De: “Əgər Allah yanında Axirət yurdu digər insanlara deyil, yalnız sizin üçün hazırlanıbsa və doğru deyirsinizsə, onda (özünüzə) ölüm diləyin!”

Məhəmməd İbn İshaq deyir ki: Bizə Muhəmməd İbn Əbi Muhəmməd o da İkrimədən vəya Səid İbn Cubeyrdən o da İbn Abbasdan nəql edir ki, Allah Təala nəbisi Muhamməd (salləllahu aleyhi və səlləm)ə deyir ki, De: ‘Əgər Allah yanında Axirət yurdu digər insanlara deyil, yalnız sizin üçün hazırlanıbsa və doğru deyirsinizsə, onda (özünüzə) ölüm diləyin!’ yəni iki qrupdan hansı yalan danışırsa ölümü istəsin. Onlar Rəsulullah (salləllahu aleyhi və səlləm)in bu təklifini qəbul etmədilər. “Onlar öz əllərinin etdiyinə görə bunu heç vaxt diləməzlər. Allah zalımları tanıyır”. yəni özlərində olan elmi bilmələri, hətta onu inkar etmələri səbəbindən ölümü təmənni etməyəcəklər deməkdir. Əgər o gün bunu təmənni etsələr idi yer üzündə nə qədər yəhudi varsa hamısı ölərdi. Dəhhaqdan rəvayət olunur ki,İbn Abbas “ölümü arzulayın” sözündə : Ölümü istəyin, demişdir. Abdurrəzzaq Mamərdən o da Abdulkərim Əl-Cəzəridən nəql edir ki, İkrimə “doğru deyirsinizsə, onda (özünüzə) ölüm diləyin” sözündə İbn Abbasın: Əgər yəhudilər ölümü arzu etsələr idi ölərlərdi, dediyini rəvayət etmişdir.

İbn Əbi Hatim də belə demişdir: Mənə atam o da Əli İbn Muhəmməd Ət-Tənəfisidən o da Əssamdan mən də onu Aməşdən eşitdim, fikrimcə o da Minhaldən eşitmiş o da Səid İbn Cubeyrdən nəql etmişdir ki, İbn Abbas belə demişdir: Əgər ölümü arzu etsəydilər, hətta bəziləri tüpürcəyi ilə də boğulardılar.(xirda bir səbəblə ölərdilər) Bunlar İbn Abbasdan çatan doğru sənədlərdir. İbn Cərir təfsirində belə demişdir: Bizə çatdığına görə Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: Əgər yəhudilər ölümü istəsəydilər ölərdilər və cəhənnəmdəki yerlərini görərdilər. Əgər Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə lənətləşməkistəyanlər bunu etsəydilər, yurdlarına çatdıqda nə ailə nə də mal görməzdilər. Bunu bizə Əbu Qureyb o da Zəkəriya İbn Adiydən o da Ubeydullah İbn Amrdan o da Abdulkərimdən o da İkrimədən o da İbn Abbasdan o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) rəvayət etmişdir. Bunu İmam Əhməd də belə rəvayət etmişdir. Bizə İsmayıl İbn yəzid Ər-Rakki o da Furatdan o da Abdilkərimdən belə nəql etdi.

İbn Əbi Hatim belə demişdir: Bizə Həsən İbn Əhməd o da İbrahim İbn Abdullah İbn Bəşşardan o da Surur İbn Əl-Muğirədən o da Abbad İbn Mansurdan nəql edir ki, Həsən Bəsri belə demişdir: Allaha and içirəm ki, onlar əlləri ilə etdiklərinə görə bunu arzu edəcək deyildirlər. Mən də deyirəm ki: Əgər onlara: Ölümü arzu edin deyildiyi zaman öləcəklərini mi zənn edirsən? Xeyir, vAllahi əgər arzu etsələr idi ölməzdilər. Onu arzu edən də deyildilər. Eşitdiyin kimi Allah Təala onların haqqında: “Onlar öz əllərinin etdiyinə görə bunu heç vaxt diləməzlər. Allah zalımları tanıyır” demişdir. Bu da Həsəndən qərib bir izahdır. Sonra İbn Abbasın bu ayə haqqındakı təfsiri ağıla ən yaxındır. O da iki qrupdan yalançı olanınınvəyaxud lənətləşmə istəyanlərin ölüm istəməsidir. Bu İbn Cərir, Qatadə, Əbu Aliyə və Rəbi İbn Ənəs (rahmətullahi aleyh)umdan nəql edilmişdir. Bunun oxşarı Cumua sürəsindəki bu ayədir: “De: ‘Ey yəhudilər! Əgər insanlar arasında ancaq özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə və doğru daNisənlarsınızsa, onda ölüm diləyin!’ Lakin onlar öz əlləri ilə törətdikləri əməllərə görə ölümü əsla diləməzlər. Allah zalımları tanıyır. De: ‘Qaçdığınız ölüm sizi mütləq haqlayəcaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”. (Cumua, 6-8). Allah onlara lənət etsin. Onlar Allahın oğulları və sevimliləri olduqlarını iddia etdilər. Dedilər ki, cənnətə ancaq yəhudi vəya Xristianlar girəcəkdir. Bu zaman ya öz aralarında və yaxud müsəlmanlarla lənətləşməya dəvət edildilər. Bundan boyun qaçırdıqda hər kəs onların zalımlar olduğunu anladı. Çünki onlar əgər inandıqları şeylərdə qərarlı olsalar idi, buna çəkinmədən əl atardılar. Geri çəkildikdə yalanları üzə çıxdı. Necə ki, Rəsulullah Nəcran Xristiyan heyatini çəkişmədə məğlub etməsindən sonra azğınlıq və inadkarlıqlarına görə lənətləşməya dəvət etmişdir. Allah Təala belə demişdir: “Sənə bilik gəldikdən sonra kim səninlə (İsanın) barəsində mübahisə edərsə, de: ‘Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyak’. (Əli İmran 61) ayəsi kimidir. Bunu görüncə bir birilərinə: Allaha and içirik ki, əgər bu peyğəmbərlə lənətləşərsinizsə, içinizdən bir canlı qalmaz, dedilər. Alçalaraq cizya verməyi qəbul etdilər. Onlara cizya tədbiq edildi. yanlarına da əmin şahid olaraq Əbu ubeydə İbn Əl-Cərrah göndərildi. Allah Təalanın müşriklərə dediyi bu söz də bunun kimidir vəya buna yaxındır:
            De: ‘Qoy ər-Rəhman azğınlıqda olan hər kəsə uzun müddət möhlət versin! (Məryam, 75). yəni bizdən və sizdən kim sapıqlıq içərisindədirsə Allah onun sapıqlığını artırsın və onu uzatdıqca uzatsın, nə verəcəksə şərrinə versin. Necə ki. yerində izah ediləcək, inşəAllah.

Ayəti belə təfsir edənlərə gəlincə “Əgər doğru deyirsinizsə”  yəni iddianızda doğrusunuzsa indi ölümü təmənni edin. Bunlar lənətləşməkdən boyun qaçırdılar.   Necə ki bunu kəlamçılardan və başqalarından bir qrup belə təsbit etmişdirlər. İbn Cərir də birinci rəya yanaşdıqdan sonra ona meyl etmişdir. Çünki:   De: ‘Əgər Allah yanında Axirət yurdu digər insanlara deyil, yalnız sizin üçün hazırlanıbsa ayəsinin yozumunda belə demişdir: Bu ayə Allah Təalanın Mədinədə yerləşən yəhudilərə qarşı gətirdiyi; haham və alimləri rüsvay etdiyi dəlillərdəndir. Belə ki, Allah Təala Nəbisinə onları aralarındakı bir mübahisəya görə ədalətli bir hökmə dəvət etdi. Eynən İsa haqqında ona müxalif olan digər Xristian firqəsini qəti nəticəya dəvət etdiyi kimi. yəhudi qrupuna, doğru deyirsinizsə, onda ölüm diləyin!’, dedi. Çünki əgər iddia etdiyiniz imanda və Allaha yaxınlıqda doğrusunuzsa, bunun sizə bir zərəri toxunmaz. Əksinə öldüyünüz təqdirdə mən də sizə istədiyinizi verərəm. Siz də dünyanın çətinliklərindən, dolanışıq sıxıntılarından canınız qutarar, Allahın cənnətlərində Allahın qonşuluğuna nail olarsınız, əgər iddia etdiyiniz kimi axirət yurdu xüsusi ilə sizə məxsusdursa. Əgər sizə bu verilməsə insanlar sizin haqsız bizim haqlı olduğumuzu başa düşər. Sizin və bizim vəziyyətimiz aşkara çıxar. yəhudilər isə bunu qəbul etmədilər. Çünki ölümü istədikləri təqdirdə, məhv olub dünyalarının əldən cıxacağını və axirətdə əbədi rüsvayçılığa düçar olacaqlarını bilirdilər. Necə ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) ilə İsa əleyhissalam barəsində mübahisədən sonra  lənətləşməkdən imtina edən Xristian əhalisi də belə etmişdilər.

Bu kəlamın əvvəli gözəldir sonunda isə etiraz yeri vardır, belə ki, bu yozuma görə onlara qarşı dəlil yoxdur. Deyilə bilər ki, onların iddialarında doğru olmalarını iddia edtmələri o demək deyil ki, onlar ölüm istəməlidirlər. Salehliknən ölümü istəmək arasında birbaşa əlaqə yoxdur. Nə qədər salehlər var ki, ölümü arzulamır. Əksinə daha uzun yaşamaq istəyarlər ki xeyirləri artsınvə cənnətdəki dərəcəsi yüksəlsin. Necə ki, hədisdə belə deyilmişdir. Ən xeyirliniz Ömrü uzun olub əməli gözəl olanınızdır. (Tirmizi, Əhməd) Onlar bununla bərabər belə deya bilərdilər: Siz də ey Müsəlmalar, cənnətlik olduğunuza inanırsınızsa , niyə siz də sağlam olduğunuz zaman ölümü istəmirsiniz, belə isə sizə lazım olmayanı bizim üçün necə istəyirsiniz. Bütün bunlar ayəni belə təfsir etməkdən qaynaqlanır. Amma İbn Abbasın təfsirinə görə heç bir şey lazım gəlməz. Əksinzə onlara yarım bir söz deyilər: Əgər başqaları deyil ancaq sizlər Allahın dostları, Allahın oğulları və sevimliləri və sizlərin cənnətlik, sizdən başqalarının cəhənnəmlik olduqlarına etiqad edirsinizsə, bunun üçün lənətləşin sizdən və ya  başqalarınndan yalançı olana bəddua edin. Bilin ki, lənətləşmə heç şübhəsiz ki, yalançının kökünü qazıyar. Bunu qəti bir şəkildə bilib doğru olduğunu başa düşdükdə lənətləşmədən üz çevirdilər. Çünki yalanlarını iftiralarını və Rəsulullah (salləllahu aleyhi və səlləm)in xüsusiyyat və vəsiflərini gizlədiklərini bilirdilər. Onu oğullarını tanıyırmış kimi taniyər və haqq bilərdilər. Beləcə hər kəs onların haqsızlıq rüsvayçılıq azğınlıq və inadkarlıqlarını bildi.Allah onlara qiyamət gününə qədər  ardı arası kəsilməyan lənət etsin. Bu lənətləşməya təmənna deyildi. Çünki haqlı olan hər kəs Allahdan haqsız olan düşmənini həlak etməsini istəyar. Xüsusi ilə də sübutu həqiqət  və açıq aşkar olarsa.  Lənətləşmə də ölümlə idi. Çünki onlara görə həyat qiymətli və böyük bir şeydir. Çünki ölümdən sonralarının pis olacağını bilirdilər. Buna görədir ki, Allahu Təala: Onlar öz əllərinin etdiyinə görə bunu heç vaxt diləməzlər. Allah zalımları tanıyır. Sən onların həyata bütün insanlardanhəris olduqlarını görəcəksən. yəni uzun yaşamaq istəyarlər, çünki gələcəklərinin pis olduğunu və Allah qatındakı aqibətlərinin ziyan içərisində olacağlarını bilirlər. Çünki dünya möminin zindanı, kafirin cənnətidir.  Onlar mümkün olduğu qədər axirət həyatlarının gecikməsini istəyarlər. Amma qorxduqları başlarına gələcəkdir. Hətta onlar kitabları olmayan müşrikərdən daha hərisdirlər. Bu da xüsusinin ümumiya bağlanması — qəbilindəndir.

İbn Əbi Hatim belə demişdir: Bizə Əhməd İbn Sinan, o da Əbdurrəhman İbn Mehdidən, o da Sufyandan, o da Aməşdən, o da Müslim əl Batiindən o da Səid İbn Cubeyrdən rəvayət etdi ki, İbn Abbas: “Müşriklərdən”  sözünü əcəmlərdən deya təfsir etmişdir. Hakim də Müstədrəkində bunu Sevrinin hədisi olaraq rəvayət etmiş, və: Buxari ilə Müslimin şərtlərinə uyğundur, lakin kirablarına daxil etməmişdirlər, demişdir. Və belə demişdir: İkisi də səhabənin təfsiri üzərində ittifaq etmişdirlər. Həsən Bəsri dəSən onların həyata bütün insanlardanhəris olduqlarını görəcəksən ayəsi haqqında  belə demişdir: Münafiq insanların ən hərisidir. O həyata qarşı müşrikdən daha hərisdir.

biri istər ki.”  yəni yəhudilərdən hər biri istər ki, deməkdir. Necə ki sözün axını da bunu göstərir. Əbu Aliyə də: O məcusidir, demişdir. Bu da birinciya qayıdır.

Min il ömür sürməsini istər”Aməş, Müslim əl Batindən, o da Səid İbn Cubeydən rəvayət edir ki, İbn Abbas Onlardan biri min il ömür sürməsini istər. ayəsi haqqında, bu farsların dəh həzar sal — on min il deməsi kimidir. Səid İbn Cubeyrdən də belə deməsi rəvayət edilmişdir. İbn Cərir belə demişdir: Bizə Muhamməd İbn Əli İbn Hüseyn İbn Şaqiqdən, o da atasından o da, Əbu Həmzədən, o da Aməşdən,  o da Mucahiddən rəvayət edir ki, İbn Abbas belə demişdir:Onlardan biri min il ömür sürməsini istər ayəsi haqqında bu əcəmlərin sözüdür. Onlar həzər sal (min il)  Novruz və Mehircan deyarlər. Mucahiddə bu ayədə belə demişdir: Onlara ömür boyu günah işləmək sevdirildi. Mucahid İbn İshaqdan, o da Muhamməd İbn əbi Muhamməddən, o da Səid İbn Cubeyrdən və ya İkrimədən rəvayət edir ki, İbn Abbas  uzun ömür belə onu əzabdan uzaqlaşdıra bilməz.  ayəsi haqqında Onu əzabdan xilas edəcək deyildir, demişdir. Çünki müşrik ölümdən sonra dirilməyi gözləməz. Bu səbəblə uzun həyatı sevər. yəhudi də Tövratı təhrif etdiyi üçün axirətdə rüsvay olacağını bilir. Əhvidən rəvayət edilir ki, İbn Abbas uzun ömür belə onu əzabdan uzaqlaşdıra bilməz ayəsində Onlar Cəbrayıla düşmən olanlardır, demişdir. Əbu-Aliyə ilə İbn Ömər də: Onu əzabdan nə xilas edəcək,nə də qurtaracaq deyildir, demişdir. Əbdurrəhman İbn Zeyd bu ayə haqqında yəhudi həyata qarşı bunların ən hərisidir. Bunlar min il yaşamaq istımişdirlər, ama yaşasalar belə bu onları əzabdan xilas etməz. Necə ki, İblisin ömrü də kafir olduğu üçün ona fayda  vermədi.  Allah onların nə etdiklərini görür. yəni qullarının istər  xeyir və ya şər olsun  nə edəcəyindən xəbərdardır, onu görməkdədir. Hərkəsə əməlinin əvəzini verəcəkdir.