Allah Təala qullarını sınağa çəkib imtahan edəcəyi barəsində xəbər verir. Necə ki, buyurur: “Biz aranızdakı Mucahidləri və səbir edənləri ayırd edib üzə çıxarmaq üçün sizi mütləq sınayəcaq və barənizdəki xəbərləri də yoxlayəcağıq” (Muhəmməd, 31). Bəzən bolluqla, bəzən də qorxu və aclıq kimi çətinliklər ilə yoxlayərıq. Necə ki, Allah Təala buyurur:“Allah da onları etdikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü.”(Nəhl, 112). Çünki aclıq və qorxu içində olanın bu əlamətləri onun üzərində özünü büruzə verir. Bu səbəbdən də, aclıq və qorxu libası deyilmişdir. Uca Allah burada isə “Bir az qorxu və aclıqla” buyurmuşdur ki, bu da onların az olduğuna işarədir. “Mal” yəni bir qisminin getməsi ilə, ”insan” bu da dostların, qohumların və sevimli adamların vəfatı ilə olur. “Məhsul” yəni, bağlar və tarlalar əvvəlki kimi bar verməz deməkdir.
Bəzi sələflər demişlər: Bəzi xurma ağacları bir dəfə bar vermiş olur. Bütün bunlar və bunların bənzərləri, Allahın qullarını sınağa çəkməsinin əlamətləridir. Kim bunlara səbir edərsə savab qazanar. Kim bu halda ümidini kəsərsə ona Allahdan əzab endirilər. Buna görə Allah Təala “Səbir edən şəxslərə müjdə ver!” buyurur. Bəzi təfsirçilər ayədəki qorxunun — Allah qorxusu, aclığın – Ramazan orucu, malların azalmasının – zəkat, insanların – xəstəliklər və məhsulların – övladlar olduğunu nəql etmişlər. Bu fikir şübhə doğurur. Allah ən doğrusunu biləndir.
Sonra Allah təala tərif etdiyi səbir edənləri vəsf edərək buyurur: “O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: ”Allaha məxsusuq və yalnız ona qayıdacağıq” deyirlər” yəni bunu deməklə başlarına gələnlərdən təsəlli taparlar. Özlərini, Allahın istədiyi kimi xərclədiyi mülkündən olduqlarını bilərlər. Həmçinin bilərlər ki, Allah, Qiyamət günü zərrə qədər əməli belə zay etməz. Bu da onlara Allahın qulları olduqları, dünya və axirətdə Ona qayıdacaqları barədə etiraf etmək inancını qazandırır.
Buna görə Allah onların mükafatları barəsində buyurur: “Onlara öz Rəbbi tərəfin-dən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır.” Bu onlar üçün Allahdan bir tərifdir. Səid İbn Cubeyr yəni, “əzabdan qurtulacaqlarına zəmanətdir” demişdir. “Məhz onlar doğru yolda olanlardır” ayəsi barəsində möminlərin əmiri Ömər İbn Xəttab demişdir: “İki bənzər və əlavə nə gözəldir. “Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır” iki bənzər bunlardır. “Məhz onlar doğru yolda olanlardır” əlavə də budur. Əlavə, iki bənzərin arasında qərar tutar ki, onların fəziləti eynidir. Bunların da savabları artıqlaması ilə verilir.
Müsibət anında “Allaha məxsusuq və yalnız ona qayıdacağıq” deyilməsinin savabı haqqında çoxlu hədislər rəvayət edilmişdir. Onlardan bir neçəsi:
İmam Əhməd demişdir: Bizə yunis İbn Muhəmməd, o da Leys yəni İbn Səddən, o da yəzid İbn Abdullah İbn Usamə İbn əl Həddən, o da Amr İbn Əbu Amrdan, o da Muttalibdən, o da Ummu Sələmədən, onun belə dediyini rəvayət etmişdir: Bir gün Əbu Sələmə Rəsulullahın (salləllahu aleyhi və səlləm)yanından gəldi və dedi: “Rəsulullahdan (salləllahu aleyhi və səlləm)bir söz eşidib sevindim. Rəsulullah (salləllahu aleyhi və səlləm)dedi: Bir müsəlmanın başına müsibət gələrsə, o “innə lilləhi və innə ileyhi raciun” deyib sonra: Allahım, mənə bu müsibətin əcrini ver və ondan daha xeyirlisini yetir diləsə, Allah bunu edər.” Ummu Sələmə deyir: “Bunu ondan əzbərlədim. Əbu Sələmə vəfat edəndə “innə lilləhi və innə ileyhi raciun” deyib, “Allahım mənə bu müsibətin əcrini ver və ondan daha xeyirlisini yetir” dedim və içimdə düşündüm, mənə Əbu Sələmədən daha xeyirlisi haradan olacaq? İddə dövrüm bitəndə Rəsulullah (salləllahu aleyhi və səlləm)bizə gəldi. Mən dərini aşıya qoyurdum. Əlim qaraz yarpağına bulaşıq idi, əllərimi yudum və içəri girməsinə icazə verdim. Ona içi liflə dolu dəri bir yastıq verdim, ona söykəndi. Rəsulullah (salləllahu aleyhi və səlləm)mənə evlənmə təklif etdi. Sözünü bitirəndə dedim: Ey Allahın Rəsulu sənə necə etiraz edə bilərəm, ancaq mən çox qısqanc qadınam. Qorxuram sənə əziyyat verərəm, Allah da mənə əzab verər. Həm də mən yaşlı və ailəli qadınam. Rəsulullah (salləllahu aleyhi və səlləm)dedi: “Qısqanclığa gəlincə, Allah onu səndən alacaq. yaşına gəlincə, məndə sənin kimi yaşlıyam. Ailənə gəlincə, sənin ailən mənim ailəmdir.” Ummu Sələmə dedi: Rəsulullaha (salləllahu aleyhi və səlləm)söz verdim o da mənimlə evləndi. Allah mənə Əbu Sələmədən daha xeyirlisini yəni Rəsulullahı (salləllahu aleyhi və səlləm)verdi.”
Səhih Müslimdə Ummu Sələmə demişdir: Rəsulullahın (salləllahu aleyhi və səlləm)belə dediyini eşitdim: Bir müsəlmanın başına müsibət gələrsə, o “innə lilləhi və innə ileyhi raciun” deyib sonra: Allahım, mənə bu müsibətin əcrini ver və ondan daha xeyirlisini yetir diləsə, Allah quluna mükafatını verər və daha xeyirlisini yetirər. Ummu Sələmə dedi: Əbu Sələmə vəfat etdi, mən də Rəsulullahın (salləllahu aleyhi və səlləm)dediyi kimi etdim, Allahda mənə Əbu Sələmədən daha xeyirlisini yəni, Rəsulullahı (salləllahu aleyhi və səlləm)yetirdi.
İmam Əhməd demişdir: Bizə yəzid və Abbad İbn Abbad, onlar da Hişam İbn Əbu Hişamdan, o da Abbad İbn Ziyaddan, o da anasından, o da Fatimə bint Hüseyndən, o da atası Hüseyn İbn Əlidən rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm)demişdir: “Müsəlman bir kişinin yaxud qadının başına bir müsibət gələrsə, o da onu nə qədər zaman keçməsinə baxmayəraq yada salıb yenidən “innə lilləhi və innə ileyhi raciun” deyarsə, Allah da qulu üçün onu yeniləyar və başına gələn ilk günün əcrini verər.” Bu hədisi İbn Macə “Sünən” əsərində Əbu Bakr İbn Əbu Şeybədən, o da Vəkidən, o da Hişam İbn Ziyaddan, o da anasından, o da Fatimə bint Hüseyndən, o da atasından rəvayət etmişdir. Bu hədisi İsmayıl İbn Uləyya və yəzid İbn Xarun, Hişam İbn Ziyaddan, o da atasından, o da Fatimədən, o da atasından rəvayət etmişdir.
İmam Əhməd demişdir: Bizə yəhya İbn İshaq əs-Seyləhiniyyu, o da Həmməd İbn Sələmədən rəvayət etmişdir ki, Əbu Sinan demişdir: Bir oğlumu dəfn etdim, birdən Əbu Talha əl-Xəvlani əlimdən tutdu və məni çıxarıb dedi: “Ey Əbu Sinan, səni müjdələyim?” Mən “Bəli” cavab verdim. Əbu Talha dedi: “Mənə Dəhhak İbn Əbdurrəhman İbn Ərzəb, o da Əbu Musadan rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm)demişdir”: Allah Təala buyurur: “Ey ölüm mələyi qulumun uşağını geri aldın? Onun göz bəbəyini və ürəyinin bir parçasını geri aldın?” Ölüm mələyi “Bəli” deyar. Allah Təala “Qul nə dedi?” buyurar. Mələk: “O Sənə həmd etdi və — innə lilləhi və innə ileyhi raciun- dedi” cavab verdi. Allah buyurur: “Ona Cənnətdə bir ev tikin adını həmd evi qoyun.” Sonra bu hədisi Əli İbn İshaqdan, o da Abdullah İbn Mubarakdən eyni mətinlə rəvayət etmişdir. Bu hədisi eyni şəkildə Tirmizi, Şuveyb İbn Nəsrdən, o da İbn Mubarakdən rəvayət etmiş və həsən qəribdir demişdir. Qeyd etmişdir ki, Əbu Sinanın adı İsa İbn Sinandır.