Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!”

Allah Təala mömin qullarına Muhəmməd (salləllahu aleyhi və səlləm) vasitəsi ilə nazil etdiyi şeylərə təfsilatı ilə, keçmiş Peyğəmbərlərə nazil edilənlərə isə, ümumi şəkildə iman etmələrini bildirir. Bəzi Peyğəmbərlərin adlarını çəkir, digərlərini də ümumi olaraq qeyd edir. Onların arasında ayrı-seçkilik etməmələrini, hamısına iman etmələrini və belə deməmələrini buyurur: “Allahı və Onun elçilərini inkar edənlər, Allahı Onun elçilərindən ayırmaq istəyib: ‘Biz (o elçilərin) bəzisinə inanır, bəzilərinə isə inanmırıq!’– deyanlər və bunun arasında bir yol tutmaq istəyanlər məhz onlar əsl kafirlərdir.” (Nisə, 150-151). Buxari demişdir: Bizə Muhəmməd İbn Bəşşar, o da Osman İbn Ömərdən, o da Əli İbn Mubarəkdən, o da yəhya İbn Əbi Kəsirdən, o da Əbu Sələmə İbn Abdurrahməndən nəql edir ki, Əbu Hureyrə belə demişdir: Kitab əhli Tövratı İbranicə oxuyub müsəlmanlara ərəbcə təfsir edərdilər. Buna görə də Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: Kitab əhlini  təsdiq də etməyin,inkar da etməyin. Biz: Allaha və bizə nazil olana iman etdik — deyin.

Muslim, Əbu Davud və NəSəidə deyilmişdir: Osman İbn Hakim, o da Səid İbn yasardan, o da İbn Abbasdan nəql edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) fəcr namazının iki rükət sünnətini adətən “qulu amənna billəhi və mə unzilə iləynə” (Bəqərə 136) və “əmənnə billəhi vəşhəd bi ənnə muslimun” (Əli İmran 52) ayələri ilə qılardı. Əbu Aliyə, Rəbi və Qatadə belədemişdilər: Əsbat-yaqubun oğullarından ibarət on iki kişidir. Hər biri bir ümmətin atası oldu. Onlara Əsbat deyildi. Xəlil İbn Əhməd ilə başqası belədemişdilər: İsrail oğullarında əsbat, İsmayıl oğullarındakı qəbilələr kimidir.

Zəməxşəri “Kəşşaf”da belə demişdir: Əsbat, yaqubun on iki oğlundan törəyan zurriyyatidir. Ər-Razi bunu ondan nəql edərək təsdiqləmiş və buna etiraz etməmişdir. Buxari demişdir: Əsbat, İsrail oğullarının qəbilələridir. Burada əsbat sözündə məqsəd, İsrail oğullarının qolları və Allahın onlardan olan Peyğəmbərlərə endirdiyi vəhylərdir. Necə ki, Musa onlara belə demişdir: “Allahın sizə olan nemətini xatırlayın. O, sizin aranızdan Peyğəmbərlər göndərdi, sizi hökmdarlar təyin etdi.”(Maidə, 20). Allah Təala demişdir:“Biz onları on iki nəslə – ümmətə böldük.” (Əraf 160). Qurtubi belə demişdir: Onlara əsbat deyilməsi “əs-sibt” kökündən gəlir ki, bu da “ard-arda təqib etmək” deməkdir. Onlar da bir-birinin ardınca gələn bir camaatdır. Bu sözün əslinin “əs-səbat” kəlməsindən törəməsi də deyilmişdir ki, bunun da mənası ağac (şəcərə) deməkdir. yəni, onlar ağac kimi çoxdurlar. Sözün təkdə olan forması “səbtatu” oxunur. Zəccac demişdir: Muhamməd İbn Cəfər əl-Ənbarinin bizə danışdığı rəvayət sənə bunu açıqlayəcaq: Bizə Əbu Nuceyd əd Dəhhaq, o da Əsvəd İbn Amirdən, o da İsraildən, o da Simakdan, o da İkrimədən rəvayət etdi ki, İbn Abbas belə demişdir: Bütün Peyğəmbərlər İsrail oğullarından gəlmişdir, ancaq bu 10-u istisnadır: Nuh, Hud, Saleh, Şueyb, İbrahim, Lut, İshaq, yaqub, İsmayıl və Muhamməd aleyhimussalatu vəsəlləmu. Qurtubi demişdir: əs-Sibtu – bir kökdən gələn camaat və qəbilədir. Qatadə də belə demişdir: Allah möminlərə Ona iman etməyi, bütün kitablarını və Peyğəmbərlərini təsdiq etməyi əmr etdi. Süleyman İbn Həbib demişdir: Biz ancaq Tövrat ilə İncilə iman gətirməklə əmr olunduq, içindəkilərə əməl etməklə deyil.

İbn əbi Hatim demişdir: Bizə Muhamməd İbn Muhamməd İbn Musab əs-Suriy, o da Müəmməldən, o da Ubeydullah İbn əbi Hümeyddən, o da Əbuməlihdən, o da Maqil İbn yasardan rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Tövrata, Zəbura və İncilə iman edin, Quran sizə kifayət edər.