Allah Təala İsrail oğullarını inadkarlıq, həddi aşma, müxaliflik və peyğəmbərlərə qarşı təkəbbürlənmə və nəfsi istəklərinə tabe olmaqla səciyyaləndirir. Musaya kitabı yəni Tövratı verdiyini, onlarınsa onu təhrif edərək dəyişdirdiklərini, onlardakı əmrlərə qarşı çıxaraq onu yozmalarını, bütün bunlardan sonra da onun (Musanın) şəriəti ilə hökmedən elçilər və rəsullar(dini təzələmək üçün) göndərdiyini bildirir. Necə ki, belə deyir: Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər üçün bununla, din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər. Onlar (hamısı) buna şahid oldular. (Maidə, 44). Buna görədir ki, Allah Təala: “ondan sonra bir-birinin ardınca elçilər göndərdik” (Bəqəra, 87) demişdir. Suddidiən rəvayət edilir ki, Əbu Malik: Arxasınca göndərdik. Bir başqası isə “Arxasınca yola saldıq” demişdir ki, hamısı bir birinə yaxın mənalıdır. Necə ki, Allah Təala belə demişdir: “Sonra bir-birinin ardınca elçilərimizi göndərdik” (Muminun, 44). Sonda İsrailoğullarının peyğəmbərlərini Məryam oğlu İsa ilə sona çatdırdı. O da Tövrata müxalif olan bəzi hökmlər gətirdi. Buna görə də Allah Təala ona açıq aydım möcüzələr verdi. İbn Abbas onları belə sadalamışdır: Ölüləri diriltmək, palçıqdan quş düzəldib onu Allahın izni ilə uçurtmaq, xəstələri sağaltmaq, qeybdən xəbərlər vermək, Müqəddəs ruh (Ruhul Qudus) yəni Cəbrayıl Əleyhissalam ilə dəstəklənməsi. Bütün bunlar onun gətirdiyi şeylərin doğru olduğunu göstərirdi. Tövratın bəzi hökmlərinə müxalif olduğuna görə İsrailoğullarının ona inanmamaları ona paxıllıq etmələri və inadkarlıqları ona çox ağır gəldi. Necə ki, Allah Təala belə buyurdu: Məndən əvvəl (nazil olmuş) Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün (göndərildim). Mən sizə Rəbbinizdən bir dəlil gətirdim…(Ali İmran, 50).
İsrailoğulları peyğəmbərlərlə çox pis rəftar edərdilər. Bəzilərini yalanlayər bəzilərini isəöldürərdilər. Bu da Peyğəmbərlərin onların nəfsinə, istəklərinə və fikirlərinə uyğun gəlməyan şeylər gətirdikəri və onları qarşı çıxdıqları Tövratın hökmünə tabe etmək istəmələri səbəbiylə idi. Bu isə onlara çətin gələr və bu səbəblə də yalanlayərdılar. Hərdən də bəzilərini öldürərdilər. Buna görə də Allah Təala belə demişdir: Məgər hər dəfə sizə elçi ürəyinizə yatmayən bir şey gətirəndə siz təkəbbür göstərmədinizmi? (Onların) bir qismini yalançı hesab edib, bir qismini də öldürmədinizmi?
Müqəddəs ruhun Cəbrayıl olduğuna dəlil: Necə ki, İbn Məsud bu ayənin təfsirində bunu açıq aydın ifadə etmişdir: İbn Abbas, Muhamməd İbn Kab əl Kurazi, İsmayıl İbn Əbi Xalid, Suddi, Rəbi İbn Ənəs, Atiyyə Əl Avfi, Qatadə də bu rəydə olmuşdurlar. Bu ayə də belədir: Onu əmin Ruh endirdi sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan. (Şüəra, 193-194).
Bu da dəlildir: Buxari İbn Əbizənaddan, o da atasından, o da Əbu Hureyrədən, O da Urvədən rəvayət edir ki, Aişə radiyallahu anhə, belə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm), məsciddə Həssən İbn Sabit üçün bir kürsü qoydu, o da Rəsulullahı (salləllahu aleyhi və səlləm) müdafiə edirdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) də: Allahim Hassan sənin peyğəmbərini necə müdafiə etdi isə sən də onu Müqəddəs ruhqüvvətləndir, deyardi. Bu hədis Buxaridə müaəllaq (isnadı kəsikş..arada ravi(lər) düşüb, şeyx birbaşa Rəsulullahdan danışır, mürsəl hədis – tabein səhabəsiz danışır ) olaraq keçir. Onu Əbu Davud Sünənnində İbn Sirindən, Tirmizi də Əli İbn Həcərdən və İsmayıl İbn Musa əl Fəzaridən, onların üçü də Əbu Əbdurrəhman İbn əl əbiz Zənaddan, o da atasından və Hişam İbn Urvədən, ikisi də Urvədən o da Aişə radiyyallahu anhədənrəvayət edər. Tirmizi belə demişdir: O həsən səhihdir vəo Əbuzzənadın hədisidir. İki səhihdə belə deyilmişdir: Bizə Sufyan İbn Üyeynə rəvayət etdi, o da Zuhridən, o da Səid İbn Müsəyyabdən, o da Əbu Hureyrədən rəvayət edir ki, Ömər İbn Xəttab Hassana rast gəldi, o məsciddə şeir oxuyurdu. Ona baxdı, o da “Mən burada şeir oxuyardım, burada səndən daha xeyirlisi də var idi”, dedi. Ömər radiyallahu anh sonra Əbu Hüreyrəya üzünü tutaraq: Allah üçün de, sən Rəsulullah (salləllahu aleyhi və səlləm)dən Allahım onu Müqəddəs ruh ilə qüvvətləndir, dediyini eşitdinmi? -dedi. O da Allaha and olsun ki, bəli ! -dedi. Bir rəvayətdə də Rəsulullah (salləllahu aleyhi və səlləm) Hassana: Onlara həcv de, Cəbrayıl səninlə bərabərdir, demişdir. Hassanın şeirində də belə deyilmişdir:
Allahın elçisi Cəbrayıl bizimlədir,
Demək o Müqəddəs Ruh bizim aramızdadır,
Burda gizli heçnə yoxdur.
Muhamməd İbn İshaq belə demişdir: Mənə Abdullah İbn Əbdurrəhman İbn Əbi Hüseyn əl Məkki, o da Şəhr İbn Havşəb əl Əşaridən rəvayət etdiki, Bir neçə yahudu Rəsulullah (salləllahu aleyhi və səlləm)ə: “Bizə Müqəddəs ruhdan xəbər ver” dedilər. O da Allah üçün və bəni israilə verilən günlərinin xatirinə deyin, mənə gələnin Cəbrayıl olduğunu bilirsinizmi? Dedi. Onlar da bəli dedilər. İbn Hibbanın səhihində: İbn Məsud deyir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə dedi: Müqəddəs ruh daxilimə üfürdü: heç bir nəfs ruzusunu və əcəlini tamamlamadıqca ölməz. Artıq siz də Allahdan qorxun və ruzinizi gözəl şəkildə axtarın.
Başqa rəylər: İbn Əbi Hatim deyir ki, Bizə Əbu Zura rəvayət etdi, o da Muncab İbn əl Harisdən, o dqa Bişrdən, o da Əbu Ravkdan, o da Dəhhaqdan rəvayət edir ki, İbn Abbas: “onu müqəddəs ruhla qüvvətləndirdik” ayəsi haqqında O İsanın ölüləri onunla diriltdiyi İsmi Azamdır, (Allahın böyük adlarından biri) demişdir. İbn Cərir də bunu Muncəbdan nəql etmişdir. İbn Əbi Hatim belə demişdir: Səid İbn Cubeyrdən də eyni rəvayət gəlmişdir. Onu Qurtubi də Ubeyd İbn Umeyrdən rəvayət etmiş və O ismi Azamdır demişdir. İbn Əbi Nəcih Ruh mələklərin qoruyucusudur (nəzarətçisidir) Əbu Cəfər ər Razi Rəbi İbn Ənəsdən demişdir ki, Quds Uca və nöqsansız Rəbbdir. Kab da belə demişdir. Qurtubi, Mucahid ilə Həsən Bəsridən: Qüds Allah Təaladır, Onun ruhu Cəbraildir,demişdilər. Buna görə bu rəy birinci rəylə eyniləşir. Suddi də belə demişdir: Kuds bərəkətdir.Əl Əhvi İbn Abbasdan Qüds təmizlikdir demişdir. İbn Cərir belə demişdir: Bizə yunis İbn Abdulala , o da İbn Vəhbdən rəvayət edir ki, İbn Zeyd “onu müqəddəs ruhla qüvvətləndirdik.” ayəsi haqqında Allah İsanı İncil Ruhu ilə dəstəkləmişdir, necə ki, Quranı da ruh etdiyi kimi. İkisi də Allahdan bir ruhdur. Necə ki, Allah Təala belə demişdir: Biz sənə Öz əmrimizdən olan ruhu vəhy etdik (Şura, 52). Sonra İbn Cərir belə demişdir: Bu təvillərin ən doğrusu burada Ruh Cəbrayıldır deyanlərinkidir. Çünki Allah Təala İsanı onunla qüvvətləndirdiyini xəbər vermişdir. Necə ki, belə demişdir. “Allah deyacəkdir: ‘Ey Məryam oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim”(Maidə, 110). Onu Müqəddəs ruhla dəstəklədiyini zikr etmişdir. Əgər onu dəstəklədiyi ruh İncil olsaydı, səni müqəddəs ruhla qüvvətləndirmişdim və “Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim” sözü anlamsız təkrar olardı. Allah da bu kimi faydasız şeylərlə qullara xitab etməkdən uzaqdır.
Mən də deyirəm ki, Onun Cəbrayıl olduğunu göstərən dəlillərdən biri də mövzunun əvvəlində qeyd edilənlərdir. Həmd və Minnət Allaha məxsusdur. Zaməxşəri belə demişdir: onu müqəddəs ruhla qüvvətləndirdik – təmiz ruh ilə deməkdir. Necə ki, hatimil cud, rəculu sıdqın kimi. Onu müqəddəsliklə vəsf etmişdir. Necə ki, “Onun tərəfindən bir ruhdur” (Nisə, 171) demiş, izzətləndirmək üçün onu fərqlilik və yaxınlıqla vəsfləndirmişdir. Belə də deyilmişdir: O ruh təmizdir, çünki, atalarının belllərinə və qadınların bətnlərinə girməmişdir. Burada keçən Cəbrayıla İncil deyanlər də olmuşdur. Necə ki, “Öz əmrimizdən olan ruh” (Şura, 52) ayəsində olduğu kimi. Onu ölüləri diriltdiyi İsmi Azam ilə qüvvətləndirdik, deyanlər də olmuşdur.İbn Cəririn rəyləri arasında bir rəy də vardır. O da İsann öz ruhunun təmiz və ləkəsiz olmasıdır.
Zaməxşəri belə demişdir: “bir qismini yalançı hesab edib, bir qismini də öldürmədinizmi” deməklə bir qismini öldürdünüz deməməsi, gələcəkdə bunu etmək istəmələri səbəbindəndir. Çünki onlar Peyğəmbər (salləllahu aleyhi və səlləm)i də zəhər və sehir ilə öldürmək istədilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ölüm xəstəliyində belə demişdir: Hələ də Xeybərdə yediyim zəhərli ətin əziyyatini çəkməkdəyam. İndi də qəlb damarlarım kəsilən kimi olur. Mən də deyirəm ki, bu hədis Səhih Buxaridə və digərlərində vardır.