Boşanma iki dəfədir. Bundan sonra müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir. Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. Yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxması istisnadır. Əgər siz onların Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxsanız, qadının bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hüdudlarıdır, onları aşmayın! Allahın hüdudlarını aşanlar – məhz onlar zalımlardır.

Bu ayə İslamın ilk illərindəki bir halı ləğv etməkdədir, belə ki, ər yoldaşını yüz dəfə boşasa da iddə müddəti bitməyənə qədər onu geri qaytarma haqqına sahib idi. Bundan da qadınlar zərər çəkdiyi üçün Allah onları üç boşanma ilə sərhədlədi. Bir və ikinci dəfədə geri dönməyi mübah qıldı, üçüncüdə tamam ayırdı və “Boşanma iki dəfədir. Bundan sonra yaxşı tərzdə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir” dedi.

Əbu Davud rahiməhullah, “Sünən” əsərində, üç talaqdan sonra geri dönmənin nəsx edilməsi barədə demişdir: “Bizə Əhməd İbn Muhamməd əl-Mərvəzi danışdı, bizə Əli İbn Hüseyn İbn Vaqıd, o da atasından, o da yezid ən-Nəhvidən, o da İkrimədən, İbn Abbas “Boşanmış qadınlar öz başlarına üç quru vaxtı gözləyarlər. Əgər Allaha və axirət gününə iman edirlərsə, Allahın, rəhmlərində yaratdığını gizləmələri onlara halal deyildir” ayəsi barədə demişdir: “Bir kişi yoldaşını boşasaydı, onu geri qaytarmağa həmin kişi daha haqlı idi. Hətta üç dəfə boşasa da belə idi. Bu nəsx edildi və Allah buyurdu: “Boşanma iki dəfədir…

Bunu Nəsai, Zəkəriyya İbn yəhyadan, o da İshaq İbn İbrahimdən, o da Əli İbn Hüseyndən belə rəvayət etmişdir.

İbn Əbu Hatim demişdir: Bizə Harun İbn İshaq danışdı, o da Abdəhdən yəni, İbn Süleymandan, o da Hişam İbn Urvədən, o da atasından onun belə dediyini nəql etmişdir: “Bir kişi yoldaşına dedi: “Səni heç vaxt boşamaram və sənə heç vaxt sığınacaq da vermərəm.” yoldaşı: “Bu necə ola bilər?” – dedi. Əri də: “Səni boşayəram, iddə müddətin bitənə qədər səni geri qaytararam” – dedi. yoldaşı Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəlib hadisəni danışdı. Allah əzzə və cəllə də “Boşanma iki dəfədir” ayəsini endirdi.

İbn Cərir də təfsirində Cərir İbn Əbdülhəmid və İbn İdris yolu ilə belə rəvayət etmişdir. Bunu Abd İbn Humeyd də təfsirində Cəfər İbn Avndan rəvayət etmişdir. Onların hamısı da Hişamın atasından rəvayət etmişlər. O demişdir: Ər yoldaşını istədiyi qədər boşasa belə iddə müddəti bitməyincə ona hər kəsdən daha çox qayıtma haqqı vardır. Ənsardan bir kişi yoldaşına qəzəbləndi: “Allaha and olsun ki, sənə sığınacaq vermərəm və həm də ayrılmaram” — dedi. yoldaşı: “Bu necə ola bilər?” — dedi. Əri də: Səni boşayəram, iddə müddətin bitənə qədər səni geri qaytararam. Sonra səni yenə boşayəram və iddə müddətin bitənə qədər səni geri alaram” – dedi. yoldaşı Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəlib hadisəni danışdı. Allah da “Boşanma iki dəfədir” ayəsini endirdi. O dedi: “İnsanlar, boşanan və boşanmayən olaraq bundan sonra yeni hüquqlarını istifadə etməyə başladılar.”

Bunu Əbubəkr İbn Mərdəveyh də Muhamməd İbn Süleyman yolundan, o da Zubeyrin mövlası yala İbn Şəbibdən, o da Hişamdan, o da atasından, o da Aişədən yuxarıda qeyd edildiyi kimi rəvayət etmişdir. Bunu Tirmizi də Quteybədən, o da yala İbn Şəbibdən rəvayət etmişdir. Sonra onu Əbu Kureybdən, o da İbn İdrisdən, o da Hişamdan, o da atasından mürsəl olaraq rəvayət etmiş və: “Bu daha səhihdir” — demişdir. Bunu Hakim də Müstədrəkində, yaqub İbn Humeyd İbn Kasibdən, o da yala İbn Şəbibdən bu cür rəvayət etmiş və: “Sənədi səhihdir” – demişdir. (360)

Sonra İbn Mərdəveyh demişdir: “Bizə Muhamməd İbn Əhməd İbn İbrahim, o da İsmayıl İbn Abdullahdan, o da Muhamməd İbn Humeyddən, o da Sələmə İbn Fadldən, o da Muhamməd İbn İshaqdan, o da Hişam İbn Urvədən, o da atasından, Aişənin belə dediyini rəvayət etmişdir: “O zaman talaq üçün müəyyən bir vaxt yox idi. Ər arvadını boşayərdı, iddə vaxtı bitmədiyi müddətcə onu geri qaytarardı. Ənsardan bir kişi ilə ailəsi arasında insanlar arasında baş verən bir hadisə baş verdi. O da: “Allaha and olsun ki, səni nə dul, nə də ərsiz qoyaram” — dedi və onu boşamağa başladı. İddə müddətinin bitməsinə az qalmış geri qaytardı. Bunu dəfələrlə etdi. Allah Təala “Boşanma iki dəfədir. Bundan sonra yaxşı tərzdə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir” ayəsini endirdi, talaq üç dəfə ilə məhdudlaşdı. Üçdən sonra ikinci bir kişiya getmədən dönmə haqqı yox idi. Bu şəkildə Qatadədən mürsəl olaraq rəvayət edilmişdir. Bunu Suddi, İbn Zeyd və İbn Cərir də bu cür zikr etmişlər. O, bunun həmin ayənin təfsiri olduğunu tərcih etmişdir.

yaxşı tərzdə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir” yəni, onu bir və ya iki dəfə boşasan, iddə müddəti davam edərkən onun islahını niyyat edərək və ona yaxşılıq edərək geri qaytarmaqda və yaxud da iddə müddəti bitənə qədər gözləyib ondan ayrılmaqda sərbəstsən. Onunla xoş rəftar edərək boşanılır və sərbəst buraxılır. Onun heç bir haqqını tapdalamır və zərər vurmursan. Əli İbn Əbi Talha rəvayətinə görə İbn Abbas demişdir: “Kişi yoldaşını iki dəfə boşasa, artıq üçüncüdə Allahdan qorxsun. ya onu yaxşı şəkildə saxlayər və bununla da gözəl ər-arvad münasibəti qurar, ya da onu yaxşı bir şəkildə sərbəst buraxar və heç bir haqqını tapdalamaz.

İbn Əbu Hatim demişdir: Bizə yunus İbn Əbdul-Əla oxuyaraq xəbər verdi, o da İbn Vəhbdən, o da Sufyan Səvridən, o da İsmayıl İbn Səmidən onun belə dediyini xəbər verdi: Mən, Əbu Razinin belə dediyini eşitdim: Bir kişi, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: “Ey Rəsulullah, Əziz və Cəlil olan Allahın “yaxşı tərzdə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir” ayəsindən xəbər ver. Bəs üçüncüsü hanı?” — dedi. O da: “xoşluqla buraxmaq gərəkdir” — buyurdu.

Bunu Abd İbn Humeyd təfsirində rəvayət etmişdir. Sözləri belədir: Bizə yezid İbn Əbi Hakim xəbər verdi, o da Sufyandan, o da İsmayıl İbn Səmidən, Əbu Razin əl-Əsədi demişdir: “Bir kişi: Ey Rəsulullah, Allah Təalanın “boşama iki dəfədir” kəlamı haqda nə düşünürsən? Bəs üçüncüsü hanı?” — dedi. O da: xoşluqla buraxmaq gərəkdir” üçüncüsü sayılır” — dedi.”

Bunu həmçinin İmam Əhməd də rəvayət etmişdir. Səid İbn Mənsur da, Xalid İbn Abdullahdan, o da İsmayıl İbn Zəkəriyyadən və Əbu Muaviyadən, o da İsmayıl İbn Səmidən, o da Əbu Razindən bu cür rəvayət etmişdir. Bunu həmçinin Qeys İbn ər-Rabi, o da İsmayıl İbn Səmidən, o da Əbu Razindən mürsəl olaraq rəvayət etmişdir. İbn Mərdəveyh də, Abdulvahid İbn Ziyaddan, o da İsmayıl İbn Səmidən, o da Ənəs İbn Malikdən, o da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) rəvayət etmişdir. Sonra hədisi zikr etdi. Daha sonra demişdir: Bizə Abdullah İbn Əhməd İbn Abdurrahim danışdı, bizə Əhməd İbn yəhya danışdı, bizə Ubeydullah İbn Cərir İbn Cəbələ danışdı, bizə İbn Aişə danışdı, bizə Həmmad İbn Sələmə danışdı, o da Qatadədən, o da Ənəs İbn Malikdən onun belə dediyini rəvayət etdi: Bir kişi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəldi və: “Ey Rəsulullah, Allah boşanmanı iki olaraq zikr etdi, üçüncüsü hanı?” — dedi. O da: ”yaxşı tərzdə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir” — buyurdu.

Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz” – yəni, qadınları mehrlərinin hamısını və ya bir qismini fidyə olaraq sizə vermələri üçün onları təngə gətirmək və onlara sıxıntı vermək sizə halal deyil. Necə ki, Allah buyurmuşdu: “açıq-aşkar yaramaz bir iş görməyincə, onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın” (Nisə, 19). Ancaq qadın kişiya mehrindən bir şeyi könüllü surətdə bağışlayərsa, Allah Təala bu xüsusda buyurur: Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!” (Nisə, 4). Lakin evlilər mübahisə edərlərsə, qadın kişinin haqlarını yerinə yetirməzsə və ərinə nifrət edərsə, onunla yaşamağa dözə bilməzsə, kişinin verdiyi mehrdən fidyə olaraq bəzi şeylər verə bilər. Bu xərclərində bir müşkül yoxdur. Kişinin də ondan bunu qəbul etməsində bir günah yoxdur. Bu səbəbdən də, Allah Təala buyurur: “Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyacəklərindən qorxması istisnadır. Əgər siz onların Allahın hədlərini yerinə yetirməyacəklərindən qorxsanız, qadının bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur.

Lakin qadın üzrlü səbəbi olmadığı halda kişidən fidyə istəyarsə, burada İbn Cərir demişdir: Bizə İbn Bəşşar, o da Abdulvahhabdan, o da yaqub İbn İbrahimdən, o da İbn Uleyyadən, ikisi də Əyyubdan, o da Əbu Qılabədən, o da ona danışan kəsdən, o da Səvbandan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Hər hansı bir qadın üzrlü səbəb olmadan ərindən boşanmaq istəyarsə, ona Cənnətin qoxusu haramdır.” Bunu Tirmizi, Bundardan, o da Abdulvahhabdan İbn Abdulməcid əs-Səqafidən bu şəkildə rəvayət etmiş və “həsən” hədisdir demişdir. O demişdir: Əyyubdan, o da Əbu Qılabədən, o da Əbu Əsmadan, o da Səvbandan nəql edilərək rəvayət edilmişdi. Bəziləri də bunu Əyyubdan bu sənədlə rəvayət etmişlər. Lakin o, mərfu etməmişdi.

İmam Əhməd demişdir: Bizə Abdurrəhman danışdı, o da Həmmad İbn Zeyddən, o da Əyyubdan, o da Əbu Qılabədən, — o dedi: Əbu Əsmanı və Səvbanı zikr etdi – belə söylədi: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: “Hər hansı bir qadın üzrlü səbəb olmadan ərindən boşanmaq istəyarsə, ona Cənnətin qoxusu haramdır.” Bunu Əbu Davud, İbn Macə və İbn Cərir, Həmmad İbn Zeydin yolu ilə rəvayət ediblər.

Başqa bir yol: İbn Cərir demişdir: Mənə yaqub İbn İbrahim, o da Mutəmir İbn Suleymandan, o da Leysdən, o da Əbu İdrisdən, o da Rəsulullahın (salləllahu aleyhi və səlləm) mövlası Sövbandan, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) belə rəvayət etmişdir: “Hər hansı bir qadın üzrlü səbəb olmadan ərindən boşanmaq istəsə, Allah ona cənnətin iyini haram edər.” O dedi: “Fidya verməklə üzrsüz yerə boşanma tələb edən qadınlar münafiqdir.” Sonra bunu İbn Cərir ilə Tirmizi, Əbu Kureybdən, o da Muzahim İbn Zəvvad İbn Uləyyadən, o da atasından, o da Leysdən o, İbn Suleymdir, o da Əbu Xattabdan, o da Əbu Zuradan, o da Əbu İdrisdən, o da Səvbandan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişlər: “Fidya ödəyarək üzrsüz yerə nikahdan azad olmağa çalışan qadınlar münafiqdir.” Sonra Tirmizi demişdir: “Bu yolla qəribdir. İsnadı güclü deyil.”

Başqa bir hədis: İbn Cərir demişdir: Bizə Əbu Kureyb, o da Hafs İbn Bişrdən, o da Qeys İbn Rəbidən, o da Əşas İbn Səvvardan, o da Həsəndən, o da Sabit İbn yəziddən, o da Uqbə İbn Amirdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Fidya verərək ərlərindən üzrsüz yerə ayrılmaq istəyan qadınlar münafiqlərdi.” Qəribdi. Bu yolla zəifdir.

Başqa bir hədis: İmam Əhməd demişdir: Bizə Əffan, o da Vuheybdən, o da Əyyubdan, o da Həsəndən, o da Əbu Hureyrədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Fidya verərək nikah bağlarından üzrsüz yerə azad olmaq istəyan qadınlar münafiqlərdi.”

Başqa bir hədis: İbn Macə demişdir: Bizə Bəkr İbn Xələf Əbu Bişr, o da Əbu Asimdən, o da Cəfər İbn yəhya İbn Səvbandan, o da əmisi Umarə İbn Səvbandan, o da Ətadan, o da İbn Abbasdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Bir qadın heç nə olmadan əri ilə boşanmaq istəsə, cənnətin iyini duymaz. Halbuki, onun iyi qırx illik yoldan duyulur.”

Sonra sələf və xələfdən olan alimlərdən bir çoxları demişdir: əl-Xulu[1] icazəli deyil. Amma asilik və itaətsizlik qadın tərəfindən olarsa, icazəli sayılır. O zaman kişiya fidyə qəbul etmək olar. Onlar bu ayəni dəlil gətirirlər: “Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyacəklərindən qorxması istisnadır”. Belə deyirlər: əl-Xulu yalnız bu halda icazəlidir. Başqa halda, dəlili olmayana qədər icazəli deyil. Əslində belə bir dəlil də yoxdur. Bu rəydə olanlar: İbn Abbas, Tavus, İbrahim, Əta, Həsən və cumhurdur. Hətta Məlik ilə Əvzai demişlər: “Qadına zərər verərək ondan bir şey alsa, qeri qaytarmağı vacibdir, boşanma da ricı olur.” Məlik demişdir: “Mən yetişdiyim insanlarda bu məsələ belə idi.” Şəfidə rahiməhullah əl-Xulun mübahisə zamanı icazəli olduğunu demişdir. İttifaq zamanı ilk növbədə və daha münasib olandır. Bu onun bütün məzhəb tərəfdarlarının sözüdür. Şeyx Əbu Ömər İbn Abdulbərr “İstizkar” adlı kitabında Bəkr İbn Abdullah əl-Muzənudən, əl-Xulun bu ayə ilə nəsx edildiyini demişdir: “Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə yığın-yığın mal vermiş olsanız belə, heç bir şey geri almayın!” (Nisə, 20). Bunu ondan İbn Cərir rəvayət etmişdir. Bu zəif bir görüşdür, sahibinə qaytarılır. İbn Cərir (rəhmətullahi aleyh) bu ayənin Sabit İbn Qeys İbn Şəmmasın və onun zövcəsi Həbibə bint Abdullah İbn Ubey İbn Səlulun haqqında nazil olduğunu rəvayət etmişdir. Biz də onun danışdığı hədisin yollarını və müxtəlif mətnlərini zikr edək:

İmam Məlik “Muvatta” əsərində demişdir: Bizə yəhya İbn Səid, o da Əmrə bint Əbdurrəhman İbn Səid İbn Zurarədən, o da Qeys İbn Şəmmasın nikahında olan Həbibə İbn Səhl əl-Ənsaridən rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) sübh namazına çıxdı. Həbibə bint Səhli qaranlıqda qapısının ağzında gördü. Rəsulullah ((salləllahu aleyhi və səlləm) ): “Sən kimsən?” — dedi. O dedi: “Mən, Həbibə bint Səhləm.” Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Nə istəyirdin?” O dedi: “Mən ərim Sabitlə bir yerdə qala bilmirik.” Əri Sabit gələndə Rəsulullah (salləllahu aleyhi və səlləm) ona dedi: ”Bu, Həbibə bint Səhldir. O, bəzi məsələləri danışdı.” Həbibə dedi: “Ey Rəsulullah, mənə verdiyi mal məndədir.” Rəsulullah (salləllahu aleyhi və səlləm) Sabitə dedi: “Onu Həbibədən al.” O aldı və qadın öz ailəsinin evində qaldı.

İmam Əhməd də Əbdurrəhman İbn Mehdidən, o da Məlikdən oxşar bir sənədlə rəvayət etmişdir. Əbu Davud, Qanəbidən, o da Məlikdən; Nəsai, Muhəmməd İbn Məsləmədən, o da İbn Qasımdan, o da Məlikdən rəvayət etmişdir.

Başqa bir hədis: Aişədən: Abu Davud və İbn Cərir demişlər: Bizə Muhəmməd İbn Mamər, o da Abu Amirdən, o da Abu Amr əs-Sədusidən, o da Abdullah İbn Əbubəkrdən, o da Əmrədən, o da Aişədən, rəvayət etmişdir ki, Həbibə İbn Səhl, Sabit İbn Qeys İbn Şəmmasla evli idi. Sabit onu döydü və bəzi yerlərini qırdı. O da sübh namazından sonra Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəlib Ona şikayət etdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) Sabiti çağırıb dedi: “Onun malının bir hissəsini götür və ayrıl.” O dedi: “Bu uyğun olarmı, ey Allahın Rəsulu?” O da: “Bəli” — buyurdu. Sabit dedi: “Mən ona mehr olaraq iki xurma bağçası vermişdim, onlar hələ də ondadır.” Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Onları geri al və ondan ayrıl.” O da o cür etdi.

Bu İbn Cəririn mətnidir. Əbu Amr əs-Sədusi, Səid İbn Sələmə İbn Əbu Husamdır.

Başqa bir hədis: İbn Abbasdan radiyAllahu anhu:

Buxari demişdir: Bizə Əzhar İbn Cəmil, o da Abdulvahhab əs-Səqafidən, o da Xaliddən, o da İkrimədən, o da İbn Abbasdan rəvayət edir ki, Sabit İbn Qeys İbn Şəmmasın zövcəsi Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: “Ey Allahın Rəsulu, onun nə əxlaqından, nə də dinindən şikayətçi deyiləm. Ancaq İslamda küfrə düşmək istəmirəm.” Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Onun bağçasını qaytara bilərsən?” O: “Bəli” — dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm) Sabitə dedi: “Bağçanı qəbul et və onu bir talaqla boşa.”

Bunu Nəsai də, Əzhar İbn Cəmildən oxşar sənədlə rəvayət etmişdir. Bunu Buxari də, İshaq əl-Vasitidən, o da Xaliddən o, İbn Abdullah Tahhandan, o da Xaliddən, o, İbn Mihran əl-Həzzədir, o da İkrimədən, bu sənədlə bənzər şəkildə rəvayət etmişdir.

Bunu yenə Buxari müxtəlif yollarla Əyyubdan, o da İkrimədən, o da İbn Abbasdan rəvayət etmişdir. yollardan birində qadın deyir: “Ona dözə bilmirəm.” yəni, nifrətdən. Hədisi bu şəkildə Buxari tək rəvayət etmişdir.

Sonra demişdir: Bizə Suleyman İbn Hərb, o da Həmmad İbn Zeyddən, o da Əyyubdan, o da İkrimədən rəvayət edir ki, Cəmilə raiyAllahu anhə belə demişdir. İrəlidə keçdiyi kimi, məşhur olan onun adının Həbibə olmasıdır.

Hafiz Əbubəkr İbn Mərdəveyh təfsirində demişdir: Bizə Musa İbn Harun, o da Əzhar İbn Mərvan ər-Raqqaşidən, o da Abdul Alədən, o da Səiddən, o da Qatadədən, o da İkrimədən, o da İbn Abbasdan rəvayət edir ki, Cəmilə bint Səlul, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: “Allaha and olsun ki, mən, Sabit İbn Qeys İbn Şəmmasın nə dininə, nə də əxlaqına görə alçaltmıram, lakin mən, İslamdan sonra küfrə girmək istəmirəm, ona nifrət etdiyimə görə dözə bilmirəm.” Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Ona bağçasını geri qaytara bilərsən?” O: “Bəli” — dedi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) Sabitə əmr etdi ki, verdiyini geri alsın və ondan artığını istəməsin.”

Bunu İbn Məca də Əzhar İbn Mərvandan eyni sənədlə rəvayət etmişdir. Bu yaxşı və doğru sənəddir. Onu həmçinin Əbu Qasim əl-Bəğəvi, Ubeydullah əl-Qavariridən, o da Əbdul-Əladan oxşar şəkildə rəvayət etmişdir.

Lakin İbn Cərir demişdir: Bizə İbn Humeyd, o da yəhya İbn Vadihdən, o da Huseyn İbn Vaqiddən, o da Sabitdən, o da Abdullah İbn Rəbahdan, o da Cəmilə bint Ubey İbn Səluldan nəql etmişdir ki, o, Qeys İbn Şəmmasla evli idi. Ərinə itaət etmədi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona xəbər göndərdi: “Ey Cəmilə, Sabitin nəyini bəyanmirsən?” O da dedi: “Allaha and olsun ki, dininə və əxlaqına aid deyil. Mən yalnız onun eybəcərliyini bəyanmədim.” O dedi: “Bağçanı qaytara bilərsən?” O da: “Bəli” – dedi və bağçanı qaytardı. Sonra onları ayırdı.

yenə İbn Cərir demişdir: Bizə Muhəmməd İbn Abdulalə, o da Mutəmir İbn Suleymandan nəql edir ki, o demişdir: Fudeylə oxudum, o da Əbu Cərirdən dedi ki, İkrimədən: “əl-Xulun əsli varmı?” — deya soruşdum. O dedi: İbn Abbas belə deyərdi: “İslamda ilk dəfə əl-Xulu, Abdullah İbn Ubeyin bacısının hadisəsində baş verdi. O, Rəsulullahın (salləllahu aleyhi və səlləm)  yanına gəlib dedi: “Ey Allahın Rəsulu, bir daha onunla başımı bir yastığa qoymaram.” Çadırın ətəyini qaldırıb onu bir neçə kişi ilə gəldiyini gördüm. Ən qarası, ən bəstə boylu və ən çirkini o idi. Əri dedi: “Ey Allahın Rəsulu, mən ona malımın ən yaxşısını bağçamı verdim, onu mənə qaytarsın.” Rəsulullah qadına dedi: “Nə deyirsən?” Qadın: “Olsun. Əgər istəsə əlavə də verə bilərəm.” O da onları ayırdı.

Başqa bir hədis: İbn Macə demişdir: Bizə Əbu Kureyb, o da Əbu Xalid əl-Əhmərdən, o da Həccacdan, o da Amr İbn Şueybdən, o da atasından, o da babasından onun belə dediyini rəvayət etmişdir: Həbibə bint Səhl, Sabit İbn Qeys İbn Şəmmasla evli idi. O, çirkin bir adam idi. Qadın dedi: “Ey Allahın Rəsulu, əgər Allah qorxusu olmasa idi, o yanıma gələn zaman onun üzünə tüpürərdim.” Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Bağçasını ona geri qaytara bilərsən?” O: “Bəli” — dedi və bağçasını geri qaytardı. Rəsulullah (salləllahu aleyhi və səlləm) onları ayırdı.

İmamlar, (rahiməhumullah) kişinin, zövcəsinə verdiyindən artığını ondan almağın icazəli olub olmadığı barədə ixtilaf etmişlər. Cumhur bunun icazəli olduğunu bildirmişdir. Çünki “qadının bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur” ayəsi ümumidir. İbn Cərir demişdir: Bizə yaqub İbn İbrahim, o da İbn Uləyyadən, o da Əyyubdan, o da İbn Səmurənin mövlası Kəsirdən rəvayət etmişdir ki, Ömərin yanına ərinə dikbaşlıq edən bir qadın gətirildi, o da onu çoxlu zibil olan bir evdə həbs etdi. Sonra onu çağırıb dedi: “Necə idi ora?” Qadın dedi: “Onun yanında olduğum andan heç belə rahat gecə görmədim.” O da onun ərinə dedi: “Küpəsinin qarşılığında olsa belə onu burax getsin.” Bunu Abdurrəzzaq, Mamərdən, o da Əyyubdan, o da İbn Səmurənin mövlası Kəsirdən rəvayət etmiş və oxşar şəkildə zikr etmişdir. “Onu üç gün saxladığını” əlavə etmişdir.

Səid İbn Əbu Ərubə, o da Qatadədən, o da Humeyd İbn Abdurrəhmandan rəvayət etmişdir ki, bir qadın Ömər İbn Xəttabın yanına gəlib ərindən şikayət etdi. O da qadını zibilli bir evdə gecələtdi. Səhər açıldıqda ona dedi: “yerin necə idi?” O cavab verdi: “Onun yanında belə rahat olmamışdım.” O da onun ərinə dedi: “Sancağı da olsa al ondan.”

Buxari demişdir: Osman, əl-xulunu sancaqsız da icazəli görmüşdür.

Abdurrəzzaq demişdir: Bizə Mamər, o da Abdullah İbn Muhəmməd İbn Aqildən, o da Rubəyyi bint Muavviz İbn Afrandan rəvayət etmişdir ki, o demişdir: “Mənim ərim yanımda ikən az xeyir görürdüm, olmayanda isə məni məhrum edirdi.” Qadın deyir: “Bir gün kiçik bir səhv etdim və ona dedim: “Sahib olduğum hər şeyin müqabilində məni burax gedim.” O: “yaxşı” – dedi. Qadın dedi: “O, o cür etdi.” Qadın dedi: “Əmim Muaz İbn Afra, mənim barəmdə Osman İbn Əffana şikayət etdi. O da saçımın sancağını və başqa hər nəyim varsa almasını” və ya dedi: “saçımın sancağından başqa” kişinin hər şeyi götürməyini  əmr etdi.

Bunun mənası belədir: “Az və ya çox olmasına baxmayəraq qadının əlində nə varsa ondan alar və saçının sancağından başqa heç bir şeyi ona saxlamaz.” İbn Ömər, İbn Abbas, Mucahid, İkrimə, İbrahim Nəxai, Qabisa İbn Zueyb, Həsən İbn Salih və Osman əl-Bətti də bu cür demişlər. Məlik, Leys, Şəfii və Əbu Səvrin də görüşləri belədir. İbn Cərir də bunu doğru saymışdır.

İmam Əbu Hənifənin məzhəb tərəfdarları (rahiməhumullah) demişlər: “Əgər zərər qadından gələrsə, kişinin qadına verdiyini alması icazəlidir. Artığını alması icazəli deyil. Əgər artıq alarsa, bu yalnız qazı yanında icazəli olar. Əgər zərər kişi tərəfdən gələrsə, kişinin qadından bir şey alması icazəli deyil. Əgər alsa, bu yalnız qazı yanında icazəli sayılar.

İmam Əhməd, Əbu Ubeyd və İshaq İbn Rahuya: “Qadına verdiyindən daha çox alması icazəli deyil” — demişlər. Səid İbn Musəyyab, Əta, Amr İbn Şueyb, Zuhri, Tavus, Həsən, Şabi, Həmmad İbn Əbu Suleyman və Rəbi İbn Ənəs də belə demişlər.

Mamər və Həkəm demişdir: Əli belə deyərdi: “Üzrsüz boşanma istəyan qadından, verdiyindən artığı alınmaz.” Əvzai demişdir: “Qazilər, kişinin qadına verdiyindən artığını almasını icazəli görməzlər.”

Mən də deyirəm ki, bu rəyin dəlili, yuxarıda keçən Qatadənin, o da İkrimədən, o da İbn Abbasdan rəvayət etdiyi Sabit İbn Qeysin hadisəsidir. Rəsulullah (salləllahu aleyhi və səlləm) verdiyi bağçanı geri almasını və ondan artığını istəməyacəyini əmr etmişdir. Bir də Abd İbn Humeyd demişdir: Bizə Qabisə, o da Sufyandan, o da İbn Cureycdən, o da Ətadan nəql etmişdir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu cür ayrılmaq istəyan qadından kişinin verdiyindən artığını almağı bəyanməzdi. “Qadının bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur” ayəsini verdiyindən deya yozmuşdular. Çünki yuxarıda “Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyacəklərindən qorxması istisnadır. Əgər siz onların Allahın hədlərini yerinə yetirməyacəklərindən qorxsanız, qadının bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur” deyilmişdir. yəni, ərinin verdiyindən deməkdir. Rəbi İbn Ənəs “fələ cunəhə əleyhimə fiməfdətədət bihi minhu” “Qadının ondan aldığını fidyə etməsində günah yoxdur” şəklində oxuyurdu. Bunu İbn Cərir rəvayət etmişdir. Buna görə də ardınca “Bunlar Allahın hüdudlarıdır, onları aşmayın! Allahın hüdudlarını aşanlar – məhz onlar zalımlardır” buyurmuşdur.

Şəfii demişdir: Dostlarımız əl-xulu məsələsində ixtilaf etmişlər. Sufyan bizə xəbər verdi, o da Amr İbn Dinardan, o da Tavusdan, o da İbn Abbasdan, bir adam yoldaşını iki talaqla boşadı, sonra qadın ona əl-xulu etdi, istəsə o qadınla evlənə bilər. Çünki Allah Təala buyurur: “Boşanma iki dəfədir… bir-birilərinə qayıtmaqda da heç bir günah yoxdur”.

Şəfii demişdir: Bizə Sufyan, o da Amrdan, İkrimənin belə dediyini rəvayət etmişdir: Mal ilə baş verən heç bir şey talaq deyil.

Şəfiidən başqa birisi, Sufyan İbn Uyeynədən, o da Amr İbn Dinardan, o da Tavusdan rəvayət etmişdir ki, İbrahim İbn Saad İbn Əbi Vaqqas, İbn Abbasdan soruşdu: «Bir adam zövcəsini iki talaqla boşadı. Sonra qadın xulu ödədi. O adam həmin qadınla evlənə bilərmi?» O cavab verdi: «Bəli, əl-xulu talaq deyil. Allah talaqı ayənin əvvəlində və sonunda zikr etmişdir, əl-xulunu isə bu ikisinin arasında bildirmişdir. Buna görə əl-xulu bir şey deyil, dedi və: “Boşanma iki dəfədir. Bundan sonra yaxşı tərzdə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir” ayəsini, sonra da “Əgər onu boşayərsa, bundan sonra o başqa bir kişiya ərə getməyincə ona halal olmaz” ayəsini oxudu.

İbn Abbasın «əl-xulu talaq deyil, o yalnız nikahı etibarsız edir» görüşü, möminlərin əmiri Osman İbn Əffandan və İbn Ömərdən də rəvayət edilmişdir. Tavus ilə İkrimə də eyni fikrədirlər. Əhməd İbn Hənbəl, İshaq İbn Rahuya, Əbu Səvr və Davud İbn Əli əz-Zahiri də bunu demişlər. Şəfiinin köhnə görüşü belədir. Ayənin zahiri məhz bunu göstərir.

Əl-xulu barəsində ikinci görüş: O bir ayrılma bildirən «bəin» talaqdır. yalnız daha artığına niyyat etməsi müstəsnadır. Məlik, Hişam İbn Ürvədən, o da atasından, Əsləmilərin mövlası Cumhandan: Ummu Bakr əl-Əsləmiyya, əri Abdullah İbn Xalid İbn Useydə əl-xulu etdi və bununla əlaqədar Osmanın yanına gəldilər. O dedi: «Bir talaqdır. yalnız bəlli bir şey desən müstənadır. Əgər bəlli bir şey desən ona görədir.» Şəfii də belə demişdir: «Mən Cumhanı tanımıram.» Əhməd İbn Hənbəl də bu nəqli zəif görmüşdür. Allah ən doğrusunu biləndir.

Bunun bir oxşarı Ömər, Əli, İbn Məsud və İbn Ömərdən rəvayət edilmişdir. Səid İbn Musəyyab, Həsən, Əta, Şureyh, Şabi, İbrahim və Cabir İbn Zeyd də bunu demişlər. Məlik, Əbu Hənifə və dostları, Səvri, Əvzai, Əbu Osman əl-Bətti və Şəfii də yeni görüşündə belə demişlər. yalnız Hənəfilər demişlər: Nə zaman əl-xulu edən kişi, bu işi ilə bir və ya iki talaqa niyyat edərsə, o “bəin” talaqdır, əgər üçə niyyat edərsə üçdür. Şəfiinin əl-xulu barəsində başqa bir görüşü də var: O da, talaq sözü və niyyat ilə olmasa – ümumiyyatlə bir şey sayılmır.

Məsələ: Məlik, Əbu Hənifə, Şəfii, bir məşhur rəyində Əhməd və bir məşhur rəyində İshaq İbn Rahuya rəvayət edir ki, əl-xulu edən qadın heyz olan qadındısa, boşanmış qadın kimi üç heyz iddə müddəti gözləməlidir. Bu, Ömər, Əli və İbn Ömərdən rəvayət edilmişdir. Səid İbn Musəyyab, Suleyman İbn yasər, Ürvə, Səlim, Əbu Sələmə, Ömər İbn Əbduləziz, İbn Şihab, Həsən, Şəbi, İbrahim Nəxai, Əbu İyad, Xallas İbn Amr, Qatadə, Sufyan Səvri, Əvzai, Leys İbn Sad və Əbu Ubeydə də belə demişlər. Tirmizi demişdi: Səhabələrdən və digərlərindən olan əksər elm adamlarının görüşü budur. Əsasları əl-xulunun talaq olmasıdır, o da boşanmış qadın kimi iddə müddəti gözləyar.

İkinci görüş: Əl-Xulu edən qadın bir heyzlə iddə müddətini gözləyar, bununla da təmizləmiş olar. İbn Əbu Şeybə demişdir: Bizə yəhya İbn Səid, o da Ubeydullah İbn Ömərdən, Nəfinin belə dediyini rəvayət etmişdir: Rubəyyi əl-xulu edərək ərindən ayrıldı, əmisi Osmanın (radiyAllahu ənh) yanına gəldi. Osman dedi: «Bir heyzlə iddə müddəti gözləsin.» İbn Ömər isə dedi: «Üç heyzlə iddə müddətini gözləsin. Hətta bunu Osman desə də.» İbn Ömər bu cür fətvanı verər və deyərdi: «Osman ən xeyirlimiz və ən çox bilənimizdi.»

Bizə Abdə, o da Ubeydullahdan, o da Nafidən, İbn Ömərin belə dediyini rəvayət etmişdir: Əl-xulu edən qadın bir heyzlə iddə müddəti gözləyar.

Bizə Abdurrəhman İbn Muhəmməd əl-Muharibi, o da Leysdən, o da Tavusdan, İbn Abbasın belə dediyini rəvayət etmişdir: «O qadının iddə müddəti bir heyzdir.» İkrimə ilə Əban İbn Osman da belə demişlər. Kim əl-xulunu nikahı etibarsız edən sayırsa, bu cür deməlidir. Buna dəlil olaraq Əbu Davud və Tirmizinin bu rəvayətləri gətirilir. Hər ikisi demişlər: Bizə Muhəmməd İbn Abdurrahim Bağdadi, bizə Əli İbn Bəhr, bizə Hişam İbn yusif, o da Mamərdən, o da Amr İbn Muslimdən, o da İkrimədən, İbn Abbasın belə dediyini rəvayət etmişlər: «Sabit İbn Qeysin zövcəsi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dönəmində əri ilə əl-xulu etdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona bir heyzlə iddə gözləməsini buyurdu.» Sonra Tirmizi dedi: «Hədis həsən, qəribdir.» Bunu Abdurrəzzaq Mamərdən, o da Amr İbn Muslimdən, o da İkrimədən mürsəl olaraq rəvayət etmişdir.

Başqa bir hədis: Tirmizi demişdir: Bizə Mahmud İbn Ğeylan, bizə Fadl İbn Musa, o da Sufyandan, bizə Talha ailəsinin mövlası Muhəmməd İbn Abdurrəhman, o da Suleyman İbn yasərdən: «Rubəyyi bint Muavviz İbn Afra, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zamanında ərinə əvəzini ödəyarək əl-xulu etdi, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu – və ya ona əmr edildi ki – bir heyzlə iddə müddətini gözləsin.» Tirmizi demişdir: Səhih budur ki, ona bir heyz gözləməsi əmr edildi.

Başqa bir yol: İbn Macə demişdir: Bizə Əli İbn Sələmə ən-Nisəburi, bizə yaqub İbn İbrahim İbn Sad, bizə atam, o da İbn İshaqdan, mənə Ubadə İbn əl-Vəlid İbn Ubadə İbn Samit dedi: «Rubəyyi bint Muavviz İbn Afrayə dedim: Mənə hadisəni danış. O da  dedi: Ərimə əl-xulu etdim, sonra Osmanın yanına gedib nə qədər gözləyacəyimi soruşdum. O dedi: Sənə ərinlə yenidən görüşməyanə qədər iddə yoxdur, onun yanında bir heyz gözləyarsən. Rubəyyi deyir ki, o bu məsələdə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) Məryam əl-MuğAliyəya verdiyi hökmü əsas götürdü. O Sabit İbn Qeyslə nikahda idi, ondan əl-xulu etdi.

İbn Ləhiya, Əbu Əsvaddan rəvayət etmişdir, o da Əbu Sələmə ilə Muhəmməd İbn Əbdurrəhman İbn Səvbandan, o da Rubəyyi bint Muavvizin dediyini rəvayət etmişdir: Rəsulullahın (salləllahu aleyhi və səlləm) Sabit İbn Qeysin əl-xulu edən qadınına bir heyzlə iddə müddətini gözləməya əmr etdiyini eşitdim.

Məsələ: kişi əl-xulu edən qadına iddə müddəti daxilində qadının icazəsi olmadan qayıda bilməz. Dörd imam və cumhur alimlərin rəyi budur. Çünki o mal verməklə öz nəfsinin sahibinə çevrilir. Abdullah İbn Əbu Əvfa, Mahan əl-Xənəfi, Səid İbn Musəyyab və Zuhri demişlər: Əgər qadının verdiyini ona qaytarsa, iddə müddətində qadının icazəsi olmadan geri dönmək icazəlidir. Əbu Səvrin də tərcih etdiyi belədir. Sufyan Səvri isə demişdir: Əgər əl-xulu talaq sözü ilə olmasa-bu ayrılıqdır, qadına heçnə edə bilməz. Əgər talaq sözü ilə olsa, iddə müddətində geri dönməya ən haqlı olan əridir. Davud İbn Əli əz-Zahiri də belə demişdir. Hamısı icma etmişlər ki, əl-xulu edən iddə müddətində qadını ilə evlənə bilər. Şeyx Abu Amr İbn Abdulbərr ayrılıq haqqında demişdir: O başqasına icazəli olmadığı kimi ona da icazəli deyil – bu şaz və rədd edilən görüşdür.

Məsələ: İddə müddəti içində qadına başqa bir talaq verə bilər? Burada alimlərin üç görüşü var. Birinci: Buna haqqı yoxdur. Çünki qadın öz nəfsinə sahibdir və ondan ayrılmışdır. İbn Abbas, İbn Zubeyr, İkrimə, Cabir İbn Zeyd, Həsən Basri, Şəfii, Əhməd İbn Hənbəl, İshaq İbn Rahuya və Əbu Səvr də belə demişlər. İkinci: Bunu Məlik demişdir: Əgər əl-xuludan dərhal sonra susmadan ikisinin arasında talaq verərsə, talaq gerçək olar. Əgər ikisinin arasında susar, talaq gerçəkləşməz. İbn Abdulbərr demişdi: Bu, Osmandan(radiyAllahu ənh) rəvayət edilənə oxşayır. Üçüncü: İddə müddəti davam edirsə talaq mütləq gerçəkləşir. Bu da Əbu Xənifə və dostlarının, Səvri və Əvzainin görüşüdür. Səid İbn Musəyyab, Şureyh, Tavus, İbrahim, Zuhri, Hakim, Hakəm və Hammad İbn Suleyman da belə demişlər. Bu İbn Məsud ilə Əbu Dərdadan da rəvayət edilmişdir. İbn Abdulbərr demişdir: bu o ikisindən sabit deyildir.

Bunlar Allahın hüdudlarıdır, onları aşmayın! Allahın hüdudlarını aşanlar – məhz onlar zalımlardır” yəni bunlar sizin üçün təyin olunan şəriət hökmləridir. Bunlar sərhədlərdir, onları keçməyin deməkdir. Səhih hədisdə deyildiyi kimi: Allah bir neçə sərhədlər çəkdi, onları aşmayın. Bəzi fərzləri qoydu, onları buraxmayın. Bəzi haramlar təsbit etdi, onları halal etməyin. Bəzi məsələlər barəsində də mərhəmətindəndir ki, bəhs etmədi, onları soruşmayın. Bir dəfəya üç talaqı birləşdirməni haram olduğunu deyanlər bu ayəni dəlil gətirirlər. Malikilərlə onlara qatılanların görüşü budur.

Sünnə olan bir talaq verməkdir. Çünki Allah Təala “boşanma iki dəfədir” demişdir. Sonra buyurur: “Bunlar Allahın hüdudlarıdır, onları aşmayın! Allahın hüdudlarını aşanlar – məhz onlar zalımlardır”. Bunlar bu görüşlərini Nəsainin Sünənində Mahmud İbn Ləbiddən rəvayət edilən hədislə möhkəmlədirirlər: Bizə Suleyman İbn Davud, Bizə Vəhb, o da Məhrəmə İbn Bukeyrdən, o da atasından, Mahmud İbn Ləbidin belə dediyini rəvayət etmişdir: Rəsulullaha (salləllahu aleyhi və səlləm) zövcəsini səfərdə üç dəfə boşayən adam barəsində xəbər verdilər, o qəzəblə qalxdı və dedi: Mən aranızda ikən o, Allahın kitabı ilə oynayır? Hətta bir adam qalxıb dedi: Ey Allahın Rəsulu, onu öldürüm? Hədisin sənədində kəsiklik var.

Əgər onu boşayərsa, bundan sonra o başqa bir kişiya ərə getməyincə ona halal olmaz” yəni kişi qadınını iki dəfə boşadıqdan sonra üçüncü dəfə boşayərsa qadın ona haram olar. “Başqa bir kişiya ərə getməyincə” yəni o kişi onunla səhih nikahla cinsi əlaqədə olar. Əgər nikahdan kənar əlaqəya girsə, cariya də olsa, birinciya halal olmaz. Bir çox fiqhçilər Səid İbn Cubeyrin bu barədə görüşünü nəql etmişlər ki, onun səhihliyinə şübhə var: mütləq ikinci nikah bağlamaqla məqsəd hasil olur və birinciya halal olur. Ayrıca şeyx Ömər İbn Abdulbərr “İstizkar” kitabında bunu ondan nəql etmişdir. Allah ən doğrusunu biləndir.

Əbu Cəfər İbn Cərir demişdir: Bizə İbn Bəşşar, bizə Muhəmməd İbn Cəfər, o da Şubədən, o da Əlqamə İbn Mərsəddən, o da Səlim İbn Raziindən, o da Səlim İbn Abdullahdan, o da Səid İbn Musəyyabdən, o da İbn Ömərin belə dediyini rəvayət etmişdir: Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşdular: Bir nəfər bir qadınla evlənib onunla əlaqədə olmayıb onu boşasa, sonra onu başqası alıb əlaqəya girmədən boşasa, qadın birinciya halal ola bilər? O da dedi: Xeyr. Kişi ondan, o da kişidən bir barmaq bal dadmayəna qədər olmaz.

İbn Cəririn rəvayəti belədir. Bunu İmam Əhməd də rəvayət etmişdir: Bizə Muhəmməd İbn Cəfər, o da Əlqamə İbn Mərsəddən, o da Səlim İbn Rəzindən, o da Səlim İbn Abdullah İbn Ömərdən, o da Səid İbn Musəyyabdən, İbn Ömərin belə dediyini rəvayət etmişdir: Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşdular: bir kişinin zövcəsi olar onu boşayər, sonra o başqa kişiya gedər və əlaqəya girmədən onu boşayər, o birinci ərinə qayıda bilər mi?  Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: Ondan bir barmaq bal dadmayəna qədər, xeyr. Nəsai də onu Əmr İbn Əli əl-Fəllasdan, İbn Macədə Muhəmməd İbn Bəşşar İbn Bundərdən, ikisidə Muhəmməd İbn Cəfər Gundərdən,  o da Şubədən rəvayət etmişlər. Bunu, Səid İbn Musəyyabdən, o da İbn Ömərdən bunun əksinə mərfu olaraq rəvayət etmişlər ki, əsas olmadan onun rəvayətinə müxaliflik etmələri uzaq ehtimaldır. Allah ən doğrusunu biləndir.

yenə Əhməd, Nəsai və İbn Cərir bu hədisi Sufyan Səvri yolundan, o da Əlqamə İbn Mərsəddən, o da Razin İbn Suleyman əl-Əhmədidən,  o da İbn Ömərdən rəvayət etmişlər. Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşdular: Bir adam zövcəsini üç dəfə boşayər, onunla başqa kişi evlənər. Qapını bağlayır, pərdəni endirir və əlaqəya girmədən onu boşayır, birinciya halal ola bilər mi? O da cavab verdi: ondan bir barmaq bal dadmayəna qədər, olmaz. Bu sözlər Əhmədə aiddir. Əhmədin bir rəvayətində Suleyman İbn Razin deyilmişdir.

Başqa bir hədis: İmam Əhməd demişdir: Bizə Affan, bizə Muhamməd İbn Dinardan, bizə yəhya İbn yəzid əl-Hənai, o da Ənəs İbn Məlikdən Rəsulullahdan (salləllahu aleyhi və səlləm) bir adam barəsində soruşdular: Bunun bir zövcəsi var idi onu üç dəfə boşadı, o da sonra bir kişi ilə evləndi, kişidə onunla əlaqəya girmədən boşadı, birinciya halal ola bilər mi? O dedi: Xeyr. Sonuncu qadının balından, qadın da onun balından dadmayəna qədər olmaz. İbn Cərir də Muhəmməd İbn İbrahim Ənmatidən, o da Hişam İbn Abdulmalikdən, o da Muhəmməd İbn Dinardan belə rəvayət etmişdir.

Mən də deyirəm ki, Muhəmməd İbn Dinar İbn Sandal Əbu Bakr əl-Əzdi, sonra ət-Tai əl-Bəsridir, ona İbn Əbu Firat deyilir. Onda ixtilaf etmişlər, bəziləri onu qüvvətli sayır, qəbul edir və gözəl görür. Abu Davud, ölmədən öncə yaddaşı qarışmışdır, demişdir. Allah ən doğrusunu biləndir.

Başqa bir hədis: İbn Cərir demişdir: Bizə Ubeyd İbn Adəm İbn Əbu İyas əl-Əsqalani, bizə Şeyban, bizə yəhya İbn Kəsir, o da Əbu Xaris əl-Ğifaridən, o da əbu Hureyrədən, Rəsulullah (salləllahu aleyhi və səlləm) ərinin boşadığı, başqa kişiya ərə gedən və onunla əlaqədə olmadan boşanıb birinci ərinə qayıtmaq istəyan qadın barəsində buyurdu: Xeyr, kişi onun dadına baxmayəna qədər olmaz. Sonra bunu başqa bir cəhətdən Şeyban İbn Abdurrəhmandan bu cür rəvayət etmişdir. Sənəddəki Əbu Xaris tanınmır.

Başqa bir hədis: İbn Cərir demişdir: Bizə yəhya İbn Abdullah, bizə Qasım, Aişənin belə dediyini rəvayət etmişdir: Bir adam zövcəsini üç talaqla boşadı, qadın başqasına ərə getdi. O da ona toxunmadan onu boşadı. Bu barədə Rəsulullahdan (salləllahu aleyhi və səlləm) soruşdular, o cavab verdi: Xeyr, birinci ondan daddığı kimi bu da dadmayınca, olmaz. Bunu Buxari, Muslim və Nəsai, Ubeydullah İbn Ömər əl-Öməridən, o da Qasım İbn Əbdurrəhman İbn Əl-Bəkirdən, o da xalası Aişədən rəvayət etmişdir.

Başqa bir yol: İbn Cərir demişdir: Bizə Ubeydullah İbn İsmayıl əl-Xubari, Sufyan İbn Vəki və Əbu Hişam ər-Rifai, bizə Əbu Muaviya, onlarda Aməşdən, o da İbrahimdən, o da Əsvəddən, Aişənin belə dediyini rəvayət etmişdir: Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) zövcəsini boşayən bir adam barəsində soruşdular. Qadın bir başqası ilə evləndi. Adam onun yanına gəldi təmas etmədi, birinci ərinə halal ola bilər mi? Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: Ən son kişi onun balından o da kişinin balından dadmayəna qədər, xeyr. Əbu Davud Müsəddədən, NəSəidə Əbu Qureybdən, ikisidə əbu Muaviyadən – o Muhəmməd İbn Həzim əd-Darirdi – rəvayət etmişlər.

Başqa bir yol: Muslim Səhih əsərində demişdir: Bizə Muhəmməd İbn Alə əl-Xamadani, bizə Əbu Usamə, o da Xişamdan, o da atasından, o da Aişədən: Rəsulullahdan (salləllahu aleyhi və səlləm) bir qadın barəsində soruşdular. Onunla bir kişi evləndi və boşadı. Qadın başqa kişi ilə evləndi o da ona toxunmadan onu boşadı, birinci ərinə halal ola bilər mi? O da dedi: Xeyr, kişi onun balından dadmayəna qədər, olmaz. Muslim demişdir: Bizə Əbu Bakr İbn Əbu Şeybə, bizə əbu Fudeyl, Bizə Əbu Qureyb, bizə Əbu Muaviyya, hamısı Hişamdan bu sənədlə rəvayət etdilər. Buxari bunu Əbu Muaviyya Muhəmməd İbn Həzimdən, o da Hişamdan belə rəvayət etmişdir. Bunu Muslim tək başına başqa iki yolla nəql etmişdir. İbn Cərir Abdullah İbn Mubarəkdən, o da Hişam İbn Ürvədən, o da atasından, Aişədən məvquf olaraq bunun kimi yaxud bənzər şəkildə rəvayət etmişdir. Bu yaxşı bir sənəddir. Bunu İbn Cərir Əli İbn Zeyd İbn Cədandan, atasının zövcəsi Əminə ummu Əhməddən, o da Aişədən, o da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) bu cür rəvayət etmişdir. Bu hədisin əvvəli Buxarinin bu hədisindən qısaldılmışdır. Bizə Amr İbn Əli, bizə yəhya, o da Hişam İbn Ürvədən,  o da atasından, o da Aişədən o da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm); Bizə Osman İbn əbi Şeybə , o da Abdədən o da Hişam İbn Ürvədən,  o da atasından, o da Aişədən rəvayət edir ki,  Rifaa əl-Kurazi bir qadınla evləndi sonra onu boşadı. O qadın da başqa bir kişiya ərə getdi. Qadın Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəldi, yeni ərinin ona yaxınlaşmadığını və onda olanın saçaq kimi olduğunu dedi. O da dedi: Xeyr, sən onun balından o da sənin balından dadmayəna qədər olmaz. Bunu bu yolla yalnız Buxari rəvayət etmişdir.

Başqa bir yol: İmam Əhməd demişdi: Bizə Abdul Alə, o da Mamərdən, o da Zuhridən, o da Urvədən, Aişənin belə dediyini rəvayət etmişdir: Rifaa əl-Kurazinin zövcəsi içəri girdi, mən, Əbu Bakr və Rəsulullah (salləllahu aleyhi və səlləm) orada idik. Qadın dedi: Rifaa məni boşadı Abdurrəhman İbn Zəbir də mənimlə evləndi. Onun kişiliyi yoxdur, onunki saçaq kimidir dedi və örtüyündən bir tük tutdu. Xalid İbn Səid əl-As da qapıda idi, ona içəri daxil olmaq icazəsi verilməmişdir. O Abu Bakra dedi: Ey Abu Bakr bu qadının Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanında bucür açıq saçıq danışmağını qadağan etməyəcəksən. Rəsulullah (salləllahu aleyhi və səlləm) gülümsəməkdən başqa heçnə etmədi və dedi: Sən Rifaa` ya geri qayıtmaq istəyirsən, xeyr, yeni ərinin dadına o da sənin dadına baxmayəna qədər, olmaz.

Bunu Buxari Abdullah İbn Mubarəkin hədisindən, Muslim isə  Abdurrəzzaqın hədisindən, Nəsai yəzid İbn Zuray hədisindən, üçü də Mamərdən bu cür rəvayət etmişlər. Muslimin Abdurrəzzaq hədisi belədir: Rifaa onu axıra qədər üç talaqla boşadı. Bunu hamı Əbu Davuddan başqa Sufyan İbn Ueynədən rəvayət etmişlər. Buxari Aqil yolu ilə, Muslim yunus İbn yəzid yolu ilə rəvayət etmişdir. Sonuncuya görə üç talaqla boşamışdır. Nəsai Əyyub İbn Musa yolu ilə rəvayət etmişdir. Onu Salih İbn Əbil Ahdar, hamısı, Zuhri, Urvə və Aişədən rəvayət etmişlər. Malik, Misfər İbn Rifaa əl-Kurazidən. o da Zubeyr İbn Abdurrəhman İbn Zubeyrdən rəvayət edir ki, Rifaa bin Samuel zövcəsi Təmimə İbn Vəhbini Rəsulullahın (salləllahu aleyhi və səlləm) zamanında boşadı. O da Abdurrəhman İbn Zubeyrə ərə getdi. Ona üz vermədi. Abdurrəhman ona toxuna bilmədi, ondan ayrıldı. Rifaa İbn Samuel onunla evlənmək istədi, o onu ilk boşayən idi. Bunu Rəsulullaha (salləllahu aleyhi və səlləm) danışdı. O da onunla evlənməyi qadağan etdi və dedi: o qadın onu dadmayəna qədər sənə halal olmaz. Muvatta raviləri bunu Malikdən belə rəvayət etmişlər. Sənədində kəsiklik var. Bunu İbrahim İbn Tahman ilə Abdullah İbn Vəhb Malikdən, o da Rifaadan, o da Zubeyr İbn Abdurrəhman İbn Zubeyrdən, o da atasından rəvayət etmiş, hədisi sonuna qədər tamamlamışdır.

İkinci evlilikdə məqsəd qadını istəyarək və onunla uzun müddət yaşamaq niyyati ilə olmalıdır. Evlilik elə buna görə doğru sayılır. İmam Məlik bununla birgə ikinci ərin ona mübah şəkildə yaxınlaşmasını şərt qoymuşdu. Əgər qadın ehramlı, oruclu, etikafda yaxud yeni doğmuş haldadırsa; əgər əri ehramda, oruclu yaxud etikaf halında qadınla yaxınlıq edərsə o birinci ərinə halal olmaz. Eyni qaydada ikinci kişi zimmi olsa onun nikahı müsəlmana halal olmaz. Çünki ona görə kafirlərin nikahı batildir. Həsən Bəsri də şeyx Əbu Ömər İbn Abdulbərin ondan nəqlinə görə ikinci kişinin boşalmasını şərt qoymuşdur. Sanki o, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) o sənin balından, sən də onun balından dadmayəna qədər olmaz, sözündən bunu başa düşmüşdü. Buna görə qadının da boşalması lazımdır. Dadına baxmaqda məqsəd məni deyil. Çünki İmam Əhməd ilə Nəsainin Aişədən rəvayətinə görə Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: Məgər dadına baxmaq  cinsi əlaqə deyilmi?!. Amma ikinci kişi onu birinci əri ilə evləndirmək məqsədilə evlənərsə, o hülləçidir, onu qınayən və ona lənət edən hədislər gəlmişdir. Nə vaxt məqsədinin bu olduğunu açıqlasa, imamların cumhuruna görə nikah batil olur.

Bu məsələya aid varid olan hədislər:

Birinci hədis: İbn Məsuddan İman Əhməd demişdir: Bizə Fadl İbn Dukeyn, bizə Sufyan, o da Əbu Qeysdən,  o da Huzeyldən, o da Abdullah İbn Məsuddan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: Allahın lənəti olsun döymə edən və etdirən qadına, saçına saç qoşan qadına, hüllə edənə və etdirənə, faiz yeyanə və yedirdənə. Sonra bunu, Əhməd, Tirmizi və Nəsai başqa tərzdə Sufyan Səvridən, Əbu Qeysdən- adı Abdurrəhman İbn Sərvan əl-Əzdidir-o da Huzeyldən, o da Şurahbil əl-Əzdidən, o da Abdullah İbn Məsuddan, o da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) bucür rəvayət etmişdir.  Sonra Tirmizi demişdir: bu həsən səhih bir hədisdir. Fitva da Ömər, Osman və İbn Ömər kimi səhabələrdən olan elm adamlarına görə belədir. Tabiinlərdən olan fəqihlərin də görüşü budur. Bu Əli, İbn Məsud və İbn Abbasdan bucür rəvayət edilmişdir.

Başqa bir yol: İbn Məsuddan imam Əhməd demişdir: Bizə Zəkəriyya İbn Abdi, bizə Ubeydullah, o da Abdulkərimdən, o da Əbu Vasildən, o da  İbn Məsuddan Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: Allah hüllə edənə və etdirənə lənət etsin.

Başqa bir yol: İmam Əhməd ilə Nəsai Aməşdən o da Abdullah İbn Murrədən, o da Haris əl-Avərdən, o da Abdullah İbn Məsuddan: Faiz yeyan və yedirən, ona şahid olan  iki nəfər və bildiyi halda onu yazan, saçına saç qoşan, sədəqəya mane olan və ona təcavüz edən, hicrətdən sonra dinindən dönən, hüllə edən və etdirən qiyamət günü Muhəmmədin ((salləllahu aleyhi və səlləm) )dili ilə lənətlənmişdir.

İkinci hədis: imam Əhməd Əlidən (radiyAllahu ənh) rəvayət etmişdir : Bizə Abdurrəzzaq, bizə Sufyan, o da Cabirdən, o da Şəbidən, o da Harisdən, o da Əlidən: Rəsulullah (salləllahu aleyhi və səlləm)  faiz yeyanə və yedirənə, şahidlərinə, yazanlarına, gözəllik üçün döymə vurub və vurduran qadına, sədəqəya mane olana, hüllə edənə və etdirənə lənət etdi. O ölüya vay şüvən qopararaq ağlamağı qadağan edərdi.

Bunu Gündər, o da Şubədən, Cabir İbn Zeyd əl-Cufidən, Şəbidən, o da Xarisdən, o da Əlidən rəvayət etmişdir. Bunu İsmayıl İbn Əbu Xalid və Huseyn İbn Əbdurrəhman, o da Mucahid İbn Səid və İbn Avndən, o da Şəbidən rəvayət etmişdir. Bunu Abu Davud, Tirmizi və İbn Macə Şəbidən rəvayət etmişlər. Sonra Əhməd demişdir: Bizə Muhəmməd İbn Abdullah, bizə İsrail, o da Əbu İshaqdan, o da Əlidən xəbər verdi: Rəsulullah (salləllahu aleyhi və səlləm)  faiz yeyanə, yedirənə, yazanına, şahidinə, hüllə edənə və etdirənə lənət etdi.

Üçüncü hədis: Tirmizi Cabirdən  (radiyAllahu ənh) rəvayət etmişdir: Bizə Əbu Səid əl-Əsəc, bizə Əşas İbn Əbdürrəhman İbn Zəbid əl-Əyami, bizə Mücalid, o da Şubədən o da Cabir İbn Abdullahdan, o da Harisdən, o da Əlidən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: Allah hüllə edən və etdirənə lənət etsin. Sonra Tirmizi sənədi doğru deyil, demişdir. Əhməd İbn Hənbəl daxil olmaqla bir çoxları bunu zəif görmüşlər. Bunu İbn Numeyr Mucalliddən, o da Şabidən, o da Cabir İbn Abdullahdan, o da Əlidən rəvayət etmişdir. Bu İbn Numeyrin zənnidir. Birinci hədis daha sağlamdır.

Dördüncü hədis:, Əbu Abdullah Muhəmməd İbn yəzid İbn Macə Ukbə İbn Amirdən rəvayət edir ki dedi: Bizə yəhya İbn Osman İbn Salih əl-Misri, bizə atam, Leys İbn Saaddən belə dediyini eşitdim: Əbu Musab Sərh İbn Handan, o da Ukbə İbn Amirdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: Sizə icarəya götürülən təkədən xəbər verim? Onlar: bəli, ey Allahın Rəsulu. O hülləçidir, Allah hüllə edənə və etdirənə lənət etsin. Bunu yalnız İbn Macə rəvayət etmişdir. Bunu İbrahim İbn yaqub əl-Cuzcani də Osman İbn Salihdən, o da Leysdən rəvayət etmişdir. Onlar bu hədisə görə Osmana şiddətli etiraz etdilər.

Mən də deyirəm ki, Osman sağlam bir ravidir. Buxari səhihində ondan rəvayət etmişdir, başqası da onu izləmişdi. Bunu Cəfər Firyabi də İbn Fəriq kimi tanınan Abbasdan, o da Əbu Salih Abdullah İbn Salihdən, o da Leysdən rəvayət etmişdir. Beləcə ittihamdan təmizə çıxmışdır.

Beşinci hədis: İbn Macə İbn Abbasdan rəvayət edir: Bizə Muhəmməd İbn Bəşşar, bizə Abu Amir xəbər verdi, o da Zəma İbn Salihdən, o da Sələmə İbn Vəhramdan, o da İkrimədən, o da İbn Abbasdan, Rəsulullahın(salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: Allah hüllə edənə və etdirənə lənət etsin.

Başqa bir yol: İmam hafiz Dəməşqin xatibi Əbu İshaq İbrahim İbn yaqubəl-Cüzcani əs-Sadi demişdir: Bizə İbn Əbu Məryam, bizə İbrahim İbn İsmayıl İbn Əbu Hənifə, o da Davud İbn Hüseyndən, o da İkrimədən, İbn Abbasın belə dediyini rəvayət etmişdir: Rəsulullahdan (salləllahu aleyhi və səlləm) hüllə edənin nikahından soruşdular, o da dedi: İstəksiz nikah olmaz, saxta nikah olmaz, Allahın kitabı ilə oynamaq olmaz, sonra da qadının dadına baxar. Bu iki sənəd – Əbu Bakr İbn Əbu Şeybənin Humeyddən, o da Abdurrəhmandan, o da Musa İbn Əbil Furatdan, o da Amr İbn Dinardan,  o da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) bənzər şəkildə rəvayət edilən hədislə — möhkəmlənir. Bütün bu mürsəllər və ondan əvvəlkilər digərləri ilə  qüvvətlənir. Allah ən doğrusunu biləndir.

Altıncı hədis: imam Əhməd Əbu Hureyrədən rəvayət edir: Bizə Abu Amir, bizə Abdullah İbn Cəfər, o da Osman İbn Muhəmməddən, o da əl-Məkquridən, Əbu Hureyrənin belə dediyini rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) hüllə edənə və etdirənə lənət etdi. Eyni şəkildə Abu Bakr İbn Əbu Şeybə Cuzcani və Beyhaki Abdullah İbn Cəfər əl-Qureşi yolundan rəvayət etmişlər. Onu Əhməd İbn Hənbəl, Əli İbn əl-Mədini, yəhya İbn Main və digərləri etibarlı hesab etmişlər. Muslim də Səhihində ondan,  o da Osman İbn Muhəmməd əl-Əxnasidən rəvayət etmişdir. İbn Main onun Səid Maqburidən gələn rəvayətini etibarlı saymışdır. O üzərində ittifaq edilən biridir.

yeddinci hədis: Hakim Mustədrək əsərində İbn Ömərdən  rəvayət edir: Bizə əbu Abbas əl-Əsam, bizə Muhamməd İbn İshaq əs-Sənani. Bizə Səid Əbu Məryam, bizə Əbu yaman Muhəmməd İbn Mutarrif əl-Mədəni, o da Ömər İbn Nəfidən, o  da Atasından rəvayət edir ki: İbn Ömərə bir adam yaxınlaşdı və bir nəfər barəsində sual verdi; zövcəsini üç dəfə boşadı sonra anlaşma əsasında onu dostuna ərə verdi. Birinciya halal ola bilər mi? İbn Ömər dedi: Könülsüz nikah olmaz, Rəsulullahın (salləllahu aleyhi və səlləm) vaxtında biz bunu zina sayərdıq. Sonra Hakim dedi: Bu sənədi səhih olan bir hədisdir, Buxari və Muslim təxric etməmişlər. Bunu Səvri Abdullah İbn Nəfidən, o da atasından, o da İbn Ömərdən rəvayət etmişdir. Bu onun mərfu olduğuna dəlalət edir. Eyni şəkildə Abu Bakr İbn əbu Şeybə, Cuzcani, Harb əl-Kirmani və Əbu Bakr əl-Əsrəm də Aməşdən, o da Musəyyab İbn Rafidən, o da Kabisa İbn Cabirdən, Ömərin  belə dediyini rəvayət etmişdir: yanıma hüllə edəni və etdirəni gətirsələr onları daşqalaq edərəm. Beyhəki də İbn Lehyadan, o da Bukeyr İbn Əşəcdən, o da Suleyman İbn yasərdən rəvayət etmişdir: Osman İbn Affanın yanına bir adam gətirildi, qadını birinci ərinə halal etmək üçün onunla evlənmişdi, o onları ayırdı. Eyni şəkildə Əli, İbn Abbas və digər səhabələrdən rəvayət edilmişdir.

Əgər onuboşasa” yəni ikinci əri onunla əlaqədən sonra onu boşayərsa “bir birilərinə qayıtmaqda da heç bir günah yoxdur” yəni qadın ilə birinci əri deməkdir. “Allahın hədlərini yerinə yetirəcəklərini güman etdikləri təqdirdə” yəni xoş davransalar. Mucahid demişdir: nikahın saxta olmadığına əmindilərsə. “Bunlar Allahın hədləridir” yəni onun şəriəti və hökmləridir. “Onları anlayən adamlara bəyan edir” yəni izah edir.

İmamlar (rahimahumullah) zövcəsini bir yaxud iki talaqla boşayıb iddə müddəti bitənə qədər onu tərk edən, sonra başqa birinə ərə gedən və onunla əlaqədən sonra boşanan və iddə müddəti bitəndən sonra birinci ərinə qayıdan qadın haqqında: ona üçdən qalanla dönər mi ?- deya ixtlaf etmişlər. Malik, Şəfii və Əhməd İbn Hənbəlin məzhəbləri budur. Səhabələrdən bir grupu da bunu demişlər – yaxud ikinci ər əvvəlki nikahları ləğv edər deya, ixtilaf etmişlər. Əgər birinciya qayıdarsa toplam üç talaqla qayıdar, Əbu Hənifə ilə dostları  da bu fikirdədilər. Dəlilləri də budur: ikinci əri üç talaqı ləğv etdiyinə görə ondan daha azını əlbəttə ki, ləğv edər.

[1] Təminat müqabilində qadının ərindən  boşanma tələbi.