Allah Təala onlardan dəf etdiyi bəlaları izah edincə, onlara bol — bol verdiyi nemətlədən bəhs etməyə başladı: “Sizə buludu kölgə etdik” dedi. Burada qeyd edilən ğamam sözü ğamamənin cəmidir. Ona ğamam deyilməsi göy üzünü örtməsinə görədir. O da ağ buluddur. Tih səhrasında onları günəşin istisindən qorumaq üçün kölgələdi. Necə ki, Nəsai və digərləri ibn Abbasdan fitnələrhədisində belə rəvayət etmişdilər. İbn Əbi Hatim, İbn Ömər, Rəbi İbn Ənəs, Əbu Micləz, Dəhhaq və Suddidə İbn Abbasın sözü kimi demişdilər. Həsən ilə Qatadə də “sizə buludu kölgə etdik” sözündə: Bu çöldə olmuşdu, bulud onları günəşdən qorumuşdu, demişdilər. İbn Cərir də belə demişdir ki, başqaları da: O bildiyimiz buluddan daha sərin və daha xoşdur, demişdilər. İbn Əbi Hatim də belə demişdir: Bizə Əbu Huzeyfə o da Şibldən o da İbn Əbi Nəcihdən rəvayət edir ki, Mucahid “buludu kölgə etdik” sözündə: O qiyamət günündə Allahın gələcəyi bulud deyildir. Bu sadəcə onlara bir bulud olmuşdir. İbn Cərir bunu Müsənna İbn İbrahimdən o da Huzeyfədən belə rəvayət etmişdir. Sevri və digərləri də İbn Əbi Nəcih ilə Mucahiddən belə rəvayət etmişdilər.Sanki o demək istəyirki, Allah ən doğrusunu biləndir, O bulud belə bir bulud deyildir. Bundan daha gözəl, daha xoş və mənzərə etibarı ilə daha parlaqdı. Necə ki, Süneyd də təfsirində Həccac İbn Muhamməd İbn Cureycdən belə rəvayət etmiş, İbn Abbas bu haqda: Ğamamə bu buluddan daha sərin və xoşdur. O, içində Allahın gələcəyi bir buluddur. Necə ki, belə demişdir: “Onlar Allahın və mələklərinin bulud kölgəliyi içində gəlməsini mi gözləyirlər?” (Bəqərə, 210). O da Bədr döyüşündə içində mələklərin gəldiyi buluddur. İbn Abbas: Həmin bulud Tih səhrasında da onların yanında idi, demişdir.
“Üzərinizə qüdrət halvası endirdik”: Təfsirçilər burada qeyd olunan mənna haqqında ixtilaf etmişdilər. Əli İbn Əbi Talhadan nəql olunur ki, İbn Abbas belə demişdir: Mənna onların üzərinə ağaclara enərdi. Erkəndən gedər, ondan istədikləri qədər yeyarlərdi. Mucahid də: Mənna bir saqqızdır, demişdir. İkrimə də: Allahın endirdiyi qatı qarışıq kimi bir şeydir. Suddi deyir ki: “ya Musa, burada nə edəcəyik, yemək haradadır?” dedilər. Buna görə Allah onlara mənna endirdi. Zəncəfil ağacının üzərinə enərdi. Qatadə belə demişdir: Mənna olduqları yerə qar kimi düşərdi. Süddən ağ, baldan dadlı idi. Onlara şəfəqdən günəşin çıxmasına qədər düşərdi. Hər bir insan ondan o gün lazım olan qədər götürərdi. Bunu keçdiyi vaxt xarab olur, qalmazdı. Elə ki Cümə günü olduğu zaman altıncı və yedinci günləri üçün də yetəcək qədər götürərdilər. Çünki şənbə günü bayram idi. Dolanışıq məqsədi ilə heç bir şey üçün evdən çıxmaz, onu axtarmazdılar. Rəbi İbn Ənəs belə demişdir: Mənna bir içki idi, onlara bal şəklində enərdi. Onu su ilə qarışdırıb içərdilər. Vahb İbn Münəbbihə bunu soruşdular, o da: Nazik qarğıdalı və ya buğda çörəyi kimi bir şeydir, dedi. Əbu Cafər İbn Cərir belə demişdir: Mənə Muhəmməd İbn İshaq o da Əbu Muhəmməddən o da İsraildən o da Cabirdən nəql edir ki, Amir, o Şabidir, belə demişdir: İndiki balınız mənnanın yetmişdə biridir. Əbdurrəhman İbn Zeyd İbn Əsləm də beləliklə onun bal olduğunu demişdir. Ümeyya İbn Əbussaltın şerində də qeyd edilmişdir:
Amansız səhrada, ot bitməz yerdə,
Onları ruzisiz qoymadı Allah
Buludu göndərdi onlara pərdə,
Çisgin yağış verdi, salmadı dərdə
Göydən onlar üçün bal da endirdi
Şirin su, təmiz süd – nemətlər verdi.
Məqsəd təfsirçilərin mənnanı tərif edərkən yaxın ibarələr istifadə etmiş olmalarıdır. Bəziləri onu yeməklə təfsir etmiş, bəziləri isə içməklə təfsir etmişdir. Zahir olan budur ki, doğrusunu Allah ən doğrusunu biləndir, mənna Allahın onlara yemək, içmək və başqa növdən çalışıb yorulmadan ehsan etdiyi bir şeydir. Məşhur anlayışa görə mənna tək başına yeyilərsə yemək və şirniyyat olur. Su ilə qarışdırılarsa xoş bir şərbət olur. Başqa bir şeylə qarışdırılarsa başqa bir növ ortayə çıxardı. Ancaq ayədən tək məqsəd (yalnız qüdrət halvası) mənna deyildir. Bunun da dəlili Buxarinin bu hədisidir: Bizə Əbu Nuaym o da Sufyandan o da Abdulməlik İbn Hureysdən o da Səid İbn Zeyd radiyallahu anhdan rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: yer göbələyi də mənnadandır. Suyu da gözə şəfadır. Bu hədisi imam Əhməd də Sufyan ibn Uyeynədən, o da Əbu Malikdən, o ibn Umeyrdir, bu sənədlə rəvayət etmişdir. Bunu Əbu Davud istisna olmaqla camaat da öz kitablarına Əbumalik, o ibn Umeyrdir, yolu ilə rəvayət etmişdir. Tirmizi həsən səhih olduğunu söyləmişdir. Buxari Muslim Nəsai də Hakəmdən, o da Həsən əl Uranidən, o da Amr ibn Hureysdən belə rəvayət etmişdirlər. Tirmizi belə demişdir. Bizə Əbu Ubeydə ibn Əbisəfər ilə Mahmud ibn Ğeylan, o da Səid ibn Amirdən, o da Muhamməd ibn Amrdan o da Əbi Sələmədən oda Əbu Hureyrədən rəvayət etdi ki, Rəsulullah salləllahu aleyhi vəs səlləm, Acvə xurması cənnətdəndir, onda zərdab (panzəhər) var, yer göbələyi mənnadandır, suyu gözə şəfadır. Bunu yalnız Tirmizi rəvayət etmiş amma sonra da həsən qəribdir, bunu ancaq Muhamməd ibn Amr və Səid ibn Amir hədisi olaraq bilirik, demişdir. Bu mövzuda Səid ibn Zeyd ilə Əbu Səid və Cabirdən hədis vardır. Belə deyilmişdir. Bunu hafiz Əbu Bəkir Mərdəveyh də təfsirində digər bir yoldan, Əbu hureyrədən rəvayət etmiş, belə demişdir. Bizə Əhməd ibn əl HƏsən bin Əhməd əl Bəsri, o da Əsləm ibn Sehildən, o da Qasım ibn İsadan, o da Talha ibn Əbdurrəhmandan, o da Qatadədən, o da Səid ibn Museyyibdən, o da Əbu Hureyrədən rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir. yergöbələyi mənnadandır, suyu gözə şəfadır. Bu hədis bu yolla qəribdir. Bu Talha ibn Əbdurrəhman əs-Suləmi, əl Vasitinin kunyasi, Əbu Muhamməddir. Ona Əbu Süleyman Muaddib də deyilmişdir. Onun haqqında Hafiz Əbu Əhməd ibn Adiy, Qatadədən bəzi şeylər rəvayət etmişdirsə də dəstəklənməsi mümkün deyildir, demişdir.
Sonra Tirmizi belə demişdir: Bizə Muhamməd ibn Bişr ona da Muaz ibn Hişam, ona da Atası o da Qatadədən, o da Şəhr ibn Havşəbdən rəvayət etdi ki, Əbu Hüreyrə, belə demişdir: Peyğəmbər salllahu aleyhi və səlləmin əshabı, Göbələk yerin çiçək xəstəliyidir dedilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) də göbələk mənnadandır. Acvə xurması cənnətdəndir, zərdəbdir dedi. Bu hədisi Nəsai Muhamməd ibn Bəşşardan rəvayət etmişdir. Ondan isə Ğundər, ondan Şubə, o da Əbu cəfər ibn İyasdan, o da Şəhr ibn Havşəbdən o da Əbu Hureyrədən belə rəvayət etmişdir. Bundan əlavə Muhamməd ibn Bəşşar, Əbdul Aladan, o da Xalid əl Hazzadan, o da Şəhr ibn Havşəbdən yalnız yer göbələyi hissəsini olaraq rəvayət etmişdir.
Bundan başqa Nəsai və İbn Mace Muhəmməd İbn Bəşardan, o da Əbu Abdussaməd Əbduləziz İbn Abdussaməddən, o da Matar Əl Vərraqdan o da Şəhrdən, Nəsəiya görə acvə xurması hissəsi, İbn Macəya görə də hər iki hissəsi ilə rəvayət etmişdir. Bu yol Şəhr İbn Həvşab ilə Əbu Hureyrə arasında kəsikdir. Çünki ondan hədis dinləməmişdir. Dəlili də Nəsəinin Valimə kitabındakı rəvayətidir. Bizə Əli İbn Hüseyn Əd-Dirhəmi o da Abdulaladan o da Səid İbn Əbi Arubədən o da Qatadədən o da Şəhr İbn Həvşəbdən o da Abdurrahmən ibn Ğanəmdən rəvayət edir ki, Əbu Hureyrə belə demişdir: Rəsulullah salləllahu aleyh və səlləm çölə çıxdı, əshabı göbələkdən danışırdılar. Biri: yer göbələyi torpağın çiçək xəstəliyidir dedi. O da: yer göbələyi mənnadandır, suyu da gözə şəfadır dedi. Şəhr İbn Həvşab, Əbu Səid ilə Cabirdən də belə rəvayət etmişdir. Necə ki, Əhməd İbn Hənbəl belə demişdir: Bizə Əsbat İbn Muhamməd o da Aməşdən o da Cəfər İbn İyasdan o da Şəhr İbn Həvşəbdən o da Cabir İbn Abdullah ilə Əbu Səid Əl Xudridən nəql edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Göbələk mənnadandır (qüdrət halvasındandır,) suyu da gözə şəfadır. Acvə xurması da cənnətdəndir, onda zərdab vardır. Nəsai də Valimə kitabında belə demişdir: Bizə Muhəmməd İbn Bəşar o da Muhəmməd İbn Cəfərdən o da Şöbədən o da Əbu Bişr Cafər İbn İyasdan o da Şəhr İbn Həvşəbdən o da Əbu Səid Əl Xudridən nəql edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Göbələk mənnadandır, suyu da gözə şəfadır. Sonra bunu yenə İbn Macə Aməş, Əbu Bişr, Şəhr yolu ilə o ikisindən bu sənədlə rəvayət etmişdir. Nəsəi ilə İbn Macə, Səid ibn Əbi Sələmə hədisini ikisi də Aməşdən, Cəfər İbn İyasdan, Əbu Nadradan, Əbu Səiddən rəvayət etmişdilər. Nəsəi Cabirdən rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm): Göbələk mənnadandır qüdrət halvasındandır, suyu da gözə şəfadır, demişdir. Bunu İbn Mərdəveyh də Əhməd İbn Osmandan, o da Abbas Əd-Duridən o da Lahiq İbn Savabdan o da Ammar İbn Zurayqdən o da Aməşdən İbn Macədəki kimi rəvayət etmişdir. İbn Mərduvəy belə demişdir: Bizə Əhməd İbn Osman o da Abbas Əd-Duridən o da Həsən İbn Rəbidən o da Əbu Əhvasdan o da Aməşdən o da Minhal İbn Amrdan o da Abdurrahmən İbn Əbi Leyladan nəql edir ki, Əbu Səid Əl Xudri: Rəsulullah (salləllahu aleyhi və səlləm) əlində bir neçə göbələk olduğu halda yanımıza gəldi və dedi: Göbələk qüdrət halvasındandır, suyu da gözə şəfadır. Bunu Nəsəi də Amr İbn Mansurdan, Həsən İbn Rəbidən rəvayət etmişdir (bu yolla tapılmamışdır). Sonra yenə bunu Abdullah İbn İshaqdan o da Həsən İbn Səlamdan o da Abdullah İbn Musadan o da Şeybandan o da Aməşdən belə rəvayət etmişdir. Nəsəi də Əhməd İbn Osman İbn Hakimdən o da Ubeydullah İbn Musadan rəvayət etmişdir. Ənəs İbn Malik radıyallahu anhdan da rəvayət edilmişdir. Necə ki, İbn Mərdəveyh belə demişdir: Bizə Muhəmməd İbn Abdullah İbn İbrahim o da Həmdun İbn Əhməddən o da Həvsərə İbn Əşrəsdən o da Həmmaddan o da Şuayb İbn Əl-Habhabdan nəql edir ki, Ənəs dedi ki: Rəsulullah (salləllahu aleyhi və səlləm)in əshabı yer üzərindən kəsilən və dayağı olmayan ağac haqqında mübahisə etdilər. Bəziləri: Onun göbələk olduğunu zənn edirik, dedilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) də: Göbələk mənnadandır, suyu da gözə şəfadır. Acvə də cənnətdəndir. Onda zərdab panzəhir vardır, dedi. Bu hədisin əsli Həmmad İbn Sələmədən gəlməkdədir. Tirmizi ilə Nəsəi də bu yol vasitəsi ilə bəzi şeylər rəvayət etmişdilər. Allah ən doğrusunu biləndir.
Şəhr İbn Həvşəb, İbn Abbas vasititəsi ilə Nəsəinin Vəlimə kitabındakı kimi rəvayət gəlmişdir və belədemişdilər: Bizə Əbu Bəkr Əhməd İbn Əli İbn Səid o da Abdullah İbn Avn Əl-Həzzazdan o da Əbu Ubeydə Əl Xarraz o da Abdulcəlil İbn Atiyyədən o da Şəhrdən o da Abdullah İbn Abbasdan nəql olunur ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Göbələk mənnandandır, suyu da gözə şəfadır. Göründüyü kimi Şəhr İbn Həvşəbdənmüxtəlif rəvayətləredilmişdir. Mənə görə ehtimal edilir ki, hədisi bütün yollardan əzbərləmişdir. Onu bəzi səhabələrdən eşitmiş, bəzilərindən də ona çatdırılmışdır. Ona çatan isnadlar yaxşıdır. O qəsdən yalan söyləməz. Hədisin əsli Rəsulullahdan (salləllahu aleyhi və səlləm) məhfuzdur. Necə ki, Səid İbn Zeyd (radıyallahu anh) hədisində qeyd edilmişdir.
Səlva: Əli İbn Əbi Talhadan nəql olunur ki, İbn Abbas: Səlva bildirçinə bənzəyan bir quşdur, demişdir. Onlar ondan yeyirdilər. Suddi də bir xəbərdə onu Əbu Malikdən o da Əbu Salihdən o da İbn Abbasdan həmçinin Mürrədən o da İbn Məsud və bir qrup səhabədən belə rəvayət etmişdirlər: Səlva bildirçinə bənzəyan bir quşdur. İbn Əbu Hatim belə demişdir: Bizə Həsən İbn Muhəmməd İbn Sabah o da Abdussaməd İbn Abdulvarisdən o da Qurra İbn Xaliddən o da Cəhdamdan nəql olunur ki, İbn Abbas: Səlva bildirçindir, demişdir. Mucahid, Şəbi, Dəhhaq, Həsən, İkrimə, Rəbi İbn Ənəs də belə demişdilər. İkrimə səlva cənnətdə bir quşdur, sərçədən daha böyükdür, demişdir. Qatadə də: Səlva qırmızıya çalan bir quşdur, cənub küləyi onu İsrail oğullarına tərəf sovurardı. Adam onlardan həmin günə kifayət edəcək qədər kəsərdi. Sonrakı günə xarab olar, saxlaya bilməzdilər. Cümə günü altıncı və yeddinci gün üçün də götürərdilər. Çünki o ibadət günü idi. Heç bir şey üçün çölə çıxmaz və heç nə axtarmazdılar. Vəhb İbn Münəbbih belə demişdir: Səlva göyərçin kimi ətli bir quşdur.
O quşlar gəlirdilər, onlardan bir həftəlik götürürdülər. Vəhb belə demişdir: İsrail oğulları Musadan ət istədilər. Allah da: Mən onlara yer üzündə az tanınan bir əti mütləq yedizdirəcəm, dedi. Onlara bir külək göndərdi. Külək evlərinin yanına bildirçinlər sovurub yığdı. Bir milin- milə və bir mizrak hündürlüyündə yığıldı. Onlar da səhəri günə saxladılar. Səhəri gün ət xarab oldu. Xəmir turşudu. Suddi belə demişdir: İsrail oğulları Tih səhrasına daxil olan kimi, burada nə edəcəyik? Azuqəmiz haradadır? Allah da onlara Mənna göndərdi. Onu Zəncəfil ağacının üstünə endirərdi. Səlva bildirçinə bənzəyən bir quşdur. Ondan da böyükdür. Bəziləri gəlib quşlara baxardılar, ətlidilərsə kəsərdilər. Ətli deyildilərsə buraxar, kökəldiyi zaman gələrdilər.
Bu yeməkdir bəs içmək haradadır? Dedilər. Musa əlehissalama əsasını daşa vurması əmr olundu. Ondan on iki bulaq fışqırdı. Hər tayfa bir bulaqdan su içdi. Bu içməkdir bəs kölgə haradadır? Dedilər. Bulud da onları kölgələndirdi. Bulud kölgədir bəs geyim haradadır? Paltarları da uşaqlar böyüdüyü kimi böyüyərdi və heç cırılmazdı. Məhz Allah Təalanın sizə “buludu kölgəlik etdik, üzərinizə bildirçin endirdik», «O zaman Musa öz xalqı üçün su istədikdə, Biz: “Əsanla daşa vur!”– dedik. (Daşdan) on iki çeşmə qaynayıb çıxdı. Hər qəbiləya su içəcəyi yer müəyyanləşdirildi. (Onlara dedik): “Allahın sizə verdiyi ruzidən yeyin-için və yer üzündə fəsad yayıb pis işlərə qurşanmayın!” (Bəqəra, 60) dediyi də budur. Vəhb ibn Münəbbih və Əbdurrəhman ibn Zeyd ibn Əsləmdən də Suddinin dediyi kimi rəvayət etmişdirlər. Həcacdan o da ibn Cureycdən belə rəvayət edilmişidir ki, Ibn Abbas belə demişdir: Onlara Tih səhrasında paltarlar yaradıldı köhnəlməz və kirlənməzdi. Ibn Cureyc belə demişdir. Kimsə bildirçin ətindən və mənnadan bir günlükdən artıq götürdüyü zaman xarab olardı. Amma onlar cümə günü şənbə gününün də azuqəsini götürürdülər. Bu vaxt xarab olmazdı. Ibn Atiyyə belə demişidir: Səlva təfsirçilərin icmasına görə bir quşdur. Hüzəli o baldır deməklə yanılmlşdır. Bu şeiri də dəlil göstərmişdir:
Allaha ən ağır and içərək O,
Dediki, şirinsiz mənə səlvadan
Hansı ki bal kimi pətəkdən çıxan.
Buna görə də səlvanın bal olduğunu zənn etmişdir. Kurtubi də belə demişdir. İcma iddiası doğru deyildir. Çünki tarixçi də dil və təfsir alimlərindən biri sayılır və demişdir ki, Səlva baldır. Həmin beyti də dəlil gətirmişdir. Kinanə (qureyş kinanə qəbiləsindəndir) dilində də belədir. Çünki onunla təsəlli olurdular. Eyni-Selvan burdan gəlir. Covhəri də belə demişdir: Səlva baldır, dəlil də Hüzəlinin beytidir. Sülvanə də bir muncuqdur. Üstünə yağış suyu töküləndə aşiq ondan içər və təsəlli olar, dərdini unudar. Şairbelə demişdir:
Üyeynə, bu yeni həyatım mənim
Əksinə pis olub, artmışdır qəmim.
Tökülsədə yağış suyu, sülvanə
Qətiyyan təsəlli eyləməz mənə
O suyun da adı sülvandır. Bəziləri də sülvan kədərli insana şəfa verən bir dərmandır, demişdilər. Həkimlər ona sakitləşdirici adını verirlər. Səlva cəmi bildirsə də təkdədir, necə ki, cütünə da təkliyə də cəmə də deyilir. Diflə də belədir. İmam Xəlil onun təki Səlvatdır demiş və bu beyti misal göstərmişdir.
Səlvatin üstünə yağış damlası
Düşmüş tək titrəmə tutarsa məni
Bilki, xatirladım yenə də səni
Kisai də belə demişdir. Selvat tekdedir. Cəmdə Selavadır. Bunu Qurtubi nəql ertmişdir: “Sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin!”. Bu mübah bir əmrdir. İrşad və ehsan mənasını daşıyır.
“Onlar Bizə deyil, təkcə özlərinə zülm etdilər” yəni onlara ruzi ettiyimiz şeylərdən yeyin və ibadət edin deməkdir. Necə ki, belə buyurmuşdur. “Rəbbinizin Ruzisindən yeyin və ona şükür edin” (Səbə, 15). Əmrə müxalifət edərək kafir oldular. Özlərinə zülm etdilər. Halbuki açıq ayətlər, böyük möcüzələr və qeyri adiliklər görmüşdülər. Buradan Muhammədin (salləllahu aleyhi və səlləm) ümətinin digər ümmətlərdən üstün olması mənası çıxır. Çünki onlar səbir etdilər, Səfər və döyüşlərdə qarşılaşdıqları vəziyyətlərdə əsla inad etmədilər. Məsələn Təbuq səfərinə o qədər istidə və qıtlıqda çıxdılar lakin qeyri adi bir şey yeni bir vəziyyət tələb etmədilər. Halbuki, bu Rəsulullah (salləllahu aleyhi və səlləm) üçün çox asand idi. Ancaq aclıqdan taqətsiz yıxılb qaldıqda azuqələrinin çoxalmasını istədilər. Kimdə nə var idisə topladılar, bir qoyunun həcmi qədər oldu. O, Allaha dua etdi. Onlara qablarını doldurmalarını tapşırdı. Suya ehtiyac hiss etdikləri zaman isə Allahdan istədi, bir bulud gəldi, yağış yağdırdı. İçdilər dəvələrini suladılar, qablarını doldurdular. Sonra baxdılar ki, yağış əsgərlərin dayəndıqları yerden o yana keçməyib. Rəsulullaha (salləllahu aleyhi və səlləm) tabe olmaqda Allahın qüdrətinin yanında ən mükəmməl yol budur.