəlillər və izahatladır. Muqatil ibn Həyyan da Hidayət, Muhamməddir (salləllahu aleyhi və səlləm) demişdir. Həsən də Hidayət Qurandır demişdir. Bu iki rəy doğrudur. Əbu Aliyənin şərhi isə daha əhatəlidir. “Kim mənim hidayətimə tabe olarsa” yəni kim endirdiyim kitablara və göndərdiyim rəsullara yönələrsə, deməkdir. “Onlara heç bir qorxu yoxdur” yəni gələcəkdə axirət işlərində, deməkdir. “Onlar kədərlənməyacəklər” dünya işləridə itirdiklərinə görə, deməkdir. Necə ki, Taha surəsində belə gəlmişdir:

Allah buyurdu: “Bir-birinizə düşmən kəsilərək hamınız buradan (yerə) enin. Məndən sizə doğru yolu göstərən rəhbər gəldiyi zaman hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar” (Taha, 123). Ibn Abbas belə demişdir: Dünyada yoldan çıxmaz, axirətdə də bədbəxt olmaz. “Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz QiYamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik” (Taha, 124).

Necə ki, burada da belə deyilmişdir” “O kəslər ki, Kafir oldular və ayələrimizi Yalan saydılar, Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar”. Yəni orada əbədi saxlanılacaqlar və oradan onlar üçün heç bir qaçış və çıxış yoxdur. Ibn Cərir (rəhmətullahi aleyh) burada bir hədis rəvayət etmiş onu da iki yoldan təxric edərək belə demişdir: Bizə Əbu Məsləmə Sad ibn Yəzid rəvayət etdi, o da əbu Nadra əl Munzir ibn Malik ibn Kutaadan, o da Əbu Səiddən, onun adı Sad ibn Malik ibn Sinan əl Hudridir. Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Tam cəhənnəmlik olanlar orada ölməzlər də, dirilməzlər də. Ancaq bir qrup vardır ki, odu xətaları və günahları səbəbi ilə qazanmışdırlar. Allan onları bir öldürür, kömür halına gəldikləri zaman şəfaətinə icazə verilir. Bunu Müslim də Şöbədən, o da Əbu Sələmədən eyni sənədlə rəvayət etmişdir.

Bu ikinci endirilmənin qeyd edilməsi, bununla ardınca gələn və fərqli bir məna ifadə edən bir şeylə əlaqəsinin olmasındandır. Bəziləri bunun təkid və təkrar olduğunu iddia etmişdirlər. Məsələn qalx sözü kimi. Bəziləri isə belə demişdir: Xeyir birinci endiriliş cənnətdən dünya göyünədir, ikinci isə dünya göyündən yerədir. Doğru olan birinci rəydir. Allah ən doğrusunu biləndir.