Boşanmış qadınlar üç heyz müddəti gözləməlidirlər. Əgər Allaha və Axirət gününə iman gətirirlərsə, Allahın onların bətnində yaratdığını gizlətmək onlara halal olmaz. Əgər onların ərləri barışmaq istəsələr, onları qaytarmağa daha çox haqlıdırlar. Qadınlar üzərində müvafiq haqları olduğu kimi onların da haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə üstündür. Allah Qüdrətlidir, Müdrikdir.

Bu, Allah Təalanın özləri ilə yaxınlıq edilmiş heyz görən qadınlara öz başlarına üç “quru” gözləmə əmridir. yəni, kimsə ərindən boşandıqdan sonra üç heyz gözləyar, sonra da istərsə evlənər. Dörd imam bu ümumi hökmdən, boşanan cariyəni çıxartmışlar. Onun iki heyz gözləyacəyi qənaətinə gəlmişlər. Çünki o, azad olanın yarısı ilə mükəlləfdir. “əl-Quru” isə, bölünməyacəyi üçün ona tam iki heyz verilmişdir. Bir də İbn Cureyc, Muzahir İbn Əsləm əl-Məxzumi əl- Mədənidən, o da Aişədən rəvayət etmişdir, Rəsulullah ((salləllahu aleyhi və səlləm) ): “Cariyənin talaqı ikidir, iddə müddəti də iki heyzdir.” – demişdir. Bunu Əbu Davud, Tirmizi və İbn Macə də rəvayət etmişdir. Ancaq bu Muzahir tamamən zəif bir ravidir. Hafiz Daraqutni və başqası da belə demişdir: “Doğrusu, bunun Qasım İbn Muhəmmədin öz sözü olmasıdır.” Bunu İbn Macə də Atiyyə əl-Avfidən, o da İbn Ömərdən mərfu olaraq rəvayət etmişdir. Daraqutni demişdir: “ Doğrusu Səlimin və Nafinin, İbn Ömərdən onun sözü olaraq etdiyi rəvayətdir. Ömər bin Xəttabdan da belə rəvayət edilmişdir. Onlar, bu xüsusda, səhabə arasında ixtilaf olmayıb demişlər.”

Bəzi sələf alimləri də demişlər: “Xeyr, onun iddə müddəti də azad qadınınkı kimidir, çünki ayə ümumidir. Çünki bu yaradılmışla bağlı bir şeydir. Bunda azad olanlarla cariyalər eynidirlər.” Doğrusunu Allah bilir.

Bu görüşü Şeyx Əbu Ömər İbn Abdilbər, Muhamməd İbn Sirin və bəzi zahirilər rəvayət etmiş və zəif olduğunu söyləmişdir. İbn Əbu Hatim də belə demişdir: Bizə atam danışdı, o da Əbu-yaməndən, o da İsmayıldan yəni, İbn Ayyaşdan, o da Amr İbn Muhacirdən, o da atasından, Əsma bint yezid İbn Səkən əl-Ənsariyyənin belə dediyini rəvayət etmişdir: “Mən, Rəsulullah (salləllahu aleyhi və səlləm) zamanında boşandım. O zaman boşanan qadın üçün iddə müddəti yox idi. Allah Təala, Əsma boşanınca talaq üçün iddə müddəti endirdi. O, talaqla bağlı haqqında iddə müddəti əmri enən ilk qadın oldu. yəni, “boşanan qadınlar öz başlarına üç heyz gözləyarlər” əmri endi.” Bu hədis, bu nöqteyi nəzərdən qəribdir.

Sələf və xələf imamları “quru” ilə nə qəsd edildiyi xüsusunda iki görüş ilə ixtilaf etmişlər:

Birincisi: Bundan təmizliklər qəsd edilmişdir. Imam Malik, Muvattada, İbn Şihabdan, o da Urvədən, o da Aişədən onun belə dediyini nəql etmişdir: “Hafsa bint Abdurrəhman İbn Əbubəkr, üçüncü heyzdən qan görməya başlayınca evindən çıxdı.” Zuhri demişdir: Bunu Amrə bint Abdurrəhmana anlatdım, o da: “Urvə doğru söyləyib” – dedi. Bəzi insanlar onunla mübahisə etdilər və: “Allah Təala kitabında “üç quru” deyir” — dedilər. Aişə də: Doğrusunuz, “quru” nədir bilirsinizmi? “Quru” təmizlikdir. – dedi.

Imam Malik, İbn Şihabdan belə demişdir: “Əbubəkr İbn Abdurrəhmanın belə dediyini eşitdim: Fəqihlərimizdən kimə çatdımsa belə deyirdi.” yəni, Aişə kimi deyirdi.

Malik, Nafidən, o da İbn Ömərdən onun belə dediyini nəql edir: “Bir kişi yoldaşını boşayər və yoldaşı üçüncü heyzdən qan görməya başlayərsa, o, ərindən, əri də ondan əlaqəni kəsmişdir.” Malik: Bu, bizcə də belədir – demişdir. Eynisi İbn Abbas, Zeyd İbn Sabit, Salim, Qasım, Urvə, Süleyman İbn yasar, Əbubəkr İbn Abdurrəhman, Əban İbn Osman, Əta İbn Əbi Rəbah, Qatadə, Zuhri və yerdə qalan yeddi imamdan da rəvayət edilmişdi. Bu, Məlikin, Şafiinin və başqalarının, Davudun, Əbu Sövrun və bir rəvayətə görə Əhmədin rəyidir. Dəlilləri də Allah Təalanın: “Onları, iddə müddətlərini nəzərə alaraq boşayın” (Talaq:1) əmridir. yəni, təmizliklərini deməkdir. Boşandığı təmizlik hesaba alınınca bunun əmr edilən üç heyz müddətindən biri olduğu anlaşılır. Buna görə də bunlar: İddə müddəti gözləyan qadın üçüncü heyzə girməklə iddə müddəti bitər və ərindən ayrılar.- demişlər. Bir qadının iddəsinin bitməsi xüsusunda təsdiq ediləcək ən az zaman otuz iki gün və iki vaxtlıq zamandır. Əbu Ubeydə və digərləri buna Şair Aşanın bu beytini şahid gətirmişlər:

Hər il sən qəzavata sinə gərərsən,

Ən uzağa hazırlaşar, rəhavəti bitirərsən.

Mal-mülk saxlayərsan, soyun böyükdür,

Gəl ki, qadınlarının vaxtını heç düşünməzsən.

 

Ərəb əmirlərindən birini döyüşü evdə oturmaqdan üstün tutduğuna görə mədh edir. Belə ki, qadınlarının təmizlik günlərini belə düşünmür və onlarla yaxınlıq etmir.

Ikinci görüş: “quru” heyzlərdir. Qadın üçüncü heyzdən təmizlənmədikcə iddəsi bitməz. Başqaları, ondan qüsl etməsini də əlavə edərlər. Qadının iddəsi bitmə xüsusunda təsdiq ediləcək ən qısa zaman otuz üç gün və bir müddətdir. Sevri demişdir: Mənsurdan, o da İbrahimdən, o da Əlqamədən belə demişdir: Biz, Ömər İbn Xəttabın yanında idik, bir qadın gəldi və: “Ərim məndən bir və ya iki talaqla ayrıldı. İndi qayıtdı. Mən də suyumu qoydum, libasımı çıxardım, qapımı qapadım” – dedi. Ömər, Abdullah İbn Məsuda: “Nə düşünürsən?” – dedi. O da: Düşünürəm ərinin qadınıdır. Amma namaz ona icazəli deyil.“ — dedi. Ömər: “Mən də belə hesab edirəm” – dedi.

Əbubəkr əs-Siddiq, Ömər, Osman, Əli, Əbuddərda, Ubadə İbn Samit, Ənəs İbn Malik, İbn Məsud, Muaz, Ubey İbn Kəb, Əbu Musa əl-Əşari, İbn Abbas, Səid İbn Museyyab, Əlqamə, Əsvəd, İbrahim, Mucahid, Əta, Tavus, Səid bin Cubeyr, İkrimə, Muhamməd İbn Sirin, Həsən, Qatadə, Şabi, Rəbi, Muqatil İbn Hayyan, Suddi, Məkhul, Dəhhaq və Əta əl-Xorasanidən də belə rəvayət edilmişdi. Bunlar: “quru” heyzdir — demişlər. Əbu Hənifə və dostlarının məzhəbi də belədir. Imam Əhmədin iki rəvayətindən ən sağlamı da belədir. Əsrəm onun belə dediyini rəvayət etmişdir: ”Rəsulullahın (salləllahu əleyhi və səlləm) əshabının böyükləri “quru”, heyz olduğunu deyərdilər.” Səvri, Əvzai, İbn Əbi Leyla, İbn Şübrümə, Həsən İbn Salih İbn Hay, Əbu Ubeyd, İshaq İbn Rahuyənin məzhəbi də belədir. Əbu Davud ilə Nəsainin, Munzir İbn Müğirədən, o da Ürvə İbn Zubeyrdən, onun da Fatimə bint Cəhşdən rəvayət etdikləri bu hədis də buna dəstək verir. Rəsulullah (salləllahu əleyhi və səlləm), Fatimə bint Hubeyşə: “quru”  günlərində namazı tərk et — demişdir. Əgər bu hədis səhih isə “quru” -nun heyz olduğunu açıq aydın bildirir. Ancaq bu Munzir haqqında Əbu Hatim: Məchuldur, məşhur deyildir — demişdir. İbn Hibban isə onu sağlam ravilər arasında zikr etmişdir. İbn Cərir bu cür demişdir: “quru”  ərəb dilindəki əsli bəlli bir vaxtda gəlməsi, adət halını almış bir şeyin gəlməsi, bəlli bir vaxtda getməsi və adət halını almış bir şeyin getməsi vaxtıdır.

Bu oxunuş “quru”  onunla bunun arasında müştərək olduğunu göstərir. Bəzi fiqh üsulu alimləri bunu qəbul etmişlər. Allah ən doğrusunu biləndir.  Asmai də “quru” vaxtdır demişdir.

Əbu Amr İbn Alə demişdir: “ Ərəblər heyzə “quru”  deyarlər, təmizliya də “quru” deyarlər, həm təmizlik həm də heyzə də qur’ deyarlər. Şeyx Əbu Amr İbn Abdulbər demişdir: “Ərəb dilçiləri və fəqihlər “quru” heyzin və təmizliyin qəsd edildiyində ixtilaf etməzlər. Ancaq ayədəki nəyin qəsd edildiyinə iki görüş halında ixtilaf etmişlər.

“Rəhimlərində Allahın nəyi yaratdığını gizləmələri onlara halal deyildir” yəni hamiləlik və heyz kimi, deməkdir. Bunu İbn Abbas, İbn Ömər, Mucahid, Şabi, Hakəm İbn Uyeynə, Rəbi İbn Ənəs, Dəhhaq və başqaları demişdir.

“Əgər Allaha və axirət gününə iman edirlərsə”: Bu da haqqı söyləmələri üçün təhdiddir və bu xüsusda yalnız onlara müraciət edəcəklərini göstərməkdədir. Çünki bu ancaq özləri tərəfindən bilinir. Ümumiyyatlə bunu dəlillə sübut etmək mümkün deyildir. Məsələ özlərinə həvalə edilmiş və təhdid də edilmişlər ki, haqdan başqa bir şeyi xəbər verməsinlər. Bu da ya iddəsinin bitməsi üçün tələsmək və ya bəzi məqsədlərlə uzadılmasını istəmək kimi hallarla olar. Ona görə də bu xüsusda nə artıq nə də əksik, haqqı bildirməklə əmr olundular.

Əgər ərləri barışmaq istəyarlərsə, bu xüsusda onları geri qaytarmaqda haqlıdırlar”: yəni onu boşayən əri onu almaqda daha çox haqq sahibidir. Təbii ki, qadının iddəsi bitənə qədər bu belədir. Əgər ərin məqsədi onu geri qaytarmaqla aranı düzəltmək və xeyir iş görmək isə başqalarından daha çox haqq sahibidir. Bu da “ricı” talaqlardandır. Amma “bain” boşananlar üçün ayənin nazil olduğu zamanlar belə bir hökm yox idi. O ancaq kişilər üçün boşama üçlə çərçivələndiyi zaman oldu. Amma ayənin endiyi zamanlarda kişi yoldaşını yüz dəfə boşasa da onu geri qaytarmaqda ən böyük haqq sahibi yenə özü idi. Bundan sonrakı ayədə boşama üçlə kifayətləndi, bain və qeyri bain talaq mövzusu ortayə gəldi. Bunu düşündüyün zaman bəzi fiqh üsulu alimlərinin, qayıdan əvəzlik, yəni, irəlidə keçən ümumi ifadəni xüsusiya çevirir yoxsa çevirmir məsələsində, bu ayəni şahid gətirmələrinin zəifliyi və belə bir misalın bu hala uyğun olmadığı anlaşılar. Allah daha doğrusunu bilir.

“Qadınların öhdəlikləri qədər haqları da vardır”: yəni onların kişilərin üzərində kişilərin onların üzərindəki haqları qədər haqları vardır. Artıq hər biri üzərindəki haqqı yaxşı şəkildə digərinə ödəsin. Necə ki, Səhihdə Cabirin rəvayət etdiyi hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Qadınlar barəsində Allahdan qorxun, çünki siz onları Allahın əmanəti olaraq aldınız, namuslarını Allahın kəlməsi ilə halal etdiniz. Sizin onlarda, xoşlamadığınız kimsələri döşəklərinizə salmama haqqınız vardır. Əgər belə bir şey edərlərsə, onları yaralamayəcaq şəkildə döyün. Onların yaxşı şəkildə geyim-keçim haqları vardır.

Bəhz İbn Hakimdən, o da Muaviya İbn Haydə əl-Quşeyridən, o da atasından, o da babasından onun belə dediyini nəql edir: “Ey RəsulAllah, birimizin yoldaşının onun üzərindəki haqqı nədir?” O da : yediyindən yedirmək, geyindiyindən geyindirmək, üzünə sillə vurmamaq, çirkin söz söyləməmək və evdən kənarda yalnız qoymamaq” — dedi.” Vəkidən, o da Bəşir İbn Suleymandan, o da İkrimədən, İbn Abbas demişdir: “Qadınımın mənim üçün bəzənməsini istədiyim kimi, mənim də onun üçün bəzənməyimi istərəm.” Çünki Allah Təala “onların da üsuluna görə bərabər haqları vardır” demişdir.” Bunu İbn Cərir ilə İbn Əbi Hatim rəvayət etmişlər.

Kişilərin onların üzərində bir üstün dərəcələri vardır” : yəni yaradılışda, əxlaqda, cəmiyyatdə, əmrə itaətdə, fədakarlıqda, mallarını xərcləməkdə və dünya və axirətdə üstünlük deməkdir. Necə ki Allah Təala belə demişdir: ”Kişilər, Allahın üstün qılması və nafaqanı təmin etmələri ilə qadınlara hakimdirlər” (Nisə:34) “ Allah mütləq qalibdir, hikmət sahibidir.” yəni özünə üsyan edəndən və əmrinə qarşı gələndən intiqam almada qalibdir, əmrində, şəriətində və təqdirində hikmət sahibidir, deməkdir.