Biz yalnız sənə ibadət edirik və yalnız səndən istəyirik!

Yeddi qiraət və cumhur “yə”-ni şəddələyib “iyyəkə” oxuyublar. Amr ibn Fayed isə kəsrə ilə şəddəsiz oxumuş. Bu da şaz və rədd edilən qiraətdir. Çünki “iyə” günəşin işığıdır. Bəziləri də həmzənin fəthəsi və “yə”-nin şəddəsi ilə oxumuşlar. Bəziləri də həmzənin yerinə “hə” ilə oxumuşlar. Şair dediyi kimi:

Hiyyəkə o işdən ki, egər axarı yaxşı olub dönüşü pis olar.

“Nəstəin”- bütün qiraətlər başdakı nun yərfini fəthə ilə oxuyurlar, Yəhyə ibn Vəssabdan başqa, o kəsrə ilə oxuyardı. Bu da Əsəd oğulları ilə Rabia ibn Təmim oğulları ləhçəsidir. İbadət lüğəttə zillətə və əzilməyə deyilir. Tariqun muabbəd əzilmiş düzlənmiş yola deyilir. Şəriətdə isə bütün sevgi, təvazönü və qorxunu cəm edən bir şeydir. «İyyakə» sözü meful olduğu halda önə alınması və təkrar edilməsi önəm verib vurğulamaq üçündür. Yəni yalnız Sənə ibadət edirik, yalnız Sənə təvəkkül edirik, bu da itaətin son dərəcəsini ifadə edər. Bütün din də bu iki mənaya qayıdır. Necə ki bəzi sələf alimləri də Fatihə Quranın sirridir, Fatihənin sirri da «İyyakə nəbudu və iyyakə nəstain» ayəsinin deyərlər. Birinci cümlə şirkdən uzaqlaşdırır, ikinci cümlə hər cür qüvvət və gücdən ayrılaraq hər şeyi Allah azzə və cəlləyə həvalə etməkdir. Bu məna Quranın müxtəlif ayələrində yer alır. Necə ki Allah Təala belə buyurur: «Göylərin və yerin naməlumluqları Allaha aiddir. Bütün işlər də Ona qayıdacaqdır. Elə isə Ona ibadət et və Ona güvən. Rəbbin nə etdiklərinizdən xəbərsiz deyildir» (Hud, 123). «De ki O, Rəhmandır, Ona iman gətirdik və Ona təvəkkül etdik» (Mülk, 29 — 30). «Şərqin və qərbin məxluqatın. “Ondan başqa heç bir ilah yoxdur. Elə isə Onu vəkil tutun” (Əl-Muzzəmmil, 9). “Yalnız sənə ibadət edirik və yalnız Səndən istəyirik” ayəsi də belədir.

Burada üslub qeybdən xitaba keçmişdir. Bu da olduqca uyğundur. Çünki başlanğıcda Allaha mədh edib onu tərifləyərək, sanki Allaha yaxınlaşmış və Onun hüzuruna gəlmiş kimi olur. Ona görə də deyilir: “Yalnız sənə ibadət edirik və yalnız Səndən istəyirik”. Bu da göstərir ki, surənin ilk ayələri Allahdan xəbər verərək onun gözəl sifətləri ilə ona həmd etməkdədir. Onun üçün səbəbsiz bunu deməyən adamın namazı səhih olmaz. Necə ki iki Səhihdə, Ubadə ibn Samitin rəvayətində, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: «Fatihə oxumayanın namazı yoxdur».

Müslimin səhihində, Əl-Hurakanın mövlası Əla İbn Abdurrahmandan, o da atasından, o da Əbu Hureyrədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) dediyini rəvayət etmişdir: «Allah Təala belə buyurmuşdur: Mən namazı qulumla öz aramda ikiyə ayırdım, yarısı mənə yarısı quluma. Qulumun da istədiyi vardır. Qul: «Həmd olsun Allaha, aləmlərin Rəbbinə!» Allah buyurur: qulum mənə həmd etdi. «Ərrahməni Rahim» deyəndə, Allah buyurur: “qulum mənə səna etdi”. «Din gününün hökmdarı» dedikdə, Allah buyurur: qulum məni təzim etdi, ucaltdı. «Yalnız Sənə ibadət edir və yalnız Səndən istəyirik» dedikdə bu, mənimlə qulumun arasındadır. Quluma istədiyi verilmişdir. «Bizi doğru yola, özlərinə nemət vermiş olduqlarının yoluna hidayət et. Qəzəbə uğramışların, haqq yoldan yoluna deyil»deyincə Allah buyurur: “bu, quluma aiddir və onun üçüm istədiyi vardır”.

Dəhhaq, İbn Abbasın « Yalnız Sənə ibadət edir və yalnız Səndən istəyirik» ayəsi barəsində belə dediyini rəvayət etmişdir: «Yalnız Səni təkliyərik, səndən qorxar və yal- mz Səndən istəyirik ey Rəbbimiz, Səndən başqa kimsəyə ümüd bağlamarıq. Sənə ibadətdə və hər bir işimizdə yalnız Səndən kömək istəyirik. Qatədə « Yalnız Sənə ibadət edir və yalnız Səndən istəyirik» ayəsi barəsində demişdir: Allah Təala sizə yalnız Ona ixlasla ibadət etmənizi və hər işdə özündən kömək diləməyinizdir əmr edir. Əvvəl «yalnız sənə ibadət edir» nə üçün deyildi? Çünki əsas məqsəd ibadətdir, kömək diləmə isə təvəssül və tədbirdir. Allah ən doğrusunu biləndir.

Deyilsə ki, “»İyyakə nəbudu və iyyakə nəstain» dəki “nun” ların mənası nədir?
Əgər cəm üçünsə səbəb eynidir, əgər təzim üçünsə buraya uyğun deyil”. Buna belə cavab verilmişdir: Burada qəsd qulların cinsini bildirməkdir. Namaz qılan adam qullardan bir fərddir, xüsusilə kütləvi namazda isə və ya camaatın imamı vəziyyətində isə o öz nəfsinin və mömin qardaşlarının yaradılış məqsədlərini təşkil edən ibadətlərini xəbər verməkdədir. Və İmam, mömin qardaşlarını yönəltməkdədir. Bəziləri də deyirlər ki, “nun”un təzim üçün olması caizdir, sanki qula belə deyilmişdir: Əgər ibadət edirsən sən şərəfli və etibarlısan.  Ona görə «Yalnız sənə ibadət edir və yalnız Səndən kömək diləyirik» de. İbadət xaricində isə biz demə, biz etdik demə hətta yüz min və ya bir milyon adam arasında ol. Çünki hamı Allaha möhtacdır və Onun nəzərində fəqirdir. Kimiləri də deyirlər ki, «yalnız sənə ibadət edirik» ifadəsi təvazökarlıq baxımından «yalnız sənə ibadət etdik» ifadəsindən daha doğrudur. Çünki ikinci ifadədə adamın lovğalığı və özünü ibadət əhli görməsi vardır. Halbuki, heçkim Allaha haqqı ilə ibadət edə bilməz, layiq olduğu kimi ona həmd-sənə edə bilməz. İbadət insana şərəf qazandıran yüksək bir məqamdır. Çünki insanı Allahın hüzuruna çıxarır. Necə ki, biri demişdir:

Məni yalnız onun qulu deyə çağır

Çünki o mənim ən şərəfli ismimdir

Necə ki Allah Təala Rəsuluna ən şərəfli anında qul adını verərək demişdir: “Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun!” (Kəhf, 1). “Allahın qulu qalxıb Allaha dua etdikdə az qala onun dövrəsində bir-birinə keçib çəpər yaradırdılar” (Cin, 19). “Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan pak və müqəddəsdir” (İsra,1). Ona vəhy endirərkən, dəvət edərkən və Meraca qaldırarkən qul adı vermiş. Muxaliflərin təsirindən köksü daraldığı zaman ibadətə qalxmasını buyurmuş və demişdir: ”Biz onların dediklərindən sənin qəlbinin daraldığını bilirik. Sən həmd-səna ilə Rəbbini təriflə və səcdə edənlərdən ol! Sənə ölüm gələnədək Rəbbinə ibadət et” (Hicr, 97-99).

Razi təfsirində, bəzilərin dediyini rəvayət etmişdir: Qulluq məqamı, risalət məqamından daha üstündür. Çünki ibadət məxluqatdan Haqqa edilir, risalət isə Haqdan məxluqata doğru enər. Və demişdir: Allah, qullarının işlərini müşahidə edər, Rəsulu isə ümmətinin mənfəətini güdər. Bu söz səhvdir, yozumu da zəifdir, axırı yoxdur. Razi təfsirində bu sözə qarşı çıxmamış və ya zəif olduğunu bildirməmişdir.
Sufilərdən biri demişdir: İbadət ya bir savabın əldə edilməsi və ya bir cəzanın dayandırılması üçün edilir. Bu əhəmiyyətli deyil. Çünki məqsəd nəzərdə tutulanın əldə edilməsidir, yaxud da Allah Təalanın əmrlərinin ucaldılması üçün ibadət edilir ki bu da zəif bir tərzdir. Allaha ibadət onu ən uca olan kamal sifətiylə pak və müqəddəs zatına edilir. Bunun üçün namaz qılan adam, Allah üçün namaz qılıram deyər. Əgər məqsədi savab əldə etmək və cəzanı dayandırmaq olsaydı, namaz batil olardı. Bu görüşü bəziləri rədd edərək demişlər: İbadətin Allah üçün olub, ondan savab qazanıb, əzabdan uzaq olmasında ziddiyat yoxdur. Bir bədəvi belə demişdir: «Mən nə sənin nə də Muaz kimi gözəl sözlər qura bilmirəm. Yalnız Allahın Cənnətinə istəyirəm və Cəhənnəmindən  Ona sığınıram. Bunun üzərinə Rəsulullah buyurdu: «Sən o cür edə bilərsən».