De: “Cəbrailə düşmən olan kəs,  Allahın izni ilə özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən  kimi sənin qəlbinə o nazil etmişdir”.

İbn Cərir Təbəri belə demişdir: Bütün təfsir alimləri bu ayənin İsrail oğullarından olan yəhudilər haqqında endirildiyinə icma etmişlər: Çünki onlar Cəbrailin özlərinin düşməni, Mikailin də dostları olduğunu iddia etmişlər. Sonra bunun səbəbində ixtilaf etmişlər. Bəziləri bunun səbəbi onlarla Rəsulullah (salləllahu aleyhi və səlləm) arasında peyğəmbərliyi barəsində keçən mübahisədirdemişlər.

Bunlardan biri budur: Bizə Kureybdən, o da  yunus İbn Bukeyrədən, o da Abdulhəmid İbn Bəhramdan, o da Şəhr İbn Havşəbdən rəvayət etdi ki, İbn Abbas belə demişdir: Bir qisim yəhudi, Rəsulullah (salləllahu aleyhi və səlləm)in yanına gəldilər, ey Qasimin atası, səndən soruşacağımız şeylərə cavab ver, onları ancaq bir rəsul bilər, dedilər. Rəsulullah salləllahu əleyhi və səlləm də: «İstədiyinizi soruşun, ancaq mənə Allaha üçünsöz verin ki, yaqub öz övladlarından aldığı söz kimi, söz verin, əgər sizə bir şey desəm, siz də onu bilsəniz məni təsdiq edib müsəlman olacaqsınız?» dedi. Onlar da sənə söz veririk, dedilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) də: istədiyinizi soruşun, dedi. Onlar da bizə bu dörd şeydən xəbər ver: İsrailin Tövrat enmədən əvvəl özünə haram etdiyi yeməkləri. Bizə qadının və kişinin suyundan xəbər ver; ondan kişi və qadın necə yaranır? Bizə Tövratda bəhs edilən yazıb oxumağı bilməyən Rəsuldan və ona vəhy gətirən mələkdən xəbər ver, dedilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) də: Allahla kəsdiyiniz əhdə siz cavabdehsiniz, əgər sizə bunları xəbər versəm mənə tabe olacaqsınızmı? «dedi. Onlar da söz və təminat verdilər. O da:» Tövratı Musaya endirən Allaha and olsun ki, İsrail-Yaqubun ağır xəstəliyə tutulduğunu, xəstəliyinin uzandığını, Allah üçün nəzir etdiyini: əgər Allah ona şəfa versə ən sevdiyi yemək və içkini özünə haram edəcəyini; ən sevdiyi yeməyin də dəvə əti, ən sevdiyi içkinin də dəvə südü olduğunu bilirsinizmi? «dedi. Onlar da: Allahım, Bəli, dedilər. O da: Allahım, onlara şahid ol, dedi. Özündən başqa heç bir məbud olmayan və Musaya Tövratı endirən Allaha and verirəm ki, deyin, bilirsinizmi, kişinin suyu qatı və ağ, qadının suyu da duru və sarıdır. Hansı üstün gəlirsə uşaq ondan olur və Allahın izni ilə ona bənzəyar. Kişinin suyu qadının suyuna üstün gəlirsə uşaq Allahın izni ilə kişi olur. Qadının suyu kişinin suyuna üstün gəlirsə, uşaq Allahın izni ilə qadın olur.Onlar da: Allahım (şahiddir ki), Bəli, dedilər. O da: Allahım, şahid ol, dedi. «Musaya Tövratı endirən Allah and veririəm ki, deyin, bilirsinizmi ki, bu yazıb oxuma bilməyən peyğəmbərin gözləri yatar, qəlbi yatmaz?» dedi. Onlar da: Allahım, Bəli, dedilər . O da: Allahım, şahid ol, dedi. Onlar da: İndi də bizə xəbər ver, sənin mələklərdən dostun kimdir? Məhz bu cavabın qarşılığında ya birləşər ya da ayrılarıq, dedilər. O da: Mənim dostum Cəbraildir, Allah nə zaman bir rəsul göndərdisə onun dostu Cəbrayildir, dedi. Onlar da: Bu cavabda, səndən ayrıldıq, əgər dostun başqa bir mələk olsaydı, səni qəbul edər və səni təsdiq edərdik, dedilər. O da «Onu təsdiq etmənizə mane olan nədir?» dedi. Onlar da: O bizim düşmənimizdir, dedilər. Bunun qarşılığında Allah Təala bu ayələri endirdi: “De: «Cəbrailə düşmən olan kəs bilsin ki,Allahın izni ilə Quranıözündən əvvəlkiləri təsdiqləyan kitab kimi sənin qəlbinə o nazil etmişdir»….    …Kaş bunu biləydilər!” (Əl-Bəqərə, 97- 103). O zaman qəzəb üstünə qəzəbə düçar oldular. Bunu İmam Əhməd də (2510) Əbunnadr Haşim İbn Qasimdən rəvayət etmişdir. Abd İbn Humeyd də təfsirində Əhməd İbn yunusdan, ikisi də Abdulhəmid İbn Bəhramdan belə rəvayət etmişlər. Onu yenə İmam Əhməd, Hüseyn İbn Məhəmməd əl-Mərvəzidən, o da Abd İbn Humeyddən, belə rəvayət etmişdir. Onu həmiçinin Muhamməd İbn İshaq İbn yasar da belə rəvayət etmişdir  ki, bizə Abdullah İbn Abdurrahmən İbn Əbi Hüseyn o da  Şəhr İbn Havşəbdən mürsəl (Səhabə qeyd olunmayən sənəd) olaraq rəvayət dərək bunu da əlavə etdi: Onlar dedilər ki, bizə Ravh nəql  etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə dedi:sizə and verirəm Allaha və Onun İsrail oğullarına verdiyi günlərinə, mənə gələnin Cəbrayıl olduğunu bilirsinizmi ?. Onlar da: Allahım (şahiddir ki), Bəli, dedilər ancaq o bizim düşmənimizdir, dedilər.  O şiddət və qan tökmə gətirən bir mələkdir. Əgər o olmasa idi, sənə tabe olardıq, dedilər. Allahu Təala da bunun qarşılığında: “De: «Cəbrailə düşmən olan kəs bilsin ki,Allahın izni ilə Quranıözündən əvvəlkiləri təsdiqləyan kitab kimi sənin qəlbinə o nazil etmişdir»….    ..Sanki bilmirlər!” (Əl-Bəqərə, 97-101)) ayəsini endirdi.

İmam Əhməd belə demişdir: Bizə Əbu Əhməd, o da  Abdullah bin əl Vəlid əl-İclidən, o da Bukeyr İbn Şihapdan, o da Səid bin Cubeyrdən rəvayət edir ki, İbn Abbas belə demişdir: yəhudilər Rəsulullah (salləllahu aleyhi və səlləm)ə dedilər: Ey Qasimin atası, bizə beş şeydən xəbər ver, əgər bizə onları xəbər versən sənin Allah elçisi olduğunu qəbul edib, sənə tabe olarıq, dedilər. O da onlardan yaqubun öz oğullarından aldığı söz kimi  söz aldı, «Allah dediyiğimizə vəkildir» (Yusuf, 66) dedi. Onlara soruşun, dedi. Onlar da bizə Allah elçisinin əlamətini xəbər ver, dedilər. O da Onun gözləri yatar, qəlbi yatmaz, dedi. Onlar da: bizə xəbər ver, uşaq necə kişi və qadın olur, dedilər. O da belə dedi: kişinin suyu qadının suyunu üstələyirsə kişi olur, qadının suyu kişinin suyunu üstələyirsə qadın olur. Onlar da: Bizə İsrailin özünə haram etdiyi şeyi xəbər ver, dedilər. O da belə dedi: xətəlikdən şikayət edirdi, bu və digər süddən başqa ağrısını sakitləşdirəcək bir şey tapa bilmədi. İmam Əhməd belə demişdir: Bəziləri dəvəni qəsd edib ətini haram etdi, demişlər. Onlar da: doğru dedin, dedilər. Bizə xəbər ver, bu göy gurultusu nədir, dedilər? O da: O Əziz və Cəlil olan Allahın mələklərindən mələkdir. Buludla vəzifəlidir. Əlində atəşdən bir toppuz vardır, onunla buludları Allahın istədiyi yerə aparar, dedi. Onlar da: bu eşitdiyimiz səs nədir, dedilər? O da: Onun səsidir, dedi. Onlar da: doğru dedin, dedilər. Onlar bir sual qaldı dedilər, əgər onu da xəbər versən sənə tabe olarıq, nə qədər rasul gəlibsə onlaraa vəhy gətirən bir mələk olmuşdur. Bizə xəbər ver, sənin dostun kimdir?, dedilər. O da: Cəbraill aleyhissalamdır, dedi. Onlar da O Cəbrail hərb, döyüş və əzab endirər, o bizim düşmənimizdir. Əgər rəhmət, yağış və bitki endirən Mikail desəydin olardı, dedilər. Bunun qarşılığında Allah Təala: “De: Cəbrailə düşmən olan kəs bilsin ki, … sənin qəlbinə o nazil etmişdir” ayəsini vəhy etdi. Bunu Tirmizi ilə Nəsai Abdullah İbn əl-Vəliddən rəvayət etmişlər. Tirmizi: Həsən qəripdir demişdir. Süneyd də təfsirində Həccac İbn Məhəmməddən, o da İbn Cureycdən rəvayət etmişdir ki,  Qasim İbn əbu Bəzzə belə demişdir: yəhudilər Rəsulullah (salləllahu aleyhi və səlləm)dən ona vəhy gətirən mələyi soruşdular. O da Cəbrail, dedi. Onlar da: O bizim düşmənimizdir, o ancaq şiddət, hərb və döyüş gətirir, dedilər. Bunun qarşılığında bu ayə endi.“De: Cəbrailə düşmən olan kəs bilsin ki…  İbn Cərir demişdir: Mucahid belə demişdir: yəhudilər, ya Məhəmməd, Cəbrayıl ancaq şiddət və döyüş endirər, o bizim düşmənimizdir, dedilər. Bunun qarşılığında “De: Cəbrailə düşmən olan kəs bilsin ki,…” ayəsi endi.

Buxari də belə demişdir: Bu ayə qarşılığında İkrimə belə demiştir: cəbrə, mikə və israfi qul deməkdir. İyl da Allahdır. Bizə Abdullah İbn Münir Abdullah bin Bəkrdən, o da Humeyddən rəvayət etdi ki, Ənəs İbn Malik dedi ki: Abdullah İbn Salam Rəsulullah (salləllahu aleyhi və səlləm)in gəlişini eşitdi. O bağında meyvə toplayırdı. Rəsulullah (salləllahu aleyhi və səlləm)in yanına gəldi: Səndən üç sual soruşacam, onları ancaq bir rəsul bilər, dedi: Qiyamətin ilk əlaməti nədir? Cənnət xalqının ilk yeməyi nədir? Uşaq atasına və ya anasına necə oxşayər? O da: Bunları mənə bir az əvvəl Cəbrail xəbər verdi, dedi, O da: Cəbrail? dedi. O da: Bəli, dedi. Abdullah da: O mələklər arasında  yəhudilərin düşmən seçdiyidır, dedi. Rəsulullah da “De: «Cəbrailə düşmən olan kəs bilsin ki, … Quranı …sənin qəlbinə o nazil etmişdir” ayəsini oxudu. Qiyamətin ilk əlaməti: İnsanları şərqdən qərbə aparan bir atəşdir, dedi. Cənnət xalqının ilk yeməyi balıq ciyaridir, dedi. Kişinin suyu qadının suyunu üstələsə uşaq atasına oxşuyar, qadının suyu kişinin suyunu üstələsə uşaq anasına oxşuyar. O da: Şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur və sən də Allahın Rasulusan. ya RasulAllah, yəhudilər böhtançı bir qövmdür, onlar mənim müsəlman olduğumu məni onlardan soruşmazdan əvvəl bilsələr mənə böhtan atarlar, dedi. yəhudilər gəldilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) onlara: «Abdullah İbn Salamı necə tanıyırsınız? dedi. O da: Ən yaxşımızdır, ən yaxşımızın oğludur, başçımız, başçımızın oğludur, dedilər. O da: Bəs Abdullah İbn Salam müsəlman olsa, dedi? Onlar da: Allah qorusun, dedilər. Abdullah çıxdı: Şəhadət edirəm ki, Allahdan başqa heç bir ilah yoxdur və şəhadət edirəm ki, Məhəmməd Onun Rasuludur, dedi. Onlar da: O ən pisimiz, ən pisimizin oğludur dedilər və onu pislədilər. O da: Bax qorxduğum bu idi, Ey Allahın Rəsulu, dedi. Bunu bu yolla yalnız Buxari rəvayət etmişdir. Buxarı ilə Müslim onu ​​başqa bir yolla Ənəsdən buna oxşar şəkildə rəvayət etmişlər. Səhih Müslimdə də Rəsulullah (salləllahu aleyhi və səlləm)in azad etdiyi köləsi Səvbandan gələn buna yaxın bir rəvayət vardır. İrəlidə gələcəkdir inşAllah. Buxari yuxarıda İkrimədən gəldiyi şəkildə, iyl Allah mənasındadır, demişdir. Bunu Sufyan Sevri də Hasifden, o da İkrimədən rəvayət etmişdir. Bunu Abd İbn Humeyd, İbrahim bin əl-Hakimdən, o da atasından, o da İkrimədən rəvayət etmişdir. Bunu İbn Cərir Hüseyn İbn yezid ət-Tahhandan, o da İshaq İbn Mansurdan, o da Qeys bin Asimdən rəvayət etmişdir ki, İkrimə: Cibril Ubeydullah mənasındadır, demişdir. Mikail də Abdullah. İyl də Allahdır. Bunu yezid ən Nəhvi də İkrimədən, o da İbn Abbasdan eynilə rəvayət etmişdir. Bir çox Sələflər də belə demişlər, yaxında gələcəkdir.

Bəziləri də belə demişlər: İyl qul mənasındadır. Başqa bir mənada O Allahın adıdır. Çünki iyl sözü hamısında dəyişməməkdədir. Abdullah, Əbdurrəhman, Abdulmalik, AbdulQuddus, Abdussəlam, Abdulkafi və Abdulcəlil kimidir. Abd bütün bunlarda vardır. Abd sözünə qoşulan adlar müxtəlifdir. Cəbrail, Mikail, Əzrail, İsrafil və s, də elədir. Ərəbcənin xaricindəki dillərdə qoşulan adlar əvvələ keçir. Allah ən doğrusunu biləndir.

Sonra İbn Cərir demişidir: digərləri isə belə demişdir; Xeyr, onların belə demələrinin səbəbi onlarla Ömər bin Xəttab arasında Rəsulullah (salləllahu aleyhi və səlləm) mövzusunda bir müzakirə olmasıdır. (Bunu deyanlər:) Mənə Məhəmməd İbn əl-Musənna rəvayət etdi, o daRibi İbn Aliyə rəvayət etdi, o da Davud İbn Əbu Hinddən rəvayət edir ki, Şabi belə demişdir: Ömər İbn Xəttab Rovha adlı bir yerə gəldi, namaz qılmaq üçün bir neçə adamın bir daşa tərəf qaçdıqlarını gördü. «Bunlara nə olub?» dedi. Iddialarına görə Rəsulullah (salləllahu aleyhi və səlləm) burada namaz qılmış, dedilər. O da bundan xoşlanmadı və Rəsulullah (salləllahu aleyhi və səlləm) namaz vaxtı bu vadiya gəldiyi üçün burada namaz qılmışdır, dedi. Sonra hərəkət edib oradan ayrıldı. Sonra onlarla danışmağa başladı, belə dedi: Mən yəhudilərin dərs günlərinə gedərdim. Tövratın Quranı təsdiq etməsindən, Quranın da Tövratı təsdiq etməsindən xoşlanırdım. Bir gün onlarların yanında olduğum vaxt Ey Xəttabın oğlu, səndən çox sevdiyimiz kimsə yoxdur, dedilər. Mən də nə üçün?, dedim. Onlar da: çünki sən hərdənbir bizə qoşulur və bizim yanımıza gəlirsən dedilər. Mən də: Mən sizin yanınıza Quranın Tövratı təsdiq etməsindən xoşlandığım üçün gəlirəm, dedim. Onlar da, Ey Xəttabın oğlu, bax dostun (Rəsulullah) gedir. Ona çat, dedilər. Mən də o zaman onlara: «Özündən başqa ilah olmayan Allah üçün, sizə olan haqqı üçün, sizə verdiyi kitab haqqı üçün, onun rasul olduğunu bilirsinizmi?» dedim. Deyir ki, susdular, alimləri və böyükləri: sizə ağır and verdi, ona cavab verin, dedi. Onlar da: alimimiz və böyüyümüz sənsən, ona cavab ver, dedilər. O da: madam ki, bizə bu qədər ağır and verdin, biz onun rasul olduğunu bilirik, dedi. Mən də: təəssüflər olsun sizə, elə isə həlak oldunuz, dedim. Onlar da biz həlak olmamışıq, dedilər. Mən də: necə onun rasul olduğunu bildiyiniz halda ona tabe olmur və onu təsdiq etmirsiniz, dedim. Onlar da: bizim mələklərdən düşmənimiz olan da vardır, dost olduğumuz da vardır. O isə rasulluğunu bizim düşmənimiz mələklə edir, dedilər. Mən də: Sizin düşmanınız və dost olduğunuz kimdir, dedim? Onlar da: Düşmənimız Cəbrail, dost olduğumuz da Mikaildir, dedilər. Mən də: Cəbrailə nə səbəbdən düşmənçilik edirsiniz, Mikaillə nə səbəbdən dostluq edirsiniz?, dedim. Onlar da: Cəbrail sərtlik, kobudluq, ağırlıq, çətinlik, əzab və bu kimi şeylərin mələyidir. Mikayil isə rəhmət, şəfqət, mərhəmət, rahatlıq və bu kimi şeylərin mələyidir. dedilər. Mən də: O ikisinin Allah qatındakı yeri necədir, dedim? Onlar da: Biri Onun sağında, digəri də solunda olur, dedilər. Mən də: Özündən başqa heç bir məbud olmayan Allaha and olsun ki, o ikisi də və aralarındakı da özlərinə düşmən olanlara düşməndir, dost olanlara dadosturlar. Cəbrayılın Mikailə düşmən olduğu ilə dost olması, Mikailə də Cəbrayılın düşmən olduğu ilə dost olması yaraşmaz, dedim. Sonra da qalxdım, Rəsulullah (salləllahu aleyhi və səlləm)in arxasınca getdim. Ona bir qəbilənin böyük qapısının içindəki kiçik qapıdan çıxarkən çatdım. Mənə: Ey Xəttabın oğlu, mənə az əvvəl enən ayələri oxuyummu, dedi? Mənə: “De: «Cəbrailə düşmən olan kəs bilsin ki, … Quranı …sənin qəlbinə o nazil etmişdir” ayəsini və bir neçə ayə oxudu. Mən də: Atam anam sənə fəda olsun, səni haqq rasul olaraq göndərən Allaha and içirəm ki, sənə bunu xəbər vermək istəyirdim. Lətif  və hər şeydən xəbərdar olan Allah sənə məndən əvvəl xəbər verdi, dedim.

İbn Əbi Hatim belə demişdir: Bizə Əbu Səid əl-Əşəc Əbu Üsamədən, o da Mücalitdən rəvayət etdi ki, Amir dedi ki: Ömər bin Xəttab yəhudilərin yanına getdi. «Musaya Tövratı endirən Allah andverirəm ki deyin,, Muhəmmədi kitablarınızda görürsünüzmü?» dedi. Onlar da: Bəli, dedilər. O da: Elə isə ona nə üçün tabe olmursunuz, dedi. Onlar da: Allah nə zaman bir rasul göndərdisə, ona bir mələk vermişdir. Onun mələyi isə Cəbraildir. O bizim düşmənimiz olan mələkdir. Mikail isə dostumuzdur. Əgər ona Mikail gəlsəydi müsəlman olardıq, dedilər. O da: Musaya Tövratı endirən Allaha and verirəm ki, deyin bu ikisinin Allah qatındakı yeri nədir, dedi? Onlar da: Cəbrail sağında, Mikail də solundadır, dedilər. Ömər də belə dedi: Mən də şahidlik edirəm ki, o ikisi ancaq Allahın icazəsi ilə enərlər. Mikail, Cəbrailin düşməni ilə dost olmaz, Cəbrayıl da Mikailin düşməni ilə dost olmaz, dedi. Onlar bu haldaykən Rəsulullah (salləllahu aleyhi və səlləm) yanlarından keçdi. Onlar da: Ey Xəttabın oğlu, bax dostun gedir, dedilər. Ömər də qalxdı onun yanına getdi. Allah Təala da: “Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir.” ayəsini endirdi. Bu iki sənəd də Şabinin Ömərdən hədis dinlədiyni göstərir. Ancaq onunla Ömər arasında qopuqluq var. Çünki Şabi Öməri həyata ikən görməmişdir. Allah ən doğrusunu biləndir.

İbn Cərir belə demişdir. Bizə Bişr, o da yəzid İbn Zürayğdan, o da Səiddən rəvaət edir ki,  Qatadə demişdir: Bizə rəvayət edildiyinə görə Ömər İbn Xəttab bir gün yəhudilərin yanına getdi. Onu gördükdə yaxşı qarşıladılar. Ömər də onlara Allaha and içirəm ki, mən sizi sevdiyim və sizə olan rəğbətim üçün gəlmədim. Ancaq sizdən nəsə eşitmək üçün gəldim, dedi. Onlardan bəzi şeylər soruşdu. Onlar da ondan soruşdular. “Sizin vəhy mələyiniz kimdir? dedilər” O da Cəbrayıldır, dedi. Onlar da bizim göydəki düşmənizmizdir dedilər. Muhəmmədi sirrimizdən xəbərdar edir. Gəldiyi zaman isə müharibə və qıtlıq gətirir, dedilər. Ancaq bizim mələyimiz Mikayıldır. O gəldiyi zaman bolluq və sülh gətirir., dedilər. Ömər də onlara Cəbrayılı tanıyırsınız, Muhəmmədi inkar edirsiniz?, dedi. Ömər onlardan uzaqlaşdı. Danışdıqlarını başa düşmək üçün Peyğəmbər (salləllahu aleyhi və səlləm)ə yönəldi. Ona rast gələndə ona“De: «Cəbrailə düşmən olan kəs bilsin ki, … Quranı …sənin qəlbinə o nazil etmişdir”ayələri enmişdi.

Sonra İbn Cərir belə dedi: Bizə Müsənna, o da Adəmdən, o da Əbu Cəfərdən rəvayət etdi ki, Qatadə belə demişdir: Bizə gəlib çatan xəbərə görə Bir gün Ömər yəhudilərin yanına getmişdi, və beləcə rəvayətin ardını danışdı. Bu isnad Adəmin təfsirin də də qırıqdır. Bunu Əsbat da Suddidən, oda bu şəkildə Ömərdən rəvayət etmişdir. Bu da qırıqdır. İbn Əbi Hatim belə demişdir. Bizə Muhamməd İbn Əmmar, O da Əbdurrəhmandan, yəni Dəştəkidən rəvayət etdi, o da əbu Cafərdən, o da Husayn İbn Əbdurrəhmandan, o da Əbdurrəhman İbn əbi Leyladan rəvayət edir ki, Bir yəhudi, Ömər İbn Xəttab ilə qarşılaşdı: yəhudi ona dostunuza vəhiy gətirən Cəbrayil bizim düşmənizmidir dedi. Ömər də “Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir,” dedi. Deyir ki, Ayə Ömərin diliylə endi. Bunu Abd İbn Umeyd, Əbu Nadir Haşım İbn Qasimdən o da Əbu Cəfər ər Razidən rəvayət etmişdir. İbn Cərir belə demişdir: Mənə Yaqub İbn İbrahim, o da Hüşeymdən, o da Hüseyn İbn Əbdurrəhmandan rəvayət etdi ki, İbn Əbu Leyla  Cəbrailə düşmən olan kəs bilsin kiayəsi haqqında belə demişdir. yəhudilər müsəlmanlara əgər sizə Mikayıl ensə idi müsəlman olardıq çünki o rəhmət və yağışla enir. Cəbrayıl isə əzab və qəzəblə enir. Bunun üzərinə bu ayə endi.  Mənə
yaqub, o da Hüşeymdən, o da Abdulmalikdən o da Atadan eynisini rəvayət etdi. ƏbdurRazzak belə demişdir: Bizə Mamər rəvayət etdi ki, Qatadə Cəbrailə düşmən olan kəs bilsin ki… ayəsi haqqında belə demişdir. yəhudilər Cəbrayıl bizim düşmənimizdir, çünki, o şiddət və qıtlıqla enər, Mikayıl isə bolluq, sağlamlıq və bərəkətləenər. Cəbrayıl bizim düşmənimizdir dedilər. Allah Təala bu ayəni endirdi.

Ayənin təfsiri: “De: «Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı … sənin qəlbinə o nazil etmişdir» yəni kim Cəbrailə düşmənçilik edərsə bilsin ki, o əmin ruhdur. Hikmətli zikir olan Quranı sənin qəlbinə Allahın icazəsi ilə o endirdi. O Allahın mələk elçilərindən biridir. Kim bir elçiya düşmənçilik edərsə bütün elçilərə düşmənçilik etmiş olur. Necə ki, bir peyğəmbərə iman edən bütün peyğəmbərlərə iman etmiş olur. Eyni şəkildə bir peyğəmbəri inkar edən bütün peyğəmbərləri inkar etmiş olur. Necə ki, Allah Təala belə demişdir: “Allahı və Onun elçilərini inkar edənlər, Allahı Onun elçilərindən ayırmaq istəyib: «Biz o elçilərin bəzisinə inanır, bəzilərinə isə inanmırıq!»– deyanlər və bunun arasında bir yol tutmaq istəyanlər məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.” (Nisə, 150-151) Onların həqiqi kafirlər olduqlarına hökm etdi, çünki onlar peyğəmbərlərin bir qisiminə iman etdilər, bir qismini inkar etdilər. Eyni şəkildə Cəbrailə düşmən olan da Allahın düşmənidir. Çünki Cəbrail əmri özbaşına endirməz, ancaq  Rəbbinin icazəsi ilə endirər. Necə ki, belə demişdir: “Mələklər dedi: «Biz dünyayə ancaq sənin Rəbbinin əmri ilə enirik….(Məryam, 64). Və Allah Təala belə demişdir: “Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir. Onu əmin Ruh (Cəbrail) endirdi sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan.”(Şuəra, 192-194). Buxari Səhihində Əbu Hureyrədən rəvayət etmişdir, Rəsulullah səlləlləhu aleyhi və səlləm belə demişdir: Kim bir vəli quluma düşmənçilik edərsə , mənə açıq aşkarhərb etmiş olur. Bunun üçündür  ki, Cəbrailə düşmənçilik edənlərə qəzəblənmiş və belə demişdir: “Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyan və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir». yəni əvvəlki kitabları təsdiq etmək üçün, deməkdir. “O möminlər üçün hidayət və müjdədir” yəni qəlbləri üçün hidayət və onları cənnətlə  müjdələmədir. Bu da ancaq möminlər üçündür. Necə ki belə demişdir: “De: “O, iman gətirənlərə doğru yol göstəricisi və şəfadır”. (Fussilət, 44).

Allah Təala belə demişdir: “Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik.”(Isra, 2). Sonra Allah Təala belə deyir: “Kim Allaha, mələklərinə, elçilərinə, Cəbrailə və Mikailə düşmən olsa, şübhəsiz ki, Allah da kafirlərin düşmənidir”. Allah Təala  “Kim mənə, mələklərimə və elçilərimə düşmən olursa” deyir. Onun elçiləri mələklərdən və insanlardan olanları ehtiva edir. Necə ki, belə buyurmuşdu “Allah mələklərdən də elçilər seçir, insanlardan da.” (Həcc, 75). “Cəbrailə və Mikailə” bu da xüsusinin ümumiya aid edilməsindəndir. Çünkü hər ikisi ümumi elçilər olaraq mələklərə daxil olsa da sonradan ayrıca göstərilmişlər. Çünki sözün gəlişi Cəbrailin müdafiəsi ilə əlaqədardır. O da Allahla elçiləri arasında səfirdir, elçidir. yanında Mikayılın daqeyd edilməsi də söz gözəlliyi üçündür, çünki yəhudilər Cəbrailin düşmənləri, Mikailin də dostları olduğunu iddia etdilər. Allah Təala da onlara bunlardan birinə düşmən olanın digərinə də, Allaha da düşmən olduğunu bildirdi. Bir də Mikail bəzi zamanlarda Allahın elçilərinə gələr. Necə ki, işin başında Rəsulullaha da gəlmişdi. Ancaq Cəbrail daha çox gəlmiş və vəzifə də onun idi. Mikayil isə bitki və yağışla vəzifəlidir. O hidayətlə, bu isə ruzi ilə vəzifəlidir. Necə ki İsrafil də qiyamət günündə dirilmək üçün sura üfürməklə vəzifəlidir. Bunun üçündür ki, Səhihdə belə gəlmişdir: Rəsulullah səlləllahu aleyhi və səlləm gecə qalxdığı zaman belə deyardi: Cəbrailin, Mikailin və İsrafilin Rəbbi Allahım, ey göylərin və yerin yaradıcısı, qeybi və aşkarı bilən, ixtilaf etdikləri şeydə qullarının arasında sən haqq ilə hökm verirsən. Mənə ixtilaf edilən haqqı icazənlə göstər. Şübhəsiz ki, sən istədiyini doğru yola hidayət edənsən. Buxarinin nəql etdiyi şey də yuxarıda qeyd edilmişdir. Bunu İbn Cərir də İkrimədən və digərlərindən rəvayət etmişdir ki, O demişdir Cəbrə, Mika və Israfi qul, Iyl də Allah mənasındadır.

İbn Əbi Hatim belə demişdir: Bizə Əhməd İbn Sinan Əbdurrəhman İbn Mehdidən, o da Sufyandan, o da Aməşdən, o da İsmail İbn Əbi Rəcadan, o da İbn Abbasın azad etdiyi köləsi Umeyrdən rəvayət etdi ki, İbn Abbas belə demişdir: Cibril ləfzi Abdullah və Əbdurrəhman kimidir. Cəbrə: Qul, Iyl də Allahdır, deyilmişdir. Muhəmməd İbn İshaq, o da Zuhridən odaƏli bin Hüseyndən: “Bilirsinizmi Cəbrail adı sizin adlarınızdan hansıynan eynidir ?” dedi. Biz də: Bilmirik, dedik. O da: Abdullahdır, dedi. «Mikail nə deməkdir?» dedi. Biz də: Bilmirik, dedik. O da: Ubeydullahdır, dedi. Sonunda İyl ləfzi olan bütün adlar əziz və cəlil olan Allaha aiddir. İbn Əbi Hatim belə demişdir: İkrimə, Mucahid, Dəhhaq və yəhya İbn yaamərdan da belə rəvayət edilmişdir. Sonra da belə demişdir: Mənə atam Əhməd İbn Əbuhavaridən, o da Əbdüləziz İbn Umeyrdən rəvayət etdi ki: Mələklərin içində Cəbrail Allahın xidmətçisidir. Bunu Əbu Süleyman Dəraniyə rəvayət etdim, səksəndi: Bu hədis mənim üçün bu dəftərdəkilərin hamısından daha xoşdur, dedi. Cəbrail və Mikail sözlərində daha başqa lüğət və qiraətlər vardır, bunlar lüğət və qiraət kitablarında keçir. Onları zikr edərək kitabımızı uzatmaq istəmədik. Ancaq mənayə və ya hökmün başa düşülməsinə kömək edəcək bir şey olsa onu qeyd edərdik. Güvənimiz və köməyimiz Allahdır. “Şübhəsiz ki, Allah da o kafirlərə düşməndir.” Burada əvəzlik yerinə sözün özü istifadə edilmişdir. Çünki, fəinnəhu aduvvin lilkafirin deməmişdir. Şair də belə demişdir:

Istərsən varli ol , istərsən kasib,

Ölüm həyatını zəhərlər sənin

Nə qədər sürətli getsəndə bir gün,

Haqlar ölüm səni, bunu bil yaqin

 

Başqa biri də belə demişidir:

 

Kaşki dayənmadan hey qarıldayən qarğanın

O Qarğanın şah damarı kəsiləydi.

Allahın bu ismi burada qeyd etməsi mənanı təsbit etmək və aydınlaşdırmaq üçündür. Allahın bir vəlisinə düşmənlik edənin Allaha düşmən olduğunu bildirmək üçündür. Kim də Allaha düşmən olarsa Allah da onun düşmənidir. Kimdə onun düşməni olarsa dünya və axirətini zay etmişdir. Necə ki, Kim bir vəli quluma düşmənçilik edərsə, mən ona müharibə elan edərəm hədisi yuxarıda qeyd edilmişdir. Başqa bir hədis belədir: Döyüşən şir necə intiqam alarsa mən də övlüyalarımın (dostlarımın) intiqamını belə alaram. Səhih hədisdə belə deyilmişdir. Mən də kimin düşməni olsam ona qalib gələrəm.