İbn Əbi Hatim belə demişdir: Bizə atam, o da Əbdurrəhman İbn Salehdən, o da Əbdurrəhman İbn Muhammed İbn Ubeydullah əl Fəzaridən, o da Şeyban ən Nəhvidən, O da Qatadədən, o da İkrimədən, o da İbn Abbasdan rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi ki, Mənə Biz səni haqq ilə müjdələyan və xəbərdarlıq edən olaraq göndərdik. Cəhənnəm sakinləri barəsində isə sən sorğu-sual olunmayəcaqsan ayəsi endirildi. Dedi ki, Cənnətlə müjdələyan, Cəhənnəmdən qorxudandır. “Cəhənnəm sakinləri barəsində isə sən sorğu-sual olunmayəcaqsan”. Bir çoxları bunu (tusalu sözünü) tə`nin damməsi ilə xəbər tərzində oxumuşdurlar. Übey İbn Kab qiraətində də “və mə tusalu” şəklindədir. İbn Məsud qiraətində isə Va lən Tus ələ ən əshabil Cəhim şəklindədir. Bunu İbn Cərir nəql etmişdir. Sənə küfr edənin küfrü barəsində biz səndən soruşmayəcağıq. “Sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir” (Rad, 40). Bu ayə də belədir: “(Onlara) nəsihət ver! Sən yalnız nəsihətçisən. Sən onların üstündə hökmdar deyilsən” (Ğaşiya 21-22). Bu da belədir: “Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!” (Qaf, 45). Bundan başqa digər bənzər ayələr çoxdur. Çoxları da təni fəthə ilə qadağaformasında oxumuşdurlar ki, onların halını soruşma deməkdir. Necə ki, Abdurrəzzak belə demişdir: Bizə Sevri, o da Musa İbn Ubeyddən, o da Muhamməd İbn Kab əl Qurazidən rəvayət etdi ki, Rəsulaullah (salləllahu aleyhi və səlləm): Kaş ki, anamla atam nə etdiyini bilsəydim, dedi. Kaş ki, anamla atam nə etdiyini bilsəydim, dedi. Kaş ki, anamla atam nə etdiyini bilsəydim, dedi. Bu haqda: “Cəhənnəm sakinləri barəsində isə sən sorğu-sual olunmayəcaqsan” ayəsi endi. Ölənə qədər də onlardan bəhs etmədi.
Bunu İbn Cərir, Əbu Kureybdən, o da Vəkidən, Musa İbn Ubeydədən, rəvayət etmişdir. Hədisçilər onun haqqında danışmışdırlar. Muhamməd İbn Kəbdən da belə rəvayət edilmişdir. Bunu Qurtubi də İbn Abbas ilə Muhamməd İbn Kəbdən nəql etmişdir. Qurtubi belə demişdir: Bu: Filankəsi soruşma, sözünə bənzəyir ki, o sənin dediyindən də betərdir, deməkdir. Biz də Təzkirə kitabında Allahın onun Ana və Atasını diriltdiyini və onların da iman gətirdiyini zikr etdik. “Mənim atam da Sənin atanda Cəhənnəmdədir” sözünə də cavab verdik.
Mən də deyirəm ki, Rəsulullahın ana atası haqqında rəvayət edilən hədis (diriltmə), nə kütübi sittədə nə də başqa bir yerdə yoxdur. Sənədi zəifdir. Allah ən doğrusunu biləndir.
Sonra İbn Cərir belə dedi: Mənə Qasım, o da Hüseyndən, o da Həccacdan, o da İbn Cureycdən, o da Davud İbnu əbi Asimdən xəbər verərək belə rəvayət etdi: Bir gün Peyğəmbər (salləllahu aleyhi və səlləm) “Anam və atam haradadı?” dedi. Bu haqda: “Biz səni haqq ilə müjdələyan və xəbərdarlıq edən olaraq göndərdik. Cəhənnəm sakinləri barəsində isə sən sorğu-sual olunmayəcaqsan” ayəsi endi. Bu da əvvəlki kimi mürsəl hədisdir. İbn Cərir Muhamməd İbn Kab əl Kurazi və digərlərindən bu haqda rəvayət edilənləri rədd etdi. Çünki Peyğəmbər salləllahub aleyhi və səlləmin valideynləri haqqında tərəddüt etməsi mümkünsüzdür. Bu səbəblə birinci qiraəti üstün hesab etdi. Onun bu fikri irəli sürməsində muzakirə olunacaq məqamlar var. Ehtimal oluna bilər ki, bu hadisə valideynlərinin vəziyyətini bilmədən əvvəl onlar üçün bağışlanma dilədiyi vaxt olub. Vəziyyətlərini bildikdə onlardan əlaqəsini kəsdi və onların cəhənnəmlik olduğunu xəbər verdi. Necə ki, Səhihdə belə rəvayət edilmişdir. Bunun bənzəri çoxdur. Bundan da İbn Cəririn dediyi məna ortayə çıxmır. Allah ən doğrusunu biləndir.
İmam Əhməd belə demişdir. Bizə Musa İbn Davud, o da Füleyh İbn Süleymandan, o da Hilal İbn Əlidən, o da Ata İbn yasardan rəvayət edib dedi ki, Abdullah İbn Amr İbn Asla qarşılaşdım. Mənə Rəsulullahın (salləllahu aleyhi və səlləm) Tövratdakı vəsfindən xəbər ver, dedim. O da yaxşı dedi: O Tövratda Quranda vəsf edilən kimi vəsf edilir. Ey Peyğəmbər biz səni şahid, müjdələyan, xəbərdarlıq edən və savadsızları qoruyan olaraq göndərdik. Sən mənim qulum və Rəsulumsan. Sənə Mütəvəkkil adını verdim. Sən kobud və qaba deyilsən. Küçələrdə qışqırıb bağırmarsan. Pisliya pisliklə cavab vermərsən. Ancaq əhf edər bağışlayərsan. Azmış millət doğru yola düzəlincəya qədər yəni Lə iləhə illAllah deyincəya qədər Allah ruhunu almayacaq. O zaman kor gözlər, kar qulaqlar və sərt qəlblər açılar. Bunu yalnız Buxari rəvayət etmişdir. Bunu Ticarət bölümündə Muhamməd İbn Sinandan, o da Füleyhdən belə rəvayət etmişdir ki, O, Əbdüləziz İbn əbu Sələmə, o da Hilaldan bənzər şəkildə olanını rəvayət etmişdir, demişdir. Səid o da Hilaldan o da Atadan o da İbn Abdullah İbn Səlamdan rəvayət etmişdir. Bunu Təfsirində Abdullah o da Əbduləziz İbn Əbi Sələmədən o da Hilaldan, o da Atadan o da Abdullah İbn Amr İbn Asdan bənzər şəkildə rəvayət etmişdir. Bu Abdullah, Salehin oğludur, necə ki, bunu ədəb kitabında qeyd etmişdir. Əbu Məsud Dəməşqi də onun Abdullah İbn Rəca olduğunu iddia etmişdir. Bunu Hafiz Əbubəkr İbn Mərduveyh də Bəqərada bu ayənin təfsirində Əhməd İbn Həsən İbn Əyyubdan, o da Muhamməd İbn Əhməd İbn Bəradan o da Muafa İbn Süleymandan o da Füleyhdən belə rəvayət etmiş və bunu əlavə etmişdir: Sonra Ata demişdir: KƏbu Ahbarla qarşılaşdım, ondan da soruşdum. yalnız bir hərfdə ixtilaf etdilər. Belə ki, Kəb öz ləhcəsində dedi: Ayünən umumən (digəri ammən idi), azanən sumumən (summən), və qulubən ğulufən (ğulfən), dedi.